Məhkəmə qərarları › İş №1(101)-149/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-149/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-149/2021 29.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ağalarov Mahmud Muradxan oğlu (sədrlik edən), Abasov Əliövsəd Məzahir oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məsləhətçi Qafarova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, ƏlZərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, nümayəndələr: Nümayəndə2, «BHM və Partnyorları» Vəkil Bürosunun vəkili Nümayəndə1, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X21 və təqsirləndirilən şəxsin hüquqi varisi X22 iştirakları ilə 24 avqust 1963-cü ildə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, ev 13/34, mənzil 11-də qeydiyyatda olmuş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İttiham aktına görə Təqsirləndirilən şəxs Əsgər qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib ona ünvan 1 ünvanda yerləşən «Köhnə Bakı» restoranını alıb onun adına sənədləşdirdikdən sonra Tovuz rayonunda olan təsərrüfatını genişləndirmək üçün «Nikoyl» Banka girova qoyub bankın Nəsimi fılialının kredit şöbəsində işləyən tanışı vasitəsi ilə 600.000 manat məbləğində aqrokredit ayrılmasına köməklik edəcəyinə vəd verib bank xərcləri, biznes planı hazırlanmaqla həmin kredit xəttinin açılması üçün bankın vəzifəli şəxslərinə pul verilməsi lazım olmasını bildirib, bu adla aldadaraq 2014-cü ilin noyabr ayının əvvəllərində Bakı şəhəri Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Kardioloji sanatoriyasında 10.000 manat və 2014-cü ilin noyabr ayının sonuncu on günlüyündə ünvan 2 ünvanda 60.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 70.000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Şahid2 18 sentyabr 2015-ci il tarixli alqı-satqısı müqaviləsi ilə sonuncunun vəsaiti hesabına X3 almış olduğu ünvan 3 ünvanda yerləşən evi 28 dekabr 2016-ci il tarixli akt əsasında 26.000 manata Zərərçəkmiş şəxs6 tərəfindən Şahid2 alınmasını bilə-bilə hər ikisindən xəbərsiz olaraq 2017-ci ilin yanvar ayında evin sərəncamı əsasında ilkin sahibi olan X4 yalandan olaraq evi özü almasını deyib özünə inam yaratmaqla adına notarial etibarnamə alınmasına nail olaraq Nərimanov Rayon İcra Hakmiyyətindən adına 31 yanvar 2017-ci il tarixdə sərəncamın dəyişdirilməsinə nail olub, aldatma yolu ilə həmin evi ələ keçirərək həmin müddətdə evin faktiki sahibi olan Zərərçəkmiş şəxs6 26.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib faktiki olaraq Zərərçəkmiş şəxs6 məxsus olan Bakı şəhəri Nərimanov rayonu, N.Süleymanov küçəsi 1 ünvanda yerləşən fərdi yaşayış evini ona satıb Nərimanov Rayon İcra Hakmiyyətindən adına sərəncam almaqla adına sənədləşdirəcəyinə dair vəd verib aldadaraq 3 mart 2017-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, N.Süleymanov küçəsi 1 ünvanda olan fərdi yaşayış evinin qarşısında 36.000 manat və 2017-ci ilin mart ayının ortalarında ünvan 2 ünvanda 7.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs7 43.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib ailəsinə məxsus Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən «Qurd dərəsi» adlanan ərazidə olan 0,25 ha. torpaq sahəsini sənədləşdirib mülkiyyətinə dair çıxarış aldıqdan sonra satılmasına kömək edib, satışından əldə olunan vəsaitin bir hissəsinə Bakı şəhərində mənzil almasına köməklik göstərəcəyinə vəd verib qeyd edilən torpaq sahəsinin ilkin sənədləşdirməsinin aparılması adı ilə aldadaraq 2 aprel 2017-ci il tarixdə ünvan 2 ünvanda 3.000 manat və 7 aprel 2017-ci il tarixdə ünvan 5 ünvanda 1.000 manat pulunu alıb ələ keçirdikdən sonra 2 dekabr 2012-ci il tarixdə «xxxx» MMC-yə qaytarmış olduğu halda yalandan olaraq «xxxx» MMC tərəfindən Bakı şəhəri Səbail rayonu, ünvan 6 ünvanda yerləşən yeni tikilidə mənzilinin olmasını bildirib həmin mənzili ona sataraq adına sənədləşdircəyinə vəd verib aldadaraq 7 aprel 2017-ci il tarixdə ünvan 5 ünvanda 14.000 manat və 2017-ci ilin aprel ayının sonlarında eyni ünvanda 1.000 manat və gördüyü işlərin əziyyət haqqı adı ilə həmin dövrün məzənnəsi 255,37 manat təşkil edən 150 ABŞ dolları pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirib yol pulu olaraq 10 manat qaytardıqdan sonra Zərərçəkmiş şəxs5 ümumilikdə 19.245,37 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq 10 saylı CÇM-də cəza çəkən oğlu X8 2017-ci ilin may ayında gözlənilən əfv fərmanına saldırmaqla vaxtından qabaq cəzadan azad etdirib azadlığa buraxılmasına köməklik göstərəcəyinə vəd verib aldadaraq 2017-ci ilin aprel ayında iki dəfəyə olmaqla ünvan 2 ünvanda 5.000 manat və ünvan 7 aidiyyəti olmayan əri Ələddin Rzayevin vasitəsi ilə 600 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 ümumilikdə 5.600 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib Bakı şəhəri Səbail rayonu, Yeni ünvan 8 ünvanda yerləşən «Kristal ünvan 9nədləşdirməklə köməklik göstərəcəyinə vəd verib aldadaraq 2017-ci ilin avqust ayında ünvan 2 ünvanda 7.000 manat, Zərərçəkmiş şəxs4 və arvadı tərəfindən Rusiya Federasiyasından «zolotoya korona» bank pul köçürmə dövriyyəsi ilə göndərilmiş olduğu ünvan 10 ünvanda olan «NBC» bankın Nəsimi filialından çıxarmış 3 oktyabr 2017-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 3076,5 manat təşkil edən 105.000 rublu, 3 noyabr 2017-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 3095,2 manat təşkil edən 106.000 rublu, 4 dekabr 2017-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 3121,2 manat təşkil edən 108.000 rublu, 14 yanvar 2018-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 3070,2 manat təşkil edən 102.000 rublu, 2 fevral 2018-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 3151,2 manat təşkil edən 104.000 rublu, 2 mart 2018-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 2392 manat təşkil edən 80.000 rublu, 2 aprel 2018-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 1544,4 manat təşkil edən 52.000 rublu, 3 may 2018-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 1548,6 manat təşkil edən 58.000 rublu, 4 iyun 2018-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 1528,8 manat təşkil edən 56.000 rublu, 4 iyul 2018-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 1533,3 manat təşkil edən 57.000 rublu, 3 avqust 2018-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 1554,4 manat təşkil edən 58.000 rublu, 6 sentyabr 2018-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 1494 manat təşkil edən 60.000 rublu, 5 oktyabr 2018-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 1524 manat təşkil edən 60.000 rublu, 8 noyabr 2018-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 1490,6 manat, təşkil edən 58.000 rublu, 20 aprel 2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 4587 manat təşkil edən 172.431.45 rublu, 7 may 2019-cu il tarixdə həmin dövrün məzənnəsi ilə 1827 manat təşkil edən 70.000 rublu və 2019-cu ilin iyun ayında ünvan 2 ünvanda 3.000 manat pulunu vahid niyyətlə əhatə edilən qəsdlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 ümumilikdə 46.538,4 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X18 etibarından sui-istifadə edib onun oğlu X7 barəsində Nəsimi Rayon Məhkəməsində olan cinayət işi üzrə sonuncunu məsuliyyətdən azad etdirməyə və ya azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəzaya dair hökümün çıxarılmasına köməklik göstərəcəyinə vəd verib aldadaraq 11 oktyabr 2018-ci il tarixdən 2018-ci il noyabr ayının sonuna kimi olan müddət ərzində bir neçə dəfəyə ünvan 12 ünvanda «Access bank»ın Nərimanov filialında 20.000 manat və ünvan 2 ünvanda 11.000 manat pulunu vahid niyyətlə əhatə edilən qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 31.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onun oğlu X9 Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə işləyən yaxın tanışları vasitəsi ilə 16 saylı CÇM-də çəza çəkməyə saldırılmasına köməklik göstərəcəyinə və həmin işi görən şəxslərə qonaqlıqlar verilməsinə vəd verib aldadaraq 2018-ci ilin noyabr ayının sonundan 2019-cu ilin yanvar ayına kimi olan müddət ərzində bir neçə dəfəyə ünvan 2 ünvanda 10.500 manat pulunıı vahid niyyətlə əhatə edilən qəsdlə alıb ələ keçirərək zərərçəkmiş şəxs Məsinə Əkbərliyə ümumilikdə 10.500 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən tanışı Şahid13 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib onun oğlu X7 Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə işləyən yaxın tanışları vasitəsi ilə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təyin olunmuş 3 il müddətində azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunmasına köməklik göstərəcəyinə vəd verib aldadaraq 2019-cu ilin yanvar ayından həmin ilin fevral ayının sonuna kimi olan müddət ərzində bir neçə dəfəyə ünvan 13 ünvanda 12.500 manat və ünvan 14 «Konla» parkında 500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 13.000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 33 il məktəbdə müəllimə işləmiş və yaşla əlaqədar təqaüdə çıxmışdır. Əri ilə birlikdə kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmağa başlamışdır. 2014-cü ildə Demokratik Azərbaycan Dünyası X17 (Zema) İmanverdi qızı ilə tanış olmuşdur. Söhbət əsasında ona Tovuz rayonunun Qovlar şəhərində hektarlarla torpaq sahələri, dəyirmanı, üzüm bağları, Ceyran çölündə malqarası, qoyun yataqları, Qovlar şəhəri H.Əliyev prospektində ona və ailə üzvlərinə məxsus «Bərəkət» fermer təsərrüfatı və «Arsenal» firmasının olduğunu bildirmişdir. «Bərəkət» fermer təsərrüfatında əkinçilik və heyvandarlıqla məşğul olmuşdur. Bundan əlavə əri Şahid15 məxsus Qovlar şəhəri Azadlıq küçəsi 25 saylı ünvanda yerləşən 1100.0 kv. metr ərazisi olan torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış binası barədə məlumat vermişdir. Münasibətləri yaxşı olduğundan Zema təsərrüfatına baxmaq adı ilə onlara qonaq gəlmişdir. Onların təsərrüfatını çox bəyənmiş və təsərrüfatlarım genişləndirmək üçün 400.000-600.000 manat civarında pul lazım olacağını və bu məbləğdə «Aqrokredit»də verə biləcək tanışının olduğunu bildirmişdir. 2014-cü ilin oktyabr ayının sonunda Zema onu Azadlıq prospektində yerləşən «alqı-satqı» ofisinə gətirib, onu ofisin sahibi Təqsirləndirilən şəxs Əsgər qızı ilə tanış edib, onun üçün «xxxx»dan 400.000 – 600.000 manat civarında pulun çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin vaxta qədər tanımamışdır. Nazənim ona alqı-satqı işləri ilə məşğul olmasını və həmçinin «xxxx» ASC-də kredit şöbəsinin müdirinin tanışı olmasını və onun vasitəsi ilə ona kredit xətti açılmasına köməklik edəcəyini bildirmişdir. Nazənim ona hər bir işi həll etmək iqtidarıında olduğunu deyib, ondan hansı məbləğdə kredit götürmək istədiyini, hətta ona 1.000.000 manata yaxın kredit verilməsinə köməklik edəcəyini və həmin krediti aşağı faizlə ona ayıracağını bildirmişdir. Həmin vaxtı Zema da onların yanında olmuşdur. Həmin gün Nazənim, Zema və o banka getmişdir. Nazənim bir oğlanla söhbət edə-edə onu göstərmişdir. Sonra onunla Zemaya yaxınlaşıb, işi həll etdiyini, amma əsas cavabı bir neçə gündən sonra verəcəyini bildirmişdir. Nazənim ona görüşüb danışdığı şəxsin kredit şöbəsinin müdiri Fazil olduğunu, onun işinə onun vasitəsi ilə köməklik edəcəyini bildirmişdir. Həmin şəxs də özünü ona kredit şöbəsinin rəisi kimi təqdim etmiş, təsərrüfatla tanış olmalı olduğunu və qiymətləndirildikdən sonra biznes planın tutulacağını, bundan sonra ona kredit ayrılmasına köməklik edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs isə Zema ilə birlikdə təsrrülatına gəlib baxacağını və fotoşəkillərini çəkib Fazil müəllimə gətircəyini bildirmişdir. Bundan sonra əri ilə rayona getmişdir. Bakı şəhərinə tez-tez partiya iclaslarına gəlmişdir. Zema təsərrüfatı ilə tanış olduğundan Nazənimə onun imkanlarının geniş olduğu və ona kredit xəttinin açılması üçün heç bir rameənin olmadığını bildirmişdir. Nazənim isə özünün gəlib təsürrüfatı ilə tanış olacağını bildirmiş və bundan bir qədər sonra Zema və ərləri ilə birlikdə Tovuz rayonuna gəlmişlər. Nazənim onun rayonda və kənarda olan təsərrüfatları ilə tanış olmuş və Zemanın istifadəsində olan telefon vasitəsi ilə həmin təsərrüfatları videogörüntü ilə qeydə almış, ona həmin görüntüləri Fazil müəllimə verəcəyini bildirmişdir. Hətta bildirmişdir ki, onun istədiyi kreditin məbləği çox olmasına görə Qovlar şəhərində olan «Arcsenal» fermer təsərrüfatının çıxarışını və Bakı şəhərində hər hansı obyektin və ya evin çıxarışının girov qoyulması yolu ilə ona kredit xətti açacaqdır. Nazənimə etiraz etməmiş və Bakı şəhərinə gəldikdən sonra ona cavab verəcəyini bildirmişdir. Bir müddət sonra əri ilə birlikdə Bakı şəhərinə gəlib Nazənimin Azadlıq prospektində yerləşən «alqı-salqı» ofisində onunla görüşmüşdür. Bu zaman Nazənim ona bildirmişdir ki, işlər hazırdır, o, mütləq şəhərdə olan hər hansı bir daşınmaz əmlakın çıxarışını ona verməlidir ki, banka təqdim etməklə kredit proseduruna başlana bilsin. Nazənimə Bakı şəhərində daşınmaz əmlakının olmadığını bildirmişdir. Bu zaman Nazənim ona ərinin də iştirakı ilə Nəsimi rayonu ərazisində yerləşən «Köhnə Bakı» restoranı alacağını, ilkin ödəniş üçün ona 10.000 manat pulun verilməsini, həmin obyekti onun adına sənədləşdirilməklə banka girov qoyacağını bildirmişdir. 2014-cü ilin noyabr ayında ərinin iştirakı ilə satasionar müalicədə olduğu Bilgə kordioloji sanatoriyada Nazənimə 10.000 manat pul vermişdir. Bu zaman Zema da onunla birlikdə olmuşdur. X27 evinin yanında yerləşən «Köhnə Bakı» restoranı ilə tanış etmiş, lakin həmin restoranla bağlı hər hansı sənədləşmə işi aparılmamışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onun adına olan rayondakı təsərrüfatın və «Köhnə Bakı» restoranına dair sənədləri banka təqdim etmişdir. X41 ona Fazilin 400.000-600.000 manat arası kreditin verilməsi üçün ondan 10% yəni, 60.000 manat, 40.000 manat «şapka», 20.000 manat isə biznes planının hazırlanması üçün pul istədiyini demişdir. Nazənimə həmin məbləğdə pulu olmadığını bildirmişdir. Bu zaman Nazənim ofisində Zemaya bildirmişdir ki, ona həmin məbləğdə pulu faizə versin. Zema isə girov olaraq ondan nəsə qoymasını tələb etsin. Zemaya 38.000 manat civannda qızıl-ziynət əşyalarının olmasını demişdir. Zema girov müqabilində ona 40.000 manat, qalan 20.000 manatını isə 5%-dən verə biləcəyini demişdir. Zemanın şərtləri ilə razılaşmışdır. Odur ki, rayona gedib, özü və gəlni üçün almış olduğu ona məxsus qızıl üzük, sırğa, boyunbağı, klon dəstlərini, cəmi 30 adda qızıl-zinət əşyalarını rayondan gətirib, Zemaya Nazənimin iştirakı ilə əri İsmayılın bacısı evində, Binəqədi rayonu Cəfərxəndan küçəsi 28 saylı evin 77 №-li mənzilində İsmayılın, Zemanın və həmin vaxtı evdə xadiməçı işləyən Mətanət adlı qızın iştirakı ilə Zemaya vermişdir. Həmin gün Zema 40.000 manat pulu Nazənımin ofisində ona vermiş və o, həmin pulu götürüb Nazənimin ona düzəldəcəyi aqrokreditə görə «şapka» pulu olaraq ofisdə təklikdə Nazənimə vermişdir. Bundan sonra o, təsərrüfata bankdan nümayəndənin gəlmədiyini görüb rayona qayıtmışdır. Bir qədər sonra Nazənim ona işlərin hazır olmasın, biznes planın hazırlanması üçün mütləq 20.000 manatı da verməsini, işini hazır edib 600.000 manatı bankdan 2015-ci ilin sonuna kimi çıxaracağını bildirmişdir. Həmin ərəfədə Zema narahat olub onun arxasınca Tovuz rayonuna gəlib ona 20.000 manat pul vermişdir. Zemaya həmin pulu aparıb Nazənimə verəcəyini və kredit çıxarmasını gözləyəcəyini bildirmişdir. 2014-cü ilin noyabr ayının 3-cü 10 günlüyündə həmin 20.000 manat pulu Nazənimin ofisində ona vermişdir. Nazənim ona bankda devalivasiva ilə bağlı problemlər olduğunu və bu səbəbdən kreditin verilməsində yubanmalar olduğunu bildirmişdir. Nazənimə Fazilin yanına getmək istədiyini demişdir. Nazənim ona Fazilin yanına aparacağını desə də, vədinə əmlə etməmişdir. Nazənim aqrokredit almaq adı ilə 60.000 manat və həmin kreditin çıxarılması üçün girov olaraq daşınmaz əmlak qoyluması adı ilə obyek alıb adına sənədləşdirmək adı ilə 10.000 manat pulunu alıb ələ keçirmişdir. Artıq noyabr ayı sona çatmaq üzrə olsa da, «Aqrokredit»dən səs-soraq olmamız, əvəzində isə Zemada faiz pulunu istəmişdir. X20 prospektində yerləşən «alqı-satqı» ofisinə gəlib «Aqrokredit»in nə vaxt veriləcəyini və «Köhnə Bakı» restoranını almaq üçün verdiyi behi soruşanda Nazənim: «belə pulların verilməsi üçün yoxlamalar aparılır, bir neçə aya pulu verəcəklər, bir az səbirli ol» cavabını vermişdir. Zema isə hər ay gəlib 3500 manatın faiz pulunu aparmışdır. 21 fevral 2015-ci il tarixdə Respublikada baş verən devolvasiyadan sonra Zema borcun ödənilməsi üçün onunla buğda əkməyə ortaq olduğunu bildirmiş və Tovuz rayonunda mülkiyyətində olan 45 ha. torpaq sahəsinə 11.250 kq. buğda səpmişdir. 135 ton buğda yığmış və buğdanın topdan satış qiyməti 0.32 qəpik olduğu halda, Zema 80 ton buğdanı 0.25 qəpikdən hesab etsə də, nə borcundan çıxmış, nə də ki, tarlanın şumlanması, toxumun alınması və səpilməsi üçün onun məsrəflərini ödəməmiş və 20.000 manatı 32 baş dana alıb-saxlanması üçün ona verərək heyvandarlığa da ortaq olduğunu bildirmişdir. Hər dəfə Zemadan kreditin nə vaxt veriləcəyini soruşduqda: «pulu kimə vermisənsə, ondan da soruş» cavabını vermişdir. Hər ay Tovuzdan Bakıya gəlib Nazəninidən kreditin nə vaxt veriləcəyini soruşanda, onu hər dəfə bir bəhanə ilə aldadaraq yola salmışdır. 23 dekabr 2015-ci il tarixdə növbəti devolvasiyadan sonra Zema Gədəbəy rayonunda, «Düz Yurd»da 3 ha. torpaq sahəsinin və «Miskinli» kəndində 60 tonluq anbarının oldıığunu bildirmiş və ona təklif etmişdir ki, həm «Düz Yurd»da, həm də «Qovlar»da kartof əksinlər. Girov qoyduğu qızılların qaytarılması və borcun silinməsi şərti ilə razılaşmış və ilin sonunda yenə də Bakıya, Nazənimin ofisinə gəlib, ona verdiyi 70.000 manatı tələb etməyə başlamışdır. Bu arada Zemanın ona verdiyi 20.000 manata aldığı 32 baş danalara 3 ay ərzində qulluq edərək 34.400 manata satıb 23.400 manatı Zemaya vermişdir. Zema pulun az olduğundan narazılıq etmiş və 3 ay ərzində 1500 manat çobana verdiyi maaşı, 9 ton yemin alınması üçün 4500 manatı, yoncaların presləliməsinə görə 4000 manatı və işıq-qaz üçün ödədiyi 1000 manatı nəzərə almayaraq hər ay gəlib 3500 manat faiz pulunu aparmışdır. 2016-cı il fevral ayında 38.000 manat xərcləyərək Zemanın Gədəbəy rayonunda «Düz Yurd»da 3 ha. ərazisi olan torpaq sahəsində 10.500 kq. və «Qovlar»da 8 ha. ərazisi olan ona məxsus torpaq sahəsində 28.000 kq. kartof əkmişdir. Zema bir manat da olsun pul xərcləməmiş, may-iyun aylarında Zema «Düz Yurd»da əkilmiş kartofu özü yığıb və guya hər hektardan 5-6 ton kartof yığmışdır. Halbuki, həmin dövrdə məhsuldarlıq yüksək olmuş, hər hektardan 20-25 ton kartof yığılmışdır. «Qovlar»da əkdiyi 8 hektardan 180 ton kartof yığılmışdır. Zema kartofun irilərini seçdirərək 90 ton kartof aparmış, xırda kartoflar onun üçün qalmışdır. 2016-cı ilin may ayına qədər Zemaya 63.000 (altımış üç min) mana faiz pulu, 23.400 manat danaların satışından və apardığı kartofların qiymətini 0.40 qəpikdən hesabladıqda 36.000 manat, ümumilikdə 122.400 manat pul ödəmişdir. Lakin Zema nə qızıllarını qaytarmamış, nə də ki, faizləri saxlamamışdır. Zemaya 122.400 manat pul qaytarmışdır. Nazənini onun 70.000 manat pulunu bıı günə kimi qaytarmamışdır. Mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 2013-2016-cı illərdə Demokratik Azərbaycan Dünyası Partiyasının sədri olmuşdur. Təqsirləndirilən şəxs Əsgər qızını 2015-ci ildə partiyanın Şəki rayonu üzrə nümayəndəsi Mərziyyə xanımın vasitəsi ilə tanımış və Nazənimi partiya üzvlüyünə qəbul etmişdir. Tanışlıqdan sonra Təqsirləndirilən şəxs ona özünü torpaq komitəsində maliyyə şöbəsinin əməkdaşı kimi təqdim edib, həm də evlərin alqı-satqısı ilə məşğul olduğunu bildirmişir. Odur ki, 2015-ci ilin noyabr ayında partiyanın ünvan 15 ünvanda yerləşən mərkəzi ofisində olarkən Nazənimdən onun üçün ucuz qiymətə ev tapmasını xahiş etmişdir. Nazənim ona əlində çoxlu evləri olduğunu deyib, ofisə gəlməsini, şərtləri orada izah edəcəyini bildirmişdir. Odur ki, əri ilə birlikdə Təqsirləndirilən şəxs ofisinə gedib ona cəmi, 140.000 ABŞ dolları olduğunu deyib, ev almaq istədiklərini bildirmişdir. Nazənim onlara Nəsimi, Yasamal və Nərimanov rayonu ərazilərində bir çox evlərin söküləcəyini, az pula həmin ərazilərdə bir neçə ev almalarını məsləhət görmüşdür. Nazənim onlara evin plana düşməsi nəticəsində həmin evin dəyərini alacağını, ya da yerində tikiləcək hündür mərtəbəli evdən onlara kavadrata uyğun yeni mənzil veriləcəyini bildirmişdir. Şərtlər ağlabatan olduğundan Nazənimlə razlaşmışdır. Nazənim onlara demişdir ki, mənzilin qiyməti ilə bağlı razılaşmalarından ötrü mənzil sahiblərini dəvət edəcək və bu zaman onlara da xəbər verəcəkdir. Nazənimə ərinin və özünün iş adamı olduqlarından, vaxt ayırıb gələ bilməyəcəklərini dedikdə, sonuncu ona bütün əmlakına dair mülki etibarnamə verməsini tapşırmışdır. Təqsirləndirilən şəxs onun partiyasının üzvü olduğundan, həm də həmyerli kimi inanıb, ona mülkiyyəti ilə bağlı baş etibarnamə verilməsinə razılıq vermişdir. 10 dekabr 2015-ci il tarixdə birlikdə Bakı şəhəri Nəsimi rayonu, R.Behbudov küçəsində yerələşən 1 saylı Bakı İnzibati İqdisadi məhkəməsinin həyətində yerləşən 13 saylı notariat kantoruna gedib öz adından Azərbaycan Respublikası ərazisində adına olan daşınmaz əmlakına və.s bütün mülkiyyətinə dair 14 dekabr 2015-ci il tarixdə 7E-7774 reyester nömrəli etibarnaməni X14 adına vermiş və bütün mülkiyyət hüquqlarını Nəzənim Rzayevaya həvalə etmişdir. Həmin vaxtı notarius onu kənara çəkib: «siz hansı zəmanənin adamısınız, bütün mülkiyyətinizlə bağlı baş etibarnamə verirsiniz?»-deyə sual etmişdir. Bu barədə ərinə bildirdikdə, o da: «Nazənim bizi aldatmaz»-deyə cavab vermişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs ofisinə gəlmiş və orada əri üzərində olan ona aid 140.000 ABŞ dollarını Nazənimə vermişdir ki, razılaşdıqları kimi ucuz qiymətə, plana düşən evlərdən onun ən azı 3-4 mənzil alsın. İlk öncə Nazənim onlara Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 213 saylı evin 11 №-li mənzilini təklif etmişdir. Əri və Nazənim ilə birlikdə gedib həmin evə baxıb bəyənmişdir. Mənzil həyət evində yerləşməklə 2 otaqlı olmuşdur. Nazənim həmin mənzili 56.600 manata təklif etmiş və onlar razılaşmışlar. Mənzildə həmin vaxtı özünü mənzil sahibi kimi təqdim etmiş Əli adlı şəxs olmuşdur. Onlar Əli ilə mənzillə bağlı heç bir söhbət etməmiş, butun söhbətləri Təqsirləndirilən şəxs aparmışdır. Nazənim onlara evin sənədləri ilə tanış olduğunu, hər şeyin qaydasında olduğunu və evin rahat şəkildə notariat qaydasında alqı-satqıya gedə biləcəyini bildirmişdir. Sənədləşmə zamanı evin Əlinin atası X10 məxsus olduğu onlara məlum olmuşdur. Təqsirləndirilən şəxs ev alqısatqısına dair həmin tarixdə yəni 14 dekabr 2015-ci il tarixdə onun adına mülkiyyətinə dair vermiş olduğu etibarnamə əsasında X15 ilə 50.000 manata həmin mənzili alqı-satqı etmişdir. Ona isə həmin mənzili 56.600 manata aldığını bildirərək 140.000 ABŞ dollarından həmin məbləği çıxacağını demişdir. Sonradan o, alqı-satqı müqaviləsini tələb edən zaman evin 50.000 manata alındığı ona məlum olmuşdur. Bunu Nazənimlə münasibətləri pisləşəndən sonra bilmişdir. Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 213 saylı evin 11 №-li mənzilinə dair 22 dekabr 2015-ci il tarixli Əmlak Məsələləri üzrə dövlət komitəsi yanında daşınmaz əmlakın dövlət reyesteri xidmətindən ******* №-li çıxarışı onun adına alıb təqdim edəndə, Nazənimin düz insan olmasına inamı bir qədər də artmışdır. Həmin evdə yaşayan şəxslər 2 ay müddətində mənzildə qalmış və o, sonuncuları mənzildən çıxarıb qapısını bağlamışdır. İkinci mənzil olaraq Nazənim ona və ərinə Yasamal rayonu Bəşir Səfəroğlu küçəsində ümumi sahəsi 43,2 kv. metr olan fərdi yaşayış evinin 2\1 paylı mülkiyyət üzrə olan Şahid3 məxsus 92 №-li mənzili 56.500 manata, əlavə olaraq özünə 300 ABŞ dollarına təklif etmişdir. Mənzil həyət evi olmaqla 2 otaqdan ibarət olmuşdur. Nazənim onlara həmin mənzili qeyd edilən qiymətə ev sahibi kimi özünü ona təqdim etmiş, həmin ərəfədə CÇM-də olan Şahid3 arvadı, əvvəllər tanımadığı Şahid2 yanında təklif etmişdir. Əri ilə mənzilə baxıb bəyəndikdən sonra razılıq vermiş və yenə bütün söhbətləri Təqsirləndirilən şəxs aparmışdır. Sonuncu evin sənədlərinin qaydasında olduğunu, lakin Şahid3 CÇM-də olduğundan adından arvadı Şahid2 adına etibarnamə verilməli olduğunu, evin sənədləşməsinin Şahid2 ilə aparılacağını bildirmişdir. Təqsirləndirilən şəxs 14 dekabr 2015-ci il tarixdə onun vermiş olduğu etibarnamə əsasında Şahid2 ilə 55.000 manata həmin mənzilə dair onun adına deyil, birbaşa öz adına 21 dekabr 2015-ci il tarixdə alqı-satqı etməklə adına daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlamışdır. Həmin mənzil üçün ona vermiş olduğu puldan 56.500 manat və özü üçün 300 ABŞ dolları çıxacağını bildirmişdir. Həmin alqı-satqı müqavləsi əsasında öz adına müqavilə bağlamasına baxmayaraq, adına çıxarış almalı olduğu halda, artıq öz xislətini gizlətməyərək 6 yanvar 2016-cı il tarixdə Daşınmaz əmlakın dövlət reyestri xidmətindən ******* nömrəli çıxarşı birbaşa öz adına almış, sonradan onlara hər hansı bir sənəd verməmiş və sənəddə 2\1 payla əlaqədar problemlər olmasını bildirib, sənədi onlara verməkdən yayınmışdır. Sonradan o, alqı-satqı müqaviləsini tələb edən zaman evin 50.000 manata alındığını görmüşdür. Bunu artıq münasibətləri pisləşdikdən sonra bilmişdir. Nəhayət Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi 92 №-li mənzilə görə onlardan 56.500 manat və əlavə olaraq 300 ABŞ dolları pul aldığını bilmişdir. Mənzildə Şahid2 onu görüb tanımış və həmin vaxtı miiəyyən etmişdir ki, onun evinə faizçi Zenfira adlı qadın gəlir və mənzili ona görə tələsik satmışdır ki, həmin qadının pulunu ödəsin. O isə həmin ərəfədə onun nə səbəbə belə bir borcu yaranmasını bilməmişdir. Zenfıra adlı qadını əvvəllər partiyasının üzv olan Nazilə vasitəsi ilə gələn zaman tanımış, aralarında ədavəti və düşmənçiliyi olmamışdır. 5 fevral 2016-cı il tarixdə Nazənim Əsgərova ikinci mənzilin sənədlərini ona vermədiyinə və hər dəfə sənədləri verməkdən yayındığına görə onun ofisinə getmişdir. X37 küçəsində olan evin sənədlərini və 140.000 ABŞ dollarından, evlərə görə vermiş olduğu yəni, birinci mənzilə görə verilmiş 56.6000 manatı və ikinci mənzilə görə verilmiş 56.500 manatı və əlavə 3.000 ABŞ dollarını çıxdıqdan sonra, yerdə qalan məbləği tələb etmişdir. Təqsirləndirilən şəxs ona bir ay müddətində çıxarış verəcəyini və əlavə olaraq üçüncü mənzil kimi ona Nərimanov rayonıı Plotnikov küçəsi 31 saylı evin 47 №-li 2 otaqlı mənzili 28.300 manata almağı təklif etmişdir. O, əri və Nazənim ilə birlikdə gedib mənzilə baxmışdır. Mənzil həyət evi olmaqla iki otaqdan ibarət olmuşdur. Ev onların xoşuna gəlmişdir. Nazənim onlara həmin mənzili ev sahibinin yanında 28.300 manata təklif etmiş və o, razılaşmışdır. Nazənim evin sənədlərinin qaydasında olduğunu bildirmişdir. Həmin vaxt ev sahibi Alı bildirmişdir ki, evi özü və övladları arasında 3 hissəyə bölünmüşdür. Özünə düşən payı satmaq üçün notariusa gedib danışılmalıdır. Daha sonra həmin işlərin həlli üçün Alı yəni, X28 tərəfindən Nazənimə 13 fevral 2016-cı il tarixdə etibarnamə verdiyini bilmişdir. Həmin gün mənzildə Nazənim ona vermiş olduğu 140.000 ABŞ dollarının yerdə qalan hissəsindən 28.300 manatı Adil Hüseynova verib bildirmişdir ki, pulunu evin sahibi yəni o, verir və ev onun üçün alınır. Həmin vaxtı pay məsələsində prblemlər olduğundan alqı-satqı olmamışdır. Bundan bir müddət sonra yenə ikinci evin sənədlərini Nazənim ona vermədiyinə və üçüncü evi onun adına sənədələşdirib çıxarış almadığına və ABŞ dollarının manata nəzərən məzənnəsinin yüksəlməsinə baxmayaraq, onun pulunun yerdə qalan hissəsini tələb edən zaman Nazənim hər dəfə bir bəşanə ilə ondan yayınmağa başlamışdır. Bundan sonra ona məlum olmuşdur ki. X32 küçəsində olan mənzili ondan xəbərsiz kirayə vermiş və Bəşir Səfəroğlu küçəsində olan mənzilin onun adına olmalı olan çıxarışını vermədiyinə görə 6 may 2016-cı il tarixdə verilmiş 14 dekabr 2015-cı il tarixli etibarnamənin ləğv olunmasından ötrü 13 saylı notariat kantoruııa müraciət etmişdir. Bundan sonra o, səhhəti ilə əlaqədar olaraq 2016-cı ilin avqust ayında Fransaya getmiş və 24 oktyabr 2016-cı il tarixdə Bakı şəhərinə qayıtmışdır. O, əri ilə birlikdə Nazlənin ofisinə gedib, ikinci və üçüncü mənzilin sənədələrini ona verilməsini, ya da ona vermiş oluduğu 140.000 ABŞ dollarının ona qaytarmasını tələb etmişdir. Bu zaman Nazənim onun mübahisə etmiş, B.Səfəroğlu və Plotnikov küçələrində olan mənzillərdə payla əlaqədar problem olmasını və bu səbəbdən sənədələrin hazır olmadığını bildirməklə, ona onun sözü ilə həmin mənzillərin alınmasına razılıq verdiyini, onun sənədlərdən cavbdeh olmasını xatırlatmışdır. Həmin vaxtı məcbur olub B.Səfəroğlu küçəsində olan Sevil adlı qadından almış olduğu evin sənədləri olan çıxarışı ona ötəri göstərmişdir ki, o, rahatlaşsın ki, sənəd ondardır və ondan əl çəksin. Həmin vaxtı əri əl atıb sənədi Təqsirləndirilən şəxs əlindən almış və həmin vaxtı B.Səfəroğlu küçəsində evin çıxarışı ilə tanış olan zaman məlum olmuşdur kı, ev cəmi 43 kv. metrdir və orda olan 2/1 pay ilə onlara 21,5 kv. pay düşür. Həmin paya görə 56.500 manatın və əlavə olaraq 300 ABŞ dollarının verilməsinin nə dərəcədə düzgün olub-olmadığını xəbər almış və həmin kvadrat yəni 1 metr kvadrata görə 2.690 manat düşdüyü hada Bakı şəhərində Sovetski yəni, B.Səfəroğıında olan yeni tikililərdə belə 1 kv metrii 2690 manata ev olmadığını bildirmişdir. Həmçinin məlum olmuşdur ki, Nazənim öz adına 6 yanvar 2016-cı il tarixdən artıq Sevildən alınmış B.Səroğlu küçəsi 92 saylı evə öz adına olmaq şərti ilə 2\1 paya adına həmin tarixə Əmlak məsələləri üzrə dövlət komitəsi yanında Daşınmaz Əmlakın dövlət reyesteri xidmətindən ******* №-li çıxarış almışdır. Nazənimə irad bildirmişdir ki, onları aldadır, xeyli müddətdir ki, sənədlərin hazır olmadığını deyir, indi isə məlum olur ki, həmin evi öz adınadır. Nazənim Razayevaya bərk əsəbləşmiş, onu və ərini aldatdığına tam əmin olmuşdur. X27n etibardan düşmüşdür. Mülki etibarnamə qüvvədə ola-ola Nazənim mənzili onun adına deyil, öz adına sənədləşdirmişdir. 6 may 2016-cı il tarixdə ona vermiş olduğu etibarnaməni ləğv etdirdiyini ona dedikdə, Nazənim sənədin ona lazım olmadığını, evi sənədləşdirən zaman etibarnaməni də qaytaracağını bildirmişdir. Həmin vaxtı Nazənim onun adına olan etibarnaməni ləğv etdirdiyini bilməmişdir. Bu zaman Nazənim ona baş etibarnamə deyil, adi etibarnəmə verdiyini demişdir. Onun bu sözündən bərk əsəbləşib xatırlatmışdır ki, əgər ona etibarnamə vermişdirsə, necə olur ki, birinci mənzilə dair olan sənədləşməni onun adından etmişdir. Nazənimə baş etibarnamə verdiyini xatırlatdıqdan sonra əri gedib avtomobilindən Təqsirləndirilən şəxs adına vermiş olduğu və həmin ərəfədə qüvvədən düşərək tərəfindən ləğv olunmuş etibarnamənin surətini gətirib təqdim edib, ona baş etibarnamə verdiyini bildirmişdir. Nazənimə bir daha birinci mənzili onun etibarnamə olmadan necə almasını və adına sənədləşdirməsini xatırlatmışdır. Nazənim isə ona evi adi etibarənmə ilə aldığını bildirib, etibarnamənin üzərində olmadığını deyib çıxarışı götürüb ofisi tərk edən zaman əri bildirmişdir ki, B.Səfəroğlu küçəsində olan evin etibarnaməsini nə edir, ev onun adınadır. Nazənim isə ona: «20.000 manat ver, evi verim»-deyə cavab vermişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun evini adına sənədləşdirsə və digər evinin sənədini gətirib ona versə onunla görüşəcək deyib ofisi tərk etmiş və ofisi tərk edən zaman makler Tapdıq avtomobillərini saxlayıb onlara pul təqdim etmişdir. O və əri nə pulu olmasını xəbər alan zaman bildirildi ki, həmin pul onlarındır. Şamil Əzizbəyov küçəsində alınmış evin kirayə puludur. 16 sentyabr 2016-cı il tarixdən onu vasitəsi ilə tapılmış kirayəşinlər mənzilin onların iştirakı olmadan Təqsirləndirilən şəxs tərəfindən ayda 250 manata kirayə verilməsini və 2 ayın pulun yəni, 500 manatın Nazənim tərəfindən alındığını bildirmişdir. Noyabr ayının pulunu Tapdıq onlara vermiş və onlar həmin evi alan zaman görməsini bildirmiş və Nazənim isə həmin mənzilin qohumuna aid olan mənzil kimi kirayə verməsini bildirmişdir. Belə ki, mənzilin açarının Nazənim tərəfindən dəyişdirib kirayə verilmişdir. O kirayə mənzilə gəlmişdir ki, evində kim yaşayır. Həmin vaxtı mənzildə Vüsalə adlı qadını görmüş və o, evin ona Nazənim tərəfindən ayı 250 manata kirayə verildiyini bildirmişdir. Evin sahibi olmasını və Nazənimin onu aldadıb, razılığı olmadan evi kirayə verməsini bildirmiş, lakin iki azyaşlı uşağı olmasına görə və Vüsalənin ağladığını görüb evdə müvvəqqəti yəni, özünə yeni kirayə mənzil tapmasını və tezliklə mənzildən çıxmasını bildirmişdir. Sonra əri ilə 3-cü Plolnikov küçəsində olan mənzilə getmişdir. Mənzilə çatan zaman içərinin işığının yanılı olmasım görmüşdür. Mənzilə daxil olan zaman onlar ona mənzili Nazənim adlı qadından kredit yolu ilə Nazənim tərtib etmiş olduğu qrafik əsasında ilkin ödənişsiz ayda 1.200 manat ödəmək şərti ilə Nazənimin 3 il müddətnə mənzili ona cəmi 35.000 manat olmaq şərti ilə satdığını bildirmişdir. Mənzilə görə artıq bir aylıq yəni 1.200 manat Nazənimə ödəniş etdiyini bildirmiş və ikinci ayın ödənişinə hazırlaşdığını bildirmişdir. Sonuncuya heç nə demədən mənzili tərk edib, Nazənimin ofisə getmişdir. Sonuncudan nə səbəb onları aldatdığını, etibarından sui-istifadə edib, mənzilin birini kirayə verdiyini, digərini isə ayda 1.200 manatdan olmaq şərti ilə 35.000 manata satmaq barədə razılaşıb, bir dəfə 12.000 manat pul aldığını və digər Bəşir Səfəroğlu küçəsindəki mənzili isə adına keçirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs cavabında bu barədə ona məlumat verməyi unutduğunu bildirmişdir. Sonuncu ona həmin mənzili salıb pulunu artıqlması ilə qaytaracağını bildirmişdir. Nazənimə etibarından istifadə edib onu aldatdığını, ona daha inanmadığını, bu səbəbdən artıq heç bir mənzil və sənəd istəmədiyini deyib, vermiş olduğu 140.000 ABŞ dollarını tam şəkildə qaytarmasını tələb etmişdir. Nazənim isə ondan 20.000 manat pul istəmişdir ki, B.Səfəroğlu küçəsində olan evi ona qaytarsın, evi onun üçün su qiymətinə almışdır və buna görə ona sağol belə deməmişdir. O, tanışı, həm də qohumu və nümayəndəsi olan Tahir Poladzadəyə zəng edib baş verənləri ona danışıb xahiş etmişdir ki, Plotnikov küçəsində olan mənzilə gəlsin. Onlar birlikdə mənzilə getmişlər. Mənzildə yaşayan Leyla adlı qadın qapını açıb onları evə dəvət etmiş və onunla hər hansı bir mübahisəsi olmadığını və Nazənimə bu barədə hər hansı məlumat vermədiyini, əksinə, Nazənim ilə mübahisə edib onu niyə aldatmasını bildirmişdir. Həmin faktları o telefon ilə videogöriintü ilə qeydə almışdır. O, qızın ağlamasını görüb evdə qalmasına etiraz etməmiş və özünə ev tapmasını tələb etmişdir. Sonra məlum olmuşdur ki, Nazənim evin kirayə pulunu ondan almışdır. Leylaya aldadılması ilə əlaqədar polisə müraciət etməyi təklif etmiş, lakin sonuncu özünün fala baxmasını, Nazənim və oğlunun onu fala baxmasına görə polisə verəcəklərindən qorxub şikayət etməyəcəyini bildirmişdir. Hətta sonra Nazənmin həmin almış olduğu 1.200 manatı ört-batsır etmək üçün ondan hətta 5 ay evdə qaldığı müddətə kirayə haqqı belə almasını müyyən etmişdir. Bundan sonra mənzil almış olduğu Plotnikov küçəsindəki evin keçmiş sahibi Alı Hüseynovu tapıb ondan xahiş etmişdir ki, Nazənimin adına olan etibarnaməni ləğv etsin və birbaşa onunla mənzilin 3\1 payını alıq-satqı etsin. X33 küçəsindəki evinin 3\l-nə dair 13 fevral 2016-cı il tarixdə etibarnamə vermişdir. X42 birlikdə 27 yanvar 2017-ci il tarixdə 21 saylı notariat kantoruna getmiş və orda Alı Hüseynov tərəfindən 13 fevral 2016-cı il tarixdə Təqsirləndirilən şəxs vermiş olduğu mənzilin 3\1 payına görə olan etibarnaməni ləğv etdirmişdir. 6 fevral 2017-ci il tarixdə həmin mənzilin 3\1 payına dair onunla alqı-satqı müqaviləsi bağlayaraq adına evi sənədləşdirmişdir. 9 ferval 2017-ci il tarixdə Nərimanov rayonu Vladislav Plotnikov küçəsi 31 saylı evin 47 №-li mənzilinə dair əmlak məsələləri üzrə dövlət komitəsi yanında daşınmaz əmlakın dövlət resteri xidmətindən 10007177 nömrəli çıxarış almışdır. Etibarnamənin ləğvi və mənzilə dair çıxarışın alınmasından Nazənimin xəbəri olmamışdır. Nazənimə bu barədə məlumat verməməsinə səbəb B.Səfəroğlu küçəsində olan mənzilin çıxarışının hələ də Nazənim Rzayevda olması və onun həmin halı bilib, dələduzluq əməllərində ifşa olunacağına görə gələcəkdə mənzili verməsindən imtina edəcəyinə görə şübhə olmasın deyə Tahir ilə birlikdə onun ofisə gedib tələb etmişdir ki, əgər onu aldatmırsa, notariat kantorunda evə dair onun adına alqı-satqı müqaviləsi bağlasın. Hətta onu şirnikləndirib Plotkinov küçəsində olan evi ona verilmiş etibarnamə əasasında satmasını bildirmişdir. Lakin onun Plotnikov küçəsində yerləşən mənzilə görə adına çıxarış aldığı və adına olan etibarnaməni ləğv etdirməsindən Nazənimin məlumatı olmamışdır. O, Bəşir Səfəroğlu küçəsində yerləşən mənzilin sənədləşməsi zamanı 10.000 manatın dəqiq olaraq nəyə çıxmasını demədən, sadəcə olaraq pulu çıxdığını bildirmiş və onlar həmin məbləğdə pulu ona vermək barədə razılaşmışlar. Əri Qurban ona 10.000 manat pul vermiş və sonra onlar 23 fevral 2017-ci il tarixdə notariat kantoruna getmiş, onun adına mənzilə dair alqı-satqı müqaviləsi bağlandıqdan sonra məlum olmuşdur ki, sənədləşmə zamanı hər hansı bir xərci çıxmamışdır. O, cəmi 300 manat dövlət rusumu ödəmişdir. Nazənim isə həmin pulu ev alan zaman 300 ABŞ dolları formasında onlardan almışdır. 10.000 manat pulu Nazəninidən tələb edən zaman o, 4.000 manatı onlara qaytarmış və 6.000 manatı Etibar adlı şəxsə ipoteka yolu ilə alınması zamanı sənədləşmə üçün verdiyini bidirmişdir. X34 küçəsində yerləşən mənzilə dair 11 mart 2017-ci il tarixdə çıxarış almışdır. B.Səfəroğlu küçəsindəki evin alqı-satqısına gedən zaman, yolda ona onun Plotnikov küçəsində olan evə dair adına çıxarış almasını telefonla kiməsə bildirmiş və o, dərhal kənara çəkilib Alı ilə söhbət etmiş və onun bilməsini bildirmiş, bu barədə maraqlandığı halda çıxarış alma faktını inkar etməsini demişdir. Nazənim ondan xəbər alan zaman o, yenə təkzib etmiş və artıq Alının oğluna zəng edib, onu evə dair adına etibarnamə olduğu halda etibarnamənin ləğv olunub onun adına evi səndləşdirməsinə görə irad bildirmişdir. Alının oğlu isə telefonda atası ilə söhbət etməsini tövsiyə etmişdır. O isə Alı ilə danışan zaman onu həmin məsələyə hazır etdiyinə görə, o da Nazənimə həmin halı inkar etmişdir ki, onlar sonrakı işlərini görüb B.Səfəroğlu küçəsində olan mənzilləri adına sənədləşdirib çıxarış ala bilsinlər ki, müddət udsun. Nəhayət 11 mart 2017-ci il tarixdə mənzilə dair adına çıxarış ala bilmişdir. Daha sonra Nazənimə vermiş olduğu 140.000 ABŞ dollarından qalmış 13.700 ABŞ dollarını tələb etmişdir. Sonuncu həmin məbləğdə pulu qaytaracağını bildirsə də, pulu qaytarmamışdır. 2016-cı ilin dekabr ayında Eynur və Sevil ona zəng edərək təcili pul lazım olduğunu, evi almış Sitarə Farəcovanın evin pulunu ödəmədiyini bildirib, evi ona almağı təklif etmişdir. Nazənəmin deməsinə görə Sitarədən alıb ona vermiş oluduğu 2.795 manatını da onun ödəməsi şərti ilə evi ona cəmi 26.000 manata təklif etmişlər. Artıq evlərinin sənədləşmə işləri bitdiyinə və dəfələrlə Eynur və Sevil tərəfindən ona mütəmadi evi təklifinə görə olan zəngindən sonra o, evə baxmağa razılıq vermişdir. Sevil Eynur və o, birlikdə Nərimanov rayonu, N.Süleymanov küçəsi 1 №-li evə gedib, evlə tanış olmuşdur. Sevil ona bildirmişdir ki, mənzili 18 sentyabr 2015-ci il tarixdə X11 etibarnamə əsasında Təqsirləndirilən şəxs vasitəsi ilə almışdır. Evin sənədi olmasa da, faktiki sahibinin özü olduğunu və evi almış olduğu şəxsin də evin pulun onun tərəfindən təsdiq edəcəyini bildirmişdir. Sevil həmin qadının bildirməsinə görə dedi ki, Yeganənin ərinə 2.795 manat cəmi pul verməsini və yerdə qalan pulu verməməsini, ona görə evi ona satıb Yeganin də vermiş olduğu pulu ödəmədən onun evində 9 aydan artıq müddətdə yaşmasına görə evinin kirayə pulunu çıxmaqla ona hər hansı bir miqdarda pul verəcəyini bildirmişdir. Nazənim ona ofisdə pulunu tələb edən zaman Yeganəyə pul vermədən evə müştəri olduğu halda satmasını bildirmiş və hətta həmin danışıqlar Nazənimin ofisində qeydə alınmışdır. Belə ki, 28 dekabr 2016-cı il tarixdə o, əri, Tahir və Sevilin iştirakı ilə akt tərtib etmiş, evə görə Sevilə 26.000 manat vermiş və o, evi həmin qiymətə satmaqla pulu almasını təsdiq etmişdir. 2017-ci il yanvar ayının birinci yarısında Sevilin səhhəti ilə əlaqədar və həm də bəzi sənədləşmə işlərinə başı qarışdığına görə işlərini bitirən kimi həmin evi notarial rəsmiləşmə ilə ondan alacağını bildirmişdir. 18 mart 2017-ci il tarixdə 54 saylı notariat kantorunda alqı-satqı müqaviləsi ilə mənzili almışdır. Notariat kontorunda olan mərkəzləşmiş informasiya sistemindən həmin mənzilə dair Nərimanov rayon icra hakmiyyəti tərəfindən mənzilin birinci sahibi olmuş X5 dair informasiyanı dəqiqləşdirmişdir. Evin həmin şəxs tərəfindən X2, sonuncu isə öz növbəsində Şahid2 satdığı müəyyən olmuşdur. Başqa hər hansı şəxsin adı sistemdə olmadığına görə o, alqı-satqıya razılaşmış və həmin göstərilən məbləğdə pulu notariat kantorunda əlbə-əl Şahid2 vermişdir. Sonra o, həm də evin açarlarını Sevildən Eynıırun iştirakı ilə almışdır. Ev təmirsiz və yararsız vəziyyətdə olduğuna görə təmir etmək istəmiş və bu məqsədlə ayrı-ayrı tikinti materialları mağazasından təxminən 1000 manatdan artıq miqdarda pul xərcləmişdir. Nəhayət oğlu hərbi xidmtədə olduğuna görə Cəlilabad rayonuna getmiş və qayıdıb gəldikdən sonra 2017-ci ilin aprel ayında N.Süleymanov küçəsi 1 №-li evə getmişdir. Üzərində olan açarla mənzilin qapısını açan zaman açarına qıfıl düşmədiyini görüb, qıfılın xarab olduğunu zənn edib makler Tapdığa zəng etmiş, ustanın gəlib işləyib-işlmədiyini və qapının açılmadığını bildirmişdir. Sonuncu 10 dəqiqəyə gələcəyini demişdir. Tapıdıq gəlib qapının qıfılını açmaq istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs ofisində işləmiş makler Afisin qapıya tərəf gəlməsini görmüşdür. Sonuncu onlara bildirmişdir ki, evi o, almış və qıfılı da dəyişdirmişdir. O isə evin akt və alqı-satqı müqaviləsi ilə mənzilin faktiki sahibi olan Sevil Səfərovudan 26.000 manata notarial qaydada alqı-satqı yolu ilə aldığını bildirmişdir. O, isə evi Nazənimdən almasını və 15.000 manat pulu Nazənimin iştirakı ilə Eynura verdiyini bildirmişdir. Mübahisə zamanı Afizin anası da həmin ünvana gəlmiş və içəri daxil olan zaman almış olduğu tikinti materialları və alələrin verində olmadığını görüb, 102 xidmətinə zəng etmişdir. Növbəti günü o, evə gələn zaman evdə Yeganəni görmüşdür. Yeganə qapını açmamış və pəncərdən ona bildirmişdir ki, evi 8000 manata Eynurdan almışdır və həmin məbləğdə pulu verdikdən sonra evdən çıxacaqdır. O, Eynurla Sevilin yaşadığı mənzilə Tahirlə birlikdə getmiş və başına nə iş açmalarını xəbər alan zaman Eynur bildirmişdir ki, evi Yeganəyə 2.795 manata satmış, lakin, pulu vermədiyinə görə evi ona satmasını və bu barədə onlara deməsini bildirmişdir. Afizə isə ev satmadığını, ondan pul almadığını bildirmişdir. Nazənim hadisə yerinə gələndə evi onun almasından xəbərsiz olduğunu, bilsəydi heç zaman belə oyunlara getməyəcəyini, öz aralarında həll etmələrini bildirmişdir. Sonradan müəyyən olundu ki, Nazənim Nemətullayevi axntarıb tapmış, ondan evi alanın yalandan özü olmasını bildirib yəni, faktiki olaraq Nemətullayev Kəmaləddin həmin evin alqı-satqısını olmadığı halda yəni, etibarnaməsi ilə X19 halda və ona evi Şahid2 satması və Sevinim adına etibarnamə və alqı-satıqı müqviləsi bağlanıb verildiyi halda, özünü alıcı olmasına ona inandırıb adından İcra hakimiyyətində evə dair sərəncam üçün miiracət edəcəyini bildirmişdir. Həmin müraciət üçün Kəmallədin Nemətullayevi razı salıb 31 iyul 2017-ci il tarixdə belə bir razılığ əldə elmişdir. Mülki iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, əri X23 vəfat etmişdir. Birgə nigahdan 3 övladı olmuşdur. 2014-cü ildən İİ qrup əlildir və həm də təqaüdçüdür. Ərindən ona Sumqayıt şəhəri 16-cı məhəllə ev 23 A, mənzil 108-də olan ev qalmışdır. Həmin evi kirayə vermiş və kirayə pulu ailəsini dolandırır. Qızı Zərərçəkmiş şəxs5 2017-ci ilin əvvəllərində Bakı şəhərində stasinor müalicədə olan zaman Nazənim Əsgorova ilə tanış olmuşdur. Qızı xəstəxanda qalmaq istəmədiyindən Bakı şəhərində kirayə mənzil axtarmışdır. Həmin ərəfədə kirayə ev axtarışı ilə əlaqədar evlərin alqı-saqı ofisinə baş çəkən zaman Nazənim Əsgərova ilə tanış olub ondan kirayə mənzil soruşmuşdur. Nazənim qızı Zərərçəkmiş şəxs5 hazırda əlində kirayə mənzil olmadığını, lakin, onun üçün ev tapacağını bildirmişdir. Zərərçəkmiş şəxs5 2017-ci ildə Bakı şəhərinə gəlib müalicəsini davam etdirmişdir. Bu səbəbdən Bakı şəhərinə köçüb qızı ilə yaşamaq istəmişdir. Bu məqsədlə Nazənim Əsgərovanın ofisinə getmişdir. Nazənim ondan əlində nə qədər pulu olmasını soruşmuş, sonuncuya hazırda əllərində cəmi 30.000 manat pulu olduğunu, bundan əlavə atası tərəfindən vərəsəlik hüququ əsasında ona miras qalmış Sumqayıt şəhəri Novxanı qəsəbəsinə Qurd dərəsində 25 sot bağ sahəsinin olduğunu bildirmişdir. Nazənim Əsgərova həmin torpaq sahəsi və sənədlərlə tanış olmaq istədiyini bildirmişdir. Bir neçə gün sonra onunla həmin torpaq sahəsinə baxmaq barədə razılaşmışlar. Bunu biləndən sonra qızına şəxsən ofisə gedib Nazənim Əsgərova ilə tanış olmaq istədiyini bildirmişdir. Qızı Lalə ilə ofisə getmiş və ilk dəfə 2017-ci ili aprel avında Nazim Əsgərovanı görüb tanımışdır. Həmin vaxt Nazənim torpaq sahəsinin sənədləri ilə tanış olub bildirmişdir ki, həmin torpaq sahəsini çıxarış alıb satmaq onun üçün rahat bir işdir və DƏDRX-dən əməkdaş gətirməklə həmin torpaq sahəsini 1 ay müddətində çıxarış alacağını bildirmişdir. Həmin çıxarış üçün ona 10.000 manat pul lazım olmasını bildirmişdir. Nazənimə həmin məbləğdə pulu olmadığını bildirmişdir. Nazənini heç olmazsa, ilkin olaraq 3.000 manat, əgər ödəniş etmiş olsa, DƏDRX-dən əməkdaşlar gəlib torpaq sahəsi ilə tanış olduqdan və çıxarışın alınması üçün işlər gördürəcəyini və daha sonra hissə-hissə həmin məbləği verəməsini bildirmişdir. 2-3 dəfə Lalə ilə ofisə getdikən sonra Nazənimə 3.000 manat şəxsən ofisində 2017-ci ilin aprel ayının 2-də vermişdir. Nazənim həmin torpaq sahəsinin Novxanıda olan Qurd dərəsində baha olmasını və həmin torpaq sahəsini satmaqla bizə şəhərin mərkəzində yeni tikilidən ev alacağını bildirmişdir. Sonradan Nazənim ona torpaq sahəsi ilə əlaqədar bir neçə dəfə ona zəng etmişdir. Bir dəfə Nazənim ona torpaq sahəsinə dair sənədlər və məhkəmə qətnamələrini götürüb Sumqayıt şəhərində yerləşən Nərimanov parkının qarşısına gəlməyini xahiş etmiş və o, deyilən yerə gedib Nazənimlə görmüşdür. Nazənini Əsgərova «KİA Sportac» markalı avtomobilə gəlmiş və avtomobili idarə edən şəxsi sürücüsü Azad kimi təqdim etmişdir. Birlikdə torpaq sahəsinə getməmişdən öncə Sumqayıt DƏDRX-nə getmiş, oradan Əli və Qoşqar adlı şəxsləri götürüb torpaq sahəsinə getmişlər. Nazənini həmin şəxsləri ona Sumqayıt DƏDRX-nin əməkdaşları kimi təqdim etmişdir. Qoşqar adlı şəxs avtomobildə bir qədər hərəkət etdikdən sonra, işi olduğunu bildirib avtomobildən düşüb getmişdir. Digər şəxs Əli ilə isə torpaq sahəsinə gedib, əlindəki cihazla sahəni ölçmüşdür. Nazənim torpaq sahəsini bəyənmiş və 25 sot torpaq sahəsinə görə 120-150.000 manat arasında məbləğ təyin edib, hansı qiymətə torpaq satılsa, onun yarısına onun üçün mənzil alacağını, qalan məbləği isə özü üçün götürəcəyini bildirdi. Hətta avtomobildə yol xərci olaraq Azadın avtomobilinə benzin tökmək adı ilə ondan 100 manat almışdır. Sənədləşməyə isə tərəfindən ilkin verilən pulları həmin məbləğə aid etməmişdir. Bir ay müddətinə sənədləri hazır edəcəyini bildirmişdir. Torpaq sahəsi ilə tanış olan günün səhəri onun ev telefonuna zəng etməklə, torpağın çıxarışı üçün Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən «Kosmos» restoranının yanında olan DƏDRX-nə gəlməklə həmin pulu ona verməyini bildirmişdir. Həmin gün ayrıca Zərərçəkmiş şəxs5 zəng edərək səhəri günü birlikdə gəlməklə 15.000 manat pulu üzərində götürüb gəlib, onun üçün «xxxx» MMC tərəfindən inşa edilmiş binanın 8-ci mərtəbəsindəki 70 kv. metr sahəsi olan 21 №-li mənzili ona gətirməli olduğu məbləğ və torpağın satışından olan dəyərin yarısına təklif etmiş və sənədlərin geci bir ay müddətində hazır olub həmin vaxta kimi satışı təşkil edəcəyini bildirmişdir. Razılaşıb Zərərçəkmiş şəxs5 evdən özünə məxsus olan 15.000 manat pulu götürüb 7 aprel 2017-ci il tarixdə bacısı Elmira ilə birlikdə «Kosmos» restoranının yanına gəlib Nazənini Əsgərova ilə görüşmüşdür. Həmin vaxt Nazənim tək olmuşdur. Bir daha onları əmin etmişdir ki, DƏDRX-də bir nəfərlə danışmışdır, 1000 manatı gəlib ondan götürcəkdir. Zərərçəkmiş şəxs5 15.000 manat pul istəmişdir. Həmin məbləğin 1000 manatını «Kosmos»un yanında, qalan 14.000 manatı isə Nazənimin ofisində Nazənimə vermişdir. Zərərçəkmiş şəxs5 14.000 manatı Nazənim Əsgərovaya verən zaman o, bir qədər tərəddüd etmişdir. Nazənim ofisdə ona əlyazma yazıb 14.000 manatı mənzilə görə almasını və hətta evin sənədləri olan 30 mart 2017-ci il tarixli adına «xxxx» MMC ilə olan müqaviləni Zərərçəkmiş şəxs5 verib onları arxayın salmışdır ki, həmin evi ona verəcəkdir, müqavilə adınadır, sənədləşmə işləri də davam edir və sənəd hazır olan kimi torpaq sahəsinə də müştəri tapacaqdır. Müqavilənin əslini və öz xətti ilə əlyazmasını verən zaman Laləni arxayın etdi ki, həmin məbləği yəni, 14.000 manatı da ona vermişdir. Sonra evə baxmaq istədiyini bildirən zaman o, evdə kirayəşin olmasını, torpaq satılan kimi Zərərçəkmiş şəxs5 evə baxmaq üçün aparacağını və sənədlərin əslinin onda olmasını bildirməklə narahat olmamasını demişdir. Bundan sonra yenə onu ofisə dəvət edib, DƏDRX-də olan işlərlə əlaqədar olaraq 1000 manat da pul lazım olduğunu bildirmişdir. 2017-ci ilin aprel ayının sonunda 1000 manat pulu Nazənimə vermişdir. Pulu verən zaman pul kisəsində Lalə tərəfindən ona verilmiş 150 ABŞ dollarını də ondan amışdır. Bacısı ilə taksiyə minib Sumqayıt şəhərinə qayıdan zaman pulu olmadığını bildirdikdə Nazənim üzərində olan 10 manatı atıb yol pulu olmasını bildirdi. Bundan sonra Lalə ilə birlikdə Nazənimin ofisinə gedib onlara evi göstərməsini və sənədləri tələb etmişdir. Nazənim onlara torpaq işləri yubandığına görə nə evi, nə də sənədləri göstərə bilməyəcəyini bildirmişdir. Sonuncunun yalanlarından bezib DƏDRX-nə gedib məsələ ilə maraqlanmışdır. Orada Əli adlı şəxsi görüb ondan torpağın sənədlərinin hansı mərhələdə omasını xəbər almışdır. Əli torpağın sxemini çəkib Nazənimə verdiyini bildirmişdir. 2017-ci ilin iyun ayında X39 Məmmədovanın iş axtardığını biləndə onu iş adamı Zərərçəkmiş şəxs7 adlı şəxslə tanşı etmişdir. Nazənini Əsgərova iş adamı kimi tanış etdiyi Zərərçəkmiş şəxs7 15.000 manat verdiyini, onu ayda 12.00-1.500 manat gəliri olan işlə təmin edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs5 da «Kapital bank»dan pul götürüb Nazənimə vermişdir. Nazənim isə sonra pulu Azada verdiyini bildirmişdir. Azad evini satıb Lalənin pulunu qaytarmışdır. Azada qarşı şikayəti və tələbi yoxdur. Sonradan Nazənimin dələduz olmasını, heç bir sənəd düzəlmədiyini və bağa getməyinin bir oyun olduğunu və sonuncu tərəfindən aldadıldığını başa düşmüşdür. Nazənim onlara söz verdiyi evi almamış və Lalənin 18.000 manat pulunu ələ keçirmişdir. Həmin pullar tam olaraq Laləyə məxsus olmuşdur. Nazənim bütün vədləri Laləyə vermiş, bu zaman sonuncunun yanında olmuşdur. Pullar onun iştairakı ilə Nazənimə verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 1(101)-579/2020 saylı «Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında» qərarı ilə Təqsirləndirilən şəxs Əsgər qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkəməyə verilmiş və cinayət işi 01 oktyabr 2020-ci il tarixə məhkəmə baxışına təyin edilmişdir. Sonrakı tarixlərdə məhkəmə iclasları keçirilmişdir. İşdəki X1n daxil olmuş 01 mart 2021-ci il tarixli Tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2021-ci il tarxidən Covid - 19 diaqnozu ilə Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülmüş, xəstə birbaşa koronavirus xəstələri üçün nəzərdə tutulmuş şöbəyə yerləşdirilmiş, ətrafında izolyasiya və dezinfeksiya tədbirləri görülmüş, xəstəyə stasionarda olduğu müddətdə simptomatik antiviral təyinatlar verilmişdir. Həmin məktubda xəstənin ümumi vəziyyətinin ağır olduğu göstərilmişdir. İşdəki məhkəmənin 01 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmiş və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 dərhal həbsdən azad edilmişdir. İşdəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2021-ci il tarixdə Covid 19, ikitərəfli pnevmoniya, septiki vəziyyət nəticəsində yaranmış kəskin tənəffüs çatışmazlığı səbəbindən ölmüşdür. 29 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs atası X29 təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmış və məhkəməyə ərizə ünvanlayaraq Azərbaycan Respublikası CPM-nin 39.1.5 və 43.3-cü maddələrinə əsasən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə xitam verilməlidir (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə); 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir; 106-1.1-ci maddəsində ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur; 106-1.3-cü maddəsində Cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106- 1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir; 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir; 321.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarır; 321.2.1-ci maddəsinə əsasən müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən onun barəsində olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməli, qətimkan tədbirinin tətbiq edilməsi üçün zərurət aradan qalxdığından barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə maddi sübut və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43.3-1, 106-1.1, 106-1.3, 106-1, 281, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətdikdən sonra öldüyündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar