Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1493/2024 10.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1, X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1996-cı ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 ünvanda kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdə saat 05 radələrində ünvan 3 ünvanın qarşısında yerləşən parkın kənarında ictimai yerdə bir qədər əvvəl həmin ünvanın həyətində səs-küy salmasına görə ona yaxınlaşıb iradını bildirdirən Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edərək, özünün şəxsiyyətini başqa şəxsin şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək qərəzli hərəkətlər edib Zərərçəkmiş şəxs ünvanına yüksək səslə nalayiq ifadələr deyərək üzərində gəzdirdiyi cib bıçağını silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib sonuncunun bir dəfə sol bazu, bir dəfə döş qəfəsindən, bir dəfə qarın və bir dəfə isə təpiklə sol baldır nahiyələrindən vuraraq sol baldır nahiyəsinin sıynqlan həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan, sol bazu nahiyəsinin deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının ön səthinin və qarın nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aid, sonra həmin yerdən uzaqlaşıb parkın içərisinə daxil olan Zərərçəkmiş şəxs yenidən yaxınlaşıb qərəzli hərəkətlərini davam etdirərək bir dəfə bıçaqla qarın nahiyəsindən vurub qarın nahiyəsinin daxilə nüfuz edərək qaraciyəri, köndələn çənbər bağırsağı və böyük piyliyi zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, F.Mətbəx küçəsi, ev 27 ünvanında 2 ildən artıq idi ki, kirayə yaşayırdı, ev sahibi ilə yaxşı münasibəti olduğuna görə evdə bəzi məsələlərin nəzarətini ona tapşırmışdı. İstintaq zamanı ilkin verdiyi ifadə müstəntiq tərəfindən dəyişdirilib, buna görə də hakim Aygün xanımın sədrliyi ilə keçirilən məhkəmə iclasında düzgün olmayan ifadəsi elan olunmuşdu. Qonşuları on-on beş nəfər yığılışaraq ictimai asayişi pozurdular, cəmiyyətə qarşı hörmətsizlik edirdilər, buna görə də bu məsələni ilk öncə atasına bildirmişdir. Ev sahibinin özünün həmin qonşulara içki məclisi qurduqlarına, səs-küy saldıqlarına görə xəbərdarlığı olmuşdu ki, digər qonşuların onlardan narazılıqları var. Həmin hadisə baş verməmişdən bir gün əvvəl dostu Toğrul yaşadığı mənzilə qonaq gəlmişdir. Toğulun da şahidliyi ilə hadisə onların yanında baş verdi. Ev sahibi həmin qonşulara öz etirazını sərt formada bildirdi, onların stollarının üzərində olan içkiləri həyətə atdı və axşam saat 11-dən sonra səs-küy salmamaları barədə xəbərdarlıq etsə də, heç bir dəyişiklik baş vermədi. O, həmin qonşuları ev sahibinə şikayət etdiyinə görə ona qarşı aqressiyaları var idi, həyətdə açıq-aşkar formada spirtli işkinin təsiri altında “bizdən razı deyillərsə, çıxıb burdan getsinlər, biz burada istədiklərimizi edəciyik, hətta istəsək, narkotik maddə və psixotrop vasitəni aşıq-aşkar istifadə edəcik” məzmunlu səs-küy salırdılar. Siqaret çəkmək üçün aşağı düşmüşdü, tanımadığı bir şəxs həmin qonşuları evindən çıxaraq ona doğru irəlilədiyini görmüşdür. Buna görə də onların ona aqresiyasından narahat olub yuxarı çıxmaq istəyərkən həmin şəxs üzərinə doğru gəldi, bunun səbəbini soruşduqda Zaur adlı şəxs onun qulağına bir söz dedi, həmin vaxt içəridən Zərərçəkmiş şəxs biədəb formada çölə çıxıb üzərinə qışqıraraq həmin şəxsin içkili olduğunu, onun yuxarı çıxmağını istədi. O da sonra Muradı söz demək üçün çölə çağırmış, lakin ona qarşı qəsdən heç bir zor tətbiq etməmişdir. Həmin vaxt yanlarında heç kim yox idi. Muradı çağırma səbəbi onlardan niyə asayişi pozduqları, cəmiyyəti narahat etdiklərini soruşmaq idi, lakin Murad əlində olan “beşbarmaq” vasitəsilə ilk öncə onun sol göz nayihəsinə, daha sonra gicgah nayihəsinə zərbələr endirdi, zərbələrin təsiri nəticəsində özündə olmamış, bu vəziyyətdə haradan tapdığını bilmədiyi dəmir vasitəsilə Murad adlı şəxsin hansı nayihələrinə zərbələr yetirdiyini xatırlamır. Daha sonra Zaur adlı şəxsin sol əlini cibinə ataraq üstünə gəldiyindən bıçaq çıxaracağından ehtiyat etdiyinə görə Zaur adlı şəxsin qollarından tutmağa çalışdı. Lakin Zaur adlı şəxs bıçağı çıxardı, həmin vaxt Murad adlı şəxs arxadan gələrək “beşbarmaq” aləti vasitəsilə baş nayihəmin arxasından zərbə yetirdikdə o, yerə yıxılmışdır. Daha sonra hər iki şəxs ona zərbələr yetirməklə, öldürməklə hədələmişlər. Hətta Zaur adlı şəxs Murada onu öldürməsini deyirdi. Buna görə də o, həyatını xilas etmək məqsədilə hadisə yerindən qaçıb evin qarçısında olan kafenin həyətinə bilməyərəkdən daxil olmuşdur. Murad adlı şəxs də onun arxasınca kafeyə əli silahlı formada daxil oldu və yenidən onu öldürməklə təhdid etdi. Məcburiyyət qarşısında əlindəki dəmiri qabağa verdikdə xatırladığı qədərilə dəmir Murad adlı şəxsin sağ ayağının bud nayihəsinə dəydi, bundan sonra Murad adlı şəxsin ona hücum etmədi, geri dönərək getdi. O da bunu görüb hadisə yerindən uzaqlaşmışdır. Daha sonra əllərindəki qanı yumuşdur. Küçələri xatırlamağa çalışsa da, hələ də xatırlamır. Zərərçəkmiş şəxs dəmir alətlə xəsarət yetirmişdir. Hadisə 2023-cü il tarixdə saat təxminən 04-05 radələrində baş verib, lakin tarixi dəqiq xatırlamır. Zərərçəkmiş şəxs eyni binada yaşadıqları üçün üzdən tanımışdır. Muradı vurduğu, ona xəsarət yetirdiyi aləti haradan tapdığını xatırlamır. İttihamda qeyd olunan, onun Muradı bıçaqla xəsarət yetirdiyi ilə bağlı məlumat doğru deyil. Hadisə baş verib bitdikdən sonra dəmir alət onun əlində olmuşdur. Hadisədən əvvəl o, təbii ehtiyaclarını ödəmək üçün aşağı düşmüşdür. O, aşağı düşdükdə siqaretdən çəkdikdən sonra bir nəfər şəxs onun üzərinə gəlmiş, o da qorxduğuna görə evə qalxmaq istəmiş, lakin üzərinə gələn şəxs icazə verməmişdir. Həyətdə səs-küy çox olduğuna görə onları şikayət etmiş, buna görə də Muradı danışmaq üçün həyətə çağırmışdır. Onu vuracağını bildiyi üçün Muradı kamera görüntüsünün olduğu yerə, yəni yol tərəfə dəvət etmiş, daha sonra Murad “beş barmaq” aləti vasitəsilə göz nayihəsinin altına zərbə yetirmişdir. Zaur adlı şəxsin zərbələri nəticəsində o, hər dəfə yerə yıxılımışdır. Murad “beş barmaq” adlanan alət ilə ona üç güclü zərbə yetirmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda ibtidai istintaq zamanı özünü təqsirli bilməyərək göstərmişdir ki, ünvan 1 ünvanda qeydiyyatdadır, lakin ünvan 2 ünvanda atası ilə yaşamışdır. Belə ki, anası ilə atası ayrılmış, anası Quba şəhərində yaşayır, atası ilə işləmək üçün Bakı şəhərinə gəlmişlər. Bir ilə yaxındır ki, Səhiyyə Nazirliyinin 2 saylı psixiatriya xəstəxanasında qeydiyyatdadır. Belə ki, psixi xəstəlikdən əziyyət çəkmiş və orada müalicə almışdır. ünvan 2 ünvanı kirayələmişlər. 24 avqust 2023-cü il tarixdə saat 05 radələrində yayta bilmədiyi üçün həyətə düşmüşdür. Yaşadığı ev iki mərtəbəlidir. Onlar evin ikinci mərtəbəsini kirayələmişlər. Birinci mərtəbədə isə yaşayan şəxsləri tanımamışdır. Həyətə düşüb siqaret çəkən zaman bir nəfər tanımadığı oğlan evin birinci mərtəbəsindən həyətə çıxmışdır. Həmin şəxs üzərinə gəlib toxunub sataşaraq dayanmışdır. Həmin şəxs ilə qarşı-qarşıya dayanıb demişdir ki, nə olub, nə lazımdır. Həmin vaxt evin birinci mərtəbəsindən adını orada öyrəndiyi Murad adlı şəxs həyətə çıxmışdır. Murad gecə paltarında olmuşdur. Murad yaxınlaşıb əli ilə əlindən vurub bildirmişdir ki, toxunan şəxs sərxoşdur, ona fikir verməsin və evə qalxsın. Murada söhbət etmək üçün paltarım geyinib küçəyə gəlməsini demişdir. Murad və digər şəxs içəri evə daxil olmuş, o isə küçəyə çıxmışdır. Murad paltarlarım geyinib yanına gəlmişdir. Muradın arxasınca başqa bir nəfər şəxs də çıxmış, lakin sonuncu onlara yaxınlaşmayıb qapının qarşısında dayanmışdır. Murada bildirmişdir ki, nə üçün həyətdə əlindən vurmuşdur. Bu zaman bir dəfə yumruqla sol gözündən vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmış və sonuncunun əlində “beş barmaq” adlanan dəmir alət olmasını görmüşdür. Yerdən qalxdıqda Murad yenidən bir dəfə yumruqla sifətinin sol tərəfindən vurmuşdur. Murad onu “beş” barmaq ilə vurduğu üçün yenidən yerə yıxılmış və yerdən qalxmışdır. Qalxdıqda qapının qarşısında dayan şəxs əlini arxasına ataraq üzərinə gəlmişdir. Üzərinə getdikdə Murad yenidən bir dəfə yumruqla, yəni “beş” barmaqla başının arxa hissəsindən vurmuş və yenə yerə yıxılmışdır. Yerdən qalxmış və qorxduğu üçün yaxınlıqda olan parka qaçmışdır. Muradda arxasınca qaçaraq gəlmişdir. Qaçaraq Murada bildirmişdir ki, “eləmə, gəlmə”. Ancaq Murad sözlərinə əhəmiyyət verməmişdir. Yorulduğu və xəsarət aldığı üçün dayanıb üzərində olan bıçağı çıxarmışdır. Murad üzərinə gəldikdə bıçağı bir dəfə irəli itələmiş və sonuncunu vurmuşdur. Bıçaq Murada dəydikdən sonra sonuncu geriyə çevrilib evə qayıtmışdır. Qaçaraq bacısının yaşadığı evə gəlmişdir. Bıçağı isə yolda xatırlamadığı yerdə atmışdır. 24 avqust 2023-cü il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin hadisə zamanı orada Zaur və İbrahim adlı şəxslər olmuşdur. Murad onu “beş barmaq” adlanan dəmir alətlə üç dəfə vurmuşdur. Belə ki, bir dəfə sol gözündən, bir dəfə sifətinin sol tərəfindən və bir dəfədə başının arxasından vurmuşdur. Zaur adlı şəxs də yumruq və təpiklə vurmuşdur. Murad üzərinə gəldikdə bıçaq çıxarıb sonuncuya tərəf istiqamətləndirmiş və Muradı bir dəfə vurmuş, başqa xatırlamamışdır. Həmin bıçaq mətbəx bıçağı olmuş və bıçağı evdən götürmüşdür. Çox vaxt üzərində bıçaq gəzdirmişdir. Belə ki, hansı bir əşyanı lazım olduqda kəsmək üçün bıçağı gəzdirmişdir. Bədən səthində aşkar edilmiş xəsarətləri ona Murad “beş barmaq” ilə, Zaur isə yumruq və təpiklə yetirmişdir. Murad və Zaur onu döymüşlər. Muradı öldürmək istəməmiş, yalnız ona fiziki ağrı yetirmək istəmişdir. Zauru vurmamışdır. Zaur onu yumruq və təpiklə vurmuşdur. Zərərçəkmiş şəxs bir dəfə vurmağın xatırlayır. Ola bilsin bir neçə dəfə vurmuş, lakin dəqiq xatırlamır. Bıçağı hadisədən sonra atmışdır. Bıçağı xatırlamadığı mağazadan pulla almış, bıçaq cib bıçağı olmuş və əlamətlərini xatırlamamışdır. Murad yalan danışmış və onun əlində “beş barmaq” adlanan alət olmuşdur. Murad onu həmin alətlə vurmuşdur. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, 24 avqust 2023-cü il tarixdə saat təxminən gecə 4-5 radələrində marketə su almağa getmişdir, geri qayıdan zaman Elməddin, İbrahim və Zaur həyətdə söhbət edirdilər. Zaurla otaq yoldaşı olduğu üçün ona içəri girməyi təklif edidi. Zaur içəri girən zaman o da Zaurun arxası ilə gedərkən Elməddin əli ilə onu saxlayıb söz deyəcəyini bildirdi. O, həyətə çıxan zaman Elməddin onun sol çiyin nayihəsinə bıçaqla vurub xəsarət yetirdi. Zaur da qarşılığında Elməddini itələdi, o da həmin vaxt Elməddinə bir zərbə vurmuşdur, lakin onun əlində “beş barmaq” aləti olmayıb. Zaur Elməddindən onu niyə vurduğunu soruşduqda Elməddin Zaura hücum çəkdi, o, onları ayırmaq istəyən zaman Elməddin sağ çiyin nayihəsinə bıçaqla xəsarət yetirdi, daha sonra iki bıçaq xəsarəti də yetirdi. Təqsirləndirilən şəxs onu niyə çağırdığını bilmir. Elməddinlə onun arasında heç bir mübahisə olmadan ona bıçaqla xəsarət yetirmişdir. Onu xəstəxanaya Zaur aparmışdır. Elməddin hadisə yerindən qaçdı. Elməddin axırıncı zərbəni yetirdikdən sonra həmin yerdən qaçdı. Həmin həyətdə qalanlardan qadın yox idi. Həmin gün işdən gəldikdən sonra sadəcə “Jaguar” adlı spirsiz içki içmişdir. Elməddinin onu hansı səbəblə vurduğunu bilmir. Onun əlində “beş barmaq” aləti olmayıb. Elməddin onların səs-küy saldığıqlarını deməmişdi, hansı səbəblə onu vurduğunu bilmir. Təqsirləndirilən şəxs ilə barışmamışdır, ondan şikayəti var. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı göstərmişdir ki, Balakən rayonu, Xalatala kəndində qeydiyyatdadır, lakin uzun illərdir ki, Bakı şəhərinə gəlmiş və müxtəlif ünvanlarda kirayə yaşamışdır. Sonuncu dəfə isə ünvan 3 ünvanda yerləşən evdə yaşamışdır. Həmin evdə tanışı Zaur adlı şəxs ilə qalmışdır. Yaşadığı ev iki mərtəbəlidir, Zaur ilə birinci mərtəbədə, ikinci mərtəbədə isə Elməddin və atası Fəxrəddin yaşamışdır. Bundan başqa birinci mərtəbədə olan digər otaqda İbrahim adlı şəxs tanımadığı şəxslərlə kirayə yaşamışdır. 24 avqust 2023-cü il tarixdə səhər saatlanndə yata bilmədiyi üçün evdən həyətə çıxmışdır. Həyətə çıxdıqda Zauru, İbrahimi və Elməddini görmüşdür. Onlar dayanıb söhbət etmişlər. Onların yanından ötüb küçəyə çıxmışdır. Küçədə bir neçə dəqiqə dayanıb geri qayıtmışdır. Geri qayıtdıqda Zaura bildirmişdir ki, ev sahibi səs-küyə görə söz-söhbət etmiş, mümkün qədər evin içərisinə getmək lazımdır. Belə ki, onlar həyətdə ucadan söhbət etmişlər. Bundan sonra evin giriş qapısına yaxınlaşıb geriyə baxdıqda Elməddin əli ilə işarə edib yanına çağırmışdır. Elməddindən çağırmasını soruşmuş, o da küçəyə çıxıb arxasınca gəlməyini bildirmişdir. Bundan sonra küçəyə çıxmışdır. Zaur haraya getdiyini soruşduqda Elməddinin çağırmasını demişdir. Elməddin küçədə həyət qapısının qarşısında dayanmışdır. Onun yanına gedib nə üçün çağırdığını soruşmuşdur. Bu zaman Elməddin heç bir səbəb olmadan bir dəfə bıçaqla sol çiyin nahiyəsindən vurmuşdur. Sonra isə Elməddin təpiklə sol ayağından vurmuşdur ki, yerə yıxsın, lakin yerə yıxılmamışdır. Bu zaman Zaur müdaxilə edərək Elməddini əli ilə itələmişdir. Bir dəfə yumruqla Elməddinin gözündən vurmuşdur. Zərbənin təsirindən Elməddin yerə yıxılmışdır. Elməddin yerə yıxıldıqda Zaur onu təpiklə bir dəfə vurmuşdur. Elməddin yerdən qalxaraq Zaurla biri-birilərini itələmişlər. Onlara yaxınlaşıb Elməddindən soruşmuşdur ki, nə problemi vardır. Bu zaman Elməddin bir dəfə bıçaqla sağ çiyin nahiyəsindən vurmuşdur. Bir dəfə yumruqla Elməddinin üzündən vurmuşdur. Bundan sonra Elməddin qaçmışdır. Elməddinin arxasınca qaçmışdır ki, sonuncunu saxlayaraq nə üçün onu vurmasını soruşsun. Elməddin dayanıb bir dəfə bıçaqla sağ qarın boşluğundan vurmuş və qaçaraq uzaqlaşmışdır. Dayanıb qalmış, ayağına istilik gəlmiş və bir anlıq huşunu itirən kimi olmuşdur. Zaur yaxınlaşıb kömək edərək yaxınlıqda olan xəstəxanaya aparmışdır. Xəstəxananın qarşısında huşunu itirmiş və yerə yıxılmışdır. Özünə gəldikdə isə KTM-də olmağım görmüşdür. Təqsirləndirilən şəxs onu heç bir səbəb olmadan vurmuşdur. Belə ki, Elməddinin onu vurması üçün heç bir qanunsuz hərəkət etməmiş və sonuncunu tanımamışdır. Həmin hadisənin şahidi yalnız Zaur olmuşdur. Orada başqa şəxs görməmişdir. Elməddin bıçaqla onu xatırlamasına görə üç dəfə vurmuşdur. Elməddin ilk dəfə sol, ikinci dəfə sağ çiynindən, üçüncü dəfə isə sağ qarın boşluğundan vurmuşdur. Elməddini iki dəfə yumruqla üzündən vurmuşdur. Zaur isə bir dəfə təpiklə vurmuşdur. Elməddini özünü müdafiə etmək üçün vurmuşdur. Zaur da Elməddini ona kömək etmək üçün vurmuşdur. Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri yalandır, ilkin olaraq sonuncu onu bıçaqla və təpiklə vurmuşdur.Həmin hadisə zamanı orada tanımadığı şəxslər, Zaur və İbrahim olmuşdur. Belə ki, Elməddin qışqırıb söyüş söydüyü üçün sonuncunun səslərinə ətrafda olan mağazalardan və evlərdən tanımadığı şəxslər gəlmişlər. Nə onun, nə də ki, Zaurun əlində bıçaq, eyni zamanda hər hansı bir alət olmamışdır. Elməddinin ifadələrində göstərdikləri düzgün deyil, sonuncunu yalnız iki dəfə yumruqla sifətindən vurmuşdur. Əlində “beş” barmaq adlanan dəmir alət olmamışdır. Zaur və İbrahimin yalnız adlarını bilmişdir. Soyadlarını və atalarının adlarını, mobil telefon nömrələrini və yaşadıqları ünvanları bilməmişdir. Yalnız Elməddinin sifətindən iki dəfə yumruq vurmuşdur. Zaur da Elməddini itələmiş və yerdə təpiklə vurmuşdur. Sonra isə Elməddin Zaurla qarşılıqlı olaraq biri-birilərini vurmuşlar. Bıçağı tam dəqiq görə bilməmişdir. Ona görədə bıçağın əlamətlərini xatırlamamışdır. İlkin olaraq Elməddinin onu üç dəfə vurmasını zənn etmiş, lakin sonradan həkimlər bildirmişdir ki, bədənində dörd bıçaq zərbəsi vardır. Çünki bədən nahiyəsində 4 yerdə deşilmiş-kəsilmiş yara olmuşdur. Elmədin ilk dəfə onu bıçaqla vurduqda sonuncudan nə istəməsini soruşmuşdur. Lakin Elməddin heç nə deməmiş və yenə də vurmuşdur. Məlum olmuşdur ki, Elməddin ona fiziki ağrı yetirmək istəyir. Elməddinin onu nə üçün vurması maraqlı olmuş, çünki sonuncuya heç nə etməmişdir. Elməddindən soruşmaq istəmişdir ki, onu nə üçün vurmuşdur. Ona görədə Elməddinin arxasınca qaçmışdır. Elməddinin arxasınca qaçdıqda artıq Elməddin onu bıçaqla vurmuşdur. Elməddin dayandıqda yenədə onu bıçaqla vurmuşdur. Hadisə zamanı əynində olmuş paltarları xəstəxanadan çıxdıqdan sonra özünə təhvil verilmişdir. Anası Nərgizin kirayə yaşadığı evdə şərait olmadığından xalası Nəzakətin kirayə yaşadığı evdə qalmışdır. Müalicə xərclərini xalası qarşılamış və anası Nərgiz Mirrasim adlı şəxsdən borca pul alaraq müalicəsinə kömək etmişdir. Xəstəxanadan çıxdıqdan sonra xalasının yaşadığı evdə paltarlarına baxdıqda görmüşdür ki, yararsız haldadır. Belə ki, paltarlar qanlı və çirkli olmuşdur. Buna görədə paltarları atmışdır. Elməddin parkın qarşısında bir dəfə təpiklə sol baldır, bir dəfə bıçaqla sol bazu nahiyələrindən, bir dəfə bıçaqla döş qəfəsindən və bir dəfə bıçaqla qarın nahiyəsindən vurmuşdur. Parkın içərisindədə Elməddin bir dəfə qarın nahiyəsindən vurmuşdur. İlkin ifadəsində düzgün göstərməmiş, belə ki, ifadə verən zaman ağrıları olmuş və özünü yaxşı hiss etməmişdir. Şahid3 ifadələrində göstərdi ki, hadisənin səhəri günü, Təqsirləndirilən şəxs atasına məxsus evdə kirayə yaşayan atası zəng edib ev sahibinin gəlməsini istədi, məsələnin nə oduğunu soruşduqda oğlunun kiminləsə dalaşdığını və onu bıçaqladığını bildirdi. Kirayəçilər tərəfindən şikayət və ya narahatçılıq olmayıb, hadisənin özü belə evdən xeyli aralıda baş verib. İbtidai istinaq zamanı verilmiş ifadə ona məxsus deyil, Təqsirləndirilən şəxs heç bir qohumluq əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsinin şahidi olmamış, sadəcə bununla bağlı məlumat eşitmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid3 ibtidai istintaq zamanı göstərmişdir ki, ünvan 6 ünvanda yaşayır. Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs atasının uzaq qohumudur və onu ötəri olaraq tanımışdır. Zərərçəkmiş şəxs isə tanımamış və görməmişdir. Yaşadığı evin həyətində başqa bir mərtəbəli ev vardır. Həmin evi atası Elməddinin atasına vermişdir ki, müvəqqəti olaraq yaşasın və evi təmizləsinlər. Elməddin və atası Fəxrəddin həmin evdə yaşayırlar. 25 avqust 2023-cü il tarixdə Elməddinin atası Fəxrəddin zəng edərək bildirmişdir ki, oğlunu həbs etmişlər, belə ki, oğlu Elməddin Murad və Zaur adlı şəxslərlə mübahisə etmişdir, onlar oğlunu döymüşlər, oğlu da onlardan birini bıçaqla vurmuşdur. Həmin hadisəni görməmiş və bilməmişdir. Yalnız Elməddinin atasından öyrənib bilmişdir. Sonradan isə öyrənmişdir ki, Murad və Zaur adlı şəxslər atasının Fəxrəddinə verdiyi evə gəlib-getmişlər və bir neçə gün orada yaşamışlar. Ancaq bu barədə hadisədən sonra öyrənib bilmişdir. Şahid2 ifadəsində göstərdi ki, bir nəfər şəxs ona Zərərçəkmiş şəxs anasının kirayə ev axtardığını demişdir, o da evini Zərərçəkmiş şəxs anasının kirayə vermişdir. Zərərçəkmiş şəxs anası yaxınlaşıb oğlunun bıçaqlandığını, xəstəxanada olduğunu, kirayə pulunu yaxın müddətdə verəcəyini dedi. O, zərərçəkmiş şəxsin anası Nərgiz xanımla xəstəxanaya getmişdir, orada zərərçəkmiş şəxsin öldüyünü dedilər, daha sonra baş həkimin özü ilə görüşdükdə zərərçəkmişin vəziyyətinin ağır olduğunu bildirdi. Nə hadisə zamanı, nə də hadisədən sonra həmin yerdə olmamışdır. Bu səbəbdən də hadisənin şahidi olmamışdır. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, ünvan 7 ünvanda yaşayır, evlidir və üç yetkinlik yaşına çatmış uşağı vardır. Əvvəllər DİO-da müxtəlif vəzifələrdə işləmiş və təqaüdə çıxmışdır. Yaşadığı evin həyətinə başqa bir evi vardır və həmin evi kirayə vermişdir. Təqsirləndirilən şəxs tanımamış və görməmişdir. Zərərçəkmiş şəxs tanımış, belə ki, sonuncunun anası Nərgiz evində kirayə yaşamış və Muradı anasının yanına gəlib-gedən zaman görüb tanımışdır. 25 avqust 2023-cü il tarixdə yaşadığı evin həyətində olan zaman Nərgiz bildirmişdir ki, oğlu Muradı Elməddin adlı şəxs bıçaqla vurmuş və oğlu hazırda xəstəxanadadır. Nərgiz oğlunun müalicəsi üçün maddi yardım istəmişdir. Belə ki, oğlunun əməliyyat olunmasını demişdir. Nərgizə 1000 manat borca pul vermişdir. Nərgiz həmin pulu oğlunun müalicəsi üçün xərcləmişdir. Elməddinin Muradı bıçaqla vurmasını görməmiş və bilməmişdir. Bu barədə Muradın anası Nərgiz demişdir. Şahid1 ifadələrində göstərdi ki, Bakıya bir-iki sot torpaq almaq üçün gəlmişdir. Hal-hazırda Şahid2 evində kirayə qalır, 3-4 aydır ki, kirayə pulunu vermir. 2023-cü ilin avqust ayında ona zəng gəldi ki, oğlu Murad xəstəxanada ölüb, həmin gün axşam saat 6-7-ə kimi oğlunun ölüb-ölmədiyini bilməmişdir. 21 gün xəstəxanada yatmış, gündə 3-4 dəfə xəstəxanaya gedib-gəlmişdir. Pulsuz əməliyyat olsa belə, digər bütün xərcləri başqalarından borc alaraq ödəmişdir. Oğlu Muradda təqsirin olub-olmadığını öyrənmək üçün ev sahibinə zəng etmiş, o da Muradın yaxşı bir oğlan olduğunu, pis biri kimi tanımadığını bildirdi. Həmin vaxtlarda Elməddinin atası ona zəng edib nalayiq ifadədən istifadə edərək telefonu Murada verməyini istədi. Elməddin Murada dörd bıçaq zərbəsi yetirib. Oğlu Murada və ona dəymiş maddi zərərlə bağlı qəbzlər mövcud deyil. Muradın yaşadığı evdə olmamışdır. Hadisənin şahidi olmamışdır. Hadisə bildiyi qədərilə 2023-cü ilin avqust ayında Binə qəsəbəsində baş vermişdir. Murad hadisədən sonra ona Elməddinin xəsarət yetirdiyini demişdi. Onlara təqsirləndirilən şəxs və ailəsi tərəfindən heç bir maddi yardım göstərilməyib. Bütün xərcələrin hamısını özü ödəyib. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, əvvəl evli olmuş, lakin boşanmış və bir yetkinlik yaşına çatmış uşağı vardır. Balakən rayonu, Xalatala kəndində qeydiyyatda olsada uzun müddətdir ki, ünvan 7 ünvanda yaşayır. Həmin ev Mirrasim adlı şəxsə məxsusdur. Mirrasim özüdə həmin ünvanda başqa bir evdə ailəsi ilə yaşayır. Təqsirləndirilən şəxs tanımamış və görməmişdir. Zərərçəkmiş şəxs oğludur, lakin onlar birlikdə yaşamamışlar. 24 avqust 2023-cü il tarixdə oğlu Murad zəng edərək bildirmişdir ki, bıçaqla vurulmuşdur və xəstəxanaya gedir. Bundan sonra oğlunun X17də olmasım öyrənib oraya getmişdir. Oğlunun vəziyyəti ağır olmuş və sonuncu əməliyyat olunmuşdur. Oğlu Murada xəstəxanaya tibbi yardım göstərdildikdən sonra oğlu ayıldıqda onunla söhbət edən zaman bildirmişdir ki, 24 avqust 2023-cü il tarixdə onu Elməddin adlı şəxs bıçaqla bir neçə dəfə vurmuşdur. Bacısı Nəzakət və evində kirayə yaşadığı Mirrasim adlı şəxsə oğlunun bıçaqlanmasını bildirmişdir. Onlar da xəstəxanaya gəlmişlər. Oğlu bir neçə gün xəstəxanada müalicə aldıqdan sonra ev şəraitində müalicəsini davam etdirmək üçün buraxılmışdır. Yaşadığı mənzildə şərait olmadığından oğlu Muradı bacısı Nəzakət öz kirayə yaşadığı evə aparmışdır. Oğlunun müalicəsi üçün pul lazım olduğundan Mirrasim adlı şəxsdən 1000 manat borc pul almışdır. Həmin pulu oğlunun müalicəsi üçün xərcləmişdir. Bacısı Nəzakətdə oğlunun müalicəsi üçün pul xərcləmişdir. Oğlu Muradı bıçaqla vuran Elmmədin adlı şəxsin valideyinləri tərəfindən onlara heç bir maddi yadım olunmamışdır. Şahid X3 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. O, Elməddin ilə birlikdə Binəqədi rayonu, X10 küçəsi 27 ünvanında 2-ci mərtəbədə yaşamışdır. X9 isə birinci mərtəbədə yaşayırdılar. Zaurla Murad hər gecə müntəzəm olaraq içki məclisi düzəldirdilər, bununla bağlı ev sahibinə bir neçə dəfə şikayət etmişdir. Çünki oğlu Elməddinin psixi problemləri olduğuna görə səsküy ona pis təsir edirdi. 24 avqust 2023-cü il tarixdə gec vaxtı X12 “beş barmaq” adlı alətlə xəsarət yetirdilər. Narahatlıqla əlaqədar “102” xidmətinə şikayət etməmişdilər, ev sahibinə bununla bağlı məlumat vermişdilər. Həmin gün Elməddin səs-küy səbəbilə əlaqədar aşağı düşmüşdür. Hadisə olan zaman o yatmışdır. Zaur dəmir alət ilə ev sahibinin qapısını döyə-döyə qışqırırdı ki, “dəli Muradı bıçaqladı”, burada dəli olaraq Elməddini nəzərdə tuturdu, bundan sonra hadisə ilə bağlı məlumatı olmuşdur. Oğlu Elməddini xəstəxanaya apardılar, daha sonra reanimasiyaya yatırıldı, lakin sonra zəng gəldi ki, Elməddini bölməyə aparıblar. Zərərçəkmiş şəxs iki-üç gün xəstəxanada qalıb. Hadisə zamanı yatdığına görə hadisənin şahidi olmamışdır. Hadisədən sonra hadisə yerini görmüş, heç bir iz qalmamışdı. X13, Murada da Elməddin xəsarət yetirib. Elməddin yerdən tapdığı hər hansı alətlə Murada xəsarət yetirib. Hadisənin şahidi olmamış, bunları Elməddindən eşitmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid X3 ibtidai istintaq zamanı göstərmişdir ki, əvvəl evli olmuş, lakin sonradan boşanmış, üç yetkinlik yaşına çatmış, yəni bir oğlu və iki qızı vardır, qızları anası ilə Quba şəhərində, oğlu isə onunla yaşayır. Oğlu Təqsirləndirilən şəxsdur. ünvan 2 ünvanda oğlu Elməddin ilə iki ildir ki, yaşayır. Həmin ev uzaq qohumu olan Oqtaya məxsusdur. Ev iki mərtəbəlidir, evin ikinci mərtəbəsində onlar, birinci mərtəbəsində isə başqa şəxslər yaşayır. Evin birinci mərtəbəsində yaşayan şəxslərdən biri də Zərərçəkmiş şəxsdur. Murad ilə heç vaxt narazılıqları, ədavətləri və düşmənçilikləri olmamışdır. Muradı ötəri olaraq tanımışdır. 24 avqust 2023-cü il tarixdə səhər saat 05 radələrindən sonrakı saatlarda evdə yatmışdır. Həmin saatlarda yuxudan oyanıb işə getməyə hazırlaşmışdır. Yatdığı zaman səs eşitmiş, belə ki, evin həyət qapısının orta hissəsində olan tayı, yəni içəri girib-çıxmaq üçün olan hissəsi açılaraq böyük hissəsinə dəymişdir. Bundan sonra evin balkonuna çıxmışdır. Həmin vaxt evdə kirayəşin yaşayan Zaur adlı şəxs evin həyətinə daxil olmuşdur. Zaurun əlində dəmir alət olmuşdur. O dəmir alət ilə evin tikilisinə bitişik olan dəmir borunu vuraraq qışqırıb “dəli Muradı bıçaqladı” ifadələrini işlətmişdir. Bundan sonra paltarlarım geyinib küçəyə çıxmışdır. Küçəyə çıxdıqda isə heç kimi görə bilməmişdir. Belə ki, artıq hər kəs getmişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məlum olmuşdur ki, oğlu Elməddin Muradı bıçaqla vurmuşdur. Sonradan isə öyrənmişdir ki, Murad və Zaur adlı şəxslər də oğlu Elməddini vurmuşlar. O əlavə dindirilərkən göstərmişdir ki, Zaur və İbrahim adlı şəxsləri tanımamış, lakin görmüş və onlar yaşadığı evin birinci mərtəbəsində yaşamışlar. Ancaq onların yalnız adlarını bilmişdir. X14 bıçaqla vurmasını görməmişdir. Küçəyə çıxdıqda artıq heç kəs olmamış və hadisə bitmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, əvvəl evli olmuş, lakin boşanmış və iki yetkinlik yaşına çatmış uşağı vardır. Balakən rayonu, Gərəkli kəndində qeydiyyatda olsada uzun müddətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində kirayə yaşayır. Təqsirləndirilən şəxs tanımamış və görməmişdir. Zərərçəkmiş şəxs bacısı Nərgizin oğludur. Nərgiz Suraxanı rayonunda kirayə yaşayır. 25 avqust 2023- cü il tarixdə yaşadığı evdə olan zaman bacısı zəng edərək bildirmişdir ki, oğlu Muradı Elməddin adlı şəxslə bıçaqla vurmuşdur və oğlu hazırda xəstəxanadadır. Bundan sonra xəstəxanaya getmiş, Muradın vəziyyəti ağır olmuş və sonuncu əməliyyat olunmuşdur. Murad bir neçə gün xəstəxanada olduqdan sonra çıxmış və anasının yaşadığı evin şəraiti normal olmadığından Muradı öz yaşadığı evə gətirmişdir. Murada evdə o, baxmışdır. Murada baxdığı müddətdə onu bıçaqla vuran şəxsin valideyinləri tərəfindən onlara heç bir maddi dəstək olunmamış və bacısı Nərgiz tanıdığı şəxslərdən borca pul almışdır. Elməddinin Muradı bıçaqla vurmasını görməmiş və bilməmişdir. Bu barədə Muradın anası Nərgiz demişdir. Məhkəmədə elan olunub araşdırılmaqla cinayət işinin materiallarına əlavə olunmuş: 24 avqust 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, cinayət hadisəsi ünvan 3 ünvanın qarşısında parkda baş vermişdir. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılması zamanı o, 24 avqust 2023-cü il tarixdə saat 05 radələrində ünvan 3 ünvanın qarşısındakı parkda Zərərçəkmiş şəxs bıçaq ilə vuraraq xəsarət yetirməsini deyərək hadisə yerini göstərmiş və bu barədə protokol tərtib olunmuşdur. Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılması zamanı o, 24 avqust 2023-cü il tarixdə saat 05 radələrində ünvan 3 ünvanın qarşısındakı parkda Təqsirləndirilən şəxs onu bıçaq ilə vuraraq xəsarət yetirməsini deyərək hadisə yerini göstərmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilib protokola əlavə olunmuşdur. Məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” birliyi X16 verdiyi 23 sentyabr 2023-cü il tarixli 1833 saylı rəydən məlum olur ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər-qarın nahiyəsinin daxilə nüfuz edərək qaraciyəri, köndələn çənbər bağırsağı və böyük piyliyi zədələyən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol bazu nahiyəsinin deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının ön səthinin və qarın nayisənin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralan deşici-kəsici əşyanın (alətin) təsirindən sol baldır nahiyəsinin sıynqlan isə bər küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X17” PHŞ-nə müraciət etdiyi xx.xx.2023-cü il saat 05:26-dan bir qədər əvvəl əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən qarın nahiyəsinin daxilə nüfuz edərək qaraciyəri, köndələn çənbər bağırsağı və böyük piyliyi zədələyən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol bazu nahiyəsinin deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yarısının ön səthinin və qarın nahiyəsinin daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları həm ümumilikdə və həm də ayrı- ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, sol baldır nahiyəsinin sıyrıqları isə həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalannı nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar bıçağın tiyəsinin deşici-kəsici təsirindən, sol baldır nahiyəsinin sıyrıqları isə insan bədəninin hissələri (təpik və s.) ilə endirilmiş zərbələr nəticəsində qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 verdiyi 29 noyabr 2023-cü il tarixli 183 saylı rəydən məlum olur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs nda haı-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət hadisəsini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi faəliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirtmədiyinə görə öz hərəkətlərinin faktiki xarakterini cə ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 21 və 22 maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir və o cinayət əməlini törədildiyi zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22 maddələrinin təsiri altına düşməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəsatəlik əlaməti müəyyən olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əqli imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasım tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs inadkarlıq, əsəbilik, hövsələsizlik, emosionallıq, hiss və yaşantıları qabartmağa meyillik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, həmçinin başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz hərəkətlərinin mahiyyətini qavramaq, dərk etmək və bu barədə məlumat vermək iqtidarındadır. Təqsirləndirilən şəxs qərarın rəsviri hissəsində qeyd edilən hadisəni törətməsi fərdi-psixi xüsusiyyətləri fonunda stiuasiya ilə əlaqədar olmuşdur. Məhkəmənin hüquqi qiymətləndirməsi: Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, siqaret çəkmək üçün həyətə düşmüş, bu zaman Murad və Zaur adlı şəxslər onları ev sahibinə şikayət etməsi səbəbindən onun üzərinə hücum çəkmiş, ona “beş barmaq” adlanan alətlə xəsarətlər yetirmiş, bu zaman o da özünü müdafiə məqsədilə haradan tapdığını bilmədiyi dəmir alətlə Murada bədən xəsarətləri yetirmiş, üzərində bıçaq olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs bu ifadələrini iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə, həmçinin, məhkəmə tibbi ekspertizasının rəyi və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla qarşılıqlı təhlil edərək qeyd edir ki, onun bu ifadələri öz müdafiəsinə yönəlmiş, faktiki əsası olmayan ifadələr kimi nəzərə alınmalıdır. Çünki onun bu iddiaları həm onun özünün ifadələrində təsvir etdiyi hallarla, həm də zərərçəkmiş şəxs və şahidlərin ifadələri, məhkəmə ekspertiza rəyləri və işin faktiki halları ilə təkzib olundu. Həmçinin məhkəmə onun üzərində bıçaq olmaması ilə bağlı iddialarına münasibətdə qeyd edir ki, onun bu iddiaları özünün ibtidai istintaq zamanı verdiyi üzərində çox zaman bıçaq olması, hadisə zamanı üzərində olan bıçağı mağazadan alması və həmin bıçağın cib bıçağı olmasını təsdiq edən ifadələri ilə tam təkzib olunduğu qənaətinə gəlir. Bu səbəbdən məhkəmə onun bu ifadələrini də öz müdafiəsinə yönəlmiş, faktiki əsası olmayan ifadələr kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüququna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıdığını qeyd edir. O isə bəyanatlarında iddia etdiyi halları təsdiq edən sübut təqdim etmədi. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini anlaqlı vəziyyətdə qəsdən törətməsi qənaətinə gəlib, onun təqsirli bilinməsini və onun əməlinin Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddəsi ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. Məhkəmədə Zərərçəkmiş şəxs anası X5 məhkəməyə mülki iddia ilə müraciət edib cinayət hadisəsi zamanı ona dəymiş ziyanın əvəzi olaraq 36.600 (otuz altı min altı yüz) manatın Təqsirləndirilən şəxs valideynlərindən tutulub ona ödənilməsi ilə xahiş edib, ərizədə qeyd olunan məbləğin onun tərəfindən ödənilməsini təsdiq edən sənədin olmamasını bildirdi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs valideynləri təqsirləndirilən şəxsin hərəkətlərinə görə məsuliyyət daşımırlar. Çünki Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmış, anlaqlı şəxsdir. O, öz hərəkətlərinə görə özü məsuliyyət daşıyır. Bu səbəbdən də Təqsirləndirilən şəxs hərəkətlərinə görə onun valideynlərinə qarşı verilmiş iddia təmin oluna bilməz. Bununla bərabər məhkəmə, Təqsirləndirilən şəxs hərəkətləri nətəcəsində zərərçəkmiş şəxsə və onun ailə üzvülərinə maddi zərər dəydiyini ehtiva edir, lakin bu məbləğin miqdarını təsdiq edən ödəmə sənədləri olmadığı və iddianın yönəldiyi şəxsin delikt öhdəliyi olmadığı üçün iddianın baxılmamış saxlanılmasını və ona mülki mühakimə icraatı qaydasında şikayət vermək hüququ olması izah olunmasını əsaslı sayır. İş üzrə maddi sübut yoxdur. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi əvvəllər məhkum olmaması, ibtidai istintaq zamanı törətdiyi cinayət əməlinin törədilmə üsulu, halları barəsində ifadələr verməsi müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Məhkəmədə elan olunub, araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 26 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onun barəsində həbs qətimkan tədbiri seçilib hazırki vaxtadək həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə bu halı Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcını müəyyən edərkən nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs ilk dəfə qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb, təyin edilmiş cəzanın onun tərəfəindən Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri baxımından ona təyin olunmuş cəzaları qismən toplamaq üsulu ilə ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 24 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Şahid1 mülki iddiaçı qismində tanınması və dəymiş zərərin əvəzi olan 36.600 (otuz altı min altı yüz) manat vəsaitin ona qaytarılması ilə bağlı iddiası baxılmamış saxlanılsın və ona mülki mühakimə icraatı qaydasında şikayət vermək hüququ olması izah olunsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-1493/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1493/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver