Məhkəmə qərarları › İş №1(101)-1488/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1488/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1488/2022 18.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X5 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X4, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - “Mərkəz” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahid1 küçəsi, ev 57, mənzil 158 ünvanında qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Semzavod evləri 180 ünvanında yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə külli miqdaqda təmiz çəkisi 5,101 qram olan kustar üsullar hazırlanmış narkotik vasitə heroini əldə edib, daşıyaraq, saxlamış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 11 aprel 2022-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, nömrəsiz evin yaxınlığında saxlanılaraq, Qaradağ rayon Polis İdarəsinə aparılmış və orada video çəkiliş ilə Təqsirləndirilən şəxs üstünə keçirilən şəxsi-axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıyaraq, saxaldığı bir ədəd sellofan bükümdə külli miqdaqda təmiz çəkisi 5,101 qram olan kustar üsullar hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəli olmaqla, himayəsində üç övladı var. Hazırkı iş üzrə tutulmamışdan əvvəl o, həyat yoldaşı və övladları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Şahid1 küçəsi, ev 57, mənzil 158 ünvanında yaşamışdır. Əvvəllər narkotik vasitələrin marixuana növündən istifadə etsə də, son illər heç bir narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. İbtidai istintaq orqanları tərəfindən ona elan olunmuş ittihamla razı deyil və istintaq vaxtı verdiyi ifadələrini halhazırda təsdiq etmir. Belə ki, o, 11 aprel 2022-ci il tarixdə yaşadığı ərazidə olan “Məzahir” marketdə alış-veriş etdiyi zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Qaradağ rayon Polis İdarəsinə aparmışlar. Polis idarəsində o, Ruslan və adını bimədiyi digər polis əməkdaşı tərəfindən döyülmüş və dözülməz işgəncələrdən sonra polis əməkdaşları tərəfindən ona verilmiş sənədlərə imza çəkməklə, daha sonra videoçəkiliş aparılmaqla üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 3 manat pulunu, şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü, özünə məxsus şəxsiyyət vəsiqəsini, həmçinin əynimdə olan gödəkçənin sol yan cibindən ona məxsus “Samsung” markalı mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin vaxt o, təziq altında bildirmişdir ki, həmin narkotik vasitəni 09 aprel 2022-ci il tarixdə əvvəllər sosial şəbəkə vasitəsi il tanıdığı özünü İran İslam Respublikası vətəndaşı kimi özünün təqdim edən “Fərəməz” adlı” adlı şəxs ilə sosial şəbəkə vasitəsi ilə danışan zaman həmin şəxsdən şəxsi istifadəsi üçün narkotik maddə heroin almaq istədiyini bildirdikdən sonra, “Fərəməz” adlı şəxsin ona hesab nömrəsi deyərək onun, həmin hesab nömrəsinə 40 manat göndərməsindən sonra, həmin şəxsin ona Bakı şəhəri Sabunçu rayonu. Zabrat 2 qəsəbəsində gizlətdiyi yerdən 1 büküm narkotik vasitə heroini götürmüş və üstündə saxlamışdır ki, həmin heroindən istifadə etsin. Əslində isə o, “Fərəməz” adlı şəxsi tanımır və üzərində aşkar olunmuş narkotik vasitə ona məxsus deyil. Himayəsində üç övladının olmasını, həmçinin oğlunun hal-hazırda cəbhə bölgəsində xidmətdə olmaqla, 44 günlük vətən müharibəsinin iştirakçısı olmasını nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özü təxminən 6-7 ay olar ki, narkotik vasitə oian heroindən istifadə edirmış. Təxminən 09 aprel 2022-ci il tarixdə əvvəllər sosial şəbəkə vasitəsi il tanıdığı özünü İran İslam Respublikası vətəndaşı kimi özünün təqdim edən “Fərəməz” adlı” adlı şəxs ilə sosail şəbəkə vasitəsi ilə danışan zaman həmin şəxsdən şəxsi istifadəsi üçün narkotik maddə heroin almaq istədiyimi demişdir. Fərəməz adlı şəxs ona hesab nömrəsi demiş və o, həmin hesab nömrəsinə 40 manat göndərdiyikdən sonra ona Bakı şəhəri Sabunçu rayonu. Zabrat 2 qəsəbəsində yer demiş və o, oradan həmin şəxsin gizlətdiyi yerdən 1 büküm narkoitk maddə heroini götürmüş və üstündə saxlamışdır Ki, həmin heroindən istifadə edər. 11 aprel 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Ümid qəsəbəsi ərazisində nömrəsiz evin yaxınlığından piyada keçib gedərəkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Qaradağ RPİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmıış əşya var isə təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sol yan cibindən 3 manat pulunu, şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü, özünə məxsus şəxsiyyət vəsiqəsini, həmçinin əynimdə olan gödəkçənin sol yan cibindən ona məxsus “Samsung” markalı mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi bir büküm heroin elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi 5,5 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır, DİN-in möhürü ilə möhürlənmişdir, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon və şəxsiyyət vəsiqəm götürülmüşdür. 03 manat pul isə özünə geri qaytarılmışdır.O, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni iki gün öncə sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Fərəməz” adlı İran vətəndaşından aldığını bildirmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. 0, Fərəməz adlı şəxsin ancaq adını bilirmiş, başqa heç nə bilməmişdir. O, həmin şəxslə sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur.Həmin şəxsin nömrəsi +**********78-dir. O, həmin narkotik vasitədən heç kimə satmamış və hç kimə verməmişdir. Onun isifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Onun üstündən aşkar edilmiş narkotik vasitədən başqa heç yerdə narkotik vasitə saxlamamışdır (cild 01, iş vər. 58-59). Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsini əks etdirən videogörüntülər, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs X1 əməliyyat axtarış tədbirindən əvvəl tanımamışdır. 11 aprel 2022-ci il tarixdə əməkdaşı olduğu Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə əldə edib Bakı şəhəri Qaradağ rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əldə olunmuş məlumatı yoxlamaq məqsədi ilə o, həmin günü səhər saatlarında Bakı şəhəri, Qaradag rayonu, Ümid qəsəbəsi ərazisində Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsin şəxsiyyətini müəyyənləşdirdikdən sonra sonuncunu Qaradağ rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs kimi özünü təqdim etmiş və etiraz etmədən onlarla birlikdə Polis İdarəsinə getmişdir. Orada şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqda polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın cibindən bir ədəd sellofan bükümü və dair hazırda xatırlamadığı əşyaları təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm açılıqda içrisində narkotik vasitə olan heroinə bənzər kütlə olması müşahidə edilmişdir. Həmin bir ədəd büküm elektron tərəzidə çəkilmiş və sellofan bükümlə birlikdə 5,5 qram təşkil etmişdir. Daha sonra sorğu zamanı Təqsirləndirilən şəxs həmin bir ədəd sellofan bükümdə narkotik maddə heroin olduğunu, həm öz istifadəsi üçün, həm də dost-tanışa hədiyyə etmək üçün üzərində saxladığını, həmin bir ədəd bükümdə olan maddəni İran İslam Respublikası vətəndaşı kimi tanıdığı sosial şəbəkə vasitəsi ilə tanış olduğunu “Fərəməz” adlı şəxsdən sifariş edərək 2 gün əvvəl Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisindən götürdüyünü bildirmişdir. Bundan sonra aşkar olunmuş həmin bir ədəd bükümdə olan kütlə içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Əldə etdikləri məlumata görə Qaradağ rayonu, Ümid qəsəbəsinin sakinləri Təqsirləndirilən şəxs barəsində dəfələrlə hüquq-mühafizə orqanlarına sonuncunun həmin ərazidə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı şikayətlər etmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı və polis polis idarəsinə gətirildiyi zaman sonuncuya qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 11 aprel 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 23). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 aprel 2022-ci il tarixli protokol və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşıyaraq, saxaldığı bir ədəd sellofan bükümdə külli miqdaqda təmiz çəkisi 5,101 qram olan kustar üsullar hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür (cild 01, iş vər. 32-35, 49). Məhkəmə-kimyəvi ekspertizasının 12 aprel 2022-ci il tarixli 6/2041 Nq-li rəyindən görünüür ki ki: Tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün No7 möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 5,101 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı 1) daxildir (cild 01, iş vər.40-44). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 aprel 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 01, iş vər. 50-51). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-67/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 aprel 2022-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 67-68). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnamə və məhkəmə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla, sonuncu dəfə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il islah işləri cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 06 ay azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanın müddəti başa çatmışdır (cild 01, iş vər. 86-87, 97-98). İşdə olan AZ-İV №217228, AZ-İV №217229 və AZ-İV №217230 saylı doğum haqqında şəhadətnamələrin surətlərindın görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2003, 2005 və 2008-ci il təvəllüdlü 2 yetkinlik yaşına çatmamış və 1 azyaşlı övladı var (cild 01, iş vər. 88-90). Məhkəmə-narkoloji ekspertizasının 20 iyun 2022-ci il tarixli 3370 saylı rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Hüseynov X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 105-106). İşdə olan “toplanmış sübutların qiymətləndirilməsi və cinayət işindən başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə hazırda istintaqı aparılan cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır (cild 01, iş vər. 107-112). Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 aprel 2022-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə heroinin xalis çəkisi 2 qramdan yuxarı aşkar olunması külli miqdar hesab edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək ış materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün işin faktiki hallarına uyğun olan ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarlarındakı mövqeyini, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Təqsirləndirilən şəxs üzərindən aşkarlanıb götürülmüş narkotik vasitə heroinin 5,101 qramı külli miqdarda təşkil etməsi əlamətini, həmçinin məhkəmə iclasında da nümayiş etdirilməklə tədqiq edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntüyə, “şəxsi axtarış və götürmə aparılması haqqında” 11 aprel 2022-ci il tarixli protokol məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması ilə yanaşı, həmin video görüntülərdən Təqsirləndirilən şəxs narkotik maddəni təqdim etməsindən sonra, ona verilən suallara cavab olaraq, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə külli miqdaqda təmiz çəkisi 5,101 qram olan kustar üsullar hazırlanmış narkotik vasitə heroin olmasını, həmin narkotik vasitəni 09 aprel 2022-ci il tarixdə Sabunçu rayonu, 2-ci Zabrat adlanan ərazidən görürərək, həmin yerə narkotik tərkibli maddələri 6 ay bundan öncə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Fərəməz” adlı şəxsin vasitəsilə əldə etdiyini deməsinin müəyyən edilməsi kimi obyektiv olaraq təsdiq olunan xüsusatları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməlinin törədilməsinə, eləcə də polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin iddia etdiyi qanunsuz hərəkətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz, verilmiş ittihamı təkzib edə biləcək sübutlar müdafiə tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin göstərilən hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhdlər kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndinə əsasən cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, ibtidai istintaq zamanı dövlət hesabına təyin edilmiş vəkillə təmsil edilməsinə baxmayaraq, istər Ramil Axundov, istər onun vəkili ibtidai istintaq dövründə hüquqlarının müdafiəsi üçün belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Təqsirləndirilən şəxs özü bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs cinayət işi üzrə aparılmış ibtidai istintaqın sonrakı mərhələlərində polis əməkdaşları tərəfindən saxlanıldığı zaman qanunsuz hərəkətlərə məruz qalması barədə məsələni məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində Qaradağ Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərkən keçirilən qapalı məhkəmə iclaslarında izahatında ona qarşı sürülmüş ittihamda özünü təqsirli bilərək, törətdiyi əməldən peşman olduğunu və barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd edilən faktiki halların nəzərə alıb Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifı məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmamış və 1 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamə və məhkəmə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla, sonuncu dəfə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il islah işləri cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 06 ay azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanın müddəti başa çatmışdır (cild 01, iş vər. 86-87, 97- 98). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 1 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 11 aprel 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon Polis İdarəsinin növbətçi hissəsinin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 5,051 qram kustar üsullar hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun üzərinə xx.xx.2022-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü olan bir ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 (beş) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon Polis İdarəsinin növbətçi hissəsinin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 5,051 qram kustar üsullar hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun üzərinə xx.xx.2022-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan bir ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar