Məhkəmə qərarları › İş №1(101)-1498/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1498/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1498/2025 30.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X3 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun etibarnamə üzrə nümayəndəsi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 8 dekabr 1957-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 30 iyul 2025-ci il tarixdə, saat 10:10da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (bundan sonra mətndə - BMCMİ) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan cinayət işinə xitam verilməsinə köməklik göstərməsi ilə əlaqədar 25 noyabr 2024-cü il tarixdə özünə müraciət etmiş Zərərçəkmiş şəxs özbaşına özünü vəzifəli şəxs yəni, Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbər vəzifəli şəxsi kimi təqdim edərək, Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin səlahiyyətli rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olmasını və həmin əlaqələri vasitəsilə qeyd edilən məsələni müsbət həll edəcəyini yalandan bildirib, özü barədə formalaşdırdığı inam və etibardan istifadə edərək, 25 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Qədim Bağ” restoranında görüşləri zamanı tanışı olan həmin vəzifəli şəxslərə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni BMCMİ-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsinin təmin edilməsi üçün zəruri tədbirləri görmələrinə görə özü vasitəsilə ilkin olaraq hər bir payda, 0,5 kq qara kürü, ağ balıq (beluqa) və nərə növ balıqlardan ibarət 4 sayda pay, 2 ədəd geniş yaddaş tutumuna malik “İphone 16 Pro max” markalı mobil telefon verməli olmasını Zərərçəkmiş şəxs aldatmaqla bildirərək, onunla razılaşmaqla sövdələşib, həmin niyyətlə 11 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Qədim bağ” restoranında Zərərçəkmiş şəxs ümumi dəyəri 6.800 manat olan iki ədəd “İphone 16 pro max” markalı mobil telefon alaraq cinayətkar niyyətini davam etdirib, vahid niyyətlə 2024-cü ilin dekabr ayının ortalarında Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Qədim bağ” restoranında görüşləri zamanı Zərərçəkmiş şəxs barəsində olan cinayət işinə xitam verilməsi üçün əlavə olaraq özü vasitəsilə maddi nemət olan 200.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməli olmasını yalandan bildirib, sonuncunun razılığını almaqla, 30 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu Bakı Metropoliteninin Gənclik stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs 3.750 manat dəyərində 6 ədəd 250 qram qablaşmada qara kürü, 2.100 manat dəyərində 6 ədəd ümumi 35 kq nərə balığı, 4.500 manat dəyərində 6 ədəd ümumi 90 kq ağ balıq (beluqa), 900 manat dəyərində 6 ədəd ümumi 30 kq farel balığı olmaqla cəmi 11.250 (on bir min iki yüz əlli) manat dəyərində dəniz məhsullarını alıb ələ keçirərək, cinayətkar niyyətini davam etdirərək vahid niyyətlə 2 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində görüşləri zamanı həmin məsələnin həlli üçün əlavə olaraq Baş Prokurorluğun vəzifəli şəxslərinə verilməsi üçün 2.500 manat dəyərində 4 ədəd 250 qram qablaşmada qara kürü, 1.100 manat dəyərində 4 ədəd ümumi 14 kq nərə balığı, 750 manat dəyərində 2 ədəd ümumi 15 kq ağ balıq (beluqa) olmaqla cəmi 4.350 (dörd min üç yüz əlli) manat dəyərində dəniz məhsullarını alıb, növbəti gün, yəni 3 yanvar 2025-ci il tarixdə aralarında olan telefon danışığı zamanı həmin payların xarab olduğunu bəhanə etməklə təkrar 2 pay hazırlamasını bildirib, 6 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Nigar Rəfibəyli küçəsində yerləşən Baş Prokurorluğun inzibati binasının yaxınlığında 1.250 manat dəyərində 2 ədəd 250 qram qablaşmada qara kürü, 1.100 manat dəyərində 2 ədəd ümumi 14 kq nərə balığı, 750 manat dəyərində 2 ədəd ümumi 15 kq ağ balıq (beluqa) olmaqla cəmi 3.100 (üç min bir yüz) manat dəyərində dəniz məhsullarını alıb, vahid niyyətlə 12 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Qədim bağ” restoranında görüşləri zamanı əlavə olaraq Baş Prokurorluğun vəzifəli şəxslərinə verilməsi üçün 4 pay qara kürü, balıq məhsulları və 3 ədəd spirtli içki təşkil etməsini bildirib, 14 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Ə.Cavad küçəsində 1.250 manat dəyərində 5 ədəd 100 qram qablaşmada qara kürü, 1.680 manat dəyərində 4 ədəd ümumi 28 kq nərə balığı, 3.000 manat dəyərində 4 ədəd ümumi 60 kq Ağ balıq (beluqa) və hər biri 120 manat təşkil edən 360 manat dəyərində 3 ədəd 700 ml. “Safran” adlı spirtli içki olmaqla cəmi 6.290 manat dəyərində əmlakı ələ keçirməklə, vahid niyyətlə 17 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Həsən Abdullayev küçəsində yerləşən “X18”də görüşləri zamanı əlavə olaraq Baş Prokurorluğun vəzifəli şəxslərinə verilməsi üçün 4 pay qara kürü və balıq məhsulları verməli olmasını bildirib, 19 yanvar 2025-ci il tarixdə Bakı şəhəri Səbail rayonunda yerləşən “Qədim Bağ” restoranında görüşləri zamanı Zərərçəkmiş şəxs 50.000 manat məbləğində pul vəsaitini, həmin tarixdə Bakı şəhəri Səbail rayonu Ə.Cavad küçəsində 1.500 manat dəyərində 6 ədəd 100 qram qablaşmada qara kürü, 1.200 manat dəyərində 4 ədəd ümumi 20 kq nərə balığı, 1.500 manat dəyərində 4 ədəd ümumi 60 kq ağ balıq (beluqa) olmaqla cəmi 4.200 manat dəyərində dəniz məhsullarını alıb şəxsi ehtiyaclarına sərf etməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 85.990 (səksən beş min doqquz yüz doxsan) manat məbləğində əmlakı ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Zərərçəkmiş şəxs qalan 150.000 manat məbləğində pul vəsaitini ödəyə bilməyəcəyini bildirdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə Zərərçəkmiş şəxs məxsus 235.990 (iki yüz otuz beş min doqquz yüz doxsan) manat məbləğində əmlakı külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunu əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2 və 310-cu maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri (bax Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 70-77; 183-189;) ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, uzun müddət X7 müxtəlif vəzifələrdə işləmiş, hazırda təqaüdədir. Zərərçəkmiş şəxs tanışı olan Mərkəzi Bankda maliyyəçi işləyən Şahid1 vasitəsi ilə tanımışdır. 2024-cü ilin noyabr ayının sonlarında Aybəniz ona rəfiqəsinin qardaşı Zərərçəkmiş şəxs barəsində BMCMİ-nin İstintaq idarəsində cinayət işi aparıldığını, istintaq müddətində onun bir neçə gün müddətində qanunsuz saxlanıldığını və şikayətçilər tərəfindən 1 milyon manat dəyərində olan Qəbələ rayonunda yerləşən balıqçılıq təsərrüfatının zorla ələ keçirilməsi niyyətlərinin olduğunu deyərək, Zərərçəkmiş şəxs Qəbələ rayonunda fəaliyyət göstərən balıqçılıq təsərrüfatının səhmlərinin hər birinə 10-15 faizini almağı təklif etmişdir. O, Aybənizin təklifi ilə razılaşaraq Zərərçəkmiş şəxsla görüşmüş, sonuncu ona özünün peşəkar balıqçı olduğunu, Türkiyədə balıqçılıq sahəsində ali ixtisasa yiyələndiyini, hazırda Qəbələ rayonunda yerləşən balıqçılıq təsərrüfatının şəriksiz sahibi olduğunu, həmçinin Quba rayonunda yüksək vəzifəli şəxslərlə balıqçılıq təsərrüfatında şərik olduğunu, tanışı Elburus, Sənan və Zirəddin adlı şəxslər tərəfindən şərlənərək sonuncular tərəfindən balıqçılıq təsərrüfatının ələ keçirilmək istənildiyini bildirmişdir. O, ətraflı olaraq Mahirin şikayəti ilə maraqlandıqda sonuncu tanışı Elburus, Sənan və Zirəddin adlı şəxslərə heç bir borcu olmadığı halda həmin şəxslərin onun obyektini ələ keçirmək niyyətlərində olmasını bildirərək ona obyektini satmaq fikrində olduğunu və həmin obyektin müəyyən bir payının onun və Aybənizin almasının daha məqbul olacağını bildirmişdir. Daha sonra Aybəniz ona obyektə şərik olması üçün Mahirə 140.000 manatdan artıq pul verdiyini, onun da şərik olması üçün Mahirə pul vəsaiti verməyini israr etmişdir. O, Aybənizlə görüşləri zamanı 50.000 manatdan artıq pulunun olduğunu bildirib, həmin pulu şərik olması üçün Mahirə verməsini təklif etmiş, lakin Aybəniz pul vəsaitini şəxsən Mahirə verməsini xahiş etmişdir. O, növbəti görüşlərində Mahirlə Bakı şəhərində Axundov parkının yaxınlığında yerləşən “Saphir İnn hotelin” foyesində görüşərək, obyektinin dəyəri notariat tərəfindən dəqiq qiymətləndirildikdən sonra qiymətə uyğun olaraq təqribən 100.000 manat məbləğində obyektin payının səhm faizini almağa hazır olduğunu təklif edərək Mahiri inandırmaq üçün üzərində olan Aybənizə göstərdiyi 50.000 manat dəyərində avro pul vəsaitlərini göstərib, 10.000 ABŞ dolları və dəyəri 42.000 ABŞ dolları olan “Rolex” saatını Mahirə verərək bu barədə Aybənizə məlumat vermiş, sonuncu da, obyektə şərik olacağına sevinərək, pulunun gələcəkdə batmayacağını bildirmişdir. Daha sonra Mahirlə görüşlərin birində mobil telefonunun yaddaşı az olduğundan, sonuncuya ona yaddaşı yüksək 1 terebaytlıq “İphone 16 pro max” markalı mobil telefon tapmasını tapşırmışdır. Təxminən 2 gün sonra Mahir Gürcüstandan bir ədəd yaddaşı yüksək olan “İphone 16 pro max” markalı telefon gətizdirdiyini deyib ona həmin telefonu təqdim etmiş, lakin həmin telefonun yaddaşı az olduğu üçün Mahirə bir neçə dəfə telefonu qaytarmaq istəsə də, Mahir ona verdiyi payı geri götürməkdən imtina etmiş, o da Mahirə yaddaşı az olan telefonun ona lazım olmadığını dediyi üçün, sonuncu ona yaddaşı daha çox olan yeni telefon tapandan sonra telefonu geri qaytarıb dəyişib hesablaşacağını demişdir. O, sonradan həmin telefonu Mahirə qaytarması üçün onun övladının idman müəllimi olan, tanış etdiyi idmançı Şahid5 versə də, Mahir uzun müddət həmin telefonu götürməmişdir. Bir neçə gün sonra Aybəniz ona Mahir barəsində istintaq olunan cinayət işi ilə bağlı sonuncu tərəfindən zərərçəkmişlərə pul ödənilməli olduğunu, Mahirin də, onun verdiyi 10.000 ABŞ dollarından 15.000 manatının işi aparan müstəntiqə verdiyini demişdir. O, Aybənizə Mahirin ona dediyi kimi heç bir borcu olmadığını deyib, nə üçün pul verməsinə etiraz etdikdə, Aybəniz işin bağlanması üçün pulun verilməsinin vacib olduğunu, sonradan şərikliyin qazancından hesablaşacaqlarını dediyini bildirmişdir. O, pulun verilməsini Mahirdən dəqiqləşdirdikdə sonuncu həqiqətən müstəntiqə 15.000 manat deyil, onun verdiyi 10.000 ABŞ dollarının hamısını verdiyini demişdir. Mahir ona heç bir borcu olmadığını, pulu isə işin qısa müddətdə bağlanması üçün verdiyini bildirmişdir. Bundan sonra o, verdiyi “Rolex” saatını geri qaytarmasını tələb etdiyi üçün Mahir səhəri gün onun saatını geri qaytarmışdır. 30 dekabr 2024-cü il tarixdə İstanbul şəhərində yaşayan İzzət adlı dostuna balıq payı göndərmək üçün Mahirdən 3 pay (ağ balıq (beluqa) və ya nərə (asetrin), həmçinin qara kürü) düzəltməsini xahiş etmiş, Mahir həmin məhsulların öz təsərrüfatından olacağını bildirərək öz təsərrüfatından hər payda 2 balıq və bir 100 qramlıq qara kürü olmaqla 3 pay düzəldəyəcəyini bildirmiş və səhəri gün Gənclik metro stansiyasının yaxınlığında onunla görüşüb həmin payları götürmüş, lakin balıqların təyyarə ilə göndərilməsi mümkün olmadığı üçün o, balıqları dostunun Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “Pak Dad” restoranının buz dolabına yerləşdirmiş, daha sonra qara kürünü idmançı dostlarına pay vermiş, balıqların bir hissəsi uzun müddət həmin restoranda qalmışdır. 2025-ci ilin yanvar ayında Mahir təsərrüfatının Yunanıstanda yaşayan yunan milliyətindən olan arvadının adına olduğunu, Aybənizin qızının, onun qardaşı oğlu Altayın və Mahirin öz oğlunun Qəbələdə yerləşən obyektdə şərikliyinin notariat kontorda təsdiq edilməsi üçün arvadının Azərbaycana gəlməsini gözlədiyini bildirmişdir. Bir neçə gün sonra arvadının Bakı şəhərinə gəldiyini, lakin zəhərləndiyi üçün görüşə bilməyəcəyini demişdir. Sonradan Mahirin ona yalan danışdığını, Yunanıstanda yaşayan arvadının olmadığını bilmiş, Aybənizin də bu barədə məlumatsız olduğunu öyrənmişdir. 2025-ci ilin yanvar ayının sonunda Mahir ona zəng edərək müstəntiqin onu çağırdığını dediyi üçün, onu Bakı şəhəri Nizami küçəsi 68, mənzil 65-də olan evinin qarşısına dəvət edərək Mahirdən nə vaxt notariat kontora gedəcəklərini soruşmuş, hətta ona evini göstərərək onu da satıb təsərrüfatın müəyyən faizini almağa hazır olduğunu təklif etmişdir. O, Mahirə bir daha fikirləşməsini, ola bilər obyektinin bir hissəsinin ona və Aybənizə satmaq niyyətindən daşındığını dəqiqləşdirdiyi zaman, Mahir ona Qəbələ rayonunda olan təsərrüfatını satmaq fikrində olduğunu deyib məmnuniyyətlə onlarla şərik olmaq arzusunda olduğunu bildirmişdir. Səhəri gün 30 yanvar 2025-ci il tarixdə Mahir müstəntiqin yanına getmiş və daha sonra saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin gün Aybəniz ona telefonla zəng edərək Mahirin tutulduğunu, onu qısa müddətdə azad etdirməyi tələb edərək Mahirin tutulmayacağına dair söz verdiyini bildirərək ona öz iradını bildirdiyi zaman o, Aybənizə Mahirin yalan danışdığını, həqiqətən də onun digər şəxsləri aldatdığını demişdir. Həmçinin bildirmişdir ki, onun Zərərçəkmiş şəxs 85.990 manat borcu olmamışdır, rüşvət verilməsi adı ilə ondan hər hansı bir məbləğdə pul istəməmiş, həmçinin prokurorluğun rəhbər şəxslərinə verilməsi adı ilə ondan 50.000 manat almamış, Mahirin ona 10.000 ABŞ dolları verəcəyi vardır, yəni, Mahirə dəfələrlə verdiyi mobil telefonun və ona pay verdiyi balıq məhsullarının pulunu dəyərini 7000 manat qiymət edib çıxaraq geri qalan 10.000 manat pulu qaytarmasını bildirmiş, araşdırma zamanı təqdim etdiyi yazışmalarda Mahirin Qəbələ rayonunda təsərrüfatının olmadığını dəqiqləşdirdiyi üçün sonuncunun onu aldatdığını, daha sonra şikayətçilərə pul verəcəyi olduğu üçün barəsində cinayət işi istintaq olunduğunu öyrəndikdən sonra Mahirin hüquq mühafizə orqanı tərəfindən həbs olunmaqla cəzalanmasını arzu edib sonuncuya çağırıldığı zaman qorxmamağı və istintaq idarəsinə getməyi tapşırmışdır. Mahirin ifadəsində göstərdiyi vermiş olduğu balıq və qara kürü məhsullarının miqdarı şişirdilmiş, sonuncu cəmi iki dəfə ona qara kürü və balıq məhsullarını pay vermiş, ilk dəfə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Atatürk parkının yaxınlığında, ikinci dəfə xx.xx.2025-ci il tarixdə gündüz saatlarda yaşadığı evin yəni, Bakı şəhəri Səbail rayonu Əhməd Cavad küçəsində görüşüb həmin məhsulları götürmüş, daha sonra 1 ədəd yaddaşı 256GB “İphone 16 pro max” markalı mobil telefonu xx.xx.2024-cü il tarixdə İçərişəhərdə fəaliyyət göstərən “Qədim bağ” restoranında Mahir ona hədiyyə olaraq vermiş, lakin yaddaşı az olduğu üçün həmin mobil telefonu qaytarmaq istəmiş, Mahirin barəsində olan cinayət işi ilə bağlı hər hansı bir vəzifəli şəxsə pul və ya pay vermək adı ilə balıq məhsulları və pul vəsaiti almamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs və Şahid1 iş materiallarına təqdim etdikləri yazışmaları sonuncularla həqiqətən də apardığını, Zərərçəkmiş şəxs təqdim etdiyi səs yazılarında olan ona aid səslərin həqiqətən də ona məxsus olduğunu, lakin Mahirin onu aldatdığını düşündüyü üçün əsəbi olduğundan sonuncuya dindirilib buraxılacağını, çağırışlara getməyini, qorxmamağı, saxlanıldığı təqdirdə onu çıxardacağı kimi vədlər verdiyini bildirmişdir.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, Mahirdən pul almamış, özünün yüksək vəzifəli şəxslərlə münasibətinin olmasını deməmişdir. Mahir özü onun etibarını qazanmış, guya prezidentin köməkçisinin balıqçılıq təsərrüfatına 270 balıq verdiyini, hətta prezidentin mühafizə xidmətinin rəisinin qardaşı oğlu ilə görüşdüyünü, balıqçılıq təsərrüfatına onları da şərik qoşacağını dedikdə o, sonuncuların nömrəsini Mahirdən istəmişdir. Mahir ona istədiyi nömrəni göndərəndə o, “Abqorada” olan müdiriyyətə zəng edib Mahiri tanıyıb-tanımadıqlarını soruşmuş, sonuncular da Mahirlə balıq alqı-satqısından başqa əlaqələrinin olmadığını demişdir. O, Mahirin Qəbələdə olan təsərrüfatını yoxladıqda həmin təsərrüfatın mövcud olmadığını, yunanıstanlı arvadının olmadığını görüb Mahirin onu aldatdığını anlamışdır. O, Mahirlə apardığı söhbətləri Aybənizə də danışmışdır. Mahir həbs olunmamışdan əvvəl onun yanına gəlmiş, Mahirə qorxmadan müstəntiqin çağırışından yayınmamasını bildirmişdir. Təxminən saat 6 radələrində Mahirin telefonuna səsli mesaj göndərərək cinayət işinin yalnız öz tərəflərindən başlanıla biləcəyini, əvvəllər “Forma 4”ə əsasən cinayət işinin başlanıldığını, hazırkı dövrdə necə olmasını bilmədiyini qeyd etmişdir. O, Mahirə dəymiş ziyanı tam ödəmiş və onunla barışıq əldə etməyə cəhd etmişdir. Lakin Mahir ona məlum olmayan səbəbdən onunla barışmayacağını bildirmişdir. O, Mahirə ziyan vurmamış, buna baxmayaraq barəsində olan iş üzrə həbs qətimkan tədbiri seçilməklə əmlakına həbs qoyulması, habelə ölkədən çıxışına məhdudiyyət qoyulacağı təhlükəsi ilə əlaqədar Mahirin iddia etdiyi pulu tam ödəmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs boğaz nahiyəsində ağır onkoloji, bədxassəli şiş xəstəliyindən əziyyət çəkməsi ilə əlaqədar ölkə xaricində mütəmadi müalicə olunmalı olunduğunu, eləcə də karate və əlbəyaxa döyüş növü üzrə idmançılar hazırlaması ilə əlaqədar ölkə xaricinə mütəmadi səfərlər etməsini, müharibə veteranı olmasını, zərərçəkmiş şəxsin iddia etdiyi vurulmuş ziyanın tam ödənildiyini və hər hansı cinayət əməli törətmədiyini bildirərək yaşının və xəstəliyinin də nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməklə ona bəraət verilməsini xahiş etdi.

4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

6. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Qusar və Oğuz rayonlarında balıqçılıq təsərrüfatı ilə məşğul olur. 2023-2024cü illərdə Elburus adlı şəxslə balıq və dəniz məhsullarının idxalı ilə məşğul olmuş, 2024-cü ilin oktyabr ayında ona məlum olmuşdur ki, Elburusun Zirəddin adlı şəriki olmuş, aralarında ticarətlə bağlı pul mübahisəsi yarandığından Zirəddin və onun sürücüsü Sənan Ələsgərov əsassız olaraq Elburusun onlara verəcəyi pulun onda olması iddiası ilə ondan şikayət etdikləri üçün 2024-cü ilin sonlarında BMCMİ-də barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. İstintaq idarəsində Zirəddinə guya borclu olduğu 150.000 manat pulu 1 ay müddətində geri qaytarması tapşırılmış, daha sonra pulu ödəyə bilməyəcəyi təqdirdə Oğuz rayonunun Mollalı kəndində qurduğu balıqçılıq təsərrüfatını onların adına keçirməsi tələb edilmişdir. Onun da həmin ərəfələrdə tələb olunan pulu ödəməyə imkanı olmadığından müəyyən vaxt istəsə də, lakin təcili olaraq balıqçılıq təsərrüfatını pul qarşılığında onların adına keçirməyi tələsdirmişlər. O isə həmin təsərrüfata təxminən 700 minə yaxın sərmayə yatırdığı üçün həmin təsərrüfatı 150 min manat qarşılığında verməyi düşünməyərək hüquqi tərəfdən ona köməklik edəcək şəxs axtarmağa başlamışdır. Həmin ərəfələrdə bacısı Mehriban Hüseynovanın rəfiqəsi bankda işləyən Şahid1 bu işdə ona köməklik edə biləcək prokurorluqda işləyən, yalnız istintaq zamanı əsl adının Təqsirləndirilən şəxs olduğunu bildikləri Qalib adlı şəxsi tanıdığını və sonuncunun ona köməklik edə biləcəyini düşündüyü üçün həmin şəxslə görüşüb baş verənləri danışmağı məsləhət görmüşdür. O, 25 noyabr 2024-cü il tarixdə, saat 11 radələrində Qabillə Bakı şəhərində, İçərişəhər metro stansiyasının yaxınlığında yerləşən parkda X15 heykəlinin qarşısında görüşmüş, Qabil özünü Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin rəisi kimi təqdim edərək ona hadisəni qısa şəkildə danışmasını tapşırmışdır. O, Qabilə hadisəni və barəsində aparılan cinayət işindən danışmış, daha sonra Qabil işdən çıxdıqdan sonra saat 20 radələrində İçərişəhərdə yerləşən “Qədim Bağ” restoranında görüşməyi təklif etdiyi üçün sonuncu ilə razılaşaraq qeyd olunan vaxtda həmin restoranda təkrar ikisi görüşmüşlər. Görüş zamanı Qabil ona barəsində olan cinayət işi və şərikləri ilə aralarında olan narazılığı və nə işlə məşğul olduğunu təfərruatı ilə ona danışmasını xahiş etdiyi üçün ona ətraflı nə işlə məşğul olduğunu, şərikləri ilə aralarında olan narazılığı və barəsində edilmiş şikayətin nəticəsində ona aid təsərrüfatın 150 min manat qarşılığında ələ keçirmək istənildiyini danışmışdır. Qabil ona Baş Prokurorluqda adını çəkmədiyi yüksək vəzifəli şəxsə baş verənləri danışıb xəbər verəcəyini bildirmişdir. O, Qabildən daha dəqiq onun işini kimin vasitəsi ilə həll edəcəyini soruşduqda sonuncu qeyd olunan məsələni əvvəlcə Baş Prokurorluğun rəhbərliyinə deyəcəyini, Baş prokurorluğun rəhbərliyinin tabeliyində işlədiyini, rəhbərliyin onun birbaşa rəisi olduğunu bildirərək onu özünə inandırmışdır. Daha sonra Qabil ilə 2-3 dəfə İçərişəhər metrostansiyası yaxınlığında Azərbaycan prospekti 1005 ünvanında fəaliyyət göstərən “Chaplin Coffe”də görüşüb söhbətləşmişlər. Artıq 2 və ya 3-cü görüşləri zamanı Qabil öz pulu ilə ona 4-5 kq qara kürü almaq istədiyini bildirərək idmançı dostlarına və adlarını çəkmədiyi rəislərinə pay vermək istədiyini bildirdiyi üçün sonuncunun xahişi ilə “Təzə bazardan” balıq məhsullarının satış məntəqələrindən 5,5 kq. qara kürünü alaraq, 30 noyabr 2024-cü il tarixdə, saat 18 radələrində Qabil ilə Baş Prokurorluğun yaxınlığında yolun kənarında görüşmüş, Qabil qara rəngli “Rang Rover” markalı ** CV *** dövlət nömrə nişanlı avtomobili ilə gələrək onun avtomobilinə əyləşmiş və qara kürüyə nə qədər ödəniş etməli olduğunu soruşduğu zaman, ona 5,5 kq beluqa balığının qara kürüsünün dəyərinin ümumilikdə 17.000 manat təşkil etdiyini bildirmiş, sonuncu da, qara kürünün qiymətinin belə baha olmasına təəcübləndiyi zaman o həmin kürünü Qabilə pay olaraq verə biləcəyini təklif etsə də, sonuncu həmin kürüyə görə ona ümumilikdə (həmin gün məzənnəyə uyğun olaraq) 10.000 ABŞ dolları ödədiyi üçün o, içərisində iki ədəd ümumi 5,5 kq qara kürü olan şüşədə qablaşdırmaları ağ mavi yazılarla olan karton paketdə ona verib sağollaşmışdır. Təxminən 2 gün sonra Qabil onu “Qədim Bağ” restoranına dəvət edərək saat 19 radələrində görüşmüş, sonuncu ona tanışları tərəfindən qara kürünün bəyənildiyini, hətta rəislərinin onunla şəxsən görüşüb qara kürü almaq istədiklərini bildirərək ona Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinə yeni il qabağı həmin qara kürü və balıq pay verməli olduğunu, hər birinə 0,5 kq qara kürü, ağ balıq (beluqa) və nərə (asetrin) növ balıqlardan ibarət pay hazırlamağını, həmçinin 2 ədəd yüksək yaddaşlı “İphone 16 pro max” markalı mobil telefon almağını tapşırmışdır. Bundan sonra, o, 07 dekabr 2024-cü il tarixdə tanışı Şahid3lə görüşərək ona Baş prokurorluqda istintaq idarəsinin rəisi işləyən Qabil adlı şəxsin vasitəsi ilə barəsində olan cinayət işinin onun xeyrinə həll olunacağını, həmin şəxsin ətrafının geniş olduğunu bildirərək sonuncunun tapşırığı ilə “İphone 16 pro max” markalı mobil telefonu pay almalı olduğunu bildirərək, həmin markalı telefonun tapılmasında və alınmasında köməklik etməsini xahiş etdiyi üçün Oktay ilə İnşaatçılar metrostansiyası yaxınlığında bir neçə mobil telefon mağazalarına baş çəkmiş, orada mobil telefonun əksəriyyətinin yaddaşı az olduğu və qiymətlərinin isə təxminən 3.000 manat civarında olduğunun şahidi olmuşlar. Həmin vaxt onun imkanı olmadığından kreditlə almaq istəsə də, adına əvvəllər kredit borcu olduğundan, ona kreditlə telefon satılmamışdır. Bundan sonra, 09 dekabr 2024-cü il tarixdə Qabil onu “Qədim Bağ” restoranına dəvət etdiyi üçün həmin tarixdə, saat 19 radələrində sonuncu ilə görüşmüş, o, Baş Prokurorluğun rəhbərliyi ilə sıx əlaqədə olduğunu, ona istintaqın rəisi vəzifəsi həvalə edildiyi üçün özünün də, nüfuzlu şəxs olduğunu, barəsində BMCMİ-də aparılan araşdırmanı xeyrinə həll etmək imkanına malik olduğunu deyərək ilkin olaraq ona istintaqı aparan müstəntiqdən və həmin qurumdan şikayət ərizələri yazmağın vacib olduğunu məsləhət görüb ona həmin restoranda diktəsi ilə əsassız olaraq cinayət işinin istintaqının aparılaraq şərləndiyini və s. məzmunlu ərizə yazdıraraq həmin ərizəni və daha sonra eyni məzmunlu ərizələri qısa günlər ara verməklə Baş Prokurorluğa ünvanlamağı tapşıraraq, özünün də həmin ərizələri dəftərxanadan qeydiyyatdan keçirməklə Baş Prokurorluğun rəhbərliyinin nəzarətində saxlanılacağını təmin edəcəyini bildirmişdir. O da səhəri gün həmin ərizəni teleqram vasitəsi ilə Baş Prokurorluğa ünvanlamışdır. 11 dekabr 2024-cü il tarixdə o, mobil telefon satışı ilə məşğul olan onlayn səhifələrdən xatırlamadığı mobil nömrəyə zəng edərək 2 ədəd “İphone 16 pro max” markalı mobil telefon sifariş vermiş, onlardan biri 256GB yaddaş olmaqla 3.300 manata, digərinin isə 1TB yaddaşı olmaqla 3.500 manata sifariş verərək həmin gün mobil telefonları 20 yanvar metrostansiyası yaxınlığına çatdırılma edildiyi zaman ümumilikdə 6.800 manat ödəmişdir. Lakin həmin telefonlara etdiyi ödəniş barədə qəbz əldə etmədiyindən və onlayn olaraq sosial şəbəkədən sifariş etdiyi üçün həmin səhifəni və əlaqə saxladığı şəxsin kimliyini unutduğu üçün araşdırmaya bununla bağlı məlumat təqdim edə bilməmişdir. Həmçinin həmin tarixdə telefonu alması üçün 500 manat pulu tanışı Şahid3 borc almışdır. Elə həmin tarixdə saat 20 radələrində İçərişəhərdə yerləşən “Qədim bağ” restoranında Qabil ilə görüşərək həmin mobil telefonları sonuncuya təqdim etmişdir. Qabil orada da, yeni il qabağı 6 pay qara kürü və balıq məhsulları hazırlamasını və ərizələri ünvanlamasını tapşırmışdır. Bundan başqa, o, Təqsirləndirilən şəxs ilə 2024-cü ilin dekabr ayında (dəqiq tarixi xatırlamır) növbəti görüşlərin birində ona guya uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə cinayət işinin xeyrinə həll edilməsi üçün 200.000 manat pulun verilməsinin zəruri olduğunu və yeni il qabağı həmin məbləğləri hazır etməyi, öncədən razılaşdıqları kimi elə balıq və qara kürü payları ilə birlikdə çatdırmalı olduğu bildirmişdir. O həmin məbləği ödəyə bilməyəcəyini desə də, Qabil ona həmin məbləği bir təhər tapıb ödəmək lazım olduğunu bildirmişdir. Həmin vaxt o, məbləği düzəldib ödəməklə barəsində olan cinayət işinin yekunlaşmasını və gələcəkdə təsərrüfatını satıb həmin məbləği Qabilə verməyi düşünmüşdür. Daha sonra o, tanışı Şahid3 və bacısı oğlu Coşqun Nəsibova ona borc olaraq 50.000 manat pulu tapmağı xahiş etmiş, bacısı oğlu Coşqun 10.000 manat pulu tanışından borc alıb 28 dekabr 2024-cü il tarixdə “Şamaxinka” deyilən ərazidə yaşadığı evin yaxınlığında ona çatdırmışdır. Bundan sonra, o, Qabilin tapşırığı ilə 30 dekabr 2024-cü il tarixdə 3.750 manat dəyərində 6 ədəd 250 qramlıq qablaşmada qara kürü, 2.100 manat dəyərində 6 ədəd ümumi 35 kq nərə (asetrin) balığı, 4.500 manat dəyərində 6 ədəd ümumi 90 kq ağ balıq (beluqa), 900 manat dəyərində 6 ədəd ümumi 30 kq syomqa-farel balığına ümumilikdə 11.250 manat xərc çəkib Qabilin tapşırığı ilə “Yaşıl” və “Təzə” bazarlardan alıb hazırladığı payları Qabil ilə zəngləşərək Gənclik metrostansiyasından Atatürk parkı istiqamətində görüşüb sonuncuya həmin payları vermişdir. Qabil həmin görüşə iki nəfər cavan oğlan ilə birlikdə gəlmişdir. Onlardan birini oğlu kimi, digərini isə qardaşı oğlu kimi təqdim etmişdir. O, Qabil ilə hər dəfə zəngləşdiyi zaman sonuncu barəsində olan işini həll edəcəyini, heç bir təhlükə olmayacağını əmin etmişdir. Hətta həmin vaxt payları götürdüyü zaman Qabilin əlində qeydlər apardığı vərəqdə kimlərə pay verəcəyini ona sadalamışdır. Daha sonra Türkiyə Respublikasında olan vəzifəli şəxslərə həmin məhsullardan iki pay göndərmək istədiyini bildirərək həmin payları hazırladıb İstanbula göndərməyini xahiş etmiş, o, Qabilə həmin payları bayramdan sonra hazır edib İstanbula göndərəcəyini bildirmiş və 2 yanvar 2025-ci il tarixdə Qabilin xahişi ilə İstanbula göndəriləcək payları yəni, 2.500 manat dəyərində 4 ədəd 250 qramlıq qablaşmada qara kürü, 1.100 manat dəyərində 4 ədəd ümumi 14 kq nərə (asetrin) balığı, 750 manat dəyərində 2 ədəd ümumi 15 kq ağ balığa (beluqa) ümumilikdə 4.350 manat xərc çəkərək hazırlamış və hava limanına gedərək axşam saatlarına qədər sərnişinlərdən həmin payları İstanbula aparmalarını xahiş etsə də, həmin payları aparacaq şəxs tapmamış, səhəri gün axşam saatlarında Qabilə bu barədə məlumat vermiş, sonuncu həmin payları özü götürüb yola salacağını bildirdiyi üçün axsam saat 01 radələrində Qabil idarə etdiyi 10CV333 dövlət nömrə nişanlı qara rəngli “Rang rover” markalı avtomobili ilə yaşadığı evin yaxınlığına gələrək həmin payları götürmüşdür. Səhəri gün Qabil ona zəng edərək balıqların iyləndiyini bəhanə edərək zibilə atdığını və ona təcili olaraq təkrar 2 pay hazırlamağını tapşıraraq Türkiyəyə gedən tanışı vasitəsi ilə göndərəcəyini bildirmişdir. O, Qabilin tapşırığı ilə 1.250 manat dəyərində 2 ədəd 250 qramlıq qablaşmada qara kürü, 1.100 manat dəyərində 2 ədəd ümumi 14 kq nərə (asetrin) balığı, 750 manat dəyərində 2 ədəd ümumi 15 kq ağ balığa (beluqa) ümumilikdə 3.100 manat xərc çəkərək hazırlayıb 6 yanvar 2025-ci il tarixdə, saat 19 radələrində Baş Prokurorluğun inzibati binasının yaxınlığında, “Səadət sarayının” qarşı tərəfində onula görüşüb həmin payları idarə etdiyi avtomobilinin saxlanc yerinə yerləşdirmişdir. Həmin balıqlar ağ rəngli kağıza bükülü vəziyyətdə qablaşdırılmışdır. Qabil onun həmin payları haradan, hansı məbləğ qarşılığında əldə etdiyini və hazırlatdığını soruşmadığı üçün ona bu barədə nə qədər xərc çəkməsini bildirməmişdir. Düşünmüşdür ki, etdiyi yaxşılıq qarşılığında onun barəsində olan cinayət işinə xitam verdirəcəkdir. Bundan sonra, o, 12 yanvar 2025-ci il tarixdə Qabilin çağırışı ilə “Qədim Bağ” restoranına gedərək görüşmüş, Qabil ona əvvəlcə məlumat verdiyi kimi, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün 200.000 manat pulu yüksək vəzifəli şəxslərə verməklə barəsində olan cinayət işinin xeyrinə həll edilməsi üçün həmin məbləği verməli olduğunu xatırlatdığı üçün o, 200 min məbləği tapmaqda çətinlik çəkdiyini və ödəyə bilməyəcəyini sonuncuya desə də, Qabil ona narahat olmamağı və onun işinin həlli müqabilində vəzifəli şəxslərə ödənilməli məbləği onun əvəzinə ödəməkdə köməklik edəcəyini və ödəyəcəyi pulu ona qaytara bilmədiyi təqdirdə əvəzində sahibi olduğu balıqçılıq təsərrüfatından ona pay verməsini təklif etmiş, lakin 50.000 manat pulu qısa müddətə tapmağı tapşırmışdır. O həmin pulu bir neçə günə toplamağa çalışacağını bildirmiş, Qabil mütləq pulu toplamağı və həmçinin Baş prokurorluğun rəhbərliyinin yeni il qabağı verdiyi qara kürü və balıq məhsullarını bəyəndikləri üçün gələcəkdə Baş Prokurorluğun yaxınlığında fəaliyyət göstərən “X18”də ziyafət təşkil olunacağını və 4 pay qara kürü, balıq məhsulları və 3 ədəd bahalı spirtli içki təşkil etməyini tapşırmışdır. O həmin vaxt verdiyi payların Baş prokurorluğun rəhbərliyi tərəfindən bəyənildiyinə sevinərək qısa müddət ərzində onlara payları hazırlayacağını bildirmiş və 14 yanvar 2025-ci il tarixdə Qabilin tapşırığı ilə 1.250 manat dəyərində 5 ədəd 100 qramlıq qablaşmada qara kürü, 1.680 manat dəyərində 4 ədəd ümumi 28 kq nərə (asetrin) balığı, 3.000 manat dəyərində 4 ədəd ümumi 60 kq ağ balığa (beluqa) və satışda az tapılan sifarişlə 3 ədəd 700 ml “Safran” adlı yerli istehsal spirtli içkinin hər biri 120 manat olmaqla ümumilikdə 6.290 manat xərc çəkərək hazırlayıb saat 18 radələrində “X18”in yaxınlığında görüşüb Qabilə çatdırmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs onu 17 yanvar 2025-ci il tarixdə Baş Prokurorluğun yaxınlığında fəaliyyət göstiərən “X18in” kafesinə dəvət etmiş, orada sonuncu cibindən dağınıq formada avro və ABŞ dollarından ibarət olan pul əskinaslarını çıxarıb saymağa başlamış, o da pulun sayılmasında ona köməklik etmişdir. Qabilin saydığı pul vəsaitləri təqribən 225.000 manat təşkil etmiş, həmin puldan 200.000 manat məbləğini vəzifəli şəxslərə verəcəyini deyib, 50.000 manat pulu axşama qədər təcili olaraq ona verməli olduğunu ona tapşırmışdır. O, Qabilə qısa müddətə həmin pulu tapa bilməyəcəyini bildirdiyi zaman sonuncu qolunda deməsinə görə 90.000 manat dəyəri olan “Rolex” markalı saatını ona güclə verərək satıb həmin məbləği düzəldib ona çatdırmasını tapşırmışdır. O da elə həmin gün saatın qiyməti ilə maraqlandıqda təzəsinin 6.000-7.000 manat, işlənmiş saatın isə ən yaxşı halda 1.500 manat dəyərində olduğunu müəyyən edərək səhəri gün saatı Azərbaycan prospekti 1005 ünvanında fəaliyyət göstərən “Chaplin Coffe”də Qabil ilə görüşərək geri qaytarmış, Qabil ona 50.000 manat pulu 19 yanvar 2025ci il tarixədək hazır etməyi və həmçinin 4 pay qara kürü və balıq məhsulları hazırlamağı da tapşırmışdır. Bundan sonra, o, öncədən bacısı oğlundan aldığı pulun üstünə 5.000 manat düzəldib hazır etdiyi üçün qalan məbləği tanışı Şahid3 düzəltməyi xahiş etmişdir. Səhəri gün Oktay ona zəng edərək 35.000 manat pulu hazır etdiyini və “Şamaxinka” deyilən ərazidə fəaliyyət göstərən kafesinə çağırmışdır. O, sonuncu ilə həmin kafedə görüşmüş, orada Oktay onunla birlikdə görüşə gedərək Qabil adlı şəxslə görüşməyi və onun iştirakı ilə pulun verilməsini təklif etmişdir. Oktay ona Qabil adlı şəxsin ona nə kimi köməkliyi dəyəcəyini və həqiqətən də vəzifəli şəxs olduğuna əmin olmaq istədiyini bildirdiyi üçün Oktay ilə birlikdə idarə etdiyi qara rəngli “Mersedes GL” markalı 10NN233 dövlət nömrə nişanlı avtomobillə saat 19 radələrində Baş Prokurorluğunun yaxınlığında keçmiş “Səadət sarayının” qarşı tərəfində maşını saxlamış, orada Oktay ona 35.000 manat pulu 100 manatlıq əskinasla qara-qırmızı qarışıq rəngli sellofan paketdə vermiş, o da həmin məbləği alıb özündə olan 15.000 manatı da üzərinə qoyub ümumilikdə 50.000 manat pulu Qabil adlı şəxsə verib qayıdacağını bildirmiş, Oktay onunla birlikdə görüşə getmək istədiyini bildirdiyi zaman, o, Qabilin ona görüşlərə tək gəlməsini tapşırdığını xatırladığı üçün Oktaya gözləməsini xahiş etmiş və Qabilə zəng edərək onunla İçərişəhərdə fəaliyyət göstərən “Qədim bağ” restoranında görüşüb pulu ona vermişdir. Qabil həmin vaxt pulu saymadan gödəkçəsinin cibinə qoymuş, həmin vaxt Qabil tək olmuş, sonuncu ondan balıq paylarını nə zaman çatdıracağını soruşduğu zaman o, bir qədər sonra çatdıracağını bildirib sağollaşmışdır. Daha sonra Oktayı aparıb öz kafesinə düşürmüş və saat 22-23 radələrində öncədən razılaşdıqları 1.500 manat dəyərində 6 ədəd 100 qramlıq qablaşmada qara kürü, 1.200 manat dəyərində 4 ədəd ümumi 20 kq nərə (asetrin), 1.500 manat dəyərində 4 ədəd ümumi 60 kq ağ balıq (beluqa) olmaqla ümumilikdə 4.200 manat xərc çəkərək hazırladığı payları Qabil ilə zəngləşərək saat 23 radələrində Baş Prokurorluğun yaxınlığında keçmiş “Səadət sarayı” istiqamətində olan küçədə görüşüb çatdırmışdır. Qabil ona artıq narahat olmamağını və barəsində olan cinayət işinə xitam veriləcəyini vəd verməklə onu əmin etmiş, həmçinin onun əvəzinə vəzifəli şəxslərə verdiyi 150.000 manat pulu və ya balıqçılıq təsərrüfatından ona pay verməyini istəmişdir. O, iş həll olunduqdan sonra onunla bu barədə danışacağını bildirmişdir. Bundan sonra Qabil mütəmadi olaraq onun işi ilə məşğul olduğunu və narahat olmamağı ona bildirmişdir. O da həmin ərəfələrdə istintaq orqanı tərəfindən çağırılmadığından Qabilin artıq onun barəsində olan cinayət işinin xitam olunması istiqamətində addımlar atmaqla artıq həmin quruma tapşırıq verildiyini düşünmüşdür. 30 yanvar 2025-ci il tarixdə o, müstəntiq tərəfindən istintaqa çağrıldığı üçün bu barədə Qabilə məlumat vermiş, sonuncu ona rahat şəkildə həmin idarəyə getməsini, işin çoxdan həll olunduğunu, heç nədən narahat olmamasını, həmin idarəyə artıq prokurorluqdan tapşırıq verildiyini, cinayət işinin bağlandığı üçün çağırıldığını bildirərək onu inandırmışdır. O, Qabilə inanaraq həmin tarixdə müstəntiqin çağırışına getmiş, həmin gün ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan olunaraq barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə olduğu müddətdə Qabil ilə telefon vasitəsi ilə əlaqə saxladığı zaman sonuncudan hansı səbəbdən onu aldatdığını soruşduqda Qabil ona yüksək vəzifəli şəxslərin guya onu dələduz və yalançı şəxs olduğunu bilə-bilə tapşırdığı üçün danlandığını deyərək onu yalançı və dələduz şəxs kimi təhqir edib bir də ona zəng etməməyini tapşırıb danışığı bitirmişdir. Qabil ona ümumilikdə 85.990 manat maddi ziyan vurub onu aldatmışdır. Təxminən 25-26 gün Bakı istintaq təcridxanasında həbsdə qalmış, daha sonra barəsində olan iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış şəxsin məcbur olub ziyanını ödədiyi üçün barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, sonradan isə o, Qabilin onun zənglərinə cavab vermədiyindən və görüşlərindən yayındığından həmçinin onu aldadaraq maddi ziyan vurduğu halda ona yalandan guya tərəfindən Qabili aldadaraq 10.000 ABŞ dolları aldığını iddia edərək özünü müdafiə etməyə başladığını görüb, Qabilin prokurorluqda yüksək vəzifədə işlədiyini düşündüyü üçün barəsində Prokurorluq orqanına şikayət etmişdir. O, aparılmış araşdırma zamanı, adının Qabil olduğu halda ona Qalib kimi təqdim etdiyini, həmçinin heç bir yerdə işləmədiyi halda özünü Baş prokurorluqda istintaq idarəsinin rəisi kimi təqdim etdiyini öyrənərək sonuncu tərəfindən bir daha aldadıldığına əmin olmuşdur.

7. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, Təqsirləndirilən şəxs 85990 manat dəyərində məhsul və pul vermiş, sonuncu da həmin ərəfədə ona iki gündən bir BMCMİ-nin müstəntiqi barəsində müvafiq orqanlara şikayət ərizələri yazdırmışdır. Qabil 150.000 manat məbləğində pulu qaytara bilməyəcəyi halda, özünə məxsus təsərrüfatı onun adına keçirməsini bildirmiş, o da dəyəri 750.000 manat olan təsərrüfat üçün 150.000 manatın üstündə əlavə pul verə biləcəyini soruşduqda Qabil narahat olmamasını, 10 faizlik paya görə ona əlavə pul da verəcəyini bildirmişdir. O, pulun qaytarılması məsələsini uzatdıqca Qabil payı 51 faizədək qaldırmışdır. Qabil ona qarşı çox yaxşı davranmış, həmçinin ərizə yazdığı ərəfələrdə BMCMİ-dən ona hər hansı zəng gəlmədiyindən Qabilin onu hər yerdə, Daxil İşlər Nazirliyi, prokurorluq və digər orqanlara tapşırdığını, habelə guya fonda pul köçürdüyünə görə ona hər hansı hüquq-mühafizə orqanından dəyib-dolaşılmadığını düşünmüşdür. O, növbəti gün müəssisəsinin 10-15 faizini Qabilin adına salmağı planlaşdırmış, lakin həmin gün ona BMCMİ-dən zəng gəlmiş və o, bir sıra sənədlərin imzalanması üçün idarəyə çağırılmışdır. O bu barədə Qabilə zəng edib məlumat verdikdə sonuncu rəisin yanına getməsini, orada olanda “analarının üzünə söy çıx” demişdir. Qabil onun tutulmasını istəyərək və bu yolla onun tutulacağını bilmiş, bu səbəbdən həmin dövrdə hər gün obyekti onun adına keçirməsini təkid etmişdir. O, BMCMİ-yə gedib sənədləri imzalayarkən tutulduğunu başa düşmüş, rəisin yanına aparıldıqda sonuncu onu tanıdıqlarını, onun yaxşı oğlan olduğunu, lakin yazdığı əsassız və yalan şikayətlərlə əlaqədar danlağa məruz qaldıqlarını bildirmişdir. O həmin gün tutulmaqla Bakı istintaq təcridxanasına aparılmış, oradan Qabilə zəng edərək “Necə baş prokurora tapşırmısan ki məni tuturlar?” demiş, Qabil də onun üzərinə qışqıraraq Baş prokurorun onu dələduzla tanış etdiyinə görə əsəbləşdiyini, buna görə də gedib cəzasını çəkməsini bildirmişdir. O, Qabilə verdiklərinin (pay və pulların) necə olacağını soruşduqda isə sonuncu ona qarşı iddia irəli sürərək “sən mənim pulumu qaytar, mənə borclusan” demiş, bundan sonra o da telefonu söndürmüşdür. O, Məhəmməd adlı vəkillə danışıb vəziyyəti ona izah etdikdən sonra Məhəmməd Qabillə əlaqə saxlamış, bu zaman Qabil onun barəsində Məhəmmədə yalandan şikayət edərək guya onun dələduz olduğunu, Vilayət Eyvazov və baş prokurorun ona görə Qabili danladığını demişdir. O, 20 gün həbsdə qaldıqdan sonra buraxılmış, həbsdən çıxdıqdan sonra Qabilə zəng edərək yanına getmiş, həmin vaxt yanında cavan bir şəxs də olmuş, həmin şəxsi onunla tanış edərək baş prokurorluqda cinayət axtarış idarəsində çalışdığını, yaxın zamanlarda hansısa rayona prokuror veriləcəyini, Elçin Məmmədovun yaxın adamı olduğunu demişdir. O, Qabilə “məndən bu qədər balıq, ikra və pul almısan. Bu nə oyundur başıma gətirmisən?” dedikdə Qabil restoranda qışqıraraq çıxıb getməsini tələb etmiş, o da həbsdə qaldığı müddətdə balıqlarının tələf olması ilə 200.000 manat ziyana düşdüyünü, habelə ona əlavə zərərin dəydiyini, ona dəymiş ziyanı ödəməli olduğunu bildirmişdir. Qabil sonradan onun zənglərinə, o cümlədən mesajlarına cavab verməyərək pulu qaytarmaqdan yayınmış, bu səbəbdən məcbur olub barəsində şikayət ərizəsi yazmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin iş üzrə ona vurulmuş 85990 manat ziyanın ödənilməsinə dair notarial qaydada həqiqətən də ərizə verdiyini, həmin ərizəni bir daha təsdiq etdiyini, lakin Təqsirləndirilən şəxs onun başına oyun açması və ona digər maddi və mənəvi ziyan vurması ilə əlaqədar sonuncu ilə barışmadığını bildirdi.

8. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 2021-ci ildən hazıradək Mərkəzi Bankda mütəxəssis kimi işləyir. Təqsirləndirilən şəxs təxminən 30 il əvvəldən tanısa da, qeyd olunan müddət ərzində onunla heç bir münasibəti olmamış, maliyyəçi olduğundan Qabil ona bir neçə dəfə maliyyə sahəsində məsləhətlər almaq məqsədi ilə zəng etmiş, sonuncu özünü hüquqşünas və həmçinin prokurorluq orqanlarında yüksək vəzifədə işləyən şəxs kimi tanıtmış, əvvəllər həmin şəxsin adının Qalib olduğunu bilmiş, yalnız araşdırma zamanı onun əsl adının Qabil olduğunu və hər hansı bir qurumda işləmədiyini öyrənmişdir. Zərərçəkmiş şəxs 2024-cü ilin noyabr ayından tanımış, sonuncunun bacısı Mehribanla qonşu olmaqla yanaşı rəfiqə olmuşlar. O, Mahirlə ümumi söhbət zamanı balıqçılıq təsərrüfatı ilə məşğul olduğunu öyrənmişdir. Mahirdən onun qonşularının bir neçə dəfə balıq aldıqlarını eşitmişdir. Bir müddət sonra Mehriban ona Mahirdən polis orqanına şikayət olunduğunu və ona köməklik edə biləcək şəxs tapmağı xahiş etmişdir. Hətta Mahirin bir neçə gün tutulduğunu və sonradan buraxıldığını öyrənmişdir. O, Qabilin prokurorluqda işlədiyini düşündüyü üçün sonuncunun ***-***-**-** mobil nömrəsini Mahirə verərək zəng edib görüşməsini məsləhət vermiş, lakin onlarla birlikdə hər hansı görüşdə və ya danışıqlarda iştirak etməmişdir. Mahirdən də Qabilin ona dəqiq olaraq köməklik edib-etməməsi barədə hər hansı məlumat almamış, həmçinin Mahir də ona Qabil ilə görüşləri və danışıqları barədə məlumat verməmişdir. 2024-cü ilin dekabr ayının sonlarında Qabil onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək Mahirə ona son model “İphone 16” markalı mobil telefon almasını deməyini xahiş etmiş, o, Qabilə hansı məqsədlə Mahirdən telefon istədiyini və hansı səbəbdən şəxsən Mahirə müraciət etmədiyini soruşduqda Qabil onun əsəbləşdiyini görüb danışığı bitirmişdir. O həmin vaxt Mahirlə əlaqə saxlayaraq Qabilin ona zəng edərək telefon almasını bildirdiyi zaman, Mahir ona məlumatı olduğunu, yaxın günlərdə Qabilə istədiyi mobil telefonu alıb verəcəyini bildirmişdir. O, Mahirdən nə üçün ona telefon aldığını soruşduğu zaman, sonuncu ona Qabilin onun barəsində polisdə olan işlə bağlı köməklik etməyə çalışdığını bildirmişdir. X9 telefon alıb-almadığını bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs hansı qaydada və kimin vasitəsi ilə Zərərçəkmiş şəxs köməklik edəcəyini bilməmiş, lakin, Qabil tərəfindən Mahirin aldadılacağını və nəticədə sonuncunun həbs olunacağını ağlına gətirməmişdir. Bundan başqa, 2025-ci ilin yanvar ayının əvvəlində Qabil ona zəng edərək Mahirin balıqçılıq təsərrüfatının 10 faizini qardaşı oğlunun və onun qızının adına keçirmək istədiyini və ondan qızının şəxsiyyət vəsiqəsinin fotosunu ona göndərməyini istədiyi zaman o, Qabildən nə üçün Mahirin təsərrüfatından özünə və ona pay verməli olduğunu soruşduqda, Qabil ona pul qarşılığında ondan pay alacağını bildirmiş, bu məsələ ona qaranlıq qaldığı üçün Qabilin təklifindən imtina edərək onunla əlaqəni kəsmiş, Qabilin təklifi barədə Mahirlə dəqiqləşdirmə apardığı zaman sonuncu Qabil ilə aralarında pay alqısatqısı ilə bağlı söhbətlər aparılmadığını, Qabilin onun işinə köməklik edəcəyi təqdirdə ona pay vermək fikrində olduğunu, lakin onun qızının adına pay almaq istəməsindən məlumatsız olduğunu bildirmişdir. O, Mahirə Qabilin onun xeyrinə iş həll etmədiyi təqdirdə hər hansı məbləğdə pul və ya təsərrüfatından pay verməməsini məsləhət görmüşdür. Lakin xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs istintaq orqanı tərəfindən həbs olunduğunu öyrəndiyi zaman əsəbiləşərək Qabilə zəng etməklə yanaşı SMS yazaraq Mahirə kömək edə bilməyəcəkdisə niyə onu aldatdığını və nəticədə onun həbsinə səbəb olduğunu bildirdiyi zaman Qabil ona istifadəsində olan nömrəsi ilə xx.xx.2025-ci il tarixdə, saat 14:18–də SMS yazaraq “Yekun sənədin xitam qərarının hazırlandığını, buraxılacağını, nigaran qalmamağı, Mahiri canavarın ağzından aldığını bu gün bitəcəyini və səbrli olmağını”, “Mahirin heç kimə borcu olmadığını” və s. kimi yazılar göndərsə də, artıq axşam saatlarında ona əsəbindən bir daha Mahiri narahat etməməyini yazmışdır. Qabil isə ona and içərək Mahirə cinayət işinin açılmadığı, baş prokurorluqdan rəsmi göstəriş olduğu, 48 saat ərzində həbsdən azad olunacağı məzmunda mesaj göndərək onu da aldatmışdır. O, Qabilin Baş prokurorluqda işlədiyinə və oradan tapşırıq verildiyinə inanmışdır. Artıq xx.xx.2025-ci il tarixdən 48 saat keçdikdən sonra Mahirin buraxılmadığını görüb Qabilin həqiqətən də yalan danışdığına əmin olub xx.xx.2025-ci il tarixdə onları tanış etdiyinə görə çox peşman olduğu üçün Qabilə zəng edərək əsəbi şəkildə Mahiri aldatdığını və onunla əlaqəni kəsməsini tapşırmış, daha sonra Qabil ona SMS yazaraq Mahirin guya onu aldatdığını bildirmiş, daha sonra xx.xx.2025-ci il tarixdə səhər Qabil ilə danışmaq istədiyi üçün SMS yazmış, lakin Qabil ona yalandan “Türmədə adam dindirirəm” sözlərini yazdığı üçün onun həqiqətən də, prokurorluqda vəzifədə olduğuna əmin olmuşdur. Daha sonra Mahir ona həbsdən çıxdıqdan sonra, Qabilin tapşırığı ilə sonuncu ilə görüşləri və danışıqları barədə ona məlumat vermədiyini, lakin Qabilin onu aldatdığını, sonuncunun prokurorluqda işləmədiyini, ondan barəsində olan cinayət işinə xitam verdirəcəyi vədi ilə 50.000 manat nağd pul, iki ədəd 6.800 manat dəyərində “İphone 16 pro max” markalı mobil telefon və 29-30 min dəyərində dəniz məhsulları aldığını, barəsində hüquqmühafizə orqanlarına şikayət edəcəyini bildirərək Qabil ilə görüşməkdə ona köməklik etməyini ondan xahiş etmişdir. O, əmisi Bayraməliyə bir ağsaqqal kimi onlarla görüşüb aralarında olan narazılığı aradan qaldırmasını xahiş etdiyi üçün sonuncu hər ikisi ilə görüşmüş, hər ikisi ayrı-ayrılıqda özünü haqlı bilmiş, lakin Qabil Mahirin görüşlərindən yayındığı sonuncu hüquqmühafizə orqanlarına şikayət etmişdir. O həmçinin Qabilin yalan danışdığını, onunla birlikdə Mahirin balıqçılıq təsərrüfatından hər hansı dəyərdə pay almaq fikrində olmadığını, öncədən və daha sonra belə bir razılıqları olmadığını, Mahirə hər hansı bir məbləğdə pul vermədiyini, Qabil ilə bir dəfə nahar vaxtı təsadüfən fəvvarələr bağında görüşdükləri zaman 500 avroluq əskinasları ona göstərərək həmin pul vahidinin istifadədə olubolmadığını maraqlandığı zaman həmin pul vahidinin dövriyyədən çıxarıldığını bildirmiş, Qabilin ona Mahirə hər hansı bir məbləğdə pul və ya dəyərli saat verdiyini demiş, həmçinin Mahirdən Qabilin ona 10.000 ABŞ dolları məbləğində pul vəsaiti verib-vermədiyini soruşduğu zaman, sonuncu Qabilin yalan danışdığını ona bildirmişdir.

9. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, o, Mahirlə Qabili özü tanış etmiş, lakin aralarındakı söhbətlərin məzmunundan məlumatı olmamışdır. Uzun illər əvvəl qaynatasıgildə keçirilən yığıncaq zamanı Qabil orqan işçisi olduğunu bildirmiş, lakin həmin vaxt onun konkret olaraq hansı orqanın əməkdaşı olmasını bilməmiş, Mahir tutulduqdan sonra Qabil sonuncunun 48 saatdan artıq müddətə tutula bilməyəcəyini, hazırda dindirmədə olmasını, prokurorluqda olmasını və sair bu kimi ifadələr işlədərək onu həqiqətən də prokurorluqda işləməklə sözü keçən adam olmasına inandırmışdır. O, yalnız fond söhbətini eşitmiş, Mahir ona özünü yaxşı sahibkar kimi qələmə vermək üçün Qabilin tapşırığı ilə fonda 100.000 manat köçürəcəyini bildirmişdir. Lakin sonradan həmin məsələnin də yalan olduğunu öyrənmişdir.

10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Şahid1 əmisidir, sonuncu 2025-ci ilin əvvəllərində qonşusunun qardaşı Zərərçəkmiş şəxs adlı şəxsin şərlənərək polis orqanına çağırıldığı üçün uzun müddət tanıdığı və prokurorluqda işlədiyini bildiyi Qalib adlı şəxsdən Mahirə köməklik etməsini xahiş etdiyini, daha sonra Mahir adlı şəxsin xx.xx.2025-ci il tarixdə həbs olunaraq bir müddət sonra azadlığa buraxıldığını, Qabil tərəfindən aldadıldığını düşündüyünü ona bildirmişdir. X13 tanış etdiyindən və Qabil Mahirin görüşlərindən yayındığından ondan bir böyük kimi onlarla görüşüb aralarında yaranmış narazılığı aradan qaldırılmasında köməklik etməsini xahiş etmişdir. O, əvvəlcə Qabil adlı şəxslə zəngləşərək 2025-ci ilin mart ayının sonlarında “Ayna Sultanovanın” heykəlinin arxa tərəfində fəaliyyət göstərən “Qəbələ” adlı kafedə görüşmüş, görüş zamanı, Qabilin uzun müddət X7 işlədiyini özündən öyrənmiş, hətta onların ortaq tanışları olduğunu dəqiqləşdirmişdir. O, Mahir adlı şəxslə aralarında nə baş verdiyini soruşduqda, Qabil ona Mahir adlı şəxsi Aybənizin vasitəsi ilə tanıdığını, ondan bir neçə dəfə dostlarına pay göndərmək üçün dəniz məhsulları aldığını və Mahirə ümumilikdə 10.000 ABŞ dolları ödədiyini bildirsə də, Mahirin ondan yüksək məbləğdə əlavə pul istədiyini bildirmişdir. Qabil Mahirin ona yalnız bir neçə dəfə tanışlarına pay göndərmək üçün dəniz məhsulları və 1 ədəd “İphone 16" markalı telefon verdiyini bildirmişdir. Qabil Mahirdən götürdüyü məhsulların qarşılığında ona 10.000 ABŞ dolları yəni, 17.000 manat pul vəsaiti verdiyini, lakin Mahirə artıq ödəniş etdiyini, aldığı balıq məhsullarının dəyərinin 7.000 manat təşkil etdiyini, ona 10.000 manat artıq ödədiyini və həmin pulu geri qaytarmalı olduğunu bildirmişdir. Əlavə olaraq Mahirdən aldığı mobil telefonun yaddaşı az olduğu üçün həmin telefonun ona qaytarılması üçün Namiq adlı ortaq tanışına verdiyini, lakin, Mahir onunla görüşüb telefonu götürmədiyini bildirmişdir. Mahirlə görüşüb təkrar bir araya gələcəklərini razılaşmışlar. Bundan sonra o, aprel ayının əvvəlində Mahirlə Bakı şəhərində 4-cü mikrorayon dairəsi yaxınlığında kafedə görüşmüş, ona Qabil ilə görüşdüyünü, Qabilin ondan aldığı dəniz məhsulları qarşılığında 10.000 ABŞ dolları pul verdiyini, aldığı məhsulların dəyərinin 7.000 manat olduğunu və 10.000 manat pulun geri qaytarılmasını istədiyini bildirmişdir. Mahir isə Qabilin Baş prokurorluqda yüksək vəzifədə işlədiyi üçün Prokurorluqda və X7 işləyən yüksək vəzifəli şəxslərin vasitəsi ilə barəsində olan cinayət işinə köməklik edəcəyini və gələcəkdə ona arxa olacağını düşünərək sonuncuya dəniz məhsulları, 2 ədəd son model “İphone 16 pro max” markalı mobil telefon, həmçinin 50.000 manat nağd şəkildə pul vəsaiti verdiyini bildirmişdir. O, Mahirə Qabilin prokurorluqda yox, əvvəllər X7 işlədiyini bildirərək, sonuncuya pul vəsaiti verərkən yanlarında digər şəxslərin olub-olmadığını soruşmuş, Mahir Qabilin prokurorluqda işləmədiyinə təəccüblə yanaşaraq polis orqanlarında işləməsinə inanmamış, sonuncu ilə görüşləri zamanı yanlarında kənar şəxslərin olmadığını bildirmişdir. O, Mahirdən hansı səbəbə həbs olunduğunu soruşduğu zaman Mahir hər hansı bir açıqlama verməmiş, sadəcə Qabilin onun işinə köməklik edəcəyinə inandığını, nəticədə həbs olunduğunu bildirmişdir. Mahir Qabilə 50.000 manat nağd pul vəsaiti, 6.800 manat dəyərində 2 ədəd “İphone 16 pro max” markalı mobil telefon və 29.190 manat dəyərində dəniz məhsulları verdiyini, ümumilikdə ona 85.990 manat maddi ziyan vurulduğunu bildirmişdir. O həmin vaxt Mahiri dinləmiş və Qabilə zəng edərək Mahirlə bir yerdə görüşüb aralarında olan narazılığı və pul məsələsini aydınlaşdırmağı təklif etsə də, Qabil Mahirə borclu olmadığını, sonuncu ilə bir araya gəlmək istəmədiyini, onun narahat edilməməsini tələb etməklə görüşdən yayınmışdır. Bundan başqa, 2025-ci ilin may ayının əvvəlində Qabil ona zəng edərək Mahirin ondan prokurorluq orqanlarına şikayət etdiyini, sonuncunun ona olan 10.000 manat pulunu geri qaytarmaqla şikayətini geri götürməsini bildirmiş, şikayətini geri götürəcəyi təqdirdə Mahirlə görüşüb aralarında olan boc məsələsini müəyyənləşdirməyi təklif etmişdir. O həmin vaxt ona Mahirlə görüşüb aralarında olan narazılığı aradan qaldırmağı təklif etsə də, Qabil sağollaşmadan danışığı bitirməklə Mahirlə görüşdən yayınmışdır.

11. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma dayısıdır. Dayısı uzun müddətdir balıqçılıq təsərrüfatı ilə məşğul olmaqla Oğuz rayonunda balıq yetişdirmə təsərrüfatı vardır. Arabir ona pul lazım olanda dayısı Mahirdən borc alıb qaytarmışdır. 2024-cü ilin dekabr ayının sonlarında yeni il bayramına bir neçə gün qalmış Mahir ona zəng edərək 50.000 manat pul lazım olduğunu, həmin məbləği borc kimi ona tapmasını xahiş etmişdir. O da həmin məbləği tapmaqda çətinlik çəkdiyini, lakin çalışıb müəyyən məbləğ tapacağını bildirmişdir. Həmin ərəfələrdə özü 10.000 manat pul toplamışdır. Dayısı həmişə ona kömək əlini uzatdığı üçün həmin məbləği ona verməyi düşünmüşdür. Daha sonra Mahirə zəng edərək 10.000 manat pulu guya tanışından bir təhər tapdığını bildirərək onunla “Şamaxinka” deyilən yerdə evlərinin yaxınlığında görüşüb vermişdir. Mahirə pulu verəndə həmin pulun tanışından götürdüyünü, tanışı tərəfindən pul istənildiyi zaman geri qaytarmaq lazım olduğunu bildirmişdir. O, dayısına pulunun qaytarılması üçün elə demişdir. Mahir də həmin məbləği qaytaracağına söz vermiş, lakin həmin məbləği nəyə görə və ya kimə verəcəyini bildirməmiş, sadəcə 50.000 manat toplamalı olduğunu bildirmişdir. Daha sonra Mahir polis orqanları tərəfindən kiməsə borcu olduğuna görə həbs edilmişdir. O, azadlığa çıxdıqdan sonra ona bir qədər səbrli olmağı və borcunu qaytaracağını bildirmişdir. Ona təcili pul lazım olmadığından dayısını tələsdirməmişdir. Sonradan dayısı Mahir tanışı Qabil adlı şəxsin ona köməklik göstərəcəyini demiş, lakin Qabil adlı şəxsi görməmiş, yalnız adını eşitmişdir.

12. Məhkəmədə iş üzrə şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən 5-6 il əvvəldən tanıyır, sonuncu onun tələbəsi olmaqla aralarında normal münasibətləri olmuş, hörmətini saxlamış, həmçinin dindar olmaqla mehriban və mülayim insandır. Təqsirləndirilən şəxs deməsinə görə, əvvəllər X7 işləməklə hazırda təqaüddədir. 2025-ci ilin yanvar ayının ortalarında Qabil ona zəng edərək İçərişəhərdə yerləşən “Qədim bağ” restoranına dəvət etmişdir. Həmin vaxt onun şəxsi işləri olduğundan tələsik yolüstü onunla həmin restoranda görüşmüşdür. Onunla birlikdə masada Zərərçəkmiş şəxs və onun təxminən 10 yaşlı oğlu əyləşmişdir. Qabil ona Mahirin oğluna məşq keçməyi və gələcəkdə yarışlara hazırlamağı xahiş etmişdir. O, razılıq verdikdən sonra nömrəsini Mahirə təqdim edərək uşağı gətirəcəyi təqdirdə onunla əlaqə saxlamasını bildirib getmişdir. Mahirin nə işlə məşğul olmasını və Qabil ilə nə kimi münasibətdə olmasını bilmir. Onu bir dəfə elə Qabilin yanında görmüşdür. Həmin vaxtdan sonra Mahir ona nə zəng etmiş, nə də uşağını yanına göndərmişdir. Görüş zamanı Qabil yalnız onun idmanda əldə etdiyi nailiyyətlər barədə danışmış, onların digər hər hansı bir mövzuda danışıqlar aparmasının şahidi olmamışdır. Təxminən mart ayının ortalarında Qabil onu Daxili İşlər Nazirliyinin yaxınlığına çağıraraq bağlamada “iPhone 16” markalı mobil telefonu ona verib Mahirlə aralarında narazılıq yarandığını bildirərək həmin telefonu sonuncuya təhvil verməsini ondan xahiş etmişdir. O, mobil telefonu vaxt edib Mahirə çatdırması üçün götürmüş, təxminən iki gün sonra o, Mahirə zəng edərək Qabilin ona verdiyi mobil telefonu ona çatdırmalı olmasını bildirmiş, lakin Mahir rayonda olduğunu deyərək Bakı şəhərinə gəldiyi zaman onunla görüşəcəyini qeyd etmiş, buna baxmayaraq uzun müddət ona zəng etməmiş, mobil telefon da onda qalmışdır. O, dəfələrlə həmin mobil telefonu Qabilə qaytarmaq istəmiş, sonuncu vaxt edib telefonu ondan götürəcəyini bilmiş, lakin uzun müddət telefonu ondan təhvil almamışdır. Həmin mobil telefon bağlı qutuda “iPhone 16 Pro Max” markalı 256GB yaddaşlı, İMEİ **********05902 nömrəlidir. Sonradan həmin mobil telefonu təhvil vermişdir.

13. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 6 may 2025-ci il tarixdə verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmişdir. Şahid3 həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, sonuncu Oğuz rayonunda balıqçılıq təsərrüfatı ilə məşğul olmuş, balıqçılıq təsərrüfatı ilə bağlı şərikinin ondan şikayəti əsasında Mahirin barəsində BMCMİ-də cinayət işi istintaq olunmuş, Mahir Baş Prokurorluqda İstintaq idarəsinin rəisi işləyən Qabil adlı şəxsi tanıdığını, həmin şəxsin onun barəsində istintaq olunan cinayət işinin icraatına xitam verilməsinə köməklik edəcəyini bildirmişdir. 2024-cü ilin dekabr ayının əvvəlində Mahir həmin şəxsin 1 ədəd “İphone 16 pro max” markalı mobil telefon istədiyini bildirdiyi üçün onunla İnşaatçılar metrostansiyası yaxınlığında bir neçə mobil telefon dükanlarına getmiş, Mahir kreditə telefon götürmək istəsə də, həmin vaxt mobil telefon ala bilməmişdir. Bir neçə gün sonra Mahir mobil telefon almaq üçün 500 manat pulu çatmadığını bildirib, ondan borc istəmiş, o həmin məbləği “MilliÖn” ödəniş terminalı vasitəsi ilə sonuncunun "xxxx" ASC-yə məxsus kart hesabına göndərmişdir. X10 adlı şəxsin tapşırığı ilə vəzifəli şəxslərə pay verilməsi üçün iki ədəd “İphone 16 pro max” markalı mobil telefon alıb verdiyini öyrənmişdir. Bundan başqa, 2024-cü ilin dekabr ayının sonlarında Mahir ondan təcili olaraq 50.000 manat pul tələb olunduğunu bildirərək ondan həmin məbləği borc istəmiş, ona həmin məbləği tapmaqda çətinlik çəkdiyini, lakin müəyyən hissəsini tapacağına söz vermişdir. O, Mahirdən həmin məbləği hansı məqsəd üçün istədiyini soruşduğu zaman sonuncu Qabil adlı şəxsin köməkliyi ilə barəsində olan cinayət işinin icraatına xitam veriləcəyini bildirmişdir. Daha sonra 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar aylarında Mahirin iki-üç dəfə dəniz məhsullarından ibarət pay düzəldib vəzifəli şəxslərə təqdim edilməsi üçün Qabil adlı şəxsə verdiyinin şahidi olmuşdur. Daha sonra Mahir 15.000 manat topladığını, qalan 35.000 manat pul vəsaitinin toplanmasında ona köməklik etməsini xahiş etdiyi üçün o, qısa müddətdə həmin məbləği toplamış və 19 yanvar 2025-ci il tarixdə Mahiri öz kafesinə çağıraraq Mahirə istədiyi məbləği düzəltdiyini, lakin onunla birlikdə Qabil adlı şəxslə görüşüb verməyi təklif etmişdir. Bununla da, saat 19 radələrində Mahirin avtomobili ilə Baş Prokurorluğunun yaxınlığına gedərək Mahirə 35.000 manat pulu sellofan paketdə vermiş, sonuncu ona həmin məbləği götürüb özündə olan 15.000 manatı da üzərinə qoyub ümumilikdə 50.000 manat pulu Qabil adlı şəxsə verib qayıdacağını bildirmiş, o, təkrar ona görüşə birlikdə getməyi və onun iştirakı ilə pulu verməyi təklif etsə də, Mahir ona Qabil adlı şəxsin sonuncu ilə görüşlərə tək gəlməsini öncədən tapşırdığı üçün ona maşında gözləməyi xahiş etmiş, özü isə 30-40 dəqiqə sonra geri qayıdaraq həmin şəxslə İçərişəhərdə fəaliyyət göstərən “Qədim bağ” restoranında görüşüb pulu verdiyini, daha sonra həmin şəxsin tapşırığı ilə elə həmin gün 4 dəniz məhsullarını çatdıracağı üçün onu öz kafesinə düşürüb daha sonra payları aparıb çatdıracağını bildirmişdir. O, fevral ayının 2-də Mahirin BMCMİ tərəfindən həbs olunduğunu, elə həmin ayın sonlarında qarşı tərəfin ziyanını ödədiyi üçün azadlığa buraxıldığını öyrənmiş, sonuncu ilə görüşdüyü zaman Mahir ona özünü Baş Prokurorluğun yüksək vəzifəli şəxsi kimi təqdim etdiyi Qabil adlı şəxs tərəfindən aldadıldığını, ona ümumilikdə nağd şəkildə 50.000 manat pul vəsaiti, iki ədəd 6.800 manat dəyərində “İphone 16 pro max” markalı mobil telefon və 29-30 min manat dəyərində dəniz məhsulları verdiyini, lakin Qabil adlı şəxsin onun xeyrinə hər hansı iş görmədiyini, sonuncu tərəfindən aldadıldığını və nəticədə polis orqanı tərəfindən həbs olunduğunu, həmin şəxsin onun görüşlərindən yayındığını bildirərək barəsində hüquqmühafizə orqanlarına şikayət etdiyini ona bildirmişdir (Cild 1, i.v. 93-97;).

14. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ifadəsi ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

15. “Cinayət işinin başlanması barədə”, “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 16 aprel 2025-ci il tarixli və “Birgə istintaq qrupunun yaradılması haqqında” 19 aprel 2025ci il tarixli qərarlardan görünür ki, 16 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi İİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən Təqsirləndirilən şəxs özünü Baş Prokurorluğun istintaq idarəsinin rəisi kimi təqdim edərək vətəndaş Zərərçəkmiş şəxs barəsində həmin idarədə başlamış cinayət işinin icraatına xitam veriləcəyi müqabilində Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinə qiymətli hədiyyələr və pul vəsaiti verilməsi adı ilə sonuncunun ümumilikdə 85.990 manat pulunu ələ keçirməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq ibtidai istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə göndərilmiş və cinayət işi həmin idarənin mühüm işlər üzrə müstəntiqi kiçik ədliyyə müşaviri Kamil Ələkbərov tərəfindən icraata götürülərək istintaqı aparılmış, 19 aprel 2025-ci il tarixdə isə Azərbaycan Respublikasının Baş prokurorunun qərarı ilə müstəntiq Kamil Əkbərovun rəhbərliyi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı X4 ibarət birgə istintaq qrupu yaradılaraq ibtidai istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 4,5;32-33;).

16. Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış 18 mart 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs BMCMİ-də barəsində aparılan araşdırma üzrə ona köməklik göstərilməklə müsbət qərar qəbul edilməsi adı ilə özünü Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi kimi təqdim edən Qalib adlı şəxsin Baş Prokurorluğun yüksək vəzifəli rəhbər şəxsləri ilə onun məsələsini danışdığını bildirərək həmin şəxslərə veriləcəyi adı ilə onun 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar ayları ərzində ümumilikdə 92.400 manat məbləğində əmlakını dələduzluq yolu ilə ələ keçirdiyini bildirərək qeyd olunan Qalib adlı şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (Cild 1,i.v.7-8;).

17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X14 21 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır (Cild 1, i.v.34;).

18. “Baxış keçirilməsi haqqında” 22 aprel 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Şahid1 tərəfindən təqdim edilməklə cinayət işinin materiallarına əlavə edilmiş “WhatsApp” proqram təminatı vasitəsilə göndərilmiş səs və yazılara baxış zamanı Şahid1 Təqsirləndirilən şəxs adlı şəxsin mobil nömrəsini “prakror QALİB” kimi qeydə aldığı müəyyən edilmişdir. Aparılmış yazışmalara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı yazışmaların olması müəyyən edilmişdir: Təqsirləndirilən şəxs: xx.xx.2025-ci il tarixdə saat 14:18–də SMS yazaraq “Yekun sənəd xətm qerarı hazırlanır, buraxırlar, nigaran qalma, pay nedir Vilayet özü ora sahib olmaq istəyir, şikayətçilər onun öyrədilmələridir, seyfullalıq deyil bu. Mən canavarın ağzından alıram Mahiri, bu gün bitəcəkdir, mahir her şeyi danışacaqdır, biləcəksən, səbr olmayıb səndə!” Şahid1: “Siz düz demirsiz xeyr ödəniş tələb edirlər Vilayət neynir 800 minlik obyekti istəyir verək Vilayətə gözü könlü tox olsun bəsdirin dedim çəkilin”, Təqsirləndirilən şəxs: “Heç kimə borcu yoxdur ödəyə. İndi hər çinovnik balıq doğuzdurmaq istəyir hətda. Bəylərin özüdə.sən inanma”, Şahid1: “Sən birdə mahirə zəng etmə!!!!!”, Təqsirləndirilən şəxs: “And olsun Allaha ona cinayət işi açıla bilməz baş prokurorluqdan rəsmi göstəriş var. Mahiri qorxuzurlar. 48 saat maksimum səbr edin. Tələsməyin verməyə hədər, kişidir arvad deyilki, Məhkəmədə olan işdə həbs ola bilməz advokatından soruşun ÜÇTƏLİK BİZİM MƏKTUB” Şahid1: “Salam danışaq”, Təqsirləndirilən şəxs: “Türmədə adam dindirirəm.sonra” (Cild 1, i.v. 35-38;).

19. “Baxış keçirilməsi haqqında” 22 aprel 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilməklə cinayət işinin materiallarına əlavə edilmiş “WhatsApp” proqram təminatı vasitəsilə göndərilmiş səs və yazılara baxış zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs adlı şəxsin mobil nömrəsini “Qalib m Prakror” kimi qeydə aldığı müəyyən edilmişdir. Aparılmış yazışmaların məzmununa baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı yazışmaların olması müəyyən edilmişdir: Zərərçəkmiş şəxs: “Ay Qalib müəllim sən fonda 150 min vermisən Baş prokurora 50 min vermisən deyirsən gəl onu söhbət edək ki hara vermisənsə gəl danışaq telefon ayfon 6 kq qara ikra 100 kq asetrin 140 kq beluqa kimə vermisən gəl raşot edək bitsin getsin nə var burda?”, “mənə başdan niyə demirdin get Allahdan istə yardımı bəndədən yox bəs məni niyə aldadırdın?” Təqsirləndirilən şəxs: “Sən məndən 10.000 dollar aldın pulu Ramazan bayramından sonra alacam. Pul mənim ki deil Allahındır. İnsan bir dəfə deyər ver borcumu, əgər borclu pulu verməsə Allah özü bilir nə edər. Bu şəriyyətidir. Halallıkdır”, Zərərçəkmiş şəxs: “Məni çöllərə salırdın, səndə mənim 6 kq, qara ikranı, ayfon telefonu 100 kq asetrin 140 kq beluqa balığı nə vaxt halallaşacaqsan məndən alıb Daxili işlər nazirinin birinci müavininə Baş Prokurora vermisən mənim işimdən yana onu nə vaxt halallaşacaqsan”, “mən səni nə tanırdım ki, pay yollayam sən məndən Baş prokurorun və Daxili işlər nazirinin birinci müavinin adlarını qeyd etməklə onlara vermək üçün almadınmı? Onların kq 2500 manata almışam gəl halallalaşaq, Qalib müəllim mənimlə halallaşmalısan vəssalam, Allahdan qorx mənə maddi və mənəvi ziyan vurmusan, sənin günahın haramçılığın yoxdursa niyə qaçırsan”, Təqsirləndirilən şəxs: “oruc ağızla düzgün danış dəmir 50qr qabda 3-4 dənə 3-4 dənədə balıq 31 dekabr hədiyyə gətirdin məndə dostlarıma payladım. Əgər xırdaçılıqlara cılız sözlərlə mənimlə hesablaşmaq istəyirsənsə mən kişiyəm, oğlunla oturub tanışlığımızı çörək kəsdiyimə görə etdiklərimi sadalamaram bunu xatirində saxla”, Zərərçəkmiş şəxs: “35000 manatlıq qara ikra telefon və 240 kq. asetrin balıqları”, Zərərçəkmiş şəxs: “xx.xx.2024. 6 eded 0,250 qr kürü kürü 3.750 azn, 6 eded astrin 35 kq 2100 az, 6 eded belqa. 90kq 4500 az, 6 eded syomqa 30kq 1500azn”, xx.xx.2025 “6 eded ikra 0250 qr 1500 kürü 3750 azn, 4 eded astrin 28kq 2240 azn, 4 eded belqa 30 kq 1500 azn” xx.xx.2025. “5 eded 0100 qram 0500qr 1250 azn, 4 eded astrin 28 kq 1680 azn, 4 eded belqa 60 kq 3000 azn, 3 eded bahalı arax”, xx.xx.2025 “6 eded kürü 0,600qr 1500 azn, 4 eded astrin 20 kq 1200 azn, 4 eded belqa 60kq.1500 azn”. Bundan başqa, 2-ci ses adlı fayla daxil olduqda orada Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında “WhatsApp” mobil tətbiqi vasitəsi ilə bir-birilərinə göndərilmiş səs yazılarından olan ismarıclar aşkar olunmuşdur. Həmin səs yazılarını dinlədikdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə danışıqları qeydə alınmışdır. Aparılmış səs yazılarına baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən fayllar aşağıdakı kimi müəyyən edilmişdir. AUD-20250408-WA0068 saylı səs yazısı olan fayla daxil olduqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanladığı səs yazıları aşağıdakı kimi qeydə alınmışdır: Təqsirləndirilən şəxs: “Bu gün iş günü deyil sən sabah saat 9 və ya 9:10 radələrində mənə zəng elə sonra get”. AUD-20250408-WA0069 saylı səs yazısı olan fayla daxil olduqda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanladığı səs yazısında qeydə alınanlar aşağıdakı kimi olmuşdur: Zərərçəkmiş şəxs: “Qalib müəllim sabahınız xeyir olsun bir daha, demişdiz 9:15-də zəng vur mənə. Dedim bir səs atım, görüşdə və ya işdə olarsız narahat etmiyim sizi. Qalib müəllim mən rayona çıxasıydım bir 2-3 saatlıq işim vardı. Dedim mən necə edim? Gedim rayona? Yoxsa Ramin məni yanına çığırıb onun yanına gedim? İkisindən birini. Dedim mən bu işlərdə ancaq sizi eşidirəm. Desəniz Raminin yanına get gedərəm, Desəz getmə getmərəm, bunnan bağlı necə edim mən?” AUD-20250408-WA0070 saylı səs yazısı olan fayla daxil olduqda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanladığı səs yazısında qeydə alınanlar aşağıdakı kimi olmuşdur: Zərərçəkmiş şəxs: “Qalib müəllim mən çatdım bura, içəri girirəm birdən söz zad çəp gələr, nəsə problem zad olub eliyər, bil ki ordayam, mən Aybəniz xanıma da dedim, dedim Aybəniz xanım mən gedirəm ora birdən zəng çatmasa, açıq qoyacam telefonu, maşında qoyub gedəcəm”. AUD-20250408-WA0071 saylı səs yazısı olan fayla daxil olduqda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanladığı səs yazısında qeydə alınanlar aşağıdakı kimi olmuşdur: Zərərçəkmiş şəxs:Yenə də dedim bir məlumatınız olsun, mən girirəm içəriyə, qaçmaq yaxşı bir şey deyil. AUD-20250408-WA0072 saylı səs yazısı olan fayla daxil olduqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanladığı səs yazısında qeydə alınanlar aşağıdakı kimi olmuşdur: Təqsirləndirilən şəxs: “Mən görürəm day cavab vermədin görünür səni saxladılar orda sorğu-sual edirlər, indi mən görürəm neynəməliyəm. Sən səbr elə bir balaca”. AUD-20250408-WA0074 saylı səs yazısı olan fayla daxil olduqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanladığı səs yazısında qeydə alınanlar aşağıdakı kimi olmuşdur: Təqsirləndirilən şəxs: “Cinayət işi qaldırılmalıdır biz tərəfdən qaldırılmalıdır. Onun özündən (köpəy uşağının) soruş gör siz prakuraturasız cinayət işi qaldıra bilərsiniz? Məni tuta bilərsiniz? Bunu soruş elə yanında. Bax bu var. Onlar səni qorxuzurlar. Bizsiz səni heç vaxt, heç vaxt cinayət işi qaldırıb həbs edə bilməzlər! Səni ancaq qorxuzub bir gün saxlıya bilərlər. O da olmayacaq axşam buraxacaqlar, bil onu! Ona görə ki, onlara xəbərdarlıq olub səhər səhər. Bu nədi belə? səni nəyə görə çağırırlar? Sadəcə olaraq səni qorxuzurlar, axşama kimi sənin qanını sovuracaqlar, qorxuzacaqlar elə bil ki, canavarın yanında bir quzu salıblar. Canavarların! İndi sən çıx gör indi bir, çıx İnşallah. Hər halda axşam olacaq da. Çıxardacam da sənə deyəcəklər di get. Qorxma bu sör söhbətdən.Möhkəm ol!”. AUD-20250408-WA0090 saylı səs yazısı olan fayla daxil olduqda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanladığı səs yazısında qeydə alınanlar aşağıdakı kimi olmuşdur: Zərərçəkmiş şəxs: “Qalib müəllim salam necəsiz? Qalib müəllim mənə bilirsiz nə maraqlıdı? Bu bu qədər oyunu fırıldağı, hardan öyrənmisiz? Sənin qıldığın namaz var ha qənim olacaq, qənim olacaq sənə, tələsməginən! Sən ki məni aldadıb belə oyuna salmısan, məndən Baş prokurorun adından, məndən banditizmin rəisi Əbülfət müəllimin adından, məndən Elçin Məmmədovun adından aldığın 103.770 manatlıq malın pulunu, məndən aldığın 2 dənə ayfon telefonun bunların hamısını kimə vermisən hamısı ortalığa çıxacaqdır gəl ortalığa çıx kişi kimi! Amma səndə kişilik görmürəm! Sənin kişiliklə bir əlaqəndə yoxdur məni rayondan Bakıya gətizdirmisən ki, gəlsin gələcəm. Mən durmuşam rayondan 400 km gəlmişəm. Sənsə bu gün ağsaqqala deyirsən ki, mənə zəng vurmayın. Sən saat 8-də ona zəng edən adam deyildin bu gün? Sən niyə gəlmirsən ortalığa? Gəl ortalığa çıx ki, kişi kimi söhbətimizi üz-üzə danışaq. Amma baxmayaraq ki, sənin özündə, şəxsiyyətində kişilik yoxdur. Gəl çıx ortalığa məni aldatmısan. Məni xeyli ziyana salmısan. Mənə yalandan ərizələr yazdırmısan. Bunların hamısının gəl hesabatını soruşacam. Bizim Azərbaycan Respublikasının qanunvericiliyində səni kimi maşennik ancaq cəzasını çəkməlidir. Gəl çıx ortalığa. Kişi kimi mənnən söhbətivi elə. Mən rayonnan bura gəlmişəm. Ağsaqqal deyib. Mən də gəlmişəm. Mən ağsaqqalın qapısına getmişəm. Səni tapmaq üçün. Sən amma mənim telefonlarfmdan qaçırsan, zəngimdən qaçırsan. Sən düz eləmirsən gəl çıx ortalığa. gəl çıx söhbətimizi edək. Mənə vurduğun ziyanı qarşılamalısan. Mənnən aldığın malları, pulları hamısını nisyə almışam. Həmin adamlar da, hamısı gəlib izihatını verəcəkdir. Onlara pul borcum var mənim. Gətir camahatın malının pulunu ver. Hüquqmühafizə orqanları tərəfindən cəzanı çəkəcəksən bunu bil”. AUD-20250408-WA0092 saylı səs yazısı olan fayla daxil olduqda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanladığı səs yazısında qeydə alınanlar aşağıdakı kimi olmuşdur: Zərərçəkmiş şəxs: “Mən mən olum. Sən sən ol. Sən bu maşennikliyin cəzasını çəkəcəksən. Gəl çıx ortalığa! Sənə verdiyim pulu istiyirəm. Başqa səndən pul istəmirəm. Gətir məndən aldığın verdiyin rüşvətləri, gətir malları, telefonları qaytar! Məndən aldığın pulu qaytar! Bir də, məndən aldığın ikraları ver! Bir də 150.000 manat fonda pul ödəmisən onun çekini gətir mənə ver! X17 fonduna nə vaxt ödəmisən 150.000 manat o pulu sən? Çıxartdın pulları saydın ki, aparıram sənin əvəzinə fonda verəcəm. Bir də, ondan 3 gün sonra məni dirədin divara haa gəl obyekti mənim oğlumun, qardaşım oğlumun adına keçirt, geri qalan pulu da, verəcəm, sənnən 100/50 şərikəm. Hanı bax. İndi mənnən şərik olurdun, hanı fonda hara 150.000 manat pul ödəmisən hanı o çek? Gətir ortalığa!”. Bundan başqa, CD diskdə digər səs yazıları olan faylların əksəriyyəti Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ünvanladığı eyni məzmunlu səs yazıları olmaqla, həmin səs yazılarında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu aldatdığını, ona maddi ziyan vurduğunu, görüşüb halallaşmağı bildirsə də, sonuncu tərəfindən Zərərçəkmiş şəxs müraciətləri cavabsız qalmışdır (Cild 1, i.v.39-47;).

20. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 30 yanvar 2025-ci il tarixli qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs BMCMİ-nin İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi polis polkovnik-leytenantı X8 tərəfindən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur (Cild 1, i.v. 63;).

21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-106/2025 saylı, 31 yanvar 2025ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs barəsində əvvəli 30 yanvar 2025-ci il tarixdən hesablanmaqla 7 aprel 2025-ci il tarixədək ********* nömrəli cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, 9 dekabr 2024-cü il tarixdə cinayət işi başlanmaqla icraata qəbul edilərək istintaqı aparılmış, 30 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs şübhəli şəxs qismində tutulmuş və təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (Cild 1, i.v.64-68;).

22. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs hüquqi ünvanı Qusar rayonu Bala Qusar kəndində yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir (Cild 1, i.v.69;).

23. Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 5 saylı MKİS tərəfindən verilmiş 26 aprel 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Zərifə Əliyeva (keçmiş Azərbaycan pr.) küçəsi 24 nömrəli evin 34 nömrəli mənzilində pasport qeydiyyatında olmaqla yaşayış yeri üzrə müsbət (yaşadığı müddətdə qonşulardan onun haqqında heç bir şikayət və başqa təşkilatlardan heç bir təqsirləndirici material daxil olmamışdır) xarakterizə olunur (Cild 1, i.v. 80-81;).

24. “Üzləşdirmə” 20 may 2025-ci il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək bir daha Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq özünü Baş Prokurorluğun istintaq idarəsinin rəisi kimi təqdim etməklə 50.000 manat pul vəsaitini, 6.800 manat dəyərində 2 ədəd mobil telefon və 29.190 manat dəyərində dəniz məhsullarını alaraq barəsində olan cinayət işinə xitam veriləcəyini vəd versə də, ona hər hansı köməklik etmədiyini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir (Cild 1, i.v. 104-116;).

25. Üzləşdirmə” 20 may 2025-ci il tarixli protokolundan görünür ki, X2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı hər ikisi öz ifadələrində bildirdikləri xüsusatları bir-birlərinin üzünə qarşı deməklə bir daha təsdiq etmişlər (Cild 1, i.v. 117-122;).

26. Azərbaycan Respublikasınınm Baş Prokurorluğundan daxil olmuş 22 may 2025-ci il tarixli məktub və həmin məktuba əlavə edilmiş məlumat cədvəlindən görünür ki, Zərərçəkmiş şəxs 1 noyabr 2024-cü il tarixdən 31 yanvar 2025-ci il tarixədək olan müddət ərzində 5 dəfə olmaqla müxtəlif tarixlərdə (xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə) BMCMİ-də barəsində əsassız araşdırmanın aparılması barədə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə müraciətlər etmişdir (Cild 1, i.v. 124- 125;).

27. “Sübutların qiymətləndirilməsi haqqında” 30 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməlin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2 və 310-cu maddələri ilə tövsif edilməsi və Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ittiham elan edilməsi, iş üzrə dəymiş ziyanın 85.990 manat olmasının müəyyən edilməsi, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilməsi, Təqsirləndirilən şəxs Şahid1 ilə qabaqcadan əlbir olmaqla Zərərçəkmiş şəxs əmlakını ələ keçirməsi xüsusatı üzrə əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən barələrində cinayət işinin başlanmasının rədd edilməsi, iş üzrə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş “Whatsapp” mobil tətbiqi vasitəsi ilə aparılmış yazışmalar və səs yazılar qeydə alındığı 1 (bir) ədəd CD disk və Şahid1 tərəfindən təqdim edilmiş “Whatsapp” mobil tətbiqi vasitəsi ilə aparılmış danışıqlara dair çıxarışların cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, iş üzrə digər şəxslər barəsində cinayət təqibinin başlanması rədd edildiyindən icraatın bu hissələrinə aid olan materialların cinayət işindən ayrıca ayrılaraq müəyyən edilmiş qaydada qeydiyyata alınmaqla İdarənin arxivində saxlanması qərara alınmışdır (Cild 1, i.v.127-145;).

28. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 30 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v. 148-149;).

29. “Təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında” 2 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2 və 310-cu maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i.v.161-164;).

30. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 2 iyun 2025ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v.190-191;).

31. Təqsirləndirilən şəxs tərəfindən 12 iyun 2025-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs kimi tanındığı ********* nömrəli cinayət işi üzrə tərəfindən Zərərçəkmiş şəxs vurduğu 85.990 manat məbləğində maddi ziyanın tam olaraq geri qaytarıldığını bildirərək həmin halın bunun nəzərə alınmasını xahiş etmişdir (Cild 1, i.v.198;).

32. Zərərçəkmiş şəxs tərəfindən 12 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs qismində tanındığı ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini qeyd edərək ona qarşı heç bir tələbi və şikayətinin olmadığını bildirmişdir (Cild 1, i.v. 200; 206;).

33. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Kamil Əkbərov tərəfindən tərtib edilmiş ittiham aktı 30 aprel 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, 172- 190;).

34. Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 iyul 2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2 və 310-cu maddələri ilə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

35. Zərərçəkmiş şəxs tərəfindən verilməklə notarial qaydada təsdiq edilmiş 22 iyul 2025ci il tarixli ərizədən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ona borcu yoxdur, ona qarşı heç bir iddia, şikayəti və tələbi yoxdur (Cild 2;).

36. AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs 8 dekabr 1957-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatdadır (Cild 2;).

37. “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktorudur.

38. “Azemis” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan və Təqsirləndirilən şəxs məxsus Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini tərəfindən verilmiş 011031 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs 8 aprel 1998-ci ildə verilmiş qeyd edilən vəsiqə Yusifov (Yusifli) Qabil Hadı oğlunun müharibə veteranı olmaqla Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olmasını təsdiq edir. Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə” ödənilən pensiya təyin edilmişdir (Cild 2;).

39. “Azərbaycanın Vətənpərvər Ziyalısı” diplomundan görünür ki, “Mərhəmət elçisi” jurnalının redaksiya heyətinin qərarına əsasən “polkovnik, istintaqçı Təqsirləndirilən şəxs” ictimai fəaliyyətinə görə qeyd olunan diplomla təltif olunmuşdur (Cild 2;).

40. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş “Lifescan” xəstəliyi haqqında “mrt” müayinəsinin “QR” kodlu elektron sənədindən görünür ki, o müxtəlif xəstəlikdən əziyyət çəkir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

41. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

43. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

44. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

45. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin Məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə həmin maddə ilə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

46. CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür.

47. CM-in 310-cu maddəsində özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməyə görə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

48. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.3.2, 29,178.3.2 və 310-cu maddələri ilə düzgün tövsif edilməmişdir.

49. Belə ki, məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs CM-in 29,178.3.2-ci maddəsi ilə ittiham olunmasına dair hissədə qeyd edir ki, dövlət ittihamçısı məhkəmə çıxışları zamanı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarına istinad edərək göstərdi ki, şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Dövlət ittihamçısı qeyd olunan qərara əsasən təqsirləndirilən şəxs tərəfindən həm zərərçəkmiş şəxsin ələ keçirilmiş əmlakının, həm də ələ keçirməyə cəhd etdiyi əmlakının rəqəm ifadəsi ilə külli miqdarda olmasını nəzərə alaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 178.3.2 və 310-cu maddələri ilə tam əhatə olunduğunu və CM-in 29,178.3.2-ci maddəsinin rəqəm ifadəsinin ona elan olunmuş ümumi ittihamdan xaric olunmasını xahiş etmişdir.

50. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir. Şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4-cü və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir.

51. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dövlət ittihamçısının təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı təklifi qanunvericiliyin və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun olduğundan nəzərə alınmalı, təqsirləndirilən şəxsə qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş CM-in 178.3.2 və 29,178.3.2-ci maddələri ilə olan ümumi ittihamdan CM-in 29,178.3.2-ci maddəsi rəqəm ifadəsində xaric olunmalıdır.

52. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

53. Belə ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.

54. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 178.3.2-ci maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər).

55. Məhkəmə ilk növbədə vurğulayır ki, dələduzluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir və subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında tamah məqsədilə törədilir. Dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur.

56. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (qərarın 1-ci bəndi). Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər (qərarın 2-ci bəndi). Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (qərarın 3-cü bəndi). Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər (qərarın 5-ci bəndi). Qeyd edilən qərarın 36-cı bəndinin 3, 4 və 10-cu abzaslarında göstərilmişdir ki, izah edilsin ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərər çəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi yalnız dələduzluq kimi qiymətləndirilir. Belə halda təqsirkar rüşvətxorluqda vasitəçi kimi iştirak etmədiyindən əmlakı ələ keçirilmiş şəxs zərər çəkmiş, cinayət təqibi zamanı mülki iddia verdikdə isə - həm də mülki iddiaçı kimi tanınmalıdır. Təqsirkarın özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsi aldatmanın üsulu kimi çıxış etdiyinə görə onun əməlinin əlavə olaraq CM-in 310-cu maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. Lakin özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar dələduzluq cinayətini törədən şəxs özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirməklə yanaşı, fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan digər hərəkətlər də törətdikdə onun əməli cinayətlərin məcmusu üzrə CM-in 178 və 310-cu maddələri ilə tövsif edilir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (qərarın 39-cu bəndi).

57. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsə CM-in 310-cu maddəsi ilə elan edilmiş ittihamla bağlı qeyd edir ki, cinayət hüququnda özünü vəzifəli şəxs kimi təqdim etmə dedikdə, şəxsin özünü başqalarına əslində malik olmadığı səlahiyyətlərin daşıyıcısı kimi təqdim etməsi başa düşülməlidir. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, CM-in 310-cu maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində dövlət xidmətinin və yerli özünüidarə xidmətinin mənafeyinə qəsd edilir, həmin orqanların fəaliyyəti təhlükə altına alınır, onlar əhalinin gözündə nüfüzdan düşür, həmçinin fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri kobud şəkildə pozulur. Bu cinayətin obyektiv cəhətini təşkil edən hərəkət fiziki və ya hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə (əmlak xarakterli ziyan vurulması, şəxslərin müxtəlif hüquq və azadlıqlarının pozulması, fiziki və ya hüquqi şəxslərin işgüzar nüfuzunun ləkələnməsi və sair) pozduqda baş çatmış cinayət hesab ediləcəkdir. Hər bir halda baş vermiş pozuntu ilə törədilmiş əməl arasında səbəbli əlaqə olmalıdır. Təqsirkar özünü özbaşına vəzifəli şəxs kimi təqdim etməklə ictiami təhlükəli hərəkət etdiyini dərk edir, bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulacağını qabaqcadan görür və bunun baş verməsini arzu edir və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir.

58. Məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid1 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs özbaşına özünü Baş Prokurorluğun rəhbər vəzifəli şəxsi kimi tanıdaraq yüksək vəzifəli şəxslərlə geniş əlaqələrə malik olmasına dair həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə zərərçəkmiş şəxs barəsində BMCMİ-də açılmış cinayət işinə xitam verdiyəcəyini vəd verib bu məqsədlə Zərərçəkmiş şəxs ayrı-ayrı yüksək vəzifəli şəxslərə vermək adı ilə müxtəlif bahalı dəniz məhsulları, əşya və pul vəsaiti olmaqla, ümumilikdə 85.990 manat məbləğində əmlak alaraq ələ keçirdiyi həmin əmlakı öz şəxsi ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş və bununla da Azərbaycan Respublikası Baş Prokurorluğunu əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməmişdir. Müdafiə tərəfi təkidlə iş üzrə zərərçəkmiş şəxsə hər hansı ziyan vurulmadığını, zərərçəkmiş şəxs tərəfindən ona verilmiş dəniz məhsullarının, eləcə də mobil telefonların hər hansı öhdəliyin yerinə yetirilməsi məqsədilə deyil, pay kimi verildiyini, ibtidai istintaq orqanı tərəfindən həbsə alınmaqla ölkə hüdudlarına giriş-çıxış imkanlarına məhdudiyyət qoyulması təhlükəsi ilə əlaqədar zərərçəkmiş şəxs tərəfindən ona vurulması iddia edilən maddi ziyanı ödəməsini qeyd etməklə məsuliyyətdən yayınmağa cəhd etmişdir. Halbuki, müdafiə tərəfinin qeyd etdiyi xüsusat yalnız təqsirləndirilən şəxsin hər hansı mötəbər dəlilə əsaslanmayan şəxsi mülahizələrindən ibarət olmaqla həm məhkəməyədək, həm də məhkəmə icraatı zamanı dindirilmiş şahid ifadələri, o cümlədən mötəbərliyi şübhə altına alına bilinməyən həm məhkəməyək, həm də məhkəmə icraatı zamanı iş materiallarına əlavə edilməklə tərəflərin iştirakı ilə tədqiq edilmiş yazışmalarla (mesajlarla) bütövlükdə inkar edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əvvəllər tanıdığı Şahid1 ona olan inamından irəli gələn müraciətindən sui-istifadə edib Zərərçəkmiş şəxs özünü etibarlı şəxs kimi qələmə verərək özünün guya yüksək vəzifəli şəxs olmaqla rəhbər vəzifəli şəxslərlə geniş əlaqələrinin olması ilə bağlı inamlı şəxs görüntüsü yaradıb ona qarşı xoş münasibət bəsləyərək “qanunsuz saxlanılmasına” dair ibtidai istintaq orqanına və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluq orqanına mütəmadi şikayət ərizələri yazmağa sövq etməklə hər şeyin onun nəzarəti altında olmasına inandırıb ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərin siyahısını ona təqdim edib guya həmin şəxslərə pay verməli olmasını təkid etmiş, həmçinin həmin şəxslərin onun tərəfindən göndərilmiş payları bəyənməsini xüsusi vurğulamaqla onun daxilində həvəs oyadaraq işinin tezliklə həll olunacağına dair arxayınlıq yaratmış, habelə özünə qarşı yaranmış inamını möhkəmləndirmək məqsədilə guya öz hesabına onun işini həll edəcəyini bildirib sonradan qısa müddət ərzində 150.000 manat məbləğində pulu ona çatdırmasını tələb etmiş, qeyd olunan məbləğdə pulun ona verilməsini təmin edə bilməyəcəyi təqdirdə isə öz təsərrüfatından müəyyən qədər payın onun hesabına keçirməsini bildirmiş, lakin növbəti günlərdə zərərçəkmiş şəxs həbs olunması ilə əlaqədar təqsirləndirilən şəxs tərəfindən etibarından sui-istifadə və aldatma yolu ilə dələduzluğa məruz qalmasını bilmişdir. Bundan sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə verdiyi vədləri inkar edərək onun tərəfindən verilmiş payları və pulları geri qaytarmaqdan boyun qaçırmış, habelə telefon zənglərinə cavab verməyərək əksinə zərərçəkmiş şəxsin özünü ittiham edərək onu haqsız çıxarmaqla ələ keçirdiyi əmlakı qaytarmamaqla məsuliyyətdən yayınmağa çalışmışdır. Qeyd olunanlar məhkəməyə haqlı olaraq bir daha Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamdan yayınmaq məqsədilə zərərçəkmiş şəxsə tərəfindən hər hansı ziyan vurulmamasına baxmayaraq həbs olunmasının qarşısını almaq üçün sonuncu tərəfindən iddia olunan məbləğdə pulu ödəməsinə dair verdiyi ifadələrinə tənqidi yanaşmaqla inandırıcı hesab edilmədən rədd edilməsinə əsas vermişdir.

59. Məhkəmə Təqsirləndirilən şəxs CM-in 178.3.2 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi nəticəsinə gələrkən ilk növbədə ona istinad etmişdir ki, o, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində özünü ona ittiham elan edilmiş əməllər üzrə təqsirli bilməsə də, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi həmin ifadələrində faktiki olaraq törətmiş olduğu cinayət əməlinin törədilmə üsulunu və mexanizmini açıqlamışdır.

60. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi və müdafiə tərəfinin qeyd etdiyi işin faktiki hallarına uyğun olmayan sair xüsusatlar onun özünün ziddiyyətli ifadəsindən başqa hər hansı mötəbər sübutla öz təsdiqini tapmadığından, əksinə cinayət təqibi üzrə toplanmış mötəbər sübutlarla tam inkar olunduğundan məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq onları Təqsirləndirilən şəxs cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıması kimi qiymətləndirir.

61. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını, sənədləri və digər sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-in 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 178.3.2 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri mövcuddur.

62. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

63. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

64. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə CPM-in müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

65. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

66. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.

67. Qeyd edilənlərə əsasən, məhkəmə, CPM-in 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etməsi və özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək fiziki və hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməsi tam sübuta yetirildiyindən onun əməlləri CM-in 178.3.2 və 310-cu maddələri ilə tövsif edilməli və o həmin maddələr ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.

68. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 178.3.2 və 310-cu maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 178.3.2 və 310-cu maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

69. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.

70. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

71. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.

72. Məhkəmə CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməklə aradan qaldırılmasını, CM-in 59.2-ci maddəsinə əsasən 67 yaşında olmaqla əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmamasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və müxtəlif xəstəliklərdən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

73. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.

74. CM-in 60.1-ci maddəsinə əsasən 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.

75. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2 və 310-cu maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

76. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.

77. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi hər bir cinayət əməlinə görə ayrı-ayrılıqda cəza təyin edilməli, daha sonra CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə ona hazırkı iş üzrə qəti cəza təyin edilməlidir.

78. CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir.

79. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hazırkı iş üzrə 2 iyun 2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

80. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

81. Bununla əlaqədar CM-in 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz.

82. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

83. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər.

84. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

85. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin.

86. Məhkəmə yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, zərərçəkmiş şəxsə cinayət əməli nəticəsində vurulmuş ziyanın tam şəkildə ödənilməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, o cümlədən 67 yaşında olmaqla əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, habelə məhkəmə icraatı dövründə davranışı nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz.

87. Belə ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-in cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi onu və ümumilikdə ailəsini ciddi məhrumiyyətlərə düçar edər, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışları nəzərə alınmaqla onu cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir.

88. CM-in 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər.

89. Məhkəmə, təqsirləndirilən şəxsin üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.

90. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə görə sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Sınaq müddətinin qurtarması ilə məhkum üzərində nəzarət dayandırılır və o, qeydiyyatdan çıxarılır.

91. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

92. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs təqdim etdiyi “WhatsApp” mobil tətbiqi vasitəsi ilə aparılmış yazışmalar və səs yazılarının köçürüldüyü 1(bir) ədəd CD disk və Şahid1 təqdim etdiyi “WhatsApp” mobil tətbiqi vasitəsi ilə aparılmış danışıqlara dair çıxarışın cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır.

93. İş üzrə üzərinə həbs qoyulmuş əmlak, mülki iddia və məhkəmə məsrəfləri yoxdur.

94. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

95. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

96. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzalar qismən toplanılmaqla qəti olaraq ona 5(beş) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilsin və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs təqdim etdiyi “WhatsApp” mobil tətbiqi vasitəsi ilə aparılmış yazışmalar və səs yazılarının köçürüldüyü 1(bir) ədəd CD disk və Şahid1 təqdim etdiyi “WhatsApp” mobil tətbiqi vasitəsi ilə aparılmış danışıqlara dair çıxarışın hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar