Məhkəmə qərarları › İş №1(101)-1488/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1488/2021

03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1488/2021 03.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilib Azərbaycan Respublikası ƏN-nin PX-nin 3 saylı İT-da saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.3-cü və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda başqa mənbədən təmiz çəkisi 0,303 qram və 0,381 qram olmaqla ümumi təmiz çəkisi 0,684 qram narkotik vasitə heroini əldə edib, əynindəki şalvarının sağ yan cibində saxlayıb daşımış və 09 fevral 2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tarixdə saat 18:45 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, X.Ələkbərov küçəsində yaşadığı 48 nömrəli evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 31-ci PB-nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman, əynindəki şalvarın cibindən həmin iki bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,303 qram və 0,381 qram, ümumi təmiz çəkisi 0,684 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi ilə başqa mənbədən əldə etdiyi külli miqdarda, yəni ümumi çəkisi 3470,34 (3 kq 470,34 qram) olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 3450 qramını bir ədəd polietilen torbada, təmiz çəkilləri 2,466 qram, 2,946 qram, 2,252 qram, 2,091 qram, 1,845 qram, 1,830 qram, 2,421 qram, 1,844 qram, 2,645 qram olmaqla 09 ədəd kibrit qutusunda, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,327 qram olan ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetamin 01 ədəd bükümdə, ümumi çəkisi 0,365 qram olan qəhvəyi rəngli tozşəkilli öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,220 qram və 0,145 qram olmaqla 02 ədəd bükümdə qablaşdırıb yaşadığı Bakı şəhəri, Suraxanı rayonu Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi 48 nömrəli evdə saxlamış və yaşadığı evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli ümumi çəkisi - 60,0 qram olan xeyli miqdarda 03 ədəd çətənə (kannabis) bitkilərini əkib kultivasiya etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.3 və 237.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadələrində göstərdi ki, onun həyətindən üç marixuana ştili çıxıb. O, ştilləri də öz istifadəsi üçün əkmişdir. İttihamda göstərilən digər narkotik vasitələrin və maddələrin ona aidiyyəti yoxdur. O, narkotik vasitələrdən istifadə etdiyi üçün özünü təqsirli bilir. Himayəsində bir uşağı və heç yerdə işləməyən həyat yoldaşı vardır. O, ibtidai istintaq zamanı verdiyi ifadələri xatırlamır. Buna görə də həmin ifadələrini təsdiq etmir. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.3 və 237.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir: «bir neçə müddətdir ki, narkotik vasitə olan heroin kimi tanıdığı maddədən müxtəlif yollarla, inyeksiya yolu ilə, marixuananı isə çəkmək yolu ilə istifadə etmişdir. Narkotik vasitə heroini mütəmadi olaraq Bakı şəhərində müxtəlif yerlərdən üzdən tanıdığı, lakin adını və ünvanını bilmədiyi, müxtəlif tanımadığı şəxslərdən, istifadə etmək üçün alıb əldə etmişdir. 09 fevral 2021-ci il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsi 2-ci mədəndə yaşayan, soyadını və ünvanını bilmədiyi “Məmiş” ləqəbli Ramin adlı şəxsdən öz istifadəsi üçün 10 manata iki büküm narkotik vasitə heroin almış, həmin iki bükümdə cəmi nə qədər heroin olduğunu soruşmamışdır, çünki hər dəfə bir və ya iki büküm heroin alıb onu hissə-hissə istifadə edir. O, iki büküm heroin aldıqdan sonra həmin narkotik vasitənin bir qismini inyeksiya yolu ilə istifadə etib qalanını da sonra istifadə etməyi üçün əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra yaşadığı evə gəlib təxminən saat 18:45 radələrində yaşadığı evin yaxınlığında dayanan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərib Suraxanı RPİnin 31-ci PB-nin əməkdaşları olmasını bildirmişlər və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib polis bölməsinə getməyi təklif etmişlər. O, heç bir etiraz etməyərək polislərin təklifini qəbul etmiş və bundan sonra 31-ci polis bölməsinə getmişlər. Polis bölməsində xidməti otaqların birinə vəkil dəvət edib və vəkilin iştirakı ilə ona hüquq-vəzifələri izah edildikdən sonra vəklin və polis əməkdaşlarını iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı ona üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş maddə və ya əşya olub-olmaması barədə sual verildikdə o, üzərində saxladığı içərisində narkotik vasitə olan iki ədəd bükümü əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir. Axtarış zamanı ona təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, haradan əldə etməyi barədə sual verildikdə o, aşkar edilmiş iki ədəd bükümün içərisində heroin olduğunu və həmin narkotik vasitə olan heroini həmin gün səhər saatlarında Suraxanı qəsəbəsi 2-ci mədəndə yaşayan, soyadını və ünvanını bilmədiyi “Məmiş” ləqəbli Ramin adlı şəxsdən 10 manata öz istifadəsi üçün alıb bir hissəsini istifadə etdiyini, qalanını isə sonra istifadə etmək üçün cibində saxladığını bildirmişdir. Bundan başqa onun üzərindən qanunsuz heç bir əşya aşkar edilməmişdir. Ondan aşkar edilmiş iki büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə qablaşdırılıb və zərf möhürlə möhürlənib və bu barədə protokol tərtib edilərək ucadan oxunmuşdur. Qablaşdırılmış zərflər və protokol onun və iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitələrin istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin və əkilibbecərilməsinin qadağan olunmasını bilmişdir. Suraxanı RPİ-də iki ədəd bükümdə heroin aşkar edilərk götürüldüyünə görə barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılmışdır. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsinə baxmayaraq yenə də narkotik vasitələrdən istifadə etmişdir. Tutulmazdan təxminən dörd ay əvvəl çətənə kollarını əldə edib, yaşadığı evin həyətyanı torpaq sahəsində onları əkmiş və onlara qulluq etmişdir, həmin kollar kiçik kol formasında olmuş, onlardan bəzilərini qurudub istifadəsi üçün saxlamışdır. 10.06.2021-ci il tarixdə təxminən saat 13 radələrində ünvan 6 ünvanda yerləşən yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları və mülkü geyimdə olan şəxs özlərini təqdim etmişlər, onun narkotik vasitələrdən və psixatrop maddələrdən istifadə etməkdə, həyətyanı sahəsində narkaotik vasitə olan çətənə bitkisi əkib becərməkdə şübhəli olduğunu bildirmişlər. O, narkotikdən istifadə etdiyini və həyətində əkdiyini onlara bildirmiş, polislərə şəxsi razılığı ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirməyə icazə vermişdir. Baxış zamanı həyətyanı sahədə olan torpağ sahəsində olan 3 ədəd əkib becərdiyi çətənə kolu, yaşadığı evin fərdi yaşayış otağında yataq altında qara rəngli 01 (bir) ədəd sellofan torbada qurudulmuş marixuananı, dolabın içərisində saxladığı 09 ədəd kibrit qutusunun içərisindən olan marixuananı, 01 ədəd bükümdə olan metamfetamin, 01 ədəd tərəzi video çəkilişlə polis əməkdaşları tərəfindən götürülmüş, qablaşdırılmış və onlar, bütün iştirak edən şəxslər hamısı imzalarla təsdiq etmişlər. Ona izah olunmuşdur ki, ekspertiza üçün göndəriləcəkdir. Yaşadığı evin fərdi yaşayış otağında narkotik vasitələr, tərəzi və yaşadığı evin həyətyanı torpaq sahəsində aşkar olunmuş kollar ona məxsusdur. Bundan sonra o, Suraxanı RPİ-nə gətirilmiş, polis əməkdaşları üzərinə video çəkilişlə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər, o da etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunmuş və polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verildikdə o, üzərində heç bir qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə baxış keçirmişlər və heç bir qanunsuz əşya və predmet aşkar etməmişlər. Bundan əlavə keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmış, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zor tətbiq olunmamışdır. Həmin əməlinə görə barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə cinayət işi başalnılmış, ona həmin maddələrlə ittiham elan edilmiş və Suraxanı rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Narkotik vasitələri və psixotrop maddəni aldığı şəxsləri tanımır, Suraxanı qəsəbəsi 2-ci mədəndə yaşayan, soyadını və ünvanını bilmədiyi “Məmiş” ləqəbli Ramin adlı şəxs isə eşitdiyinə görə ölmüşdür. Başqalarının adlarını isə bilmir, əlamətləri isə yadında qalmamışdır. Qurudulmuş marixuananı isə öz həyətində əkib qulluq edib becərmiş, özü istifadə etmiş, istəyən yaxın adamlara da vermişdir. Lakin polis əməkdaşları tutmuşlar və özü həmin narkotik vasitə və psixotrop maddəni onlara təqdim etmişdir.» Şahid3 ifadələrində göstərdi ki, o, DİN-nin Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PŞ-nin əməliyyat-müvəkkili vəzifəsində işləyir. Polis bölməsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, daşıması, satması barədə əməliyyat məlumatı daxil olmuşdu. 09 fevral 2021-ci il tarixdə Elmarın ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradıldı. O da həmin qrupun rəhbəri təyin olunmuşdur. Qrupa bölmənin kiçik inspektoru Vuqar Abdullalı daxil idi. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirildi. Həmin tarixdə də o, Vuqar Abdullalı ilə birlikdə Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi ev 48 ünvanın qarşısına gəlib saat 18:45 radələrində həmin yerdə Təqsirləndirilən şəxsı müəyyənləşdirib onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər, o da onlarla birlikdə polis bölməsinə gəlmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib vəkilin iştirakı ilə videoçəkiliş tətbiq olunmaqla onun üzərində axtarış keçirildi. Axtarış başlamamışdan qabaq Elmara üzərində hər hansı dövriyyəsi qadağan olunmuş əşyanın olub-olmaması, varsa təqim etmək təklif olunluqda Təqsirləndirilən şəxs də əynindəki şalvarın cibindən iki ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim etdi. Elmara həmin bükümlərdə nə olması və haradan əldə etməsi barədə sual verildikdə Elmar həmin bükümlərin içərisində heroin olmasını, öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamasını bildirdi. Elmar həmin narkotik vasitəni həmin günün birinci yarısında Suraxanı qəsəbəsi 2-ci məsəddə yaşayan Məmiş ləqəbli Ramin adlı şəxsdən on manata aldığını dedi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdə olan maddə kağız zərfə qoyulub möhürlənərək zərfin üzərinə baxışda iştirak edən şəxslər Elmar, vəkil və onlar tərəfidən imza edilmişdir. Bundan sonra bu barədə protokol tərtib olunub ucadan oxunmuş və axtarışda iştirak edən şəxslər imzalayaraq təsdiq etmişlər. O, hazırda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin miqdarını indi dəqiq xatırlamır, səhv etmirsə iki bükümdə qabalaşdırılmış, lakin bir qramdan bir qədər az miqdarda heroin aşkar olundu. Hardasa, 0,684 (sıfr tam mində altı yüz səksən dörd) qram idi. Şahid4 ifadəsində Şahid3 ifadəsi ilə eyni məzmunda ifadə verərək, sonuncunun ifadələrində göstərdiyi halları təsdiq etdi. Şahid1 ifadəlrində göstərdi ki, o, Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq istifadə etməsi, saxlaması və satışı, eləcə də narkotik tərkibli bitkilərin kutivasiyası barədə narkotiklərlə mübarizə bölməsinə əməliyyat məlumatı daxil olmuşdu. Bu məlumatı yoxlamaq üçün 10 iyun 2021-ci il tarixdə əmliyyat tədbirləri keçirildi. Tədbiri keçirən qrupa blömə rəisi, polis mayoru X4, o və bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid2 daxil idi. Təqsirləndirilən şəxs ətrafında həmin tarixdə keçirilən tədbirlər zamanı təxminən saat 13:00 dəqiqədə Təqsirləndirilən şəxsı Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi ev 48 ünvanın qarşısına müəyyən edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsində, saxlanmasında, satışında, əkib-becərməsində şübhəli olmasını bildirib onu Suraxanı RPİ-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs də idarəyə gəldi. Orada Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildi, hüquqlarını müdafiə etməsi məqsədilə vəkil dəvət edildi. Elmarın yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkib becərməsində şübhəli olduğundan mütəxəssis də dəvət edildi. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və axtarış keçirilməsi ilə əlaqədar etirazı olmaması barədə ərizə verdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi ev 48 ünvanında yerləşən fərdi həyət evinə getmişlər. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evin fərdi yaşayış otağında yatağın yaxınlığında yerləşən dolabın içərisində 03 ədəd siqaret kağızı bükümdə içərisində narkotik vasitə kütlələri aşkar edildi. Elmardan həmin bükümlərin nə olması barədə soruşulduqda Təqsirləndirilən şəxs 02 bükümdə heroin və 01 bükümdə isə metamfetamin olduğunu və həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin dolabın içərisində 09 ədəd kibrit qutusunun içərisində ot kütləsi və 01 ədəd tərəzi aşkar edildi. Təqsirləndirilən şəxs həmin 09 ədəd kibrit qutusunun içərisində nə olduğunu soruşduqda o, kibrit qutularının içərisində marixuana olduğunu və özü üçün əldə etdiyiyni dedi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində əkib becərdiyi 03 ədəd kannabis bitkisinə oxşar kollar müəyyən edildi. Elmar həmin kolları da özü üçün əkib beçərdiyini, yaşadığı evin yaşayış otağında yatağının altında narkotik vasitə marixuana olduğnu da dedi. Baxış zamanı Təqsirləndirilən şəxs yatağının altında 01 ədəd qara rəngli sellofon torbada içərisində qurudulmuş marixuana aşkar olundu. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 03 ədəd bükümdə narkotik vasitəyə bənzər kütlələr, 01 ədəd tərəzi, 09 ədəd kibrit qutusinin içərisində ot kütlələri, 01 ədəd qara rəngli sellofan torbada olan marixuana, onun yaşadığı evin həyətyanı torpaq sahəsində əkib beçərdiyi 03 ədəd kollar qablaşdırıldi. Bu barədə protokol tərtib olundu və hamı tərəfindən imza olundu. Hazırda Təqsirləndirilən şəxs narkotik vasitənin əldə etdiyi mənbənin müyəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Başqa əlavəsi yoxdur. Şahid2 ifadələrində göstərdi ki, o, Azərbaycan Respublikası DİN-nin Suraxanı payon polis idarəsində narkotiklərlə mübarizə bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və qanunsuz olaraq daşıyıb üzərində saxlaması barədə polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdu. Onun ətrafında əməliyyat tədbirləri keçirldi. Elmar 10 iyun 2021-ci il tarixdə saat 13:00 dəqiqədə Təqsirləndirilən şəxs Suraxanı rayonu X.Ələkbərov küçəsində 48 saylı evin qarşısında saxlanılıb, bölməyə aparıldı. Orada Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildi, hüquqlarını müdafiə etməsi məqsədilə vəkil dəvət edildi. Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və axtarış keçirilməsi ilə əlaqədar etirazı olmaması barədə ərizə verdikdən sonra Təqsirləndirilən şəxs yaşadığı Suraxanı qəsəbəsi X.Ələkbərov küçəsi ev 48 ünvanında yerləşən fərdi həyət evinə getmişlər. Elmarın yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin əkib becərməsində şübhəli olduğundan mütəxəssis də dəvət edildi. Baxış zaman Təqsirləndirilən şəxs yaşadığı evin fərdi yaşayış otağında yatağın yaxınlığında yerləşən dolabın içərisində 03 ədəd siqaret kağızı bükümdə içərisində narkotik vasitə kütlələri aşkar edildi. Elmardan həmin bükümlərin nə olması barədə soruşulduqda Təqsirləndirilən şəxs 02 bükümdə heroin və 01 bükümdə isə metamfetamin olduğunu və həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin dolabın içərisində 09 ədəd kibrit qutusunun içərisində ot kütləsi və 01 ədəd tərəzi aşkar edildi. Təqsirləndirilən şəxs həmin 09 ədəd kibrit qutusunun içərisində nə olduğunu soruşduqda o, kibrit qutularının içərisində marixuana olduğunu və özü üçün əldə etdiyiyni dedi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində əkib becərdiyi 03 ədəd kannabis bitkisinə oxşar kollar müəyyən edildi. Elmar həmin kolları da özü üçün əkib beçərdiyini, yaşadığı evin yaşayış otağında yatağının altında narkotik vasitə marixuana olduğnu da dedi. Baxış zamanı Təqsirləndirilən şəxs yatağının altında 01 ədəd qara rəngli sellofon torbada içərisində qurudulmuş marixuana aşkar olundu. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 03 ədəd bükümdə narkotik vasitəyə bənzər kütlələr, 01 ədəd tərəzi, 09 ədəd kibrit qutusinin içərisində ot kütlələri, 01 ədəd qara rəngli sellofan torbada olan marixuana, onun yaşadığı evin həyətyanı torpaq sahəsində əkib beçərdiyi 03 ədəd kollar qablaşdırıldi. Bu barədə protokol tərtib olundu və hamı tərəfindən imza olundu. Başqa əlavəsi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid4 ibtidai istsisntaq zamanı ifadələrində Şahid3 ilə eyni məzmunlu ifadələr verib onun ifadələrində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə kimyəvi ekspertizasının 10 fevral 2021-ci il tarixli 6/606 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs götürülmüş....” yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,303 qram və 0,381 qram, ümumi təmiz çəkisi 0,684 qram açıq qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə kimyəvi ekspertizası 11 iyun 2021-ci il tarixli 6/2369 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN-nin zərflər üçün N 45” dairəvi möhür əksi olan “vət. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar olunmuş narkotik vasitə...” yazı və imzalar olan zərfdə təmiz çəkisi 1,327 qram ağ rəngli kristal şəkilli maddə psixotrop maddə - metamfetamindir, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,220 qram və 0,145 qram olmaqla, ümumi çəkisi 0,365 qram qəhvəyi rəngli toz şəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Üzərində “vət. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş tərəzi...” yazı və imzalar olan zərfdə qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 11 iyun 2021-ci il tarixli 7/536 saylı rəyi rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs Azad oğlunu yaşadıı evindən ...” yazısı və imzalar olan 01 (1) ədəd qara rəngli polietilen torbadakı təmiz çəkisi - 3450 qram, olan birki mənşəli kütlə tərkibində karkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş-marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evindən ...” yazısı və imzalar olan kağız paketdəki 09 (doqquz) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkilləri: 2,466 qram; 2,946 qram; 2,252 qram; 2,091 qram; 1,845 qram; 1,830 qram; 2,421 qram; 1,844 qram; 2,645 qram olan birki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuşmarixuanadır. Marixuanaların ümumi çəkisi 3470,34 ( 3 kq 470,34 qram ). Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs torpaq ...sahəsindən...” yazıları və imzalar olan 01 (1) ədəd göy rəngli polietilen bağlamadakı, sayı 03 (3) ədəd yaş vəziyyətdə ümumi çəkisi - 60.0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərdir. Aqranomun (mütəxəssizin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama 04 iyun 2021-ci il tarixli 1754 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” Publik Hüquqi şəxsin Amblator Məhkəmə Psixiatrik Ekspertizasının 25 iyun 2021-ci il tarixli 1381 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab olunmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respunlikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. X3 hal-hazırda hər hansı Psixi xəstəlik aşkar olunmur. X3 xasiyyətin psoxopatik cizgiləri müəyyən edilir, hal hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müəlicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan olunub araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 09 fevral 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 18:45 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində X.Ələkbərov küçəsində yaşadığı 48 nömrəli evin yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 31-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilən zaman sonuncunun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən iki ədəd siqaretin kağızına bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan heroini 09 fevral 2021-ci il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsi 2-ci mədəndə yaşayan, soyadını və ünvanını bilmədiyi “Məmiş” ləqəbli Ramin adlı şəxsdən öz istifadəsi üçün 10 manat pulun müqavilində alaraq üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş bükümlər baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs üzərində Suraxanı RPİ-nin 31-ci PB-də xidməti otaqda şəxsi axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd DVD diskə keçirilən baxış zamanı müəyyən edildi ki, videogörüntü 09 fevral 2021-ci tarixdə çəkilmişdir. Videoçəkilişdən görünür ki, Suraxanı RPİ-nin 31-ci PB-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilir, sonuncu heç bir etiraz etməyərək əynində olan qara rəngli cins şalvarının sağ cibindən iki ədəd bükümlər çıxarıb təqdim edərək dedi ki, təqdim etdiyi bükümlərin içərisində heroin kimi tanıdığı narkotik vasitə var. Bundan sonra həmin büküm açıldı və içərisində açıq qəhvəyi rəngli maddə olması müəyyən edildi. Təqsirləndirilən şəxs həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual veriləndə o, heroin kimi tandığı narkotik vasitəni 09 fevral 2021-ci il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsi 2-ci mədəndə yaşayan, soyadını və ünvanını bilmədiyi “Məmiş” ləqəbli Ramin adlı şəxsdən öz istifadəsi üçün 10 manat pul müqabilində almasını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı, lakin onun üzərindən qanunla qadağan olunmuş başqa hər hansı bir əşya müəyyən edilmədi. Məhkəmədə elan olunub araşdırılmış həyətyanı sahəyə və mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında 10 iyun 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında yerləşən həyət evinin fərdi yaşayış otağında yatağın yaxınlığında yerləşən dolabın içərisində 03 ədəd siqaret kağızı bükümdə içərisində narkotik vasitə kütlələri aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin nə olması barədə soruşulduqda Təqsirləndirilən şəxs 02 bükümdə heroin və 01 bükümdə isə metamfetamin olduğunu və həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin dolabın içərisində 09 ədəd kibrit qutusunun içərisində ot kütləsi və 01 ədəd tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin 09 ədəd kibrit qutusunun içərisində nə olduğunu soruşduqda o, kibrit qutularının içərisində marixuana olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində əkib-becərdiyi 03 ədəd konnabis bitkisinə oxşar kollar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kolların özü üçün əkib beçərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evin fərdi yaşayış otağında yatağının altında narkotik vasitə marixuana vardır. Baxış zamanı Təqsirləndirilən şəxs yatağının altında 01 ədəd qara rəngli sellofon torbada içərisində qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 03 ədəd bükümdə narkotik vasitəyə bənzər kütlələr, 01 ədəd tərəzi, 09 ədəd kibrit qutusinin içərisində ot kütlələri, 01 ədə qara rəngli sellofan torbada olan ot kütləsi və yaşadığı evin həyətyanı torpaq sahəsində əkib beçərdiyi 03 ədəd kollar qablaşdırılmış və üzəri içtirakçılar tərəfindən imzalanmışdır. Bunlardan başqa axtarış və götürmə zamanı sübut əhəmiyyətinə malik olan hər hansı digər əşya və predmet aşkar olunmamışdır. Aşkar edilmiş bükümlər baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və mənzilinə baxış keçirilməsi və götürmə aparılması zamanı çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd DVD diskə keçirilən baxış zamanı müəyyən edilmişdir ki, 10 iyun 09 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında yerləşən fərdi həyət evinin yaşayış otağında yatağın yaxınlığında yerləşən dolabın içərisində 03 ədəd siqaret kağızı bükümdə içərisində narkotik vasitə kütlələri aşkar edilr, Təqsirləndirilən şəxs həmin bükümlərin nə olması barədə soruşulduqda o, iki bükümdə heroin və bir bükümdə isə metamfetamin olduğunu və həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirir. Bundan sonra həmin dolabın içərisində 09 ədəd kibrit qutusunun içərisində ot kütləsi və 01 ədəd tərəzi aşkar edilir. Təqsirləndirilən şəxs həmin doqquz ədəd kibrit qutusunun içərisində nə olduğunu soruşduqda o, kibrit qutularının içərisində marixuana olduğunu bildirir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində əkib-becərdiyi üç ədəd kannabis bitkisinə oxşar kollar müəyyən edilir. Təqsirləndirilən şəxs həmin kolların özü üçün əkib beçərdiyini bildirir. Təqsirləndirilən şəxs bildirir ki, yaşadığı evin fərdi yaşayış otağında yatağının altında narkotik vasitə marixuana vardır. Baxış zamanı Təqsirləndirilən şəxs yatağının altında 01 ədəd qara rəngli sellofan torbada içərisində qurudulmuş marixuanaya bənzər ot kütləsi aşkar olunur. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş üç ədəd bükümdə narkotik vasitəyə bənzər kütlələr, bir ədəd tərəzi, doqquz ədəd kibrit qutusinin içərisində ot kütlələri, 01 ədə qara rəngli sellofan torbada olan ot kütləsi və yaşadığı evin həyətyanı torpaq sahəsində əkib beçərdiyi 03 ədəd kollar qablaşdırılır və üzəri içtirakçılar tərəfindən imzalanır. Bunlardan başqa axtarış və götürmə zamanı sübut əhəmiyyətinə malik olan hər hansı digər əşya və predmet aşkar olunmur. Aşkar edilmiş bükümlər baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürür, ərizə və şikayət daxil olmur. Məhkəmədə elan olunub araşdırılmış cinayət işin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,303 qram və 0,381 qram, ümumi təmiz çəkisi 0,684 qram açıq qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin - ekspertiza tədqiqatı zamanı 0,1 qram sərf edildiyindən qalıq 0,584 qram, onun yaşadığı evdən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,327 qram ağ rəngli kristal şəkilli maddə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatı zamanı 0,05 qram sərf edildiyindən qalığı 1,277 qram, hər birinin ayrıayrılıqda təmiz çəkisi 0,220 qram və 0,145 qram olmaqla, ümumi çəkisi 0,365 qram heroin, ekspertiza tədqiqatı zamanı 0,04 qram sərf edildiyindən qalıq 0,325 qram, bir elektron tərəzi, 01 ədəd qara rəngli polietilen torbadakı təmiz çəkisi 3450 qram; kağız paketdəki 09 (doqquz) ədəd kibrit qutusubda ayrıayrılıqda təmiz çəkilləri 2,466 qram; 2,946 qram; 2,252 qram; 2,091 qram; 1,845 qram; 1,830 qram; 2,421 qram; 1,844 qram; 2,645 qram olan, ümumi çəkisi - 3470,34 ( 3 kq 470,34 qram ) tərkiblərinə görə eyni bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş-marixuana ekspertiza tədqiqatı zamanı 0,05 qram sərf edildiyindən qalıq 3469,84 qram, 01 ədəd göy rəngli polietilen bağlamadakı, sayı 03 (3) ədəd yaş vəziyyətdə ümumi çəkisi - 60.0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, aqrotexniki qaydada qulluq olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri ekspertiza tədqiqatı zamanı 0,15 qram sərf edildiyindən qalıq 59,85 qram hissəsi iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmələr zamanı, həyətyanı sahəyə və mənzilə baxış keçirilməsi və götürmə aparılması zamanı çəkilmiş özündə videogörünütləri əks etdirən üç ədəd diqital video(rəqəmsal görüntü) (DVD) disklər iş üzrə sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib onun həyətindən üç marixuana ştili çıxması, həmin ştilləri də öz istifadəsi üçün əkməsi, ittihamda göstərilən digər narkotik vasitələrin və maddələrin ona aidiyyəti olmaması barəsindəki ifadələrinin ittihamı təsdiq edən şahid ifadələri, baxış keçirilməsi və götürmə aparılması,və ekspertiza rəyləri ilə, sair sübutlarla və işin faktiki halları ilə təkzib olunduğu qənəaətinə gəlib onun həmin ifadələrini özünün müdafiəsinə yönələn iddialar kimi qəbul edir. Çünkü onun ifadələrini təsdiq edən sübutlar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onun tərəfindən anlaqlı vəziyyət törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs oğlunun əməllərinin Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.3 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin tərkib hissəsi əlamətlərinin olduğu qənaətinə gəlib onunn əməllərini həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlir və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanunun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı məhkəmə kimyəvi ekspertizalarının keçirlməsi ilə əlaqədar 281,52 (iki yüz səksən bir manat əlli iki qəpik) manat xərclənmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 14 saylı Vəkil Burosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də ona 120 (yüz iyirmi) manat pul ödənilməlidir. Məhkəmə həmin xərcələri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir, çünkü məhkəmədə, Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə maddi sübutlrın aidiyyəti üzrə həll olunması məsləsini müzakirə edərəkən Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,303 qram və 0,381 qram, ümumi təmiz çəkisi 0,684 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatıdan sonra qalığını təşkil edən 0,584 qram hissəsini, yaşadığı evdən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,327 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra 1,277 qram qalıq hissəsi, ayrıayrılıqda təmiz çəkisi 0,220 qram və 0,145 qram olmaqla, ümumi çəkisi 0,365 qram heroin, ekspertiza tədqiqatı zamanı 0,04 qram sərf edildiyindən qalıq 0,325 qram, bir elektron tərəzi, 01 ədəd qara rəngli polietilen torbadakı təmiz çəkisi 3450 qram; kağız paketdəki 09 (doqquz) ədəd kibrit qutusubda ayrı-ayrılıqda təmiz çəkilləri 2,466 qram; 2,946 qram; 2,252 qram; 2,091 qram; 1,845 qram; 1,830 qram; 2,421 qram; 1,844 qram; 2,645 qram olan, ümumi çəkisi - 3470,34 ( 3 kq 470,34 qram ) birki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş-marixuananın ekspertiza tədqiqatı zamanı 0,05 qram sərf edildiyindən qalıq 3469,84 qram, 01 ədəd göy rəngli polietilen bağlamadakı, sayı 03 ədəd yaş vəziyyətdə ümumi çəkisi - 60.0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, aqrotexniki qaydada qulluq olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri ekspertiza tədqiqatı zamanı 0,15 qram sərf edildiyindən qalıq 59,85 qram hissəsi sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilməsini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmələr zamanı, həyətyanı sahəyə və mənzilə baxış keçirilməsi və götürmə aparılması zamanı çəkilmiş özündə videogörünütləri əks etdirən üç ədəd diqital video(rəqəmsal görüntü) (DVD) disklərin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamasını, onun ibtidai istintaq zamanı qismən etirafedici ifadələr verib cinayətin açılmasında iştirakını ona cəza təyin edərkən cəzanın müddətinə təsir edən yüngünlləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 9 fevral 2021-ci il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, 11 fevral tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam almaq seçilib sərbəst buraxılması, 10 iyun 2021-ci il tarixdə onun yenidən şübhəli şəxs qimində tutulub 12 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs təyin edicəcək cəzanın başlanğıcının 10 iyun 2021-ci il tarixdən hesablanmasını, 9 fevral 2021-ci il tarixdən 11 fevral tarixə qədər şübhəli şəxs qismində həbsdə olma müddətini ona təyin edicəcək cəza müddətində daxil edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 04 iyun 2021-ci il tarixli 1754 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirici və ağırlaşdırıcı hal müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların və ağırlaşdıran hallın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci , 234.4.3-cü və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddsi ilə 1(bir) 6 (altı) ay Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddsi ilə 6 (altı ) il 6(altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 237.1 -ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdann məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddsinə əsəasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 7 (yeddi) il müddətinə azadlıqdann məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 10 iyun 2021ci il müəyyən edilsn. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına Məhkəmə kimyəvi ekspertizalarının keçirlməsi ilə əlaqədar 281,52 manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat pul Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Həmin məbləqlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,303 qram və 0,381 qram, ümumi təmiz çəkisi 0,684 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatıdan sonra qalığını təşkil edən 0,584 qram hissəsini, yaşadığı evdən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,327 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra 1,277 qram qalıq hissəsi, ayrı-ayrılıqda təmiz çəkisi 0,220 qram və 0,145 qram olmaqla, ümumi çəkisi 0,365 qram heroin, ekspertiza tədqiqatı zamanı 0,04 qram sərf edildiyindən qalıq 0,325 qram, bir elektron tərəzi, 01 ədəd qara rəngli polietilen torbadakı təmiz çəkisi 3450 qram; kağız paketdəki 09 (doqquz) ədəd kibrit qutusubda ayrı-ayrılıqda təmiz çəkilləri 2,466 qram; 2,946 qram; 2,252 qram; 2,091 qram; 1,845 qram; 1,830 qram; 2,421 qram; 1,844 qram; 2,645 qram olan, ümumi çəkisi - 3470,34 ( 3 kq 470,34 qram ) birki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş-marixuananın ekspertiza tədqiqatı zamanı 0,05 qram sərf edildiyindən qalıq 3469,84 qram, 01 ədəd göy rəngli polietilen bağlamadakı, sayı 03 ədəd yaş vəziyyətdə ümumi çəkisi - 60.0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, aqrotexniki qaydada qulluq olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri ekspertiza tədqiqatı zamanı 0,15 qram sərf edildiyindən qalıq 59,85 qram hissəsi sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmələr zamanı, həyətyanı sahəyə və mənzilə baxış keçirilməsi və götürmə aparılması zamanı çəkilmiş özündə videogörünütləri əks etdirən üç ədəd diqital vieo(rəqəmsal görüntü) (DVD) disklər cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar