Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1499/2022 07.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, birinci dərəcəli hüquqşunas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, 07 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 yanvar 2022-ci il tarixdə barəsində ”həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq təkrarən talamaqla oğurluq etmiş, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 avqust 2021-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 4 “A” ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus «Mitsubishi Pajero» markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomaşının alt hissəsində yerləşən, dəyəri 1420 (min dörd yüz iyirmi) manat təşkil edən katalizatoru söküb çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 noyabr 2021-ci il tarixdə, saat 02 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Mitsubishi Pajero” markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomaşının alt hissəsində yerləşən, dəyəri 1500 (min beş yüz) manat təşkil edən katalizatoru söküb çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində «Kubinka» adlanan yerdə şəxsiyyəti müəyyənləşdirilməmiş qeyrisindən 120 manat pul ödəməklə qanunsuz olaraq satış məqsədi ilə bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 15,381 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli heroin narkotik vasitəsini külli miqdarda əldə edib üzərində saxlamaqla daşımış və 07 yanvar 2022-ci il tarixdə, saat 00:10 dəqiqədə ünvan 4 ünvanın qarşısında Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin (bundan sonra: RPİ-nin) 26-cı Polis Bölməsinin (bundan sonra: PB-nin) əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq PB-nin inzibati binasına aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 15,381 qram olmaqla külli miqdar təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli heroini narkotik vasitəsi aşkar edilərək ondan götürülmüşdür, yəni qeyd olunan hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs təkrar oğurluqda ehtiva olunan cinayət əməlini həm də tamah niyyəti ilə törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun özgə əmlakını gizli olaraq təkrarən talamaqla oğurluq etməsi və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması, yəni Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilsə də, həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilmədi və hər iki ittihamın mahiyyəti üzrə ifadəsində göstərdi ki, əvvəllər «Kənar Dairəvi yol»da yerləşən avtomobil bazarında avtomobil rəngsazı işləmiş, tutulmazdan bir neçə ay əvvəl isə işdən çıxmışdır. Təxminən son 8-9 il ərzində narkotik vasitə olan heroindən və marixuanadan istifadə etmiş, buna görə hətta 2016-cı ildə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş oğurluq ittihamları üzrə göstərdi ki, 2021-ci ilin avqust ayının təxminən sonunda, gecə saatlarında yaşadığı məhəllədən çıxaraq tək Parlament prospekti istiqamətində gəzərkən saat təxminən 03 radələrində 20 nömrəli məktəblə üzbəüz məhəllədə gümüşü rəngli «Mitsubishi Pajero» markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobilin asfaltla məsafəsi hündür olduğu üçün onun katalizatorunun sökülməsi ona rahat olmuşdur. Bu səbəbdən avtomobilin katalizatorunu söküb sataraq pul əldə etmək qərarına gəlmişdir. Gecə vaxtı olduğu üçün məhəllədə heç kim olmamış, lakin ehtiyyat üçün ətrafa nəzər salaraq heç kimin olmadığına bir daha əmin olduqdan sonra yaşadığı evdən çıxarkən özü ilə götürdüyü qaz açarı ilə həmin avtomobilin katalizatorunu söküb çıxartmışdır. Bir neçə gün katalizatorların alışı yerini axtardıqdan sonra Babək prospektində katalizator alışı məntəqəsini tapmışdır. Daha sonra həmin katalizatoru taksi ilə Babək prospektinə aparıb orada “Qulişitellərin təmiri və katalizatorların alışı-satışı” sexinə aparıb 250 manata satmışdır. O özü avtomobil ustası olduğu üçün katalizatoru satdığı şəxsləri tanımışdır. Onlarla heç bir münasibəti olmamış, həmçinin onlara katalizatorun oğurluq olması barədə bildirməmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərdi ki, 11 noyabr 2021-ci il tarixdə, saat 02 radələrində yaşadığı evə gedərkən məhəllələrin birindən keçən zaman orada yaşayış binasının qarşısında, yolun kənarında saxlanılmış “Mitsubishi Pajero” markalı avtomobil diqqətini çəkmiş və həmin avtomobilin katalizatorunu çıxarıb aparıb satmaqla əldə etdiyi pullarla borclarını ödəməsi qərarına gəlmişdir. Bundan sonra evə getmiş və evdən torba götürərərək həmin avtomobilin yanına qayıtmışdır. Ətrafı müşahidə edib heç kəsin olmadığına və onu görmədiklərinə əmin olduqdan sonra həmin avtomobilin altına uzanmış, təxminən 20-30 dəqiqə ərzində katalizatoru söküb yerindən çıxararaq özü ilə gətirdiyi torbaya yerləşdirmişdir. Bundan sonra yaşadığı evə qayıtmış, içində katalizator olan torbanı evdə gizlətmişdir. Növbəti gün isə səhər saatlarında katalizatoru götürərək evin arxasında yerləşən dərəyə aparmış, orada katalizatorun içindəki kömürü boşaltmış və korpuslarını çıxarıb tullamışdır. Bu oğurluğu etdikdən sonra yenidən Babək prospektinə aparıb orada “Qulişitellərin təmiri və katalizatorların alışı-satışı” sexinə satmaq istəmiş, lakin ucuz qiymət təklif edildiyi üçün katalizatoru sata bilməmişdir. Bundan sonra həmin katalizatoru Babək prospektində Daxili Qoşunların hərbi hissəsinin qarşısında yerləşən avtomobil servisi mərkəzinə aparmış, orada işləyən, tanıdığı Ramin adlı şəxsə göstərərək satmaq istədiyini bildirmişdir. Ramin katalizatoru haradan əldə etməsi ilə maraqlandıqda ona yalandan guya Yasamalda servisdə usta işlədiyini və həmin katalizatoru təmir etdiyi avtomobildən çıxardığını, həmin avtomobilin sahibinin özü onu satmaq istədiyini və bunu ondan xahiş etdiyini deyib onu inandırmışdır. Ramin həmin katalizatoru xüsusi aparat vasitəsi ilə yoxlamış və katalizatorun istifadə vəziyyətinə uyğun olaraq ona görə 200 manat pul verə biləcəyini demişdir. O, razılaşmış və həmin katalizatoru Raminə verərək bunun müqabilində sonuncudan 200 manat pul götürmüşdür. Budan sonra əldə etdiyi həmin pulu borclu olduğu şəxslərə vermişdir. 19 noyabr 2021-ci il tarixdə saat 09 radələrində evdən çıxdığı zaman polis əməkdaşları ona yaxınlaşaraq oğurluqda şübhəli olduğunu bildirərək onu 26-cı polis bölməsinə aparmışlar. Orada törətdiyi əməli səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs daha sonra narkotik vasitə ilə bağlı ona verilən ittihamla əlaqədar ifadəsində göstərdi ki, saxlanılarkən onda ümumiyyətlə narkotik vasitə olmamışdır. Yaşadığı ərazidə onun narkoman olduğumu polislər bilmiş və üstünə artıq miqdarda mal, yəni narkotik vasitə qoymuşlar. Əməliyyatçılar ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə iş başlanılacağını bildirsələr də, prokurorluq miqdara görə ona 234.4.3-cu maddə ilə cinayət işi başlamışdır. İnkar etdikdə incidilmiş, A4 vərəqi onun üzünə skoçlanmış, əlləri və ayaqları bağlanmış, ona əziyyət verilmişdir. Məcbur qalıb əməliyyatçıların öyrətdiyi kimi, videoçəkiliş vaxtı polisin əvvəlcədən ona verdiyi narkotiki çıxarıb təqdim etmiş və guya narkotiki kubinkada tanımadığı şəxsdən aldığını göstərmişdir. Təqsirləndirilən şəxs qeyd olunan epizodla bağlı ifadəsində daha sonra göstərdi ki, o, “Pajero” markalı maşınlardan etdiyi oğurluqlara görə tutmuş, Yasamal RPİ-nin müstəntiqi onu bir gün saxlayıb buraxmış, heç üstündən bir ay keçməmiş narkotklə tutulmuşdur. Onun bədənində olan xəsarətlər Bakı İstintaq Təcridxanasında qeyd edilmiş, həkimə aparılmışdır. Orada polislər tərəfindən döyüldüyünü demiş, lakin araşdırma üçün prokurorluqdan gələn olmamışdır. Onun barəsində həbs qətimkan tədbiri seçilərkən də polislərin onu döydüyünü hakimə də bildirmişdir. Onun bir narkoman kimi tanıdığı digər narkomanlarla telefon danışıqları olmuş, ehtiyac olduqda bir-birindən narkotik alıb istifadə etmişlər. Lakin o, narkotik vasitələrin satışı ilə məşğul olmamış, telefonda alqı-satqı ilə bağlı danışığı olmamışdır. Narkotiklə bağlı ona verilən ittiham doğru deyildir. Cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi irəli sürülmüş ittihamla bağlı müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan 08 yanvar 2022-ci il tarixli şübhəli və təqsirləndirilən şəxs qismində dindlirildiyi ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 06 yanvar 2022-ci il tarixdə, saat 19.00 radələrində istifadə etmək üçün narkotik vasitə olan heroin almaq məqsədilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka» adlanan yerə getmiş, orada yol kənarında dayanmış tanımadığı və narkoman görünüşlü bir nəfərə yaxınlaşıb onda heroin narkotik vasitəsi olub-olmamasını soruşmuşdur. Həmin şəxsdə narkotik vasitə olan heroin olmasını öyrəndikdən sonra ona 120 manat pulunun olduğunu və heroin almaq istədiyini demişdir. Həmin şəxs heroin satmağa razılıq verdikdən sonra o, həmin şəxsə 120 manatı verib şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə hesab olunan heroini almışdır. Sonradan aldığı narkotik vasitə olan heroini əynindəki cins şalvarın sağ yan cibinə qoymuş və oradan uzaqlaşmışdır. Şəxsi işlərini gördükdən sonra 07 yanvar 2022-ci il tarixdə saat 00.10 radələrində yaşadığı evə qayıtdarkən Yasamal rayonu, Cəfərov Qardaşları küçəsi 30 saylı ünvanın qarşısına çatarkən ona iki nəfər mülki geyimli şəxs yaxınlaşmış və özlərini Yasamal RPİ-nin 26-cı PB-nin polis əməkdaşları kimi təqdim edərək ondan kim olduğunu soruşmuşlar və şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. O da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu və üzərində heç bir sənədin olmadığını demişdir. Sonra həmin polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına getməyə dəvət etmişlər. O, etiraz etmədən həmin polis əməkdaşları ilə birgə Yasamal RPİ-nin 26-cı PB-nə getmişdir. Xidməti otaqların birində təhqiqatçı tərəfindən hüquqlarının qorunması üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunacağı bildirilmiş və sonra onun hüquqlarını müdafiə etməsi üçün vəkil təqdim edilmişdir. Bundan sonra təhqiqatçı onun üzərində şəxsi axtarış aparılacağını bildirilərək üzərində qanunsuz nə varsa təqdim etməsini xahiş etmişdir. O, da 06 yanvar 2022-ci il tarixdə Nəsimi rayonu ərazisində «Kubinka» adlanan yerdən tanımadığı şəxsdən alaraq şalvarının sağ yan cibində saxlapdığı bir bükümdə olan narkotik vasitə hesab olunan heroini cibindən çıxararaq könüllü olaraq təqdim edib masanın üzərinə qoymuşdur. Həmin hərəkətlər polis əməkdaşı tərəfindən videokamera vasitəsi ilə videolentə çəkilmişdir. İçərisində heroin olan təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş və ondan bükümün içərisində olan maddənin nə olduğu soruşulmuşdur. Polis əməkldaşlarına 1 ədəd polietilen bükümdə olan maddənin narkotik vasitə hesab olunan heroin olduğunu, həmin bükümü 06 yanvar 2022-ci il tarixdə, saat 19 radələrində Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 120 manata aldığını etiraf etmişdir. Bundan başqa təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış zamanı heç bir dəyərli əşya və pul əskinası çıxmamışdır. Üzərindən aşkar edilmiş büküm zərfin içərisinə qoyulmuş, zərf bağlanaraq möhürlə möhürlənmiş və həmin zərfə o, müdafiəçi və digər iştirakçılarla birlikdə imza etmişlər. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə heroin olan zərfin ekspertizaya göndəriləcəyi bildirilərək ondan izahat alınmışdır. İzahat yazarkən törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində daha sonra göstərmişdir ki, o, aşkar olunan narkotiki özünün istifadəsi üçün almış, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni aldığı şəxsi tanımamış, onun anket məlumatları və mobil telefon nömrəsi barədə heç bir məlumatı olmamışdır. Həmin şəxs qara saçlı, qara gözlü, arıq bədən quruluşlu, təxminən 35-40 yaşlarında və 165-170 sm boyu olan bir şəxs olmuşdur. Polis əməkdaşları onu saxlayan zaman ona qarşı heç bir fiziki və psixoloji zor tətbiq edilməmişdir(iş vərəqə: cild İ, 121-124, 133-136). Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı tədqiq olunan başqa bir – 05 may 2022-ci il tarixli ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməmiş və mahiyyəti üzrə göstərmişdir ki, o, bir neçə il narkotik vasitə istifadəçisi olmuş, narkotik vasitədən həm şprislə damara vurmaq, həm də yandırıb tüstüsünü sinəsinə çəkmək yolu istifadə etmişdir. Adətən qəbul etdiyi narkotik vasitəni «Kubinka» küçəsində tanımadığı kişi cinsli şəxslərdən pul ilə alaraq istifadə etmişdir. Sonuncu dəfə isə tutulmamışdan bir neçə saat əvvəl, yəni 06 yanvar 2022-ci il tarixdə, saat 23 radələrində Nəsimi rayonunun «Kubinka» adlanan ərazisində tanımadığı, lakin görəcəyi təqdirdə üzdən tanıya biləcəyi bir nəfər kişi cinsli şəxsdən öz istifadəsi üçün 01 ədəd sellofan bükümə bükülmüş 10 qram çəkidə narkotik vasitə olan «kakosu» 120 manata alaraq müvafiq şərait yarandıqda istifadə etməsi üçün əynində olan göy rəngli cins şalvarının cibində saxlamışdır. Ona narkotik vasitəni satan şəxs təxminən 40 yaşlarında, orta boylu və arıq bədən quruluşlu olmuşdur. Həmin şəxslə bir qədər söhbət etdikdən sonra onda narkotik vasitə olan «kakos» olduğunu bilmişdir. O, narkotik vasitəni aldıqdan sonra həmin gün yaşadığı məhəlləyə qayıtmış, yaşadığı məhəllədə taksidən düşən zaman 3 nəfər mülki geyimli şəxslər qəflətən ona yaxınlaşaraq özlərini təqdim etmədən onun qolunu burmaq istəmişlər. O, həmin şəxslərin polis əməkdaşları olduğunu bilib narkotik vasitəni tullamışdır. Üç nəfər mülki geyimli şəxslər onun üstünü axtarsalar da narkotik vasitəni tapa bilməmişlər. Daha sonra isə onu məhəlləyə gətirmiş dövlət qeydiyyat nişanını xatırlamadığı taksinin içərisini də axtarmış, lakin narkotik vasitəni tapa bilməmişlər. Həmin şəxslər onu 26-cı polis bölməsinə aparmışlar. 26-cı polis bölməsində onu döydükdən sonra sellofan bükümdə olan narkotik vasitəni ona təqdim edərək ona aid olduğunu bildirmişlər. O, polis əməkdaşlarına narkotik vasitə istifadəçisi olduğunu etiraf etmiş, lakin həmin narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Bundan sonra onu yenidən döydüklərindən o, döyülməyə dözə bilməyib narkotik vasitəni boynuna götürəcəyini bildirmişdir. Daha sonra polis bölməsinə vəkil dəvət olunmuş, vəkilin iştirkaı ilə üzərində şəxsi axtarış aparılmışdır. Həmin prosessual hərəkət video çəkilişlə müşayiət edilmişdir. Video çəkiliş zamanı təhqiqatçının təklifindən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdəki narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin yekununda göstərmişdir ki, təqdim etdiyi həmin narkotik vasitə onun üzərindən aşkar edilməmişdir. Polis əməkdaşları ona “səni 234.1-nən verəcəyik” dedikləri üçün öz üzərinə götürmüşdür. Məhkəmə kimyəvi ekspertizası keçirildikdən sonra qeyd edilən bükümdəki narkotik vasitənin 15,381 qram olması müəyyən edilmişdir. Lakin bölmədə polis əməkdaşları tərəfindən elektron tərəzi ilə çəkilən zaman 10,226 qram olmuşdur(iş vərəqə: cild İİ, 118-121). Məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq faktları ilə bağlı ifadəsində göstərdiyi xüsusatlar yerində bir daha yoxlanılmış, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu Parlament prospekti 4 “A” ünvanının qarşısını və orada törətdiyi oğurluq hadisəsinin gedişatını əyani olaraq göstərmişdir(iş vərəqə: cild İİ, 199-200). Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hər gün işlərini bitirib yaşadığı evə qayıtdıqdan sonra özünə məxsus «Mitsubishi» markalı «Pajero» modelli, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı məhəllədə saxlamışdır. 28 avqust 2021-ci il tarixdə də işlərini bitirərək evə gəlib avtomobili yaşadığı Parlament prospekti ev 4A ünvanın qarşısında saxlamışdır. Növbəti gün avtomobilin mühərrikini işə salarkən səsboğucu sistemdən normal olmayan səslər eşitmişdir. İşlərinin çoxluğu ilə əlaqədar avtomobili dərhal ustaya apara bilməmiş, təxminən bir həftə sonra avtomobili ustaya aparmışdır. Avtomobili müayinə edən usta işlənmiş qazları ixrac edən borusunun katalitik konverterinin (katalizatorun) yerində aşkar etməmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, 28 avqust 2021-ci il tarixdən 29 avqust 2021-ci il tarixə keçən gecə naməlum şəxs tərəfindən avtomobilin katalizatoru oğurlanmışdır. Daha sonra Mitsubishi servisdən həmin model katalizatorun dəyərini araşdıraraq 1,420 manat təşkil etməsini öyrənmiş və bundan sonra DİN-ə hadisə barədə elektron müraciət etmişdir. Yaşadığı məhəllədə daha üçü eyni modelli avtomobillər də olmuşdur ki, həmin avtomobillərində mühərrikindən eyni səslər gəlmişdir. Ona görə də bu xüsusatları da ərizəsində qeyd etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinin davamında göstərdi ki, oğurluq hadisəsi ilə bağlı onun şübhələndiyi şəxs olmasa da, sonradan oğurluq hadisəsinin üstü açılmış, cinayət hadisəsini Təqsirləndirilən şəxs törətdiyi müəyyən edilmişdir. Lakin ona vurulmuş maddi zərər ödənilməmişdir. Ona görə də məhkəmə istintaqı yekunlaşanadək vurulan maddi zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi üçün mülki iddia qaldıracaqdır. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 10 noyabr 2021-ci il tarixdə, saat 21 radələrində özünə məxsus «Mitsubishi-Pajero» markalı, ** ZT *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillə yaşadığı evin qarşısına gəlmiş və həmişə olduğu kimi avtomobilini ünvan 7 ünvanında saxlayaraq evinə getmişdir. 11 noyabr 2021-ci il tarixdə, saat 10:00 radələrində yaşadığı evdən çıxaraq şəxsi işlərinin dalınca getmək üçün avtomobilinə yaxınlaşmış, pultla qapıları açıb salona əyləşmiş və açarla mühərriki işi salmışdır. Mühərriki işə saldıqdan sonra avtomobilin alt hissəsindən həmişəkindən fərqli güclü səs gəldiyini eşitmiş, bunu havaların soyuması və ya avtomobildə nasazlıq yaranması ilə əlaqələndirmişdir. Lakin avtomobilin pribor hissəsində nasazlığın olmasını göstərən hər hansı işıq yanmamışdır. İşləri çox olduğu üçün avtomobili bu vəziyyətdə 6 gün idarə etmiş, yalnız 17 noyabr 2021-ci il tarixdə vaxt tapıb avtomobili Yasamal rayonu ərazisində yerləşən avtomobil təmiri sexində işləyən tanımadığı ustaya göstərmişdir. Avtomobilə baxış zamanı altomobilinin alt hissəsində səs-boğucu qurğunun, yəni katalizatorun yerində olmadığı müəyyən edilmişdir. Artıq həmin an 10 noyabr 2021-ci il tarixdə avtomobilini yaşadığı evin qarşısında saxladıqdan sonra naməlum şəxslər tərəfindən avtomobilinin alt hissəsindəki katalizator qurğusunun çıxarılaraq oğurlandığını başa düşmüşdür. Bu baxımdan ilk olaraq oğurluq hadisəsi barədə DİN-nin 102 Xidmətinə zəng edərək məlumat vermiş, sonra isə Yasamal RPİ-nin 26-cı PB-nə gedərək şikayət ərizəsi yazıb təqdim etmişdir. İlk əvvəl katalizatorun qiymətinin 400-500 manat olmasını düşünsə də, sonradan onun qiymətinin 1500 manat təşkil etdiyini öyrənmişdir. Hadisənin üstünün açılmasını və ya əmlakının tapılıb ona qaytarılmasını gözləmədən başqa katalizator qurğusu alaraq avtomobilə quraşdırmışdır. Həmin dövr o, katalizatoru kimin oğurlamasını bilməmişdir. Lakin şikayət ərizəsi verdikdən 3-4 gün sonra 26-cı PB-nin əməkdaşlarından Təqsirləndirilən şəxs adlı şəxsin 11 noyabr 2021-ci il tarixdə, saat 02 radələrində ona məxsus avtomobilin katalizatorunu oğurladığını və Babək prospektində yerləşən servisə satdığını öyrənmişdir. Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış, onunla münasibəti olmamış, katalizatoru satdığı yeri də bilməmişdir. Zərərçəkmiş şəxs2 ifadəsinin davamında göstərdi ki, oğurluq hadisəsi ilə bağlı onun şübhələndiyi şəxs olmasa da, sonradan oğurluq hadisəsinin üstü açılmış, cinayət hadisəsini Təqsirləndirilən şəxs törətdiyi müəyyən edilmişdir. Lakin ona vurulmuş maddi zərər ödənilməmişdir. Ona görə də məhkəmə istintaqı yekunlaşanadək vurulan maddi zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsi üçün mülki iddia qaldıracaqdır. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci ilin aprel ayından ünvan 8 ünvanında yerləşən “Avto-Kat” Məhdud Məsuliyyəti Cəmiyyətində mütəxəssis kimi işləmişdir. Barəsində soruşulan Təqsirləndirilən şəxs istintaq zamanı ifadə verdiyi tarixdən təxminən beş-altı ay əvvəl tanımış, sonuncu maşın ustası olduğu üçün onun işlədiyi sexə gəlib-getmişdir. İş yerində onun vəzifəsi, əsasən işlədiyi şirkətə məxsus avtomaşın katalizatorlarının qəbulu sexində istifadə edilmiş və yararsız olan katalizatorlara baxış keçirmək və almaq olmuşdur. Təqsirləndirilən şəxs 7 sentyabr 2021-ci il tarixdə onun işlədiyi sexə gəlmiş, «Mitsubishi» markalı avtomobilə məxsus istifadə edilmiş və yararsız vəziyyətdə olan katalizator gətirmişdir. Xəyal həmin katalizatorun işlədiyi maşın təmiri sexində tanıdığı şəxsə məxsus avtomobilin üstündən çıxdığını və sahibkarın ondan həmin katalizatorun satılmasını xahiş etdiyini bildirmişdir. O, katalizatora baxış keçirərək 250 manat qiymət qoymuş, Xəyal razılaşdıqda o, ödəniş edərək katalizatoru almışdır. Alqı-satqı ilə bağlı onun tərəfindən alış aktı tərtib edilmiş və həmin akt hər ikisi tərəfindən imzalanmışdır. O, həmin kataplizatorun oğuluq olmasından xəbərsiz olmuşdur. Odur ki, istintaq orqanı maraqlandıqda Xəyalla onun iştirakı ilə tərtib edilmiş aktı istintaqa təqdim etmişdir. Şahid1 ifadəsinin davamında göstərdi ki, qeyd etdiyindən başqa, 2021-ci ilin noyabr ayının ortalarında da Xəyal onun işlədiyi sexə gəlmiş və yenə də satması üçün «Mitsubishi» markalı avtomobilə məxsus katalizator gətirmişdir. Onun tərəfindən həmin katalizatora baxış keçirilərək mümkün alış qiymətini Xəyala bildirdikdə Xəyal qiymətlə razılaşmadığı üçün katalizatoru götürüb getmişdir. Bundan sonra o, Xəyalı görməmişdir. Dəvət olunduqda gördükləri və yaşadıqları barədə doğru ifadə vermişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Yasamal RPİnin 26-cı PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 06 yanvar 2022-ci il tarixdə, saat 21.40 radələrində anket məlumatları əvvəlcədən müəyyənləşdirilmiş xx xxxx 1990-cı il təvəllüdlü, Bakı şəhəri Yasamal rayonu, Qədirli küçəsi, ev 24-də yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də 06 yanvar 2022-ci il tarixdən 07 yanvar 2022-ci il tarixə keçən gecə üzərində narkotik vasitə və psixotrop madələrlə ünvan 9 ünvanın qarşısına gələcəyi barədə əvvəlcədən məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı 06 yanvar 2022-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat qrupunun yaradılması üçün müvafiq əmr hazırlanmış, protokol tərtib edilmiş və o özü də həmin əməliyyat qrupuna daxil edilmişdir. Həmin məlumatı yoxlamaq məqsədi ilə 06 yanvar 2022-ci il tarixdə saat 22:00 radələrində o, və əməliyyat qrupunun üzvü Yasamal RPİ-nin 26-cı PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə birlikdə əməliyyat tədbiri keçirmək məqsədi ilə ünvan 9 ünvanın qarşısına getmişlər. Orada təxminən 2 saat müddətində gözləyərək sonradan ətrafa nəzər yetirərkən zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsin 07 yanvar 2022-ci il tarixdə, saat 00.10 radələrində tək və piyada şəkildə onlara tərəf gəlməsini müşahidə etmişdir. Təqsirləndirilən şəxs kimi bildikləri şəxsə yaxınlaşaraq və xidməti vəsiqələrini göstərərək özlərini polis əməkdaşı kimi təqdim etmiş və onun şəxsiyyətini dəqiqləşdirmək üçün ondan şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Əməliyyat məlumatı üzrə axtarılan şəxsi müəyyən etdiklərinə görə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və psixotrop maddə hesab edilən metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamasına və satışını həyata keçirməsinə dair əvvəlcədən məlumatlı olduqlarını ona bildirmiş və üzərində şəxsiyyətini təsdiq edəcək hər hansı sənəd olmadığı üçün onu Yasamal RPİ-nin 26-cı PB-nə aparmışlar. Bu zaman heç bir etiraz daxil olmamışdır. 07 yanvar 2022-ci il tarixdə polis bölməsində təhqiqatçı X2 xidməti otağında dəvət edilmiş vəkilin iştirakı ilə aparılmış videoçəkilişlə şəxsiyyəti bir daha müəyyən edilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi başlamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümü çıxararaq masanın üzərinə qoymaqla təhqiqatçıya təqdim etmişdir. Həmin hərəkətlər videokamera vasitəsi ilə lentə alınmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş və bükümün içində qəhvəyi rəngli spesifik qoxuya malik tozşəkilli maddə aşkar edilmişdir. Təqdim olunan bükümün içərisində olan maddələrin nə olduğu Təqsirləndirilən şəxs soruşulduqda, sonuncu təqdim etdiyi bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu, həmin bükümü 06 yanvar 2022-ci il tarixdə, saat 19 radələrində Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yerdən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 120 manata aldığını etiraf etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əlavə olaraq heç bir əşya, o cümlədən narkotik vasitə və ya pul aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq möhürlənmiş, həmin zərfin üzəri bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Daha sonra təhqiqatçı içərisində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Şahid2 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Şahid2 sərbəst ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təstiq etmişdir (iş vərəqə: cild İİ, səh. 193-195). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində həmkarı – məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadə verib, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Şahid3 və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, Şahid3 sərbəst ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təstiq etmişdir (iş vərəqə: cild İİ, səh. 55-58). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “şəxsi axtarış və götürmə aparılması haqqında” 7 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 7 yanvar 2022-ci il tarixdə, saat 00:10-da Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən ünvan 10 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı polis bölməsinə aparılmış, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü polis əməkdaşlarına təqdim etmiş, həmin şəffaf sellofana bükülmüş bükümün içərisində, narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilərək götürülmüş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin heroin narkotik vasitəsi olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə prosesi videolentə alınmaqla bir ədəd CD formatlı diskə yüklənmişdir(iş vərəqə: cild İ, səh. 104-105). Məhkəmə baxışı zamanı tədqiq olunan şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında 14 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarışa məruz qalmış, sonuncu ona edilən təklifdən sonra əynindəki göy rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Baxış zamanı 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində heroinə narkotik vasitəsinə şübhəli maddə olması müəyyən edilmişdir. Tədqiq olunan protokoldan, həmçinin görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddənin heroin narkotik vasitəsi olduğunu, onu 6 yanvar 2022-ci il tarixdə «Kubinka» adlanan ərazidən tanımadığı şəxsdən 120 manata aldığını bildirmişdir(iş vərəqə: cild İİ, səh. 103). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onun üzərində aparılan şəxsi axtarış prosesini özündə əks etdirən bir ədəd CD diskə yüklənmiş videogörüntülərlə müəyyən olundu ki, tədqiq olunan videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 07 yanvar 2022-ci il tarixli və şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında 14 aprel 2022-ci il tarixli protokola uyğundur, tədqiqat obyektləri arasında ziddiyyətlər müəyyən edilməmiş və qanun pozuntularına yol verilməmişdir (iş materialları). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 6/83 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №170” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözü, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 15,381 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(iş vərəqə: cild İ, səh. 110-114). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmənarkoloji ekspertizasının 14 mart 2022-ci il tarixli, 1286 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür(iş vərəqə: cild İİ, səh. 104-105). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Azercell» və "xxxx" MMC mobil operatorlarından qərarlar əsasında götürülmüş, Təqsirləndirilən şəxs adında və faktiki istifadəsində olmuş müvafiq olaraq ***-***-**-** və ***-***-**-** mobil GSM nömrələri ilə əlaqədar zəng, sms yazışmalar və əhatə dairəsinə dair məlumatların yükləndiyi disklərə baxış keçirilməsi haqqında 02 və 11 fevral 2022-ci il tarixli prokollardan görünür ki, baxış nəticəsində Təqsirləndirilən şəxs saxlanılanadək istifadəsində olmuş həmin GSM nömrələrdən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı qarşılıqlı sms yazışmaları və danışıqlar apardığı müəyyən edilmişdir (iş vərəqə: cild İİ, səh. 37-44, 50-54). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının 28 mart 2022-ci il tarixli, 730 №-li rəyindən görünür ki, tədqiqat nəticəsində Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ona ittiham elan edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Tədqiq olunan rəydən, həmçinin görünür ki, Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur(iş vərəqə: cild İİ, səh. 106-108). Məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının müvafiq qərarından görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş 01 ədəd bükümdə təmiz çəkisi 15,831qram təşkil edən heroin narkotik vasitəsinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 15,331 qram hissəsi, Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında çəkilmiş, özündə şəxsi axtarış və götürmə prosesinin videogörüntüləri əks etdirən 1 ədəd CD formatlı disk və telefon məlumatlarını özündə əks etdirən 2 ədəd CD formatlı disklər iş üzrə maddi sübut kimi tanınmış, heroin narkotik vasitəsi saxlanılması üçün Yasamal RPİ-nin “maddi sübutların saxlanılması” otağına verilmiş, 3 ədəd CD formatlı disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir(iş vərəqə: cild İİ, səh. 92-93, 205-224). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının əməliyyat tapşırığına verilmiş 25 yanvar 2022-ci il tarixli 092-944-1222 nömrəli cavabdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddənin mənbəyinin müəyyən olunması, onun əvvəl kimlərəsə narkotik vasitə satması, törətdiyi cinayət əməli barəsində kimlərin məlumatlı olmasının müəyyən edilməsi məqsədi ilə bir sıra əməliyyat tədbirləri aparılsa da, müsbət nəticə əldə etmək mümkün olmamışdır(iş vərəqə: cild İİ, səh. 34). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş ümumi miqdarı 15,831 qram təşkil edən «heroin» narkotik vasitəsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”sına daxildir və aşkar edilib götürülmüş narkotik vasitənin miqdarı həmin siyahıda nəzərdə tutulmuş heroin narkotik vasitəsinin külli miqdar həddini dəfələrlə aşmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi heroin narkotik vasitəsinin təmiz çəkisinin 15,831 qram olmaqla külli miqdar təşkil etməsi, işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsini, saxlamasını və daşımasını bir daha təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli olaraq talamaqla oğurluq etməsi, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə edib saxlamaqla daşıması, yəni Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ondan narkotik vasitə aşkar edilib götürülməsi və aşkar olunan narkotik vasitələri satış məqsədilə əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri, o cümlədən polis əməkdaşları tərəfindən döyülməsi, ona işgəncə verilməklə olmadığı halda onun boynuna narkotik vasitə qoyulmasını göstərməsini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki təsir göstərilməsi, ona işgəncə verilməsi faktı Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırılmış, fakt təsdiqini tapmadığından toplanmış materiallar üzrə cinayət işi başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan iki gün sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olarkən üzərində aparılan tibbi müayinə zamanı onun bədəni üzərində qançırlar olması müəyyən edilsə də, Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən araşdırma aparılması ilə bağlı Təqsirləndirilən şəxs izahatı alınmış, sonuncu izahatında tutulmazdan az əvvəl yaşadığı evin həyətində ehtiyyatsızlıqdan yıxıldığını və müəyyən olunan xəsarətləri orada aldığını göstərmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından və müvafiq məhkəmə hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Qaradağ Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 5 (beş) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir(iş vərəqə:cild İ, səh. 174-175, cild İİ, səh. 13-19,20-21). Göründüyü kimi, Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli hökmünə əsasən yaranan məhkumluğu ödənilmiş və onun bu məhkumluğunun ödənilməsi Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv etmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və ya yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusu qaydasında cəza təyinetmənin prinsipləri nəəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 14 mart 2022-ci il tarixli, 1286 №-li rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, məhkumluğunun ödənilməsi əsası ilə onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs kimi qəbul edilməli olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 07 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 07 yanvar 2022-ci il tarixdə tutulmuş, məhkəmənin 08 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində əvvəli 07 yanvar 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 07 yanvar 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə məhkəməyədək icraat mərhələsində 19 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulub 20 noyabr 2021-ci il tarixədək həbsdə saxlanılmışdır ki, onun həbsdə saxlanıldığı həmin 1 (bir) gün ona təyin olunmalı azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürərkən hər iki ittihamın mətnində təqsirləndirilən şəxsin oğurluq hadisəsini tamah niyyəti ilə törədilməsini ittihama daxil etmişdir. Qeyd olunan xüsusatla əlaqədar məhkəmə qeyd edir ki, tamah niyyəti bu halda oğurluq hadisəsinin özündə tərkib əlaməti kimi ehtiva olunduğundan "cinayətin tamah niyyəti ilə törədilməsi" əlaməti təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə irəli sürülən hər iki ittihamın mətnindən xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 61.1.6-ci maddəsinə əsasən cinayətin tamah məqsədi ilə törədilməsi cəzanı ağırlaşdıran hal hesab olunur və həmin Məcəllənin 61.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələ həll olunarkən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in Yasamal RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 15,331 qram heroin narkotik vasitəsi məhv edilməlidir; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd və telefon məlumatlarını özündə əks etdirən iki ədəd - cəmi üç ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırılmış, hər biri cinayət əməli nəticəsində onlara yetirilmiş maddi zərərin və mülki iddia verilməsi üçün ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs tutulub onların nəfinə ödənilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs qarşı qaldırılmış mülki iddialara dair məsələni müzakirə edib belə nəticəyə gəlmişdir ki, qaldırılan mülki iddialara dair məsələ aşağıdakı qaydada həll olunmalıdır: - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı 1420 (min dörd yüz iyirmi) manat maddi zərərə və 34,20 (otuz dörd manat 20 qəpik) manat ödənilmiş dövlət rüsumuna görə – cəmi 1454,20 (min dörd yüz əlli dörd manat, 20 qəpik) manat pul tələbinə dair mülki iddiası tam təmin edilməli, 1420 (min dörd yüz iyirmi) manat maddi zərərə və 34,20 (otuz dörd manat 20 qəpik) manat ödənilmiş dövlət rüsumuna görə – cəmi 1454,20 (min dörd yüz əlli dörd manat, 20 qəpik) manat pul Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs1 nəfinə ödənilməli; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı 1500 (min beş yüz) manat maddi zərərə və 35 (otuz beş) manat ödənilmiş dövlət rüsumuna görə – cəmi 1535 (min beş yüz otuz beş) manat pul tələbinə dair mülki iddiası tam təmin edilməli, 1500 (min beş yüz) manat maddi zərərə və 35 (otuz beş) manat ödənilmiş dövlət rüsumuna görə – cəmi 1535 (min beş yüz otuz beş) manat pul Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs2 nəfinə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfləri – məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə bağlı 65,0 (altmış beş) manat və məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 50,0 (əlli) manat – cəmi 115,00 (bir yüz on beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs 19 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulub 20 noyabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün ona təyin olunan cəzadan çıxılsın və üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu 07 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Yasamal RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 15,331 qram heroin narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yerləşdirildiyi bir ədəd və telefon məlumatlarını özündə əks etdirən iki ədəd - cəmi üç ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qaldırılan mülki iddialara dair məsələ aşağıdakı qaydada həll edilsin: - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı 1420 (min dörd yüz iyirmi) manat maddi zərərə və 34,20 (otuz dörd manat 20 qəpik) manat ödənilmiş dövlət rüsumuna görə – cəmi 1454,20 (min dörd yüz əlli dörd manat, 20 qəpik) manat pul tələbinə dair mülki iddiası tam təmin edilsin. 1420 (min dörd yüz iyirmi) manat maddi zərərə və 34,20 (otuz dörd manat 20 qəpik) manat ödənilmiş dövlət rüsumuna görə – cəmi 1454,20 (min dörd yüz əlli dörd manat, 20 qəpik) manat pul Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs1 nəfinə ödənilsin; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı 1500 (min beş yüz) manat maddi zərərə və 35 (otuz beş) manat ödənilmiş dövlət rüsumuna görə – cəmi 1535 (min beş yüz otuz beş) manat pul tələbinə dair mülki iddiası tam təmin edilsin. 1500 (min beş yüz) manat maddi zərərə və 35 (otuz beş) manat ödənilmiş dövlət rüsumuna görə – cəmi 1535 (min beş yüz otuz beş) manat pul Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs2 nəfinə ödənilsin. İş üzrə məhkəmə məsrəfləri – cəmi 115,00 (bir yüz on beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1499/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1499/2022
07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver