Məhkəmə qərarları › İş №1(101)-1495/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1495/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1495/2021 26.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X9, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 oğlu, Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, mütəxəssis (müəllim-psixoloq) X1, müdafiəçilər: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Cəlal oğlunun, tərcüməçi X6 iştirakı ilə açıq məhkəmə iclasında, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4094-cü məhəllə, ev 3, mənzil 12-də qeydiyyatında olan, daimi yaşayış yeri olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4, 180.1, 221.3-cü maddələri ilə; xx.xx.2002-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ətir dükanında satıcı işləyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Qədimkan kəndində pasport qeydiyyatında olan, Bakı şəhəri,Yasamal rayonu, 2-ci Alatava küçəsində nömrəsiz evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmiş, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuş və bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir Belə ki, Təqsirləndirilən şəxs1 30 mart 2021-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanda yerləşən yaşayış binasının qarşısında olan zaman əvvəllər tanımadığı yetkinlik yaşına çatmayan 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 atası Zərərçəkmiş şəxs2 məxsus “Samsung A 10” markalı mobil telefonla oyun oynadığını görüb özgənin əmlakını açıq talama məqsədilə sonuncuya yaxınlaşıb mobil telefonda oynadığı oyunu öz mobil telefonuna köçürməsi adı ilə Zərərçəkmiş şəxs1 ünvan 1 binanın 3-cü mərtəbəsinə aparıb orada mobil telefonu Zərərçəkmiş şəxs1 götürdükdən sonra sonuncu onun hüquqazidd xarakterli əməl törətdiyini başa düşüb mobil telefonu geri qaytarmasını istədikdə o, Zərərçəkmiş şəxs1 mobil telefonu geri qaytarması tələbinə məhəl qoymayıb, şüurlu və aşkar surətdə törətdiyi əməlin hüquqazidd xarakterli olmasını başa düşüb əmlaka əlçatanlığını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs1 itələyib hadisə yerindən qaçaraq içərisində 4 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 140 manat dəyərində “Samsung A10” markalı mobil telefonu ələ keçirib yetkinlik yaşına çatmamış Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq etmiş və Zərərçəkmiş şəxs2 ümumilikdə 144 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, 13 aprel 2021-ci il tarixdə saat 00:30 radələrində ünvan 2 ünvanda yerləşən 159 saylı orta məktəbin qarşısında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə olarkən Məmmədcəfər Cəfərov küçəsi ilə əks istiqamətdə olan yolda əvvəllər tanımadığı Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 aralarında öz tanışları barəsində nalayiq ifadələr işlətdiyini eşidib Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 yaxınlaşaraq barəsində nalayiq ifadələr işlətdikləri şəxsi tanıyıb-tanımadığını soruşub, tanımadığı halda həmin şəxsin barəsində nalayiq ifadələr işlətdiklərinə görə irad bildirib Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətin mənafeylərinə toxunan hərəkətlər edib heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs4 zor tətbiq edib qarın nahiyəsindən yumruq zərbəsi vurduqdan sonra şalvarının kəmər hissəsindən silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçağı çıxarıb həmin bıçaqla Zərərçəkmiş şəxs4 qəsdən sol bud nahiyəsindən və sol sinə nahiyəsindən zərbələr vuraraq ona qarın nahiyəsinin sıyrığı kimi dərəcəsi təyin edilməyən və döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən bir ədəd kəsilmiş deşilmiş yarası və sol budun bir ədəd kəsilmiş deşilmiş yarası kimi sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs3 heç bir əsaslı səbəb olmadan zor tətbiq edib yumruqla sonuncunun sifət nahiyəsindən zərbələr vuraraq ona burun nahiyəsinin sıyrığı kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs3 arasında mübahisə qurtardıqdan sonra o, öz cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs3 yaxınlaşıb hansı səbəbdən onlara qarşı söyüş söydüyünü əsas gətirərək xuliqanlıq niyyətilə üzərində olan bıçaqla qəsdən sonuncunun sinə nahiyəsindən bir dəfə zərbə vurub ona döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən, sağ ağ ciyəri zədələyərək hemopnevmatoraks törədən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2, 13 aprel 2021-ci il tarixdə saat 00:30 radələrində ünvan 3 ünvanda yerləşən 159 saylı orta məktəbin qarşısında olarkən Məmmədcəfər Cəfərov küçəsi ilə əks istiqamətdə olan yolda əvvəllər tanımadığı Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 aralarında öz tanışları barəsində nalayiq ifadələr işlətdiklərini eşidib tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 yaxınlaşaraq barəsində nalayiq ifadələr işlətdikləri şəxsi tanıyıb-tanımadıqlarını soruşub, tanımadığı halda həmin şəxsin barəsində nalayiq ifadələr işlətdiklərinə görə irad bildirib ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətin mənafelərinə toxunan hərəkətlər edib heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 zor tətbiq edib qarın nahiyəsindən yumruq zərbəsi vurduqdan sonra şalvarının kəmər hissəsindən silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçağı çıxarıb həmin bıçaqla Zərərçəkmiş şəxs4 qəsdən sol bud nahiyəsindən və sol sinə nahiyəsindən zərbələr vuraraq ona qarın nahiyəsinin sıyrığı kimi dərəcəsi təyin edilməyən və döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən bir ədəd kəsilmiş deşilmiş yarası və sol budun bir ədəd kəsilmiş deşilmiş yarası kimi sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri, o isə Zərərçəkmiş şəxs3 heç bir əsaslı səbəb olmadan zor tətbiq edib yumruqla sonuncunun sifət nahiyəsindən zərbələr vuraraq ona burun nahiyəsinin sıyrığı kimi dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 epizodu üzrə özünü təqsirli bilir, belə ki, 30 mart 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsində azyaşlı Zərərçəkmiş şəxs1 mobil telefonla oyun oynadığını görüb ona yaxınlaşmış, oyun oynamaq istədiyini bildirmiş, Rafael etiraz etmədən “Samsung A10” markalı mobil telefonunu oyun oynamaq üçün ona vermiş, oyun oynadıqdan sonra telefonu Rafaelə geri qaytarmış, Rafaelə yaxınlıqda olan binanın, 3-cü mərtəbəsinə qalxaraq dostunu çağırmaq üçün getməyi təklif etmiş, Rafael etiraz etmədən onunla birlikdə ora qalxmışdır.Həmin binanın ikinci mərtəbəsində Rafaelin telefonunu internetdən oyun yükləmək adı ilə yenidən almış, telefonu cibinə qoyaraq oradan bayıra çıxdıqda Rafael telefonu geri istəmiş, o, isə onu itələyib qaçaraq ordan uzaqlaşmışdır. Sonra həmin “Samsung A10” markalı telefona başqa nomrə taxaraq istifadə etmişdir, içərisində olan nömrəni isə xatırlamadığı yerə atmışdır. Həmin telefonu ibtidai istintaq zamanı müstəntiqə dostu vasitəsilə qaytarmışdır. 13 aprel 2021–ci il tarixdə saat 23 radələrində 20 Yanvar dairəsində 3-4 gün əvvəl tanıdığı Taleh, Renat kimi bildiyi Səhrab və Samirlə taksilər dayanan yerdə görüşmüş, onlar ona yemək almış, onlarla söhbət etmişdir. Təxminən bir saatdan sonra yaxınlıqda olan Məmmədcəfər Cəfərov küçəsi ilə 159 saylı orta məktəbin qarşısı ilə piyada gələn iki nəfər şəxsin tanışı olan Qulunun ünvanına söyüş söydüklərini eşitmişdir. Onlara yaxınlaşaraq boyca arıq uzun olan şəxsə onun tanıdığı Qulunu söydükləri üçün irad tutmuş, onun sözləri həmin iki nəfərin xoşuna gəlməmiş və həmin şəxslər onunla mübahisə etməyə başlamışlar. O uzun boylu şəxsi kənara çəkib onunla söhbət etmiş, bu zaman həmin şəxs onun üzərinə bıçaq çıxartmış, o onunla əlbəyaxa olaraq bıçağı ondan alaraq sol bud nahiyəsi, sinə nahiyəsi və qarın nahiyəsindən xatırladığı kimi 5-6 zərbə vurmuşdur. Taleh isə həmin uzun oğlanla olan digər balaca boy şəxslə əlbəyaxa olmuşdur. Uzun boylu şəxs həmin vaxtı bıçaqla vurulduğunu anlamayaraq təkrar onun üzərinə gələn zaman kənardan digər qısa boylu şəxsin qışqıraraq onların və ailə üzvlərinin ünvanlarına söyüş söydüyünü eşitmiş, həmin qısa boylu şəxsin burnundan isə qan qəlirdi. Qısa boylu şəxs küçə söyüşləri söyməyə davam etdiyindən əlində saxladığı bıçaqla bir dəfə sonuncunun sinə-döş qəfəsi nahiyyəsinin sağ tərəfindən bıçaqla zərbə endirmişdir. Həmin zərbəni endirdikdən sonra Səhrab və Samir onları aralamışdır, hətta ora gələn polis əməkdaşlarına dava etdiyi şəxslərin bıçaqlandıqlarını bildirməmişlər. Bundan sonra Talehgildən ayrılaraq bıçağı Şamaxinka adlanan ərazidə atmış və Şamaxinka adlanan ərazidə gündəlik kirayə verilən evlərdən birində gecələmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışları Şahid1 və onun qohumu Şahid2 ilə birgə 20 Yanvar dairəsinin yaxınlığında kirayədə yaşayır. O, 20 yanvar dairəsi yaxınlığında yerləşən ətirlərin satışı mağazasında satıcı işləmişdir. 13 aprel 2021-ci il tarixdə axşam saat 23 radələrində iş yerindən çıxaraq dostu Şahid1, onun qaynı Samirlə 20 yanvar dairəsi yaxınlığında Xırdalan qəsəbəsinə gedən taksilər dayandığı yerdə görüşmüşlər. Təqsirləndirilən şəxs1 isə həmin ərazidə dayanan taksi sürücüsü kimi tanımışdır. Orada dönər almaq üçün yaxınlıqda olan dönər satılan məntəqəsinə gedən zaman Kamil ona da dönər almaqlarını xahiş etmişdir. O, dostları ilə birlikdə özlərinə və Kamilə kətə və spirtli enerji içki olan “GO” alaraq istifadə etmişlər. Kamil onlardan aralanaraq piyada Məmmədcəfər Cəfərov küçəsi ilə 159 saylı orta məktəb istiqamətinə getmiş, o isə dostları Səhrab və Samirlə olduqları yerdə qalmışlar. Bu vaxt görmüşdür ki, Kamil həmin məktəbin qarşısında biri uzun boylu, arıq bədən quruluşlu digəri isə qısa boylu orta bədən quruluşlu iki nəfər şəxslə mübahisə edir. Uca boylu olan Kamilin qoluna girib onunla söhbət edərək piyada yol ilə aşağı istiqamətdə hərəkət etmişlər. Qısa boylu şəxs həmin vaxtı onların yanında qalmışdır. Onların yanında dayanmış qısa boylu şəxs guya onlarla mübahisə edə biləcək hər hansı şəxsin olmadığını, olacağı təqdirdə isə həmin şəxsin ünvanına nalayiq ailə söyüşləri işlətmişdir. Həmin şəxsin söydüyü söyüşlərdən qəzəblənərək onunla mübahisə etməyə başlamış və mübahisə dava dalaşa çevrilmişdir. Mübahisə edən zaman artıq Kamillə uzun boylu şəxs yolun aşağı hissəsində dalaşmağa başlamışlar. Bu zaman o görmüşdür ki, Kamillə dalaşan uca boylu oğlan əlini arxaya kəmərə tərəf aparır sanki oradan bıçaq çıxaracaqdır. Kamilə ehtiyatlı olmasını qışqıraraq bildirmişdir. Həmin vaxt balaca boy oğlan əxlaqsız söyüşlər söydüyünə, onu və yanında olan şəxsləri təhqir etdiyinə görə o, oğlanın sifət nahiyyəsindən yumruq zərbələri vurmuş və zərbə nəticəsində sonuncunun burun nahiyyəsindən qan açılmışdır. Həmin vaxtı Səhrab onu kənara çəkmiş, qısa boylu şəxs isə kənarda dayanıb əlini burnuna tutmuşdur. Bu vaxt Kamil anidən balaca boy oğlanın üzərinə gedib mübahisə etmiş və onun sağ sinə nahiyəsinə bir dəfə əlində olan bıçaqla zərbə vurmuşdur. Kamil zərbə vurduqda Səhrab Kamilin üz nahiyyəsinə sillə ilə vurmuşdur ki, onları aralasın. Bundan sonra o görmüşdür ki, daha əvvəl Kamillə mübahisə edən uzun boylu şəxs də sinə və sol bud nahiyyəsindən bıçaqla xəsarət almışdır. Kamil qısa boylu şəxsi vurmazdan öncə həmin uzun boylu şəxsi də bıçaqla vurmuşdur. Baş vermiş hadisə təxminən 5-6 dəqiqə davam etmiş, ondan sonra bıçaqlanan şəxslər yollarını davam etmiş, Kamil öz yolu ilə getmiş, o dostları ilə isə kirayə qaldığı evə getmişlər. O, qaydasız döyüş növü üzrə idmançıdır, yarışlarda da iştirak etmiş, etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən yalnız Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, onun 11 yaşı vardır və 30 mart 2021-ci il tarixdə saat 16 radələrində məhəllədə dostu Onurla atasına məxsus olan “Samsung A10” markalı mobil telefonla oyun oynayırdılar. Sonra Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq mobil telefonunda oyuna baxmağa başlamışdır.Kamil ondan telefonunu alıb oyun yükləmək istədiyini bildirmiş, telefonun internetə qoşulub-qoşulmadığını soruşmuş, ona telefonunun internətə qoşulmadığını bildirmişdir. Kamil telefonu ona qaytararaq onunla getməyini bildirmiş və gedib internet vasitəsi ilə oyun yükləməyi təklif etmişdir. Kamilin arxasınca bir binanın 3-cü mərtəbəsinə qalxmış, orada Kamil telefonu ondan alaraq arxa cibinə qoymuş, telefonu ondan almaq istəyəndə Kamil ayağı ilə onun ayağına vurmuş və itələyərək qaçıb getmişdir. O, onun arxasınca qaçsa da çata bilməmiş, evinə gedərək hadisə haqqında valideyinlərinə danışmış, valideyinləri də polisə müraciət etmişlər. Telefon bu günədək ona qaytarılmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımır. Zərərçəkmiş şəxslərdən isə Zərərçəkmiş şəxs1 onun oğludur. O, hərbiçidir, 30 mart 2021-ci il tarixdə saat 17 radələrində yoldaşı Qanuni nümayəndə2 ona zəng edərək oğlu Rafaelin mobil telefonunu tanımadığı bir şəxsin alaraq qaçdığını bildirmişdir. Olesya ona demişdir ki, artıq özü polisə müraciət etmişdir. O, evə gəldikdən sonra oğlu Rafael baş vermiş hadisə barədə ona danışmışdır. Oğlunun deməsinə görə o, həyətdə telefonla oyun oynadığı zaman tanımadığı bir şəxs telefonu oynamaq adı ilə ondan almış, oğlu ilə yaxınlıqdakı binanın 3-cü mərtəbəsinə qalxıb orada təpiklə oğlunun ayağından vuraraq qaçıb getmişdir. Həmin telefon ona məxsusdur, oğluna istifadə etmək üçün vermiş, telefonun dəyəri 320 manat olmaqla “Samsung A 10” markalı mobil telefonu olmuşdur. İbtidai istintaq zamanı bilmişdir ki, soyğunçuluq hadisəsini Təqsirləndirilən şəxs1 törətmişdir. Kamil vurduğu ziyanı ödədiyi halda onu bağışlaya bilər, əks halda ona qanunla müəyyən olunmuş cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin hər ikisini hadisə ilə əlaqədar tanıyır. Belə ki, o, Bakı şəhəri, Nəsimi rayonu, M.Əcəmi metrosu yaxınlığında kirayədə yaşayır və “166” yük daşıma şirkətində fəhlə kimi çalışır. Digər zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs3 da onunla birlikdə həmin şirkətdə işləyirdi. 12 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3la işdən gecə saatlarında çıxdıqdan sonra Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar dairəsi yaxınlığında yerləşən hazırda adını xatırlamadığı kafelərin birində spirtli içki qəbul etmişlər. Artıq 13 aprel 2021-ci il tarixdə saat 00 radələrində həmin kafedən çıxaraq birlikdə piyada 159 saylı orta məktəb istiqamətində getmişlər. Yəhya ilə öz aralarında 166 yük daşıma xidməti barədə və həmin şirkətdə çalışan sürücü Qulu adlı şəxs barəsində söhbət edirdilər. Həmin vaxt hal-hazırda məhkəmədə gördüyü Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və daha bir neçə nəfər şəxs yolun o biri tərəfində dayanmışlar. Təqsirləndirilən şəxs1 söhbətlərinə müdaxilə edərək hansı səbəbədən Qulu barədə pis tərzdə danışdıqlarını soruşmuş və həmin şəxsi tanıdığını demişdir. Həmin vaxt sonradan, yəni ibtidai istintaq zamanı tanıdığı Şahid1 qolundan tutaraq kənara çəkib söhbət etmiş, Səhrabla belə nəticəyə gəlmişlər ki, mübahisə etmək üçün heç bir əsaslı səbəb yoxdur. Bu zaman görmüşdür ki, Təqsirləndirilən şəxs2 dostu Yəhyanı döyür, Yəhyanın üz-gözü qan içindədir. Səhrabdan aralanıb Yəhyaya tərəf qaçıb onun qarşısına keçmişdir ki, Taleh onu vurmasın. Elə bu zaman Təqsirləndirilən şəxs1 arxadan onu bıçaqla vurmuşdur. İsti-isti vurulduğunu hiss etməmişdir. Həmin Kamil onu vurduqdan sonra Yəhyanı da sinə nahiyyəsindən bir dəfə bıçaqla vurmuşdur. Kamillə Talehi onlardan Səhrab və yoldan keçən tanımadığı şəxslər aralamış, bundan sonra o, Yəhya ilə birlikdə həmin yerdən uzaqlaşıb getmişlər. Aldığı xəsarətlə bağlı ağrılar hiss etdiyi üçün və Yəhyanın vəziyyəti pis olduğu üçün 103 təcili tibbi yardım xidmətinə zəng etmiş, bundan sonra təcili tibbi yardım xidməti gələrək onları Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 3 saylı şəhər kliniki xəstəxanasına aparmışdır. Hal-hazırda onun Təqsirləndirilən şəxs1 şikayəti yoxdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində nömrəsiz evdə ailə üzvləri ilə birlikdə kirayədə yaşayır, bıçaqla xəsarət almağına baxmayaraq ifadə vermək qabiliyyətindədir baş verənləri düzgün dərk edib anlayır. Mahiyyəti üzrə bildirir ki bir neçə müddətdir ki “166” yük daşıma şirkətində fəhlə kimi çalışırmış. Həmin şirkətdə onunla birlikdə Zərərçəkmiş şəxs4 işləyirmiş. 13 aprel 2021-ci il tarixdə bıçaq xəsarəti aldığı hadisə ilə bağlı bildirirki, 12 aprel 2021-ci il tarixdə gecə saatlarında iş yoldaşı Zərərçəkmiş şəxs4la işdən çıxdıqdan sonra Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar dairəsi yaxınlığında yerləşən hazırda adını xatırlamadığı kafelərin birində əyləşib spirtli içki qəbul etmişdir. 13 aprel 2021-ci il tarixdə saat 00 radələrində həmin kafedən qalxaraq Saməddinlə birlikdə əsas yol istiqamətində piyada hərəkət etmişlər. Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi ilə hərəkət edib Saməddinlə öz aralarında 166 yük daşıma xidməti barədə və həmin şirkətdə çalışan tanıdıqları Nadir adlı şəxs barəsində söhbət edirmişlər. Söhbət edən zaman 159 saylı orta məktəbin yanında qarşı tərəfdən gələn 4 nəfər şəxsdən biri orta boylu,az saçlı təxminəm 22-23 yaşlarında olan şəxs sonuncuların söhbətlərinə müdaxilə edərək hansı səbəbədən Nadir barədə danışdığlarını soruşmuşdur və həmin şəxsi guya tanıdığını demişdir. Saməddinin həmin şəxsə kobud cavab verməsi səbəbindən aralarında mübahisə yaranmışdır və söhbətlərinə müdaxilə edən şəxs Saməddinin qolundan tutmuş və onlar piyada üzü aşağı istiqamətə ikisi hərəkət etmişlər. Saməddinlə həmin şəxs arasında mübahisə dahada qızışmış və onlar əl və yaxa dalaşmağa başlamışlarr. O həmin vaxtı digər üç nəfər şəxslə məktəbin yanında qalmışdır, belə ki həmin şəxslərdən birinin yaşı təxminən 14-15 olarmış, o balaca boylu idi orta bədən quruluşlu imiş. Ondan başqa digər şəxs təxminən 26-27 yaşında idi orada olan hər bir kəsdən yaşda böyük görsənirdi, orta boylu, üzü isə tüklü imiş. Üçüncü şəxs isə təxminən 18-19 yaşlarında nisbətən uzun boylu, arıq bədən quruluşlu, əynində isə uzun gödəkçə var imiş. Saməddin ilk onlara yaxınlaşan şəxslə kənarda mübahisə edən zaman yanında dayanmış digər üç nəfərdən 18-19 yaşlarında nisbətən uzun boylu, arıq bədən quruluşlu, əynində isə uzun gödəkçəsi olan şəxs sonuncu ilə guya onların ünvanına söyüş söyməyi səbəbindən mübahisə yaratmış və üzərinə gəlmişdir. Onunla mübahisələri dava dalaşa çevrilmiş və sonuncu onu vurmadan həmin şəxs sifət nahiyyəsindən bir neçə zərbə vurmuşdur, daha sonra onu ayrımışlar və kənara çəkilmişdir.Bundan sonra o kəanrda dayandıqda Saməddinlə mübahisə edən digər 22- 23 yaşalrında olan şəxs qışqıra qışqıra gələrək əlində olan bıçaqla heç bri səbəb olamdan sonuncunun sinə nahiyyəsinin sağ tərəfindən bir zərbə vurmuşdur. Həmin zərəbədən sonra ara sakitləşmişdir sonradan görmüşdür ki həmin şəxs ondan öncə Saməddini də sinə və ayaq nahiyyəsindən vurmuşdur. Həmin vaxtı hər ikisi yaraları təzə olduğu üçün düşünürmüşlər ki bədənləri sadəcə cızılmışdır. Bundan sonra onlar və qarşı tərəfdə olan şəxslər hadisə yerindən uzaqlaşmışlar. Artıq Saməddinlə piyada hərəkət edərkən taqətdən düşdüylərini görmüşlər və 103 təcili tibbi yardım xidmətinə zəng etmişlər. Bundan sonra təcili tibbi yardım xidməti gələrək sonuncuları Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 3 saylı şəhər kliniki xəstəxanasına aparmışlar. Qeyd edir ki məlum hadisə zamanı sonunculara xəsarət yetirən şəxsi və digər şəxsləri daha əvvəl görməmişdir, onları tanımır, mübahisə təxminən 5-6 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanıyır, zərərçəkmiş şəxslərdən isə Zərərçəkmiş şəxs3la Zərərçəkmiş şəxs4 hadisə ilə əlaqədar tanımışdır. O, qohumu yetkinlik yaşına çatmamış Şahid2 ilə Bakı şəhəri, Yasamal rayonu, yeni Yasamal küçəsi 2-ci Alatavada nömrəsiz evdə kirayə yaşayır. Həmçinin dostu Təqsirləndirilən şəxs2 da onlarla birlikdə həmin evdə kirayə yaşayır. O, Abşeron rayonu Xırdalan şəhərində “Kardon” zavodunda fəhlə işləyir. O və Təqsirləndirilən şəxs2 Nəsimi rayonu, 20 Yanvar dairəsi yaxınlığında “Velotrek” adlanan bazarda, ətir mağazasında işləyirdi. İşdən sonra Təqsirləndirilən şəxs2la birlikdə 20 Yanvar dairəsi yaxınlığında olan dönrəxanada yemək yeyirdilər. Elə həmin yerdə taksi sürücüsü işləyən Təqsirləndirilən şəxs1la tanış olaraq ünsiyyət yaratmışlar. 12.04.2021-ci il tarixdə saat 23 radələrində o, Taleh və qaynı Samir evdən çıxaraq dönər yemək üçün 20 Yanvar dairəsinə piyada getmişlər. 20 Yanvar metrostansiyasının yaxınlığında Kamillə yenidən rastlaşmışlar. Kamil onlarla birlikdə piyada gəzmək istədiyini demiş və hamısı birlikdə 20 Yanvar dairəsi ətrafında piyada gəzmişlər. Mağazaların birindən 02 ədəd “GO” adlanan spirtli enerji içkisi alaraq birini o digərini isə Təqsirləndirilən şəxs2 içmişlər. Bundan sonra onlar piyada Nəsimi rayonu M.C.Cəfərov küçəsində yerləşən 159 saylı tam orta məktəbin yanına kimi getmişlər. Elə həmin məktəbin qarşısı ilə ad-soyadlarını sonra bildiyi Zərərçəkmiş şəxs4la Zərərçəkmiş şəxs3 görmüşlər. Bu şəxslər ucadan danışaraq “166” nömrəli yük avtomobilinin sürücüsünün ünvanına nalayiq ifadələr və söyüşlər işlədirdilər. Həmin vaxt Kamil həmin şəxslərə tanımadığı şəxsi hansı səbəbdən söydüklərini soruşmuş, Zərərçəkmiş şəxs4 yaxınlaşaraq mübahisə etmişdir. O, mübahisənin qarşısını almaq məqsədilə Saməddini kənara çəkib ona tanımadığı şəxs barəsində bu cür danışığın yol verilməz olduğunu demiş, Saməddin də onu anlamışdır. Bundan sonra Saməddin ondan aralanaraq Kamil ilə dava etmişdir. O və qohumu Samir onları aralamağa çalışmış, bu zaman Kamilin Saməddinə bıçaqla vurmasını görməmiş, lakin hadisədən əvvəl Kamilin əlində bıçaq görmüşdür. Saməddin bıçaqlandıqdan sonra köynəyini qaldırdıqda onun bədənindən qan axdığını və yara olduğunu görmüşdür. Həmin vaxt Yəhya Talehlə mübahisə edərək onların hər üçünü nalayiq ifadə və söyüşlərlə söyürdü. Yəhya söyüş söyən zaman Taleh onun üz və baş nahiyyəsindən yumruq zərbələri vurmuş, daha sonra o, onları aralamışdır. Bu vaxt artıq Saməddinlə mübahisəsini bitirmiş Kamil əlindəki bıçaqla Yəhyanın üzərinə gəlib “ Sən məni və mənim qardaşlarımı söyürsən?” deyərək sonuncunun sinə nahiyyəsinə bıçaqla zərbə vurmuşdur. Bu zaman artıq o, əsəbləşərək bir sillə Kamilə, bir sillə Talehə vuraraq davanı dayandırmışdır. Hətta o, Saməddinlə Yəhyaya tibbi yardım çağırmağı təklif etmiş, lakin onlar heç bir hadisə olmamış kimi onlarla görüşüb çıxıb getmişlər. Sonra o, Taleh, Samir və Kamil yuxarı qalxaraq dönərxanada peraşki yemişlər və oradan isə o, Taleh və Samir kirayə qaldıqları evlərinə getmişlər. O, Talehdən Saməddinin kim tərəfndən bıçaqlandığını soruşmuş, Taleh isə X18 vurduğunu demişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 126.2.4, 180.1, 221.3-cü maddələri ilə olan əməlləri və Təqsirləndirilən şəxs2 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə olan əməli özlərinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış 30 mart 2021-ci il tarixli azyaşlı Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə2 Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nə ünvanladığı ərizəsindən müəyyən olunur ki, 30.03..2021-ci il tarixdə, saati 16:30 radələrində İlahiyyət məscidinin qarşısında binanın blokunda naməlum şəxs 12 yaşlı oğlu Rafaelin əlindən “Samsung A 10” markalı mobil telefonunu alıb qaçmışdır. Məhkəmədə elan edilib araşdırılmış «hadisə yerinə baxış keçirilməsi haqqında» 30.03.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, hadisə Bakı şəhəri, Yasamal rayonu,M.Seyidov küçəsində yerləşən 9 nömrəli, beş mərtəbəli binadır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 oğlu bildirmişdir ki, həmin binanın 1-ci blokunda tanımadığı şəxs telefonunu əlindən almış, «sənin telefonun yoxdur» demiş, Zərərçəkmiş şəxs1 telefonu həmin şəxsdən almaq istəyərkən sonuncu onu itələmiş və ayağı ilə dizindən vurmuşdur. Bundan sonra həmin şəxs blokdan düşüb getmişdir. Məhkəmədə elan edilib araşdırılmış azyaşlı Zərərçəkmiş şəxs1 doğum haqqında şəhadətnamənin və vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 0 xx xxx 2009-cu il təvəllüdlü olmaqla Bakı şəhərində doğulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış» şəxsin tanınmaya təqdim edilməsi barədə» 01 iyun 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə ona tanınma üçün təqdim olunmuş 4 şəxsin sırasından 3 nömrəsi olan Təqsirləndirilən şəxs1 oğlunu tanıyaraq məhz bu şəxs 13 aprel 2021-ci il tarixdə saat 16 radələrində istifadəsində olan “Samsung A 10” markalı mobil telefonunu alıb qaçmışdır. Təqsirləndirilən şəxs1 oğlu bildirmişdir ki, zərərçəkmiş şəxsin dedikləri ilə tam şəkildə razıdır. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi barədə” 13 aprel 2021ci il tarixli protokoldan müəyyən olunur ki, 13 aprel 2021-ci il tarixdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 xəsarətlər yetirilən hadisə yeri ünvan 5 ünvandır. Hadisənin baş verdiyi yer 159 saylı orta məktəbin qarşısıdır. Hadisə yerində iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16.04.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16.04.2021ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 14.04.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16.04.2021-ci il tarixli qərarından müəyyən olunur k Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdır. Məhkəmədə elan edilib araşdırılmış «fototşəkillər üzrə tanınmanın paparılması haqqında» 30 aprel 2021-ci il protokoldan müəyyən olunur ki, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və X7 ayrı-ayrılıqda tanınmalı olan şəxsin fotoşəklini ona oxşayan 05 ədəd kişi cinsində olan şəxslərin fotoşəkilləri ilə birlikdə ayrıca fotocədvəl nömrələnmiş və möhürlənmiş halda təqdim olunmuş, Zərərçəkmiş şəxs3 və X15 ayrı-ayrılıqda hər birinə təqdim olunan şəxslərin fotoşəkillərin arasından nömrəsi 3-cü olan şəxsi-Təqsirləndirilən şəxs1 onları 13 aprel 2021-ci il tarixdə bıçaqla vuran şəxs kimi tanımışlar. Məhkəmədə elan edilib araşdırılmış «ifadələrnin yerində yoxlanılması istintaq hərəkətinin keçirilməminə dair» protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 oğlu 30 mart 2021-ci il tarixdə ünvan 6 ünvanın qarşısını, və 13 aprel 2021-ci il tarixdə gecə saat 00.30 radələrində qrup şəklində xuliqanlıq edərək zərərçəkmiş şəxslərə xəsarət yetirdiyi ünvan 7 ünvanın qarşısını əyani olaraq göstərərək təsvir etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «ifadələrin yerində yoxlanılması istintaq hərəkətin keçirilməsinə dair» protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 əyani olaraq 13 aprel 2021-ci il tarixdə gecə saat 00.30 radələrində ünvan 8 ünvanın qarşısında baş vermiş hadisəni əyani olaraq təsvir edərək göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış «ifadələrin yerində yoxlanılması istintaq hərəkətin keçirilməsinə dair» protokoldan müəyyən olunur ki, Şahid1 13 aprel 2021-ci il tarixdə gecə saat 00.30 radələrində ünvan 7 ünvanın qarşısında baş vermiş hadisəni əyani olaraq təsvir edərək göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 22 aprel 2021-ci il tarixli, 268 saylı rəyində müəyyən olunur ki, Zərərçəkmiş şəxs4 bədənində olan xəsarətlər-döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 ədəd deşilmiş kəsilmiş yarası, sol budun bir ədəd deşilmiş kəsilmiş yarası,deşici-kəsici əşyanın təsirindən,qarın nahiyyəsinin sıyrığı isə küt əşyanın təsirindən əmələ gəlmişdirlər. Döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası və sol budun bir ədəd deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər,qarın nahiyyəsinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 28 aprel 2021-ci il tarixli, 305 saylı rəyində- müəyyən olunur ki,Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlər –döş qəfəsinin sağ yarısının daxilə nüfuz edən, sağ ağ ciyəri zədələyərək hemopnevmatoraks törədən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən,burun nahiyyəsinin sıyrığı küt əşyanın təsirindən əmələ gəlmişdirlər. Burun nahiyyəsinin sıyrığı sağlamlığa zərər vurmayan xəsarətlərə aid olunduğundan dərəcəsi təyin edilmir, döş qəfəsinin sağ yarısının daxilə nüfuz edərək ağ ciyəri zədəliyən bir ədəd deşilmiş-kəsilmiş yarası isə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aidir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi-bioloji ekspertizasının 29 aprel 2021-ci il tarixli, 272/2021 saylı rəyindən msüəyyən olunur ki, ekspertizaya təqdim edilmiş köynək, tibbi maska üzərində olan ləkələrdə B alfa (3) qruplu insan qanı aşkar olundu.Bu qan ləkələri B alfa(3) qruplu şəxsə ,o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs3 məxsus ola bilər. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə psixiatrik ekspertizasının 27.04.2021-ci il tarixli, 911 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 cinayət törətdiyi anda hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir, ona ittiham edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. - Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir,barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə psixiatrik ekspertizasının 27.04.2021-ci il tarixli, 912 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 cinayət törətdiyi anda hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir, ona ittiham edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. - Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir,barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə kriminalistik ekspertizasının 21 may 2021ci il tarixli, 213/2021 saylı rəyindən müəyyən olunur ki: -ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs3 məxsus köynəyin ön hissəssinin orta nahiyyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu,iti ülgüclü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. - ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs3 məxsus köynəyin ön hissəssinin orta nahiyyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sağ yarısının ön səthində olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyyəsinə görə nisbi olaraq üstüstə düşür. Məhkəmədə elan edilib araşdırılmış Ədliyyə Nazirliyinin MEM-nin 13 iyul 2021-ci il tarixli, 9/4509 saylı rəyindən müəyyən olunur ki, “Samsung A 10” markalı 351-724-117-684-639 və 351- 725-117-684-636 İMEİ kodlu mobil telefonun dəyəri 140 manat, içərisində isə olan ********** mobil GSM nömrəsinin dəyəri 4 manat müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 06 iyun 2021-ci il tarixli tələbnamə və hökmə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən ağır cinayət törətməyə görə Bakı Ağır Cinayətlər məhkəməsinin 25.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2,178.1,180.2.1,180.2.2,180.2.4-cü, 66.3 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 4 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmiş, 09.02.2021-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad olmuş və məhkumlğu ödənilmədən yenidən ağır cinayət törətmiş, bununla belə əvvəlki məhkumluğu üzrə törətdiyi əməllər onun yetkinlik yaşına çatmayan dövrə aid olduğu üçün Azərbaycan Respublikası CM-nin 18.4.2-ci maddəsinə əsasən residivi nəzərə alınmır. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs2 oğlunun məhkumluğuna dair tələbnamə və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çat mayan dövrdə – Neftçala ryon məhkəməsinin 15 yanvar 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə məhkum olunaraq 02 il 06 ay müddətinə azadlqdan məhrum edilmiş, ona CM-nin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti ilə təyin olunmuş cəza şərti tətbiq olunmuşdur. Təyin edilmiş şərti sınaq müddəti başa çatdığından Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxs hesab edilməlidir. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş «sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 21.07.2021-ci il tarixli qərardan müəyyən olunur ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs3 hadisə zamanı əynində olan və ondan götürülmüş paltarlar - qara rəngli üzərində qan ləkələri və kəsik olan uzun qol köynək, eyni zamanda üzərində qan ləkələri olan tibbi maska maddi sübut kimi tanınaraq istintaqın yekununda Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs3 təqdim etidiyi 09.09.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, onlara qarşı heç bir şikayəti yoxdur, onlarla barışmış, gələcəkdə də bu işlə bağlı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəməyə təqdim olunmuş, Təqsirləndirilən şəxs2 atası X4 müharibə veteranı olması barədə vəsiqəsinin surətindən müəyyən olunur ki, X19 rayon Hərbi Komisarlığı tərəfindən 30.09.2010-cu il tarixdə 081221 saylı vəsiqə verilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara, işin obyektiv hallarına qiymət verməklə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 126.2.4, 180.1, 221.3-cü maddələri, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs1 30 mart 2021-ci il tarixdə azyaşlı Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq etməklə mobil telefonunu talamasını tam etiraf etmiş, həmçinin zərərçəkmiş şəxs onu tanınmaya təqdim edilməsi istintaq hərəkəti zamanı dörd şəxs arasından tanıyaraq məhz Təqsirləndirilən şəxs1 ondan telefonu taladığını təsdiq etmiş, həmçinin tanınma keçirildiyi zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 dediklərini tam təsdiq etmişdir. Digər Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsində oğlu Rafaelə qarşı 30 mart 2021-ci il tarixdə soyğunçuluq törədilməsini, oğlundan mobil telefonun talanmasını ona arvadı bildirmiş, bununla bağlı arvadı polisə müraciət etmiş, cinayəti törətmiş Təqsirləndirilən şəxs1 tutulmuş, lakin telefon onlara qaytarılmamış, telefon ona məxsus olmuşdur. Məhkəmə hesab edir ki,13 aprel 2021-ci il tarixdə zərərçəkmiş şəxslər X15 və Zərərçəkmiş şəxs3 qarşı əlbir olaraq xuliqanlıq əməllərini törətmələri, həmçinin Təqsirləndirilən şəxs1 heç bir əsaslı səbəb olmadan X7 bıçaqla xəsarətlər yetirərək sağlamlığına yüngül zərər, digər Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 qərəzli xuliqanlıq törədərək yumruqla bədən xəsarətləri yetirməsindən sonra bıçaqla bir dəfə vurmaqla yetirdiyi anda həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurması təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri, ifadələrin hadisə yerində yoxlama zamanı verdikləri ifadələri, məhkəmədə verdikləri ifadələri, həmçinin ibtidai istintaq zamanı və məhkəmədə ifadə vermiş zərərçəkmiş şəxslər və şahidlərin, ekspertiza rəyləri, istintaq hərəkətləri protokolları və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilmələri cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etmələrini onların cəzasının yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs1 CM-nin 126.2.4-cü maddəsi ilə ittiham olunduğu əməl Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına, Təqsirləndirilən şəxs2 ittiham olunduğu CM-nin 221.2.1-ci maddəsi isə az ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda hər iki təqsirləndirilən şəxs cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onların faktiki saxlanıldıqları tarixdən hesablanmalıdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə maddi sübut olan, Zərərçəkmiş şəxs3 məxsus köynək və tibbi maska onun özünə qaytarılmısı nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərcləri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi1 və Müdafiəçi2 Cəlal oğlu müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 Cəlal oğlu üçün hər birinə ayrı-ayrılıqda 420 AZN (dörd yüz iyirmi manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 126.2.4, 180.1, 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə ona Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə 07 (yeddi) il müddətə, CM-nin 180.1ci maddəsi ilə 02 (iki) il müddətə, CM-nin 221.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunacaq cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli “16” aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli «14» aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs3 məxsus köynək və tibbi maskanın Zərərçəkmiş şəxs3 qaytarılmısı nəzərə alınsın. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 Cəlal oğluna hər biri üçün ayrı-ayrılıqda 420 AZN (dörd yüz iyirmi manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Бакы Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar