Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1495/2024 03.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X20 və X21 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, X15, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19, zərərçəkmiş şəxs eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2 və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Nümayəndə2, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmamış iki uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2aşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tamah məqsədilə Zərərçəkmiş şəxs8 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncuya özünü işgüzar, çox şaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya 7500 manat qarşılığında əlilliyə görə pensiya təyin etdirəcəyini deyib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs8 2020-ci ilin sentyabr ayında günü istintaqa dəqiq məlum olmayan vaxtlarda Gəncə şəhəri ərazisində hissə-hissə vahid niyyətlə 7500 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə 7500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs5 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti sonuncuya özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib 2000 manat qarşılığında dayandırılmış sosial müavinatını bərpa etdirəcəyini deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə onun göstərişi ilə Zərərçəkmiş şəxs5 cinayətdən xəbərsiz istintaqa adı Abbas kimi məlum olan şəxsə xx.xx.2021-ci il tarixdə Şəmkir rayonu, Yeni həyat kəndində verdiyi 2000 manatı alıb ələ keçirərək zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs15 özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib 3500 manat qarşılığında ona sosial müavinət ayrılacağını deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin noyabr ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda onun göstərişi ilə Zərərçəkmiş şəxs15 cinayətdən xəbərsiz qardaşı Zərərçəkmiş şəxs5 Şəmkir rayonu, Yeni həyat kəndində hissə-hissə olmaqla verdiyi ümumilikdə 3500 manatı cinayətdən xəbərsiz Şahid4 vasitəsilə alıb ələ keçirərək zərər çəkmiş şəxsə 3500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs8 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncuya özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuva Azərbaycan Respublikası Mənzil X27 X18 və X12 güzəştli şərtlərlə 1 otaqlı mənzili 1000 manat, 3 otaqlı mənzili isə 5000 manat qarşılığında əldə etməsini təmin etdirəcəyini deyib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs8 2021-ci ilin noyabr ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda ünvan 3 ünvanında 5500 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə 5500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs9 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncuya özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuva Azərbaycan Respublikası Mənzil X28 X18 və X12 güzəştli şərtlərlə 1 otaqlı mənzili 1000 manat, 3 otaqlı mənzili isə 5000 manat qarşılığında əldə etməsini təmin etdirəcəyini deyib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9 2021-ci ilin noyabr ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda ünvan 3 ünvanında 6000 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə 6000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs20 özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib 3500 manat qarşılığında onun övladı X2 dayandırılmış sosial müavinətini bərpa etdirəcəyini deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə 2021-ci ilin dekabr ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda onun göstərişi ilə Zərərçəkmiş şəxs20 cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs5 Şəmkir rayonu, Yeni həyat kəndində verdiyi puldan sonuncu cinayətdən xəbərsiz Şahid4 xx.xx.2022-ci il tarixində Şəmkir şəhəri, Könüllü kəndində verdiyi 2000 manatı, xx.xx.2022-ci ildə saat 17:42-də Şahid4 Şəmkir rayonu, Yeni həyat kəndində fəaliyyət göstərən Göysü marketdə yerləşən “eManat” ödəmə terminalı vasitəsilə göndərdiyi 1500 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə 3500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs6 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncuya özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib pul qarşılığında ona müharibə iştirakçısı kimi təqaüd ayrılmasını deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs6 2022-ci ilin aprel ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “Kabak” restoranında 2000 manat pulu alıb ələ keçirərək zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs14 özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib 1000 manat qarşılığında onun qohumuna sosial müavinət ayrılacağını deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin iyun ayında istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs14 ünvan 4 ünvanında yerləşən sonuncunun yaşadığı evdə 1000 manatı ələ keçirərək zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu il özgənin əmlakını ələ keçirmək məqsədi ilə qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs14 özünü bank sektorunda problemli kredit tarixçəsi olan avtomobillərin hərracdan orta bazar qiymətindən ucuz qiymətə ala biləcək şəxs olduğuna inandırıb etibarını qazanmış, bu məqsədlə ona 4000 manat qarşılığında guya hərraca buraxılacaq “Khazar” və “Azsamand” markalı avtomobilləri alıb təhvil verəcəyini deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin iyul ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda ünvan 4 ünvanında yerləşən sonuncunun yaşadığı evdə 4000 manatı alıb ələ keçirərək zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs6 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti sonuncuya özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib pul qarşılığında onun ailə üzvlərinə sosial müavinətlər, habelə qardaşı X25 və dayısı Hidayət Baxışova sosial evlər ayrılacağını deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə Zərərçəkmiş şəxs6 2022-ci ilin iyul ayı ərzində günləri istintaqa dəqiq məlum olmayan vaxtlarda ünvan 4 ünvanında nağd qaydada hissə-hissə olmaqla 3000 manat, 5000 manat və 3500 manat pulu alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə 11.500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs8 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncuya özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya 8500 manat qarşılığında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 40.000 manat sosial yardım təyin etdirib həmin yardım əsasında yaşadığı ünvan 5 ünvanında yerləşən təmirsiz fərdi yaşayış evini sökdürüb əvəzində təmirli yeni fərdi yaşayış evi tikdirəcəyini deyib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs8 2022-ci ilin aprel ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda ünvan 3 ünvanında 7000 manatı, 2022-ci ilin avqust ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda Gəncə şəhəri ərazisində 1500 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə 8500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs2 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti sonuncuya özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib pul qarşılığında müharibə iştirakçıları üçün nəzərdə tutulmuş iki ədəd sosial ev ayrılacağı, bundan başqa, qazilərə ayrılan “Xəzər” markalı avtomobil ayrılacağı, həmçinin Zərərçəkmiş şəxs2 qohumları Şahid5, Şahid6, X7, X24, Şahid10, X26 və Həsənova Mahruh Məmməd qızına sosial müavinət ayrılacağını deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə Zərərçəkmiş şəxs2 2022-ci ilin iyun ayından avqust ayınadək olan müddət ərzində günləri istintaqa dəqiq məlum olmayan vaxtlarda Təqsirləndirilən şəxs bildirdiyi hesaba elektron qaydada və Bakı şəhəri, N.Nərimanov rayonu ərazisində yerləşən “Şatro” çay evində nağd qaydada hissə-hissə olmaqla 4500 manat, 4500 manat, 7000 manat, 4000 manat, 3000 manat, 10.000 manat, 3500 manat, 4500 manat, 3500 manat, 4000 manat və 4000 manat pulu alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə 52.500 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs5 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti sonuncuya özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib 3000 manat qarşılığında ona müharibə iştirakçıları üçün ayrılmış avtomobil verəcəyini deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan suiistifadə etmə və aldatma yolu ilə onun göstərişi ilə Zərərçəkmiş şəxs5 cinayətdən xəbərsiz istintaqa adı Abbas kimi məlum olan şəxsə xx.xx.2022-ci il tarixdə Şəmkir rayonu, Seyfəli poliqonu deyilən yerdə verdiyi 3000 manatı alıb ələ keçirərək zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu il özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncuya özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya gündəlik ödəniş etmək şərti ilə faktiki olaraq özünə məxsus olmayan “KİA” markalı “Ceed” modelli **-ET-*** nömrə nişanlı avtomobili idarə etməsinə şərait yaradaraq sonrakı müddətdə qeyri-rəsmi münasibətdə olduğu qadının qardaşı Şahid7 ilə aralarında olan borc məsələsinə görə pul əvəzi müvəqqəti olaraq həmin şəxsin adına keçirib sonradan geri götürəcəyinə dair yalan vəd verib inandıraraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə həmin avtomobili xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 43 saylı Notariat kontorunda Şahid7 adına özgəninkiləşdirərək sözügedən avtomobilə görə Zərərçəkmiş şəxs6 tərəfindən hissə-hissə olmaqla ona gündəlik olaraq ödənilmiş 9000 manat məbləğində pulu ələ keçirib zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs18 özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib 1000 manat qarşılığında dayandırılmış sosial müavinətini bərpa etdirəcəyini deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə 2022-ci ilin istintaqa dəqiq məlum olmayan vaxtda onun göstərişi ilə Zərərçəkmiş şəxs18 cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs5 Şəmkir rayonu, Yeni həyat kəndində verdiyi 1000 manat puldan sonuncu xx.xx.2022-ci ildə saat 13:09-da Şəmkir rayonu, Yeni həyat kəndində fəaliyyət göstərən Göysü marketdə yerləşən “eManat” ödəmə terminalı vasitəsilə göndərdiyi 800 manat və Zərərçəkmiş şəxs5 cinayətdən xəbərsiz Şahid4 2022-ci ilin avqust ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir şəhəri, Yeni həyat kəndində kəndində verdiyi 200 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs19 özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib 1500 manat qarşılığında onun dayandırılmış sosial müavinətini bərpa etdirəcəyini deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin sentyabr ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda onun göstərişi ilə Zərərçəkmiş şəxs19 cinayətdən xəbərsiz Əhmədov Süleyman oğluna Şəmkir rayonu, Yeni həyat kəndində verdiyi 1500 manatı xx.xx.2022-ci ildə həmin kənddə fəaliyyət göstərən Göysü marketdə yerləşən “eManat” ödəmə terminalı vasitəsilə Əhmədovun göndərdiyi 1500 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu il özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 özünü bank sektorunda problemli kredit tarixçəsi olan avtomobillərin hərracdan orta bazar qiymətindən ucuz qiymətə ala biləcək şəxs olduğuna inandırıb etibarını qazanmış, bu məqsədlə ona 5000 manat qarşılığında guya “Express Bank”-ın dayanacağında olan hərraca buraxılacaq “X43” markalı avtomobili 9000 manata alıb təhvil verəcəyini deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə 2022-ci ilin oktyabr ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 108 saylı poçtun qarşısında 2000 manat, bir həftə sonra, Bakı şəhəri, Binəqədi rayonu, “Fərid Palace” şadlıq evinin qarşısında əlavə olaraq 3000 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu il özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünü bank sektorunda problemli kredit tarixçəsi olan avtomobillərin hərracdan orta bazar qiymətindən ucuz qiymətə ala biləcək şəxs olduğuna inandırıb etibarını qazanmış, bu məqsədlə ona 300 manat qarşılığında “Express Bank”-ın dayanacağında olan hərraca buraxılacaq “Opel Astra” markalı avtomobili alıb təhvil verəcəyini deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin oktyabr ayında istintaqa dəqiq məlum olmayan vaxtda Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “PayPoint” ödəmə terminalı vasitəsilə bildirdiyi elektron hesaba göndərdiyi 1500 manatı ələ keçirərək zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs5 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncuya özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya idarə etdiyi ili köhnə olan orta bazar qiyməti 2000 manat təşkil edən “VAZ 2107” markalı avtomobili buraxılış ili daha təzə olan “NİVA” markalı avtomobilə dəyişəcəyinə dair yalan vəd verməsinə dair yalan vəd verib inandıraraq, etibardan suiistifadə etmə və aldatma yolu ilə həmin avtomobili xx.xx.2022-ci il tarixdə Şəmkir rayonu ərazisində fəaliyyət göstərən Notariat kontorunda cinayətdən xəbərsiz olan Şahid2 adına özgəninkiləşdirib şəxsi maraqlarına sərf edərək zərər çəkmiş şəxsə 2000 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu il özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 özünün bank sektorunda problemli kredit tarixçəsi olan avtomobillərin hərracdan orta bazar qiymətindən ucuz qiymətə ala biləcək tanış şəxslər olduğuna inandırıb etibarını qazanmış, bu məqsədlə ona guya hərraca buraxılacaq “Mercedes Vito” markalı avtomobili 28.000 manat qarşılığında alıb təhvil verəcəyini deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə 2022-ci ilin oktyabr ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda Bakı şəhəri, Xətai rayonu ərazisində fəaliyyət göstərən “Shaurma №1” restoranının qarşısında 5000 manat, bir həftə sonra həmin ünvanda əlavə olaraq 5000 manat və 2022-ci ilin noyabr ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində fəaliyyət göstərən “Bravo” marketinin dayanacağında 18.000 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə 28.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs17 özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib 3000 manat qarşılığında onun həyat yoldaşı X10 dayandırılmış sosial müavinətini bərpa etdirəcəyini deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə 2022-ci ilin noyabr ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda onun göstərişi ilə Zərərçəkmiş şəxs17 cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs5 Şəmkir rayonu, Yeni həyat kəndində verdiyi puldan sonuncu cinayətdən xəbərsiz adı istintaqa Abbas kimi məlum olan şəxsə xx.xx.2022-ci il tarixdə Şəmkir rayonu, Yeni həyat kəndində verdiyi 1500 manatı, 2022-ci ilin dekabr ayının əvvəlində günü istintaqa dəqiq məlum olmayan vaxtda Əhmədovun Şəmkir rayonu, Yeni həyat kəndində fəaliyyət göstərən Göysü marketdə yerləşən “eManat” ödəmə terminalı vasitəsilə göndərdiyi 1500 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs13 özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib 5000 manat qarşılığında onun dayandırılmış sosial müavinətini bərpa etdirəcəyini və 2300 manat müqabilində ona sosial ev ayrılacağını deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə 2022-ci ilin dekabr ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda Bakı şəhəri, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Tərlan” şadlıq saraynın qarşısında 5000 manat və 2022-ci ilin dekabr ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda Bakı şəhəri, Xətai rayonu, Neyroxirurgiya Xəstəxanasının qarşısında 2300 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə 7300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs10 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncuya özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib 6000 manat qarşılığında dayandırılmış sosial müavinətini bərpa etdirəcəyini deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə 2022-ci ilin iyun ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda onun göstərişi ilə Zərərçəkmiş şəxs10 cinayətdən xəbərsiz Şahid1 Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Sovxozun dairəsi”nin yaxınlığında verdiyi 3000 manatı, 2022-ci ilin avqust ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda Bakı şəhəri, N.Nərimanov rayonunda yerləşən Nərimanov metro stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs10 1000 manatı, 2022-ci ilin noyabr ayında Bakı şəhəri ərazisində sonuncudan 1000 manatı, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs10 Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Azərbaycan Beynəlxalq Bankının Texnologiya Şöbəsindən cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs11 adına göndərdiyi 1005 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə 6005 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs7 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncuya özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib 2000 manat qarşılığında dayandırılmış sosial müavinatını bərpa etdirəcəyini deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs7 xx.xx.2023-cü il tarixdə saat 12:48 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Beynəlxalq Xəstəxanada yerləşən “Million” ödəmə terminalı vasitəsilə cinayətdən xəbərsiz Şahid11 adına olan “Kapital Bank ASC”-yə məxsus 540408******1236 nömrəli kart hesabına göndərdiyi 1500 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs11 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncuya özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib 1500 manat qarşılığında dayandırılmış sosial müavinatını bərpa etdirəcəyini, həmçinin borca 300 manat lazım olduğunu, qısa zamanda həmin borcunu qaytaracağını deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs11 2023-cü ilin yanvar ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda Bakı şəhəri, N.Nərimanov rayonunda yerləşən Nərimanov metro stansiyasının yaxınlığında 1500 manatı, 2023-cü ilin fevral ayının sonunda günü istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs11 Sabirabad rayonu, Ulacalı kəndində yerləşən “Million” ödəmə terminalı vasitəsilə göndərdiyi 300 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə 1800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs5 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti sonuncuya özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib övladı Əhmədov Nurlan oğlunun Rusiya Federasiyasından deportasiya olunması ilə bağlı yaranmış vəziyyəti 1500 manat qarşılığında həll edəcəyini deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə onun göstərişi ilə Zərərçəkmiş şəxs5 ödəniş terminalı vasitəsilə ona bildirilən elektron hesaba 2023-cü ilin fevral ayının dəqiq tarixi istintaqa məlum olmayan vaxt köçürdüyü 1500 manatı ələ keçirərək zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs16 oğluna özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib 3000 manat qarşılığında ona xəstəliklə bağlı təqaüd ayrılacağını deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin iyul ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda onun göstərişi ilə Zərərçəkmiş şəxs16 cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs5 Şəmkir rayonu, Yeni həyat kəndində verdiyi 2500 manat pulun 1000 manatını xx.xx.2022-ci il tarixdə ona bildirilən elektron hesabdan, 1500 manat pulu isə 2022-ci ilin avqust ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən Qala restoranının qarşısında cinayətdən xəbərsiz Şahid4, habelə 2023-cü ilin mart ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs16 tərəfindən ona çatdırılması üçün cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs5 verilmiş 500 manat pulu sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə ödəmə terminalı vasitəsilə köçürülmüş hesabdan 490 manat məbləğində pulu ələ keçirərək zərər çəkmiş şəxsə ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə Zərərçəkmiş şəxs12 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə sonuncuya özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib 6500 manat qarşılığında dayandırılmış sosial müavinətini bərpa etdirəcəyini və məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial ev ayrılacağını deyərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə 2023-cü ilin əvvəllərində günü istintaqa dəqiq məlum olmayan vaxtda onun göstərişi ilə Zərərçəkmiş şəxs12 cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs2 elektron hesabına ödəmə terminalı vasitəsilə köçürdüyü 4500 manatı və 2023-cü ilin aprel ayında günü istintaqa dəqiq məlum olmayan vaxtda Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən X30 adına olan parkda Zərərçəkmiş şəxs12 2000 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə 6500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, istintaq dövründə verdiyi ilkin ifadələri təsdiq etmir, lakin digər verdiyi ifadələri təsdiq edir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs16 şikayətlərini qəbul edir və onların tələbinə qarşı heç bir etirazı yoxdur. Həmin şəxslərdən aldığı pulları da qaytarmamışdır. Lakin digər şəxslərin şikayət tələbləri ilə razı deyil. Belə ki, həmin şəxslərdən pul alsa da, onların dediyi miqdarda olmamışdır. Zərərçəkmiş şəxs14 isə ümumiyyətlə heç bir halda pul almamış və onun tələbi ilə razı deyil. Zərərçəkmiş şəxs14 ilə qeyri-rəsmi münasibətdə olduğunda əksinə o, özü ona dəfələrlə pul vermişdir. Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 cəmi olaraq 52500 manat pul almış, həmin məbləğin 15000 manatını Elnurdan qalan 37000 manat pulu isə Əbdüldən almışdır. Tutulmamışdan əvvəl həmin şəxslərdən aldığı puldan 8600 manat pulu Elnura, 9900 manat pulu isə Əbdülə qaytamışdır. Zərərçəkmiş şəxs12 isə o, 2000 manat pul alıb, şikayətdə qeyd olunan 4500 manat pulu isə Əbdül Ülviyyədən alıb, lakin ona verməyib. Ümumiyyətlə Əbdül digər şəxslərin işlərin düzəltmək məqsədi ilə aldığı puldan bir qismini ona versə də, digər qismini özünə saxlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsi elan olunmaqla tədiqiq edildi və müəyyən olundu ki, o ifadəsində bildirmişdir ki, Şəmkirli Zərərçəkmiş şəxs5 uzun müddətdir tanıyır. Sonuncunun qeyd etdiyi 8.500 manat məbləğlə razı deyil, belə ki, həmin məbləğin təxminən 3000-4000 manat olan məbləğini geri qaytarmışdır. O ki qaldı Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19, Əziz Hümbətov və Zərərçəkmiş şəxs20 adlı şəxsləri görməmiş sadəcə həmin şəxslərin adlarını eşitmişdir. Düzdür, Azər həmin şəxslərə görə ona müraciət edib müəyyən işlərə görə pul versə də, ona verilən pul məbləğləri həmin şəxslərin qeyd etdikləri məbləğlərlə bir deyil. Belə ki, Azər tərəfindən ona daha az məbləğdə pul verilib. Onu da qeyd etmiş ki, Azərin özünə aid olan ümumi 8500 manat məbləğin özü də artıq olaraq qeyd olunub. Azər ona həmin məbləğdə pul verməmişdir. Bundan başqa, ittihamda qeyd olunan Zərərçəkmiş şəxs13 adlı şəxsi də tanımır, həmin şəxsdən heç bir məbləğdə pul almamışdır. Zərərçəkmiş şəxs3 aldığı 1500 manat pulun 1400 manat hissəsini geri qaytarmışdır. Zərərçəkmiş şəxs6 ilə bağlı olan hissədə qeyd etmiş ki, o, Əbdülə sonuncu ilə ünsiyyətdə olan zaman ərzində hissə-hissə 9900 manat pul verib qaytarmışdır. Əbdülün qeyd etdiyi ziyanın məbləği ilə də tam olaraq razı deyil. Belə ki, Əbdül ondan müəyən şəxslərin işlərini neçəyə görə biləcəyi ilə maraqlanaraq qiymətini öyrənirmiş, onun dediyi məbləğdən artıq olan pulları vətəndaşlardan alaraq ona dediyi pulu özünə vermiş, qalan pulu isə özünə xeyir kimi götürürmüş. Odur ki, Əbdülün də qeyd etdiyi ziyanın əksər hissəsini uydurma adlandırmışdır. Zərərçəkmiş şəxs2lə əlaqədar olan hissədə qeyd etmiş ki, Elnuru Əbdülün vasitəsilə tanımışdır. Alınan məbləğlərin çox qismini Elnurdan Əbdül alaraq ona vermişdir. Sonradan Elnurun özü ilə Əbdül onu tanış edərək Elnurun özü şəxsən ona 15.000 manat, 9000 manat dəyərində avtomobilini və əlavə olaraq da Əbdülün vasitəsilə ona 16.000 manat pul vermişdir. Odur ki, Elnur və Elnurun tanış və qohumları ilə bağlı olan məsələdə ona cəmi 40.000-41.000 manat pul çatmışdır. Həmin puldan da 8.600 manat pulu o, Elnura qaytarmışdır. Zərərçəkmiş şəxs1la bağlı olan hissə ilə tam olaraq razıdır və Elmana hadisədən sonra təxminən 2000-2500 manat pul geri qaytarmışdır. Zərərçəkmiş şəxs4 aid olan hissə ilə bağlı qeyd etmiş ki, Zərərçəkmiş şəxs4 verdiyi ifadə yalnışdır. Ramil ona cəmi 10.000-15.000 manat arası pul vermişdir. O, Ramildən aldığı pullardan böyük hissəsini özünə qaytarmış, hazırda Ramilə təxminən 5000-8000 manat borcu vardır. Gəncə şəhərindən olan Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Mətanət Musayeva, Zərərçəkmiş şəxs10 və Əfruz Zeynalovla bağlı ifadə verərək əməlini qismən etiraf etmiş, belə ki, həmin şəxslərin içərisində yalnız Zərərçəkmiş şəxs8 bildirdiyi məbləğlə razı deyildir. O, Dəyanətdən dediyi məbləğdən az məbləğdə pul aldığını və hətta aldığı puldan da geri qaytardığını, hazırda Dəyanətə 7000 manat pul verəcəyi olduğunu bildirmişdir. Gəncədən olan digər şəxslərdən aldığı pulların bir qismini də işə baxılan zaman hər birinə geri qaytarmışdır. Zərərçəkmiş şəxs14 dair olan hissə ilə də razı olmadığını, həmin məbləği ümumiyyətlə qəbul etmədiyini, İlruhədən heç bir məsələyə görə pul almadığını, əksinə olaraq İlruhə ilə münasibətdə olduğu zaman İlruhəyə çoxlu sayda qızıl-zinyət əşyaları hədiyyə etdiyini, bundan başqa, yaşadığı evi əsaslı təmir etdirdiyini, həmin ərəfədə idarə etdiyi avtomobili dəyişib daha üstün model maşın almaqda maddi cəhətdən köməklik etdiyini, qardaşı İlhama maşın almaqda köməklik etdiyini və bu kimi müəyyən xərclər, o cümlədən evinə aid olan kommunal xərclər, geyim və gündəlik bazarlıq kimi xərclərini qarşıladığını vurğulamışdır. Odur ki, ümumiləşdirərək hazırki vaxt İlruhənin ona verəcəyi olduğunu bildirmişdir. Əlavə olaraq törətdiyi əməldə özünü qismən təqsirli bilərək qeyd edilən şikayətlərin içərisində özünün qeyd etdiyi şikayətlərin uydurma və məbləğlərinin şişirdilmiş olduğunu bir daha qeyd edərək həmin məbləğləri qəbul etmədiyini, səmimi olaraq etiraf etdiyi və həqiqətən də aldığı geridə qalan məbləğləri isə tez bir zamanda ödəyəcəyini öhdəsinə götürdüyünü bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, zərərçəkmiş şəxslərdən onların pensiya və müavinətlərinin bərpa olunması, onlara pensiya və müavinətlərin təyin olunması, MİDA-da adlarının mənzil növbəsinə yazdıracağı, onlara daha əlverişli qiymətə maşın alacağı vədləri ilə müxtəlif məbləğlərdə dəfələrlə pul almışdır. Həmçinin Zərərçəkmiş şəxs5 sosial müavinətin bərpa edilməsi məqsədilə pul alsa da, digər şəxslərin işlərin düzəltmək məqsədi ilə sonuncudan aldığı puldan ona heçnə verməmişdir. Daha sonra özünü təqsirli bilərək, ailəli olmaqla himayəsində yetkinlik yaşına çatmamış iki uşağının olmasını, əvvəllər məhkum olunmamasını və törətdiyi cinayət əməlinin vahid niyyətlə törətmədiyini nəzərə alaraq əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin daha yüngül maddəsinə tövsif edilməklə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, “Whatsapp” ani mesaj ünsiyyət tətbiqi vasitəsilə elektron danışıqlarının skrinşot formasında olan çıxarışlarla, səs yazıları, SMS yazışmaları ilə və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, iş yoldaşı olan Dönməz adlı şəxs ona demişdir ki, hərracda ucuz qiymətə maşın alır. O da sonuncuya bildirmişdir ki, özü də maşın almaq istəyir və ona görə də Dönməz müəllim onun üçün ucuz qiymətə maşın təşkil etsin. Daha sonra o, Anar adlı şəxslə görüşmüşdür. Orada o, “Santa Fe” markalı maşınla maraqlanmış, düşünmüş ki, ala bilsə sonra baha qiymətə satıb pul əldə edə bilər. Odur ki, orta bazar qiyməti təxminən 17000 və ya 18000 manat olan həmin markalı maşın almaq istədiyini Anara bildirmişdir. Sonra o, Binəqədi rayonu ərazisində 108 saylı poçtun qarşısında Anarla görüşmüş, sonuncu ona həmin maşını 9000 manata əldə edəcəyini bildirmiş, o da Anara 2000 manat pul vermişdir. Danışıqlarına görə isə yerdə qalan 7000 manatı və əlavə olaraq Anara iş haqqı kimi nəzərdə tutulmuş 500 manat pulu maşın alınan vaxtı verəcəyinə razılaşmışlar. Anarın deməsinə görə bu iş tez həll olunmurmuş, hardasa 15-20 gün vaxt aparacaqmış. Sonrakı vaxtlarda o, işin uzandığını görüb Anardan pulunu geri tələb etmiş və Anar ona 1000 manat pulu geri qaytarmışdır. Elə həmin gün Anar onu yığaraq bildirmişdir ki, həmin maşından təcili düşüb və 1000 manat pulu ona geri qaytarsa iş həllini tapacaq. Həmin həftənin sonuna kimi maşının alınacağına söz vermişdir. Həmin söhbətdən təxminən 2-3 gün sonra axşam saatlarında Anar ona zəng edərək “qardaşıvın sənə işi düşüb” deyərək müraciət etmişdir. Deməsinə görə özünə “BMV F10” markalı maşın almış, lakin pulu çatmadığına görə ondan borca 3000 manat pul istəmiş, demişdir ki, həmin pulu da o aldığı “Santa fe”-nin dəyərindən çıxacaq. O da Anara həmin pulu “Fərid Palace” şadlıq evinin qarşısında atasının yanında vermişdir. Deyilən vaxt keçməsinə baxmayaraq Anar ona söz verdiyi maşını almamış, bundan əlavə də aldığı pulları da geri qaytarmaqdan yayınır, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırırmış. Sonradan isə xəbər tutmuş ki, Anar, ondan əlavə həmin ərəfədə iş yoldaşı Dönməzi də aldadıb pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən məbləğdə pulu ondən alarkən həmin pulları deməsinə görə banka ödəniləcək rüsumlar və sair bu kimi olan xərclərlə izah etdiyini, həmin məbləğin içərisində həmçinin də özünə aid olan xeyri də qeyd etdiyini, Təqsirləndirilən şəxsla aralarında aparılan yazışmaları skrinşot qaydasında təqdim etdiyini, adı çəkilən məsələ ilə bağlı sonuncur tərəfindən ona verilən vədə görə hansısa təşkilatlara müraciət etməsi ilə bağlı ona heç bir sənəd təqdim etmədiyini bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 5000 min manat maddi ziyandan 1100 manat pul ödənilmiş, qalan 3900 manat pul isə ödənilməmişdir və ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs C.T.Əbdül adlı həmyerlisinin vasitəsilə tanımışdır. Belə ki, söhbət əsnasında Əbdül bildirmişdir ki, qazilərə növbədən kənar ev, maşın bu kimi sosial işlərlə məşğul olan şəxs var ki, bu işlərdə köməklik edə bilər. Odur ki, o da Anar və Əbdüllə birlikdə Bakı şəhərində görüşmüşlər. Orada söhbət zamanı Əbdül ona kinayə ilə baxıb bildirmişdir ki, yuxarı vəzifəli şəxslərlə qohumluqları vardır, deməsinə görə dövlət strukturlarında tanış adamları var imiş ki, onların köməkliyi ilə dediyi işlərin hamısını görür. Odur ki, o Anara inanıb ilk əvvəl 2022-ci ilin təxminən iyun ayında 4500 manat pulu Nərimanov rayonu ərazisində yerləşən “Şatro” çay evində vermişdir. Həmin pulu Anara vermişdir ki, onun üçün növbədən kənar ev almaqda köməklik etsin. Həmin vaxt Anar ona demişdir ki, qohumların içərisində pensiya almayan, kəsiri olan, “Mida”-dan ev istəyən varsa, habelə aztəminatlı ailələrə ayrılmış “Xəzər” markalı maşını alınması işində də köməklik edir. O da ona görə Anar barədə qohum və yaxınlarına demişdir. Bu söhbətdən sonra, Anar ona bildirmişdir ki, “Mida”-dan ona əlavə olaraq ev də təşkil edə bilər. Buna görə də ondan əlavə 4500 manat pul istəmişdir. Həmin pulu o, Anara kart vasitəsilə dediyi hesaba köçürmə yolu ilə vermişdir. Hesab nömrəsi yadında qalmamışdır. Aralarında olan danışığa görə Anar ona bildirmişdir ki, ilk evi alan kimi o, Anara həmn puldan əlavə 4000 manat, “Mida”-dan ev düzələndən sonra 3000 manat pul verməli imiş. Odur ki, Anarın ona ilk evə görə söz verdiyi müddət başa çatan ərəfədə Anar ona demişdir ki, qalan 4000 manat pulu versin, deməsinə görə artıq vaxt yetişdiyi üçün qalan pulu vermək lazım imiş. Ona demişdir ki, guya pulu verməsə ev əldən çıxacaq və ondan götürdüyü pulu da iş alınmadığı üçün özünə geri qaytaracaq. Həmin vaxt pulu olmadığı üçün istifadəsində olan “Kia Ceed” markalı maşını satmaq istədiyini Anara bildirmiş və Anar həmin vaxt onunla danışaraq Dəniz Vağzal-ı tərəfdə görüşüb maşına baxış keçirmişdir. Ona demişdir ki, maşını 11000 manat satmağına rəğmən maşını ondan 12000 manata alacaq. O da razılaşmış və maşına dair Zərərçəkmiş şəxs6 Xətai rayonu ərazisində olan notarius kontorunda etibarnamə vermişdir. Bu sövdələşməyə görə Anar ona 5000 manat pul vermiş və maşının qalan 7000 manat pulundan 4000 manat pulu ilk evə görə, 3000 manat pulu da “Mida”-dan ayrılacaq evə görə qalıq məbləğin əvəzinə hesablamışdır. 3-4 gün sonra maşınsız olduğuna görə ona təklif etmişdir ki, qazılərə ayrılan “Xəzər” markalı maşınlardan ayıra bilər və buna görə ondan “Şatro” çay evində 4000 manat pul almışdır. Qeyd etmiş ki, ondan Anar pulları deyilən ərazilərdə 2022-ci ilin iyun ayından avqust ayınadək olan müddət ərzində almışdır. Bundan əlavə qeyd etmiş ki, Anarın ona vurduğu 20.000 manat ziyandan əlavə Anar ona 32.500 manat ziyan vurmuşdur. Belə ki, ona aid olan işlərin görülməsi müqabilində aldığı pullardan əlavə həmin vaxt həmçinin də onun qohumları üçün guya iş görəcəyi barədə yalan məlumat verib ondan 2022-ci ilin sentyabr-oktyabr ayı ərzində fasilələrlə sosial müavinətlərin düzəldilməsi işinə görə qohumu Cavidə görə 3000, Vüqara görə 10.000, Sevdaya görə 3500, Rahiləyə görə 4500, Xəyala görə 3500, Hüseynə görə 4000 və Mahruha görə 4000 manat pul vermişdir. Həmin vaxt adları çəkilən qohumları ondan öz işlərinə görə borca pul istəmişlər və o, ev satdığına görə əlində nağd pul olduğu üçün qohumlarının əvəzinə həmin pulları Anara Bakı şəhərinin Nərimanov rayonu ərazisində “Şatro” çay evində vermişdir. Nəticədə məlum olmuş ki, Anar onu aldadıb qohumların yanında pis etmiş və ondan borc kimi Anara vermək üçün pul almış qohumları pulu ona vermədikləri üçün bütün ziyan ona dəymişdir. Odur ki, həmin məsələni nəzərə almağı xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə 52.500 manat ziyan vurulmuşdur, Həmin puldan 20 min manatını Anara şəxsən özü, qalan 32.500 manat pulları isə qohumlarımdan alıb vermişdir. Sonradan həmin pulları özü qohumlarına qaytardığına görə ziyan ona vurulmuşdur. Təqsirləndirilən şəxsə verdiyi pulları şəxsən özü verib və bu zaman Əbdül də onun yanında olmuşdur. Lakin Əbdül vasitəsi ilə təqsirləndirilən şəxsə pul verməyib. Bundan başqa, zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs2 məhkəməyə mülki iddia ərizəsi təqdim edərək, Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyana görə 52.500 (əlli iki min beş yüz) manat və mənəvi zərər görə 7.500 (yeddi min beş yüz) məbləğində pul vəsaiti cəmi olaraq 60.000 (altmış min) manat pul məbləğinin tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Anar adlı şəxsi təsadüf nəticəsində tanımışdır. Belə ki, çayxana ortaq dostlarının iştirakı ilə oturan zaman Anar söhbət zamanı bildirmişdir ki, ucuz qiymətə, orta bazar qiymətindən qat-qat aşağı qiymətə bankda qalmış maşınları hərracdan ala bilir. O da həmin vaxt özünə maşın almaq istəyirmiş və büdcəsinə uyğun maşınlarla maraqlanmağa başlamış və marağı ucuz qiymətə Anar tərəfindən təklif edilən “Opel” markalı maşına düşmüşdür. Belə ki, həmin maşının dəyəri 7000 manat olduğu təqdirdə Anar ona həmin maşını 3000 manata təşkil edəcəyinə söz vermişdir. Danışıqları elə olmuşdur ki, o, Anara ilkin olaraq bu işə görə 1500 manat pul verəcək və maşın alınandan sonra yerdə qalan 1500 manat pulu verəcək. Beləliklə də o, Anarın dedikləri ilə razılaşaraq 2022-ci ilin oktyabr ayında “paypoint” aparatı vasitəsilə Anarın ona dediyi elektron hesaba Biləcəri qəsəbəsindən 1500 manat pul ödəmişdir. Anarın deməsinə görə maşın 1-2 həftə içində alınmalı imiş. Lakin dediyi vaxt keçməsinə baxmayaraq bu iş baş tutmamışdır. Bundan başqa həmin ərəfədə Anar ona pul müqabilində sosial evlər, təqaüd ayrılması, əlillərə ayrılan maşınlardan ayırmaq və sair bu kimi təkliflər etmişdir. Lakin onun pulu olmadığına görə o, Anarın dediklərinin mahiyyətinə varmırmış. Deməsinə görə bu işləri çox asanlıqla həll edə bilirmiş, danışan zaman çox səmimi danışırmış, işin həlli ardıcıllığını izah edərək etibarından sui-istifadə etmişdir. Anarın onu aldatdığını görüb pulunu geri tələb etməyə başlamışdır. Anar müxtəlif bəhanələrlə bundan boyun qaçırsa da, bütün söz-söhbətlərdən sonra ona verdiyi puldan 1000 manat pulu geri qaytarmışdır. Anar qeyd edilən məbləğdə pulu ondan alarkən həmin pulu kimlərə verəcəyi barədə məlumat vermədiyini, deməsinə görə banka ödəniləcək rüsumlar və sair bu kimi xərclər imiş, həmin məbləğin içərisində həmçinin də özünə aid olan xeyrinin də olduğunu, Anarla aralarında SMS və ya sosial şəbəkə vasitəsi ilə olan danışıqları skrinşot qaydasında məhkəməyə təqdim etdiyini, adı çəkilən məsələ ilə bağlı sonuncu tərəfindən ona verilən vədə görə hansısa təşkilatlara müraciət edib-etməməsindən xəbərsiz olduğunu, ona heç bir sənəd təqdim etmədiyini vurğulamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs3 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmiş, onunla barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, özü ehtiyatda olan hərbçi, İİ qrup əlildir. Barəsində şikayət etdiyi Anar adlı şəxsi Azad adlı tanışının vasitəsilə tanımışdır. X42 prospektində yerləşən evinin yanında mühafizəçi işləyirmiş. Həmin ərəfədə o, Azada söz əsnasında bildirmişdir ki, 2021-ci ildən etibarən ona ayrılmış təqaüd dövlət tərəfindən kəsilmişdir, ona verilən məlumata görə həmin maddəyə görə təqaüd artıq düşmürmüş. Odur ki, həmin vaxt Azad ona demişdir ki, bir nəfər Anar adlı şəxs vardır ki, ləğv edilmiş təqaüdləri bərpa edir. O da həmin şəxslə görüşməyi qərara almış və onlar üçlükdə ilk əvvəl Anarla görüşüb tanış olmuş və orada Anar ona demişdir ki, həm təqaüdü də bərpa edəcək, həm də həmin arada almadığı təqaüdü də ona ödətdirəcək. Deməsinə görə Sosial Müdafiə fondunda işləyən dayısı vardı. Buna görə ondan 6000 manat pul istəmiş və demiş ki, bu iş 3 aya həll olunur, odur ki, gözləməli olacaq. O da bir qədər düşünməyi üçün Anardan möhlət istəmiş və elə alınmış ki, Rusiyaya getməli olmuş, odur ki, bu məsələ qalmışdır. Təxminən 2022-ci iln oktyabr ayında o, Bakıya qayıtmışdır. Həmin ərəfədə Anar özü onu yığaraq hərbçi olduğunu bilərək ona demişdir ki, “Azsamand” markalı maşın vardır ki, əlillərə ayrılır, ona da düşür və ay yarıma ona növbədən kənar ən son model həmin maşından ayırtdırır. Buna görə ondan 10.000 manat pul istəmişdir. Həmin maşının bazar qiyməti 19-20 min manat təşkil edirmiş. O da bir qədər düşünüb sərfəli variant olduğunu fikirləşmiş və razılaşmışdır. Ona görə də 2022-ci ilin oktyabr ayının axırları Xətai rayonu, “Shaurma N.1” restoranının qarşısında Anara ilk dəfə 4500 manat və bir həftə sonra yenidən həmin yerdə əlavə 5000 manat pulu Anarın yanında gəlmiş, adını Pünhan-Əbdül kimi bildiyi şəxs vasitəsi ilə Anara vermişdir. Pünhan pulu onun qohmundan götürərək Anara vermişdir. Anar demişdir ki, maşın ay yarıma həll olunacaq. Bundan bir neçə gün sonra Anar söhbət vaxtı ona demişdir ki, taksi kimi işlədiyi üçün ona “Vito” markalı maşın sərf edər və ona həmin model maşını ucuz təşkil edə bilər. Deməsinə görə 2009-cu il buraxılışlı həmin maşından var imiş ki, bank girovundadır və xalası oğlu həmin bankda işlədiyi üçün onun bu barədə məlumatı var və lazım olanda hərracdan sərfəli şərtlə ala bilər. Deməsinə görə hər şeyinə zəmanət belə verirmiş. Nə qədər desə də, maşını ona əyani olaraq göstərməmişdir. Yalnız telefonda fotogörüntülərini ona göstərirmişdir. Odur ki, bu maşına görə də ondan 18000 manat pul istəmişdir. Həmin vəziyyətdə olan eyni model maşının həmin vaxt orta bazar qiyməti 28-32000 manat təşkil etdiyi üçün o, aldanıb razılaşmış və 2022-ci ilin noyabr ayının əvvəllərində Xətai rayonu 8 noyabr prospektində yerləşən Bravo marketin dayanacağına Anarın idarə etdiyi avtomobilin salonunda təklikdə görüşüb vermişdir. Buna baxmayaraq Anarın dediyi vaxt keçsə də heç bir vəd verdiyi məsələ baş tutmamışdır. Sonradan isə məlum olmuşdur ki, Anar onu kimi bir neçə şəxsi aldadıb pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxs deməsinə görə aldığı həmin pulları banka və dövlət ödənişləri ödəmək üçün bir qismini, yerdə qalan hissəni də özünə əziyyət haqqı kimi xeyir qismində götürdüyünü bildirdiyini, rüşvətlə bağlı aralarında heç bir danışığın olmadığını, Təqsirləndirilən şəxsla aralarında SMS və ya sosial şəbəkə vasitəsi ilə olan danışıqların skrinşot qaydasında məhkəməyə təqdim etdiyini, adı çəkilən məsələlərlə bağlı Anar tərəfindən ona verilən vədlərə görə hansısa təşkilatlara müraciət edib-etməməsini bilmədiyini, ona heç bir sənəd təqdim etmədiyini, özünün hər hansi bir təşkilata bu işlərlə bağlı müraciət etmədiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 ifadəsi elan olunmaqla tədiqiq edildi və müəyyən olundu ki, o ifadəsində bildirmişdir ki, özü ehtiyatda olan hərbçi, İİ qrup əlilidir. Barəsində şikayət etdiyi Anar adlı şəxsi Azad adlı tanışının vasitəsilə tanımışdır. X42 prospektində yerləşən evinin yanında mühafizəçi işləyirmiş. Həmin ərəfədə o, Azada söz əsnasında bildirmişdir ki, 2021-ci ildən etibarən ona ayrılmış təqaüd dövlət tərəfindən kəsilmişdir, ona verilən izahata görə həmin maddəyə görə təqaüd artıq düşmürmüş. Odur ki, həmin vaxt Azad ona demişdir ki, bir nəfər Anar adlı şəxs vardır ki, ləğv edilmiş təqaüdləri bərpa edir. O da həmin şəxslə görüşməyi qərara almış və onlar üçlükdə ilk əvvəl Anarla görüşüb tanış olmuş və orada sonuncu ona demişdir ki, həm təqaüdü bərpa edəcək, həm də həmin arada almadığı təqaüdü də ona ödətdirəcək. Deməsinə görə Sosial Müdafiə fondunda işləyən dayısı vardı. Bunə görə ondan 6000 manat pul istəmiş və demiş ki, bu iş 3 aya həll olunur, odur ki, gözləməli olacaq. O da bir qədər düşünməyi üçün Anardan möhlət istəmiş və elə alınmış ki, Rusiyaya getməli olmuş, odur ki, bu məsələ qalmışdır. Təxminən 2022-ci iln oktyabr ayında o, Bakıya qayıtmışdır. Həmin ərəfədə Anar özü ona yığaraq hərbçi olduğunu bilərək ona demişdir ki, “Azsamand” markalı maşın vardır ki, əlillərə ayrılır, ona da düşür və ay yarıma ona növbədən kənar ən son model həmin maşından ayırtdırır. Buna görə ondan 10.000 manat pul istəmişdir. Həmin maşının bazar qiyməti 19-20 min manat təşkil edirmiş. O da bir qədər düşünüb sərfəli variant olduğunu fikirləşmiş və razılaşmışdır. Ona görə də 2022-ci ilin oktyabr ayının axırları Xətai rayonu, “Shaurma N.1” restoranının qarşısında Anara ilk dəfə 5000 manat və bir həftə sonra yenidən həmin yerdə əlavə 5000 manat pulu Anarın yanında gəlmiş, adını Əbdül kimi bildiyi sürücüsünün yanında vermişdir. Anar demişdir ki, maşın ay yarıma həll olunacaq. Bundan bir neçə gün sonra Anar söhbət vaxtı ona demişdir ki, taksi kimi işlədiyi üçün ona “Vito” markalı maşın sərf edər və ona həmin model maşını ucuz təşkil edə bilər. Deməsinə görə 2009 il buraxılışlı həmin maşından var imiş ki, bank girovundadır və xalası oğlu həmin bankda işlədiyi üçün onun bu barədə məlumatı var və lazım olanda hərracdan sərfəli şərtlə ala bilər. Deməsinə görə hər şeyinə zəmanət belə verirmiş. Nə qədər desə də maşını ona əyani olaraq göstərməmişdir. Yalnız telefonda fotogörüntülərini ona göstərirmişdir. Odur ki, bu maşına görə də ondan 18000 manat pul istəmişdir. Həmin vəziyyətdə olan eyni model maşının həmin vaxt orta bazar qiyməti 28-32 min manat təşkil etdiyi üçün o, aldanıb razılaşmış və 2022-ci ilin noyabr ayının əvvəllərində Xətai rayonu 8 noyabr prospektində yerləşən Bravo marketin dayanacağına Anarın idarə etdiyi avtomobilin salonunda təklikdə görüşüb vermişdir. Buna baxmayaraq Anarın dediyi vaxt keçsə də heç bir vəd verdiyi məsələ baş tutmamışdır. Sonradan isə məlum olmuşdur ki, Anar onu kimi bir neçə şəxsi aldadıb pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxs deməsinə görə aldığı həmin pulları banka və dövlət ödənişləri ödəmək üçün bir qismini, yerdə qalan hissəni də özünə əziyyət haqqı kimi xeyir qismində götürdüyünü bildirdiyini, rüşvətlə bağlı aralarında heç bir danışığın olmadığını, Təqsirləndirilən şəxsla aralarında SMS və ya sosial şəbəkə vasitəsi ilə olan danışıqların skrinşot qaydasında təqdim etdiyini, adı çəkilən məsələlərlə bağlı Təqsirləndirilən şəxs tərəfindən ona verilən vədlərə görə hansısa təşkilatlara müraciət edib-etməməsini bilmədiyini, ona heç bir sənəd təqdim etmədiyini, özünün hər hansi bir təşkilata bu işlərlə bağlı müraciət etmədiyini bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs4 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona ümumilikdə 28.000 manat ziyan vurulmuş və bu günədək qaytarılmamışdır. Verdiyi pulları şəxsən təqsirləndirilən şəxsin özünə, həmçinin Pünhan və Azad vasitəsi ilə verib və ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, özü ehtiyatda olan hərbçi, qazi və İİ qrup əlilidir. Barəsində şikayət etdiyi Anar adlı şəxslə bacanağının vasitəsilə təsadüfən tanış olmuşdur. Elə həmin məclisdə onların arasında söhbət olan zaman Anara bildirmişdir ki, təqaüdçüdür, lakin təqaüdün verilməsi dayandırılıb. Anar ona demişdir ki, Sosial Müdafiə fondunda işləyən vəzifəli şəxslərlə əlaqəsi vardır və bu işi onun üçün həll edə bilər. Buna görə ondan 2000 manat pul istəmişdir. O da razılaşaraq Anarın onun yanına göndərdiyi Abbas adlı şəxsin vasitəsilə göndərmişdir. Deməsinə görə Abbas Anarın tanışı imiş. Pulu Abbasa xx.xx.2021-ci ildə Şəmkir rayonunda yaşadığı ünvanda vermişdir. Bundan bir qədər sonra bu barədə xəbər tutan bacısı ona müraciət edərək eyni məsələ ilə sonuncuya da kömək göstərilməsini xahiş etmiş və buna görə də o, Anarla danışmışdır. Bacısı gözdən əlil olduğu üçün və əlilliyi həmin vaxta qədər olmadığı üçün Anar bu işə görə 3500 manat pul istəmişdir. Bacısı da razılaşaraq pulu ona vermişdir ki, o, öz növbəsində Anara çatdırsın. O da pulu xx.xx.2021-ci il tarixdə Anarın onun yaşadığı ünvana göndərdiyi Məhər adlı şəxsə vermişdir. Məhər onda olan məlumata görə Anarın bacanağıdır. Bundan sonra onunla qonşuluqda yaşayan Elnarə adlı qadın da eyni məsələ ilə bağlı onun vasitəsilə Anara müraciət etmiş və 3000 manata həmin işin danışmışdır. Odur ki, həmin pulun 1500 manat pulunu nağd şəkildə o, Anarın göndərdiyi Abbas adlı şəxsə xx.xx.2021-ci il tarixdə əlbəəl yaşadığı ünvanda vermiş, qalan 1500 manat pulu da 3 gün sonra Anarın ona bildirdiyi elektron hesaba ödəniş terminalından yükləmişdir. Daha sonra qonşusu olan Məmmədəliyev Allahverdi eyni məsələ ilə bağlı müraciət etdiyi üçün onun vasitəsi ilə Anara 3500 manat pul vermiş, belə ki, o, öz növbəsində 2000 manat xx.xx.2022-ci il tarixdə Anarın bildirdiyi kimi Məhər adlı şəxsə Şəmir rayonu, Könüllü kəndində, qalan 1500 manat pulu da Anarın ona bildirdiyi elektron hesaba yükləmişdir. Daha sonra dayandırılmış təqaüdün bərpası üçün qonşu kənddə yaşayan Zərərçəkmiş şəxs16 Anara onun vasitəsi ilə 2500 manat pul vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə o, Anarın dediyi hesaba 1000 manat, bir ay sonra 1000 manat pulu əlbəəl Məhərə Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən Qala restoranının qarşısında, qalan 500 manat pulu da Anarın dediyi hesaba xx.xx.2023-cü il tarixdə 490 manat ödəmişdir, 10 manat pulu da Anarın sözü ilə taksiyə vermiş ki, ödəniş terminalına tərəf onu aparsın, çünki həmin vaxt maşınsız imiş. Əlavə olaraq Anar demişdir ki, ona qazi kimi “Xəzər” markalı maşın düşür, odur ki, növbədən kənar almaq üçün Anara 3000 manat pul verməlidir. O da düşünüb razılaşmış və xx.xx.2022-ci il tarixdə Şəmkir rayonu, Seyfəli poliqonu deyilən yerdə Anarın sözünə görə Abbasa əlbəəl vermişdir. Bundan əlavə qeyd etmiş ki, yuxarıda qeyd etdiyi Salmanova Elnarənin qızı olan Ələkbərova Xanım adlı qadın əlillik məsələsinə görə Anara onun vasitəsi ilə müraciət edərək Anara onun vasitəsilə 1500 manat pul vermişdir. Belə ki, o, həmin pulu xx.xx.2022-ci il tarixdə Anarın dediyi hesaba yükləmişdir. Bundan sonra qonşusu olan Zərərçəkmiş şəxs19 onun vasitəsi ilə Anara müraciət edərək dayandırılmış əlillik müavinətinin bərpa edilməsi üçün onun vasitəsi ilə Anara 1500 manat pul göndərmişdir. O da xx.xx.2022-ci il tarixdə həmin pulu Anarın dediyi hesaba yükləmişdir. Deyilənlərdən əlavə də qeyd etmiş ki, Anar onunla görüşən ərəfədə sonuncunun idarə etdiyi 1987-ci il buraxılış olan VAZ 2107 markalı maşını nə üçün sürdüyünü görüb irad bildirərək özündə Bakı şəhərində Niva markalı maşın olduğunu, öz maşınını Anara versə o, da öz növbəsində həmin “Niva”-nı ona verəcək. Odur ki, o, razılaşmış və xx.xx.2022-ci il tarixdə Şəmkir rayonunda olan notariusda Anarın dediyi adını bilmədiyi şəxsə öz maşınına dair baş etibarnamə vermişdir. Bundan bir neçə ay sonra Anar ona dediyi Niva markalı maşını Bakı şəhərində özünə təhvil verib hələlik yol vərəqəsi təqdim edərək bildirmişdir ki, həftənin şənbə günü maşını rəsmiləşdirəcəklər, odur ki, arxayın rayona getsin. O, rayona qayıtsa da, üç gün sonra bir neçə şəxs yaşadığı ünvana gələrək həmin maşının “rent-acar” maşını olduğunu, icarəyə götürüldüyünü bildirib maşını aparmışlar. O da Anara zəng edib baş verənləri deyəndə Anar ona demişdir ki, problem yoxdur, ona 2107 markalı maşınına görə 2000 manat pul verəcək, guya maşınla bağlı anlaşılmazlıq vardır. Deyilənlərdən əlavə Zərərçəkmiş şəxs18 adlı qonşusu da Anara müraciət edərək əlilliklə bağlı sənəd düzəldilməsində köməklik etməsini istəmiş və onun vasitəsi ilə Anara 2000 pul göndərmiş və o, xx.xx.2022-ci ildə Anara 800 manat pulu dediyi elektron hesaba, qalan pulu da təxminən bir həftə sonra yaşadığı ünvanda Anarın bildirdiyi kimi Məhər adlı şəxsə əlbəəl vermişdir. Qeyd edilənlərdən əlavə də Anar oğlu Nurlanın guya Rusiyadan deportasiya olunması məsələsini ləğv etdirmək üçün ondan 1500 manat pulu 2023-cü ilin fevral ayında dediyi hesaba yükləmişdir. Qeyd etmiş ki, oğlu sonradan maraqlanıb müəyyən etmişdir ki, özünü Rusiyadan deportasiya etməyiblərmiş, sadəcə olaraq özü səhv başa düşərək itirilmiş pasportla geri qayıtdığı üçün məsələni bu cür anlamışdır. Odur ki, o, Anara zəng edərək nəyə görə onu aldatdığını deyəndə Anar bir ay sonra aldığı pulun 1000 manat məbləğini ona geri qaytarmışdır. Yuxarıda qeyd olunan məsələlərlə bağlı isə Anar müxtəlif bəhanələr gətirərək hər dəfə “səbr et, düzələcək, bu ayın axırı mütləq həllini tapmalıdır” sözləri ilə onları aldatmış və pulları ələ keçirmişdir. Təqsirləndirilən şəxs ondan aldığı pulu deməsinə görə dövlət ödənişləri ödəmək üçün bir qismini almış, yerdə qalan hissəni də özünə əziyyət haqqı kimi xeyir qismində götürdüyünü demişdi. Rüşvətlə bağlı aralarında heç bir danışığın olmadığını, sonuncu ilə aralarında olan yazışmaları skrinşot qaydasında təqdim etdiyini, adı çəkilən məsələlərlə bağlı Təqsirləndirilən şəxs tərəfindən hansısa təşkilatlara müraciət edib-etməməsi barədə məlumatının olmadığını, ona heç bir sənəd təqdim etmədiyini, özünün hər hansı bir təşkilata bu işlərlə bağlı müraciət etmədiyini, Təqsirləndirilən şəxs onu aldadaraq işin həll olunacağını, elə də tez həll olunmayan iş olduğunu dediyinə görə aldanıb ona 2021-ci ildən etibarən vəd etdiyi məsələlərlə bağlı heç bir iş görmədiyini gördüyü halda hələ də pullar verməkdə davam etdiyini, habelə buna vasitəçilik də etdiyini, qeyd olunan məsələrlə bağlı özünə konkret olaraq 8500 manat ziyan dəydiyini, həmin puldan Anarın ona cəmi 1000 manat pul qaytardığını, qalan pulları Anara özü versə də ziyanın pulun sahiblərinə dəydiyini vurğulamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs5 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona 8500 manat məbləğində ziyan vurulmuşdur, vurulmuş maddi ziyandan ona 1000 manat ödənilmişdir, 7500 manat pul isə ödənilməmişdir və ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, ehtiyyatda olan hərbçi olmaqla “Vətən” müharibəsində də iştirak etmiş, ağ ciyərindən və kürək nahiyəsindən xəsarətlər aldığına görə təxris olunmuşdur. Müharibə qurtardıqdan sonra maddi vəziyyəti zəif imiş, lakin səhhətində yaranmış problemlərə görə işləyə bilmirmiş. Qaynı Abbas ona demişdir ki, Şəmkirdə tanış olduğu Anar adlı şəxs vardır ki, ona pensiya düzəldə bilər. O da vaxt edib həmin Anarla gedib təklikdə olaraq Bakı şəhəri, Bakıxanov qəsəbəsinə görüşmüşdür. Anar ona özünün çox nüfuzlu şəxslərin qohumu olduğunu deyirmiş. Bundan başqa orada o, özü ilə gətirdiyi xəstəlik sənədlərini məsləhət üçün Anara göstərmiş və Anar baxıb ona demişdir ki, 2000 manata ona pensiya düzəldə bilər. O da həmin vaxt hazırlıqlı olaraq Anarla görüşə gedərkən Bankdan kredit götürdüyü pulu Anara 2022-ci ilin təxminən aprel ayında Bakıxanov qəsəbəsində elə oturduqları “Kabak” restoranında vermişdir. Belə ki, telefonda öncədən bu barədə söhbət etmişlər və Anar ona qiymətini deməsə də o, təxmin edib özü ilə bir qədər pul götürmək qərarına gəlmişdir. Odur ki, pulu Anara vermiş və pensiyasının düzəlməyini gözləməyə başlamışdır. Deməsinə görə bu iş təxminən 4 ay vaxt aparırmış. Bundan təxminən 3 gün sonra Anar ona demişdir ki, əlillər, qazilər və müharibə iştirakçılarına dövlət tərəfindən sosial evlərin ayrılması və sair bu kimi işlərin görülməsi ilə də məşğuldur və işi çox olduğu üçün özünə onu kimi etibarlı və tanıdığı sürücüyə ehtiyacı var və sürücü kimi ona yanında işləməyi təklif etmişdir. O da həmin vaxt işsiz olduğundan və Anarın təklif etdiyi işin rejimi sərbəst olduğundan Anarla razılaşmışdır. Anar da ona gündəlik 50-100 manat olmaqla pul verirmiş. İşi ondan ibarət imiş ki, Anarın göstərişi ilə bağlı sonuncunun dediyi şəxslərlə görüşüb Anara çatası müəyyən sənədləri təhvil alaraq Anarın özünə çatdırsın. İşi ilk əvvəl məhz bundan ibarət imiş. Bu qaydada bir müddət Anarın yanında işləmişdir. Anarı həmin ərəfədə daha yaxından tanımağa başlamışdır. Anar özünü ona xeyirxah şəxs kimi tanıdıb əlillərə kömək edən və s. bu kimi savab əməllərinin şahidi olmağına şərait yaradırmış. Bunu o, sonradan anlamış ki, Anar bunu müəyyən bir məqsədlə edir. Belə ki, müəyyən müddət keçəndən sonra söz gəlişi ona təklif etmişdir ki, tanışlarından özünün göstərdiyi xidmətlərdən, yəni sosial müavinətlər, pensiyalar, sosial evlərin və avtomobillərin ayrılması işində pul müqabilində köməklik göstərilməsini arzulayan varsa yanına gətirə bilər. Ona görə də o, evdə bu barədə danışıb məsləhət edəndən sonra Anara 9 qardaşının ailəsinə sosial yardım düzəltmək üçün həmin ərəfədə Ramana qəsəbəsində ümumilikdə 3000 manat pul vermişdir. Guya bunun qarşılığında qardaşlarının ailələri aylıq sosial müavinət almalı imişlər. O cümlədən də, elə həmin ərəfələrdə Anara Rusiya Federasiyasında yaşayan qardaşı Samirə görə müraciət edib Samir üçün sosial ev ayrılmasında yardımçı olmasını xahiş etmişdir. Belə ki, Anarla özünün işləri ilə bağlı Gəncə şəhərində olan zaman Anar birlikdə avtomobillə şəhərdə gedən zaman yol kənarında inşa edilmiş ilk dəfədir gördüyü yeni tikilini göstərib bildirmişdir ki, “dövlətin sosial binasıdır, birazdan bu binadan camaata ev paylayacaqlar, həmin məsələyə dayım baxır”. Ona görə də o, Anara inanıb 2022-ci ilin iyul ayında qardaşı Samirin ev məsələsinə görə Anara Ramana qəsəbəsində 5000 manat pul vermişdir. Bundan əlavə, Rusiya Federasiyasında yaşayan dayısı Hidayət üçün pensiya ayrılması işində köməklik etməsi üçün Anara deyilənlərdən əlavə Ramana qəsəbəsində iyul ayında 3500 manat pul vermişdir. Bütün bunlara baxmayaraq nəticədə Anar verdiyi vədlərə əməl etməmiş, onları aldadaraq pulları ələ keçirmişdir. Nəticədə məlum olmuşdur ki, Anar ondan və qohumlarından başqa bir çox şəxsi bu cür aldadıb pullarını ələ keçirmişdir. Bundan başqa, o, həmin vaxtlarda Anarın barəsində həmyerlisi və tanışı olan “Vətən” müharibəsi iştirakçısı Zərərçəkmiş şəxs2 danışıb sonuncunu Anarla tanış etmişdir. Çünki bildiyinə görə Elnur əlilliklə bağlı sənəd ala bilmirmiş və düşünmüş ki, bu cür Elnura kömək etsinsin və Anar Elnura bu işdə kömək edərək sənədinin alınmasını təşkil etsin. Odur ki, Anar Elnurdan bu kimi işlərin görülməsinə görə pul almışdır, hələ bu azmış ki, Elnurun bir neçə qohumundan eyni məsələ ilə bağlı əlavə olaraq pullar almış, lakin onların heç birinə söz verdiyi kimi köməklik etməmişdir. Onu da qeyd etmiş ki, bu işlərlə bağlı problemlər araya çıxan zaman Elnur və sonuncunun qohumları nəyə görə Elnuru bu cür insanla tanış etməsində onu günahlandırırdılar. O isə onlara izah edə bilmirmiş ki, özü, habelə yaxın ailə üzvlərinin bu kimi məsələləri ilə bağlı Anara müəyyən məbləğlərdə pullar vermiş və onlar kimi özü də aldanmışdır. Onu da qeyd etmiş ki, Anar Zərərçəkmiş şəxs2 11.000 manata maşın satdığını bilərək onun yanında Elnura demişdir ki, “bilirəm xəstə anan var, müalicə üçün satırsan, sənin maşınını 11.000 manata yox 12.000 manata özüm alıram”. O, həmin vaxt bir daha Anarın çox gözəl insan olduğuna əmin olmuş, darda olan insanlara yardım əlini uzadan biri olduğunu düşünmüşdür. Beləliklə, Anar Elnurdan bazar qiymətindən bir qədər baha qiymətə aldığı “Kia” markalı maşını ona satmaq qərarını vermiş və aylıq 300 manata ödəniş verməklə o, Anarla razılaşıb maşını götürmüşdür. Qeyd etmiş ki, aylıq ödənişdən əlavə, o, qazandığı puldan Anara həmin maşına görə əlavə ödənişlər də edirmiş və demək olar ki, dəyərinin yarıdan çox hissəsini Anara ödəmişdir. Belə ki, həmin maşına görə o, Anara 9000 manata yaxın pul vermişdir. Maşının sənədləşməsi ilə bağlı bildirmiş ki, Anar ona maşını satan zaman həmin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. Bu danışıqlarından təxminən 4-5 gün sonra Anar ona demişdir ki, qeyri-rəsmi olaraq münasibətdə olduğu İlruhə adlı qadının qardaşı olan İlham adlı şəxslə aralarında pul məsələsi vardır ki, idarə etdiyi və pul ödədiyi maşını nəyəsə görə müvəqqəti olaraq, ilk əvvəl deməsinə 3-4 aylıq zamin kimi İlhamın adına rəsmiləşdirir. Lakin sonradan elə oldu ki, o, maşını Anarın dediyi kimi müvəqqəti olaraq həmin İlham adlı şəxsə təhvil versə də İlham həmin maşını Anarla aralarında olan pul borcu əvəzinə satmışdır. O, Anardan nə baş verdiyini soruşanda, pul ödənişləri etdiyi maşını ayrı bir şəxsə verməsi barədə Anara bildirəndə sonuncu ona demişdir ki, bütün bunlar müvəqqəti problemlərdi, başqa bir maşınla əvəzləşdirəcək və tez-tez danışanda “dayım bilsə məni öldürəcək” ifadəsini işlədərək özünü ona hələ də məsuliyyətli və işgüzar bir şəxs olduğuna inandırırmış. Bütün bunlara baxmayaraq nəticədə Anar verdiyi vədlərə əməl etməmiş, onu kimi digər şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. Nəticədə məlum olmuşdur ki, Anar onu, o cümlədən onun Anarla tanış etdiyi şəxləri, habelə özünün tanış olduğu bir çox şəxsləri bu cür aldadıb pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxs deməsinə görə yuxarı vəzifədə işləyən dayısı var imiş, lakin harada və nə vəzifəsində işlədiyini deməmişdi. Bununla belə, aldığı pulun müəyyən bir qismini rəsmi dövlət rüsumu, digər hissəsini də əziyyət haqqı kimi özünə götürürmüş. Pulu başqa kiməsə verməsi barədə ona heç bir söz deməmişdir. Qeyd etdiyi işləri asanlıqla əmələ gətirə biləcəyini bildirib əlavə heç bir məlumat verməmişdir. Kiməsə rüşvət verəcəyini ona deməmişdir. Bir çox adama bu kimi işləri görməsi barədə söhbətlər apardığını eşitmişdir. Deyilən pulu Anara rüşvət kimi vermədiyini, aralarında bu barədə heç vaxt söhbət olmadığını, Təqsirləndirilən şəxsla aralarında SMS və ya sosial şəbəkə vasitəsi ilə yazışmaların olmadığını, Anar onunla sosial şəbəkədə yazışsa da, sonradan həmin yazışmaları pozmağını tələb edirmiş ki, kimsə bilməsin. Adı çəkilən məsələ ilə bağlı sonuncunun tərəfindən ona verilən vədə görə hansısa təşkilatlara müraciət edib-etməməsini bilmədiyini, ona heç bir sənəd təqdim etmədiyini, öz pensiya işinə görə Anara 2000 manat və həmin vaxt idarə etdiyi avtomobilə görə də 9000 manat pul verdiyini, bundan başqa, qardaşları üçün sosial müavinətin ayrılması məsələsinə görə Anara özü 3000 manat pul vermişdir. Bundan əlavə, daimi olaraq Rusiyada yaşayan qardaşı Samirə Bakı şəhərində sosial evin ayrılması məsələsinə görə o, borc götürüb Anara 5000 manat pul vermiş, habelə həmin ərəfədə Rusiyada yaşayan dayısı Hidayətin təqaüd məsələsinə görə eyni qaydada borc götürüb 3500 manat pulu Anara vermişdir. Bütün həmin məbləğdə olan pulları o, özü Anara əlbə-əl olaraq özündən vermişdir. Rusiyada yaşayan qardaşı Samirlə dayısı Hidayətin işinə görə Anara verdiyi pulları o, borc götürmüşdür, ki pulu Anara tez çatdırsın ki, iş ləngiməsin. Samirlə dayısı Hidayət isə həmin pulları ona bir qədər sonra göndərməli imişlər ki, borc götürdüyü məbləği qaytararaq bağlasın. Lakin bu məsələlər uzandıqca həmin şəxslər ondan narazı qaldılar və o, həmin pulları aldığı borc sahiblərinə deyilən məbləğləri, yəni 5000 və 3500 manat pulu öz hesabına qaytarmışdır. Odur ki, Anarın bütün qeyd etdiyi işlərlə bağlı vurduğu ziyan ona dəymişdir. Qeyd olunan ərəfədə o, Anarın sürücüsü kimi işləyirmiş və ona görə də Anar ona əlavə olaraq ev işlərini də gördürürmüş, arada Anarın ailə üzvlərinə də sürücü kimi xidmət göstərirmiş. O, Anarın Ramana qəsəbəsində yerləşən ilk əvvəl ona öz evi kimi təqdim etdiyi, əslində isə sonradan ona məlum olduğu kimi Anarın həmin ərəfədə qeyri rəsmi olaraq yaşadığı qadına məxsus olan evin təmirinə nəzarət etməyinə görə və təmir-tikinti materialları aldığına görə də ona əlavə pul verirmiş. Bundan da əlavə, Anar ona özünün sürücüsü işlədiyinə görə pul verirmiş. Bir sözlə ona Anar işçi kimi pul verirmiş. Anarla kimisə tanış etməyinin müqabilində ona pul verilmədiyini, Anarla köməyə ehtiyacı olan şəxsləri tanış etməyi ona təklif etməsini isə sırf həmin şəxslərə yaxşılıq etmək niyyətində olduğunu ona hiss etdirdiyini, Anarı bir çox şəxslə görüşməsi üçün ünvanlara apardığını, həmin ünvanların içərisində həmçinin də Sosial Müdafiə Fondunun da olduğunu, lakin özünün maşında oturduğuna görə Anarın kiminlə görüşməsini bilmədiyini, həmçinin onun iştirakı ilə bir neçə tanımadığı şəxslərlə də görüşüb həmin şəxslərə da pul qarşılığında gördüyü işlərlə bağlı köməklik edəcəyi barədə söhbətlər aparmasının şahidi olduğunu, bu kimi şəxslərlə həmçinin də görüşüb Anara çatdırması üçün müəyyən sənədləri alıb sonuncuya gətirdiyini, Təqsirləndirilən şəxs müəyyən məsələlərlə bağlı vətəndaşlar tərəfindən verilən pulları adı “Abbas” kimi bildirilən şəxsin aparıb çatdırması ilə bağlı bildirmiş ki, Abbas İbrahimli onun qaynıdır, özü də Anara bu kimi işlərə görə müraciət etmiş, habelə öz tanışlarını da Anarla əlaqələndirmiş, Anar Abbasa və sonuncunun tanışlarına da qarşı dələduzluq etmiş, lakin Abbasın hazırda Rusiyada işləyib yaşadığını, Anardan şikayət edib-etməməsi barədə xəbərinin olmadığını, çox güman ki Abbasın Anarla özü tanış etdiyi şəxslərin Anara çatası pullarını götürüb Anara verdiyini qeyd etmişdir. Anarı lazım olan ünvanlara apardığını, lakin kimlərləsə görüşüb konkret məhz bu işlərlə bağlı danışmasını eşitmədiyini, Anarın tez-tez “dayım həll edəcək, dayıma deyəcəm bu işlər yoluna düşəcək” deyərək guya vəzifədə işləyən dayısının olduğunu bildirməsini, lakin həmin “dayısı”-nı özü heç vaxt görmədiyini, Anarın da onu məhz “dayısı”-nın yanına sürdürmədiyini, Anarın bu işləri təkbaşına etdiyini və “dayısı” dediyi şəxsi ətrafdakılarda inam yaranması məqsədi ilə özündən uydurduğunu düşündüyünü, çünki Anarın hər yerə tək getdiyini, elə də çox adamla ünsiyyətinin olmadığını, əsasən Ramana qəsəbəsində yerləşən evinə gedibgəldiyini, evli olub boşandığını, lakin həmin ünvana da baş çəkdiyini bildirmişdir. Bundan başqa, Ə.T.Cüvarlı məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsə onun tərəfindən ümumilikdə 58.000 manat pul verilib, həmin puldan 23.500 manat özünün, qalan pul isə işlərini düzəltmək məqsədi ilə tapdığı digər şəxslərin puludur. Ona vurulmuş maddi maddi ziyan ödənilməmişdir və ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Həmçinin bildirmişdir ki, həqiqətən də onun yanında Zərərçəkmiş şəxs2 müxtəlif vaxtlarda Anara müəyyən məbləğlərdə pullar vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2015-ci ildən İİ dərəcəli əlilliyə görə əmək pensiyası almış, 2021-ci ilin sentyabr ayında həmin əmək pensiyası əlillik müddəti bitməsi səbəbindən dayandırılmışdır. Buna görə də o, pensiyasını bərpa etdirməyə çalışırmış. 2022-ci ilin iyun ayında Şahid3la söhbət edən zaman sonuncu Təqsirləndirilən şəxs adlı şəxsin olduğunu, həmin şəxsin bu işlərlə, yəni dayandırılmış pensiyaların bərpa etdirməsi ilə məşğul olduğunu, öz övladına da pensiya düzəltdirəcəyini, həmin pensiya alınarsa ona da xəbər edəcəyini bildirmişdir. Həmin vaxtdan sonra bu barədə söhbət etməmişlər. xx.xx.2023-cü ildə Elxan ona zəng edərək Anarın ona zəng etdiyini, bir nəfər üçün yer olduğunu, həmin şəxsə ucuz qiymətə pensiyanı bərpa etdirə biləcəyini dediyini, onun nömrəsini Anara verdiyini və onunla danışmağını demişdir. Bir qədər sonra Anar ona ********** saylı mobil nömrə ilə zəng edib özünü təqdim edərək 2000 manat qarşılığında pensiyasını bərpa etdirəcəyini, pulu göndərdikdən 3 gün sonra Bakı şəhərinə getməli olduğunu, orada həkim komissiyasından keçəcəyini, bundan sonra pensiyasının bərpa olunacağını bildirmişdir. O, Anara ilkin olaraq 1500 manat verə biləcəyini, qalan 500 manatı isə Bakı şəhərində olanda verəcəyini demişdir. Anar ona Kapital Bankın **********001236 saylı kart hesabını göndərərək pulu həmin karta göndərməyini demişdir. Bundan sonra səhərisi, yəni xx.xx.2023-cü il tarixdə saat 12:48 radələrində o, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Beynəlxalq Xəstəxananın içərisindəki Milliön ödəmə terminalı vasitəsilə ********** saylı əməliyyat nömrəsilə **********001236 saylı karta 1500 manat pul göndərmişdir. Həmin kart Şahid11 adına imiş. Həmin pulu göndərdikdən sonra Anarla yenidən əlaqə saxladıqda Anar pulun kart hesabına oturduğunu, başının qarışıq olduğunu, onunla əlaqə saxladığını bildirmişdir. Həmin günün axşamı Anar ona zəng edərək Vərəm dispanserindən göndəriş almağını istədikdə, o, Anara vərəm xəstəsi olduğunu, mədəaltı vəzində olan xəstəliklə əlaqədar təqaüdə çıxdığını deyərək vərəm dispanserindən göndəriş ala bilməyəcəyini demişdir. Anar isə onunla əlaqə saxlayacağını demiş və onların danışığı kəsilmişdir. Sonrakı günlərdə Anara zəng etsə də sonuncunun telefonlarına zəng çatmamışdır. Bu vaxt o, əmin oldu ki, Anar onu aldadaraq pulunu ələ keçirmişdir. Şahid11 və ya Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavət və düşmənçiliyinin olmadığını, Şahid11 isə ümumiyyətlə tanımadığını, Təqsirləndirilən şəxs ümumlikdə onun 1500 manat pulunu ələ keçirdiyini, həmin puldan 300 manat qaytardığını, Şahid3 Təqsirləndirilən şəxsla onu əlaqələndirməsində heç bir qazancının olmadığını, Elxanın ona köməklik etmək məqsədilə Anarla onu əlaqələndirdiyini bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs7 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 1200 manat maddi ziyan ödənilməmişdir, ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən üç ildir ki, tanıyır. O özünə 2-ci dərəcəli əlilliklə pensiya düzəltmək istəyirmiş. Anarın bu işlə məşğul olmasını öyrənib bu barədə Anarla danışdıqda sonuncu ona Dövlət Sosial Müdafiə Fondunda Ceyhun müəllim adında qohumunun olduğunu, həmin Ceyhunla yaxşı əlaqələrinin olduğunu və Ceyhunun vasitəsilə 7500 manat qarşılığında pensiya düzəltdirə biləcəyini bildirmişdir. O, Anara 2020-ci ilin təxminən sentyabr ayında Gəncə şəhəri ərazisində hissə-hissə 7500 manat vermişdir. Anar ona özü üçün adi alış-veriş edilən bank hesabının açılmasını, işlərinin düzəlməsinə kimi ilkin olaraq bir il ərzində pulunun həmin karta köçəcəyini, bir il sonra dövlət tərəfindən bank kartı veriləcəyini və pensiyanın oraya köçürüləcəyini bildirmişdir. Bundan sonra o, özünə məxsus **********230793 nömrəli ABB-yə məxsus kart hesabı açdırmışdır. Bundan 1 ay sonra həmin kart hesabına 250 manat ödəniş edilmişdir. Onun artıq Anara tam inamı yaranmışdır kı, Anar onun pensiyasını düzəldir. Bundan sonra 2021-ci ilin noyabr ayında Anarla söhbəti zamanı Anara Gəncə şəhəri ərazisindəki MİDA evləri almaq istədiklərini dedikdə Anar ona həmin evləri almaqda köməklik edə biləcəyini bildirmişdir. O, Anara necə köməklik edə biləcəyini dedikdə Anar MİDA-da qohumu olduğunu, oradan rahatlıqla ev uda biləcəklərini demişdir. Anar Gəncə şəhərindəki MİDAnın binasından 3 otaqlı mənizili 5000 manata, Bakı şəhərində Yasamal rayonundakı MİDA-dan isə 1 otaqlı mənzili 1000 manata düzəldə biləcəyini demişdir. Həmin vaxt bacısı Mətanət də yanında imiş. Mətanətlə razılaşmışlar ki, hərəsi Gəncə şəhərindəki MİDA-dan 3 otaqlı, Bakı şəhərindən isə 1 otaqlı mənzil alsın. Bu məqsədlə yaşadığı evdə bacısı Mətanət 6000 manat, özü isə 5500 manat olmaqla ümumilikdə ikisi 11500 manat vermişlər. Anar pulu götürüb getmişdir. Sonrakı günlərədə bu məsələ ilə bağlı Anardan maraqlandıqda Anar onlara pulu banka qoyduğunu, onları isə növbəyə yazdırdığını, qısa zamanda evlərini təhvil verəcəyini bildirmişdir. Onlar isə Anara inanaraq növbələrinin gələcəyini gözləmişlər. Onun ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi var imiş. Həmin evin təmiri zəif olduğu üçün evi söküb yenisini tikdirmək istəyirmiş. Lakin buna maddi imkanı yox imiş. Bu barədə 2022-ci ilin aprel ayında Anarla söhbət edərkən Anar ona DSMF vasitəsilə sosial yardım edilərək evinin sökülüb yenidən tikdirə biləcəyini, bu işin həllini isə ucuz qiymətə etdirəcəyini demişdir. O da Anarın təklifi ilə razılaşmışdır. Anar ona ilkin olaraq 7000 manat verməyini istəmişdir. O da Anarla razılaşaraq ilkin olaraq 2022-ci ilin aprel ayında yaşadığı evdə Anara 7000 manat pul vermişdir. Bundan sonra Anar ustaları gətirərək onun evini sökdürmüşdür, ona isə Gəncə şəhəri, Məhrəsə Bağında kirayə ev tapmışdır. Həmçinin Təqsirləndirilən şəxs ona evinin sökülüb yenidən tikilməsi üçün dövlət tərəfindən 40.000 manat ayrıldığını bildirmişdir. Anar kirayə pulunun da DSMF tərəfindən ödəniləcəyini bildirmişdir. Bundan sonra ustalar evində söküntü işlərinə başlamışlar. Anar kirayə haqqını da **********230793 nömrəli ABB-yə məxsus kart hesabına göndərməyə başlamışdır. Bundan sonra 2022-ci ilin təxminən avqust ayında Gəncə şəhəri ərazisində 1500 manat pul vermişdir. 2022-ci ilin sentyabr ayında MİDA evləri udulmalı imiş. Həmin tarixdə evləri udulmadı. Anar onlara həmin evlərin qazilərə verildiyini, 2023-cü ilin yanvar ayında evlərinin veriləcəyini bildirmişdir. Onlar isə Anara inanaraq yanvar ayını da gözləməyə başlamışlar. 2022-ci ilin oktyabr ayından Anar onun kartına pensiya kimi dediyi pulu göndərməmişdir. O, Anardan səbəbini soruşduqda, bütün ölkə ərazisində əksər adamların pensiyasını dayandırdıqlarını, qısa zamanda pensiyanın düzələcəyini bildirmişdir. Evində isə təmir işləri zəif gedir, sadəcə bünövrəsi qoyulmuşdur. O artıq Anarın onu aldatdığını görüb Anardan pulunu istədikə Anar isə işləri qısa zamanda həll edəcəyini bildirirmiş. 2023-cü ilin yanvar ayından etibarən isə Anarla əlaqəsi təmiz kəsilmiş və Anar onun kirayə pulunu ödəməmişdir. O isə Anarı tapa bilməmişdir. Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti, düşmənçiliyi və borcunun olmadığını, Anara 7500 manat pulu pensiya düzəltməsi üçün verdiyini, Anarın isə həmin pulun 3000 manatını, guya pensiya ödənişi kimi geri qaytardığını, 4500 manatını isə ələ keçirdiyini, 8500 manat isə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin uçurularaq yenidən inşa edilməsi üçün, 5500 manat isə Bakı və Gəncə şəhəri ərazisindəki MİDA-nın tikdiyi evlərdən ev almaq üçün verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan işləri kimin vasitəsilə düzəldəcəyini, pulu sonuncuya işi özü düzəltməsi üçün verdiyini qeyd etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs8 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir, ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs8 onun bacısıdır. Təqsirləndirilən şəxs təxminən üç ildir ki, tanıyır. Bacısı Dəyanət özünə 2-ci dərəcəli əlilliklə pensiya düzəltmək istəyirmiş. Anarın bu işlə məşğul olmasını öyrənib bu barədə Anarla danışdıqda Anar DSMF-də Ceyhun müəllim adında qohumunun olduğunu, sonuncu ilə yaxşı əlaqələrinin olduğunu və Ceyhunun vasitəsilə 7500 manat qarşılığında pensiya düzəltdirə biləcəyini bildirmişdir. Bundan sonra bacısı Dəyanət 7500 manat düzəldərək Anara 2020-ci ilin təxminən sentyabr ayında Gəncə şəhəri ərazisində hissə-hissə vermişdir. Anar Dəyanətə alış-veriş edilən bank hesabının açılmasını, bir il ərzində pulunun həmin karta köçəcəyini, bir ildən sonra dövlət tərəfindən kart veriləcəyini bildirmişdir. Bundan sonra Dəyanət özünə ABB-yə məxsus kart hesabı açdırmış və 1 ay sonra həmin kart hesabına 250 manat ödəniş edilmişdir. Onların Anara inamı tam yaranmış kı, pensiyanı düzəldir. Bundan sonra 2021-ci ilin noyabr ayında Anar, onun özü və bacısı Dəyanət ilə söhbətləri zamanı özlərinə Gəncə şəhəri ərazisindəki MİDA evləri almaq istədiyimizi dedikdə Anar onlara həmin evləri almaqda köməklik edə biləcəyini bildirmişdir. Onlar Anara necə köməklik edə biləcəyini soruşduqda Anar MİDA-da qohumu olduğunu, oradan rahatlıqla ev uda biləcəklərini demişdir. Anar Gəncə şəhərindəki MİDA-nın binasından 3 otaqlı mənizili 5000 manata, Bakı şəhərində Yasamal rayonundakı MİDA-dan isə 1 otaqlı mənzili 1000 manata düzəldə biləcəyini demişdir. Dəyanətlə razılaşmışlar ki, hərəsi Gəncə şəhərindəki MİDA-dan 3 otaqlı, Bakı şəhərindən isə 1 otaqlı mənzil alsın. Bu məqsədlə o, 6000 manat, bacısı Dəyanət isə 5500 manat olmaqla ümumilikdə ikisi 11500 manat vermişlər. Anar pulu götürüb getmişdir. Sonrakı günlərdə bu məsələ ilə bağlı Anardan maraqlandıqda Anar onlara pulu banka qoyduğunu, onları isə növbəyə yazdırdığını, qısa zamanda evlərini təhvil verəcəyini bildirmişdir. Onlar isə Anara inanaraq növbələrinin gələcəyini gözləmişlər. Bacısı Dəyanət yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin təmiri zəif olduğu üçün söküb yenisini tikdirmək istəyirmiş. Lakin buna maddi imkan yox imiş. Bu barədə 2022-ci ilin aprel ayında Anarla söhbət edərkən Anar Dəyanətə DSMF vasitəsilə sosial yardım edilərək evinin sökülüb yenidən tikdirə biləcəyini, bu işin həllini isə ucuz qiymətə etdirəcəyini, ilkin olaraq 7000 manat verilməsini istəmişdir. Dəyanət Anarla razılaşaraq ilkin olaraq 2022-ci ilin aprel ayında yaşadığı evdə Anara 7000 manat pul vermişdir. Bundan sonra Anar ustaları gətirərək evini sökdürmüş, Dəyanətə isə Gəncə şəhəri, Məhrəsə Bağında kirayə ev tapmışdır. Həmçinin Təqsirləndirilən şəxs evinin sökülüb yenidən tikilməsi üçün dövlət tərəfindən 40.000 manat ayrıldığını bildirmişdir. Anar kirayə pulunun da DSMF tərəfindən ödəniləcəyini bildirmişdir. Bundan sonra ustalar evdə söküntü işlərinə başlamışlar. Bundan sonra Dəyanət əlavə olaraq da həmin təmir üçün 2022-ci ilin təxminən avqust ayında Gəncə şəhəri ərazisində Anara 1500 manat pul vermişdir. 2022-ci ilin sentyabr ayında MİDA evləri udulmalı imiş. Həmin tarixdə evləri udulmadı. Anar onlara həmin evlərin qazilərə verildiyini, 2023-cü ilin yanvar ayında evlərinin veriləcəyini bildirmişdir. Onlar isə Anara inanaraq yanvar ayını da gözləməyə başlamışlar. 2022-ci ilin oktyabr ayından Dəyanətin kartına pulu göndərilməmişdir. Anardan səbəbini soruşduqda, bütün ölkə ərazisində əksər adamların pensiyasının dayandırıldığını, qısa zamanda pensiyanın düzələcəyini bildirmişdir. Onlar artıq Anarın aldatdığını görüb pullarını istədikə Anar işləri qısa zamanda həll edəcəyini bildirirmiş. 2023-cü ilin yanvar ayından etibarən isə Anarla əlaqəsi təmiz kəsilmiş və onlar Anarı tapa bilməmişlər. Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavətinin, düşmənçiliyinin və borcunun olmadığını, Anara 6000 manat pulu ona MİDA-dan güzəştli şərtlərlə Gəncə və Bakı şəhəri Yasamal rayonunda ev udması üçün verdiyini, sonuncunun həmin işləri kimi vasitəsilə düzəldəcəyini bilmədiyini, pulu Anara işi özü düzəltməsi üçün verdiyini qeyd etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs9 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyandan 300 manat pul ödənilsə də, 5.700 manat pul ödənilməmişdir, ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, təxminən on beş il əvvəl 2-ci qrup əlilliklə bağlı pensiya alırmış. Təxminən iki ildir ki, əlillik dərəcəsi ləğv edilərək pensiyası kəsilmişdir. 2022-ci ilin iyun ayında Gülüstan qəsəbəsində yas mərasimində Nadir adlı bir şəxslə təsadüfən bir yerdə əyləşmişlər. Söhbət əsnasında o, bildirmişdir ki, əlillik dərəcəsi ləğv edilmiş və pensiyası kəsilmişdir. Həmin vaxt sözlərini eşidən Nadir adlı şəxs ona bildirmişdir ki, bir nəfər Anar adlı tanışı var Bakı şəhərində DSMF-də çalışır, kəsilmiş pensiyaları bərpa etdirə bilir. O da Nadirdən həmin şəxsin nömrəsini istəmiş, bir neçə gün sonra Anar adlı şəxsin mobil nömrəsinə zəng edib bir nəfər şəxsdən nömrəsini aldığını bildirmiş və onun pensiyasını bərpa etdirməsini xahiş etmişdir. Həmin şəxs telefon danışığı zamanı 4500 manata onun pensiyasını bərpa etdirəcəyini bildirmişdir. Onlar danışıb həmin məsələni 4000 manata razılaşmışlar. Həmin vaxt Anar ondan şəxsiyyət vəsiqəsini və pulu istəmişdir. O, şəxsiyyət vəsiqəsinin şəklini çəkib “Watsapp” vasitəsi ilə Anara göndərmiş, 3000 manat pulu isə təxminən 2022-ci ilin iyul ayında, dəqiq xatırlamadığı tarixdə Anarın göndərdiyi Mirəli adlı şəxsə Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən “Sovxoz Nizami” dairəsinin yaxınlığında vermişdir. Həmin vaxt tək imiş, Mirəli adlı şəxs də piyada tək gəlmişdir. Onların danışığına əsasən qalan 1000 manat pulu da bir müddət sonra verəcəkmiş. Bundan sonra, yəni təxminən 2022-ci ilin avqust ayında Anarın dəvəti ilə tibbi sosial ekspert komissiyasından keçmək üçün Bakı şəhərinə getmişdir. Həmin vaxt Anarla Nərimanov metrostansiyasının yanında görüşmüşlər. Orada Anar ondan 1000 manat pulu almışdır. O, komissiyanın necə olacağını soruşanda Anar hər ehtimala qarşı onu çağırdığını, narahat olmamağını, işini həll edəcəyini, komissiyadan başqa vaxt keçəcəyini demişdir. Anar ondan 1000 manatı da alandan sonra əlavə 1000 manat da verməli olduğunu, bu işin qiymətinin qalxdığını bildirmişdir. O, məcbur qalıb Anarla razılaşmış və 1000 manatı ilk fürsətdə verəcəyinə söz vermişdir. Təxminən 3 aydan sonra, yəni 2022-ci ilin sonlarında Anarın tapşırığı ilə 1000 manatı da özü ilə götürüb Anarın izah etməsinə əsasən, Bakı şəhərində xatırlamadığı ünvanda yerləşən X19 getmişdir. Orada nə qədər gözləsə də onu içəri buraxmamışlar. Bundan sonra Anarla danışmış və Anar onu Bakı şəhərində ünvanını xatırlamadığı Psixoloji Dispanserə çağırmışdır. O, əsəbi halda həmin yerə getmişdir. Orada Anarla görüşmüş və Anar onun şəxsiyyət vəsiqəsini, tibbi göndərişləri, eləcə də danışdıqları 1000 manat pulu götürüb dispanserə daxil olmuşdur. Onu isə çöldə gözlətmişdir. Təxminən 10 dəqiqə sonra Anar geri qayıdaraq onun işini həll etdiyini, pensiya kartını götürmək üçün ona sms gələcəyini, narahat olmamağını bildirərək onu Gəncə şəhərinə yola salmışdır. O, Gəncə şəhərinə gələndən bir neçə ay sonra, yəni 2023-cü ilin fevral ayında Anar ona zəng edib əlavə 1000 manat da istəmişdir. Belə ki, Anar işinin tam həll olması, yəni pensiya kartını almaq üçün 1000 manat lazım olduğunu bildirmiş. O da fevral ayında beynəlxalq bank vasitəsilə ilə 1000 manatı Anarın dediyi şəxsin adına göndərmişdir. Daha sonra ona məlum olmuşdur ki, Anar onu aldadıb, 6000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin puldan 300 manat qaytarsa da, 5700 manat pulunu qaytarmadığını bildirmiş, Anarın qeyd edilən məsələni özü həll edəcəyini bildirmiş, onu isə heç kiminlə tanış etməmiş, yaxud ona kiminsə adını çəkməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs10 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 6000 manatdan 5700 manat maddi ziyan ödənilməmişdir, ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, 2015-ci ildən etibarən 3-cü dərəcəli əlilliyə görə sosial müavinət alırmış. 2020-ci ildə isə həmin müavinəti dayandırılmışdı. Buna görə də həmin müavinətini bərpa etdirmək istəyirmiş. 2022-ci ilin təxminən dekabr ayında yaşadığı kənddə tanışı Zülfüqarla söhbət edən zaman sonuncu Cəbrayıl rayonundan olan Təqsirləndirilən şəxs olduğunu, həmin şəxsin sosial müavinətinin bərpa olunmasına köməklik edə biləcəyini bildirmişdir. O, Zülfüqara Anarla əlaqəsi varsa onun işini də danışmasını xahiş etmişdir. Bundan sonra Zülfüqar telefonla Anarla danışaraq vəziyyəti bildirdikdə Anar 1500 manat qarşılığında Əfrazın əlilliyə görə sosial müavinətini bərpa etdirə biləcəyini, Bakı şəhərində yaşadığını, pulu görüşüb orada götürə biləcəyini demişdir. Bundan sonra o, qərar vermişdir ki, Bakı şəhərinə gedib Anarla görüşsün. 2023-cü ilin yanvar ayında o, 1500 manat pul götürərək Zülfüqarla birlikdə Bakı şəhərinə getmişdir. Onlar Anarla Bakı şəhərində Nərimanov metrosunun yaxınlığında yerləşən çayxanada görüşmüşlər. Görüş zamanı Anar bir daha bildirmişdir ki, 1500 manat qarşılığında 3 ay ərzində sosial müavinətini bərpa etdirəcək. O da Anarla razılaşaraq orada 1500 manat pul vermişdir. Həmin pulu verdikdən sonra onlar Sabirabad rayonuna qayıtmışlar. Sabirabad rayonuna qayıtdıqdan sonra təxminən yanvar ayının sonlarında Anar ona zəng edərək 500 manat borc pul lazım olduğunu, onu həkim komissiyasına çağırarakən pulunu qaytaracağını demişdir. O, Anarla razılaşaraq Anarın dediyi xatıralamadığı bank hesabına Sabirabad rayonunun, Ulacalı kəndində yerləşən Milliön ödəmə terminalından 500 manat pul göndərmişdir. Anar ona xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olmağını, oradan Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə gedəcəklərini demişdir. xx.xx.2023-cü il tarixdə o, Anarla Bakı şəhərində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qarşısında görüşmüşdür. Anar onun şəxsiyyət vəsiqəsini götürərək onu çöldə saxlayıb özü içəri girmişdir. Bir qədər sonra Anar çölə çıxıb yanına gələrək ona növbə götürdüyünü, növbəsi çatanda çağıracağını demişdir. Bundan sonra o, Anarla Bakı şəhəri, Nərimanov rayonuna getmişlər. Yolda Anarın telefonla danışığından başa düşmüş ki, Anar Gəncə şəhərindən kiminləsə telefonla danışır və həmin şəxs Anara pul göndərəcək. Onlar Nərimanov rayonuna çatdıqda Anar özünə Gəncədən 1000 manat pul göndəriləcəyini, üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirərək həmin pulun onun adına göndərilməsini xahiş etmişdir. O da buna etiraz etməmişdir. Bundan sonra Anar yenidən telefonla danışaraq onun şəxsiyyət vəsiqəsindəki məlumatları telefonla Gəncədən danışdığı şəxsə bildirmişdir. Bundan sonra Anarla o, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Beynəlxalq Bankın filialına getmişlər. Anar çöldə gözləyərək ona adına 1000 manat göndərildiyini, həmin pulu götürməyini xahiş etmişdir. Bundan sonra o, banka daxil olaraq Zərərçəkmiş şəxs10 göndərilmiş 1000 manat pulu götürmüşdür. Pulu götürdükdən sonra bankdan çölə çıxaraq Anarın yanına getmişdir. Anar həmin puldan ona borc kimi verdiyi 500 manatı qaytaraq qalan 500 manatı özünə götürmüşdür. Bundan sonra Anar ona rayona geri qayıtmağını bildirərək növbəsi çatanda Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən çağırılacağını bildirmişdir. O da Anara inanaraq oradan Sabirabad rayonuna geri qayıtmışdır. Bir neçə gün sonra təxminən fevral ayının sonunda Anar yenidən ona zəng edərək təcili borca pul lazım olduğunu deyərək 300 manat göndərməyini xahiş etmişdir. O, Anardan işini soruşduqda Anar işlərinin qaydasında olduğunu, qısa zamanda onun da növbəsi çataraq işinin düzələcəyini demişdir. Bundan sonra o, Anarla razılaşaraq Anarın dediyi xatırlamadığı bank hesabına Sabirabad rayonunun, Ulacalı kəndində yerləşən Milliön ödəmə terminalından 300 manat pul göndərmişdir. Sonrasında Anardan dəfələrlə pulunu işinin düzəlməsini tələb etsə də, Anar hər dəfə müxtəlif bəhanələr gətirərək nə onun pulunu qaytarmamış, nədəki onun sosial müavinətini bərpa etdirməmişdir. Zərərçəkmiş şəxs10 və ya Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti, düşmənçiliyinin olmadığını, Zərərçəkmiş şəxs10 isə ümumiyyətlə tanımadığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10 1000 manat pulu hansı məqsədlə almasını bilmədiyini, Təqsirləndirilən şəxs ümumlikdə onun 1500 manat pulunu ələ keçirdiyini bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs11 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir, ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, 2012-ci ildən etibarən o, revmatizm-artrit diaqnozu ilə dövlətdən rəsmi olaraq təqaüd alırmış. Lakin 2022-ci ildə həmin təqaüdün verilməsi kəsilmişdir. Bunu ona rəsmi dövlət orqanlarının nümayəndləri onunla izah etmişlər ki, onun tibbi sənədi düzgün tərtib olunmayıb. O bir neçə tibb müəssisəsinə öz diaqnozu və sənədləri ilə bağlı müraciət etsə də ona köməklik edə bilməmişlər. Nəticədə isə demişlər ki, qanunda dəyişiklik olmalıdır və məsləhət görmüşlər ki, bir qədər gözləsin. Həmin ərəfədə o, bir çox yerlərə gedib-gəldiyi üçün bunu təsadüf nəticəsində eşidən əmisi oğlu Zərərçəkmiş şəxs2 demişdir ki, Anar adlı tanışı vardır ki, bu cür işləri həll edə bilir. Elnur ona demişdir ki, buna görə 4500 manat pul lazımdır. O da razılaşıb həmin pulu Elnura 2023-cü ilin əvvəlində yaşadığı ünvanın yaxınlığında yerləşən marketdəki ödəmə terminalından Elnurun hesabına yollamışdır ki, Anara ötürsün. Elnurun sonradan ona deməsinə görə həmin pulu öz növbəsində Anarın elektron hesabına yükləmişdir. Bundan sonra ona Anar özü zəng edərək bildirmişdir ki, o, Neyroxirurgiya Xəstəxanasına getməlidir. O, ilk əvvəl Anarı elə orda əyani olaraq görmüşdür. Anardan hətta xahiş etmiş ki, həmin pulun əksər hissəsini faizə götürdüyündən imkan varsa bir qədər bu işlərdə tələssin. Anar da ona söz vermişdir ki, bu işin üstünə düşəcək. Daha sonra Anar onunla xəstəxanaya girmişdir. Onu orada daxildə oturmaq üçün olan yerlərin birində otuzdurmuş, özü isə deməsinə görə sənədlər yığmağa başlamışdır və bir neçə dəqiqəyə əlində bir neçə sənədlə gəlmişdir. Düzdür, həmin sənədləri ona göstərməmiş, lakin o elə bildirmişdir ki, guya sənədlər ona aiddir. Bundan sonra onlar oradan çıxıb Anarın idarə etdiyi maşına tərəf getmişlər. Həmin vaxt Anar ona təklif etmişdir ki, metroya kimi onu maşınla ötürsün, o da razılaşmışdır. Yolda Anar onunla söhbət edən zaman məcburi köçkün olduğunu bilərək təklif etmişdir ki, sosial ev almaqda köməklik etsin. O da sevinib Anara bu işi də düzəldə biləcəyi ilə maraqlanmışdır. Anar da demişdir ki, bu işi çox asan düzəldə bilər. Buna görə ondan 2000 manat pul istəmişdir. Həmin pulu artıq o, Anarın özünə şəxsən 2023-cü ilin aprel ayında əlbəəl vermişəm. Bundan sonra Anar demişdir ki, onun təqaüdə görə sənədləri hazırdır və bildirmiş ki, qeydiyyatda olduğu poliklinikaya gedərək oradan yenidən Sosial Müdafiə Nazirliyinə müraciət olunsun. O, Anarın dediyi kimi etsə də heç bir nəticə olmamışdır, belə ki, belə bir müraciətin göndərilməsindən imtina etmişlər. O, bu barədə Anara desə də, Anar demişdir ki, eybi yoxdur, özü həll edəcək. Lakin xeyli vaxt keçməsinə baxmayaraq Anar vəd etdiyi məsələni düzəltməmiş və nəinki təqaüd, həmçinin sosial evlə də olan məsələsi həllini tapmamışdır. Eyni ilə Elnurun özünə qarşı da Anar bu cür hərəkət edərək aldadıb pulunu almışdır. Nəticədə o, Anardan pulunu tələb etsə də heç bir nəticəsi olmamış, müxtəlif bəhanələrlə onu aldadıb bu vəziyyətə gətirib çıxartmışdır. Təqsirləndirilən şəxs qeyd edilən məbləğdə pulu ondan alarkən həmin pulu kimlərə verəcəyi barədə heç bir söhbət olmadığını, ona təqaüdün düşməsini bildiyini, lakin bütün prosedurları keçməkdən yorulduğu üçün əziyyət haqqı kimi Anara həmin pulu verdiyini, sonuncu ilə aralarında SMS və ya sosial şəbəkə vasitəsi ilə bu cür məzmunda danışıqlarının olmasına baxmayaraq hazırda qalmadığını və Təqsirləndirilən şəxs ona ümumilikdə 6.500 manat maddi ziyan vurduğunu, həmin pulun 2000 manatını Anara şəxsən verdiyini, 4500 manatını isə Elnur vasitəsi ilə verdiyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs12 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir, ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, müharibə veteranı olduğuna görə 2010-cu ildən etibarən dövlətdən rəsmi olaraq təqaüd alırmış. Lakin 2021-ci ildə həmin təqaüdün verilməsi kəsilmişdir. Səbəbini bilmədiyini qeyd etmişdir. Bu tək onda deyil, əksər onu kimi əlillərdə də bu cür vəziyyət yaranmışdır. Həmin ərəfədə o, bir çox yerlərə bu işlə bağlı müraciət etmiş və bu cür də günlərin birində təsadüf nəticəsində aralarında açılmış söhbətlərin birində onun yoldaşının əmisi oğlu olan Zərərçəkmiş şəxs2 demişdir ki, bu işdə ona kömək edə biləcək bir nəfər tanıyır və beləliklə də onu Anar adlı şəxslə tanış etmişdir. O, sonra Anarın özü ilə təklikdə Bakıda görüşüb öz problemini sonuncuya demiş və Anar bildirmişdir ki, dayısı yadında qalmayan yüksək vəzifədə işləyir və bu işi asanlıqla düzəldə bilər. Bununla belə bu işə görə ondan 5000 manat pul istəmişdir. O da Anarla razılaşıb 5000 manat pulu Anara 9-cu mikrorayon ərazisində yerləşən “Tərlan” şadlıq sarayının yanında görüşüb təklikdə həmin pulu tam olaraq vermişdir. Anar ona demişdir ki, bu iş tez bir zamanda baş tutacaq, lakin dediyi vaxt keçməsinə baxmayaraq iş həllini tapmırmış. Bundan başqa qeyd etmiş ki, həmin ərəfədə Anar ona artıq özü zəng vurub demişdir ki, ona xoş xəbəri var və görüşməyi təklif etmişdir. Görüşdükdə isə demişdir ki, ona sosial ev düşür və pul versə adını mənzil alacaq şəxslərin siyahısına salacaq. O isə nə qədər pul lazım olacağını deyəndə ondan 3500 manat pul istəmişdir. Həmin vaxt onda o qədər pul yox imiş və o, ordan-burdan borc taparaq cəmi 2300 manat pul toparlamışdır. Onda olan məbləğ barədə Anara demiş və Anar nədənsə elə həmin məbləğlə razılaşmış və ilk dəfə pulu verdiyindən təxminən 2-3 ay sonra Anara Bakı şəhəri, Xətai rayonu, Neyroxirurgiya Xəstəxanasının qarşısında vermişdir. Əlavə olaraq qeyd etmiş ki, Anarla həmin vaxtlarda tez-tez ünsiyyətdə olurmuşlar və danışıqlar zamanı Anar ona əlində ucuz qiymətə bank maşınları olduğunu və kim istəsə həmin şəxsə təşkil edə biləcəyini demişdir. Düzdür, onun özünün maşına marağı olmasa da o, bir neçə şəxsə bu barədə deyəndə ona demişlər ki, təklif olunan maşınlar reallıqda o qiymətə deyil, bu məsələnin qeyri-ciddi olduğunu ona deyib kimsə bu təkliflə razılaşmamışdır. Bütün bunlara baxmayaraq deyilən müddətlər keçmiş lakin ona söz verdiyi işlərin heç biri baş tutmamışdır. Nəticədə onlara məlum olmuşdur ki, Anar nəinki onu, hətta Elnurun özünü və Elnurun bir çox qohumunu da bu cür yolla aldadıb pullarını ələ keçirmişdir. Beləliklə də, nəticədə Elnur onu Anarla tanış etdiyinə görə günahı özündə hiss edib ona dəymiş ziyanın 2500 manatını öz cibindən qaytarmış, habelə öz qohumları Anara vermiş olduqları pulları Elnurdan tələb etdikləri üçün sonuncu məcbur olub Anarın yerinə camaatın pullarını qaytarmışdır. Təqsirləndirilən şəxs qeyd edilən məbləğdə pulu əziyyət haqqı kimi verdiyini, aralarında SMS və sosial şəbəkə vasitəsi ilə elə məzmunda danışıqları olsa da hazırda qalmadığını, sonuncunun ona 7.300 manat məbləğində ziyan vurduğunu bildirmişdir. Anara 2300 manat pulu şəxsən verib, qalan pulları isə Elnur vasitəsi ilə verib. Elnur 5000 min manatı öz hesabına qaytarıb. Hazırda isə ona vurulan ziyan 2300 manatdır. Bundan başqa, Zərərçəkmiş şəxs13 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsdən ona vurulmuş 2300 manat məbləğində maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, barəsində cinayət işi aparılan Təqsirləndirilən şəxs o, təxminən 2021-ci ilin avqust ayından etibarən tanıyır. Anarla tanışlıqlarından bir neç ay sonra onlar münasibətlərini rəsmiləşdirmək qərarına gəlmişlər və Anar ailəli olduğu üçün ona demişdir ki, boşanacaq və onunla nikah bağlayacaq. Həmin ərəfədə atası xəstə olduğundan və nəticədə vəfat etdiyindən bu iş baş tutmamışdır. Bununla belə Anar həmin ərəfədə onun yaşadığı və ona məxsus olan həmin ünvanda yerləşən tikiliyə köçərək onunla ər-arvad münasibətində yaşamışdır. Həmin vaxtlar Anar deməsinə görə dayısının işlədiyi Sosial Müdafiə Nazirliyində mülki işçi kimi işləyirmiş, habelə deməsinə görə Rusiyada meyvə alveri ilə məşğul imiş. Buna baxmayaraq heç vaxt evi saxlamaq məqsədi ilə pul gətirmirmiş. Mahiyyəti üzrə qeyd etmiş ki, 2022-ci ilin sonlarında Anarın barəsində şikayətlərlə bağlı bir neçə şəxslər onların yaşadıqları ünvana, habelə bəzi qohumlarını taparaq müraciət edib Anarın həmin şəxsləri aldatdığını və bu cür pullarını ələ keçirdiklərini bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, bu cür Anarın atasının da yaşadığı ünvana bir neçə şəxs müraciət edibmiş. Belə ki, Anar həmin ərəfədə özünü güya DSMF-də işləyən şəxs kimi təqdim edərək tanışlarından, o cümlədən bəzi onun qohumlarından da pullar alaraq bəzilərinə sosial evlər, bəzilərinə isə sosial yardım düzəltməyi vəd vermişdir. Belə ki, həmin şəxslərdən dediyi pulları alaraq onlardan zəruri olan tibbi sənədləri götürmüşdür. O, bunun canlı şahidi olmuşdur. Belə ki, Anarın sözlərinə inanaraq onun qohumları da Anara inanıb müraciət etmişlər. Belə ki, 2022-ci ilin iyun ayında qohumu Pərinin baldızı Səadət adlı qohumuna sosial yardım düzəldəcəyini vəd edərək yaşadığı evin həyətində 1000 manat pul almışdır. Həmin işi həll edə bimədiyi üçün nəticədə onun evində söz-söhbət yarandığından o, Səadətin pulunu özü vermişdir, belə ki Anar bəhanələr gətirərək işi uzadırmış. Bundan əlavə qeyd etmiş ki, Anar onun lotoreya oynayaraq nəticədə əlavə maşın alaraq icarəyə verib taksi fəaliyyəti ilə məşğu olub pul qazanmaq istədiyini bilərək həmin pulu Anara verib deməsinə görə hərracda olan bahalı maşınlardan ucuz qiymətə maşın ala biləcəyini bildirərək ondan 2022-ci ilin iyul ayında bir ay aralığında 2500 və 1500 manat olmaqla ümumilikdə 4000 manat pul almışdır. Deməsinə görə 2500 manata “Khazar”, 1500 manata da “Azsamand” markalı maşın alacaqmış. Ona maşınların şəkillərini də göstərmişdir. Sonradan aldandığını biləndən sonra məlum olmuşdur ki, ona göstərdiyi şəkilləri maşın satışı ilə məşğul olan “Turbo.az” saytından götürmüşdür. Onu da qeyd etmiş ki, bacısı Gülüstanı da bu cür oyunları ilə aldatmaq istəmiş, Gülüstana da “Hyundai Elantra” markalı maşın almağı təklif etsə də, pulu olmadığından razılaşmamışdır. Bunlardan əlavə, Anarla təzə münasibətdə olduqları vaxtda o, idarə etdiyi “Hyundai İX35” markalı maşınını satmaq fikrinə düşmüşdür. Həmin vaxt Anar ona təklif etmişdir ki, bu maşını satıb ona Gürcüstandan daha bahalı maşın gətirsin. O, razılıq verdiyi üçün Anar bir nəfər tanımadığı şəxsi gətirərək maşınını həmin şəxsə 25000 manat satdığını lakin həmin pulun 17 min manatını ilk əvvəl, daha sonra isə yerdə qalan 8 min manatını verəcəyini demişdir. Lakin ilkin 17 min manatı versə də sonradan deyilən 8000 manat pul verilməmişdir. Anar ona demişdir ki, BMV X6 markalı maşın alacaq, həmin qalan 8 min manat pulu da deyilən maşın artıq ölkəyə gələn zaman ödəyəcək. Sonradan isə Anarın bu oyunları üzə çıxanda məlum olmuşdur ki, Anar onun Hyundai markalı maşınını elə 17 min manata dəyər-dəyməzinə satmışdır. Bundan əlavə, qeyd etmiş ki, həmin ərəfədə Anar ona demişdi ki, ucuz qiymətə qırmızı rəngli “KİA CEED” markalı maşın düşüb ki, ucuz ala bilər. Belə ki, buna görə 6000 manat pul lazım olduğunu deyib o, Anara ilk əvvəl 2000+2000 manat daha sonra isə əlavə 2000 manat pul vermişdir və Anar həmin maşını alaraq qardaşı İlhamın adına rəsmiləşdirmişdir. Həmin maşını isə Anar Əbdül adlı bildiyi qədər qazi olan bir nəfər şəxsə bildiyi qədər icarəyə vermişdir. Anarın yalanları ortaya çıxan ərəfədə onlar Anarı tapa bilmirmişlər. Anar məhz həmin maşınla gizlənirmiş, nəticədə qardaşı Anarın adına olan etibarnaməni ləğv edərək həmin maşını satmışlar. Qeyd olunalardan əlavə də bildirmiş ki, Anarın bir çox yalanlarından biri də Anarın onlara guya ev almaq fikrinə düşməsi olmuşdur. Belə ki, Anar həmin sözügedən ərəfədə ona bildirmişdir ki, “özümüzə” ev almaq üçün 235.000 manat dəyəri civarında Nərimanov, Xətai və Elmlər Akademiyası tərəflərdə inşa edilmiş yeni tikililərdə hündür mərtəbədən bir ev tapsın. O, özü Anarın tələblərinə uyğun Xətai metrosu yaxınlığında bir ev tapmışdır. Onlar gedib həmin evə baxmışlar, qiymətini də Anar özü onsuz razılaşmışdır. O, onda Anarın sözlərinə şübhə etməmiş belə ki, Anar evə usta gətirərək divar kağızlarını onun yanında sökmüş, habelə usta ilə evin dizaynını dəyişməyi razılaşıb evin tam olaraq döşəməsini də sökmüşdür. Həmin evə görə hansı məbləğdə pul ödəməsi ona məlum deyildir. Anarın bu işdə əsl məqsədinin isə həmin vaxt onu aldadıb pulunu ələ keçirmək olmuşdur. Belə ki, həmin mənzili almaq üçün Anar deməsinə görə ilkin ödəniş 10.000 manat ev yiyəsinə vermiş, lakin geridə qalan pulu onlar birlikdə ödəməli imişlər. Ona görə də o, öz üzərinə düşən hissəni vermək üçün Ramanıdaki evi satmalı imiş. Valideynləri bu işdən şübhlənib ona evi satıb pulu Anara verməyə icazə verməmişlər. Həmin söhbətdən bir neçə vaxt sonra isə məlum olmuşdur ki, Anar həmin evə görə heç ödəniş etməmiş, evin sahibi evi sökdüyünə görə Anardan şikayət belə etmişdir. Nəticədə Anardan evin zədələnməsinə gör pulunu almışdır. O isə həmin vaxt evin təmirinə görə 600 manat bir, əlavə də 200 manat bir pul xərcləmişdir. Təqsirləndirilən şəxs ona ümumilikdə 5000 manat maddi ziyan vurduğunu bildirmiş, bu məbləğin 4000 manatını maşın alınması üçün, 1000 manatını isə sosial müavinət düzəldilməsi üçün ona vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs14 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir, ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş N.Ə.Ələkbərov ifadəsində göstərmişdir ki, həmyerlisi Zərərçəkmiş şəxs5 yeznəsi Zərərçəkmiş şəxs19 vasitəsilə tanımışdır. Belə ki, Azər sonuncunun qonşusudur. X4 Əmlak və Əhalinin Dövlət Sosial Müdafiə Fondu tərəfindən xəstəliyi ilə əlaqədar təqaüd ayrılmasına baxmayaraq təxminən 2021-ci ildə həmin təqaüdün ayrılması dayandırılmışdır. Bu barədə söhbət edən zaman ona yeznəsi Tahir demiş ki, təqaüdlə bağlı olan məsələni həll edə bilən tanışı var. Tahirgildə olan zaman sonuncunun qonşusu Zərərçəkmiş şəxs5 adlı şəxs bildirmiş ki, bu işi tanışının vasitəsilə həll edə bilər. Bu vaxt ona demişdir ki, təqaüdün bərpa edilməsi üçün 3000 manat pul lazımdır. Ona görə də o, həmin vaxt Azərə özü ilə apardığı 1200 manat pulu ordaca ona vermiş, qalan pulu isə hissə-hissə olmaqla 6 ay ərzində Azərə vermişdir. Beləliklə də bütün pulu 2021-ci ilin noyabr-dekabr aylarından 2022-ci ilin may ayınadək olan müddət ərzində Azərə sonuncunun yaşadığı evdə vermişdir. Bunu Zərərçəkmiş şəxs19 əyani olaraq yanında olduğu üçün təsdiq edə bilər. Zərərçəkmiş şəxs5 təqaüdün bərpə edilməsi işini ona tez bir zamanda həll olunacağını desə də bu iş Azərin dediyi vaxt keçməsinə baxmayaraq həllini tapmamışdır. Bundan əlavə, qeyd etmiş ki, ondan başqa, Azərə bu kimi məsələ ilə bağlı həmçinin də Zərərçəkmiş şəxs19 özü də müraciət edərək 2500 manat pul vermişdir. Belə bir işin mümkün olması barədə xəbər tutan qardaşı Saləddin də Azərə eyni məsələyə görə 500 manat, habelə digər qardaşı Zaməddin də oğlu Allahverdinin təqaüd məsələsinə görə Azərə 3300 manat pul vermişdir. Nəticədə isə onların heç birisinin işi həll olunmamış və verdikləri pullar da geri qaytarılmadığı üçün onlar Azərdən şikayət etmək qərarına gəlmişlər. Zərərçəkmiş şəxs5 deməsinə görə bu işi görən tanışı var imiş, pulu isə əziyyət haqqı kimi həmin şəxsə verdiyini, ola bilsin ki, sonuncunun həmin məsələnin həll edən şəxsin adının məhz Təqsirləndirilən şəxs olmasını, hazırda dəqiq xatırlamadığını, sadəcə olaraq pulu özü və qeyd etdiyi şəxslər əlbəəl olaraq Azərə verdiklərini, ona görə də elə Azərin barəsində də şikayət etdiklərini bildirərək hadisə nəticəsində ona ümumilikdə 3.000 manat maddi ziyan dəydiyini, təqsirləndirilən şəxs tərəfindən 2-3 dəfə onun kart hesabına 280 manat pul köçürüldüyünü, nəticədə ona 2160 manat maddi ziyan vurulduğunu bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs17 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir, ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, barəsində şikayət etmiş olduğu həmyerlisi Zərərçəkmiş şəxs5 onun qonşusudur. Qaynı Zərərçəkmiş şəxs17 həyat yoldaşı E.Ə.Salmanovaya DSMF tərəfindən xəstəliyi ilə əlaqədar verilən təqaüd 2021-ci ildə dayandırılmışdır. Bu barədə söhbət edən zaman qonşusu Azər ona demişdir ki bu cür məsələləri həll edə bilən tanışı var. O da Natiqi çağırıb Azərlə tanış etmiş və bu vaxt Azər Natiqdən bu işə görə 3000 manat pul lazım olduğunu demişdir. Ona görə də Natiq həmin vaxt Azərə özü ilə apardığı 1200 manat pulu ordaca özünə vermişdir. Qalan 1800 manat məbləğində olan pulu isə hissə-hissə olmaqla 6 ay ərzində Azərə vermişdir. Sonrakı vaxtda o da Azərə öz işi ilə bağlı, yəni dayandırılmış təqaüdün verilməsinə görə ona köməklik etməsini xahiş etmiş və buna görə Azər ondan 2500 manat pul almışdır. Pulu Azərə 2022-ci ilin iyul ayında iki dəfəyə sonuncunun evində vermişdir. Bundan başqa, Natiqin qardaşı Saləddin də Azərə eyni məsələyə görə 500 manat, habelə sonuncuların digər qardaşı Zaməddin də oğlu Allahverdinin təqaüd məsələsinə görə Azərə eyni qaydada 3300 manat pul vermişdir. Nəticədə isə onların heç birisinin işi həll olunmamış və verdikləri pullar da geri qaytarılmadığı üçün onlar Azərdən şikayət etmək qərarına gəlmişlər. Hadisə nəticəsində ona 2.500 manat maddi ziyan dəydiyini qeyd etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs19 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir, ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Həmçinin pulu Zərərçəkmiş şəxs5 vasitəsi ilə verdiyinə görə ondan da şikayətçidir. Məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs15 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştikak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və onun iştirakı olmadan məhkəmə iclasını keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs15 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, gözləri ilə bağlı nasazlığı olduğundan uzun müddət müalicə almış lakin heç bir nəticəsi olmamışdır. Odur ki, faktiki olaraq görməklə bağlı məhdudiyyət olduğundan düşünmüş ki, əlillik ala bilər. Bu barədə qardaşı Azər Mehdiyevə deyəndə sonuncu ona bildirmiş ki, Anar adlı tanışı vardır ki, bu işi görə bilər. Qardaşı onlarda olanda Anarla qardaşı görüntülü olaraq video ilə danışanda Anar bu işdə köməklik edə biləcəyini demişdir. Hətta onu Bakı şəhərində Zərifə Əliyeva xəstəxanasında müalicə etdirəcəyini deyib sənəd alacağına da söz vermişdir. Beləliklə qardaşı Azərə demişdir ki, bu işi 3500 manata həll edə bilər. Deməsinə görə bu pulu zəhmət haqqı kimi götürürmüş. O da iki dəfəyə qardaşına həmin pulu vermişdir. Belə ki, ilk əvvəl 1500 manata boyunbağını sataraq pulu düzəldib 2021-ci ilin noyabr ayının ortalarında qardaşına vermiş və sonradan da, təxminən bir həftə aralığında adına bankdan 2000 manat kredit götürüb eyni qaydada qardaşına vermiş ki, Anara çatdırsın. Qeyd etmiş ki, onun özündən başqa qardaşı da bir neçə işinə görə Anara müraciət etmiş, həmçinin də əlavə bir neçə qonşusu və tanışları da qardaşının vasitəsilə Anarla tanış olaraq sonuncuya bu kimi oxşar işlərə görə pullar göndərmişlər. Ona görə də o, Anara inanıb özü də pul vermişdir. Lakin həmin pulun verilməsinə baxmayaraq Anarın dediyi müddət keçsə də heç bir nəticə əldə olunmamışdır. Xeyli vaxt keçmiş, Anarın vəd etdiyi məsələ düzəlməmişdir. Eyni ilə Azərin özünə qarşı da Anar bu cür hərəkət edərək aldadıb pulunu ələ keçirmiş, müxtəif bəhanələrlə pulu geri qaytarmaqdan yayınırmış. Hadisə nəticəsində ona ümumilikdə 3.500 manat maddi ziyan dəydiyini qeyd etmişdir. Məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs16 oğlunun ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, uzun müddət səhhətində, konkret olaraq isə ürəklə bağlı problemlərin olduğundan müalicə almış, dörd dəfə infarkt keçirdiyinə görə işləyə bilmirmiş. Beləliklə də 2022-ci ilin ortalarında o, Zərərçəkmiş şəxs5 adlı şəxslə sonuncunun bacanağının vasitəsilə tanış olmuşdur. Belə ki, həmin şəxslə söhbət edən zaman sonuncu ona bildirmişdir ki, bacanağı olan Azərin Bakı şəhərində təqaüd işi ilə məşğul olan bir tanışı vardır ki, pul qarşılığında ona kömək edə bilər. Düzdür ona həmin vaxt az məbləğdə olsa da təqaüd ayrılmışdır, lakin xəstəliyinin ağırlığı ilə bağlı düşünürmüş ki, daha artıq məbləğdə ala bilər. Ona görə də o, həmin Azər adlı şəxslə görüşüb bu barədə söhbət etmiş və Azər onun yanındaca sözügedən Anar adlı şəxslə telefonda danışmış və onun məsələsini Anara izah etmişdir. Qeyd etmiş ki, Anarla görüntülü də danışmışlar və Anar onu əmin etmiş ki, məsələsini həll edə bilər. Buna görə 3000 manat pul istəmişdir. Belə ki, deməsinə görə həmin pulun əksər hissəsi Bakı şəhərində işin həllinə görə görüləcək işlərə xərclənəcək, müayinələr, analizlərə və s. bu kimi xərclərin puludur. Qalan pul da özünə zəhmət haqqı kimi çatacaq. Onu da qeyd etmiş ki, Azərin özü həmin Anar adlı şəxsə bu kimi məsələnin həllinə görə həm öz işi, həmçinin də bir neçə tanışı və qohumunun işinə görə müraciət edib pul vermişdir. Ona görə də o, Azərin etibarlı bir şəxs olduğunu bilərək Anarla iş gördüyü üçün tam olaraq inanıb özü də Anarla iş görməyə qərar vermiş və dedikləri ilə razılaşmışdır. Danışığa görə o, Anara pulu verib Bakı şəhərinə müayinə olunmağa getməli imiş və sənədlər toplanıb təqdim olunandan 6 aydan sonra ona daha yüksək təqaüd ayrılacaqmış. Qeyd etmiş ki, Anarın sözlərinə görə təqaüd məsələsi həllini tapdıqdan sonra həmin 6 ay ərzində gözlədiyi müddət də hesablanaraq hesabına yüklənməli imiş. Beləliklə də, o, kredit götürüb ilk əvvəl 2500 manat pulu Şəmkir rayonunda 2022-ci ilin iyul ayının dəqiq tarixi yadında qalmayan vaxt Azərin yaşadığı kəndə gedərək özünə əlbəəl vermişdir. Daha sonra isə Anarın sözünə görə o, həmin ərəfədə Bakı şəhərinə getmişdir. Belə ki, Anarın deməsinə görə onu həkim komissiyasından keçirməli imiş və lazım olan sənədləri sonradan özü aparıb təqdim etməli imiş. Beləliklə də o, danışıldığı kimi X5rşısında görüşmək üçün həmin yerə yollansa da Anar ora gəlməmişdir. Deməsinə görə səhhətində nəsə problem var imiş. Odur ki, ona NZS qəsəbəsinə gəlməyini deyib özü ilə gətirdiyi onda olan sənədləri də özü ilə götürməyi demişdir. Həmin gün Anarla dediyi yerdə görüşmüşlər. Anar onda olan sənədlərə baxaraq “sənə yüz faiz pensiya düşüre” deyib onu işin alınmasında əmin etmiş və rayona qayıtmağını, qalan işləri özü həll edəcəyini, özünə də Azər vasitəsilə 2500 manat pulun çatdığını bildirmişdir. Bundan sonra o, deyilən müddəti də gözləmiş lakin heç bir xəbər olmamışdır. Azərlə əlaqə saxlamış, sonuncu da demiş ki, özü də Anarı axtarır, belə ki özünə də aid olan bir neçə işlərə görə Anarla əlaqə saxlaya bilmirmiş. Nəhayət həmin ərəfədə, 2023-cü ilin əvvəllərində onunla Anar özü əlaqəyə çıxaraq məsələsinin düzəldiyini deyib ona rayonda yerləşən sosial müdafiə qurumuna yaxınlaşmağını istəyib ona bir kod demiş ki, orada bildirsin. Bundan da əlavə ondan artıq danışılan pulun qalan 500 manat pulunu “deməli sən mənə 2 kilo yarım almanı yolladın, amma yarım kilosu hələ qalıb da” deyərək üstü örtülü şəkildə ondan həmin 500 manat pulu istəmişdir. O da Anarın dediyi kimi “sobes”-ə getmiş, orada ona Anar tərəfindən bildirilən kodu deyəndə ona demişlər ki, elə bir şey qeydiyyatda yoxdur, ona hər hansı bir əlavə təqaüdün ayrılması barədə heç bir məlumat verilməmişdir. Odur ki, o da Azərin yanına gedib bu barədə sonuncu ilə danışmış, işin gecikdirildiyini demişdir. Azər də ona eyni qaydada öz işlərinin həmin vəziyyətdə olduğunu demiş və onlar oradan Anarla telefon vasitəsilə əlaqə saxlamış və Anar onları əmin etmiş ki, hər şey qaydasındadır, narahatçılığa səbəb yoxdur. Ona bir daha vurğulamış ki, qalan 500 manatı yollasın. Həmin vaxt onun sözündən tutmuş ki, təqaüd kartının istifadə müddətinə az qalıb. Ona görə də bu dəfə də bunu bəhanə edib demiş ki, kartı dəyişəndən sonra hesaba artıq artım olunmuş təqaüd yüklənəcək. Odur ki, o da məcbur olub 2023-cü ilin mart ayının əvvəllərində Anara verməsi üçün Azərə 500 manat pulu vermişdir. Bundan sonra Anarın məsləhəti ilə Beynəlxalq Bank tərəfindən verilmiş təqaüd kartının müddəti bitdiyi üçün ora müraciət edib kartı dəyişmişdir. Lakin buna baxmayaraq növbəti dəfə təqaüd hesaba yüklənən zaman məlum olmuş ki, ödənişdə heç bir dəyişiklik yoxdur, yəni ona heç bir söz verilən artım tətbiq edilməmişdir. O, yenidən Anarla əlaqə saxlayanda sonuncu ona müxtəlif bəhanələr gətirərək işin bir qədər də uzandığını bildirmişdir. Həmin ərəfdə Anarla tez-tez danışırmışlar. Anar qeyd etdiyi bəhanələrdən də əlavə olaraq ona deyirmiş ki, qaz idarəsində tanışı var və lazım olsa qohumlardan, tanışlardan istəyən olsa pul qarşılığında həmin idarəyə işə düzəldə bilər. Lakin artıq Anarın aldadıb pul ələ keçirməsini hiss edib Anarın bu hiyləsinə inanmamışdır. Anarın ona söz verdiyi müddət keçsə də heç bir nəticəsi olmamış, vəd etdiyi məsələ də düzəlməmişdir. Eyni ilə Azərin özünə qarşı da Anar bu cür hərəkət edərək aldadıb pulunu ələ keçirmiş, müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan yayınmışdır. Hadisə nəticəsində ona ümumilikdə 3.000 manat maddi ziyan dəydiyini qeyd etmişdir. Məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs18 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, barəsində şikayət etmiş olduğu Zərərçəkmiş şəxs5 onların qonşusudur. Qeyd etmişdir ki, ona xəstəliklə əlaqədar DSMF tərəfindən təqaüd ayrılmış, lakin ona məlum olmayan səbəbdən həmin təqaüdün verilməsi 2021-ci ildən kəsilmişdir. Xəbər tutmuş ki, onun kimi başqa təqaüdçülərin də bu tip müavinətlərinin verilməsi kəsilmişdir. 2022-ci ilin əvvəllərində yoldaşı Əziz Hümbətov qonşuları Azərlə danışan zaman sonuncu Əzizə bildirmiş ki, onun kəsilmiş təqaüdünü bərpa edə bilən bir tanışı var. Ona görə də Azər bu işə görə 1000 manat pul lazım olduğunu demişdir. Yoldaşı da Azərə həmin ərəfədə Azərin evində 1000 manat pul vermişdir. Nəticədə isə Azərin onlara dediyi iş baş tutmamış və verdikləri pullar da geri qayıtmamışdır. Ona görə də yoldaşı Azərdən şikayət etmək qərarına gəlmişdir. Bundan başqa da qeyd etmiş ki, onlardan başqa Azərə belə məsələlərə görə qaynı Tahir, habelə bir neçə qohumları da pul verib aldanmışlar. Hadisə nəticəsində ona 1.000 manat maddi ziyan dəydiyini qeyd etmişdir. Məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs20 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştikak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və onun iştirakı olmadan məhkəmə iclasını keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs20 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, həmyerlisi Zərərçəkmiş şəxs5 yeznəsi Zərərçəkmiş şəxs19 vasitəsilə tanımışdır. Belə ki, Azər Tahirin qonşusudur. X1 DSMF tərəfindən xəstəliyi ilə əlaqədar təqaüd ayrılmasına baxmayaraq təxminən 2021-ci ildə həmin təqaüdün ayrılması dayandırılmışdır. Bu barədə söhbət edən zaman ona yeznəsi Tahir demişdir ki, təqaüdlə bağlı olan məsələni həll edə bilən tanışı var. Tahirgildə olan zaman Tahir onu öz qonşusu Zərərçəkmiş şəxs5 adlı şəxslə tanış etmişdir. Azər də öz növbəsində bildirmişdir ki, bu işi tanışının vasitəsilə həll edə bilər. Bu vaxt ona demişdir ki, təqaüdün bərpa edilməsi müəyyən xərc tələb edir və beləliklə də 2021-ci ilin dekabr ayında oğlunun təqaüdünün bərpa edilməsi üçün Azərə öz evində 3300 manat pul vermişdir. Zərərçəkmiş şəxs5 təqaüdün bərpə edilməsi işini ona tez bir zamanda həll olunacağını desə də bu iş Azərin dediyi vaxt keçməsinə baxmayaraq həllini tapmamışdır. Bundan əlavə, qeyd etmiş ki, ondan başqa, Azərə bu kimi məsələ ilə bağlı həmçinin də Zərərçəkmiş şəxs19 özü, qardaşı Saləddin, habelə digər qardaşı Natiq də müraciət edərək pul vermişlər. Nəticədə isə onların heç birinin işi həll olunmamış və verdikləri pullar da geri qaytarılmadığı üçün onlar Azərdən şikayət etmək qərarına gəlmişlər. Hadisə nəticəsində ona 3.300 manat maddi ziyan dəydiyini qeyd etmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında atası Nizami ona zəng edərək bir nəfər şəxsin ona zəng edib görüşərək pul verəcəyini, həmin pulun Anar adlı şəxsə göndərilməli olduğunu demişdir. Bundan sonra adı ona sonradan məlum olan Ramiz adlı şəxs ********** saylı mobil nömrə ilə ona zəng etmiş və onlar Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Sovxozun dairəsi”nin yaxınlığında görüşərək həmin şəxsdən 3000 manat pul götürmüşdür. Bundan sonra Anar adlı şəxs ********** saylı mobil nömrə ilə zəng edərək pulu “Milliön” ödəmə terminalı ilə göndərməyini istəmişdir. O, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən İmperial Şadlıq sarayının qarşısına gedərək oradakı “Milliön” ödəmə terminalından Anarın ona dediyi nömrəsini xatırlamadığı “Unibank” hesabına 3000 manatı göndərmişdir. Daha sonrasında isə nə baş verməsini bilməmişdir. Bir neçə müddət sonra Ramiz adlı şəxs ona zəng edərək pulunu nə etməyini bildirmişdir. O isə Ramizə pulunu Anar adlı şəxsə göndərdiyini, başqa heç bir məlumatının olmadığını bildirmişdir. O, Anara zəng edərək pulu götürdüyü şəxsin ona zəng edərək narazılıq etdiyini, pulu geri qaytarmasını demiş, Anar isə məsələni özü həll edəcəyini, ona heç bir aidiyyətinin olmadığını bildirmiş, bundan sonra Ramiz, nə də Anarla danışmamışdır. Zərərçəkmiş şəxs10 və ya Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavətinin, düşmənçiliyinin, borcunun olmadığını, bildiyi qədəri ilə Anarın Bakı şəhərində olması səbəbindən Ramiz adlı şəxsin isə pulu ödəmə terminalı ilə göndərməyi bacarmadığı üçün Anar Ramizə onun vasitəsi ilə pulu göndərməsini demişdir. Nə üçün Anarın həmin pulu Ramizdən almasını bilmədiyini, sadəcə atası Nizaminin ona bunları etməli olduğunu dediyi üçün etdiyini, bununla bağlı heç bir qazancının olmadığını, belə bir niyyətinin də olmadığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10 pensiyasını bərpa etdirmək adı ilə ümumilikdə 6000 manat pulunu ələ keçirməsi barədə heç bir məlumatının olmadığını, bununla bağlı Təqsirləndirilən şəxsla heç bir razılaşmasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 onun övladıdır. Təqsirləndirilən şəxs tanışı Abbasın vasitəsilə tanımışdır. Anarı sadəcə bir dəfə görmüş və Anarla başqa hər hansı bir münasibəti olmamışdır. 2022-ci ilin iyun ayında Anar ona zəng edərək Abbasın Ağcabədi rayonunda olduğunu, Gəncə şəhərində bir nəfər şəxsin pul verməli olduğunu, həmin şəxsin ödəmə terminalı ilə pulu göndərə biləmədiyini bildirərək ondan xahiş etmiş ki, oğlunun həmin pulu götürərək özünə göndərsin. O, Anarın xahişi ilə razılaşaraq oğlu Mirəlinin nömrəsini Anara vermişdir. Bundan sonra o, Mirəliyə zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra Mirəli Anarın dediyi şəxsdən 3000 manat götürərək ödəmə terminalı vasitəsilə Anarın dediyi bank hesabına göndərmişdir. Daha sonrasında isə nə baş verməsini bilməmişdir. Bir neçə müddət sonra Ramiz adlı şəxs Mirəliyə zəng edərək pulunu nə etməsini soruşmuş, Mirəli isə pulu Anara göndərdiyini, başqa heç bir məlumatının olmadığını bildirmişdir. Daha sonrasında isə nə baş verməsi barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs10 və ya Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti, düşmənçiliyi, borcunun olmadığını, Anarın ona Bakı şəhərində olduğunu, pulu verən şəxsin ödəmə terminalı ilə göndərə bilmədiyini deyib pulu özünə göndərilməsini xahiş etdiyi üçün o, Mürsələ həmin pulu götürərək göndərməsini dediyini, bununla bağlı onun heç bir qazancının olmadığını, belə bir niyyətinin də olmadığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10 pensiyasını bərpa etdirmək adı ilə ümumilikdə 6000 manat pulunu ələ keçirməsi barədə heç bir məlumatının olmadığını, bununla bağlı Təqsirləndirilən şəxsla heç bir razılaşmasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, övladı Turab İbrahimov əlilliklə bağlı pensiya almış, daha sonra həmin pensiyası kəsilmişdir. Bundan sonra övladı T.Şahid3 pensiyasını bərpa etdirmək məqsədilə 2022-ci ilin iyun ayında Bakı şəhərinə gedərək orada Anar adlı şəxslə tanış olmuşdur. Anar söz vermişdir ki, oğlunun təqaüdünü bərpa etdirəcək. Lakin bununla bağlı Anara hər hansı bir pul verilməmişdir. Həmin müddətdən Anarla bir neçə dəfə telefonla danışdıqda oğlunun pensiyasının düzəldilməsinə köməklik edəcəyini deyirmiş. xx.xx.2023-cü ildə Anar ona zəng edərək pensiyanın bərpası üçün bir nəfər yer olduğunu, ucuz qiymətə həmin şəxsin də pensiyasının bərpasına köməklik edə biləcəyini demişdir. Dostu Zərərçəkmiş şəxs7 da pensiyası kəsilmişdi və Elçinlə əvvəllər söhbəti zamanı pensiyasını bərpa etdirmək istədiyini demişdir. Anar həmin sözündən sonra onun ağlına Elçinin dedikləri gəlmiş və Anara Elçinin nömrəsini verərək danışmasını bildirmişdir. Həmin söhbətləri zamanı Anar ona övladının da işini həll etdiyini deyərək kartına şirinlik kimi 300 manat göndərməyini demişdir. O da Anara inanaraq kartına 300 manat pul göndərmişdir. Bundan sonra Elçinlə danışaraq Anarla danışdıqlarını sonuncuya da demişdir. Bundan sonra Anar Elçinə zəng edərək danışmışdır. Səhərisi Elçin ona zəng edərək Anarın 1500 manat istədiyini, lakin dediyi kartın Şahid11 adına olduğunu bildirmişdir. O isə həmin məsələni Anarla dədiqləşdirməsini demişdir. Sonradan öyrənmişdir ki, Elçin həmin karta 1500 manat pul göndərmişdir. Bundan sonra o, Anarla əlaqə saxlayaraq övladının işini soruşduqda Anara zəng çatmamışdır. Anar nə Elçinin nədəki onun övladı Turabın pensiyasını bərpa etdirməmişdir. Anardan pulunu istəmədiyini və bu barədə heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti, düşmənçiliyi, borcunun olmadığını, övladı T.Şahid3 pensiyasını bərpa etdirmək üçün 300 manat pul verdiyini, inanırmış ki, Anar onun övladı Turabın pensiyasını düzəldəcək. Sonradan Anar ona zəng edərək son bir nəfər lazım olduğunu dedikdə o, Elçinin də işinin həll olunması məqsədilə nömrəsini vermişdir. Anarın onları aldadacağını bilmədiyini, anarla heç bir razılaşmalarının olmadığını, bununla bağlı hər hansı bir qazancının olmadığını, əksinə Anarın onu da aldadaraq 300 manat ziyan vurduğunu qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, cinayət işi üzrə barəsində şikayət olunan Təqsirləndirilən şəxs təxminən 2021-ci ildən etibarən tanıyır. Həmin vaxt onun bacısı Zərərçəkmiş şəxs14 ilə ailə qurmaq istəyirmiş və ailələrinə tez-tez gəlib getdiyi üçün aralarında münasibət yaranmışdır. İlk əvvəl Anar özünü Şəmkirdə parniki olan şəxs kimi təqdim etmişdir, Rusiyaya mövsümi meyvə göndərən bir şəxs olduğunu demişdir. Sonradan isə bildirmişdir ki, sosial müdafiə sahəsində tanışları var və dayandırılmış müavinətlər, habelə müavinət almaq istəyən şəxslərə, o cümlədən müəyyən kateqoriyalı şəxslərə ayrılması nəzərdə tutulan mənzillərin verilməsi və s. bu kimi işlərin görülməsində köməklik edə bilər. Qeyd etmiş ki, həmin vaxt onların qohumu olan Səadət adlı şəxs müavinətlə bağlı problemi olduğuna görə bacısı İlruhəyə müraciət edərək köməklik etməsini istəmiş, bacısı da borc kimi Səadətin yerinə Anara həmin işə görə 1000 manat pul vermişdir. Bundan başqa, ona məlumdur ki, bacısının icarəyə taksi maşını verib pul qazanmaq fikrini bilərək Anar onun bacısı İlruhəyə hərracda baha qiymətə olan maşınları ucuz qiymətə ala biləcəyi barədə yalanlar danışaraq İlruhədən ilk əvvəl iki ədəd maşına görə 4000 manat pul aldı. Daha sonra İlruhənin həmin vaxt idarə etdiyi “Hyundai İX35” markalı maşınını satıb daha baha maşın alması barədə məlumat verib İlruhəni aldadaraq guya 25.000 manat satdığını bildirərək ona cəmi 17.000 manat vermiş, deməsinə görə guya qalan pulu da yeni maşın alan zaman üzərinə qoyacaqmış. Həmin “Hyundai” markalı 363 nömrəli avtomobil onun adına olduğuna görə Nizami rayonu ərazisində yerləşən notariat kontorunda Anarın tapdığı müştərinin adına rəsmiləşdirmiş. Həmin vaxt Anar bütün söhbətləri özü danışırmış. Odur ki, faktiki olaraq maşını neçəyə satmasını onlar sonradan bilmişlər. Həmin şəxslə Anarın arasında pul məsələsi olduğuna görə maşını həmin vaxt ucuz sataraq onlara yalan danışıb guya qalan pulunu verəcəyini bildirmişdir. Daha sonra qeyd etmiş ki, Anar 2022-ci ilin sonlarında İlruhədən 6000 manat pul almış ki, taksidə icarəyə vermək üçün bir ədəd ucuz qiymətə maşın düşüb. Həmin vaxt maşın Zərərçəkmiş şəxs2 adlı şəxsin adına imiş. O, özü həmin proseslərdə iştirak etməmişdir. Sənədlər Anarda olduğuna görə Anar özü bütün sənədləşmə işini həll etmişdir. Bundan sonra Anar demişdir ki, həmin maşını bir nəfər tanış taksi sürücüsü olan Əbdül adlı şəxsə gündəlik 25-30 manata verə bilər və onlar da razılaşıb elə də etmişlər. O, Əbdül adlı şəxsin adına etibarnamə vermişdir. Anar barədə şikayətlər daxil olan ərəfədə o, həmin Kia markalı maşına dair verilmiş etibarnaməni ləğv etdirmişdir. Zərərçəkmiş şəxs6 ifadəsində həmin sözügedən Kia Ceed markalı avtomobilin sonda özündə qalacağı şərti ilə Təqsirləndirilən şəxs pul ödəməsinə baxmayaraq həmin maşının özgəninkiləşdirilməsi və ona bu məsələyə görə maddi ziyan dəyməsi ilə bağlı Əbdülün həmin sözü bu məsələlər ortaya çıxanda ona da dediyini, maşına görə Anara pul ödədiyini, Anarın onun özünə bu məsələ barədə heç bir şey demədiyini, Əbdülün deməsinə görə Anarla aralarında olan razılaşmaya görə Əbdül maşını sürüb gündəlik ödəniş etdiyi müddətin sonunda həmin maşın Əbdülün özündə qalmalı olduğunu vurğulamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 hərbiçi kimi tanımış, Elnurla qospitalda tanış olmuşdur. Həmin vaxt onlar Elnurla danışan zaman o, Elnura demişdir ki, ona aldığı təqaüdün verilməsi dayandırılıb. Bu vaxt da Elnur ona demişdir ki, tanışı Anar adlı şəxs vardır ki, bu işi görə bilər. Hətta Elnur onu həmin şəxslə də tanış edib həmin Anar adlı şəxsi ona təqdim etmiş və Anar özü də ona demişdir ki, bu cür işləri həll edə bilir. Söhbət zamanı Anar ona bildirmişdir ki, bu işi 4500 manata həll edir. Düzdür o, Anarın özünə əl-bəəl pul verməmiş. Belə ki, onda əlində pul olmadığına görə o, bir neçə yerə müraciət etmiş lakin pul tapa bilməmişdir. Bu barədə Elnura da demiş və nəticədə Elnurdan borca həmin məbləği istəmiş ki, Anara versin və sonra özü Elnurla hesablaşar. Elnur da onun xahişini yerə salmamış və onun yerinə Anara 4500 manat pul vermişdir. Sonrakı görüş vaxtı Anar özü də bunu təsdiq edib həmin pulun özünə verildiyini bildirmişdir. Anar demişdir ki, bu iş iki aya həllini tapmalıdır. Odur ki, o da Enurdan həmin müddətə kimi möhlət almışdır. Lakin həmin müddət gəlsə də heç bir iş düzəlməmiş və Anarın müxtəlif bəhanələr gətirdiyini görüb bu işin qeyri-ciddi olduğuna əmin olmuş və Elnura demiş ki, pulunu geri alsın. Belə ki, həmin adamla iş görmək istəmədiyini Elnura qəti olaraq bildirmişdir. Onu da qeyd etmiş ki, həmin ərəfədə Anarın ona auksionda ucuz qiymətə maşın təşkil etdiyini bilərək onun ailəvi olaraq tanışı və yaxın dostu olan Zərərçəkmiş şəxs3 tanış etmişdir. Axırda da elə olmuş ki, həmin şəxs onun işinə görə də, habelə Elnurun öz işlərinə görə də özünü, o cümlədən də Dönməzi aldadıb aldığı pulları ələ keçirmişdir. Nəticədə həmin şəxslər Anarın barəsində şikayət etmişlər. Hadisə nəticəsində ona heç bir məbləğdə maddi ziyan dəymədiyini, Elnurun onun əvəzinə Anara sonuncunun istəyi ilə 4.500 manat pul verdiyini, nəticədə də Anarın Elnura pul verməli qaldığını, Təqsirləndirilən şəxs qeyd edilən məbləğdə pulu alarkən həmin pulu kimlərə verəcəyi barədə bir şey demədiyini qeyd etmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakının olmadan baxılmasını bildirmişdir. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, adının Məhərrəm olmasına baxmayaraq onu tanışları “Məhər” deyə çağırırlar. Mahiyyəti üzrə qeyd etmiş ki, barəsində cinayət işi aparılan Təqsirləndirilən şəxs onun bacanağıdır. Anarı təxminən 2006-2007-ci illərdən etibarən tanıyır. Anar onun baldızı ilə həmin vaxtlarda ailə qurub Bakı şəhərində yaşayırmışlar. Buna baxmayaraq ara-sıra münasibət saxlayırmışlar. Anarı fərdi əməklə məşğul olan şəxs kimi tanıyırmış. Anar gah taksi kimi, gah xırda sahibkar kimi kənd təsərrüfatı ərzaqlarının alış-verişi və s. bu kimi işlərlə məşğul olurmuş. Ümumiyyətlə qeyd etmiş ki, Anarın ailəsi olduqca kasıb bir həyat yaşayır, elə həmin vaxtdan hazıradək yataqxanada yaşayırlar. Konkret olaraq qeyd etmiş ki, Anarla onun elə də sıx münasibəti olmamışdır. Anarla məhz qohumçuluq münasibətlərinə görə ünsiyyət saxlayırmış. İldə bir dəfə ailəvi olaraq Bakı şəhərində olanda Anargilə qonaq gedirmişlər. Təxminən iki əvvəl olar ki, Anar ona ilk dəfə olaraq mobil telefonla zəng edərək hal-əhval edib bir nəfər şəxslə görüşüb özünə çatası əşya götürə biləcəyi ilə maraqlanmışdır. O isə Anarın qohum olmasına görə etiraz etməmiş və Anarın dediyi kimi bildirdiyi şəxslə görüşmüşdür. Həmin şəxsin adı yadında qalmamışdır. Qeyd etmiş ki, Anarın xahişi ilə o, bir çox şəxslə əlaqə saxlayaraq görüşüb Anarla öz aralarında olan məsələdən xəbərsiz olaraq Anara çatası pulu götürüb ona bildirilən elektron hesaba göndərmişdir. Belə ki, həmin şəxslərin içərisində həm də qadınlar belə olmuşdur. O, əsas etibarı ilə Şəmkir rayonunda yaşayan Anarın tanışları ilə görüşüb sonuncuya çatası pulu özünə çatdırmışdır. Buna baxmayaraq bir neçə dəfə də bu qaydada Gəncə şəhərində də müəyyən şəxslərlə görüşmüşdur. Gəncə şəhərində o, ayrı vaxtlarda sonradan ona məlum olduğu kimi iki bacı olan Dəyanət və Mətanət adlı qadınlarla görüşüb həmin şəxslərdən yadında qalmayan məbləğlərdə pulları əlbəəl götürüb hamısını terminal vasitəsilə Anarın bildirdiyi yadımda qalmayan hesaba yükləmişdir. Onu da qeyd etmiş ki, həmin şəxslərin Anara nəyə görə pul göndərməsi də ona məlum deyilmiş. Bu barədə Anara heç vaxt sual verməmişdir. Düşünürmüş ki, nəsə iş görür. Həm də özünün başı qarışıq olduğu üçün Anarın xahişi ilə tez bir zamanda dediyi şəxslərlə görüşüb xahişini yerinə yetirirmiş. Bundan başqa, qeyd etmiş ki, o, Anarın xahişi ilə təxminən 10-12 dəfə olmaqla Şəmkir rayonu ərazisində Anarın ona bildirdiyi şəxslərlə görüşmüşdür. Həmin şəxsləri ümumiyyətlə tanımırmış, çoxu özü ona zəng edərək Anarın adından görüşmək istədiklərini bildirib Anara çatası pulları verirmişlər. Görüşdüyü şəxslərin adları və ona verilən məbləğlər də yadında qalmamışdır. Hamısını olduğu kimi Anarın bildirdiyi qaydada hesaba yükləmişdir. Təqsirləndirilən şəxs xahişi ilə görüşdüyü şəxslərdən əldə etmiş olduğu pulları sonradan onun bildirdiyi hesaba göndərməkdə heç bir marağının olmadığını, Anarın ona zəng edərək qohum kimi özünə çatası pulu götürüb deməsinə görə pulu göndərdən şəxsin terminalla davranma qaydalarını bilməməsi səbəbindən bunu ondan xahiş etdiyini, həmçinin də qeyd etmiş ki, həmin şəxslər əksər hallada Anarla danışıb ondan xəbərsiz birbaşa onun yaşadığı kəndə gəlib orada onu taparaq pulu verdiklərini, onun da əlacsız qalaraq pulu Anarın dediyi kimi hesaba yüklədiyini, dediyi terminalın isə yaşadığı kənddə, mağazanın içərisində yerləşərək, Anarın göstərişi ilə birbaşa hesaba yüklədiyini, Gəncə şəhərində də eyni qaydada bu kimi əməliyyat həyata keçirdiyini, Təqsirləndirilən şəxs bildirdiyi məbləğlərdə vətəndaşlardan aldığı pulları göndərdiyi hesabın kimin adına olmasını bilmədiyini, pulu göndərəndə problem olmasın deyə Anarla telefonda danışdığını və Anarın telefonda pulun hesaba “oturmasını” təsdiqlədiyi üçün qəbzlərə ehtiyac qalmadığını, hesabların isə konkret kimin adına olmasını bilmədiyini, terminalın monitorunda hesab sahibinin baş hərflərinin yazıldığını, ona görə də mahiyyətinə varmadığını, Təqsirləndirilən şəxs bu cür yolla kömək etməyinə görə ona hansısa məbləğdə pul vermədiyini, nə də ki onun bu işlərə görə Anardan pul istəmədiyini, aralarında bu yönümlü söhbətlərin heç vaxt olmadığını, sadəcə olaraq həmin əraziyə yaxın yaşamağına görə Anarın ona müraciət etdiyini, onda olan məlumata görə, o cümlədən də söhbətlər zamanı Anarın ümumiyyətlə dayısının olmadığını, deməsinə görə dayısının cavan vaxtlarda dünyasının dəyişdiyini, ona görə də həyatda sağ qalan dayısının olmadığını, Anarın sosialla bağlı işlər görməsini sonradan bildiyini, Anara onun vasitəsi ilə pul göndərən şəxslər sonradan Anarı tapa bilmədikləri üçün ona zəng edib Anarı soruşduqlarını, məhz həmin vaxt məsələnin mahiyyətini bildiyini, Anarın özünün ona həmin ərəfələrdə nə işlə məşğul olduğu barədə heç bir şey demədiyini qeyd etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakının olmadan baxılmasını bildirmişdir. Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun dayısı oğludur. Elnurla 2022-ci ildə dəqiq tarixini xatırlamadığı zaman söhbət edərkən sonuncu ona məlumat verdi ki, bir nəfər Anar adlı tanışı var ki, təqaüd, ev məsələsi, əlillərə maşın ayrılması və s. bu kimi işlərlə məşğul olur. O da Elnura bildirmiş ki, sürücü adamdır, imkan varsa onu bir işlə təmin etsə yaxşı olar. Elnur da həmin şəxslə danışıb ona bir cavab verəcəyini demişdir. Beləliklə, sonradan Elnurla görüşən zaman Elnur ona demişdir ki, həmin şəxs onu təcili tibbi yardım sürücü kimi işə düzəldə bilər, lakin buna görə 3000 manat pul istəmişdir. O da həmin vaxt pul olmadığı üçün Elnurdan bir qohum kimi xahiş etmişdir ki, imkanı varsa ona köməklik etsin, iş düzələn zaman özünə pulu verər. Elnur da bir söz demədən özü həmin Anar adlı şəxsə onun əvəzinə 3000 manat pulu vermişdir. Deyilənə görə bu iş iki aya düzəlməli imiş. Lakin həmin vaxt keçsə də iş nədənsə baş tutmamışdır. O, Elnurdan maraqlanan zaman özü nə baş verdiyini anlamadığını bildirib narahat olmamasını deyirmiş. Axırda elə oldu ki, o, Elnura bu işdən əl üzdüyünü bildirib həmin şəxsdən verdiyi pulunu geri almasını bildirmişdir. Elnura demiş ki, bu işdən heçnə anlamamış və həmin adamın dələduz olduğunu Elnura bildirmişdir. Axırda da elə oldu ki, həmin şəxs Elnuru həm öz işinə görə, həm də onu kimi digər şəxslərin işinə görə aldadıb pulunu ələ keçirmişdir. Sonradan isə məlum oldu ki, Elnur həmin şəxs barəsində şikayət etmişdir. Hadisə nəticəsində ona heç bir məbləğdə maddi ziyan dəymədiyini, Elnurun onun əvəzinə Anara sonuncunun istəyi ilə 3.000 manat pul verdiyini, nəticədə də Anar Elnura pul verməli qaldığını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid6 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakının olmadan baxılmasını bildirmişdir. Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun dayısı oğludur. Elnurla təxminən 2022-ci ilin sonlarında dəqiq tarixini xatırlamadığı zaman söhbət edərkən bildirmişdir ki, işsiz olduğuna görə əziyyət çəkir. Bu vaxt Elnur ona demişdir ki, öz işləri ilə bağlı bir nəfərlə tanış olub ki, özünə sosial ev və s bu kimi işlərin həllində yaxından köməklik edir. O da Elnura demişdir ki, həmin şəxsdən ona da köməklik edə biləcəyi ilə maraqlansın. Belə ki, o da təqaüdə çıxmasını və sosial ev almaq istədiyini Elnura bildirmişdir. Elnur həmin sözügedən Anar adlı tanışı ilə əlaqə saxlayıb ona sonradan bildirmişdir ki, həmin şəxs bu işləri düzəldə bilər və buna görə ondan 10.000 manat pul istəmişdir. Onda həmin vaxt pul olmadığı üçün o, Elnurdan bir qohum kimi xahiş etmiş ki, imkanı varsa ona köməklik etsin. Bilirmiş ki, Elnur həmin vaxt ev satdığı üçün əlində nağd pul var. Düşünmüş ki, sonra işlər yoluna düşəndə adına kredit götürüb Elnura ödəyər. Elnurla araları çox yaxşı olduğundan Elnurdan açıq bu xahişi edə bilmişdir. Elnur da ona etiraz etmədən deyilən 10.000 manat pulu aparıb Anar adlı şəxsə vermişdir. Düzdür o, Anar adlı şəxsi tanımır, heç vaxt da görməmiş və qiyabi olaraq telefonla da danışmamışdır. Bundan başqa, qeyd etmiş ki, bu iki məsələdən də əlavə o, Elnurdan əlavə olaraq öz həyat yoldaşı X16 görə də pul verməyi xahiş etmişdir. Belə ki, sonuncunun səhhətində faktiki xəstəliklərin olması səbəbindən Anar adlı şəxsin deməsinə görə bu işi 3.500 manata həll edəcəkdi. Odur ki, həmin pulu da Elnur eyni qaydada aparıb Anara vermişdir. Elnur aparıb həmin pulları Anara verəndən sonra ona bu barədə bildirmişdir, deməsinə görə təxminən 3-4 ay müddətinə bu işlər düzəlməli imiş. Lakin nə həmin vaxt, nə də sonradan əlavə bir o qədər də vaxt keçməsinə baxmayaraq sadalanan heç bir iş həllini tapmamışdır. O, Elnurdan maraqlanan zaman Elnur da nə baş verdiyini anlamadığını bildirib narahat olmamağını deyirmiş, ola bilsin xırda problemlərin olması səbəbindən bu cür olduğunu deyib Anar adlı şəxslə danışıb yoluna qoyacağını deyirmiş. Lakin sonda o, Elnura bu işdən əl üzdüyünü bildirib həmin şəxsdən verdiyi pulunu geri almasını istəmişdir. Elnura demişdir ki, bu işlər yaman uzandığı üçün həmin pulu qaytara bilməyəcək. Odur ki, bu işlərdən imtina etdiyini Elnura bildirmişdir. Elnur özü də həmin şəxsə öz işləri ilə bağlı pul vermişdir və həyəcanlı olaraq Anardan xəbər gözlədiyinin şahidi olmuşdur. Axırda da elə oldu ki, həmin şəxs Elnuru həm öz işinə görə, həm də onu kimi digər şəxslərin işinə görə aldadıb verilən pulları ələ keçirmişdir. Nəticədə Elnur həmin şəxs barəsində şikayət etmişdir. Qeyd etmiş ki, Elnur həmin Anar adlı şəxsə onu kimi bir neçə qohum və tanışının əvəzinə həmin şəxslərin xahişi ilə pul vermişdir. Həmin şəxslərdən də biri bacısı X6r. Rahilə hazırda yataq xəstəsidir və eyni qaydada onlar kimi Rahilə də Elnurun vasitəsilə Anar adlı şəxsin göstərdiyi xidmətdən yararlanmaq istəyirmiş. Eyni qaydada Elnur Rahilənin də yerinə Anara 4500 manat pul vermişdir. Qeyd etmiş ki, Rahilə bu proseslərə qədər dövlətdən təqaüd alsa da sonradan həmin təqaüdün verilməsi kəsilmişdir. Hadisə nəticəsində ona heç bir məbləğdə maddi ziyan dəymədiyini, Elnurun onun əvəzinə Anara ümumi olaraq 13.500 manat, bacısı Rahilənin əvəzinə isə 4500 manat pul verdiyini, odur ki, ziyanın Elnura dəydiyini eyd etmişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid8 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsini elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, cinayət işi üzrə barəsində şikayət olunan Təqsirləndirilən şəxs qiyabi olaraq tanıyır, bir-iki dəfə də əyani olaraq görmüşdür. Anarla heç bir əlaqəsi və müsibəti olmamışdır. Anarı sadəcə olaraq qardaşı Pünhana görə tanımış, belə ki Pünhan Anarın yanında köməkçi kimi işləyirmiş. Anarın barəsində başqa heç bir məlumata malik deyildir. Anarı nənəsi tanıdığı üçün onlar Anara etibar edib balaca qardaşının sonuncunun yanında işləyib kömək etməsinə icazə vermişlər. Bildiyi qədər Pünhan Anarın xırda işlərini görürmüş, əlinin altında Pünhanı işlədirmiş. Anarın nə iş görməsi və ümumiyyətlə qanunsuz fəaliyyətlə məşğul olması barədə onlar xəbərsiz olmuşlar, bu barədə məhz qardaşı Anardan ayrılandan sonra və əsas da tutulandan sonra xəbər tutmuşlar. Təqsirləndirilən şəxs dələduzluqla ittiham olunduğu məsələlərdən tam olaraq məlumatsız olduğunu, onun adına olan 4***********4602 saylı bank kartına müxtəlif vaxtlarda A.S,Məmmədova çatması üçün köçürülmüş pul məbləğləri barədə bildirmiş ki, öz adına "xxxx" ASC-də elektron bank hesabı açdırmış və həmin kartı qardaşı Pünhana vermişdir ki, Gəncədən pul göndərəndə çıxara bilsin. Sonradan onlara məlum olmuş ki, həmin kartı Pünhandan Anar alaraq özü istifadə etmiş daha sonra isə ümumiyyətlə geri qaytarmamışdır. Həmin kartla aparılan əməliyyatlara heç bir aidiyyətinin olmadığını bildirmişdir. Məhkəməyədək icstintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid9 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, cinayət işi üzrə barəsində şikayət olunan Təqsirləndirilən şəxs nənəsi Cəfərova Qətibənin vasitəsilə tanımışdır. Həmin vaxt nənəsinin Anarla ona mahiyyəti məlum olmayan münasibəti formalaşmışdır. Həmin vaxt təsadüf nəticəsində onu Anarla tanış etmişdir. Həmin ərəfədə onlar Gəncə şəhərində yaşayırmışlar. Nənəsinin Anarla normal münasibəti olduğundan o, 2021-ci ildə orta-texniki təhsil almaq üçün Bakı şəhərinə köçəndə nənəsi ona demişdir ki, Anar dövlət işçisidir və köməkçiyə ehtiyacı vardır. İşin mahiyyəti ona məlum deyildi, belə ki, Anar bunu heç nənəsinə də deməmişdi. Odur ki, o, Bakı şəhərinə gəlib yerləşəndən sonra Anarla əlaqə saxlayıb görüşmüş və Anar ona ilk bir neçə günü yalnız özünün idarə etdiyi maşınında gəzdirirmiş və ona tapşırmış ki, həkimin yazdığı deməsinə görə panik-atak, əsəblə bağlı olan dərmanların olan çantanı vermiş ki, üzərində saxlasın və vaxtı çatanda yadına salsın. Əlavə də özünün təzyiqini ölçürmüş. Qeyd etmiş ki, Anarın həmin ərəfədə konkret olaraq nə işlə məşğul olmasını bilmirmiş, özünün deməsinə görə dövlət işi imiş, sonradan isə Anarın müxtəlif şəxslərlə görüşüb Anara sənəd verməsinin şahidi olduğu üçün düşünürmüş ki, Anar Sosial Müdafiə Nazirliyinin səyyar işçisidir, sənəd toplayıb vətəndaşların müavinətlərini düzəldir. Özü də ona bu barədə demişdir. Anara həmin vaxt nəyə görə bu qədər sənədləri həmişə maşında səliqəsiz halda saxlamasını bildirəndə sonuncu demişdir ki, işi budur. Qeyd etmiş ki, sonrakı vaxtlarda Anarın ailəli olmasına baxmayaraq həyatında İlruhə adlı bir qadın peydə olmuşdur. Anar həmin qadınla sevgili münasibətində imiş, qeyd etmiş ki, onu tez-tez İlruhənin yanına göndərirmiş ki, birdən marketdən almağa nəsə lazım olar və s. O da Anara bu kimi xırda işlərin görülməsində köməklik edirmiş, taksi ilə İlruhənin uşaqlarını hazırlığa aparırmış, evinə lazım olan xırda bazarlıq və bu kimi köməkliklər edirmiş. Onu da bildirmilş ki, sonradan Anar özünə hətta sürücü kimi Əbdül adlı bir şəxsi də tutmuş ki, maşınla bağlı olan işləri məhz həmin şəxsə gördürürmüş. Buna görə də Anar ona gündəlik 10-15 manat pul verirmiş. 2022-ci ilin yeni ili ərəfələrində hiss edirmiş ki, Anar kimdənsə gizlənir, tez-tez yoxa çıxmağa başlamışdır. Qeyd etmiş ki, hətta onun da yaşadığı ünvana bir neçə şəxs gələrək Anarı axtardıqlarını bildirirmişlər. Həmin şəxslər bildirirmişlər ki, Anar onlardan pul alıb yeyib, hətta bu işdə onu da ittiham edirmişlər ki, guya o da bu işdə əlbirdir, Anarın yanında olur deyə sonuncunun işlərindən xəbərdardır. Halbuki Anarın vətəndaşlarla apardığı söhbətlərdə o, heç bir zaman iştirak etməmiş və aldığı pullardan da xəbərsizdir. O, Anarın qanuni işini görən bir şəxs olduğunu bilirmiş. Qeyd etmiş ki, onun istifadəsində olan mobil telefona Anara tanımadığı bir nəfər vətəndaş bank kartının şəklini ataraq “Anar nə oldu bəs məsələ?” sualını yazmışdır. Anara bu barədə sual verəndə ona məlum olmuşdur ki, istifadəsində olan nömrə Anarın adına olduğu üçün məhz Anarı axtarıb ona yazmışlar. Nəticədə Anarın hamıdan gizləndiyini görüb məcbur olaraq o, başqa bir iş tapmışdır. Əlavə olaraq qeyd etmiş ki, Anarın tapşırığı ilə o, bir neçə dəfə olmaqla tanımadığı şəxslərə məxsus olan elektron hesablara ödəmə terminalları vasitəsilə 300-600 manat arası məbləğlərdə pul köçürmüşdür. Bunun səbəbini ona Anar deməmişdir. Bundan başqa da qeyd etmiş ki, həmin ərəfələrdə Anar ondan xahiş etmişdir ki, adına bank kartı varsa bir günlük istifadə üçün versin belə ki, deməsinə görə özünə kimsə pul göndərməli imiş. Onun həmin vaxt 18 yaşı olmadığına görə o, adına kart açdırmamışdır, lakin bacısı Elladanın adına bank kartı olduğunu Anara demiş və həmin kartı da özünə vermişdir. Anar həmin gün kartdan istifadə edə bilmədiyini deyib kartı həmin gün özündə saxlamış, sonradan isə ümumiyyətlə kartı geri qaytarmamışdır. Həmin vaxt karta nə qədər pul göndərildiyi də ona məlum deyildir. Bəhanə gətirərək kartı müxtəlif ünvanlarda unutduğunu ona deyirmiş və nəticədə özü də gizləndiyi üçün kart elə Anarın özündə qalmışdır. Təqsirləndirilən şəxs dələduzluqla ittiham olunduğu bu kimi işlərindən sonda xəbər tutduğunu, Anarın hamıdan qaçıb gizlənməsinin səbəbini sonradan bildiyini, sosialla bağlı iş gördüyünü əvvəlcədən bilsə də Anarın bunu qanuni şəkildə etdiyini düşündüyünü, qanunsuz bir iş görmədiyini zənn etdiyini, Təqsirləndirilən şəxs onun yanında söhbət etmədiyini, işlə bağlı həmişə müxtəlif restoranlarda ayrı-ayrı şəxslərlə görüşüb iş barədə söhbət apardığını, görüşdə də tək iştirak etdiyini, Anarı maşında gözlədiyini, onun yanında kimdənsə pul almadığını qeyd etmişdir. Cinayət işinin İ cild 86-87-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 150-154-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay həddində qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin İİ cild 38-42-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin İİ cild 71-76-cı vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin İİİ cild 157-162-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin İV-cü cild 39-42-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 5-ci cildinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 ilə barışıq əldə edərək ona vurulmuş ziyanı tam həcmdə ödəmiş, sonuncunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin İ-ci cild 108-113-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin İ-ci cild 114-119-cu vərəqələrində olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin İ-ci cild 120-125-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin İ-ci cild 60-63-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla aralarında “Whatsapp” ani mesaj ünsiyyət tətbiqi vasitəsilə elektron danışıqlarının skrinşot formasında olan çıxarışlarına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, danışıq dialoq pəncərəsində adı “Anar masin” kimi qeyd olunmuş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə avtomobilin alınması məsələsi ilə bağlı danışıq apardıqları, Təqsirləndirilən şəxs buna görə tələb olunan sənədlər istəməsi, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs “qardaş yanımda adam var, danışa bilmirəm deyə yazdım..sənin işin sabaha qaldı, sabaha kimi gözləyə bilərsən? yoxsa haqqhesabı geri qaytartdırım əziz qardaş? Mən özüm də pis oldum sənə görə...söhbət puldan getmir sənin yanında xəcalətli qalmağımdan gedir”, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 “sənə qurban mən o pulu 26% götürmüşəm səndən artıq dərəcədə xahiş edirəm” yazmış, Təqsirləndirilən şəxs da ona cavab olaraq “Qaqa sənin başına dönüm sabaha kimi möhlət ver...narahat olma maşın səndədir əgər sabah maşını verməsəm bankın faizinə kimi mən bağlayacam balalarımın canına...” yazmış, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs “...anamın göru bayaqdan onlarla danışıram ancaq bazar günü saat 11 tamamda maşını sənə verəcəklər million faiz”, xx.xx.2022-ci il tarixdə “sabah dünya dağıla sənin işini həll edəcəm” yazması müəyyən olunmuşdur. Odur ki, üzərinə iş üzrə sübut əhəmiyyətli məlumatlar olan skrinşotlar iş üzrə sübut növü kimi tanınaraq iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin İ-ci cild 73-76-cı vərəqələrində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla aralarında “Whatsapp” ani mesaj ünsiyyət tətbiqi vasitəsilə elektron danışıqlarının skrinşot formasında olan çıxarışlara, qəbzlərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, danışıq dialoq pəncərəsində adı “Anar 2” kimi qeyd olunmuş Təqsirləndirilən şəxs E.R.Şərifova avtomobilin alınması məsələsi ilə bağlı danışıqlar apardığı, E.R.Şərifovun Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə “Nə səbr eliyime 4 pensiya, maşınlar, ev verilməlidi...Anar 80.000 manatdan hələki 7.500 manat qaytarmısan...”, Təqsirləndirilən şəxs ona xx.xx.2023-cü il tarixdə “Elnur and olsun Allaha maşın da veriləcək sadəcə ikisinə kimi səbrli ol gəlib ikisi cibimdən də olsa nə də olsa sənin maşınını mən verdirəcəm...Elnur and ola Allaha alındıra bilmədim bu gün çox çalışdım alındıra bilmədim indi bir insan kimi səndən xahiş edirəm sabaha kimi səbrli ol sabah 4, uzağı 5 kimi həll edim”, xx.xx.2023-cü il tarixdə “3 maşını verəcəm..sənə 3 maşını verəcəm...sənə çalışacame maşın verim uzağı dördündən bir gün keçməz və bil ki maşın verəcəm sənə” yazması müəyyən olundu. Çıxarışlara əlavə edilmiş qəbzlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə fərqli saatlarda 416974******0652 nömrəli bank kartının hesabına 2000 və ayrıca olaraq 2000 manat pul köçürülmüşdür. Odur ki, üzərinə iş üzrə sübut əhəmiyyətli məlumatlar olan skrinşotlar və qəbzlər iş üzrə sübut növü kimi tanınaraq iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin İ-ci cild 106-107-ci vərəqələrində olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxsla aralarında “Whatsapp” ani mesaj ünsiyyət tətbiqi vasitəsilə elektron danışıqlarının skrinşot formasında olan çıxarışları, qəbzlərə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, danışıq dialoq pəncərəsində adı “Anar Maşın” kimi qeyd olunmuş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 avtomobilin alınması məsələsi ilə bağlı danışıqlar apardığı, zərərçəkmiş şəxsə bir neçə avtomobil təklif edərək məsləhətlər verdiyi, müvafiq avtomobillərin şəkillərini göndərdiyi, xx.xx.2022-ci il tarixdə “Yani mən sənə maşın təşkil edəcəm bunu bil, mən dünya dağıla səni maşınsız qoymayacam, bir dünya bir ola həll edəcəm özü də lap superin amma sadəcəsən seç mənə de” yazması müəyyən olundu. Çıxarışlara əlavə edilmiş qəbzlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə 540408******1236 nömrəli bank kartının hesabına 1.500 pul köçürülmüşdür. Odur ki, üzərinə iş üzrə sübut əhəmiyyətli məlumatlar olan skrinşotlar və qəbzlər iş üzrə sübut növü kimi tanınaraq iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin İ-ci cild 173-176-cı vərəqələrində olan “Whatsapp” ani mesaj ünsiyyət tətbiqi vasitəsilə elektron danışıqlarının skrinşot formasında olan çıxarışlardan və məhkəmə iclasında tədqiq edilmiş CD diskdə olan səs yazılarından görünür ki, “Whatsapp” mobil ünsiyyət tətbiqi və SMS xidməti vasitəsilə aparılan danışıq dialoqlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 artıq verdiyi müvafiq vədin müqabilində götürdüyü pula görə ona söz verdiyi məsələni həll etmədiyi üçün aralarında narazılığın yaranması və Zərərçəkmiş şəxs4 həmin pulu geri tələb etməsi müəyyən olunur. Təqdim edilmiş səs yazısından isə görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 zəng edərək sonuncunun nəyə görə onun barəsində şikayət etdiyini, ona bir qədər də gözləyə biləcəyini vurğulayaraq, onu bir az gözləyəcəyi təqdirdə sevindirəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs4 isə onun oyunlarından bezdiyini, sonsuz bəhanələrdən yorulduğunu, bu işlərə görə xəstəlik tapdığını, onu buna görə bağışlamayacağını, 28.000-in az pul olmadığını bildirib nəyə görə hamıdan gizləndiyi və pulu necə qaytaracağını sual vermişdir. Odur ki, üzərinə iş üzrə sübut əhəmiyyətli məlumatların köçürüldüyü həmin CD disk iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin İ-ci cild 188-191-ci vərəqələrində olan “Whatsapp” ani mesaj ünsiyyət tətbiqi vasitəsilə elektron danışıqlarının skrinşot formasında olan çıxarışlardan, ödəniş qəbzlərindən və məhkəmə iclasında tədqiq edilmiş CD diskdə olan səs yazılarından görünür ki, “Whatsapp” mobil ünsiyyət tətbiqi vasitəsilə aparılan danışıq dialoqlarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 xx.xx.2023-cü il tarixdə “...qardaş dediyimiz kimi işlər gedir, ayın 15-i bazar günüdür, 16-sı günü İnşallah istəsən bura gəl, istəsən orda fərqi yoxdur kimlər götürdü götürməyən dediyim qaydada yoluna qoyulacaq, gedib bayaq da öyrəndim uzağı bizdə iki nəfərdi ilişə bilər, bacındı hazırdı demək olar, sənsən hazırdı, iki nəfərdə ola bilər qaytaraq qalan hamısı yerdə olacaq mən sabah rayona gəlirəm Gəncəyə, orda altıncı gün görüşərik danışarıq üz-üzə” yazması, Təqsirləndirilən şəxs da ona 13 mart 20234-cü il tarrixdə “Qardaw sabah tezden get onlayn novbe gotur tecili 2 ci gune al saat 3-4 ferqi yoxdu sabah mutleq gotur” müəyyən olunmuşdur. Təqdim edilmiş səs yazısından isə görünür ki, A.S.Təqsirləndirilən şəxsƏhmədova zəng edərək “gic-gic danışma işin hazırdır” demişdir. Digər səs yazısınd aiş üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Bundan başqa, təqdim edilmiş qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs5 tərəfindən ona deyilən elektron hesaba Təqsirləndirilən şəxs verilməsi məqsədi ilə müxtəlif tarixlərdə 1.500 manat, 490 manat, 1500 manat, 1500 manat və 800 manat pullar köçürülmüşdür. İş üzrə ifadəsi alınmış Zərərçəkmiş şəxs5 ifadəsindən görünür ki, həmin qəbzlər müvafiq olaraq Allahverdi Məmmədəliyevin işinə görə verilmiş 1500 manat, Zərərçəkmiş şəxs16 işinə görə verilmiş 490 manat, Xanım Ələkbərovanın işinə görə verilmiş 1500 manat, Zərərçəkmiş şəxs19 işinə görə verilmiş 1500 manat və Zərərçəkmiş şəxs18 işinə görə verilmiş 800 manat pul məbləğlərinin Təqsirləndirilən şəxs bildirdiyi elektron hesaba köçürülmüş pul məbləğlərini əks etdirir. Odur ki, üzərinə iş üzrə sübut əhəmiyyətli məlumatların köçürüldüyü həmin CD disk iş üzrə maddi sübut kimi, ödəniş qəbzləri isə sübut növü kimi tanınaraq iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işinin İİ-ci cild 159-cu vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş CD diskdə olan 8 ədəd mp3 formatında olan fayldakı səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10 “qardaş güc bəlayla götürüldü...zakaz elədin sən...” deyə bildirir, Zərərçəkmiş şəxs10 zakaz etdiyini, 3-cü günə hazır olacağını, deyir”. B.mp.3 fayla baxış zamanı müəyyən edilir ki, Zərərçəkmiş şəxs10 “mən sabahmı gedim götürüm kartı sabezdən?..” deyə soruşur, Təqsirləndirilən şəxs isə “sabah saat 12-də mənimlə əlaqə saxla get kartı götür...” deyə bildirir. C.mp.3 fayla baxış zamanı müəyyən edilir ki, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs “BPM**********49 saylı kodudur, 1000 manat göndərdim...” deyə bildirir, Təqsirləndirilən şəxs isə xəbər edəcəyini deyir. D.mp.3 adlı fayla baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10 “yaz oraya Zərərçəkmiş şəxs11, xx.xx.1965-ci il təvəllüdlü...” deyə bildirir Zərərçəkmiş şəxs10 isə “oldu göndərirəm....” deyə cavab verir. E.mp.3 adlı fayla baxış zamanı müyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10 “burda qoymurlar telefonla danışmağa...işlər gedir...” deyə bildirir Zərərçəkmiş şəxs10 isə “yaxşı...” deyə cavab verir. F.mp.3 adlı fayla baxış zamanı müyyən edilir ki, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs “Anar nə oldu bəs SMS zad gəlmədi?...” deyə soruşur Təqsirləndirilən şəxs isə “axırı yaxşı olacaq...sabah ola hayır ola...” deyə cavab verir. G.mp.3 adlı fayla baxış zamanı müyyən edilir ki, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs “nə oldu bəs dedin zəng edəcəklər...” deyə soruşur Təqsirləndirilən şəxs isə “qoy növbə sənə çatsın...eşidirsən məni?...qoy növbə sənə çatsın, hərənin öz növbəsi var, bilmirəm neçənci nəfərsən, gərək örgənən deyəm, sənə zəng gələcək həmin vaxt 7717 kodunu deyərsən, həmin koddan sonra sənə avtomatik SMS gələcək, sənin işin milyard faiz hazırdı...” deyə bildirir, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs həmin kodun nə işə yaramasını soruşduqda Təqsirləndirilən şəxs “əə sənə nə deyirəm onu deyərsən...sənin təsdiqlənmə kodundu...bəri başdan sənə deyirəm növbədi...növbən gələn kimi sənə zəng edəcəklər” deyə cavab verir. T.mp.3 adlı fayla baxış zamanı müyyən edilir ki, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs “sən mənə bu günə söz vermişdinki hazır olmalıydı...niyə hazır olmadı?...” deyə soruşur, Təqsirləndirilən şəxs “sabah duranda görəcənki hazırdı...sabah 12-də məni yığ sənə deyəcəm” deyə cavab verir, Zərərçəkmiş şəxs10 yenə sözünə davam edərək “Anar yenə həmişəki variyantını edirsən..başıma yastıq qoyursan...sabah haradan biləcəmki hazırdı...” deyə soruşur Təqsirləndirilən şəxs isə “demişəmki düzəlib deməli düzəlib...sabah 12-də məni yığ..” cavab verir. Cinayət işinin İİ-ci cild 19-20-ci və İİİ-cü cild 132-135-ci vərəqələrində olan məhkəmə iclasında baxış keçirilmiş və tədqiq edilmiş CD dikdə olan SMS yazışmalarından və telefon danışıq məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan SMS-lərin içərisində sonuncunun Zərərçəkmiş şəxs14 öz istifadəsində olan ***-***-**-** saylı GSM nömrədən müxtəlif tarixlərdə “İndi de telimi acma yalandan bir wey deki ay bu oldu ay o oldu...o bayaqda mene yazirki firlaqdi bu mesele ayibdi bir qadinin bu qeder prableme soxub kiwiyem demek olmaz...camaatin ya pulunu qaytar ya mawinin hell et menim bawim agrimasin Anar... Bize getme.get pullarini ver onlarin men getmeyecem ora...Axsam mama peri baldizi hamini yigib qapina gelecem, camaatin pulunu verene kimi getirecem, vermesen onlarla pramoy polise gedecem. Senin kimisiyle bele danismaq lazimdi uje... Heleki borclarini odemeyivi gozleyirler, ele bilmeki gozunu qorxuduram. Allaha and olsunki mene gore dayaniblar, durun gedey dediyim halda hamiyla birge qabaqda gedecem...Sen ele bilmeki uzume adboy etmekle qaca bilesen? meni elinde oynatdin susdum. Ancaq qardasimla bacim senin yediyin pullari odese seni men ozum polise verecem yalanlarini oynadigin oyunlari, camaati aldatmagini, ebdulu, semkirde, gencede milleti aldatdiqlarini, cindirliq etdinde mene he? Gor cindirliq nece olur. Menim etrafimda yediyin pullari qaytar, umumiyyetle cix haminin heyatindan. Yoxsa her sey pis qurtaracaq. Cunki hamini aldatmisan...Men senin ozunede dedimki neyleyirem nerimanovda babekde evi, yanimdaki kiwi kiwi olmayandan sonra. Men senin bir copun bele lazim deyil. Camaatin borclarini ode, zibil menden cixmasin, cunki acilsam pis acilacam. Ne yaz, ne de yig. Borclari teles ode, uje besdi yalanlari, firildaqlari...Sen menim dunyami yixmisan, sen bunlari odeme menim ustume duwsunler onda gor senin dunyani yixmaq ne demekdi...mene maraqli deyil. Menim masinimi satib yediyin kimi sat borclarini ode...” yazması, Zərərçəkmiş şəxs4 öz istifadəsində olan ***-***-**-** saylı GSM nömrədən müxtəlif tarixlərdə “Anar 2 qəpiklik hörmətim var idi p** günündə qaldım. Mənə yalan danışmaq lazım deyil. Ən zəhləm gedən şeydir... Anar bu uje olmadı, cavab yoxdu” yazması və həmin qısa SMS-lərə Təqsirləndirilən şəxs müvafiq qaydada cavab olaraq “Axwamin xeyir qaga sabah bazardi birinci gun deyir saat 11 de burda olun vallah indi daniwdim sene yazdim mene deyir xiyar bazar gunu nece cixardim onu men...Ramin andolsun Allaha anamin goruna olani dedim indi bazar gunudu camahat soz dedim razilawdi yaziq ne deyirki verir da ozde senin gozunun qabaqimda gotureciyik hamisin goreceksen birinci gunu bawqa ne deyim day...Qardaw and olsun Allaha yoxdu ancaq sabah sabah he mutleq verecem mutleq...Gel rabociye gelem bawa duwmedim bu ne herekedi bele oldu? Yaxwi menen gunah gedi” yazması, zərərçəkmiş şəxs E.R.Şərifovun öz istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələrdən müxtəlif tarixlərdə “Bir iki meseleye danismamisdiq pensiya masinlar ev hamisina danismisdiq...Sen heqqi mennen mezelendina qe***...Anar sən cox alcaq yalanci masennik birisen ozünde ela bilirsenkı sen pensiya zad isleri gormursen yalannan vaxt oldurme...Anar indide her variantin qurtarib ozunu oldurmek behanesiynen vaxt qazanmaq isteyirsen amma bu da alinmayacaq ozunu bu qederde iyrenc eleme pullari vur sen is duzelden deyilsen...sen qeyret soyusu soyub elemeyen adamsan ozude defelerle cindir hani 4 pensiya evim masinim qe***...Anar sen meni onsuz mehv elemisen Allah sahitdi...Senin ne isin vare sene deyirem Xeyalin camaatin pullarin ver Anar balamin cani Bakidayam sabah seher gedirem bandaddele...Ne yaxsiliq elemisena abrimi etibarimi pulumu 80000den yukun altina salmisan...camaatin pulun men qaytarmali deyilem...Anar men senin yanina kimleri getirmisem hamisi sennen sikayetcidi...sene deyırem XEYAL sene zeng eleyır telefonun aç onun Anar ozunu onsuz axırıncı yola qoymusan sene deyırem Xeyalın pulun sosları gonder...Masennık bugun pul vermelısen deye yalannan oyun verme...Onsuz pıs olacaq sen eletdıre bılmessen amma men sen mehv eletdırerem deyırem pulu gonder... Anar camaat menı dıreyıbe sen ne danısırsan...Senın bırdene sözün heqıqeten olmayıbe Anar tap pulu gonder camaatın onu bele ıwı gorende fıkırleserdın tap bu gece camaatın pulun ver...1 heftedıye sen hell eleyırsen Anar sene deyırem bugun 2sınde hell eleyırsen bax menı temız sebrden cıxarma...Nolar Anar sen dola menı gunde menı gozlet oz bıldıyını ele gelen hefte sennen kecen namerddı...Anar sene gore menım qapımakı bu qeder adam gelır arada menım abrım etıbarım getdı senı ağlar gune qoymayan namerddı gunde bır vaxt deyırsena...Ay wexsıy***ız telefonu açda camaat pulun ısteyır zerre qeder de olsa sende kısılık mennık yoxdu sene deyırem camaaat pulun ısteyır... Anar sene deyırem vezıyyet pısdı camaaat menı dıreyıb ınsanlıgın olsun...Anar sen bank adı cekennnen bıldımkı sen vaxt qazanırsan men senı sennen yaxsı tanıyıram ağzını açanda bılırem vaxt qazanırsan sene deyırem Allah haqqı senıncun pıs olacaq menı her şeye becbur eleme...Anar yaxsı olacaq bır wey yoxdu sen ıw hell eleyen zad deyılsen masennıklık eleyıb mılletın pulun yıgmısan ındı az az qaytarmaq ısteyırsen amma Allah haqqı buna ımkan vermerem senı tutturmak olsada buna ımkan vermerem...Allah haqqı kım olur olur 1cı gün gelırem Bakıya oturacam Bantıtızımde deyecem menı dolandırıb Anar adında bır masennık...Anar sene weref***lıy üzre Nobel mukafatı dusur ne bılım sen heyatda ele bir adam yoxduye sen onnan yaxsı olasan her weyın ıtırmıs bır alcaqsane sen Allah haqqı senı mehv eletdırmeknen cemıyyetden temızlemeknen men boyuk savab qazanacam...” yazmış olduğu SMS-lərə cavab olaraq Təqsirləndirilən şəxs müvafiq olaraq “Elnur bu gun hel edecem bir iki meseleni...Elnur bugun bir wey olacaq mutleq...Elnur daniwiqva fikir ver bax cox deyirem sene sen ewdmirsen vallah senin yaxeiliqina deyirem daniwiqna fikir ver qaldi meseliye bu gun yaxwi olacaq nese olacaq amma yaxwi olacaq...Elnur sene men deyiremki otur gozle sebirli ol sebirli ol sixma qoy iwimi gorum bax and olsun Allaha her wey usdunde qalar yaziqsan senide balan var senol seni duwunub ayaq usde duramki verem her iwi sebirli ol olume yaxin adami olumnen qorxudma uje men sene deyirem sebir ele her weyi verecem gozle...Elnur sen diyesen menim neqeder ciddi olduqumu bilmirsen sene deyiremki sebirli ol vurulacaq sene kimse deyibse ki anar vurmuyacaq ged ona deki anar hel edir neyse qoy iwimi gorum...Sen diyesen meni bawa duwmursen sene dediki sebirli ol sabah 7 sosuvu hel edecem sebirli bax senol edecem sebirli ol...Elnur hamisi verilecek hele sabah 7 sosundu sora da bir iki iw var olardi sebirli ol he bu yazdiqlarin ki var ha bu yazdiqlarinda amma ehdiyatli ol qardaw cox doluyam vulkanan kimi doluyam bax deyirem sene sadece sebirli ol verilecek sabahdan yavaw yavaw verilecek...Elnur sebirli ol bax bir wey bilirem eminemki deyirem vallah her wey yaxwi olacaq sabah sen goreceksen sen sebirli ol inan ozunde wok olacaqsan men sene demiwdim axi seni pis veziyetde qoymayacam sabah inwallah goreceksen...Sene deyiremki daniwiqiva fikir ver sene dedimki xeyala men daniwmiwam xeyala demiwiem havaq verilecek xeyal yaxwi dedi sen problem axdarma sen sakid dur iwimiz gorek...Elnur atılacaq narahat olma elnur yadinda saxla men sene ediyim yaxwliqi senol sene heckim edmedi cox pisem sadece bilki senol seni cixaracam bu beladan...Neyi bilirsen yaxwi edirsen amma sene deyiremki sebirli ol elnur vallah her wey yaxwi olacaq inan Allaha her wey yaxwi olacaq and olsun Allaha yaxwi olacaq sebirli ol bir wey bilemki deyirem sebirli ol goreceksen her weyi goresen saqolu onda deyersen...Gonderilecek bu gun narahat olma elnur...Salam elnur gec olacaq amma bu gun atdiracam sene her gun caliwacam sene atdirim senen tez qutaraq...Sene dedimki hel edecem etmesem wexsen ozum gedecem teslim olacam sebirli ol hel olacaq...Men sene caliwiram ki hem sene hem ozumu bu p***an cixaram sende komek ed sebir ele yaxwi olsaun vallah uje kim wikayet edecek bilmirem men sadece uje xirteydeyem sebirli ol...Elnur sen insan olsan sene deyiremki sixma meni men kicelerde pul dilenemki senin iwini hel edim men sene dedim ve deyirem senin bir qepiyin mende qalmaz sixma meni vallah cox deyirem amma sixma sadece sebirli ol gorum neynirem...Camahat kimdi de men yazim de men daniwim en azinan o camahat meni bawa duwer de elnur bax bu sozderi sene neyese gore demirem And olsun Yerin goyun sahibine ip usdeyem uje ged gede uje ozumu oldurmek nokdesine catiram bax insani bu qeder diremeyin sadece gorursen edirem elimnem geleni sebir ele yaxwi olacaq bir wey bilem deyirem sadece hemen vaxda qeder bilem sende sixilirsan seni de sixilar bir teher edek cixaciyiq bu beladan sebir ele...Salam elnur sabaha inwallah hel edecem narahat olma indi bu axwam gorum uc sosdan verim sabaha qalanin hel edecem inwallah sabah bangdan pul goturem atam sene...Yaz yaz ureyin isdediyini yaz amma unutma elnur senen uz uze gelecem sadece bax sene deyiremki imkan ver iwimizi gorek bax sene deyiremki sixma gozle iwimizi gorek gel direwme sakid dur iwimizi gorek bax cox deyirem elnur bax gorursen iw gorem gorursen verem sebirli ol...Elnur sene dedimki bu gun hel olacaq sen imkan ver iwimizi gorek sene bir kelme deyiremki bu gun olacaq...Elnur vallah firlatmiram sadece alindira bilmirem amma sebirli ol gorek bir saata kimi ne olur...Elnur bax sene deyiremki sakidce bu iwi yoluna qoyaq komek edek bir birimize senin mene komeyin sadece sebirli ol geleni gedeni sakidlewdir men yoluna qoyacam...Axwamin xeyir evvala elnur meni kimse oyretmir kimsede mene elnura pul verme demir sadece insansan insaniq bax dunenen men sene gore pul axdaram men sene dedimki sebirli ol atacam tapacam ayin bewine kimi sebiril ol bewinen sorada her wey yaxwi olacaq dedim sene indide deyirem insaniq haminin bawina gelen iwdi sene bir kelme deyiremki demiwede seni pis veziyetde qoymaram qaldiki telfona zaryatqam azdi sonur acilir yol gedirem hele men yaziq kucelerdeyem narahat olma sabah bir wey edecem umud yeri var atilacaq sene amma ayin 5 6 si sene yaxwi pul atacam inwAllah...Salam elnur axwamin xeyir elnur baqiwla uc gun alindira bilmedim sabah sene pul verilecek demiwdim axi ayin bewi altisi verilecek yaxwi bir wey olacaq sabah yaxwi olacaq verecem saqol baqiwla iki gundi bir wey ede bilmedim” sözlərini yazmış, Zərərçəkmiş şəxs9 öz istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsinə Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə “Metanet veziyet pisdi aqlina getire bilmeyeceyin qeder pisdi sadece bacinada de ozun p**a salar sakid dursun yerinde ayin 15 wi her wey yaxwi olacaq evinin pulunda gonderecem bugun inwallah sakid durun bax deyirem cox pisdi her wey...Salam baci deyanetede de sene wad xeberler var ikinizede saat 3 de pul gelecek saat ucde meni yiqin telfonum sonulu olacaq ucde acilacaq” mətnli SMS yazışmaları mövcuddur. Cinayət işinin İİ cild 22-23-cü vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİİ-cü cild 168-213-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD, “Whatsapp” ani mesaj ünsiyyət tətbiqi vasitəsilə elektron danışıqlarının skrinşot formasında olan çıxarışlarla səs yazıları və SMS yazışmaları olan 01 ədəd CD və səs yazıları köçürülmüş 01 ədəd DVD disklər maddi sübut kimi tanınmışdır. Cinayət işinin İİİ cild 34-38-ci vərəqələrində olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs7 tərəfindən verilmiş ərizələridən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyana görə gər birinə 300 manat məbləğində pul ödənilmişdir. Cinayət işinin 5-ci cildinə əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X32 xx.xx.2007-ci il tarixdə və X22 xx.xx.2009-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, ataları Təqsirləndirilən şəxs, anaları isə X17r. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, “Whatsapp” ani mesaj ünsiyyət tətbiqi vasitəsilə elektron danışıqlarının skrinşot formasında olan çıxarışlarla, səs yazıları, SMS yazışmaları ilə digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərin külli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirlindirilən şəxs Təqsirləndirilən şəxs barəsində irəli sürülmüş ittihamın bəzi epizodları üzrə o, cinayət məsuliyyətinə cəlb oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarına əsasən, eyni və yaxud həmcins yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını kəsmir və bu səbəbdən cinayətlərin təkrar törədilməsi vəziyyətində də yeni cinayətin törədilməsi təkrarlığa daxil olan əvvəlki cinayətə müstəqil cinayət kimi yanaşılmasını və ümumiyyətlə təkrarlığı təşkil edən hər bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətininayrı-ayrılıqda hesablanmasını istisna etmir. Qərardakı hüquqi mövqedən aydın olur ki, hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin məcəllənin: 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə. Həmin Məcəllənin 178.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulmuşdur. Verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 28 epizod üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham verilmiş, epizodların 11-i həmin Məcəllənin 178.1-ci maddəsinin tərkibini (sadə tərkibi) yaratmışdır. Cinayət işinin hallarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli üzrə ikinci epizod xx.xx.2021-ci il tarixdə, üçüncü epizod 2021-ci ilin noyabr ayında, altıncı epizod üzrə xx.xx.2022-ci il tarixdə, yeddinci epizod 2022-ci ilin aprel ayında, səkkizinci epizod 2022ci ilin iyun ayında, doqquzuncu epizod 2022-ci ilin iyul ayında, on üçüncü epizod xx.xx.2022-ci il tarixdə, on beşinci epizod 2022-ci ilin avqust ayında, on altıncı epizod xx.xx.2022-ci il tarixdə, on yeddinci və on səkkizinci epizodlar isə 2022-ci ilin oktyabr ayının əvvəlində törədilmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, dələduzluq cinayətinin ikinci, üçüncü, altıncı, yeddinci, səkkizinci, doqquzuncu, on üçüncü, on beşinci, on altıncı, on yeddinci və on səkkizinci epizodlar epizodları üzrə 2 (iki) illik cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Həmin Məcəllənin 39.1.3. maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətlərikeçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ikinci, üçüncü, altıncı, yeddinci, səkkizinci, doqquzuncu, on üçüncü, on beşinci, on altınçı, on yeddinci və on səkkizinci epizodlar üzrə özünü təqsirli bildiyindən və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət işi üzrə həmin hissələrdə xitam verilməlidir. Beləliklə məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsinə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə külli miqdarda ziyan vurmaqla törədildikdə - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxsə cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, ailəli olmaqla himayəsində yetkinlik yaşına çatmamış iki uşağının olmasını, zərərçəkmiş şəxslərdən bəzilərinə vurulmuş zərərdən qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və hal-hazırda zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli və vurulmuş maddi zərərə 43.900 (qırx üç min doqquz yüz) manat məbləğində pul vəsaiti mülki cavabdeh - Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mülki iddia vurulmuş mənəvi zərərin ödənilməsi hissəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən rədd edilməlidir. Həmçinin digər zərərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs20 Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi və mənəvi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD, “Whatsapp” ani mesaj ünsiyyət tətbiqi vasitəsilə elektron danışıqlarının skrinşot formasında olan çıxarışlarla səs yazıları və SMS yazışmaları olan 01 ədəd CD və səs yazıları küçürülmüş 01 ədəd DVD disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayətin ikinci, üçüncü, altıncı, yeddinci, səkkizinci, doqquzuncu, on üçüncü, on beşinci, on altıncı, on yeddinci və on səkkizinci epizodları üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayətişi üzrə həmin hissələrdə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 may 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD, “Whatsapp” ani mesaj ünsiyyət tətbiqi vasitəsilə elektron danışıqlarının skrinşot formasında olan çıxarışlarla səs yazıları və SMS yazışmaları olan 01 ədəd CD və səs yazıları küçürülmüş 01 ədəd DVD disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia qismən təmin edilsin və vurulmuş maddi zərərə görə 43.900 (qırx üç min doqquz yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddia mənəvi zərərə aid hissədə rədd edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, X23, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16oğku oğluna, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19 və Zərərçəkmiş şəxs20 Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi və mənəvi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə məhkəmə xərcləri yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov
Məhkəmə qərarları › İş №1(101)-1495/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1495/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver