Məhkəmə qərarları › İş №1(101)-1497/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1497/2025

28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1497/2025 28.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri Mərkəz Vəkil Bürosu Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs iştirakı ilə, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.2.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.2.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 29, 120.2.7-ci maddəsi ilə təqsirləndirilmişdir ona görə ki, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə, yəni hər iki şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2024-cü il tarixdə, təxminən saat 14 radələrində Bakı şəhəri. Xəzər rayonu. Buzovna qəsəbəsi. ’'Albalılıq" yeni yaşayış massivi ərazisində yerləşən 322 nömrəli tam orta məktəbin yaxınlığında aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı əlbəyaxa olduqdan sonra törədəcəyi əməlin ictimai təhlükəli olduğunu dərk edərək, onun nəticələrini qabaqcadan görərək və bunları arzu edərək, ona qarşı işlədilmiş nalayiq ifadələrə qarşılıq olaraq, qisas motivi ilə, qəsdən öldürmək məqsədi ilə üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı, qatlanan və soyuq silah hesab olunmayan cib bıçağı ilə tanışları - 05 iyun 2008-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aid döş qəfəsinin sağ yarısının daxilə (döş boşluğuna) nüfuz etməyən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol əlin kəsilmiş yarası: istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aid daxili qanaxma, ürəyin perikard qişasının, sol ağciyərin və qaraciyərin zədələnməsi, ikitərəfli pnevmohematoraks ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının daxilə (döş və qarın boşluğuna) nüfuz edən 02 (iki) ədəd deşilmiş-kəsilmiş yaralan. xx xxxx 2007-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs2 isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aid sağ ayaq pəncənin kəsilmiş yarası; həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aid sağ tərəfli hemopnevmatoraks, sağ ağciyərin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının plevra boşluğuna daxilə nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yarası xəsarətlərini yetirərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə, yəni hər iki şəxsi qəsdən həyaldan məhrum etməyə cəhd etmişdir. Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı şifahi vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə Azərbaycan Respublikası CPM-nin 303.3.8-ci maddəsinin tələblərinin pozulduğunu bildirmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.2.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasını xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirib tərəflərin fikirlərini dinləyərək və dövlət ittihamçısı tərəfindən verilmiş şifahi vəsatətinin dəlillərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.2.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 303.3.8-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də ********* nömrəli cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işinin materiallarından görünür ki, cinayət işi 25 oktyabr 2024-cü il tarixdə Xəzər RPİ-nin İtsintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Mirəzbala Əliyev tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə başlanılmışdır. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il traixdə Azərbaycan Respublikası CM-nin 29.120.1-ci maddəsi ilə elan edilmiş ittihama məzmununa əlavə və dəyişikliklər edilməklə, ona həmin Məcəllənin 29,120.2.7-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.2.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittiham aktı xx.xx.2025-ci il tarixdə tərtib edilməklə xx.xx.2025-ci il tarixdə təsdiq edilib, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, eləcə də, cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Xəzər rayon Prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas Torğul Qəribov tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 məhkəməyə müraciət edərək, ibtidai istintaq orqanı tərəfindən yalnız bir dəfə Xəzər rayon Prokurroluğuna çağırıldıqlarını, hər hansı üzləşdirmə və ya digər istintaq hərəkətlərində iştirak etmədiklərini bildirmişlər. Beləliklə, məhkəmə hazırlıq iclasında müəyyən olunmuşdur ki, ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxslərin və müvafiq olaraq onların nümayəndələrinin ibtidai istintaq hərəkətlərində iştirakı və cinayət işi materialları və protokolları ilə tanış olması təmin edilməmişdir. xx.xx.2025-ci il tarixli, 030 saylı zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında protokoldan (cild 01, iş vərəqə 121) görünür ki, Xəzər rayon prokurorluğunun müstəntiqi Toğrul Qəribov tərəfindən Zərərçəkmiş şəxs1 və Samirə Baxşıyeva cinayət işi materialları ilə tanış etmə haqqında protokol tərtib olunmuş və müstəntiq tərəfindən imzalanmış lakin, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin adının əks olunduğu qrafaların qarşısı boş olmuş və onlar tərfindən imzalanmamışdır. xx.xx.2025-ci il tarixli, 031 saylı zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmək haqqında protokoldan (cild 01, iş vərəqə 122) görünür ki, Xəzər rayon prokurorluğunun müstəntiqi Toğrul Qəribov tərəfindən Zərərçəkmiş şəxs2 və Qanuni nümayəndə2 cinayət işi materialları ilə tanış etmə haqqında protokol tərtib olunmuş və müstəntiq tərəfindən imzalanmış lakin, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin adının əks olunduğu qrafaların qarşısı boş olmuş və həmin protokol onlar tərəfindən imzalanmamışdır. Cinayət işinin materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2025ci il tarixdə Bakı şəhəri Xəzər rayon Prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas Torğul Qəribov faktiki olaraq zərərçəkmiş şəxslərin və qanuni nümayəndələrinin cinayət işinin materialları ilə tanış olmasını təmin etməyərək onların hüquqlarını pozmuşdur. Belə ki, CPM-in 85.2.12-ci maddəsinə əsasən bu Məcəllənin 158, 159, 218-221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək müstəntiqin vəzifəsidir. CPM-in 87.6.9. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq və protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən, habelə məhkəmə iclasında qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını tələb etmək; məhkəmə iclasının protokolu və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq, protokola qeydlərini vermək və CPM-in 87.6.10. ibtidai istintaq başa çatdığı, o cümlədən cinayət işinin icraatına xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq hüququ vardır. CPM-in 284.1-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq, ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir, cinayət prosesi iştirakçılarının cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. CPM-in 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. CPM-in 285.1-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün onu vərəqləri nömrələnmiş və hər bir cilddə sənədlərin siyahısı olmaq şərti ilə bir və ya bir neçə tikilmiş cilddə təqdim edir. İşdə saxlanılan maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr də təqdim edilməlidir. Cinayət işi bir neçə cilddən ibarət olduqda onun bütün cildləri eyni vaxtda təqdim edilir. CPM-in 285.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər. Zərər çəkmiş şəxs, mülki iddiaçı və ya mülki cavabdeh cinayət işinin materialları ilə öz nümayəndəsi ilə birlikdə tanış olmaq hüququna malikdirlər. CPM-in 286.1-ci maddəsinə əsasən müstəntiq tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. CPM-in 286.2-ci maddəsinə əsasən cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. CPM-in 289.1-ci maddəsinə əsasən bu Məcəllənin 284-288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. Sadalanan qanunvericiliyin tələblərindən göründüyü kimi, zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış olması onun hüququ olması ilə yanaşı qanunvericiliyin həmin tələblərinə əməl edilməsi müstəntiqin birbaşa vəzifəsi hesab edilir. Lakin Bakı şəhəri Xəzər rayon Prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas Torğul Qəribov tərəfindən qanunvericiliyin göstərilən tələblərinə əməl edilməyərək, iş üzrə zərərçəkmiş şəxslərin və onların qanuni nümayəndələrinin cinayət işinin materialları ilə tanış edilməsi barədə formal protokol tərtib edib iş üzrə istintaqı yekunlaşdırmışdır. Halbuki həmin protokollara nəzər yetirdikdə zərərçəkmiş şəxslər və onların nümayəndələrinin adının qarşısında imza qrafası boş olduğu müəyyən edilmiş və məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxslər və nümayəndələri cinayət işi materialları ilə tanış olmadıqlarını, o cümlədən ibtidai istintaqda sadəcə bir dəfə iştirak etdiklərini bildirmişdirlər. Göstərilən həmin hal xx.xx.2025-ci il tarixli “zərərçəkmiş şəxsin və nümayəndələrinin cinayət işinin materialları ilə tanış etmə haqqında” protokolların formal olaraq tərtib olunmasını və həmin tarixdə müstəntiq tərəfindən istintaq hərəkətlərinin aparılmamasına dəlalət edir. Bununla yanaşı müdafiə hüququnun pozulması ilə bağlı məhkəmə qeyd edir ki, müdafiə hüququ təqsirləndirilən şəxsin ən mühüm hüquqlarından biridir. Bu hüququn pozulması yolverilməzdir və bu kimi halları istər Azərbaycan Respublikasının Cinayət- Prosessual qanunvericiliyi, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normaları birmənalı qadağan edir. CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxslər və onların qanuni nümayəndələri xx.xx.2025-ci il tarixdə Xəzər rayon Prokurorluğunda olmamış, ümumiyyətlə sonuncular cinayət işinin materialları ilə tanış edilməmişdir. Buna baxmayaraq Xəzər rayon Prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X2 xx.xx.2025-ci il tarixli “zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmə haqqında” protokollar tərtib etmiş, lakin həmin protokollar zərərçəkmiş şəxslər və onların qanuni nümayəndələri tərəfindən imzalanmamış, faktiki olaraq sözügedən istintaq hərəkəti həyata keçirilməmişdir. Yuxarıda sadalananlar ibtidai istintaqı həyata keçirən Xəzər rayon Prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X2 tərəfindən Cinayət-Prosessual qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasını göstərir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3-cü maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar aşağıdakı kobud pozuntulara yol verildikdə çıxarılır: 303.3.8. məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması;... Beləliklə, məhkəmə ibtidai istintaq zamanı zərərçəkmiş şəxslər və onların qanuni nümayəndələri məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq CPM-in 284-286-cı maddələrinin tələbləri pozulduğundan hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, eləcə də qeyd olunan pozuntulara görə işin ibtidai istintaqını aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə, CPM-in 306.1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 1 ay müddətinə uzadılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 8, 10, 289 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29, 120.2.7-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna qaytarılsın.

2. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 1 ay müddətinə uzadılsın.

5. Qərarın surəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, müdafiəçiyə, təqsirləndirilən şəxsə, zərərçəkmiş şəxslərə və qanuni nümayəndələrinə göndərilsin.

Sədrlik edən Aygün Qurbanova

Hakimlər Telman Hüseynov

Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar