Məhkəmə qərarları › İş №1(101)-1492/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1492/2021

27.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1492/2021 27.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid İbadulla oğlu Hüseynovun sədrliyi ilə, hakimlər Eldar Herov oğlu İsmayılov və Samir İmamverdi oğlu Əliyevdən ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərər çəkmiş şəxsin hüquqi varisi - X3, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, evlihimayəsində bir nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 22 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilərək barəsində 04 (dörd) ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərarı ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 21 aprel 2021-ci il tarixdə, saat 20 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı, atasına məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki ayrıca evdə əri Zərərçəkmiş şəxs ilə aralarında yaranmış ailədaxili mübahisə zamanı evin mətbəxindən götürdüyü mətbəx bıçağı ilə qəsdən öldürmək məqsədi ilə sonuncunun döş qəfəsinin ön səthinin sol yarısına bir dəfə zərbə endirərək ona döş qəfəsinin ön səthinin sol yarısında döş boşluğuna nüfuz edən bir ədəd ürəyin sağ mədəciyinin zədələnməsi ilə müşayiət olunan və kəskin qanitirmə səbəbindən ölümünə səbəb olmuş yetirilən an həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yara xəsarəti yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəməyə təqdim edilmiş sübutlar məhkəmə baxışında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs başqa şəxsi qəsdən öldürməsi, yəni başqa şəxsi qəsdən həyatdan məhrum etməklə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunmamışdır. Lakin məhkəmə baxışı nəticəsində araşdırılan mötəbər və təkzibedilməz sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 21 aprel 2021-ci il tarixdə, saat 20 radələrində ailə üzvləri – əri Zərərçəkmiş şəxs və 2020-ci il təvəllüdlü azyaşlı qızı ilə birlikdə yaşadığı, atasına məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki bir yataq, bir mətbəx və bir hamam otağından ibarət ayrıca evdə əri Zərərçəkmiş şəxs ilə birlikdə olarkən onun əri Zərərçəkmiş şəxs ailəyə, əsasən də körpə uşağa lazım olan yemək və geyim əşyalarını, gündəlik tələbat mallarını alıb gətirməməsi, ailə üzvlərinə qayğı göstərməməsi, həmçinin başqa qadınlarla münasibət saxlaması ilə əlaqədar iradlar bildirməsi səbəbindən ər-arvad arasında baş vermiş məişət mübahisəsi zəminində Zərərçəkmiş şəxs evin yataq otağında onu döyüb, yumruq və təpik zərbələri ilə vuraraq ona hər iki kürək, sol said, hər iki sağrı və sol bud nahiyələrinin qançırları, başın alın nahiyəsinin, sağ dirsək oynağı və sol bayır topuq nahiyələrinin, sol və sağ qulaq seyvanının sayrıqları, boğazından əlləri ilə tutub boğaraq ona sol və sağ qulaq seyvanının arxa səthinin sayrıqları, boynun sağ və sol yan səthinin xətti formalı sıyrıqları kimi xəsarətlər yetirmiş, Təqsirləndirilən şəxs imkan tapıb Zərərçəkmiş şəxs əlindən çıxaraq yataq otağına bitişik mətbəx otağına qaçıb qapını örtməsinə baxmayaraq Zərərçəkmiş şəxs qanuna zidd hərəkətlərini davam etdirib dərhal təpiklə vurub mətbəx otağının qapısını açmaqla mətbəx otağına daxil olaraq təkrarən onu döyüb əlləri ilə onun boğaz nahiyyəsindən tutub boğmaqda davam edərkən o, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən törədilən qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən hərəkətlərə yol verərək zəruri müdafiə həddini aşıb, mətbəx otağında yuyucuya bitişik məişət masasının üzərindən götürdüyü mətbəx bıçağı ilə onun döş qəfəsinin ön səthinin sol yarısına bir dəfə zərbə endirərək ona döş qəfəsinin ön səthinin sol yarısında döş boşluğuna nüfuz edən bir ədəd ürəyin sağ mədəciyinin zədələnməsi ilə müşayiət olunan və kəskin qanitirmə səbəbindən ölümünə səbəb olmuş yetirilən an həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yara xəsarəti yetirərək əri Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni zəruri müdafiə həddini aşmaqla əri Elvin Əsgərzadəni qəsdən həyatdan məhrum etmişdir. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 123.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs mərhum əri Zərərçəkmiş şəxs həyatdan mərhum etməkdə özünü təqsirli bilsə də, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamı qəbul etmədi və mahiyyəti üzrə ifadəsində göstərdi ki, Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayarkən mərhum Zərərçəkmiş şəxs bacısı Şahid9 onlarla eyni məhəllədə qonşu evlərin birində kirayədə yaşamış, buna görə Zərərçəkmiş şəxs ilə 2013-cü ildə tanış olmuş və bu tanışlıqları düz 6 il davam etmişdir. Nəhayət 2019-cu ilin avqust ayında onlar evlənmiş, toyları əslən olduqları Lənkəran rayonunun Boladi kəndində olmuşdur. Toydan sonra onlar cəmi iki həftə həmin kənddə Elvinin ata evində yaşamış və iki həftə sonra Bakı şəhərinə köçmüşlər. Elvin Lökbatan qəsəbəsində fəhlə işlədiyi üçün onlar Lökbatan qəsəbəsinə köçüb öz atası Şahid1 məxsus evin yaxınlığında Barat adlı şəxsin evində 5-6 ay kirayədə yaşamışlar. Elə həmin vaxtdan da Elvinlə münasibətlərində problemlər yaranmağa başlamışdır. Belə ki, Elvin əsas olmadan, səbəb göstərmədən tez-tez evdə onunla mübahisə etmiş, mübahisələr zamanı Elvin onun bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruq zərbələri vuraraq xəsarətlər yetirmişdir. Lakin o, susmuş, bu barədə heç kimə, o cümlədən özünün və ya Elvinin valideynlərinə məlumat verməmişdir. 2020-ci ilin əvvəllərində əri Elvin kirayə pulunu verə bilmədiyi üçün ev yiyəsi onları kirayə yaşadıqları evdən çıxarmış, çıxarılarkən o, hamilə olmuşdur. Bundan sonra onlar elə həmin məhəllədə, bu dəfə 1-ci massiv, 4-cü küçədə, nömrəsini bilmədiyi Məzahir adlı şəxsin evində kirayədə yaşamağa başlamışlar. Həmin evdə də Elvin ona baxmamış, evə gec-gec gəlməyə başlamış, ailəyə lazım olanları almamışdır. Buna görə də evdə Elvinlə aralarında tez-tez sözlü mübahisələr olmuş, mübahisələr zamanı Elvin ona və ailə üzvlərinin ünvanına ağır söyüşlər söymüşdür. Lakin o, ailəsinin dağılmaması üçün yenə də susmuş, olanlar barədə heç kimə məlumat verməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 01 iyun 2020-ci il tarixdə hamiləliyinin sonu olduğu üçün Lökbatan qəsəbəsində yerləşən 4 saylı Doğum evinə getmiş və elə həmin gün qız övladı dünyaya gəlmişdir. 4 gün doğum evində qalıb çıxdıqdan sonra atası Şahid1 məxsus evin həyətində ayrıca tikilmiş evə köçmüş və elə həmin vaxtdan da hadisənin baş verdiyi günədək əri Elvin və Nuray adı verdikləri körpəsi birlikdə həmin evdə yaşamağa başlamışlar. Hadisənin baş verdiyi həmin ev bir mətbəx, bir hamam və bir yataq otağından ibarət olmuşdur. Körpə uşaqlı olduğundan anası istər ev işlərində və istərsə də uşağa baxmaqda ona kömək etmiş, yeməklərini bişirmiş, paltarlarını yumuşdur. Onla ailəlikcə, demək olar ki, hər gün anasıgildə yemək yemişlər. Sonuncu evə köçdükləri həmin vaxtdan başlayaraq Elvinin ailəyə qarşı istəyi soyumuş, özünü çox aqressiv aparmış, hər hansı mövzu ilə bağlı ondan söz soruşduqda o, dərhal əsəbləşib onu və ailə üzvlərimi pis söyüşlərlə təhqir etmiş, həmçinin onu döymüşdür. Bir neçə dəfə Elvinin hamam otağına girərək istifadəsində olan mobil telefonla başqa qadınlarla səmimi danışıqlarının qulaq şahidi olmuşdur. Belə ki, hamam otağının qapısı nasaz olduğu üçün kip bağlanmamış, yarı örtülü vəziyyətdə qalmışdır. Odur ki, hamam otağının qapısı arxasından diqqətlə qulaq asdıqda istənilən səsin eşidilmsi mümkün olmuşdur. Hamam otağının qapısı arxasından onun mobil telefonla başqa qadınlarla danışmasını eşitdikdən sonra o, Elvinə iradlarını bildirdikdə, Elvin bir neçə dəfə onun və ailə üzvlərinin ünvanına pis söyüşlərlə söyüşlər yağdırmış, onu döymüş və hər iki əli ilə onun boğaz nahiyyəsindən tutub boğmuşdur. Təqsirləndirilən şəxs ifadəsinə arayış verib göstərdi ki, ailə quranadək Elvin tamam fərqli bir insan olmuşdur. O, çox qağıkeş və diqqətcil olmuş, onlar bir-birini sevmiş, birbirinə hörmət hissi ilə yanaşmışlar. Lakin ailə qurduqdan az bir müddət sonra artıq onun xasiyyəti dəyişmişdir. Belə ki, o, son vaxtlar tanışları ilə tez-tez çayxanalara getmiş, evə qayıdıb gəldikdən sonra isə onun halı dyişmiş, gah öz-özünə gülmüş, gah əsəbləşmiş və ağzından su gəlmişdir. Hər əsəbləşdiyində isə heç bir səbəb olmadan onu döymüşdür. Elvinin onu döyməsi barədə atasına heç nə deməmiş, atasının onların münasibətlərini bilməsini və Elvinlə aralarında soyuqluq yaranmasını istəməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, Elvin Vaqif adlı şəxslə birlikdə Qaradağ rayonunun Lökbatan qəsəbəsində fərdi yaşayış evlərinin birində usta yanında günü 20 manata fəhlə kimi işləmiş, təmir-tikinti işləri aparmışlar. 21 aprel 2021-ci il tarixdə, səhər saat 07 radələrində əri Elvin yuxudan durub əl-üzünü yuduqdan sonra işə getmişdir. Həmin gün o, qızı Nurayın xəstə olması ilə bağlı uşaqla birlikdə atasıgildə olduğundan axşam saat təxminən 20 radələrində işdən qayıdan Elvin də ora, yəni atasıgilə gəlmişdir. Elvin gəldikdən təxminən 5-10 dəqiqə sonra o, qızını anası Elazarın yanında qoyub əri Elvinlə birlikdə özlərinin yaşadıqları evə getmişlər. Həmin vaxt Elvinin əsəbi olduğunu hiss etmiş, lakin səbəbini bilməmişdir. Onlar evə daxil olub yataq otağına gedən zaman o, Elvinə uşağın xəstə olduğunu, həkimə aparmaq lazım olduğunu demiş, lakin Elvin heç bir reaksiya verməmişdir. Elvinin yenə də əliboş gəldiyini, deyilənlərə reaksiya vermədiyini görüb ona evə, körpə uşağa lazım olan ərzaq məhsulları, uşağa lazım olan pampers və s. geyim əşyalarını, lazım olan dərmanları almamasına, qazandığı puldan ailəsinə xərcləməməsinə, onlara qayğı göstərməməsinə, əksinə mobil telefonda başqa qadınlarla danışmasına görə iradlarını bildirmişdir. Elvin onun iradlarına normal cavab vermək əvəzinə, əsəbi halda onu və ailə üzvlərini ağır söyüşlərlə təhqir edərək əli ilə onu üz nahiyyəsindən tutub geri itələmiş, hər iki əli ilə onun boğazından tutub boğaraq, hər iki qulağından tutaraq onu divara çırpmış, sonra isə əli və ayaqları ilə ona yumruq-təpik zərbələri vurmağa başlamışdır. O, birtəhər Elvinin əlindən çıxıb evin mətbəx otağına qaçmış və mətbəx otağının qapısını arxasıca çəkib bağlamaq istmişdir. Lakin çatdıra bilmədiyindən kilidini vura bilməmişdir. Belə ki, Elvin onun arxasınca mətbəx otağının qapısını təpiklə vurub içəri daxil olmuş, onun qarşısında dayanaraq saçından tutub başını divara vurmuş, sonra isə düz mətbəx yuyucusunun yanında hər iki əli ilə onun boğazından tuaraq onu boğmağa başlamışdır. O, əvvəlcə əlləri ilə Elvinin əllərini boğazından çəkməyə çalışmış, lakin gücü çatmamışdır. Həmin vaxt onun arxası mətbəx mebelinə quraşdırılmış moykaya, yəni qab yumaq üçün nəzərdə tutulan yenrə tərəf olmuşdur. Moyka onun arxasında olmuş, içərisində isə qazan və sair mətbəxt əşyaları olmuşdur. Boğulmaqdan artıq gözü qaralmağa başlamış, nəfəs ala bilmədiyini, xırıldadığını görüb, sağ əlini atıb moykaya tərəf aparmış, əlinə keçə biləcək hər hansı mətbəx əşyası ilə, o cümlədən qazan və s. ilə ondan əl çəkməsi üçün Elvini vurmaq istəmişdir. Həmin vaxt özü də hiss etmədən onun əlinə bıçaq keçmiş və sağ əlində tutduğu bıçaqla onunla üz-üzə dayanan Elvini sol tərəfindən vurmuş, lakin ona xəsarət yetiribyetirmədiyini dərk etməmişdir. Bundan sonra Elvin heç nə demədən onu buraxmış və çıxıb getmişdir. Boğulma vəziyyətində olduğundan və gözləri qaraldığından Elvin onu buraxan kimi onun ayaqları boşalmış və o, ayaq üstə dayana bilməyib yerə oturmuşdur. Hadisənin təsirindən ağlamağa başlamış, təqribən 15 dəqiqə sonra özünə gəldikdə isə o, qalxıb əlüzünü yumuş və Elvinin arxasınca getmişdir. Əvvəl Elvinin atasına məxsus mağazaya getdiyini düşünsə də, həyətə çıxıb atasıgilə getmiş və evin giriş qapısını açıb içəri daxil olduqda Elvinin atasıgilə məxsus evin koridorunda döşəmənin üzərinə yıxılıb hərəkətsiz qaldığını görmüşdür. Qaldırıb baxmaq istədikdə onun köynəyinin qan içində olduğunu görmüş və tez atasını çağırmışdır. Atası gəlib Elvini qan içində görmüş və ondan Elvinə nə olduğunu soruşmuşdur. O, atasına baş verənləri, yəni Elvinin onu boğduğunu, əlini atıb moykadan nə isə götürmək istədiyini, lakin əlinə bıçaq keçdikdə Elvini vurduğunu danışmışdır. Bunu eşidən atası onu sillə ilə vurmuşdur. Həmin vaxt Elvin ölməmiş, o, Elvinə su da vermişdir. Bundan sonra qardaşı Asim və böyük bacısı Arzu və sonuncunun əri Mətləb də onlara gəlmiş, atası ilə köməkləşib Elvini qonaq otağına apararaq orada divanın üzərinə uzatmışlar. Atası Elvinin əynində olan dar koftanı çıxararaq özünə məxsus yaşıl rəngli koftanı Elvinin əyninə geydirmiş və istifadəsində olan mobil telefon vasitəsi ilə TTYS-na zəng edib hadisə barədə məlumat verərək həkimlərin təcili evə gəlmələrini istəmişdir. Təxminən 20-25 dəqiqə sonra TTYS-nın həkim briqadası yaşadıqları evə gəlmiş, Elvini tibbi müayinə etdikdən sonra onun öldüyünü demişlər. Təxminən 10-15 dəqiqə sonra isə polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmişlər. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərdi ki, hadisədən sonra Elvini vurduğu bıçağı harasa atdığımı və ya bıçağın hara düşdüyünü bilməmiş, bıçağın üstünün qan olub-olmamasına fikir verməmişdir. TTYS-nın həkim briqadası gəlib gedəndən bir az sonra o, özlərinin yaşadığı evə qaytmış, mətbəxə daxil olduqda yerdə bıçağı görüb götürmüş, ucunda qan olduğunu görüb daha da həyəcanlanmışdır. Bərk qorxduğundan etdiyi hərəkətin nəticəsini düşünmədən Elvini vurduğu bıçağı var gücüylə özlərinin həyət hasarına bitişik olan, zidil və qamış basmış boş sahəyə atmışdır. Cinayət hadisəsi zamanı istifadə etdiyi bıçaq mətbəxdə istifadə etdiyi bıçaq olmuş, həmin bıçağın dəstəyi ümumi ağ rəngdə olmaqla üzərində qırmızı və göy rəngli zolaqları olmuşdur. Sonradan isə bıçağı atdığı yeri istintaq orqanına göstərmiş və həmin bıçaq olduğu yerdən sənədləşdirilib götürülmüşdür. O, Elvini çox sevmiş, onu öldürmək niyyətində olmamışdır. Elvin onu boğarkən əlləri ilə onun əllərini açmağa çalışsa da bacarmamış, Elvinin onu boğub öldürəcəyindən qorxaraq özünü müdafiə etmək məqsədilə onu özündən kənarlaşdıra bilməsi üçün mətbəx yuyucusunda olan və təsadüfən əlinə keçən bıçaqla Elvini vurmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqı mərhələsində verdiyi ifadələri ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə əlaqədar onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək mərhum Zərərçəkmiş şəxs ilə tanışlıqları, ailə quranadək aralarında olan münasibətlər, ailə qurduqdan sonra sonuncunun ona qarşqı münasibətlərinin dəyişməsi, ailə daxili mübahisələr zəminində əri Zərərçəkmiş şəxs tərəfindən tez-tez təhqir olunub döyülməsi, Zərərçəkmiş şəxs davranışı barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə uyğun ifadə vermiş, həmçinin göstərmişdir ki, 21 aprel 2021-ci il tarixdə, səhər saat 07 radələrində əri Elvin yuxudan durub əl-üzünü yuduqdan sonra işə getmişdir. Elvin Vaqif adlı şəxslə birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində fərdi yaşayış evlərində təmir-tikinti işləri aparımışdır. 21 aprel 2021-ci il tarixdə axşam təxminən saat 20 radələrində Elvin işdən birbaşa onun atası evinə gəlmişdir. Belə ki, həmin vaxt qızı Nuray xəstə olduğu üçün o, qızı ilə birlikdə atasıgildə olmuşdur. Elvin gəldikdən təxminən 5-10 dəqiqə sonra qızını anası Elazarın yanında qoyub əri Elvinlə birlikdə yaşadıqları evə getmişlər. Həmin vaxt Elvin əsəbi olmuşdur. Onlar evə daxil olub yataq otağına gedən zaman o, Elvindən mobil telefonda başqa xanımlarla danışmasının, evə lazım olan ərzaq və qida məhsullarını almamasının, işləyib qazandığı pullardan ailəsinə xərcləməməsinin səbəblərini soruşmuşdur. Bundan sonra Elvin əsəbi halda onu və onun ailə üzvlərinin ünvanına ağır söyüşlərlə təhqir edərək onu üz nahiyyəsindən geri itələyib hər iki əli ilə onun boğazından tutub boğaraq divara çırpmış, daha sonra əl-ayaqları ilə ona yumruq və təpik zərbələri vurmağa başlamışdır. Birtəhər Elvinin əlindən çıxıb evin mətbəx otağına getmiş və mətbəx otağının qapısını bağlasa da, kilidini vurmamış, həmin vaxt Elvin onun arxasınca mətbəx otağına gəlib qapını açıb yenidən hər iki əli ilə onu boğmağa, həmçinin bədəninin müxtəlif nahiyyələrinə əl və ayaqları ilə yumruq-təpik zərbələri endirərək ona və ailə üzvlərinim ünvanına ağır söyüşlər söyməyə başlamışdır. Boğulduğunu hiss edib əri Zərərçəkmiş şəxs əlindən çıxsa da, o, yenidən üstünə gəldiyinə görə mətbəxdə olan qab yumaq üçün nəzərdə tutulan yerin üzərində olan mətbəx bıçağını sağ əli ilə götürüb ondan kənarlaşması və onu buraxması üçün onun sol sinə nahiyyəsinə bir dəfə zərbə endirmişdir. Həmin an Elvin dərhal onu buraxıb heç nə deməyərək evdən çölə çıxıb getmiş, Elvinin onun atasıgilin dükanına getdiyini güman etdiyindən evin hamam otağına girib əl-üzünü və boğazını yuyub yenidən mətbəxə qayıdıb Elvini vurduğu bıçağı götürüb evdən çıxmışdır. Cinayətin aləti kimi istifadə etdiyi bıçağı atası Rasimin evi ilə onların yaşadıqları evin arasında olan həyətin sol yan hissəsindəki divarına yaxınlaşıb bıçağı zərbə ilə divarın arxa hissəsində olan boş sahəyə atmış və qızı Nurayı anası Elazargildən gətirmək üçün onlara getmişdir. Evə çatıb giriş qapısını açan zaman Elvinin üzü üstə döşəmədə uzanıqlı vəziyyətdə, hərəkətsiz və xırıldadığını görüb dərhal kömək üçün atası Rasimi və anası Elazarı səsləmişdir. Anası Elazar ona yaxınlaşıb nə baş verdiyini soruşmuş və elə həmin an atası Rasim də onlara yaxınlaşmışdır. Onlara Elvinlə mübahisə etdiyini və evin mətbəxində olan mətbəx bıçağı ilə Elvinin sol sinə nahiyyəsinə bir dəfə zərbə endirdiyini demişdir. Həmin an atası Şahid1 sağ əli ilə onun baş nahiyyəsinə sillə ilə vurmuşdur. Bundan sonra atasının çağırışına gələn TTTYS-nın həkimləri Elvinin öldüyünü bildirmişlər. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında daha sonra göstərmişdir ki, əri Elvin 21 aprel 2021-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı əlləri ilə onu boğan zaman boğaz nahiyyəsindən, əl və ayaqları ilə ona təpik-yumruq zərbələri endirən zaman baş və hər iki qollarından, kürəyi üstə onu divara çırpan zaman isə kürək, həmçinin sağ və sol bud nahiyyələrindən müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Lakin həmin vaxt əri Elvinin əlində bıçaq və digər kəsiçi-deşici alət olmamışdır. Elvin onu mətbəxdə boğub döyən zaman o, hadisəni törətdiyi bıçağı mətbəxdə qab yumaq üçün nəzərdə tutulmuş yerdən götürüb Elvini öldürmək niyyəti ilə deyil, özündən kənarlaşdırmaq məqsədi ilə kortəbii formada onun sol sinə nahiyyəsinə bir dəfə bıçaqla xəsarət yetirmişdir. Hadisə vaxtı səs-küy və ya hadisə yerində onlardan başqa heç kim olmamışdır. Əri Elvinin mobil telefon və digər vasitələrlə danışdığı qadınların şəxsiyyəti və digər məlumatlarını bilməmişdir (iş vərəqə: cild İ, səh 74-79, 114-115, 121-129). Təqsirləndirilən şəxs ifadələri arasında müəyyn olunan ziddiyyətlərlə aydınlıq gətirib göstərdi ki, o, hadisənin şokundan hələ də çıxmamışdır. İstintaqın ilkin mərhələlrində isə baş vermiş faciəyə görə xeyli müddət özündə olmamış, belə bir həyat yaşayacağı ağlına belə gəlməmişdir. Müstəntiq onu dindirərkən o, yalnız müstəntiqin suallarına cavab verəsi olmuşdur. Hadisəni məhkəmədə göstərdiyi kimi tam təfsilatı ilə sərbəst danışa bilməmişdir. Sərbəst danışdığı hissələr dəq assa, konkret yazılmışdır. Müstəntiq onu tələsdirmiş, yalnız verdiyi suallar ətrafında onu dindirmiş və yekunlaşdırmışdır. İfadələrini isə, heç oxumaq həvəsində olmamış və oxumadan imzalamışdır. Həyatında ilk dəfə belə bir hadisəyə düşdüyündən və ilk dəfə müstəntiq qarşısında olduğundan özünü toparlaya bilməmişdir. O, hadisəni törətdiyi bıçağı hadisədən dərhal sonra deyil, hadisədən təqribən yarım saat sonra, TTYS-nin həkimlər briqadası Elvinin öldüyünü deyib getdikdən sonra qonşu həyətə atmışdır. Məhkəmə baxışı zamanı verdiyi ifadələri tam həqiqətdir. İstintaq orqanı ittiham aktında göstərmişdir ki, guya o, mətbəxin qapısını qəsdən bağlamamışdır. Bu doğru deyil. O, Elvindən müdafiə olunmaq üçün mətbəxə qaçmış, hətta qapını örtərək kildini vurmaq istəmişdir. Lakin Elvin dərhal onun arxasınca gəldiyindən və təpiklə vurub qapını açdığından o, çatdırıb qapını kilidləyə bilməmişdir. Atası evinə qaçmağa və ya başqa cür tədbir görməyə isə yumruq-təpikdən imkanı olmamışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs ba vermiş cinayət hadisəsinin mexanizmini izah edib mərhum əri Zərərçəkmiş şəxs yaşadıqları mənzildə, sonra isə mətbəx otağında onu təpik və yumruq zərbələri ilə döyməsi, onu hər iki əlləri ilə boğazından tutaraq boğması səbəbindən onu özündən kənarlaşdırmaq və onu buraxması məqsədilə mətbəxin qab yumaq üçün nəzərdə tutulan yerinin üzərindən sağ əli ilə götürdüyü bıçaqla onun sol sinə nahiyyəindən bir dəfə vurduğunu və hadisədən sonra cinayətin aləti olan bıçağı qeyd öldürən zaman cinayətin aləti kimi istifadə etdiyi bıçağı atası Şahid1 evi ilə özünün yaşadığı evin arasında olan həyətin sol yan hissəsindəki divarın arxa hissəsində olan boş sahəyə atdığını qeyd edib hadisə yerini və cinayətin aləti olan bıçağı atdığı yeri göstərməklə sərbəst ifadəsinə uyğun ifadə verərək əyani şəkildə bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 86-96). Cinayət işinə məhkəmə baxışı zamanı dindirilən Zərərçəkmiş şəxs hüquqi varisi – atası X7 ifadəsində göstərdi ki, qızı Aysel ailəli olmaqla Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşamış, bildiyinə görə mərhum oğlu Zərərçəkmiş şəxs Ayselgilə gedibgələrkən 2013-cü ildə orada Təqsirləndirilən şəxs ilə tanış olmuş, aralarında münasibət və 2019-cu ildə ailə həyatı qurmuşlar. Lakin onlar hadisədən təqribən 2 ay əvvəl - 11 fevral 2021-ci il tarixdə rəsmi nigaha daxil olmuşlar. Elvinlə Sevda ailə qurduqdan sonra bir müddət Lənkəran rayonu Boladı kəndində onlarla birlikdə yaşamış, lakin oğlu Elvin Qaradağ rayonunun Lökbatan qəsəbəsində fərdi evlərin tikintisində fəhlə işlədiyi üçün oğlu Elvin arvadı Sevda ilə birlikdə Lökbatan qəsəbəsinə köçüb müxtəlif vaxtlarda və müxtəlif ünvanlarda kirayədə yaşamışlar. 2020-ci ilin may ayının sonunda isə Elvin arvadı Sevda ilə birlikdə qayınatası Şahid1 evinin həyətində tikilmiş 1 otaqlı evdə yaşamağa başlamış, 01 iyun 2020-ci il tarixdə onların bir qızı dünyaya gəlmiş və uşağa Nuray adı qoymuşlar. Oğlu Lökbatan qəsəbəsində fəhlə işləmiş, o, nə siqaret çəkmiş, nə də spirtli içki qəbul etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Pənah Əsgərov ifadəsinin davamında göstərdi ki, 22 aprel 2021-ci il tarixdə, saat təxminən 09 radələrində onunla eyni kənddə yaşayan böyük qardaşı Şahrza Əsgərov onun yaşadığı evə gələrək əvvəl onunla hal-əhval tutmuş, sonra isə oğlu Elvinin arvadı Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını bildirmiş, öldürüldüyünü deməmiş, yaralı olduğunu demişdir. Lakin həmin gün təxminən saat 11 radələrində Elvinin meyiti yaxın qohumları tərəfindən kəndə gətirilmiş və təxminən saat 13 radələrində kənd qəbristanlığında dəfn olunmuşdur. Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi Pənah Əsgərov ifadəsində göstərdi ki, oğlu Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ailə qurduqdan sonra onlarla birlikdə yaşadıqları vaxtlarda nə ər-arvad və nə də onların özləri arasında heç bir mübahisə və ya münaqişə olmamışdır. Lökbatan qəsəbəsinə köçüb müxtəlif ünvanlarda kirayədə yaşadıqları müddətlərdə də Elvin və ya gəlini Sevda tərəfindən onlara hər hansı şikayət daxil olmamışdır. Quda olaraq onlarla Sevdanın valideynləri, həmçinin digər ailə üzvləri ilə arasında hər hansı ədavət, düşmənçilik, mübahisə və ya münaqişə olmamış, həmişə normal münasibətlərdə olmuşlar. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs anası Şahid2 məhkəmədə şahid qismində dindirilən əri Pənah Əsgərovla oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, həmçinin göstərmişdir ki, nəvəsi, yəni Elvinin qızı dünyaya gəldikdən sonra o, Bakı şəhərinə gedib onların yaşadığı ünvan 3 ünvanda təqribən bir həftə qalıb kəndə qayıtmış, həmin müddətdə nə oğlu ilə gəlini arasında və nə də valideynlər arasında hər hansı narazıçılıq hiss etməmişdir. X8 çox qısqandığını ona bildirmiş, o da Elvinin onu çox istədiyindən qısqandığını demişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, qızı – iş üzrə Təqsirləndirilən şəxs 2019-cu ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, onların birgə nikahdan 01 iyun 2020-ci il tarixdə bir qızı dünyaya gəlmiş və uşağa Nuray adı qoymuşlar. X13 ailə qurduqdan sonra müxtəlif ünvanlarda kirayədə yaşasalar da, o, özünə məxsus həyətdə bir otaq, bir hamam və bir mətbəxdən ibarət bir mərtəbəli ev tikib qızına vermiş və onlar birlikdə eyni həyətdə, həmin evdə yaşamağa başlamışlar. Sevdanın həyat yoldaşı ilə ailədaxili problemlərinin olmasını eşitsə də, belə münaqişələrin hər ailədə ola biləcəyini fikirləşmiş, onların işlərinə qarışmamışdır. Qızı və kürəkəni Elvin ona heç bir söz deməmiş, şikayətlənməmişdir. Ona görə də o, onların ailəsində problemin konkret olaraq nədən ibarət olmasını bilməmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, 21 aprel 2021-ci il tarixdə «Ramazan» ayı olmuş, həmin gün axşam o, özünün yaşadığı evinə bitişik olan və özünün işlətdiyi dükanda olmuşdur. İftar vaxtı oğlu Asim dükana onun yanına gələrək onu əvəzləmiş, o, iftar açmaq üçün evə getmişdir. Həmin vaxt evdə ondan başqa həyat yoldaşı Elazər Rəhimova və nəvəsi, yəni X5 olmuşdur. Elazər qan təzyiqi və şəkərli diabet xəstəsi olduğundan sonuncu evin yataq otağında uzanaraq istirahət etmiş, Nuray isə onunla birlikdə olmuşdur. Həmin vaxt nə Sevda və nə də mərhum Elvin onlarda olmamış, onların harada olmasını soruşmamışdır. O, qonaq otağında olan stolun üzərindəki iftar süfrəsində əyləşib iftarını açdıqdan sonra namaz qılmaq üçün evin qonaq otağının arxasında yerləşən yataq otağına keçmişdir. Təxminən 1-2 dəqiqə sonra evin giriş qapısı tərəfdən qızı Sevdanın “ata, mənə kömək elə” deyərək qışqırdığını eşitmiş və nəsə qeyri-adi bir hadisə olduğunu fikirləşib dərhal evin giriş qapısı istiqamətdə qaçmışdır. Ora çatıb evin giriş qapısından içəri hissədə kürəkəni Elvin Əsgərzadənin yerdə uzanaraq xırıldadığını, qızı Sevdanın isə onun yanında olduğunu görmüş və özü də qışqırmağa başlamışdır. Elvinin əynində olan nazik gödəkçədə qan ləkəsi müşahidə etmişdir. Səs-küyə arvadı Elazar da onların yanına gəmişdir. Həyəcanlı vəziyyətdə o, Sevdadan «az, buna nə oldu, az buna nə oldu?» deyib soruşduqda Sevda əsə-əsə «Elvin məni mətbəxtdə boğurdu, əl atdım moykadan əlimə keçəni götürüb onu vurum ki, məndən uzaqlaşsın» cavabını vermiş və Elvini bıçaqla vurduğunu demişdir. O, baş vermiş hadisəyə görə əsəbiləşmiş və evin giriş qapısınının qarşısında qızı Sevdanın sifətindən sağ əli ilə bir dəfə sillə ilə vurmuşdur. Bundan sonra o, dərhal qızı Sevda ilə köməkləşib Elvini qonaq otağına apararaq orada olan divanın üzərinə uzatmış və özünə məxsus mobil telefonla TTTYS-in 103 zəng xidmətinə zəng edərək hadisə barədə məlumat verib kömək istəmişdir. O, Elvinin əynində olan koftanın sıx olduğunu görüb onun rahat nəfəs ala bilməsi üçün ilkin olaraq onun əynindəki qara rəngli gödəkçəni, sonra tünd qara rəngli koftanı, daha sonra isə koftanın altında olan qara rəngli maykanı çıxarmış və özünə məxsus yaxınlıqda olan yaşıl rəngli koftanı gətirib Elvinin əyninə geyindirmişdir. Elvinin əyninə yeni kofta geyindirməkdə məqsədi, hadisəni eşidib onlara gələcək qızlarının Elvini paltarsız vəziyyətdə görmələrini istəməməsi olmuşdur. Təxminən 20-25 dəqiqə sonra isə təcili ibbi yardım briqadası gəlib Elvini ilkin tibbi müayinə etmiş və öldüyünü bildirmişlər. Daha sonra onların evinə polis və prokurorluq orqanının əməkdaşları gəlmiş və onların gəlişindən sonra hadisənin təfsilatını öyrənmişdir. Belə ki, qızı Təqsirləndirilən şəxs əri Elvini sonuncunun onu boğması səbəbindən vurduğunu hələ ilk anda etiraf etsə də, hadisənin hansı səbəbdən baş verməsini ona ətraflı danışmamışdır. Hadisənin təfsilatını isə hüquq mühafizə orqanlarının əməkdaşları gəldikdən sonra öyrənmişdir. Sevdanın deməsinə görə Elvin son zamanlar ailəsinə baxmaq istəməmiş, evə tələb olunan ərzaq və qeyri ərzaq məhsullarını, xəstə uşağı üçün laxım olan dəprman və s. əşyaları almamış, başqa qadınlarla telefonla danışmış və bu səbəbdən aralarında teztez mübahisələr yaranmış, mübahisə əsnasında Elvinin onu yumruq-təpik zərbələri ilə döymüş, onun özünün, ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söymüşdür. Sevdanın daha sonra deməsinə hadisə günü də aralarında eyni səbəblərdən mübahisə başlamış, Elvin yenə də onu yumruq-təpik zərbələri ilə döymüş, boğazından tutaraq onu boğmuş, o da əlacsız qalıb yaşadıqları evin mətbəxində bıçaqla Elvini vurmuşdur. Şahid1 ifadəsinin davamında daha sonra göstərdi ki, Sevdanın əri Elvini vurduğu bıçağı hadisədən sonra kimsəsiz qonşu həyətə atmasını isə o, hadisənin növbəti günü öyrənib bilmişdir. Belə ki, Sevda hadisədən sonra Qaradag rayon polisinə aparılmış, sonuncu ona heç nə danışa bilməmişdir. Növbəti gün Sevda hadisə yerinə gətirilərkən o, bıçağı hadisədən sonra kimsəsiz qonşu həyətə atmasını demiş, aparıb müstəntiqə atdığı yeri göstərmiş və bıçağı tapıb təhvil vermişdir. O, qızı Sevdadan hadisədən sonra bıçaqla bağlı heç nə soruşmamış, Sevda özü də bu barədə ona heç nə deməmişdir. Məhkəmə baxışı zamanı Şahid1 məhkəmə istintaqı mərhələsində verdiyi ifadələri ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə əlaqədar onun ibtidai istintaq zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Şahid1 tədqiq olunan ifadəsində ziddiyyətli hissədə göstərmişdir ki, hadisə günü qızı Sevdanın “ata mənə kömək elə” sözlərini deyərək qışqırdığını eşidib dərhal qapının yanına gəlmiş, ora gəldikdə evin giriş qapısının içəri hissəsində kürəkəni Elvin Əsgərzadənin yerdə uzanaraq xırıldadığını, qızı Sevdanın isə onun yanında olduğunu görüb Sevdadan nə baş verdiyini soruşmuş, elə həmin an arvadı Elazar da səs-küyü eşidib onların yanına gəlmişdir. Sevda əri Elvinin ona başqa qadınlarla xəyanət etdiyini, onun xəyanətini, həmçinin ailəsi üçün lazımi ərzaq məhsullarını almaqdan imtina etməsini həzm edə bilmədiyi üçün aralarında mübahisə yarandığını, mübahisə əsnasında Elvinin onu yumruq-təpik zərbələri ilə döydüyünü, həmçinin Elvini yaşadıqları evdə bıçaqla vurduğunu demiş, o, da əsəbiləşdiyi üçün evin giriş qapısınının qarşısında qızı Sevdanın sifətinə sağ əli ilə bir dəfə sillə zərbəsi vurmuşdur. Daha sonra Şahid1 tədqiq olunan ifadəsində ziddiyyətli hissədə göstərmişdir ki, bildiyinə görə hadisə onlarla birlikdə yaşadıqları ünvan 4 ünvanında qızı Təqsirləndirilən şəxs və onun əri Zərərçəkmiş şəxs birgə yaşadığı evdə, 21 aprel 2021-ci il tarixdə, saat təxminən 20 radələrində baş vermiş, Zərərçəkmiş şəxs qızı Təqsirləndirilən şəxs tərəfindən bıçaqla bir dəfə sinə nahiyəsinə vurulmaqla ölürülmüş, bu barədə hadisədən dərhal sonra qızı Təqsirləndirilən şəxs ona məlumat verərək əri Zərərçəkmiş şəxs yaşadıqları evdə bıçaqla sinə nahiysindən vuraraq öldürdüyünü bildirmiş, onlar arasında qısqanclıq və ailə münaqişəsi zəminində dəfələrlə mübahisələr olmuş və hadisənin də məhz qızı Sevdanın əri Elvini qısqandığı üçün onu qəsdən öldürərək həyatdan məhrum etdiyini güman etmişdir(iş vərəqə: cild İ, səh. 32-37). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Şahid1 ifadəsinin yekununda göstərdi ki, o, qızı Sevdanın əri Elvini qısqanclıq zəminində, yəni Elvinin Sevdaya başqa qadınlarla xəyanət etməsi, onun xəyanətini, həmçinin ailəsi üçün lazımi ərzaq məhsullarını almaqdan imtina etməsini həzm edə bilməsi səbəbindən aralarında yaranmış mübahisə zəminində bıçaqla vurması barədə müstəntiqə heç nə deməmişdir. Belə ki, Sevda nə hadisəyədək və nə də hadisədən sonra ona bu barədə heç nə deməmişdir. İstintaqda verdiyi ifadəsindən görünür ki, guya bu sözləri qızı Sevda ona hadisədən sonra onun ilk soruşmasında bildirmişdir. Lakin bu belə deyildir. Çünki həmin vaxt yaralını ortada qoyub onların geniş söhbət etməyə vaxtları olmamışdır. Sevda yalnız Elvinin onu boğduğunu demiş, onu özündən kənarlaşdırması üçün mətbəxdə əlinə keçən bıçaqla sonuncunu vurduğunu demişdir. Məhz bundan sonra o, qızı Sevdanı sillə ilə vurmuşdur. Hadisənin də məhz qızı Sevdanın əri Elvini qısqandığı üçün onu qəsdən öldürərək həyatdan məhrum etdiyini güman etməsi ilə bağlı müstəntiqə heç bir ifadə verməmişdir. Sevdagilin ailəsində belə münaqişələrin tez-tez baş verməsindən şəxsən onun xəbəri olmamış, bu barədə nə Sevda özü və nə də onun digər ailə üzvləri ona heç nə deməmişlər. Rəhmətlik Elvin özü də Sevda barədə onlara heç bir şikayət və ya giley belə etməmişdir. Görünür müstəntiqin onun ifadələrini təhrif etməkdə konkret məqsədi olmuşdur. İfadələrinə gəldikdə isə, o, ifadə verərkən bildiklərini, yəni məhkəmədə verdiyi ifadələrində dediklərini demiş, yekunda isə hadisənin şokunda olduğundan məzmuna fikir vermədən, oxumadan imzalamışdır. Daha sonra məhkəmə baxışı zamanı iş üzrə şahid qismində iştirak edən X4 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsində və Azərbaycan Respublikası CPM-nin 20-ci maddəsində nəzərdə tutulmuş hüququndan istifadə etməklə qızı-Təqsirləndirilən şəxs əleyhinə ifadə verməkdən imtina etmişdir. Şahid X2 məhkəməyədək icraat msərhələsində vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuşdur. Şahid Elazər Rəhimova tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, qızı Təqsirləndirilən şəxs 2019-cu ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, onların birgə nikahdan 01 iyun 2020-ci il tarixdə Nuray adında bir qız uşaqları dünyaya gəlmiş, Sevda öz ailəsi ilə birlikdə onlarla eyni həyətdə, lakin başqa evdə yaşamış və Sevdanın həyat yoldaşı ilə ailədaxili problemlərinin olması barədə məlumatı olmamışdır. 21 aprel 2021-ci il tarixdə axşam yaşadığı evdə olmuş, saat təxminən 19 radələrində oğlu Asim, qızı Təqsirləndirilən şəxs, Sevdanın qızı Nuray, böyük qızı Arzu, Arzunun uşaqları Yusif və Ayxan Rzayevlər evdə olmuş, qızları Sevda və Arzu ərlərinin işdən qayıtmalarını gözləmişlər. Təxminən saat 20 radələrində Asim şam yeməyini yedikdən sonra atası Rasimin evə gələrək iftarını açması üçün dükana getmiş, elə həmin ərəfələrdə Sevdanın əri Elvin və Arzunun əri Mətləb təsadüfən eyni vaxtda işdən evə qayıtmışlar. Böyük qızı Arzu və uşaqları əri Mətləblə birlikdə evdən çıxıb yaşadıqları evə lazım olan ərzaq məhsullarını alıb evə getmək üçün dükana getmiş, digər qızı Təqsirləndirilən şəxs da əri Elvinə şam yeməyi vermək üçün onunla birlikdə evdən çıxıb eyni həyətdə olan evlərinə getmiş, lakin Sevdanın qızı Nuray onlarda qalmışdır. Həmin gün özünün qan təzyiqi və qanda şəkəri çox olduğundan Rasimə iftar süfrəsi hazırlamış və nəvəsi Nurayla birlikdə yataq otağına keçərək uzanmışdır. Rasim hamam otağında dəstəmaz aldıqdan sonra süfrəyə əyləşib iftarını açmışdır. Təxminən yarım saatdan sonra evin giriş hissəsindən səs-küy və qışqırıq səsləri eşidib yuxudan oyanmış, evin girişinə getmiş, ora gəldikdə evin giriş qapısının içəri hissəsində kürəkəni Elvinin yerdə uzanaraq xırıldadığını, qızı Sevdanın və əri Rasimin isə onun yanında olduğunu görmüşdür. Həmin vaxt Rasim Sevdadan nə baş verdiyini soruşanda Sevda ona Elvinin ona başqa qadınlarla xəyanət etdiyini, onun xəyanətini, həmçinin nəvəsi Nuray və qızı Sevdaya lazımi ərzaq məhsullarını almaqdan imtina etməsini həzm edə bilmədiyi üçün aralarında mübahisə yarandığını, mübahisə əsnasında Elvinin Sevdanı yumruq-təpik zərbələri ilə döydüyünü, həmçinin Sevdanın Elvini yaşadıqları evdə bıçaqla vurduğunu demişdir. Rasim eşitdiklərindən əsəbiləşdiyi üçün evin giriş qapısının qarşısında qızı Sevdanın sifətinə sağ əli ilə bir dəfə sillə zərbələri vurmuşdur. Daha sonra Rasim qızı Sevda ilə köməkləşib Elvini qonaq otağına aparıb orada olan divanın üzərinə uzatmış, daha sonra Rasim mobil telefonu ilə TTTYS-in 103 zəng xidmətinə zəng edərək hadisə barədə məumat verib kömək istəmişdir. O, özü də mobil telefonundan Arzunun mobil nömrəsinə zəng vuraraq hadisə barəsində ona məlumat verib dərhal gəlmələrini xahiş etmişdir. Daha sonra Rasim Elvinin əynində olan koftanın sıx olduğunu görüb rahat nəfəs ala bilmədiyini hiss etdiyi üçün onun əynindəki qara rəngli gödəkçəni, tünd qara rəngli koftanı, daha sonra isə koftanın altında olan qara rəngli maykanı çıxarıb yerə atıb yaxınlıqda olan özünə məxsus yaşıl rəngli koftanı gətirib Elvinin əyninə geyindirmiş, Rasimin Elvinin əyninə yeni kofta geyindirməkdə məqsədi qızı Arzunun, onun uşaqlarının və əri Mətləbin evə gələndə Elvini paltarsız vəziyyətdə görməmələri olmuşdur. X14 özünə gəlməsi üçün onun üzünə və sinəsinə su vurmuşdur. Elvin xırıldasa da, danışmamış və hərəkət etməmişdir. Təxminən 20-25 dəqiqə sonra X12 briqadası gəlib Elvini ilkin tibbi müayinə etdikdən sonra Elvinin öldüyü deyilmiş, daha sonra evə polis və prokurorluq orqanının əməkdaşları gəlmişlər. Şahid Elazər Rəhimova tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, bildiyinə görə hadisə 21 aprel 2021-ci il tarixdə, saat təxminən 20 radələrində ünvan 4 ünvanında qızı Təqsirləndirilən şəxs və əri Zərərçəkmiş şəxs birgə yaşadıqları evdə baş vermiş, Zərərçəkmiş şəxs qızı Təqsirləndirilən şəxs tərəfindən bıçaqla bir dəfə sinə nahiyəsinə vurulmaqla öldürülmüş, bu barədə hadisədən dərhal sonra qızı Təqsirləndirilən şəxs ona məlumat verərək əri Zərərçəkmiş şəxs yaşadıqları evdə bıçaqla sinə nahiysindən vuraraq öldürdüyünü bildirmiş, onlar arasında qısqanclıq və ailə münaqişəsi zəminində dəfələrlə mübahisələr olmuş və hadisənin də məhz qızı Sevdanın əri Elvini qısqandığı üçün onu qəsdən öldürərək həyatdan məhrum etdiyini güman etmişdir. Hadisə baş verən zaman yaşadıqları evdə o özü, əri Rasim və qızı Sevdanın 6 aylıq qızı Nuray olmuş, oğlu Asim isə evin qarşısında ona məxsus dükanda, qızı Sevda və kürəkəni Elvin isə öz yaşadıqları evdə olmuşlar (iş vərəqə: cild İ, səh. 139-144). Məhkəmə baxışı zamanı məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan edilməklə tədqiq olunmuş və müəyyn edilmişdir ki, Şahid3 şahid X4 ilə oxşar məzmunda ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 26-30). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Təqsirləndirilən şəxs bacısçı Şahid4 ifadəsində göstərdi ki, bacısı Təqsirləndirilən şəxs ilə rəhmətlik Zərərçəkmiş şəxs bir-birini sevib evlənmiş, Elvin təbiətcə cox soyuqqanlı, özünə qapalı və ətrafında olan insanlarla münasibət qurmağı bacarmayan bir insan olmuşdur. Bacısı Sevdanın həyat yoldaşı Elvinlə ailədaxili problemlərinin olması barədə məlumatı olmasa da, bir neçə dəfə Sevda ona əri Elvinin səbəbsiz olaraq ondan küsdüyünü və bir müddət sonra barışdıqlarını demişdir. Sevda özü də ailələrində olan xoşagəlməz haları danışmağı xoşlamamışdır. Şahid4 ifadəsinin davamında göstərdi ki, o, öz ailəsi ilə atasıgilə yaxın ərazidə yaşamış, aralarında təxminən 15 dəqiqəlik piyada yol olmuşdur. 21 aprel 2021-ci il tarixdə səhər saatlarında, həmişə olduğu kimi, əri Şahid5 səhər işə getmiş, günorta saat 15 radələrində isə o, öz uşaqları ilə birlikdə evdən çıxıb anasıgilə getmişdir. Bacısı Sevda, Sevdanın qızı Nuray, digər bacısı Şahid6 və Ayselin qızı Aysun da anasıgildə olmuşlar. Saat təxminən 19 radələrində bacısı Ayselin əri Vasif işdən çıxıb birbaşa anasigilə gəldiyi üçün Aysellə Vasif uşaqlarını da götürüb öz evlərinə getmişlər. Onlar gedəndən təxminən 30-40 dəqiqə sonra əri Mətləb ona zəng etmiş, Sevdanın əri Elvinlə birlikdə təsadüfən eyni vaxtda işdən çıxıb eyni avtobusla anasıgilə gəldiklərini demişdir. O, Mətləbin evə gəlməsini gözləməmiş, uşaqları Yusiflə Ayxanı da götürüb anasıgildən çıxmış, darvazanın qarşısında əri Mətləblə görüşüb birlikdə ərzaq məhsullarını alıb evə getmək üçün atasının dükanına getmişdir. Dükanda olan qardaşı Asimdən lazımi ərzaq məhsullarını aldıqdan sonra piyada evlərinə tərəf getmişlər. Eyni vaxtda bacısı Sevda da anasıgildən çıxıb əri Elvinə axşam yeməyi vermək üçün öz evlərinə tərəf getmiş, lakin Sevdanın qızı Nuray onların anasının, yəni nənəsinin yanında qalmışdır. Onlar evlərinə çatmağa az məsafə qalmış anası ona zəng etmiş, ağlaya-ağalaya Sevdanın əri Elvini öz evlərində bıçaqla vurduğunu bildirmiş və dərhal gəlmələrini xahiş etmişdir. O, əri Mətləbi məlumatlandırmış və birlikdə geri, anasıgilə qayıtmışlar. Onlar evin qarşısına çatanda qardaşı Asimin həyəcanlı vəziyyətdə qapının qarşısında dayandığını görüb ondan nə baş verdiyini soruşduqda Asim hadisə barədə ona qısaca məlumat vermiş və X12 gözlədiyini demişdir. Həyəcanlı olduqlarından ilk olaraq onlar Sevdayla əri Elvinin yaşadığı evə getmiş, lakin orada heç kimin olmadığını görüb anasıgilə qayıtmışlar. Onlar evə daxil olduqda Elvin qonaq otağında olan divanın üzərində uzanıqlı vəziyyətdə olmuş, lakin nəfəs almamışdır. Təxminən 10-15 dəqiqə sonra TTY briqadası gəlib Elvini müayinə etmiş və artıq öldüyünü demişlər. Az sonra isə evə polis və prokurorluq orqanının əməkdaşları gəlmişlər. Şahid4 ifadəsinin davamında daha sonra göstərdi ki, o, hadisənin hansı səbəbdən baş verdiyini dəqiq bilməmişdir. Sevda ailə münasibətləri barədə ona heç nə deməmiş, Elvin isə Sevda barədə onlara şikayətlənməmişdir. Lakin bildiyinə görə Elvin evinə ərzaq məhsulları, qızı Nuraya lazımi uşaq yeməkləri və digər zəruri tələbat məhsulları almamış, tələb olunan məhsulları atası Rasim və anası Elazər öz vəsaitləri hesabına alıb onlara vermişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Daha sonra məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bacısı Şahid9 ifadəsində göstərdi ki, qardaşı Elvinlə Təqsirləndirilən şəxs 2013-cü ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsində onlara gəlib-gedən zaman tanış olmuş və 2019-cu ildə ailə həyatı qurmuşlar. Onlar ailə qurduqdan sonra az bir müddət Lənkəran rayonunun Boladı kəndində, sonra Lökbatan qəsəbəsində müxtəlif ünvanlarda və vaxtlarda kirayədə, 2020-ci ilin may ayından isə Elvin qayınatası Şahid1 evinin həyətyanı sahəsində tikilmiş 1 otaqlı evdə yaşamağa başlamışlar. 01 iyun 2020-ci il tarixdə onların Nur adlı bir qızları olmuşdur. Təqsirləndirilən şəxs təbiətcə sakit və səmimi qız olmuş, qardaşı Elvin də xasiyyətcə sakit və səmimi insan olmuşdır. Elvin spirtli içki içməmiş, siqaret çəkməmişdir. Elvin dostlarının, qohumlarının və ailə üzvlərinin həmişə qayğısına qalan oğlan olmuşdur. Mütəmadi olaraq Elvingillə əlaqə saxlayıb hal-əhval tutmuşdur. Qardaşı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs yaxşı münasibətləri olmuş, nə də öz aralarında, nə də digər ailə üzvləri ilə mübahisə və münaqişələri olmasını eşitməmişlər. Şahid9 ifadəsinin davamında göstərdi ki, 21 aprel 2021-ci il tarixdə, saat təxminən 23 radələrində qardaşı Elvinin qayınanası Elazər mobil telefonla ona zəng vuraraq hadisə barəsində məlumat verib təcili onlara gəlməyini istəmişdir. O, Lökbatan qəsəbəsi “Cirtdan Park” deyilən ərazidə kirayə yaşadığı evdən çıxıb dərhal qardaşı Elvinin yaşadığı Lökbatan qəsəbəsi, 1-ci massiv, ev 69 ünvanına getmiş, ora çatdıqda artıq Elvinin meyitinin yük maşını ilə aparıldığını görmüşdür. Qaynı arvadı ona Elvinin qazda boğulduğunu bildirsə də o, 22 aprel 2021-ci il tarixdə isə Lənkəran rayonu Boladı kəndindəki ata evində olan zaman qardaşı Zərərçəkmiş şəxs arvadı Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanaraq öldürüldüyünü öyrənib bilmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs bacısı Aysellə ailə həyatı qurmuş, qaynatası, eyni zamanda bacanağı mərhum Elvin Əsgərzadə ilə yaxınlıqda yaşamışlar. 21 aprel 2021-ci il tarixdə işdən gələrkən bazarlıq edib evinə getmişdir. Saat təxminən 21 radələrində hava almaq üçün küçəyə çıxmış və qaynatası Rasimgilin evinin yanında bərk səs-küy olduğunu eşitmiş və xeyli adam toplaşdığını görmüşdür. Nə hadisə baş verdiyini müəyyən etmək üçün arvadı Aysellə birlikdə ora getmiş və polislərin və TTY maşınının gəldiyini görmüş və evə girmişlər. Evin qonaq otağında olan divanın üzərində Elvini hərəkətsiz və uzanıqlı vəziyyətdə görmüş, onun sinə nahiyyəsində qolsuz koftanın üzərində qan ləkələri olmuşdur. Lakin nə baş verdiyini, nəyə görə belə bir hadisənin baş verdiyini dəqiq müəyyənləşdirə bilməmişdir. Belə ki, polislər onları Polis İdarəsinə aparmışlar. Polisdə olarkən o, qanatası Rasimə yaxınlaşıb nə baş verdiyini soruşduqda o, Elvinin Sevdanı boğduğunu, sonuncunun da özünü müdafiə etmək üçün əlinə keçən baçaqla Elvini bir dəfə vurduğunu və Elvinin öldüyünü ona danışmışdır. Məhkəməyədək icraat mərhələsində iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, Şahid6 məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 81-85). İş üzrə məhkəməyədək icraat mərhəlsində şahid qismində dindirilmiş Şahid8 şahid ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid8 həmin ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun əmisi oğlu Şahid5lə bacanaq olmuşdur. O özü 2021-ci ilin aprel ayının əvvəllərində Qaradağ rayonu Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikintisində hörgü ustası kimi işə başlamış və həmin ərəfələrdə Elvin işləmədiyi üçün onun yanında fəhlə kimi işləmək istədiyini bildirmiş, odur ki, o, da günəmuzd olaraq Elvini işlədiyi fərdi yaşayış evində fəhlə işləməyə aparmışdır. 21 aprel 2021-ci il tarixdə də onlar birlikdə işə başlamış, saat 19 radələrində isə iş yekunlaşdığı üçün onlar hərə öz evlərinə qayıtmışlar. Elə həmin gün, axşam saat 21 radələrində qonşuluqda qışqırıq səsləri gəldiyini eşidib küçəyə çıxmış, səslərin Elvinin qaynatası Rasimin dükanı tərəfdən gəldiyini eşidib oraya getmişdir. Dükanın qarşısına çatanda qapının qarşısında çoxlu insanların olduğunu, həmçinin qapının qarşısında polis və X12 maşının olduğunu görmüşdür. Orada olan insanlardan nə baş verdiyini soruşduqda Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs öz evlərində bir dəfə bıçaqla sinə nahiyəsindən vurmaqla öldürdüyünü öyrənmişdir (iş vərəqə: cild İİ, səh. 75-79). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Hadisə yerinə baxış keçirilməsi haqqında» 21 aprel 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri olan ünvan 1 ünvanında yerləşən evin giriş qapısından evə daxil olduqda üzəri müxtəlif rəngli metlaxla üzlənmiş 4 pilləli pilləkənlərlə yuxarı qalxdıqda qapının sağ divarının tin hissəsində, yerdən 0,70 metr yuxarıda divara yazılmış şəkildə, evin giriş qapısından evə daxil olub metlaxla üzlənmiş 4 pilləli pilləkən qalxdıqdan sonra döşəmədə metlaxın üzərində yazılmış şəkildə qanabənzər ləkələr aşkar olunmuşdur. Bundan başa evin mətbəx otağının qapı ilə üzbəüz sağ künc hissəsində yerdə çəhrayı rəngli stulun qarşısında üzərində qanabənzər ləkələr və qabaq hissəsində deşilmiş zədəsi olan qara rəngli 01 ədəd mayka, mətbəxin giriş qapısının arxasında döşəmədə qabaq hissəsində sarı zolağı və üzərində “STEFANO RİCCİ” yazısı və qanabənzər ləkələr, həmçinin qabaq hissəsində deşilmiş zədə olan 01 ədəd qara rəngli kofta, mətbəxin giriş qapısının sol hissəsində döşəmədə içəri hissəsində “BİLLİONAİRE FASHİON HÜMME L” yazısı və iç hissəsində qanabənzər ləkələr, həmçinin qabaq hissəsində deşilmiş zədə olan 01 ədəd qara rəngli parça gödəkçə aşkar olunmuşdur. Bundan başqa qonaq otağının sağ künc hissəsində olan künc divanının üstünə uzadılmış vəziyyətdə üstünə ağ rəngli parça örtük salınmış mərhum Zərərçəkmiş şəxs meyiti aşkar edilmişdir. Hadisə yerinə baxış keçirilməsi istintaq hərəkəti aparılarkən müvafiq fotoşəkillər çəkilərək protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 2- 4, 5-16). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Meyitə baxış keçirilməsi haqqında» 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs meyiti üzərində döş qəfəsinin ön səthinin sol yarısında orta körpücük sümüyü xətti üzrə, İV-V qabırğaarası sahədə 3,0x1,0sm ölçüdə, xətti formalı, bir qədər çəp istiqamətli, kənarları hamar, bucaqları iti olan bir ədəd yara vardır. Meyitin bədən səthində digər xəsarət aşkar edilməmişdir. Meyitə baxış keçirilməsi prosesində müvafiq fotoşəkillər çəkilərək protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 20-25). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, istintaq hərəkəti prosesində Təqsirləndirilən şəxs, şübhəli şəxs qismində dindirilərkən sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə yanaşı, həmçinin cinayətin aləti kimi istifadə etdiyi bir ədəd bıçağı atası Şahid1 evi ilə özünün yaşadığı evin arasında olan həyətin sol yan hissəsindəki divarın arxa hissəsində olan boş sahədən, yəni bıçağı tulladığı yerdən götürərək təqdim etmişdir. Tiyəsi gümüşü rəngli, dəstəyi ağ, qırmızı və göy rəngli plastik zolaqlardan ibarət olan bir ədəd bıçaq tərtib olunan protokola və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 86-96). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 22 aprel 2021-ci il tarixli, 40 saylı rəyindən görünür ki, tədqiqat zamanı mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində ürəyin sağ mədəciyini zədələyərək kəskin qanitirmə ilə müşayiət olunan, döş qəfəsinin ön səthinin sol yarısının bir ədəd deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Həmin xəsarət deşici-kəsici əşya (alət) təsirindən, o cümlədən qərarda göstərilən vaxtda və şəraitdə, yəni 21 aprel 2021-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür, dərəcəinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir və zərər çəkmiş Zərərçəkmiş şəxs ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Tədqiq olunan həmin rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin sağ mədəciyinin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının bir ədəd deşilmiş-kəsilmiş yarası nəticəsində baş vermiş kəskin-massiv qanitirmə olmuş, ölüm meyitin müayinəsindən (22 aprel 2021-ci il, saat 01:00) 3-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş xəsarətin ekspertizaya təqdim edilmiş və ya ona bənzər digər bıçaqla yetirilməsi inkar edilmir. Meyit üzərində aşkar edilmiş xəsarətlə ekspertizaya təqdim edilmiş paltarlardakı zədələr sayına və yerləşmə nahiyələrinə görə bir-birinə uyğun gəlir. Ekspertlərin bu hissədə gəldiyi nəticəyə görə mərhum Zərərçəkmiş şəxs məxsus həmin paltarlardakı zədələrin ekspertizaya təqdim edilmiş bıçaqla törənməsi barədə fikir söyləmək üçün paltarların kriminalistika şöbəsində xüsusi müayinənin keçirilməsi məqsədə uyğun hesab edilmişdir. Tədqiq olunan rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasını nəzərə alıb, ekspertlər belə nəticəyə gəlmişdir ki, xəsarət yetirilən şəxsin ayaqüstə və üzbəüz vəziyyətdə olması güman edilir. Zərərçəkmiş şəxs xəsarət aldıqdan sonra yeriyə və məqsədyönlü hərəkətlər edə bilməsi inkar edilmir və o, xəsarət aldıqdan sonra qısa vaxt ərzində (1-3 dəqiqə) yaşaması mümkündür. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində tiryək qrupuna aid alkoloid aşkar edilmiş, etil spirti isə aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 258-265). Məhkəmə baxışı zamanı elan olunmaqla tədqiq edilən məhkəmə-tibb ekspertizasının 22 aprel 2021-ci il tarixli, 232 saylı rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun sol qulaq seyvanı, boyun, hər iki kürək, sol said, hər iki sağrı və sol bud nahiyələrinin qançırları, başın alın nahiyəsinin, sağ qulaq seyvanı, boyun, sağ dirsək oynağı və sol bayır topuq nahiyələrinin sayrıqları kimi xəsarətləri aşkar edilmişdir. Tədqiq olunan həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, tədqiqat zamanı Təqsirləndirilən şəxs ekspertlərə 21 aprel 2021-ci il tarixdə aralarında yaranmış mübahisə zamanı mərhum əri Elvin Əsgərzadənin əlləri ilə onu boğması nəticəsində boğaz nahiyyəsindən, əl və ayaqları ilə təpik və yumruq zərbələri endirməsi nəticəsində baş və hər iki qollarından, sağ və sol bud nahiyyələrindən, kürəyi üstə onu divara çırpan zaman isə kürək nahiyyəsindən müxtəlif dərəcəli bədən xəsarətləri aldığını bildirmişdir. Daha sonra, tədqiq olunan həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, tədqiqat zamanı müəyyən olunan sol qulaq seyvanının arxa səthini əhatə edən 5,0x2,3 sm və boynun orta 1/3-nin arxa səthində 5,5x3,7 sm ölçüdə xəsarətlər qırmızımtılgöyümtül rəngli xəsarətlər olsa da, sağ qulaq seyvanının arxa səthində edən 0,7x0,2sm və boynun sağ yan səthinin orta 1/3-də 1,8x0,2 sm ölçülərdə olan xəsarətlər xətti formalı olub ətraf dəri səviyyəsindən aşağıda yerləşən, qırmızı rəngli, nazik qartmaqla örtülü sıyrıqlardır. Tədqiq olunan həmin rəydən görünür ki, ekspertlərin qənaətinə əsasən aşkar olunan həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən, müayinədən bir günə qədər əvvəl törənmişlər, qərarda göstərilən 21 aprel 2021-ci il tarixdə əmələ gələ bilərdilər. Aşkar olunan xəsarətlər dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni kənar şəxs tərəfindən törənə bilərdilər (iş vərəqə: cild İ, səh. 174-177). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi və bioloji ekspertizasının 01 iyun 2021-ci il tarixli 341/2021-MTBŞ saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Abeta (H)/İİ/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu_AB/İV/-dir. Təqdim olunmuş hadisə yerindən götürülmüş 01 ədəd bıçaq, 04 ədəd çubuqlu pambıq tampona hopdurulmuş ləkələrdə, mərhum Zərərçəkmiş şəxs məxsus gödəkçə, alt mayka, 02 ədəd qısaqol mayka, şalvar və kəmər üzərində insan qanı ləkələri aşkar olundu. Həmin qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alındı. Qeyd olunan qan ləkələrinin Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsusluğu inkar olunmur. Tədqiq olunan həmin rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan Təqsirləndirilən şəxs məxsus şalvar, jaket, kofta, mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus jaket və trusikin üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır (iş vərəqə: cild İİ, səh. 43-50). Bundan başqa, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq olunan kompleks məhkəmə-tibbi kriminalistik ekspertizasının 16 iyun 2021-ci il tarixli, 243/2021-MTKŞ saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan mərhum Zərərçəkmiş şəxs məxsus gödəkçənin, qara rəngli köynəyin və maykanın sol döş nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmiş və bu zədə iti uclu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus şalvar, köynək və jaket üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar edilməmişdir. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bıçaq zavod üsuslu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (iş vərəqə: cild İİ, səh. 54-59). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-lifli ekspertizasının 13 iyul 2021-ci il tarixli, 6/2621 saylı rəyindən görünür ki, təqdiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus geyim əşyaları üzərində kənar lif mikrohissəcikləri olduğu müəyyən edilmişdir. Tədqiata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş tünd yaşıl rəngli poliakrilonitil kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd jaketin tərkib liflərinə uyğun gəlirlər. Üzərində tədqiqat aparılmış Təqsirləndirilən şəxs məxsus 01 ədəd jaketin səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pampıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər (iş vərəqə: cild İİ, səh. 133-141). Məhkəmə baxışı zamanı tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 01 iyul 2021-ci il tarixli, 1420 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi xəstəliyin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Tədqiq olunan rəyin məhkəmə-psixoloji ekspertizası hissəindən görünür ki, Təqsirləndirilən şəxs əsas fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır, emosionallıq, çılğınlıq, özünə qarşı hörmət tələb etmək, inadkarlıq kimi xarakterik xüsusiyyətlərə malikdir, onun əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Ən nəhayət, tədqiq olunan rəydən gəörünür ki, Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törədərkən psixi emosional vəziyyətində gərginlik, həyəcan yaranmış, həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş ruhi həyəcan (affekt) vəziyyətində olmamışdır (iş vərəqə: cild İİ, səh. 151-155). Məhkəmə baxışı zamanı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 01 iyul 2021-ci il tarixli, 1420 saylı rəyinin tədqiqatı ilə əlaqədar olaraq müdafiə tərəfinin vəsatəti əsasında ekspert qismində dindirilən Şahid11 ifadəsinə giriş olaraq göstərdi ki, affekt vəziyyəti kmulyativ affekt və fizioloji affek olaraq iki növə malikdir. Kmuliyativ affekt illərlə psixoloji travmaların yığıntısı nəticəsində baş verirsə, fzioloji affekt isə qəflətən əmələ gələn ani bir haldır. Həmin vəziyyətdə insanda şüur tam itməsə də, məhdudlaşma bir forma olur, yaddaş pozuntusu əmələ gəlir və sonrakı vəziyytində insan həmin hadisəni törətdikdən sonra onda tükənmə olur. Yəni insan müəyyən bir müddət, yəni bir neçə saat nə baş verdiyini bilmir, belə halda onun yaddaşının iki saatdan tez bərpa olunması mümkün olmur. Müayinə olunan Təqsirləndirilən şəxs tədqiqat üçün xüsusi konvoy vasitəsi ilə gətirilmiş və psixiatrik ekspertlə o, birlikdə özlərinin komissiya otağında baxış keçirmiş, Sevda ilə söhbət aparılmışdır. Sevda tədqiqata gətirilərkən hazırkı vəziyyətindən yaxşı vəziyyətdə olmuş, emosional deyil, sakit və rahat olmuş, adekvat danışıb bütün suallara cavab vermişdir. Təqsirləndirilən şəxs onlara uzun müddət mərhum əri ilə bir-birlərini istədiklərini, bir müddət nişanlı qaldıqlarını, sonra evləndiklərini, evliliyin əvvəllərində hər şeyin yaxşı getdiyini danışmışdır. Təqsirləndirilən şəxs deməsinə görə uşaq olandan sonra ərinin dəyişdiyini hiss etmiş, onun narkotik vasitələrdən istifadə etməsindən şübhələnmiş, hansısa qızla yazışmasını, danışmasını bilmişdir. Daha sonra Təqsirləndirilən şəxs onlara danışmışdır ki, həyat yoldaşı ailəyə qarşı biganə olmaş, uşağın qidalanmaması üçün heç nə almamış, ailəsinin nə yediyini, nə içdiyini düşünməmiş, evə pul gətirməmiş, onun, yəni Sevdanın valideyinləri onlara kömək etmiş və bu səbəbdən də aralarında ailədaxili mübahisələr olmuşdur. Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsi ilə bağlı onlara hadisə günü ərinin əsəbi olduğunu, eyni səbəbdən yenə də ailədaxili mübahisələri başladıqda ərinin onu yumruq-təpik zərbələri ilə vurduğunu, onu boğduğunu, ərinin əlindən çıxıb mətbəxə qaçıb qapını örtdüyünü, lakin ərinin mətbəxə gəlib qapını açdığını, orada onu təkrarən vurduğunu, əlləri ilə onu boğduğunu və buna görə də bıçaqla ərini vurduğunu danışmış, hadisədən sonra ərinin evdən çıxıb getdiyini, özü isə hamam otağına keçib orada əl-üzünü yuduğunu bildirmişdir. Ekspert Şahid11 ifadəsinin davamında göstərdi ki, lakin affekt vəziyyəində insan bu vəziyyətdə deyil, tükənmiş və bitmiş bir vəziyyətdə olur. İstintaqın işlədiyi material, şəxsin istintaq zamanı vermiş olduğu ifadəsi və onlara danışdıqları müqayisələndirilmiş və belə nəticəyə gəlinmişdir ki, Təqsirləndirilən şəxs fizioloji affekt vəziyyətində olmamış, fakt olaraq isə həmin hadisədə Təqsirləndirilən şəxs özünü müdafiə etmişdir. Təqsirləndirilən şəxs barəsində verdiyi 01 iyul 2021-ci il tarixli, 1420 saylı rəy obyektiv və qanunidir. Məhkəmə baxışı zamanı tədqiq olunan «Könüllü təqdim etmə» və «Təqdim edilmiş DVD diskə baxış keçirilməsi» haqqında 22 aprel 2021-ci il tarixli protokollardan görünür ki, baxılan iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs atası Şahid1 özünə məxsus olub yaşadığı ünvan 6 ünvanında quraşdırılmış videokameralardan götürülmüş videofaylların yerləşdirildiyi DVD diski istintaq orqanına könüllü olaraq təqdim etmişdir. Məhkəməyədək icraat mərhələsində 4 və 6 saylı kameralardan götürülmüş 2 ədəd “MP4” formatında olan videofayllara baxış keçirilmişdir. Məzkəmə baxışı zamanı tədqiq olunan həmin sənədlə müəyyən olunmuşdur ki, 21 aprel 2021-ci il tarixdə, saat 20:30:44də Zərərçəkmiş şəxs əsas darvazadan bacanağı ilə birlikdə evə daxil olmuş, saat 20:35:55-də Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs evdən çıxıb birlikdə yaşadıqları evə doğru getmişlər. Onlardan başqa hadisə baş verən vaxtadək həmin istiqamət üzrə onların ardınca heç kim getməmiş və həmin istiqamətdən də heç kim geri qayıtmamışdır. Saat 20:42:12-də Zərərçəkmiş şəxs tək geri qayıtmış, bu vaxt onun sinəsində ürək nahiyəsində qaraltı görünmüş, Zərərçəkmiş şəxs pilləkənlə sinəsinə baxa-baxa qaynatasına məxsus evə qalxarkən müvazinətini itirərək səndələyib yıxılsa da, lakin ayağa qalxıb evə daxil olmuşdur. Saat 20:44:22-də, Zərərçəkmiş şəxs qaynatasına məxsus evə gəlməsindən təqribən 2 dəqiqə sonra Təqsirləndirilən şəxs atasına məxsus evə gəlmiş və açıq vəziyyətdə olan açıq qapıdan içəri daxil olmuşdur. Saat 20:45:00-da əvvəl Təqsirləndirilən şəxs arxa-arxaya qapıdan bayıra çıxdığı, ardınca isə bir nəfər şəxsin bədənin yarısının evin giriş qapısından çölə çıxmaları, sonuncunun Təqsirləndirilən şəxs sillə ilə vuması və hər ikisinin dərhal evin içinə daxil olmaları müşahidə olunur. Tədqiq olunan protokoldan daha sonra görünür ki, videogörüntülərin saat 20:56-dək olan hissəsində Şahid1 ailə üzvləri mərhum Zərərçəkmiş şəxs sonuncu dəfə daxil olduğu onun qaynatasına məxsus evə gəlib-getmələri, saat 20:58-də təcili tibbi-yardım maşınının həyətin giriş darvazasına yaxınlaşması və 2 nəfər tibb işçisinin mşından düşərək Şahid1 ailəsi ilə yaşadığı evə daxil olmaları qeydə alınmışdır. Təqdim olunan DVD diskə baxış keçirilərkən hadisədən sonra Təqsirləndirilən şəxs atasına məxsus evə gəldiyi vaxt sonuncunun saat 20:44:16-da rəngli formatda videoçəkiliş aparan kameranın əhatə dairəsinə daxil olarkən onun əllərində heç nə olmadığı müşahidə edilmişdir (iş vərəqə: cild İ, səh. 40, 41-45). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan təqsirləndirilən şəxzs Təqsirləndirilən şəxs məxsus paltarlara baxış keçirilməsi haqıqnda 22 aprel 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs məxsus olub hadisə baş verdiyi müddətdə əynində olmuş 01 ədəd tünd göy rəngli parça materialdan olan şalvar, 01 ədəd qara rəngli kofta və 01 ədəd yaşıl rəngli, uzun papaqlı kofta üzərində hər hansı zədə və ya zədə izləri, həmçinin qanabənzər ləkələr aşkar olunmamışdır(iş vərəqə: cild İ, səh. 82, 83- 85). Məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhər Təcili və X6 Stansiyası PHŞ-in 03 may 2021-ci il tarixli 115 saylı məktubundan görünür ki, 21 aprel 2021-ci il tarixdə, saat 20:47-də “103” xidmətinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ massiv, 4-cü küçə ünvanından Elvinin adına “ürəyinə batıb” səbəbi çağırış daxil olmuş, çağırışı 15 saylı bölmənin həkimi Səməd Abbasov icra edərək ünvanda Zərərçəkmiş şəxs məxsus meyit ilə rastlaşmış və “həkimə qədər ölüm. Kişi cinsli meyit” diaqnozu qoyulmuşdur (iş vərəqə: cild İ, səh. 178-179). İbtidai istintaq orqanının işdə olan «Sübutların qiymətləndirilməsi haqqında» 23 iyul 2021-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd qara rəngli köynək, bir ədəd mayka və bir ədəd şalvar, Təqsirləndirilən şəxs məxsus bir ədəd jaket, habelə cinayətin aləti olan zavod üsulu ilə hazırlanmış bir ədəd məişət təyinatlı mətbəx bıçağı maddi sübut qismində tanınmış və saxlanılması üçün Bakı şəhəri Qaradağ rayon prokurorluğunun maddi sübutların saxlanc otağına təhvil verilmişdir(iş vərəqə: cild İİ, səh. 163-186). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən iş üzrə əməliyyat tapşırığı verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunan əməliyyat tapşırığına Bakı şəhəri, Qaradağ RPİ-nin 10-cu PB tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli, 1917 saylı cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəyədək Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında ədavət və düşmənçilik olması müəyyən edilməmişdir. Məhkəməyədək icraat mərhələsində keçirilmiş 20 may 2021-ci il tarixli, 40 saylı məhkəmə-tibb ekspertizası nəticəsində mərhum Zərərçəkmiş şəxs qanında tiryək qrupuna aid alkoloidlərin müəyyən olunması ilə əlaqədar əməliyyat tapşırığına müsbət cavab verilməmiş, mərhum Zərərçəkmiş şəxs narkotik vasitəni kimlərdən alıb əldə etməsi və kimlərlə istifadə etməsinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərinin davam etdirildiyi bildirilmişdir (iş vərəqə: cild İ, səh. 267-268, cild İİ, səh. 156-157). Ən nəhayət, məhkəmə baxışı zamanı tədqiq olunan dövlət orqanlarından əldə olunan rəsmi məlumatlarla müəyyən olunur ki, həm Təqsirləndirilən şəxs və həm də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müsbət xarakterizə olunur və onların barəsində hər hansı ərizə və şikayət daxil olmamışdır (iş vərəqə: cild İİ, səh. 19-22, ). “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, qəsdən adam öldürmə cinayətlərinə dair işlərə baxılarkən işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs hadisə günü hədisə ərəfəsində yaşadıqları evdə birlikdə olarkən Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs ailəyə, əsasən də körpə uşağa lazım olan yemək və geyim əşyalarını, gündəlik tələbat mallarını alıb gətirməməsi, ailə üzvlərinə qayğı göstərməməsi, həmçinin başqa qadınlarla münasibət saxlaması ilə əlaqədar iradlar bildirməsi səbəbindən ər-arvad arasında baş vermiş məişət mübahisəsi zəminində Zərərçəkmiş şəxs evin yataq otağında Təqsirləndirilən şəxs döyüb, yumruq və təpik zərbələri ilə vuraraq ona hər iki kürək, sol said, hər iki sağrı və sol bud nahiyələrinin qançırları, başın alın nahiyəsinin, sağ dirsək oynağı və sol bayır topuq nahiyələrinin, boğazından əlləri ilə tutub boğaraq ona sol və sağ qulaq seyvanının arxa səthinin sayrıqları, boynun sağ və sol yan səthinin xətti formalı sıyrıqları kimi xəsarətlər yetirməsi, Təqsirləndirilən şəxs imkan tapıb Zərərçəkmiş şəxs əlindən çıxaraq yataq otağına bitişik mətbəx otağına qaçıb qapını örtməsinə baxmayaraq Zərərçəkmiş şəxs qanuna zidd hərəkətlərini davam etdirib dərhal təpiklə vuraraq mətbəx otağının qapısını açmaqla mətbəx otağına daxil olaraq təkrarən onu döyüb, əlləri ilə onun boğaz nahiyyəsindən tutub boğmaqda davam edərkən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən törədilən qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən hərəkətlərə yol verməklə zəruri müdafiə həddini aşıb, mətbəx otağında yuyucuya bitişik məişət masasının üzərindən götürdüyü mətbəx bıçağı ilə zərərçəkmiş Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sol yarısına bir dəfə zərbə endirərək ona döş qəfəsinin ön səthinin sol yarısında döş boşluğuna nüfuz edən bir ədəd ürəyin sağ mədəciyinin zədələnməsi ilə müşayiət olunan və kəskin qanitirmə səbəbindən ölümünə səbəb olmuş yetirilən an həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yara xəsarəti yetirərək əri Zərərçəkmiş şəxs qəsdən öldürməsi, yəni zəruri müdafiə həddini aşmaqla qəsdən əri Zərərçəkmiş şəxs həyatdan məhrum etməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunduğundan onun cinayət əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 123.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət hüququ elminin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyyələrinə və s. hüquq mənbələrinə əsaslanmışdır. Belə ki, cinayət hüququ elmi cinayətin komponentləri kimi cinayət tərkibinin elementləri olaraq cinayətin obyektini, obyektiv cəhətini, subyektini və subyektiv cəhətini müəyyənləşdirmişdir. Baxılan cinayət işində cinayətin obyektini kriminal qəsdlərdən qorunan ictimai münasibətlər, obyektiv cəhətini isə başqa şəxsin - zərərçəkmiş Zərərçəkmiş şəxs həyatı təşkil edir. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs konkret hərəkətlə, məişət təyinatlı bıçaqla yetirilən xəsarət nəticəsində həyatdan məhrum edilmişdir. Təkzib edilməz sübutlarla təsdiq olundu ki, baxılan iş üzrə cinayətin subyekti cinayət qanunvericiliyinin bütün tələblərinə cavab verən - qanunla müəyyən olunmuş yaş həddinə çatmış, fiziki və anlaqlı olan Təqsirləndirilən şəxsdır. Araşdırılan cinayətin subyektiv cəhətini isə təqsirin qəsd forması təşkil edir ki, cinayət hüquq elmi bu cəhəti həm təqsirləndirilən şəxsə qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə və həm də məhkəmə tərəfindən əməlinin tövsif edildiyi Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsinə şamil etmişdir. Cinayət hüquq elminə görə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin subyektiv cəhətini təqsirkarın başqa şəxsin həyatına qəsd etdiyini dərk etməsi, zərərçəkmiş şəxsin ölümünün labüdlüyünü və ya bunun real olaraq mümkünlüyünü qabaqcadan görməsi və belə nəticənin baş verməsini arzu etməsi (birbaşa qəsd) və ya şüurlu surətdə buna yol verməsi (dolayı qəsd) təşkil edir. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin motiv və məqsədi (intiqam, qısqanclıq motivi, qorxu, paxıllıq hissi və s.) subyektiv cəhətin zəruri əlaməti olmasa da, bunun düzgün müəyyən edilməsi tövsif üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsində nəzərdə tutulan zəruri müdafıə həddini aşmaqda qəsdən adam öldürmə cinayətinin motivi müdafıə edənin özünün, kənar şəxslərin mənafeyini, dövlət və ictimai mənafeyi qorumaq hissləri ilə bağlı olur. Məhkəmə baxışı zamanı araşdırılan mötəbər sübutlarla təsdiq olundu ki, Təqsirləndirilən şəxs özünün həyatını, sağlamlığını və hüquqlarını real olan kriminal xarakterli ictimai təhlükəli qəsddən qorumaq məqsədi ilə, zəruri müdafiə həddini aşmaqla törətmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi üçün heç bir motiv və məqsəd müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ilə əri - zərər çəkmiş Zərərçəkmiş şəxs arasında məişət zəminində mübahisələri olmasına baxmayaraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı Azərbaycan Respublikasının CM-nin 120.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməyi düzünə arzulamamış, yəni birbaşa qəsdlə onu həyatdan məhrum etməmiş, onun ümumiyyətlə belə bir niyyəti olmamışdır. Həmçinin, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi nə hadisəyədək və nə də hadisənin gedişatında hər hansı üsulla öldürəcəyi ilə hədələməsi, onu öldürməklə həyatdan məhrum edəcəyi barədə hər hansı ifadə işlətməsi nə təqsirləndirilən şəxsin, nə zərər çəkmiş şəxsin hüquqi varisinin və nə də hadisə ilə əlaqədar ifadələr vermiş şahidlərin ifadələrində öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Əsas Qanunun 27-ci maddəsinin İV hissəsinin tələblərinə görə qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir. Əsas Qanunun 31-ci maddəsinin İİ hissəsinin tələblərinə görə qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Ən nəhayət, Əsas Qanunun 32-ci maddəsinin İİ hissəsinin tələblərinə görə hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Azərbaycan Respublikasının CM-də beş hal «Əməlin cinayət olmasını aradan qaldıran hallar» adı altında xüsusi fəsildə müəyyən edilmişdir ki, belə hallardan biri də həmin Məcəllənin 36-cı maddəsində nəzərdə tutulan zəruri müdafiə halıdır. Zəruri müdafiə vətəndaşlara verilmiş ictimai təhlükəli qəsdlərdən qorunmağa imkan verən konstitusion hüquqdur. Azərbaycan Respublikasının CM-nin 36-cı maddəsində zəruri müdafiəyə aşağıdakı məzmunda anlayış verilir: «Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır». Zəruri müdafiə – hücum edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qorunma vətəndaşların subyektiv hüququdur və cinayətkarlıqla mübarizənin təsirli vasitələrindəndir. Bu yolla təhlükənin qarşısı alınarkən yol verilən hərəkət, zəruri müdafiə həddini aşmırsa, cinayət sayılmır. Cinayət hüquq elminə görə qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli hücumun qarşısını almağa yönəldilən hərəkət formal cəhətdən cinayət qanununda nəzərdə tutulan əməlin əlamətlərinə uyğun gəlmiş olsa da, zəruri müdafiə vəziyyətində yol verildiyindən məsuliyyəti aradan qaldırır. Yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün zəruri müdafiə institutuna xarakterik olan iki qrup şərtlərə riayət edilməlidir: a) qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqi şərtləri; b) müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüquqilik şərtləri. Qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqi aşağıdakı şərtləri tələb olunur: - əməl ictimai təhlükəli olmalıdır, əməl şəxsiyyətə, cəmiyyətə, yaxud dövlət mənafeyinə mühüm zərər yetirməklə davam etdirilməli, yaxud bilavasitə zərər yetirmək təhlükəsi yaratmalıdır; - qəsd mövcud olmalıdır, kriminal qəsd başlamalı, davam etməli, hələ qurtarmamış olmalıdır. Bu zaman intervalında zəruri müdafiə vəziyyəti yaranır; - qəsd real olmalıdır, yəni varlıqda obyektiv olaraq baş verməlidir. Qəsd müdafiə edənin yanlış təsəvvürü ilə uydurulmamalıdır. Müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüquqilik şərtləri isə bunlardır: - müdafiə şəxsin özünün, başqasının şəxsiyyətinin və hüquqlarının qorunmasına və ya cəmiyyətin, dövlətin mənafeyinin qorunmasına yönəlməlidir; - müdafiə qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilməlidir; - müdafiə zəruri müdafiə həddini aşmamalıdır. Baxılan iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs tərəfindən yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün, zəruri müdafiə həddini aşmama istisna olmaqla, zəruri müdafiə institutuna xarakterik olan bütün şərtlər mövcuddur. Belə ki, zərərçəkmiş mərhum Zərərçəkmiş şəxs arvadı - Təqsirləndirilən şəxs ilə hədisə ərəfəsində yaşadıqları evdə birlikdə olarkən sonuncunun əri Zərərçəkmiş şəxs ailəyə, əsasən də körpə uşağa lazım olan yemək və geyim əşyalarını, gündəlik tələbat mallarını alıb gətirməməsi, ailə üzvlərinə qayğı göstərməməsi, həmçinin başqa qadınlarla münasibət saxlaması ilə əlaqədar iradlar bildirməsi səbəbindən ər-arvad arasında baş vermiş məişət mübahisəsi zəminində Zərərçəkmiş şəxs əvvəl evin yataq otağında Təqsirləndirilən şəxs yumruq və təpik zərbələri ilə döyməsi, onun baş və kürək nahiyyələrini divara çırpması, əlləri ilə boğazından tutub boğması, Təqsirləndirilən şəxs imkan tapıb Zərərçəkmiş şəxs əlindən çıxaraq yataq otağına bitişik mətbəx otağına qaçıb qapını örtməsinə baxmayaraq Zərərçəkmiş şəxs qanuna zidd hərəkətlərini davam etdirib dərhal təpiklə vuraraq mətbəx otağının qapısını açmaqla mətbəx otağına daxil olaraq təkrarən onu döyməsi və əlləri ilə onun boğaz nahiyyəsindən tutub boğmaqda davam etməsi nəticəsində Təqsirləndirilən şəxs hər iki kürək, sol said, hər iki sağrı və sol bud nahiyələrinin qançırları, başın alın nahiyəsinin, sağ dirsək oynağı və sol bayır topuq nahiyələrinin, sol və sağ qulaq seyvanının arxa səthinin sayrıqları, boynun sağ və sol yan səthinin xətti formalı sıyrıqları kimi xəsarətlər yetirməsi qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqi şərtlərinin hamısını özündə ehtiva edir. Baxılan işdə qəsd əməli ilə bağlı zəruri müdafiənin yuxarıda sadalanan hüquqi şərtlərinin mövcudluğu məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Yəni sinayət hüququ elminin nəzərdə tutduğu qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqi şərtləri bütövlükdə mövcuddur. Həmçinin məhkəmə baxışı zamanı, zəruri müdafiə həddini aşmama istisna olmaqla, müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüquqilik şərtlərinin, o cümlədən müdafiənin təqsirləndirilən Təqsirləndirilən şəxs özünün həyat və sağlamlığının, şəxsiyyət və hüquqlarının qorunmasına yönəlməsi, təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəni qəsd edən zərərçəkmiş Zərərçəkmiş şəxs zərər vurmaq yolu ilə həyata keçirməsi yenə də araşdırılan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası CM-nin 36.3-cü maddəsinə görə, «qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıqdan-açığa uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşma hesab edilir». Zəruri müdafiə həddini aşma ictimai təhlükəli olduğundan Azərbaycan Respublikası CM-nin 123 və 130-cu maddələri ilə nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Qanunda qəsdin xarakterinin və təhlükəlilik dərəcəsinin anlayışı verilmədiyindən zəruri müdafiə həddini aşma qiymətləndirilən əlamətlərlə bağlıdır və bu məsələnin həlli ancaq məhkəmənin səlahiyyətinə aiddir. Zəruri müdafiə vəziyyətində müdafıə həddini aşan şəxs ictimai təhlükəli qəsddən müdafiə olunmaq niyyətilə hərəkət edir. Nə qədər ki, hücumu dəf edən şəxs belə motivi rəhbər tutur, onun hücum edəni qətlə yetirməsi Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə məsuliyyət yaradır. İbtidai istintaq orqanı Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən aşağıdakı nəticəyə gəlmişdir: Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün əri Zərərçəkmiş şəxs ölümünü onun hücumundan özünü müdafiə etmək məqsədilə vurması nəticəsində baş verməsi ilə əlaqələndirməyə çalışmışdır. Təqsirləndirilən şəxs özünün ifadəsindən və cinayət işi materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ilə əri Zərərçəkmiş şəxs arasında mübahisə qısqanclıq zəminində, yəni sonuncunun ailəsinə baxmaması, ailənin maddi ehtiyaclarını ödəməməsi, habelə başqa qadınlarla ünsiyyət saxlaması səbəbindən Təqsirləndirilən şəxs özünün təşəbbüsü ilə başlamış, Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs işdən gələrkən əsəbi olmasını görməsinə baxmayaraq mübahisənin başlanmasına və qızışmasına yönəlmiş hərəkətlərə (qısqanclığını və ərinin ailədə maddi ehtiyacları ödəmək qabiliyyətində olmadığını onun üzünə qarşı deməklə) yol vermiş, əsəbi halda olan Zərərçəkmiş şəxs də ona sillə, yumruq və təpik zərbələri ilə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən “sol qulaq seyvanı, boyun, hər iki kürək, sol said, hər iki sağrı və sol bud nahiyələrinin qançırları, başın alın nahiyəsinin, sağ qulaq seyvanı, boyun, sağ dirsək oynağı və sol bayır topuq nahiyələrinin sayrıqları” xəsarətlərini yetirdikdən sonra Təqsirləndirilən şəxs onun əlindən çıxıb mətbəxə keçmış, lakin mətbəx qapısını kilidlə bağlamağa və əri Zərərçəkmiş şəxs tərəfindən döyülməsinin qarşısını almağa real imkanı olsa da, bunu etməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs ilə əvvəllər də ailə münaqişələrinin olması Təqsirləndirilən şəxs öz ifadəsində də əksini tapmışdır. - Təqsirləndirilən şəxs mətbəx qapısını kilidlə bağlamaqla qəsdin qarşısını almağa real imkanının olmasına baxmayaraq bunu etməməsi, habelə onlar arasında belə xarakterli mübahisələrin əvvəllər də baş verməsi, həmin mübahisələr zamanı Təqsirləndirilən şəxs həyat və sağlamlığı üçün hər hansı təhlükənin yaranmaması, belə mübahisələrdən sonra onların barışaraq yenidən ailə kimi münasibətlərini davam etdirmələri Təqsirləndirilən şəxs olan qəsdin real və mövcud olmaması qənaətinə gəlməyə əsas verir. - Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs ilə birlikdə atası evindən öz yaşadığı evə gedərkən azyaşlı uşaqlarını özü ilə aparmayaraq atası evində saxlaması və evə gələndən sonra əri ilə mübahisəyə başlaması onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs əri ilə öz aralarında olan münasibətlərə aydınlıq gətirməyi əvvəlcədən planlaşdırmış və buna görə də evə daxil olduqdan sonra mübahisəyə başlamış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs silah qismində həyatı üçün təhlükə yarada bilən hər hansı bir alətdən istifadə etməmiş, ona əl-ayaq zərbələri ilə yetirdiyi xəsarətlər Təqsirləndirilən şəxs həyatı üçün heç bir təhlükə yaratmamışdır. - Cinayət işi materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyat əhəmiyyəti orqanı olan ürək nahiyəsinə bir dəfə bıçaqla vuraraq ürəyin sağ mədəciyini zədələyərək kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirdikdən və sonuncunu özündən kənarlaşdırdıqdan sonra ona heç bir tibbi yardım göstərmədən və onun aqibətinin nə olacağını düşünmədən atası evinə getmişdir. - Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə hadisədən əvvəlki qarşılıqlı münasibətləri, yəni Təqsirləndirilən şəxs onunla ailədaxili məsələlərlə bağlı mübahisə etməsi, onu xəyanət etməkdə və ailə xərclərini ödəməyə qadir olmamaqda ittiham etməsi, evə və uşağa baxmamasına görə belə mübahisələrin əvvəllər də baş verməsi, sonuncu mübahisə zamanı silah qismində bıçaqdan istifadə edərək onun həyat üçün mühüm orqan olan ürək nahiyəsinə bıçaqla xəsarət yetirməsi və hadisədən sonra sonuncuya əri olmasına baxmayaraq tibbi yardım göstərmədən evdən çıxıb getməsi və bu zaman cinayəti aləti olan bıçağı tullamaqla gizlətməyə cəhd etməsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə qısqanclıq zəminində yaranmış sonuncu mübahisəsi ərəfəsində qəsdən öldürmək qərarına gələrək mətbəxdə digər ləvazimatlar olmasına və onu özündən kənarlaşdırmaq məqsədilə bədəninin digər nahiyələrinə (əl, ayaq və sair) zərbə vura bilməsinin mümkünlüyünə baxmayaraq kəsici-deşici alət olan bıçaq götürməklə qısqanclıq üzündən onu öldürməklə ondan qisas almaq məqsədilə ürək nahiyəsinə zərbə vurmasını qeyd etməyə kifayət qədər əsas verir (İttiham aktı). İbtidai istintaq orqanı, həmçinin Təqsirləndirilən şəxs əməlində zəruri müdafiə həddini aşmaqla bağlı Azərbaycan Respublikası CM-də nəzərdə tutulan cinayət əməlinin tərkibinin olmaması qənaətinə gəlmiş və barəsində həmin xüsusatlarla bağlı cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə baxışı nəticəsində müəyyən edildi ki, ibtidai istintaq orqanı Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərkən qeyri-obyektiv olmuş, hüquqi nəticəni əsaslandırmamışdır. Hüquqi qiymətləndirmənin məzmunundan da göründüyü kimi, bu qiymətləndirmə heç bir hüquqi mənbəyə əsaslanmamış, yalnız cinayət işini istintaq etmiş və yekun nəticəyə gəlmiş şəxsin hüquq düşüncəsində ehtiva olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə ittiham irəli sürülərkən təqsirləndirilən şəxs qismində cəlb etmək barədə qərarın, həmçinin ittiham aktının nəticə hissəsində göstərilən ittihamın məzmununa cinayətin motivi olaraq Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs ilə aralarında yaranmış ailədaxili mübahisəni daxil etməklə kifayətlənmiş, ailədaxili mübahisənin nədən ibarət olması, zərər çəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zor tətbiq etməsi, ona bədən xəsarətləri yetirməsi barədə ümumiyyətlə bəhs edilməmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamın irəli sürə bilməsi üçün zərər çəkmiş Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum edilməsində qısqanclıq motivini hər yerdə bilərəkdən ön, sonuncunun ailə-uşağa baxmamasını, ailəyə lazım olan ərzaq və s. məhsulları almamasını, ailəyə nəvaziş göstərməməsini isə arxa plana çəkərək zərər çəkmişə qarşı qeyrisi tərəfindən deyil, arvadı tərəfindən edilmiş iradlara görə zərər çəkmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs döyüb xəsarət yetirməsinə sanki haqq qazandırmış, sonuncunun özünü müdafiə ilə bağlı konstitusion hüququnu isə bu hissədə hüquqsuz hala gətirmiş, ailə təsərrüfatının ər-arvad tərəfindən birgə idarə olunmalı olması, uşaqların saxlanılmasının valideynlərin həm borcu və həm də vəzifəsi olması barədə Azərbaycan Respublikasının Qanunlarının tələbləri bu qiymətləndirmənin məzmununa daxil edilməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Şahid1 məhkəməyədək icraat mərhələsində vermiş olduğu və məhkəmə baxışı zamanı tədqiq olunan ifadəsində «bildiyinə görə hadisə onlarla birlikdə yaşadıqları ünvan 4 ünvanında qızı Təqsirləndirilən şəxs və onun əri Zərərçəkmiş şəxs birgə yaşadığı evdə, 21 aprel 2021-ci il tarixdə, saat təxminən 20 radələrində baş vermiş, Zərərçəkmiş şəxs qızı Təqsirləndirilən şəxs tərəfindən bıçaqla bir dəfə sinə nahiyəsinə vurulmaqla ölürülmüş, bu barədə hadisədən dərhal sonra qızı Təqsirləndirilən şəxs ona məlumat verərək əri Zərərçəkmiş şəxs yaşadıqları evdə bıçaqla sinə nahiysindən vuraraq öldürdüyünü bildirmiş, onlar arasında qısqanclıq və ailə münaqişəsi zəminində dəfələrlə mübahisələr olmuş və hadisənin də məhz qızı Sevdanın əri Elvini qısqandığı üçün onu qəsdən öldürərək həyatdan məhrum etdiyini güman etmişdir» kimi bir fikir qeyd olunmuşdur(iş vərəqə: cild İ, səh. 32-37). Hansı ki, Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsində bu məzmunda fikir söyləmədiyini bildirmiş, ifadəsini oxumadan imzaladığını göstərmişdir. Məhkəmə baxışının gedişatında müəyyən edildi ki, yuxarıdakı abzasda qeyd olunan, lakin Şahid1 tərəfindən qəbul edilməyən həmin fikirlər həm də cinayt işinin ibtidai istintaqı mərhələsində iş üzrə şahid qismində dindirilmiş X2 və Şahid3 məhkəmə baxışı zamanı tədqiq olunan ifadələrində də sözbəsöz qeyd olunmuşdur. Hansı ki, məhkəmə baxışı mərhələsində baş vermiş cinayət hadisəsinin Təqsirləndirilən şəxs mərhum əri Zərərçəkmiş şəxs qısqanması səbəbindən, məhz qısqanclıq zəminində baş verməsini təsdiq edən, Təqsirləndirilən şəxs ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları isə təkzib edən hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, hadisəyədək son zamanlar mərhum əri Zərərçəkmiş şəxs narkotik vasitələrdən istifadə etməsindən şübhələnmişdir. Belə ki, sonuncu öz-özünə gah gülmüş, gah ağzından su gəlmiş, ailə başçısı kimi vəzifəsini icra etməməsinə irad bildirdikdə isə dərhal əsəbləşmiş, onu döymüş, ailə üzvlərinin ünvanına nalayiq söyüşlər etmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 22 aprel 2021-ci il tarixli, 40 saylı rəyi ilə təsdiq olundu ki, mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs qanda məhkəmə-kimya tədqiqatı nəticəsində tiryək qrupuna aid alkoloid aşkar edilmişdir, yəni mərhum zərərçəkmiş Zərərçəkmiş şəxs narkotik vasitələrin istifadəçisi olmuşdur. Bundan başqa, ibtidai istintaq orqanın yuxarıda qeyd olunan hüquqi qiymətləndirməsində “Təqsirləndirilən şəxs mətbəx qapısını kilidlə bağlamaqla qəsdin qarşısını almağa real imkanının olmasına baxmayaraq bunu etməməsi», “Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs silah qismində həyatı üçün təhlükə yarada bilən hər hansı bir alətdən istifadə etməmiş, ona əl-ayaq zərbələri ilə yetirdiyi xəsarətlər Təqsirləndirilən şəxs həyatı üçün heç bir təhlükə yaratmamışdır», “Təqsirləndirilən şəxs ərini ailə xərclərini ödəməyə qadir olmamaqda ittiham etməsi, evə və uşağa baxmamasına görə belə mübahisələrin əvvəllər də baş verməsi», «Təqsirləndirilən şəxs yaşadığı evə gedərkən azyaşlı uşağını (hadisə vaxtı on aylıq) özü ilə aparmayaraq atası evində saxlaması və evə gələndən sonra əri ilə mübahisəyə başlaması onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs əri ilə öz aralarında olan münasibətlərə aydınlıq gətirməyi əvvəlcədən planlaşdırmışdır” və s. kimi absurd ifadələrə rast gəlinir ki, bu cür yanaşma ibtidai istintaq orqanının qeyri-obyektivliyini və qərəzliliyini bir daha təsdiq edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə deyil, həmin 123.1-ci maddəsi ilə təqsirli bilinməklə barəsində ittiham hökmü çıxarılmalı və cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsi ilə nəzərdə tutulan əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun qeyd olunan maddə ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı işdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışı və s. müəyyən edmlişdir ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, barəsində hər hansı kateqoriyadan olan sinayət əməlinə görə cinayət təqibi başlanılmamış və aparılmamışdır (iş vərəqə: cild İİ, səh. 41). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində 01.06.2020-ci il tarixli bir nəfər azyaşlı uşağı vardır (iş vərəqə: cild İ, səh. 152). Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması nəzərə alınmalı, həmin əmələ görə nəzərdə tutulan cəzanın azadlıqdan məhrum etmə ilə yanaşı alternativ sanksiyalı olmasına baxmayaraq həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123.1-ci maddəsinin sanksiyası daxilində şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Lakin məhkəmə baxışının yekununda müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsi ilə təyin olunacaq cəzadan azad edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikasnın Milli Məclisi 5 noyabr 2021-ci il tarixdə «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 395-VİQR saylı Qərar qəbul etmiş, həmin qərar dərc edilmiş və qanuni qüvvəyə minmişdir. Həmin Qərarın 1.12-ci bəndinə əsasən qadınlar, 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, …. olan şəxslər, o cümlədən ….. müəyyən olunmuş şəxslər «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» 395-VİQR saylı Qərarın təsiri altına düşürlər. Həmin qərarın 9, 9.1-ci maddələrinin tələblərinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1 - 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). 395-VİQR saylı Qərarın 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü və 15.5-ci maddələrində nəzərdə tutulmuş ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin bir sıra həmin Qərarda konkret olaraq sadalanmış maddələrində nəzərdə tutulan cinayətlərə görə amnistiyanın tətbiqinə məhdudiyyətlər qoyulmuşdur ki, Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsi bu məhdudiyyətlər siyahısına daxil deyildir. Həmin Qanunun 28-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 44.2.2-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikası CM-nin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 39.1.12-ci maddəsi isə amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olması məsələsini tənzimləyir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasi Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli, 395-VİQR saylı Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından azad edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində amnistiya aktı tətbiq edilməklə Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından azad edilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş 29 aprel 2021-ci il tarixli həbs qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Məhkəmə işdə olan maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmaqla Bakı şəhəri Qaradağ rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd qara rəngli köynək, bir ədəd mayka və bir ədəd şalvar, məhkum Təqsirləndirilən şəxs məxsus bir ədəd jaket, habelə cinayətin aləti olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri kimi ekspertiza tədqiqatlarına sərf olunan 154,16 (yüz əlli dörd manat 16 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasi Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli, 395-VİQR saylı Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə təyin edilmiş cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Qaradağ rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçə, bir ədəd qara rəngli köynək, bir ədəd mayka və bir ədəd şalvar, məhkum Təqsirləndirilən şəxs məxsus bir ədəd jaket, habelə cinayətin aləti olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı bir ədəd mətbəx bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri - ekspertiza tədqiqatlarına sərf olunan 154,16 (yüz əlli dörd manat 16 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar