Məhkəmə qərarları › İş №1(101)-1493/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1493/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1493/2023 17.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X20 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi: Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1967-ci ildə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Rusiya Federasiyasının Moskva şəhəri, Yujnoye Butovo küçəsi, ev 69, mənzil 51 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 12.1, 279.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən təqsirli bilinmişdir ona görə ki, o, Şahid2, Şahid3, Şahid1 və digər Azərbaycan Respublikasının vətəndaşları ilə cinayət əlaqəsinə girərək, İran İslam Respublikasının ərazisində olan Azərbaycan Respublikasının vətəndaşı X7 və digərlərinin təşkilatçılığı ilə yaradılan, İran İslam Respublikası və Suriya Ərəb Respublikası ərazilərində həmin dövlətlərin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmiş və həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs İran və Suriya dövlətləri ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək məqsədilə 2016-cı ilin əvvəllərində Rusiya Federasiyasından İran ərazisinə keçmiş, İran İslam Respublikasının ərazisində Azərbaycan Respublikasının vətəndaşı X7 və digərlərinin təşkilatçılığı və rəhbərliyi ilə yaradılmaqla, eyni zamanda fəaliyyətini Suriya ərazisində həyata keçirən Şahid3, Şahid2, Şahid1 və digər azərbaycanlılardan ibarət «Hüseyniyun» adlı qanunsuz silahlı birləşmənin tərkibinə daxil olmuş və həmin dövlətlər və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmiş, həmin cinayət əməllərinə görə xarici dövlətdə məhkum olunmamışdır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 12.1, 279.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəməyə təqdim edilmiş sübutlar məhkəmə baxışında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etməklə Azərbaycan Respublikası CM-nin 12.1, 279.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ali təhsillidir, 2016-2017-ci illərdə dövlətlər arasında münasibətlər indiki kimi olmamış, hətta BMT-də iştirak edən bütün dövlətlər İŞİD-i düşmən birləşmə kimi qəbul etmişlər. Onun da əməlləri terror qrupuna qarşı olmuşdur. Onun yaşayış tərzi normal olmuş, pula ehtiyacı olmamış, bu hərəkəti etməyi bir dindar şəxs kimi özünə vəzifə bilmişdir. Çünki bu məhkəmədən sonra onları Allahın məhkəməsi gözləyir. O, imamların qarşısında utanmaq istəməmişdir. İŞİD Azərbaycanın daxil olduğu «kafir dövlətlər» adlı bir siyahı hazırlamış, «Şiələrin qanları, malları halaldır» kimi iddiaları olmuş, xanım Zeynəbi, xanım Rüqəyyanı qəbirdən çıxarıb qaralamaq istəmişlər. O da qeyrətinə sığışdırmadığı üçün mübarizə aparmaq məqsədi ilə Suriya Ərəb Respublikasına getmişdir. Lakin törətdiyi əməlin cinayət olduğunu bilməmiş, sadəcə orada İŞİD-ə qarşı döyüşməyi özünə vəzifə borcu bilmişdir. Eyni zamanda dövlətin qanunlarını da pozduğunu təsdiqləyir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun Qum şəhərində yaşayan tanışı var, Raqif adlı Moskvada da tanışı var, ona demişdir ki, Vüsal adlı şəxs vasitəsilə getmək olar. O da Vüsala zəng etmiş, getməyin mümkün olduğunu öyrənmişdir. Sonra qərara alıb Həzrəti Zeynəbin müdafiəsi üçün Qum şəhərinə getmişdir. İŞİD-ə qarşı vuruşmaq, onların hücumlarından mühafizə olunmaq üçün orada olmuşdur. Moskva şəhərindən təyyarə vasitəsilə Tehran şəhərinə getmiş, ən axırda isə Dəməşq şəhərinə getmişdir. Orada «Hüseyniyun» adlı qruplaşma yaradılmış, İŞİD-ə qarşı vuruşmuşlar. Silahları Suriya dövləti vermiş, orada hamını silahla təmin etmişlər. Onun 45 gün-2 aylıq təlim müddəti başa çatmış və döyüşdə iştirak etmədən geri qayıtmışdır. O, sadəcə təlimlərdə iştirak etmiş, döyüşdə olmamışdır. Həmin qruplaşmanı kimin maliyyələşdirdiyini bilməmiş, çünki o, oradan maliyyə dəstəyi almamışdır. “Hüseyniyun” adlı qruplaşmanın rəhbəri Tohid İbrahimli olmuş, qruplaşma yalnız azərbaycanlılardan ibarət olmuşdur. Oradakı azərbaycanlılardan Tohid, Musa, Rəşad və Yunis adları yadındadır. O, təlimlərdə iştirak edən zaman 49 yaşı olmuş, hazırda törətdiyi əməldən peşmandır, belə ki, o, qanunun tələblərini pozduğunu bilmədiyi üçün həmin qruplaşmanın təlimlərinə qoşulmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, sonuncu tədqiq olunan həmin ifadəsində əsasən məhkəmədəki ifadəsinə uyğun ifadə versə də, Suriya Ərəb Respublikasına getdiyi şəxslər, bunun üçün ona kömək etmiş qeyriləri, Suriyadakı silahlı quruplaşma üzvləri barədə daha detallı ifadə vermişdir. Belə ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2001-ci ildən islam dininin şiə məzhəbi üzrə dini ibadətlə məşğul olur, həmin vaxtlar işlədiyi bazarda ətrafında olan şiə məzhəbli dindar insanları görərək namaz qılmaq qərarına gəlmiş və hazıradək eyni məzhəb üzrə dini ibadətlə məşğul olur. Moskvada islam dininin şiə məzhəbi üzrə namaz qılan, ibadət edən insanların sayı kifayət qədər çox olmuşdur. Moskva şəhərində «Prospekt Mir» və «Otradnaya» adlı məscidlərdə də ibadətlə məşğul olmuş, onunla birlikdə orada namaz qılan əslən azərbaycanlı şəxslər də olmuşdur ki, onlarla münasibəti hər zaman normal olmuşdur. 2007-ci ildə Moskvada onunla birlikdə dini ibadət edən şəxslərdən biri, əslən Bakı şəhərindən olan, Moskva şəhərində yaşayan, təxminən 1990-cı illərin sonlarında İranın Qum şəhərində dini təhsil almış Hacı Asif adlı şəxsin dəvəti ilə Həcc ziyarətində olmuşdur. Daha sonra 2008 və təxminən 2013-cü illərdə hazırda yadında olmayan təxminən 7-8 nəfər Moskva şəhərində işləyən əslən azərbaycanlı şəxslərlə birlikdə ziyarət məqsədilə İran İslam Respublikasının Qum və Məşhəd şəhərlərində olmuşdur. 2016-cı ilin aprel ayında onunla birlikdə «Moskva Ticarət Mərkəzi» adlı bazarda xırda ticarətlə məşğul olan, əslən Gəncə şəhərindən olan, 43-45 yaşlarında, orta boylu, ağbəniz, seyrək saçlı, «Süleyman» dini təxəllüslü Raqif adlı şəxs ona Suriya ərazisində «Xanım Zeynəb» və «Xanım Rüqəyya»nın ziyarətgahlarını ziyarət etmək və həmin ziyarətgahları «İŞİD» terrorçularından qorumaq üçün mübarizəyə qatılmaq məqsədilə əvvəlcə İranın Qum şəhərinə getmək və oradan Suriya ərazisinə gedib mübarizəyə qoşulmaq barədə təklif etmişdir. O isə bir müsəlman kimi «Süleyman» dini təxəllüslü Raqif adlı şəxsin təklifini yaxşı dəyərləndirib razılıq vermişdir. Qeyd edir ki, həmin təklif onun ürəyincə olmuş, çünki həmin ərəfələrdə “İŞİD” terrorçuları guya X17 Zeynəbin qəbrini açaraq alçaldıcı hərəkətlər edəcəkləri barədə təhdid dolu sujetlər hazırlayıb müxtəlif internet platformalarında yerləşdiribmişlər. O hal bütün şiə məzhəbli müsəlmanlar kimi onu da çox narahat etmişdir. O fikirləşmişdir ki, gələcəkdə nə vaxtsa haqq dünyasına gedəndə orada ondan həmin təhdidlərə bir müsəlman kimi reaksiyasının nə olduğunu sorğu-sual edəndə nə cavab verər, ona görə də ona edilən təklifi səmimi qəlbdən qəbul etmişdir. Beləliklə, razılığını Raqifə bildirdikdən təxminən 1 ay, ay yarım sonra, yəni 2016-cı ilin təxminən may-iyun aylarında o, qabaqcadan Raqifə məlumat verərək təyyarə vasitəsilə X15 şəhərinə getmiş, Tehran hava limanında onu tanımadığı bir nəfər şəxs qarşılamışdır. Həmin şəxsi o, heç vaxt görməmiş, lakin bilirmiş ki, həmin şəxs Raqifin İranda olan əlaqələrinə məlumat verməyi nəticəsində sonuncuların tapşırığı əsasında onu qarşılamışdır. Həmin şəxs onu öz avtomobili ilə İranın Qum şəhərinə aparmış, orada onu «Muxtar» ləqəbli Şahid7 adlı şəxs qarşılamış və sonuncu onu həmin şəhərin Zəmbilabad qəsəbəsində iki mərtəbədən ibarət bir evə gətirmişdir. Həmin evdə o, «Musa» ləqəbli Rövşən, «Əlirza» ləqəbli Nurlan adlı şəxs, «Cavad» ləqəbli Orxan, «Miqdad» ləqəbli Pərviz adlı şəxs, «Muxtar» ləqəbli Şahid7, «Nasir» ləqəbli Rəşad adlı şəxs, «Abdullah» ləqəbli Elçin adlı şəxs, əslən Şəmkir rayonundan olan «Salman» ləqəbli Taleh adlı şəxs, əslən Sumqayıt şəhərindən olan «Əbdülrəhman» ləqəbli İbrahim adlı şəxs və «Müslim» ləqəbli Yunis Səfərovu görmüşdür. Qeyd edir ki, həmin ev İranın Qum şəhərində yaşayan, əslən Cəlilabad rayonundan olan İsgəndər Hüseynova məxsus ev olmuşdur. Adlarını qeyd etdiyi həmin şəxslərdən «Əlirza» ləqəbli Nurlan adlı şəxslə Moskva şəhərində bir bazarda işləmiş, «Musa» ləqəbli Rövşən adlı şəxsi, «Salman» ləqəbli Taleh adlı şəxsi və «Müslim» ləqəbli X18 şəhərində ibadət etdiyi məscidlərdən birində görüb tanımış, «Nasir» ləqəbli Rəşad adlı şəxsi isə Gəncə şəhərindən tanıyırmış və onlarla münasibəti var imiş. Qeyd edir ki, onun özünün dini ləqəbi «Təqi» olmuşdur. Bir neçə gündən sonra ona xatırlamadığı yuxarıda adların qeyd etdiyi şəxslərdən biri həmin evin ikinci mərtəbəsində gizli toplantı keçiriləcəyini və onun da həmin toplantıda iştirakının vacibliyini ona demişdir. Toplantı həmin evin ikinci mərtəbəsindəki otaqların birində keçirilmişdir. Həmin gizlin toplantıda ondan başqa «Musa» ləqəbli Rövşən, «Əlirza» ləqəbli Nurlan adlı şəxs, «Cavad» ləqəbli Orxan, «Miqdad» ləqəbli Pərviz adlı şəxs, «Muxtar» ləqəbli Şahid7 adlı şəxs, «Nasir» ləqəbli Rəşad adlı şəxs, «Abdullah» ləqəbli Elçin adlı şəxs, «Əbdülrəhman» ləqəbli İbrahim adlı şəxs və «Müslim» ləqəbli Yunis Səfərov iştirak edirmişlər. Hamısı masa arxasında əyləşdikdən sonra əvvəlcədən Moskvada dini tədbirlərdə iştirak edən mömin kimi tanıdığı Tohid İbrahimbəyli adlı şəxs toplantının olduğu yerə daxil olaraq masanın başında əyləşmiş və onlarla tanış olmağa başlamışdır. Tanış olduqdan sonra Tohid İbrahimbəyli toplantıda dini mövzuda söhbət etmiş və sonra toplantıda iştirak edən şəxslərin Suriya Ərəb Respublikası ərazisində «İŞİD» qruplaşmasına qarşı aparılan hərbi təlimlərdə və təlimlər bitdikdən sonra hərbi əməliyyatlarda iştirak edəcəklərini bildirmişdir. Daha sonra X10 ərazisində mübarizənin aparılmasının vacibliyini onlara izah etməyə başlamış, Suriya ərazisində «Xanım Zeynəb» və «Xanım Rüqəyya»nın ziyarətgahlarını «İŞİD» terrorçularından qorumaq üçün mübarizəyə qatılacaqlarını, onun üçün onların İran tərəfindən Suriya ərazisinə aparılmalarının təmin olunacağını bildirmişdir. Tohid İbrahimbəyli həmin gizlin toplantıda həmçinin bildirmişdir ki, Suriya ərazisində müxtəlif müsəlman dövlətlərinin, o cümlədən Əfqanıstan və Pakistandan olan şiələr özlərinin təşkilatlarını çoxdan yaradıblar və həmin təşkilatın üzvləri Suriya ərazisində şiələrin müqəddəs hesab etdikləri ziyarətgahları qorumaq üçün oraya gəliblər, təlimlər keçiblər və döyüş əməliyyatlarında iştirak edirlər. Azərbaycanlılardan ibarət isə belə bir təşkilat olmadığı üçün o, «Hüseyniyun» təşkilatının yaradıldığını və həmin təşkilata özünün rəhbərlik etdiyini, özü tərəfindən Suriyaya göndəriləcək şəxslərin hamısının «Hüseyniyun» təşkilatının üzvü olduqdan sonra Suriyaya aparılacaqlarını bildirmişdir. Tohid İbrahimbəylinin danışmasından başa düşmüşdür ki, «Hüseyniyun» təşkilatının maliyyələşməsi İranda yaşayan imkanlı şəxslərin, həmçinin Tohid İbrahimbəylinin yaxın əlaqələrinin olduğu İranın xüsusi xidmət orqanı olan «SEPAH»ın hesabına aparılır və ondan sonra da aparılacaqdır. X3 yaxınlıq etdiyi şəxslərdən «Musa» ləqəbli Rövşən və «Cavad» ləqəbli Orxan olmuşdur. Hiss etmişdir ki, sonuncularla Tohid İbrahimbəylinin münasibəti digərləri ilə müqayisədə daha yaxşıdır. Toplantı başlamamışdan əvvəl toplantıya yığışmış şəxslərə elan ediblər ki, hər bir şəxs barədə anket-blanklar tərtib olunacaq və orada onlar özləri haqqında məlumatları bildirməlidirlər. Orada iştirak edən şəxslərdən biri fars dilində hər bir toplantıya yığışmış şəxsdən bir-bir soruşaraq blankları doldururmuş. Həmin blankları toplayıb sonda özündə saxlayan Rövşən olmuşdur. Hətta onlar həmin məqsəd üçün fotoşəkillərini çəkdirmişlər və həmin fotoşəkilləri də Rövşənə veriblər ki, blankın küncünə yapışdırsın. Toplantıda iştirak edən adlarını sadaladığı şəxslərin adlarına verilmiş pasportlar yığılaraq Tohid İbrahimbəyliyə təhvil verilmişdir. Tohid İbrahimbəyli isə təxminən bir həftə ərzində Suriyaya gedəcəklərini onlara demişdir. 2016-cı ilin Ramazan ayının, yəni orucluq ayının 01-də o, Tohid İbrahimbəyli, «Musa» ləqəbli Rövşən, «Əlirza» ləqəbli Nurlan adlı şəxs, «Cavad» ləqəbli Orxan, «Miqdad» ləqəbli Pərviz adlı şəxs, «Muxtar» ləqəbli Şahid7, «Nasir» ləqəbli Rəşad adlı şəxs, «Abdullah» ləqəbli Elçin adlı şəxs, «Əbdülrəhman» ləqəbli İbrahim adlı şəxs və «Müslim» ləqəbli X22 şəhərindən təyyarə ilə Suriya Ərəb Respublikasının Dəməşq şəhərinə uçmaq üçün Qum şəhərinin hava limanına getmişlər. Hava limanına gedərkən yolda Tohid İbrahimbəyli onlara pasportlarını deyil, həmin pasportlar əsasında xüsusi qaydada hazırlanmış şəxsiyyətlərini təsdiq edən sənədlər vermişdir ki, həmin sənəddən istifadə etsinlər. Həmin sənəddə hər kəsin adı və soyadı olduğu kimi yazılmamışdır. Məsələn, onun özünün ad və soyadı «Yusifi Rəşid» kimi qeyd edilmişdir, digərlərinin də həmçinin. Qum şəhərində Tohid İbrahimbəylinin və onların olduqları «Hyundai» markalı mikroavtobus tipli nəqliyyat vasitəsi Qum hava limanına arxa girişindən hava limanı ərazisinə daxil olmuşdur. Orada onlar xüsusi yoxlama aparatlarına yaxınlaşmış və sumkalarını aparatdan keçirmişlər. Onların keçdikləri yerdə başqa heç kim, yəni digər sərnişinlər olmamışdır. Sərnişinlər keçən yer hava limanının digər rəsmi hissəsində olmuşdur. Onlar isə hava limanına arxa tərəfdən daxil olmuşlar. Hava limanında xidmət aparan əməkdaş onların, yəni Suriyaya gedən şəxslərin heç birinin sənədlərinə baxmamış və sadəcə çantalarını aparatdan keçirmişdir. Daha sonra Tohid İbrahimbəyli, o və adlarını sadaladığı şəxslər hava limanının gözləmə salonuna, hamının olduğu yerə qalxmışlar. Orada təxminən bir-iki saat gözlədikdən sonra onları təyyarəyə gətirmişlər. Təyyarəyə mindikdən sonra müşahidə etmişdir ki, həmin təyyarə xüsusi bir təyyarə olmuş, çünki həmin təyyarədə heç bir qadın, uşaq, qoca və yaşlı qadın olmamışdır. Təyyarədəkilərin hamısı cavan oğlanlar olmuş, onların bir qismi İraq ərəbləri olmuşdur. Sonuncular da onlar kimi Suriya ərazisinə hərbi təlimlərdə və hərbi əməliyyatlarda iştirak etmək üçün Suriyaya uçmuşlar. Təyyarədə təxminən 100 nəfər olmuşdur. Təyyarə ilə təxminən iki saat uçmuşlar. Dəməşq hava limanına endikdən sonra orada onları sonradan İran xüsusi xidmət orqanı olan «SEPAH»ın əməkdaşı kimi tanıdığı «Əbu Əmin» adlı şəxs qarşılamışdır. Sonuncu X12 ilə görüşmüş və görüşmələrindən hiss olunmuşdur ki, həmin şəxsin Tohid İbrahimbəyli ilə münasibətləri yaxşı olmuş, əvvəldən bir-birilərini tanımışlar. Hava limanından təxminən 20 dəqiqə yol qət etdikdən sonra bir ünvana gəlmişlər. Həmin həyətin sahəsi geniş olmuş və orada yaşayış üçün nəzərdə tutulmuş evlər olmuşdur. Onlar həmin evlərdən birində təxminən bir həftə qalmışlar. Yeyibiçməklərini orada yaşayan ərəblər gətirmişlər. Təxminən bir həftədən sonra onun, «Musa» ləqəbli Rövşən, «Əlirza» ləqəbli Nurlan adlı şəxs, Orxan, «Miqdad» ləqəbli Pərviz adlı şəxs, «Muxtar» ləqəbli Mehdi adlı şəxs, «Nasir», «Abdullah», «Əbdülrəhman» və «Müslim» ləqəbli Yunis Səfərovun iştirakı ilə hərbi təlimlərə başlamışlar. Təlimdə 20 gün olmuşlar. Həmin təlimdə onlara nəzəri cəhətdən hərbi sahə ilə bağlı məsələləri öyrətmişlər. Təlim keçən şəxslərin ikisi fars, biri iran azərbaycanlısı, ikisi isə milliyyətcə ərəb olmuşlar. Təlimlər yaşadıqları evdən təxminən 40 dəqiqəlik yolu olan başqa bir ərazidə, kazarma tipli yerdə keçirilmişdir. Hər gün onları mikroavtobusla aparıb-gətirmişlər. Təlimlər saat 09:00-da başlamış, zöhr namazınadək, yəni 13:00-dək davam etmişdir. Saat 17-18 radələrinədək istirahət verilmiş, sonra isə saat 21:00-dək hərbi təlimlərlə bağlı dərslər davam etmişdir. Təlimlərin ilk 20 günü nəzəriyyəyə aid olmuş, hərbi təlimlərdə onlara topoqrafik xəritələrdən, müxtəlif odlu silahlardan istifadə qaydalarını, göy səmasında ulduzlar vasitəsilə coğrafi koordinatların istiqamətlərinin müəyyən edilməsi qaydalarını, kəşfiyyatın aparılması, hərbi əməliyyatlar zamanı döyüşməyin taktikasını öyrətmişlər. Odlu silahlardan əsasən, «Kalaşnikov» tipli avtomatdan, qranatamyotdan və pulemyotdan istifadəni daha çox öyrətmişlər. Təlim keçən şəxslərin dediklərini isə dəftərə yazmış və qaldıqları yerdə hər gün üçün yazdıqlarını təkrarlamışlar. Təlimə başlamamışdan əvvəl onların hər birinə hərbi forma vermişlər və onlar hamısı həmin formada iştirak etmişlər. Formadan başqa hər birinə «Kalaşnikov» tipli avtomat silahı vermişlər, hamısı həmin silahsursatı özləri ilə daşıyaraq gəzdirmişlər. Yaşadıqları, yəni qaldıqları yerə də həmin silahsursatla gedib-gəlmişlər. Təlim başlamamışdan əvvəl hər birinə verilmiş silah-sursatın qeydiyyatı aparılmış və hər biri silah-sursatı təhvil almaqları barədə qeydlər etmiş və imzalamışlar. Tohid İbrahimbəylidən başqa hamısında silah-sursat olmuşdur. Tohid İbrahimbəyli isə yalnız hərbi geyim formasında olmuşdur. Təlim vaxtı təxminən 3-4 dəfə silahdan atəş açmaq üçün paliqona aparmışlar və orada silahlardan atəşlər açmışlar. Təxminən 20 gündən sonra Tohid İbrahimbəyli və Əbu-əmin ləqəbli «Sepah» əməkdaşı elan etmişlər ki, artıq təlimin nəzəriyyə hissəsi yekunlaşıb və yaxın günlərdə qruplar şəklində döyüşlərin aparıldığı ərazilərə göndəriləcəklər. Təlimlər yekunlaşdıqdan təxminən 3-4 gün sonra Tohid İbrahimbəyli və Əbu-əmin başda olmaqla o və adlarını qeyd etdiyi şəxslər hərbi yük təyyarəsi ilə Suriyanın Hələb şəhərinə uçmuşlar. Hələb şəhərində onları iki mərtəbədən ibarət bir evə aparmışlar. Orada elan etmişlər ki, oraya gəldikləri tərkibdə olan şəxslər 3-4 nəfər şəklində döyüşlərin aparıldığı ərazilərə kəşfiyyata aparılacaqlar. İlk öncə isə iranlı, adını bilmədikləri kəşfiyyatçı onlara kəşfiyyat sahəsində məsələləri öyrətmişdir. Əsasən ərazilərin və coğrafi koordinatların mobil telefon aparatına yüklənmiş proqram vasitəsilə müəyyən edilməsinin mənimsənilməsi ilə bağlı dərs demişdir. Sonra qruplara bölünmüşlər və o, Yunis Səfərov, Orxan və Hələbdə görüb tanıdığı azərbaycanlı olan Müştəba ləqəbli şəxslə birlikdə hərbi forma, silah-sursatla təchiz olunmuş şəkildə Hələb şəhərində adını hazırda xatırlamadığı məntəqəsində üz-üzə dayanmış İŞİD qüvvələrinə qarşı kəşfiyyat işlərini aparmaq üçün əməliyyata yollanmışlar. Orada onları ərəblərdən ibarət başqa bir qrupa qoşmuşlar ki, onlarla birlikdə kəşfiyyat işlərini aparsınlar. Sonradan başa düşmüşlər ki, onları o kəşfiyyata yollamaqlarının əsas məqsədi kəşfiyyatla bağlı nəzəri cəhətdən öyrədilən məqamları praktik şəkildə görmək, kəşfiyyat işinin aparılmasının psixoloji tərəfini hiss etmək, gecənin vahiməsini, üz-üzə dayanmış düşmənin varlığını hiss etmək olmuşdur. Onların qrupundan lap qabaqda isə ərəb milliyyətindən olan kəşfiyyat qrupları getmişlər. Təxminən 2-3 saat kəşfiyyat işlərini apardıqdan sonra onlar yenidən qaldıqları evə qayıtmışlar. Növbəti gün isə başqa şəxslər qruplar şəklində gedib-gəlmişlər. Müştəbanı o, bir dəfə Hələbdə görmüş, bir dəfə isə Dəməşqdə Hələbdən qayıdandan sonra məskunlaşdıqları məhəllədə görmüşdür. Hələb şəhərində getdikləri qrupun döyüş bölgələrində kəşfiyyat işləri yekunlaşdıqdan sonra onlar yenidən təyyarə ilə Dəməşq şəhərinə qayıtmışlar. Dəməşq şəhərində bir həftə ərzində onu, Musa və Yunis Səfərovu ərəb konstruktor müəyyən ərazilərin çəkilişlərini aparmaq üçün uçuş aparatı olan kvadrakopterlə davranma qaydalarını öyrətmişdir. Hətta praktik olaraq Dəməşqdə yaşadıqları evin damına çıxıb orada istifadə etmişlər. Dəməşqdə olan “SEPAH”ın generalı kimi təqdim edilən Əsəd adlı şəxs onları ziyarət etmiş və səhv etmirsə həmin gün dini cəhətdən hansısa müqəddəs bir gün olmuş, Əsəd adlı şəxs orada onların hər birinə 50 ABŞ dolları məbləğində pul paylamışdır. Həmin şəxs orada ümumi mövzularda onlarla bir qədər söhbət etdikdən sonra çıxıb getmişdir. X9 və Abu-əmin yenidən bölgülər aparmışlar və onları döyüş aparılan ərazilərə göndərməyə başlamışlar. O, Yunis Səfərov, Abdullah, Əlirza, Tohid, Əbu-əmin və Musa hərbi formalarda, onlara təhkim edilmiş silah-sursatlarla birlikdə Suriyanın Palmira şəhərinə getmişlər. Digər uşaqları isə başqa bölgəyə yollamışlar, lakin onların haraya getmələrini xatırlamır. Tohid İbrahimbəylidən başqa hamısının silah-sursatları olmuşdur. Əbu-əmində isə tapança silahı olmuş, üstündə gəzdirmişdir. O, Palmira şəhərində 3-4 dəfə gecəgörmə cihazları vasitəsilə İŞİD qüvvələrinə nəzarət etmək üçün postlara çıxmışdır. Onunla birlikdə Yunis Səfərov, Əlirza, Abdullah və Musa olmuşdur. Axşam düşən kimi Palmirada məskunlaşdıqları evin qarşısına xüsusi avtomaşın gəlmiş və onları həmin avtomaşınla döyüşlərin getdiyi ərazi istiqamətində dislokasiya olunmuş postlarda düşürtmüşlər. Həmin postlarda xüsusi hərbi texnika olmuş, həmin texnikanın üst hissəsinə xüsusi qaydada quraşdırılmış gecəgörmə cihazları vasitəsilə düşmən tərəfə nəzarət etmişlər. Hərbi texnikanın içərisində isə gecə görmə cihazına birləşik halda monitor fəaliyyət göstərmişdir. Postlara gündə biri çıxmış, postdakı xidməti suriyalı ərəblərlə aparmışlar. Özü 3-4 dəfə posta çıxmışdır. Palmira şəhərində olduqları müddətdə bir dəfə onları hərbi əməliyyatları əyani şəkildə görmək üçün hansısa yaşayış məntəqəsinə aparmışlar. Həmin yaşayış məntəqəsində İŞİD qüvvələrinin nəzarəti altında olan adını xatırlamadığı bir dağ və yaxud təpə olmuşdur. Onlara qarşı döyüş aparıb həmin yüksəkliyi almaq lazım olmuş və onun üçün də oradakı hücum səhnəsini gözləri ilə görmək üçün oraya aparmışlar. Gecə saatları olmuş, bir qədər keçmiş əfqan şiyələrinin təşkilatı olan «Fatimiyun»un üzvləri hücuma keçmiş və gecədən başlayaraq günorta saatlarınadək davam edən döyüş nəticəsində həmin yüksəklik İŞİDdən azad edilmişdir. Lakin bir gün sonra eşitmişlər ki, həmin yüksəklik yenidən İŞİD qüvvələri tərəfindən geri alınmışdır. Palmira şəhərində qeyd etdiyi azərbaycanlı şəxslərdən başqa daha iki nəfəri görmüş, onlardan birinin adı və yaxud ləqəbi Əli olmuş, Əli dediyi şəxs Azərbaycanın Lənkəran şəhərindən olan, təxminən 24 yaşlı, orta boylu, nisbətən dolu bədən quruluşlu, qarayanız, rus-fars dilləri üzrə tərcüməçi kimi də fəaliyyət göstərən, Qumda təhsil alan tələbələrdən olmuş, talış kimi tanıdığı şəxs olmuşdur. Əli də onun kimi postlara çıxmışdır. Digər azərbaycanlının adı Rəşid, ləqəbi isə “Zülfüqar” olmuş, o da postlara çıxmışdır. «Musa» ləqəbli Rövşən adlı, «Əlirza» ləqəbli Nurlan adlı, «Cavad» ləqəbli Orxan adlı, «Miqdad» ləqəbli Pərviz adlı, «Muxtar» ləqəbli Şahid7, «Nasir» ləqəbli Rəşad adlı, «Abdullah» ləqəbli Elçin adlı, «Əbdülrəhman» ləqəbli İbrahim adlı, «Müslim» ləqəbli Yunis Səfərov adlı, «Salman» ləqəbli Taleh adlı şəxslərin fotoşəkillərini görsə tanıya bilər. Palmiradan ilk əvvəl Musa, daha sonra Əlirza və Abdullah qayıtmışdır. Sonda isə o və X19, oradan isə Qum şəhərin gəlmişlər. Tohid İbrahimbəyli onlardan lap əvvəl, bəlkə də deyərdi ki, birinci olaraq Quma qayıtmışdır. Qum şəhərinə qayıtdıqdan bir neçə gün sonra o, Tohid İbrahimbəylidən pasportunu almış, taksi ilə tək Tehran şəhərinə getmişdir. Ailə üzvləri həmin vaxt ona Tehran-Moskva təyyarə reysinə elektron bilet almışlar və o, təyyarə ilə Moskva şəhərinə getmişdir. Moskvada öz işinə davam etməklə yanaşı ibadətini də eyni qaydada icra etmişdir. 2017-ci ilin sentyabr ayının əvvəllərində o «Musa» ləqəbli Rövşən adlı şəxslə telefonla əlaqə saxladıqdan sonra sonuncunun təklifi ilə tək Moskvadan Tehran şəhərinə getmişdir. Tehran hava limanında Rövşənin tapşırığı ilə tanımadığı şəxs onu qarşılayaraq başqa təyyarə ilə Suriyanın Dəməşq şəhərinə yola salmışdır. Dəməş şəhərinə çatdıqda onu əvvəlcədən tanımadığı ərəb milliyyətindən olan 2 nəfər şəxs qarşılamış, sonuncular onu əvvəlki səfərlərində qaldıqları ikimərtəbəli evə aparmışlar. Həmin evdə özündən başqa qalan şəxslərin hamısı milliyyətcə ərəb olmuşlar. Orada iki gün qaldıqdan sonra həmin ərəblər onu Palmira şəhərinə aparmışlar. Palmira şəhərində «SEPAH» əməkdaşı İsmayıl adlı şəxsin komandirliyi ilə əslən Gəncə şəhərindən olan, «Nasir» ləqəbli Rəşad adlı şəxs, əslən Tovuz rayonundan olan «Malik» ləqəbli Rəşad adlı şəxs, əslən Gəncə şəhərindən olan «Hürr» ləqəbli Hikmət adlı şəxs, əslən İsmayıllı rayonundan olan «Sahib» ləqəbli şəxs və əslən Gəncə şəhərindən olan «Seyfulla» ləqəbli Tariyel adlı şəxsdən ibarət qrupu görmüşdür. Orada onların hər birinə hərbi forma verilmiş, hər bir şəxs odlu silah olan «Kalaşnikov» markalı avtomat silahı ilə təmin olunmuşdur. Onlar orada təxminən 50 gün qalmış və həmin müddət ərzində əvvəlki səfərlərində öyrəndikləri nəzəri biliyi praktika ilə əvəzləşdirərək odlu silahla müxtəlif yaşayış məntəqələrindəki posta çıxmışlar. Təxminən 50 gün orada qalıb xidmət etdikdən sonra o, «SEPAH» əməkdaşı İsmayıl adlı şəxslə birlikdə Dəməşq şəhərinə qayıtmış, digər şəxslər isə Palmira şəhərində qalmışlar. Dəməşqdə 1-2 gün qaldıqdan sonra İsmayıl adlı komandir təyyarə ilə onu Tehrana yola salmışdır. Tehrana qayıtdıqdan sonra anası X1 şəhərinə ziyarət üçün Tehrana gəlmiş və o, anası ilə birlikdə Tehrandan Məşhəd şəhərinə ziyarətə getmişlər. Daha sonra anasını Məşhəd şəhərindən zəvvar qrupu ilə Bakı şəhərinə yola salmış, özü isə təyyarə ilə Tehrana, oradan isə Moskva şəhərinə uçmuşdur. Moskvaya qayıtdıqdan sonra öz işinə davam etməklə yanaşı ibadətini də eyni qaydada etmişdir. İran İslam Respublikası və Suriya Ərəb Respublikaları ərazisində qanunsuz silahlı birləşmədə iştirak etməyi ilə bağlı heç yerdə cinayət məsuliyyətinə cəlb edilməmiş, həmin ölkə ərazilərində qanunsuz silahlı birləşmədə iştirak etdiyi müddət ərzində hər hansı xəsarət almamışdır. (iş vərəqə: cild 2 iş vərəq 101-109, 119-120, 123-124, 127-128, 131- 132, 135-136, 139-140, 143-144, 147-148, 151-152, 155-156, 159-160, 163-164, 167-168, 171-172, 175-176, 179-180, 183-184, 187-188, 191-192, 195-196, 199-200, 203-204, 207-208, 211-212, 215-216, 219-220, 223-224, 227-228, 231-232, 235-236. cild 3, iş vərəq 48-49, 51-52, 53-54, 92, 93-94). Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində məhkəməyədək icraat mərhələsində göstərdiyi xüsusatları bir daha təsdiq edib göstərdi ki, o, dini təhsil almaq üçün Qum şəhərinə getmiş, 2015-ci ilin əvvəllərində İranın Təbriz şəhərinə gedərək «Camiətül Mustafa» dini məktəbinin Təbriz filialına qəbul olunmuşdur. 4 ay sonra 2015-ci ilin təxminən ortalarında «Camiətül Mustafa» dini məktəbinin Məşhəd filialına qəbul olunmuş və orada təhsilini davam etdirmişdir. Təxminən 8-9 ay təhsil aldıqdan sonra oxuduğu dini məktəbdə Suriyada gedən müharibə barədə və orada Bəşər Əsəd tərəfindən döyüşən və şəhid olan əsgərlər barəsində müəllimlər tərəfindən təbliğat aparılmağa başlanmışdır. O da, təşkilata qəbul edildikdən sonra Tohid İbrahimbəyli ilə Məşhəddə Höcətiyyə mədrəsəsinin yaxınlığında yataqxanada görüşmüşlər. Həmin görüşdə ondan başqa Suriyada döyüşlərə qatılmaq istəyən digər azərbaycanlı tələbələr də olmuşdur. X5rı «Xanım Zeynəb»in və «Xanım Rüqəyyə»nin abidəsini qorumaq üçün Suriyada döyüşməyin vacibliyindən danışmışdır. X2 vəzifəsi İranda təhsil alan azərbaycanlı tələbələri toplayıb Suriyaya göndərmək olmuşdur. Bir müddət dərslərə getmədən yataqxanada vaxt keçirdikdən sonra təxminən 2016-cı ilin yay aylarında tələbələrlə birlikdə onu X6 Quma yola salmışdır. Təxminən ay yarım orada qalandan sonra Yunis Səfərovla birlikdə 16 nəfər azərbaycanlı şəxs Bəşər Əsəd qüvvələri tərəfindən döyüşmək üçün Suriyaya yollanmışdır. Qum şəhərində olarkən Talehi orada görüb tanımışdır. Taleh onunla döyüşlərdə iştirak etməmişdir. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda Qobustan həbsxanasında cəza çəkir, o, Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs Qum şəhərində ziyarətdə olarkən tanımış, dini təhsil almış, tələbə olmuşdur. Sonra öz arzusu ilə Xanım Zeynəbi qorumaq üçün Suriyaya getmiş. Qum şəhərində 2017-ci ildə olmuş, onun ləqəbi «Mihdəd» olmuşdur. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, o, dini təhsil almaq üçün Qum şəhərinə getmişdir. Oradan Məşhəd şəhərinə getmiş, Məşhəd şəhərində Tohid İbrahimbəylinin əmisi oğlu olan Abbas ləqəbli Şahid2 ilə görüşmüşdür. Tohid İbrahimbəylinin ona etdiyi təklif Suriyada hərbi təlimlərdə və orada vahhabilərə qarşı, «İŞİD» qüvvələrinə qarşı aparılan hərbi əməliyyatlarda iştirak etməkdən ibarət olmuşdur. 2016-cı ilin yanvar ayının əvvəllərində Tohid İbrahimbəylinin rəhbərlik etdiyi «Hüseyniyun» təşkilatının üzvləri Qum hava limanından Suriyanın Dəməşq hava limanına uçmuşlar. Təyyarədəki şəxslər onun kimi Suriyada təlim və döyüşlərdə iştirak etmək üçün gedən qruplar oluşdur. İkinci dəfə Suriyaya səfəri birinci səfərindən qayıtdıqdan təxminən 21 gün sonra baş tutmuş, 3-4 gün Dəməşqdə qaldıqdan sonra getdikləri tərkibdə olan şəxsləri qruplara bölüb Hələb, Palmira və digər yaşayış məntəqələrinə göndərmişlər. O, bir neçə nəfərlə birlikdə Palmira şəhərinə getmişlər və orada bir evdə məskunlaşmışlar. Təxminən bir ay müddətində «İŞİD» qüvvələri ilə üzbəüz dayanmış postlarda xidmət aparmışlar. Bundan sonra, Suriyaya getməmişdir. Talehi isə Qum şəhərində görmüşdür. O, Talehlə birlikdə hər hansı dini təşkilatda iştirak etməmişdir. Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, təlimlərdə və döyüşlərdə Talehin iştirakını görməmiş, onu sadəcə Qum şəhərində görmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, o, Məşhəd şəhərində dini təhsil almış, təxminən bir neçə ay Məşhəddə təhsil alandan sonra Tohid İbrahimbəyli onunla söhbətlərində demişdir ki, Suriyada gedən müharibədə «İŞİD» qruplaşmasının əleyhinə «Xanım Zeynəb»in və «Xanım Rüqəyya»nın hərəmini qorumaq üçün Azərbaycan şiələrindən ibarət xüsusi dəstə - «Hüseynçilər» adlı təşkilat yaradır və onu da həmin təşkilata dəvət etmişdir. Tohid İbrahimbəyli ona təşkilatı barədə dedikdə, o da bir dindar şiə kimi həmin təşkilatın tərkibində olmaq və Suriyada «İŞİD»-ə qarşı döyüşmək arzusunu ona bildirmişdir. 2015-ci ilin sonlarında Tohid İbrahimbəylinin atasının Məşhəd şəhərində olan evində toplaşmışlar. X12 bildirmişdir ki, yaratdığı «Hüseyniyun» təşkilatı əfqan şiələrinin Suriyada döyüşmək üçün yaratdığı «Fatimiyun» adlı təşkilat kimi formalaşaraq «İŞİD» terrorçularına qarşı və həmçinin müqəddəs hərəmləri qorumaq üçündür. 2015-ci ilin sonu 2016-cı ilin əvvəllərində Qum şəhərində Zəmbilabad adlı ərazidə İsgəndər Hüseynova məxsus 2 mərtəbəli müəssisə deyilən binada digər yoldaşlarla görüşmüşlər. Təxminən 45 gün döyüşdükdən sonra 10-15 gün müddətinə istirahət verilir. Birinci dəfə Qumda ümumilikdə təxminən 15 gün qalmış və sonra İsgəndərin müəssisəsinə gəlib oradan da Qumdan Tehrana 2 avtobusla yola düşmüşlər. Hərbi təlimlər bitəndən sonra onlar müxtəlif məntəqələrdə döyüşlərə göndərilmişlər. Təxminən 20 gün silahlı formada həmin məntəqədə olduqdan sonra yenidən Suriyanın Dəməşq şəhərinə qayıtmışdır. Təxminən 6-7 ay sonra Dəməşqə, oradan təyyarə ilə Tehrana, Tehrandan Quma, Qumdan isə Məşhəd şəhərinə geri qayıtmışdır. 2017-ci ilin əvvəllərində, başqa şəxslə birlikdə Tehrandan təyyarə ilə Suriyanın Dəməşq şəhərinə gedib orada təxminən 10 gün villada qaldıqdan sonra döyüş məntəqələrinə bölünmüşlər, 15 gün sonra İranın Məşhəd şəhərinə geri qayıtmışlar. «Təqi» ləqəbli Təqsirləndirilən şəxs orada tanımış, onun da «Hüseynçilər» təşkilatının üzvü olduğunu və Suriyada hərbi təlimlərdə və döyüşlərdə iştirak etdiyini orada öyrənmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 Şahid4 verdiyi ifadəsinə uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1, Şahid6 və Şahid7 hər biri digər şahidlərin ifadələrinə uyğun məzmunda, özlərinin fəaliyyətinə aid hissədə geniş ifadələr vermiş və «Təqi» ləqəbli, Rusiya Federasiyasında yaşayan Hacı Taleh kimi tanıdıqları Təqsirləndirilən şəxs Suriyada «Hüseyniyun» adlı silahlı birləşmənin daxilində hərbi təlimlərdə iştirak etdiyini təsdiq etmişlər. (cild İ, i/v: 98-102, 113-117, 149-151, 167-168; cild İ, i/v: 246-247, cild İİ, i/v: 1-15, 16-18, 19-20; cild İİ, i/v 26-34) Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 31 iyul 2018-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, təqsirləndirilən şəxs Şahid1 ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üz cizgilərinə görə dərhal tanıyaraq, həmin şəxsin ifadəsində bildirdiyi Hacı Taleh adlı şəxs olduğunu, onu «Hüseyniyun» qanunsuz silahlı birləşmənin tərkibində Suriyanın Dəməşq şəhərində hərbi təlimlər keçdiyi vaxt gördüyünü bildirmişdir. Tanınma zamanı Şahid1 həmçinin bildirmişdir ki, X23 İbrahimbəylinin rəhbəri olduğu «Hüseyniyun» qanunsuz silahlı birləşmənin tərkibində Suriyada döyüşmək üçün azərbaycanlıların cəlb edilməsi və Tohid İbrahimbəyli ilə əlaqələndirilməsi və həmin işin təbliğatının aparılması ilə məşğul olan şəxs olmuşdur. Onun özünü də Tohidlə əlaqələndirən məhz Hacı Taleh olmuşdur. (cild İ, i/v: 167-170) Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 02 avqust 2018-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Şahid3 ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi dərhal tanıyaraq, həmin şəxsin Təqi ləqəbli Rusiya Federasiyasının vətəndaşı kimi tanıdığı və Tohid İbrahəimbəylinin rəhbərlik etdiyi «Hüseyniyun» qanunsuz silahlı birləşmənin üzvü olan, Suriyada onunla birlikdə təlimlərdə olduğu Taleh adlı şəxs olduğunu, sonuncunun barəsində istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. (cild İ, i/v: 192-195) Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 02 avqust 2018-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Şahid2 ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi dərhal tanıyaraq, həmin şəxsin Tohid İbrahimbəylinin rəhbərlik etdiyi «Hüseyniyun» qanunsuz silahlı birləşmənin üzvü olan, Rusiya Federasiyasında yaşayan, Suriyanın Dəməşq şəhərində hərbi təlimlərdə iştirak etdiyi vaxt gördüyü Təqi ləqəbli Taleh adlı şəxs olduğunu bildirmişdir. (cild İ, i/v: 196-199) Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 avqust 2018-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı şahid qismində dindirilmiş X13 ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi sifət cizgilərindən tanıyaraq, həmin şəxsin Təqi ləqəbli Rusiya Federasiyasında yaşayan azərbaycanlı olduğunu bildirmişdir. (Cild İ, i/v: 215-217) Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 09 avqust 2018-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Şahid4 ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi sifət cizgilərindən dərhal tanıyaraq, həmin şəxsin barəsində ifadəsində bildirdiyi, Suriyada hərbi təlimlərdə və döyüşlərdə iştirak etmiş Təqi ləqəbli Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. (cild İ, i/v: 224-227) Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 11 avqust 2018-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Şahid5 ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üz cizgilərindən dərhal tanıyaraq, həmin şəxsin Suriyanın Dəməşq şəhərində təlimdə olarkən gördüyü Təqi ləqəbli şəxs olduğunu bildirmişdir. (cild İ, i/v: 228-231) Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12 mart 2019-cu il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Şahid6 ona təqdim olunmuş fotoşəkillərdən 1 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərindən dərhal tanıyaraq, həmin şəxsin «Hüseyniyun» qanunsuz silahlı birləşmənin üzvü, Rusiya Federasiyasında yaşayan Təqi ləqəbli şəxs olduğunu bildirmişdir. (cild İİ, i/v:19-22) Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 04 avqust 2020-ci il tarixli fotoşəkil üzrə tanınma protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəxs Şahid7 ona təqdim olunmuş fotoşəkillərdən 1 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərindən dərhal tanıyaraq, həmin şəxsin «Hüseyniyun» qanunsuz silahlı birləşmənin üzvü, Rusiya Federasiyasında yaşayan Təqi ləqəbli şəxs olduğunu bildirmişdir. (cild İİ, i/v:35-37) Elan olunmuş fotocədvəllərdəki şəkillərdə olan fotoşəkil hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs - xx xxxxxx 1967-ci ildə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs fotoşəklidir. (cild 2, i/v: 38) İş üzrə dindirilmiş şahid ifadələri, elan olunmuş fotoşəkil üzrə tanınma protokolları və təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr ilə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi tam sübut olunur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə 28 dekabr 2022-ci il tarixli 3483 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, hazıradək olan dövr ərzində, eləcə də hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, aşkar edilmir, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. (cild İİ, i/v:58-60). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat Baş İdarəsi tərəfindən İstintaq baş idarəsinə ünvanlanan 20 iyul 2018-ci il tarixli 2/3177 №-li və 23 iyul 2018-ci il tarixli 2/3236 №-li məktublardan görünür ki, iş üzrə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin tapşırılması barədə xx.xx.2018-ci il tarixli qərarın icrası ilə əlaqədar keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində X4 rəhbərliyi və təşkilatçılığı ilə yaradılmış «Hüseyniyun» adlı qanunsuz silahlı birləşmənin müəyyən edilmiş üzvlərindən Hacı Taleh adlı, Təqi ləqəbli şəxs xx xxxxxx 1967-ci ildə Xanlar rayonunda doğulmuş Təqsirləndirilən şəxsdur. (cild İ, i/v: 139-148; 163) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-Kəşfiyyat Baş İdarəsinin 03 may 2019-cu il tarixli 2/2195- 04051 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs İran İslam və Suriya Ərəb Respublikalarının ərazilərində məhkum olunmalarına dair hər hansı məlumat daxil olmamışdır. (cild İİ, i/v: 25) Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2016-cı ilin iyun ayından 2017-ci ilin sentyabr ayınadək olan müddətdə İran İslam Respublikasının ərazisində olan Azərbaycan Respublikasının vətəndaşı X7 və digərlərinin təşkilatçılığı ilə yaradılan, İran İslam Respublikası və Suriya Ərəb Respublikası ərazilərində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməsi və buna görə həmin dövlətlərin ərazisində məhkum olunmaması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə düzgün qiymətləndirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Suriya Ərəb Respublikasının 22 iyun 1949-cu il tarixli Cinayət Məcəlləsi və «Terrorla mübarizə haqqında» 28 iyun 2012-ci il tarixli Qanunun məzmunundan görünür ki, qanunsuz silahlı birləşmədə iştirak etmə Suriya qanunvericiliyində cəza təhdidi altında qadağan edilən cinayət əməlləri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İ, i/v: 211) Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib səmimi ifadə verməsi, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. İttiham aktında Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən cinayətin tamah məqsədilə törədilməsi göstərilsə də, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qeyd olunan əməli tamah məqsədi ilə törətməsi öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ağır cinayət törətməsi nəzərə alınmalı, sosial ədalətin bərpası, onun islah olunması, həm təqsirləndirilən şəxsin özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsinin sanksiyası daxilində, cəzanı yüngülləşdirən halları nəzərə almaqla şəxsiyyətinə uyğun, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 12.5-ci maddəsinə əsasən bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Suriya Ərəb Respublikasının Cinayət Məcəlləsinə əsasən, Suriya Ərəb Respublikasında terror cinayəti törətmək məqsədilə silahlı qruplaşmaların tərkibində iştirak edən şəxslər ömürlük, terror fəaliyyətləri məqsədilə müxtəlif növ silah-sursatlar, partlayıcılar həmçinin kommunikasiya vasitələrinin istifadəsi və hərbi döyüş sənəti üzrə təlim almaq və ya bir və daha çox şəxsə təlim keçməyə görə 10 ildən 20 ilə qədər, terror təşkilatına qoşulan və digər şəxsləri də qoşulmağa təşkil edən şəxslərə isə 7 il müddətinə azadlıqdan məhrum cəzası nəzərdə tutulmuşdur. Odur ki, cəza təyini zamanı Suriya Ərəb Respublikasının Cinayət Məcəlləsində göstərilənlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını nəzərə alır və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza çəkmə müəssisəsi ümumi rejimli cəzaçəkmə müəssisələri olaraq müəyyən olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 20 may 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, şübhəli şəxsin tutulması haqqında 20 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə həmin tarixdə, saat 09.30-da Rusiya Federasiyasının Krasnoqorsk şəhərində şübhəli şəxs qismində tutulmuş, 21 may 2022-ci il tarixədə müvafiq məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmiş və bundan sonra o, qanuni əsaslarla məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 20 may 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə isə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərə alınmalı və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübutlar və məhkəmə xərcləri yoxdur. İş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1- ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 50 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 20 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Səbinə Məmmədzadə Hakimlər: Azad Məcidov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar