Məhkəmə qərarları › İş №1(101)-1490/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1490/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1490/2025 06.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Alibi” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar olaraq hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 8,893 qram narkotik vasitə olan heroin əldə edib, üzərində saxlayıb daşımaqla Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir. İşin faktiki halları

2. İttiham aktına görə, Təqsirləndirilən şəxs oglu istintaqa məlum olmayan vaxtda, naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 8,893 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 19 mart 2025-ci il tarixdə saat 18:07-də ünvan 3 ünvanının qarşısında saxlanılıb videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 8,893 qram qəhvəyi rəngli eyni əlamətli hissəciklərdən ibarət maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli əməliyyat raportuna, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara, 3-13-55/Ə151/2025 nömrəli əmrə əsasən etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda “Mirkazım” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlaması və daşıması bildirilmiş, məlumatda həmçinin “Mirkazım” adlı şəxsin Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində olacağı göstərilmişdir. “Mirkazım” adlı şəxsin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və X1 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqi 5; 6-7; 10)

4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və üzərinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə “Mirkazım” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində sonuncu 19 mart 2025-ci il tarixdə, saat 18:07 dəqiqədə ünvan 4 ünvanın qarşısında piyada hərəkətdə olan zaman saxlanılmış, həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstü yoxlanılmağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən ağ rəngli sellofanın içərisində qəhvəyi rəngli toz şəkilli maddələr olan 01 ədəd bükümü təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümü küçədə gəzərkən tapmışdır. (Cild 1, iş vərəqi 12-13)

5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” və həmin tarixli “Diskə baxış keçirilməsi haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat axtarış tədbiri zamanı sonuncu 19 mart 2025-ci il tarixdə, saat 18:07 dəqiqədə ünvan 5 ünvanının qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq üstü yoxlanılmış, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən ağ rəngli salfetdə içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan 01 ədəd sellofan büküm aşkar olunaraq götürülmüş və qablaşdırılmışdır. (Cild 1, iş vərəqi 17-18, 49-50)

6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/1169 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN Zərflər üçün № 154” möhür əksi “...Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 8,893 qram qəhvəyi rəngli eyni əlamətli hissəciklərdən ibarət maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: Heroinin təmiz çəkisi 8,893 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 8,793 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat təşkil edir. (Cild 1, iş vərəqi 42-43)

7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 54- 55)

8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, 55-2/7-2725/25 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini haradan, kimdən əldə etməsini, həmçinin onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqi 115)

9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X6 xx.xx.2025-ci il tarixli, 3-28- 29/2-3209/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqi 117)

10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli, 2752 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqi 156-157).

11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsiaxtarış və götürülmə keçirilməsinə dair görüntülərin köçürüldüyü 01 ədəd DVD disk maddi sübut hesab edilməklə cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkarlanmış ümumi təmiz çəkisi 8,893 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatından sonra qalıq qalmış 8,793 qram narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş, iş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və müvafiq isintaq hərəkətlərinin protokolları sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqi 158-163)

12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə etdiyi mənbənin müəyyən edilməsi üçün ibtidai istintaqı aparılan ********* saylı cinayət işindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. (Cild 1, iş vərəqi 165-166)

13. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. 19 mart 2025-ci il tarixdə narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 3 nəfər polis əməkdaşından ibarət əməliyyat qrupu yaradılmış, həmin tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu Nəsrəddin Tusi küçəsində saxlanılmışdır. Saxlanıldıqdan sonra özlərini Təqsirləndirilən şəxs təqdim edib sonuncudan özünü təqdim etməsini tələb etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı 01 ədəd bükümdə narkotik tərkibli maddə aşkar edilmişdir. Üzərində narkotik tərkibli maddə olduğunu gördükdən sonra Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə təhvil verilmişdir. Şahid1 həmçinin bildirmişdir ki, saxlanılan vaxt Təqsirləndirilən şəxs tək, piyada hərəkətdə olmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik tərkibli maddəni yerdən tapdığını söyləmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmiş, o, Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmiş, Təqsirləndirilən şəxs özü könüllü şəkildə narkotik tərkibli maddələri polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir narkotik tərkibli maddə təqdim edilməmiş, polis əməkdaşları Təqsirləndirilən şəxs nə anası, nə də bacısı ilə hədələmişdir. O, Bakı şəhəri Xətai Rayon Polis İdarəsində əməliyyat müvəkkili vəzifəsində fəaliyyət göstərmiş, əməliyyat məlumatı şəxsən ona daxil olmuşdur. Əməliyyat məlumatı 19 mart 2025-ci il tarixdə səhər saatlarında ona daxil olmuş, həmin əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri əldə etməsi və üzərində daşıması bildirilmişdir. Əməliyyat məlumatı idarəyə daxil olduqdan dərhal sonra əməliyyat qrupu yaradılmış, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar onun tərəfindən qəbul edilmişdir. O, qərarda silah, döyüş sursatları ilə bağlı müddəaları hansı səbəbə qeyd etdiyini xatırlamamış, ona silahla bağlı əməliyyat məlumatı daxil olmamışdır. Xəyal adlı şəxsi tanımamış, qərarda Xəyal adının yazıldığını xatırlamır. Fikrincə, həmin qərarın yazılmasında texniki səhvə yol verilmişdir. Əməliyyat-axtarış tədbirləri Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş, polis əməkdaşları Təqsirləndirilən şəxs olduğu əraziyə gedərək Təqsirləndirilən şəxs izləmiş və sonuncuya yaxınlaşmışlar. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncu piyada hərəkətdə olmuşdur. Qərarda təxirəsalınmazlıq xüsusi olaraq qeyd edilmiş, lakin bununla bağlı məhkəməyə müraciət edib-etmədiklərini xatırlamamışdır. Cinayət işinin materiallarında saxta məktub olmamış, hadisə yerinə 3 nəfər polis əməkdaşından ibarət əməliyyat qrupu ilə getmişdir. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair videoçəkiliş 1 dəfə həyata keçirilmiş, videoçəkilişi həyata keçirən polis əməkdaşının adını xatırlamamışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərində narkotik tərkibli maddə olduğunu və haradan gəldiyini polis əməkdaşlarına könüllü şəkildə söyləmiş, “Fəridə” Şadlıq Sarayının yanında hansı “moyka”-nın (yəni avtoyuyucu) olduğunu bilməmiş, polis əməkdaşları Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə təhvil verdikdən sonra bölmədən getmişlər. Videoçəkilişlə bağlı protokol tərtib olunmuş, lakin həmin protokolu Təqsirləndirilən şəxs imzalayıbimzalamadığını bilməmişdir. Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməmiş, əməliyyat məlumatı narkotik tərkibli maddələrin Təqsirləndirilən şəxs üzərində olması ilə bağlı olmuşdur. Polis İdarəsinin həyətində **-AP-*** qeydiyyat nömrəli, qırmızı rəngli, “Tofaş” markalı avtomobil olmamış, o, Təqsirləndirilən şəxs avtomobilini idarə etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş, həmin ifadədəki imzalar ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman 3 nəfər polis əməkdaşından başqa hadisə yerində kənar heç kim olmamış, Nicat adlı polis əməkdaşı əməliyyat tədbirində iştirak etməmişdir.

14. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. 19 mart 2025-ci il tarixdə narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ünvan 6 ünvanında o və digər polis əməkdaşları tərəfindən saxlanılmış, şəxsiyyəti dəqiqləşdirildikdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz maddə olduğu halda təqdim etməsi tələb olunduqda, o, könüllü şəkildə üzərində olan 1 ədəd bükümdə narkotik tərkibli maddəni təqdim etmiş, aşkarlanmış həmin narkotik tərkibli maddə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid2 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə “heroin” növündə olan narkotik tərkibli maddə aşkarlanmış, əməliyyat məlumatı Emin Osmanova daxil olmuş, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi təsir göstərilməmiş, Nicat Quluzadə adlı şəxs bölmə rəisi olsa da, həmin əməliyyat tədbirində sonuncu iştirak etməmiş, büküm açıldıqdan sonra içərisindəki maddənin heroin olduğunu bilmiş, əməliyyat məlumatının nə vaxt daxil olduğunu bilməmiş, həmin məlumat Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri daşıması ilə bağlı olmuş, Təqsirləndirilən şəxs hansı müddət ərzində müşahidə etdiklərini xatırlamamış, göstərişləri əməliyyat qrupunun rəhbəri vermiş, əməliyyat məlumatı narkotik tərkibli maddəni üzərində daşıması ilə bağlı olduğuna görə Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləmiş, həmin ifadədəki imzalar ona məxsus olmuş, Təqsirləndirilən şəxs saxlanılan zaman əməliyyat qrupunun tərkibində olan 3 nəfər polis əməkdaşından başqa heç kim həmin əməliyyat tədbirində iştirak etməmiş, Təqsirləndirilən şəxs nə vaxt saxlanıldığını, həmin vaxt üzərindən başqa hansı əşyaların aşkarlandığını xatırlamamış, Təqsirləndirilən şəxs Mehman Hüseynov adlı şəxsə görə saxlanılmamış, Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrin qanunsuz şəkildə əldə edib daşımasına görə saxlanılmışdır.

15. Şahid2 dindirilərkən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onun saxlanılma prosesində Şahid2 iştirak etməmiş, sonuncu ona hər hansı fiziki və psixi təsir göstərməmişdir.

16. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamda özünü qismən təqsirli bilib göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. 19 mart 2025-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri Xətai rayonu, Nəsirəddin Tusi küçəsindəki avtoyuma məntəqəsinə gəlmiş, avtomobili saxlayıb ətrafda bir qədər piyada hərəkət edərkən küçədə bir ədəd şəffaf sellofan büküm aşkar etmiş və içərisində nə olmasına baxmaq üçün bükümü əynindəki gödəkçənin sol yan cibinə qoymuşdur. Bir neçə dəqiqə müddətində piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra polis əməkdaşı olduqlarını bildirmiş, polis əməkdaşlarından biri mobil telefonla çəkiliş aparmağa başlamış və digər iki nəfər isə ona üzərində narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirib, hazırda üzərindəki əşyaları təqdim etməsini söyləmişlər. Bu vaxt o, üzərindəki bükümü çıxarıb polis əməkdaşlarına təqdim edərək narkotik istifadə etmədiyini, həmin bükümü yerdən tapdığını və narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmiş, təqdim etdiyi bükümdən əlavə üzərindən heç-bir əşya aşkar edilməmişdir. Həmin büküm tərəzidə çəkilmiş və çəkisi müəyyən edilərək ağ rəngli zərfə qoyulub möhürlənmişdir. Bundan sonra o, 35-ci Polis Bölməsinə aparılmışdır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:

17. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, onun nə narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə, nə də siyasi məsələlərlə bağlılığı vardır. 19 mart 2025-ci il tarixdə “50 qəpik” adlanan avtoyuyucuya gedib avtomobilini yuyarkən, bir şəxs ona yaxınlaşıb avtomobili hansı qiymətə yuduğunu soruşduqda, o, pul müqabilində avtomobil yumadığını, həmin yerdə hər kəsin şəxsi avtomobilini özünün yuduğunu söyləmişdir. Ardınca həmin şəxs onu avtomobilə sıxıb telefonunu verməyi tələb etmiş, o, həmin şəxsdən kim olduğunu, hansı səbəbdən belə hərəkətlər etdiyini soruşduqda həmin şəxs ona səsini kəsməsini deyib avtomobilin açarını, həmçinin mobil telefonunu verməsini istəmişdir. Daha sonra bir neçə polis əməkdaşı oraya yaxınlaşıb onu öz avtomobillərinə tərəf apararaq avtomobilə məcburi şəkildə əyləşdirmişlər. Digər polis əməkdaşı isə avtomobilindən mobil telefonunu gətirib ondan mobil telefonunu açmasını tələb etmiş, açdıqdan dərhal sonra onun mobil telefonunu “pilot” rejimə keçirmişlər. Daha sonra ona rəisin avtomobilə gələcəyini söyləyərək sakit durmasını tələb etmiş, rəis avtomobilə gəlib ondan adını soruşmuş, o, ad və soyadını söylədikdən sonra ona tutulacağını, bu səbəbdən qarşısına 2 seçim qoyduğunu söyləmişdir. O, rəisdən həmin seçimlərin nə olduğunu soruşanda ona ya vətən xaini kimi, ya da narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan biri kimi tutulacağını söyləmişdir. Rəisin dediklərini qəbul etmədikdən sonra o, 35-ci Polis Bölməsinə aparılmışdır. İttiham aktında guya onu saxlamağa 3 nəfər polis əməkdaşının gəlməsi qeyd edilmişdir. Lakin həqiqətdə onu 8-9 nəfər polis əməkdaşı tutmuşdur. Polis bölməsində dəfələrlə pulu olmadığını söylədikdən sonra ona məsələnin pul olmadığını və onun tutulması üçün tapşırıq gəldiyini söyləmişlər. O, narkotik tərkibli maddələri boynuna almaqdan imtina etdikdə ona həmin narkotik tərkibli maddəni evlərinin həyətindən çıxarıb anası və bacısını polis idarəsinə gətirəcəklərini demişlər. Bu səbəbdən, o, məcbur qalıb həmin narkotik tərkibli maddələri üzərinə götürmüşdür. O, dəfələrlə videoçəkilişə mane olmağa çalışmış, lakin yenə də onu narkotik tərkibli maddələrlə “yükləmiş”-lər. Polis əməkdaşları ona Mehman Hüseynov adlı şəxsə video atdığını və bu səbəbdən tutulmalı olduğunu söyləmişlər. Polis əməkdaşlarına mobil telefonuna təkrarən baxış keçirmələrini, mobil nömrəsinin anten dairəsinin və anten məlumatlarının müəyyən edilməsini demiş, çünki onun heç bir təqsiri olmamışdır. O, heç vaxt Mehman Hüseynova video atmamış, sonuncu ilə heç bir şəkildə əlaqə saxlamamışdır. Lakin o, həbs edilmişdir. Haqsız yerə o aylardır ki, ailəsindən, sevdiklərindən ayrıdır. Təqsirləndirilən şəxs həmçinin qeyd etmişdir ki, o, 19 mart 2025-ci il tarixdə “moyka-da, yəni avtoyuyucuda olarkən, polis əməkdaşları tərəfindən saxlanılmış, həmin avtoyuyucu “Fəridə” şadlıq sarayı ilə üzbəüz yerləşmişdir. Onun əvvəllər məhkumluğu olmamış və heç vaxt polis idarəsinə, şöbəsinə, bölməsinə getməmişdir. Polis əməkdaşları saxlanıldığı yerdə üzərinə baxış keçirmiş, onun üzərində narkotik tərkibli maddə olmamışdır. Polis əməkdaşları özləri həmin qanunsuz maddələri ona təqdim etmiş, o, narkotik tərkibli maddənin istifadəçisi olmamışdır. Polis əməkdaşlarının onu saxlamasının səbəbi Mehman Hüseynov adlı şəxslə bağlı olmuşdur ki, guya o, həmin şəxsə videogörüntü yollamışdır. Hal-hazırda təcridxanada olan “kartokçası”nın (şəxsi iş) üzərinə “Mehman Hüseynov video” adlı qeyd aparılmışdır. Saxlanıldıqdan sonra o, polis əməkdaşları tərəfindən idarəyə aparılmış, onu saxlayan polis əməkdaşlarını tanımamış və əvvəllər də görməmişdir. Polis əməkdaşlarının dediklərinə görə həmin videogörüntü “Ağ Şəhər” ərazisində çəkilmiş və həmin videogörüntüdə olan polis əməkdaşı işdən azad olunmuşdur. Həmin hadisə baş verən zaman onun avtomobili həmin ərazidə olmuş, bu səbəbdən, polis əməkdaşları onu narkotik tərkibli maddə ilə “yükləmiş”-lər. Onun nə siyasi, nə də narkotik tərkibli maddələrlə əlaqəsi olmamışdır. İbtidai istintaq zamanı o, müstəntiqə ifadə vermiş və hər şey necə baş veribsə, elə danışmışdır. Barəsində həbs qətimkan tədbiri seçilən zaman hakimə narkotik tərkibli maddələr ilə heç bir əlaqəsi olmadığını söyləmiş, ona ilk öncə 1 nəfər polis əməkdaşı yaxınlaşmış, daha sonra 3-4 nəfər polis əməkdaşı gəlmişdir. Onun avtomobilinin açarını cibindən polis əməkdaşları götürmüşdür. Rəis ona özünü gah Nicat, gah da Elgün kimi tanıtmışdır. Polis Bölməsinə aparıldıqdan sonra onu ilk öncə zirzəmiyə, daha sonra isə inzibati binanın 2-ci mərtəbəsinə aparmışlar. Polis əməkdaşları onu döyməmiş, lakin onun ana və bacısını idarəyə gətirməklə hədələmişlər. Polis əməkdaşları ona söyləmişlər ki, guya o, məhkəmədə olan zaman üzərindən aşkar olunan narkotik tərkibli maddələri yerdən və ya zibillikdən tapdığını söyləməlidir. Polis əməkdaşları onun şəxsi avtomobili ilə idarəyə gəlmiş, o, özünü təqsirli bilməmişdir. Mehman Hüseynovla bağlı məsələni saxlanıldıqdan 4 gün sonra müvəqqəti saxlama yerində olan zaman əməliyyat müvəkkili ona söyləmişdır. Təcridxanada bununla bağlı ona bir çox məhdudiyyətlər qoyulmuş, məsələn o, mobil telefon vasitəsilə ailəsi ilə əlaqə yarada bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadədəki imzalar ona məxsus olsa da, ifadədə qeyd olunan cümlələr onun tərəfindən söylənməmiş, ona psixi təsir göstərilmişdir.

18. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2012-ci il tarixli, AZ-İ 545162 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X4 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.

19. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 55/2-28388 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılarkən üzərində mobil telefon aşkarlanmamış, eyni zamanda araşdırma dövründə istintaqa Təqsirləndirilən şəxs məxsus mobil telefon təqdim olunmamışdır.

20. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2025-ci il tarixli, 3/2- 10257/25 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-13-3/2-18350/2025 nömrəli məktublarından görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsi mümkün olmamışdır.

21. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-55/2-36692/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus əşyalar xx.xx.2025-ci il tarixdə Atif Majud adlı şəxsə təhvil verilmiş, xx.xx.2025-ci il tarixdə həmin polis idarəsinin Müvəqqəti saxlama yerinə qəbul edilərkən Təqsirləndirilən şəxs üzərində qara şalvar, qara köynək və qara ayaqqabı olmuş, axtarış zamanı 1 kəmər, 1 qol saatı, 1 üzük, 1 sep (ağ metal), 1 maşın açarı aşkarlanmışdır.

Hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

22. CM-in 234.4. maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda (maddə 234.4.3) törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

23. Maddə 234.1-1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyəti yaradır.

24. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

25. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.

26. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

27. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

28. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

29. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

30. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

31. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

32. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

33. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

34. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

35. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

36. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

37. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

38. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

39. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

40. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.

41. Maddə 347.1. Məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

42. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

43. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

44. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

45. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən narkotik vasitə heroinin təmiz halda 2 qramdan 800 qramadək miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

46. Maddə 1.0.1. Narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).

47. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

48. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

49. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

50. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

51. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, istintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

52. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

53. Qərarın 12-ci bəndi. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

54. Qərarın 16-cı bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.1-1-ci maddəsində həmin Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır.

55. Qərarın 25-ci bəndi. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

56. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

57. Qərarın 26-cı bəndi. CPM-in 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

Avropa Məhkəməsinin president hüququ:

58. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

59. Məhkəmə araşdırması zamanı müdafiə tərəfinin dəlilləri araşdırılmışdır.

60. Müdafiə tərəfi qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 3 nəfər yaxınlaşıb avtomobilə əyləşdirmiş, orada 7-8 nəfər olmuş, avtomobilindən sonuncunun mobil telefonunu götürmüşlər. Habelə, özünü rəis kimi təqdim edən Nicat adlı şəxs Təqsirləndirilən şəxs tutmaqla, həbs etməklə hədələmiş, 35-ci polis bölməsində anası və bacısının olduğu evin həyətindən narkotik vasitə çıxaracaqları, guya həbs edəcəkləri ilə hədələyib narkotik vasitə tapmağı etiraf etməsinə nail olmuşlar. Daha sonra Təqsirləndirilən şəxs videoçəkiliş aparılacaq yerə gətirilmiş və ssenari üzrə videoçəkiliş aparılmış, Təqsirləndirilən şəxs bir neçə dəfə etiraz etsə də, narahat olmamasını, az miqdarda narkotiklə “yüklədik”-lərini bildirmişlər. Daha sonra geyiminin uyğun gəlmədiyini deyib dəri gödəkçə Təqsirləndirilən şəxs geyindirilmiş, Təqsirləndirilən şəxs çəkilişdən sonra gödəkçəni sahibinə, yəni polis əməkdaşına qaytarmış, Təqsirləndirilən şəxs sonradan bildirilmişdir ki, guya o, “Ağ şəhər” ərazisində **-XP-*** dövlət qeydiyyat nişanlı qırmızı rəngli “Tofaş” markalı avtomobildən düşən polis əməkdaşının yaxınlıqda olan oğlan və qıza yaxınlaşıb onlardan pul alınması səhnəsinin videogörüntüsünü çəkib “Tiktok” şəbəkəsində paylaşmışdır.

61. Məhkəmə müdafiə tərəfinin mövqeyi ilə bağlı qeyd edir ki, cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara əsasən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və X1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, həmin əməliyyat müvəkkillərindən başqa hər hansı şəxsin Təqsirləndirilən şəxs saxlanılmasında iştirakı həm şahid ifadələri, həm də cinayət işinin materialları ilə müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs daha çox polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı iddiası əsassızdır, bu, hər hansı sübuta söykənməmişdir. Habelə, Nicat adlı şəxsin Təqsirləndirilən şəxs saxlanılmasında iştirakı müəyyən edilməmişdir.

62. Bundan başqa, məhkəmə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı müxtəlif formada, yəni anası və bacısının da evindən narkotik vasitəni çıxarıb həmin şəxsləri də cinayət məsuliyyətinə cəlb edəcəkləri barədə psixoloji təsir göstərildiyi, saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmadığı barədə müdafiə tərəfinin mövqeyinə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və üzərinə baxış keçirilməsinə dair” protokola əlavə edilmiş videoçəkilişə baxdıqda videoyazının fasiləsiz aparıldığı, hər hansı kəsintiyə yol verilmədiyi, təqsirləndirilən şəxsin könüllü şəkildə təqdim etdiyi 01 ədəd bükümdə narkotik tərkibli maddəyə bənzər kütlə aşkarlandığı müəyyən edilmişdir. Həmin büküm qablaşdırılmaqla, iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Daha sonra qablaşdırılmış predmet ekspertizaya göndərilmiş və ekspertizanın nəticəsinə dair rəy tərtib edilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur.

63. Həmin protokol nəzərdən keçirildikdə görünür ki, Təqsirləndirilən şəxs müvafiq protokolu imzalamamışdır. Lakin o, həmin protokola dair videoçəkilişdə sərbəst şəkildə narkotik vasitəni alma şəraiti və üzərində daşıması barədə məlumat vermişdir.

64. Cinayət işinin materialları nəzərdən keçirildə müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin protokolu imzalamasa da, ona təqdim edilmiş sonrakı sənədləri, yəni şübhəli şəxsi qismində tutulması ilə əlaqədar sənədləri müdafiəçisinin iştirakı ilə imzalamışdır. Və bütün bunlar məhz o, saxlanıldıqdan sonrakı vaxtlarda baş vermişdir. Həmçinin, Təqsirləndirilən şəxs tutulduqdan 2 gün sonra, yəni 21 mart 2025-ci il tarixdə həm şübhəli şəxs (cild 1, iş vərəqi 51-52), həm də təqsirləndirilən şəxs (cild 1, iş vərəqi 66-68) qismində dindirilərkən ifadələrində narkotik vasitəni alma şəraiti, üzərində daşıması və polis əməkdaşları tərəfindən saxlanılması, habelə ona fiziki və psixoloji təsir göstərilmədiyi barədə sərbəst şəkildə bildirmiş və həmin protokolları müdafiəçinin iştirakı ilə imzalamışdır.

65. Müdafiə tərəfinin mövqeyinə görə psixoloji təsir məhz “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və üzərinə baxış keçirilməsinə dair” protokol və videoçəkiliş aparılanadək olmuşdur. Lakin yuxarıda sadalananlardan isə görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan 2 gün sonra da müdafiəçinin iştirakı ilə elə “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və üzərinə baxış keçirilməsinə dair” protokol və videoçəkilişdə söylədikləri ilə eyni məzmunda ifadə vermişdir.

66. Məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və üzərinə baxış keçirilməsinə dair” protokolu imzalamamasını isə psixoloji təsirlə əlaqələndirmir, əksinə ona əməliyyat müvəkkilləri tərəfindən sərbəst şərait yaradıldığı qənaətinə gəlir. Belə ki, əgər psixoloji təsir olduğu təqdirdə, Təqsirləndirilən şəxs həmin protokolu imzalamaması ağlabatan olmazdı.

67. Məhkəmə müdafiə tərəfinin həmin mövqeyi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin, şahidlərin ifadələri və cinayət işinin materiallarında olan sənədlərin təhlil edilməsi nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixoloji təsir edilməsi müəyyən olunmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.

68. Bundan əlavə, müdafiə tərəfi xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və üzərinə baxış keçirilməsinə dair” protokola əlavə edilmiş videoçəkilişə əsasən Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sonuncuya məxsus olmamasını iddia etməsinə isə məhkəmə belə münasibət bildirir ki, həmin istintaq hərəkəti xx.xx.2025-ci il tarixdə aparılmışdır. Həmin tarixdə hava şəraiti və günün vaxtı nəzərə alınmaqla, eləcə də əksini sübut edəcək hər hansı dəlil olmadığından və cinayət işinin materialları və məhkəmə araşdırması ilə də müəyyən edilmədiyindən, məhkəmə müdafiə tərəfinin həmin mövqeyini həqiqətə uyğun olmayan hesab edir.

69. Bundan savayı, müdafiə tərəfi Təqsirləndirilən şəxs saxlanılmasına səbəb kimi sonuncunun Mehman Hüseynov adlı şəxsə “Tiktok” sosial şəbəkəsində paylaşması üçün video göndərməsi olduğunu iddia etsələr də, məhkəmədə şahid qismində dindirilmiş Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs Mehman Hüseynov adlı şəxs və ya başqa şəxsə görə saxlanılmadığını, sonuncunun narkotik tərkibli maddələri qanunsuz şəkildə əldə edib daşımasına görə saxladıqlarını bildirmişlər. Bu səbəbdən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hər hansı şəxsə video göndərməsi səbəbindən saxlanılması ilə bağlı iddiası əsassızdır, bu, hər hansı sübuta söykənməmişdir.

70. Bundan başqa, müdafiə tərəfinin xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarında bəzi səhvlərə yol verilməsi ilə bağlı iddiasına münasibət bildirərək məhkəmə hesab edir ki, bu kimi hallar pozuntuya yol vermiş şəxs barəsində xüsusi qərar çıxarılması üçün əsasdır.

71. Bundan əlavə, müdafiə tərəfi xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın qanuniliyinin məhkəmə nəzarəti qaydasında yoxlanılmamasını bildirərək, təhqiqat orqanı tərəfindən prosessual pozuntuya yol verildiyini qeyd etmişdir.

72. Məhkəmə bununla bağlı bildirir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Ali Məhkəmənin Plenum qərarının 31-ci və 32-ci bəndlərinə əsasən, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar 728-İQ nömrəli Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin İ hissəsinin 1-18-ci bəndlərində əməliyyat-axtarış tədbirlərinin bütün növləri qapalı siyahı şəklində təsbit edilmişdir. Məhkəmənin qərarı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri isə CPMin 445.1-ci maddəsinə və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin İİİ hissəsinə əsasən həmin maddənin İ hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş “telefon danışıqlarına qulaqasma”, 4-cü bəndində nəzərdə tutulmuş “poçt, teleqraf və digər göndərişlərin yoxlanılması”, 5-ci bəndində nəzərdə tutulmuş “texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması”, 8-ci bəndində nəzərdə tutulmuş “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə daxil olma və baxış keçirmə”, 9-cu bəndində nəzərdə tutulmuş müstəsna olaraq texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə həyata keçirildiyi halda, “yaşayış yerlərinin müşahidəsi”, habelə 10-cu bəndində nəzərdə tutulmuş “insanların güdülməsi” tədbirləridir. CPM-in 445.2-ci maddəsinə və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin İV hissəsinə əsasən şəxsiyyət əleyhinə olan ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaqasma, poçt, teleqraf və digər göndərişləri yoxlama, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxarma, habelə insanları güdmə kimi əməliyyat-axtarış tədbirləri; cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün isə binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirmə əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. CPM-in 445.2-ci maddəsinə və 728-İQ nömrəli Qanunun 10cu maddəsinin V hissəsinə əsasən həmin maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyataxtarış tədbiri məhkəmə qərarı olmadan həyata keçirildikdə, onun keçirilməsindən sonra 48 saat ərzində əməliyyat-axtarış fəaliyyətinin subyekti (səlahiyyətli şəxs) həyata keçirilmiş tədbirlər barədə əməliyyat-axtarış tədbirini həyata keçirən orqanın yerləşdiyi yer üzrə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidir (eyni bir əməliyyat-axtarış tədbirinə məhkəmə nəzarətinin həyata keçirilməsi üçün əməliyyataxtarış tədbirinin keçirilməsinə dair qərarın bir neçə məhkəməyə – tədbirin faktiki olaraq baş tutduğu yer üzrə və tədbirin keçirilməsinə qərar vermiş orqanın yerləşdiyi yer üzrə məhkəməyə göndərilməsinə yol verilməməlidir). İstinad edilən CPM-in və 728-İQ nömrəli Qanunun müddəalarından, eləcə də CPMin məhkəmə nəzarətinin həyata keçirilməsini tənzimləyən Lİİ fəslinin digər normalarından göründüyü kimi, məhkəmə nəzarəti yalnız CPM-in 445.1-ci maddəsində və 728-İQ nömrəli Qanunun 10-cu maddəsinin İİİ hissəsində dəqiq müəyyən olunmuş əməliyyataxtarış tədbirlərinə münasibətdə, məhz bu tədbirlərin keçirilməsi üçün məhkəmə qərarının alınmasına dair əməliyyat-axtarış fəaliyyəti subyektinin (səlahiyyətli şəxsin) vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında vəsatətin təmin edilməsi üçün əsasların müəyyən edilməsindən asılı olaraq - müvafiq tədbirin keçirilməsinə və yaxud bundan imtina edilməsinə dair məhkəmə qərarı çıxarılmaqla, əməliyyat-axtarış tədbiri məhkəmə qərarı olmadan əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin qərarı əsasında keçirildikdə - həmin qərarın və keçirilmiş tədbirin qanunauyğunluğunun sonradan yoxlanılması yolu ilə həyata keçirilməlidir. 728-İQ nömrəli Qanunun 10-cu maddəsində təsbit edilən digər əməliyyataxtarış tədbirlərinə münasibətdə CPM-in Lİİ fəslində nəzərdə tutulmuş prosedurda məhkəmə nəzarəti həyata keçirilməməli, o cümlədən əməliyyat-axtarış fəaliyyətinin subyektləri və prokurorlar tərəfindən belə tədbirlərlə əlaqədar vəsatət və təqdimatlar verilməməli və yaxud bu cür tədbirlərin keçirilməsindən sonra onların keçirilməsinə dair qərar və əlaqəli materiallar məhkəməyə göndərilməməli, məhkəmələr isə daxil olmuş belə materiallar üzrə məhkəmələrin səlahiyyətləri daxilində işlərə, digər materiallara baxmalı olduqlarını müəyyən edən cinayət mühakimə icraatının ümumi prinsiplərinə, o cümlədən CPM-in 23.1-ci maddəsinə və digər əlaqəli normalarına əsaslanmaqla onların baxılmadan geri qaytarılması haqqında qərar qəbul etməlidirlər. Cinayət işlərinə mahiyyəti üzrə baxan məhkəmələr isə məhkəmə nəzarətinin bu bənddə əksini tapmış hüquqi mövqelərə uyğun şəkildə həyata keçirilib-keçirilmədiyinə diqqət yetirməli, məhkəmə nəzarəti lazımınca həyata keçirilmədiyi hallarda müvafiq sübutların mümkünlüyü məsələsini xüsusi səylə araşdırmalı, lakin heç bir halda əməliyyat-axtarış tədbiri ilə əlaqədar məhkəmə nəzarətinin həyata keçirilməsi faktına (müvafiq məhkəmə qərarının olmasına) özü-özlüyündə əməliyyat-axtarış tədbiri gedişində əldə olunaraq cinayət təqibi orqanı tərəfindən sübut kimi qiymətləndirilmiş materialın CPM-in 125-ci maddəsinin və digər normalarının tələbləri baxımından yolverilən olmasına dəlalət edən, məhkəməni hər bir sübutu aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək vəzifəsindən azad edən əsas kimi istinad etməməlidirlər.

73. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarı sübut kimi yol veriləndir, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına hər hansı şübhə yoxdur.

74. Bundan savayı, müdafiə tərəfi xx.xx.2025-ci il tarixli “Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokolun 4-cü bəndində Təqsirləndirilən şəxs iştirak etməsi qeyd olunsa da, protokolun səhifələrində sonuncunun imzalamağıdığını, habelə ağ salfetdə təqdim olunmuş maddənin olmasının qeyd edildiyini bildirmişdir.

75. Məhkəmə bununla bağlı qeyd edir ki, bu kimi hallar pozuntuya yol vermiş şəxs barəsində xüsusi qərar çıxarılması üçün əsasdır.

76. Müdafiə tərəfi “Müvəqqəti saxlama yerinin təqdim etdiyi “Tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında” 243 nömrəli protokola əsasən təqsirləndirilən şəxsin həmin yerə daxil olarkən əynində qara rəngli gödəkçəsinin olmaması, lakin maşın açarını da təqdim etməsi ilə mövqeyinə məhkəmə münasibət bildirərək qeyd edir ki, həmin xüsusatlar işin hərtərəfli, tam və obyektiv baxılması, ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallara aid deyildir.

77. Bundan əlavə, müdafiə tərəfi Təqsirləndirilən şəxs saxlanılarkən üzərindəki mobil telefonun işlək vəziyyətdə olması, tutulduqdan 30-40 dəqiqə sonra telefonun Mərkəzi Univermağın qarşısında, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati binasında işlək vəziyyətdə olmasını bildirib həmin telefonun sözügedən videogörüntü ilə bağlı həmin nazirliyə aparıldığına əsas verdiyini iddia etmişdir.

78. Məhkəmə ilk öncə qeyd etməyi zəruri bilir ki, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin etməklə, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində hər hansı mobil telefon olub-olmamasını müəyyən etmək məqsədilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə müraciət etmişdir.

79. Bakı şəhəri Xətai Rayon Polis idarəsinin xx.xx.2025-ci il tarixli, 55/2-28388 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə həmin polis idarəsinin əməkdaşları tərəfindən saxlanılarkən sonuncunun üzərində mobil telefon aşkarlanmamış, eyni zamanda araşdırma dövründə istintaqa Təqsirləndirilən şəxs məxsus mobil telefon təqdim edilməmişdir.

80. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin xx.xx.2025-ci il tarixdə saat 15:49:21-də ünvan 7 ünvanında, həmin tarixdə saat 18:50:55-də isə Bakı şəhəri, Səbail rayonu, MUM ünvanında olması qeyd edilmişdir.

81. Məhkəmə cinayət işinin materiallarında olan sənədləri, yəni xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və üzərinə baxış keçirilməsinə dair” protokolu və ona əlavə edilmiş videoçəkilişi, Bakı şəhəri Xətai Rayon Polis idarəsinin xx.xx.2025-ci il tarixli, 55/2-28388 nömrəli məktubunu, xx.xx.2025-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokola əlavə edilmiş məlumatı, şahid ifadələrini təhlil edib o nəticəyə gəlir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində mobil telefon olmamışdır. Bu səbəbdən, məhkəmə müdafiə tərəfinin həmin mövqeyini müdafiə xarakterli, həqiqətə uyğun olmayan hesab edir.

82. Bundan savayı, müdafiə tərəfi təqsirləndirilən şəxsin saxlanılması şəraitini mübasibələndirməklə, həmin yerə aid Təhlükəsiz Şəhər Kameralarının məlumatlarının götürülməsini məhkəmədən xahiş etdiyindən, vəsatət təmin olunmaqla, icraya yönəldilmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-13-3/2-18350/2025 nömrəli məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsi mümkün olmamışdır.

83. Beləliklə, məhkəmənin mövqeyinə görə təqsirləndirilən şəxsin üzərində narkotik vasitə heroinin olmaması, narkotik tərkibli maddəni müvafiq istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, ona qarşı psixoloji təsirin göstərilməsi barədə dedikləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Müdafiə tərəfinin irəli sürdüyü həmin dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.

84. Məhkəmə müdafiə tərəfinin təqsirləndirilən şəxsin hüquqlarını keyfiyyətli müdafiə edilmədiyi barədə iddiasına münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarında olan sənədlərə əsasən məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin müdafiəçisi qismində iştirak etmiş X5 təqsirləndirilən şəxsin iştirakı ilə bütün istintaq hərəkətlərində şəxsən iştirak etmiş, təqsirləndirilən şəxsin hüquqlarını qorumuş, təqsirləndirilən şəxsin müdafiə hüquqları tam təmin edilmişdir.

85. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama da münasibət bildirməyi zəruri hesab edir.

86. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.

87. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı və dövriyyəsi ilə məşğul olması sübuta yetirilməmişdir. Şahid ifadələri, təqsirləndirilən şəxsin mobil nömrəsində narkotik vasitənin qanunsuz dövriyyəsinə dair hər hansı məlumatın mövcud olmaması, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, 55-2/7-2725/25 nömrəli məktubuna əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satdığı şəxslərin dairəsinin, eləcə də üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini nə vaxt, harada və kimdən əldə edilməsinin müəyyən edilə bilməməsi, eləcə də cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı məlumat aşkarlanmamış, onun istehlakçı ilə əvvəlcədən razılıq, habelə onda narkotik vasitə və ya psixotrop maddələrin hazırlanması üçün avadanlıq müəyyən edilməmiş, həmin maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və ya saxlanılması, hazırlanması, istehsal etmə, emal etmə, daşıma, göndərmə halları müəyyən olunmamışdır.

88. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 01 ədəd bükümdə təmiz çəkisi 8,893 qram narkotik vasitə heroini satış məqsədilə yox, satış məqsədi olmadan əldə edib, üzərində saxlamaqla daşımışdır.

89. Məhkəmə bir halı da qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman üzərindən aşkarlanmış narkotik vasitə heroini yerdən taparaq cibinə qoyduğunu bildirmiş, bunun əksini təsdiq edən hər hansı sübut məhkəmə araşdırması zamanı aşkarlanmamışdır.

90. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin maddənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadələri, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

91. Məhkəmə hesab edir ki, ittiham tərəfinin hər hansı sübutunun sübutlar siyahısından çıxarılmasına əsas verən hal mövcud deyildir.

92. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

93. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır.

94. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 8,893 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 19 mart 2025-ci il tarixdə saat 18:07-də ünvan 9 ünvanının qarşısında saxlanılıb videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 8,893 qram qəhvəyi rəngli eyni əlamətli hissəciklərdən ibarət maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

95. Məhkəmə tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu ilə təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməklə həmin cinayətdə təqsiri müəyyən edildiyindən ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

96. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

97. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

98. Məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəməyədək icraat və məhkəmə baxışı dövründə davranışını, onun ilk dəfə cinayət törətməsini, əvvəllər məhkumluğunun olmamasını, anasının müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.

99. Məhkəmədə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

100. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

101. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir.

102. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 mart 2025-ci il tarixli, 4(011)-160/2025 nömrəli qərarı ilə həmin tarixdə barəsində əvvəli 19 mart 2025-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. (Cild 1, iş vərəqi 27-28, 82-87). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.

103. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 19 mart 2025ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

104. İş üzrə mülki iddia, həbs qoyulmuş və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

105. İş üzrə maddi sübut olan, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 8,793 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.

106. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

107. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət, yəni ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 19 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 8,793 qram narkotik vasitə heroin məhv edilsin. Digər sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar