Məhkəmə qərarları › İş №1(101)-1495/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1495/2022

17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1495/2022 17.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:25-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, mərhum Zərərçəkmiş şəxs hüquqi varisi - bacısı X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bakı Beynəlxalq Hava Limanının yaxınlığında “Təmənniz” adlanan ərazidəki ünvansız əkin sahəsində eyni qəsəbə sakini kimi tanıdığı xırdabuynuzlu heyvandarlıq təsərrüfatı ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs öz heyvanlarını otarmasına görə sonuncuya öz iradlarını bildirməsi səbəbindən müxtəlif vaxtlarda, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində həmin sahənin yaxınlığında bu məzmunlu iradları ilə bağlı aralarında baş vermiş növbəti mübahisədən sonra hiddətlənib səhəri gün yəni, xx.xx.2022-ci il tarixdə həmin ünvanda görüşüb aralarında baş vermiş mübahisəyə aydınlıq gətirməyi qərarlaşdırıb Zərərçəkmiş şəxs şəxsi münasibətlərinin pozulması zəminində qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gələrək soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış cib bıçağını qabaqcadan özü ilə götürüb üzərində gəzdirərək cinayətkar niyyətini həyata keçirməkdən ötrü xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bakı Beynəlxalq Hava Limanının yaxınlığında “Təmənniz” adlanan ərazidəki ünvansız əkin sahəsinə gedib Zərərçəkmiş şəxs həmin yerə gəlməsindən sonra aralarında baş vermiş sözlü mübahisə zamanı əvvəlcə təpiklə Zərərçəkmiş şəxs ayağına zərbə vurub ona sol topuq nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmayan xəsarət yetirdikdən sonra qəsdən öldürmək məqsədi ilə üzərində gəzdirdiyi bıçağı çıxardıb Zərərçəkmiş şəxs bədən səthinə ardıcıl zərbələr vuraraq ona sağ bud nahiyəsinin 1 (bir) ədəd sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik deşilmiş-kəsilmiş yarası və ölümü ilə birbaşa səbəbli əlaqəli traxeyanın zədələnməsi ilə müşayiət olunan boyunun ön səthinin boşluğa keçən tənəffüs çatmazlığına səbəb olmuş 1 (bir) ədəd sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik deşilmiş-kəsilmiş yarası, cəmi 2 (iki) ədəd xəsarətlər yetirərək onu qəsdən öldürmüş yəni, Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, O, Natiqə sadəcə xəsarət yetirmək istəmiş, onu öldürmək istəməmiş, Zərərçəkmiş şəxs təxminən 2-3 ildir ki, tanımışdır. Natiq onun tərəvəz əkdiyi torpaq sahəsinin yaxınlığında qoyun quzu otarırmış, o, şüyüd, turp, keşniş əkmiş və həmin məhsulu bazarda satıb ailəsini dolandırmışdır. Natiqin də onun tərəvəz əkdiyi torpaq sahəsinin yaxınlığında yonca sahəsi olmuş, Natiqlə onun münasibətləri həmin vaxtlar yaxşı olmuşdur. Təxminən hadisədən 10 gün əvvəl Natiq qoyun sürüsünü onun tərəvəz əkdiyi torpaq sahəsinə buraxmış, qoyunlar onun əkdiyi tərəvəzlərin bir qismini yemişdir. Qoyunların onun əkdiyi torpaq sahəsini yeməsi ona təxminən 100-200 manat ziyan vurmuş, o, səhərisi gün saat təxminən 12 radələrində Natiqi görmüş, qoyun sürüsünü onun ərazisinə buraxdığı və onun əkdiyi tərəvəzləri yediyi üçün ona iradını bildirmişdir. Onun bu sözündən sonra Natiq ona kobud şəkildə demişdir ki, “qiyməti nədirsə denən verim”. Lakin o, Natiqə bildirmişdir ki, “söhbət puldan getmir, gərək qoyun sürüsünü oraya buraxmazdın”. Həmin hadisədən sonra onun Natiqlə münasibətləri pisləşmiş, hadisədən 1 gün əvvəl Natiq onun istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə öz istifadəsində olan xatırlamadığı mobil nömrəsi ilə zəng edərək həmin söhbətin həlli üçün sabah bıçaqla gəl çölə söhbətimizi həll edək demişdir. O da hadisədən 1 gün əvvəl, tərəvəz əkdiyi torpaq sahəsinə getmiş, həmin vaxt saat 18 radələri olmuş, Natiq orada olmuşdur. O, oraya istifadəsində olan “QAZ 3129” markalı, **-BF-*** markalı avtomobilində getmiş, oraya çatan zaman avtomobilindən enmiş, Natiq onunla yüksək səslə danışmış, o da Natiqə “Bu söhbət ayıbdır, bitirək bu məsələni” demişdir. Lakin, Natiq mübahisə etməyə davam etmiş, onun pis tərəvəz satdığını, pis tərəvəz satdığına görə onsuzda söyüş yiyəsi olduğunu, qoyunlarının həmin tərəvəzləri yeməli olduğunu bildirmişdir. O, bundan sonra avtomobilinə əyləşib oradan uzaqlaşıb yaşadığı evə getmişdir. O, 02 aprel 2022-ci il tarixdə səhər oyanıb tərəvəz əkdiyi sahəyə getmiş, o, oraya getməmişdən əvvəl yaşadığı evdə olan, qara tutacaqlı bıçağı götürüb gödəkcəsinin sağ yan cibinə qoymuşdir. Bundan sonra o, tərəvəz əkdiyi sahəyə gedib, avtomobilini orada saxlayıb tərəvəz biçməyə hazırlaşmış, bu zaman görmüşdür ki, Natiq piyada gəzəgəzə onun olduğu tərəfə gəlir. O, yenə mübahisə yaranacağını bilmiş, Natiq gələn zaman saat 11 radələri olmuş, ona yenə bildirmişdir ki, qoyunlarını onun sahəsində otaracaq görüm kim mənə nə edə bilər, oğlan istəyirəm ki, məni vursun demişdir. Bundan sonra o, Natiqə bütün bu mübahisələrin lazım olmadığını və məsələni bağlamalı olmaqlarını bildirmiş, Natiq isə ona “lazım gəlsə səni də vuraram” demişdir. O da Natiqə “məni vuran oğlan anasından olmayıb” demiş, bu zaman Natiq ona “Baxarıq kim kimi vurar” demişdir. Natiq artıq onun torpağında qoyunlarını otaracağını və onun Natiqə heç nə edə bilməyəcəyini demiş, o, Natiqin bu söhbətlərindən bezmiş və Natiq onun bütün əməyini yerə vuraraq əkin sahəsini məhv etmək istəmişdir. O, bütün bu söhbətlərdən bezdiyi üçün Natiqin yaxasından tutaraq itələşməyə başlamış, Natiq də onun gödəkcəsinin yaxasından tutmuşdur. O, bu zaman əlini gödəkcəsinin sağ cibinə ataraq gödəkcəsinin sağ yan cibində olan bıçağı çıxararaq sağ əli ilə Natiqin sağ ayağından 1 dəfə bıçaqla vurmuşdur. Bu zaman Natiq aşağı əyilən zaman 2-ci dəfə sağ əli ilə o, Natiqin boğazından xəsarət yetirmiş, Natiqin boğazından xəsarət aldığını gördükdə qorxmuş və dərhal avtomobili işə salıb Natiqi avtomobilinin arxasında əyləşdirmiş, sürətlə sürərək Natiqi xəstəxanaya çatdırmaq istəmişdir. Lakin yolda avtomobilinin sol arxa təkəri boşalmış, bundan sonra yaşadığı küçəyə yəni, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsinə sürmüşdür. Natiq yolda özündə olmuş və ona demişdir ki, “hər kəsə məni at vurduğunu deyərik, sənə də problem yaranmaz, səhhətimdə ciddi bir şey yoxdur”. O da Natiqlə razılaşmış, Natiq ona bildirirmiş ki, “Asta sür, mənə heç nə olmayacaq, bir balaca kəsilib”. O isə Natiqə sağalacağını bildirmiş, Natiqin huşu özündə olmuş və danışa bilmişdir. Lakin Natiqin üzü şişmiş, nəfəsi kəsilmiş, təngnəfəs olmuş, X6 küçəsinə sürmüş və orada küçədə İlham adlı şəxsin meyvə-tərəvəz satdığı yerin önündə saxlamış, avtomobildən enərək kömək istəmişdir. O, avtomobildən enib Natiqin təcili xəstəxanaya getməli olduğunu bildirirmiş, Bundan sonra Natiqin qohumu kimi tanıdığı Talıbın dəmirçi işlədiyi yerə doğru getmiş və Talıba Natiqi at vurduğunu və təcili olaraq xəstəxanaya aparılmalı olduğunu bildirmişdir. Onun avtomobilinin artıq təkəri yararsız hala düşdüyünə görə hərəkət edə bilməmişdir. Talib və Talibin yanında işləyən Mustafa adlı şəxs Natiqi Mustafanın avtomobilinə əyləşdirib xəstəxanaya aparmışlar. Bundan sonra o, meyvə-tərəvəz satıcısı İlhamdan mobil telefonunu istəmiş və İlham ona öz mobil telefonunu verdikdən sonra o, qardaşı Hikmətə və əsl adı Əlihüseyn olan lakin hamının Həcihüseyn adı ilə çağırdığı əmisi oğluna telefonla zəng edərək Natiqin vəziyyətinin pis olduğunu və xəstəxanaya getməli olduqlarını bildirmişdir. O, hadisənin şokunda olmuş və yaşadığı evə doğru getmiş, bir neçə saat sonra qohumu Həcihüseyn və qardaşı Hikmət yaşadığı evə gəlmiş və Həcihüseyn ona Natiqin xəstəxanada öldüyünü demişdir. Bundan sonra o, 14-cü PB-nə gedərək təslim olmuş və Natiqə xəsarət yetirdiyi bıçağı da bölməyə təqdim etmişdir. O, Natiqi öldürmək istəməmiş, Natiqə xəsarət yetirib yaralamaq məqsədi ilə vurmuşdur. O, 1-ci bıçaq zərbəsini Natiqin ayağına vurmuş lakin Natiqin xəsarət aldığını bilməmiş, ona görə də 2-ci dəfə bıçaq zərbəsi yetirmişdir. Həmin vaxt ətrafda heç kim olmamışdır. Onun Zərərçəkmiş şəxslə mübahisəli olmağını heç kəs bilməmiş, o, hadisəni törətdiyi bıçağı uzun illər öncə mağazadan almış və evdə saxlamışdır. Əkin sahəsində ip, kisə kəsməyə həmin bıçaq ona lazım olmuş, təsərrüfat işləri üçün bəzən həmin bıçağı özü ilə götürmüşdür. O, bıçağı Natiqin hədələrindən özünü qorumaq üçün götürmüş, belə ki, 2-ci dəfə görüşə gələn zaman Natiqin sol əli cibində olmuş və o, Natiqin əlindən başa düşmüşdür ki, sol cibində bıçaq var və Natiq onu vuracağını demişdir. Lakin, o, bıçağı konkret gözləri ilə görməmiş, 3-cü görüşdə isə Natiqin üzərində bıçaq olmamışdır. Münaqişə təxminən 5 dəqiqə davam etmiş, Natiqi öldürməyinə onu heç kim təhrik etməmiş, heç bir psixi xəstəlikdən əziyyət çəkməmiş, həmin torpaq sahəsi mərhum babasına məxsus olmuşdur. Həmin torpaq sahəsinin Sovet dövründən qalma köhnə sənədi olmuş, o, hadisə günü spirtli içki, psixatrop maddə və ya narkotik vasitə qəbul etməmişdir. Hazırda zərərçəkmiş şəxsin hüququ varisinin ona qarşı şikayəti və tələbi yoxdur, törətdiyi əməlindən də çox peşmandır. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun qardaşı olmuş, ibtidai istintaq zamanı səhhəti yaxşı olmadığı üçün hüquqi varis kimi qardaşı Natiqin arvadı Samirə hüquqi varis kimi tanınmışdır. Hazırda o da xəstə olduğu üçün hüququ varis kimi otanınmışdır. Qardaşı Natiqin təxminən 40-50 ədəd xırdabuynuzlu heyvanı olmuş və həmin xırdabuynuzlu heyvan təsərrüfatından qazandığı pulla ailəsini təmin etmişdir. O, Təqsirləndirilən şəxs Maştağa qəsəbə kənd sakini kimi tanımış, 2022-ci ilin mart ayında Natiqin Adəmin qardaşı Hikmətlə mübahisəsi olmuşdur. Belə ki, Natiqin qoyunları Hikmətin əkin sahəsinə girib zərər vermiş və Hikmət bununla bağlı öz iradını Natiqə bildirmişdir. Natiq də, əlindəki çomağı Hikmətin boğazına keçirərək, dartmış və bundan sonra Hikmətin və Adəmin qardaşı Natiqə qarşı ədavətləri yaranmışdır. Qardaşı Zərərçəkmiş şəxs fiziki cəhətdən güclü olmuş, əsəbi şəxs olsa da, heç kimlə işi olmamış, belə hesab edir ki, Təqsirləndirilən şəxs qardaşını tək öldürməmişdir. Həmçinin, ibtidai istintaq zamanı ekspert rəyi düzgün tərtib edilməmiş, qardaşı Natiqin bütün xəsarətləri həmin rəydə öz əksini tapmamışdır. Qardaşının başında olan yarığı öz gözləri ilə görmüş, qardaşı Natiq hadisə vaxtı xəstəxanaya gec çatdırılmış və ona lazımi yardım göstərilməmişdir. Eləcə də ibtidai istintaq zamanı müstəntiq hadisə yerində olan izlərin qorunması üçün tədbir görmədiyindən, hadisə yerində olan ayaq izləri itmişdir. Hazırda onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə ifadəsi elan edilmiş ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əri olmuşdur. O, 2004-cü ildə Natiqlə ailə həyatı qurmuşdur. Onlar dini nikahla evlənmişlər. Natiqin şəxsiyyət vəsiqəsi olmadığı üçün onlar rəsmi nikaha girə bilməmişlər. Onların evliliyindən 3 övladları olmuşdur. Övladları azyaşlıdırlar. Natiqin təxminən 40-50 ədəd xırdabuynuzlu heyvanı olmuş və həmin xırdabuynuzlu heyvan təsərrüfatından qazandığı pulla ailəsini təmin etmişdir. O, Təqsirləndirilən şəxs Maştağa qəsəbə kənd sakini kimi tanımışdır. Belə ki, o bir neçə dəfə Natiqlə onun qoyunlarını otardığı əraziyə getmiş, orada Adəmin əkin sahəsi olmuş və o, əri Natiqə, Adəmə və qardaşı Hikmətə süfrə açmışdır. Natiqin münasibəti Adəmlə yaxşı olmuşdur. Lakin, 1 dəfə təxminən 2022-ci ilin mart ayının 21-i saat təxminən 17 radələrində Natiqin Adəmin qardaşı Hikmətlə mübahisəsi olmuşdur. Belə ki, Natiqin qoyunları Hikmətin əkin sahəsinə girib zərər vermişlər və Hikmət bununla bağlı öz iradını Natiqə bildirmişdir. Onların aralarında münaqişə baş verməmişdir. Bundan sonra Natiq qoyunları oradan sürərək uzaqlaşmışdır. Onlar qoyun quzunu otararaq oradan uzaqlaşmışlar. Təxminən 20 dəqiqə sonra Adəm öz avtomobili ilə onların olduqları yerə yaxınlaşmışdırı. O, Natiqin Adəmlə nə söhbət etdiyini eşitməmiş, lakin, sonradan Natiq ona demişdir ki, Adəm qardaşı Hikmətin haqsız yerə irad tutduğunu bildirmişdir. Natiqlə Adəmin münasibəti yaxşı olmuş və Natiq Adəm barəsində xoş sözlər işlədərək Adəmin mərifətli, qanacaqlı oğlan olduğunu, qardaşı Hikmətin isə yaxşı insan olmadığını bildirmişdir. Bildirirmişdir ki, hadisə günü yəni 02 aprel 2022-ci il tarixdə saat təxminən 09.30 radələrində Natiq yaşadıqları evdən çıxmışdır. Natiq qoyunları otarmağa atla getmişdir. Natiq evdən çıxmış və qoyunları otarmağa getmişdiri. Natiqin həmin vaxtı kefi yaxşı olmuş və o hər hansı bir narahatlıq hiss etməmişdir. Həmin gün sonra o, Natiqi görməmişdir. Həmin gün saat təxminən 12.30 radələrində qardaşı Bəxtiyar öz istifadəsində olan mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmiş və bildirmişdir ki, Natiqi at vurmuşdur. O, Natiqlə danışmaq istədiyini demiş və qardaşı Bəxtiyar telefonu Natiqə vermişdir. Natiq həmin vaxt 3 saylı ŞKX-da olmuşdur. Natiq telefonda demişdir ki, “Hə Samirə yaxşıyam”. Bundan başqa nəyisə deməmiş, telefonu qardaşı Bəxtiyara vermiş və Bəxtiyar da telefonu söndürmüşdür. Bir qədər sonra qardaşı Bəxtiyar evə gəlmiş və demişdir ki, Natiq ölmüşdür. O, Adəm və Natiq arasında əvvəllər hər hansı bir münaqişənin şahidi olmamışdır. O, sadəcə Natiqin Adəmin qardaşı Hikmətlə mübahisə etməsini gözü ilə görmüşdür. Natiq başqa kiminləsə mübahisə və ya münaqişə yaşaması barədə hər hansı bir söz deyən insan olmamışdır. Natiqin üzərində heç vaxt bıçaq olmamışdır. Natiq çöldə qoyun quzu işi ilə məşğul olduğu üçün ərazidə bıçağı olmuşdur. Lakin, Natiq üzərində bıçaq gəzdirməmişdir. O, Adəmin əvvəllər üzərində bıçaq gəzdirməsinin şahidi olmamışdır. Hadisə günü də Adəmi görməmişdir. O, hadisənin şahidi olmadığı üçün hər hansı məlumata malik deyildir. Natiq ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynı olmuşdur. Natiqlə münasibətləri həmişə yaxşı olmuşdur. Natiq çobanlıq etmiş, xırdabuynuzlu qoyunları olmuş və həmin qoyunları satmaqla qazandığı pulla həyatını təmin etmişdir. X16 ilə ailə həyatı qurmuş və həmin evlilikdən 3 övladı olmuşdur. Təqsirləndirilən şəxs isə Maştağa qəsəbəsi sakini kimi tanımış, salam-sağolu olsa da, yaxın münasibətləri olmamış, o, yol qırağında dəmirçi işləyir deyə, yoldan keçən avtomobilləri görmüşdür. O, xx.xx.2022-ci il tarixdə səhər radələrində Adəmi istifadəsində olan “QAZ” markalı **-BF-*** dövlət qeydiyyat nömrəli avtomobillə əkinə gedən görmüşdür. Adəm avtomobilində tək olmuş, o, bilirmiş ki, Adəmin torpaq sahəsi vardır və uzun illərdir orada tərəvəz əkib satmaqla qazandığı pulla həyatını təmin edir. Adəm müntəzəm olaraq onun işlədiyi yerin önündən avtomobili ilə keçib əkin sahəsinə doğru getmiş, həmin gün təxminən saat 11.30 radələrində Adəm avtomobili ilə onun işlədiyi yerin yaxınlığında saxlamışdır. Onun işlədiyi yer Adəmin yaşadığı məhəllədə olmuş, Adəm onun işlədiyi yerə daxil olmuş və bildirmişdir ki, “Natiqi at vurub, boğazında kəsik var, qan axır, mənim maşınımım təkəri buraxıb, onu çatdır xəstəxanaya”. Bundan sonra o, dərhal çölə çıxmış və görmüşdür ki, Natiq Adəmin avtomobilinin arxa oturacağında əyləşmişdir. Natiq özündə olmuş və ona demişdir ki, “At vurdu məni”. O, Natiqlə birlikdə elektrik işləyən Musaya bu barədə demiş, çünki onun avtomobili yoxdur. Natiq özündə olmuş və avtomobildən düşərək Musanın “Vaz2106” markalı avtomobolinə əyləşmişdir. Natiqi Musanın avtomobilinin arxasında əyləşdirmiş və Musa avtomobili idarə edərək üçü birlikdə Maştağa qəsəbəsindəki 7 nömrəli xəstəxanaya getmişlər. Orada Natiqə ilk tibbi yardım göstərilmiş, Natiqin boğazı silinmiş və boğazına pambıq qoyulmuşdur. Təxminən 10 dəqiqə sonra təcili tibbi yardım gəlmiş və Natiq təcili tibbi yardım avtomobilinə əyləşmiş, Natiq təcili tibbi yardım avtomobilinə əyləşəndə də özündə olmuş və avtomobilə özü əyləşmişdir. O da təcili tibbi yardım avtomobilində Natiqin yanında əyləşmiş, avtomobil 3 saylı ŞKX-na getmişdir. Natiq ora çatan zaman o, Natiqin qolundan tutub avtomobildən endirmişdir. Natiqi xərəyə əyləşdirilib xəstəxanaya aparılmış, bundan sonra o, Natiqi görməmiş, Natiq xəstəxanaya daxil olarkən saat 12.30 radələri olmuşdur. Qısa müddət sonra o, eşitmişdir ki, Natiq ölmüş, o, Adəmlə Natiq arasında əvvəllər hər hansı bir münaqişənin şahidi olmamışdır. Zərərçəkmiş şəxs ona əvvəllər kiminləsə mübahisə və ya münaqişə yaşaması barədə hər hansı bir söz deməmişdir. O, Natiqin əvvəllər üzərində bıçaq gəzdirməsinin şahidi olmamış, hadisə günü də Natiqin üzərində bıçaq olmamışdır. O, Adəmində əvvəllər üzərində bıçaq gəzdirməsini görməmiş, hadisə günü də Adəmin üzərində bıçaq olmasından məlumatı yoxdur. Sonradan o, eşitmişdir ki, Natiqin qoyunları Adəmin əkin sahəsinə girmiş və buna görə də mübahisələri yaranmış və Adəm Natiqi bıçaqla vurub öldürmüşdür. Natiq yaralı olarkən ona bildirmişdir ki, onu at vurmuş, ona kiminsə bıçaqla vurmasını deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun yaşadığı evdən bir qədər aralıda yaşayır, onun işlədiyi yer isə Adəmin evinin yaxındır, o, Maştağa qəsəbəsində Adəmin evinin yaxınlığında avtomobil elektrik ustası işləyir. O, Adəmin evinin yaxınlığında yaşadığı üçün Adəmi və qardaşı Hikməti də tanımış, Adəm və Hikmət Maştağa qəsəbəsi ərazisində “Bakı Beynəlxalq Hava Limanı”-na yaxın ərazidə əkinçilik etməklə qazandığı pulla həyatlarını təmin edirlər. Bir qonşu kimi onun Adəm və Hikmətlə münasibəti həmişə yaxşı olmuş, onun adı Musa olsa da, yaxınları bəzən onu Mustafa deyə çağırırlar. 02 aprel 2022-ci il tarixdə saat 11.30 radələrində Adəm öz istifadəsində olan “QAZ 3129” markalı, **-BF-*** markalı avtomobil ilə yaşadıqları məhəlləyə gəlmiş və qonşuluqda İlhamın meyvə-tərəvəz satdığı yerin önündə saxlamışdır. O, həmin vaxtı öz iş yerində olmuş, onunla birlikdə Talıb da orada olmuşdur. Belə ki, Talıb onun işlədiyi yerdə avtomobil dəmir ustası işləyir. Adəm avtomobilindən enib Talıba yaxınlaşmış və demişdir ki, Natiqi at vurub və xəstəxanaya aparmaq lazımdır. Natiqi o, tanımamış, Adəm təlaşlı olmuş, avtomobilinin arxa sol təkərinin rezini çıxmış və avtomobil getməkdə çətinlik çəkmişdir. Həmin avtomobil Adəmin qardaşı Hikmətə məxsusdur, lakin ailə avtomobili kimi Adəm də həmin avtomobili istifadə etmişdir. X22 at vurub dedikdən sonra Talıb Adəmin avtomobilinə yaxınlaşmış və yaxınlaşdıqdan sonra görmüşdür ki, Natiq Adəmin avtomobilinin içərisində yaralı vəziyyətdə əyləşmişdir. O da avtomobilə yaxınlaşdıqda görmüşdür ki, Natiq özündə olmuş, danışa bilmiş, boğazından qan axmışdır. O, dərhal öz avtomobili olan “Vaz2106” markalı avtomobilinə əyləşib sürərək Adəmin avtomobilinin yanında saxlamışdır. Natiq özü Adəmin avtomobilindən düşərək onun avtomobilinin arxasında əyləşmiş, o, Talıb və Natiq onun avtomobilində xəstəxanaya getmişlər. Onlar əvvəlcə Natiqi Maştağa qəsəbəsindəki 7 nömrəli xəstəxanaya aparmış, orada Natiqə ilk tibbi yardım göstərilmiş, onun boğazı silinmiş və boğazına pambıq qoyulmuşdur. Təxminən 10 dəqiqə sonra təcili tibbi yardım gəlmiş və Natiq təcili tibbi yardım avtomobilinə əyləşmişdir. Natiq təcili tibbi yardım avtomobilinə əyləşəndə də özündə olmuş və avtomobilə özü əyləşmiş, Talıb isə təcili tibbi yardım avtomobilində Natiqin yanında əyləşmişdir. O, düşünmüşdür ki, ciddi hadisə deyildir, çünki Natiq at vurduğunu demiş, Natiq təcili tibbi yardım avtomobili ilə aparıldıqdan sonra o, öz avtomobili ilə iş yerinə qayıtmışdır. Daha sonra o, eşitmişdir ki, Natiq xəstəxanada ölmüş və Natiqi əslində at vurmamış, Adəm bıçaqla vurmuşdur. Natiq ona və Talıba sadəcə at vurduğunu demiş, hətta ciddi bir xəsarət olmadığını da bildirirmişdir. O, hadisə günü səhər radələrində Adəmi, Hikməti və Natiqi görməmiş, lakin, hadisədən sonra Talıb və İlham ona demişdir ki, səhər Adəmi öz avtomobili ilə tək gedən zaman görmüşlər. Natiqin üzərində hadisə günü və ya ondan əvvəl bıçaq və ya kəsici-deşici alət görməmiş, eyni zamanda Təqsirləndirilən şəxsdə üzərində hadisə günü və ya ondan əvvəl bıçaq, kəsici-deşici alət görməmişdir. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs və ya qardaşı Şahid6 arasında hadisə günündən öncə mübahisə olması barədə məlumatı olmamış, Natiq sadəcə at vurduğunu demişdir. Adəmin bıçaqla vurması haqqında hər hansı bir söz deməmiş, hadisə barədə bundan başqa məlumat verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2021-ci ilin sentyabr ayının 29-dan Zərərçəkmiş şəxs tanıyır. Natiq xırdabuynuzlu heyvanlar saxlamış, o da işsiz olduğu üçün və öz xırdabuynuzlu heyvanları olduğundan Natiqlə işləmək barədə razılaşmışlar. Belə ki, Natiqin öz heyvanlarını saxlamaq üçün yeri olmuş və onun da xırdabuynuzlu heyvanlarını saxlamaq üçün yerə ehtiyacı olduğundan, Natiqlə razılaşmışlar ki, o da öz xırdabuynuzlu heyvanlarını Natiqin yerində saxlasın, qarşılığında isə Natiqin də heyvanlarına baxsın. Onun 18 xırdabuynuzlu heyvanı olmuş, Natiqin isə 45-50 yaxın xırdabuynuzlu heyvanı olmuşdur. Onlar həmin heyvanların südünü, ətini satmaqla pul qazanmış, Təqsirləndirilən şəxs də Maştağa qəsəbəsi ərazisində “Bakı Beynəlxalq Hava Limanı”-na yaxın ərazidə əkinçi kimi tanımışdır. O, və Natiq bəzən həmin ərazidə öz heyvanlarını otarmış, Adəmin də orada əkin sahəsi olmuş o, tərəvəz əkmişdir. Adəm və Natiqin münasibətləri həmişə yaxşı olmuş, Adəmin qardaşı Hikməti də bəzi vaxtlarda əkin sahəsində görmüş, Hikmətlə də Natiqin münasibəti həmişə normal olmuşdur. O, çox vaxt heyvanları otardığı üçün Natiqin, Adəmin və ya Hikmətin yanında olmamış, hadisədən 1 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində o, heyvanları otararkən Adəmin əkin sahəsinin yaxınlığında Natiqlə Adəmin mübahisə etdiyini görmüşdür. Adəmin “QAZ 3129” markalı avtomobili də yaxınlıqda olmuş, Adəmlə Natiq yüksək səslə danışmış, lakin o, Adəm və Natiqin söhbətlərinə diqqət etməmişdir. O, heyvanları saxlama yerinə salmış və bir qədər sonra Natiq gəlmiş, o, Natiqdən nə baş verdiyini, Adəmlə niyə mübahisə etdiklərini soruşduqda ona “Boş, elə-belə şeydir” demişdir. Natiq danışmağa meylli, ünsüyyətcil şəxs olmadığı üçün o, ona əlavə suallar verməmişdir. Həmin gün o, Adəmi görməmiş, Natiqlə həmin söhbətdən sonra yaşadıqları evə getmişlər. Növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə saat 08 radələrində o, Natiqə zəng etmiş, həmin vaxtı o, oyanıb əraziyə heyvanları otarmağa çıxmış, hər gün səhər Natiq onunla birlikdə heyvanları otarmağa gəlmiş, o, Natiqdən niyə əraziyə gəlmədiyini soruşduqda Natiq ona bildirmişdir ki, “Sən heyvanları otar mən gələcəyəm sonra” demişdir. O da heyvanları otarmağa davam etmiş, həmin gün axşam radələrində o, ərazidə olarkən Natiqin qohumlarından Talıb ona demişdir ki, Natiqi Adəm bıçaqlamış və Natiq ölmüşdür. Natiq ona hadisədən əvvəlki günlərdə Adəm və ya qardaşı Hikmət barəsində hər hansı bir söz deməmiş, onların münasibətləri həmişə yaxşı olmuşdur. O, sadəcə hadisədən bir gün əvvəl Natiqlə Adəmin bilmədiyi səbəbdən mübahisə etməsinin şahidi olmuşdur. Hadisə vaxtı, yəni xx.xx.2022-ci il tarixdə o, ərazidə heyvanları otarmış, Onun heyvanları otardığı yer Adəmin əkin yerindən 8-9 kilometr aralı məsafədə olmuşdur. O, Natiqin üzərində heç vaxt bıçaq və ya kəsici-deşici alət görməmiş, heyvan kəsmək lazım olanda onun bıçağı ilə kəsilmiş lakin Adəmi yaxından tanımamışdır. Həmin vaxt ətrafda ondan başqa heç kəs olmamış, o, Natiqlə Adəmi görərkən artıq onla mübahisə etmiş, o, heyvanları saxlama yerinə salandan sonra Natiq oraya gəlmişdir. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında hadisədən bir gün əvvəl mübahisə baş verərkən onların üzərində hər hansı bıçaq, kəsici-deşici alət görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Adəmlə Hikmət qardaşdırlar və Maştağa qəsəbəsi ərazisində “Bakı Beynəlxalq Hava Limanı”-na yaxın ərazidə əkinçiliklə məşğuldurlar. Bir qonşu kimi onun Adəm və Hikmətlə münasibəti həmişə yaxşı olmuş, o, yaşadığı küçədə meyvətərəvəz satmaqla qazandığı pulla həyatını təmin edir. 02 aprel 2022-ci il tarixdə saat 11.30 radələrində qonşusu Adəm öz istifadəsində olan “QAZ 3129” markalı, **-BF-*** markalı avtomobil ilə yaşadıqları məhəlləyə gəlmiş və onun meyvə tərəvəz satdığı yerin önündə saxlamışdır. Adəm təlaşlı olmuş, avtomobilinin arxa sol təkərinin rezini çıxmış və avtomobil getməkdə çətinlik çəkmişdir. Həmin avtomobil Adəmin qardaşı Hikmətə məxsusdur, lakin ailə avtomobili kimi Adəm də həmin avtomobili istifadə etmişdir. Adəm avtomobildən təlaşlı şəkildə düşüb yaxınlaşıb demişdir ki, Natiqi at vurub və Natiq boğazından xəsarət alıb, təcili xəstəxanaya aparmaq lazımdır. Natiqi Maştağa qəsəbə sakini kimi tanımış, yaxın münasibəti olmamış, o, görmüşdür ki, Natiq Adəmin avtomobilinin arxa oturacağında əyləşmişdir. Natiqin boğazından qan axmış, Adəm avtomobildən düşən kimi yaxınlıqda olan Natiqin qohumu Talıbın dəmirçi işlədiyi yerə getmişdir. O, Talıb və Adəmin nə danışdığını eşitməmiş, bundan sonra Talıb və Adəm qaçaraq Adəmin avtomobilinə yaxınlaşmış və Natiqin Adəmin avtomobilinin içərisində yaralı vəziyyətdə əyləşdiyini görmüşlər. Natiq özündə olmuş və danışa bilmiş, Natiq də Talıba at vurduğunu demişdir. Bundan sonra Talıbla birlikdə işləyən Mustafa da yaxınlaşaraq Natiqin pis vəziyyətdə olduğunu görmüş və “Vaz 2106” markalı öz şəxsi avtomobilini Adəmin avtomobilinin yanına sürmüş və Natiq özü Adəmin avtomobilindən düşərək Mustafanın avtomobilinin arxasında əyləşmişdir. Mustafa, Talıb və Natiq Mustafanın avtomobili ilə oradan uzaqlaşmış, bundan sonra Adəm ona yaxınlaşaraq mobil telefonunda kontur olmadığını bildirib ondan mobil telefonunu istəmiş, qardaşına, əmisi oğluna zəng edəcəyini demişdir. O da mobil telefonunu Adəmə vermiş, Adəm onun mobil nömrəsi ilə əvvəlcə qardaşı Hikmətə, daha sonra isə əmisi oğlu Əlihüseynə zəng etmiş və Natiqi at vurduğunu, xəstəxanaya aparıldığını, ola bilsin müayinə üçün üzərində pul olmadığını və oraya getməli olduqlarını bildirmişdir. Adəm telefonla danışdıqdan sonra öz yaşadıqları evə getmiş, bundan sonra axşam radələrində eşitmişdir ki, Natiq xəstəxanada ölmüş və Natiqi Adəm bıçaqlayaraq öldürmüşdür. Sonra Adəm gedib polisə təslim olmuş, Adəm ona sadəcə Natiqi at vurduğunu demiş, Natiq özü də onu at vurduğunu ona bildirmişdir. O, Natiq öləndən sonra bilmişdir ki, əslində Adəm Natiqi bıçaqla vurmuşdur. O, meyvə tərəvəz satdığı üçün mağazanın önündən keçən şəxsləri görmüş, hadisə günü səhər radələrində Adəm “QAZ 3129” markalı, **-BF-*** markalı avtomobil ilə onun satıcı işlədiyi yerin önündən keçib getmişdir. Adəm həmin vaxt avtomobildə tək olmuş, Natiqlə Hikməti isə həmin gün görməmişdir. Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs və ya qardaşı Şahid6 arasında hadisə günündən öncə mübahisə olması barədə məlumatı olmamışdır. Natiq sadəcə onu at vurduğunu, Adəmin Natiqi bıçaqla vurması haqqında hər hansı bir söz deməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımamış, o, Adəmin qardaşı Hikməti tanımışdır. Belə ki, o, avtomobil yuma yerində işlədiyi üçün Hikmət arada onun işlədiyi yerə avtomobilini yudurtmağa gətirmiş və bir qəsəbə sakini kimi Hikmətlə salam-sağolu olmuşdur. Zərərçəkmiş şəxs isə onun bacısı Samirənin əridir. Bacısı Samirə ilə Natiq dini nikahla evlənmiş və evliliklərindən 3 övladları olmuşdur. Onun Natiqlə münasibəti həmişə yaxşı olmuş, xx.xx.2022-ci il tarixdə saat 12.30 radələrində qohumu Talıb onun mobil nömrəsinə zəng edərək Natiqi at vurduğunu və 3 saylı xəstəxanaya gəlməli olduğunu demişdir. O, həmin vaxtı Nizami rayonundakı “Maşın bazarı”nda olmuşdur. Talıb ona Natiqi at vurduğunu dedikdən sonra o, istifadəsində olan avtomobillə 3 saylı xəstəxanaya getmiş, o, oraya çatdıqda Natiqin xərəyə əyləşdirib xəstəxanaya aparıldığını görmüşdür. Talıb da Natiqin yanında olmuş, o, dərhal Natiqin ardınca xəstəxanaya daxil olmuş və Natiqdən nə baş verdiyini soruşduqda Natiq ona bildirmişdir ki, “məni at vurubdur, narahat olma”. Natiq normal danışa bilmiş, bundan sonra o, öz mobil telefonundan bacı Samirənin mobil nömrəsinə zəng etmiş, ki, Natiqlə Samirəni danışdırsın. Natiq mobil telefonu götürüb Samirəyə yaxşı olduğunu bildirmişdir. Bundan başqa nəyisə deməmiş, telefonu ona vermiş və o da telefonu söndürmüşdür. O, bir qədər çöldə gözləmiş və daha sonra ona bildirilmişdir ki, Natiq ölmüşdür. O, Maştağaya, Samirənin yaşadığı evə getmiş və Samirəyə Natiqin öldüyünü demişdir. Natiq ona onu at vurduğunu demiş, Natiq öləndən sonra o, bilmişdir ki, əslində Adəm Natiqi bıçaqla vurmuşdur. Natiqin üzərində hadisə günü və ya ondan əvvəl bıçaq və ya kəsici-deşici alət görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, Adəmlə o, əkinçilik edib qazandıqları pulla həyatlarını təmin edirlər. Adəm ailəlidir və 3 azyaşlı övladı vardır. Adəm və o, təxminən son 2-3 ildir ki, Bakı Beynəlxalq Hava Limanının yaxınlığında yerləşən torpaq sahəsində göyərti əkini təsərrüfatı ilə məşğul olurlar. Onun və Adəmin torpaq sahələri yan-yana yerləşir, demək olar eyni torpaq sahəsidir. O, Zərərçəkmiş şəxs təxminən 10 il olardı ki, tanımış, qardaşı Adəm isə Natiqi son 2-3 il olardı ki, tanımışdır. Natiqin kiçik buynuzlu heyvan təsərrüfatı olmuş, onların əkin sahələrinin yanında qoyunlarını otarmışdır. Natiqlə münasibətləri həmişə yaxşı olmuş, 2022-ci ilin mart ayının təxminən 21-i və ya 22-si saat təxminən 11 radələrində o, əkin sahəsinə gələrkən görmüşdür ki, Natiq qoyun sürüsünü əkin sahəsinə daxil etmiş və əkin sahəsindəki əkilən göyərtiləri yemişdir. Natiq əkin sahəsinin yanında arvadı Samirə də Natiqin yaxınlığında olmuş, o, Natiqə öz iradını bildirmişdir ki, qoyunları əkin sahəsinə zərər vermişdir. Natiq isə ona bildirmişdir ki, “nə var ki, burda, qoyunu acdır”. Bundan sonra Natiq qoyunlarını onun sahəsində otarmağa davam etmiş, təxminən 1 saat sonra qardaşı Adəm gəlmiş, o və Adəm Natiqlə həmin anlaşmazlıq barədə danışmış, hər ikisi üzrxahlıq etmiş, aralarında heç bir problem olmamış, onlar barışmışlar. Bundan sonra o, Natiqi 3-4 dəfə görmüş və normal şəkildə salamlaşıb görüşmüşlər. Natiq öz qoyun sürüsünü də əkin sahələrinə daxil etməmiş, torpaq sahələrinin ölçüsü 20 metr en, 100 metr uzunluqda olmuşdur. Baş vermiş hadisə ilə bağlı o, heç vaxt qardaşı Adəmlə Natiq arasında hər hansı anlaşılmazlığın şahidi olmamışdır. Nə hadisəyə qədər, nə də hadisədən əvvəl Adəm də ona bu barədə hər hansı bir söz deməmişdir. Hadisə günü yəni, 02 aprel 2022-ci il tarixdə o, Maştağa qəsəbəsində Vahid adlı taksi sürücüsünün yanında olmuş, Vahid həm də qonşusudur. Onun avtomobili xarab olduğu üçün onunla birlikdə avtomobilinə ehtiyat hissəsi axtarırmışlar. Həmin gün saat təxminən 11 radələrində Adəm onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək bildirmişdir ki, “Natiqin vəziyyəti pisdir, çatdır özünü xəstəxanaya”. Adəm çox təlaşlı olmuş və bunu deyən kimi telefonu söndürmüş, o da düşünmüşdür ki, 3 saylı ŞKX-na getməlidir. O, oraya gedən kimi ona bildirmişlər ki, Natiq artıq yuxarıda əməliyyatdadır. Bir qədər sonra bildirmişlər ki, Natiq artıq ölmüş, həmin vaxtı hadisə barədə o, heç nə bilməmişdir. Bildiyi qədəri ilə Natiq özü də at vurduğunu bildirmişdir. Natiqin at vurması nəticəsində öldüyünü bildikdən sonra əmisi oğlu Əlihüseynlə birlikdə Maştağa qəsəbəsində yaşadıqları evin həyətinə getmiş, həmin vaxtı Adəm də orada olmuşdur. X13 öldüyünü dedikdən sonra Adəm demişdir ki, Natiqlə aralarında münaqişə baş vermiş, Natiqi bıçaqla vurmuş və polisə gedib təslim olmalıdır. Adəm 14-cü PB-nə gedərək təslim olmuş, Adəm ona bildirmişdir ki, əkin sahəsində iş görən zaman Natiq hücum etmiş və o, bıçaqla xəsarət yetirmək istəmiş, lakin öldürmək istəməmişdir. Natiqlə əkin sahəsində qoyunları otarmaq üstündə mübahisə yaşadığını bildirmişdir. O, hadisə günü qonşusu Vahidlə birlikdə Maştağa qəsəbəsində Axundov küçəsində köhnə uşaq poliklinikasının arxasında avtomobil təmiri yerində olmuşdur. Həmin günü o, hadisə baş verən yerdə olmamış, Zərərçəkmiş şəxs hadisə baş verənədək ən son martın 25-də görmüşdür. Həmin vaxtı Natiqi əkin sahəsinin yanında görmüş, salamlaşıb çıxıb getmiş, Natiqin üzərində o, heç vaxt bıçaq görməmişdir. Adəm və o, əkin sahəsində işlədikləri üçün üzərlərində əkin işləri görmək üçün təsərrüfat bıçaqları olur, bıçaqla əsasən kol-kos, göyərti kəsirlər. Hadisə günü isə Adəmin üzərində hər hansı bıçaq görməmiş, Adəmin istifadə etdiyi avtomobil ona məxsusdur. Həmin avtomobil “QAZ 3129” markalı, **-BF-*** markalı avtomobildir. O, həmin avtomobili etibarnamə əsasında 2021-ci il tarixdə almış, Adəmin sürücülük vəsiqəsi olmamış, o, əkinə gedən zaman avtomobildən istifadə edərək getmiş, əkin sahəsi yaşayış yerlərinin yaxınlığında yerləşdiyi üçün asfalta çıxmadan qısa yol getdiyi üçün, onun avtomobili oraya sürməsində heç vaxt problem olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 da Şahid6 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o, 2017-ci il tarixdən Səhiyyə Nazirliyinin MTE PA X17 Şəxsin Sabunçu rayon şöbəsinin eksperti vəzifəsində işləyir. Zərərçəkmiş şəxs meyitinin müayinəsi xx.xx.2022-ci il tarixdə onun tərəfimdən həyata keçirilmiş və meyitin müayinəsi nəticəsində 73 nömrəli rəy onun tərəfindən tərtib edilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq ona təqdim olunmuş və bildirmişdir ki, təqdim edilmiş bıçağın tiyəsinin ümumi uzunluğuna, eninə əsasən demək olur ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər təqdim edilmiş həmin bıçaq və ya o tipli və ölçülü bıçaq tərəfindən yetirilə bilər. Meyit müayinə üçün ekspertizaya xəstəxanadan təhvil verilmişdir. Meyitin bədənində olan xəsarətlər xəstəxanada ilkin olaraq cərrahi işlənildiyindən bu barədə meyitlə birlikdə təqdim edilmiş tibbi karta da xəsarətlərin deşilmiş-kəsilmiş xəsarətlər olması barədə qeydlər vardır. Həmin tibbi kartanın məlumatları da tərəfindən mərhumun adına tərtib edilmiş rəydə qeyd olunmuşdur. Deşilmiş-kəsilmiş yaralar da deşici-kəsici əşya (alət) təsirindən törəndiyindən həmin xəsarətlər istintaqa təqdim edilmiş bıçaq tərəfindən törənməsi də mümkündür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 73 №-li, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Traxeyanın zədələnməsi ilə müşayiət olunan boyunun ön səthinin bir ədəd və sağ bud nahiyəsinin bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları, sol topuq nahiyəsinin sıyrığı. Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl törənmişlər. Xəsarətlərdən traxeyanın zədələnməsi ilə müşayiət olunan boyunun ön səthinin bir ədəd və sağ bud nahiyəsinin bir ədəd (cəmi iki ədəd) deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alət (alətlər) təsirindən törənmişlər, bıçaqla yetirilə bilər, sol topuq nahiyəsinin sıyrığı isə bərkküt əşya təsirindən törənmişdir. Dərəcəsinə görə: Traxeyanın zədələnməsi ilə müşayiət olunan boyunun ön səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir; Sağ bud nahiyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmanın, sol topuq nahiyəsinin sıyrığı isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb traxeyanın zədələnməsi ilə müşayiət olunan boyunun ön səthinin boşluğa keçən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar baş vermiş tənəffüs çatmamazlığı olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə, saat 13:05-də xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild 02, iş vərəqə 29-35) İş materiallarında olan məhkəmə-tibbi-bioloji ekspertizasının 204/2022-MTBŞ №-li, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Balfa/H/ (İİİ). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: A(İİ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus köynək, idman şalvarı, Təqsirləndirilən şəxs məxsus gödəkcə və hadisə yerindən götürülmüş 02 ədəd pambıq topası üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “B” və “H” antigenləri alındı. Belə olan halda bu qan ləkələri Balfa/H/(İİİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar üzərində qan aşkar olunmamışdır. (cild 02, iş vərəqə 47-53) İş materiallarında olan məhkəmə-tibbi-kriminalistik ekspertizasının 165-2022/MTKŞ №-li, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus idman şalvarının ön səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə vardır. Bu zədə yaxşı itilikli ülgücü, yaxşı itilikli ucu və özünü zəif dərəcədə büruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Zədənin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi istisna olunmur. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus idman şalvarının üzərində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inandırıcı deyildir. Zərərçəkmiş şəxs məxsus şalvarın ön səthinin sağ yarısının yuxarı hissəsində olan bir ədəd deşilmiş-kəsilmiş zədə onun sağ budun ön səthində olan eyni xarakterli xəsarətlə yerləşməsinə görə, nisbi olaraq uyğun gəlir. Zərərçəkmiş şəxs boyun nahiyəsində olan bir ədəd deşilmiş-kəsilmiş xəsarət ona məxsus paltarlarda öz əksini tapmamışdır, bu da yara nahiyəsinin paltarla örtülməməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim olunmuş iş materialında mərhum Zərərçəkmiş şəxs meyitində olan xəsarətlərin xətti ölçülərindən başqa, digər xüsusiyyətləri barədə (yara uclarının xüsusiyyətləri, yara kanalının uzunluqları) konkret olaraq heç bir məlumat göstərilmədiyi üçün bu xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənibtörənməməsi barədə qəti fikir söyləmək mümkün deyildir. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus qolsuz gödəkcənin sağ yan tikişi üzərində küt yaranma mexanizminə malik və gödəkcənin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik olan bir ədəd sökülmə zədəsi vardır. Ekspertizaya təqdim olunmuş və şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, qatlanan tipli cib bıçağıdır, deşici-kəsici xassəyə malikdir və soyuq silah hesab olunmur. Təqdim olunmuş bıçağın üzərində sonradan heç bir dəyişiklik edilməmişdir. (cild 02, iş vərəqə 37-46) İş materiallarında olan kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 1604 №-li, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlindən sonra hər hansı psixi xəstəlik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və ya 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilər. Rəyin məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsindən görünür ki, Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, özünü psixoloji müdafiə etməyə meyillilik, adaptivlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq, öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmış, həmin halın yaranma səbəbləri situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (cild 02, iş vərəqə 54-58) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 3500 №-li, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 02, iş vərəqə 59-60) İş materiallarında olan komisyon-məhkəmə-tibbi ekspertizasının 321/KEŞ №-li, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, “X19”ndə Zərərçəkmiş şəxs (Nəcəfovun) adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə saat 12.30da mərkəzin cərrahiyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Boyunun ön divarının kəsilmiş-deşilmiş yarası. Traxeyanın zədələnməsi” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xx.xx.2022-ci il tarixdə saat 12.35-də xəstənin üzərində “Traxeostomanm qoyulması, yaranın birincili cərrahi işlənməsi” cərrahiyyə əməliyyatı icra edilmiş, yara nahiyəsindən traxeostoma qoyulmuşdur. Əməliyyat zamanı artan ürək-damar çatışmamazlığı fonunda aparılan reanimasion tədbirlər effekt verməmiş və saat 13.05-də xəstədə bioloji ölüm baş vermişdir. Zərərçəkmiş şəxs (Nəcəfova) göstərilmiş tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur. Zərərçəkmiş şəxs (Nəcəfova) aparılmış müalicələr zamanı istifadə edilmiş dərman preparatlarının və anesteziyanın dozaları optimal olmuşdur. preparatlarının və anesteziyanm dozaları optimal olmuşdur. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, aparılmış müalicələr zamanı tətbiqinə icazə verilməyən diaqnostika, müalicə metodları və dərman preparatlarından istifadə olunmamışdır. Zərərçəkmiş şəxs (Nəcəfovun) meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, ölümünə səbəb traxeyanın zədələnməsi ilə müşayiət olunan boyunun ön səthinin boşluğa keçən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə əlaqədar baş vermiş tənəffüs çatmamazlığının olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Zərərçəkmiş şəxs (Nəcəfova) müalicə müəssisəsi şəraitində göstərilmiş tibbi xidmət Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmamışdır. (cild 02, iş vərəqə 61- 69) Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bakı Beynəlxalq Hava Limanının yaxınlığında, “Təmənniz” deyilən ərazidə yerləşən boş torpaq sahəsidir. Hadisə yerinin baş verdiyi torpaq sahəsinə doğru eni 3 metr qum avtomobil cığırı vardır. Avtomobil cığırı torpaq sahəsinə paralel şəkildə uzanır. Yer qumdur. Torpaq sahəsi kənd təsərrüfatı məhsullarının əkini üçün nəzərdə tutulmuşdur. Baxdıqda müxtəlif növ tərəvəz məhsullarının əkildiyi müşahidə edilir. Hadisə yerininin ətrafında yerləşən torpaq sahələri kənd təsərrüfatı məhsullarının əkini üçün istifadə edilir. Avtomobil cığırında üzü Bakı Beynəlxalq Hava Limanının sərnişin binasına doğru dayandıqda torpaq sahəsi sağda yerləşir. Avtomobil cığırından sağ istiqamətdə təxminən 300 metr məsafədə Bakı Beynəlxalq Hava Limanının uçuşların həyata keçirildiyi ərazisi başlanır, həmin ərazi torpaq sahəsindən dəmir çitlə ayrılmışdır. Torpaq sahəsində avtomobil cığırının üzərində yerdə 6 damcı sıçramış şəkildə qanabənzər ləkələrin olduğu müşahidə edilir. Həmin qanabənzər ləkələrdən nümunə 1 ədəd pambıq tampona hopdurulmaq yolu ilə götürülərək müvafiq qaydada qablaşdırıldı. Hadisə yerinə baxış zamanı digər hər hansı əhəmiyyətli hal müəyyən edilməmişdir. (cild 01, iş vərəqə 02-04) Meyitə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, təşrih masası üzərinə arxası üstə Zərərçəkmiş şəxs meyit qoyulmuşdur. Əynində qara rəngli idman şalvarı, uzunqol tünd yaşıl və bənövşəyi rəngli köynək vardır. Şalvarın ön səthində sağ cibdən 16 sm sola zədə vardır. Köynəkdə hər hansı bir zədə yoxdur. İdman şalvarı və köynək istintaq üçün əhəmiyyətli olduğu üçün müvafiq qaydada qablaşdırılaraq götürüldü. Meyit üzdən baxdıqda 45-50 yaşlarına uyğun gəlir. Uzanmış vəziyyətdə boyunun uzunluğu 178 sm-dir. Meyit düzgün bədən quruluşlu, kafi qidalıdır. Meyitin dəri örtüyü solğun rəngdədir. Üzün və boyunun dərisi sianozlu və bir qədər ödemlidir. Meyit əllə toxunduqda zəif istidir. Meyit ləkələri bədənin arxa və yan səthlərində yerləşmişdir, göyümtül-bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir, 30-40 saniyəyə bərpa olunur. Yoxlanılan əzələ qruplarında meyit qacıması çeynəmə əzələsində inkişaf etmişdir. Başında 0,5-2,0 sm uzunluqda ağarmış saçı var. Başın tüklü hissəsi xəsarətsizdir. Əllə müayinə etdikdə kəllə sümükləri tamdır. Göz qapaqları örtülüdür, qüzehli qişa qəhvəyi rəngdədir. Bəbəklərin diametri 0,5 sm-dir. Göz konyuktivasının keçid bucaqlarında tünd-qırmızı rəngdə nöqtəvari qansızmalar vardır. Hər iki gözyuvasıətrafı nahiyə və üzün dərisi şişkindir. Əllə müayinə etdikdə burun sümüyü və qığırdaqları tamdır. Burun və ağız dəlikləri qanlıdır. Ağzı yarımörtülüdür, ağzında olan dişləri təbiidir. Hər iki xarici qulaq keçəcəkləri sərbəstdir. Boynu düzgün inkişaf etmişdir, boyunun ön səthində cərrahi müdaxilə yeri vardır. Botu çıxarıldı. Boyunun aşağı 1/3-nin ön divarında 7.5 sm uzunluqda üzərində cərrahi tikişlər olan kənarları hamar yara vardır. Əllədikdə boyun fəqərələrində patoloji hərəkətlilik müəyyən olunmur. Döş qəfəsi silindrik formada olub, simmetrikdir, əllədikdə qabırğalar tamdır. Əllədikdə kürək və onurğa sütunu əyriliklərində patoloji hərəkətlilik yoxdur. Qarnı qabırğa qövsü səviyyəsində yerləşmişdir. Hər iki yuxarı və aşağı ətraflar düzgün inkişaf etmişdir, əllədikdə sümükləri tamdır. Sağ budun yuxarı 1/3-nin ön səthində 2,5x0,4 sm ölçüdə kənarları hamar, mənfəzində piy toxuması görünən yara vardır. Sol bayır topuqda 4,0x3.0 sm ölçüdə qeyri-müəyyən formalı, qırmızımtl rəngli, səthi ətraf dəri səviyyəsindən aşağıda yerləşmiş sıyrıq vardır. Meyitin xarici müayinəsində digər xəsarətlər aşkar edilmədi. Meyitə baxış zamanı 1 ədəd idman şalvarı və 1 ədəd köynək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 01, iş vərəqə 20-22) Avtonəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanının qarşısında Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Heydər Əliyev” adına Bakı Beynəlxalq Hava Limanının yaxınlığında, “Təmənniz” adlanan ərazidə, boş torpaq sahəsində Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdikdən sonra əyləşdirdiyi açıq bej rəngli “Qaz 3102” markalı, **-BF-*** dövlət qeydiyyat nömrəli minik avtomobilinə baxış keçirildi. Baxış keçirilən avtomobilin yerləşdiyi küçə yaşayış evləri ilə əhatə olunmuşdur. Qeyd “Qaz 3102” markalı, **-BF-*** dövlət qeydiyyat nömrəli avtomobil 1992-ci ildə istehsal edilmişdir. Ban nömrəsi XTH310290N0030942, mühərrikin nömrəsi 111993-dir. Baxış zamanı xx.xx.2021-ci il tarixli, 632693 nömrəli etibarnamə ilə mülkiyyətçi X4 tərəfindən avtomobili idarə etmək səlahiyyətinin xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs qardaşı Şahid6 verildiyi müəyyən edildi. Minik avtomobili açıq bej rəngdədir, kafi vəziyyətdədir. Minik avtomobilinin şüşələri zədəsizdir, xarici görünüşündə hər hansı bir əhəmiyyətli zədə müəyyən edilmir. Sol arxa təkərinin şarı boşalmış, rezini avtomobilin idarəetməsinə mane olacaq şəkildə yararsız hala düşmüşdür. Avtomobilin daxilinə baxış keçirildikdə salonu səliqəsizdir. Ön oturacaqlarda iş üçün əhəmiyyətli hər hansı bir hal aşkar edilməmişdir. Avtomobilin arxa oturacaqlarına baxış keçirildikdə sol arxa oturacağın üzərində damcışəkilli qanabənzər ləkələrin olduğu müəyyən edildi. Həmin ləkələrdən nümunə 1 ədəd pambıq tampona hopdurulmaq yolu ilə götürüldü. Avtomobilin arxa oturacağında iş üçün əhəmiyyətli başqa hər hansı bir hal müəyyən edilmədi. Avtomobilin baqajına baxış keçirildi, baqaj boşdur, iş üçün əhəmiyyətli hər hansı bir hal müəyyən edilmədi. Baxış zamanı qanabənzər ləkələrdən 1 ədəd nümunə pambıq tamponuna hopdurulmaqla götürülmüşdür. (cild 01, iş vərəqə 10-15) İş materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə daxil olan və çıxan zənglərə, anten və abunəçilərə dair "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş diskə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***- ***-**-** saylı telefon nömrəsi ilə bir neçə dəfə danışığın qeydə alındığı, sonuncu 2 dəfə danışığın isə hadisədən 1 gün əvvəl yəni, xx.xx.2022-ci il tarixdə saat 18.21-də 88 saniyəlik, 18.28-də isə 19 saniyəlik danışığın qeydə alındığı müəyyən edilmişdir. Hadisə günü və ondan əvvəlki günlərdə qeyd edilən nömrələr arasında hər hansı SMS mətni qeydə alınmamışdır. ***-***-**-** saylı telefon nömrəsinin anten məlumatlarını özündə əks etdirən faylı açdıqda Təqsirləndirilən şəxs mobil telefonunun anten dairəsinin xx.xx.2022-ci il tarixdə saat 11.13-də Maştağa subtropik sovxozu, saat 11.26-da Bakı şəhəri, Maştağa qəsəbəsi, Sovxoz 2, saat 11.32-dən etibarən isə Maştağa qəsəbəsi, M.Hüseynzadə, döngə 7, ev 2 göstərdiyi müəyyən edilmişdir. (cild 01, iş vərəqə 168-169) Şahid6 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə daxil olan və çıxan zənglərə, anten və abunəçilərə dair "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş diskə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə hər hansı danışığın, SMS mətninin qeydə alınmadığı müəyyən edilmişdir. Hadisə günü və ondan əvvəlki gündə Şahid6 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsi ilə hər hansı danışığın, SMS mətninin qeydə alınmadığı müəyyən edilmişdir. Şahid6 istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinin anten məlumatlarını özündə əks etdirən faylı açdıqda anten dairəsinin xx.xx.2022-ci il tarixdə saat 09.15-dən saat 11.35dək Maştağa qəsəbəsi, saat 11.35-də Sabunçu rayonu, Zabrat-Maştağa yolu, Maştağa avtoservis və daha sonra digər ünvanları göstərdiyi müəyyən edilmişdir. (cild 02, iş vərəqə 15-16) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyətinin olmaması, Natiqə sadəcə xəsarət yetirmək istədiyini bildirməsi barədə ifadələrinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi özünü məsuliyyətdən yayındırmaq məqsədi daşıyaraq, həqiqəti əks etdirməməklə, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının 73 №-li, xx.xx.2022-ci il tarixli rəyi, məhkəmə-tibbi-kriminalistik ekspertizasının 165-2022/MTKŞ №-li, xx.xx.2022-ci il tarixli rəyi, komisyon-məhkəmə-tibbi ekspertizasının 321/KEŞ №-li, xx.xx.2022-ci il tarixli rəyi, meyitə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol və iş üzrə digər mötəbər sübutlarla təkzib edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının 4-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. X15 21-ci bəndinə əsasən, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə: 142-143) İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (cild 01, iş vərəqə 145) Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü il təvəllüdlü X10, 2015-ci il təvəllüdlü X14, 2017-ci il təvəllüdlü X11 olmaqla üç azyaşlı uşağı vardır. (cild 01, iş vərəqə 148) İş materiallarında olan xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi - arvadı X5 Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış - bacısı X1 Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Təqsirini boynuna almaqla könüllü gəlmə haqqında” protokoldan görünür ki, Quliyev X12 RPİ-nin 14-cü Polis Bölməsinə gələrək, xx.xx.2022-ci il tarixdə onunla eyni qəsəbədə yaşayan Zərərçəkmiş şəxs bıçaqla vurduğunu və Zərərçəkmiş şəxs 3 saylı ŞKX-da öldüyünü bildirmişdir. (cild 01, iş vərəqə 27) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2012-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı halların şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir: cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması; cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması; açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquq-mühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır); cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, AR CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, AR CM-in 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, AR CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət, tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. AR CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10 və 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan 02 aprel 2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-271/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 02 aprel 2022-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə: 44-45,101-104) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə AR Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılan hadisənin baş verdiyi yerdən pambıq vasitəsilə götürülmüş 01 ədəd torpaq üzərindəki qanabənzər ləkələr, **-BF-*** dövlət qeydiyyat nömrəli avtomobilin arxa oturacağından pambıq vasitəsilə götürülmüş 01 ədəd qanabənzər ləkələr olan cəmi 02 ədəd pambıq topasına hopdurulmuş nümunələr, 01 ədəd zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, qatlanan tipli dəmir cib bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli idman şalvarı və 01 ədəd tünd yaşıl rəngli zolaqlı uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra onun hüquqi varisi X2, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli qısaqol gödəkcə, 01 ədəd tünd göy rəngli şalvar hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı “Femida” Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılan 02 ədəd pambıq topasına hopdurulmuş nümunələr, 01 ədəd zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, qatlanan tipli dəmir cib bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli idman şalvarı və 01 ədəd tünd yaşıl rəngli zolaqlı uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra onun hüquqi varisi X2, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli qısaqol gödəkcə, 01 ədəd tünd göy rəngli şalvar hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı “Femida” Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar