Məhkəmə qərarları › İş №1(101)-1490/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1490/2021

16.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1490/2021 16.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan və Məmmədov Əli İrfan oğlu oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçilər, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili X3 və Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edilib, cinayət işinin məhkəmə aidiyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, hazırki cinayət işinə baxılması Gəncə Ağır Cinayətlər Məhkəməsinə aiddir. Belə ki, iş üzrə tərtib edilmiş ittiham aktına görə, Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, külli miqdarda, yəni ümumi çəkisi 19,811 qram olan narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 11 avqust 2019-cu il tarixdə, saat 03 radələrində Lənkəran şəhəri E.Məmmədov küçəsində tanışı Şahid9 ilə görüşərək sonuncuya həmin külli miqdarda 19,811 qram çəkidə olan narkotik vasitə heroini 300 manata satmış və həmin gün saat 05 radələrində Lənkəran Şəhər Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Şahid9 Sardar oğlu saxlanılaraq həmin şöbəyə gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən “More” markalı siqaret qutusunun içərisində 3 bükümdə 19,811 qram çəkidə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə şəxsi istehlak miqdarından artıq miqdarda, yeni bir bükümdə təmiz çəkisi 1,232 qram olan narkotik vasitə heroini əldə edərək üzərində daşıyıb yaşadığı Lənkəran rayonunun Yuxarı-Nüvədi kəndində yerləşən evinə gətirib evin yataq otağında olan çarpayının üzərindəki döşəyin altında gizlədərək saxlamış, 22 avqust 2019-cu il tarixdə, saat 12:30-da Lənkəran Şəhər Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilərkən o, həmin bir bükümdə narkotik vasitə heroini gizlətdiyi yerdən götürüb polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, sonuncu aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi külli miqdarda 131,702 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 16,550 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 vermiş, sonuncu həmin narkotik vasitəni və psixotrop maddəni daşımaqla Lənkəran rayonu ərazisinə gətirib özündə saxlamışdır. Bundan sonra, 02 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə Gəncə şəhərində yaşayan tanışları Şahid1 telefonla zəng edib ondan narkotik vasitə və psixotrop maddənin satılması üçün müştəri tapmağı xahiş edərək narkotik vasitə və psixotrop maddəni daşımaqla Gəncə şəhərinə gətirmiş, orada Şahid1la görüşərək hər üçü Gəncə şəhəri Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən “Göbələk” yeməkxanasına getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə Şahid1 əvvəlcədən verdiyi məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 şöbəsinin əməkdaşları tərəfindən 2 dekabr 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində onlar həmin gün saat 23.30-da qeyd olunan yerdə saxlanılaraq baxış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra bir ədəd sellofan torbada olan mandarinlərin arasından «Coca-Cola» içkisinin plastik qabının içerisinde olan üzüm yarpaqlarının arasından orada gizlətdiyi bir ədəd şəffaf rangli va on bir edad qırmızı rəngli polietilen kəsiklərinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 17,950 qram, 13,618 qram, 11,434 qram, 9,722 qram, 11,230 qram, 12,308 qram, 10,312 qram, 5,586 qram, 8,670 qram, 10,750 qram, 8,817 qram və 11,305 qram olmaqla ümumilikdə və ayrı-ayrılıqda külli miqdar təşkil edən 131,702 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş külli miqdarda 16,550 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop madda metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişlər. İş üzrə digər Təqsirləndirilən şəxs2 verilmiş ittihama görə, o, əvvəllər törətdiyi az ağır cinayətə görə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 15 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 3 ay müddətə azadlıqan mahrum etmə cəzasına məhkum edilməsinə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 6 mart 2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunması və 02 aprel 2018-ci il tarixdə şərti cəza müddətinin bitməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən, qəsdən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmək, saxlamaq, daşımaq və satmaq barədə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə razılaşıb qabaqcadan əlbir olan bir qrup halında birləşmiş, sonuncu alarında əldə olunmuş cinayətkar razılaşmaya asasən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi külli miqdarda 131,702 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 16,550 qram çəkidə əldə etdiyi külli miqdarda psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 vermiş, sonuncu həmin narkotik vasitəni və psixotrop maddəni daşımaqla Lənkəran rayonu ərazisinə gətirib özündə saxlamışdır. Bundan sonra 2 dekabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə Gəncə şəhərində yaşayan tanışları Şahid1 telefonla zəng edib ondan narkotik vasitə və psixotrop maddənin satılması üçün müştəri tapmağı xahiş edərək narkotik vasitə və psixotrop maddəni daşımaqla Gəncə şəhərinə gətirmiş, orada Şahid1la görüşərək hər üçü Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən “Göbələk” yeməkxanasına getmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə Şahid1 əvvəlcədən verdiyi məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarize İdarəsinin X5 şöbəsinin əməkdaşları tərəfindən 02 dekabr 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində onlar həmin gün saat 23:30-da qeyd olunan yerdə saxlanılaraq baxış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra bir ədəd sellofan torbada olan mandarinlərin arasından “Coca-Cola” içkisinin plastik qabının içərisində olan üzüm yarpaqlarının arasından orada gizlətdiyi bir ədəd şəffaf rəngli və on bir ədəd qırmızı rəngli polietilen kəsiklərinə bükülmüş ayrı ayrılıqda təmiz çəkiləri 17,950 qram, 13,618 qram, 11,434 qram, 9,722 qram, 11,230 qram, 12,308 qram, 10,312 qram, 5,586 qram, 8,670 qram, 10,750 qram, 8,817 qram və 11,305 qram olmaqla ümumilikdə və ayrı-ayrılıqda külli miqdar təşkil edən 131,702 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş külli miqdarda 16,550 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişlər. Beləliklə, verilmiş ittihamların məzmunundan aydın olur ki, təqsirləndirilən şəxslərin əməlləri vahid niyyətlə bağlı olub davam edən cinayəti əks etdirir və həmin əməlin başa çatdığı yer Gəncə şəhəridir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2.1-ci maddəsinə əsasən uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Həmin Məcəllənin 74.2.2-ci maddəsində isə göstərilmişdir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Bu səbəbdən məhkəmə kollegiyası qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi hazırkı cinayət işinin icraata qəbul edilməsi məsələsini həll edərkən cinayət işinin aidiyyəti üzrə başqa məhkəməyə (bu halda Gəncə Ağır Cinayətlər Məhkəməsinə) aid olduğunu müəyyən edərək, cinayət işini aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzre materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 29.2-ci maddesia əsasən, bu Məcəllədə nəzərdə tutulmuş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya işin qanuni hakimin icraatından əsassız götürülməsi qadağandır. Göründüyü kimi qanunvericilik növ və ərazi aidiyyətinə imperativ önəm verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd olunan konstitusion müddəaya əsasən cinayət təqibi ilə bağlı məhkəmə aidiyyətinin pozulması yolverilməzdir. Bundan başqa, məhkəmə kollegiyası elan edilmiş ittihamlara görə nəzərdə tutulan cəzanın ağırlığının ədalət mühakiməsindən yayınma riskinin qiymətləndirilməsində əhəmiyyətli element olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqda qalacaqları təqdirdə onların qaçıb gizlənməklə məhkəmə baxışının normal gedişinə mane olma ehtimalı real və yüksəkdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırki mərhələdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3, 74.1, 74.2.2, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərarın surəti 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar