Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-149/2025 29.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X19 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər – Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1981-ci ildə Cəbrayıl rayonu, Tatar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, orta təhsilli, işsiz, Cəbrayıl rayonu, Tatar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penİtensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.1, 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx.xx.1974-cü ildə Cəbrayıl rayonu, Kürtlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olunmayan, orta təhsilli, işsiz, Cəbrayıl rayonu, Qalacıq kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs2 təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməklə cinayət yolu ilə əldə edilmiş külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etməyi, gizlətməyi və onlar üzərində sərəncam verməyi qabaqcadan vəd verib qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, həmçinin, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Şəhruz» ləqəbli şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən “Şəhruz” ləqəbli şəxs və qeyriləri tərəfindən naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli İran İslam Respublikasından keçirilməklə qaçaqmalçılıq cinayəti yolu ilə əldə edilmiş külli miqdarda narkotik vasitəni Təqsirləndirilən şəxs1lə birlikdə əldə etməyi, gizlətməyi və üzərində sərəncam verməyi qabaqcadan vəd verərək qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, «Şəhruz» ləqəbli şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə qaçaqmalçılıq yolu ilə dövlət sərhədindən Azərbaycan Respublikası ərazisinə keçirdikləri külli miqdarda narkotik vasitəni Zəngilan rayonu, Şərifan kəndinin yaxınlığında yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona məlumat verdikdən sonra aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 onun göstərişi əsasında idarə etdiyi “Daewoo Racer minik” markalı, **-DE-*** qeydiyyat nişanlı avtomobillə N fevral 2023-cü il tarixdə qeyd olunan ünvana gedərək oradan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 8474,1 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı 02 ədəd idman çantasında əldə edib, üzərində saxlamaqla avtomobili istiqamətində daşıyaraq oradan uzaqlaşmaq istəyən zaman bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2002 saylı Hərbi Hissəsinin 7-ci sərhəd Zastavasının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində N fevral 2023-cü il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs1 Zəngilan rayonu, Şərifan kəndinin yaxınlığında, Dövlət Sərhəd Xidmətinin 2002-saylı Hərbi Hissəsinin, 2-ci sərhəd komendantlığının 7-ci Sərhəd Zastavasının, 3-cü sahəsinin arxa istiqamətində, 40/1 nömrəli sərhəd nişanından 300 metr solda, dövlət sərhəd xəttindən 4000 metr aralıda, Horadiz-Ağbənd avtomobil yolunun sol kənarında, yoldan 5 metr məsafədə saxlanılaraq çantalara baxış keçirilən zaman iki ədəd qara-qəhvəyi rəngli üzərlərində “CAT” sözləri yazılmış idman çantalarının içərilərindən üzərləri yapışqan lentlə bağlanmış halda 11 ədəd qara rəngli, 05 ədəd sarı rəngli polietilen bağlamalarda və 01 ədəd ağız hissəsi bağlanan polietilen paketdə ayrı-ayrılıqda çəkiləri 529,9 qram, 534,1 qram, 508,7 qram, 531,3 qram, 615,5 qram, 522,9 qram, 506,9 qram, 527,4 qram, 522,1 qram, 515,9 qram, 499,9 qram, 516,7 qram, 510,3 qram, 520,0 qram, 545,9 qram, 516,0 qram və 50,6 qram olmaqla külli miqdarda, ümumi çəkisi - 8474,1 (səkkiz kiloqram dörd yüz yetmiş dörd tam onda bir qram) bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Peyzad» ləqəbli şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən “Peyzad” ləqəbli şəxs və qeyriləri tərəfindən naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli İran İslam Respublikasından keçirilməklə qaçaqmalçılıq cinayəti yolu ilə əldə edilmiş külli miqdarda narkotik vasitəni əldə etməyi, gizlətməyi və üzərində sərəncam verməyi qabaqcadan vəd verərək qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, «Peyzad» ləqəbli şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə qaçaqmalçılıq yolu ilə dövlət sərhədindən Azərbaycan Respublikası ərazisinə keçirdikləri külli miqdarda narkotik vasitəni Füzuli rayonu ərazisində dəqiq məlum olmayan ünvanda yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə ona məlumat verdikdən sonra istintaqa məlum olmayan tarixdə və şəraitdə Füzuli rayonu ərazisindən satış məqsədi ilə qanunsuz olaraq «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən külli miqdarda 2006,7 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 9205 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 1 ünvanına daşıyaraq əvvəlcədən satışa hazırlamaq məqsədi ilə əldə etdiyi narkotik vasitə heroinin 31,2 qramını bir ədəd bükümdə və narkotik vasitə qurudulmuş marixuananın 105,0 qramını bir ədəd sellofan bağlamada qablaşdırıb üzərində, qalan hissəsini isə yaşadığı evdə saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotİklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 29 mart 2023-cü il tarixdə, saat 01:50-də ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq ünvan 5 yerləşən Baş İdarəyə aparılaraq həmin gün saat 03:30-dan etibarən üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 31,2 qram çəkidə narkotik vasitə heroin və bir ədəd sellofan bağlamada 105,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmin gün saat 05:05-dən etibarən yaşadığı ünvan 1 ünvanına özünün razılığı və iştirakı ilə baxış keçirilərkən evin zirzəmisindən bir ədəd narıncı rəngli kisənin içərisindən iki ədəd bağlamada satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda ayrı-ayrılıqda çəkiləri 976,7 qram və 998,8 qram olmaqla ümumi çəkisi 1975,5 qram narkotik vasitə heroin, dörd ədəd sellofan bağlamada külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1609,7 qram, 1577,5 qram, 2939,1 qram və 2973,7 qram olmaqla ümumi çəkisi 9100 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməklə cinayət yolu ilə əldə edilmiş külli miqdarda narkotik vasitəni əldə etməyi, gizlətməyi və onlar üzərində sərəncam verməyi qabaqcadan vəd verib qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Şəhruz» ləqəbli şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən “Şəhruz” ləqəbli şəxs və qeyriləri tərəfindən naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli İran İslam Respublikasından keçirilməklə qaçaqmalçılıq cinayəti yolu ilə əldə edilmiş külli miqdarda narkotik vasitəni Təqsirləndirilən şəxs2la birlikdə əldə etməyi, gizlətməyi və üzərində sərəncam verməyi qabaqcadan vəd verərək qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etmiş, «Şəhruz» ləqəbli şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə qaçaqmalçılıq yolu ilə dövlət sərhədindən Azərbaycan Respublikası ərazisinə keçirdikləri külli miqdarda narkotik vasitəni Zəngilan rayonu, Şərifan kəndinin yaxınlığında yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs2 məlumat verdikdən sonra aralarında olan vəzifə bölgüsünə əsasən sonuncunun göstərişi əsasında idarə etdiyi “Daewoo Racer minik” markalı, **-DE-*** qeydiyyat nişanlı avtomobillə N fevral 2023-cü il tarixdə qeyd olunan ünvana gedərək oradan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 8474,1 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı 02 ədəd idman çantasında əldə edib, üzərində saxlamaqla avtomobili istiqamətində daşıyaraq oradan uzaqlaşmaq istəyən zaman bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2002 saylı Hərbi Hissəsinin 7-ci sərhəd Zastavasının əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində N fevral 2023-cü il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs1 Zəngilan rayonu, Şərifan kəndinin yaxınlığında, Dövlət Sərhəd Xidmətinin 2002-saylı Hərbi Hissəsinin, 2-ci sərhəd komendantlığının 7-ci Sərhəd Zastavasının, 3-cü sahəsinin arxa istiqamətində, 40/1 nömrəli sərhəd nişanından 300 metr solda, dövlət sərhəd xəttindən 4000 metr aralıda, Horadiz-Ağbənd avtomobil yolunun sol kənarında, yoldan 5 metr məsafədə saxlanılaraq çantalara baxış keçirilən zaman iki ədəd qara-qəhvəyi rəngli üzərlərində “CAT” sözləri yazılmış idman çantalarının içərilərindən üzərləri yapışqan lentlə bağlanmış halda 11 ədəd qara rəngli, 05 ədəd sarı rəngli polietilen bağlamalarda və 01 ədəd ağız hissəsi bağlanan polietilen paketdə ayrı-ayrılıqda çəkiləri 529,9 qram, 534,1 qram, 508,7 qram, 531,3 qram, 615,5 qram, 522,9 qram, 506,9 qram, 527,4 qram, 522,1 qram, 515,9 qram, 499,9 qram, 516,7 qram, 510,3 qram, 520,0 qram, 545,9 qram, 516,0 qram və 50,6 qram olmaqla külli miqdarda, ümumi çəkisi - 8474,1 (səkkiz kiloqram dörd yüz yetmiş dörd tam onda bir qram) bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının 28-də ailəsi ilə birlikdə yaşadığı Mingəçevir şəhərindən Bakıya dostu Elmangilə gəlmişdir. Onun Bakıya gəlməkdə məqsədi Təqsirləndirilən şəxs1 işi ilə bağlı Seymur adlı şəxslə görüşmək olmuşdur. O, Elmangilin evinə çatmış, qardaşı da Elmangildə onu gözləyirmiş. O, qardaşına rayona getməsi üçün pul verməli imiş. Elmangilin evinə çatdıqdan sonra təxminən 30-40 dəqiqə söhbət etmişlər. Daha sonra qardaşı və Elman mağazaya getmişlər. Saatın neçə olduğunu xatırlamır. O, qardaşı və Elman getdikdən sonra evin həyətinə çıxmışdır. Daha sonra çöldən bərk səs eşitmişdir. Qapıya yaxınlaşıb çölə baxmaq istəyən zaman 30 nəfərə yaxın silahlı adam görmüşdür. Həmin şəxslər ondan özünü təqdim etməsini istəmişlər. O adını dedikdən sonra, onu yerə yıxmışlar və cibində olan 500 manata yaxın pulunu götürmüşlər. Həmçinin həyətdə olan maşınından da tutulduğu gündən bəri rəsmi məlumat ala bilmir. Həyətdə yerə bükümlərdə nə isə düzmüşlər. Həmin bükümlərdə nə olduğundan məlumatı olmamışdır. Ondan həmin bükümlərin ona aid olub-olmadığını soruşmuşlar, o isə həmin bükümlərdən məlumatının olmadığını demişdir. Daha sonra onu idarəyə aparmışlar. İdarədə ona fiziki təzyiqlərdən əlavə, psixi təsirlər də etmişlər. Onlar saxlanılan zaman Elmanın həyat yoldaşı da evdə olmuşdur. İdarədə onun ciblərinə böyük bir büküm qoymuşlar. Büküm cibinə yerləşmədiyi üçün onun əynində olan gödəkçəni də cırmışlar. O narkotik vasitələrin onun olmadığını dediyi üçün videoçəkiliş bir neçə dəfə təkrar aparılmışdır. Daha sonra Elmanı, qardaşı Vüsalı, Elmanın həyat yoldaşını, həm də onu yükləyəcəklərini bildirmişlər. Buna görə o məcbur qalıb onlarla razılaşmışdır. O əvvəlcə düşünürmüş ki, yalnız cibinə qoyulan narkotik vasitə ilə ona ittiham veriləcək. Daha sonra digər bükümləri də ona götürməyini dedikdə o yenə razılaşmamışdır. Bu zaman həmin bükümləri qardaşı və Elmana yükləyəcəklərini bildirmişlər. Bir neçə saatdan sonra müdafiəçi gəlmişdir. Müdafiəçi gələnə qədər videoçəkilişdə nə deyəcəyini razılaşdırmışlar. Cibinə bükümlərdən əlavə bir ədəd açar da qoymuşlar. Elmangilin evinə gəldikdə qapını Elman açmışdır. Evdən çıxan bütün narkotik vasitələri polis əməkdaşları özləri gətirmişlər. Onu fiziki təzyiqdən əlavə, psixi təsirə görə, yanında olan digər şəxsləri də yükləyəcəkləri ilə hədələdikləri üçün onlarla razılaşmaq məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs2 əlavə suallara cavab olaraq bildirmişdir ki, Şahid2 ona Baş idarədə cəmi 01 şillə vurmuşdur. Ancaq digərləri onu döymüşlər. Şahid1 ona qarşı fiziki təsir göstərmişdir. O Elmangilin evinə heç bir narkotik vasitə gətirməmişdir. O əvvəllər narkotik vasitə marixuana istifadə etmişdir. Təqsirləndirilən şəxs1 saxlanıldığı üçün İlhama kömək etmək məqsədilə tanışının BNMİ-də işlədiyini dediyi Surxay adlı şəxslə görüşmək üçün o Bakıya gəlmişdir. Onun tanışı nömrəsini Surxay adlı şəxsə vermişdir. Tanışı mart ayının 28-də zəng vurmuşdur ki, sabaha Surxayla görüşmək üçün Bakıya gəlsin. Qardaşı Vüsal da Bakıda olmuşdur. Bakıya çatdıqdan sonra Elmangilin evinə gəlmiş, qardaşı da orada olmuşdur. Daha sonra bir az söhbətləşdikdən sonra qardaşı və Elman mağazaya getmişlər. Polis əməkdaşları elə birinci qardaşı və Elmanı küçədə saxlamışlar. Onun üzərində heç bir narkotik vasitə olmamışdır. O Elmanı uzun müddətdir tanıyır, narkotik vasitə ilə heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs1lə yaxın olmuşlar, münasibətləri yaxşı olmuşdur. Laçında birlikdə iş götürmüşlər. O, Təqsirləndirilən şəxs1 çanta götürməsi barədə göstəriş verməmişdir. Onlar birlikdə yemək yeyən zaman Yusifəli adlı dostundan zəng gəlmişdir. O, Yusifəli ilə həbsdə tanış olmuşdur. Yusifəli həbsdən zəng vurmuşdur. Yusifəli ona Zəngilan rayonu ərazisində içərisində inşaat materialları olan bir çanta olduğunu və onu götürmək lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs1 də bunu eşidən zaman həmin əraziləri tanıdığını və çantanı götürə biləcəyini bildirmişdir. Yusifəli ilə danışıqdan bir həftə sonra Təqsirləndirilən şəxs1 çantanı götürmüşdür. O, çantada narkotik vasitə olduğunu bilməmiş, əgər bilsə, Təqsirləndirilən şəxs1 çantanı götürmək üçün göndərməzdi. Təqsirləndirilən şəxs1 çantanı götürdükdən sonra ona zəng vuraraq çantada qanunsuz əşyaların olduğunu bilib-bilmədiyini soruşmuşdur. O çanta barədə olan məsələni unutmuşdur. Hansı çanta barədə soruşduqda, İlham dostunun götürmək üçün ona dediyi çantanı xatırlatmışdır. O İlhama həmin çantada qanunsuz əşya olması barədə məlumatı olmadığını, əgər elədirsə, çantanı maşınına qoymamasını demişdir. Sonradan Təqsirləndirilən şəxs1 ona demişdir ki, saxlanılandan sonra əməkdaşlar özü ona zəng etdirmişlər. O Təqsirləndirilən şəxs1 saxlanıldığını 3-4 gün sonra bilmişdir. Ona Yusifəlidən başqa bir şəxs də zəng vurmuşdur. Həmin şəxs ona çantanın yerini deyib, deyilən yerdən götümək lazım olduğunu, çantanı nə edəcəklərini Yusifəlinin özünün ona bildirəcəyini demişdir. Yusifəli ilə birlikdə həbsdə olmuşdur. O, AR CM-nin 234.2-ci maddəsi ilə tutulmuş, Yusifəlinin hansı maddə ilə tutulduğunu bilmir. Yusifəlinin narkotik vasitə istifadə etməsindən məlumatı olmamışdır. Videoçəkiliş əvvəlcə idarədə olmuş, daha sonra Elmanın evinə baxış keçirilmişdir. Onu yanında olan şəxsləri də yükləyəcəklərini bildirdiklərinə görə məcbur olub razılaşmışdır. Onu Təqsirləndirilən şəxs1 bir ay sonra saxlamışlar. Onu saxlayan zaman Təqsirləndirilən şəxs1lə bağlı saxladıqlarını bildirmişlər. Ona qarşı edilmiş fiziki təsirlərlə bağlı Nərimanov rayon Prokurorluğundan yanına ekspert gəlmiş, qollarında yanıq izləri olmuşdur. Polis əməkdaşlarının ona qarşı qərəzinin nə olmasını bilmir. Elmangilin evində olan zaman orada Elmanın həyat yoldaşı Xatirə, Elman və qardaşı Vüsal da olmuşdur. Hadisə qardaşı Vüsalın məhkəmə iclasında verdiyi ifadədəki kimi olmuşdur. Onu həyətdə saxladıqdan sonra bükümləri yerə düzmüşlər. Bükümlərdə nə olduğunu bilməmiş, sonra onun olduğunu demişlər, o isə razılaşmamışdır. Daha sonra bükümlərlə birlikdə idarəyə getmişlər. İdarəyə gedən zaman onu, Elmanı və Vüsalı aparmışlar. Elmanın həyat yoldaşı evə polis əməkdaşlarının girdiyini görmüşdür. Elmanın həyat yoldaşını İdarəyə aparmamışlar. İdarəyə getdikdən 3-4 saat sonra, səhərə yaxın evə qayıtmışlar. Evə qayıdan zaman evdə heç kəs olmamış, qapı bağlı olmuşdur. Evin içində narkotik vasitə olmamış, narkotik vasitələri polis əməkdaşları özləri ilə gətirmişlər. Evin qapısı bağlı olmuş, Elman hasarın üstündən həyətə keçmiş, darvazanı arxadan açmışdır. Qapı açıldıqdan sonra polis əməkdaşları narkotik vasitəni həyətə yerləşdirmişlər, ona da videoçəkiliş aparılan zaman narkotikin yerini göstərməyini demişlər, daha sonra isə videoçəkiliş olmuşdur. Videoçəkiliş bir neçə dəfəyə çəkilmişdir. O, Elmanın evində heç vaxt yaşamamışdır. Hadisə baş verən günü o Bakıya saat 23 radələrində çatmışdır. Onun Mingəçevirdə öz evi və ailəsi var. Polis əməkdaşları narkotik vasitəni onun gödəkçəsinin cibinə qoyan zaman gödəkcəni cırmışlar. Onun çantanın içində nə olduğundan xəbəri olmamışdır. O Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır, İlhamın narkotik vasitələrlə heç bir əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs1 işinin dalınca getmişdir. Saxlanılmazdan bir gün əvvəl Füzuli şəhərində olmamışdır. O Mingəçevir şəhərində olan evindən birbaşa Bakıya gəlmişdir. Ona Füzulidə olduğunu deməyə polis əməkdaşları məcbur etmişdir. Ondan üzərindən başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığını təhqiqatçı soruşmuşdur. Ona videoçəkilişdən əvvəl bütün deyəcəklərini öyrətmişdirlər. Ona psixi təsir edirmişlər, belə ki, qardaşı və Elman barədə də cinayət işi açılacağı ilə onu təhdid etmişdirlər. Həmçinin DSX-nin onun barəsində axtarış elan etdiyini bildirmişdilər. Mənzilə baxış videoçəkilişində aşkar edilmiş narkotik vasitələr barədə məlumatı yoxdur, heç həmin narkotik vasitələrin nə olduğunu bilmir. Çəkilişdən əvvəl ona həmin narkotik vasitənin heroin olduğunu bildirmişlər. O, heroinin nə olduğunu soruşduqda, “bizim” dildə “kokos” adlandığını demişlər. Bu səbəbdən videoda narkotik vasitə “deyəsən “kokos”dur” ifadəsini işlətmişdir. O, sonuncu dəfə həmin evdə 2 ay əvvəl olmuşdur. 050-404-55-8 saylı nömrə ona məxsusdur. “Şahruz” adlı şəxslə İlham saxlandığı günün səhərisi gün İlhamın tutulması barədə danışmışdır. Şahruz İlham saxlanmamışdan bir həftə əvvəl ona zəng vurub bildirmişdir ki, onun cəzaçəkmə müəssisəsindən tanışı olan Yusifəlinin dostudur, Zəngilan zonasında fəhlələrə məxsus çantanı götürməyini xahiş etmişdir. Şahruz çantanın içində tikinti alətlərinin olduğunu demişdir. O Yusifəlinin hansı əməli törətməsinə görə həbs edildiyini xatırlamır. Yusifəli, səhv etmirsə narkotik vasitəyə görə həbs edilməmişdir. O, “Alyans” şirkətində işləmiş, Qarabağ bölgəsində işləmək üçün işçi briqadası yığıb aparırmış. Tikinti alətləri hər bir ustanın özündə olurmuş. Qarabağa apardıqları ustalar daimi həmin fəaliyyətlə məşğul olan şəxslər olmuşdur. Tikinti alətləri olan çantanı götürməyi ona həbsdə olan dostu Yusifəli demişdir. Ola bilsin ki, Yusifəli çantada narkotik vasitə olduğunu bilmiş, lakin ona bu barədə deməmişdir. Çantanın olduğu ərazi işğaldan yeni azad olunmuş ərazi olmuşdur. İlham saxlanıldıqdan sonra ona zəng vurmuşdur. İlham telefonda ona çantada qeyri-qanuni əşyanın olduğunu bilib-bilmədiyimi soruşmuş, o da çantada qeyri-qanuni əşya yox, tikinti alətlərinin olduğunu bildiyini demişdir. Daha sonra İlham ona saxlanıldığını demişdir. O sonra Şahruza zəng vurmuş, dediyi çantanın içində qeyri-qanuni hansı əşya olduğunu, bu çantaya görə İlhamı tutduqlarını bildirmişdir. Şahruz çantada heç bir qeyri-qanuni əşya olmadığını bildirmiş və yığıb məsələni aydınlaşdırmaq üçün İlhamın nömrəsini istəmiş, o da nömrəni vermişdir. İlhamla danışdıqdan sonra Şahruz ona təkrar zəng vurmuş və İlhamın tutulmadığını, nə üçün yalan danışdığını soruşmuşdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi 29 mart 2023-cü il və 30 mart 2023-cü il tarixli ifadələrindən görünür ki, əvvəllər məhkum olunmuşdur, subaydır, rəsmi olaraq heç yerdə işləmir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətində həbs olunmuş, həbsdən azad olunduqdan sonra narkotik vasitə heroindən və marixuanadan istifadə etməyə başlamış, heroini falqa kağızına qoyub isitdikdən sonra yaranan tüstünün ağzına çəkməklə, marixuananı siqaret giləsinə doldurub siqaret kimi çəkməklə qəbul etmişdir. Həmin maddələri Bakı şəhərində ayrı-ayrı şəxslərdən alıb istifadə etmiş, həmin şəxslərin anket məlumatlarını və telefon nömrələrini bilmədiyi üçün qeyd edə bilmir. 2023-cü ilin əvvəllərində sosial şəbəkədə “Peyzad” kimi bildiyi İİR vətəndaşı ilə tanış olmuş, onunla bir neçə gün danışdıqdan sonra onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olduğunu bilmiş və ondan hər zaman istifadə etdiyi maddələrdən almağa başlamışdır. Peyzad adlı şəxsə istədiyi maddənin qramını demiş, “Peyzad” kart nömrəsi göndərmiş, həmin karta pulu ödəyib qəbzin şəklini "watsapp” ani mesajlaşma mübadiləsi sistemində Peyzada göndərdikdən sonra sonuncu narkotik maddələri qoydurduğu yerin şəkilini ona eyni qaydada göndərmişdir. Bu forma daha təhlükəsiz olduğundan eyni qaydada narkotik vasitələr almağa başlamışdır. Son vaxtlarda artıq maddi sıxıntılarına görə narkotik vasitə ala bilməmiş və “Peyzad”dan ona nisyə narkotik vasitə verməsini xahiş etmişdir. Lakin “Peyzad” onunla razılaşmamış və ona aid olan narkotik maddələri götürüb deyəcəyi yerə qoymağı müqabilində pul verə biləcəyini demişdir. İlk başlarda onunla razılaşmasa da, sonradan ağrıları və maddi imkansızlıq səbəbindən razılaşmalı olmuş və ona bu barədə məlumat vermiş və “Peyzad” ondan xəbər gözləməyini demişdir. xx.xx.2023-cü il tarixdə “Peyzad” ona “watsapp” ani mesajlaşma mübadiləsi sistemində zəng edərək, narkotik vasitələri Füzuli rayonu, Babı kəndinin ərazisinə qoydurduğunu, orada 01 ədəd kisədə müxtəlif bükümlərdə narkotik maddələr olduğunu, onları götürüb özündə saxlamağını, onları Bakı şəhərində deyəcəyi yerə qoymağı müqabilində 5.000 manat (beş min) pul verəcəyini bildirmişdir. Onunla razılaşmış və “Peyzad” ondan Füzuli rayonu, Babı kəndinə getməyini istəmişdir. Həmin gün yol taksiləri ilə Füzuli rayonu, Babı kəndinə getmiş və “Peyzad”a bu barədə demişdir. “Peyzad” ona narkotik vasitələrin olduğu yerin şəklini göndərmiş və onun dediyi istiqamətdə gedib 01 ədəd kisəni götürmüşdür. Həmin vaxt tək olmuş və yanında başqa şəxslər olmamışdır. Maddələri götürüb yol maşını ilə Bakı şəhərinə qayıdıb dostu X23 yaşadığı evin zirzəmisinə qoymuşdur. Şahid8lə uşaqlıqdan dost olmuşlar və birlikdə ona aid olan evdə yaşayır. Şahid8 demədən narkotik maddələri onun yaşadığı evin zirzəmisinə qoyaraq bu barədə “Peyzad”a demiş, sonuncu səhəri günü ona xəbər edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə “Peyzad”la danışan zaman o, bir ədəd bükümdə heroin və bir ədəd bükümdə marixuana götürüb üzərində saxlamağını, onları deyəcəyi yerə atmağını istəmiş, etiraz etməyərək kisəni açıb oradan bir bükümdə heroin və bir bükümdə marixuana götürüb əynində olan gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Evdən çıxıb “Peyzad”a məlumat vermiş, sonuncu ondan zəng gözləməyini demişdir. Peyzadın işinin gecikəcəyini düşünüb qardaşı Şahid9 və dostu X33 zəng edərək, birlikdə yemək yeyib spirtli içki içməyi təklif etmiş, həmin şəxslər onunla razılaşmışlar. Onlar həmin gün təxminən saat 21-22 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsində adını bilmədiyi kafelərin birində görüşmüş, görüşüb yemək yesələr də, spirtli içki içməmişlər. Orada bir qədər oturub söhbət etmişlər və xx.xx.2023-cü il tarixdə təxminən saat 01 radələrində “Peyzad”a zəng etmişdir. “Peyzad” adamının Bakı şəhərində olmadığını deyərək səhəri günü ona xəbər edəcəyini bildirmiş, bundan sonra onlar birlikdə evə getmək qərarına gəlmişlər. Elman qardaşına müraciət edərək, saatın gec olduğunu və onlarla birlikdə qalmasını istəmiş, qardaşı razılaşmışdır. Həmin vaxta qədər dostunun və qardaşının onun üzərində narkotik vasitə olmasından məlumatları olmamışdır. Beləliklə onlar kafedən çıxıb yaşadıqları ev istiqamətində gedən zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, özünü təqdim etdikdən sonra həmin şəxslər də, özlərini təqdim edib DİN-in BNMİ-nin əməkdaşları olduqlarını deyərək onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu deyərək onu Baş İdarəyə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və polis əməkdaşları qardaşını və dostunu da Baş İdarəyə dəvət etmişlər. Onlar da etiraz etməmiş və birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarədə vəkillə təmin olunmuş və təhqiqatçı tərəfindən saxlanılmasının səbəbi izah edilmişdir. Vəkil gəldikdə ona təqdim olunaraq hüquq və vəzifələri izah edilmiş və üzərinə şəxsi axtarış aparılacağı izah edilmişdir. Etiraz etmədikdən sonra videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış başlanılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ilkin olaraq ona üzərində qanunsuz əşya varsa təqdim etməsini təklif etmiş, üzərində narkotik vasitə heroin və marixuana olduğunu deyərək əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən iki ədəd bükümü, 03 ədəd mobil telefonunu, şəxsiyyət vəsiqəsini və 02 ədəd evin açarlarını təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar olunan 02 ədəd bükümün içərisində narkotik vasitə heroin və marixuana olduğunu, həmin maddələri İİR vətəndaşı “Peyzad” adlı şəxsin dediyi yerdən, götürüb sonuncunun deyəcəyi yerə qoyması müqabilində 5.000 manat (beş min) pul alacağını və yaşadığı evdə də, həmin maddələrdən olduğunu, həmin maddələri təqdim edə biləcəyini, dostunun və qardaşının üzərində və yaşadığı evdə narkotik vasitə olmasından xəbərlərinin olmadığını bildirmişdir. Bundan sonra bükümlər qablaşdırılaraq götürülmüş, mobil telefonları və şəxsiyyət vəsiqəsi götürülsə də, açarlar özünə geri qaytarılmışdır. Bundan sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara da nümayiş etdirilmiş, sonda bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, protokol düz yazıldığı üçün digər iştirakçılarla birlikdə protokola imza etmişdir. Bundan sonra o və dostu Elman Sariyev ərizə yazaraq birgə yaşadıqları evə baxış keçirilməsinə etiraz etmədiklərini bildirmiş və polis əməkdaşları ilə birlikdə yaşadıqları evə getmişlər. Oraya çatan zaman video çəkilişdən istifadə edilməklə yaşadıqları evə baxış keçirilmişdir. Bu zaman evin qapısını özündə olan açarla açmış və evin zirzəmisinin qapısını açaraq oradan 01 ədəd torbanı təqdim etmişdir. Torbaların içərisinə baxış keçirilən zaman ayrıayrı bükümlərdə narkotik vasitə heroin və marixuana aşkar edilmiş, bükümlər qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı ilkin şifahi izahatını təsdiq etmiş, bundan sonra videoçəkiliş dayandırılıb polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəlmişlər. Orada videoçəkiliş nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, protokol düz yazıldığı üçün digər iştirakçılarla birlikdə protokola imza etmişdir. (cild 1, iş vərəqə 77-80, 93-95) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi 29 avqust 2023-cü il tarixli ifadələrindən görünür ki, təxminən 15-17 fevral 2023-cü il tarixdə evdə olduğu zaman əvvəllər məhbus həyatı yaşadığı zaman Penitensiar Xidmətin Müalicə Müəssisəsində tanış olduğu Yusifəli adlı məhbus yoldaşı onunla əlaqə saxlamış və ona “sənə bir nəfər zəng edəcək, onun deyəcəyi yerdə bir ədəd sumka var, həmin sumkanı götürüb bizə çatdırmaq lazımdır, həmin sumkada alətlər (tikinti alətləri) olmalıdır” deyə bildirmişdir. Qeyd olunan vaxt tanışı Təqsirləndirilən şəxs1 yanında olmuş, Yusifəli həmin sumkanın Qarabağın işğaldan yeni azad olunmuş ərazisində olduğunu dedikdə sonuncuya oranı tanımadığını demişdir. Yusİfəli ilə danışığı bitirdikdən sonra İlham həmin içərisində tikinti alətləri olan sumkanı Yusifəli ilə danışıb özünün götürüb tikintidə istifadə etmək istədiyini bildirmiş, cavabında bu barədə Yusifəli ilə danışacağını demişdir. Səhəri gün yenidən İlhamla bir yerdə olduğu zaman tanımadığı bir nəfərdən zəng gəlmiş, zəngi açdığı zaman həmin şəxs özünü Yusifəlinin tanışı kimi təqdim etmiş və ona Yusifəlinin dediyi sumkanın Qarabağ ərazisinə, Zəngilan rayonuna qoyulduğunu demişdir. Lakin həmin şəxs nə adını, nə də haralı olduğunu deməmiş, özü də bu barədə maraqlanmamışdır. Yusifəlinin tanışı kimi özünü təqdim edən şəxslə danışdığı zaman İlham yanında olduğundan zəng edən şəxsin bağlamanın harada olmasını deməsini eşitmiş və özünün oranı tanıdığını, həmin yerə gedəndə götürəcəyini demişdir. N fevral 2023-cü il tarixdə səhər saatlarında İlham ona zəng edərək “xalaoğlu o sumka var idiye bizə deyilən, həmin sumkanın içərisindəkinin apasnı şey olduğunu bilirdin?" deyə soruşmuş, həmin vaxt İlhama “sumkadakı apasnı şeydi ki?” sualını verdikdə sonuncu “hə” deyə cavab vermişdir. Bu zaman İlhama “apasnı şeydirsə götürmə, əlivi vurma” demiş, bu vaxt İlham onu tutduqlarını demişdir. İlhamdan bunun səbəbini soruşduqda sonuncu ona “sumkadakı apasnı şeydir” deyə bildirmiş, həmin vaxt ilhama “dayan bizə zəng edən nömrəyə zəng vurum görüm sumkaya nə qoyub?” demişdir. Bununla da İlhamla danışıqlarımız başa çatmış, bundan sonra bir neçə gün əvvəl zəng edib özünü Yusifəlinin tanışı kimi təqdim edən şəxsə zəng edib “ora qoyduğunuz sumkadakı nə təhlükəli şey olub ki, mənim xalamoğlunu tutublar” deyə soruşduqda həmin şəxs “ola bilməz ki, onu tutsunlar, ver mənə xalanoğlunun nömrəsini” demiş, həmin şəxsə İlhamın mobil nömrəsini vermişdir. Bir qədər sonra həmin şəxs onunla əlaqə saxlayıb “xalanoğlu İlhamı tutmuyublar, niyə yalan danışırsan, mənə deyir ki, yol gedirəm” deyə bildirmiş, bundan sonra İlhamla danışmaq üçün bir neçə dəfə zəng etsə də, ona düşə bilməmişdir. Bir neçə gündən sonra İlhamın oğlundan atasının tutulmasını eşitmişdir. (cild 3, iş vərəqə 114-117) Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Qarabağ müharibəsi veteranıdır. 05 il döyüş əməliyyatlarında iştirak etmişdir. Sonra usta və daha sonra "xxxx" ASC-də işləmişdir. Bundan sonra Nazirlər Kabinetinin əmri ilə Kəlbəcərdə işləmişdir. Oradan gələndən sonra maaşı azaldığına görə o, Ağalı kəndində traktorçu işləməyə başlamışdır. Daha sonra yanvar ayının 8-dən digər kəndlərdə kanal qazmada işləmişdir. Daha sonra Laçında işləmiş və iş bitdikdən sonra geri qayıtmışdır. Həmin dövrdə Laçında yerləşən ata evində də olmuşdur. Onda 27 nəfərin pasportu olmuşdur. Nəşə tapılan yeri o traktorla kürümüşdür. Həmin əraziləri o çox yaxşı tanıyır. Həmin kənddə o 3 ay qalmışdır. 30 nəfərə adam başına 900 (doqquz yüz) manat maaş verilirmiş. O Laçına işə gedirmiş. Orada aeroport və ağıllı kənd tikilmişdir. Zeynullahla bir-birini 40 ildir ki, tanıyırlar. Zeynullahla ailəvi qohumdurlar. Laçın şəhərində işləmək üçün ustalar lazım olmuşdur. Onun narkotik vasitə ilə heç vaxt əlaqəsi olmamışdır. Zeynullah ona Laçında uşaqların çantası olduğunu bildirərək gedəndə həmin çantanı götürməyini tapşırmışdır. Laçında körpünün üstündə ermənilər var imiş və o fermanın qabağında avtomobilini saxlamışdır. Həmin yerdə kamera da olmuşdur. Bir az dincəlmiş, sonra çantanı götürüb gəlmək istəyirmiş. Həmin dövrdə o komendant postundan keçmişdir. Orada maşın tam yoxlanılır. O 2 dənə idman çantasını görmüş və usta çantası olmadığından şübhələnərək çantaları götürməmişdir. Geri qayıtdıqda avtomatla səs etmişlər və ona tərpənməməyini bildirmişlər. O maşının yanında dayanmışdır. 7-8 nəfər çəkilişlə gəlmişdir. Onun başına torba keçirdərək, “Camaatı niyə zəhərləyirsən?” demişlər. O nə baş verdiyini soruşduqda, çantanı maşının yanına gətirərək ona “Bir-bir boşalt” demişlər. O çantanı açanda qara rəngli sellofanları görmüşdür. Nə olduğunu soruşduqda, “Bilmirsən nədir? 11 il iş alanda bilərsən” demişlər. Onu hərbi hissəyə gətirmişlər. Hərbi hissədə Zeynullahın ona həmin çantanı götürməyini tapşırdığını bildirmişdir. Hərbiçilər Zeynullaha zəng etməyini istəmişlər. Hər şey videoya çəkilir və səs yazılırmış. O, Zeynullaha “Mənim 2 balam var, niyə onları yetim qoyursan, bilmirsən çantada nə var?” deyə soruşduqda Zeynullah, “Çantada pis nəsə varsa, at” deyərək, həmin şəxsə zəng edəcəyini bildirmişdir. Bundan sonra ona zəng gəlmişdir. O həmin ustalardan olduğunu düşünmüşdür. Polislər zəngi açaraq mikrofona qoymağını istəmişlər. Zəngi açan zaman ona “Qaqa, nətərsən? Səndə 2 dənə çanta var” demişlər. O isə “Yaxşıyam, nə çantası?” deyə soruşmuşdur. Telefondakı şəxs ad, soyadını bildirmiş və kimin söylədiyini soruşduqda Zeynullahın dediyini bildirmişdir. Həmin şəxsə çantaların onda olduğunu bildirdikdə çantanın içərisində nə olduğunu və Zeynullahın ona bildirib-bildirmədiyini soruşmuşdur. O da öz növbəsində bildirmədiyini demişdir. Həmin şəxs çantanın içərisində nəşə olduğunu söyləyəndə çantanın onda olduğunu bildirmişdir. Onu avtomobilə aparmışlar və o maşında əyləşmişdir. Həmin şəxs whatsapp nömrəsi atmışdır. Həmin şəxsə Soltanlı ilə Mahmudlunun arasında olduğunu bildirmişdir. Həmin şəxs çantaları ya Daşburuna, ya da Böyük Bəhmənliyə aparmağını istəmişdir. O latın əlifbasını oxuya bilmir. Onu Bakı istintaq təcridxanasına aparmışlar. Zeynullaha inanmağına səbəb isə qohum və yaxın olmalarıdır. Təqsirləndirilən şəxs1 əlavə suallara cavab olaraq bildirmişdir ki, Zeynullahla ana tərəfdən qohumdurlar. Çantanı götürdüyü yer yolun kənarıdır. Həmin ərazi sərhəd deyil, oradan Xudafərin körpüsü görünür. Araz çayı ilə uzaq məsafədədir. Polislər “zəhərdir” deyəndə elə bilmişdir ki, çantada zəhər var və gölə töküləcək. Minalanmış ərazi ilə çantanın arasında çox məsafə yox imiş. Zeynullah həmin vaxt Saatlıda olmuşdur. Şahruzla telefonla sərhəd qoşunlarının işçilərinin yanında danışmışdır. O tutulana qədər Şahruza zəng etməmişdir. O, Laçına ancaq işləməyə getmişdir. O 2 ədəd təzə, qəşəng çanta olduğunu görmüşdür. Onlar köhnə, toz-torpaqlı olmamış və o qorxub maşının yanına qayıtmışdır. Həmin çantanı polislər açmışdır. Onun həmin çantaya əli o vaxtı dəymişdir. Səhər saat 08-dən sonra o fermanın yanından tərpənmişdir. Bağlamanı açıb ona göstərməmişlər. Əsgərləri şahid kimi çağırmışlar. O, çantaları təzə olduğu üçün götürməkdən çəkinmişdir. Çünki həmin vaxt Zəngəzur mübahisəsi də gedirmiş deyə çantaların içərisində bomba olmasından ehtiyat etmiş və götürməmişdir. Onu mülki və hərbi geyimli şəxslər saxlamışdır. O, avtomobilinə gedib əyləşmək istəyəndə səs-küy salaraq çəkilişlə ona yaxınlaşmışlar və başına torba keçirtmişlər. Ondan çantanı qaldırıb içərisini boşaltmağını istəmişlər. Laçında iş görmək üçün 10-15 gün idi ki, usta axtarırmışlar. O özü əvvəllər tikinti işləri ilə məşğul olmuşdur. Zeynullah da işləmək istədiyini bildirmişdir. Məntəqəni keçmək üçün onun icazəsi olmuşdur. Lakin Zeynullahın icazəsinin vaxtı bitmişdir. Zeynullahla o 27 nəfər usta tapmışlar və həmin ustaları mühəndisə təqdim etmişlər. Zeynullaha usta ləvazimatları olan çanta götürülməsi tapşırılmışdır. O da Zeynullaha yolunun üstü olduğu üçün götürə biləcəyini bildirmişdir. O, Laçına gedənə qədər 04 komendant postundan keçmişdir. Qayıdanda da eyni şəkildə həmin postlardan keçəcəkmiş. Zeynullah çantada narkotik vasitə olduğunu bildirməmişdir. Onun 50 yaşı var. İndiyə kimi nəşə belə dilinə dəyməmişdir. O Laçına işə gedirmiş. O Ağıllı kəndi ərazisində fermanın qarşısında yatmış, orada yatmağının səbəbi müşahidə kamerasının olması olmuşdur. O Ağıllı kəndi ərazisində işləmişdir. O Zeynullaha yalnız Laçına işə gedəndə ustaların çantasını götürüb özü ilə apara biləcəyini demişdir. O Laçında işləmək üçün maşınla işçilər daşıyırmış. Zeynullah onun işə gedəcəyini bilirmiş. O işləmək üçün Laçına işçilər aparacaqmış, işçilərin harada qalacaqlarına baxmaq üçün gedirmiş. ***-***-**-** saylı mobil nömrə ola bilsin ki, onun nömrəsi olsun. Şahruz adlı şəxslə o saxlanıldıqdan sonra onun telefonu vasitəsilə polis əməkdaşları danışmışdır. O, Şahruz adlı şəxsi tanımır. O, Qarabağ bölgəsinə çantanı götürmək üçün getməmiş, işləməyə getmişdir. Çantanın qoyulduğu bölgədə o uzun müddət traktor sürücüsü işləmişdir. Laçına işləməyə getmək üçün ustalar yığırmışlar. Saxlanmamışdan bir həftə əvvəl Zeynullahla birlikdə oturan zaman ona çanta götürmək üçün zəng gəlmiş, o da yolun çantanın olduğu yerdən keçdiyi üçün çantanı götürməyə getmişdir. O Laçına getməzdən bir gün əvvəl Zeynullaha Laçına işləməyə getdiyini demişdir. Həmin danışıq zamanı Zeynullah ona çantanı götürməyini deməmişdir. O çantaya yaxınlaşanda çantanın üstündə heç bir iz olmamış, belə ki çanta təzə olmuşdur. O da düşünmüşdür ki, ustaya məxsus çanta belə təmiz olmaz. Bu səbəbdən çantanı götürməmiş və oradan uzaqlaşmışdır. Lakin çox uzaqlaşmamış əməkdaşlar onu saxlamışlar. Şahruz onun telefonuna o saxlandıqdan sonra zəng vurmuşdur. Şahruzla tutulduqdan sonra danışmışdır. Şahruz ona iki dənə çantasının olduğunu demişdir. O, Şahruzdan nömrəsini kimdən aldığını soruşmuş, Şahruz nömrəni Zeynullahdan götürdüyünü demişdir. Daha sonra polis əməkdaşları ona tapşırmışlar ki, Şahruza saxlanıldığını deməsin. Bu səbəbdən o, saxlanıldığını deməmişdir. Polis əməkdaşları onun telefonunu internetə qoşmuşlar və o Şahruzla görüntülü danışmışdır. Şahruz ona bildirmişdir ki, Daşburunda bir nəfər çıxıb çantanı götürəcək. O tutulduqdan sonra bilmişdir ki, çantanın içində narkotik vasitə var. Saxlanıldığı gün Zeynullahla iş və ustalar barədə danışmışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 18 fevral 2023-cü il tarixdə, saat 21 radələrində Cəbrayıl rayonu, Tatar kənd sakini olan, ana tərəfdən uzaq qohumu sayılan Namiq kimi çağırdığı, əsl adı isə Təqsirləndirilən şəxs2 olan şəxs istifadəsində olan mobil telefon vasitəsilə əlaqə saxlayıb onu qardaşı Şahid9 evinə çay içməyə dəvət etmiş, bundan sonra o, Zeynullahın dəvəti üzrə çağırdığı yerə getmişdir. Orada Laçın rayonunda aparılan təmir tikinti işlərində çalışmaq üçün ustalar yığmaqla bağlı danışıqları olmuşdur. Belə ki, Laçın rayonunda aparılan təmir-tikinti işləri ilə bağlı danışdığından söhbət zamanı görəcəkləri işə baxmaq üçün N fevral 2023-cü il tarixdə Laçın rayonuna gedəcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona Zəngilan rayonu, Ağalı kəndindən bir qədər aralıda, Horadiz-Ağbənd magistral yolunun kənarında olan qoşa işıq dirəyinin dibində bir ədəd sumka (zənbil) olacağını demiş və onun həmin sumkanı götürüb Laçın rayonundan qayıtdığı zaman özünə verməsini istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 bağlamada nə olduğunu soruşduqda sonuncu, ona “bizim uşaqlarındı” demiş, Zeynullahdan bir daha bağlamada nə olduğunu soruşduqda isə sonuncu, ona “gətir də” deyə bildirmişdir. Bundan sonra ona 20 manat pul vermişdir ki, yol gedən zaman avtomobilinə yanacaq vursun. Bundan sonra o, evinə qayıtmış və N fevral 2023-cü il tarixdə, saat 05 radələrində yaşadığı evdən çıxaraq Laçın rayonu istiqamətində yola düşmüşdür. Zəngilan rayonu, Ağalı kəndinin yaxınlığından keçdiyi zaman Təqsirləndirilən şəxs2 ona dediyi söz yadına düşmüş, buna görə də xx.xx.2023-cü il tarixdə, saat 06 radələrində Zeynullah ilə əlaqə saxlayaraq sonuncunun ona dediyi yerin yaxınlığında olduğunu demişdir. Həmin vaxt Zeynullah ona “get bağlamanı götür” demiş, o isə Zeynullaha havanın tam işıqlanmadığını, həmin vaxt onu kimsə görərsə orada nə etdiyini soruşacaqlarını demiş və havanın işıqlanmasını gözləyəcəyini bildirmişdir. Bir qədər sonra hava işıqlanmış və o, Zeynullahın dediyi yerə çatıb sonuncuya zəng edərək dediyi yerdə bir yox iki ədəd üzərində “Cat” yazısı olan bağlamaların olduğunu demişdir. Həmin vaxt Zeynullah ondan həmin bağlamaların hər ikisini götürməsini istəmişdir. O da, Zeynullahın dediyi kimi bağlamalardan birini götürmüş və bu zaman sərhədçilər tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra özünün və hal şahidlərinin iştirakı ilə hadisə yerindən götürdüyü, bağlamaya baxış keçirilən zaman içərisində narkotik vasitə olan marixuanaya bənzər maddə aşkar edilmişdir. Saxlanıldıqdan sonra “***-***-**-**” saylı mobil nömrədən özünün istifadəsində olan “***- ***-**-**” saylı mobil nömrəyə zəng gəlmiş və zəng edən şəxs özünü “Şəhruz" kimi təqdim etmiş və ondan “Namiqin xalasıoğlu Təqsirləndirilən şəxs1 deyil?” deyə soruşmuşdur. O isə cavabında “bəli” demiş, bundan sonra həmin Şəhruz adlı şəxs ondan “sumkalar hanı” deyə maraqlanmışdır. O isə Şəhruzdan özünün mobil nömrəsini haradan əldə etdiyini maraqlandıqda sonuncu, “Namiq verib” deyə bildirmişdir. Şəhruz adlı şəxsə bağlamaların maşınında olduğunu demiş, bu vaxt Şəhruz adlı şəxs ona “Namiq deyir ki, bəs səni tutublar” deyə bildirmişdir. O isə sonuncuya “yox, mən Soltanlı ilə Mahmudlu kəndlərinin arasında dayanmışam" deyə bildirmişdir. Bundan sonra Şəhruz adlı şəxs ona “Whatsappla danışaq” demiş, həmin vaxt Şəhruzdan bağlamalarda nə olduğunu soruşduqda Şəhruz, ondan “Namiq sənə demiyib?" deyə soruşmuş, o isə cavabında “yox” demiş, Şəhruz adlı şəxs bağlamalarda “otdu” deyə bildirmişdir. Bundan sonra o, Zeynullahın istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə zəng edərək sonuncuya Şəhruz adlı şəxsin özünə zəng etdiyini və bağlamalarda “ot” olduğunu dediyini bildirmiş, Zeynullah isə ona həmin bağlamalarda “ot” olduğundan özünün də xəbərinin olmadığını demişdir. Şəhruz adlı iranlının narkotik vasitəni qaçaq yolla nə vaxt, necə və kimin vasitəsilə dövlət sərhədindən keçirməsini bilməmiş, Namiq adı ilə çağırdığı əsl adı Təqsirləndirilən şəxs2 olan şəxs ona sadəcə olaraq bir ədəd bağlamanı olduğu yerdən götürəcəyimi demiş, həmin bağlamanın olduğu yeri isə sərbəst ifadəsində təsvir etmişdir. Şəhruz adlı şəxsi ümumiyyətlə əvvəllər tanımamış, saxlanıldıqdan sonra sonuncu, ona yığıb və özünü Şahruz adı ilə təqdim etmiş, Şəhruzun, həmçinin də Təqsirləndirilən şəxs2 adlı şəxsin narkotik vasitə qaçaqmalçılığı ilə məşğul olmasını bilməmişdir. Bildiyi qədər Təqsirləndirilən şəxs2 əvvəllər Narkotiklərlə Mübarizə Baş İdarəsinin işçisi olmuş, yəni həmin quruma məlumat ötürmüşdür. Şəhruz adlı şəxs bildiyi qədər İran İslam Respublikası vətəndaşıdır. Həmin şəxslə əvvəllər danışmamış və onu görməmişdir. Şəhruz və Təqsirləndirilən şəxs2 adlı şəxslərlə qaçaqmalçılıq işində görəcəyi işin müqabilində heç bir razılıq əldə etməmiş, sadəcə olaraq onu Zeynullah aldadıb saxlanıldığı yerə göndərmişdir ki, oradan bağlamanı götürsün. Sərbəst ifadəsində də qeyd etdiyi kimi həmin bağlamada nə olacağını Zeynullahdan soruşduğu zaman sonuncu ona “bizim uşaqlarındı”, “gətir də” deyə bildirmiş, Zeynullahın “bizim uşaqlar” dedikdə kimləri nəzərdə tutduğunu bilməmişdir. İstifadəsində “***-***-**-**” saylı mobil telefon nömrəsi olmuş, həmin mobil nömrəni təxminən 2 ildir ki, işlətmiş, bundan başqa işlətdiyi WhatsApp proqramı “***-***-**-**” saylı mobil nömrə üzərinə olmuş, həmin mobil nömrəni özü işlətməmiş, ailə üzvləri evdə işlətmişdir. Əvvəllər heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Şəhruz adlı şəxs ilkin olaraq onunla “***-***-**-**” saylı nömrə vasitəsilə, daha sonra isə “WhatsApp” mobil tətbiqi üzərindən özünün istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs2 xx.xx.1981-ci ildə Cəbrayıl rayonu, Tatar kəndində anadan olmuş, bildiyinə görə Bakı şəhərində Dərnəgül tərəfdə yaşayır. Onun mobil nömrəsini mobil telefonuna “namiq tatar" kimi qeyd etmiş, sonuncunun mobil nömrəsi “***-***-**-**” olmuşdur. Bundan başqa Zeynullahın başqa nömrəsi də olmuşdur ki, həmin nömrəni mobil telefonuna “nar” kimi qeyd etmiş və həmin nömrə “***-***-**-**” olmuşdur. Bundan başqa Zeynullahın “***-***-**-**” saylı mobil nömrəsi də olmuşdur. Şəhruz adlı şəxs narkotik vasitəni qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərən şəxsdir. Zeynullahın törədilən cinayətdə rolu onu aldadaraq Şəhruz adlı şəxsin qaçaq yolla göndərdiyi narkotik vasitəni əldə etməsi üçün göndərməsindən ibarət olmuşdur. Həmin bağlamaları Saatlı rayonuna qayıtdığı zaman Zeynullaha çatdırmalı olmuş, lakin əvvəlcədən bağlamalarda narkotik vasitə olmasından məlumatı olmamışdır. Tutulduğu zaman, həmçinin tutulduqdan sonra DSX-nin hərbi qulluqçuları ona qarşı nə fiziki, nə də psixi təsir göstərməmişlər. Əməlindən çox peşmandır. Gərək, Zeynullaha inanmayaraq sonuncunun ona götürməsi üçün dediyi bağlamaları əldə etməzmiş. Təqsirləndirilən şəxs2 və Şəhruz adlı şəxslərin bir-biriləri ilə nə kimi əlaqələrinin olmasını, onların bir-biriləri ilə əvvəllər nə kimi münasibətlərinin olmasını, ümumiyyətlə bir-birilərini tanıyıbtanımamalarını bilməmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olması barədə hansısa məlumatı olmamışdır. Bildiyinə görə Zeynullah əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılmışdır. Hətta bir neçə dəfə müxtəlif vaxtlarda sonuncu ilə söhbətləşərkən Zeynullah ona özünün DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə əməkdaşlıq etdiyini demişdir. (cild 2, iş vərəqə 62-65, 99-103) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Zeynullah adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Tərəflərindən 28 martdan 29 marta keçən gecə saat 01 radələrində Binəqədi rayon ərazisində tədbir keçirilmişdir. Zeynullahı qardaşı və “Elman” adlı şəxslə birgə saxlayarq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. İdarədə üzərinə videoçəkiliş vasitəsilə vəkilin də iştirakı ilə baxış keçirilmişdir. Bu zaman Zeynullahın üzərindən marixuana və heroin aşkar edilmişdir. Zeynullah, narkotik vasitənin qalan hissəsini də dostu “Elman” adlı şəxsin Binəqədidə yerləşən mənzilinin zirzəmisində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı və vəkilin də iştirakı ilə videoçəkiliş vasitəsilə həmin zirzəmiyə baxış keçirilmişdir. Zirzəmidəki kisədən 09 (doqquz) kiloqramdan artıq marixuana və 02 (iki) kiloqrama yaxın heroin aşkar olunmuşdur. Zeynullah həmin maddələri İran vətəndaşı “Feyzad” adlı şəxsdən götürdüyünü, sonuncunun deyəcəyi yerlərə qoyacağı və bunun müqabilində 5000 (beş min) manat məbləğində pul alacağını bildirmişdir. Elman və Vüsal Zeynullahın evin zirzəmisində narkotik vasitə saxlamasından xəbərləri olmadıqlarını bildirmişlər. Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupu Şahid3, Şahid1 və ondan ibarət olmuşdur. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Həyətdən qırmızı rəngli torba və torbanın içərisində heroin və marixuana aşkar edilmişdir. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Elman və Vüsalın üzərinə tərəflərindən baxış keçirilməmişdir. Zeynullah bir neçə dəfə narkotik vasitə götürdüyünü etiraf etmişdir. Zeynullahı Binəqədidə ara küçə ilə çıxan kimi saxlamışlar. Onlar yaxınlaşıb özlərini təqdim etmişlər. Tərəflərindən saxlanılan vaxt Zeynullah piyada hərəkətdə olmuşdur. Zeynullahın avtomobili həmin ərazidə olmuşdur. Zeynullahın maşınına baxış keçirməmişlər. Buna səbəb isə Zeynullahın narkotik vastiənin Elmanın evində olmasını bildirməsi olmuşdur. Zeynullah narkotik vasitənin evdə olduğunu idarədə bildirmişdir. Onlar heç bir halda şəxsi idarəyə gətirməmiş avtomobilinə baxış keçirmirlər. Əgər Zeynullahı avtomobildə saxlasaydılar maşını idarənin inzibati binasına gətirərdilər. Vüsal və Elmanı şübhəli şəxs qismində tutmamışlar. Belə ki, sonuncuları idarəyə dəvət etmişlər və həmin şəxslər də könüllü olaraq idarəyə gəlmişlər. Zeynullahın üzərindən 100 (yüz) qramdan artıq heroin, 40 (qırx) qrama yaxın marixuana aşkar edilmişdir. Bundan sonra Elmandan icazə alaraq həyətinə getmişlər. Zeynullahı idarəyə gətirdikdən sonra Elmanın yaşayış evində polis əməkdaşı qalmamışdır. Səhv etmirsə Elmanın evinə girib baxmışlar, ancaq dəqiq xatırlamır. İstifadəsində olan mobil nömrə ***-***-**-** saylıdır. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o DİN-nin BNMİ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 28 mart 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat Şahid1 tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Şahid1 və Şahid3 daxil olmuşdur. Qrup üzvləri keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 ünvanında olması barədə əməliyyat məlumatı daxil olmuş və onlar həmin ünvana getmişlər. 29 mart 2023-cü il tarixdə saat 01:50-də qeyd olunan ünvana çatan zaman ünvanın yaxınlığında piyada hərəkət edən xarici görünüşünə görə Təqsirləndirilən şəxs2 oxşar bir nəfərin, həmçinin, sonuncunun yanında şəxsiyyəti sonradan onlara məlum olan Şahid8 və Şahid9 olması müşahidə edilmişdir. Onlar Təqsirləndirilən şəxs2 yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək DİN-in BNMİ-nin əməkdaşları olduqlarını demişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs2 olduğunu bildirmiş və anket məlumatlarını qeyd etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış edilmiş və qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə Baş İdarəyə gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etməyib onlarla birlikdə gələ biləcəyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 yanında olan Şahid8 və Şahid9 da Baş idarəyə dəvət etmişlər, həmin şəxslər də etiraz etmədikləri üçün birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarədə Zeynullah X28 təhqiqatçısı Anar Aslanovun xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmişlər. Təqsirləndirilən şəxs2 siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra vəkil dəvət edilərək Təqsirləndirilən şəxs2 təqdim olunub sonuncudan vəkilə etirazının olubolmamasını soruşulmuşdur. Təqsirləndirilən şəxs2 vəkilə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış aparılacağı və şəxsi axtarışın video çəkilişlə aparılacağı izah edilmişdir. Təqsirləndirilən şəxs2 etiraz etmədikdən sonra təhqiqatçı sonuncuya üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs2 masaya yaxınlaşaraq əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində heroin və marixuana olan 02 ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman 03 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və 02 ədəd açar aşkar edilmişdir. Bükümlər elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Mobil telefonlar və şəxsiyyət vəsiqəsi götürülsə də, açarlar Təqsirləndirilən şəxs2 özünə geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 aşkar olunmuş bükümlərin işərisində narktoik vasitə olan marixuana və heroin olduğunu, həmin maddələri İİR vətəndaşı “Peyzad” adlı şəxsdən alıb deyəcəyi ünvanlara qoyması müqabilində əldə etdiyini, həmin maddələrdən yaşadığı evdə də saxladığını, üzərində və yaşadığı evdə saxladığı maddələrdən heç kimin məlumatının olmadığını yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Şahid8 yaşadıqları evə baxış keçirilməsinə etiraz etmədiklərinə dair ərizə yazmış, birlikdə həmin ünvana getmişlər. Orada olan zaman Təqsirləndirilən şəxs2 qapını açmış və onlar birlikdə evin içərisinə daxil olmuşlar. Bu zaman Təqsirləndirilən şəxs2 evin zirzəmisini açmış və oradan bir ədəd torbanı təqdim edərək, onların içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Kisə açılan zaman oradan ayrı-ayrı bükümlərdə narkotik vasitə heroin və marixuana aşkar edilmişdir. Bükümlər qablaşdırılaraq götürüldmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 ilkin izahatını təsdiq etmişdir. Onlar Təqsirləndirilən şəxs2 qarşı fiziki və ya psixi təsir, həmçinin, zorakı hərəkətlər etməmişlər. (cild 1, iş vərəqə 148-150) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Zeynullah onlara gəldiyi ərəfədə Zeynullahın qardaşı ilə mağazaya getmişdir. Qayıdan vaxt onları yolda tutmuşlar və Zeynullah olub-olmadıqlarını soruşmuşlar. Həmin vaxt Zeynullah maşında olmuşdur. Daha sonra onları və Zeynullahı əlləri bağlı həyətə gətirmişlər. Şahid8 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zeynullahı 10-12 ildir ki, tanıyır. Zeynullahla eyni məhəllədə yaşayırmışlar. Zeynullahı evinə qalması üçün dəvət etməmişdir. Lakin dost kimi evinə gedib-gəlibdir. Onları gecə saat 23-00 radələrində küçənin girişində saxlamışlar və polis idarəsinə aparmışlar. Zeynullahın polis idarəsində üzərinə baxış keçirilən vaxt orada olub-olmadığını xatırlamır. Onları bir-bir təhqiqatçının otağına aparmışlar. Zeynullahın üzərindən nə çıxdığını o görməmişdir. Narkotik vasitələri sonradan gətirərək qoymuşlar. Guya onlar Zeynullahın maşınından çıxmışdır. Zeynullahın maşını küçədə olmuşdur. Zirzəmidən aşkar olunanları polislər götürmüşlər. Onlar gələndə artıq Zeynullahın əl-qolunu bağlamışdırlar. Vüsalla onu küçədə tutanda bəzi polislər maşına doğru qaçmışdır. Polislər evin həyətindəki qara rəngli sellofanın içərisində nə olduğunu soruşmuşlar. Vüsalla o evə gələndə artıq qapı açıq olmuş və Zeynullah əlləri bağlı həyətdə yerə uzadılmışdır. Zeynullahın həmin narkotik maddələrlə bağlı nə dediyini xatırlamır. O, polis əməkdaşlarına həmin maddələrin nə olduğunu bilmədiyini söyləmişdir. Onun yanında Zeynullaha fiziki və psixi təsir və təzyiq göstərilməmişdir. Zeynullah onun evində nə vaxtsa yaşamamışdır. Evinin açarı Zeynullahda olmamışdır. Zeynullahın həmin gün onun evinə gəlməsinə səbəb qardaşına pul verməsi olmuşdur. Evə ilk olaraq Vüsal, daha sonra isə Zeynullah gəlmişdir. Bundan sonra onlar mağazaya getmişlər. Onun və Vüsalın üzərinə şəxsi axtarış və baxış keçirilməmişdir. Zeynullahın üzərinə həyətdə şəxsi axtarış və baxış keçirilmişdir. Lakin nəsə aşkar edilməmişdir. Həmin vaxt evdə həyat yoldaşı da olmuşdur. Həyat yoldaşı Şahid11 Mikayıl qızıdır. Həyat yoldaşı evdə baş vermiş hadisələri gec görmüşdür. Polislər evə baxış keçirmişlər. Həyat yoldaşına “Sizin bu işdən xəbəriniz var?” deyə sual vermiş, yoldaşı isə xəbəri olmadığını bildirmişdir. Daha sonra onları əli qandallı şəkildə polis idarəsinə aparmışlar. İdarədə də üzərlərinə baxmışlar və bir-bir izahat vermişlər. Həyat yoldaşı idarəyə gəlməmişdir. O hasardan həyətə girmiş və qapını açmışdır. Vüsal onların evində qalmamışdır. Evdə narkotik maddə olmamışdır. Həmin maddələr həmin gün gətirilmişdir. Şahid8 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, evlidir, əvvəllər məhkum olunmuşdur. Təqsirləndirilən şəxs2 onun dostudur və uzun müddətdir yaxın münasibətləri vardır. Zeynullahın bir müddətdir maddi imkansızlıqdan kirayədə qalmaq üçün pulunun olmadığını bilmiş və ailə üzvləri evdə olmadığı müddət ərzində ona özünə məxsus evdə qalmasını təklif etmiş, Zeynullah onunla razılaşmış və bir neçə gün onunla birlikdə yaşamışdır. 28 mart 2023-cü il tarixdə Zeynullah işlə bağlı rayonların birinə gedəcəyini və həmin gün evə gec gələ biləcəyini demişdir. Həmin gün saat 20-21 radələrində Zeyullah ona zəng edərək, Bakı şəhərinə geri qayıtdığını və yaşadıqları evin yaxınlığında olan kafelərin birinə gələrək orada şam yeməyi ilə birlikdə spirtli içki qəbul etmək təklifini etmişdir. Zeynullahla razılaşmış və onunla danışıb yanına getmişdir. Orada olan zaman təxminən bir neçə dəqiqədən sonra Zeynullahın qardaşı Vüsal da onların yanına gəlmiş və onlar birlikdə kafelərin birində şam yeməyi yemişlər. 29 mart 2023-cü il tarixdə saat təxminən 01 radələrində kafedən çıxan zaman Vüsala saatın gec olması səbəbindən onlarla qalmaq təklifini etmiş, sonuncu onunla razılaşmış və ona məxsus olan ev istiqamətində getmişlər. Evə çatan zaman bir neçə mülki geyimli şəxs Zeynullaha yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını deyərək ondan özünü təqdim etməsini istəmişlər. Zeynullah özünü təqdim edəndən sonra ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib Baş İdarəyə dəvət etmişlər. Zeynullah etiraz etməmiş, həmçinin polis əməkdaşları onları da Baş İdarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra Zeynullah vəkillə təmin olunmuş və üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Zeynulla Əsədova üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif etmiş, sonuncu masaya yaxınlaşaraq əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində heroin və marixuana olan 02 ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtanş aparılan zaman 03 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və 02 ədəd açar aşkar edilmiş, bükümlər elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, mobil telefonlar və şəxsiyyət vəsiqəsi götürülsə də, açarlar Təqsirləndirilən şəxs2 özünə geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 aşkar olunmuş bükümlərin içərisində narkotik vasitə olan marixuana və heroin olduğunu, həmin maddələri İİR vətəndaşı “Peyzad" adlı şəxsdən alıb deyəcəyi ünvanlara qoyması müqabilində əldə etdiyini, bunun müqabilində 5.000 manat pul alacağını, həmin maddələrdən ona məxsus olan evdə də saxladığını, bu hadisələrdən onun və Zeynullahın qardaşı Vüsalın məlumatlarının olmadığını deyərək evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bu zaman o və Şahid9 tanışı Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olmasından və evdə narkotik maddələr saxlamasından məlumatlarının olmadığını demişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 və o yaşadıqları evə baxış keçirilməsinə etiraz etmədiklərinə dair ərizə yazmış birlikdə həmin ünvana getmişlər. Orada olan zaman Təqsirləndirilən şəxs2 qapını açmış və onlar birlikdə evin içərisinə daxil olmuşlar. Bu zaman Təqsirləndirilən şəxs2 evin zirzəmisini açmış və oradan bir ədəd torbanı təqdim edərək, onların içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Kisə açılan zaman oradan ayrıayrı bükümlərdə narkotik vasitə heroin və marixuana aşkar edilmiş, bükümlər qablaşdırılaraq götürülmüş və sorğu zamanı Təqsirləndirilən şəxs2 ilkin izahatını təsdiq etmişdir. (cild 1, iş vərəqə 127-129) Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o belə bir ifadə verməmişdir. İfadəsinin altındakı imza ona məxsusdur. Zeynullah onlarla görüşmüş və evə girməmişdir. O Vüsalla dükana gedəndə Zeynullah qara rəngli bir maşında otumuşdur. Polislər onları evə qayıdan ərəfədə saxlamışlar və həyətə gətirmişlər. O həyətdə görmüşdür ki, Zeynullah artıq ağzı üstə əlli qandallı uzanmış vəziyyətdədir. Zeynullahın yanında içərisində narkotik vasitə olan sellofan var imiş. Onları polis idarəsinə gətirəndə sellofanı da idarəyə gətirmişlər. Onları polis idarəsinə qolları qandallı gətirmişlər. Polislər 2-ci dəfə evə gəlmişlər. Bu zaman polislər əllərində torba gətirmişlər. Onları polislər aparanda yoldaşı evdə olmuşdur. O yatmışdır. 2-ci dəfə gecə evə gələndə artıq evdə heç kəs olmamışdır. Yoldaşını oğlu aparmışdır. Polislər 2-ci dəfə çəkiliş üçün evə gələndə əllərində nəşə gətirmişlər. Həmin torbanın kimə məxsus olduğunu və onu evə kimlərin gətirdiyini bilmir. Evinin açarı Zeynullahda olmamışdır. Zeynullah onlarda heç vaxt qalmamışdır. Zeynullahı uzun müddətdir ki, tanıyır. Zeynullah məlum hadisə baş verməmişdən 2-3 ay qabaq sonuncu dəfə onun evində olmuşdur. Zeynullah evin zirzəmisində olmamışdır. O, polislər tərəfindən fiziki və psixi təsir və təzyiqlərə məruz qalmamışdır. Evə qayıdanda həyətdə 12- 13 nəfər şəxs olduğunu görmüşdür. Həyətə daxil olanda qapı açıq vəziyyətdə olmuşdur. İbtidai istintaqdakı ifadəsinə oxumadan qol çəkmişdir. Torba zirzəminin qapısının qarşısında olmuşdur. O düşünmüşdür ki, ifadəsi Zeynullahın xeyrinə yazılmışdır. Buna görə də qol çəkmişdir. Onun polislə hər hansı iş birliyi yoxdur. O bilsəydi ki, baş verənlər yazılmayıb ifadəni imza etməzdi. Müstəntiq ifadəsini ona oxumamışdır. Zeynullah həmin gün onların evdə qalacağını deməmişdir. Zeynullah 8-ci mikrorayonda yaşayır. Polislər narkotik vasitə olan torbanı 2-ci dəfə evə gətirmişlər. İstifadəsində olan mobil nömrə ***- ***-**-** saylıdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, mart ayının 28-29-da o, qardaşına zəng vuraraq ona rayona getmək üçün yol pulu lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs2 ona Mingəçevirdə olduğunu, Şahid8 evinə getməyini və orada pul verəcəyini demişdir. Daha sonra o Şahid8lə birlikdə çay almaq üçün mağazaya getmişlər. Mağazadan çıxdıqda 5-6 nəfər onlara yaxınlaşaraq polis əməkdaşı olduqlarını demişlər və onları tutmuşlar. Şahid9 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o Təqsirləndirilən şəxs2 sonradan narkotik vasitələr üçün tutulduğunu öyrənmişdir. Sonradan qardaşından soruşan da qardaşı da ona narkotik vasitədən xəbəri olmadığını demişdir. Qardaşı əvvəllər idman müəllimi işləmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər də narkotik vasitə üçün tutulmuşdur. Həbsdən çıxdıqdan sonra qardaşı dövlət tərəfindən verilən çörək pulu hesabına dolanırmış. Təqsirləndirilən şəxs2 öz evi var, sonuncunun Şahid8 evində yaşadığını eşitməmiş və görməmişdir. Hadisə baş verən gün o, Şahid8 və Təqsirləndirilən şəxs2 spirtli içki qəbul etməmişlər. Hadisə baş verən gün qardaşı ona yol pulu verəcəkmiş, buna görə ona Şahid8 evinə getməyini demiş, o Şahid8 evinə qardaşından tez çatmışdır. Təqsirləndirilən şəxs2 Mingəçevirdən gəlir, Mingəçevirdə Zeynullahın ailəsi yaşayır. Daha sonra o Şahid8lə birlikdə mağazaya getmişlər. Bu vaxtı Təqsirləndirilən şəxs2 evə girməsini demişlər. Təqsirləndirilən şəxs2 Nissan markalı avtomobildə olmuşdur. Onlar marketdən çıxanda 5-6 nəfər onlara yaxınlaşmışlar. Zeynullahın hansı olduğunu soruşmuşlar və daha sonra birlikdə evə gəlmişlər. Evin həyətində Təqsirləndirilən şəxs2 yerə uzatdıqlarını və yerdə narkotik vasitələrin olduğunu görmüşlər. Onların hamısını idarəyə aparmışlar və idarədə onlara fiziki zor tətbiq etmişlər. Polis əməkdaşları onu döyən zaman qardaşı Zeynullah görürmüşdür. Şahid9 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 onun böyük qardaşıdır. Zeynullah narkotik vasitələrin dövriyyəsində şühbəli bildiyi üçün tutulmuş və xx.xx.2022-ci il tarixdə həbsdən azad edilmişdir. Qardaşı həbsdən çıxandan sonra Bakı şəhərində yaşamış, ayda bir neçə dəfə bir günlük rayona gəlmişdir. Qardaşının ilk başlarda Bakı şəhərində kirayədə yaşadığını bilir, çünki bir neçə dəfə qardaşının yanına getmişdir. Lakin sonradan qardaşının maddi imkanı zəif olduğu üçün dostu Şahid8 evində yaşadığını bilmişdir. 28 mart 2023-cü il tarixdə şəxsi işləri ilə bağlı Bakı şəhərinə gəlmişdir. Həmin gün saat 20-21 radələrində Zeyullah ona zəng edərək, yaşadığı evin yaxınlığında olan kafelərin birinə gəlib orada şam yeməyi ilə birlikdə spirtli içki qəbul etmək təklifini etmişdir. O da razılaşmış və Zeynullahla danışıb yanına getmişdir. O Zeynullahın yanına çatanda Elman da orada olmuşdur. Onlar birlikdə kafelərin birində şam yeməyi yesələr də, spirtli içki qəbul etməmişlər. 29 mart 2023-cü il tarixdə saat təxminən 01 radələrində kafedən çıxan zaman Elman ona saatın gec olmasını əsas gətirərək onlarla qalmaq təklifini etmişdir. O da saatın gec olmasını bildiyi üçün Elmanın təklifi ilə razılaşmış və yaşadığı ev istiqamətində getməyə başlamışlar. Evə çatan zaman bir neçə mülki geyimli şəxslər Zeynullaha yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını demişlər və Zeynullahdan özünü təqdim etməsini istəmişlər. Zeynullah özünü təqdim edəndən sonra Zeynullaha qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirərək Zeynullahı Baş İdarəyə dəvət etmişlər. Zeynullah etiraz etməmişdir. Həmçinin, polis əməkdaşları onları də Baş İdarəyə dəvət etmişlər və onlar da etiraz etməmişlər. Baş İdarəyə gəldikdən sonra Zeynullah vəkillə təmin olunmuş və üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı qardaşına üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif etmişdir. Qardaşı masaya yaxınlaşaraq əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində heroin və marixuana olan 02 ədəd bükümü təqdim etmişdir. Qardaşının üzərinə şəxsi axtarış aparılan zaman 03 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və 02 ədəd açar aşkar edilmişdir. Bükümlər elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Mobil telefonlar və şəxsiyyət vəsiqəsi götürülsə də, açarlar özünə geri qaytarılmışdır. Sorğu zamanı qardaşı aşkar olunmuş bükümlərin içərisində narktoik vasitə olan marixuana və heroin olduğunu, həmin maddələri İİR vətəndaşı “Peyzad” adlı şəxsdən alıb deyəcəyi ünvanlara qoyması müqabilində əldə etdiyini, bunun müqabilində 5.000 manat pul alacağını, həmin maddələrdən Elmana məxsus olan evdə də saxladığını, bundan onun və dostu Elmanın məlumatının olmadığını deyərək evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bu zaman o və Şahid8 qardaşı Zeynullahın üzərində narkotik vasitə olmasından və evdə narkotik maddələr saxlamasından məlumatlarının olmadığını demişlər. Bundan sonra ona məlum olmuşdur ki, qardaşının və Elmanın yaşadığı evə baxış zamanı oradan narkotik vasitələr aşkar edilmişdir, həmin narkotik vasitələri qardaşı evə aparıb qoysa da, Elmanın bundan xəbəri olmamışdır. Onlar Təqsirləndirilən şəxs2 üzərində və ona məxsus olan evdə narkotik maddələr saxlamasından xəbəri olmamışdır. Bunu bilsə özü polisə məlumat verərəmiş. (cild 1, iş vərəqə 124-126) Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. O, həyətə girəndə Zeynullah Əədovun yerdə uzatdıqlarını görmüşdür. İstintaq zamanı belə ifadə verməyinin səbəbi polis əməkdaşlarının belə ifadə versə, Təqsirləndirilən şəxs2 kömək olacağını bildirmələri olmuşdur. İstintaq zamanı verdiyi ifadəsini ona oxumuşlar və o imza çəkmişdir. İfadəsində qeyd olunmuş 5 000 manat məsələsi ona oxumamış, xəbəri yoxdur. İfadəsində Peyzad adlı şəxsdən narkotik vasitə alınması ona oxunmamışdır. İfadədə qeyd olunmuş üzərindən çıxan vəsiqələr, açarlar, mobil telefon çıxması və açarların geri qaytarılması ona oxunmamışdır. Açarlar Şahid8 evinin açarları ola bilməz, çünki Zeynullahın öz evi var, Elmanın evində yaşamamışdır. Hadisə baş verən gün sonradan Şahid8 həyat yoldaşının da evdə olduğunu görmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayının 19-da gecə 02 nəfər iran vətəndaşının sərhədi keçmək istəməsi ilə bağlı məlumat daxil olmuşdur. Onlar ərazini bağlamışlar. İran vətəndaşı yəqin ki, hiss edərək əlində olan malı yerə ataraq qaçmışdır. Belə hadisə ilk dəfə deyil ki, yaşanır. Bu səbəbdən təxmin etmişlər ki, Azərbaycan tərəfdən kimsə həmin malı götürməyə gələcək. Bu səbəbdən onlar malı götürüb açıq formada yolun kənarına qoymuşlar. Səhər saat 08:30-09:00 radələrində Təqsirləndirilən şəxs1 avtomobili ilə malı götürməyə gələn zaman tutmuşlar. Təqsirləndirilən şəxs1 əvvəlcə avtomobili ilə bir dövrə vuraraq ətrafı müşahidə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 narkotik vasitəni götürmüş, maşına qoyan zaman İlhamı saxlamışlar. Təqsirləndirilən şəxs1 telefonunda narkotik vasitənin olduğu konum da olmuşdur. Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O mal dedikdə narkotik vasitəni nəzərdə tutur. Hansı növ narkotik vasitə olduğunu bilmir. Təqsirləndirilən şəxs1 tək olmuşdur. Təqsirləndirilən şəxs1 Zəngilan rayonu ərazisində, Ağbənd istiqamətində sərhədə 500 metr məsafədə saxlanılmışdır. Həmin yolda şirkət maşınları, mülki maşınlar hərəkət edir. Təqsirləndirilən şəxs1 avtomobillə yaxınlaşan zaman ətrafda başqa maşın olmamış, onlar gecədən pusquda olmuşlar. Təqsirləndirilən şəxs1 çantanı götürüb avtomobilinə qoyan zaman görmüşlər. Həmin istiqamətdə hər hansı bir abadlaşdırma işləri aparılır. Onlar iranlı gecə 23-24 radələrində çantanı dağda sərhədə atdıqdan sonra çantanı götürmüşlər. Çantanı götürdükdən sonra əməliyyat xəttinə təhvil vermişlər, hətta çanta 1-2 saat onun otağında seyfdə qalmış, daha sonra çanta dağın aşağısına götürdükləri yerdən 150-200 metr məsafə aralıda yerləşdirilmişdir. Səhər saat 08-09 arasında Təqsirləndirilən şəxs1 gəlmişdir. Təqsirləndirilən şəxs1 avtomobil ilə gəlmiş, çantanı görmüş və gördükdən sonra bir az irəli gedib dövrə vurmuş, daha sonra qayıdıb çantanın birini avtomobilə aparan zaman yaxalamışlar. Təqsirləndirilən şəxs1 tutan zaman telefonla şəkillərini çəkmişlər, video çəkiliş olub-olmadığını xatırlamır. Təqsirləndirilən şəxs1 tutduqdan sonra əməliyyat qrupuna xəbər vermişlər, 5-10 dəqiqə ərzində əməliyyat qrupu gəlmiş və hadisə yerinə baxış keçirilmişdir. Səhər saat 09 radələrində sərhəd nəzarəti xidmətini təşkil etmişlər. Bu vaxt “Daewoo” markalı avtomobilin onlar olduqları yerə tərəf gəldiyini görmüşlər. Avtomobil əvvəlcə ətrafı müşahidə edərək iki dəfə dövrə vurmuş, daha sonra kolluğun içərisinə gedərək çantanın olduğu yerə yaxınlaşmış və çantanı götürən zaman həmin şəxsi yaxalamışlar. Təqsirləndirilən şəxs1 saxladıqdan sonra o rəhbərliyə məruzə etmiş, sonrakı proseslərdən məlumatı yoxdur. İbtidai istintaq zamanı ifadəsini hərbi hissədə vermişdir. Təqsirləndirilən şəxs1 çantanı maşına qoyan zaman saxlamışlar. Daha sonra İlhamın əllərini bağlayıcı iplə bağlamışdır. 15-20 dəqiqədən sonra digər əməkdaşlar gəlmişdir. O Təqsirləndirilən şəxs1 digər əməkdaşlara təhvil vermiş və daha sonra hadisə yerindən ayrılmışdır. Çantaya baxış keçirilən zaman iştirak etməmiş, sonradan çantanın içində narkotik vasitə olduğunu öyrənmişdir. Onun hadisə yerinə baxış keçirilməsi və götürülmə protokolundan məlumatı var. Xidmət yerinə qayıtdıqdan sonra istintaq zamanı bəzi sənədləri oxuyub imza çəkmiş, çantanın içində narkotik vasitənin olduğundan bu sənədlərlə tanış olan zaman məlumatı olmuşdur. İlk dəfə Təqsirləndirilən şəxs1 saxlayan zaman çantanın içinə baxmamışdır. Hadisə yerinə sonradan gələn təhqiqatçı çantaların içinə baxış keçirən zaman o da orada olmuş və narkotik vasitələri görmüşdür. Hadisə yerinə baxış keçirilməsi və götürülmə protokolunun tərtib olunması zamanı o da iştirak etmişdir. Aşkar edilmiş çantalar onun yanında açılmış və narkotik vasitələri görmüşdür. Müdafiəçinin verdiyi suallara elə cavab verməyinin səbəbi hadisənin üzərindən uzun müddət keçməsi və bu cür halların tez-tez yaşanması olmuşdur. Hadisə yerinə baxışda iştirak etmiş və protokola imza çəkmişdir. Hadisə baş verən zaman onun vəzifəsi zastava rəisi olmuşdur. Pusqu xidmətini o özü təyin etmişdir. Hadisə baş verən gün gecə saatlarında sərhəd naryadı çantanın tapıldığı ərazidə qaraltı gördüyünü bildirmiş, bu səbəbdən pusqu xidməti təyin etmişdir. Sərhəd naryadı məlumat verən zaman o qaraltının göründüyü əraziyə getmiş və gecəgörmə vasitələri ilə müşahidə aparmış, lakin heç bir şey aşkar edilməmişdir. Sərhəd naryadı olan əsgər müşahidə zamanı yolda qaraltının olduğunu bildirmişdir. Qaraltının göründüyü yerə gedən zaman heç bir bağlama aşkar edib özü ilə götürməmişdir. Naryad əsgərinin qaraltını gördüyü yer ilə olduğu yer arasında 100 metr məsafə olarmış, o özü isə qaraltını gördüyü yerə qədər getmişdir. Pusqu xidməti naryad əsgərinin qaraltını gördüyü yerə yaxın uyğun mövqedə təyin etmişdir. Əgər qeyriqanuni bir əşya aşkar edilərsə, pusqu xidmətində olan əsgərlərin həmin əşyaya toxunması qadağandır. Lakin belə bir əşya aşkar edilərdisə, həmin əşya məruzə edildikdən sonra onun tərəfindən götürülər. Pusqu xidməti sərhəd pozuntusunun olması ehtimal edilən hallarda zastava rəisi tərəfindən təyin edilə bilər. Təqsirləndirilən şəxs1 kolluğa gedən zaman onları görməmiş, bir çanta götürüb maşınına tərəf gedən zaman İlhamı dayandırmışlar. Hadisə 2 il əvvəl baş verdiyi üçün, keçmiş məhkəmə iclasında verdiyi ifadəsi ilə indiki ifadəsi arasında ziddiyyətlər yaranır. Hal-hazırda X21 komendant müavini vəzifəsində işləyir. Əvvəlki məhkəmə iclasında verdiyi ifadəsin də ona heç kim təsir göstərməmişdir. Bu gün verdiyi ifadəsini təsdiq edir. Onun praktikasında aşkar edilmiş bağlamanı götürüb öz otağında saxladığı olmamışdır. Hadisə yerinə baxış keçirilməsi və götürülmə barədə protokolun tərtib olunması zamanı o da iştirak etmişdir. İkinci çanta İlhamı yaxaladıqdan sonra ətrafa baxış keçirilən zaman aşkar edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, N fevral 2023-cü il tarixdə, saat 07:30-dan saat 11:30-dək həmin hərbi hissənin 7-ci sərhəd zastavasının 3cü sahəsinin arxa istiqamətində baş çavuş Şahid5lə birlikdə “Pusqu” xidmətinə təyin edilmişlər. Xidmətdə olduqları zaman N fevral 2023-cü il tarixdə, saat 09 radələrində Zəngilan rayonu, Şərifan kəndi istiqamətində bir ədəd qara rəngli “Daewoo” markalı avtomobilin hərəkət etdiyini, həmin avtomobilin kəndin yaxınlığında, yolun kənarında dayandığını və oradan bir nəfərin düşərək ərazini müşahidə etməyə başladığını, müşahidə apardıqdan sonra sıx kolluqlara yaxınlaşaraq axtarış apardığını görüb, bu barədə aidiyyəti üzrə məruzə edərək həmin şəxsin hərəkətini müşahidədə saxlamışlar.Həmin şəxs orada olan iki ədəd bağlamalardan birini götürüb əraziyə gəldiyi “Daewoo” markalı avtomobilə doğru hərəkət edən zaman tərəflərindən uca səslə “Dayan!” çağırış komandası verilərək həmin şəxs tərəflərindən saxlanılmış, dərhal bu barədə aidiyyəti üzrə məruzə etmişlər. Həmin şəxs saxlanıldıqdan sonra bir ədəd bağlamanı götürdüyü ərazidən daha bir ədəd bağlama aşkar edilmiş, bir qədər sonra həmin əraziyə hərbi qulluqçular gələrək tərəflərindən saxlanılmış şəxsi müvafiq araşdırmanın davam etdirilməsi üçün aparmışlar. Bundan sonra onlara məlum olmuşdur ki, ərazidən bir ədəd bağlamanı götürüb aparmaq istəyərkən tərəflərindən saxlanılmış şəxs Təqsirləndirilən şəxs1dur. Sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 götürüb aparmaq istədiyi bağlamaya və həmin bağlamanı götürdüyü yerdən aşkar edilmiş daha bir ədəd bağlamaya baxış keçirildikdə həmin bağlamaların içərisindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 saxlanılan zaman, yaxud saxlanıldıqdan sonra ona qarşı fiziki, yaxud psixoloji təzyiq göstərilməmiş, onu döyən, təhqir edən olmamışdır. Təqsirləndirilən şəxs1 qeyd olunan bağlamalardan birini götürüb saxlanıldığı əraziyə gəldiyi “Daewoo” markalı avtomobilinə dorğu hərəkət edən zaman tərəfimizdən saxlanılmış, həmin vaxt Təqsirləndirilən şəxs1 başqa ərazidə kənar şəxs olmamışdır. (cild 2, iş vərəqə 152-154) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xidmətə təyin olunan əsgər gecə saat 00-01 radələrində zastava ərazisindən 200-300 metr məsafədə dirəyə bir nəfərin yaxınlaşıb nə isə qoyması ilə bağlı məlumat vermişdir. Məlumatdan sonra həmin şəxsin arxasıyca getmişlər. Həmin şəxs qaçaraq İran ərazisinə keçmişdir. Daha sonra rəhbərliyə məlumat verilmiş və pusqu xidməti qurulmuşdur. Səhəri gün saat 09-12 arasında Təqsirləndirilən şəxs1 əşyanın olduğu yerə gəlmiş, əvvəlcə avtomobilində ətrafı müşahidə etmiş, sonra çantaya yaxınlaşmışdır. Şahid4, o və iki əsgər Təqsirləndirilən şəxs1 yaxınlaşmışlar. Şahid5 verilmiş suallara cavab olaraq bildirmişdir ki, əsgərlər zastava rəisinə dağlıq ərazisindən kiminsə gəlməsi ilə bağlı məlumat vermişdir. Zastava rəisi o və iki əsgəri xidmətə yazmışlar və onlar pusqu xidmətinə başlamışlar. O pusqu xidmətində olanda bir ədəd qara maşın gələrək Mincivan tərəfə getmiş, daha sonra geri qayıdaraq əşyanı götürmək üçün yaxınlaşmış, bu zaman onlar dayan komandası vermişlər. Maşının markasını xatırlamır. Onlar Təqsirləndirilən şəxs1 saxlayıb əməliyyatçılara təhvil verdikdən sonra oradan getmişlər. Zastava rəisinin tapşırığına əsasən pusqu xidmətinə çıxmışlar. Çantaya heç kim yaxınlaşmamışdır. Kiminsə sərhədə yaxınlaşması ilə bağlı məlumat daxil olduqdan sonra hadisə yerinə o da getmişdir. Tapılan əşyaya əməliyyatçılar, rəhbər şəxslər yaxınlaşmamış. Həmin əşyaya heç kəs yaxınlaşa bilməz. O məhkəməyə gəlməmişdən əvvəl necə ifadə verməyi ilə bağlı kimsə ona telefon zəngi etməmiş, heç bir şey deməmişdir. Zastava rəisi tapılan əşyaya əl vura bilməz. O əvvəldən axıra kimi zastava rəisinin yanında olmuşdur. Çantanı yaxınlaşıb götürən bir nəfər olmuşdur. Təqsirləndirilən şəxs1 çantaya yaxınlaşıb götürən zaman tutmuşlar. Pusqu xidmətinə çıxmaları ilə bağlı zastavada kitabda qeydiyyat aparılır. Onun xidmət vaxtı başlayana kimi baş verən hadisələrdən məlumatı olmamışdır. O bağlamanı təxmini 2 saat müşahidə etmişdir. Bağlamanın olduğu ərazidə müşahidə kameraları var, əgər bağlamaya kimsə yaxınlaşsa, yerindəcə cəzalandırılır. Hadisə yerində Təqsirləndirilən şəxs1 foto şəklinin çəkilib-çəkilməməsindən məlumatı yoxdur. Təqsirləndirilən şəxs1 tutulduqdan sonra komendanta məlumat verilmiş, təxminən iki dəqiqə sonra hadisə yerinə gəlmişdir. Bağlamanın konkret yerini dəqiq şəkildə bilirmiş. Təqsirləndirilən şəxs1 əşyanı götürdükdən sonra saxlamışlar. O Ruslan Əhmədovu tanımır. Hadisə yerinə baxış protokoluna imza çəkib-çəkmədiyini xatırlamır. O, çantadan nə aşkar edildiyini görməmişdir. Təqsirləndirilən şəxs1 avtomobilinə o baxış keçirməmişdir. Çantaların sayı iki ədəd olmuşdur. Çantanın hər ikisi İlhamın əlində olmuşdur. O müşahidə apararkən kiminsə gətirib çanta qoyduğunu görməmişdir. Onlara pusqu xidmətinə çıxmalı olduqları deyilmiş və onlar pusquya çıxmışlar. Pusqu xidmətində olan zaman heç bir əşyaya toxunmaq hüququqları yoxdur. Pusqu xidmətində olan zaman aşkar edilmiş çantaya baxış keçirmək hüquqları yoxdur. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, N nömrəli hərbi hissənin 2-ci sərhəd komendantlığının rabitə qovşaq rəisi vəzifəsində, baş çavuş rütbəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 07:30-dan saat 11:30-dək N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının 3-cü sahəsinin arxa istiqamətində kapitan Şahid4 ilə birlikdə “Pusqu” xidmətinə təyin edilmişlər. Xidmətdə olduqları zaman xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Zəngilan rayonu, Şərifan kəndi istiqamətində bir ədəd qara rəngli “Daewoo” markalı avtomobilin hərəkət etdiyini, həmin avtomobilin kəndin yaxınlığında, yolun kənarında dayandığını və oradan bir nəfərin düşərək ərazini müşahidə etməyə başladığını, müşahidə apardıqdan sonra sıx kolluqlara yaxınlaşaraq axtarış apardığını görüb, bu barədə aidiyyəti üzrə məruzə edərək həmin şəxsin hərəkətini müşahidədə saxlamışlar. Həmin şəxs orada olan 2 (iki) ədəd bağlamalardan birini götürüb əraziyə gəldiyi “Daewoo” markalı avtomobilə doğru hərəkət edən zaman tərəflərindən uca səslə “Dayan!” çağırış komandası verilmiş və həmin şəxs tərəflərindən saxlanılmışdır. Dərhal bu barədə aidiyyatı üzrə məruzə etmişlər. Həmin şəxs saxlanıldıqdan sonra bir ədəd bağlamanı götürdüyü ərazidən daha bir ədəd bağlama aşkar edilmişdir. Bir qədər sonra həmin əraziyə hərbi qulluqçular gələrək tərəflərindən saxlanılmış şəxsi müvafiq araşdırmanın davam etdirilməsi üçün aparmışlar. Bundan sonra onlara məlum olmuşdur ki, ərazidən bir ədəd bağlamanı götürüb aparmaq istəyərkən saxlanılmış şəxs Təqsirləndirilən şəxs1dur. Sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 götürüb aparmaq istədiyi bağlamaya və həmin bağlamanı götürdüyü yerdən aşkar edilmiş daha bir ədəd bağlamaya baxış keçirildikdə həmin bağlamaların içərisindən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 saxlanılan zaman, yaxud saxlanıldıqdan sonra ona qarşı fiziki, yaxud psixoloji təzyiq göstərilməyib, sonuncunu döyən, təhqir edən olmamışdır. Təqsirləndirilən şəxs1 qeyd olunan bağlamalardan birini götürüb saxlanıldığı əraziyə gəldiyi “Daewoo” markalı avtomobilinə dorğu hərəkət edən zaman tərəflərindən saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 başqa ərazidə kənar şəxs olmamışdır. (cild 2, iş vərəqə 155-157) Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Xidmətdə olan zaman mobil telefondan istifadə etmək qadağandır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, postda olan əsgərlərin məlumatına əsasən sərhəddə pozuntu aşkar olunmuşdur. Məlumata əsasən sərhəd bölgədə axtarış keçirilmiş və iki ədəd çanta aşkar edilmişdir. Daha sonra onlar pusqu xidmətinə keçmişlər. Bir neçə saat sonra bir maşın çantanın olduğu əraziyə yaxınlaşmış və çantanı götürüb maşına qoymaq istəyəndə həmin şəxsi yaxalamışlar. Daha sonra zastava rəisi onları zastavaya geri göndərmişdir. Şahid X24 verilmiş suallara cavab olaraq bildirmişdir ki, sonradan çantanın içində narkotik vasitənin olmasından məlumatı olmuşdur. O, pusqu xidmətində iştirak etmişdir. Çantanı götürməyə Təqsirləndirilən şəxs1 gəlmişdir. Təqsirləndirilən şəxs1 Şahid6, zastava rəisi və o saxlamışlar. Təqsirləndirilən şəxs1 saxladıqdan sonra onları zastavaya göndərmişlər. Bağlamalara baxış keçirilməsində iştirak etməmiş və içində nə olduğunu bilmirmiş. Çantaların içində nə olmasından xəbəri olmamışdır. Çantaları axşam vaxtı tapmışlar və onlara toxunmamışlar. Çantanın içinə baxmadıqları dəqiq yadındadır. Məhkəmədə verdiyi ifadə tam həqiqəti əks etdirir. Təqsirləndirilən şəxs1 səhər saat 09 radələrində saxlamışlar. O hal şahidi olaraq bu işdə iştirak etmişdir. Çantaların içərisində narkotik vasitə olmasını sonradan zastava rəisi demişdir. Bu işdən başqa digər heç bir işdə hal şahidi olmamışdır. O yalnız Təqsirləndirilən şəxs1 bağlamanı götürüb maşına qoyduğu yerə qədər şahidlik etmişdir. O, ibtidai istintaqda ifadə vermişdir. İbtidai istintaq zamanı da hal-hazırda verdiyi ifadəni vermişdir. İfadəni o şifahi şəkildə demiş, müstəntiq də kompüterdə yazmışdır. İfadəsinə qol çəkmiş və ifadəsini oxumuş, ifadədə onun dedikləri yazılmışdır. Şahid X10 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, N fevral 2023-cü il tarixdə onu və Şahid7 7-ci sərhəd zastavasının inzibati binasına hal şahidi kimi dəvət etmişlər. Xidməti otaqda onlara bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş içərisində narkotik vasitələr olan bağlamanı götürdükdən sonra saxlanıldığı hadisə yerinə, saxlanıldığı yerdən aşkar edilmiş bağlamaya, onun qeyd olunan bağlamanı əldə etdiyi yerə, həmçinin də Təqsirləndirilən şəxs1 hadisə yerinə gəldiyi avomobilinə baxış keçiriləcəkdir. Bundan sonra onlara hüquq və vəzifələri izah olunmuş və razılıqları olduqdan sonra baxış başlanılmışdır. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 saxlanıldığı yeri əli ilə göstərmiş, həmin yer Zəngilan rayonu, Şərifan kəndinin ərazisi olmuşdur. Həmin yerə baxış zamanı Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən bir ədəd üzərində “CAT” yazısı olan bağlama, həmin bağlamanı əldə etdiyi yerə baxış keçirilən zaman isə oradan daha bir ədəd üzərində “CAT” yazısı olan bağlama olmaqla ümumilikdə iki ədəd bağlamalar aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 həmin, aşkar edilmiş bağlamaları götürmək üçün əraziyə gəldiyini, həmin bağlamalardan birini əldə edib əraziyə gəldiyi avtomobilinə doğru hərəkət edən zaman saxlanıldığını, həmin götürdüyü bağlamada təmir alətlərinin olmalı olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 saxlanıldığı əraziyə gəldiyi “Daewoo” markalı “**-DE-***” seriya nömrəli avtomobilə baxış keçirilən zaman həmin avtomobildən hansısa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən aşkar edilərək götürülmüş üzərində “CAT” yazısı olan bağlamaya, həmçinin Təqsirləndirilən şəxs1 həmin bağlamanı əldə etdiyi hadisə yerindən aşkar edilmiş üzərində “CAT” yazısı olan digər bağlamaya baxış keçirilən zaman həmin bağlamaların içərisindən dördbucaq formada, şəffaf yapışqan selofana sarılmış halda on yeddi ədəd bükümlər aşkar edilmiş, qeyd olunan bükümlərə baxış keçirilərkən bükümlərin içərisindən kəskin qoxulu, ot şəkilli, ümumi çəkisi 9000 (doqquz min) qram təşkil edən qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr qablaşdınlaraq möhürlənmiş, bundan sonra bütün bu hallar barədə müvafiq rəsmiləşdirmə işləri aparılaraq tərtib edilmiş protokollar hal şahidləri və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 20 fevral 2023-cü il tarixli 7/258 nömrəli ekspert rəyində göstərilən narkotik vasitə çəkisi ilə sərbəst ifadəsində qeyd olunan narkotik vasitə çəkisində olan fərqi həmin bağlamalarda olan kütlələrin bükülmüş halda, yəni qablaşdırılması ilə birlikdə çəkilərək bu barədə müvafiq protokolda qeydiyyat aparılması ilə izah etmiş, qeyd olunan bükümlərin çəkildiyi tərəzinin çəkini səhv göstərmə ehtimalının olması, həmçinin həmin maddələr çəkilərkən qablaşdınlmaları ilə birlikdə çəkilməsi, ekspertiza mərkəzində olan tərəzinin daha da dəqiq olması, ekspertizanın qeyd olunduğu kimi təmiz çəkini verdiyindən ekspert rəyində göstərilən çəkinin daha düz olmasını hesab etdiyini və əsas götürülməli olduğunu bildirmişdir. (cild 2, iş vərəqə 158-160) Şahid X24 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, çantanın içindən nə çıxdığını görməmişdir. İfadənin altındakı imza ona məxsusdur. Məhkəmə iclasında dediyi ifadə düzgündür. O çantanın içinə keçirilən baxışda iştirak etməmişdir. Çantanın olduğu yerin qamışlıq və ya boş yer olduğunu xatırlamır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, onlar postda növbədə olan əsgərlərin məlumatına əsasən axtarış keçirmişlər və sərhəddə iki ədəd çanta aşkar etmişlər. Daha sonra sahəni qapamışlar. Çantanı qoyan şəxsi görmüşlər. Lakin həmin şəxs qaçdığı üçün yaxalaya bilməmişlər. Daha sonra pusqu xidmətinə yatmışlar. Səhər saatlarında bir şəxsin əraziyə yaxınlaşaraq çantaları maşınına qoymaq istədiyini görmüşlər və həmin şəxsi saxlamışlar. Şahid6 verilmiş suallara cavab olaraq bildirmişdir ki, səhər saat 07-dən 12-yə qədər pusqu xidmətində olmuşdur. Çantanı götürməyə şəxs saat 09-da gəlmişdir. Çantanı götürən şəxs Təqsirləndirilən şəxs1 olmuşdur. Çantanı götürən şəxsin görünüşünü xatırlamır. Şəxsi saxladıqdan sonra onlar zastavaya geri qayıtmışlar. Baxış keçirilməsində iştirak etməmişdir. Çantanın içindən nə çıxdığını görməmişdir. Birinci dəfə axşam saat 20 radələrində onlara komanda verilmişdir. Onlar sahəyə gedib axtarış keçirmişlər və iki çanta aşkar edilmişdir. Çantaları yerindən tərpətməmişlər. O, hansısa əşyanın tərəzidə çəkilməsinin şahidi olmamışdır. Məhkəmə iclasında verdiyi ifadəsi tam həqiqəti əks etdirir və yadından heç bir şey çıxmamışdır. O, bu işdən başqa belə bir prosesdə iştirak etməmişdir. Çantalar aşkar edildikdən sonra yat komandası verilmiş və zastavaya yatmağa getmişlər. Sonradan hər hansı bir əşyaya baxmaq üçün onu heç bir yerə çağırmamışlar. Zastavaya qayıtdıqdan sonra zastava rəisi otağına çağırmış və orada bir kağıza qol çəkmişlər. Zastava rəisi otağında tək olmuş və onlar növbə ilə otağa girmişlər. Hadisə barədə yalnız zastava rəisinin otağında olmuşlar, başqa heç bir şəxsə ifadə verməmişdir. Çantanı aşkar etdikdən sonra əraziyə giriş-çıxış məhdudlaşdırılmışdır. Pusqu xidmətinə çıxmaqda məqsədləri çantaya yaxınlaşan şəxsi tutmaq olmuşdur. Çanta olan yerə yaxın olmuşdur. Çantanı götürən şəxsin üzünü tam görməmişdir. Təqsirləndirilən şəxslərdən biri çantanı götürən şəxsə oxşayır. O, çantanın içinə baxmamışdır. Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, N fevral 2023-cü il tarixdə onu və Şahid7 7-ci sərhəd zastavasının inzibati binasına hal şahidi kimi dəvət etmişlər. Xidməti otaqda onlara bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş içərisində narkotik vasitələr olan bağlamanı götürdükdən sonra saxlanıldığı hadisə yerinə, saxlanıldığı yerdən aşkar edilmiş bağlamaya, onun qeyd olunan bağlamanı əldə etdiyi yerə, həmçinin də Təqsirləndirilən şəxs1 hadisə yerinə gəldiyi avomobilinə baxış keçiriləcəkdir. Bundan sonra onlara hüquq və vəzifələri izah olunmuş və razılıqları olduqdan sonra baxış başlanılmışdır. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 saxlanıldığı yeri əli ilə göstərmiş, həmin yer Zəngilan rayonu, Şərifan kəndinin ərazisi olmuşdur. Həmin yerə baxış zamanı Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən bir ədəd üzərində “CAT” yazısı olan bağlama, həmin bağlamanı əldə etdiyi yerə baxış keçirilən zaman isə oradan daha bir ədəd üzərində “CAT” yazısı olan bağlama olmaqla ümumilikdə iki ədəd bağlamalar aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 həmin, aşkar edilmiş bağlamaları götürmək üçün əraziyə gəldiyini, həmin bağlamalardan birini əldə edib əraziyə gəldiyi avtomobilinə doğru hərəkət edən zaman saxlanıldığını, həmin götürdüyü bağlamada təmir alətlərinin olmalı olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 saxlanıldığı əraziyə gəldiyi “Daewoo” markalı “**-DE-***” seriya nömrəli avtomobilə baxış keçirilən zaman həmin avtomobildən hansısa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən aşkar edilərək götürülmüş üzərində “CAT” yazısı olan bağlamaya, həmçinin Təqsirləndirilən şəxs1 həmin bağlamanı əldə etdiyi hadisə yerindən aşkar edilmiş üzərində “CAT” yazısı olan digər bağlamaya baxış keçirilən zaman həmin bağlamaların içərisindən dördbucaq formada, şəffaf yapışqan selofana sarılmış halda on yeddi ədəd bükümlər aşkar edilmiş, qeyd olunan bükümlərə baxış keçirilərkən bükümlərin içərisindən kəskin qoxulu, ot şəkilli, ümumi çəkisi 9000 (doqquz min) qram təşkil edən qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər maddələr qablaşdınlaraq möhürlənmiş, bundan sonra bütün bu hallar barədə müvafiq rəsmiləşdirmə işləri aparılaraq tərtib edilmiş protokollar hal şahidləri və iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 20 fevral 2023-cü il tarixli 7/258 nömrəli ekspert rəyində göstərilən narkotik vasitə çəkisi ilə sərbəst ifadəsində qeyd olunan narkotik vasitə çəkisində olan fərqi həmin bağlamalarda olan kütlələrin bükülmüş halda, yəni qablaşdırılması ilə birlikdə çəkilərək bu barədə müvafiq protokolda qeydiyyat aparılması ilə izah etmiş, qeyd olunan bükümlərin çəkildiyi tərəzinin çəkini səhv göstərmə ehtimalının olması, həmçinin həmin maddələr çəkilərkən qablaşdınlmaları ilə birlikdə çəkilməsi, ekspertiza mərkəzində olan tərəzinin daha da dəqiq olması, ekspertizanın qeyd olunduğu kimi təmiz çəkini verdiyindən ekspert rəyində göstərilən çəkinin daha düz olmasını hesab etdiyini və əsas götürülməli olduğunu bildirmişdir. (cild 2, iş vərəqə 158-160) Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o çantanın içində nə olduğunu görməmişdir. İfadənin altındakı imza ona məxsusdur. İfadəsini oxumadan qol çəkmişdir. O bu işlə bağlı başqa heç bir yerdə ifadə verməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz daşınması və dövriyyəsində şübhəli olduğu üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o, Şahid2 və Şahid3 daxil edilmişdir. 29 mart 2023-cü il tarixdə gecə saat 02 radələrində Binəqədi rayonu ərazisində yaşadığı ünvanın yaxınlığında Təqsirləndirilən şəxs2 saxlamışlar. Saxlanan zaman Təqsirləndirilən şəxs2 yanında 2 nəfər şəxs də olmuşdur. Həmin şəxslərə özlərini təqdim etdikdən sonra BNMİ-nə dəvət etmişlər. İdarədə olan təhqiqatçı və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzrində qanunsuz əşya varsa, könüllü təqdim edilməsi bildirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində olan narkotik vasitə heroin və marixuananı təqdim etmiş və yaşadığı ünvanda da narkotik vasitə saxladığını bildirmişdir. Narkotik vasitələri haradan əldə etdiyi soruşulduqda, Zeynullah narkotik vasitələri İran vətəndaşından pul müqabilində deyilən yerlərə qoymaq üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı Zeynullah evin zirzəmisində saxladığı kisədə heroin və marixuananı təqdim etmişdir. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupunda Şahid2 və Şahid3 olmuşdur. Əməliyyat məlumatı ona daxil olmuşdur. Təqsirləndirilən şəxs2 gecə saat 02 radələrində Binəqədi rayonu ərazisində yaxınlaşmışlar. Təqsirləndirilən şəxs2 saxlanılarkən yanında Vüsal və adını xatırlamadığı digər şəxs olmuşdur. Onlara qarşı heç bir müqavimət göstərən olmamışdır. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs2 üzərindən 02 bükümdə marixuana və heroin aşkar edilmişdir. Evin zirzəmisində kisədə marixuana və heroin aşkar edilmişdir. O hal-hazırda Balakən rayonunda yaşayır. 2023-cü ildə istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs2 evinin qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs2 saxlanılan zaman spirtli içki qəbul edibetmədiyini xatırlamır. Təqsirləndirilən şəxs2 saxlanılan zaman yanında əlavə iki nəfər olmuşdur. Təqsirləndirilən şəxs2 saxlanılan zaman piyada olmuşdur. Təqsirləndirilən şəxs2 BNMİ-nə dəvət edilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman iştirak etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə axtarış keçirilən zaman Vüsal və digər şəxs də olmuşdur. Təqsirləndirilən şəxs2la birlikdə saxlanılan şəxslərin də üzərinə baxış keçirilib-keçirilmədiyini xatırlamır. Təqsirləndirilən şəxs2 yaşadığı ünvana gedən zaman evdə heç kəs olmamış, evin qapısını Təqsirləndirilən şəxs2 özü açmışdır. Evə baxış keçirilməsinə əməliyyat qrupunun üzvləri, Təqsirləndirilən şəxs2, müdafiəçi və təhqiqatçı getmişdir. Təqsirləndirilən şəxs2la birlikdə saxlanılan şəxslərin mənzilə baxışda iştirak edib-etmədiklərini xatırlamır. O 2023cü ilin dekabr ayında BNMİ-də olan vəzifəsindən ayrılmışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 28 mart 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Şahid2 və Şahid3 daxil olmuş, qrup üzvləri keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 ünvanında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin ünvana getmişlər, 29 mart 2023-cü il tarixdə saat 01:50-də qeyd olunan ünvana çatan zaman ünvanın yaxınlığında piyada hərəkət edən xarici görünüşünə görə Təqsirləndirilən şəxs2 oxşar bir nəfərin, həmçinin sonuncunun yanında şəxsiyyəti sonradan onlara məlum olan Şahid8 və Şahid9 olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs2 yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək DİN-in BNMİ-nin əməkdaşları olduqlarını deyərək ondan özünü təqdim etməsini xahiş etmişlər, sonuncu özünün təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə Baş İdarəyə gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etməmiş, həmçinin sonuncunun yanında olan Şahid8 və Şahid9 da Baş idarəyə dəvət etmişlər, həmiş şəxslər də etiraz etmədikləri üçün birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarədə Zeynullah X28 təhqiqatçısı Anar Aslanovun xidməti iş otağına aparmışlar, orada təhqiqatçı Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs2 siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmiş, bundan sonra vəkil dəvət edilərək Təqsirləndirilən şəxs2 təqdim olunub sonuncudan vəkilə etirazının olub-olmamasını soruşmş, sonuncu vəkilə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış aparılacağı və şəxsi axtarışın video çəkilişlə aparılacağını izah edilmiş, sonuncu etiraz etmədikdən sonra təhqiqatçı Təqsirləndirilən şəxs2 üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs2 masaya yaxınlaşaraq əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində heroin və marixuana olan 02 ədəd bükümü təqdim etmiş, sonuncunun üzərinə şəxsi axtarış aparılan zaman 03 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və 02 ədəd açar aşkar edilmişdir. Bükümlər elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüş, mobil telefonlar və şəxsiyyət vəsiqəsi götürülsə də, açarlar Təqsirləndirilən şəxs2 Özünə geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 aşkar olunmuş bükümlərin işərisində narktoik vasitə olan marixuana və heroin olduğunu, həmin maddələri İİR vətəndaşı “Peyzad” adlı şəxsdən alıb deyəcəyi ünvanlara qoyması müqabilində əldə etdiyini, həmin maddələrdən yaşadığı evdə də saxladığım, üzərində və yaşadığı evdə saxladığı maddələrdən heç kimin məlumatının olmadığını yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Şahid8 yaşadıqları evə baxış keçirilməsinə etiraz etmədiklərinə dair ərizə yazmış birlikdə həmin ünvana getmişlər. Orada olan zaman Təqsirləndirilən şəxs2 qapını açmış və onlar birlikdə evin içərisinə daxil olmuşlar. Bu zaman Təqsirləndirilən şəxs2 evin zirzəmisini açmış və oradan bir ədəd torbanı təqdim edərək, onların içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Kisə açılan zaman oradan ayrıayrı bükümlərdə narkotik vasitə heroin və marixuana aşkar edilmiş, bükümlər qablaşdırılaraq götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs2 ilkin izahatını təsdiq etmişdir. (cild 1, iş vərəqə130-132) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının sonlarında Şahid1 daxil olmuş “Zeynullah” adlı şəxsin Binəqədi rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Daha sonra Binəqədi rayonu ərazisində Mədən adlanan ərazidə xarici görünüşü Təqsirləndirilən şəxs2 bənzəyən şəxs yaşadığı ünvanın yaxınlığında saxlanılmışdır. Özlərini yaxınlaşıb təqdim edərək BNMİ-yə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilən zaman iki bükümdə marixuana və heroin aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 özü könüllü şəkildə yaşadığı ünvanda da narkotik vasitə saxladığını, onunla birlikdə saxlanılmış şəxslərin narkotik vasitələrdən heç bir məlumatlarının olmadığını etiraf etmişdir. Təqsirləndirilən şəxs2 ərizəsini aldıqdan sonra, əməliyyat qrupu üzvləri, təhqiqatçı, müdafiəçi və Təqsirləndirilən şəxs2 iştirakları ilə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evin zirzəmisindən böyük torbada hazır bükümlərdə marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, narkotik vasitələri İran vətəndaşı olan Peyzaddan almış, pul müqabilində dediyi ünvanlara qoyacaqmış. Şahid3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat qrupu Şahid1, Şahid2 və ondan ibarət olmuşdur. Əməliyyat tədbirinə əlavə dəstək qüvvələri çağırılmamışdır. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Təqsirləndirilən şəxs2 gecə saat 02 radələrində yaxınlaşmışlar. Təqsirləndirilən şəxs2 saxlanılan zaman yanında iki nəfər şəxs də olmuş, həmin şəxslərin adlarını xatırlamır. Təqsirləndirilən şəxs2la birlikdə saxlanılan şəxslərin də üzərinə baxış keçirilmiş, lakin onların üzərindən qanunsuz bir şey aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 üzərindən marixuana və heroinə bənzər maddələr, evdən isə marixuanaya bənzər maddə aşkar edilmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs2 əvvəlcə yüngül müqavimət göstərmişdir. Onlar özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirdikdən sonra isə heç bir müqavimət olmamışdır. O Xətai rayonu ərazisində yaşayır və hal-hazırda həmin ünvandadır. O, əməliyyat olmuş, yataq xəstəsidir, bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Hadisə baş verən zaman ***-***-**- ** saylı mobil nömrə istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs2 piyada şəkildə saxlamışlar. Təqsirləndirilən şəxs2 saxlanılan zaman spirtli içki təsirində olub-olmadığını xatırlamır. İdarədə Təqsirləndirilən şəxs2 və birlikdə saxlanılan şəxslərin hər birinin üzərinə ayrı-ayrılıqda baxış keçirilmişdir. Narkotik vasitələrin aşkar edildiyi ev Təqsirləndirilən şəxs2 qaldığı ev olmuşdur. Evə baxış keçirmək üçün gedən zaman heç bir kəs olmamış, qapını Təqsirləndirilən şəxs2 özü açmışdır. Ev ikimərtəbəli olmamışdır. İlk dəfə evə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirildikdən sonra getmişlər. Tərəflərindən şəxsə qarşı fiziki təsir olmamışdır. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili vəzifəsində vəzifəsində xidmət edir. 28 mart 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat Şahid1 tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, Şahid1 və Şahid2 daxil olmuşdur. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 ünvanında olması barədə əməliyyat məlumatı daxil olmuş və onlar həmin ünvana getmişlər. 29 mart 2023-cü il tarixdə saat 01:50-də qeyd olunan ünvana çatan zaman ünvanın yaxınlığında piyada hərəkət edən xarici görünüşünə görə Təqsirləndirilən şəxs2 oxşar bir nəfərin, həmçinin sonuncunun yanında şəxsiyyəti sonradan onlara məlum olan Şahid8 və Şahid9 olması müşahidə edilmişdir. Onlar Təqsirləndirilən şəxs2 yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək DİN-in BNMİ-nin əməkdaşları olduqlarını demişlər və sonucudan özünü təqdim etməsini xahiş etmişlır. Həmin şəxs Təqsirləndirilən şəxs2 olduğunu bildirmiş və anket məlumatlarını qeyd etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış edilmiş və qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onlarla birlikdə Baş İdarəyə gəlməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etməyib onlarla birlikdə gələ biləcəyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 yanında olan Şahid8 və Şahid9 da Baş idarəyə dəvət etmişlər, həmin şəxslər də etiraz etmədikləri üçün birlikdə Baş İdarəyə gəlmişlər. Baş İdarədə Zeynullah X28 təhqiqatçısı Anar Aslanovun xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs2 hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs2 siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra vəkil dəvət edilərək Təqsirləndirilən şəxs2 təqdim olunub sonuncudan vəkilə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs2 vəkilə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış aparılacağı və şəxsi axtarışın video çəkilişlə aparılacağını izah edilmişdir. Təqsirləndirilən şəxs2 etiraz etmədikdən sonra təhqiqatçı sonuncuya üzərində olan əşyaları çıxarıb masanın üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs2 masaya yaxınlaşaraq əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində heroin və marixuana olan 02 ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman 03 ədəd mobil telefon, şəxsiyyət vəsiqəsi və 02 ədəd açar aşkar edilmişdir. Bükümlər elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Mobil telefonlar və şəxsiyyət vəsiqəsi götürülsə də, açarlar Təqsirləndirilən şəxs2 özünə geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 aşkar olunmuş bükümlərin işərisində narktoik vasitə olan marixuana və heroin olduğunu, həmin maddələri İİR vətəndaşı “Peyzad” adlı şəxsdən alıb deyəcəyi ünvanlara qoyması müqabilində əldə etdiyini, həmin maddələrdən yaşadığı evdə də saxladığını, üzərində və yaşadığı evdə saxladığı maddələrdən heç kimin məlumatının olmadığını, yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Şahid8 yaşadıqları evə baxış keçirilməsinə etiraz etmədiklərinə dair ərizə yazmışlar, bundan sonra birlikdə həmin ünvana getmişlər. Orada olan zaman Təqsirləndirilən şəxs2 qapını açmış və onlar birlikdə evin içərisinə daxil olmuşlar. Bu zaman Təqsirləndirilən şəxs2 evin zirzəmisini açmış və oradan bir ədəd torbanı təqdim edərək, onların içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Kisə açılan zaman oradan ayrı-ayrı bükümlərdə narkotik vasitə heroin və marixuana aşkar edilmişdir. Bükümlər qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 ilkin izahatını təsdiq etmişdir. Onlar Təqsirləndirilən şəxs2 qarşı fiziki və ya psixi təsir, həmçinin, zorakı hərəkətlər etməmişlər. (cild 1, iş vərəqə 151-153) Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş BMCMİ-nin İstintaq İdarəsinin rəis müavini Şahid10 ifadəsində göstərmişdir ki, işin gərginliyi və çoxluğu ilə bağlı saatlar səhv yazılmış ola bilər, bu sadəcə texniki nöqsandır. İstintaq gedişində şəxs əvvəlcə şübhəli şəxs qismində dindirilmiş, şəxsə ittiham elan olunmuş, daha sonra təqsirləndirilən şəxs qismində dindirilmişdir. Təqsirləndirilən şəxs2 29 mart 2023-cü il tarixdə gecə saatlarında saxlanmış, daha sonra həmin tarixdə ekspertiza rəyi alınmış, bundan sonra material baş idarəyə göndərilmiş və tərəfindən cinayət işi başlanmışdır. Daha sonra şəxs şübhəli şəxs qismində dindirilmiş, ittiham elan olunmuş və şəxs təqsirləndirilən şəxs qismində dindirilmişdir. Şübhəli dindirmə protokolu 29 mart 2023-cü il tarixdə tərtib edilmiş, cinayət işində texniki səhv kimi həmin tarix 30 mart olaraq qeyd edilmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 heç vaxt onların evində daimi yaşamamışdır. O, işdən gəlmiş, lakin evə çatmışdır. Həyat yoldaşı evdə olmuşdur. Sonra yoldaşı mağazaya getmiş, o isə yatmağa getmişdir. Bir müddət sonra yuxudan oyananda evin həyətindən 5-6 nəfər şəxsin səsinin gəldiyini eşitmişdir. Əvvəlcə düşünmüşdür ki, həyat yoldaşının dostlarıdır, lakin sonradan görmüşdür ki, başqa şəxslərdir. Daha sonra həmin şəxslərdən biri ondan evdə qaunsuz əşya olub-olmamasını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs2 da onların həyətində olmuşdur. Sonradan görmüşdür ki, Təqsirləndirilən şəxs2 və həyat yoldaşı Şahid8 qolunu bağlamışlar. O Təqsirləndirilən şəxs2 qardaşını tanımır, həmin vaxt orada olub-olmadığını bilmir. Təqsirləndirilən şəxs2 və həyat yoldaşının qollarını bağladıqdan sonra həyətdən çölə çıxartmışlar, o da onların arxasınca çıxmış və onları maşına mindirib apardıqlarını görmüşdür. Düşünmüşdür ki, Təqsirləndirilən şəxs2 və həyat yoldaşını aparan şəxslər polis əməkdaşları olmuşdur. Sonra o evə qayıtmışdır. O evə qayıtdıqdan sonra ətrafda qanunsuz bir əşya görməmişdir. Təqsirləndirilən şəxs2 onlara həmin gün gəlmişdir. Sonradan o evdən çıxıb gəlinlərigilə getmişdir. O, evdən çıxanda qapı-pəncərəni bağlamamış, çünki polis əməkdaşları evin açarlarını ondan almışlar. Açardan başqa ondan qaz və işığın çekini də istəmişlər. Evə gələn şəxslərin özlərini polis əməkdaşı kimi təqdim edib-etmədiklərini xatırlamır. Həmin şəxslər Təqsirləndirilən şəxs2 və həyat yoldaşının qollarını bağladıqdan sonra düşünmüşdür ki, onlar polis əməkdaşıdır. Təqsirləndirilən şəxs2 əvvəllər də onların evlərinə gəlmişdir. Bu hadisədən əvvəl sonuncu dəfə Təqsirləndirilən şəxs2 nə vaxt gəldiyini dəqiq xatırlamır. Həyat yoldaşı mağazaya getmək üçün evdən çıxmış, daha sonra o yatmışdır. O, nə qədər yatdığını bilmir. O evdən çıxıb gedəndə darvazanı içəridən bağlamış, özü də hasara nərdivan qoymuş və çıxıb getmişdir. O evdən çıxıb gedəcəyini heç kəsə deməmişdir. O getdikdən sonra evə kiminsə gəldiyindən məlumatı yoxdur. O, əvvəllər həyətdə və ya evin zirzəmisində Təqsirləndirilən şəxs2 və həyat yoldaşının nə isə saxlamasının şahidi olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 29 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması faktına görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi lə cinayət işi başlanılmış və icraata götürülmüşdür. (cild 1, iş vərəqə 1) 28 mart 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1981-ci ildə Cəbrayıl rayonu, Tatar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunan, Cəbrayıl rayonu, Tatar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilir. (cild 1, iş vərəqə 5) Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 28 mart 2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli, 3-13-7/Ə131/2023 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 6-7, 10) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 29 mart 2023-cü il tarixdə, saat 01:50 dəqiqədə ünvan 9 ünvanın yaxınlığında Əsədov X12 Elman İman oğlunun yanında piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla BNMİ-nin inzibati binasına gətirilmişdir. (cild 1, iş vərəqə 11) Şübhəli şəxsin tutulması haqqında 29 mart 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 29 mart 2023-cü il tarixdə, saat 03:00-da Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, o azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni 29 mart 2023-cü il tarixdən, saat 01:50-dən tutulmuş hesab edilmişdir. (cild 1, iş vərəqə 12,21) Şəxsi axtarış və götürmə aparılması haqqında 29 mart 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1(bir) ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik olan, narkotik vasitə olan heroinə bənzər kütləni, 1(bir) ədəd sellofan bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə olan qurdulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1(bir) ədəd şəxsin özünə aid şəxsiyyət vəsiqəsi, 2(iki) ədəd açar, 1(bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Katel” markalı mobil telefon, 1(bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon və 1(bir) ədəd içərisində sim kart nömrəsi olmayan “Redmi” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi qurudulmuş marixuanaya bənzər və heroinə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 119 (yüz on doqquz) qram, heroinə bənzər kütlənin çəkisi 42(qırx iki) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, iştirakçılar, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1(bir) ədəd “Redmi” markalı mobil telefon, 1(bir) ədəd şübhəli şəxsə aid şəxsiyyət vəsiqəsi, 1(bir) ədəd “Katel” markalı mobil telefon və 1(bir) ədəd “Samsung” markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. 2(iki) ədəd açar isə Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Peyzad” adlı şəxsdən Fizuli rayonu, Babı kəndindən 1(bir) gün bundan əvvəl sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 5000 (beş min) manat pul verəcəyini, özünün narkotik vasitədən istifadə etdiyini lakin heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa ünvan 10 ünvanında narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şahid8 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2la dost olduğunu, bir müddətdir ki, Təqsirləndirilən şəxs2 onun evində qalmasını, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından xəbərsiz olmasını, yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şahid9 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 qardaşı olduğunu, onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından xəbərsiz olduğunu qeyd etmişdir. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı video kameradan istifadə etməklə video çəkiliş aparılmışdır. (cild 1, iş vərəqə 29-33) Evə baxış və götürmə aparılması haqqında 29 mart 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanında narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan həmin ünvanda video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 yaşadığı evin zirzəmisində saxladığı 1 (bir) ədəd narıncı rəngli kisə torbanı təqdim etmişdir. Həmin 1(bir) ədəd narıncı rəngli kisə torbanın içərsindən, 2 (iki) ədəd bağlamada açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 4 (dörd) ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinə bənzər kütlələrin ümumillikdə çəkisi 1(bir)kq 994(doqquz yüz doxsan dörd) qram, qurudulmuş marixuanaya bənzər kütlələrin ümumillikdə çəkisi 9(doqquz) kq 325 (üç yüz iyirmi beş) qram olmuşdur. Daha sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi, iştirakçı və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs2 yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Peyzad” adlı şəxsdən Fizuli rayonu, Babı kəndindən 1(bir) gün bundan əvvəl sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 5000 (beş min) manat pul verəcəyini, özünün narkotik vasitədən istifadə etdiyini, lakin heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Başqa heç bir yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, yaşadığı evə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir. Şahid8 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2la dost olduğunu, bir müddətdir ki Təqsirləndirilən şəxs2 onun evində qalmasını, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından və yaşadığı evdə saxlanılan narkotik vasitələrdən xəbərsiz olmasını bildirmişdir.Baxış və götürmə «Sony» markalı video kameradan istifadə etməklə video çəkiliş aparılmışdır. (cild 1, iş vərəqə 36-39) Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 29 mart 2023-cü il tarixli 6/1768 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün 7№”-li dairəvi möhür əksi, “vət Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş kütlələr” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 31,2 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün 7№”li dairəvi möhür əksi, “vət Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş kütlələr” yazısı və imzalar olan kisədəki 2 (iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 976,7 qram və 998,8 qram, ümumi təmiz çəkisi 1975,5 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2006,7 qram (2 kq 6,7 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Qeyd: üzərindən aşkar edilmiş heroinin təmiz çəkisi: 31,2 qr, tədqiqata sərf edildi: 0,1 qr, qalıq 31,1 qr. Evindən aşkar edilmiş heroinin ümumi təmiz çəkisi: 1975,5 qr, tədqiqata sərf edildi: ümumi 0,4 qr (hər maddədən 0,2 qr), qalıq 1975,1 qr. (cild 1, iş vərəqə 57-60) Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 29 mart 2023-cü il tarixli 7/4350 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ vət Təqsirləndirilən şəxs2 üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi - 105,0 qram və üzərində “vət Təqsirləndirilən şəxs2 yaşadığı..” yazısı və imzalar olan narıncı rəngli sintetik torbadakı 04 (dörd) ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1609,7 qram, 1577,5 qram, 2939,1 qram, 2973,7 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 9205 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: marixuananın ümumi çəkisi - 9205 qram (1-5 № li ob) tədqiqata istifadə olundu -1,0 qram, (hər obyektdən 0,2 qram) qalıq - 9204 qram. (cild 1, iş vərəqə 62-67) Təqsirləndiriən şəxs qismində cəlb etmək haqqında 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 83-84) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 418/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 103-108) Maddi sübut hesab edilməsi haqqında 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş 01 ədəd sintetik torbada və 02 ədəd kağız paketdə təmiz çəkisi tədqiqatdan sonra 2006,2 qram qalmış narkotik vasitə heroin və 9204 qram qalmış narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (cild 1, iş vərəqə 116-117) Məhkəmə-narkoloji ekspertizasının 22 may 2023-cü il tarixli 3116 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərdən və kannabinoidlərin birgə qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 159-160) Sübutların qiymətləndirilməsi haqqında 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivi olması nəzərə almaqla Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif olunmuş, Təqsirləndirilən şəxs2 30 mart 2023-cü il tarixdə elan edilmiş ittihama dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri iş üzrə nəzərə alınmış, Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra 2006,2 qram qalmış narkotik vasitə heroinin və 9204 qram qalmış narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması haqqında 05 aprel 2023-cü il tarixli iş üzrə nəzərə alınmış, külli miqdarda narkotik vasitələrin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılıb icraata qəbul edilməklə istintaqı aparılmış, cinayət işindən bəzi istintaq sənədlərinin əsli və kserosurəti çıxarılaraq ayrılacaq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd «iphone», 01 ədəd «Xiaomi» və 01 ədəd «Kgtel» markalı mobil telefonlar sübut əhəmiyyəti kəsb etmədiyi üçün hüquqlarını müdafiə edən vəkilinə və ya ailə üzvlərinə qaytarılmış, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilən zaman çəkilmiş videoçəkiliş diskləri maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən tutulan zaman üzərində olan narkotik vasitəni, həmçinin yaşadığı evdən saxladığı narkotik vasitələri polis əməkdaşlarının təklifinə əsasən onlara təqdim etməsi narkotik vasitəni könüllü təhvil vermə kimi qiymətləndirilməmiş, Şahid8 və Şahid9 əməllərində Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 307-ci maddələrinin tərkib əlaməti olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. (cild 1, iş vərəqə 161-170) Cinayət işinin matriallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından külli miqdarda-2006,7 qram narkotik vasitə heroinin və külli miqdarda-9205 qram qurudulmuş marixuananın əldə edilməsi, saxlanması, daşınması və satılması faktlarına görə ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. (cild 1, iş vərəqə 172-173) 05 iyul 2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilmiş 03 ədəd mobil telefon müdafiəçi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təhvil verilmişdir. (cild 1, iş vərəqə 177) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 184-185). Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması haqqında qərardan görünür ki, DİN-nin BMCMİnin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti 02 ay-06 ayadək, yəni 29 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 208-209) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1091/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 02 (iki) ay, yəni 29 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 217-222) Azərbaycan Respublikası Baş Prokurorluğunun 05 sentyabr 2023-cü il tarixli, 2-2/2- 013581/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi sonuncunun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Azərbycan Respublikası DİN-nin BMCMİ-nin İstintaq İdarəsində istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməklə istintaqın davam etdirilməsi BMCMİ-nə göndərilmişdir. (cild 1, iş vərəqə 233) Cinayət işinin icraata qəbul edilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi BMCMİ-də icraata qəbul olunaraq istintaq aparılmışdır. (cild 1, iş vərəqə 234-235) Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraatda olan Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə bir icraatda birləşdirilmişdir. (cild 1, iş vərəqə 236-237) Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, şəxsiyyəti istintaqa məlum olmayan Şəhruz adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri barələrində isə Azərbaycan Respublikası CM-nin 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilmiş və istintaq aparılmışdır. (cild 2, iş vərəqə 1) N nömrəli hərbi hissənin komandiri, polkovnik Samir Salamovun N fevral 2023-cü il tarixli, 16/257 nömrəli məktubundan və həmin hərbi hissənin 7-ci sərhəd zastavasının rəisi, kapitan Şahid4 N fevral 2023-cü il tarixli raportundan görünür ki, N fevral 2023-cü il tarixdə, saat 09 radələrində 7-ci sərhəd zastavasının 3-cü sahəsinin arxa istiqamətində “Pusqu" xidmətinə təyin edilmiş sərhəd naryadları, Zəngilan rayonu, Şərifan kəndi istiqamətində bir avtomobilin hərəkət etdiyini, həmin avtomobilin bir nəfər şəxsin düşərək yol kənarından bağlamanı götürüb ərazidən uzaqlaşdığını görmüş, bundan sonra həmin şəxs saxlanılmış, saxlanıldığı ərazidən bir ədəd bağlama, həmin bağlamanı əldə etdiyi yerdən isə daha bir ədəd bağlama olmaqla ümumilikdə iki ədəd bağlamalar aşkar edilərək götürülmüşdür. (cild 2, iş vərəqə 4-5) İnzibati qaydada tutma haqqında N fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 13:00-da inzibati qaydada tutulmuşdur. (cild 2, iş vərəqə 7) N fevral 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan və fotoşəkillərdən görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının 3-cü sahəsinin arxa hüdududur. Həmin istiqamətdə Zəngilan rayonu, Şərifan kəndi yaxınlığında sıx kol bitkiləri olan ərazidə, Horadiz-Ağbənd magistral yolundan 5 metr aralı ərazidə yerləşən sıx kolluq ərazidə saxlanılmış Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən bir ədəd bağlama, Təqsirləndirilən şəxs1 həmin bağlamanı əldə etdiyi yerdən isə daha bir ədəd bağlama olmaqla ümumilikdə iki ədəd bağlamalar aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs1 həmin bağlamalardan birini əldə etmək üçün əraziyə gəldiyini, həmin bağlamalardan birini əldə edib əraziyə gəldiyi avtomobilinə doğru hərəkət edən zaman saxlanıldığını, həmin götürdüyü bağlamada təmir alətlərinin olmalı olduğunu bildirmişdir. (cild 2, iş vərəqə 9-12) N fevral 2023-cü il tarixli aşkar edilmiş predmetlərə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş olan bir ədəd bağlamaya və Təqsirləndirilən şəxs1 həmin bağlamanı əldə etdiyi yerdən aşkar edilmiş daha bir ədəd bağlamaya, ümumilikdə iki ədəd üzərində “Cat” yazısı olan bağlamalara baxış keçirilən zaman həmin bağlamaların içərisindən dördbucaq formalı, şəffaf yapışqan selofana sarılmış halda 17 (on yeddi) ədəd içərisində kəskin qoxulu, ot şəkilli, ümumi çəkisi 9000 (doqquz min) qram təşkil edən qurudulmuş marixuanaya bənzər maddə olan bükümlər aşkar olunmuşdur. (cild 2, iş vərəqə 17-21) Məhkəmə-bioloji ekspertizasının 20 fevral 2023-cü il tarixli 7/2538 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş birinci idman çantasında üzərləri skoçla bağlanmış 08 ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 529,9 qram, 534,1 qram, 508,7 qram, 531,3 qram, 615,5 qram, 522,9 qram, 506,9 qram və 527,4 qram ümumi çəkisi - 4276,7 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş ikinci idman çantasında üzərləri skoçla bağlanmış 08 ədəd (05 ədəd sarı rəngli, 03 ədəd qara rəngli) polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 522,1 qram, 515,9 qram, 499,9 qram, 516,7 qram, 510,3 qram, 520,0 qram, 545,9 qram və 516,0 qram, 01 ədəd ağız hissəsi bağlanan polietilen paketdə təmiz çəkisi - 50,6 qram, ümumi çəkisi - 4197,4 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Təqdim olunmuş 02 ədəd çantadakı marixuanaların ümumi çəkisi - 8473,8 qramdır. Qeyd: marixuanaların ümumi çəkisi - 8473,8 qram, (1-17 №-li ob) tədqiqata istifadə olundu cəmi - 0,34 qram (hər obyektdən 0,02 qram) qalıq - 8473,46 qram. (cild 2, iş vərəqə 40-44) Şübhəli şəxsin tutulması haqqında 20 fevral 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 20 fevral 2023-cü il tarixdə, saat 15:00-da Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 2, iş vərəqə 45-55) 21 fevral 2023-cü il tarixli şəxsin fotoşəkil üzrə tanınması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa “Namiq” adı ilə məlum olan şəxsi tanıyaraq həmin şəxsin Təqsirləndirilən şəxs2 olmasını, məhz həmin şəxsin ona saxlanıldığı yerdə olan üzərində “Cat” yazısı yazılmış iki ədəd bağlamaları götürməsini və özünə çatdırmasını demişdir. (cild 2, iş vərəqə 83-84) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 87-88) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-129/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli N fevral 2023-cü il tarixdən, saat 13:00-dan hesablanmışdır. (cild 2,iş vərəqə 110-113) Maddi sübut kimi tanınma haqqında 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, 8473,46 qram narkotik vasitə olan qurudulmuş marixuana ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İstintaq və Təhqiqat İdarəsinə verilmişdir. (cild 2, iş vərəqə 126) 22 fevral 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Samsung Galaxy J5» markalı mobil telefon baxış keçirilən zaman mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadiləsi proqramında xx.xx.2023-cü il tarixdə şəxsiyyəti istintaqa Şəhruz adı ilə məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**" saylı nömrə arasında bir neçə dəfə audio və video zənglərin olması, şəxsiyyəti istintaqa Təqsirləndirilən şəxs2 istifadəsində olan, mobil telefonda adı “namik tatar” kimi qeyd edilmiş şəxsin “***-***-**-**” saylı mobil nömrəsi arasında xx.xx.2023-cü il tarixdə bir neçə dəfə audio zənglərin olması aşkar edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 mobil telefonunun zənglər bölməsinə baxış keçirilən zaman orada xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan, mobil telefonda adı “namik tatar” kimi qeyd edilmiş şəxsin “***-***-**-**” saylı mobil nömrəsi ilə bir neçə zənglərin olması, həmçinin şəxsiyyəti istintaqa Şəhruz adı ilə məlum olan şəxsin istifadəsində olan “***-***-**-**” saylı nömrə arasında xx.xx.2023-cü il tarixdə bir neçə dəfə zənglərin olması aşkar edilmişdir. (cild 2, iş vərəqə 130) 22 fevral 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş “Lenovo” markalı boz rəngdə mobil telefonun ekranının yuxarı sol tərəf istiqaməti sınıqdır. Qeyd olunan mobil telefon baxış keçirilməsi üçün yandırılan zaman ekranının sınıq olması səbəbindən yanmamış və bu səbəbdən də həmin mobil telefona baxış keçirilməsi mümkünsüz olmuşdur. (cild 2, iş vərəqə 131) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X43 verdiyi xx.xx.2025-ci il tarixli, 2892 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. (cild 2, iş vərəqə 199) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-in verdiyi xx.xx.2023-cü il tarixli, xx/xx-3270 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. (cild 2, iş vərəqə 211) Cəbrayıl rayon İHB-nın Xələfli kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023-cü il tarixli, 45 saylı arayış və xasiyətnamədən görünür ki, Cəbrayıl rayon Tatar kənd sakini Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 2, iş vərəqə 216- 217) Cəbrayıl rayon İHB-nın Hovuslu kənd İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2023cü il tarixli, 29 saylı arayış və xasiyətnamədən görünür ki, Cəbrayıl rayon Qalacıq kənd sakini Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 2, iş vərəqə 219-221) Baxış keçirilməsi haqqında 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə “+98-***-***-**-**” saylı nömrə ilə bağlı həmin nömrəyə daxil olan və edilən zənglərə, SMS-lərə dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli 3-27-111/2-45/2023 nömrəli məktubla göndərilmiş izahlı qaiməyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa Şəhruz adı ilə məlum olan İran İslam Respublikası vətəndaşının istifadəsində olan “+98- ***-***-**-**” saylı nömrədən çıxan zənglərlə bağlı müvafiq cədvəl tərtib edilmiş və həmin cədvəldə telefon danışığı ilə bağlı aşağıdakı məlumatlar əks etdirilmişdir: Zəng edən Zəngi qəbul Tarix Vax Danışı edən t qların sayı “+98-***-***-**-**” (Şəxsiyyəti ***-***-**-** 17.11.22 42 1 istintaqa Şəhruz adı ilə məlum 20:51 olan şəxsin istifadəsində olan nömrə) Şəxsiyyəti istintaqa Şəhruz adı ilə məlum olan İran İslam Respublikası vətəndaşının istifadəsində olan “+98-***-***-**-**” saylı nömrəyə daxil olan zənglərlə bağlı aşağıda müvafiq cədvəl tərtib edilmiş və həmin cədvəldə telefon danışığı ilə bağlı aşağıdakı məlumatlar əks etdirilmişdir: Zəng edən Zəngi qəbul edən Tarix Vax Danışı t qların sayı “***-***-**-**” “+98-***-***-**-**” 1) 02.11.22 11 10 (Şəxsiyyəti istintaqa 11:48 Şəhruz adı ilə məlum 2) 02.11.22 60 olan şəxsin istifadəsində 14:13 olan nömrə) 3) 02.11.22 46 14:17 4) 02.11.22 30 21:02 5) 21.11.22 41 21:20 6) 24.11.22 60 19:26 7) 27.11.22 52 17:41 8) 29.11.22 6 14:14 9) 29.11.22 3 14:15 10) 13.12.22 30 14:34 “***-***-**-**” “+98-***-***-**-**” 1) 07.11.22 13 2 (Şəxsiyyəti istintaqa 20:36 Şəhruz adı ilə məlum 2) 07.11.22 41 olan şəxsin istifadəsində 20:44 olan nömrə) “***-***-**-**” “+98-***-***-**-**” 21.12.22 16 1 (Şəxsiyyəti istintaqa 15:54 Şəhruz adı ilə məlum olan şəxsin istifadəsində olan nömrə) “***-***-**-**” “+98-***-***-**-**” 22.12.22 38 1 (Şəxsiyyəti istintaqa 22:12 Şəhruz adı ilə məlum olan şəxsin istifadəsində olan nömrə) “***-***-**-**” “+98-***-***-**-**” 22.12.22 31 1 (Şəxsiyyəti istintaqa 23:34 Şəhruz adı ilə məlum olan şəxsin istifadəsində olan nömrə) “***-***-**-**” “+98-***-***-**-**” 1) 23.12.22 25 3 (Şəxsiyyəti istintaqa 00:53 Şəhruz adı ilə məlum 2) 23.12.22 18 olan şəxsin istifadəsində 03:47 olan nömrə) 3)26.12.22 20 17:43 “***-***-**-**” “+98-***-***-**-**” 06.01.23 9 1 (Şəxsiyyəti istintaqa 22:28 Şəhruz adı ilə məlum olan şəxsin istifadəsində olan nömrə) “***-***-**-**” “+98-***-***-**-**” 07.01.23 31 1 (Şəxsiyyəti istintaqa 22:11 Şəhruz adı ilə məlum olan şəxsin istifadəsində olan nömrə) (cild 2, iş vərəqə 237-238) "xxxx" MMC-nin diskinə və məktubuna baxış keçirilməsi haqqında 24 aprel 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Azercell MMC-dən daxil olmuş telefon zəngləri ilə əlaqədar olan diskə və məktuba baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı nömrə onun öz adına rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə “***-***-**-**” (X13 adına rəsmiləşdirilmiş) saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 2 halda “30 və 29” saniyəlik danışıqlar, “***-***-**-**” (Şahid9 adına rəsmiləşdirilmiş) saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “189” saniyəlik danışıq, “***-***-**-**” (Şəxsiyyəti istintaqa Təqsirləndirilən şəxs2 kimi məlum olan şəxsin istifadəsində olan nömrə) saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 13 halda “143, 272, 76, 41, 190, 341, 326, 69, 46, 320, 74, 452 və 89” saniyəlik danışıqlar, “***-***-**-**” (X6 adına rəsmiləşdirilmiş) saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “56” saniyəlik danışıq, “***-***-**-**” (X20 adına rəsmiləşdirilmiş) saylı mobil nömrə arasında xx.xx.2023cü il tarixdə 1 halda “96” saniyəlik danışıq, “***-***-**-**” (Şəxsiyyəti istintaqa Şəhruz kimi məlum olan şəxsin istifadəsində olan nömrə) saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 6 halda “199, 212, 35, 130, 17 və 185” saniyəlik danışıqların olması müəyyən edilmişdir. (cild 2, iş vərəqə 240) "xxxx" MMC-nin diskinə və məktubuna baxış keçirilməsi haqqında 24 aprel 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Azercell MMC-dən daxil olmuş telefon zəngləri ilə əlaqədar olan diskə və məktuba baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa Şəhruz adı ilə məlum olan şəxsin istifadəsində olan “***- ***-**-**” saylı nömrə X2 adına rəsmiləşdirilmişdir. Şəxsiyyəti istintaqa Şəhruz adı ilə məlum olan şəxsin istifadəsində olan “***-***-**- **” saylı nömrə ilə “***-***-**-**” (Təqsirləndirilən şəxs1 istifadəsində olan nömrə) saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 6 halda “199, 212, 35, 130, 17 və 185” saniyəlik danışıqlar, “***-***-**-**” (Şəxsiyyəti istintaqa Təqsirləndirilən şəxs2 kimi məlum olan şəxsin istifadəsində olan nömrə) saylı mobil nömrə arasında xx.xx.2023cü il tarixdə 12 halda “35, 45, 52, 37, 42, 56, 636, 135, 390, 126, 173 və 497” saniyəlik danışıqların olması müəyyən edilmişdir. (cild 2, iş vərəqə 241) "xxxx" MMC-nin diskinə və məktubuna baxış keçirilməsi haqqında 24 aprel 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Azercell MMC-dən daxil olmuş telefon zəngləri ilə əlaqədar olan diskə və məktuba baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa Təqsirləndirilən şəxs2 kimi məlum olan şəxsin istifadəsində olan “***-***-**-**” saylı nömrə X25 adına rəsmiləşdirilmişdir. Şəxsiyyəti istintaqa Təqsirləndirilən şəxs2 kimi məlum olan şəxsin istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə “***-***-**-**” (Təqsirləndirilən şəxs1 istifadəsində olan nömrə) saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 13 halda “143, 272, 76, 41, 190, 341, 326, 69, 46, 320, 74, 452 və 89” saniyəlik danışıqlar, “***-***-**-**” (Şəxsiyyəti istintaqa Şəhruz kimi məlum olan şəxsin istifadəsində olan nömrə) saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 12 halda “35, 45, 52, 37, 42, 56, 636, 135, 390, 126, 173 və 497” saniyəlik danışıqlar, “***-***-**-**” (X14 adına rəsmiləşdirilmiş) saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “638” saniyəlik danışıq, “***-***-**-**” (Şahid9 adına rəsmiləşdirilmiş) saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 8 halda “284, 599, 408, 346, 1047, 177, 903 və 867” saniyəlik danışıqlar, “***-***-**-**” (X3 adına rəsmiləşdirilmiş) saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 4 halda “1896, 176, 48 və 26” saniyəlik danışıqlar, “***-***-**-**” (X15 adına rəsmiləşdirilmiş) saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “351” saniyəlik danışıq, “***-***-**-**” (X11 adına rəsmiləşdirilmiş) saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “225” saniyəlik danışığın olması müəyyən edilmişdir. Bundan başqa "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilərkən xx.xx.2022-ci il tarixdə, saat 04:40-da Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə “***-***-**-**” saylı mobil nömrədən “Sən deyəsən pablosan, adamın zadın da vare sənin nəysə” məzmununda SMS göndərildiyi, xx.xx.2023-cü il tarixdə, saat 23:10-da isə Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrədən “***-***-**- **” saylı mobil nömrəyə “qaqa daş lazımdır, yarı bir tapmaq olar?” məzmununda SMS yazışmasının göndərilməsi müəyyən edilmişdir. (cild 2, iş vərəqə 242) Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 3-13-50/2-14118 saylı məktubdan görünür ki, Balacayev X27 rayon Polis İdarəsinin MSY-nə qəbul edilərkən bədəni üzərinə baxış keçirilmiş və heç bir xəsarət aşkar edilməmişdir. (cild 3, iş vərəqə 7) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının verdiyi xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-3324/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar olunmamışdır. Sol diz oynağının ön səthində köhnə çapıq toxuma müşahidə olunmuşdur. (cild 3, iş vərəqə 8) "xxxx" MMC-nin diskinə və məktubuna baxış keçirilməsi haqqında 08 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Bakcell MMC-dən daxil olmuş telefon zəngləri ilə əlaqədar olan diskə və məktuba baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 3 halda “11, 304, 68” saniyəlik, xx.xx.2023cü il tarixdə 1 halda “361” saniyəlik danışıqlar, “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “1” saniyəlik danışıq, “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “356” saniyəlik danışıq, “***-***-**-**” saylı (X4 adının rəsmiləşdirilmiş) mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “58” saniyəlik, xx.xx.2023-cü il tarixdə 1 halda “42” saniyəlik danışıqlar, “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “72” saniyəlik danışıq, “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “33” saniyəlik danışıq, “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 3 halda “315, 539, 79” saniyəlik danışıqlar, “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “46” saniyəlik danışığın olması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 2 halda “55, 316” saniyəlik, xx.xx.2023-cü il tarixdə isə 1 halda “33” saniyəlik danışıqların olması müəyyən edilmişdir. (cild 3, iş vərəqə 21) Azərbaycan Respublikası Baş Prokurorluğunun 07 iyun 2023-cü il tarixli ibtidai istintaq müddətinin uzadılması haqqında qərarından görünür ki, Azərbaycan Respublikası DSX-nin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay, yəni 20 avqust 2023-cü il tarixədək uzadılmışdır. (cild 3, iş vərəqə 23-25) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-387/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 02 ay, yəni 19 avqust 2023-cü il tarixədək uzadılmışdır. (cild 3, iş vərəqə 30-34) Azərbaycan Respublikası Baş Prokurorluğunun 09 avqust 2023-cü il tarixli ibtidai istintaq müddətinin uzadılması haqqında qərarından görünür ki, Azərbaycan Respublikası DSX-nin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 01 ay, yəni 20 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. (cild 3, iş vərəqə 73-74) Məhkəmə-narkoloji ekspertizasının 15 aprel 2023-cü il tarixli 2217 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 3, iş vərəqə 79-80) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(009)-535/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 01 (bir) ay, yəni 19 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. (cild 3, iş vərəqə 82-84) "xxxx" MMC-nin diskinə və məktubuna baxış keçirilməsi haqqında 12 avqust 2023cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Azerfon MMC-dən daxil olmuş telefon zəngləri ilə əlaqədar olan diskə və məktuba baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı nömrə X7 adına rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 2 halda “2, 2770” saniyəlik danışıqlar, “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “721” saniyəlik danışıq, “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “196” saniyəlik danışıq, “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “346” saniyəlik danışıq, “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “1540” saniyəlik danışıq, “***-***-**-**” saylı (X5 adının rəsmiləşdirilmiş) mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 6 halda “107, 395, 44, 20, 42, 709” saniyəlik danışıqlar, “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “478” saniyəlik danışıq, “***-***-**-**” saylı (X4 adının rəsmiləşdirilmiş) mobil nömrə arasında xx.xx.2023cü il tarixdə 4 halda “37, 50, 47, 79” saniyəlik, xx.xx.2023-cü il tarixdə 1 halda “72” saniyəlik danışıqlar, “***-***-**-**” saylı (X1 adının rəsmiləşdirilmiş) mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 2 halda “37,68” saniyəlik danışıqlar, “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “36” saniyəlik, xx.xx.2023-cü il tarixdə 2 halda “17, 302” saniyəlik danışıqlar, “***-***-**-**” saylı (X8 adının rəsmiləşdirilmiş) mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “121” saniyəlik, xx.xx.2023-cü il tarixdə 6 halda “114, 10, 55, 81, 12, 6” saniyəlik danışıqlar, “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 1 halda “142” saniyəlik danışıq, “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 5 halda “78, 29, 54, 182, 122” saniyəlik danışığın olması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 4 halda “145, 96, 126, 28” saniyəlik danışıqların olması, həmçinin də şəxsiyyəti istintaqa Şəhruz adı ilə məlum olan şəxsin istifadəsində olan “***-***- **-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 6 halda “39, 189, 66, 42, 20, 68” saniyəlik, xx.xx.2023-cü il tarixdə isə 2 halda “47, 18” saniyəlik danışıqların olması müəyyən edilmişdir. (cild 3, iş vərəqə 91) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild 3, iş vərəqə 100-101) Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması haqqında xx.xx.2023-cü il tarixli, 2-2/1-018897/2023 saylı qərardan görünür ki, DİN-nin BMCMİ-nin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti 03 ay- 09 ayadək, yəni 29 sentyabr 2023-cü il tarixdən 29 dekabr 2023-cü il tarixədək uzadılmışdır. (cild 3, iş vərəqə 153-155) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1363/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 03 (üç) ay, yəni 19 dekabr 2023-cü il tarixədək uzadılmışdır. (cild 3, iş vərəqə 171-176) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1365/2023 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 03 (üç) ay, yəni 29 dekabr 2023-cü il tarixədək uzadılmışdır. (cild 3, iş vərəqə 177-181) Külli miqdarda narkotik vasitələrin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə verilmiş əməliyyat tapşırığının cavabından görünür ki, Təqsirləndirilən şəxs2 haqqında ifadə verdiyi “Peyzad” adlı, eləcə də Təqsirləndirilən şəxs1 haqqında ifadə verdiyi “Şəhruz” adlı İran İslam Respublikası vətəndaşlarının şəxsiyyətinin və olduqları yerin müəyyən edilməsi istiqamətində müvafiq əməliyyat axtarış tədbirləri keçirilsə də, müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitələri qabaqcadan əlbir olan bir qrup şəxs qismində satış məqsədi ilə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə əldə edərək sözü gedən maddələri ayrı-ayrı yerlərdən götürdükdən sonra bu kimi maddələri qanunsuz daşıma fəaliyyəti ilə məşğul olmalarına və qanunsuz saxlamalarına dair əlavə məlumatlar əldə edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmadıqlarını, həmin maddələrin satışı və ya istifadəsi ilə məşğul olmalarını görə biləcək şahidlərin dairəsinin, narkotik vasitələrin və psixotrop maddələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin və onlarla əlbir olan digər şəxslərin şəxsiyyətlərinin, eləcə də olduqları yerin müəyyən edilməsi məqsədilə müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. (cild 3, iş vərəqə 185) Bakı şəhəri Səbail Rayon Prokurorluğunun 17 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən tutularkən işgəncə verilməsi, fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması barədə toplanmış 509-C-23 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. (cild 3, iş vərəqə 199-200) Üzləşdirmə haqqında 21 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir biri ilə üzləşməkdən imtina etmişlər. (cild 3, iş vərəqə 217-218) Sübutların qiymətləndirilməsi haqqında 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrindən həmin Məcəllənin 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 318.1-ci maddələrinə tövsif olunmuş, Təqsirləndirilən şəxs2 23 avqust 2022-ci il tarixdə elan edilmiş ittihama dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs1 21 fevral 2022-ci il tarixdə elan edilmiş ittihama dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra 2006,2 qram qalmış narkotik vasitə heroinin və 9204 qram qalmış narkotik vasitə qurudulmuş marixuananın maddi sübut kimi tanınması haqqında 05 aprel 2023-cü il tarixli qərar iş üzrə nəzərə alınmış, Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisinin 8474.1 qram, tədqiqata sərf olunduqdan sonra qalıq çəkinin isə 8473.76 qram olması, həmçinin həmin narkotik vasitələrin maddi sübut kimi tanınması haqqında 21 fevral 2023-cü il tarixli iş üzrə nəzərə alınmış, hazırki cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 əldə etdiyi külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması, satılması, eləcə də Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar keçmə faktları ilə bağlı ayrıca icraata cinayət işi ayrılmış, istintaqın davam etdirilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinə göndərilmiş, Təqsirləndirilən şəxs1 məxsus «Sumsung Galaxy J5» markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 17474 nömrəli 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin markasının “Daewoo Racer minik” markalı, qeydiyyat nömsəinin isə **-DE-*** olması iş üzrə nəzərə alınmış, Bakı şəhəri, Səbail Rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 oktyabr 2022-ci il tarixli qərarı iş üzrə nəzərə alınmış, Şahid8 və Şahid9 əməllərində Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 307-ci maddələrinin tərkib əlaməti olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. (cild 3, iş vərəqə 221-239) Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından şəxsiyyəti istintaqla araşdırılan “Şəhruz” adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 318-ci maddələri ilə cinayət işi ayrılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. (cild 3, iş vərəqə 241-243) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X26 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.1, 32,5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. (cild 3, iş vərəqə 245-247) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32,5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. (cild 3, iş vərəqə 260-261) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Əsədov X18 Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1 və 263.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli Amnistiya Qərarına əsasən cəzadan azad olunmuşdur. Bundan başqa Əsədov X9 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 barəsində “8 Noyabr- Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilmiş və cəzasının çəkilməmiş hissəsi 6 ay azadılmışdır. Bundan başqa Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Ağcabədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndi tətbiq edilərək 6 ay azaldılmış cəzasına Təqsirləndirilən şəxs2 hazırkı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla ona qəti olaraq 02 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 qəti olaraq ona təyin edilmiş 02 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Saatlı Rayon Məkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. İşdə olan 045801 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 müharibə iştirakçısıdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, xx.xx.2015-ci il tarixdə anadan olmuş Turqay və xx.xx.2016-cı il tarixdə anadan olmuş Əsma adlı uşaqların atası Təqsirləndirilən şəxs2dur. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhilərnə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçiləri vasitəsi ilə suallar vermişlər, habelə ittihamı bütövlükdə mübahisələndirmişdirlər. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmədə təqsirləndirilən şəxslər məhkəmə iclaslarında dindirilərkən hər biri ayrıayrılıqda onlara qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək özlərini təqsirli bilmədiklərini, həmçinin, Təqsirləndirilən şəxs2 ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiq və təsirlərin olunduğunu söyləmişdirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmamaları ilə bağlı araşdırma aparılması müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-3781/2024 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərkən onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı xəsarət aşkar edilməmiş, sağ diz oynağının ön səthində köhnə çapıq toxuma müşahidə edilmişdir. Bundan başqa Bakı şəhəri Nərimanov Rayon Prokurorluğundan daxil olmuş 25 may 2024-cü il tarixli məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən döyülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmamış və material araşdırılmamışdır. Bundan başqa BMCMİ-dən daxil olmuş 22 iyun 2024-cü il tarixli. 3-13-6/2-6242/24 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Baş İdarənin MSY-nə saxlanılmamış, istintaq hərəkətlərinin aparılması üçün Baş İdarəyə aparılmamış və ona qarşı polis əməkdaşları tərəfindən fiziki və ya psixi təsir göstərilməmişdir. Bundan başqa Azərbaycan Respublikası DSX-nin İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-38/16-2-3416/25 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq Bakı şəhəri Nərimanov RPİ-nin MSY-ə təhvil verilmiş, 20-xx.xx.2023-cü il tarixlərdə həmin yerdə saxlanılmış, MSY-nə qəbul olunduğu zaman bədəni üzərinə baxış keçirilmiş və heç bir xəsarət aşkar edilməmişdir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs2 oğlunun məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıbqalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2025-ci il tarixli 3-16-17/40/2-357/2025 nömrəli məktubdan və məktuba əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərkən onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı xəsarət aldığını bildirmiş, bədəninə baxış keçirilən zaman yeni xəsarət izi aşkar edilməmişdir. Sol bazunun arxa səthində köhnə çapıq toxuma aşkar edilmişdir. Bundan başqa BNMİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-13-712-1840/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 29 mart 2023-cü il tarixdə saxlanılaraq Baş İdarəsinin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti, həmçinin, verdiyi izahat zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi zor tətbiq edilmədiyini və xəsarət yetirilmədiyini bildirmişdir. Bundan başqa BMCMİ-dən daxil olmuş məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qaldığını bildirdiyindən qeyd etdiyi xüsuatlarıla bağlı aradırma aparılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs2 saxlanıldığı tarixdə bədəni üzərində hər hansı xəsarət aşkar edilmədiyindən, eləcə də polis əməkdaşları tərəfindən psixi təsirlərə məruz qalması faktı təsdiqini tapmadığından Bakı şəhəri Səbail Rayon Prokurorluğunun 17 oktyabr 2023-cü il tarixli qərarına əsasən cinayət işinin başlanılması rədd edilməsi barədə qərar qəbbul edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Baş Prokurorluğunun 13 iyun 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının 146 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə həbs olunduqdan sonra xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində “Narkomaniya” diaqnozu qoyulmuşdur. Baxış zamanı sol bazunun arxa səthində köhnə çapıq izi qeyd olunmuşdur. Beləliklə, aparılmış araşdırma zamanı X16 qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçünm material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən qeyri cinayət işinin başlanılması rədd olunmuş, məhkəmə-tibbi ekspertizasının rəyində göstərilən xəsarətin törənmə şəraiti ilə bağlı xüsusatın araşdırılması üçün toplanmış material həmin hissədə Baş Prokurorluğun Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 barəsində olan şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1(bir) ədəd sellofan bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik olan, narkotik vasitə olan heroinə bənzər kütləni, 1(bir) ədəd sellofan bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik olan, narkotik vasitə olan qurdulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, həmçinin, Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Peyzad” adlı şəxsdən Fizuli rayonu, Babı kəndindən 1(bir) gün bundan əvvəl sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 5000 (beş min) manat pul verəcəyini, özünün narkotik vasitədən istifadə etdiyini lakin heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmiş, ünvan 10 ünvanında narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş, həmçinin, Şahid8 verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2la dost olduğunu, bir müddətdir ki, Təqsirləndirilən şəxs2 onun evində qaldığını, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından xəbərsiz olduğunu, yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin, qeyd edilməlidir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 ərizə verərək yaşadığı ünvan 1 ünvanına videoçəkiliş vasitəsi ilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və həmin ərizə sonuncu tərəfindən şəxsən imza edilmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 yaşadığı evin zirzəmisində saxladığı 1 (bir) ədəd narıncı rəngli kisə torbanı təqdim etmişdir. Həmin 1(bir) ədəd narıncı rəngli kisə torbanın içərsindən, 2 (iki) ədəd bağlamada açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni və 4 (dörd) ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim etmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş, heroinə bənzər kütlələrin ümumillikdə çəkisi 1(bir) kq 994 (doqquz yüz doxsan dörd) qram, qurudulmuş marixuanaya bənzər kütlələrin ümumillikdə çəkisi 9 (doqquz) kq 325 (üç yüz iyirmi beş) qram olmuş, həmin kütlələr qablaşdırılmış, Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri sosial şəbəkədən tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Peyzad” adlı şəxsdən Fizuli rayonu, Babı kəndindən 1(bir) gün bundan əvvəl sonuncunun qeyd etdiyi ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncunun ona 5000 (beş min) manat pul verəcəyini, özünün narkotik vasitədən istifadə etdiyini lakin heç kimə narkotik vsitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Başqa heç bir yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, yaşadığı evə daha əvvəl baxış keçirilmədiyini bildirmişdir. Həmçinin, qeyd edilməlidir ki, evə baxış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023cü il tarixli “evə baxış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Bundan başqa cinayət işi üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs2 saxlanılmasında bilavasitə iştirak etmiş DİN-nin BNMİ-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Şahid3 hər biri ayrı-ayrılıqda ifadələrində Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu, tərəflərindən 28 martdan 29 marta keçən gecə saat 01 radələrində Binəqədi rayon ərazisində tədbir keçirildiyini, Zeynullahı qardaşı və “Elman” adlı şəxslə birgə saxlayarq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirdiklərini, idarədə üzərinə videoçəkiliş vasitəsilə vəkilin də iştirakı ilə baxış keçirildiyini, baxış zamanı Zeynullahın üzərindən marixuana və heroin aşkar edildiyini, Zeynullahın narkotik vasitənin qalan hissəsini də dostu “Elman” adlı şəxsin Binəqədidə yerləşən mənzilinin zirzəmisində saxlamasını bildirdiyini, daha sonra təhqiqatçı və vəkilin də iştirakı ilə videoçəkiliş vasitəsilə həmin zirzəmiyə baxış keçirildiyini, zirzəmidəki kisədən 09 (doqquz) kiloqramdan artıq marixuana və 02 (iki) kiloqrama yaxın heroin aşkar olunduğunu, Zeynullahın həmin maddələri İran vətəndaşı “Feyzad” adlı şəxsdən götürdüyünü, sonuncunun deyəcəyi yerlərə qoyacağı və bunun müqabilində 5000 (beş min) manat məbləğində pul alacağını bildirdiyini, Təqsirləndirilən şəxs2 qarşı tərəflərindən heç bir fiziki və psixi təsir və ya təzyiq olmadığını bildirmişlər. Həmçinin, cinayət işi üzrə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs1 saxlanılmasında bilavasitə iştirak etmiş hərbi qulluqçular Şahid4, Şahid5, Şahid6 və Şahid7 hər biri ayrı-ayrılıqda ifadələrində N fevral 2023-cü il tarixdə, saat 07:30-dan saat 11:30-dək “Pusqu” xidmətində olduqlarını, N fevral 2023-cü il tarixdə, saat 09 radələrində Zəngilan rayonu, Şərifan kəndi istiqamətində bir ədəd qara rəngli avtomobilin hərəkət etdiyini, həmin avtomobilin kəndin yaxınlığında, yolun kənarında dayandığını və bir nəfərin düşərək kolluqlara yaxınlaşaraq axtarış apardığını görüb, bu barədə aidiyyəti üzrə məruzə edərək həmin şəxsin hərəkətini müşahidədə saxladıqlarını, həmin şəxsin daha sonra narkotik vasitəni götürdüyünü, maşına qoyan zaman həmin şəxsi saxladıqlarını, həmin şəxs saxlanıldıqdan sonra bir ədəd bağlamanı götürdüyü ərazidən daha bir ədəd bağlama aşkar edildiyini, baxış keçirildikdə həmin bağlamaların içərisindən narkotik vasitə aşkar edildiyini, Təqsirləndirilən şəxs1 saxlanılan zaman, yaxud saxlanıldıqdan sonra ona qarşı fiziki, yaxud psixoloji təzyiq göstərilmədiyini bildirmişlər. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid8 və Şahid9 məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə bağlı məhkəmə qeyd edir ki, Şahid9 Təqsirləndirilən şəxs2 qardaşı, Şahid8 isə sonuncunun dostudur. Bu səbəbdən də onlar məhkəmədə ifadə verərək və həqiqəti gizlətməklə Təqsirləndirilən şəxs2 kömək etmək istəmişlər, bununla da məsuliyyətə cəlb edilmiş şəxsin xeyrinə ifadə verməklə sonuncunun məsuliyyətdən yayınmasına nail olmaq istəmişlər. Həmin şahidlərin məhkəmə iclaslarında verdikləri ifadələri işin faktiki halları, cinayət işinin materialları və işdə olan biri digərinə uyğun gələn mötəbər sübutlarla tam təkzib olunur. Bundan başqa N nömrəli hərbi hissənin N fevral 2023-cü il tarixli, 16/257 nömrəli məktubundan və həmin hərbi hissənin 7-ci sərhəd zastavasının N fevral 2023-cü il tarixli raportundan görünür ki, N fevral 2023-cü il tarixdə, saat 09 radələrinda 7-ci sərhəd zastavasının 3-cü sahəsinin arxa istiqamətində “Pusqu" xidmətinə təyin edilmiş sərhəd naryadları, Zəngilan rayonu, Şərifan kəndi istiqamətində bir avtomobilin hərəkət etdiyini, həmin avtomobilin bir nəfər şəxsin düşərək yol kənarından bağlamanı götürüb ərazidən uzaqlaşdığını görmüş, bundan sonra həmin şəxs saxlanılmış, saxlanıldığı ərazidən bir ədəd bağlama, həmin bağlamanı əldə etdiyi yerdən isə daha bir ədəd bağlama olmaqla ümumilikdə iki ədəd bağlamalar aşkar edilərək götürülmüşdür. Bundan başqa N fevral 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan və fotoşəkillərdən görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 7-ci sərhəd zastavasının 3-cü sahəsinin arxa hüdududur. Həmin istiqamətdə Zəngilan rayonu, Şərifan kəndi yaxınlığında sıx kol bitkiləri olan ərazidə, Horadiz-Ağbənd magistral yolundan 5 metr aralı ərazidə yerləşən sıx kolluq ərazidə saxlanılmış Təqsirləndirilən şəxs1 saxlanıldığı yerdən bir ədəd bağlama, Təqsirləndirilən şəxs1 həmin bağlamanı əldə etdiyi yerdən isə daha bir ədəd bağlama olmaqla ümumilikdə iki ədəd bağlamalar aşkar edilərək götürülmüşdür. Bundan başqa N fevral 2023-cü il tarixli aşkar edilmiş predmetlərə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş olan bir ədəd bağlamaya və Təqsirləndirilən şəxs1 həmin bağlamanı əldə etdiyi yerdən aşkar edilmiş daha bir ədəd bağlamaya, ümumilikdə iki ədəd üzərində “Cat” yazısı olan bağlamalara baxış keçirilən zaman həmin bağlamaların içərisindən dördbucaq formalı, şəffaf yapışqan selofana sarılmış halda 17 (on yeddi) ədəd içərisində kəskin qoxulu, ot şəkilli, ümumi çəkisi 9000 (doqquz min) qram təşkil edən qurudulmuş marixuanaya bənzər maddə olan bükümlər aşkar olunmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.1, 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməklə cinayət yolu ilə əldə edilmiş külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etməsinə, gizlətməsinə və onlar üzərində sərəncam verməyi qabaqcadan vəd verib qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsinə, həmçinin, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsinə, daşımasına və saxlamasına görə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməklə cinayət yolu ilə əldə edilmiş külli miqdarda narkotik vasitəni əldə etməsi, gizlətməsi və onlar üzərində sərəncam verməyi qabaqcadan vəd verib qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlamasına görə ttiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa qeyd olunan qərarda göstərilmişdir ki, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Məhkəmə, təqsirləndirilən şəxslərin ayrı-ayrılıqda ittihamı bütövlükdə mübahisələndirdikləri hissədəki ifadələrini, həmçinin, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsirlərə məruz qalması və polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ifadələri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduqları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Onların öz müdafiələri üçün məhkəmə istintaqı zamanı irəli sürdükləri mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları, cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “Evə baxış və götürmə aparılması haqqında” protokol, mobil telefona baxış protokolu, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC-dən daxil olmuş diskə baxış protokolları, hadisə yerinə baxış protokolu, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad edilən cinayət əməllərini törətmələrinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Bu hal artıq ona dəlalət edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə ifadə verərkən səmimi olmamışlar, əksinə işin hallarına uyğun olmayan məlumatlar verərək həqiqəti təhrif etmişlər və bununla da məsuliyyətdən yayınmaq istəmişdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 22 fevral 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Sumsung Galaxy J5» markalı mobil telefon baxış keçirilən zaman mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadiləsi proqramında xx.xx.2023-cü İl tarixdə şəxsiyyəti istintaqa Şəhruz adı ilə məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**" saylı nömrə arasında bir neçə dəfə audio və video zənglərin olması, şəxsiyyəti istintaqa Təqsirləndirilən şəxs2 istifadəsində olan, mobil telefonda adı “namik tatar” kimi qeyd edilmiş şəxsin “***-***-**-**” saylı mobil nömrəsi arasında xx.xx.2023-cü il tarixdə bir neçə dəfə audio zənglərin olması aşkar edilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 mobil telefonunun zənglər bölməsinə baxış keçirilən zaman orada xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 istifadəsində olan, mobil telefonda adı “namik tatar” kimi qeyd edilmiş şəxsin “050-404-55- 85” saylı mobil nömrəsi ilə bir neçə zənglərin olması, həmçinin şəxsiyyəti istintaqa Şəhruz adı ilə məlum olan şəxsin istifadəsində olan “***-***-**-**” saylı nömrə arasında xx.xx.2023-cü il tarixdə bir neçə dəfə zənglərin olması aşkar edilmişdir. Bundan başqa "xxxx" MMC-nin diskinə və məktubuna baxış keçirilməsi haqqında 24 aprel 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Azercell MMC-dən daxil olmuş telefon zəngləri ilə əlaqədar olan diskə və məktuba baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı nömrə onun öz adına rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə “***-***-**- **” (Şəxsiyyəti istintaqa Təqsirləndirilən şəxs2 kimi məlum olan şəxsin istifadəsində olan nömrə) saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 13 halda “143, 272, 76, 41, 190, 341, 326, 69, 46, 320, 74, 452 və 89” saniyəlik danışıqlar, “***-***-**-**” (Şəxsiyyəti istintaqa Şəhruz kimi məlum olan şəxsin istifadəsində olan nömrə) saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 6 halda “199, 212, 35, 130, 17 və 185” saniyəlik danışıqların olması müəyyən edilmişdir. Bundan başqa "xxxx" MMC-nin diskinə və məktubuna baxış keçirilməsi haqqında 24 aprel 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Azercell MMC-dən daxil olmuş telefon zəngləri ilə əlaqədar olan diskə və məktuba baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa Şəhruz adı ilə məlum olan şəxsin istifadəsində olan “***-***-**-**” saylı nömrə X2 adına rəsmiləşdirilmişdir. Şəxsiyyəti istintaqa Şəhruz adı ilə məlum olan şəxsin istifadəsində olan “***-***-**- **” saylı nömrə ilə “***-***-**-**” (Təqsirləndirilən şəxs1 istifadəsində olan nömrə) saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 6 halda “199, 212, 35, 130, 17 və 185” saniyəlik danışıqlar, “***-***-**-**” (Şəxsiyyəti istintaqa Təqsirləndirilən şəxs2 kimi məlum olan şəxsin istifadəsində olan nömrə) saylı mobil nömrə arasında xx.xx.2023cü il tarixdə 12 halda “35, 45, 52, 37, 42, 56, 636, 135, 390, 126, 173 və 497” saniyəlik danışıqların olması müəyyən edilmişdir. Bundan başqa "xxxx" MMC-nin diskinə və məktubuna baxış keçirilməsi haqqında 24 aprel 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Azercell MMC-dən daxil olmuş telefon zəngləri ilə əlaqədar olan diskə və məktuba baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, şəxsiyyəti istintaqa Təqsirləndirilən şəxs2 kimi məlum olan şəxsin istifadəsində olan “***-***-**-**” saylı nömrə X25 adına rəsmiləşdirilmişdir. Şəxsiyyəti istintaqa Təqsirləndirilən şəxs2 kimi məlum olan şəxsin istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə “***-***-**-**” (Təqsirləndirilən şəxs1 istifadəsində olan nömrə) saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 13 halda “143, 272, 76, 41, 190, 341, 326, 69, 46, 320, 74, 452 və 89” saniyəlik danışıqlar, “***-***-**-**” (Şəxsiyyəti istintaqa Şəhruz kimi məlum olan şəxsin istifadəsində olan nömrə) saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 12 halda “35, 45, 52, 37, 42, 56, 636, 135, 390, 126, 173 və 497” saniyəlik danışıqlar olması müəyyən edilmişdir. Bundan başqa "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilərkən xx.xx.2022-ci il tarixdə, saat 04:40-da Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə “***-***-**-**” saylı mobil nömrədən “Sən deyəsən pablosan, adamın zadın da vare sənin nəysə” məzmununda SMS göndərildiyi, xx.xx.2023-cü il tarixdə, saat 23:10-da isə Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrədən “***-***-**- **” saylı mobil nömrəyə “qaqa daş lazımdır, yarı bir tapmaq olar?” məzmununda SMS yazışmasının göndərilməsi müəyyən edilmişdir. Həmçinin, "xxxx" MMC-nin diskinə və məktubuna baxış keçirilməsi haqqında 12 avqust 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Azerfon MMC-dən daxil olmuş telefon zəngləri ilə əlaqədar olan diskə və məktuba baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı nömrə X7 adına rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 4 halda “145, 96, 126, 28” saniyəlik danışıqların olması, həmçinin də şəxsiyyəti istintaqa Şəhruz adı ilə məlum olan şəxsin istifadəsində olan “***-***- **-**” saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə 6 halda “39, 189, 66, 42, 20, 68” saniyəlik, xx.xx.2023-cü il tarixdə isə 2 halda “47, 18” saniyəlik danışıqların olması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmşdir ki, məhkəmə-bioloji ekspertizasının 20 fevral 2023-cü il tarixli 7/2538 nömrəli rəyində marixuanaların ümumi çəkisi 8473,8 qram olması qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı ekspert X17 dindirilmiş, o ifadəsində göstərmişdir ki, 20 fevral 2023-cü il tarixli 7/258 nömrəli rəy tərəfindən tərtib edilmiş, müvafiq rəydə narkotik vasitənin ümumi çəkisində və narkotik vasitənin qalıq çəkisində hesablama zamanı texniki səhvə yol verilmiş, Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitələrin ümumi təmiz çəkisinin 8474.1 qram, tədqiqata sərf olunduqdan sonra narkotik vasitənin qalıq çəkinin isə 8473.76 qram olması müəyyən edilmiş və buna iş üzrə 21 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda hüquqi qiymət verilmişdir. Beləliklə, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.1, 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.1, 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların əməli başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.1, 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onların şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməllərinə görə ittiham olunuqları maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Əsədov X9 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Ağcabədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 barəsində “8 Noyabr- Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilmiş və cəzasının çəkilməmiş hissəsi 6 ay azadılmışdır. Bundan başqa Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Ağcabədi Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli hökmü ilə ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndi tətbiq edilərək 6 ay azaldılmış cəzasına Təqsirləndirilən şəxs2 hazırkı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplanılmaqla ona qəti olaraq 02 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 qəti olaraq ona təyin edilmiş 02 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 ay 25 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələblərinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməyə görə məhkum olunmuş və həmin cinayətə münasibətdə qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən (məhkumluğu ödənilmədən və ya götürülmədən) yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinin tələblərinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 (iki) iki nəfər azyaşlı uşağının olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı olaraq məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxsə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 müharibə iştirakçısı olması iş üzrə cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 76.6.3-cü madəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində olan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, çəkilməmiş həmin cəza yeni təyin olunmuş hökmlə qismən birləşdirilməlidir. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onların ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin Təqsirləndirilən şəxs2 02 (iki) iki nəfər az yaşlı uşağının olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətlərin residivinin olmasını, digər Təqsirləndirilən şəxs1 müharibə iştirakçısı olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri maddələrdə nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı real olaraq çəkməklə islah oluna bilərlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, digər Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 bugünədək davamlı olaraq həbsdə saxlanılır. Həmçinin, Təqsirləndirilən şəxs1 N fevral 2023-cüil tarixdə inzibati qaydada tutulmuş, 20 fevral 2023-cü il traixdə şübhəli şəxs qismində tutulmuş, 21 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 bugünədək davamlı olaraq həbsdə saxlanılır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 29 mart 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni N fevral 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 192 (bir yüz doxsan iki) manat məbləğində, Təqsirləndirilən şəxs1 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərcləri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 üzərindən, həmçinin yaşadığı evdən, həmçinin Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ekspertiza tədqiqata sərf edildikdən sonra 2006,2 qram qalmış narkotik vasitə heroin, 17677,76 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy J5” markalı mobil telefon Təqsirləndirilən şəxs1 (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalı, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinin və evə baxış keçirilməsinin görüntüləri olan 02 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 28-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.1, 32.5,206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.1 və 32.5,206.3.2-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində olan azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 (on) ay 25 (iyirmi beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza hazırki hökmlə qismən birləşdirilərək ona qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 üzərindən, yaşadığı evdən, həmçinin, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş ekspertiza tədqiqata sərf edildikdən sonra 2006,2 qram qalmış narkotik vasitə heroin, 17677,76 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus “Samsung Galaxy J5” markalı mobil telefon Təqsirləndirilən şəxs1 (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinin və evə baxış keçirilməsinin görüntüləri olan 02 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 192 (bir yüz doxsan iki) manat məbləğində, Təqsirləndirilən şəxs1 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərcləri tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-149/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-149/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver