Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1486/2024 08.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «FİDES» Vəkil Bürosunun vəkili X7 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxxx 1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14.10-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib daşıyaraq saxlamışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda təmiz çəkisi 1010 qram (1 kq 10 qr) olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X4 daşımış, 13 fevral 2023-cü il tarixdə Xəzər RPİnin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin günü saat 21:05-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X9 saxlanılaraq Xəzər RPİ-nə gətirilmiş və xidməti otaqların birində saat 21:40-da Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli idman gödəkçəsinin sol iç tərəfindən 01 ədəd şəffaf rəngli polietilen bükümdə təmiz çəkisi 1010 qram (1 kq 10 qr) külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, instagramda “Omid” adlı İran vətəndaşı ilə tanış olmuşdur. Onunla narkotik vasitə əldə etmək üçün danışmış, həmin şəxs narkotikin yeri barədə ona şəkil yollamış, narkotik vasitənin mağazanın arxasında taxtanın altında olmuşdur. Narkotik nisyə verilməli, ödəniş onun tərəfindən sonra edilməli idi. Fevral ayının 23-ü narkotik vasitə əldə etmək üçün Binəyə şəkildə qeyd edilən yerə getmişdir. Həmin yerdə 20 qram marixuana olmuş və onu götürməmiş, arxaya dönəndə mağazanın arxasında polislərin qaça-qaça üzərinə gəldiklərini görmüşdür. Həmin vaxt o, 600-700 metr qaçmış, polis silah çıxararaq “qaçma atacam” demiş, qarşıdan gələn maşınla qabağını kəsmışlər. Onu 4-5 nəfər mülki geyimli polislər gündüz vaxtı saxlamışlar. Onun üzərində narkotik vasitə olmamış bir kiloqram heroin polislər tərəfindən qoyulmuşdur. Polislər tərəfindən döyüldüyündən və təzyiq edildiyindən videoçəkilişdə narkotik vasitənin ona aid olmasını bildirmək məcburiyyətində qalmışdır. Videoçəkiliş şöbədə aparılmış, müdafiəçi iştirak etmişdir. Videoçəkilişdə narkotik vasitəni tanımadığı İran vətəndaşından aldığını bildirmişdir. Ona olan təzyiqlərdən şikayət etməmişdir. 4.Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 15 fevral 2023-cü il tarixli ifadəsi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Bir neçə ildir ki, narkotik vasitə olan heroin qəbul edir. Əvvəllər az qəbul etsə də son zamanlar narkotik vasitənin dozasını artırmağa məcburdur. Belə ki, narkomaniya xəstəliyi ağırlaşdıqca təsiri də azalır və hər gün daha çox narkotik vasitə almaq məcburiyyətində qalır. Bu səbəbdən tez-tez almamaq üçün qərara gəlmişdir ki, bir neçə aylıq istifadə edə biləcəyi qədər, yəni təxminən 1 kq çəkidə heroin alsın. Bu səbəbdən əvvəllər də istifadə etmək üçün heroin aldığı Omid adlı İran vətəndaşı olduğunu bildirən şəxsdən xahiş etmişdir ki, ona 1 kq heroin satsın və evdə bir neçə ay ərzində rahat şəkildə istifadə etsin. Omid ona ucuz qiymətə təşkil edəcəyinə söz vermişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Bolluq massivi ərazisinə gedib orada Omid adlı şəxsdən 2000 manat verib təxminən 1 kq 10.0 qram olan və şəffaf sellofana bükülmüş heroini alıb əynində olan qara rəngli idman gödəkçəsinin sol iç tərəfində saxlayıb, həmin şəxsdən aralaşıb yola tərəf çıxmışdır. Bir qədər yol getmişdir ki, iki nəfər şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını bildirib onu Xəzər RPİ-ə dəvət etmişlər. İdarədə müdafiəçi təqdim olunaraq üzərində videoçəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol iç tərəfindən çıxarıb həmin narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin maddə barədə soruşularkən Omid adlı şəxsdən öz istifadəsi üçün aldığını demişdir. Həmin maddə qablaşdırılaraq zərfə qoyulmuş və protokol tərtib oldunmuşdur. Protokolda və zərfdə imza etmişdir. İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən Omid adlı şəxs tanımır, həmin şəxs barədə məlumat verə bilmir. O, uzun müddətdir ki, narkotik maddələrdən istifadə edir. Bu işlə məşğul olmasından heç kimin xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tədbiq edilməmişdir. Şəxsi axtarış və baxış keçirilmədən öncə onun üzərinə heç bir polis əməkdaşı yoxlanış keçirməmişdir. O, heç vaxt narkotik vasitələri satmamış, kiməsə vermək və ya satmaq məqsədi olmamışdır. Özü heroinin aludəçisidir və hədsiz çox istifadə etdiyimdən mütəmadi almaq məcburiyyətində qalmamaq üçün bir dəfəyə çox almışdır ki, evə qoyub bir neçə ay rahat qəbul etsin. Omid adlı şəxslə internetdə tanış olmuş, üzdən tanımışdır, başqa anket məlumatını bilmir. Ümumiyyətlə adına mobil nömrə yoxdur. O, həbs olunanacan anasının +**********63 saylı Türkiyədə öz adına aldığı mobil nömrəsini Whatsapp olaraq işlətmiş, həmin Whatsapp olan telefonu qırılmışdır. İfadəsinə əlavəsi yoxdur (İ cild, səh. 59-61). 5.Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 27 yanvar 2024-cü il tarixli ifadəsi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ona verilmiş ittihamla ümumiyyətlə özünü təqsirli bilmir. Narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə heç vaxt məşğul olmamışdır. Əvvəllər istintaqa verdiyi ifadələrini qismən təsdiq edir. Bildirir ki, bir neçə müddətdir ki, marixuana çəkir. Təxminən 2023-cü il tarixdə təxminən fevral ayının əvvəllərində İnstaqram tətbiqində tanış olduğu Omid adlı İran vətəndaşı ilə danışarkən ona təklif etmişdir ki, marixuana sata bilər. O, 150 manata razılaşaraq 20 qram qurudulmuş marixuana almağa razılaşmışdır. Sonra pulunu 2-3 günə kartına atmağa razılaşmışdır. Omid kimi özünü təqdim edən şəxs marixuananı Binə qəsəbəsində Bolluq massivi ərazisində qoyduğunu bildirmişdir. Saat təxminən 13 radələrində Binə qəsəbəsinə getmişdir. Bolluq massivində marketin arxasında Omidin dediyi yerdə taxtanın arasından əlini salmış və görəndə ki, böyük ölçüdə qara rəngli polietilen torbadı götürməmişdir. Bu vaxt arxaya çönəndə görmüşdür ki, 3-4 nəfər onu tutmaq üçün üzərinə gəlir. O, dərhal qaçmış və onlar da ardınca qaçmağa başlamışlar. Həsən adlı polis işçisi ona silah çıxarmış və demişdir ki, “qaçma atacam”. O da dayanmayaraq qaçmışdır. Onu təxminən 800 metr qaçdıqdan sonra tutmuşlar. Mülki maşınla Xəzər Rayon Polis İdarəsinə gətirmişlər. İdarədə qarşısına təhqiqatçı böyük ölçüdə polietilen torba qoyaraq bildirmişdilər ki, “etiraf etməliyəm ki, mənə məxsusdur”. O da döyməsinlər deyə videoçəkiliş zamanı etiraf etmişdir. Kameranı Anar çəkmiş, Rövlan da orada dayanmışdır. Həmin maddə barədə soruşularkən Omid adlı şəxsdən aldığını demişdir. Həmin maddə qablaşdırılaraq zərfə qoyulmuş və protokol tərtib oldunmuşdur. Protokolda və zərfdə imza etmişdir. Qeyd etmək istəyir ki, İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən Omid adlı şəxsi tanımır, həmin şəxs barədə məlumat verə bilmir. O, uzun müddətdir ki, narkotik maddələrdən yəni marixuananı çəkmək yolu ilə istifadə edir. Heç vaxt narkotik maddələrin satışı ilə məşğul olmamışdır. O, heç vaxt narkotik vasitələri satmamış və ya kiməsə vermək və ya satmaq məqsədi olmamışdır. Omid adlı şəxslə internetdə tanış olmuş, başqa anket məlumatını bilmir. Ümumiyyətlə adına mobil nömrə yoxdur. O, həbs olunanacan anasının +**********63 saylı Türkiyədə öz adına aldığı mobil nömrəsini Whatsapp olaraq işlətmiş, həmin Whatsapp olan telefonu qırılmışdır. Həmin yerdə olan torbada nə olduğunu görə bilməmiş, çünki ağzı bağlı olmuş, onu götürə bilməmişdir. Həmin şəxs özü təklif etmişdir və 20 qram qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün götürməli idi. İfadəsinə əlavəsi yoxdur (İİ cild, səh. 145-147). 6.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 13 fevral 2023-cü il tarixdə İsgəndərli Allahyar narkotik vasitələrin qanunsuz dövriyyəsi və daşınmasında şübhəli olması barədə baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş, sonra idarə rəisinə raportla müraciət olunaraq qərar qəbul olunmuş və əməliyyatda onlar ikisi iştirak etmişlər. Həmin tarixdə, saat 21:00 radələrində Xəzər rayonu, Binə Bolluq deyilən ərazidə həmin vətəndaşa yaxınlaşmışlar və özlərini təqdim edərək Xəzər Rayonu Polis İdarəsinə dəvət etmişlər.Saxlanılan zaman Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmişdir. Xəzər Rayon Polis İdarəsinə gəldikdən sonra özü könüllü olaraq idman gödəkcəsinin sol yan cibindən içində olan şəffaf rəngdə sellofana bükülmüş bükümü təqdim edərək narkotik vasitə olduğunu, özünü “Omid” kimi təqdim edən İran İslam Respublikasının vətəndaşı ilə əlaqə yaradaraq öz şəxsi istifadəsi üçün iki min manata əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə keçirilmiş, videoçəkiliş bitənə kimi təqsirləndirilən şəxsin yanında olmuşdur. Saxladıqları zaman üzərinə baxış keçirilməsinə qanunvericilik icazə vermədiyindən şəxsi saxlayaraq idarəyə aparmışlar. Videoçəkilişlə narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, idarəyə gətirildikdən sonra hansısa zor və təzyiq olmamışdır. 7.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Allahyar adlı şəxsin narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raportla müraciət etmiş və həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında xx.xx.2023-cü il tarixdə saat 21:05-də Allahyar adlı şəxsi xarici əlamətlərinə uyğun şəxsə Xəzər rayonu,Binə qəsəbəsi, X9 yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində şəxsi axtarış keçirilməsi üçün şöbəyə dəvət etmişlər. Müəyyən olunmuş ki, həmin şəxs xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Allahyar İsgəndərli şöbəyə getməyə heç bir etiraz etməmiş və birlikdə Xəzər RPİ-nə getmişlər. Orada hüquq və vəzifələri izah olunduqdan sonra Allahyar İsgəndərliyə üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Allahyar İsgəndərli heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Allahyar İsgəndərliyə təklif olunmuşdur ki üzərində narkotik vasitə və ya digər qanunsuz maddə varsa təqdim etsin. Allahyar İsgəndərli əynində qara rəngli idman gödəkçəsinin sol iç tərəfindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngdə olan maddəni təqdim edərək, təqdim etdiyi maddənin, narkotik vasitənin “Heroin” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içində narkotik vasitə olan “Heroin”-i xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən Omid adlı şəxsdən Binə qəsəbəsi X9 2000 manata şəxsi istifadəsi üçün aldığını və bir neçə dəqiqə sonra polis əməkdaşları tərəfindən dükanın yaxınlığında saxlanılaraq polis idarəsinə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs evindən aşkar olunan narkotik vasitə heroinə bənzər böyük ölçülü maddə zərfə qoyularaq üzəri möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq təsdiq olunmuşdur (İ cild, səh. 77-79). 8.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 13 fevral 2023-cü il tarixdə Allahyar adlı şəxsin narkotik vasitələrin istifadəsi və daşınması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuş, raportla rəhbərliyə məruzə etdikdən sonra həmin şəxsin barəsində əməliyyat tədbirlərinə başlamışlar. Xəzər rayonu, Binə qəsəbəsi ərazisində, Bolluq massivində axşam 21:05 radələrində həmin şəxsi müəyyən edərək yaxınlaşıb özlərini təqdim edib polis idarəsinə dəvət etmişlər. Polis idarəsində videoçəkilişlə narkotik vasitələrin daşınmasında şübhəli bilindiyi izah olunmuş və müdafiəçi ilə təmin olunmuşdur. Sonra videoçəkiliş vasitəsilə vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, baxış zamanı sellofan bükümdə olan narkotik vasitəni özü gödəkcəsinin sol yan cibindən çıxarıb təqdim edərək Bolluq qəsəbəsində “Omid” adlı İran İslam Respublikasının vətəndaşından iki min manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxsin saxlanılmasında Rövlan və ondan başqa kimsə olmamışdır. Şəxs saxlanılan zaman tək olmuş və qərarla idarədə tanış olmuşdur. Satışla bağlı onlara əməliyyat məlumatı daxil olmamışdır. Şəxs saxlanılan zaman üzərinə baxış keçirməyə onlara icazə verilmir, üzərinə baxışın keçirilməsinə ancaq idarədə, videoçəkilişlə və müdafiəçinin iştirakı ilə icazə verilir. Narkotik vasitəni ekspertizaya təhqiqat üçün təqdim etmişdir. Neçə bükümdə olmasını dəqiq xatırlamır. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxsi vuran və incidən olmamışdır. 9.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 74- 76). 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2023-cü il tarixli 6/898 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №43 dairəvi möhür əksi olan bağlamadakı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1010 qram (1 kq 10 qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin «Azərbaycan Respublmkası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitlərin» İ siyahısına daxildir (İ cild, səh. 39-42). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 28 mart 2023-cü il tarixli, 1697 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannobioidlərin, psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya və intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə təndiqi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 83-84). 12.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 13 fevral 2023-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman gödəkçəsinin sol iç tərəfindən 01 ədəd şəffav sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngdə olan maddəni təqdim edərək, təqdim etdiyi maddənin, narkotik vasitə “Heroin” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə “Heroin”-i xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən Omid adlı şəxsdən Binə qəsəbəsi X9 2000 manata şəxsi istifadəsi üçün aldığını və bir neçə dəqiqə sonra polis əməkdaşları tərəfindən dükanın yaxınlığında saxlanılaraq polis idarəsinə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içində olan narkotik vasitə olan “Heroin” cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 43 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (İ cild, səh. 30- 31). 13.«Sübutların qiymətləndirilməsi haqqında» 28 mart 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə DVD disk, 1010 qram (1 kq 10qr) kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin maddi sübut kimi tanınmış, qalıq 1009,8 qram heroin Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, disk iş materiallarına əlavə olunmuşdur (İ cild, səh. 85-87). 14.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, baxış zamanı dəri səthində çapıq və zədə aşkar edilməmişdir (İİ cild, səh. 56-58). 15.«Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı araşdırma aparılarkən ona fiziki zorakılıq edilməsi barədə daxil olmuş məlumat əsasında toplanmış C-395/23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir (İİ cild, səh. 106- 109). 16.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 18). 17.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 4(003)-87/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 fevral 2023-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 65-66). 18.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X3 İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 82). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 19.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 20.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 22.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 23.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 24.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 25.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 26.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 27.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 28.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 29.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. 30.Məhkəmə, təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 31.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 32.Belə ki, «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı araşdırma aparılarkən ona fiziki zorakılıq edilməsi barədə daxil olmuş məlumat əsasında toplanmış C-395/23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 33.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X5rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 34.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsi dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 35.Məhkəmə təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 36.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 37.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 38.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 39.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı araşdırılmış sübutlarla, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 41.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 42.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 43.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 44.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 45.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 46.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 47.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 48.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 49.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 50.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 51.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 13 fevral 2023-cü il tarixdən hesablanmalıdır. 52.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 53.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 54.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1009,8 qram çəkidə narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 55.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 56.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 57.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 58.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 59.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 20 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 120 (yüz iyirmi) manat təşkil edir. 60.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğluna məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Zəfər» Vəkil Bürosunun hesabına ödənilməlidir. 61.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 13 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi2 oğluna ödənilməsi üçün dövlət büdcəsindən 120 (yüz iyirmi) manat Bakı şəhəri «Zəfər» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1009,8 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev