Məhkəmə qərarları › İş №1(101)-1493/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1493/2022

02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1493/2022 02.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X2 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs – (xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 21,985 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, istifadəsi və satışında şübhəli bilindiyi üçün 15 mart 2022-ci il tarixdə saat 13:10 radələrində Bakı şəhəri, Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanda yerləşən yaşadığı evin qarşısında saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Suraxanı RPİ-nin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 07 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,052 qram, 4,398 qram, 4,170 qram, 4,752 qram, 2,001 qram, 2,027 qram, 1,585 qram, ümumi təmiz çəkisi 21,985 qram xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ağrılarına görə hərdən narkotik vasitə olan heroindən istifadə etmişdir. Həmin narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində “Şöşi” ləqəbli, adını “Rəşad” kimi təqdim edən şəxsdən almışdır, ancaq həmin şəxsin konkret olaraq soyadını, adını və ata adını, eyni zamanda ünvanını bilməmişdir. 15 mart 2022-ci il tarixdə günorta radələrində polis əməkdaşları onu yaşadığı evdən götürüb polis idarəsinə aparmışlar. Həmin vaxt onun öz istifadəsi üçün saxladığı 1 qram narkotik vasitə üzərində olmuşdur. Polis əməkdaşları onun üzərinə 20 qram da narkotik vasitə qoyub demişlər ki, göstəriş var ki, sən içəri getməlisən və ona təzyiq göstərib bildirmişlər ki, video çəkiliş zamanı həmin 21 qram narkotik vasitəni təqdim etməlidir. O da məcbur olub Suraxanı RPİ-nin inzibati binasında üzərində şəxsi axtarış zamanı həmin narkotik vasitəni çıxarıb təqdim etmişdir. O, narkotik vasitələrdən istifadə etsə də, heç vaxt heç kimə narkotik vasitə satmamışdır və ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Tanışı Xəyal adlı şəxs və o, narkotik vasitə istifadə etdikləri üçün biri-birlərinə narkotik vasitə vermişlər. Xəyal ondan bir dəfə ağrıları olduğuna görə narkotik vasitə istəmiş, o da Xəyala yazığı gəldiyi üçün əvəzsiz olaraq pay kimi narkotik vasitə heroin vermişdir. Xəyalın da konkret olaraq soyadını, ata adını, eyni zamanda yaşadığı ünvanını bilməmişdir. Onların evində heç bir axtarış aparılmamışdır. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, təxminən 4 ildir ki, narkotik vasitələrin heroin kimi tanıdığı növündən istifadə edirmiş. Narkotik vasitəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alıb istifadə edirmiş. Sonuncu dəfə 14 mart 2022-ci il tarixdə Suraxanı rayonu, Bülbülə qəsəbəsində “Şöşi” ləqəbli Rəşad adlı şəxsdən 50 manata öz istifadəsi üçün 07 büküm narkotik vasitə heroin almış və aldığı narkotik vasitəni daha sonra istifadə etməsi üçün üzərində saxlamışdır. 15 mart 2022-ci il tarixində saat 13 radələrində yaşadığı evin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlalaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və ondan şəxsiyyəti barədə maraqlanmışlar. O da özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdiir. Polis əməkdaşları ona narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yaradığını bildirərək onu Suraxı RPİ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nə gəlmişdir. Suraxanı RPİ-də şəxsiyyəti müəyyən olunduqdan sonra hüquq və vəzifələri izah olunmuş və müdafiəçi dəvət edilmişdir. Daha sonra polis əməkdaşları video çəkiliş aparmaqla üzərinə baxış keçirimişlər. O, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 07 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş büküm açılaraq işərisində baxıldıqdan sonra həmin 07 bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsini soruşmuşlar. O da həmin 07 ədəəd buükümün içərisində heroin kimi tanıdığı narkotik vasitə olduğunu “Şöşi” ləqəbli Rəşad adlı şəxsdən 50 manata öz şəxsi istifadəsi üçün alıb sonra istafdə etməsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra 07 ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ilkin ifadəsini təsdiq etmədiyini, həmin ifadələri polis işçilərinin təzyiqi altında verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 mart 2022-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin göstərişi əsasında özünün və Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra həmin tarixdə saat 13:10 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanın qarşısında tərəflərindən saxlanılmış və Suraxanı RPİ-nə gətirilmişdir. Suraxanı RPİ-nin 13-cü PB-nin baş təhqiqatçı, polis kapitanı Sail Hacıyev tərəfindən Təqsirləndirilən şəxs dövət hesabına müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra Suraxanı RPİ-nin inzibati binasında xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “KGTEL” markalı “E-1200” modelli mobil telefonu və əynindəki şalvarının sol yan cibindən 07 ədəd sellofan bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükümlər baş təhqiqatçı tərəfindən açılmış, bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli, tozşəkilli maddələr aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 07 ədəd sellofan bükümlərdə olan maddələrin “Kakos” olduğunu, həmin bükümlərdəki narkotik vasitəni bir gün əvvəl qonşuluğunda yaşayan “Şöşi” ləqəbli “Rəşad” adlı şəxsdən özü istifadə etmək məqsədilə 50 manata aldığını, eyni zamanda aldığı narkotik vasitədən tanışı “Xəyal” adlı şəxsə verdiyini bildirmişdir. Aşkar edilmiş maddələr zərfə qoyularaq möhürlənmiş, keçirilmiş baxışla bağlı videoçəkiliş aparılmış, protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işində olan 15 mart 2022-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və həmin protokola əlavə edilmiş CD diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan bir ədəd “KGTEL” markalı “E-1200” modelli mobil telefon, əynindəki şalvarınıın sol yan cibindən 07 ədəd sellofan bükümlər və qeyd olunan 07 ədəd bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli, tozşəkilli maddə aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 07 ədəd sellofan bükümlərdə olan maddələrin “Kakos” olduğunu, həmin bükümlərdəki narkotik vasitəni bir gün əvvəl qonşuluğunda yaşayan “Şöşi” ləqəbli “Rəşad” adlı şəxsdən özü istifadə etmək məqsədilə 50 manata aldığını, eyni zamanda aldığı narkotik vasitədən tanışı “Xəyal” adlı şəxsə verdiyini bildirmişdir. Cinayət işində olan 16 mart 2022-ci il tarixli «mobil telofona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “KGTEL” markalı “E-1200” modelli mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat aşkar edilməmişdir. Cinayət işində olan iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 16 mart 2022-ci il tarixli 6/1509 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №45” dairəvi möhür əksi olan “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 7 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 3,052 qram, 4,398 qram, 4,170 qram, 4,752 qram, 2,001 qram, 2,027 qram, 1,585 qram, ümumi təmiz çəkisi 21,985 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının 07 aprel 2022-ci il tarixli 1670 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanırayon Məhkəməsinin 17 mart 2022ci il tarixli 4(010)-161/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 mart 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, İslamov X1 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15(on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il 6 (altı) ay islah işləri cəzasına məhkum olunmuş, “08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında”AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.8ci bəndinin təsiri altına düşdüyü üçün Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4-cü maddəsində göstərilmişdir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutlan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsini, narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsini əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 21,635 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanış üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, istintaq zamanı maddi sübut olaraq Suraxanı RPİ-nin maddi sübutların saxlanılması anbarına verilmiş tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 21,635 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi görüntüsü olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 15 mart 2022ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan 15 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq istintaq zamanı maddi sübut olaraq Suraxanı RPİ-nin maddi sübutların saxlanılması anbarına verilmiş tədqiqata sərf edildikdən sonra qalıq qalmış ümumi təmiz çəkisi 21,635 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsini əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar