Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1498/2022 21.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Bağırova Arifə Arif qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi, ev 4A, mənzil 36-da qeydiyyatda olub, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, ev 41-də yaşamış, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 07 ədəd bükümdə ümumi çəkisi 34,333 qram narkotik vasitə heroin və 02 ədəd bükümdə ümumi çəkisi 0,917 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhəri Suraxanı rayon polis idarəsinin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində o, 29 mart 2022-ci il tarixdə saat 11:55 dəqiqədə ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2rləşən Suraxanı RPİyə aparılmış, orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd «Katel» markalı mobil telefon, 08 ədəd şəffaf sellofan büküm, həmin bükümlərdən 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,784 qram; 3,254 qram; 4,362 qram; 3,275 qram; 12,607 qram; 3,246 qram; sol yan cibindən 1 ədəd elektoron tərəzi və sarı rəngli plastik qutu, qutunun içərisində isə 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 3,805 qram, olmaqla 07 ədəd bükümlərdə ümumi təmiz çəkisi 34,333 qram qəhvəyi rəngli, kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,401 qram; 0,516 qram; ümumi təmiz çəkiləri 0,917 qram ağ rəngli, kristalşəkilli, kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvəllər narkotik vasitə heroindən istifadə etmiş, tutulmamışdan bir neçə ay əvvəl tərgitmişdir. 29 mart 2022-ci il tarixdə, saat 12 radələrində yaşadığı ünvan 1-də Suraxanı RPİ-nin işçiləri tərəfindən saxlanılmışdır. Onun üzərində şəxsi axtarış və evdə axtarış aparılmış, lakin heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları onu idarəyə aparmışlar. Orada polis əməkdaşları tərəfindən döyülmüşdür. Bundan sonra məcbur olub, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən əvvəlcədən polislər tərəfindən cibinə qoyulmuş heroin, metamfetamin və elektron tərəzini çıxarıb təqdim edərək özünə məxsus olduğunu demişdir. Müstəntiqə ifadə verərkən bu barədə danışmış, lakin ifadəsini oxumadan imzalamışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə baş verənləri danışıb günahsız olduğunu demişdir. İbtidai istintaq zamanı ona qarşı olunan haqsızlıqlar barədə heç bir orqana şikayət etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Suraxanı RPİ-nin NMB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəisə raportla məruzə olunduqdan sonra onun və idarənin digər əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 11:55-də ünvan 1 ünvanının qarşısında saxlanılmış və RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis idarəsinə gəlmişdir. İdarədə müdafiəçi dəvət edilmiş və xidməti otaqların birində videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Əvvəlcə sonuncunya üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 8 ədəd büküm, 1 ədəd «Katel» markalı mobil telefon, şalvarının sol yan cibindən sarı plastik qutunun içərisində 1 ədəd sellofan büküm və 1 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin özünə məxsus olduğunu, içərisində heroin və metamfetamin olduğunu, 1 qramını 18 manata İİR vətəndaşı kimi tanıdığı «Seyid» adlı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş bükümlər, elektron tərəzi və «Katel» markalı mobil telefon götürülərək qablaşdırılmışdır. Sonda keçirilmiş əməliyyat tədbirinin nəticəsinə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-də olduğu zaman ona qarşı fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İşin 29-30-cu vərəqlərindəki 29 mart 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və sonuncunun əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən 8 ədəd büküm, 1 ədəd «Katel» markalı mobil telefon və həmin göy rəngli idman şalvarın sol yan cibindən sarı plastik qutunun içərisində 1 ədəd sellofan büküm və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin 37-38-ci vərəqlərindəki 29 mart 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı evdən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. İşin 73-cü vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir Baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsinin təklif edilməsi, Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən 8 ədəd büküm, 1 ədəd «Katel» markalı mobil telefon və həmin göy rəngli idman şalvarın sol yan cibindən sarı plastik qutunun içərisində 1 ədəd sellofan büküm və 1 ədəd elektron tərəzini çıxarıb təqdim etməsi, həmin bükümlər açılaraq içərisinə baxıldıqdan sonra ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt kimdən hansı üsulla əldə etməsi barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində kokos və şüşə kimi tanıdığı narkotik maddələr olduğunu və bükümlərin onun özünə məxsus olduğunu, həmin narkotik maddələrin 1 qramını 18 manat müqabilində İİR vətəndaşı olan «Seyid» adlı şəxsdən öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirməsi, bundan sonra aşkar edilmiş həmin bükümlər, elektron tərəzi və bir ədəd «Katel» markalı mobil telefonun götürülərək qablaşdırılması, daha sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilməsi və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməməsi müəyyən olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 6/1697 saylı, 30 mart 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «Zərflər üçün №...» möhür əksi, «Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» və s. yazılar, imzalar olan 2 ədəd kağız paketdən birindəki 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,784 qram, 3,254 qram, 4,362 qram, 3,275 qram, 12,607 qram və 3,246 qram, 1 ədəd sarı rəngli plastik qabdakı 1 ədəd bükümdə təmiz çəkisi 3,805 qram olmaqla, ümumi təmiz çəkisi 34,333 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 7 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,401 qram və 0,516 qram olmaqla, ümumi təmiz çəkisi 0,917 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 2 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, digər paketdəki elektron tərəzinin üzərində heroinin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkilərinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli tarixli Qanunu ilə təsdiq olunmuş siyahılar üzrə: Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ), metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildirlər. Ambulator məhkəmə-narkoloji ekspertizasının 3451 nömrəli, 23 iyun 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoioji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 23 iyun 2022-ci il tarixli, 1012 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, ona hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin, dünyagörüş səviyyəsinin, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs məsuliyyətszilik, hirslilik, tez özündən çıxmaq, başqalarının hiss və yaşantılarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs hadisə ilə bağlı özündən uydurmağa meyillilik müəyyən edilmədi. İşin 144-153-cü vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş cəmi 34,333 qram narkotik vasitə heroin, 0,917 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi, 1 ədəd «Katel» markalı mobil telefon, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 34,193 qram narkotik vasitə heroin, 0,817 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi saxlanılması üçün Suraxanı RPİ-yə təhvil verilmiş, 1 ədəd «Katel» markalı mobil telefon ayrılmış ********* saylı cinayət işinə əlavə edilmiş, 1 ədəd DVD disk isə hazırki cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 113-cü vərəqindəki Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 25-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilmədi. Onun bu ifadəsi özünün ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları təkzib edildiyindən məhkəmə ifadəsinə tənqidi yanaşır, yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 29 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübut kimi tanınaraq Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq cəmi 34,193 qram narkotik vasitə heroin, 0,817 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd «Katel» markalı mobil telefonun ayrılmış ********* saylı cinayət işinə əlavə edilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk isə hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Suraxanı RPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq cəmi 34,193 qram narkotik vasitə heroin, 0,817 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 1 ədəd «Katel» markalı mobil telefonun ayrılmış ********* saylı cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk isə hazırki cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1498/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1498/2022
21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver