Məhkəmə qərarları › İş №1(101)-1494/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1494/2025

01.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1494/2025 01.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X6 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, tərcüməçi - X4 iştirakları ilə 11 avqust 1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və xeyli miqdarda psixotrop maddəni əldə edərək saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,759 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Sabir küçəsinədək daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Abşeron RPİ-nin Saray polis bölməsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən, «Əməliyyat-axtarış haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə, saat 17:26 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Sabir küçəsində saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,766 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. 3.Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan 01 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 2,910 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic Y/M, nömrəsiz ünvanın qarşısınadək daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Sabunçu RPİ-nin 14cü PŞ-nə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən «Əməliyyat-axtarış haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməklə keçirilən əməliyyat tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə, saat 11.40-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic Y/M, nömrəsiz ünvanın qarşısında saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan mavi rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda ümumi təmiz çəkisi 2,910 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 4.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, ayın 13-də Ramiz adlı dostu ilə birlikdə Saray qəsəbəsindən narkotik götürmək istəmiş və həmin vaxt polis əməkdaşları gələrək onları tutmuşlar. Dostu özünə metamfetamin almaq üçün getmiş, onların getdikləri yer dalan olmuş, dostu qaçsa da o, qaça bilməmişdir. Cibində 0.3 qram bağlama narkotik olmuş və baxış keçirilən zaman özü çıxarıb təqdim etmişdir. Daha sonra, Xansu ilə maşında olduqları vaxt polis əməkdaşları maşını saxlamışlar və həmin vaxt maşını Xansu idarə etmişdir. Narkotik maşında sürücü tərəfdə olmuş və həmin narkotikin ümumiyyətlə ona aidiyyatı olmamışdır. Həmin vaxt yaxınlaşaraq maşından çıxmasını demişlər, bundan sonra üzərinə baxış keçirilmiş və polis əməkdaşı onun telefonunu öz cibinə qoymuşdur. Bundan sonra maşını axtarmağa başlayaraq ona kənarda gözləməsini demişlər. Həmin vaxt sürücü tərəfdən bağlama tapılmışdır. Bundan sonra polis əməkdaşı “ikinizdən biri bunu öz üzərinə almalıdır, əgər sizin hər ikinizi sənədləşdirsək cəzanız daha ağır olacaq” demişdir. Həmin vaxt Xansu onun evində anası ilə problemlərinin çox olduğunu bildirmiş və ona “sən polislə get, mən də pul düzəldib gəlirəm, narahat olma, sən burada qalmayacaqsan” demişdir. O, bununla razılaşmışdır. Bundan sonra polis onları təxminən saxlanıldıqları yerdən bir kilometr məsafəyə aparmış, onu videoya çəkəcəyini və narkotikin ona məxsus olduğunu deməsini bildirmişdir. Həmin vaxt böyük bir problem yarandığını hiss edərək bununla razılaşmamışdır. Bu zaman Rasim adlı polis əməkdaşı sinəsindən yumruq vuraraq bunun sadə prosedur olduğunu, narahat olmamasını və bölmədə ona kömək edəcəklərinə dair kişi kimi söz verdiyini bildirmişdir. Videonu çəkəndən sonra onlar polislə maşına əyləşmişlər, polis əməkdaşı ona altı min manat pul verməyi və məsələni yerində həll etməyi təklif etmişdir. Həmin məbləğdə pulunun olmadığını deyəndə polis əməkdaşı ona bölməyə getdiklərini bildirmişdir. Onu bölmədə kameraya salmışlar, üzbəüz şüşənin arxasında olan şəxsə evinə məlumat verməyi üçün icazə verməsini istəmiş, həmin şəxs isə yanına gəlib onun boğazından sıxmış və “səsin burada çıxsa səni öldürərəm” demişdir. Bundan sonra vəkil istədikdə onu bölmə rəisinin yanına aparmışlar, həmin vaxt rəis ona “nəyə görə səsin çıxır, istəyirsən sənə bundan daha ağır maddələr qoyulsun ya yox” deyərək sakit durmasını və səsinin çıxmamasını bildirmişdir. Hadisə olduğu gün Xansu ona birlikdə gedib Bakıdan metamfetamin götürüb gəlmələrini demişdir. Xansunun nə qədər narkotik götürəcəyini bilməmiş və Xansu götürdüyü narkotikdən ona da verəcəkdi. Xansu narkotiki ona pulla deyil, hədiyyə olaraq verəcəkdi. Onlar birlikdə narkotik götürmək üçün getmişlər, Xansu narkotiki götürmüş və maşından aşkar edilən narkotik vasitə həmin narkotik olmuşdur. Xansu öz maşınını ustaya vermiş, buna görə də ustaya borcu yaranmış və Xansu ona “gedək narkotiki götürüm, onu pula çevirim və borcumu bağlayım” demişdir. Xansunun istifadəsində “Opel” markalı maşın olmuşdur. Xansu ilə yol yoldaşı olduğu üçün narkotiki ona hədiyyə verəcəkdi, digərlərinə isə satacaqdı. Polislər onları saxlayarkən Xansunun üzərinə ümumiyyətlə baxış keçirməmişlər. O, maşınla bağlı hansısa istintaq hərəkətinin aparılmasını görməmiş və protokolu imzalamamışdır. Saxlanıldıqdan sonra onun videoçəkilişi başqa yerdə aparılmış, həmin vaxt maşını aradan çıxarmışlar, sənədləşdirməni elə aparmışlar ki, guya narkotiki üzərində gəzdirmiş, əks halda polislər ona 7 ildən 12 ilə kimi satış verəcəklərini demişlər. Maşın və narkotik Xansuya aid olduğu halda nəyə görə ona təzyiq etdiklərini bilməmiş, onun başına gələnlərdə Xansunun əli olduğunu düşünmüşdür. Polislərin ona olan təzyiqi ilə bağlı heç bir yerə şikayət etməmiş, ona görə ki, onun saxlanıldığı yerdə bir nəfər şəxs onlardan su istəmiş, lakin polislər ona su verməmişlər, narkotik istifadəçisi olan həmin şəxs orada ölmüş və meyitini anasına göndərmişlər. 5.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.2025-ci il tarixində, saat 05:00 radələrində təxminən bir ildir tanıdığı Xansuya zəng edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsinə gedib qayıtmaq lazım olduğunu bildirmiş və onu taksi kimi aparmasını xahiş etmişdir. Xansu da razılaşmış və 40 manat müqabilində gedib qayıda biləcəyini demişdir. Bundan sonra o, Xansu ilə Sumqayıt şəhərində Asan xidmət mətkəzinin yanında görüşmüş və ona məxsus “Opel Astra” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Bilgəh qəsəbəsinə gəlmişlər. Daha sonra Maştağa qəsəbəsinə getmişlər və orada Ləhiş bağları deyilən yerdə Xansuya avtomobili saxlamasını demişdir. Xansu avtomobili saxladıqdan sonra o, avtomobildən düşərək ona biraz gözləməsəini, bir neçə dəqiqəyə kimi qayıdacağını bildirmişdir. Daha sonra o, avtomobildən biraz uzaqlaşmış və əvvəlcədən razılaşdığı kimi tanımadığı şəxslə görüşərək ondan öz şəxsi istifadəsi üçün narkotik maddə metamfetamin və bir ədəd narkotik maddə çəkmək üçün kapron trupka almışdır. Daha sonra avtomobilə yaxınlaşmış və oradan uzaqlaşmışlar. Sabunçu rayonu, Maştağa- Ləhic yolunda hərəkət edən zaman avtomobildən düşüb yerdə siqaret çəkmək istəmişlər. Bu zaman üç nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər, üzərlərində və avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşlar. Onlar da üzərlərində və avtomobildə qanunsuz heç bir əşya olmadığını demişlər. Bundan sonra polis əməkdaşları onlara avtomobili yoldan sağa təxminən 10 metr irəli sürüb saxlamağı demişlər. Xansu belə də etmiş və avtomobili kənara çəkdikdən sonra onun və Xansunun üzərinə polis əməkdaşları mobil telefonla videoçəkiliş aparmaqla baxış keçirmişlər. Baxış zamanı əvvəlcə onun üzərinə baxış keçirilmiş və ondan üzərində qanunsuz hər hansı bir əşya və ya maddə varsa çıxarıb təqdim etməyi təklif olunmuşdur. O da polis əməkdaşları tərəfindən üzərinə baxış keçirildikdə onsuz da aşkar olunacağını bildiyi üçün məcbur qalıb əynində olan göy rəngli gödəkçənin sol cibində saxladığı bir ədəd bükümü və bir ədəd kapron trupkanı çıxarıb təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olması və trupkanı nə etməyi barədə soruşmuşlar. O da bir ədəd bükümün içərisində narkotik maddə metamfetamin olmasını, onu Ləhiş bağlarında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün alaraq əldə edib üzərində saxladığını, bir ədəd trupkanı isə narkotik maddə çəkmək üçün istifadə etdiyini demişdir. Həmin bir ədəd büküm və bir ədəd trupka götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri imzalarla təsdiq edilmişdir. Daha sonra o, əynində olan gödəkçənin sol yan cibindən bir ədəd alışqan və gödəkçənin sağ cibindən isə özünə məxsus, üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin mobil telefon da götürülərək qablaşdırılmış və üzərini imzalarla təsdiq etmişlər. Daha sonra üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra Xansuya üzərində qanunsuz əşya varsa çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Xansu əynində olan cins şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim edərək üzərində başqa heç bir əşya olmadığını demişdir. Xansunun da üzərinə baxış keçirilmiş, lakin qanunsuz hər hansı əşya və ya maddə aşkar olunmamışdır. Həmin “Samsung” markalı mobil telefon da qablaşdırılaraq üzəri imzalarla təsdiq olunmuşdur. Bundan sonra Xansunun idarə etdiyi “Opel Astra” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Lakin avtomobildə də qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra hər ikisini Sabunçu RPİ-nin 14-cü PŞ-nə aparmışlar və PB-də ona hüquq və vəzifələri izah edildikdən sonra dövlıət hesabına müdafiəçi və tərcüməçi dəvət edilmişdir. Sonra üzərindən narkotik maddə aşkar olunması ilə bağlı protokol tərtib edilmiş və həmin protokolu imzalarla təsdiq olunmuşdur. Bundan sonra PŞ-də otaqların birində təhqiqatçı tərəfindən mobil telefonla videoçəkiliş aparılmaqla onun üzərindən aşkar olunaraq qablaşdırılmış zərfə və bu zaman çəkilmiş videogörüntünün köçürüldüyü bir ədəd DVD diskə baxış keçirilmişdir. Həmin vaxt o, artıq tutulma ehtimalının olduğunu başa düşmüş və özünü müdafiə etmək üçün yalandan guya polis əməkdaşları təırəfindən döyüldüyünü və polis əməkdaşlarının ona hədə-qorxu gələrək narkotik maddəni ona verdiklərini, əslində həmin narkotik maddənin və bir ədəd trupkanın özünə məxsus olmadığını bildirmişdir. Axırda isə bu barədə protokol tərtib edilmiş və onunla birlikdə bütün iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Üzərindən aşkar olunmuş narkotik maddəni və trupkanı Sabunçu rayonu, Maştağa qəsəbəİ, Ləhiş bağları adlanan yerdə tanımadığı şəxsdən yalnız öz istifadəsi üçün alaraq əldə edib üzərində saxlamışdır. Narkotik maddə almağa getməyi barədə və aldıqdan sonra üzərində narkotik maddə olması barədə Xansuya heç nə deməmişdir. Xansuya bu barədə deyəcəyi halda Xansunun onu taksi kimi aparmayacağını bildirmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddədən başqa heç bir yerdə narkotik maddə saxlamamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı zor tətbiq edilməmişdir. Təhqiqatçı tərəfindən onun üzərindən aşkar olunmuş maddəyə baxış keçirilən zaman tutulacağını düşünmüş və psixotrop maddənin özünə məxsus olmadığını bildirsə işinin yüngülləşəcəyini ehtimal etmişdir. Ancaq sonradan başa düşmüşdür ki, düzünü demək lazımdır. Həqiqətən də üzərindən aşkar edilmiş psixotrop maddə və trupka özünə məxsus olmuşdur. Bundan başqa, xx.xx.2025-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı bir nəfər şəxsdən öz istifadəsi üçün 20 manata bir ədəd şəffaf selofan bükümdə psixotrop maddə metamfetamin alıb əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoyub Abşeron rayonu, Saray qəsəbəsinə iş dalınca getmişdir. Həmin gün saat 17 radələrində işdən çıxıb Saray qəsəbəsində, M.Ə.Sabir küçəsində piyada hərəkət edən zaman üç nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet olub-olmamasını soruşmuşlar, əgər varsa təqdim etməyini demişlər. Bundan sonra polis əməkdaşları video çəkilişlə onun üzərinə baxış keçirən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim edib özünə məxsus olduğunu və həmin gün Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı bir nəfər şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Üzərindən aşkar edilən 1 ədəd şəffaf sellofana bükülmüş bükülü zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi öz imzası ilə təsdiq etmişdir. Bundan sonra onu Abşeron RPİ-nin Saray polis bölməsinə gətirmişlər və xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş, o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamini Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün alıb üzərində saxlamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış və həmin psixotrop maddədən heç kimə hədiyyə verməmişdir (İ cild, səh. 186-187, İİ cild, səh. 76-79). 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Teymur onun yaşadığı yerlə üzbəüz məhəllədə yaşamış və telefon mağazasında proqramçı işləmişdir. O, həmin ərəfələrdə taksi fəaliyyəti ilə məşğul olmuş, fevral ayında Teymur onunla əlaqə saxlayaraq Bilgəhə gedə bilib-bilməyəcəklərini soruşmuş və Teymurla qiymət barəsində razılaşaraq saat 11 radələrində getmişlər. Daha sonra Bilgədən Sumqayıta geriyə qayıdarkən onları yol polisi əməkdaşı saxlamış, o, polisin maşınına əyləşərək onları nə üçün saxladıqlarını soruşmuş və cavabında spirtli içki qəbul edib-etmədiklərini yoxlamaq üçün saxladığını bildirmişdir. Həmin vaxt yol polisi ilə mübahisəsi yaranmış, polis əməkdaşının ona üfürməyi üçün təqdim etdiyi aparatın başlığını gözünün qarşısında dəyişməsini tələb etmişdir. Bu zaman qara rəngli maşının onlara yaxınlaşdığını görmüş və həmin şəxslər maşını axtarmışlar. Həmin vaxt yol polisi əməkdaşı öz maşınının baqaj hissəsindən yeni başlığı gətirmiş və üfürdükdə içkili olmadığı görünmüşdür. Bundan sonra ona yanında olan oğlanın üzərinə baxış keçirilən vaxt üzərindən aşkar edilənin narkotik olmasından şübhələndiklərini demişlər. Onların hər ikisinin əllərini qandallayaraq çəkiliş etmələri üçün saktilik yerə aparmışlar. Hadisələri həm o, həm də Teymur olduğu kimi danışmış və bundan sonra onları bölməyə aparmışlar. Teymur onunla danışanda haraya və nə üçün getdiyini deməmişdir. O, tunelin kənarında saxlamış, Teymurun hara getdiyini bilməmiş və bir müddət sonra Teymur geri qayıtmışdır. Teymur maşına gələndə əlində heç bir şey olmamış və maşına əyləşəndən sonra heç bir yerə heç bir şey qoymamışdır. O, hadisə vaxtı “Opel Astra” markalı maşın istifadə etmişdir. Qara maşında gələnlər birbaşa maşını axtarmağa başlamışlar və həmin vaxt Teymur qabaqda əyləşmişdir. Maşınını axtarmalarına ona görə etiraz etməmişdir ki, həmin vaxt onu saxlayan yol polisi əməkdaşı ilə mübahisə etmişdir. Axtarış aparılan vaxt Teymuru maşından düşürmüşlər. Maşını axtarılan vaxt o, yol polisi maşının içində əyləşmişdir. Maşınını axtarmaqla bağlı ona heç bir kağız göstərməmişlər. Polislər Teymurdan narkotik vasitəyə bənzər maddə aşkar edildiyini demişlər. Aşkar edilmiş narkotik maddə ona yox, təqsirləndirilən şəxsə aid olmuşdur. Çəkiliş bir dəfə keçirilmiş və nakotikin Teymurun hansı cibindən çıxdığı yadında qalmamışdır. Onlar hər ikisi çəkilişdən sonra bölməyə aparılmışlar. Çəkiliş yeri ilə avtomobili saxladığı yer arasında olan məsafəni bilməmişdir. Bölməyə gedəndə Teymur Abşeronda işinin getdiyini və ona görə də üzərindən çıxanı inkar edəcəyini demişdir. Bu zaman o, Teymura inkar etməməsini və inkar etməsinin narkotikin ona aid olması demək olduğunu bildirmişdir. Bundan sonra onlar bölmədə saxlanılma yerində olarkən rəis gələrək sürücünün kim olduğunu soruşmuş, o, özünü təqdim etdikdə rəis yaxınlaşmasını, çünki Teymurun narkotikin maşından tapıldığını deməsini bildirmişdir. Yanına aparıldıqda Teymur narkotikin nə özündə, nə də Xansuda olmadığını, lakin maşından tapıldığını demiş, o isə bu halları inkar etmişdir. Teymur çəkilişdə olandan fərqli danışdığı üçün rəis onların aralarında üzləşdirmə olmasını demişdir. Çəkilişdən sonra onları təxminən günyarım saxlamışlar. Teymurun narkotikin üzərindən deyil, onun avtomobilindən çıxması barədə dedikləri yalandır. O, şübhəli şəxs kimi hansısa protokola qol çəkdiyini xatırlamamış, saxlanıldığı yerdən sonra müstəntiqin yanına aparılmış, bildirdiyi halları təkrarən orada da bildirmiş, sonra isə müstəntiqin yanında yazılanlara qol çəkmişdir. O, maşından narkotik çıxmasını görməmişdir. Polis yaxınlaşanda narkotiki özü görmüş, lakin həmin vaxt maşında əyləşdiyindən Teymurun üzərindən çıxmasını görə bilməmişdir. Aşkar edilən bir büküm və bir boru olmuşdur. O, Teymuru təxminən ilyarım olar tanımış və Teymurun narkotik istifadəçisi olması barədə hansısa məlumatı olmamışdır. Onları saxlayana kimi Teymurun nə isə istifadə etməsini görməmişdir. Təqsirləndirilən şəxsin döyülməsini və polislər tərəfindən Teymura hansısa təzyiqin olmasını görməmişdir. Onun yanında heç kim təqsirləndirilən şəxsdən altı min manat pul istəməmişdir. O, narkotik maddələrin istifadəçisi deyil və onun narkotik aludəçiliyi olmamışdır. Polis əməkdaşları ona qarşı hasısa zorakılıq və təzyiqlər etməmişlər. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 7.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs təqribən bir il olar telefon proqramçısı kimi tanımışdır. Həmçinin Teymurla yaşadığı məhəllələr də yaxın olduğundan bir-birini tez-tez görmüşlər. O, bir qədər işsiz olduğundan ara-sıra taksi fəaliyyəti ilə məşğul olmuşdur. Teymuru da bir neçə dəfə sifariş verdiyi ünvanlara aparıb qarşılığında pulunu almışdır. xx.xx.2025-ci il tarixdə, saat təqribən 09 radələrində Teymur onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş və onu Sabunçu rayonu, Bilgəh qəsəbəsinə aparmağını xahiş etmişdir. O da aparıb və geri gətirməyi müqabilində 40 manat pul istəmiş, Teymur da razılaşmışdır. Həmin gün saat təqribən 10 radələrində Sumqayıt şəhərində yerləşən Asan xidmət mərkəzinin qarşısından Teymuru götürmüşdür. Onlar Bilgəh qəsəbəsinə yollanmışlar. Bilgəh qəsəbəsindən sonra onu apardığı ünvanı tanımadığı üçün dəqiq hara getdiklərini bilməmişdir. Biraz getdikdən sonra Teymur ona gözləməyini demiş və o, avtomobildə gözləmiş, Teymur isə avtomobildən düşüb getmiş və 15 dəqiqə sonra geri qayıtmışdır. Teymur avtomobilə oturduqdan sonra onlar yola çıxmışlar. Biraz getdikdən sonra yolun kənarında dayanıb avtomobildən düşmüş və siqaret çəkdikləri zaman üç nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşları onlardan üzərlərində və avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşlar. Onlar da qanunsuz heç bir əşya olmadığını bildirdikdə avtomobili yoldan sağa təxminən 10 metr irəli sürüb saxlamağı demişlər. Avtomobili kənara çəkdikdən sonra onun və Teymurun üzərinə polis əməkdaşları mobil telefonla videoçəkiliş aparmaqla baxış keçirmişlər. Baxış zamanı Teymurun üzərindən bir ədəd büküm və bir ədəd kapron trupka, eləcə də bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüş və zərfə qoyularaq qablaşdırılıb üzəri imzalarla təsdiq edilmişdir. Onun üzərindən isə yalnız bir ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuş və ağ zərfə qoyulub qablaşdırılaraq üzəri imzalarla təsdiq olunmuşdur. Daha sonra isə onun idarə etdiyi “Opel Astra” markalı, **-CX- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildə də qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra onları Sabunçu RPİ-nin 14-cü PŞ-nə aparmışlar və orada izahat vermişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona və Teymura fiziki zor tətbiq edilməmişdir. 14-PŞ də təhqiqatçı tərəfindən aşkar edilmiş maddəyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetaminin özünə məxsus olmadığını və ona fiziki zor tətbiq edildiyini deməsi yalandır. Teymura qarşı fiziki zor tətbiq edilməmişdir. Narkotik maddə isə Teymurun üzərindən aşkar edilmişdir və onun özünə məxsus olmuşdur. Onun tanışı Təqsirləndirilən şəxs üzərində külli miqdarda narkotik maddə olmasından məlumatı olmamışdır. Teymur ona bu barədə deməmişdir. Polis əməkdaşları tərəfindən üzərlərinə baxış keçirildiyi zaman həmin maddə aşkar olunduqda ona məlum olmuşdur. Təqsirləndirilən şəxs ona narkotik maddə almağa getməsi barədə deməmişdir. Əgər onun bu barədə məlumatı olsa Teymuru heç yerə aparmazdı (İ cild, səh. 95-97). 8.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 10 fevral tarixində Teymur adlı şəxsin barəsində ona əməliyyat məlumatı daxil olmuş, məlumatın nə barədə olması onun dəqiq yadında qalmamış, bununla bağlı əməliyyat tədbiri keçirilmiş və əməliyyat tədbirində üç nəfər iştirak etmişlər. Keçirilmiş tədbir nəticəsində Teymur adlı şəxs və yanında olan adını hazırda xatırlamadığı bir nəfər başqa şəxs Ləhic bağları istiqamətdə dalanların birində saxlanılmışdır. Saxladıqları vaxt hərəkətdə olmaları və ya dayanmalarını tam dəqiq xatırlamır. Yaranmış zərurətlə bağlı Teymur adlı şəxsə və avtomobilə baxış keçirilmiş, baxış nəticəsində təqsirləndirilən şəxsin üzərindən sellofan bükümdə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bundan başqa, Teymurdan telefon və metamfetamini istifadə etmək üçün şüşə formasında avadanlıq aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilənlərin özünə məxsus olduğunu bildirmişdir. Aşkar edilənlər zərfə qoyularaq qablaşdırılmışdır. Həmçinin Teymurun yanında olan digər şəxsin üzərindən aşkar edilən telefon da zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxsin saxlanıldığı yerdən başqa yerə aparılaraq orada çəkiliş edilməsi halı, həmçinin onlar saxlamaq üçün yaxınlaşarkən təqsirləndirilən şəxsin yol polisinə aid digər maşında olması halı olmamışdır. Avtomobilin hansı rəngdə olmasını və avtomobili hansı qaydada saxlamalarını tam olaraq xatırlamır. Baxış keçirilən ana kimi hansısa videoçəkiliş aparılmamış və baxış keçirilməsinə məlumatda adı keçən şəxsi dəqiqləşdirdikdən sonra başlamışlar. Çəkilişə başladıqdan sonra baxış keçirilmişdir. O, səhv etmirsə maddə şəxsin gödəkçəsindən aşkar edilmişdir. Baxışdan sonra çəkiliş dayandırılmış və bundan sonra təhqiqatçının otağında davam etdirilmişdir. O, şəxsin hansı avtomobillə bölməyə aparıldığını, həmçinin Temyurla birgə saxlanılan şəxsin nə qədər saxlanıldığını, təhqiqatçının otağında baxışda iştirak edib-etmədiyini dəqiq xatırlamır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və təzyiq olmamışdır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 9.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanı rütbəsi daşıyır. 10 fevral 2025-ci il tarixdə xx.xx.1987-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunduqdan sonra həmin əməliyyat məlumatını yoxlamaq və dəqiqləşdirmək, onun cinayət əməllərini ifşa etmək, həm də onun cinayət törədərkən və ya törətdikdən biraz sonra yaxalanmasını təşkil etmək üçün ondan, iş yoldaşları Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Mayıl oğlu və Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 11:40-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhic yaşayış massivi, dalan 9 ünvanında avtomobil yolunun kənarında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsin “Opel Astra” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanması və yanında da bir nəfərin olmasını görmüşlər. Onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər və onlardan özünü təqdim etməsini istəmişlər. Həmin şəxslər də özlərini Təqsirləndirilən şəxs və Şahid1 kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək üzərində yoxlama aparılmasının zəruriliyini izah etmişlər və həmin vaxt Şahid1 da orada olması səbəbindən hər ikisinin üzərinə yoxlama aparmışlar. Təqsirləndirilən şəxs və Şahid1 da etiraz etməmişdir. Bundan sonra həmin yerdə mobil telefondan istifadə etməklə videoçəkiliş apararaq Təqsirləndirilən şəxs və Şahid1 paltarlarında, əşyalarında və ya üzərlərində qanunla qadağan olunan hər hansı bir əşya və ya hər hansı bir növ narkotik maddə varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra əvvəlcə Təqsirləndirilən şəxs əynində olan tünd mavi rəngli isti gödəkçənin sol yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümü və kapron tərkibli trupkanı çıxararaq təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsi barədə soruşmuşlar. Təqsirləndirilən şəxs isə təqdim etdiyi bir ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni Maştağa qəsəbəsi, Ləhiş bağ massivində üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün alıb əldə edərək üzərində saxladığını, təqdim etdiyi kapron tərkibli trubkanı isə narkotik maddə çəkmək üçün istifadə etdiyini demişdir. Həmin bir ədəd şəffaf büküm və bir ədəd kapron tərkibli trubka ağ zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki həmin gödəkçənin sol yan cibindən bir ədəd alışqan və sağ yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefon aparatını çıxararaq təqdim etmişdir. Həmin mobil telefon da iş üzrə əhəmiyyət kəsb etmə ehtimalı nəzərə alınıb ağ zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin üzərində hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Şahid1 əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aparatını çıxararaq təqdim etmiş və həmin mobil telefon da iş üzrə əhəmiyyət kəsb etmə ehtimalı nəzərə alınıb ağ zərfə qoyularaq qablaşdırılıb möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Şahid1 üzərinə də baxış keçirilmiş, lakin onun üzərindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra “Opel Astra” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildən də qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra onlar ərazi üzrə Sabunçu RPİ-nin 14-cü PŞ-nə gəlmişlər və burada keçirilən yoxlama barədə protokol tərtib edilmişdir. Həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmış və keçirilən yoxlamanın qeydə alındığı bir ədəd videogörüntü DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Bundan sonra aparılmış yoxlama barədə raportla rəhbərliyə məruzə olunmuş və Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm, bir ədəd kapron tərkibli trupka, Təqsirləndirilən şəxs və Şahid1 məxsus iki ədəd mobil telefon və bir ədəd DVD diski Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X5 təqdim olunmuşdur. PŞ-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bundan sonra 14-cü PŞ-də xidməti otaqların birində Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X7 tərəfindən onun, Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və dəvət edilmiş tərcüməçinin iştirakı ilə videoçəkiliş aparılmaqla təqdim olunan əşyaya baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm açılaraq içərisinə baxış keçirildikdə ağ rəngli kristallik maddə və kapron tərkibli trupka olması müəyyən edilmişdir. Həmin bir ədəd büküm və kapron tərkibli trupka götürülərək qablaşdırılmışdır. Bundan sonra bir ədəd DVD diskə baxış keçirilmiş və həmin diskdə olan videogörüntüdə Təqsirləndirilən şəxs həmin bükümü və trupkanı təqdim etməsi və onun həmin bükümdə metamfetamin olmasını və özünə məxsus olduğunu, trupkanı isə narkotik maddə çəkmək üçün istifadə etdiyini bildirməsi məlum olmuşdur. Bu barədə protokol tərtib edilmiş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, səh. 103-105). 10.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Mayıl oğlu ifadəsində bildirmişdir ki, 10 fevral tarixində Şahid2 və Şahid4 ilə birlikdə xidmətdə olarkən “Ləhic bağları” ərazisində iki nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin vaxt şəxslərin hər ikisində narahatlıq hiss etmişlər. Həmin şəxslərə üzərlərində qanunla qadağan edilmiş hansısa əşya varsa təqdim etməsi təklif edilmiş və bu zaman Teymur Abşeron rayonunda tutulduğunu, narkotik istifadə etdiyini və üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Teymur üzərində olanı videoçəkilişlə təqdim edərək həmin maddənin metamfetamin olduğunu və istifadəçisi olduğunu bildirmişdir. Aşkar edilmiş maddə qablaşdırılmış, həmin şəxslər xidməti maşınla bölməyə aparılmış və raportla rəhbərliyə məruzə edilmişdir. Daha sonra, təkrarən təhqiqatçının otağında videoçəkilişlə baxış keçirilmiş və təhqiqatçının otağında keçirilmiş çəkilişdə iştirak etməmişdir. Şəxsin barəsində məlumatın kimə daxil olduğunu xatırlamır və şəxsin saxlanılmasında üç nəfər iştirak etmişlər. O, şəxsi saxladıqları yer inzibati ərazi olduğundan saxlanılma səbəbinin əməliyyat məlumatı və ya şübhəli bilindiyi ilə bağlı saxlanılmasını xatırlamır. Təqsirləndirilən şəxsə qarşı zorakılıq olmamış, narkotik maddə maşından deyil, üzərindən aşkar edilmişdir. Səhv etmirsə saxlanılan zaman həmin şəxslər maşının yanında söhbət etmişlər. Onlar yaxınlaşarkən ətrafda yol polisi əməkdaşını və maşınını görməmişdir. Çəkilişi maqistral yolda olduqlarından 10 metr aralıda keçirmişlər və çəkilişə kimi onlara heç bir narkotik vasitə təqdim edilməmişdir. Hadisə yerində hər iki şəxsin üzərinə baxış keçirmişlər və bundan sonra avtomobilə baxış keçirmişlər. Saxlanılan zaman, şöbəyə gətiriləndən sonra Təqsirləndirilən şəxs qarşı hansısa zor və təzyiq olmamışdır. Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 11.Məhkəmə iclasında Şahid3 Mayıl oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 106-108). 12.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 10 fevral 2025-ci il tarixində daxil olmuş əməliyyat məlumatı əsasında hadisə yerinə getmişlər, əməliyyat məlumatının kimə daxil olduğunu bilməmiş, əməliyyat barədə ətraflı məlumatı olmamış, onu kömək üçün çağırmışlar. Şəxslər Bilgəhlə sərhəd olan ərazidə “Ləhic bağları” deyilən yerdə saxlanılmışlar. Onlar iki nəfər şəxsə yaxınlaşmışlar, söhbət əsnasında Teymur üzərində narkotik olduğunu etiraf etmiş, çəkiliş aparılmış və daha sonra sənədləşdirmə üçün şöbəyə aparılmışlar. Onlar yaxınlaşanda Teymur bir qədər özünü şübhəli apararaq yayınmağa çalışmış və qaçmağa cəhd etmiş, lakin bunu alındıra bilməmiş, tərəflərindən saxlanılmışdır. Şəxsi axtarış saxladıqları yerdə çəkilişlə həyata keçirilmiş və narkotik maddə maşından deyil, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmişdir. Çəkiliş üçün başqa yerə getməmişlər, çəkiliş yerində aparılmışdır. Şəxs saxlanılan vaxt həmin ərazidə yol polisi əməkdaşı görməmişdir. O, təqsirləndirilən şəxsə qarşı zorakılığın şahidi olmamışdır. Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 13.Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 111-113). 14.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Teymurun Saray qəsəbəsi ərazisində narkotik vasitələri üzərində gəzdirməsi və narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı rəhbərliyə məruzə olunmuş, əməliyyat tədbirində üç nəfər iştirak etmiş və 13 yanvar tarixində Teymurun Saray qəsəbəsi ərazisində hərəkətdə olduğu yerə yaxınlaşmışlar. Videoçəkilişlə üzərində qanunla qadağan edilmiş hansısa əşya varsa təqdim etməsini təklif etmişlər, bundan sponra Teymur üzərində metamfetamin olduğunu, istifadə etdiyini və 20 manat qarşılığında tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. 15.Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayorudur. 13 yanvar 2025-ci il tarixdə saat 17 radələrində ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində narkotik vasitə və psixotrop maddələrin qəbulu və üzərində saxlaması, daşıması ilə məşğul olması və hazırda Saray qəsəbəsi, M.Ə.Sabir küçəsində olması və üzərində psixotrop maddə olması barədə məlumat alıb, dərhal həmin məlumatı Saray polis bölməsinin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Saray polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid6 və Şahid7 ilə birlikdə Saray qəsəbəsi, M.Ə.Sabir küçəsinə getmişlər. Həmin vaxtı Saray qəsəbəsi, M.Ə.Sabir küçəsində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs saxlanılmış və ona hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq imkanı izah edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan edilmiş əşyanın və narkotik vasitənin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlamağa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üstündə qanunla dövriyyəsi qadağan edilmiş, əşya, predmet, narkotik vasitə varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmiş və içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 13 yanvar 2025-ci il tarixdə, günorta saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı bir nəfər şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üstündən götürülmüş büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılması və üstünə baxış keçirilməsi video çəkilişlə aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Saray polis bölməsinə gətirilmiş və tərəfindən bu barədə raportla bölmə rəisinə müraciət edilmişdir. Təqsirləndirilən şəxs üstündən götürülmüş psixotrop maddə metamfetaminə oxşar maddə ekspertiza təyin edilib rəy alınması üçün təhqiqatçıya təqdim edilmişdir və təhqiqatçı tərəfindən təqdim edilmiş maddəyə baxış keçirildikdən sonra götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini hansı mənbədən əldə etməsi ilə bağlı əməliyyat tədbirləri davam etdirildiyini, müsbət nəticə olarsa istintaqa məlumat veriləcəyini bildirmişdir (İ cild, səh. 203-205). 16.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2025-ci il tarixli 6/610 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 100” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s. sözlər, soyadlar və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,910 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Şüşədən hazırlanmış qəlyana bənzər predmetin daxilində metamfetamin izləri müəyyən edildi. Predmetdə metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmadı (İ cild, səh. 54-57). 17.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2025-ci il tarixli 6/159 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..3) Təqsirləndirilən şəxs..” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,766 qram olan ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 162-165). 18.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsin Ambulator X3 barədə 27 fevral 2025-ci il tarixli, 1142 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (İİ cild, səh. 17-18). 19.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10-Hüquqi şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 01 aprel 2025-ci il tarixli, 946 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərinin həyata keçirilməsində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İİ cild, səh. 29-31). 20.«Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi, əşyaların götürülməsi haqqında» 10 fevral 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd mavi rəngli isti gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükümü və kapron tərkibli trupkanı çıxararaq təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsi barədə soruşulduqda, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni Maştağa qəsəbəsi, Ləhiş bağ massivində üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün alıb əldə edərək üzərində saxladığını bildirmişdir. Həmin bir ədəd şəffaf büküm və bir ədəd kapron tərkibli trubka ağ zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki həmin gödəkçənin sol yan cibindən bir ədəd alışqan və sağ yan cibindən isə bir ədəd “Samsung” markalı mobil telefon aparatını çıxararaq təqdim etmişdir. Həmin mobil telefon da iş üzrə əhəmiyyət kəsb etmə ehtimalı nəzərə alınıb ağ zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin üzərində hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra Şahid1 əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aparatını çıxararaq təqdim etmiş və həmin mobil telefon da iş üzrə əhəmiyyət kəsb etmə ehtimalı nəzərə alınıb ağ zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Şahid1 üzərinə baxış keçirilmiş, lakin onun üzərindən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra “Opel Astra” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və həmin avtomobildən qanunla qadağan olunan hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır (İ cild, səh. 9-10). 21.«Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında» 10 fevral 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən DVD diskdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş yazılı zərfdə olan bir ədəd bükümə və bir ədəd trupkaya baxış keçirilmiş, bir ədəd bükümün içərisində ağ rəngli kristallik maddə müəyyən edilmiş, həmin bir ədəd büküm və bir ədəd trupka ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalarla təsdiq edilmişdir. Daha sonra şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi zamanı çəkilmiş videogörünütün içərisində olduğu bir ədəd DVD diskə baxış keçirilmiş, həmin videogörüntüdə təhqiqata təqdim edilmiş bir ədəd bükümün və bir ədəd trupkanın Təqsirləndirilən şəxs üzərindən aşkar olunması, Təqsirləndirilən şəxs isə həmin bir ədəd bükümün və bir ədəd trupkanın özünə məxsus olması ondan aşkar olunmasını bildirməsi öz əksini tapmışdır. Təqdim olunan əşyaya baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddənin ona məxsus olmadığını, polis əməkdaşlarının onu döyərək hədə-qorxu gəlib həmin narkotik maddəni ona verdiklərini bildirmişdir (İ cild, səh. 46-47). 22.«Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» 13 yanvar 2025-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxararaq təqdim etmiş, ondan həmin bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsi barədə soruşulduqda, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 13 yanvar 2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün alıb əldə edərək üzərində saxladığını bildirmişdir. Həmin bir ədəd şəffaf büküm ağ zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək üzəri bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin üzərindən hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır (İ cild, səh. 131). 23.«Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 05 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman götürülmüş bir ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 2,910 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,766 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,810 qram çəkidə psixotrop maddə metamfetamin və 0,716 qram çəkidə psixotrop maddə metamfetamin saxlanması üçün Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir. “Şübhəli şəxsin üstünün yoxlanılması və avtomobilə baxış keçirilməsi” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan “DVD” disk maddi sübut kimi tanınmış və “DVD” diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. “Şübhəli şəxsin üstünün yoxlanılması” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan “DVD” disk maddi sübut kimi tanınmış və “DVD” diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. “Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan “DVD” disk maddi sübut kimi tanınmış və “DVD” diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. “Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında” istintaq hərəkətinin gedişatını əks etdirən görüntülər olan “DVD” disk maddi sübut kimi tanınmış və “DVD” diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır (İİ cild, səh. 48-63). 24.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 11 fevral 2025-ci il tarixli Aktdan görünür ki, 11 fevral 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə gətirilən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən xəsarət aşkar edilməmişdir. 25.«Şübhəli şəxsin tutulması haqqında» 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 151). 26.«Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi haqqında» 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 193-195. 27.«Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında» 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2025-ci il tarixdə saxlanıldığı Abşeron Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir (İ cild, səh. 196-197). 28.«Şübhəli şəxsin tutulması haqqında» 10 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 42). 29.«Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında» 12 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 92-93). 30.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 202). 31.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il və xx.xx.2016-cı il təvəllüdlü iki uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 32.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 33.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 34.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 35.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 36.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 37.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 38.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 39.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 40.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 41.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 42.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 118-ci bəndinə əsasən 0,15 qram və yuxarı həddə (2 qramadək) psixotrop maddə olan metafetamin xeyli miqdar, 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 43.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli və külli miqdarda psixotrop maddə metafetamin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. 44.Məhkəmə, təqsirləndirilən şəxsin 10 fevral 2025-ci il tarixli epizod üzrə özünü təqsirli bilməyərək üzərindən külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilməməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, təqiq edilmiş ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 45.Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə fiziki təzyiqlərə məruz qaldığından etirafedici ifadə verdiyini, onun saxlanıldığı yerdə bir nəfər şəxsin polis əməkdaşlarından su istədiyini, lakin polislərin su vermədiklərini, narkotik istifadəçisi olan həmin şəxsin orada öldüyünü və meyitini anasına göndərdiklərini, bu səbəbdən ona olunan təzyiq ilə bağlı heç bir yerə şikayət etmədiyini bildirmişdir. 46.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 11 fevral 2025-ci il tarixli Aktdan görünür ki, 11 fevral 2025-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə gətirilən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən xəsarət aşkar edilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin X2 müddətdə həmin yerdə saxlanılan hər hansı şəxsin ölüm faktının qeydə alınıb-alınmaması barədə müvafiq sorğu ünvanlanmış və bu fakt öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs dəfələrlə bu cür ziddiyyətli ifadələr verərək məsuliyyətdən yayınmağa cəhd etmişdir. 47.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X8rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 48.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 49.Təqsirləndirilən şəxsin tədqiq edilmiş videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 50.Beləliklə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə şəxsi axtarışının şərtlərinə, nəticələrinə etiraz etmək və sübutların əldə edilməsinə, istifadəsinə etiraz etmək üçün effektiv şəraitin təmin edilməməsi nəticəsinə gəlməyə əsasların olmadığı qənaətinə gəlir. 51.Məhkəmə təqsirləndirilən şəxsin 10 fevral 2025-ci il tarixli epizod üzrə üzərindən külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi, əşyaların götürülməsi haqqında» 10 fevral 2025-ci il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş psixotrop maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 52.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 53.Məhkəmə həmçinin şahid qismində dindirilmiş Şahid1 ifadəsinə münasibətdə qeyd edir ki, onun təqsirləndirilən şəxsin xeyrinə müdafiə xarakterli ifadə verməsi istisna olunmur. Həmin ifadə iş materialarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam təkzib olunur. 54.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 55.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 56.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 57.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 59.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, himayəsində azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 61.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 62.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 63.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 64.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. 65.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 66.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdən 15 yanvar 2025-ci il tarixədək və 10 fevral 2025-ci il tarixdən 12 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 04 (dörd) gün müddət ona təyin ediləcək cəzanın müddətinə hesablanmalıdır. 67.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 68.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 69.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 70.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı - 01 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. 71.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsini, həbs qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilməsini və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 72.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 73.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 74.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 75.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,810 qram çəkidə psixotrop maddə metamfetaminin və 0,716 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 04 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 76.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 77.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 78.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 190 (yüz doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 79.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 80.Beləliklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 715 (yeddi yüz on beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Arbitrium» Vəkil Bürosunun hesabına ödənilməlidir. 81.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdən 15 yanvar 2025-ci il tarixədək və 10 fevral 2025-ci il tarixdən 12 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 04 (dörd) gün müddət ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 01 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 190 (yüz doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 715 (yeddi yüz on beş) manat Bakı şəhəri «Arbitrium» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 2,810 qram çəkidə psixotrop maddə metamfetamin və 0,716 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 04 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar