Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1494/2022 22.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X13 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 1 dekabr 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, 19 yanvar 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşından ünvan 2 ünvanında yerləşən “Dağüstü Park” ərazisində ümumi təmiz çəkisi 3014,817 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla yaşadığı ünvan 3 ünvanda yerləşən yaşayış evinin yaxınlığında olan yarımtikiliyə qanunsuz daşımış, həmin narkotik vasitə heroinin külli miqdarda 4,817 qram hissəsini 1 ədəd bükümdə qablaşdıraraq satış məqsədi ilə üzərində saxlamış, 21 yanvar 2022-ci il tarixdə saat gecə 3 radələrində Bakı şəhəri Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən “Dağüstü Park” ərazinin yaxınlığında saxlanılaraq Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 1073 ünvanında yerləşən Səbail RPİ-nin inzibati binasına gətirilərək həmin gün saat 3:40dan etibarən xidməti otaqların birində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan yaşımtıl rəngli gödəkcəsinin sol ön döş cibindən satış məqsədi ilə əldə edib üzərində gəzdirməklə daşıyıb saxladığı 1 ədəd bükümdə təmiz çəkisi 4,817 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 4:25 radələrində ünvan 3 ünvanda yerləşən yaşayış evinin yaxınlığında olan yarımtikiliyə keçirilən baxış zamanı yarımtikilidə quraşdırılmış daş sobasının (kamin) içindəki tullantıların arasından 1 ədəd bükümdə təmiz çəkisi 3010 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar ayında mobil nömrəsini yeni dəyişdirmişdir. Həmin vaxt Astaradan olduğunu bildirən şəxs mobil nömrəsinə zəng etmişdir. Həmin şəxsi tanımamış və onun anket məlumatlarını bilməmişdir. Həmin şəxs ilk zəngindən sonra da ona bir neçə dəfə zəng edib hal-əhval tutmuş, ona pay kimi meyvə-tərəvəz göndərəcəyini bidirmişdir. Həmin zənglərdən birində həmin şəxs ona narkotik vasitə göndərməyi, onun da həmin narkotik vasitələri müxtəlif yerlərə çatdırmağını xahiş etmişdir. O da həmin şəxsə bu cür işlərlə məşğul olmadığını, yalnız öz şəxsi istifadəsi üçün ondan narkotik vasitə ala biləcəyini bildirmişdir. Astaradan olan həmin şəxs də onunla razılaşmışdır. Bundan sonra 19 yanvar 2022-ci il tarixdə həmin şəxslə telefon əlaqəsi yaratsa da, həmin şəxs onu 2 gün yubatmış və nəhayət, 21 yanvar 2022-ci il tarixdə ona nakotik vasitəni “Dağüstü” parkın yaxınlığında, yolun kənarında, daşın altına qoyacağını, gedib oradan götürməyimi bildirmişdir. O da narkotik vasitəni götürmək üçün həmin şəxsin dediyi ünvana getmişdir. Parkda olan zaman sonradan polis əməkdaşı olduqlarını bildiyi mülki geyimli şəxslər ona yaxınlaşaraq narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt narkotik vasitəni götürməyə imkanı olmamışdır. Daha sonra polis əməkdaşlarına etiraz etdikdə təzyiq göstərərək, hətta onu sürüyərək avtomobilə aparıb Səbail RPİ-nə gətirmişlər. Polis idarəsində üzərində şəxsi axtarış keçirilmiş və üzərindən 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd üzərində “Samsung” yazılan batareya, 1 ədəd üzərində “Araz” market yazılan plastik kart və 1 ədəd üzərində “Kapital Bank” yazısı olan kart aşkar olunmuşdur. Bundan əlavə üzərindən heç nə aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu D.Əliyeva küçəsində yaşadığı evin yaxınlığında olan yarımtikiliyə gətirmişlər. Polis əməkdaşları özləri ilə gətirdikləri narkotik vasitə bükümünü həmin yarımtikiliyə qoyduqdan sonra ona videoçəkiliş aparılacağını deyib, həmin vaxt yarımtikilidə olan narkotik vasitəni göstərməyini və özünə məxsus olmasını bildirməyini tələb etmişlər. Onlara etiraz etdikdə isə baş, göz və diz nahiyələrinə vurmuşlar. Artıq təzyiqlərə dözməyib polis əməkdaşlarının dedikləri ilə razılaşmış və videoçəkiliş zamanı bükümlərin ona məxsus olduğunu bildirmişdir. 1 ədəd “Samsung” markalı mobil telefonu olmuşdur. Tutulanadək istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Astaradan olduğunu bildirən şəxs özü onunla əlaqə yaratmışdır. “Kapital Bank” kartı anasına məxsus olsa da, o istifadə etmişdir. İstifadəsində olan bank kartına özü tez-tez 5-10 manat pul yükləmiş, həmin bank kartına başqa heç kim tərəfindən pul göndərilməmişdir. Yaşadığı evin yaxınlığında olan yarımtikiliyə əvvəllər heç vaxt getməmişdir. Həmin yarımtikilidə “yersiz-yurdsuz” adamlar qalmışlar. Polis əməkdaşlarının ona qarşı qərəzli olma səbəblərini bilmir. Onu tutan polis əməkdaşlarından Şahid2 əvvəllər yaşadığı məhəllədə görmüş, digərlərini isə ilk dəfə görmüşdür. “Dağüstü Park”a 1 qram narkotik vasitə heroini götürmək üçün getmişdir. Tutulan zaman üzərindən qanunla qadağan olunmuş heç nə aşkar olunmamışdır. Ona polis əməkdaşları tərəfindən fiziki təsirlər videoçəkilişlərdən əvvəl göstərilmişdir. Şəxsi axtarış və baxış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Videoçəkiliş həyata keçirilən zaman gözündə olan xəsarətlər aydın görünmüşdür. Heç kimə narkotik vasitə satmamış və verməmişdir. Narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Müstəntiqin yanında olarkən ona fiziki və ya psixi təsir göstərilməmişdir. Tutulanadək işləməmişdir. Bank kartına yüklədiyi pullardan mobil telefonda ödənişli oyunlar oynayarkən istifadə etmişdir. Narkotik vasitənin yalnız heroin növündən istifadə etmişdir. Heroini iyləməklə qəbul etmişdir. Heroinin 1 qramını təxminən 2- 3 gün istifadə etmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaqında şahidlərin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 21 yanvar 2022-ci il tarixdə şöbəyə Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq narkotik vasitələri əldə edib daşımaqla saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat idarə rəhbərliyi adına məruzə olunaraq əməliyyat tədbirlərinin keçirilməsinə dair razılıq əldə edildikdən sonra əməldiyyat qrupu yaradıldıqdan sonra keçirilmiş əməliyyat məlumatları nəticəsində Təqsirləndirilən şəxs adlı şəxsin olduğu yer müəyyən edilmiş və həmin gün saat təxminən 3 radələrində məlumat əsasında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdən sonra əməliyyat qrupu üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən “Dağüstü Park”ına gəlmiş və orada yol kənarı ilə piyada hərəkət edən xarici əlamətləri Samir adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirərək həmin şəxsə özünü təqdim etməsini təklif etdikdə, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Onlar həmin şəxsə narkotik vasitələrin qanunsuz olaraq əldə edilib, saxlamaqla daşıması və satışı ilə məşğul olması barədə şübhəli olduğunu bildirərək həmin şəxsə birlikdə Səbail RPİ-nə getməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs təkliflə razılaşaraq onlarla birlikdə Səbail RPİ-nə gəldikdən sonra RPİ-nin inzibati binasında xidməti otaqların birində Səbail RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru Əli İsmayılov tərəfindən Səbail RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Səbail RPİ-nin KTQ-nin inspektoru, polis kapitanı X5, onun və müdafiəçi X2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. X6 şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki yaşımtıl rəngli gödəkcənin sol ön cibindən 1 ədəd şəffaf sellofanın içərisində bükülmüş yaşımtıl rəngli spesifik qoxuya malik, narkotik vasitə olan “heroinə” bənzər büküm, bundan başqa üzərindən 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd üzərində “Samsung” yazılan batareya, 1 ədəd üzərində “Araz” market yazılan plastik kart, 1 ədəd üzərində “Kapital Bank” yazısı olan kartı təqdim etmişdir. Həmçinin həmin narkotik vasitəni İran vətəndaşından aldığını bildirib qalan hissəsinin yaşadığı evin yaxınlılğında gizlətdiyini demişdir. Daha sonra həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” möhürü ilə möhürlənərək götürülməsi təmin edilmişdir. Bundan şübhəli şəxs Təqsirləndirilən şəxs və vəkili ilə birlikdə ünvan 3 ünvanda yerləşən yaşayış evinin yaxınlığında olan yarımtikiliyə gəlmişlər və Təqsirləndirilən şəxs orada olan yarımtikilidəki kaminin içərisindən 1 ədəd ağ rəngli sellofana bükülmüş bükümü götürərək onlara təqdim etmişdir. Sellofan bükümün içərisinə baxış keçirilərkən içərisində ağ rəngli şəffaf sellofan bağlama aşkar edilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroin olmasını və həmin narkotik vasitəni İran vətəndaşından almasını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən heroini alan şəxslərin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq həmin şəxsləri müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs tutulan zaman onlara müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni yaşadığı evin yaxınlığındakı yarımtikilidə saxladığını özü etiraf etmişdir. Şəxsi axtarış və baxış təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə həyata keçirilmişdir. Şəxsi axtarış və baxış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Yarımtikiliyə baxış zamanı Təqsirləndirilən şəxs üzündə xəsarət olmasını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 və Şahid2 Şahid4 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər Şahid1 və Şahid3 ibtidai araşdırma orqanına verdikləri ifadələrindən görünür ki, onlar Şahid4 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqə 88-89 və 92-93). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, barəsində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan yaşımtıl rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd üzərində “Samsung” yazısı olan telefon batareyası, 1 ədəd üzərində “Araz” market yazısı olan plastik kart, 1 ədəd üzərində “Bakı kartı” yazısı olan plastik kart, 1 ədəd üzərində “Kapital Bank” yazısı olan Nailə Babayevanın adı olan bank kartı, 16 qəpik dəmir pullar, daha sonra əynindəki gödəkcənin sol ön cibindən 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəyə bənzər maddəni masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs sellofana bükülmüş bükülünün içərisində nə olduğu soruşulduqda, sonuncu həmin maddənin heroin olduğunu, şəxsi istfadəsi üçün tanımadığı İran vətəndaşından telefon vasitəsi ilə sifariş verdiyini və xx.xx.2022-ci il tarixdə nisyə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitədən yenə də olması soruşulduqda, sonuncu əlavə narkotik vasitə olduğunu və yaşadığı evin yaxınlığında sökülmüş yarımtikilidə saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdır (cild 1, iş vərəqə 37-38). Cinayət işinin materiallarında olan “axtarış və götürmə” haqqında protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində sökülmüş vəziyyətdə olan tikilidəki daş kaminin içərisindən ağ rəngli sellofan bükülünü Təqsirləndirilən şəxs götürərək könüllü təqdim etmiş, həmin bükülüdə narkotik vasitə heroinə bənzər maddənin olduğunu, həmin maddəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini və həmin yerdə gizlətdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş maddə qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqə 42-44). Cinayət işinin materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, barəsində şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan yaşımtıl rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd üzərində “Samsung” yazısı olan telefon batareyası, 1 ədəd üzərində “Araz” market yazısı olan plastik kart, 1 ədəd üzərində “Bakı kart» yazısı olan plastik kart, 1 ədəd üzərində “Kapital Bank” yazısı olan Nailə Babayevanın adı olan bank kartı, 16 qəpik dəmir pullar, daha sonra əynindəki gödəkcənin sol ön cibindən 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəyə bənzər maddəni masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs sellofana bükülmüş bükülünün içərisində nə olduğu soruşulduqda, sonuncu həmin maddənin heroin olduğunu, şəxsi istfadəsi üçün tanımadığı İran vətəndaşından telefon vasitəsi ilə sifariş verdiyini və 21 yanvar 2022-ci il tarixdə nisyə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitədən yenə də olması soruşulduqda, sonuncu əlavə narkotik vasitə olduğunu, yaşadığı evin yaxınlığında sökülmüş yarımtikilidə saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 1 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa, axtarış və götürmə nəticəsində Bakı şəhəri, Yaşamal rayonu, M.Əliyev küçəsi ilə D.Əliyeva küçəsinin kəsişməsində sökülmüş vəziyyətdə olan tikilidəki daş kamenin içərisindən ağ rəngli sellofan bükülünü Təqsirləndirilən şəxs götürərək könüllü təqdim etmiş, həmin bükülüdə narkotik vasitə heroinə bənzər maddənin olduğunu, həmin maddəni İran İslam Respublikası vətəndaşından əldə etdiyini və həmin yerdə gizlətdiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş maddə qablaşdırılmaqla götürülmüşdür (cild 1, iş vərəqə 57-58). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Kimyəvi Ekspertizasının 21 yanvar 2022-ci il tarixli 6/399 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazısı və imzalar olan 1 ədəd zərfdə və 1 ədəd bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi 4,817 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 ədəd bağlamada təmiz çəkisi 3010 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinlərin ümumi təmiz çəkisi 3014,817 qram (3 kq 14,871 qram) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir (Qeyd: heroinin təmiz çəkiləri 4,817 və 3010 qram, tədqiqata sərf edildi 0,1 və 0,2 qram, qalıq 4,717 və 3009,8 qram, cild 1, iş vərəqə 51-55). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 1 iyul 2022-ci il tarixli 3584 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 222-223). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 1 iyul 2022-ci il tarixli 1721 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları və həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Törətdiyi əməl dövründə onda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də o törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini dərk etmək və düzgün ifadə vermək qabiliyyətinə malikdir (cild 1, iş vərəqə 225-226). Cinayət işinin materiallarında olan Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən onun təxirəsalınmaz tibbi müayinəsi zamanı sol gözətrafı nahiyəsində tünd bənövşəyi rəngli qançır, hər iki diz və təpə nahiyəsində qərtməkli yaralar aşkar olunmuşdur (cild 2, iş vərəqə 58-59). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 3 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail RPİ-nin polis əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 2, iş vərəqə 74-75). Cinayət işinin materiallarından görünür ki, Bakı şəhər Yasamal rayon məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid2 “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 21 yanvar 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (cild 2, iş vərəqə 152-153). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3014,517 qram olan narkotik vasitə heroin və 1 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınaraq Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, “şəxsi axtarış və götürmə”, “axtarış və götürmə” istintaq hərəkətlərini özündə əks etdirən 2 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqə 227-235). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 1 oktyabr 2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 10 (on) ay 13 (on üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (cild 1, iş vərəqə 162-163 və 165-180). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi əvvəlki cinayətə görə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 10 (on) ay 13 (on üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildikdən 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 28). Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 22 yanvar 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 yanvar 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 82-85). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 21 yanvar 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3014,517 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -1 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı; -“şəxsi axtarış və götürmə”, “axtarış və götürmə” istintaq hərəkətlərini özündə əks etdirən 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 21 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3014,517 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -1 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın; -“şəxsi axtarış və götürmə”, “axtarış və götürmə” istintaq hərəkətlərini özündə əks etdirən 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1494/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1494/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver