Məhkəmə qərarları › İş №1(101)-149/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-149/2024

14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-149/2024 14.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X17 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 nümayəndəsi - Bakı şəhəri “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili X4, müdafiəçilər - Bakı şəhər “Verdiktum” Vəkil Bürosunun vəkili X12, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, 28 avqust 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 25, mənzil 54-də qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Səbail rayonu, Teymur Əliyev küçəsi, ev 5, mənzil 19-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hədə-qorxu ilə tələb etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, “İnstagram” və “TikTok” sosial şəbəkə səhifələrində “jam_guliyev” adlı şəxsi hesab yaradıb özünü “idealist və ədalətli ictimai fəal” kimi təqdim edərək sosial faydalı və maarifləndirici paylaşımlar etmək, müasir cəmiyyətin aktual problemlərini, əxlaqsız və tüfeyli həyat sürən qadınların yaşayış tərzini, digər şəxsi məlumatlarını işıqlandırmaq, sonuncuları ictimai qınaq predmetinə çevirmək, bununla da guya mövcud nöqsanları aradan qaldırmaq və izləyici məmnuniyyətinə nail olmaq üçün, əsl həqiqətdə isə tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə əldə etmək məqsədi ilə sosial şəbəkə səhifələrində düşünülmüş şəkildə kütlənin marağına səbəb olacaq üslubda paylaşımlar edib ətrafına xeyli sayda izləyici kütləsi yığaraq media reytinqini, o cümlədən səhifəsinin izlənmə və paylaşımlarının baxış sayını artırmış, bunun ardınca istintaqa məlum olmayan mənbədən həmin ərəfəyədək şəxsi tanışlığı və münasibəti olmayan Zərərçəkmiş şəxs1 əvvəllər fahişəliyə cəlb etmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin qanunsuz əməllərinə gizli davam etməsi barədə rüsvayedici məlumatlara sahib olduğunu iddia edərək həmin məlumatları “İnstagram" sosial şəbəkəsində yayacağı hədəsi ilə 22 oktyabr 2021-ci il tarixdə 1.000 (min) manat nağd pul verməsini cinayətini pərdələmək və ört-basdır etmək üçün cinayətə aidiyyəti olmayan tanışı Şahid22 vasitəsi ilə tələb edib həmin vəsaiti 2021-ci ilin oktyabr ayının sonlarında Şahid22 vasitəsi ilə ünvan 1 ünvanının qarşısında alıb ələ keçirdikdən sonra 10 mart 2022-ci il tarixdə istifadəsində olan +**********29 saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs1 istifadəsində olan +**********07 saylı mobil telefon nömrəsinə “WhatsApp” ani mesajlaşma mübadilə sisteminin zəng xidməti vasitəsi ilə zəng edib eyni təhdidlər altında yenidən 1.000 (min) manat nağd pul verməsini tələb etməklə həmin vəsaiti zərərçəkmiş şəxsin özündən ünvan 2 ünvanının qarşısında, 22 mart 2022-ci il tarixdə isə eyni üsulla təkrarən mobil telefon əlaqəsi yaradaraq bu dəfə həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 1.700 (min yeddi yüz) manat təşkil edən 1.000 (min) ABŞ dolları pul göndərməsini Zərərçəkmiş şəxs1 tələb etməklə sonuncunun həmin məbləği azaltmaq barədə xahişindən sonra guya "güzəştə” gedərək tələb etdiyi məbləği 400 (dörd yüz) manata endirib həmin vəsaiti cinayətə aidiyyəti olmayan Şahid4 vasitəsi ilə **********340985 seriyalı “Leobank” şəxsi kart hesabına onlayn köçürmə yolu ilə qəbul etməklə ümumilikdə 3.700 (üç min yeddi yüz) manat məbləğində pul vəsaitini zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb edərək vahid niyyətlə əhatə olunan qəsdlə 2.400 (iki min dörd yüz) manat pulunu alıb ələ keçirməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, “İnstagram” və “TikTok” sosial şəbəkə səhifələrində “jam_guliyev” adlı şəxsi hesab yaradıb özünü “idealist və ədalətli ictimai fəal” kimi təqdim edərək sosial faydalı və maarifləndirici payfaşımlar etmək, müasir cəmiyyətin aktual problemlərini, əxlaqsız və tüfeyli həyat sürən qadınların yaşayış tərzini, digər şəxsi məlumatlarını işıqlandırmaq, onları ictimai qınaq predmetinə çevirmək, bununla da guya mövcud nöqsanları aradan qaldırmaq və izləyici məmnuniyyətinə nail olmaq üçün, əsl həqiqətdə isə tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə əldə etmək məqsədi ilə sosial şəbəkə səhifələrində düşünülmüş şəkildə kütlənin marağına səbəb olacaq üslubda paylaşımlar edib ətrafına xeyli sayda izləyici kütləsi yığaraq media reytinqini, o cümlədən səhifəsinin izlənmə və paylaşımlarının baxış sayını artırmış, bunun ardınca o, 02 noyabr 2021-ci il tarixdə şəxsiyyəti istintaqa “Xəyal Həsənov” kimi məlum olan dostunu Zərərçəkmiş şəxs3 ilə mobil telefonda danışdırıb, aparılan söhbəti kənardan özünü biruzə vermədən gizli videoçəkilişə alaraq guya 520 (beş yüz iyirmi) manat pul müqabilində 2 (iki) nəfər qızla cinsi əlaqədə olmaq, əsl həqiqətdə isə cinayətkar niyyətini başa çatdırmaq üçün sonuncu tərəfindən ünvan 3 ünvanında yerləşən “Sky hotel" adlı mehmanxanaya fahişəliklə məşğul olan Zalova (Kərimova) Gülnar İntiqam qızı və Şahid13 göndərilməsinə nail olduqdan bir neçə dəqiqə sonra videoçəkilişi artıq Şahid13 və Şahid29 (Kərimovanın) iştirakı ilə mehmanxana otağında davam etdirib kim tərəfindən göndərilmələri və alacaqları pulun bölgüsünə dair qızları sorğu-sual etməklə tamahkar maraqları naminə baş verən bütün prosesləri videogörüntü şəklində mobil telefonunun yaddaşında saxlayaraq həmin rüsvayedici məlumatları sosial şəbəkə səhifələrində yayacağı hədəsi ilə 02 noyabr 2021-ci il tarixdə 10.000 (on min) manat nağd pul verməsini cinayətini pərdələmək və ört-basdır etmək üçün cinayətə aidiyyəti olmayan tanışı Şahid24 vasitəsi ilə Zərərçəkmiş şəxs3 tələb etmiş, Şahid24 həmin məbləği azaltmaq barədə xahişlərindən sonra guya “güzəştə” gedərək tələb etdiyi məbləği 7.000 (yeddi min) manata endirib həmin gün 6.800 (altı min səkkiz yüz) manat məbləğində pul vəsaitini Şahid24 vasitəsi ilə ünvan 4 ünvanının qarşısında alıb ələ keçirərək zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, “İnstagram” və “TikTok" sosial şəbəkə səhifələrində "jam_guliyev” adlı şəxsi hesab yaradıb özünü “idealist və ədalətli ictimai fəal” kimi təqdim edərək sosial faydalı və maarifləndirici paylaşımlar etmək, müasir cəmiyyətin aktual problemlərini, əxlaqsız və tüfeyli həyat sürən qadınların yaşayış tərzini, digər şəxsi məlumatlarını işıqlandırmaq, onları ictimai qınaq predmetinə çevirmək, bununla da guya mövcud nöqsanları aradan qaldırmaq və izləyici məmnuniyyətinə nail olmaq üçün, əsl həqiqətdə isə tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə əldə etmək məqsədi ilə sosial şəbəkə səhifələrində düşünülmüş şəkildə kütlənin marağına səbəb olacaq üslubda paylaşımlar edib ətrafına xeyli sayda izləyici kütləsi yığaraq media reytinqini, o cümlədən səhifəsinin izlənmə və paylaşımlarının baxış sayını artırmış, bunun ardınca şəxsi tanışlığı və münasibəti olmayan Zərərçəkmiş şəxs2, Şahid2, Şahid11, Şahid19, Şahid28 və şəxsiyyəti istintaqla araşdırılan digər qadınlara aid fotoşəkilləri şəxsiyyəti istintaqa məlum olmayan ‘'İnstagram” sosial şəbəkə hesabının “twinsmom_ck” adlı istifadəçisindən əldə edib videomontaj vasitəsi ilə ard-arda düzməklə slayd tipli videoçarx hazırlayaraq 2022-ci ilin mart ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsindəki şəxsi hesabında, böyük izləyici kütləsinin qarşısında paylaşmaqla həmin videogörüntünü müşayiət edən başlıqda Zərərçəkmiş şəxs2 fahişəliyə cəlb edən, digər qadınları isə fahişə kimi təqdim edib bu yolla zərərçəkmiş şəxsə qarşı aşkar ədavətini və qərəzli mövqeyini göstərərək törətmək niyyətində olduğu cinayət əməli üçün ciddi və real zəmin yaratdıqdan bir neçə gün sonra tanışı Şahid9 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 ilə rəfiqələrinin mehmanxana və digər qapalı məkanlardan olan açıqsaçıq səhnəli, əxlaqsız tərzdə çəkilmiş foto və video görüntülərinə dair rüsvayedici məlumatlara sahib olduğunu iddia edib həmin məlumatları sosial şəbəkə səhifələrində yayacağı hədəsi ilə 2022-ci ilin mart ayında 3.000 (üç min) manat nağd pul verməsini cinayətkar sövdələşmədə olduğu Şahid9 istifadəsində olan +**********11 saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs2 istifadəsində olan +**********28 saylı mobil telefon nömrəsinə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi üzərində həyata keçirdiyi zəng və mesaj vasitəsi ilə tələb edib zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını təkrarən hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Yeni Azərbaycan Partiyasının üzvüdür. O, hər zaman çalışmışdır ki, cəmiyyətə layiqli vətəndaş olsun. O, Azərbaycançılıq hissi ilə yaşamış, milli dəyərləri qorumuşdur. O, Gürcüstan Respublikasının Batumi şəhərində yerləşən, baş ofisi isə Rusiya Federasiyasının Moskva şəhərində yerləşən “XOX Tobacco” tütün məmulatları istehsal fabrikinin təsisçisi və baş direktoru olmuşdur. Onun rəhbərlik etdiyi müəssisədə 87 (səksən yeddi) azərbaycanlı işlə təmin olunmuşdur. Bu biznes fəaliyyətini vətəndə də, davam etdirmək məqsədi ilə 2019-cu ildə Azərbaycan Respublikasına qayıtmış və həmin fabriki Batumi şəhərindən Quba rayonuna gətirmək istəmişdir. O, arzusunu həyata keçirmək məqsədilə lizinq yolu ilə 7 (yeddi) ədəd xarici markalı maşın almışdır. Aldığı avtomobillər lizinq şirkəti tərəfindən qanunsuz yolla mənimsənildiyi üçün o, bu barədə şikayət etsə də, şikayətlərinə baxan olmamışdır. Bununla bağlı, o, “İnstagram” və “TikTok” sosial şəbəkələrində özünə məxsus səhifədə paylaşımlar etməyə başlamışdır. Nəticədə görmüşdür ki, vətəndaşlar öz problemlərinin işıqlandırılması üçün ona müraciət edirlər. Beləliklə, o, əsas problemlərdən olan narkotik vasitələr və qadın alveri ilə mübarizəyə başlamışdır. Onun məqsədi sosial, faydalı və maarifləndirici paylaşımlar etmək, müasir cəmiyyətin problemlərini, ölkəyə müxtəlif yollarla gətirilib, xüsusən də gənclərin və yeniyetmələrin bəlasına çevrilmiş narkotik alverçilərini, gənc qadın və qızları əxlaqsız yollara çəkməklə sonuncuların üzərindən pul qazanan qadın alverçilərini qınaq predmetinə çevirməklə, cəmiyyəti məlumatlandırmaq və azərbaycan polisini bu mövcud problemlərin həllinə səsləmək olmuşdur. O, artıq videobloger kimi fəaliyyət göstərdiyi bir vaxtda Cəlal Mehdiyev adlı bir şəxs onunla əlaqə saxlayaraq Bilgəh qəsəbəsindəki evlərin birində satışa hazırlanan 4 (dörd) kiloqram psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. O, dərhal Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəsisi işləyən Natiq adlı şəxslə əlaqə saxlayıb bu barədə məlumat vermiş və həmin yerə getmişdir. Söhbət əsnasında məlum olmuşdur ki, Cəlal öz arvadını istinad etdiyi evin sahibinə pul müqabilində cinsi əlaqədə olmaq üçün təşkil etmiş, lakin həyat yoldaşının iş müddəti 2 (iki) saat keçdiyi üçün onun vasitəsilə cəzalandırmaq istəmişdir. O, Cəlaldan nə ilə məşğul olduğunu soruşduqda, sonuncu açıqaydın şəkildə qadın ticarəti ilə məşğul olduğunu bildirmişdir. O, Cəlaldan polisdən qorxubqorxmadığını soruşduqda, Cəlal öz himayədarının adını çəkərək aylıq həmin şəxsə “patent” ödədiyini bildirmişdir. Bir gün sonra o, Cəlalın barəsində məlumat toplamış və bununla bağlı hazırladığı materialı paylaşmışdır. Bundan sonra Cəlalın ən yaxşı “işçisi” olan arvadı onunla əlaqə saxlayıb onun paylaşdığı materialı sosial şəbəkələrdən silməyini istəmiş və “Panda” ləqəbli Zərərçəkmiş şəxs1 haqqında ona material vermişdir. O, bu material üzərində işləyərkən belə bir paylaşım edəcəyini “İnstagram” storidə (tarixçəsində) paylaşmışdır. O, hazırladığı materialı paylaşmaq istədikdə, Şahid22 ona zəng edərək Pərvanənin şəhid və qazi ailələrinə yardım etdiyini və bir neçə ailəni himayəsinə götürdüyünü bildirmişdir. O, Pərvanə ilə əlaqə saxlayıb bu barədə məlumatı sonuncudan dəqiqləşdirmişdir. Bir neçə gündən sonra Şahid22 zəng edib onunla görüşmək istədiyini demişdir. Görüş zamanı Rəşad cibindən pul çıxarıb onun avtomobilindəki su qabı yerinə qoymuş və pulu “Panda” ləqəbli Pərvanənin “şirinlik” kimi ona göndərdiyini demişdir. O, Rəşada Pərvanədən pul istəmədiyini və Pərvanəyə zəng edib pulu nə üçün göndərdiyini soruşmasını istəmişdir. Rəşad isə bu pulun “şirinlik” olduğunu, özünün pula ehtiyacı olduğunu və bədxassəli onkoloji xəstəlikdən müalicə olunduğunu bildirmişdir. O isə, Rəşada demişdir ki, “pul sənindir, götür”. Şahid22 1.000 (min) manat puldan 500 (beş yüz) manat pulu özünə götürüb sağollaşaraq çıxıb getmişdir. O, Rəşadın pulun hamısını götürmədiyini sonuncu gedəndən biraz sonra bilmişdir. Bu görüşdən bir neçə gün sonra o, tanışı Şahid9la Nərimanov rayonu ərazisində yerləşən restoranların birində yemək yemişdir. Həmin vaxt Şahid22 ona zəng edərək görüşmək istədiyini deyib onların olduğu ünvanı öyrənmiş, sonra isə onun yanına gəlmişdir. Yeməkdən sonra onlar qərarlaşdırmışlar ki, Rəşad 3 (üç) “eskort” (əxlaqsız qadın) dəvət edəcək, o isə, hoteldə istirahət üçün 3 (üç) nömrə (otaq) götürəcək. O, Rəşadın əxlaqsız qadınları kimin vasitəsilə çağırdığını bilməmişdir. Hoteldə olan zaman o, həmin əxlaqsız qadınların “Panda” ləqəbli Pərvanənin göndərdiyini bilmişdir. Çağırılanlara görə Rəşadın kimə, nə qədər pul ödədiyini o, bilməmişdir. Sonradan onun Pərvanə ilə münasibəti yaranmışdır. O, Pərvanədən hər hansı qadın alverçisi, satılan qadınlar barəsində məlumat almış, sonradan isə həmin məlumatı dəqiqləşdirmişdir. O, “Panda” ləqəbli Pərvanə ilə bir dəfə əyani görüşmüş və sonuncuya “Britaniya” cinsindən olan pişik hədiyyə etmişdir. O, bunu pul müqabilində deyil, sadəcə hədiyyə olaraq etmişdir. Pərvanə bilmişdir ki, o, Kiyev şəhərində olan vəziyyətlə bağlı oradakı azərbaycanlı tələbələrin təxliyyəsində yaxından iştirak edir. Pul lazım olarsa Pərvanə özünə müraciət etməyini ondan istəmiş, həmçinin onun özünə də, pul lazım olarsa özünə müraciət etməyini istəmişdir. Ötən ilin mart ayında o, Türkiyədə olan zaman onun “İnstagram” səhifəsi bağlanmışdır. Ona görə də o, Pərvanədən 400 (dörd yüz) manat borc pul istəmiş, Pərvanə də, onun istədiyi pulu onun bank hesabına köçürmüşdür. Əgər onun məqsədi şikayətçinin iddiasını sadəcə rədd etmək olsaydı o, aldığı 400 (dörd yüz) manatı da, inkar edərdi yaxud Türkiyədən qayıtdıqdan sonra nağd olaraq Pərvanəyə verdiyini deyərdi. O, “Panda” ləqəbli Pərvanənin ona göndərdiyi əxlaqsız qadınların pulunu ödəmişdir. Pərvanənin ona jesti o olmuşdur ki, Pərvanə özünə çatan pulu ondan istəməmişdir. Onun Zərərçəkmiş şəxs2 ilə heç bir əlaqəsi və münasibəti olmamışdır. 1 (bir) dəfə “Green House” adlı kafedə Şahid6 təklifi ilə onlar üçlükdə görüşmüşlər. O, Əhmədə əvvəlcədən demişdir ki, görüş yalnız çəkiliş ilə mümkündür və elə də olmuşdur. Bu görüşün videomaterialını da o, sonradan sosial şəbəkədə paylaşmışdır. Bununla bağlı, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət- Axtarış Şöbəsinin rəisi Rafiq Məmmədov ona zəng edərək amiranə səs tonu ilə həmin paylaşımı silməsini bildirmişdir. O da, Rafiq Məmmədovun tələbini rədd etmiş və sonuncuya sərt cavab verərək zəngi sonlandırmışdır. Bir neçə müddət sonra Yeganə onun tanışı X16 küçəsində görərək nalayiq ifadələrlə təhqir etmişdir. O, Əhməddən Yeganə ilə bağlı yenidən paylaşım edib polisdən buna görə tədbir görməyini tələb etmişdir. Cəmi bir neçə saat sonra çox yaxından tanıdığı Emin adlı şəxs ona zəng edib Yeganə ilə bağlı tanışı Fuadın xahiş etdiyini bildirib həmin materialı pozmağını demişdir. O isə, Eminə belə işlər üçün ona heç kimin ağız açmamasını məsləhət görüb sağollaşaraq telefonu söndürmüşdür. O, Şahid9 kimdən nə istəyib-istəməməsini bilmir. Onun bildiyi odur ki, bu məsələdən 6 (altı) ay əvvəl o, Fuadla bütün əlaqələri kəsmişdir. O, Zərərçəkmiş şəxs3ı ümumiyyətlə tanımır. Sadəcə olaraq Günayın qadın alveri ilə məşğul olması barədə ona tanışı Həsənov Xəyal məlumat vermişdir. Xəyal Nərimanov rayonunda yerləşən hotellərdən birinə Günayın vasitəsilə 2 (iki) “eskort” (əxlaqsız qadın) dəvət etmiş və onlar bu “eskortların” (əxlaqısz qadınlar) çəkilişini edib oradan ayrılmışlar. Bir qədər sonra ona Şahid24 zəng etmişdir. Səməndər hoteldə çəkiliş edib-etmədikləri barədə ona verdiyi suala müsbət cavab almış və sonra gəlib Cəfər Xəndan küçəsində onunla görüşüb bildirmişdir ki, Günayla ədavəti var. Səməndər onda olan materialı satmasını təklif etmişdir. O da, 5.000 (beş min) manata həmin materialı Səməndərə satmasına razılaşmışdır. 2-3 saat sonra Səməndər ödənişi edib və materialı “bərkidərək” əlavələr etməklə paylaşacağını ona demişdir. Özü də elə paylaşacaq ki, paylaşımdan sonra Günayı cinayət məsuliyyətinə cəlb edəcəklər. Lakin 3-4 ay sonra Cəlal ona videogörüntü göndərmişdir. Həmin videoda Cəlal Günayla danışmışdır. Günay bildirmişdir ki, Səməndərə 11.000 (on bir min) manat verib ki, Günayın haqqında olan material paylaşılmasın. Bundan sonra o, göndərilən videogörüntünü onda olan materiala əlavə edib paylaşmış və hüquq-mühafizə orqanlarından xahiş etmişdir ki, bu məsələ ilə bağlı cinayətdə əli olanları məsuliyyətə cəlb etsinlər. Lakin polisdən səs çıxm amışdır. Əksinə polis əməkdaşları qadın alveri ilə mübarizə etməkdənsə, qadın alverçilərinə və həmin qadınların himayədarlarını ifşa edənlə mübarizə etməyə başlamışlar. İlk növbədə onu nüfuzdan salmaq üçün onun cibinə narkotik maddə atıb işgəncə verməklə həmin bükümün onun olduğunu deməyə məcbur etmişlər. O, işgəncələrə və fiziki təzyiqə tab gətirə bilmədiyi üçün videoçəkiliş zamanı üzərində narkotik vasitə olduğunu demişdir. Beləcə məhkəmədə hakimə də aşkar təzyiq edərək onu 2 (iki) ay müddətə inzibati həbs etdirməyə nail olmuşlar. O, inzibati həbsdə olduğu zaman Bakı Şəhər Baş Polis İdarəsində müəyyən rəhbər vəzifə tutan məmurlar himayədarlıq etdikləri əxlaqsız qadınlardan şikayət ərizələri alıb ona qarşı cinayət işi açmışlar. Açılmış cinayət işinin istintaqını başa vurmaq məqsədi və bəhanəsi ilə dekabr ayının sonunda onu Xətai Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinə aparmışlar. Orada Bakı Şəhər Baş Polis İdarəsinin rəhbər şəxslərindən biri onu idarə rəisinin otağında qəbul edib “ağıllanıb-ağıllanmadığını” soruşmuşdur. Onun cavabı isə belə olmuşdur ki, “nə etmişəmsə, düz etmişəm”. Bu səbəbdən də əsassız və qanunsuz ittiham irəli sürməklə onu cinayət məsuliyyətinə cəlb etmişlər. O, heç bir cinayət törətməmiş, ona qarşı irəli sürülmüş ittiham qanunsuz və əsassızdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxlsərə qarşı cinayət törətməməsi, zərərçəkmiş şəxslərin əsassız şəkildə onun əleyhinə ifadə vermələri, zərərçəkmiş şəxslərdən qanunsuz şəkildə pul tələb etməməsi, zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə hədə-qorxu ilə heç bir tələb irəli sürməməsi, başqa sözlə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hədə-qorxu ilə tələb etməməsi barədə vermiş olduğu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadələrini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. O, Təqsirləndirilən şəxs onun haqqında sosial şəbəkələrdə şər və böhtan xarakterli məlumatlar paylaşdıqdan sonra tanımışdır. Təqsirləndirilən şəxs onun haqqında topladığı materialın bir hissəsini sosial şəbəkələrdə paylaşdıqdan sonra Fuad adlı ortaq tanışının vasitəsilə onun Cəmillə əlaqəsi yaranmışdır. Ortaq tanışları olan Fuad adlı şəxs ona mobil telefon vasitəsilə zəng edərək Təqsirləndirilən şəxs adlı blogerin onun haqqında məlumatlar topladığını bildirmişdir. Bundan sonra Fuad ona müəyyən məbləğdə pul vəsaiti, təxminən 3.000 (üç min) manat pul verəcəyi təqdirdə həmin məlumatları paylaşmayacağını demişdir. O, Fuaddan həmin pulu nəyə görə verməli olduğunu soruşmuşdur. Fuad ona barəsində məlumat topladığını, guya onun pul müqabilində kişilərə qızlar təklif etdiyini, qadın alveri ilə məşğul olduğunu, həmin pulu verməyəcəyi təqdirdə sosial şəbəkələrdə bu barədə məlumatları paylaşacağını bildirmişdir. O isə, Fuada həmin pulu verməyəciyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun barəsində qeyri-etik paylaşımlar etməyə başlamışdır. Bir müddət sonra o, digər tanışı Əhmədlə əlaqə saxlayaraq Təqsirləndirilən şəxs ilə görüş təşkil etməyini, yəni görüşərək onun barəsində toplamış məlumatları paylaşmasının səbəbini aydınlaşdırmaq istədiyini xahiş etmişdir. Əhməd Təqsirləndirilən şəxs ilə görüş təyin etmişdir. Həmin gorüşdə o, tanışı Əhməd, Təqsirləndirilən şəxs və sonuncunun tanışı Sərxan adlı şəxs olmuşdur. Onlar bir müddət söhbət etmişlər. O, Cəmildən onun barəsində toplamış materialları hansı səbəbdən paylaşdığını soruşduqda, Cəmil ona heç bir səbəb olmadan paylaşdığını bildirmişdir. Sonra o, Təqsirləndirilən şəxslə razılaşmış və Cəmil ona paylaşımlar etməyəcəyini bildirmişdir. Cəmil Qquliyev onun haqqında paylaşım etməyəcəyini bildirsə də, o, axşam saatlarında evə qayıdan zaman yenidən sosial şəbəkələrdə Cəmilin onun barəsində paylaşımlar etdiyini görmüşdür. O, Təqsirləndirilən şəxslə barışmamış və sonuncuya qarşı şikayəti var. Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, 2020-ci ildə Vəfa adlı bir xanım ilə tanış olmuşdur. Vəfa onu bəzi yerlərə, yəni kişilərlə görüşə göndərmişdir. Onun pula ehtiyacı olmuşdur. Buna görə də o, Vəfa adlı xanımın təklifi ilə müxtəlif kişilərlə pul müqabilində cinsi əlaqədə olmuşdur. Bir gün yenə Vəfa ona Təqsirləndirilən şəxslə əlaqədar zəng edərək demişdir ki, “bir dostum var, səninlə görüşmək istəyir”. O da, həmin vaxt Bakıda deyil, Qəbələ rayonunda olmuşdur. Vəfa ona demişdir ki, “Cəmilin yanında bir dostu da var, yəni iki nəfərdilər, əgər sənin rəfiqən varsa ikiniz də, gedin Cəmil və dostu ilə görüşün”. Lakin o, Qəbələdə olduğundan Vəfa ona demişdir ki, “başqa rəfiqələrin varsa, onları göndər gedib Cəmillə görüşsünlər”. Sonra Vəfa onun nömrəsini bu məsələyə görə Cəmilin dostu olan Xəyal adlı şəxsə vermişdir. Xəyal da, ona “Votsap” vasitəsilə yazmışdır. Xəyal ondan rəfiqələrinin şəkillərini göndərməyini istəmişdir. O da, pul müqabilində kişilərlə cinsi əlaqədə olan rəfiqələrinin şəkillərini Xəyalın “Votsap” nömrəsinə göndərmişdir. Onun rəfiqələri də, ona belə yaxşılığı tez-tez etmişlər, yəni lazım gəldikdə rəfiqələri onu başqa kişilərlə görüşdürmüşlər. Bu dəfə də o, pul müqabilində kişilərlə cinsi əlaqədə olan rəfiqələrinə belə bir yaxşılıq etmişdir. Həmin rəfiqələrinin adları Gülnar və Günel olmuşdur. Xəyal da, onun rəfiqələrini görüşmək üçün “Sky” adlı hotelə çağırmışdır. Xəyal ondan soruşmuşdur ki, “həmin qızlar, yəni Gülnar və Günay “Sky” hotelə gələ bilərlərmi?”. O da, demişdir ki, “bəli, gələ bilərlər”. Bundan sonra o, rəfiqələri Gülnar və Günelə “Sky” hotelə getmələrini demiş, rəfiqələri də, onunla razılaşmışlar. Qızlar “Sky” hotelə getməmişdən əvvəl Xəyala zəng etməmişlər, çünki Xəyal əvvəlcədən ona “Sky” hoteldə qızlarla görüşəcəkləri otağın nömrəsini demişdir. O da, bunu qızlara demişdir. Ona görə də qızlar “Sky” hoteldə birbaşa həmin otağa getmişlər. Gülnar və Günel həmin otağa daxil olan zaman Cəmilin həmin otaqda olduğunu görmüşlər. Cəmil özünü Gülnar və Günaya “Jam Quliyev” kimi təqdim etmişdir. Bundan sonra isə Cəmil həmin qızları videoçəkilişlə sorğu-sual etməyə başlamışdır. Cəmil qızları sorğu-sual edən zaman Günel və Gülnarın “Sky” hotelə kimin tərəfindən və hansı qiymətə göndərildiyini soruşmuşdur. Qızlarla onun arasında isə pul söhbəti olmamış, yəni onlar bir-birini kişilərlə cinsi əlaqədə olmaq üçün göndərdikləri zaman bunun müqabilində pul istəməmişlər. Yəni onun göndərdiyi qıza görüşdüyü və cinsi əlaqədə olduğu kişi nə qədər pul verirsə, verilən pul həmin qızın qazancı hesab edilir. Onlar bir-birinə belə yaxşılıq etmişlər. Qızlar həmin vaxt Cəmil tərəfindən kamera ilə qeydə alınmışlar və barələrində Cəmil tərəfindən videomaterial toplanmışdır. Sonra Gülnar və Günel bu barədə ona məlumat vermişlər. O da, həmin qızlara demişdir ki, “Cəmili tanımıram”. Bundan sonra qızlar Cəmilin yanından çıxıb getmişlər. Cəmilin “İnstagram” sosial şəbəkəsində “Jam Quliyev“ adlı rəsmi səhifəsi olmuşdur. Cəmil kişilərlə pul müqabilində cinsi əlaqədə olan qadınların videolarını öz səhifəsində paylaşmışdır. Həmin vaxt o, tanışı Ramil adlı şəxslə danışaraq demişdir ki, “Təqsirləndirilən şəxs mənim rəfiqələrim barədə video paylaşmaq istəyir, mən həmin videonun Cəmil tərəfindən paylaşılmasını istəmirəm. Necə edək ki, Cəmil bu videonu paylaşmasın?”. X18 adlı tanışı ilə bu barədə danışacağını ona demişdir. Səməndər "xxxx" saytını işlədən şəxsdir. Səməndər də, bu barədə Cəmillə danışacağını demişdir. Səməndər Cəmil ilə videoları paylaşmaması barədə danışmışdır. Cəmil Səməndərdən videoları paylaşmamaq müqabilində 15.000 manat pul istəmişdir. Yəni 15.000 manatı o, verməli idi ki, Cəmil videoları paylaşmasın. Cəmil 15.000 manatı Səməndər vasitəsilə ondan istəmişdir. Şəxsən onunla Cəmil arasında 15.000 manatla bağlı danışıq olmamışdır. O, Səməndərə demişdir ki, “15.000 manat verə bilmərəm”. Səməndər də, ona demişdir ki, “bu dəfə Cəmil 11.000 manat təklif edib”. Bundan sonra o, Ramilə demişdir ki, “Sən 11.000 manatı Cəmilə ver, mən sənə sonra bu pulu qaytararam”. Ramil də, onunla razılaşmışdır. O, məcburiyyət qarşısında qalaraq bununla razılaşmışdır. Sonra Ramil 11.000 manatı Səməndərə vermiş, Səməndər də, həmin pulu Cəmilə vermişdir. O, Ramilin Səməndərə 11.000 manat verməsini, Səməndərin də, həmin 11.000 manatı Cəmilə verməsini görməmiş və bu prosesdə iştirak etməmişdir. Bir müddət Cəmil heç bir video paylaşmamışdır. Lakin Cəmil bir gün öz statusunda yazmışdır ki, “Yeni video gəlir, hoteldə”. Cəmil 6 aydan sonra Cəmil onun qızlarla olan yazışmalarını, həm də videoları öz “İnstagram”, “Tiktok” və “Telegram” səhifələrində paylaşmışdır. Həmin paylaşımlarda qızların, yəni Günel və Gülnarın videoları, onun isə şəkilləri olmuşdur. O, həmin videolara baxmışdır. Həmin videolarda Cəmil qızlara demişdir ki, “Sizi Sky hotelə kim göndərib? Nəyə görə hotelə gəlmisiniz?”. Qızlar isə Cəmilə cavab verməmişlər, əksinə Cəmilə qarşı bağırmağa başlamışlar. Belə ki, qızlardan biri Cəmilə demişdir ki, “telefonu sal aşağı, sənin nə ixtiyarın var ki, mənim şəklimi və videomu çəkirsən?”. Digər qız isə ümumiyyətlə həmin otaqda qalmayaraq otağı tərk etmişdir. Bundan sonra o, yenidən Ramilə zəng edib demişdir ki, “nəyə görə Cəmil bu videoları 6 aydan sonra paylaşıb? Nəyə görə bu vaxta qədər paylaşmayıb”. Ramil də, ona demişdir ki, “Səməndərlə Cəmilin arası dəyib, aralarında mübahisə baş verib, buna görə də Cəmil acığa düşərək videoları paylaşıb”. O, bundan sonra Cəmilin barəsində hüquqmühafizə orqanlarına şikayət etmişdir. O, şikayətində bildirmişdir ki, “ehtiyacım olduğu üçün kişilərlə pul müqabilində cinsi əlaqədə oluram, Təqsirləndirilən şəxs isə mənim və rəfiqələrim barədə video materiallar toplayaraq bizi təhdid, yəni “şantaj” edir”. O, Təqsirləndirilən şəxslə barışmamış və sonuncuya qarşı şikayəti var. Zərərçəkmiş şəxs3 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Tofiq qızı ifadəsində göstərdi ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Bir gün Cəmil “İnstagram” sosial şəbəkəsi vasitəsilə ona ismarıc yazaraq özünü təqdim edib bildirmişdir ki, “mənim səninlə işim yoxdur, çünki eşitdiyimə görə sən şəhid ailələrinə və qazilərə kömək edirsən”. O da, Cəmilə yazmışdır ki, “hə, lap yaxşı”. Cəmilin ona yazdığı “İnstagram” sosial şəbəkəsindəki səhifəsinin adı “jam_quliyev” olmuşdur. O, Cəmillə onun arasında aparılmış bütün yazışmaları ibtidai istintaq orqanına təqdim etmişdir. Cəmil özünə məxsus “İnstagram” sosial şəbəkəsindəki səhifəsində bütün günü insanları yıxıb sürümüşdür. Cəmil “İnstagram” sosial şəbəkəsi vasitəsilə ona yazan gün Rəşad adlı şəxs də, ona zəng edərək onun Cəmilə pul göndərməli olduğunu bildirmişdir. O da, pul göndərmişdir. O, əvvəllər qızların fahişəliyə cəlb edilməsi ilə məşğul olmuş, hətta buna görə təqsirləndirilən şəxs qismində məhkəməyə çıxarılmışdır. Amma o, hazırda qızların fahişəliyə cəlb edilməsilə məşğul olmur. Cəmil, onun nə vaxtsa qızların fahişəliyə cəlb edilməsilə məşğul olduğunu bilmişdir. Rəşad Cəmilin onun əvvəllər qızların fahişəliyə cəlb edilməsilə məşğul olduğunu bildiyini və Cəmilin ondan əvvəllər qızların fahişəliyə cəlb edilməsilə məşğul olduğunu özünə məxsus olan “İnstagram” sosial şəbəkəsindəki səhifəsində paylaşmaması üçün ondan pul tələb etdiyini bildirmişdir. O da, Rəşadla onun arasında olan bu söhbətin baş verdiyi gün Cəmilə istədiyi pulu vermişdir. Çünki o, ailə üzvlərinin onun əvvəllər qızların fahişəliyə cəlb edilməsilə məşğul olduğunu öyrənəcəklərindən qorxmuşdur. O, Cəmilin istədiyi hər şeyi etmişdir. Cəmil daim öz “İnstagram” sosial şəbəkəsindəki səhifəsində qızların fahişəliyə cəlb edilməsilə məşğul olan xanımlar barədə paylaşımlar dərc etmişdir. Məsələn, gecə saatlarında Cəmil sərxoş halda ona zəng edərək ondan fahişə istəmişdir. O da, rəfiqələrinə zəng edərək sonunculardan Cəmilə fahişə göndərmələrini xahiş etmişdir. Bu zaman həmin fahişələrin ödənişini o, özü etmişdir. Cəmilin “İnstagram” sosial şəbəkəsindəki səhifəsində auditoriyası çox böyük olduğundan Cəmil onu “İnstagram” sosial şəbəkəsində paylaşaraq onun qızların fahişəliyə cəlb edilməsilə məşğul olduğunu deyəcəyi ilə təhdid etmişdir. O da, biabir olmamaq və ailəsində problem yaşanmaması üçün Cəmilin hər bir istəyini yerinə yetirmişdir. O, Cəmili jurnalist hesab etmir, Cəmil uzağı bir bloqerdir. Guya Cəmilin özünə qalmışdır da - kim fahişədir, kim yox. Bir gün o, tanışının ad günü yığıncağında olan zaman “Telegram” ani mesajlaşma sistemində “Maskalanma” adı ilə qeydiyyatdan keçmiş bir kanal vasitəsilə bir şəxs ona ismarıc yazaraq onun həmin şəxsə 12.000 (on iki min) manat pul verməyəcəyi təqdirdə, onun barəsində olan rüsvayedici materialların, yəni fotoşəkillərin bu şəxsə məxsus olan həmin “Maskalanma” adlı kanalda dərc ediləcəyini bildirmişdir. Həmin “Maskalanma” adlı “Telegram” kanalında Cəmil qızları biabr etmişdir. Məsələn, elə olurdu ki, Cəmil 8 X1rın fotoşəkillərini öz “İnstagram” sosial şəbəkəsindəki səhifəsində paylaşaraq qızları biabır etmişdir. O, 12.000 (on iki min) manat pulu kriptovalyuta şəklində ödəməli olmuşdur. Həmin kanal onun tanımadığı və xarici dövlətə mənsub olan nömrə vasitəsilə qeydiyyatdan keçmişdir. Bu şəxsin ona yazmasından bir gün əvvəl onun digər tanışı Cəmilin “Telegram” ani mesajlaşma sistemində “Maskalanma” adı ilə qeydiyyatdan keçmiş bir kanal aldığını ona demişdir. Yəni “Maskalanma” kanalı ona yazaraq ondan pul tələb edən zaman o, pul tələb edənin əslində Cəmil olduğunu bilmişdir. Belə ki, Cəmil guya onun “dostu” olduğundan açıq şəkildə ondan pul istəyə bilməmişdir. Sonradan ondan tələb edilən 12.000 (on iki min) manat pul düşüb 10.000 (on min) manat olmuşdur. O, rüsvayedici materialların paylaşılması dedikdə, fotoşəkillərinin paylaşılaraq həmin şəkillərin altından adının yazılmasını, özünün “Mama Roza” kimi təqdim edilməyini və barəsində yazılacaq digər çirkin ifadələri nəzərdə tutur. Cəmilin “İnstagram” sosial şəbəkəsindəki səhifəsinin auditoriyası çox böyük idi, yəni demək olar ki, Bakı şəhərinin yarısı bu səhifəyə abunə olmuşdur. O, 10.000 (on min) manat pulu ödəməmişdir. Buna görə də elə həmin andaca, yəni o, tanışının ad günü yığıncağında olan zaman onun barəsində “Telegram” ani mesajlaşma sistemində “Maskalanma” adı ilə qeydiyyatdan keçmiş kanalda rüsvayedici paylaşım dərc edilmişdir. Həmin paylaşımda onun şəkli, adı, əlaqə nömrəsi, “Mama Roza” olması və digər çirkin ifadələr qeyd edilmişdir. Barəsində paylaşım dərc edildikdən sonra bir dəqiqə ərzində ona haradasa, 5.000 mesaj gəlmişdir. Həmin mesajların hamısı fahişəliklə bağlı olmuşdur. Barəsində paylaşım dərc edildikdən sonra həmin “Maskalanma” kanalının qeydiyyatdan keçdiyi nömrədən ona ismarıc gəlmişdir. Ona ismarıc yazan şəxs özünü ona Vüqar kimi təqdim etmişdir. Vüqar ona barəsində rüsvayedici paylaşımın dərc edildiyini bildirmişdir. Vüqar ona yazan vaxt Cəmilin əlaqə nömrəsi aktiv olmamış, yəni Cəmil öz əlaqə nömrəsini söndürmüşdür ki, guya Cəmillik bir şey yoxdur. Yəni Cəmilin pul qazanma üsulu belə olmuşdur: “əgər istəmirsənsə barəndə paylaşım dərc edim, onda pul ver”. O, şəxsən Cəmilin özünə də pul vermişdir. O, şəxsən Cəmilin özünə azı 5-6 dəfə pul vermişdir. Sonuncu dəfə Cəmil ondan 1.000 (min) ABŞ dolları məbləğində pul istəmişdir. O da, Cəmilə 1.000 (min) ABŞ dolları məbləğində pulu olmadığını demişdir. Onunla Cəmilin arasında barışığın olması mümkün deyil. O, Təqsirləndirilən şəxslə barışmamış və sonuncuya qarşı şikayəti var. Zərərçəkmiş şəxs1 Tofiq qızı ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs bir dəfə görmüşdür. O, bir tanışının dəvəti ilə restorana getmiş və həmin restoranda olan məclisdə Təqsirləndirilən şəxs görmüşdür. Onun Təqsirləndirilən şəxs ilə heç bir şəxsi münasibəti və ədavəti yoxdur. Hadisədən uzun müddət keçdiyindən o, həmin məclisdə olanları xatırlamır. Şahid8 ibtidai isitntaq zamanı vermiş olduğu və məhkəmədə elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, “İnstagram” sosial şəbəkəsində 1.000 nəfərə yaxın izləyicisi olan “_letmeblowyamind_" adlı hesabı işlətmişdir. Zərərçəkmiş şəxs1 təxminən 2- 3 il ərzində tanımış və aralarında yaxın rəfiqəlik münasibətləri olmuşdur. Bundan başqa, o, “İnstagram” sosial şəbəkəsində “jam_guliyev” adlı hesabın istifadəçisi olan Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamışdır. Son bir neçə ay ərzində maddi durumu yaxşı olmadığına görə o, bir neçə dəfə pul müqabilində cinsi əlaqə xidmətləri göstərmişdir. Həmin kişilər isə yalnız onun öz tanışları olmuşlar. O, heç vaxt hansısa “mama roza”, yəni vasitəçinin köməkliyi ilə kişilərlə görüşə çıxmamışdır. 2021-ci ilin təxminən oktyabr ayında, dəqiq tarix yadında deyil, rəfiqəsi Zərərçəkmiş şəxs1 ona zəng edərək xahiş etmişdir ki, tanışları olan kişilərin yanına getsin. Pərvanə həmin vaxt birinci dəfə idi ki, ondan belə bir xahiş edirdi. O, görüşdə olan kişilərdən biri ilə cinsi əlaqədə olacaqdı. O da, Pərvanənin davamlı xahişlərini nəzərə alıb buna etiraz etməmişdir. Pərvanə ondan həm də xahiş etmişdir ki, göstərəcəyi “xidmətə” görə orada heç kimdən pul almasın, pulu özü ona verəcəkdir. Ondan başqa ora tanıdığı Lalə Həsənzadə adlı qız da, getmişdir. O, Lalə ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, “Ağ Şəhər” ərazisində yerləşən “Harmony” hotelinə yollanmışdır. Orada Cəmil, Fuad və bir nəfər adını bilmədiyi kişi olmuşdur. Həmin gün X19 adlı şəxslə bir yerdə otağa getmiş, o isə, Fuadla başqa otağa gedərək orada Fuadla cinsi əlaqədə olmuşdur. Hoteldə təxminən 1 saatdan bir qədər artıq müddət ərzində vaxt keçirdikdən sonra o, oradan çıxmışdır. Üçüncü şəxs üçün başqa qızın gəlib-gəlməməsini isə görməmişdir. Qeyd edilən şəxslərin heç biri ilə əvvəlcədən tanışlığı olmamışdır. Göstərdiyi cinsi əlaqə xidmətinə görə Pərvanə tərəfindən ona 300 (üç yüz) manat pul verilmişdir. O, Pərvanədən nəyə görə pulun kişilər deyil, özü tərəfindən verilməsini soruşduqda, Pərvanə demişdir ki, həmin kişilərin arasında olan Cəmil adlı şəxs tərəfindən şantaj edilir. Pərvanə ona bildirmişdir ki, haqqında olan məlumatları, guya “mama rozalıq” etməsi barədə əlində olan sübutları Cəmil sosial şəbəkədə yayacağını demişdir. Bunu etməməsi üçün qızların göndərilməsini tələb etmişdir. O, Cəmil adlı şəxsin kim olmasını soruşduqda, Pərvanə ona danışmışdır ki, Cəmil blogerdir və "İnstagram” sosial şəbəkəsində "jam_guliyev" adlı səhifəni işlədir. Sonradan Cəmilin səhifəsinə daxil olmuş və görmüşdür ki, Cəmil həqiqətən də sosial şəbəkədən olan müxtəlif qızların fotoşəkillərini götürərək öz hesabında paylaşmış, həmin qızları fahişəlikdə, “mama roza”lıqda ittiham etmişdir. Həmin paylaşımlara isə böyük izləyici kütləsi baxmış, habelə xeyli sayda şərhlər yazılmışdır. O, bütün bu faktları bilmədən Cəmillə görüşə getdiyinə görə çox peşman olmuşdur. Belə ki, görüş zamanı Cəmil onun da, fotoşəklini çəkə və sosial şəbəkədə yaya bilərdi. Ona görə bununla bağlı o, Pərvanəyə də irad bildirmiş və yaxın münasibətlərdən bu formada suiistifadənin yersiz olmasını Pərvanəyə izah etmişdir. Çünki nəticə etibarı ilə Cəmil və ya Cəmilin yaxın ətrafı ilə görüşməklə o, özünü təhlükəyə atmış olurdu. Pərvanə isə məcbur qalıb bu yola əl atdığını, ona etibar etdiyinə görə məhz ondan həmin görüşə getməyini xahiş etdiyini demişdir. Qeyd edilən görüşdən sonra o, mütəmadi olaraq Cəmilin səhifəsini izləməyə başlamışdır ki, birdən Cəmil ona aid fotoşəkilləri də haradansa əldə edib orada paylaşar. Lakin belə bir hadisə baş verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun fotoşəklini özünə məxsus sosial şəbəkə hesabında dərc etmişdir. Buna görə o, Təqsirləndirilən şəxs barəsində hüquq mühafizə orqanlarına şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs tərəfindən dərc edilən fotoşəkil adi bir fotoşəkil olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs dərc etmiş olduğu onun fotoşəklinə “tərbiyəsiz həyat tərzi sürən” və sair bu tipli sözlər əlavə etmişdir. Təqsirləndirilən şəxs ondan başqa bir çox qızın da, fotoşəkillərini özünə məxsus sosial şəbəkə hesabında paylaşmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun yaxın rəfiqəsi Zərərçəkmiş şəxs2 haqqında “İnstagram” sosial şəbəkəsində paylaşımlar etmişdir. Bundan sonra Yeganə ona zəng vurub dərman içərək intihar edəcəyini bildirmişdir. O, əvvəlcə Yeganəyə inanmamışdır. Lakin Yeganə ona zəng edərkən o, Yeganənin evinə yaxın ərazidə olduğundan sonuncunun evinə getmişdir. O, Yeganəyə yaxınlaşdıqda görmüşdür ki, sonuncu artıq bir neçə dərman içmişdir. Yəni Yeganə əlinə düşən bir neçə dərman içmişdir. O da, 103 çağrı mərkəzinə zəng edərək X21 çağırmışdır. Sonra Yeganə X21la 01 saylı Klinik-Tibbi Mərkəzə aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid28 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs “İnstagram” hesabında qızlara məxsus şəkillər paylaşmışdır. Bu şəkillər arasında onun da, şəkilləri olmuşdur. Bu şəkillərə görə o, ailə üzvləri ilə düşmən olmuşdur. Cəmil onun şəkillərini paylaşaraq, həmin şəkillərin altında qeyri-etik ifadələr, eləcə də pulla görüşən qız və sair kimi yazılar yazmışdır. Daha sonra bu şəkilləri onun ailə üzvləri, xüsusən də dayısı görmüşdür. Bu səbəbdən də yaxın qohumları ilə onun arasında problem yaranmışdır. Müxtəlif insanlar bu şəkillər haqqında qeyri-etik şərhlər yazmışlar. O, həmin ərəfədə fahişəliklə məşğul olmuş və ona görə də bu şəkillərə görə biabır olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, o, baxılan cinayət işi ilə bağlı heç bir iş görməmişdir. 02 oktyabr 2022-ci il tarixdə Bakı Şəhər Baş Polis İdarəsindən ona Təqsirləndirilən şəxs işi ilə bağlı zəng gəlmişdir. O, Təqsirləndirilən şəxs adlı birini tanımadığını bildirmişdir. Ona zəng edən şəxs Bakı Şəhər Baş Polis İdarəsinə gedərək izahat verməli olduğunu bildirmişdir. O, Bakı Şəhər Baş Polis İdarəsində ifadə verdikdən sonra oranı tərk etmişdir. O, isintaq zamanı istifadəsində olan ***-***-**-** nömrəsi ilə bağlı dindirilmişdir. O, bu nömrəni mağazadan deyil, başqa bir şəxsdən almış və həmin nömrə hazırda da, onun istifadəsindədir. Müstəntiq ona telefonda ekran görüntüsü göstərmişdir. Həmin telefonda onun nömrəsi göstərilmiş, bir nəfər şəxs də başqa şəxsə ***-***-**-** nömrəsini göndərərək bu nömrəni təzə aldığını yazmışdır. Halbuki həmin nömrə ona məxsusdur. Müstəntiq də, ona bu nömrəni yoxladıqlarını, nömrənin onun adına qeydiyyatda olduğunu bildirmişdir. O da, müstəntiqə ***-***-**-** nömrəsinin onun adına olduğunu demişdir. ***-***-**-** nömrəsindən əlavə o, ***-***-**-** nömrəsini də, almışdır. Bu 2 (iki) nömrəyə o, ümumilikdə 10.500 manat pul ödəmişdir. Daha dəqiq isə, o, ***-***-**-** və ***-***-**-** mobil nömrələri Roman Məmmədov adlı şəxsdən almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid21 ifadəsində göstərdi ki, o, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3ı təhdid etməsi ilə əlaqədar dindirilmişdir. O, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs tanımadığını, Təqsirləndirilən şəxs heç bir söz demədiyini, Təqsirləndirilən şəxs heç bir tapşırıq almadığını, ümumiyyətlə Cəmillə heç bir münasibətinin olmadığını bildirmişdir. Şahid21 ibtidai isitntaq zamanı vermiş olduğu və məhkəmədə elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, "xxxx" MMC-nin rəhbəri olan Şahid24 təxminən 3-4 il ərzində ortaq dostlarının vasitəsi ilə tanımış, Səməndərlə tez-tez görüşüb vaxtını keçirmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs3 təxminən 4-5 il ərzində ortaq tanışlarının vasitəsi ilə tanımış və onların arasında səmimi dostluq münasibətləri olmuşdur. Onun Günayın rəfiqəsi Aynurla yaxın münasibətləri olmuşdur. 2021-ci ilin noyabr ayının əvvəllərində dəqiq tarix yadında deyil, Günay Qəbələ rayonunda olarkən mobil telefonla ona zəng edərək bildirmişdir ki, sosial şəbəkədə bloger kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs rəfiqələrini hotelə çağırtdıraraq videoya çəkmişdir. Günay demişdir ki, “Cəmil həmin videoya görə 15.000-20.000 manat pul istəyəcək”. Çünki Cəmilin başqa adamları da, videoya çəkərək pul aldığını eşitmişdir. Bütün bu söhbətləri Günay ağlayaraq ona danışmışdır. O da, Günaya demişdir ki, səbrli olsun, bir şey fikirləşəcək. Günay ona zəng edəndə Günayın “Əli” adlı sevgilisi də, onun yanında olmuşdur. Günay ondan əvvəl sevgilisi Əliyə də, zəng edib bütün bu hadisələri danışmışdır. Şahid24 sosial şəbəkələrdə səhifə işlətdiyi üçün o, fikirləşmişdir ki, Cəmil adlı həmin blogeri yəqin ki, tanıyar və videonun yayılmaması üçün köməklik göstərər. Ona görə də o, Səməndərə zəng edərək vəziyyəti danışmışdır. Səməndər də, Cəmili ortaq tanışlarının vasitəsi ilə tanıdığını və bu məsələ ilə bağlı Cəmilin özü ilə danışıb xəbər verəcəyini bildirmişdir. Günay həmin videonun sosial şəbəkələrdə paylaşacağından çox ehtiyat etdiyi üçün tez-tez gah ona, gah da Əliyə zəng edib tələsdirmişdir ki, problemi yoluna qoysunlar. Təxminən 20 dəqiqədən sonra Səməndər ona zəng edərək bildirmişdir ki, “Cəmil videonu sosial şəbəkələrdə yaymamaq üçün 10.000 (on min) manat pul istəyir”. O da, Səməndərə demişdir ki, məsələni həll etsin, “şirinlik” də, veriləcəkdir. Çünki Günay bu məsələ ilə kimin məşğul olduğunu soruşanda o, dostu Səməndərin bu məsələ ilə məşğul olduğunu demişdir. Günay da, bildirmişdir ki, təki həll olunsun, kimə lazımdırsa “şirinlik” kimi pul verilər. O, Günayın sözlərinə istinadən “şirinlik” veriləcəyini Səməndərə demişdir. Səməndər isə, cavab olaraq “biz qardaşıq, ayıb olar, aramızda pul söhbəti ola bilməz” demişdir. O, Günaya zəng edərək Cəmilin 10.000 (on min) manat pul istədiyini demiş və əgər mümkünsə ortalıqda kömək edən Səməndərə də, 1.000 (min) manat “şirinlik” kimi pul verməyini təklif etmişdir. Günay da, bildirmişdir ki, “problem deyil, təki problem öz həllini tapsın”. Günay Bakıda olmadığı üçün ondan xahiş etmişdir ki, Əli ilə birlikdə pul düzəldib Cəmilə göndərsinlər, özü səhəri şəhərə qayıdan kimi pulu geri qaytaracaq. O da, buna etiraz etməmişdir. O, Əli ilə razılaşmışdır ki, hər biri pul tapıb toplayaraq Cəmilə versinlər. Həmin gecə o, öz yaşadığı evə gedib evdə saxladığı 6.500 (altı min) manat pulu götürmüşdür. Lakin Əli pul tapa bilmədiyini və cəmi 500 (beş yüz) manat pulu olduğunu ona bildirmişdir. Ona görə də nəticə etibarı ilə cəmi 7.000 (yedd min) manat pul düzəlmişdir. O, zəng edərək Səməndərə 10.000 (on min) manat pul düzəldə bilmədiklərini və cəmi 7.000 (yeddi min) manat pul olduğunu demişdir. Səməndər isə, cavab olaraq bir söz deyə bilmədiyi üçün bu barədə Cəmillə danışıb xəbər verəcəyini bildirmişdir. Bir neçə dəqiqədən sonra Səməndər geri zəng edərək Cəmilin 7.000 (yeddi min) manat pula razılaşdığını bildirmişdir. Ona görə də o, Əlinin dostuna məxsus olsa da, həmin ərəfədə Əlinin idarə etdiyi qara rəngli “Mercedes Benz G class”, yəni "Galendvagen” markalı 10 (və ya 90) RU 123 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə gecə radələrində Atatürk prospektində "Lido” restoranına çatmamış yolun kənarında Səməndərlə görüşmüş və 7.000 (yeddi min) manat pulu əlbəəl Səməndərə vermişdir. O, pulu Səməndərə verəndə Əli yanında olmamış, avtomobildə əyləşib gözləmiş, sonradan isə yaxınlaşmışdır. Pulu aldıqdan sonra Səməndər çıxıb getmişdir. Təxminən yarım saat sonra Səməndər ona zəng edərək Cəmillə görüşüb pulu Cəmilə çatdırdığını demişdir. Bundan sonra o, dostu Əli ilə birlikdə Qəbələ rayonuna, yəni orada olan Günayla Aynurun yanına gedərək səhərə qədər birlikdə rayonda qalmış və onlar səhəri gün birlikdə Bakıya qayıtmışlar. Lakin nə o, nə də ki, Əli rayona gedəndə Cəmilin tələb etdiyi pulun qiymətini aşağı saldıqlarını, yəni 11.000 (on bir min) manat deyil, cəmi 7.000 (yeddi min) manat pul verdiklərini Günaya bildirməmişdir. Çünki Əli ona demişdir ki, guya Cəmilə 11.000 (on bir min) manat pul verdiklərini yalandan Günaya desinlər. Sonradan Günay bütöv 11.000 (on bir min) manat pulu qaytarmaq istəyəndə minnət vuraraq özünü hörmətli etsin deyə Günaya deyər ki, 7.000 (yeddi min) manatı qaytarsın, qalan 4.000 (dörd min) manatı isə guya özü verdiyi üçün Günaya hədiyyə edir və həmin məbləği qaytarmağa ehtiyac yoxdur. O da, buna etiraz etməyərək razılıq vermişdir. Ona görə də Günay elə sona qədər elə düşünmüşdür ki, videonu yaymaması üçün Cəmilə 10.000 (on min) manat, vasitəçilik edən Səməndərə isə 1.000 (min) manat “şirinlik” kimi pul verilmişdir. Həmin pulun 7.000 (yeddi min) manatını guya o, qalan 4.000 (dörd min) manatını isə guya Əli vermişdir. Onlar rayondan Bakı şəhərinə qayıtdıqdan sonra Günay hissə-hissə ona 11.000 (on bir min) manat pul vermişdir. X13 məsələnin 11.000 (on bir min) manata həll edildiyini düşünmüşdür. Həmin puldan o, Əliyə ayrı-ayrı vaxtlarda 1.500 (min beş yüz) manat və 800 (səkkiz yüz) manat olmaqla, ümumilikdə 2.300 (iki min üç yüz) manat pul vermişdir. Ona qalan pulu isə o, öz şəxsi xərclərinə sərf etmişdir. Günay ona pulu qaytardığı ərəfədə Günay sevgilisi Əli ilə dalaşdığı üçün Günaydan aldığı puldan Əliyə pul verəndə sonuncu buna etiraz etməmişdir. 2022-ci ilin mart ayında isə Günay ona zəng edərək bildirmişdir ki, Cəmilin çəkdiyi videoçarx sosial şəbəkədə yayılmışdır. O, Səməndərə zəng edərək iradını bildirmiş, Səməndər isə Cəmillə münasibətlərinin soyuq olmasını deyərək Cəmillə bu barədə danışmayacağını bildirmişdir. O, Səməndərdən Cəmilin mobil telefon nömrəsini alıb bundan sonra özü Cəmilə zəng edib danışmış və nəyə görə belə hərəkət etdiyini Cəmildən soruşmuşdur. Cəmil isə, acıqlı şəkildə şəxsən ondan pul almadığını deyərək pul kimə verilmişdirsə gedib problemi həmin adamla həll etməsini tapşırmışdır. Bu zəmində onun Günayla münasibətləri korlanmışdır. Həmin ərəfədə Günay bu məsələlərlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə şikayət etmişdir. Bir müddət sonra Səməndər ona zəng edib Cəmillə birlikdə olduğunu deyərək onu görüşə çağırmışdır. O da, Ali Məhkəmənin inzibati binasının yaxınlığında yerləşən adını bilmədiyi çayxanaya getmiş, həmin görüşdə Səməndər, Cəmil və Cəmilin Ramil adlı vəkili olmuşdur. Cəmil görüşün əvvəlində 11.000 (on bir min) manatdan söhbət getdiyini deyib nə məsələ olduğunu ondan soruşmuşdur. O da, Günayın hissə-hissə ona 11.000 (on bir min) manat pul qaytardığını, həmin pulun gözə görsənmədiyini, puldan dostu Əliyə də, pay verildiyini demişdir. Cəmil də, dərhal sözü yarımçıq saxlayaraq yerindən atılmaqla ayağa qalxıb telefonunu onlara göstərmiş və onun səsini yazdığını, elə bu sübutun lazım olduğunu bildirərək otaqdan çıxmışdır. Görüş iştirakçıları Cəmilin bu alçaq hərəkətinə narazılıq etdikdən sonra Cəmil geri qayıtmış və bundan sonra normal tərzdə söhbət başlamışdır. Cəmil Günayla danışıb razılaşmaq, pulu qaytarmaq lazım olduğunu və aldığı vəsaiti qaytarmağa razı olduğunu demişdir. O isə, bildirmişdir ki, bu məsələyə görə Günay onunla düşmən olmuşdur. Görüşün yekunu isə bu olmuşdur ki, Cəmil pulu qaytarmağa razı olduğunu, ona görə də onun Günayla danışıb şikayətini geri götürməsini xahiş etməli olduğunu demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs Nemət adlı dostu vasitəsilə tanımışdır. O, bir dəfə restoranda başqa bir dostu ilə yeyib-içərkən Cəmilə zəng vuraraq həmin restorana dəvət etmişdir. Həmin vaxt o, spirtli içkinin təsiri altında olmuşdur. Cəmil restorana gəldikdən sonra o, Cəmillə spirtli içki qəbul etmişdir. Bu zaman Təqsirləndirilən şəxs başqa bir dostunu məclisə dəvət etmişdir. Sonra o, Zərərçəkmiş şəxs2 ilə Cəmilin arasında mübahisə olduğundan xəbər tutmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şahid6 icraatında onun təqsirləndirilən şəxs qismində iştirak etdiyi cinayət işi var. Həmin cinayət işi ilə bağlı məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs Yeganə ilə arasında olan pul məsələləri ilə bağlı ona heç bir məlumat vermədiyini, Cəmilin heç kimin puluna ehtiyacı olmadığını bildirmişdir. Əslində isə, Cəmil Yeganədən pul istəməyi ona tapşırmışdır. O, X7 pul istədiyini, pul göndərmədiyi təqdirdə isə Cəmilin cinsi əlaqədə olması üçün qızlar göndərməsini istədiyini demişdir. O, məhkəmədə həqiqəti danışaraq bildirir ki, Təqsirləndirilən şəxs ona Yeganədən pul istəməyini tapşırmışdır. O da, Yeganəyə məlumat verərərək Cəmilin pul istədiyini, pul olmadığı təqdirdə isə pulun əvəzində cinsi əlaqədə olmaq üçün qız göndərməyini istədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə eyni məhəllədə yaşamışdır. Təqsirləndirilən şəxs onun dostudur. Ona Bakı Şəhər Baş Polis İdarəsindən Əlibala adlı müstəntiq zəng edərək Təqsirləndirilən şəxs həbs edilməsi ilə bağlı kömək etməyini xahiş etmişdir. O, müstəntiqə nəyə görə məhz onun vasitəsi ilə Cəmil həbs olunmalıdır məzmunda cavab vermişdir. Müstəntiq ona Bakı İstintaq Təcridxanasına gedərək Cəmil ilə üzləşməyini və ya 3 gün ərzində 5.000 manat pul gətirəcəyi təqdirdə onu şahid qismində cəlb etməyəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs borc pul almış, daha sonra aldığı borcu Cəmilin bank kartına köçürmüşdür. Onun Cəmildən borc alması, sonradan qaytarması barədə telefonunda yazışmalar olmuşdur. Şahid5 ibtidai isitntaq zamanı vermiş olduğu və məhkəmədə elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, ***-***-**-** saylı mobil telefon nömrəsini 2013-2014-cü illər ərzində istifadə etmiş, bundan başqa, onun istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri də olmuşdur. ***-***-**-** saylı mobil telefon nömrəsi isə onun adına olsa da, dostu Elyarın azyaşlı oğlu tərəfindən istifadə olunmuşdur. O, ***-***-**-** saylı mobil telefon nömrəsini 2019-2021-ci illər ərzində istifadə etmişdir. O, Təqsirləndirilən şəxs ilə yaxın məhəllələrdə yaşamış, Cəmillə bir neçə dəfə ünsiyyəti olmuşdur. Cəmil heç vaxt düz yolun yolçusu olmamışdır. O, həmişə Cəmillə söhbət edəndə Cəmil kiməsə pul atmaqdan, yəni aldatmaqdan, kimisə şərləməkdən, kimisə tutdurmaqdan danışmışdır. Ona görə də onun Cəmillə yaxın münasibətləri olmamışdır. Sadəcə bir məhəllədə qalan adam kimi onun Cəmillə bir neçə dəfə ünsiyyəti olmuşdur. Sonrdan o, Cəmilin çəkdiyi videoları müxtəlif sosial şəbəkələrdə görmüşdür. Cəmil özünü hamıya videobloger kimi təqdim etmişdir. Cəmilin mobil telefon nömrəsi isə onda olmuşdur. O, Təqsirləndirilən şəxs məhəllədən tanıdığına görə eşitmişdir ki, Cəmil narkotik vasitələrdən istifadə edir. O, bir neçə dəfə Cəmildən “lirika” adlı uyuşdurucu dərman almışdır. Həmin dərmanın bir listinə görə o, Cəmilə 30 manat pul vermişdir. O, həmin dərmanları şəxsi istifadəsi üçün almış və heç kimə satmamamış və ya verməmişdir. Cəmil bir neçə dəfə ona bank kartının nömrəsini yazmış və o, aldığı dərmanlara görə pulu həmin karta elektron formada yollamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onu tanımadığını bildirir, lakin Cəmil “İnstagram” və “Tiktok” sosial şəbəkələrində videolar paylaşmışdır. Cəmilin paylaşdığı həmin videolarda onun da, şəkilləri olmuşdur. Həmin videolar hoteldə çəkilmişdir. Təqsirləndirilən şəxs onu Zərərçəkmiş şəxs3 vasitəsi ilə hotelə dəvət etmişdir. O, hotelə çatdıqda, Təqsirləndirilən şəxs onu dostu üçün dəvət etdiyini, lakin dostunun artıq hoteldən getdiyini bildirmişdir. Cəmil onu həmin hotelə öz dostu üçün çağırmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs öncədən tanımışdır. Sonra o, Cəmilin sosial şəbəkələrdə şəkillər paylaşaraq insanları şantaj etdiyini öyrənmişdir. Cəmil onların şəkilləri yaymışdır. Təqsirləndirilən şəxs həmin şəkilləri paylaşmamaq müqabilində pul istəmişdir. O, Cəmilin şəkilləri paylaşmamaq müqabilində Pərvanə və Yeganədən pul istəməsini bilir. Cəmil heç vaxt onu şəkillər paylaşmaqla təhdid etməmişdir. Cəmil paylaşdığı videoların birində Yeganəyə “Sən mənə şəkillər atmısan”, “Mamarozalıq” ilə məşğul olursan” sözlərini demişdir. “Mamaroza” dedikdə, pul qarşılığında qız çıxaran insan nəzərdə tutulur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid24 ifadəsində göstərdi ki, o, əvvəllər “rent a car” fəaliyyəti ilə məşğul olmuşdur. Həmin vaxt onun Ramil adlı bir tanışı olmuşdur. Ramil də, “rent a car” fəaliyyəti ilə məşğul olmuşdur. Onun Təqsirləndirilən şəxs ilə tanışlığı təxminən 10 il əvvələ təsadüf edir. Həmin vaxt Cəmil ondan icarəyə avtomobil götürmüşdür. Sonradan Cəmil sosial şəbəkələrdə bloger fəaliyyətinə başlamış və onların çoxlu danışıqları olmuşdur. Tətta o, Cəmildən daha öncə sosial mediada fəaliyyət göstərdiyi üçün Cəmilə məsləhətlər vermişdir. Bu şəkildə onların münasibətləri yaranmışdır. Bir gün Ramil adlı dostu ona zəng edərək probleminin olduğunu bildirmişdir. Belə ki, Ramil ona demişdir ki, yaşadığı xanımı bir bloger videoya çəkmiş, buna görə də həmin xanımın intihar edə biləcəyini və vəziyyətinin yaxşı olmadığını demişdir. O, Ramildən həmin qızın videosunu hansı blogerin yaydığını soruşduqda, Ramil ona əvvəlcə Cavid adlı şəxsin adını vermişdir. Sonra o, Ramildən həmin blogerin internet səhifəsinin linkini ona göndərməsini demişdir. Cəmil isə həmin vaxt “jam_guliyev” səhifəsindən istifadə etmişdir. Sonra o, Cəmil və Ramil ilə danışmış və onlar “Lido” restoranının yanında görüşmüşlər. Cəmil həmin çəkilişi qeyri-adi şəkildə etdiyi üçün ona əvvəlcə çəkilişi necə etdiyini anlatmışdır. Bundan sonra o, Cəmildən bu məsələni necə yoluna qoya biləcəklərini soruşmuşdur. Cəmil ona 10.000 manata məsələni həll edə biləcəyini demiş, yəni 10.000 manat müqabilində çəkilişi yayımlamayacağını bildirmişdir. Sonra o, Ramillə əlaqə saxlamışdır. X24 istədiyi məbləğə gücünün çatmadığını demişdir. Daha sonra Ramil ona 7.000 manat verə biləcəyini bildirmişdir. Bundan sonra o, Cəmil ilə “WhatsApp” tətbiqi vasitəsi ilə əlaqə saxlayaraq Cəmilin 7.000 manata razılaşdığını bildirmişdir. Ramil yanında başqa bir şəxslə “Galendvagen” markalı avtomobil ilə “Lido” restoranın yanında ona 6.800 manat pul vermişdir. Onlar ona görə orada görüşmüşlər ki, həmin vaxt onun işlədiyi ofis “Lido” restoranının yanında yerləşmişdir. O, Ramildən pulu götürdükdən sonra Cəmilə zəng etmiş və Cəmil ona “28 May” tərəfdə olduğunu, orada yerləşən “Priton evə” adam salaraq çəkiliş edəcəyini bildirib onu da ora dəvət etmişdir. O da, Cəmillə razılaşaraq sonuncunun yanına getmişdir. O, həmin yerə çatdıqda, Cəmil öz avtomobilində əyləşmişdir. O, öz maşınını Cəmilin maşınının arxasında saxlamış və sonra Ramilin ona verdiyi pulu Cəmilə vermişdir. Həmin vaxt Cəmilin yanında bir nəfər də başqa şəxs olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, Pərvanə onu Təqsirləndirilən şəxs ilə görüşmək üçün çağırmışdır. O, ibtidai istintaq zamanı düzgün ifadə vermiş və həmin ifadəni təsdiq edir. O, şikayət ərizəsini təxminən bir ildir ki, yazmış, həmin ərizədə bütün baş verənləri qeyd etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qızların şəkillərini çəkib sosial şəbəkələrdə paylaşmışdır. X11 şantaj edərək sonuncudan pul tələb etmiş və nəticədə Pərvanə Cəmilin bank kartına pul göndərməli olmuşdur. Pərvanə onu Cəmil ilə görüşə göndərmişdir. Pərvanə dedikdən sonra o, Cəmil ilə “Harmony hotel”-də görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxslə görüşün müqabilində Pərvanə ona nağd formada pul vermişdir. Daha sonra isə Cəmil şəkilləri sosial şəbəkələrdə paylaşmışdır. O, hoteldə Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olmuşdur. Cəmil ilə görüşməyi müqabilində pulu Pərvanə ona nağd formada vermişdir. Sonradan Təqsirləndirilən şəxs sosial şəbəkələrdə onun şəkillərini paylaşmış, lakin Cəmilin həmin şəkillərin altında hansı ifadələri yazdığını dəqiq bilmir. Səhv etmirrsə Cəmil həmin şəkillərin altında qızların başqa şəxslərlə hansı qiymətə görüşdüyünü yazmışdır. Təqsirləndirilən şəxs heç vaxt ondan pul tələb etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Zalova (Kərimova) Gülnar İntiqam qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun videomu çəkmişdir. O, pul müqabilində görüşmək üçün hotelə gedən zaman Təqsirləndirilən şəxs həmin hoteldə görmüşdür. O, həmin günə qədər heç vaxt Cəmili görməmişdir. Əvvəlcə o, Cəmilin polis əməkdaşı olduğnu düşünmüş, buna görə də Cəmilin ona verdiyi suallara cavab vermişdir. Lakin sonradan o, Cəmilin bloger olduğunu öyrənmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid26 ifadəsində göstərdi ki, “Panda” ləqəbli Rəhimxanova Pərvanə onun yaxın rəfiqəsidir. Pərvanə ona bir gün demişdir ki, Cəmil adında bloger var və “İnstagram”da Pərvanəni şantaj edir. Cəmil Pərvanəni atdığı şəkilləri paylaşmaqla şantaj etmişdir. Cəmil və Pərvanənin arasında maddi məsələlərlə bağlı şantaj olmuşdur. Pərvanə ona və bir neçə yaxın qızı Cəmilin yanına göndərmişdir. Pərvanə həmçinin Cəmillə görüş müqabilində ödənişi öz hesabına edəcəyini ona demişdir. Bu hal 4-5 dəfə təkrarlanmışdır. Pərvanə ona Cəmillə görüşməyi dedikdə, pul müqabilində Cəmillə cinsi əlaqədə olmasını bildirmişdir. Buna görə də Cəmillə cinsi əlaqədə olmasına görə pulu Pərvanə ona ödəmişdir. Sonra Cəmil onun şəkillərini də, “İnstagramda” paylaşmışdır. O, model kimi mağazaların çəkilişlərinə gedir. Buna görə də onun “İnstagram” sosial şəbəkəsindəki səhifəsi açıqdır. Cəmil onun “İnstagram”dakı şəkillərini götürüb öz səhifəsində paylaşmışdır. Hətta görüşüb söhbət etdiyi zaman Cəmil ona bu peşənin leqallaşmasını istədiyini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid23 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs cinayət işi ilə bağlı heç bir hadisənin şahidi olmamışdır. O, Təqsirləndirilən şəxs Ramal İsayev adlı bir şəxsin vasitəsilə tanımışdır. Ramal İsayev ona zəng edərək Təqsirləndirilən şəxs adlı dostunun olduğunu və Cəmilin “İnstagram” sosial şəbəkəsindəki səhifəsinin bağlandığını bildirmişdir. O, həmin vaxt sosial şəbəkələrdə olan problemlərin aradan qaldırılması üzrə şirkətdə işləmişdir. Onun işlədiyi şirkətin adı "xxxx" MMC olmuşdur. Həmin şirkət rəsmi qeydiyyatda olan bir şirkətdir. Cəmilin səhifəsi “İnstagram” tərəfindən bağlanmışdır. O da, Cəmilin həmin səhifəsini açmış və bunun müqabilində Cəmil ilə müəyyən bir məbləğ danışmışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində həmin məbləği Cəmildən almadığını bildirmişdir. Cəmil ona “İnstagram” səhifəsini açması müqabilində 1.000 manat pul verməli olmuşdur. Lakin əslində Cəmil həmin pulu ona verməmişdir. O, həmin məbləği Cəmildən almamışdır. Hər hansı bir müştərinin sosial şəbəkədə problemi olduğu ona deyiləndə, məsələn kiminsə sosial şəbəkədə şəkli paylaşılanda, kiminsə adından sosial şəbəkədə yalan profillər açılanda o, bu problemləri aradan qaldıra bilir. Onun heç vaxt Təqsirləndirilən şəxslə bundan başqa əlaqəsi olmamışdır. O, Cəmildən heç vaxt pul almamış, eləcə də Cəmillə pul ilə bağlı heç bir problemi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs cinayət işi ilə bağlı heç bir məsələdən xəbəri yoxdur. O, bu işlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində ifadə vermişdir. Ona orada Təqsirləndirilən şəxs adını deyil, başqa bir şəxsin adını demişlər. O, ibtidai istintaq zamanı nə ifadə vermişsə, həmin ifadəni hazırda təsdiq edir. Ona bir nəfərin videosunu göstərib həmin şəxsi tanıyıbtanımadığını soruşmuşlar. O da, həmin şəxsin üzdən tanış gəldiyini bildirmişdir. O, həmin şəxsi neçə vaxt idi ki, görməmişdir. Çünki o, neçə vaxt idi ki, narkotiklə bağlı müalicə almışdır. O, həmin şəxsi görmədiyini və həmin şəxsdən xəbərinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs işi ilə bağlı onu Bakı Şəhər Baş Polis İdarəsinə çağırmışlar. O, orada müstəntiqə ifadə vermişdir. Müstəntiq ondan Zərərçəkmiş şəxs2 haradan tanıdığını soruşmuşdur. O da, Zərərçəkmiş şəxs2 şəhərdən tanıdığını demişdir. Müstəntiq ondan Cəmilin Yeganəni şantaj edib pul istəməsini bilib-bilmədiyini soruşmuşdur. O da, məsələni təxminən bildiyimi, lakin məsələnin dərinliyini bilmədiyini demişdir. Lakin o, müstəntiqə Yeganənin neçə vaxtdır ki, pis olduğunu, hətta dərman içərək özünü zəhərlədiyini bildirmişdir. Lakin o, nəyə görə Yeganənin dərman içərək özünü zəhərlədiyini dəqiq bilmədiyini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 2-ci Qarabağ müharibəçisinin qazisidir. 2022-ci ildə sığorta ilə bağlı ona bank kartı vasitəsilə 4.400 manat pul köçürülmüşdür. Lakin daha sonra onun bank kartından ondan xəbərsiz pul çəkilmiş və o, bu barədə DİN-in “102” Çağrı Mərkəzinə məlumat vermişdir. Ancaq DİN-in əməkdaşları onun bank kartından çəkilən pulun tapılıb-tapılmaması barədə məlumat verməmişlər. Bir müddət sonra Bakı Şəhər Baş Polis İdarəsindən ona zəng vurub bir işlə bağlı şahid qismində ifadə verməli olduğunu bildirmişlər. Lakin o, məsələnin nə olduğunu və barəsində ifadə verəcəyi şəxsin, yəni Təqsirləndirilən şəxs kim olduğunu bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə ilə bağlı ifadə verməyindən xeyli müddət keçmiş və bu səbəbdən də o, ibtidai istintaq zamanı verdiyi ifadəsini xatırlamır. Lakin yadındadır ki, o, Pərvanə ilə birlikdə Əhməd Rəcəbli küçəsinə “Toyota Prado” markalı maşınla gələrək orada Təqsirləndirilən şəxs pul vermişlər və onun bank kartından da, Cəmilə pul göndərilmişdir. O, bu barədə istintaq zamanı ifadə vermişdir. O, Təqsirləndirilən şəxs sosial şəbəkələrdə bəzi qızların şəxsi məlumatları və keçirdikləri həyat tərzləri ilə bağlı məlumatlar yaydığını eşitmişdir. Belə paylaşımlar edilməsin deyə Cəmilə pul verilmişdir. İlk növbədə kimsəsiz uşaqlara yardım edilməsi məqsədilə Cəmilə pul verildiyi ona deyilmişdir. Sonradan ona məlum oldu ki, həmin pulun Cəmilə verilməsinin səbəbi – Cəmilin sosial şəbəkələrdə qızlar barədə paylaşımlar etməsinin qarşısını almaq olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs ilə heç bir əlaqəsi yoxdur. O, Təqsirləndirilən şəxs sosial şəbəkə hesablarında paylaşım etməsi və bununla bağlı bəzi şaiyələr eşitsə də, həmin şaiyələr öz təsdiqini tapmamışdır. Baş vermiş hadisənin üzərindən bir neçə il keçdiyindən o, hadisəni ətraflı şəkildə xatırlamır. Lakin o, Təqsirləndirilən şəxs pis insan olduğunu və başqalarına pisliyi dəydini bilir. O, bunu bir çox insandan eşitmişdir. O, Cəmilin Yeganə adlı şəxslə münaqişə yaşadığını da bilir. Münaqişə ilə bağlı internetdə onun qabağına video çıxmışdır. Həmin videoda Təqsirləndirilən şəxs Yeganə adlı xanımı çəkərək çoxlu suallar vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs sosial şəbəkələr vasitəsilə tanımış və sonradan onların arasında dostluq münasibətləri yaranmışdır. Cəmilin fikri var idi ki, 3.500-4.000 manat pul alınıb özünə verilsin. Həmin vaxt bir xanım 1.000 manat pulu Cəmilə verməyi üçün ona pul vermişdir. O da, öz növbəsində həmin 1.000 manatı avtomobildə Cəmilə təhvil vermişdir. Cəmil isə həmin puldan 400 manatı ona qaytarmışdır. Bundan sonra o, pulu verən xanıma zəng edərək Cəmilin ona 400 manat geri qaytardığını bildirmiş və həmin xanımdan 400 manatı nə etməli olduğunu soruşmuşdur. Həmin xanım da, 400 manatı qazilərə xərcləməyini ona demişdir. Bundan sonra baş verən məsələlərdən onun xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs sosial şəbəkədən 2 il əvvəl onun şəkillərini götürərək öz səhifəsində paylaşmışdır. Bununla bağlı olaraq o, dövlət orqanlarına şikayət etmişdir. O, şəxsən Təqsirləndirilən şəxs tanımır. Təqsirləndirilən şəxs öz adına açdığı səhifədə qızların şəkillərini paylaşaraq həmin şəkillərin altında uyğun olmayan cümlələr yazmışdır. Yəni həmin şəkillərin altında - pul ilə görüşən qızlar yazılmışdır. Lakin onun şəklinin altında belə sözlər yazılmamışdır. Təqsirləndirilən şəxs sadəcə onun şəkillərini paylaşmış, zərərçəkən xanımların şəkillərinin altından isə uyğun olmayan sözlər yazılmışdır. Onun şəkillərinin altında onun əleyhinə heç nə yazılmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımır, onlar heç vaxt üzbəüz görüşməmişlər, eləcə də heç vaxt telefon danışıqları olmamışdır. Təqsirləndirilən şəxs sosial şəbəkələr vasitəsilə onun və digər başqa qızların şəkillərini paylaşaraq altından söyüşlər yazmışdır. Belə ki, həmin şəkillərin altından “Bakının fahişələri” ifadəsi yazılmışdır. O, “İnstagram” sosial şəbəkəsində iki il əvvəl model olaraq işləmə istəmiş, amma bu söz-söhbətlərə görə bu alınmamışdır. Təqsirləndirilən şəxs ilə bağlı olaraq o, DİN-in “102” xidmətinə zəng etmiş və onu Suraxanı RPİ-nin 31-ci PB-nə yönləndirmişlər. Suraxanı RPİ-nin 31-ci PB-də Zaur adlı təhqiqatçı onun işinə baxmışdır. O, təhqiqatçıya şikayət edərək Təqsirləndirilən şəxs onun şəkillərini paylaşdığını bildirmişdir. Təhqiqatçı da, Təqsirləndirilən şəxs zəng edərək icazəsiz onun şəkillərini paylaşdığını demişdir. Cəmil isə, təhqiqatçıya videobloger olduğunu və heç kimdən bununla bağlı icazə almadan şəkillər paylaşdığını bildirmişdir. Şahid6 ibtidai isitntaq zamanı vermiş olduğu və məhkəmədə elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 10 ildən artıq müddət ərzində tanımışdır. Belə ki, Cəmillə Səbail rayonu, İstiqlaliyyət küçəsində yaşayan zaman bir qonşu kimi tanış olmuş və aralarında səmimi dostluq olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxslə Bakı şəhəri 132-134 saylı tam orta məktəbdə paralel siniflərdə oxumuşlar. Cəmil azadlıqda olduğu vaxtlarda o, ara-sıra Cəmillə görüşmüş və vaxtını birgə keçirmişlər. Cəmillə hər-hansı ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs "İnstagram” və digər sosial şəbəkə səhifələrində “jam_guliyev” adlı hesabı işlətmiş və blogger, ictimai fəal kimi fəaliyyət göstərmişdir. Cəmilin şəxsi səhifəsində müxtəlif vaxtlarda tanımadığı qızlara, qadınlara aid fotoşəkillər və digər paylaşımlar edilmiş, habelə qadınların tüfeyli həyat tərzi sürmələri qeyd edilmişdir. Zərərçəkmiş şəxs2 da, təxminən 2- 3 il ərzində ortaq dostlarının vasitəsi ilə tanımışdır. Bir neçə dəfə həmin ortaq dostların iştirakı ilə Yeganə ilə görüşmüşdür. Yeganənin nə işlə məşğul olmasını isə bilməmişdir. Yeganə ilə də hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. 2022-ci ilin mart ayının sonu, aprel ayının əvvəllərində o, "İnstagram” sosial şəbəkəsində olarkən dostu Cəmilin özünə məxsus hesabda Zərərçəkmiş şəxs2 barəsində guya sonuncunun narkotik vasitələrin dövriyyəsi, insan alveri və bu kimi digər cinayət əməlləri ilə məşğul olması barədə paylaşımlar etdiyini görmüşdür. Həmin ərəfədə Yeganə ilə mobil telefonda danışanda yaxşılıq etmək məqsədi ilə Yeganəyə demişdir ki, Cəmillə münasibəti var və lazım gələrsə tərəfləri barışdıra bilər. Həmin vaxt Yeganə də barəsində edilmiş paylaşımlarla əlaqədar dilxor olmuşdur. Yeganə buna etiraz etmədiyi üçün o, dostu Cəmilə zəng edərək Yeganə ilə barışmağı, barəsində etdiyi paylaşımları silməyi və görüşməyi təklif etmişdir. Cəmil ilk əvvəl bunu istəməsə də, onun təkidindən sonra görüşməyə razılıq vermişdir. O da bu barədə Yeganəyə demiş və onlar birlikdə Cəmilin müəyyən etdiyi görüş yerinə, yəni Səbail rayonu Badamdar qəsəbəsində yerləşən adını bilmədiyi restorana yollanmışlar. Orada yerləşən kabinet tipli otağa daxil olanda görmüşdür ki, Cəmil otaqda bir neçə kamera avadanlığı quraşdırmış və yanında təxminən 20-25 yaşında tanımadığı, adını və digər anket məlumatlarını bilmədiyi daha bir nəfər şəxs vardır. Cəmil bildirmişdir ki, həmin cavan oğlan köməkçisidir və otaqda videokameralar olsa da, çəkiliş aparılmayacaq və buna ehtiyac olarsa videoçəkilişi qoşacaq. O da Cəmildən xahiş etmişdir ki, kameralara ehtiyac olmadığı üçün normal tərzdə söhbət edib məsələyə aydınlıq gətirilsin və barışıq əldə olunsun. Görüş zamanı o, Yeganənin qadın olmasını nəzərinə çatdırıb barəsində etdiyi paylaşımları silməsini Cəmildən xahiş etmişdir. Cəmil bu barədə fikirləşəcəyini demişdir. Cəmil Yeganədən tələb etmişdir ki, sonuncu insan alveri, narkotik ticarəti və digər qanunsuz hərəkətlər etməsini təsdiq etsin. Yeganə isə həmin işlərlə məşğul olmadığını iddia etdiyi üçün Cəmilin dediklərini təsdiq etməmişdir. Yeganə görüşdən bir müddət öncə kiminsə yanında Cəmilin ünvanına nalayiq ifadələr işlətmiş, həmin məlumat isə Cəmilə çatmışdı. Ona görə də görüş zamanı Yeganə həmin ifadələrinə görə Cəmildən üzr istəmişdir. Görüşün özü çox mehriban tərzdə yekunlaşmış və barışıq əldə olunmuşdur. Cəmil bir daha Yeganənin barəsində paylaşım etməyəcəyini bildirmişdir. O da Cəmilin dediklərinə və səmimiyyətinə inanmışdır. Çünki Cəmillə heç vaxt arasında narazılıq olmamış, həmişə səmimi dostluq münasibətlərində olmuşlar. Növbəti gün isə о, “İnstagram” sosial şəbəkəsində olarkən görmüşdür ki, Cəmil Yeganə ilə baş tutan birgə görüşü videoçəkilişlə qeydə almış, öz maraqlarına uyğun hesab etdiyi hissəni kəsərək səhifəsində, böyük izləyici kütləsi qarşısında paylaşmış və videoda onun səsləri də eşidilmişdir. O, dərhal Cəmillə əlaqə saxlayıb etdiyi paylaşımları silməsini sonuncudan tələb etmişdir. Çünki faktiki olaraq Yeganə ona xatir Cəmillə görüşməyə razılıq vermiş və məqsəd yalnız barışıq olmuşdur. Görüş də çox mehriban formada yekunlaşmışdır. Lakin Cəmil nəinki söz verdiyi köhnə paylaşımlarını silməmiş, hələ üstəlik onun da iştirak etdiyi görüşün videosounu öz səhifəsində paylaşaraq yaymışdır. Cəmil isə cavab olaraq ona demişdir ki, Yeganə ilə bağlı paylaşımların silinməsinə çox təkid edəcəyi halda guya Yeganəyə arxa-dayaq duraraq guya Cəmili hədələdiyi üçün barəsində polisə şikayət edəcəkdir. Həmin ərəfədən sonra onunla Cəmilin arasında münasibətlər kəskin soyumuşdur. Çünki o, özünə qarşı Cəmildən belə bir hərəkət gözləməmişdir. Bir neçə gün sonra isə eşitmişdir ki, Cəmilin etdiyi son paylaşımlardan sonra Yeganə dərman içərək intihar etmək istəmişdir. Yeganə ilə Cəmili görüşdürməkdə hər hansı maddi marağı olmamış və bir dost kimi yaxşılıq edib tərəfləri barışdırmaq istəmişdir. Paylaşımlarını silməsi üçün o, Cəmilə pul təklif etməmiş və ya bu məqsədlə Yeganədən pul tələb etməmişdir. Şahid16 ibtidai isitntaq zamanı vermiş olduğu və məhkəmədə elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, bir ildən artıq müddət ərzində ki, fərdi qaydada avtomobillərin günlük icarəyə verilməsi xidməti ilə məşğul olmuşdur. Bununla bağlı Nəsimi rayonu Azadlıq prospekti 146 ünvanında yerləşən “Rentakar-444” adlı ofisi də işlətmişdir. Əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs təxminən 2021 -ci ilin sentyabr ayından ortaq dostları olan “Həsən” və “Nemət" adlı şəxslərin vasitəsi ilə tanımışdır. İki dəfə Cəmillə birlikdə şəhər ərazisində oturmuş, Təqsirləndirilən şəxs bloger kimi tanımışdır. Cəmilin “İnstagram" sosial şəbəkəsində “jam_guliyev" adlı şəxsi səhifəsi olmuş, orada Cəmil müxtəlif paylaşımlar etmişdir. Bir neçə ay öncə o, dostu Həsənlə birlikdə metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yerləşən restoranların birində oturmuş, bir qədər sonra Təqsirləndirilən şəxs də oraya gəlmişdir. Həmin vaxt o, mobil telefonunda yeni tanış olduğu əsl adı Nəcibə olan “Nara” adlı qızla danışmışdır. Rusiya mobil operatoruna aid mobil telefon nömrəsindən istifadə edən həmin qız "mamaroza” olmuş, yəni pul müqabilində qadınları cinsi əlaqədə olmaları üçün kişilərlə görüşə çıxarmışdır. Naranın ona göndərdiyi fahişələrin fotoşəkillərinə baxan zaman Cəmil kənardan mobil telefonda bunu görmüş və “nə məsələdi?” deyə soruşmuşdur. O, baxdığı qızların pula çıxdığını Cəmilə demişdir. Cəmil həmin vaxt öz mobil telefonu ilə onun mobil telefonundakı qızlardan birinin fotoşəkilini də çəkmiş və bəyəndiyi üçün həmin qızın intim xidmətlərindən istifadə edəcəyini bildirmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs onların yanından aralanıb getmişdir. Təxminən bir saat sonra isə görmüşdür ki, “Nara" öz “WhatsApp" hesabının statusunda onun fotoşəkillərini paylaşaraq ünvanına küçə söyüşləri yazmışdır. Bunun səbəbini bilmədiyi üçün o, “Nara” ilə əlaqə saxlamış və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs “İnstagram” şəbəkəsində istifadə etdiyi “jam__guliyev” adlı səhifədə “Nara” və pul qarşılığında görüşdürülən qızların barəsində videoçarx yerləşdirmiş, “Nara’’nı “mamaroza” adlandırmışdır. “Nara” iddia etmişdir ki, mobil telefon nömrəsini və qızlara aid məlumatları Cəmilə məhz o vermişdir. O isə heç vaxt belə bir şey etmədiyini “Nara”ya demişdir. Lakin “Nara” onun dediklərinə inanmamışdır. O, Cəmilə zəng edib mübahisə etmiş və tələb etmişdir ki, “Nara”nın barəsində olan paylaşımları səhifəsindən silsin. Çünki "Nara” da onun fotoşəkillərimi paylaşaraq ünvanına söyüşlər söymüşdür. Cəmil ilk əvvəl paylaşımı silmək istəməsə də, sonradan razılaşaraq öz səhifəsindən paylaşımı silmişdir. O ifadəsində təkrarən bildirmişdir ki, hansısa “mamaroza”nın fotoşəkilini və ya nömrəsini, həmçinin hansısa fahişənin və ya başqa qızların fotoşəkillərindən ibarət kataloqu heç vaxt Cəmilə yollamamışdır. Cəmil cəmi bir qızı bəyəndiyi üçün onun telefonundan həmin qızın fotoşəkilini öz telefonu ilə çəkmişdir. Təqsirləndirilən şəxs mobil telefonuna keçirilmiş baxış zamanı 07 mart 2022-ci il tarixdə onun istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə "WhatsApp” proqramı vasitəsi ilə müxtəlif qızlara aid ümumilikdə 296 (iki yüz doxsan altı) ədəd fotoşəkil və ya videogörüntünün göndərilməsi barədə verilən suala cavab olaraq Şahid16 göstərmişdir ki, “Nara” adlı qızın ona göndərdiyi fahişələrin fotoşəkillərini həqiqətən də Təqsirləndirilən şəxs göndərmişdir. Lakin həmin fotoşəkilləri sosial şəbəkədə yayması üçün Cəmilə göndərməmişdir. Həmin məlumatların nəyə görə Cəmilə göndərdiyini isə xatırlamamışdır. Təqsirləndirilən şəxslə 08 mart 2022-ci il tarixdə aparılmış “WhatsApp” yazışmalarına baxış zamanı Təqsirləndirilən şəxs göndərilmiş foto və videogörüntülərin məhz sosial şəbəkədə yayılması məqsədi ilə Cəmilə göndərilməsinin müəyyən edilməsinə dair verilən suala cavab olaraq Şahid16 bu barədə bir söz deyə bilməyəcəyini, hadisələri xatırlamadığını bildirmişdir. Şahid20 ibtidai isitntaq zamanı vermiş olduğu və məhkəmədə elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 4-5 il ərzində tanımışdır. O, Cəmili tanıyanda sonuncu taksi kimi fəaliyyət göstərmişdir. Belə ki, o, həmin ərəfədə "Bolt” şirkəti vasitəsi ilə “premium taksi" sifariş vermiş və sürücü kimi onu Təqsirləndirilən şəxs yönəltmişlər. Tanışlığından sonra da ona taksi lazım olanda Cəmilə zəng edib çağırmışdır. O özü isə bir neçə il bundan öncəyədək, təxminən 8 il ərzində “Asan Xidmət” mərkəzində işləmişdir. Son 2 (iki) ildir ki, Kənd Təsərrüfatı Nazirliyində işləmişdir. Təqsirləndirilən şəxslə müstəsna yaxın münasibətləri olmamışdır. 26 yanvar 2022-ci il tarixdə saat 17:37də "WhatsApp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs yazdığı mesajla bağlı verilən suala cavab olaraq Şahid20 göstərmişdir ki, Təqsirləndirilən şəxs sosial şəbəkələrdə məşhur bloger olmuşdur. Danışıqlar zamanı Cəmil müxtəlif vəzifəli şəxslərin adlarını çəkərək həmin şəxslərlə yaxın münasibətlərdə olduğunu ona demişdir. O, “Asan Xidməf’də işlədiyi vaxt vəzifədə bir qədər irəli çəkilmək istədiyi üçün Cəmilə mesaj yazaraq xahiş etmişdir ki, Prezident Administrasiyasında işləyən yaxını vardırsa bu mövzuda danışsın və vəzifədə irəli çəkiləcəyi halda şirinlik kimi pul da verər. Yazışmada “PA’’ yazarkən Prezident Administrasiyasını nəzərdə tutmuşdur. 27 yanvar 2022-ci il tarixdə saat 21:41-də “WhatsApp” proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs göndərdiyi 1 dəqiqə 32 saniyəlik videoçarx barədə verilən suala cavab olaraq Şahid20 göstərmişdir ki, həmin videogörüntü onun mobil telefonu ilə qeydə alınmışdır. Qeyd edilən görüş zamanı o, Cəmillə birlikdə özünə məxsus “AUDİ” markalı avtomobilin içərisində olmuşlar. Cəmilin paylaşımları ilə əlaqədar kiminləsə mübahisəsi yaranmış və həmin adamla mobil telefonda danışmışdır. Cəmil ondan xahiş etmişdir ki, mobil telefonunu versin və Cəmil öz danışığını videoya çəksin. O da öz mobil telefonunu Cəmilə vermiş və Cəmil bir nəfər oğlanla xatırlamadığı mövzuda danışıb həmin danışığını video ilə qeydiyyata aldıqdan sonra mobil telefonu ona qaytarmışdır. Daha sonra o, qeydə alınan həmin videogörüntünü “WhatsApp" proqramı vasitəsi ilə Cəmilə göndərdikdən sonra videonu mobil telefonundan silmişdir. 20 fevral 2022-ci il tarixdə saat 18:52-də “WhatsApp" proqramı vasitəsi ilə 99ZT152 dövlət qeydiyyat nişanlı minik avtomobilinin fotoşəkilini, habelə Babəkdə “Top Servİs” adlanan yerdə təkər satışı ilə məşğul olan X5 haqqında məlumatları, saat 20:19-da isə həmin şəxsin fotoşəkilini, mobil telefon nömrəsini və yaşadığı ünvanı Təqsirləndirilən şəxs göndərməsi barədə verilən suala cavab olaraq Şahid20 göstərmişdir ki, X5 onun keçmiş qaynıdır. Rəşad onun ailəsi ilə boşanmağında əsas səbəbkar olmuşdur. Ona görə də o, Rəşadın həbs edilməyini istəmişdir. Rəşad Ələsgərzadənin ara-sıra narkotik vasitələrdən istifadə etməsini bildiyi üçün Rəşad haqqında olan bütün məlumatları Cəmilə vermişdir ki, Cəmil bu məsələni polisə danışıb Rəşadın barəsində qanuni tədbir görülüb həbs edilməsinə nail olsun. Bu məsələdə dövlət orqanlarında öz adı hallanmasın deyə həmin işləri Cəmilin vasitəsi ilə görmək istəmişdir. Həmin işi görməsi üçün Cəmil ondan 300 (üç yüz) manat pul da istəmişdir. O isə pulu az olduğuna görə Cəmilin bank hesabına 150 (yüz əlli) manat pul göndərmişdir. Sonradan Cəmil ona demişdir ki, Rəşad polis tərəfindən saxlanılsa da, üzərindən narkotik vasitə aşkar edilmədiyi üçün sərbəst buraxılmışdır. O da həmin ərəfədən sonra bu məsələ ilə daha məşğul olmamışdır. Şahid25 ibtidai isitntaq zamanı vermiş olduğu və məhkəmədə elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 onun doğma övladıdır. 2022-ci ilin fevral-mart aylarında hazırda adlarını xatırlamadığı tanışları “Təqsirləndirilən şəxs” ad soyadlı şəxsin özünə məxsus “jam_guliyev” adlı “İnstagram” hesabında guya qızı Zərərçəkmiş şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi, fahişəlik, fahişəliyə cəlb etmə, qumar oyunlarının təşkili və keçirilməsi kimi qanunsuz hərəkətlərlə məşğul olmasına dair həqiqətə uyğun olmayan böhtan xarakterli paylaşımlarını onun mobil telefonuna göndərməyə başlamışlar. O, bu barədə qızı Yeganədən maraqlananda Yeganə bildirmişdir ki, Təqsirləndirilən şəxslə aralarında ədavət olmuş və Cəmil həmin videoları paylaşmaq yolu ilə Yeganəni şantaj edib pul almaq istəmişdir. Lakin bu ədavətin və şantajların səbəbi barədə Yeganə bir söz deməmişdir. Bundan sonrakı ərəflərdə Təqsirləndirilən şəxs Yeganə barəsində olan bu sayaq paylaşımları daha da artmağa başlamışdır. Yeganə ilə bu barədə danışarkən Yeganə, Cəmilin hərəkətlərinə görə artıq həyatdan bezdiyini, özünə qəsd edəcəyini demişdir. Hər gün olduğu kimi 07 aprel 2022-ci il tarixdə hal-əhval tutmaq üçün o, qızı Yeganəyə zəng etsə də, Yeganə zənglərə cavab verməmişdir. Yeganənin zənglərə cavab verməməsindən narahat olduğu üçün sonuncunun rəfiqələrinə də zəng edib Yeganənin harada olmasını maraqlanmışdır. Lakin rəfiqələri də Yeganənin harada olmasını, nəyə görə zənglərə cavab verməməsinin səbəbini bilmədiklərini demişlər. Həmin gün axşam saatlarında isə internet şəbəkəsi səhifələrinin birində Cəmilin etdiyi paylaşımlara görə Yeganənin dərman içərək intihara cəhd etdiyini və 1 saylı X15 Toksikologiya şöbəsinə yerləşdirildiyini görmüşdür. Bundan sonra dərhal xəstəxanaya gedib qızının səhhəti ilə maraqlanmışdır. Həmin gün Yeganəyə tibbi müdaxilə edildikdən sonra Yeganə evə buraxılmışdır. Yeganə ona demişdi ki, Təqsirləndirilən şəxs paylaşımları etməmək üçün pul almaq istəmişdir. Yeganə isə Cəmilə pul verməkən imtina etdiyini demişdi. İlk əvvəl Cəmil tərəfindən tələb olunan pulun dəqiq məbləği barədə məlumatı olmamışdır. Lakin 2022-ci ilin aprel ayında qızını xəstəxanadan çıxarıb evə gətirəndə Yeganəni sakitləşdirərək dilə tutub xahiş etmişdir ki, Cəmillə arasında baş vermiş məsələ barədə ona bir az məlumat versin. Yeganə də demişdi ki, ortada “Fuad” adlı bir şəxs olmuşdur. Özünü Yeganəyə dost kimi göstərən həmin “Fuad" adlı şəxs Cəmillə yaxın dost olmuşlar. Cəmillə bir yerdə qonaqlıqda olarkən “Fuad” adlı şəxs Cəmilin fotosunu ona yollayaraq Cəmilin adından Yeganəyə söz göndərmişdir ki, Yeganə Cəmil üçün ya bir neçə nəfər qız, ya da 3000 (üç min) manat pul göndərsin. Yeganə isə buna qəti etiraz edərək deyilənləri etməmişdir. Fuad isə bildirmişdir ki, əgər Cəmilin dedikləri olmasa Yeganəni sosial şəbəkədə biabır edəcəklər. Şahid27 ibtidai isitntaq zamanı vermiş olduğu və məhkəmədə elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, ********** saylı mobil telefon nömrəsini 2 ilə yaxın müddət ərzində istifadə etmişdir. Təqsirləndirilən şəxs uşaqlıq illərindən etibarən tanımışdır. Belə ki, Cəmil onun əmisi oğlu Əhmədlə dostluq münasibətlərində olmuşdur. Təqsirləndirilən şəxs son bir neçə il ərzində sosial şəbəkələrdə, əsasən də “İnstagram” sosial şəbəkəsində bloger kimi fəaliyyət göstərmişdir. O, Cəmilin daimi izləyicisi olmasa da, bəzən Cəmilin şəxsi səhifəsinə daxil olan zaman görmüşdür ki, Cəmil müxtəlif fahişələrin və pul qarşılığında onları kişilərlə görüşdürən qadınların (“mamaroza’ların) barəsində məlumatlar paylaşır. Hətta bir müddət sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs həmin paylaşımlarına görə qadınlardan pul da tələb etmişdir. Bir ərəfə olmuşdur ki, bütün sosial şəbəkələrdə Cəmilin hədə-qorxu ilə müxtəlif adamlardan pul tələb etməsi də yayılmışdır. Cəmillə onun arasında qərəzçilik və ədavət olmasa da, 2021-ci ilin sentyabr-oktyabr aylarında Cəmillə xoşagəlməz bir insident yaşamışdır. Belə ki, o həmin ərəfədə ağ rəngli “VAZ 21074” markalı 10LS959 dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmiş və həmin avtomobilin qabaq və arxa yan şüşələrinə günkeçirməz pərdələr vurmuşdur. Təqsirləndirilən şəxs bunu əvvəllər bir neçə dəfə görüb ona heç nə deməsə də 2021-ci ilin sentyabr ayında növbəti dəfə avtomobilini görəndə Cəmil əmr tonunda ona bildirmişdir ki, avtomobilin pərdələrini söksün. O isə Cəmilə bildirmişdir ki, “sən dövlət yol polisi əməkdaşı deyilsən də ki, mənə bununla bağlı irad tutasan, əgər polis əməkdaşı saxlasa cəriməmi ödəyib pərdələrimi sökərəm." Cəmil də buna cavab olaraq ona “görərsən” deyərək çıxıb getmişdir. Bir neçə gün sonra isə dostları ona xəbər vermişlər ki, sosial şəbəkələrdə onun avtomobilinin videosu yayılmışdır. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona məxsus avtomobili videoya çəkərək “İnstagram” sosial şəbəkəsində istifadə etdiyi “jam_guliyev” adlı səhifədə paylaşaraq əsassız yerə onu avtoxuliqan adlandırmışdır. Halbuki o, avtomobili pərdəli vəziyyətdə sürsə də, heç vaxt avtoxuliqanlıq etməmişdir. Bu video sosial şəbəkədə geniş şəkildə yayıldığı üçün o, əsəbləşmiş və Cəmilə zəng edərək tələb etmişdir ki, videonu silsin. Cəmil isə videonu silməyəcəyini ona bildirmişdir. Ona görə də o, Cəmilə söyüşlü mesaj yazaraq görüşməyi təkid etmiş və Cəmilin avtomobili ilə bağlı olan videonu paylaşacağını demişdir. Çünki Cəmil özü də sayrışan işıqlar və qanunsuz səs siqnallarından istifadə etmişdir. Buna baxmayaraq Cəmil onunla görüşməmiş və videonu da silməmişdir. Cəmilin onun barəsində yayıdığı video ilə bağlı onu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə dəvət edərək izahatını almışlar və icazə verilməyən pərdə ilə avtomobili idarə etdiyi üçün cərimələmişlər. O, həmin cəriməni 2022-ci ilin iyul ayında, yəni gecikmə ilə olsa da banka ödəmişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə həbs edilmişdir. Cəmilin həbs edilməsinin səbəbləri və törətdiyi cinayətlərin təfərrüatları barədə onda məlumat olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadələrini, ekspertiza rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: "xxxx" KB ASC tərəfindən verilmiş qəbzdən (cild 1, iş vərəqə 58) görünür ki, Şahid4 adlı şəxs xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs “Leobank”da olan 409858******0985 nömrəli bank hesabına 400 manat məbləğində pul vəsaiti göndərmişdir. xx.xx.2022-ci il tarixli “TikTok” sosial internet şəbəkəsi platformasına baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 133-134) görünür ki, qeyd edilən hesab bütün sosial şəbəkə istifadəçiləri üçün sərbəst baxışa açıq olmaqla, baxış anında səhifə 6035 (altı min otuz beş) nəfər istifadəçi tərəfindən izlənilmiş, Təqsirləndirilən şəxs isə cəmi 14 (on dörd) nəfər istifadəçini izləmişdir. Şəxsi hesabda ümumilikdə 22 (iyirmi iki) ədəd paylaşım edilmiş və həmin paylaşımlar ümumilikdə 62.700 (altmış iki min yeddi yüz) bəyənmə sayı əldə etmişdir. Hesabın profil başlığında yerləşdirilmiş fotoda ağ rəngli, sedan tipli, operativ nəqliyyat vasitələri üçün nəzərdə tutulan iki ədəd sayrışan işıq avadanlıqları quraşdırılmış, arxa yük yerinin (baqajın) qapısı açıq vəziyyətdə olan “İnfinity” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili əks olunmuşdur. Sosial şəbəkə səhifəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, hesaba yerləşdirilmiş videogörüntülərin əksər hissəsində barəsində araşdırma aparılan Təqsirləndirilən şəxs şəxsən görüntülənir və qeydə aldığı videoçarxları paylaşdığı mövzu ətrafında müzakirələr aparmaqla paylaşır. Bundan başqa “jam_guliyev” adh hesaba keçirilmiş baxış zamanı həmçinin məlum olmuşdur ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 videoçəkilişə alaraq sonuncunu narkotik vasitələrin qanunsuz dövriyyəsində və fahişəliyə cəlb etmə əməllərini törətməkdə ittiham edərək bu barədə Zərərçəkmiş şəxs2 davamlı sorğu-suallara tutur, 07 aprel 2022-ci il tarixdə "Tiktok” hesabına yerləşdirdiyi həmin 3 (üç) dəqiqə 6 (altı) saniyəlik videoçarxa isə “Narkotacir MamaRoza Ağayeva Yegane” başlığını qoymuşdur. Baxış anında qeyd edilən videoçarx 35.200 (otuz beş min iki yüz) nəfərdən artıq izləyici tərəfindən izlənmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs öz hesabında yerləşdirdiyi 26 yanvar 2022-ci il tarixli videoçarxlardan görünür ki, kabinet tipli otaqda əyləşən Zərərçəkmiş şəxs2 onu videoçəkiliş qurğuları ilə qeydə alan Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin (kokain) və saxta pulların qanunsuz dövriyyəsində, habelə fahişəliyə cəlb etmə əməllərində ittiham edilir. Videoçəkilişlərdən açıq- aşkar məlum olur ki, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs2 savayı həmin görüşdə başqa bir şəxs də, iştirak etmişdir. Qeyd edilən videoçarxlardan birinin başlığında “Mama Roza yeqənə”, digərində isə “Yeqiş mamaroza” sözləri yazılmışdır. Baxış zamanı məlum olmuşdur ki, 26 yanvar 2022-ci il tarixli videoçarxlardan biri 355.700 (üç yüz əlli beş min yeddi yüz), digəri isə 796.900 (yeddi yüz doxsan altı min doqquz yüz) nəfərdən artıq izləyici tərəfindən izlənmişdir. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan (cild 1, iş vərəqə 157) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan (cild 1, iş vərəqə 173-175) görünür ki, həmin gün Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və həmin vaxt Zərərçəkmiş şəxs1 əvvəl istintaqa verdiyi ifadəsini bütün hissələrdə tamamilə təsdiq etmiş, Təqsirləndirilən şəxs isə 2021-ci ilin oktyabr ayında və 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs1 tərəfindən göndərilmiş pul vəsaitlərinin həqiqətən də ona çatmasını təsdiq etsə də, həmin vəsaitlərin hədə-qorxu ilə tələb edilmədiyini, əksinə Zərərçəkmiş şəxs1 tərəfindən könüllü şəkildə ona verildiyini göstərmişdir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 181-183) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-309/2022 saylı qərarından (cild 1, iş vərəqə 200-204) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 ay 23 gün müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən (cild 1, iş vərəqə 243-250) görünür ki, Zərərçəkmiş şəxs2 istintaq orqanına könüllü təqdim etdiyi internet üzərindən tanışı Şahid9 ilə arasında aparılmış yazışmaların A4 formatlı kağızlar şəklində 06 (altı) vərəqədən ibarət çıxarış sənədlərinə baxış keçirilmiş və məlum olmuşdur ki, yazışmaların 4 (dörd) vərəqəsi “İnstagram” sosial şəbəkəsi, qalan 2 (iki) vərəqəsi isə ‘WhatsApp” ani mesajlaşma mübadilə sisteminin vasitəsi ilə aparılmış danışıqlardan ibarətdir. “İnstagram” sosial şəbəkəsi üzərindən aparılmış yazışmalardan məlum olmuşdur ki, həmin sosial şəbəkədə “fuadhuseynov9” ləqəbi və “Şahid9” ad-soyadı ilə qeydiyyatdan keçmiş şəxslə Zərərçəkmiş şəxs2 arasında aşağıdakı dialoq baş tutmuşdur: Fuad: Netersen Canı yanmıw Gözün aydın P..ser getdi aha rahatda Yeganə: X25 de 3 min pul istiyirdi o vaxt Yadindadi da? Fuad: Bilirem Yeganə: Sene demişdi Serefsiz Vermedim deye Basima oyun acirdi Fuad: Hmm Axırı noldu? Fakt Vse sındıda Onun geci tezi varıydı onsuzda Yeganə: Axiri biyabr oldu da Fuad: Нее Sende deyirdin menim dostumdu Yeganə: Sen ne yaxsi onnan yaxiniydin ее? Yeganə: Menim dostum? O menim yox ее Senin dostun idi Ona gore sene demişdi ki 3 min al getir baglayim söhbeti Mende vermedim Fuad: Yığacam danıwaq Nömrevi at Yeganə: Yaxsi Fuad: Domino gedir Yeganə: Yigacam sabah seni Fuad: Dostlarla Yığcam birazdan “WhatsApp" ani mesajlaşma və mübadilə sistemi üzərindən aparılmış yazışmalardan məlum olmuşdur ki, “Fuad” adlı şəxs Təqsirləndirilən şəxs fotoşəklini Zərərçəkmiş şəxs2 göndərmiş, sonuncu isə “Bidene Sebrun olsun” cavabını vermişdir. Bundan sonra tərəfər arasında aşağıdakı dialoq baş tutmuşdur: Fuad: X26. Son söz. Men buna ne deyim. Qızda göndermirsen. Mende demiwem qızlar gelecey. Mecbur gerey bawqa adama deyim göndersin. Birwey de Yeganə: Qız yox dedimde Fuad Fuad: Qiz yox yaxwı pulu gönderirsen ya yox konkret de ki bilim. xx.xx.2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan (cild 2, iş vərəqə 107-112) görünür ki, həmin gün Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və həmin vaxt Zərərçəkmiş şəxs2 əvvəl istintaqa verdiyi ifadəsini bütün hissələrdə tamamilə təsdiq etmiş, Təqsirləndirilən şəxs isə üzləşdirmə zamanı əvvəlki ifadəsini qismən təsdiq edərək "Fuad” adlı tanışı ilə 5-6 ay öncə görüşərək Yeganə barəsində səthi söhbət apardığını bildirsə də, həmin cavabın daxilində yenidən ifadəsi dəyişərək “Fuad”ın Yeganəni tanıyıb-tanımaması barədə ona bir söz deyilib-deyilməməsini xatırlamadığını göstərmişdir. xx.xx.2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan (cild 2, iş vərəqə 215-219) görünür ki, həmin gün Şahid22 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş və həmin vaxt Şahid22 yeni xüsusat kimi başqa qızların da ona zəng edərək Təqsirləndirilən şəxs tərəfindən barələrində edilmiş paylaşımı silmək istədiklərini, lakin Cəmilin dediyi puldan aşağı düşmədiyini bildirib onun vasitəsi ilə Cəmillə danışaraq qiyməti aşağı salmaq istədiklərini sonuncunu üzünə qarşı bildirmişdir. Təqsirləndirilən şəxs isə əvvəl istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 3, iş vərəqə 17-22) görünür ki, Şahid24 istintaq orqanına könüllü təqdim etdiyi 1 (bir) ədəd CD diskə baxış keçirilmiş və məlum olmuşdur ki, diskdə bir ədəd “WhatsApp Audio Г adlı, 14 dəqiqə 57 saniyəlik, 17544 KB yaddaş həcmli və bir ədəd “WhatsApp Audio 2” adlı, 03 dəqiqə 12 saniyəlik, 3750 KB yaddaş həcmli səs yazıları vardır. Səs parçalarında qeydə alınmış anlaşılmayan, habelə nalayiq ifadələr “*** ...” işarələri ilə göstərilmişdir. Səs yazıları barədə aparılmış dinləmə zaman iştirak edən Şahid24 səsləri qeydə alınmış tanıdığı şəxslərin adlarını göstərdiyi üçün bu barədə protokolda dəqiq qeydiyyat aparılmışdır: “WhatsApp Audio 1” Ramil (vəkil): Amma deyir ki, vermişəm? Cəmil: Hə deyir ki, Səməndərə pul vermişəm. Ramil (vəkil): Nəyə görə vermişəm? Cəmil: Səməndər də deyib ki, videonun yayılmamağı üçün. Bizdə burda maksimum dələduzluqdu. Demirlər pul? Çıxardıb pullarını da verirəm. 5000 plyus 50 faiz deyil? 7000 pul eləmir? Mən pulu verirəm də. Səməndər: Orda qarışıq söhbətlər var e, çox qarışıq. Orda calaq qoyublar, neyniblər. 11000 pul alıblar hə. Ramil (vəkil): Qulaq as e, oğlan da deyib ki, videonu paylaşmamaq üçün bu qədər pul olubdu. Cəmil: Biz istəməmişik. Ramil (vəkil): Yox istəməklə deyil. Ramil adlı şəxs: Mən mərdimazar deyiləm. Mənim orayla əlaqəm yoxdur. Birdən bişirər başımı. Nə olub-olmayıb mənim heç yadımda da qalmayıb. Söhbəti bağlayın, bu vəziyyətdə bağlayacaqlar. Cəmil: Amma ola bilsin səndən izahat alsınlar. Ona görə də sən bunnan bir yerdə gedəcəksən. Səməndər: Raminnən? Cəmil: Hə. Səməndər. Burda *** pul teması gəlib aa *** yekunda misal üçün pul qaytarılsa bağlanır söhbət? Ramil (vəkil): Dələduzluğa dəxli yoxdu onun. Cəmil: Nətər dələduzluğa dəxli yoxdu? Ramil (vəkil): Dələduzluq deyil. Cəmil: 50% üstündən vermiriy? Ramil (vəkil); Dələduzluq deyil. Səməndər: Deyil? Ramil (vəkil): Dələduzluq başqa adnan alırsan. Cəmil: Paylaşmamaq adıynan almışıq paylaşmışıq başqa adnandı da. Elədir də Ramil (vəkil): Vso da o dələduzluq deyil ki. Səməndər: Nə maddəsiynən gedir? Ramil (vəkil): Tələb etməyə *** Səməndər: Tələb etməyə? Ramil (vəkil): Hədə qorxuynan tələb etməyə *** Səməndər: Sənin ağlına nə olmuşdu? Cəmil: Olmuşdu da. Səməndər: Səhv deyirəm qardaş? Sənin ağlına nə olmuşdu? Cəmil: Vzyat telefonumu götürüb paylaşıb inanacaqsan? Yox Səməndər: Məzələnirsən?! Cəmil: Nəysə də, bağladıq söhbəti. Burda qalsın aa *** Səməndər: Əəə ayıb olar ki. Burda qalsın deyəndə hadisə baş verən gündən bu günə qədər, düzdü, çox adam mənə çox söz deyib. Ramil (vəkil): Qız hardan bilir*** Cəmil: Şkafdan çıxdım. Ramil (vəkil): Hardan? Cəmil: Şkafdan. Səməndər: Şkafın içindən. Ramil (vəkil): Həmin qızı? Səməndər: Qızın göndərdiyi qızları şkafın içindən çıxıb çəkib. Ramil (vəkil): Qızları çəkmisən, qızlar gedib ona deyib ki, çəkdilər? Hansı? Hoteldə çəkdiyin qızı? Hoteldə çəkmisən ее “qorxma, danış” zad odu? Cəmil: Hə hə çıxıb Ramilə, Ramil sonra çıxdı mənə hə hə hə hə *** *** ardınca Səməndərin tərəfindən işlədilən söyüşlü ifadələr Səməndər: Mən ona, mən ona... (cümlə bitməmişdir) Cəmil: Pislik eləməmisən. Səməndər: Pislik yox e, mən ona qardaş olmuyub böyük qardaş olmuşam Cəmil: *** temasını bağlamasın *** teması qalmışdı mən bağladım bu günləri Səməndər: Nəyləri bağlamamışam ki? Cəmil: *** teması nə idi? Mən bilirəm o temanı? Səməndər: Əəə bir-iki deyil axı Cəmil: *** teması barədə s..məy istiyirdilər. Səməndər: Əəə deyirəm bir-iki deyil. Cəmil: Bilmirəm də nədi. Bu uşaq nədi tuta bilmirəm də *** Ramil (vəkil): Şey deyib ki, onda *** alınıb pul? Cəmil: Ramil birinci *** *** *** qaldı. Həmin şəxsin adından danışaraq: Mən Cəmili tanımıram ümumiyyətlə. Səməndərə çıxmışam, demişəm ki, məndə *** var. Səməndər də deyib ki... (cümlə bitməmişdir) Səməndər: Hər şey qalsın ее bir qırağa, pis variantda, yenə də deyirəm aa mənim elə bir tipim var ki, bir iş olar gedib srokumu da yataram, hər şeyimi eləyərəm. Ən pisi bilirsən nədi?! Hələ də, hələ də Ramildə şübhə var ki, mən o pulu verməmişəm. Cəmil: Yoxdu yox. Səməndər: Həmin gecə var ее qırğın düşdü də həmin gecə siz xəbəri verəndə. Ramil (vəkil): Əgər elə bir söhbət olsaydı srazu durub cinayət işi başlayardılar. Cəmil: Dələduzluğun da pulunu mən verirəm də. Maksimum *** bilirsən *** 5 (beş), nə qədərdi orda 7 (yeddi)? Səməndər: Aha. Cəmil: 7 (yeddi) üstə gəl 50 (əlli) faiz. Ramil (vəkil): 50 (əlli) yox 25 (iyirmi beş). Cəmil: 9000 (doqquz min). Doqquz mini də mən verirəm də. Səməndər: Bağlamaq olur onda? Ramil (vəkil): Hə puldan artıq 25 faiz ödəyəndə. Əlbirlik olsa ***. Alıb silmisən *** Cəmil: Yox a kişi silinməmişdən qabaq veriblər pulu. Ramil (vəkil): Niyə paylaşırdınki sən onu? Cəmil: Bu g..vərən paylaşıb telefonumdan. Yəqin ki şəkilnən saytdan yığıb. Ramil (vəkil); Görmüsən ki paylaşıb, görəndə silə bilmirsən onu? Səməndər: Ramil, bir vəziyyətə düşdüm gecə Ramil. Allaha and olsun elə bir vəziyyətə düşdüm ki... (cümlə bitməmişdir) Ramil (vəkil): Sabah bir paylaşım elə *** Cəmil: Qaqa 9 deyil?! 9-u mən səhər verirəm. Ramil danışıb qıznan? Mən danışım da Nicatnan. Səməndər: Hələ gözlə də, qoy planlı iş görək. Cəmil: Ramil danışsın Nicatnan. Nicat qızın y..urunu tapıb. Ramil (vəkil): Sabah gedib ağzından çıxardacaq aa. Yox e Nicat çıxartmaz. Ramil (vəkil): Onu kim danışıbsa əvvəldən o adam gedib onu şey eləməlidi. Cəmil: Qız pul istəyir Ramildən bugünkü gün. Ramil (vəkil): Versin də. Cəmil: Ala verirəm də mən verirəm. Ramil (vəkil): Ver aparsın versin, ərizəsini alsın Cəmil: Yığ Ramilnən danış pulunu səhər verirəm Ramil (vəkil): Gədə yığıb deyir ki, Səməndərə vermişəm pulu? Cəmil: Hə. Ramil (vəkil): 11 minin hamısını deyir buna vermişəm? Cəmil: Yoox 7 min *** Pulnan deyil?! Mən pulu verirəm. Ramil (vəkil): Pulnan deyil e adama qulaq asmaq lazım idi. Cəmil: Asmadım da pulunu nədi pulunu verirəm də. Səməndər: Bir də bilirsən şeyə düşdüm. Mən buna pislik eləməmişəm. Cəmil: Var-yoxunu ..(nalayiq ifadə)., mən paylaşmamışam. Səməndər: Bir nəfər əlini qatlaya ki, Səməndər bizə zərrə qədər pislik eləyib. Cəmil: Var-yoxunu ..(nalayiq ifadə)., mən paylaşmamışam. Səməndər: Ramalnan girdilər bir-birilərinə . Allaha and olsun yatmadım. Getdim bunun yanına Ramalın yanına. Bu Ramalnan tutaşır, Ramal bunnan tutaşır. Girdim aralarına, yapşıdırdım, axırda gətirdim yenə dost elədim. Bir dənə rayona gedəndə, o zorlama xəbərini görəndə götürdüm yığdım bunu dedim hardasan? Dedi Ləkidə. Dedin ki, zorlama faktı var. Dedim Ramal hardadı, sual verdimdə. Cəmil: Mən telefonu verdim də. Səməndər: Dedim Ramal hanı, dedin yanımdadı, qayıtdım bunlara ikinizə də deyirəm adam kişi olar. Niyə?! Bu mövzuda həssas olduğumu bilirsən ... (mövzu yarımçıq qalır) Ramil (vəkil): Qız pulunu Ramildən istəyirsə, o pul düzəlib Ramilə verilməlidi. Aparıb pulu o qaytarmalıdı və ərizəni də o almalıdı. Qız ərizəyə də yazmalıdı ki, bəs o hədəqorxu... (cümlə bitməmişdir) Cəmil: Amma bir dənə mövzu var. Qız mənimlə yazışma verib. Yazışma feyk çıxıb uje. Ramilin sudimosti də var. Səməndər: İndi Ramilə də bir şey eliyə bilmirik axı. Ramil də pislik eləməyib də. Cəmil: Ramil 6000 pul tutub e. Səməndər: Əəə tutmuyub, əəə Ramil tutmuyub, qızın oğlanı tutub. Əəə deyirəm ki, Ramilə ordan 1000 (min) manat pul çatıb. Onu da gedib Qəbələdə xərcləyiblər qızlara. Qızın oğlanı tutub. Cəmil: Kimdi o oğlan? Səməndər: Bilmirəm də. Cəmil: Polis, Səbaildə. Səməndər: Əvvəl polis olub da, indi polis deyil. Ramil (vəkil): Çıxardın onun pulunu verin. Cəmil: Qız gedib nə yazmalıdı? Şikayətim yoxdu?! Ramil (vəkil): Şikayət və tələbim yoxdur. Aparıb notarial yazmalıdı. DTX-ya getsə ona deyərlər ki, yox yazma. Cəmil. Qaqa mən səhər pulu verirəm. Birsigün Ramilnən *** gətirsin bağlasın, anlaşılmayan ifadələr *** Cəmil: 25 faiz lazım deyil axı. Bizə verilən pul lazımdır da düzdü? Səməndər: Hə. Cəmil: Nə qədər veriblər? 7000? Səməndər: Hə. Cəmil: Hə 7000 mən verirəm. Ramil (vəkil): Dəymiş zərər ödənilib şikayət və tələbim yoxdur. Cəmil: “Dəymiş zərər ödənilməyib yalıan danışmışam”. Belə yazdıra bilərsən ona? Ramil (vəkil): Notarius onu təsdiq eləmir. Uzaq başı notarius bir dənə şey yazacaq ki, filankəsə qarşı heç bir şikayətim və tələbim yoxdur. Cəmil: Hə. Səməndər: Yenə deyirəm sən vəkilsən, sən de, biz eləyək. Cəmil: Ala mən verirəm də pulu. Ramil (vəkil): Qızın elə bir notarial ərizəsi lazımdı. O ərizəni götürürsüz, saxlayırıq özümüzdə onu heç vaxt heç hara vermirsən. Sonra isə başqa bir məzmunda şey verəcəm ona qol çəkdirirsiz, göndərirsiz poçtnan şeyə, poçtnan göndərirsiz. Əlbəəl gedib orda yazmağa o yazmayacaq. Yazmaq istəsə də qoymayacaqlar. Cəmil: Fırladacaqlar. Sən yığ Ramilnən danış, mən səhər tezdən 9 tamamda pulu çıxardıb verim. Məndə hesabdadı “Kapital Bank”dadı. Ramil (vəkil): Bir dənə qıznan danış denən pul ***. Başqa heç nə deməsin. Səməndər: Bəlkə deyim gəlsin bura? Ramil (vəkil): Yox yox, demə demə. Cəmil: Denən pulu nə istiyir? Amma Ramalı mən s***cəm (nalayiq ifadə) Səməndər: Yenə girirlər bir-birilərinə ее hamısı. Cəmil: Mən bilirsən kimləri s***işəm (nalayiq ifadə). Maskalanmanı vurdum s..dim. Səməndər: Xəbərim var vermişdim xəbəri. Ramil (vəkil): Kimnənsə dava-dalaş, söz-söhbət lazım deyil. Səməndər: Mən əvvəl meyid idimsə bu gün də oyam. Mən Ramal deyiləm ki. İndi sən burda deyəndə ki, Ramalı belə eləyəcəm, mən deyim ged elə. Bildin qardaş. Bu gün lazımdı bu şey bizə?! Oturmuşuq bir-birimizi qıra-qıra. Camaat xəbər partladır ее. Qeyd: Səs parçasında bundan sonra davam edən danışıqlar istintaq əhəmiyyəti kəsb etmədiyi üçün bu barədə protokolda qeydiyyat aparılması məqsədəmüvafiq hesab edilməmişdir. Səs parçasının 13-cü dəqiqəsinin 52-ci saniyəsindən başlayan danışıqlar aşağıdakı kimi davam etmişdir: Ramil (vəkil): Cəlala denən ki, qıznan danışsın. Desin pulu qaytarıram. Cəmil: Qız pul istiyir, qızın *** Səməndər: Qoy gəlsin. Üzbəüz gələk də. Bu telefondu e brat. Bilmirəm də. Cəmil: Mənə bilirsən nə deyiblər? “Səməndərdə sənə pul verən yerdə video var.” Dedim var təqdim elə. Səməndər: Denən o olsa da belə, o heç yerə getməz. Cəmil: Dedim var təqdim elə. “WhatsApp Audio 2” Səməndər: Maskalanma səhifəsi indi bilmirəm kimindi. Əvvəldən işləməyibsə camaatdan ölüsü bir yarım milyon pul işləyib. Cəmil: Çox, çox. *** anlaşılmayan ifadələr Cəmil: Ramal kimi adamlardan yox da. Ramil (vəkil): Söhbət *** getmir ее. Gərək özünüzün, p..un olmasın ki *** Səməndər: Əəə ikimizin canı bizim heç bir p..umuz, heç bir zibilimiz də olmuyub. Cəmil: Maksimum *** bir dəfə olub o da *** burda amma almamışam-verməmişəm Ramil qalır c..ıq ayağında. Səməndər: Mən Ramili c..ıq ayağında qoya bilmirəm axı. Cəmil: Qoymalısan da. Səməndər: Nə? Cəmil: Qoymalısan da. Səməndər: Ramili? Cəmil: Hə. Səməndər: Ə nətər qoyum e c..ıq ayağına məzələnirsən ə?! Cəmil: Ya üçümüz də gediriy, ya birimiz deyək Səməndər: Əgər bunun pul qaytarılma məsələsi varsa, onun çıxış yolu varsa... Cəmil: Ala qaytarıram da mən. Ramil (vəkil): Pulu qaytaracaq bəs qız şikayətini geri götürəcək? Səməndər: Hə. Cəmil: Götürsə *** götürməsə yox aa. anlaşılmayan ifadələr *** Cəmil: Amma qaytarmasa Ramili rasxoda veririk. anlaşılmayan ifadələr *** Ramil (vəkil): bloggerdi nəbilim nədi, mediaynan bağlı şey çıxanda, jurnalistlə bağlı qanun çıxanda. Onun *** dəxli olmadığına görə *** ki, ağıllı olun bala. Səməndər: Ay b..a Ramalın elədiyi məni yandırır e. Cəmil: ..(nalayiq ifadələr)., bir dənə durmaq durdu üzümə maşında. Dedim ala düş s***ir maşından. G*tü qalıb qapı arasında qurtarmışam, prokuratura qurtarmışam. Prokurorluqda nətər qurtardı bildin sən? Kim xahiş elədi?! Mən *** sənin maşınında oturmamışdım mən? Danışırdım mən nəyisə? Oturmuşdum, s..muşdum içimə, lazım idi mənə bu?! Çıx onu elə, çıx bunu elə, çıxıram eləyirəm. Pulsuz vəkil ver *** Manat verib sənə? Cəmil: Mən kişiynən gəldim birincidən müqavilə bağladım, çıxartdım 1000 (min) manatını verdim. Dalşe dedim mənim bir dənə maşınım qalıb, gələ bunu sənə, illik səniynən bağlayaq. Ramal soruş bir manat verib buna. Cəmil: O reklamdı ..(nalayiq ifadələr)., reklamdı. 5 dəfə artıq reklam eləyərəm Ramaldan. 35 dənə səhifədə reklam elətdirərəm. Day olmur e elə brat, camaat lox deyil. Cəmil: Nədi pulu, söhbəti bağlayırlar pulu verirəm. Səməndər: Görüm Nizami gəlsin. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən (cild 3, iş vərəqə 42-43) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2022-ci il tarixli qərardan (cild 3, iş vərəqə 192-193) görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsindən həmin Məcəllənin 139-1.1, 182.2.2 və 182.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin cavab məktubundan (cild 3, iş vərəqə 234) görünür ki, Təqsirləndirilən şəxs hər hansı hüquqi şəxsin təsisçisi və ya rəhbəri olması barədə məlumat aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan (cild 4, iş vərəqə 76-81) görünür ki, Şahid24 ifadəsi yerində yoxlanılmış və istintaq hərəkətinin keçirilməsi zamanı o, Zərərçəkmiş şəxs3 əmlakından ibarət hədə-qorxu ilə tələb olunan 6.800 (altı min səkkiz yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs verdiyi yeri göstərmiş və həmin yerin ünvan 6 ünvanında yerləşməsi məlum olmuşdur. xx.xx.2022-ci il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan (cild 4, iş vərəqə 83-85) görünür ki, şahid qismində dindirilmiş Şahid24 və Şahid21 arasında üzləşdirmə keçirilmiş və həmin vaxt Şahid24 əvvəl istintaqa verdiyi ifadəsini bir daha təsdiq etsə də, Şahid21 əvvəlki ifadəsini qismən təsdiq edib Zərərçəkmiş şəxs3 barəsində rüsvayedici məlumatları yaymaması üçün Təqsirləndirilən şəxs tərəfindən həqiqətən də 10.000 (on min) manat pul tələb edilməsini, o isə dostu Əli ilə birlikdə cəmi 6.800 (altı min səkkiz yüz) manat pul düzəldib həmin vəsaiti Şahid24 vasitəsi ilə Təqsirləndirilən şəxs göndərdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/1462-4/1470 nömrəli ekspertiza rəyindən (cild 4, iş vərəqə 119- 126) görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan “WhatsApp Audio 1" və "WhatsApp Audio 2" adlı fayllarda qeydə alınmış mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində K2 kimi işarə olunmuş diktorun səsi və nitqi eyni bir şəxsə məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində K2 kimi işarə olunmuş diktorun səsi və nitqi - Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markah CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlar spontandır. Danışıqlarda əvvəlcədən hazırlanma və fiziki təsir əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində K2 kimi işarə olunmuş diktorun emosional-psixi vəziyyətində ekstremallıq müəyyən edilmədi. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Kodak” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı audiosiqnallarda keçid prosesləri üçün xarakterik siqnallar, faylların strukturunda redaktə proqramlarının izləri və montaj əlamətləri müəyyən olunmadı. xx.xx.2022-ci il tarixli əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi barədə qərardan (cild 04, iş vərəqə 127-196) görünür ki, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 182.2.2 və 182.2.4-cü maddələrindən həmin Məcəllənin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrinə tövsif edilməklə həmin maddələr ilə ona yeni məzmunda ittiham elan edilməsi, Şahid9 barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə ayrıca icraata cinayət işinin ayrılması, Şahid2, Şahid8, Şahid10, Zalova (Kərimova) Gülnar İntiqam qızı, Şahid11, Şahid12, Şahid13, Şahid15, Şahid17, Şahid19, Şahid26 və Şahid28 fahişəliklə məşğul olmaları istintaq materialları ilə təsdiq olunduğundan göstərilən şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üçün Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə və yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 4, iş vərəqə 199-202) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-443/2024 saylı hökmündən (cild 7, iş vərəqə 28-44) görünür ki, Şahid9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi (Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 qarşı rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə) ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları, eləcə də ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsə onun əleyhinə olan sübutlara etiraz etmək, həmin sübutları və ittihamı bütövlükdə mübahisələndirmək üçün məhkəmə prosesində imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçiləri ayrı-ayrılıqda həmin sübutlara dair öz etirazlarını bildirmişlər, o cümlədən irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə irəli sürülmüş ittihamın qanuni və əsaslı olması məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə dindirilmiş şəxslərin ifadələri və tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs “İnstagram” və “TikTok” sosial şəbəkə səhifələrində “jam_guliyev” adlı şəxsi hesab yaradıb özünü “idealist və ədalətli ictimai fəal” kimi təqdim edərək sosial faydalı və maarifləndirici paylaşımlar etmək, müasir cəmiyyətin aktual problemlərini, əxlaqsız və tüfeyli həyat sürən qadınların yaşayış tərzini, digər şəxsi məlumatlarını işıqlandırmaq, sonuncuları ictimai qınaq predmetinə çevirmək, bununla da guya mövcud nöqsanları aradan qaldırmaq və izləyici məmnuniyyətinə nail olmaq üçün, əsl həqiqətdə isə tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə əldə etmək məqsədi ilə sosial şəbəkə səhifələrində düşünülmüş şəkildə kütlənin marağına səbəb olacaq üslubda paylaşımlar edib ətrafına xeyli sayda izləyici kütləsi yığaraq media reytinqini, o cümlədən səhifəsinin izlənmə və paylaşımlarının baxış sayını artırmış, bunun ardınca istintaqa məlum olmayan mənbədən həmin ərəfəyədək şəxsi tanışlığı və münasibəti olmayan Zərərçəkmiş şəxs1 əvvəllər fahişəliyə cəlb etmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin qanunsuz əməllərinə gizli davam etməsi barədə rüsvayedici məlumatlara sahib olduğunu iddia edərək həmin məlumatları “İnstagram" sosial şəbəkəsində yayacağı hədəsi ilə 22 oktyabr 2021-ci il tarixdə 1.000 (min) manat nağd pul verməsini cinayətini pərdələmək və ört-basdır etmək üçün cinayətə aidiyyəti olmayan tanışı Şahid22 vasitəsi ilə tələb edib həmin vəsaiti 2021-ci ilin oktyabr ayının sonlarında Şahid22 vasitəsi ilə ünvan 1 ünvanın qarşısında alıb ələ keçirdikdən sonra 10 mart 2022-ci il tarixdə istifadəsində olan +**********29 saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs1 istifadəsində olan +**********07 saylı mobil telefon nömrəsinə “WhatsApp” ani mesajlaşma mübadilə sisteminin zəng xidməti vasitəsi ilə zəng edib eyni təhdidlər altında yenidən 1.000 (min) manat nağd pul verməsini tələb etməklə həmin vəsaiti zərərçəkmiş şəxsin özündən ünvan 2 ünvanının qarşısında, 22 mart 2022-ci il tarixdə isə eyni üsulla təkrarən mobil telefon əlaqəsi yaradaraq bu dəfə həmin dövrün məzənnəsinə görə Azərbaycan Respublikasının milli pul vahidi ilə 1.700 (min yeddi yüz) manat təşkil edən 1.000 (min) ABŞ dolları pul göndərməsini Zərərçəkmiş şəxs1 tələb etməklə sonuncunun həmin məbləği azaltmaq barədə xahişindən sonra guya "güzəştə” gedərək tələb etdiyi məbləği 400 (dörd yüz) manata endirib həmin vəsaiti cinayətə aidiyyəti olmayan Şahid4 vasitəsi ilə **********340985 seriyalı “Leobank” şəxsi kart hesabına onlayn köçürmə yolu ilə qəbul etməklə ümumilikdə 3.700 (üç min yeddi yüz) manat məbləğində pul vəsaitini zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb edərək vahid niyyətlə əhatə olunan qəsdlə 2.400 (iki min dörd yüz) manat pulunu alıb ələ keçirməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, “İnstagram” və “TikTok” sosial şəbəkə səhifələrində “jam_guliyev” adlı şəxsi hesab yaradıb özünü “idealist və ədalətli ictimai fəal” kimi təqdim edərək sosial faydalı və maarifləndirici payfaşımlar etmək, müasir cəmiyyətin aktual problemlərini, əxlaqsız və tüfeyli həyat sürən qadınların yaşayış tərzini, digər şəxsi məlumatlarını işıqlandırmaq, onları ictimai qınaq predmetinə çevirmək, bununla da guya mövcud nöqsanları aradan qaldırmaq və izləyici məmnuniyyətinə nail olmaq üçün, əsl həqiqətdə isə tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə əldə etmək məqsədi ilə sosial şəbəkə səhifələrində düşünülmüş şəkildə kütlənin marağına səbəb olacaq üslubda paylaşımlar edib ətrafına xeyli sayda izləyici kütləsi yığaraq media reytinqini, o cümlədən səhifəsinin izlənmə və paylaşımlarının baxış sayını artırmış, bunun ardınca o, 02 noyabr 2021-ci il tarixdə şəxsiyyəti istintaqa “Xəyal Həsənov” kimi məlum olan dostunu Zərərçəkmiş şəxs3 ilə mobil telefonda danışdırıb, aparılan söhbəti kənardan özünü biruzə vermədən gizli videoçəkilişə alaraq guya 520 (beş yüz iyirmi) manat pul müqabilində 2 (iki) nəfər qızla cinsi əlaqədə olmaq, əsl həqiqətdə isə cinayətkar niyyətini başa çatdırmaq üçün sonuncu tərəfindən ünvan 3 ünvanında yerləşən “Sky hotel" adlı mehmanxanaya fahişəliklə məşğul olan Zalova (Kərimova) Gülnar İntiqam qızı və Şahid13 göndərilməsinə nail olduqdan bir neçə dəqiqə sonra videoçəkilişi artıq Şahid13 və Şahid29 (Kərimovanın) iştirakı ilə mehmanxana otağında davam etdirib kim tərəfindən göndərilmələri və alacaqları pulun bölgüsünə dair qızları sorğu-sual etməklə tamahkar maraqları naminə baş verən bütün prosesləri videogörüntü şəklində mobil telefonunun yaddaşında saxlayaraq həmin rüsvayedici məlumatları sosial şəbəkə səhifələrində yayacağı hədəsi ilə 02 noyabr 2021-ci il tarixdə 10.000 (on min) manat nağd pul verməsini cinayətini pərdələmək və ört-basdır etmək üçün cinayətə aidiyyəti olmayan tanışı Şahid24 vasitəsi ilə Zərərçəkmiş şəxs3 tələb etmiş, Şahid24 həmin məbləği azaltmaq barədə xahişlərindən sonra guya “güzəştə” gedərək tələb etdiyi məbləği 7.000 (yeddi min) manata endirib həmin gün 6.800 (altı min səkkiz yüz) manat məbləğində pul vəsaitini Şahid24 vasitəsi ilə ünvan 4 ünvanının qarşısında alıb ələ keçirərək zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin xeyli miqdarda əmlakını təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, “İnstagram” və “TikTok" sosial şəbəkə səhifələrində "jam_guliyev” adlı şəxsi hesab yaradıb özünü “idealist və ədalətli ictimai fəal” kimi təqdim edərək sosial faydalı və maarifləndirici paylaşımlar etmək, müasir cəmiyyətin aktual problemlərini, əxlaqsız və tüfeyli həyat sürən qadınların yaşayış tərzini, digər şəxsi məlumatlarını işıqlandırmaq, onları ictimai qınaq predmetinə çevirmək, bununla da guya mövcud nöqsanları aradan qaldırmaq və izləyici məmnuniyyətinə nail olmaq üçün, əsl həqiqətdə isə tamah niyyəti ilə özgənin əmlakını hədə-qorxu ilə əldə etmək məqsədi ilə sosial şəbəkə səhifələrində düşünülmüş şəkildə kütlənin marağına səbəb olacaq üslubda paylaşımlar edib ətrafına xeyli sayda izləyici kütləsi yığaraq media reytinqini, o cümlədən səhifəsinin izlənmə və paylaşımlarının baxış sayını artırmış, bunun ardınca şəxsi tanışlığı və münasibəti olmayan Zərərçəkmiş şəxs2, Şahid2, Şahid11, Şahid19, Şahid28 və şəxsiyyəti istintaqla araşdırılan digər qadınlara aid fotoşəkilləri şəxsiyyəti istintaqa məlum olmayan ‘'İnstagram” sosial şəbəkə hesabının “twinsmom_ck” adlı istifadəçisindən əldə edib videomontaj vasitəsi ilə ard-arda düzməklə slayd tipli videoçarx hazırlayaraq 2022-ci ilin mart ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsindəki şəxsi hesabında, böyük izləyici kütləsinin qarşısında paylaşmaqla həmin videogörüntünü müşayiət edən başlıqda Zərərçəkmiş şəxs2 fahişəliyə cəlb edən, digər qadınları isə fahişə kimi təqdim edib bu yolla zərərçəkmiş şəxsə qarşı aşkar ədavətini və qərəzli mövqeyini göstərərək törətmək niyyətində olduğu cinayət əməli üçün ciddi və real zəmin yaratdıqdan bir neçə gün sonra tanışı Şahid9 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 ilə rəfiqələrinin mehmanxana və digər qapalı məkanlardan olan açıqsaçıq səhnəli, əxlaqsız tərzdə çəkilmiş foto və video görüntülərinə dair rüsvayedici məlumatlara sahib olduğunu iddia edib həmin məlumatları sosial şəbəkə səhifələrində yayacağı hədəsi ilə 2022-ci ilin mart ayında 3.000 (üç min) manat nağd pul verməsini cinayətkar sövdələşmədə olduğu Şahid9 istifadəsində olan +**********11 saylı mobil telefon nömrəsindən Zərərçəkmiş şəxs2 istifadəsində olan +**********28 saylı mobil telefon nömrəsinə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi üzərində həyata keçirdiyi zəng və mesaj vasitəsi ilə tələb edib zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını təkrarən hədə-qorxu ilə tələb etmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən və izahı verilən halları məcmu halda təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hədə-qorxu ilə tələb etmişdir. Qeyd edilməlidir ki, müdafiə tərəfi iş üzrə şahid qismində çıxış edən çoxlu sayda şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələri şübhə altına alaraq həmin ifadələrin yolverilməzliyinə görə sübutlar sıyahısından çıxarılmasını məhkəmədən xahiş etsə də, məhkəmə belə nəticəyə gəlir ki, bu hissədə müdafiə tərəfinin iddia etdiyi dəlillər əsassızdır. Belə ki, mübahisələndirilən şahid ifadələri Təqsirləndirilən şəxs əməllərinin tövsifində və onun şəxsiyyətini xarakterizə edilməsində mühüm əhəmiyyətə malikdir. Cinayət hüququ nəzəriyyəsinə görə - cinayətlərin xüsusiyyətindən və təhlükəlilik dərəcəsindən asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normalar 2 (iki) qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlərdə qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədilən andan başa çatmış hesab edilir. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədə-qorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə-qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər.Zor tətbiq etmə hədəsi dedikdə isə, sağlamlığa yüngül, az ağır və ağır zərər vurulması hədəsi başa düşülür. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Hədə-qorxu ilə tələb etmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Təqsirkar qanunsuz tələb irəli sürdüyünü anlayır və bu yolla əmlak əldə etmək istəyir. Belə olan halda həmin cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Eyni zamanda cinayət əməlinin tərkibi üçün təqsirkarın hədəni həqiqətən həyata keçirmək niyyətinin olub-olmaması əhəmiyyət kəsb etmir. Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasına görə bu cinayət əməlinin törədilməsi əmlakın ələ keçirilməsinə deyil, əmlakın hədə-qorxu ilə tələb edilməsinə yönəlmişdir. Bununla belə, əmlakın ələ keçirilməsi hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün əhəmiyyət kəsb etmir. Yəni bu cür cinayətlərdə nəticənin baş verməsi zəruri əlamət kimi çıxış etmir, çünki hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkibli cinayətdir. Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi bilavasitə həmin Məcəllənin 182.1-ci maddəsində göstərilən dispozisiya ilə bağlıdır. Belə ki, hədə-qorxu ilə tələb etmənin ağırlaşdırıcı hallarının hər birinin (Cinayət Məcəlləsinin 182.2.1- 182.2.5-ci maddələri) əsasını həmin maddənin dispozisiyasında verilmiş hədə-qorxu ilə tələb etmənin tərkibi təşkil edir. Hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibinin yaranması üçün Cinayət Məcəlləsinin 182.1-ci maddəsində qeyd olunan əsasların mövcud olması mütləq şərtdir. Cinayət Məcəlləsinin 182-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə cinayət əməli özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə anından başa çatmış hesab edilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin bütün tərkib əlamətləri var və bu səbəbdən də məhkəmə onun əməllərini Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmiş və həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləti başa çatmış cinayətlərdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş hal/hallar yoxdur. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyindən zərərçəkmiş şəxslərlə barışmamış, sonunculara vurulmuş ziyanı ödəməmiş və vurulmuş ziyanı digər şəkildə aradan qaldırmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, tərəflər arasında barışığın əldə edilməməsini, cinayətlərin törədilmə üsulu və mexanizmini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrin sanksiyasına əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməlidir. Qanunun bu tələbi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli onun tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub cinayət işinə əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk, Zərərçəkmiş şəxs2 tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş 6 (altı) vərəqdən ibarət yazışmaya dair çıxarışlar, Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına təqdim etdiyi 4 (dörd) vərəqdən ibarət yazışma və bank köçürülməsinə dair çıxarış sənədləri, Şahid24 ibtidai istintaq orqanına təqdim etdiyi 1 (bir) ədəd CD disk, Təqsirləndirilən şəxs sərbəst səs nümunələrinin olduğu 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Apple” markalı, “İphone 13 Pro” modelli mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 300 (üç yüz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırmaq hüquqları izah edilməlidir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və həmin maddələr ilə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub cinayət işinə əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk, Zərərçəkmiş şəxs2 tərəfindən ibtidai istintaq orqanına təqdim edilmiş 6 (altı) vərəqdən ibarət yazışma çıxarışları, Zərərçəkmiş şəxs1 ibtidai istintaq orqanına təqdim etdiyi 4 (dörd) vərəqdən ibarət yazışma və bank köçürməsinə dair çıxarış sənədləri, Şahid24 ibtidai istintaq orqanına təqdim etdiyi 1 (bir) ədəd CD disk, Təqsirləndirilən şəxs sərbəst səs nümunələrinin olduğu 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Apple” markalı, “İphone 13 Pro” modelli mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli digər əmlak yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırmaq hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar