Məhkəmə qərarları › İş №1(101)-1486/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1486/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1486/2022 06.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokurormetodisti Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxxxx 1979-ci il tarixdə Füzuli rayonunun Gecəgözlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Gecəgözlü kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 1 yaşayış kompleksi, bina 6, mənzil 10-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 fevral 2022-ci il tarixdə saat 10 radələrində qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında olarkən, sonuncunun 30 yanvar 2022-ci il tarixdə keçmiş əri ilə cinsi əlaqədə olmasını və bu əlaqədən bədənində izin qalmasını deməsi ona pis təsir etdiyi üçün psixi-emosional sferasında yaranmış hirslilik, gərginlik və impulsivlik fonunda yaranmış qısqanclıq zəminində onu qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaqla anlaqlı vəziyyətdə mətbəxdən zavod üsulu hazırlanmış ümumi uzunluğu 28 sm olan qatlanmayan məişət təyinatlı soyuq silah hesab edilməyən bıçağı götürüb mənzilin qonaq otağında olan Zərərçəkmiş şəxs yaxınlaşaraq həmin hərəkətini pisləyib “fahişə” olduğunu deməsindən, sonuncunun isə onun ailə üzvlərini həmin söyüşlə təhqir etməsindən və ona müqavimət göstərməsindən sonra daha da qəzəblənib əlindəki bıçaqla onun bədəninin həyat əhəmiyyəti orqanlarına xüsusi ağrılarla ifadə olunan çoxsaylı zərbələr vuraraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid “sol körpücükaltı venanın kəsilməsi ilə müşayiət olunan, kəskin daxili və xarici qanitirmə səbəbindən ölümünə səbəb olmuş sol körpücük sümüyü proyeksiyasının bir ədəd, döş qəfəsinin ön səthinin sol yarısının İ-İİ qabırğa səviyyəsinin daxilə nüfuz edən bir ədəd, döş qəfəsinin arxa səthinin sağ yarısında X-Xİ qabırğa səviyyəsində daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yaraları, habelə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid alt çənə nahiyəsinin bir ədəd, boyun nahiyəsinin yuxarı 1/3-nin sol yan səthinin bir ədəd, boyun nahiyəsinin aşağı 1/3-nin ön səthinin iki ədəd, döş qəfəsinin arxa səthinin bir ədəd, sağ kürək sümüyü proyeksiyasının üç ədəd deşilmiş-kəsilmiş yaraları, sağ əlin İV barmağının əsas falanqasının ön səthinin bir ədəd kəsilmiş yarası, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən döş qəfəsi nahiyəsinin sol yarısının ön səthində İ qabırğa səviyyəsinin bir ədəd, sağ süd vəzinin aşağı bayır kvadratının bir ədəd, döş qəfəsinin sağ yan səthinin ön qoltuqaltı xətt üzrə Xİ qabırğa səviyyəsinin bir ədəd, boyun nahiyəsinin aşağı 1/3-nin ön səthinin bir ədəd, boyun nahiyəsinin sağ yan səthinin bir ədəd səthi deşilmiş-kəsilmiş yaraları, ümumilikdə 17 ədəd müxtəlif dərəcəli deşilmiş-kəsilmiş yaraları xəsarətlərini yetirməklə X7 xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2018-ci ildən yaşadığı Qobu Park 1 yaşayış kompleksindən tanımış, 2018-ci ildən bu hadisə olanadək qeyri-rəsmi yaşadığı qadın olub.O, ailəli olub ayrlmış, əvvəlki nikahından iki övladı var və hər ikisi ailəlidirlər, həmçinin Qənəətdə ailəli olmuş 2016-2017-ci illərdə boşanmış, onunda həmin nikahdan bir oğlu olmuşdur. Keçmiş əri övladını görmək üçün onlara gəlib getmişdir, onun bildiyi qədər Qənəətin keçmiş əri ilə münasibəti yaxşı olmamışdır. Hadisə günü o Zərərçəkmiş şəxs evində olmuş və diqqətlə ona baxan zaman onun sol sinə nahiyyəsində olan qançır izini görüb həmin izin necə yarandığını soruşmuş, Qənəət isə oğlunun ad günündə keçmiş əri ilə görüşmüş, həmin gün onunla cinsi əlaqədə olduğu zaman bu qançırı keçmiş əri törətmişdir. Qənəətin dedikləri ona çox pis təsir etdiyi üçün qısqanıb mətbəx otağına gedib qaz plitəsinin yan hissəsindəki dəstəyi qəhvəyi rəngli taxta, tiyəsi isə gümüşü rəngli mətbəx bıçağını götürüb yenidən Qənəətin olduğu qonaq otağına gəlmişdir. Həmin vaxt Qənəət qonaq otağındakı divanda əyləşmiş, Qənəət gülə-gülə “bunu nəyə gətirmisən, nədi məni bıçaqla vurassan guya” demiş, əsəbi halda Qənəətdən nə üçün keçmiş əri Çərkəzlə cinsi əlaqədə olduğunu soruşub ona “sən fahişəsən” deyə qışqırmış, o isə əvəzində anası, keçmiş arvadı, qızı və gəlini barədə xoş olmayan sözlər deyib ağır söyüşlərlə onu təhqir edib “fahişə sənin arvadındı, qızındı, anandı, gəlinindi” demişdir. Bundan sonra əsəbləşərək Qənəətə mətbəxdən gətirdiyi bıçaqla üç dəfə vurmuşdur, ittiham aktında qeyd olunan on yeddi bıçaq zərbəsini o yetirməmişdir. Hadisəni törətdikdən sonra iki ədəd telefon və bir ədəd “Samsung” markalı televizoru özü ilə apamışdır. Həmin əşyaların pulunu özü ödəmişdir. Məhkəmənin 06 dekabr 2022-ci il tarixli iclasında Təqsirləndirilən şəxs əlavə ifadə verərək bildirmişdir ki, cinayətin əsl səbəbi Qənəətin hadisədən bir neçə gün əvvəl başqa bir kişi ilə Xırdalanda yerləşən «Vulkan» otelində görüşməsi olmuşdur. Məhz bu səbəbə görə onu öldürmüşdür. Qənəətin ona xəyanət etməsini sonuncunun qardaşına zəng edib bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mərhum bacısı Qənaətin qeyri-rəsmi əri olmuşdur. 2001-ci ildə bacısı Fərmanova (Həsənalıyeva) Qənəət Oktay qızı dayısı oğlu Şahid4la ailə həyatı qurub rəsmi nikaha daxil olmuş, bu nikahdan 2005-ci il təvəllüdlü Vüsal və 2007-ci il təvəllüdlü Aqşin anadan olmuşdur. Çərkəzlə Qənəət yola gedə bilmədikləri üçün 5 il əvvəl ayrılmışlar. 2018-ci ildə dövlət tərəfindən məcburi köçkünlərə müvəqqəti yaşamaq üçün Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 1 yaşayış kompleksində ev verilən zaman bacısı Qənəətə də mənzil verilmiş, o, Qobu Park 1 yaşayış kompleksi, bina 2, blok 2, mərtəbə 5, mənzil 69-da olan iki otaqlı mənzildə övladları Vüsal və Aqşinlə birlikdə yaşamış, həmin kompleksdə olan “Grand mart” marketində kassir işləməyə başlamışdır. 10 yanvar 2022-ci il tarixdə Qənəətin böyük oğlu Vüsalın ad günü olduğu üçün o, övladları ilə birlikdə onlara gedib Vüsalı təbrik etmiş, həmin gün axşam isə Çərkəz qardaşı və qardaşının ailəsi ilə birlikdə Vüsalı təbrik etmək üçün Qənəətgilə getmiş, Qənəətgildən tez çıxdığı üçün onlarla rastlaşmamışdır. 30 yanvar 2022-ci il tarixdə Qənəətin kiçik oğlu Aqşinin də ad günü olsa da, gedə bilməyib onu telefon vasitəsi ilə təbrik etmiş, həmin gün də Cərkəz qardaşı Bəxtiyar və onun ailə üzvləri Qənəətin yaşadığı mənzilə gedib Aqşini təbrik etmişlər. 07 fevral 2022-ci il tarixdə günorta saatlarında evdə olan zaman kiçik qardaşı Zeynal ona zəng vuraraq Qənəətin yaşadığı mənzildə qətlə yetrildiyini demişdir. Əri Rövşənlə birlikdə Qənəətin yaşadığı evə gəlmişlər. Onlar ora gələn zaman Qənəətin meyitini polislər artıq müayinə edilməsi üçün meyitxanaya aparmışlar. Məhkəmədən təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs isə onun doğma bacısı olmuşdur. Bacısı Zərərçəkmiş şəxs dayısı oğlu Şahid4la ailə həyatı qurmuş, ancaq yola gedə bilmədiklərinə görə onunla rəsmi olaraq boşanmışlar. Bacısı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 1 yaşayış kompleksində bina 2, blok 2, mərtəbə 5, mənzil 69-da övladları Vüsal və Aqşinlə birlikdə yaşamış və həmin kompleksdə “Grand mart” marketində kassir işləmişdir. Təqsirləndirilən şəxs tarixini dəqiq xatırlamadığı vaxt ona zəng edərək bacısı Qənəətin yaşadığı evdə münaqişə olduğunu bildirmiş və ona bununla maraqlanmasını demişdir. O da bacısı Zərərçəkmiş şəxs zəng etmiş, Qənəət isə heç bir problemin olmadığını bildirmişdir. 07 fevral 2022-ci il tarixdə təxminən saat 10-11 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək bacısı Qənəəti qətlə yetirdiyini, övladları məktəbdən gələnə qədər gəlib meyiti götürməyi bildirmişdir. O, Təqsirləndirilən şəxs bacısını nə üçün öldürdüyünü soruşmuş, o isə müəyyən səbəblərə görə aralarında yaranan münaqişə nəticəsində Qənəəti öldürdüyünü demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, mərhum Zərərçəkmiş şəxs isə onun keçmiş həyat yoldaşı olmuş və həmin nikahdan iki övladları var. O, 2013-cü ildə Zərərçəkmiş şəxslə rəsmi olaraq ayrılmış və Zərərçəkmiş şəxs Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 1 yaşayış kompleksi bina 2, blok 2, mərtəbə 5, mənzil 69-da olan iki otaqlı mənzildə övladları Vüsal və Aqşinlə birlikdə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs X2 mənzilinə usta adı ilə gedirdi. Təqsirləndirilən şəxsilə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs arasında qeyri-rəsmi münasibət olması barədə məlumatı olmamışdır. Oğlunun ad günü ilə əlaqədar Zərərçəkmiş şəxs yaşadığı mənzilinə getmiş, ancaq onunla heç bir münasibətdə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun doğma anasıdır. Atası Şahid4 ilə anası Zərərçəkmiş şəxs rəsmi qaydada ayrıldıqdan sonra o və qardaşı Şahid6 anası ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 1 yaşayış kompleksibina 2, blok 2, mərtəbə 5, mənzil 69 ünvanında yaşamışlar. Təqsirləndirilən şəxs isə evlərində təmir işləri üçün gəlib-gedən usta kimi tanımışdır. Anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən öldürüldüyünü məktəbdən gələn zaman bilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs yaşadıqları mənzildən televizor, 02 ədəd mobil telefon və 1000-1500 manat məbləğində pul götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs onun doğma anasıdır. Valideynləri rəsmi qaydada ayrıldıqdan sonra o və qardaşı Şahid5 və anası ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 1 yaşayış kompleksi, bina 2, blok 2, mərtəbə 5, mənzil 69 ünvanında yaşamışlar. Anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən öldürüldüyünü məktəbdən gələn zaman bilmiş, lakin nə üçün öldürdüyünü bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs tanıyır. Onların heç biri ilə qohumluq əlaqələri, ədavəti və düşmənçiliyi olmamışdır və yoxdur. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 1 yaşayış kompleksində yaşayır, orada yerləşən “Grandmart” marketdə müdür müavini vəzifəsində işləyir. Mərhum Zərərçəkmiş şəxs onun işlədiyi marketdə kassir işləmişdir, Təqsirləndirilən şəxs isə onunla eyni binada eyni mərtəbədə 10 nömrəli mənzildə anası Rita, oğlu Zəka və onun ailəsi ilə birlikdə qonşuluqda yaşamışdır. Asəf arvadı ilə ayrılmış, həmin mənzildə yaşamağa başladığı vaxt Asəf arvadı ilə ayrı yaşamışdır. Asəf təbiətcə aqressiv və davaya meyilli insan olmuş, mətbəxlərin əsas divarı ortaq olduğu üçün vaxtaşırı Asəfin ailə üzvlərinə qışqıraraq onlarla dava etdiyi eşitmişdir. X18 yaxın münasibətdə olmasını bilirdi. Faktiki bu ikisi qeyri-rəsmi olsa da ər-arvad münasibətlərində idilər. Asəf Qənəəti ç işə yola salıb, işdən sonra qarşılayırdı. 07 fevral 2022-ci il tarixdə saat 10 radələrində Asəf marketə gələrək marketin qarşısında ona Qənəəti yaşadığı mənzildə bıçaqlayaraq öldürdüyünü, polisə təslim olmaq üçün getdiyini, oğlu Zəkadan muğayat olmağını demişdir. Asəfdən ondan nə üçün belə bir iş gördüyünü soruşduqda, Asəf törətdiyi cinayət əməlinin səbəbi barədə heç nə deməmişdir. O, baş vermiş hadisə barədə marketin müdiri Pərviz Məmmədova məlumat vermiş, bundan sonra Pərviz müəllim marketdə mühafizəçi işləyən və Qənəətin qohumu olan Şahid2 yanına çağırıb nə baş verdiyini dəqiqləşdirmək məqsədi ilə hər ikisini Qənəətin yaşadığı mənzilə göndərmişdir. Onlar Qənəətin yaşadığı mənzilin giriş qapısının qarşısına gələrək qapını döysələr də açan olmamışdır. Bundan sonra Şahid2 Qənəətin uşaqlarının oxuduğu məktəbə gedərək mənzilin açarını götürüb qayıtmışdır. Bu zaman marketdə menecer işləyən Şahid3 ona zəng vuraraq hadisə barədə müdirin ona məlumat verdiyini və Qənəətin yaşadığı binanın yaxınlığında olduğunu demiş, Şahid3 da mənzilin giriş qapısının yanına gəldikdən sonra Şahid2 gətirdiyi açarla qapını açmış və onlar birlikdə Qənəətin yaşadığı mənzilə daxil olmuşlar. Mənzilin otaqlarındakı ev əşyaları dağınıq vəziyyətdə olmuş, qonaq otağında isə qonaq otağının döşəməsində Qənəətin üzü aşağı hərəkətsiz vəziyyətdə uzandığını görmüş, ətrafda səpələnmiş halda qanabənzər ləkələr olmuşdur. Şahid2 əli ilə Qənəətin boğaz nahiyyəsindəki damara tutaraq Qənəətin artıq öldüyünü bildirmişdir. O, dərhal mobil telefonla X19, daha sonra Pərviz müəllimə zəng vuraraq hadisə barədə məlumat vermiş, Rahibə də DİN-nin 103 xidmətinə zəng vuraraq hadisə barədə bildirmişdir. Bundan sonra hadisə yerinə polis və TTY gəlmiş, Qənəətin meyitini morqa aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs onun uzaq qohumudur. O, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 1 yaşayış kompleksində yerləşən “Grandmart” marketində mühafizəçi işləmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs isə həmin Qobu Park 1 yaşayış kompleksinin sakinləri olmuşlar. Qənəət Grandmart marketində kassir işləmişdir. 07 fevral 2022-ci il tarixdə saat 10 radələrində işdə olan zaman müdir müavini Şahid1 ona yaxınlaşıb Qənəətin qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs tərəfindən yaşadığı mənzildə bıçaqla qətlə yetirildiyini bildirmişdir. Təxminən 20-25 dəqiqədən sonra marketin müdiri Pərviz Məmmədov iş yerinə gəldikdə Koroğlu baş vermiş hadisə barədə ona məlumat vermiş, Pərviz müəllim də onu yanına çağırıb nə baş verdiyini dəqiqləşdirmək məqsədilə Koroğlu ilə birlikdə Qənəətin yaşadığı mənzilə göndərmişdir. O və Şahid1 Qənəətin mənzilinin qapısının qarşısına gəlib qapının bağlı olduğunu görmüşlər, bundan sonra o, Qənəət ilə qohum olduğu üçün Qənəətin oğlanları Aqşin və Vüsalın oxuduğu məktəbə gedərək mənzilin açarını Vüsaldan götürüb geri qayıdan zaman onlarla birlikdə “Grandmart” marketində menecer işləyən Şahid3 ilə görüşüb üçü birlikdə Qənəətin yaşadığı mənzilə daxil olmuşlar. Mənzilin otaqlarındakı ev əşyaları dağınıq vəziyyətdə olmuş, birlikdə qonaq otağına daxil olan zaman Qənəətin qonaq otağının döşəməsində üzü aşağı hərəkətsiz vəziyyətdə uzandığını görmüş, bədəninin müxtəlif nahiyyələrində və ətrafında qan izləri olmuşdur. O, barmağını Qənəətin boynundakı damarına tutaraq Qənəətin artıq öldüyünü bilmiş, bu barədə Koroğlu ilə Rahibəyə demiş, Koroğlu dərhal X21 xidmətinə, daha sonra Pərviz müəllimə zəng vuraraq hadisə barədə məlumat vermiş, Rahibə də DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Bu iş üzrə bildiyi budur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. Ona Azərbaycan Respublikası Konstitusiyasının 66-ci və Azərbaycan Respublikası CPM-nin 20-ci maddələrində göstərilən yaxın qohumu olan atasının əleyhinə ifadə verməmək hüquqları izah edildi və Şahid7 bu hüququndan istifadə edərək ifadə verməkdən imtina etdi. Bundan sonra ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, o, 2018-ci ildə Lökbatan qəsəbəsindəki evləri söküldüyü üçün ailə üzləri dövlət tərəfindən onlara verilən ünvan 2 ünvanında yerləşən mənzilə köçərək orada yaşamışlar. Atası Təqsirləndirilən şəxs anası X6 ilə 2012-ci ildə ayrılmış, bundan sonra o və bacısı Nuranə atası ilə birlikdə yaşamış, anası isə Füzuli rayonu Zobzuq qəsəbəsinə köçərək öz anası ilə birlikdə yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs 2019-cu ildən yaşadığı Qobu Park 1 yaşayış kompleksindən tanımış, Qənəət əvvəlki illərdə kompleksdə yerləşən “Elmar” marketdə bacısı Nuranə ilə birlikdə işləmişdir. Qənəət kompleksdə bina 2, mənzil 69 ünvanında oğlanları Vüsal və Aqşinlə birlikdə yaşamışdır. Təxminən 2 ay əvvəl “Bonus” marketin adı dəyişdirilərək “Grandmart” marketi olmuş, Qənəət də orada kassir işləmiş, atası Asəflə Qənəətin münasibətləri ciddi olduğu üçün Qənəəti anası Rita, bacısı Nuranə, arvadı Rühanə və onunla tanış etmişdir. Qənəət və uşaqları ara-sıra onlara gəlib-getmiş, pul və digər ərzaq məhsulları lazım olduqda Qənəət çox vaxt kiçik oğlu Aqşini onlara göndərmiş, atası Asəf də lazım olan ərzaqları və ya pulu Aqşinə verərək evlərinə yola salmışdır. Atası Asəf müxtəlif vaxtlarda 194, 174 və 567 saylı marşurutlarda avtobus sürücüsü, daha sonra isə bir neçə şəxsin ailə sürücüsü və mənzil təmiri ilə məşğul olmuş, son iş yeri 567 saylı marşurutda avtobus sürücüsü olmuşdur. 2020-ci ilin iyun ayında atası işdən çıxa bilmədiyi üçün ona zəng vurub Qənəətin evinə “Kontakt Home”-dan kreditlə “Samsung” markalı televizor sifariş verdiyini, Qənəətin pulu olmadığını və Qənəətgilə gedərək ona 72 (yetmiş iki) manat pul verməyini demiş, üzərində pul olduğu üçün Qənəətin yaşadığı evə gedib ona 72 (yetmiş iki) manat pulu verib həmin pulu atasının verdiyini və “Kontakt Home”-dan evinə kreditlə aldığı “Samsung” markalı televizorun ilkin ödənişini verməsini bildirmişdir. Bundan sonrakı vaxtlarda da bir neçə dəfə atası televizorun kredit ödənişini ödəmək üçün Qənəətə pul verdiyini və Qənəətin televizorun kredit ödənişini “milli ön” və “E-manat” vasitəsi ilə ödədiyini demişdir. 04 fevral 2022-ci il tarixdə növbəti əmək məzuniyyətinə çıxdığı üçün anası Nərgiz və nənəsi İradəyə baş çəkib görüşmək üçün arvadı Ruhanə ilə birlikdə Füzuli rayonu Zobzuq qəsəbəsinə getmişlər. 07 fevral 2022-ci il tarixdə təxminən saat 10-11 radələrində ailə üzvləri ilə birlikdə anasıgildə olan zaman atası Asəf ona zəng vurub Qənəətlə onun evində mübahisə etdiyini, mübahisə əsnasında atasını və ailə üzvlərini ağır söyüşlərlə söydüyü üçün Qənəəti öldürdüyünü demiş, həyəcanlandığı üçün atasına polisə gedib təslim olmasını demiş, atası ona yolda olduğunu və Füzuli rayonu Zobzuq qəsəbəsinə gəlib onlarla görüşdükdən sonra polis şöbəsinə gedib təslim olacağını bildirmişdir. Həmin gün axşam təxminən saat 19-20 radələrində atası gəlib onlarla görüşüb səhəri gün də evdən çıxıb könüllü təslim olmaq üçün Füzuli rayon polis şöbəsinə getmişdir. Daha sonra o arvadı Ruhanə ilə evə geri qayıtmış, qonaq otağında “Samsung” markalı televizor olduğunu görmüş, daha sonra Qaradağ rayon prokurorluğunun inzibati binasında atası ilə görüşən zaman atası ona evdə olan televizorun “Kontakt Home”-dan kreditlə alınan “Samsung” markalı televizor olduğunu və həmin televizoru Qənəətin yaşadığı evdən gətirdiyini və həmin televizoru gətirib istintaqa təhvil verməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs tanımışdır. Belə ki, Qənəətlə birlikdə 2020ci ilin noyabr ayından Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park 1 yaşayış kompleksində “Grangmart” marketdə müdir müavini işləyir, Zərərçəkmiş şəxs isə kassir işləmişdir. Qənəətlə Asəfin qeyri-rəsmi ər-arvad münasibətlərində olmasını bilirdi. X14 münasibətləri haqqında danışmazdı, həmçinin o da onun şəxsi işləri ilə maraqlanmamışdır. Son zamanlar Qənəətin Asəflə mübahisə etdiyini və bununla bağlı Qaradağ RPİ-nin 10-cu PBnə müraciət etdiyini Qənəətin sözlərindən bilmişdir. 07 fevral 2022-ci il tarixdə təxminən saat 12 radələrində yolda avtobusda olan zaman işlədiyi marketin müdiri Pərviz Məmmədov ona zəng vuraraq Qənəətin yaşadığı mənzildə Asəf tərəfindən bıçaqla qətlə yetirilməsini demiş və ona Qənəətin mənzilinə getməsini, müdir müavini Şahid1 və mühafizəçi Şahid2 artıq orada olmasını demişdir. O, da Koroğlu ilə zəngləşib onlarla Qənəətin yaşadığı binanın qarşısında görüşüb birlikdə Qənəətin yaşadığı mənzilə qalxmış, Rəvan əlindəki açarla mənzilin giriş qapısını açmış və onlar mənzilə daxil olmuşlar. Mənzilin otaqlarındakı ev əşyaları dağınıq vəziyyətdə olmuş, qonaq otağında isə döşəmədə Qənəətin hərəkətsiz vəziyyətdə uzandığını görmüşdür. Qənəətin üz nahiyyəsi döşəməyə tərəf olduğu üçün üzü görünməmiş, ətrafında isə səpələnmiş halda qanabənzər ləkələr olmuşdur. O, dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, Koroğlu isə X19 və Pərviz müəllimə zəng vurmuşdur. Əlavə olaraq qeyd etmək istəyir ki, Qənəət ərindən boşanmış, 2 övladı var, ərindən boşandıqdan sonra qeyri-rəsmi olaraq Təqsirləndirilən şəxs ilə ər-arvad münasibətində olmuşlar. Qənəəti çox vaxt Asəf işə aparıb gətirmiş, Asəf marketə daxil olmasa da, Qənəəti marketin girişinədək müşayiət etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, ünvan 3 ünvanıdır, mənzil qonaq, yataq, mətbəx və hamam otağında ibarətdir. Qonaq, yataq və mətbəx otağındakı ev və digər məişət əşyaları dağınıq haldadır, yataq otağındakı hər iki çarpayının üzərindəki döşəklər, odeyallar və balınclar dağınıq vəziyyətdə və yerdədirlər. Mətbəx mebelinin üzərində ağ rəngli qaz plitəsi, aspirator, qab yumaq üçün nəzərdə tutulmuş dəmir çanaq quraşdırılmış, çanağın içərisində yuyulmaq üçün qoyulmuş, nəlbəkilər, stəkanlar, taxta qaşıq və 01 ədəd dəstəyi qəhvəyi rəngli taxta materialından, tiyəsi isə gümüşü rəngli dəmir materialından olan yuyulmuş halda olan bıçaq vardır, bıçaq yuyulsa da, üzərində bir neçə qanabənzər ləkələrin olduğu aydın görünür. Qonaq otağına daxil olduqda otağın giriş qapısı ilə üzbəüz divara söykənmiş boz rəngli parça materialından olan divanın üzərində açıq çəhrayi rəngli odeyal, iki ədəd üzərində müxtəlif rəngləri olan yastıq və bir ədəd üzərində çəhrayı və ağ rəngli naxışlı üzərində qana bulaşmış ləkələr olan yorğanı vardır. Divanın qarşısında yerdə üzərində, boz, tünd qəhvəyi, açıq göy rəngli naxışları və topa, səpələnmiş halda qan ləkələri olan xalça vardır. Xalçanın üzərində olan 01 ədəd ağ rəngli mobil telefonun sarj naqilinin üzərində də qanabənzər ləkələrin olduğu aydın görünür. Məhkəmədə elan edilib araşdırılmış “meyitə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs meyitinin əynində qara-boz rəngli öndən zəncirbəndlə bağlanan, sintetik materialdan idman gödəkçəsi, qara rəngli qısaqol mayka, ağ rəngli busqalter, qara rəngli şalvar, narıncı rəngli tuman, göy rəngli bir cüt corab var. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər var: 1) Alt çənənin sol yan səthində üçbücaq formalı, bucağının aşağı səthi 8,0x2,0 sm, yuxarı səthi isə 7,0x0,4 sm. 2) Boyunun sol yan səthinin orta 1/3-nin qulaq sırğalığından 2 sm aşağıda yerləşən 1,2x0,4 sm. 3) Boyunun sol ön - yan səthinin aşağı 1/3-də 2,2x1,7 sm. 4) Boyunun aşağı 1/3-nin ön səthində 2,6x0,5 sm. 5) Sol körpücük sümük proyeksiyasında orta 1/3-də 2,8x1,0 sm. 6) Döş qəfəsinin ön səthinin sol yarısının İ qabırğa proyeksiyasında 2,0x0,5 sm. 7) Döş qəfəsinin arxa səthinin onurğa sütunundan 1sm solda V-Vİ qabırğa proyeksiyasında 2,5x0,7 sm. 8) Sağ kürək sümük proyeksiyasında 3 ədəd bir-birinə yaxın, 3,0x1,0sm, 2,7x1,0 sm, 2,2x0,5 sm. 9) Döş qəfəsinin arxa səthinin sağ yarısında İX-X qabırğa proyeksiyasında 1,5x0,8 sm ölçülərdə, kənarları hamar, bucaqlarından biri iti digəri küt olan üzərində qanaxma izləri olan deşilmiş - kəsilmiş yaralar vardır. 10) Sağ əlin ovuc səthinin İV əl barmağının əsas falanqasında 2,2x0,3 sm. 11) Döş qəfəsinin ön səthinin sol yarısının İ qabırğa proyeksiyasında 0,5x0,3 sm. 12) Boyunun sağ yan səthinin orta 1/3-dən aşağı 1/3-nə qədər davam edən aypara formalı, 5,0x0,1 sm. 13) Sağ süd vəzinin aşağı-bayır kvadratında döş giləsindən 2sm aralıda 0,5x0,2 sm, 14) Döş qəfəsinin sağ yan səthinin ön qoltuqaltı xətt üzrə Xİ qabırğa proyeksiyasında 0,5x0,2 sm. 15) Boyunun ön səthinin aşağı 1/3-də 1,1x0,2 sm ölçülərdə, kənarları hamar, bucaqlarından biri iti digəri küt olan, üzərində qanaxma izləri olan səthi kəsilmiş yaralar vardır. 16) Döş qəfəsinin ön səthinin sağ yarısının X qabırğa proyeksiyasında 1 ədəd 0,3x0,2 sm. 17) Döş qəfəsinin ön səthinin sağ yarısının X qabırğa proyeksiyasında 1 ədəd 0,2x0,1 sm. Bundan başqa mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı köhnə xəsarətlər var: 1) Qarının ön səthinin sağ yarısında 0,2x0,1 sm ölçülərdə, oval formalı, kənarları nahamar, ətraf dəri səviyyəsindən aşağıda yerləşən, üzəri qəhvəyi rəngli qartmaqla örtülü səthi deşilmiş yara. 2) Sol süd vəzinin iç kvadratında 4,2x2,1 sm ölçüdə, qeyri müəyyən formalı, yaşılımtıl - sarımtıl rəngli qançır. 3) Sağ süd vəzinin iç kvadratında 2,4x2,2 sm ölçüdə, eyni xarakterli və rəngli qançır. Meyitin bədən səthində digər xəsarət aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “bıçağa baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, ümumi uzunluğu 20 sm olmaqla metal rəngli dəmir materialdan hazırlanmış bıçağın tiyə və dəstəyində qanabənzər ləkələr vardır. Bıçaq kustar üsulla hazılanmışdır, dəstəyinin üzərində tiyəni geriyə və önə çəkmək üçün nəzərdə tutulmuş düymə və onun saxlanılma yerləri vardır, dəstəyinin ön və arxa hissələri qeyri-standart olmaqla uzunluğu 15,4 sm, eni isə 1,8 sm-dir. Tiyə hissəsinin uzunluğu 5,5 sm, eni isə orta hissədə 1,3 sm-dir, yiyə uc hissəsəsinə dorğu 1,5 sm-dən 0,8 sm-ə qədər nazikləşir. Bıçağın digər üzünə baxdıqda dəstək hissəsinə “şrupla” bərkidilmiş 1,1 sm x 0,5 sm olan mavi rəngli, qeyri-standart formada plastmas, həmçinin bıçağın dəstəyində 9,4 sm x 0,6 sm ölçüdə düz xətt şəkilli batıq vardır. Bıçaq qatlanmayan tiplidir, dəstək və tiyədən ibarətdir, ümumi uzunluğu 280mm-dir. Bıçağın tiyəsi gümüşü rəngli metaldandır. Tiyənin bir kənarı itilənmiş (ülgücü), digər kənarı isə itilənməmişdir (küpü). Tiyənin ülgücü hər iki tərəfdən itilənmişdir. Tiyənin uzunluğu 170mm-dir. Tiyənin sol səthində «feng&feng» sözü həkk olunmuşdur. Bıçağın dəstəyi qəhvəyi rəngli hər iki lövhəsi taxta lövhədən ibarətdir. Hər iki lövhənin üzərinə 03 ədəd metal mil bərkidilmişdir. Dəstəyin uzunluğu 115 mm-dir. olan bıçaq vardır. Qeyd olunan mətbəx bıçağı yuyulmuş haldadır, bıçaq yuyulsada, üzərində bir neçə yerdə qanabənzər ləkələrin olduğu aydın görünür. Məhkəmədə elan edilib araşdırılmış “əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, mərhum Zərərçəkmiş şəxs əynində olmuş geyim əşyalarına baxış keçirilərkən onun gödəkçəsinin üzərində qanabənzər ləkələr, arxa və aşağı hissələrində kəsici deşici alətlə yetirilməyə xarekterik deşilmiş zədələr vardır. Qolsuz maykanın üzərində qanabənzər ləkələr, qabaq və arxa hissələrində kəsici deşici alətlə yetirilməyə xarekterik deşilmiş zədələr vardır. Məhkəmədə elan edilib araşdırılmış «şübhə edilən şəxsin tutulması haqqında» xx.xx.2022-cı il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 15:00-da Təqsirləndirilən şəxs Füzuli rayon polis şöbəsinə gələrək təslim olmuşdur. Bu səəbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 120.1ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 fevral 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifadəsində törətdiyi cinayət hadisəsi və mobil telefonalrla paltarlarını atması ilə bağlı göstərdiyi xüsusatları hadisə yerində göstərmiş, Zərərçəkmiş şəxs öldürərkən cinayətin aləti kimi istifadə etdiyi bıçağı mətbəx otağından necə götürdüyünü və bıçaqla zərbələri hansı formada yetirməsini bir daha təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 07 fevral 2022-ci il tarixli, 16 saylı rəyindən müəyyən olunur ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibbi müayinəsi zamanı onda aşağıdakı xəsarətlər aşkar edilmişdir:

1. sol körpücükaltı venanın kəsilməsi ilə müşayiət olunan sol körpücük sümüyü proyeksiyasının bir ədəd deşilmiş-kəsilmiş yarası;

2. döş qəfəsinin ön səthinin sol yarısının İ-İİ qabırğa səviyyəsinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası;

3. döş qəfəsinin arxa səthinin sağ yarısında X-Xİ qabırğa səviyyəsində daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası;

4. alt çənə nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası;

5. boyun nahiyəsinin yuxarı 1/3-nin sol yan səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası;

6. boyun nahiyəsinin aşağı 1/3-nin ön səthinin iki ədəd deşilmiş-kəsilmiş yarası;

7. döş qəfəsinin arxa səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası;

8. sağ kürək sümüyü proyeksiyasının üç ədəd deşilmiş-kəsilmiş yaraları;

9. sağ əlin İV barmağının əsas falanqasının ön səthinin bir ədəd kəsilmiş yarası;

10. döş qəfəsi nahiyəsinin sol yarısının ön səthində İ qabırğa səviyyəsinin bir ədəd səthi deşilmiş-kəsilmiş yarası;

11. sağ süd vəzinin aşağı-bayır kvadratının bir ədəd səthi deşilmiş-kəsilmiş yarası;

12. döş qəfəsinin sağ yan səthinin ön qoltuqaltı xətt üzrə Xİ qabırğa səviyyəsinin bir ədəd səthi deşilmiş-kəsilmiş yarası;

13. boyun nahiyəsinin aşağı 1/3-nin ön səthinin bir ədəd səthi deşilmiş-kəsilmiş yarası;

14. boyun nahiyəsinin sağ yan səthinin bir ədəd səthi deşilmiş-kəsilmiş yarası;

15. döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthinin X qabırğa səviyyəsinin iki ədəd səthi deşilmiş yaraları;

16. qarın nahiyəsinin ön divarının sağ yarısının səthi deşilmiş yaraları;

17. sol süd vəzinin yuxarı-iç kvadratının və sağ süd vəzinin yuxarı-iç kvadratının qançırları. Qeyd olunan xəsarətlərdən sol körpücükaltı venanın kəsilməsi ilə müşayiət olunan sol körpücük sümüyü proyeksiyasının bir ədəd, döş qəfəsinin ön səthinin sol yarısının İ-İİ qabırğa səviyyəsinin daxilə nüfuz edən bir ədəd, döş qəfəsinin arxa səthinin sağ yarısında X-Xİ qabırğa səviyyəsində daxilə nüfuz edən bir ədəd, alt çənə nahiyəsinin bir ədəd, boyun nahiyəsinin yuxarı 1/3-nin sol yan səthinin bir ədəd, boyun nahiyəsinin aşağı 1/3-nin ön səthinin iki ədəd, döş qəfəsinin arxa səthinin bir ədəd, sağ kürək sümüyü proyeksiyasının üç ədəd, sağ əlin İV barmağının əsas falanqasının ön səthinin bir ədəd, döş qəfəsi nahiyəsinin sol yarısının ön səthində İ qabırğa səviyyəsinin bir ədəd səthi, sağ süd vəzinin aşağı-bayır kvadratının bir ədəd səthi, döş qəfəsinin sağ yan səthinin ön qoltuqaltı xətt üzrə Xİ qabırğa səviyyəsinin bir ədəd səthi, boyun nahiyəsinin aşağı 1/3-nin ön səthinin bir ədəd səthi, boyun nahiyəsinin sağ yan səthinin bir ədəd səthi deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alət (əşya) ola bilsin bıçaq təsirindən töərnmişlər, həyatidirlər, mərhumun ölümündən az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən 07 fevral 2022-ci il tarixdə və şəraitdə törənmələri mümkündür. Qeyd olunmuş xəsarətlərdən “sol körpücükaltı venanın kəsilməsi ilə müşayiət olunan sol körpücük sümüyü proyeksiyasının bir ədəd, döş qəfəsinin ön səthinin sol yarısının İ-İİ qabırğa səviyyəsinin daxilə nüfuz edən bir ədəd, döş qəfəsinin arxa səthinin sağ yarısında X- Xİ qabırğa səviyyəsində daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yaraları dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərmanın, alt çənə nahiyəsinin bir ədəd, boyun nahiyəsinin yuxarı 1/3-nin sol yan səthinin bir ədəd, boyun nahiyəsinin yuxarı 1/3-nin sol yan səthinin bir ədəd, boyun nahiyəsinin aşağı 1/3nin ön səthinin iki ədəd, döş qəfəsinin arxa səthinin bir ədəd, sağ kürək sümüyü proyeksiyasının üç ədəd deşilmiş-kəsilmiş yaraları, sağ əlin İV barmağının əsas falanqasının ön səthinin bir ədəd kəsilmiş yarası həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər, döş qəfəsi nahiyəsinin sol yarısının ön səthində İ qabırğa səviyyəsinin bir ədəd, sağ süd vəzinin aşağı bayır kvadratının bir ədəd, döş qəfəsinin sağ yan səthinin ön qoltuqaltı xətt üzrə Xİ qabırğa səviyyəsinin bir ədəd, boyun nahiyəsinin aşağı 1/3-nin ön səthinin bir ədəd, boyun nahiyəsinin sağ yan səthinin bir ədəd səthi deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə, həm ayrı-ayrılıqda sağlamlığa zərər vurmayanxəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Döş qəfəsi nahiyəsinin sağ yarısının ön sərhinin ön səthinin X qabırğa səviyyəsinin iki ədəd, qarın nahiyəsinin ön divarının sağ yarısının səthi deşilmiş yaraları deşici-kəsici alət (əşya) təsirindən müayinədən 2-3 gün əvvələ, sol süd vəzinin yuxarı-iç kvadratının və sağ süd vəzinin yuxarı-iç kvadratının qançırları isə küt əşya (əşyalar) təsirindən müayinədən 6-9 gün əvvəl törənməklə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol körpücükaltı venanın kəsilməsi (zədələnməsi) nəticəsində baş vermiş kəskin daxili və xarici qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (07 fevral 2022-ci il, saat 14:30) 4-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərlə hadisə zamanı onun əynində olan paltarlardakı zədələr sayına və yerləşmə nahiyələrinə görə bir-birinə uyğundur. Qeyd olunan xəsarətlər yetirildikdən sonra Zərərçəkmiş şəxs qısa müddətdə yeriyə və məqsədyönlü hərəkət edə bilməsi inkar olunmur və həmin xəsarətlər yetirildikdən sonra ölüm müəyyən zaman çərçivəsindən sonra baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs sağ əlin İV barmağının əsas falanqasının ön səthinin bir ədəd kəsilmiş yarası onun mübarizə və özünü müdafiə zamanı yetirilməsi inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş deşilmiş-kəsilmiş və kəsilmiş yaraların xarakterini nəzərə alıb demək olar ki, həmin xəsarətlər təqdim olunmuş və ya ona oxşar bıçağın təsirindən əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər müxtəlif nahiyələrdə, ölçülərdə və istiqamətlərdə olduqlarından xəsarət yetirən şəxsin hadisə zamanı zərərşəkmişlə hansı qarşılıqlı yerləşmələri haqqında dəqiq fikir söyləmək mümkün olmadı. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 09 fevral 2022-ci il tarixli 97 saylı və 03 iyun 2022-ci il tarixli 22/97 saylı rəylərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş “sağ əlin İV barmağının səthi kəsilmiş yarası” xəsarəti kəsici kənara malik əşyanın (alət, ola bilsin bıçaq), sol yanaq nahiyəsinin, sol qulaq seyvanının, döş qəfəsinin ön səthinin sol yarısının, sol əlin üst səthinin sıyrıqları isə bərk küt əşya (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən 07 fevral 2022-ci il tarixdə törənməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Sağ əlin İV barmağının səthi kəsilmiş yarasının təqdim olunmuş və ya ona oxşar tipli bıçağın təsirindən törənməsi inkar olunmur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi bioloji ekspertizasının 18 aprel 2022-ci il tarixli, 190/2022-MTBŞ saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi Abeta/H(İİ), Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi 0(İ)-dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd lifçik, tuman, qolsuz mayka, ev şalvarı, bir cüt qısa corab və uzunqol gödəkçə, hadisə yerində iki ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunə, bıçağın tiyəsi, adaptorun hər iki hissəsi üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri, Zərərçəkmiş şəxs məxsus lifçik,qolsuz mayka və uzunqol gödəkçə üzərində, həmçinin beta aqqlyutinini də alındı. Bu növ ləkələri Abeta/H(İİ)qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda bu ləkələrdə 0(İ) qruplu Təqsirləndirilən şəxs da (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) qarışmış qanının olması mümkündür. Təqdim olunmuş bıçağın dəstəyi üzərində qan aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi kriminalistik ekspertizasının 29 aprel 2022-ci il tarixli, 155-2022/MTKŞ saylı rəyindən müəyyən olunur ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön hissəsinin sağ-aşağı nahiyəsində bir ədəd, büstqalterin sağ arxa nahiyəsində üç ədəd, gödəkçənin ön hissəsinin sağ aşağı nahiyəsində bir ədəd, gödəkçənin arxa hissəsinin sağ yuxarı nahiyəsində beş ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər alətlə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus bir cüt corab, tuman və şalvar üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 07 may 2022-ci il tarixli, 1152 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər hər hansı ruhi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur və törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hövsələsizlik, çılğınlıq, inadkarlıq, tez özündən çıxmaq, hirslilik, emosional reaksiyalara meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, onun əqli intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri müşahidə olunmur. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs psixi emosional sferasında hirslilik, gərginlik, impulsivlik kimi hallar yaranmış, həmin halın yaranması onda müəyyən edilən psixopatik xasiyyət cizgiləri fonunda situasiya ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin 19 aprel 2022-ci il tarixli məktublarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışlar. Məhkəmədə elan edilib araşdırılmış Respublika Narkoloji Mərkəzinin 28 aprel 2022-ci il tarixli məktublarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mərkəzdə müalicədə və qeydiyyatda olmamışlar. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsinin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 08 dekabr 2015-ci il tarixdə Füzuli RPŞ-də Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və 09 fevral 2016-cı il tarixdə cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış təqsirləndiriln şəxsi xarakterizə edən digər sənədlərdən müəyyən odlunur ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayə hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli qərarın 21-ci maddəsinəəsasən qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi vəşəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Belə ki, məhkəmə baxışında ibtidai araşdırma orqanının gəldiyi nəticə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməsi tam təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi, Zərərçəkmiş şəxs hadisə vaxtı yalnız üç dəfə bıçaqla xəsarət yetirməsi barədə ifadəsini məhkəmə həqiqətə uyğun olmayan və məhkəmədə tədqiq edilmiş digər sübut növləri ilə təkzib olunmuş kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirin əzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Füzuli rayon polis şöbəsinə könüllü olaraq gəlib təslim olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, lakin onun törətdiyi Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğundan Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinin tələbləri Təqsirləndirilən şəxs cəza təyin etdikdə tətbiq edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməl Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzasının əvvəli isə xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd lifçik, tuman, qolsuz mayka, ev şalvarı, bir cüt qısa corab və uzunqol gödəkçə, hadisə yerində iki ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunə, 1 ədəd bıçaq məhv edilməlidir. Təqsirləndirilən şəxs otlunun məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 300 AZN (üç üz manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Qaradağ rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyaları, hadisə yerində iki ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunə, 01 ədəd bıçaq məhv edilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 300 AZN (üç yüz manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddətbaşa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar