Məhkəmə qərarları › İş №1(101)-1491/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1491/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1491/2022 05.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X1 və Dövlət ittihamçısı, müdafiəçi –«Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Blbülə qəsəbəsi, Məşədi Əzizbəyov küçəsi, ev 25-də qeydiyyatda olan və həmin evdə yaşamış, hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq bir bükümdə təmiz çəkisi 14,271 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib, üzərində daşıyaraq saxlamış və onun narkotik vasitələrin daşıması, saxlaması və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında 19 mart 2022-ci il tarixdə saat 18:40-da Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Cinayət-axtarşı şöbəsinin əməkdaşlarının Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nərimanov küçəsində keçirmiş olduqları əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq ünvan 1 ünvanda yerləşən Suraxanı rayon Polis İdarəsinin inzibati binasına gətirilərək, orda üzərinə keçirilmiş baxış zamanı, əynində olan boz rəngli cins şalvarın sağ yan cibi üzərində olan köməkçi cibindən bir bükümdə təmiz çəkisi 14,271 qram, çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. . Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə heroindən istifadə edir. Həmin narkotik vasitəni özünə lazım olduğu halda Suraxanı rayonu, Bülbülə qəsəbəsində tanmadığı şəxsdən alır. 19 mart 2022-ci il tarixdə 60 manat pul verərək şəxsi istifadəm üçün 6 qram heroin alıb gələrkən, məhləyə çatanda iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onu Suraxanı rayon Polis İdarəsinə aparmışlar. Orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt o, üzərində olan 06 qram heroini könüllü şəkildə təqdim etmişdir. Ona verilmiş ittihamda göstərilmiş 14 qram heroin ona məxsus deyil, o heç vaxt narkotik vasitənin satışı ilə məşqul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Xeyli müddət olar narkotik vasitə olan heroini qəbul edir. Həmin narkotik vasitəni Suraxanı rayonu Bülbülə qəsəbəsi tanmadığı şəxsdən almış və sonuncu dəfədə həmin şəxsdən 60 manat öz istifadəsi üçün almışdır. Həmin şəxsin nömrəsi onda olmamışdır. Həmin narkotik vasitəni öz istifadəsi üçün almışdır. 19 mart 2022-ci il tarixdə təxminən saat 18-19 radələrində yaşadığı evin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib, onu şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. Ona Suraxanı rayon Polis İdarəsinin xidməti otaqların birində hüquq və vəzifələrim izah edildikdən sonra üzərində olan əşyaları təqdim etməyini bildirilmişdir. Xidməti otaqda əynindəki boz rəngli cins şalvarın sağ köməkçi kiçik cibindən 01 (bir) ədəd bükümə bükülmüş büküm, sag yan cibindən qara rəngli «Samsung» markalı mobil telefon, dəftər təqdim etmiş və sellefon torbada olan bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin (kakos) olduğunu bildirmişdir. Həmin narkotik vasitəni 19 mart 2022-ci il tarixdə günorta saatlarında yaşadığı Bülbülə qəsəbəsində ərazidə tanımadığı şəxsdən 60 manata alıb, saxlayıb gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş bükümdəki narkotik vasitə heroin onun iştirakı ilə bir ədəd kağız zərfdə qablaşdırılıb, möhürlə möhürlənərək götürülmüşdür. Həmin narkotik vasitə onun gözü qarşısında qablaşdırılmış, möhürlənmiş və tərtib olunmuş protokol baxışda iştirak edən şəxslər və onun tərəfindən imzalanmışdır. Etmiş olduğu əmələ görə səmimi peşmançılığını bildirmiş və ona hər hansı bir təziq və təsir olmamışdır. Həmin hallar videomüşahidə vasitəsi ilə qeydə alınmış və həmçinin polislər həmin qeyd edilən hərəkətləri edən zaman onun müdafiəçisini dəvət etməklə ona təqdim etmişlər və onun üzərində olan heroini təqdim etməsi, ondan əvvəl və sonra baş verən bütün hallar videomüşahidə vasitəsi ilə qeydə alınmış və həmin görüntüdə olan şəxs özü olmuşdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin kiçik inspektorudur. 19 mart 2022-ci ildə tarixdə baş idarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi altında Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar birlikdə 19 mart 2022-ci il tarixdə saat 18 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsində Təqsirləndirilən şəxs yaşadığı Əzizbəyov küçəsinə 25 №-li evin kəsişməsində olan Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsinə gələrək əməliyyat mövqeyini tutub qeyd edilən ünvanı müşahidəyə götürmüşlər. Həmin gün təxminən saat 18:40 radələrində xarici əlamətləri Təqsirləndirilən şəxs bənzər şəxsi görmüşlər və ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək şübhəli bilindiyi üçün onu Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. Orada xidməti otaqların birində onun üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd bükümə bükülmüş bükümü, “Samsung” markalı mobil telefon və içərisində adlar yazılmış dəftəri təqdim etmişdir. Bükümün içərisindəki maddənin narkotik vasitə olan heroin olduğunu, onu 19 mart 2022-ci il tarixdə günorta saatlarında yaşadığı Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 60 manata alıb, üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş maddələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 da eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs üzərinə 19 mart 2022-ci il tarixdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərara əsasən videoçəkilişlə aparılan istintaq hərəkətinin qeydə alındığı CD disk sübut hesab olunmuş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 20 mart 2022-ci il tarixli 6/1598 nömrəli rəyindən görünür ki. tədqiqata təqdim edilmiş üzərində AR DİN ‘’Zərflər üçün № ...” möhür əksi, Təqsirləndirilən şəxs..” və.s sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 14,271 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vəsitələrin”in siyahısına (Siyahı İ) daxildir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 14.271 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut hesab olunmuş və tədqiqatdan sonra qalıq 14,171 qram heroin Suraxanı Rayon Polis İdarəsinin saxlancına təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 02 iyun 2022-ci il tarixli 2905 nömrəli rəyindən görünür ki, mayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Norkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə iclasında tədqiq olunmuş Kompleks ambulator psixiatrik məhkəmə psixoloji ekspertizanın 16 aprel 2022-cı il tarixli 943 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə, cinayət hadisəsini törədən zaman hər hansı (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik qeyd olunmadığından tonun barəsində tibbi xarakterli tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Cəlalov Rami] Şamil oğlu hadisəni törədən zaman öz hərəkətlərini ölçüb-biçmək, dərk etmək onları idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hadisəni törədən zaman onda psixikanın pozulması baş verməmişdir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakteri və ictimai təhlükəsizliyini tam dər etmək və ya həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1, 21.3 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunub- olunmaması barədə edilmiş sorğudan müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixli Beyləqan Rayon Məhkəməsinin hökmü ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə 400 manat cərimə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 10 may 2022-ci il tarixli №xx-xx-6462/13 nömrəli məktbundan müəyyən olunmuşdur ki, Bakı şəhər Suraxanı rayon İcra şöbəsində qeydiyyatda olmuş, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə 400 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs tərəfindən sözügedən hökm üzər təyin edilmiş cərimə ödənildiyindən Təqsirləndirilən şəxs şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən 01 il keçdiyinə görə məhkumluğu ödənmiş hesab olunur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək onda aşkar olunmuş narkotik vasitənin miqdarının artırıldığını, narkotik vasitələrin satışı ilə məşqul olmadığını, həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini özünü müdafiə üçün gətirdiyi digər dəlillər iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər istintaq sənədləri ilə tam təkzib olunmuşdur, odur ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir və onun ifadəsinə tənqidi yanaşır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Beləliklə də, istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayə Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetirilmişdir. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə istintaqı zamanı müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı 19 mart 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Suraxanı Rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 14,171 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin görüntüsü köçürülmüş 01 ədəd CD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından –«Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi 138 (yüz otuz səkkiz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 19 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından –«Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi 138 (yüz otuz səkiz) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Suraxanı rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 14,171 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin görüntüsü köçürülmüş 01 ədəd CD disk maddi sübut kimi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar