Məhkəmə qərarları › İş №1(101)-1496/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1496/2024

24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1496/2024 24.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 7 sentyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayonu 159 saylı körpələr evində mühafizəçi işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 aprel 2024-cü il tarixdə, saat 11:35-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdə, saat 05 radələrində ünvan 3 ünvanının yaxınlığında tanışı Zərərçəkmiş şəxs satdığı mobil telefonunun ödənişini etməməsi ilə əlaqədar sonuncu ilə aralarında yaranmış münaqişə səbəbindən şəxsi münasibətlərin pozulması zəminində mübahisə etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən qarşılıqlı dalaşmanın gedişində üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs bir dəfə boyun nahiyəsinə vuraraq boyun nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və bir dəfə qarın nahiyəsinə vuraraq qarının ön divarının daxilə nüfuz edərək yoğun və nazik bağırsaqların zədələnməsi ilə nəticələnən deşilmiş-kəsilmiş yarası ilə müşaiyət olunan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur.

İşin halları və dəlilləri:

2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmulu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs 10 ildən artıq müddətdir tanıyır. Belə ki, onlar əvvəllər qonşu məhəllələrdə yaşamış və tanışlıqları həmin vaxtdan yaranmışdır. Mahmudla münasibətləri həmişə yaxşı olmuşdur və əvvəllər aralarında heç bir mübahisə baş verməmişdir. O həmin ünvandan köçdükdən sonra da əlaqələri itməmiş və mütəmadi əlaqə saxlamışlar. Hadisədən əvvəl onun işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, 159 saylı körpələr evi Mahmudun yaşadığı evə yaxın məsafədə yerləşdiyindən işə gedib gələn zaman tez-tez Mahmudla rastlaşmışdır. 20 oktyabr 2023-cü il tarixdə işdən çıxaraq özünə məxsus “Samsung A 10” markalı mobil telefonu satmaq məqsədilə telefon dükanına gedən zaman Mahmudla rastlaşaraq söhbət etdikdə sonuncuya bu barədə məlumat vermiş, Mahmud da telefonu ondan 150 manata ala biləcəyini, lakin ödənişi bir həftə müddətində verə biləcəyini dedikdə o, etiraz etmədən telefonu Mahmuda satmışdır. Lakin bir həftə müddət keçməsinə baxmayaraq, Mahmudun ödəniş etmədiyini görüb əlaqə saxladıqda sonuncu, müxtəlif bəhanələr gətirərək maddi durumunun aşağı olduğunu bildirmişdir. Bundan sonra o, hadisə baş verən tarixə qədər dəfələrlə Mahmudla əlaqə saxlasa da sonuncu borcunu ödəməkdən yayınmışdır. Bu səbəbdən Mahmuddan telefonu geri qaytarmasını tələb etdikdə sonuncu telefonu başqa bir şəxsə hədiyyə verdiyini deyərək sonradan ümumiyyətlə onun zənglərinə də cavab verməmişdir. 30 oktyabr 2023-cü il tarixdə sonuncu dəfə Mahmudla telefon vasitəsi ilə əlaqə saxlayıb telefonu qaytarmasını tələb etmiş və danışıq zamanı bir-birlərinin ünvanına qarşılıqlı olaraq nalayiq ifadələr işlətmişlər. Həmin gün saat 05 radələrində işdən çıxaraq yaşadığı ünvana gedən zaman piyada hərəkətdə olarkən Mahmudun yaşadığı evin yaxınlığında sonuncu ilə rastlaşmışdır. Həmin zaman Mahmud onun barəsində nalayiq ifadə işlədib kobud danışmağa başlamışdır. O, telefonunu tələb etdikdə isə Mahmud nə telefonu, nə də ödənişini verməyəcəyini bildirmişdir. Həmin zaman Mahmudun yaşadığı evinin qarşısında səs-küy yaranmaması üçün oradan uzaqlaşmağı qərara almışlar. Bu məqsədlə piyada bir qədər hərəkət etmişlər. Digər küçədə, yəni F.Rüstəmov küçəsində fərdi evin qarşısında olan zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı dalaşaraq Mahmudu yerə yıxmışdır. Mahmud yerdə olan zaman əlini şalvarının bel nahiyəsinə salaraq oradan bir ədəd bıçaq çıxartmışdır. Mahmudun əlində bıçaq olduğunu görərək fənd işlədib qolunu burub bıçağı onun əlindən almışdır. Həmin zaman Mahmudun onun barəsində nalayiq ifadələr işlədib təhqir etməsi səbəbindən əsəbləşib Mahmudun əlindən aldığı bıçaqla sonuncuya bir ədəd bıçaq zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs boyun nahiyəsində olan xəsarətlərin isə bıçağı Mahmuddan almağa çalışarkən yaranmasını düşünür. Hadisədən sonra bıçağı həmin ünvanda yerə atmışdır. Mahmud ona hadisə yerindən çıxıb getməsini söylədiyindən o həmin ərazini tərk etmişdir. Növbəti gün Mahmudun xəstəxanaya aparılması barədə məlumat almışdır. Bir neçə gün sonra könüllü polis bölməsinə yaxınlaşaraq hadisə barəsində məlumat vermişdir. Mübahisə zamanı Mahmudu bıçaqlamaq niyyəti olmamışdır, özünü müdafiə etmək niyyəti ilə sonuncuya xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Hadisə havanın qaranlıq vaxtında baş vermişdir. Həmin zaman ətrafda hər hansı kənar şəxs olmamış, mübahisəni heç kim görməmiş, mübahisə zamanı və sonradan hər hansı şəxs həmin əraziyə gəlməmişdir. Hadisənin törədildiyi bıçaq Mahmuda məxsus olmuşdur.

3. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr də məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edildikdən sonra o, ifadəsinə əlavə edərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında olan pul borcuna görə mübahisə yarandıqda Zərərçəkmiş şəxs bıçaq çıxardığını görmüş və özünü müdafiə etmək məqsədilə bıçağı ondan alaraq sonuncuya bir dəfə bıçaq zərbəsi vurmaqla xəsarət yetirmişdir. 30 oktyabr 2023-cü il tarixdə, saat 05 radələrində atası həmişə olduğu kimi növbədə onu əvəz etdiyindən işdən evə doğru getmiş və təsadüfən Mahmud küçədə olduğundan onunla rastlaşmışdır. Mahmud onunla kobud və aqressiv danışmış, aralarında mübahisə yaranmış, mübahisə zamanı Mahmud ona nalayiq ifadələr işlədərək təhqir etmiş, bu səbəbdən Mahmudla dalaşaraq onu vurmuş, qarşılıqlı dalaşma zamanı Mahmudun bıçaq çıxardığını görüb fənd işlədib həmin bıçağı əlindən alaraq ona bir dəfə zərbə vurmuşdur. Mahmudun boyun nahiyəsində olan xəsarət isə onun əlindən bıçağı alarkən yetirdiyini hesab edir. Mahmudla aralarında ibtidai istintaq zamanı üzləşmə olmamışdır. Belə ki, Mahmudu hadisədən sonra ilk dəfə yalnız hazırkı məhkəmə iclasında görmüşdür. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışıq əldə etdiyini, sonuncunun ondan hər hansı tələbi və ya şikayəti olmadığını, aralarında olan anlaşılmazlıq nəticəsində hadisənin baş verdiyini bildirərək məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi (Cild 1, i.v.52-56; 73- 76; 185-188;).

4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

6. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs 10 ildən artıq müddətdir tanıyır. Belə ki, onlar əvvəllər qonşu məhəllələrdə yaşamış və tanışlıqları həmin vaxtdan yaranmışdır. Özü narkotik vasitə aludəçisi olduğundan hazırda könüllü olaraq “Həyat naminə” reabilitasiya mərkəzində müalicə alır. Hadisədən əvvəl Təqsirləndirilən şəxs işlədiyi Bakı şəhəri, Binəqədi rayonu, 159 saylı körpələr evi onun yaşadığı evə yaxın məsafədə yerləşir. Mehman işə gedib gələn zaman tez-tez onunla rastlaşmışdır. 20 oktyabr 2023-cü il tarixdə yaşadığı evin yerləşdiyi küçədə Mehmanla rastlaşmışdır. Həmin zaman söhbət əsnasında Mehman “Samsung A 10” markalı mobil telefonu satmaq məqsədilə telefon dükanına getdiyini dedikdə o, telefona baxaraq həmin telefonu almaq istədiyini bildirmiş və telefonun alqı satqısına dair 150 manata razılıq əldə etmişlər. Telefonu götürərək pulu hissə-hissə olmaqla bir həftə müddətində verə biləcəyini demişdir. Mehman buna heç bir etiraz etməmiş, lakin maddi durumu aşağı olduğundan sonuncuya pulu ödəyə bilməmişdir. Bu səbəbdən Mehman dəfələrlə onunla telefon əlaqəsi yaradaraq pulu verməyini tələb etmiş, vermədiyi halda telefonu geri qaytarmağını tələb etmişdir. Mobil telefonun pulunu vaxtında qaytara bilmədiyi üçün Mehmanla telefonda sözlü mübahisə etmişlər. 2023-cü il oktyabr ayının 30-da sonuncu dəfə telefonla danışmışlar. Telefon danışığı zamanı Mehmanla sözlü mübahisə etmişdir. Həmin tarixdə, səhər saat 5 radələrində yaşadığı evin qarşısında küçədə dayanaraq siqaret çəkən zaman Mehmanın küçə ilə piyada gəldiyini görmüşdür. Həmin zaman ilk öncə normal qaydada danışaraq məsələyə aydınlıq gətirməyə çalışmışlar, lakin “sözləri çəp gəldiyinə görə” mübahisə zamanı səs-küy yarandığından kənara çəkilməyi qərara almışlar. Piyada bir qədər hərəkət etdikdən sonra digər küçədə, yəni F.Rüstəmov küçəsində fərdi evin qarşısında olan zaman hər ikisi aqressiv formada bir-biri ilə mübahisə etmiş, mübahisə dalaşmaya keçmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs ona xəsarət yetirmiş və qaçaraq oradan uzaqlaşmışdır. O isə zərbənin təsirindən yerə yıxılmış və bədənindən qan axdığını görüb həyacanlanaraq köməyə adam çağırmışdır. Təqsirləndirilən şəxsla aralarında mübahisənin yarandığı zaman Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, F.Rüstəmov küçəsində ətrafda və yaxınlıqda onlardan başqa heç kim olmamışdır. Mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Küçədə heç kim olmadığından piyada bir qədər hərəkət etmiş və yaxınlıqda yerləşən “All seasons” hotelinin yaxınlığında dayanmışdır. Hoteldən çıxan bir nəfər tanımadığı şəxs ona yaxınlaşmış, X13 avtomobilini çağırmış və X13 avtomobili gəldikdən sonra xəstəxanaya aparılmışdır.

7. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadə (Cild 1, i.v.22-24;) elan edilərək tədqiq edilmişdir. İfadəsi elan edildikdən sonra Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq göstərdi ki, hadisə baş verən zaman ətrafda hər hansı şəxs olmamış, hadisə zamanı Təqsirləndirilən şəxs anidən əlini şalvarının cibinə salaraq bir ədəd bıçaq çıxartmasını görməmişdir. Lakin ona bıçaq xəsarətlərini Mehman yetirmişdir. O, mübahisə zamanı əlini arxa cibinə apardıqda Təqsirləndirilən şəxs onun üzərində bıçaq olduğunu zənn etdiyini düşünür. Həqiqətdə isə onun üzərində hər hansı bıçaq olmamışdır. Məhkəməyədək icraat zamanı ifadəsində onun adından göstərilmiş 2023-cü il oktyabr ayının 30-da sonuncu dəfə telefon danışığı zamanı Mehmanın onun ünvanına nalayiq ifadələr işlətməsi, onun da qarşılıq verərək sonuncunun ünvanına söyüş söyməsi halı olmamışdır. Həqiqətdə isə bir-biriləri ilə sözlü mübahisə etmiş və mübahisə zamanı “sözləri çəp gəlmişdir”. Bir daha bildirir ki, Mehmanın əlində bıçaq görməmiş, onun üzərində də hər hansı bıçaq olmamışdır. Ona yetirilmiş xəsarətlər isə Mehman tərəfindən yetirilmişdir. Mehmanla aralarında üzləşmə istintaq hərəkəti olmamışdır. O, ümumiyyətlə Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerində olmamışdır. O, Binəqədi rayon Polis İdarəsində iki dəfə olmuşdur. Belə ki, bir dəfə işlə tanış olmaq üçün tərtib edilmiş sənədləri imzalamaq məqsədi ilə, bir dəfə isə ifadə vermək məqsədi ilə müstəntiqlə görüşmüşdür. Təqsirləndirilən şəxs isə hadisədən sonra yalnız hazırkı məhkəmə iclası zamanı görmüşdür. 6 noyabr 2023-cü il tarixdə Binəqədi rayon Polis İdarəsində olması və hər hansı üzləşmə istintaq hərəkətində iştirak etməsi mümkün deyildir. Çünki həmin vaxt xəstəxanada olmuşdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışdığını, ondan hər hansı şikayət və ya tələbinin olmadığını bildirərək məhkəmədən ona hər hansı cəza təyin edilməməsini xahiş etdi.

8. Məhkəmədə şahid qismində dindirilmiş Şahid məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, hadisə baş verən zaman ünvan 4 ünvanında yerləşən “All seasons” hoteldə qeydiyyatçı vəzifəsində sınaq müddəti ilə işləmişdir. İş rejimi axşam saat 21:00-da başlamaqla növbəti gün saat 09:00-da başa çatmışdır. 29 oktyabr 2023-cü il tarixdə həmin hoteldə vəzifələrini icra etməyə başlamışdır. 30 oktyabr 2023-cü il tarixdə, səhər saat 6 radələrində sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs hotelin qarşısında dayandığını görmüş, hoteldən çölə çıxaraq həmin şəxsin hansı səbəbdən orada dayandığı ilə maraqlandıqda həmin şəxs hoteldən bir qədər kənarda ara küçələrdən birində bir nəfər şəxsin onu vuraraq qaçdığını və piyada hadisə yerindən hotelə qədər gəldiyini demişdir. Həmin zaman Zərərçəkmiş şəxs ayaq üstə dayanmaqda çətinlik çəkdiyini, əli ilə qarnını tutduğunu və əlində qan izlərinin olduğunu görmüş, dərhal hotelə məxsus mobil telefon nömrəsi ilə “103” xidmətinə zəng edib məlumat vermişdir. Qısa zamanda X13 stansiyasının həkim briqadası gəlmiş və sonuncunu xəstəxanaya apamışlar. Zərərçəkmiş şəxs ilə əvvəllər heç bir tanışlığı olmamış, ilk dəfə 30 oktyabr 2023-cü il tarixdə hotelin qarşısında görmüşdür. Hadisənin şahidi olmadığından necə və hansı şəraitdə, hansı səbəbdən hadisənin baş verməsindən məlumatı yoxdur.

9. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

10. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 4 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin (bundan sonra mətndə - Binəqədi RPİ-nin İŞ) müstəntiqi, polis baş leytenantı X4 tərəfindən 30 oktyabr 2023-cü il tarixdə, saat 06:10-da Bakı şəhəri X5 Binəqədi RPİ-nin 4cü Polis Şöbəsinə Zərərçəkmiş şəxs ünvan 4 ünvanında yerləşən “All Seasons” hotelinin yaxınlığında boğaz və qarın nahiyəsindən bıçaq xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılıb icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v.1).

11. “Baxış keçirilməsi haqqında” 30 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Tahir Rəcəbli tərəfindən həmin idarənin ekspert-kriminalisti vəzifəsində işləyən, polis mayoru rütbəsində olan Vüsal Məmmədovun və iki nəfər hal şahidlərinin iştirakı ilə hadisənin baş verdiyi ünvana həmin tarixdə, saat 09:10-dan 09:55-dək baxış keçirilmişdir. Baxış zamanı hadisə yerinin ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısı olması müəyyən edilmişdir (Cild 1, i.v.7-10).

12. “X11” X12 direktorunun 1 noyabr 2023-cü il tarixli, 18-1-2/2-5659/2023 saylı məktubunda göstərilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə, saat 6:13-də 9 saylı X13 Stansiyası Briqadasının müşayiəti ilə X8 gətirilmişdir. Xəstənin dediyinə görə yaşadığı ərazidə tanıdığı şəxs tərəfindən bıçaqla ona xəsarət yetirilmişdir. Xəstəyə “Boyunun və qarının divarının kəsilmiş-deşilmiş yarası” diaqnozu qoyulmuş və təcili əməliyyata alınmışdır. Xəstənin stasionar müalicəsi davam edir. Xəstəyə “Boyunun kəsilmiş-deşilmiş yarası, xarici qanaxma, qarının ön divarının daxilə nüfuz edən kəsilmişdeşilmiş yarası” diaqnozu qoyulmuşdur (Cild 1, i.v. 14).

13. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 4 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixli ərizəsi əsasında sonuncu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmaqla hüquq və vəzifələri ona izah edilmişdir (Cild 1, i.v.17).

14. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, müstəntiq N.D.Həsənli tərəfindən 4 noyabr 2023-cü il tarixdə, saat 21:20-də Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə 30 oktyabr 2023-cü il tarixdə, saat 5 radələrində Zərərçəkmiş şəxs boyunun kəsilmiş-deşilmiş yarası, xarici qanaxma, qarının ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmasına dair protokol tərtib edilmiş və bu barədə qəbul edilmiş qərar müdafiəçisinin iştirakı ilə ona elan edilmişdir (Cild 1, i.v. 38-41;).

15. “İfadənin yerində yoxlanılması haqqında” 6 noyabr 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs əyani şəkildə ünvan 6 ünvanda baş verdiyini, hadisə zamanı Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini, mübahisə zamanı sonuncunun əlindən aldığı bıçaqla Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyini, cinayət aləti olan bıçağı xatırlamadığı ərazidə yerə atdığını bildirmişdir. İstintaq hərəkəti zamanı hadisə yerində videomüşahidə kamerasının olması müəyyən edilməmişdir (Cild 1,i.v.59-60).

16. “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” 6 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmişdir (Cild 1, i.v. 61-62;).

17. 6 noyabr 2023-cü il tarixli “Üzləşdirmədə dindirmə protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs həqiqətən 30 oktyabr 2023-cü il tarixdə, saat 5 radələrində Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması, birbirilərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən mübahisə edərkən sonuncuya bıçaqla boyun və qarın nahiyələrindən vuraraq xəsarət yetirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs da eyni halları təsdiq edərək yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs bıçaqla ona xəsarətlər yetirdiyini, hadisədən əvvəl mobil telefonda danışarkən birbirilərinin ünvanlarına nalayiq ifadələr işlətmələrini təsdiq etmişdir (Cild 1, i.v. 77-79;)

18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6 noyabr 2023-cü il tarixli, 4(101)- 1114/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 4 noyabr 2023-cü il tarixdən, saat 21:20-dən hesablanmaqla 2 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ona pul borcu olmuş, borcunu tələb etdiyinə görə aralarında mübahisə yaranmış, dava-dalaşa çevrilmiş, bıçaq Zərərçəkmiş şəxs olmuş, yerdə tutaşarkən onun özünə batmışdır” (Cild 1, i.v.94-98).

19. Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Natiq Teymurovun 18 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü il tarixdə, saat 5 radələrində ünvan 7 ünvanının yaxınlığında aralarında yaranmış mübahisə zamanı tanışı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağın yerini, hadisənin şahidi ola biləcək şəxslər və kamera görüntülərini müəyyən etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs xəsarət alması barədə 103 X13 Stansiyasına məlumat verən şəxsin Şahid olması müəyyən edilmişdir (Cild 1, i.v. 101;).

20. “Götürmə aparılması haqqında” 1 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, 30 oktyabr 2023-cü il tarixdə baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd papaqlı idman jaketi, bir ədəd poluver, iki cüt corab, bir ədəd cins şalvar, bir ədəd alt şalvarı, bir ədəd mayka, bir ədəd futbolka və bir cüt ayaqqabı “X11” X7 götürülmüş, həmin əşyalara baxış zamanı papaqlı jaketin ön səthinin sol aşağı nahiyəsində 1 ədəd, papağında 2 ədəd, poluverin ön səthinin sol aşağı nahiyəsində 1 ədəd, maykanın ön səthinin sol aşağı nahiyəsində 1 ədəd, futbolkanın ön səthinin sol aşağı nahiyəsində 2 ədəd zədə olduğu və bütün geyim əşyalarında qana bənzər ləkələrin olması müəyyən edilmişdir (Cild 1, i.v.106;)

21. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizası”nın 7 noyabr 2023-cü il tarixli, 2138 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar olunmamışdır (Cild 1, i.v.115-117).

22. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizası”nın 13 dekabr 2023-cü il tarixli, 2310 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - boyun nahiyəsinin deşilmiş-kəsilmiş yarası, qarının ön divarının daxilə nüfuz edərək yoğun və nazik bağırsaqların zədələnməsi ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün “X11” X9 müraciət etdiyi xx.xx.2023-cü il, saat 06:13-dən bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən qarının ön divarının daxilə nüfuz edərək yoğun və nazik bağırsaqların zədələnməsi ilə müşaiyət olunan deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, boyun nahiyəsinin deşilmiş-kəsilmiş yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterik xüsusiyyətlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Qeyd edilən rəyin təsviri hissəsindən görünür ki, Zərərçəkmiş şəxs 6 noyabr 2023-cü il tarixdə orta ağır vəziyyətdə olmuş, 7 noyabr 2023-cü il tarixdə nisbi-kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılmışdır (Cild 1, i.v.120-122).

23. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 4(101)- 1221/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 6 mart 2024-cü il tarixədək uzadılmışdır (Cild 1, i.v.127-132).

24. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş 16 yanvar 2024-cü il tarixli tələbnamədən və cinayət işi materiallarına əlavə edilmiş müvafiq hökmdən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 3 iyun 2009-cu il traixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 331.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinib 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin olunmuş cəza 1(bir) il sınaq müddəti ilə şərti hesab edilmişdir (Cild 1, i.v.136-146).

25. “Maddi sübutların məhkəmə-tibbi bioloji ekspertizası”nın 21 dekabr 2023-cü il tarixli, 828/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A/İİ/-dir (portal çıxarışının kserosurəti əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus sviter və jaket üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız ”A” antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri ABO sistemi üzrə A beta /İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bir cüt corab əvvəl vizual, sonra isə kölgəsiz lampanın çəp istiqamətli işığı altında baxıldıqda qana şübhəli ləkələr aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş mayka, kofta, finka, digər bir cüt corab tədqiqata yararsız olduğundan müayinə aparmaq mümkün olmadı (Cild 1, i.v.148- 151).

26. “Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizası”nın 14 dekabr 2023-cü il tarixli, 3479 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Qeyd edilən rəyin tədqiqi hissəsində göstərilmişdir ki, “Ona ittiham olunan əməl barədə soruşduqda aşağıdakıları deyir: “ Dostum idi. Borc pul vermişdim, qaytarmaq istəmirdi. Hadisə günü mübahisə etdik, bıçaq çıxarıb məni vurmaq istədi. Özümü müdafiə etmək üçün əlindən bıçağı alıb onu vurdum.”(Cild 1, i.v.153-154).

27. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmaqla onun barəsində nümayəndəliyə hər hansı mənfi xarakterli məlumat daxil olmamışdır (Cild 1, i.v.151).

28. “Maddi sübutların məhkəmə-tibbi kriminalistik ekspertizası”nın 19 yanvar 2024-cü il tarixli, 612/2023-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus papaqlı jaketin ön səthinin sol aşağı nahiyəsində 01 (bir) ədəd, papağında 02 (iki) ədəd, poluverin ön səthinin sol aşağı nahiyəsində 01 (bir) ədəd, maykanın ön səthinin sol aşağı nahiyəsində 01 (bir) ədəd, futbolkanın ön səthinin sol aşağı nahiyəsində olan 02 (iki) dəlib-keçən zədələr vardır. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdilər (Cild 1, i.v.156- 158).

29. “Cinayət işi üzrə əməlin tövsif edilməsi, sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanınması haqqında” 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə tövsif edilməklə ona yenidən ittiham elan edilməsi, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş geyim əşyaları – 1(bir) ədəd papaqlı idman jaketi, 1(bir) ədəd poluver, 2 (iki) cüt corab, 1(bir) ədəd cins şalvar, 1(bir) ədəd alt şalvarı, 1(bir) ədəd mayka, 1(bir) ədəd futbolka və 1(bir) cüt ayaqqabının maddi sübut kimi tanınmaqla saxlanması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır (Cild 1, i.v. 166-176).

30. “Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında” 14 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmişdir (Cild 1, i.v. 178-179;).

31. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq N.D.Həsənli tərəfindən 24 fevral 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, 26 fevral 2024-cü il tarixdə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.152-169).

32. Zərərçəkmiş şəxs 17 aprel 2024-cü il tarixdə məhkəmə istintaqı zamanı təqdim etdiyi ərizəsində göstərmişdir ki, 30 oktyabr 2023-cü il tarixdə dava olmuş, Mehmanla aralarında mübahisə baş vermişdir. Həmin hadisə ilə bağlı Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur (Cild 2). Əməlin tövsifi və digər hüquqi məsələlər:

33. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

34. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

36. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

37. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

38. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).

39. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilməmişdir.

40. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.

41. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir.

42. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir.

43. Məhkəmə istintaqı ilə Təqsirləndirilən şəxs cinayət törədərkən özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin fövqündə qoyması, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsi, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər etməsi müəyyən edilməmişdir. Əksinə məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir-birilərini uzun müddət əvvəl qonşu kimi tanımış, sonralar da aralarında münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında hadisədən əvvəl yalnız mobil telefonun alqı-satqısı ilə əlaqədar yaranmış pul borcuna görə narazılıq olmuş, Təqsirləndirilən şəxs bir neçə dəfə borcunun qaytarılması üçün Zərərçəkmiş şəxs müraciət etmiş, sonuncu borcunu vaxtında qaytara bilmədiyinə görə əvvəlcə mobil telefonda danışıq zamanı sözlü mübahisə edərək birbirilərinin ünvanlarına qarşılıqlı olaraq nalayiq ifadələr işlətmiş, sonradan 30 oktyabr 2023cü il tarixdə, saat 5 radələrində qarşılaşdıqda yenidən həmin borcla bağlı mübahisələrini davam etdirmiş, mübahisə dava-dalaşa keçərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbələr vuraraq sonuncunun insan həyatı üçün təhlükəli olan ağır bədən xəsarəti almasına səbəb olmuşdur. Zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin arasında yaranmış anlaşılmazlığın açıq konfliktə keçməsinin səbəbkarı birincinin aralarındakı razılıqlarına baxmayaraq borcunu vaxtında ödəyə bilməməklə yanaşı bunu kobud və aqressiv formada təqsirləndirilən şəxsə bildirməsi, bununla əlaqədar əvvəlcə sözlü mübahisə etmələri, daha sonra münasibətlərin gərginləşməsi şəxsi münasibətlərin pozulması zəminində davadalaşa keçmiş və hazırkı cinayət əməlinin törədilməsi ilə nəticələnmişdir. Ümumiyyətlə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə ittiham verilərkən istinad edilən sübutlar onun əməlində məhz CM-in 126.1-ci maddəsinin əlamətlərinin olmasını təsdiq edir. Başqa sözlə ibtidai araşdırma orqanı hökmün 16-cı bəndində qeyd edilmiş ittihamı Təqsirləndirilən şəxs elan etdikdən sonra hökmün 29-30-cu bəndlərində qeyd edilmiş CM-in 126.2.4-cü maddəsi ilə yeni ittiham irəli sürərkən yalnız “heç bir səbəb olmadan” ifadəsini göstərməklə kifayətlənmişdir. Halbuki, məhz məhkəməyədək icraat zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs əməlində CM-in 126.2.4-cü maddəsinin tərkib əlamətlərinin olması tam inkar edilir.

44. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CMin 126.1-ci maddəsinin tərkib əlamətləri vardır.

45. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlində olan bıçaqla qarın və boyun nahiyəsindən qəsdən vuraraq insan həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə sonuncunun sağlamlığına ağır zərər vurması bir daha onu göstərir ki, onun əməli CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli və bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur.

46. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

47. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144 və 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.

48. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

49. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

50. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlər ağır cinayətlər kateqoriyasına aid edilir.

51. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, CM-in 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

52. CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.

53. CPM-in 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

54. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

55. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

56. Məhkəmə Təqsirləndirilən şəxs üzərində bıçaq olmaması, Zərərçəkmiş şəxs ilə dava-dalaş zamanı sonuncunun bıçaq çıxarması və özünü müdafiə etmək məqsədilə bıçağı ondan alaraq Zərərçəkmiş şəxs xəsarət yetirməsi barədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün işin faktiki halları təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur.

57. Məhkəmə Zərərçəkmiş şəxs məhkəmədə ifadə verərkən özünün və Təqsirləndirilən şəxs üzərində bıçaq görmədiyini bildirməsi ilə bağlı ifadəsinə tənqidi yanaşaraq və həmin ifadənin işin faktiki halları ilə inkar edilməsini nəzərə alaraq zərərçəkmiş şəxsin həmin ifadəsini təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirmək və ona kömək etmək məqsədi daşıması kimi qiymətləndirir.

58. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun rəsmi təfsirlərini rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə olan əməli CM-in 126.1-ci maddəsi tövsif edilməlidir.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

59. Məhkəmə nəzərə alır ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

60. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

61. Məhkəmə CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, sonuncunun ondan şikayəti və tələbinin olmamasını, habelə ona yüngül cəza təyin edilməsinə dair xahişini, CM-in 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

62. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

63. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

64. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

65. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar.

66. Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

67. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

68. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

69. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

70. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

71. İşdə olan tutma protokolundan və müvafiq məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 4 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən barəsində 6 noyabr 2023-cü ildə 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 4 noyabr 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 22 dekabr 2023-cü və 28 fevral 2024-cü il tarixli qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 21 mart 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı da təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 38, 94-98, 219-221).

72. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutularaq saxlanıldığı 4 noyabr 2023-cü tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir.

73. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 99-1.1ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir.

74. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır.

75. Məhkəmə CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarlar – 1(bir) ədəd papaqlı idman jaketi, 1(bir) ədəd poluver, 2(iki) cüt corab, 1(bir) ədəd cins şalvar, 1(bir) ədəd alt şalvarı, 1(bir) ədəd mayka, 1(bir) ədəd futbolka və 1(bir) cüt ayaqqabı Zərərçəkmiş şəxs qaytarılmalı, onun tərəfindən qəbul edilmədikdə isə məhv edilməlidir.

76. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 4 noyabr 2023-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarlar - 1(bir) ədəd papaqlı idman jaketi, 1(bir) ədəd poluver, 2(iki) cüt corab, 1(bir) ədəd cins şalvar, 1(bir) ədəd alt şalvarı, 1(bir) ədəd mayka, 1(bir) ədəd futbolka və 1(bir) cüt ayaqqabı Zərərçəkmiş şəxs qaytarılsın, onun tərəfindən qəbul edilmədikdə isə məhv edilsin. İş üzrə mülki iddianın, xüsusi müsadirə edilməli əmlakın və məhkəmə məsrəfinin olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar