Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1491/2021 03.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 Ağalarovun sədrliyi ilə, hakimlər Eldar Əli oğlu Mikayılov və Siyavuş Həbib oğlu Hacıyevdən ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1 mart 1996-cı ildə Ukrayna Respublikasının Donetsk vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Xaçmaz rayonu İsmayılovka qəsəbəsi, Bakı küçəsi, ev 1-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 14,524 qram qəhvəyi rəngli, toz şəklində kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini əldə edib, əynindəki göy rəngli cins şalvarın qabaq sağ cibində daşıyaraq üzərində saxlamış, 3 noyabr 2020-ci il tarixdə, saat 18:30 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri Səbail rayonu, Salyan şossesi 2 ünvanda yerləşən «Olivium» marketinin qarşısında M.İ.lyasov şübhəli şəxs qismində saxlanılıb Bakı şəhəri Səbail rayonu, Ə.Yaqubov küçəsi 2 ünvanda yerləşən Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına gətirilib, xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı əynindəki göy rəngli cins şalvarın qabaq sağ yan cibində, bir ədəd şəffaf selofan bükümdə, təmiz çəkisi 14,524 qram olan qəhvəyi rəngli, toz şəklində kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Ukrayna Respublikasında doğulmuşdur. Milliyyətcə azərbaycanlıdır və Azərbaycan Respublikası vətəndaşıdır. Xaçmaz şəhər 2 saylı orta məktəbdə təhsil almışdır. Azərbaycan dilini mükəmməl bilir. 3 noyabr 2020-ci il tarixdə saat 18:30 radələrində piyada Bakı şəhəri Səbail rayonu, Salyan şossesi 2 ünvanda yerləşən «Olivium» marketin qarşısında keçərkən ona iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini polis əməkdaşları təqdim etdikdən sonra onu Səbail RPİnin 8-ci PB-nə dəvət etmişdir. Etiraz etmədən sonuncularla birlikdə polis bölməsinə gəlmişdir. Orada özünü Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçı kimi təqdim edən polis əməkdaşı tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra ona vəkil təqdim edilmiş və o, külli miqdarda narkotik vasitələrin əldə edilməsi və dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində tutulmuşdur. Vəkilin iştirakı ilə üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməsinə dair qərarla tanış edilmiş və sonra ona üzərində gəzdirilməsi qanunla qadağan edilmiş narkotik vasitə və ya digər əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman o, əynindəki göy rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə olan açıq qəhvəyi rəngli heroinə bənzər kütləni və şalvarın sol qabaq yan cibində olan bir ədəd «Huawei» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Üzərinə əlavə şəxsi axtarış aparılmış, lakin qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Həmin bir ədəd sellofan bükümdə olan maddə elektron tərəzidə çəkildikdən sonra sonra təhqiqatçı həmin bükümü bir ədəd boş zərfə qoyub qablaşdırılaraq möhürləmişdir. Zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı həmin bükümdəki maddəni saxlanılmamışdan təxminən üç saat əvvəl Səbail rayonu 8-ci PB-nin yaxınlığında yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında narkotik vasitələrin satışı ilə məşğul olan «Tərlan» adlı tanışından 350 manata aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı keçirilmiş tədbir nəticələrinə dair protokol tərtib etmiş, protokol oxunduqdan sonra onun və digər iştirakçılar tərərfindən imzalanmışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Üstündən aşkar edilərək götürülmüş narkotik vasitəni Tərlan adlı şəxsdən öz istifadəsi üçün əldə etmişdir. Sonuncunun yaşadığı ünvanı və anket məlumatlarını bilmir. Tərlan ***- ***-**-** saylı mobil nömrə işlətmişdir. Bildiyinə görə Bakı şəhəri Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayır. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 3 noyabr 2020-ci il tarixdə idarəyə Ukrayna Respublikasında anadan olmuş, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində mütəmadi olaraq satış məqsədi ilə küllü miqdarda narkotik vasitələri əldə edib qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə raportla idarə rəhbərliyinə məruzə etmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilməklə, əməliyyat qrupu yaradılmışdır. Əməliyyata rəhbərlik ona həvalə edilmişdir. Həmin tarixdə saat 18 radələrində Bakı şəhəri Səbail rayonu, Salyan şossesi 2 ünvanda yerləşən «Olivium» marketin yanına gəlib mövqe seçib, ətrafı müşahidə etməyə başlamışlar. Saat 18:30 radələrində qrupun üzvü əməliyyat müvəkkili Səhran Əkbərovla birlikdə mağazanın qarşısı ilə piyada hərəkət edən zahiri görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Sonuncunun Təqsirləndirilən şəxs olmasını dəqiqləşdirdikdən sonra ona, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, onu ərazi üzrə Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşıb onunlarla birlikdə ünvan 5 ünvanda yerləşən 8-ci PB-nin inzibati binasına gəlmişdir. Təqsirləndirilən şəxs saxladıqları barədə Baş İdarə rəisinə raportla məruzə etdikdən sonra müvafiq araşdırma aparılması və sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi Baş İdarənin rəisi tərəfindən idarənin təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Şahid3 tapşırılmışdır. Sonuncu Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil dəvət etmiş və o, Azərbaycan Respublikası CM-nin 234.4.3 maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra video-çəkiliş aparılmaqla barəsində şəxsi axtarış və götürülmə aparılmasına dair qərar qəbul etmişdir. Təhqiqatçı şəxsi axtarış və götürmə aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçini qərarla tanış etmişdir. Təkrar hüquq və vəzifələrini izah etdikdən sonra Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədləri varsa, könüllü təqdim etməsi təklif etmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofan bağlamanı çıxarıb masa üzərinə qoymuşdur. Həmin bir ədəd selofan bağlama açıldıqda içərisində açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən isə bir ədəd «Huawei» markalı mobil telefon aşkar edilmişdir. Təhqiqatçı bir ədəd şəffaf sellofan bağlamada olan narkotik vasitə heroinə bənzər maddəni elektron tərəzidə çəkdikdə, 15,83 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlə olan bir ədəd bağlama çəkildikdən sonra bir ədəd boş zərfə qoyulub möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. M. İlyasovun üzərindən aşkar edilmiş bir ədəd işlənmiş «Huawei» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bağlamadakı heroinə oxşar maddənin özünə məxsus olmasını, həmin günü yəni, 3 noyabr 2020-ci il tarixdə saxlanılmamışdan təxminən 3 saat əvvəl Bakı şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan «Tərlan» adlı şəxsdən Bayıl qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşüb, 350 manata aldığını bildirmişdir. Narkotik vasitəyə oxşar maddə və bir ədəd mobil telefonun götürülməsi ilə bağlı protokol tərtib edilmişdir. Protokol iştirakçılara oxunduqdan sonra imzalamışdır. Bundan sonra faktla bağlı toplanmış material aidiyyəti üzrə istintaqa göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid E.N.Paşayevin ifadəsinə oxşar ifadə verdi. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı vəzifəsində xidmət edir. 3 noyabr 2020-ci il tarixdə idarəyə ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri Səbail rayonu ərazisində satış məqsədi ilə küllü miqdarda narkotik vasitələri əldə edib, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayonu ərazisində şübhəli şəxs kimi saxlanılıb, ərazi aidiyyəti üzrə Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına gətirilmişdir. Bu barədə Baş İdarənin rəisinə raportla məruzə edilmişdir. Sonuncu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, müvafiq material toplamaqla qərar qəbul edilməsini ona həvalə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 12 saylı Vəkil Bürosundan növbətçi vəkil Mübariz Məmmədovu qərarla dəvət edib Təqsirləndirilən şəxs təqdim etmiş və Azərbaycan Respublikası CM-nin 234.4.3 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutduqdan sonra ona hüquq və vəzifələrini izah etmişdir. Daha sonra Təqsirləndirilən şəxs, vəkili, əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 iştirakları ilə «Sony» markalı mobil telefon vasitəsi ilə video çəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs və vəkilini tanış etmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənəd varsa, könüllü təqdim etməsini təklif etmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofan bağlamanı çıxarıb təqdim etmişdir. Həmin selofan bağlama açıldıqda içərisində açıq qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə olduğunu görmüşdür. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən isə bir ədəd «Huawei» markalı mobil telefon da aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa bir əşya və ya predmet aşkar edilməmişdir. Həmin şəffaf sellofan bağlamada olan heroinə oxşar maddəni elektron tərəzidə çəkmiş və çəkisinin 15,83 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlə çəkildikdən sonra tərəfindən bir ədəd boş zərfə qoyulub möhürlənmiş və həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd işlənmiş «Huawei» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bağlamadakı maddənin özünə məxsus narkotik vasitə heroin olmasını, şəxsi istifadəsi üçün 3 noyabr 2020-ci il tarixdə saxlanılmamışdan təxminən 3 saat əvvəl Bakı şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan «Tərlan» adlı şəxsdən Səbail rayonu Bayıl qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında görüşərək 350 manata aldığını bildirmişdir. Narkotik vasitəyə oxşar maddənin və bir ədəd mobil telefonun götürülməsi barədə onun tərəfindən protokol tərtib edilmişdir. Protokol oxunduqdan sonra Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər polis əməkdaşları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş maddə üzrə ekspertiza təyin edilmiş və həmin kütlənin narkotik vasitə heroin olması ekspert rəyi ilə təsdiq olunduqdan sonra, toplanmış material istintaq aidiyyəti üzrə Bakı şəhəri Səbail RPİnin İŞ-nə göndərilmişdir. İşin 37, 40-43-cü vərəqlərindəki 3 noyabr 2020-ci il tarixli «CD» diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən sonuncu əynindəki göy rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd içərisində qəhvəyi rəngi kütlə olan şəffaf selofan bükümü təqdim etmiş, Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf selofan bükümün içərisində özünə məxsus narkotik vasitə heroin olmasını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 4 noyabr 2020-ci il tarixli 6/2379 №-İi rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7» dairəvi möhür əksi, «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» sözləri qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 14,524 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 11 yanvar 2021-ci il tarixli 56 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkofoji dispan serində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 noyabr 2020-ci il tarixli 2324 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. M.l.İyasov hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 240-247-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 14,524 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən çəkilmiş videogörüntülərin köçürüldüyü ədəd disk madi sübut kimi tanınmış, narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 14,474 qram hissəsi Səbail RPİ-nə təhvil verilmiş, bir ədəd disk isə iş materiallarına əlavə edilmişdir. İşin 250-251-ci vərəqələrindəki 14 iyul 2021-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən narkotik vasitənin əldə edildiyi istintaqa məlum olmayan mənbəyə görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* №-li cinayət işi ayrıca icraata ayrılmışdır. İşin 85-ci vərəqindəki Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İşin 29-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 3 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bildi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə ifadəsinə tənqidi yanaşır və cəzasının yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 3 noyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Bakı şəhəri Səbail RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 14,524 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 14,474 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 3 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən çəkilmiş videogörüntülərin köçürüldüyü bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxsndan dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 3 noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsnə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 14,524 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 14,474 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 3 noyabr 2020ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən çəkilmiş videogörüntülərin köçürüldüyü bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxsndan dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1491/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1491/2021
03.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver