Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1497/2021 08.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, 23 noyabr 2018-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum edilmiş, 01 avqust 2019-cu ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 05 ay 24 gün vaxtından əvvəl şərti azad olunmuş, 27 yanvar 2020-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəsəbəsi, H.Əliyev küçəsi ev 9-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır, yəni insan həyatı üçün təhlükəli olan zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 11 noyabr 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, H.Əliyev küçəsi ilə piyada hərəkət edən, əvvəllər aralarında yaranmış mübahisəyə görə küsülü olduğu qonşusu Zərərçəkmiş şəxs qarşısını idarə etdiyi “Tofaş Şahin” markalı **-NJ-*** qeydiyyat nişanlı avtomobillə kəsib sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs ona salam verməməsini irad bildirdikdən sonra sonuncu onun və mərhum atası X2 ünvanına nalayiq ifadələr işlətdiyi üçün aralarında sözlə mübahisə yaranmış, ətrafdakı şəxslər tərəfindən mübahisə sakitləşdirildikdən sonra oradan uzaqlaşmış və Zərərçəkmiş şəxs onun və mərhum atası Rəhman Şahverdiyevin ünvanına nalayiq ifadər işlətdiyi üçün ondan qisas almaq niyyəti ilə 13 noyabr 2020-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə zəng edib aralarında baş verən mübahisəni aydınlaşdırmaq üçün onu Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ağa Əlizadə küçəsinə çağırıb görüşmüş, görüş yerindən Qızılqum yaşayış massivində yarımtikili vəziyyətdə olan fərdi yaşayış evinin qarşısına gələrək yenidən mübahisə edib dalaşan zaman Zərərçəkmiş şəxs əvvəlcədən üzərində saxlayaraq daşıdığı bıçaqla qəsdən bir dəfə döş qəfəsinin sağ yarısının arxa səthində döş və qarın boşluqlarına nüfuz edən (torakoabdominal) diafraqmanın, qaraciyərin, sağ böyrəyin zədələnməsi və sağ tərəfli hemotoraksla müşayiət olunan yaradan ibarət dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa Ağır və bir ədəd sol əlin kəsilmiş yarası ilə müşayiət olunan yaradan ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç yerdə işləmir, hərdən fəhləlik edir. 2018-ci ildə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. Zərərçəkmiş şəxs uşaqlıq vaxtlarından tanımış, qonşu olmuş, əvvəllər münasibətləri yaxşı olmuşdur. Amil güləş idman növü ilə məşğul olmuşdur. Hadisədən beş-altı ay əvvəl onun Zərərçəkmiş şəxsla mübahisəsi olmuş və bir-birləri ilə danışmamışlar. 11 noyabr 2020-ci il tarixdə idarə etdiyi “Tofaş” markalı **-NJ-*** qeydiyyat nişanlı avtomobillə Pirşağı qəsəbəsinin içərisindən 112 saylı məktəbə doğru gedən zaman Zərərçəkmiş şəxs görəndə avtomobili saxlayıb görüşmüş, həmin vaxt sərxoş olmuş və Zərərçəkmiş şəxs ona onunla niyə salamlaşmamasını irad tutmuş və bu səbəbdən onunla mübahisə etmişlər. Həmin vaxt Amilin yanında iki nəfər şəxs olmuşdur. Həmin şəxslərdən biri Ağaşka ləqəbli sinif yoldaşı Şahid2 olmuş, digərini isə tanımamış, Amilin tanışı olmuşdur. Həmin şəxslər mübahisəyə müdaxilə etməmişlər. Amil mübahisə zamanı ona demişdir ki, içkilisən, sonra söhbət edərik. Bu qaydada ayrılmışlar. Mübahisələri təxminən saat 21 radələrində olmuşdur. Mübahisədən təxminən bir saat sonra onun ***-***-**-** nömrəsinə Amilin atası Şahid1 zəng edib nə baş verdiyini, nə üçün mübahisə etdiklərini soruşmuşdur. Alim demişdir ki, ayıbdır, bir birinizlə mübahisə etməyin. O, da Şahid1 söz vermişdir ki, onunla oğlu Amil arasında söhbət bağlanır və ona heç nə etməyəcək. Həmin günün səhərisi, yəni 13 noyabr 2020-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs onun ***-***-**-** nömrəsinə zəng etmişdir. Amil onu arxa küçəyə çağırıb orada gözlədiyini bildirmişdir. Həmin ərəfədə onun cibində bıçaq olmuşdur. O, bıçağı uzun müddətdir ki, üzərində gəzdirmişdir. Bıçaq boz rəngdə olmuş, açılıb bağlanan bıçaq imiş. Düyməsini basanda bıçaq açılırmış. Bıçağı üzərində gəzdirməyinin səbəbi həyətdə toyuq cücə saxlamaqları, əvvəllər at da saxlamışdır. Bıçaqla kəndiri və sair əşyaları kəsmək üçün istifadə etmişdir. O həmin yerə getdikdə Amilin onu tək gözlədiyini görmüşdür. Amil onunla söhbət etməyə başlamışdır ki, nə üçün dünən onunla mübahisə etmiş, bu mövzu ətrafında söhbət etməyə başlamş və söhbət edə-edə təxminən görüşdükləri yerdən iki kilometrə yaxın yol piyada getmişlər. Söhbət mübahisəyə çevrilmiş və Amil ona söyüşlər etmiş, hadisədən bir müddət əvvəl, yəni, 10 fevral 2020-ci ildə vəfat etmiş atası X1. Söyüşləri eşitdikdən sonra, onda elə bil başı fırlanmış və özünü idarə edə bilmədən üzərində olan gödəkçənin cibindən çıxardığı bıçaqla bir dəfə Amili vurmuşdur. Amil ona demişdir ki, “sən neylədin?”. O, da əlində bıçağı görüb etdiyi əməldən peşman olmuş, donub yerində qalmışdır. Amil atasına zəng edib vurulduğunu bildirib ora çağırmışdır. O, da hadisə yerinən uzaqlaşmışdır. Hadisə barədə evdəkilərə məlumat vermişdir. Evdəkilər həm Amilgilə, həm də xəstəxanaya getmişlər və xəstəxana xərclərini də ödəmişlər. Sonra o, Amillə də görüşüb üzürxahlıq etmişdir. Amili vurduğu bıçağı isə hadisə yerindən bir az uzaqlaşandan, təxminən 10-15 metr sonra ətrafa atmışdır. Zərərçəkmiş şəxsin müalicəsinə maddi köməklik göstərmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əvvəllər idmanla məşğul olmuşdur. Təqsirləndirilən şəxs onunla eyni qəsəbədə yaşayır, münasibətləri normal olmuşdur. Hadisədən bir müddət əvvəl onunla arası dəymiş və demək olar ki, onlar bir biri ilə danışmamışlar. 11 noyabr 2020-ci il tarixdə saat 18 radələrində qəsəbə məktəbinin yanından evinə doğru Şahid2la piyada gedən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Tofaş” markalı **-NJ-*** qeydiyyat nişanlı avtomobillə qəflətən onun üzərinə sürmüş, avtomobili saxlayıb düşmüş, Ağaxan həmin vaxt sərxoş olmuş və heç bir səbəb olmadan üzərinə gəlib ona yumruq atmışdır. Bu zaman orada olan digər şəxslər onları aralamış və o, piyada evinə getmişdir. Sonra Ağaxan onun istifadə etdiyi telefon nömrəsinə zəng edib məhləyə çıxmağı tələb etmiş, söhbət edəcəyini bildirmişdir. Onu da evdən qoymadıqları üçün həyətə çıxa bilməmişdir. Bu hadisədən atası da xəbər tutmuş, onu danlayıb iradını bildirmiş, eyni zamanda Ağaxanla danışandan sonra atası telefonu ondan alıb qonşu olaraq dalaşdıqları üçün onların hər ikisinə də iradını bildirmiş, telefonda barışdırmışdır. 13 noyabr 2020-ci il tarixdə Ağaxan ona zəng edib söhbət etməyə dəvət etmişdir. O, Ağaxana həyətdə olduğunu bildirmişdir. Ağaxan ora gəlmiş və birlikdə söhbət edə edə «Qızılqum» yolu ilə piyada bir az getmişlər. Orada Ağaxan ona demişdir ki, polislər dünənki hadisəyə görə onu axtarır. O da Ağaxana demişdir ki, onun şikayəti yoxdur, özü gəlib ilişibdir. Bu barədə piydada gedəgedə söhbət edən zaman Ağaxan yarımtikili yeri göstərib demişdir ki, girək bura söhbət edək. O, qabaqda, Ağaxan isə arxadan gələn zaman Ağaxan qəflətən onun sağ arxa böyrək tərəfindən bıçaqla vurmuşdur. O, ilk əvvəl Ağaxanın yumruqla vurduğunu zənn etsə də, geri dönəndə onu bıçaqla vurduğunu görmüşdür. Ağaxana nə etdiyini demiş və Ağaxan bir az arxaya çəkilmişdir. Ağaxan orada qalmış, o, isə qaçıb yola çıxmışdır. Yolda xəstəxanaya getmək üçün maşın saxlatmaq istəsə də, saxlayan olmamışdır. Ona görə də atasına zəng edib hadisə barədə məlumat vermiş, atası gəlib onu xəstəxanaya aparmışdır. O, xəstəxanada olarkən Təqsirləndirilən şəxs qohumları onun müalicə pulunu ödəmişlər. Hal-hazırda Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. X4 onun qonşusudur. Münasibətləri bir qonşu kimi normal olmuşdur. Ağaxanın atası X5 onunla eyni məktəbdə oxumuşdur. Bir müddət əvvəl Rəhman cəzaçəkmə müəssisəsində ölmüşdür. Təqsirləndirilən şəxs ilə qonşu kimi münasibətləri normal olsada hadisədən bir iki gün qabaq Ağaxan idarə etdiyi avtomobillə küçədən gəlib keçəndə avtomobili oğlunun üzərinə sürüb onunla dalaşmış, qəsəbə sakinləri onları aralamışdır. O, da bunu biləndən sonra Ağaxana zəng edib iradını bildirmişdir ki, bir kəndin adamısınız, ayıbdır. Ağaxan da üzürxahlıq etmiş və söz vermişdir ki, daha belə hadisə baş verməyəcək. Sonra oğlu ilə də danışdırıb, onları barışdırmışdır. Lakin 13 noyabr 2020-ci il tarixdə saat 13 radələrində evində olan zaman oğlu Amil onun ***-***-**-** nömrəsinə zəng edib demişdir ki, Pirşağı qəsəbəsi «Qızılqum» yaşayış massivində Ağaxan tərəfindən bıcaqlanmışdır. O, olduğu yeri dəqiqləşdirmiş və idarə etdiyi avtomobillə gedib Amili «Qızılqum» yolundan götürmüşdür. Həmin vaxt Amil yerə uzanıqlı vəziyyətdə olmuşdur. Amil Ağaxan tərəfindən bıçaqlandığını bildirmişdir. Amili avtomobilə qoyub dərhal ilk əvvəl Kürdəxanı qəsəbəsində yerləşən poliklinikaya aparmış, orada ilkin tibbi yardım göstərildikdən sonra Sabunçu rayon xəstəxanasına aparmışdır. Sabunçu rayon xəstəxanasında təxminən 4 saat əməliyyat aparılmış, orada ona məlum olmuşdur ki, Amilin bədəni üzərində 2 ya 3 ədəd bıçaq zədəsi olmuşdur. 13 noyabr 2020ci il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmasının səbəbini bilmir. Çünki hadisədən bir gün əvvəl hər ikisinə iradını bildirib barışdırmışdır. Oğlu ona demişdir ki, həyətdə olan zaman Ağaxan ona zəng edib yenə üzürxalıq edib və görüşmək istədiyini demişdir. Amildə Ağaxanla görüşüb söhbətləşmiş və «Qızılqum» yolu tərəfə aparıb və orada bir bıçaq zərbəsi ilə arxa sağ böyrək tərəfindən və bir dəfə də yan tərəfindən vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində gösstərmişdir ki, zərərçəkmiş şəxs dostudur, təqsirləndirilən şəxsi qəsəbə sakini kimi tanıyır. Hər ikisi ilə münasibəti yaxşı olmuşdur. 11 noyabr 2020-ci il tarixdə saat 14 radələrində sinif yoldaşı X10 ilə birlikdə Fərruxgilin Pirşağı qəsəbəsində yerləşən evində olmuşlar. Saat təxminən 16 radələrində Zərərçəkmiş şəxs zəng edib harda olduqlarını soruşmuş və bir neçə dəqiqə keçdikdən sonra Amil də Fərruxun evinə gəlmişdir. Saat təxminən 21 radələrinə kimi birlikdə Fərruxgilin evində olmuşlar. Saat 21 radələrində Zərərçəkmiş şəxsla Fərruxgilin evindən çıxıb piyada qəsəbə məktəbinin yanından keçərək evlərinə doğru getmişlər. Fərruxgildən çıxmamışdan əvvəl Taleh adlı qəsəbə sakini ilə də məktəbin yanında görüşmək barədə razılaşmışlar. Onlar piyada məktəbin yanını keçib, qəsəbə bələdiyyəsinin binasına çatan zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Topaş” markalı avtomobillə gəlib onların yanında dayanmışdır. Avtomobildən düşüb salam vermiş və hansısa səbəbdən Zərərçəkmiş şəxsla sözlə mübahisə etməyə başlamışdır. Həmin vaxt Ağaxan bir az sərxoş vəziyyətdə imiş. Bu vaxt Taleh də onları görüb onlara yaxınlaşmışdır. O, və Taleh onları sakitləşdirmişlər. Ağaxan idarə etdiyi avtomobilə minib oradan uzaqlaşmışdır. Amili isə evlərinə qədər yola salmışlar. Orada ona məlum olmuşdur ki, Amillə Ağaxanın əvvəlcədən də mübahisələri olmuşdur. Hadisədən iki gün sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmasını eşitmişdir. Ağaxanın Amili bıçaqla vurmasının dəqiq səbəbini bilməmişdir. Hadisə günü o, orada olmamış və hadisəni görməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 172-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhər Səhiyyə İdarəsinin Kürdəxanı sağlamlıq mərkəzindən daxil olmuş məktubdan görünür ki, 13 noyabr 2020-ci il tarixdə Sabunçu rayonu Pirşağı qəsəbə sakini Zərərçəkmiş şəxs Kürdəxanı sağlamlıq mərkəzinin cərahiyyə otağına “Bədənin 1/3 və sağ böyrək nahiyyəsinin deşilmiş yarası” diaqnozu ilə daxil olmuş, xəstəyə ilkin yardım göstərilib 3 saylı ŞKX-ya göndərilmişdir. Cinayət işinin 1-ci cild 165-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 aprel 2021-ci il tarixli Bakı şəhər 3 saylı şəhər klinik xəstəxanasının “xəstəlik tarixlərinin” qeydiyyatı kitabına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs 13 noyabr 2020-ci il tarixdə saat 13:35-də xəstəxanaya qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olmuş və 4305 sıra nömrəsi ilə xəstəxanada qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 48-49-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 02 dekabr 2020-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş hadisəni əyani surətdə göstərərərk, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 190-194-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları bir dha Təqsirləndirilən şəxs üzünə deyərək, sonuncunu ifşa etmişdir. Cinayət işinin 1-ci cildin 176-179-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 26 aprel 2021-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs baş vermiş hadisəni əyani surətdə göstərərərk, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 93-95-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin 10 fevral 2021-ci il tarixli məhkəmə tibbi ekspertizasının 133 nömrəli rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının arxa səthinin döş və qarın boşluqlarına nüfuz edərək sağ tərəfli hemopnevmotoraksa (sağ döş boşluğuna hava və qan yığılmasına), qaraciyərin və böyrəyin yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət deşici-kəsici alət təsirindən törənmişdir. Bıçaqla yetirilə bilər, müddəti qərarda göstərilən 13.11.2020-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də şəxsin özü tərəfindən özünə yetiriməsi inkar olunur. Cinayət işinin 2-ci cild 55-59-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin 09 iyun 2021-ci il tarixli məhkəmə tibbi ekspertizasının 225/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının arxa səthində döş və qarın boşluğuna nüfuz edən (torakoabdominal) diafraqmanın, qaraciyərin, sağ böyrəyin zədələnməsi və sağ tərəfli hemotoraksla müşayiət olunan 1 ədəd deşilmişkəsilmiş yarasının birincili cərrahi işlənməsindən sonrakı çapığı, döş qəfəsinin sağ yarısında 1 ədəd, qarının sağ yarısında 2 ədəd drenaj boru yerləri və qarının ön divarında laparotomiya cərrahiyyə əməliyyatından sonrakı çapığı və sol əlin ovuc səthinin 1 ədəd kəsilmiş yara izi olan çapığı aşkar edilmişdir. Zərərçəkmiş şəxs qeyd olunan xəsarətlər - döş qəfəsinin sağ yarısının boşluqlara nüfuz edən daxili üzvlərin zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarası deşicikəsici əşyanın (alətin) təsirindən, sol əlin ovuc səthinin kəsilmiş yarası iti əşyanın kəsici təsirindən əmələ gəlmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 13.11.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə, döş qəfəsinin boşluqlara nüfuz edən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir, sol əlin kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin 1-ci cild 9-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 noyabr 2020-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Bakı şəhəri 3 saylı ŞKX-nın cərrahiyə şöbəsindən Zərərçəkmiş şəxs məxsus 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli mayka və 01 ədəd kəmər tədqiqat üçün götürülmüşdür. Cinayət işinin 1-ci cild 87-90-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2021-ci il tarixli, 3/2182 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən köynəyin və maykanın üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Köynəyin səthində olan “a” zədəsi və maykanın səthindəki zədələr kəsici, ucu deşici xassəyə malik olan alətin (məs:bıçaq və ya bənzər xassəli alətin) təsirindən yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Köynəyin və maykanın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilib-kəsilmə zədələrininin yaranma mexanizmini təyin etmək mümkün olmamışdır. Köynəyin səthində olan “b" zədəsi isə deşici xassəyə malik olan alətin (məs:bıçaq tiyəsinin ucu) təsirindən yaranmağa xarakterik deşilmə zədəsidir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədənin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından zədənin əmələ gəlmə mexanizminin kriminalistik tədqiqat aparılması yolu ilə müəyyən edilməsi mümkün deyil. Tədqiqata təqdim edilmiş kəmərin üzərində trasoloji zədə yoxdur. Cinayət işinin 2-ci cild 74-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 iul 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi 13 noyabr 2020-ci il tarixdə saat 10.52 və 12.21-də Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan telefon nömrəsinə zəng edilmişdir. Cinayət işinin 1-ci cild 96-97-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin 29 dekabr 2020-ci il tarixli, 2533 saylı ekspert rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 1-ci cild 105-108-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin 02 mart 2021-ci il tarixli, 464 saylı ambulator məhkəməkompleks psixoloji və psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunmur. Onun intellektual imkanları hadisə zamanı ölçüb biçməyə imkan verə bilərdi. Təqsirləndirilən şəxs əqli və psixi inkişafında gerilik əlamətləri müəyyən olnmamışdır. Təqsirləndirilən şəxs həssaslıq, tez təsirlənmək, emosionallıq, özünə qarşı hörmət tələb etmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanı qəflətən baş vermiş güclü həyacan vəziyyətində - fizioloji affekt halında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmuşdur. Belə ki, həmin vaxt onun davranışı impulsiv olmuş, situasiyanı adekvat qavrayıb, şəraiti obyektiv qiymətləndirə bilməmiş, hərəkət və davranışına olan iradi nəzarəti enmişdir. Cinayət işinin 2-ci cild 61-66-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təkrar məhkəmə-psixoloji ekspertizasının 24 iyun 2021-ci il tarixli 11/168 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanı emosional gərginlik halında olması onun şüuruna və davranışına əhəmiyyətli dərəcədə təsir göstərməmişdir, Təqsirləndirilən şəxs hadisə zamanı keçirmiş olduğu emosional halına görə etdiyi hərəkətləri adekvat olaraq qavramaqla, onların mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 16 dekabr 2020-ci il tarixli tələbnamədən və cinayət işinin 2-ci cild 4-14-cü vərəqələrində olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2018-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 01 avqust 2019-cu il tarixli qərarı ilə 05 ay 24 gün vaxtından əvvəl şərti azad edilmişdir (cild 1 i.v. 213-216). 27 yanvar 2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 02 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxsin yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs oğlunun əməli cinayətlərin residivini yaratdığından məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət işinin 1-ci cild 21-ci vərəqəsində olan Zərərçəkmiş şəxs 20 noyabr 2020-ci il tarixli istintaqa təqdim etdiyi notariat qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin, məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Lakin, Təqsirləndirilən şəxs əməlində residiv olduğundan, Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin müddəaları ona şamil olunmur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Həmçinin məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza cəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq, onun faktiki tutulduğu, yəni 01 dekabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 26-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, 01 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 80-82-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 4(008)-689/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə, həbsetmənin əvvəli 01 dekabr 2020-ci il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanılan bir ədəd qara rəngli köynək və qara rəngli mayka məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 257 (iki yüz əlli yeddi) manat pul Təqsirləndirilən şəxs oğlundan tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs oğlunun cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin Maddi sübutları saxlama kamerasında saxlanılan bir ədəd qara rəngli köynək və qara rəngli mayka məhv edilsin. İş üzrə ekspertiza xərci olan 257 (iki yüz əlli yeddi) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1497/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1497/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver