Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1494/2023 25.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X13 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X5, müdafiəçi - Bakı şəhəri “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi-mütəxəssis X2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Rusiya Federasiyası, Volgoqrad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və üzərində ödənilməmiş məhkumluğu olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29C, mənzil 41-də qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş cinayət əməlini törətmiş və yolnəqliyyat hadisəsi yerindən qaçmışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, 29 yanvar 2023-cü il tarixdə, saat 22:00 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi, tanışı X3 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Mersedes Benz C 200” markalı minik modelli, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanından ünvan 2larkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələbləri pozub həmin ünvanda yerləşən “Lal və Karlar” yataqxanasının qarşısında yolun sol hərəkət hissəsindən sağ hərəkət hissəsinə doğru hərəkətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə ehtiyatsızlıqdan vurub sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid baş beyin əzilməsi, baş beyinə, qişalarına, mədəciklərinə qansızma, sağ bazu sümüyünün yuxarı 1/3-nin yerinidəyişən sınığı, sağ baldır sümüklərinin yerdəyişən qapalı sınıqları, sağ tərəfdən qasıq və oturaq sümüklərinin yerdəyişən sınıqları, omba sümüyünün xətti sınığı, L2, L3, L4, L5 bel fəqərələrinin sol yan çıxıntısının sınıqları, hər iki kürək sümüyünün sağda yerdəyişmiş, solda xətti sınıqları, sağ tərəfli pnevmohemotoroksla müşayiət olunan İ, İİ, İİİ, İV, V, X qabırğaların yerdəyişmiş yayılmış, Vİ, Vİİİ, Vİİİ, İX, Xİİ qabırğaların xətti sınıqları, sol tərəfli pnevmotoraks, hər iki ağciyərin əzilməsi, bədənin sıyrıq və qançırlarından ibarət xəsarətlər yetirmiş, həmin xəsarətlərdən baş beyinə, qişalarına, mədəciklərinə qansızma Zərərçəkmiş şəxs 19 fevral 2023-cü il tarixdə, saat 00:00-da müalicə olunduğu 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölümünə səbəb olmuşdur. Bundan başqa, o, 29 yanvar 2023-cü il tarixdə, saat 22:00 radələrində yol nəqliyyat hadisəsi törətdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, təcili tibbi yardım avtomobili çağırmalı, zərərçəkən şəxs həyat üçün təhlükəli xəsarət aldığı hallarda yaxınlıqdakı tibbi müəssisəyə aparmalı və həmin müəssisədə şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda bu tələbləri pozmuş və yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yeridən qaçmışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hadisə baş verən gün spirtli içki qəbul etməmişdir. İbtidai istintaq zamanı onun spirtli içki içməsi barədə məlumatı müstəntiqə qəza törədilən vaxt onun idarə etdiyi avtomobilin sahibi vermişdir. Belə ki, avtomobilin sahibi müstəntiqin otağından çıxan zaman onu görmüş və müstəntiqə ifadə verərkən onun qəza törətdiyi zaman içkili olduğunu müstəntiqə bildirdiyini ona demişdir. O, avtomobilin sahibindən nəyə görə belə dediyini soruşduqda, avtomobilin sahibi onun içkili olduğunu bildirdiyi halda cinayət işinin yüngülləşəcəyini bildirmişdir. O da ibtidai istintaq zamanı ifadə verərkən hadisə baş verən gün içkili olduğunu, yəni spirtli içki qismində pivə içdiyini demişdir. Hadisə baş verən gün avtomobili əvvəlcə həmin avtomobilin sahibi idarə etmiş, lakin yarı yolda avtomobilin sahibi avtomobili saxlayaraq onun idarə etməsini, özünün isə avtomobilin arxa oturacağına keçəcəyini bildirmişdir. Daha sonra avtomobili o, idarə etməyə başlamışdir. O, bir müddət avtomobili idarə etdikdən sonra yanacaq doldurma məntəqəsinə girmişdir. Yanacaq doldurma məntəqəsindən çıxan zaman onun idarə etdiyi avtomobil digər avtomobilin güzgüsünə dəymişdir. Lakin o, həmin anı hiss etməmişdir. Biraz getdikdən sonra işıqforda qırmızı işıq yandığı üçün o, avtomobili saxlamışdır. Həmin vaxt digər avtomobilin sahibi ona yaxınlaşaraq nəyə görə avtomobili vurub qaçdığını ondan soruşmuşdur. O da avtomobildən düşərək digər avtomobilin sahibi ilə mübahisə etməyə başlamış və həmin şəxsə başa salmışdır ki, həmin şəxsin avtomobilini vuran zaman bunu hiss etməmişdır. Həmçinin o, digər avtomobilin sahibinə demişdir ki, əgər avtomobilinə zərər vurmuşdursa, zərəri ödəməyə hazırdır. O, digər avtomobilin sahibi ilə mübahisəni həll etdikdən sonra avtomobilə əyləşərək yoluna davam etməyə başlamışdır. O, qısa məsafə qət etmişdir ki, kimsə anidən onun idarə etdiyi avtomobilin qarşısına tullanmışdır. Lakin o, avtomobilin qarşısına tullanan şəxsi görməmişdir. Sonra o, avtomobili idarə etməyə davam etmişdir. O, təxminən 300 (üç yüz) metr yol qət etdikdən sonra avtomobildə əyləşən digər şəxslər onun avtomobil ilə kimisə vurduğunu demişlər. Bundan sonra o, avtomobili saxlayaraq avtomobildən düşmüşdür. Avtomobilin sahibi ona kimisə vurduğunu deyib avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. O isə hadisə yerinə piyada geri qayıtmışdır. O, hadisə yerinə qayıdan zaman orada heç kimi görməmişdir. Həmin yerdə sadəcə 3-4 nəfər şəxs dayanmışdır. O, hadisə yerində heç kimi görmədiyi üçün taksi sifariş edərək yaşadığı evə getmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, spirtli içki qəbul etdikdən sonra avtomobil idarə etmənin yanlış olduğunu bilsə də, düşünmüşdür ki, içkili olduğunu desə işi yüngülləşər. Teyyub qəza törətdiyi avtomobilin sahibidir. Hadisə zamanı onun diqqətini yayındıran hal olmuşdur. Buna səbəb texminən hadisədən bir dəqiqə əvvəl avtomobilin pəncərəsini açan zaman düyməsinin yerə düşməsi olmuşdur. O, düyməni yerdən götürməyə çalışmışdır. Çünki yağış yağırmış və ona görə də o, pəncərəni bağlamaq istəmişdir. O, toqquşmadan sonra yan güzgüdən kiminsə kənara tullandığını görmüşdür. O, hadisə yerinə qayıdan zaman orada heç kimi görməmişdir. Ona görə də o, düşünmüşdür ki, yüngül qəza olmuş və zərərçəkmiş şəxs qəzadan sonra evinə getmişdir. O, hadisə yerinə qayıdan zaman orada qan izinə rast gəlməmişdir. Həmçinin o, hadisədən sonra da avtomobilə baxış keçirən zaman avtomobilin üzərində qan izi görməmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq orqanına vermiş olduğu ifadəsinin elan edilməklə tədqiq edilməsinə zərurət yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-3 və 264-cü maddələri ilə özünü təqsirli bilərək bildirmişdir ki, Rusiya Federasiyasının Volgoqrad şəhərində anadan olmağına baxmayaraq, orta təhsilini Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 252 saylı orta məktəbdə azərbaycan dilində almışdır. 29 yanvar 2023-cü il tarixdə, təxminən saat 20:00 radələrindən sonra o, dostu və qonşusu Şahid4, tanışları Şahid1 və Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aqil” çay evində əyləşmişdir. Onlar orada yemək yemişlər. Həmçinin o, orada 2 bokal pivə içmiş və təxminən 250 qram araq qəbul etmişdir. Təxminən saat 22:00 radələrində onlar kafedən çıxmışlar və Qarayev metrosu yaxınlığında hər hansı bir karaoke olan kafeyə getməyə qərar vermişlər. O, Teyyubun idarə etdiyi “Mersedes Benz C200” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşmişdir. Təhminə isə ön sərnişin oturacağına, Teyyub və Əzizə isə arxa oturacağa əyləşmişlər. Onlar kafedən “Start” idman klubu istiqamətində hərəkət etmişlər və idman klubunun yanında olan yanacaq doldurma məntəqəsinə daxil olaraq oradan avtomobilə yanacaq doldurmuşlar. O, həmin yerdən irəli hərəkət edərək Şərifli küçəsinə daxil olmuşdur. Şərifli küçəsində yerləşən “Cəviz” kafesinin qarşısında o, idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə önündə olan “Hyunday” markalı, boz rəngli avtomobilin arxa sol hissəsindən vurmuşdur. Həmin vaxt o, avtomobili saxlamamışdır. Lakin o, təxminən 300-400 metr irəli hərəkət etdikdən sonra avtomobili saxlamışdır. Belə ki, avtomobilin ön sürücü tərəfdən olan qapısının şüşəsi yuxarı qalxmamış və o, həmin şüşəni əli ilə yuxarı qaldırmağa çalışmışdır. Həmin vaxt bir nəfər şəxs kənardan gələrək onun tərəfindən olan şüşəni əli ilə vurub onu çağırmışdır. O, avtomobildən enmiş və həmin şəxs ona “niyə avtomobilimi vurub qaçmısan” deyərək sual ilə müraciət etmişdir. O, həmin şəxsə hər hansı avtomobili vurduğunu hiss etmədiyini demişdir. Həmin şəxs ona öz avtomobilinin zədələnən arxa sol nahiyəsini və onun idarə etdiyi avtomobilin sağ ön nahiyəsini göstərdikdə, o, həmin avtomobili vurduğunu etiraf etmişdir. Lakin həmin şəxsin avtomobilində sürtük izləri olmuş və həmin izlərə əsasən o, həmin şəxsə avtomobili ilə həmin şəxsin avtomobilini sürtdüyünü, yəni vurmadığını demişdir. Həmin şəxslə onun arasında mübahisə yarandığını görən Teyyub avtomobilin arxa oturacağından enmiş və Teyyub həmin şəxslə söhbət etməyə başlamışdır. Teyyub həmin şəxsə sonuncunun əsəbi olduğunu deyərək həmin şəxslə razılıq əldə etməyə çalışmışdır. Həmin vaxt o, Teyyuba avtomobilə əyləşməsini bildirmiş və Teyyub da avtomobilə əyləşmişdir. Bundan sonra o, irəli hərəkət etmişdir. O, təxminən 2 kilometr irəli hərəkət edərək 60 km/saat sürətlə Lal və Karlar yataqxasının önündən keçərkən yataqxananın önündə bir nəfər yaşlı qadını avtomobil ilə vurmuşdur. Həmin vaxt o, qadının yerə necə dəydiyini və daha sonra nə baş verdiyini görməmişdir. O, avtomobili təxminən 300 metr irəlidə küçədə saxlamışdır. O, Teyyuba avtomobili özünün idarə edərək getməsini bildirmişdir. O, Əzizə və Təhminəyə isə onunla birlikdə olmalarını demişdr. Teyyub oradan getdikdən sonra o, Əzizə və Təhminə ilə birlikdə hadisə yerinə getmişdir. Hadisə yerində 2-3 nəfər olmuşdur. O, təxmin etmişdir ki, ciddi bir hadisə baş verməmişdir. Ona görə də o, taksi sifariş edərək Koroğlu metrosunun qarşısına getmişdir. Koroğlu metrosunun qarşısında Əzizə və Təhminə avtomobildən enmişlər, o isə yaşadığı evə getmişdir. Həmçinin o, qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsindən əvvəlcə onun önündən “Toyota Prius” markalı avtomobil hərəkət etmiş və həmin avtomobil ilə aralarında olan məsafə təxminən 10 metr olmuşdur. “Toyota Prius” markalı avtomobil Lal və Karlar yataqxanasının qarşısından keçərkən o, bir yaşlı qadının avtomobil yolunun orta hissəsində dayandığını görmüşdür. O, oradan keçəndə isə həmin şəxs yataqxana istiqamətində hərəkət etməyə başlamış və nəticədə həmin yaşlı qadını vurmuşdur. Həmin hadisədən əvvəl o, avtomobilin əyləcinə basmamış, eləcə də avtomobili saxlamağa çalışmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, hadisə yerində olmamışdır. Hadisə nəticəsində ölmüş şəxs onun anası olmuşdur. Onun anası hadisə günü onların evində olmuşdur. Sonra onun əri onun anasını yaşadığı evə ötürmüşdür. Əri onun anasını evinin yaxınlığında düşürtmüşdür. Bir müddətdən sonra onun əri ona zəng edərək bildirmişdir ki, "səbrli ol, ananı maşın vurub". O, üç uşağını evdə qoyub dərhal xəstəxanaya getmişdir. Onun anası lal-kar olduğu üçün onlar anası ilə yalnız əl hərəkətləri ilə əlaqə qurmuşlar, lakin qəza nəticəsində onun anasının qolları sındığı üçün onlar anası ilə əl hərətətləri ilə ünsiyyət qura bilməmişlər. Hadisə baş verəndən sonra əri onun anasına yaxınlaşsa da, anası artıq huşunu itirmişdir. Ona görə də əri hadisədən dərhal sonra da onun anası ilə əlaqə saxlaya bilməmişdir. Onun anası hadisə günü vəfat etməmiş, əksinə 21 gün komada qaldıqdan sonra vəfat etmişdir. Təqsirləndirilən şəxsin heç bir yaxın qohumu başsağlığı üçün onların yanına gəlməmişdir. Buna baxmayaraq, o, təqsirləndirilən şəxsi bağışlayır və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada və həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə ilə əlaqədar əvvəlcə bildirmək istəyir ki, o, “Razin” adlanan ərazidə çay evi işlədir. Təxminən gecə saat 00:00-01:00 ərəfələrdə o, həmin çay evinə gələn zaman Təqsirləndirilən şəxs bir neçə şəxslə çay evində əyləşib qəlyan çəkdiyini görmüşdür. Təxminən 10-15 dəqiqədən sonra isə Təhminə adlı xanım və adının bilmədiyi başqa bir xanım da ora gəlmişdir. Sonra onlar birlikdə əyləşib qəlyan çəkmişlər. Daha sonra o, həmin məclisdən qalxaraq evə gedəcəyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs ondan Anarı və oradan olan 2 (iki) xanımı da evə aparmağını xahiş etmişdir. O da Anarla razılaşmışdır. Bundan sonra onlar avtomobil ilə yanacaq doldurma məntəqəsi istiqamətə getmişlər. O, avtomobilə yanacaq doldurulması üçün avtomobildən enmişdir. Sonradan o, avtomobilə əyləşmək istəyərkən artıq Təqsirləndirilən şəxs sükan arxasında əyləşdiyini görmüşdür. O, Təqsirləndirilən şəxs avtomobildən enməsini və avtomobili özü idarə edəcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs ona avtomobili özünün idarə etmək istədiyini bildirmişdir. O da Anarla razılaşaraq digər tərəfdə əyləşmişdir. Onlar bir müddət irəlilədikdən sonra Təqsirləndirilən şəxs başqa bir avtomobilə dəymişdir. Onlar avtomobili saxlayıb enmişlər və digər avtomobilin sahibi ilə biraz mübahisə etmişlər. Daha sonra Təqsirləndirilən şəxs ona avtomobilə əyləşərək yollarına davam etmələrini bildirmişdir. Onlar müəyyən qədər irəlilədikdən sonra qarşılarına qəflətən mərhum çıxmışdır. O, mərhumun avtomobilin qarşısına atladığını görmüşdür. Hadisədən sonra onlar təxminən 200-300 metr irəlilədikdən sonra o, Təqsirləndirilən şəxs avtomobili dayandırmasını bildirmişdir. O, Təqsirləndirilən şəxsı və digər qızları avtomobildən endirib evə getmişdir. Təqsirləndirilən şəxs 10 dəqiqə sonra onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq hər şeyin qaydasında olduğunu, hadisə yerinə geri qayıtdığını, lakin hadisə yerində heç bir şəxsin olmadığını, hətta qan izlərinə belə rastlamadığını bildirmişdir. O da daxilən rahat olduğu üçün evə getmişdir. Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, 29 yanvar 2023-cü il tarixdə, təxminən saat 20:00 radələrindən sonra o, dostu və keçmiş qonşusu Təqsirləndirilən şəxs, sonuncunun tanışları Təhminə və Əzizə ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aqil” çay evində əyləşmişmişdir. Onlar orada yemək yemişlər, habelə o, qəlyan çəkmiş, Anar isə 2 bardaq pivə və az miqdarda araq qəbul etmişdir. Təxminən saat 22:00 radələrində onlar kafedən çıxmışlar və Qara Qarayev metro stansiyasının yaxınlığında hər hansı bir karaoke olan kafeyə getməyə qərar vermişlər. O, atasına məxsus və etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz C 200 markalı”, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşmək istədikdə, Anar ondan avtomobili idarə etmək üçün verməyi xahiş etmişdir. O da buna etiraz etməmişdir. Bundan sonra Anar sükan arxasına, Təhminə ön sərnişin oturacağına, o və Əzizə isə arxa oturacağa əyləşmişmişlər. Onlar kafedən “Start” idman klubu istiqamətində getmişlər və idman klubunun yanında olan yanacaq doldurma məntəqəsinə daxil olaraq oradan avtomobilə yanacaq doldurmuşlar. Həmin yerdən onlar irəli hərəkət edərək Şərifli küçəsinə daxil olmuşlar. Şərifli küçəsində yerləşən “Cəviz” kafesinin qarşısında Anar idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə önündə olan “Hyunday” markalı, boz rəngli avtomobilin arxa sol hissəsindən vurmuşdur. Təxminən 300-400 metr irəli hərəkət etdikdən sonra Anar avtomobili saxlamışdır. Belə ki, avtomobilin ön sürücü tərəfdən olan qapısının şüşəsi yuxarı qalxmamış və Anar həmin şüşəni əli ilə yuxarı qaldırmağa çalışırmışdır. Həmin vaxt bir nəfər kənardan gələrək sükan tərəfdən olan şüşəni əli ilə vuraraq Anan çağırmışdır. Anar da avtomobildən enmişdir. Lakin onlar avtomobildən enməmişlər. Həmin şəxs Anara “niyə avtomobilimi vurub qaçmısan” deyərək sual vermişdir. Anar isə həmin şəxsə avtomobilinə ciddi bir zədə yetirmədiyini demişdir. O, Anar və həmin şəxs arasında söz mübahisəsinin olduğunu görüb avtomobilin arxa sağ oturacağından enmiş və həmin şəxslə söhbət etməyə başlamışdır. Həmin şəxs polisə şikayət edəcəyini dedikdə o, şikayət etməməyi və bu məsələni öz aralarında həll edə biləcəyini demişdir. Həmin vaxt Anar ona avtomobilə əyləşməyini bildirmişdir. O, Anarın yaşca ondan böyük olduğunu nəzərə alaraq avtomobilin arxa sağ oturacağına əyləşmişdir. Daha sonra Anar avtomobil ilə irəli hərəkət etmişdir. Təxminən 2 kilometr irəli hərəkət edib “Lal və Karlar” yataqxanasının önündən keçərkən yataqxananın önündə Anar bir nəfər yaşlı qadını avtomobil ilə vurmuşdur. Həmin vaxt o, qadının yerə necə dəydiyini və daha sonra nə baş verdiyini görməmişdir. O, Anardan avtomobili saxlamağı xahiş etdikdən sonra Anar avtomobilini təxminən 300 metr irəlidə, dar bir küçədə saxlamışdır. O həmin vaxt qorxmuş və nə edəcəyini bilməmişdir. Anar ona avtomobil ilə getməyi bildirmişdir. O, bir neçə dəqiqə orada dayandıqdan sonra avtomobilə əyləşib yaşadığı evə getmişdir. Anarın dediyinə görə Anar və qızlar hadisə yerinə getmişlər. Qeyd edilən qəza zamanı o və hadisə vaxtə “Mersedes Benz C200” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan şəxslər xəsarət almamışlar. Həmçinin o, piyadanın vurulma anını görməmişdir. O, avtomobilin nəyəsə dəydiyini hiss edib önə baxmış və həmin vaxt Anarın kimisə vurduğunu görmüşdür. Baş vermiş hadisədən əvvəl “Mersedes Benz C200” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobildə hər hansı bir nasazlıq olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiqləyir və həmin ifadədə qeyd edilənlər düzdür. Belə ki, hadisə baş verən gün təxminən saat 22:00 radələrində o, Təqsirləndirilən şəxsla görüşmüşdür. Sonra onlar bir restoranda əyləşərək yemək yemişlər. Həmin restoranda onlar 4 (dörd) nəfər olmuşlar. Onlar restorandan çıxaraq avtomobilə əyləşib evə doğru getməyə başlamışlar. Avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. O isə avtomobilin ön oturacağında əyləşmişdir. Bir müddət getdikdən sonra qəza baş vermişdir. Hadisə zamanı o, həyəcanlı olduğu üçün qəzanın necə baş verdiyini xatırlamır. O, həmin qəzanın təsirindən qorxu və həyəcan içərisində olduğu üçün hadisə yerindən 200 (iki yüz) metr irəlidə Təqsirləndirilən şəxs avtomobili saxlamasını tələb etmişdir. Onun hadisə ilə bağlı başqa məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə axşam saatlarında idarə etdiyi “Hyundai Elantra” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 1 ünvanında fəaliyyət göstərən “Cəviz” restoranının qarşısında hərəkətdə olarkən avtomobilinin arxa tərəfindən vurulduğunu hiss etmiş və avtomobili kənara çəkib saxlamışdır. O, avtomobildən düşdükdən sonra avtomobilinin arxa tərəfinin əzildiyini görmüşdür. Onun avtomobilini arxadan “Mersedes” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil vurmuşdur. O, öz avtomobilinin əzildiyini gördükdən sonra həmin avtomobilə oturub öz yoluna davam etmişdir. O, təxminən 1 kilometr getdikdən sonra “Mersedes” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin irəlidə dayandığını görmüşdür. Ona görə o, idarə etdiyi avtomobili həmin “Mersedes” markalı avtomobilin arxasında saxlamış və avtomobildən düşərək “Mersedes” markalı avtomobili idarə edən şəxsə yaxınlaşmışdır. “Mersedes” markalı avtomobili idarə edən şəxs hazırda təqsirləndirilən şəxs qismində çıxış edən Təqsirləndirilən şəxs olmuşdur. O, “Mersedes” markalı avtomobilə yaxınlaşan zaman Anar avtomobilin içərisində olmuşdur. O, sürücü tərəfdən “Mersedes” markalı avtomobilə yaxınlaşmış və avtomobilin şüşəsinə barmaqla vuraraq Anarı çölə çağırmışdır. Anar avtomobildən düşüb ondan nə baş verdiyini soruşmuşdur. O, həmin vaxt Təqsirləndirilən şəxs sərxoş olduğunu hiss etmişdir. O Anara onun avtomobilinin arxa hissəsindən vurduğunu demişdir. Anar isə bunu inkar edərək onun avtomobilini vurmadığını bildirmişdir. Anar onunla danışdıqca, o, Anarın həqiqətən də sərxoş olduğuna əmin olmuşdur. Anar onunla mübahisə etdiyi vaxt “Mersedes” markalı avtomobilin qabaq sərnişin yerindən bir nəfər oğlan da düşərək onların yanına gəlmişdir. Həmçinin Anar və sonuncunun yanında olan oğlandan başqa Anarın idarə etdiyi avtomobildə 2 (iki) nəfər qız da olmuşdur. Anarın yanında olan oğlan ona yaxınlaşaraq məsələni yoluna qoymaq istəmiş, Anar isə həmin oğlana avtomobilə oturmasını demişdir. Həmin oğlan da avtomobilə oturduqdan sonra Anar avtomobili sürüb getmişdir. O, Anarın sərxoş olduğunu başa düşdüyündən sonuncu ilə mübahisə etməyinin mənasız olduğunu fikirləşmişdir. Bundan sonra o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə onun avtomobilini arxadan vurduğunu bildirmişdir. Sonra o, öz avtomobilinə əyləşərək yoluna davam etmişdir. O, Şərifli küçəsində yerləşən “Lak və Karlar yataqxanası” istiqamətində hərəkət etdikdə, həmin yataqxananın qarşısında adamların toplaşdığını görmüşdür. O, avtomobilini saxlayıb adamların yanına yaxınlaşdıqda, yolun ortasında bir nəfər yaşlı qadının avtomobil ilə vurulduğunu öyrənmişdir. Həmin vaxt o, avtomobilini arxadan vuran “Mersedes” markalı avtomobilin həmin yaşlı qadını avtomobillə vurduğunu bilmişdir. Bundan sonra o, yenidən Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs yaşlı bir qadını avtomobil ilə vurduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 01, iş vərəqə 04) görünür ki, Nizami RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Müşfiq Abdullayev raportla həmin idarənin rəisinə məruzə edərək vətəndaş Şahid3 Fərrux oğlunun xx.xx.2023-cü il tarixdə, saat 23:10 radələrində DİNin 102 xidmətinə məlumat verərək Şərifli küçəsində “Mercedes” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun idarə etdiyi “Hyundai” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtimobili vurduğunu, bundan sonra hadisə yerindən yayındığını və irəlidə bir nəfər piyadanı vurduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan, sxemdən və fotoşəkillərdən (cild 01, iş vərəqə 06-13) görünür ki, cinayət hadisəsi ünvan 4 ünvanının qarşısında yerləşən “Lal və Karlar” yataqxanasının qarşısında baş vermişdir. xx.xx.2023-cü il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən (cild 01, iş vərəqə 25- 29) görünür ki, həmin gün “Hyundai” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və həmin vaxt avtomobilin arxa hissəsinin sol aşağı hissəsi zədələnmiş vəziyyətdə olmuşdur. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 01, iş vərəqə 57) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərar alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 66-67) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən (cild 01, iş vərəqə 94- 98) görünür ki, həmin gün “Mersedes Benz C200” markalı, **-DS-*** markalı avtomobilə baxış keçirilmiş və həmin vaxt avtomobilin ön sağ farasının şüşəsi sınmış vəziyyətdə olmuş, habelə avtomobilin ön kapot hissəsinin sol tərəfində 02 ədəd əzik izi olmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 105-107) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-48/2023 saylı qərarından (cild 01, iş vərəqə 135-137) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan (cild 01, iş vərəqə 150) görünür ki, “Mersedes Benz C200” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 01, iş vərəqə 161-162) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin” X11 Nizami rayon şöbəsi tərəfindən verilmiş 552/K nömrəli ekspertiza rəyindən (cild 01, iş vərəqə 206-209) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 170-171) görünür ki, həmin gün Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələrindən həmin Məcəllənin 263- 1.3 və 264-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli raportdan (cild 01, iş vərəqə 166) görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında müxtəlif bədən xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmiş Bakı şəhər sakini 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:00-da həmin xəstəxanada vəfat etmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin” X11 Nizami rayon şöbəsi tərəfindən verilmiş 51 nömrəli ekspertiza rəyindən (cild 01, iş vərəqə 248-256) görünür ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlə aşkar edildi: baş beyin əzilməsi, baş beyinə, qişalarına, mədəciklərinə qansızma, sağ bazu sümüyünün yuxarı 1/3-nin yerinidəyişən sınığı, sağ baldır sümüklərinin yerdəyişən qapalı sınıqları, sağ tərəfdən qasıq və oturaq sümüklərinin yerdəyişən sınıqları, omba sümüyünün xətti sınığı, L2, L3, L4, L5 bel fəqərələrinin sol yan çıxıntısının sınıqları, hər iki kürək sümüyünün sağda yerdəyişmiş, solda xətti sınıqları, sağ tərəfli pnevmohemotoroksla müşayiət olunan İ, İİ, İİİ, İV, V, X qabırğaların yerdəyişmiş yayılmış, Vİ, Vİİİ, Vİİİ, İX, Xİİ qabırğaların xətti sınıqları, sol tərəfli pnevmotoraks, hər iki ağciyərin əzilməsi, bədənin sıyrıq və qançırları. Qeyd olunan xəsarətlər həyatidirlər, şəxsin xəsstəxanaya daxil olmasından az əvvəl, yəni xx.xx.2023-cü il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən, piyada qismində olarkən avtoqəza zamanı əmələ gəlmişlər, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Meyitin müayinəsi zamanı aşkar edilmiş traxeostomiya və drenaj boru yerləri tibbi müdaxilə izləridir. Məmədova Mülkiyə Arif qızının ölümünə başın küt travması nəticəsində baş beyinə, qişalarına, mədəciklərinə qansızma səbəb olmuşdur. X12 Mərkəzində xx.xx.2023-cü il tarixdə, saat 24:00-da baş vermişdir, hansı ki, meyitin məhkəmə tibbi müayinəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs uzun müddət stasionar müaliəcədə olduğundan məhkəmə kimya tədqiqatı üçün qan nümunəsi götürülməmişdir. xx.xx.2023-cü il tarixli məktubdan (cild 01, iş vərəqə 210-213) görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi barədə məlumat Mərkəzi İnformasiya sistemində qeydə alınmamışdır. “Mersedes Benz C200” markalı, **-DS-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X4r. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 8/422 nömrəli ekspertiza rəyindən (cild 01, i.v. 222- 227) görünür ki, “Mersedes Benz C200” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuz olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra müvafiq orqana xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuz olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuz olmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsindən daxil olmuş 3-37/2-65xx-xx/2023-cü nömrəli məktubdan (cild 1, iş vərəqə 234) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərardan (cild 01, iş vərəqə 229) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə yenidən ittiham elan edilmiş və o, göstərilən maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan (cild 2, iş vərəqə 1-3) görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində, yəni ünvan 4 ünvanında yerləşən “Lal və Karlar yataqxanasının” qarşısında təsdiq edərək ətraflı ifadə vermişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-189/2023 saylı qərarından (cild 02, iş vərəqə 08-10) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 01, iş vərəqə 62-73) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə elan olunmuş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1, 186 və 187-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid2, Şahid1 və Şahid4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi zamanı sərxoş olmasının nəzərə alınması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli ərizədən (cild 02, iş vərəqə 196) görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X5 Təqsirləndirilən şəxsla barışmış, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2020-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-363/2020 saylı hökmündən (cild 01, iş vərəqə 216-221) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respiublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs onun seçdiyi müdafiəçi ilə birlikdə açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları və ittihamı bütovlükdə mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs və onun müdafiəçisi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əleyhinə əldə edilmiş sübutlara dair öz etirazını bildirməmişlər, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, eləcə də irəli sürülmüş ittihamı mübahisələndirməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan və alkoqollu içkinin qəbulu nəticəsində sərxoş halda yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş cinayət əməlini törətmiş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni sərxoş halda idarə etdiyi “Mersedes Benz C 200” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanından ünvan 2larkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələbləri pozub həmin ünvanda yerləşən “Lal və Karlar” yataqxanasının qarşısında yolun sol hərəkət hissəsindən sağ hərəkət hissəsinə doğru hərəkətdə olan piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə ehtiyatsızlıqdan vurub sonuncuya ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid baş beyin əzilməsi, baş beyinə, qişalarına, mədəciklərinə qansızma, sağ bazu sümüyünün yuxarı 1/3-nin yerinidəyişən sınığı, sağ baldır sümüklərinin yerdəyişən qapalı sınıqları, sağ tərəfdən qasıq və oturaq sümüklərinin yerdəyişən sınıqları, omba sümüyünün xətti sınığı, L2, L3, L4, L5 bel fəqərələrinin sol yan çıxıntısının sınıqları, hər iki kürək sümüyünün sağda yerdəyişmiş, solda xətti sınıqları, sağ tərəfli pnevmohemotoroksla müşayiət olunan İ, İİ, İİİ, İV, V, X qabırğaların yerdəyişmiş yayılmış, Vİ, Vİİİ, Vİİİ, İX, Xİİ qabırğaların xətti sınıqları, sol tərəfli pnevmotoraks, hər iki ağciyərin əzilməsi, bədənin sıyrıq və qançırlarından ibarət xəsarətlər yetirmiş və nəticədə də Zərərçəkmiş şəxs 19 fevral 2023-cü il tarixdə, saat 00:00-da müalicə olunduğu 3 saylı Şəhər Kliniki Xəstəxanasında aldığı xəsarətlər nəticəsində ölmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində yol nəqliyyat hadisəsi törətdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, təcili tibbi yardım avtomobili çağırmalı, zərərçəkən şəxs həyat üçün təhlükəli xəsarət aldığı hallarda yaxınlıqdakı tibbi müəssisəyə aparmalı və həmin müəssisədə şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda bu tələbləri pozmuş və yol-nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yeridən qaçmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməlləri həqiqətən də onun tərəfindən törədildiyindən məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmiş, həmin Məcəllənin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini isə qəsdən törətmişdir. Onun hər bir əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs əməllərini cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ailədə yeganə qazanc gətirən şəxs olmasını, məhkəmədə qismən etirafedici ifadə verməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin onunla barışmasını, habelə zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal/hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-363/2020 saylı hökmünə əsasən Azərbaycan Respiublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunsa da, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ehtiyatsızlıqdan törədildiyindən, eləcə də Cinayət Məcəllənin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aid edildiyindən göstərilən cinayət əməllərinin onun məhkumluğu ödənilmədiyi müddət ərzində törədilməsi cinayətlərin residivini yaratmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması halında 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan, Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini isə qəsdən törətmişdir. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, ona Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələrinə əsasən əlavə cəza kimi nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza təyin edilməli və təyin ediləcək əsas cəzalar və əlavə cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən təyin ediləcək əlavə cəza əsas cəzaya birləşdirilməklə ona qəti olaraq nəqliyyat vasitələrini idaetmə hüququndan məhrum etmə cəzası tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yalnız bu cəzalar vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün – ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilməli və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 31 yanvar 2023cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə 128 (yüz iyirmi) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 128 (yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş CD disklər cinayət işinin materiallarında saxlanılmalı, habelə maddi sübut qismində çıxış edən “Mersedes Benz C200” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid4 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzanı əsas cəza, əlavə cəzanı isə əlavə cəza ilə qismən toplamaqla və toplanmış əsas cəzanı əlavə cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 3 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət qəti əsas cəza müddətinə daxil edilsin və ona təyin edilmiş qəti əsas cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 31 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut qismində çıxış edən "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMCdən daxil olmuş CD disklər cinayət işinin materiallarında saxlanılsın, “Mersedes Benz C200” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid4 təhvil verilməsi nəzərə alınsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 128 (yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Məmmədov hakimlər Azad Məcidov Səbinə Məmmədzadə
Məhkəmə qərarları › İş №1(101)-1494/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1494/2023
25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver