Məhkəmə qərarları › İş №1(101)-150/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-150/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-150/2021 05.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim- Mikayılov Eldar Əli oğlunun sədrliyi ilə Hakimlər-Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X11, Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyasının Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəsazına məhkum edilmiş, Sumqayıt şəhəri, Nizami küçəsi, 6-cı məhəllə, 19 C-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçilər küçəsi, ev 111-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla külli miqdarda 04 (dörd) ədəd şəffaf rəngli sellofana bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 6,850 (altı tam mində səkkiz yüz əlli) qram, 0,117 (sıfır tam mində yüz on yeddi) qram, 0,304 (sıfır tam mində üç yüz dörd) qram, 0,246 (sfır tam mində iki yüz qırx altı) qram, 02 (iki) ədəd qızılı rəngli və 02 (iki) ədəd ağ rəngli siqaret kağızına bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,027 (sıfır tam mində iyirmi yeddi) qram, 0,068 (sıfır tam mində altmış səkkiz) qram, 0,084 (sıfır tam mində səksən dörd) qram, 0,038 (sıfır tam mində otuz səkkiz) qram, ümumi təmiz çəkisi 7,734 (yeddi tam mində yeddi yüz otuz dörd) qram olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxxxx 2019-cu il tarixdə saat 17:21-də Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivi, 32 saylı tam orta məktəbin qarşısında keçrilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən çərçivəsi metal rəngli, üzəri və alt hissəsi qara rəngli dəri materialından olan, iç üzünə qara rənglə “HAOJUE” sözü yazılmış dəmir siqaret qutusunun içərisindən dörd ədəd şəffaf rəngli sellofana bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 6,850 (altı tam mində səkkiz yüz əlli) qram, 0,117 (sıfır tam mində yüz on yeddi) qram, 0,304 (sıfır tam mində üç yüz dörd) qram, 0,246 (sfır tam mində iki yüz qırx altı) qram, 02 (iki) ədəd qızılı rəngli və iki ədəd ağ rəngli siqaret kağızına bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,027 (sıfır tam mində iyirmi yeddi) qram, 0,068 (sıfır tam mində altmış səkkiz) qram, 0,084 (sıfır tam mində səksən dörd) qram, 0,038 (sıfır tam mində otuz səkkiz) qram, ümumi təmiz çəkisi 7,734 (yeddi tam mində yeddi yüz otuz dörd) qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, özü Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçilər küçəsi, ev 111-də yaşamış, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmuşdur. Həmin məhkumluğundan əvvəl də arabir narkotik vasitə qəbul etmiş, eləcə də təxminən 2019-cu ilin avqust ayından cəza çəkmə müəssisəsindən çıxdıqdan sonra da narkotik vasitə qəbul etməyə başlamışdır. Bildirir ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, özü də bir vaxtlar elə şəxslərin təsiri altına düşüb narkotik vasitənin qəbuluna qurşandığından narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı daxilində nifrət hissi daşımışdır. xx xxxxxx 2019-cu il tarixdə Şirvan yaşayış massivində bir nəfər tanışı ilə görüşüb hərbi komissarlığa getməli olduğundan, təxminən saat 10:30 radələrində yaşadığı evdən çıxmış, həmin vaxt üzərində bir gün əvvəl, yəni xx xxxxxx 2019-cu il tarixində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığı, təxminən 02 qramdan az miqdarda narkotik vasitə heroin olmuşdur. “Domlar” adlanan ərazinin arası ilə gedərkən qəfil yolun kənarında “Mercedes” markalı avtomobil dayanmış və həmin avtomobildən biri polis əməliyyatçısı kimi tanıdığı Şahid3, digərləri isə tanımadığı şəxslər olmaqla 04 nəfər düşüb ona yaxınlaşmışlar. Həmin şəxslər ona çatan kimi sorğu sualsız heç bir məlumat vermədən onun qolundan tutub maşına tərəf dartmışlar. O, nə baş verdiyini anlamadığından həmin şəxslərin əlindən qurtulmağa çalışsa da, o və onu dartan şəxslər yer palçıq olduğundan yerə yıxılmış, palçıqda da dartışdıqlarından üst-başı palçıq olmuşdur. Bundan sonra həmin şəxslər onu zorla avtomobilə mindirib Sumqayıt şəhəri 2-ci Polis İdarəsinə aparıb, orada xidməti otaqlardan birində saxlamışlar. Bir qədər orada gözlədikdən sonra Şahid3 otağa gələrək üzərində nə varsa onlara təqdim etməsini demiş, o da üzərində olan “Xiaomi” markalı bir ədəd telefon, 02 manat pul, içərisində 02 ədəd ağrıkəsici dərman olan dəmir siqaret qutusu və təxminən 02 qramdan az miqdarda heroin və şəxsiyyət vəsiqəsini könüllü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ona, idarəyə gətirilməsinin səbəbi kimi qəsəbədə oğurluq hadisəsinin baş verdiyini, 04 baş inək, qızıl-zinyət əşyaları və xəstəxananın yanında yerləşən idman zalından protein qidalarının oğurlandığını bildirmişlər. Bu zaman o, polis əməkdaşlarına cəmi iki aydır azadlığa çıxdığını, dedikləri əməlin onun tərəfindən törədilmədiyini, o işlərlə artıq heç bir əlaqəsinin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları, eləcə də Şahid3 tərəfindən elə həmin xidməti otaqda ona təzyiq göstərilmiş, həmin vaxt aldığı xəsarətlərlə bağlı tibbi arayışı da vardır. Bir neçə saat da gözlədikdən sonra, təxminən saat 14:00 radələrində 02 nəfər mülki geyimli şəxs otağa daxil olmuş, Şahid3 isə əli ilə onu göstərərək oğurluğun onun tərəfindən həyata keçirildiyini demişdir. Həmin vaxt mülki geyimli şəxslərdən biri, özünü təqdim etməsə də şəxsiyyəti sonradan ona məlum olan Şahid4 qəsəbə adamı olduğuna görə şikayət etməyəcəyini bildirmişdir. Bu zaman o, həmin şəxslərə də heç bir oğurluq əməlini törətmədiyini bildirmiş və sonuncular otağı tərk edib getmişlər. Bundan sonra polis əməkdaşları ona onsuz da narkotik vasitə ilə saxlandığını bildirib, narkotik istifadəçisi kimi onu sənədləşdirəcəklərini bildirmiş və onu daha əvvəl tutub maşına mindirdikləri yerdən bir qədər aralıya aparıb, ona məxsus olmaqla polis idarəsində polis əməkdaşlarına təqdim etdiyi dəmir siqaret qutusunu qoyub, əlini cibimə aparmamağını tapşıraraq və ondan bir qədər aralıya çəkilmişlər. Bir qədər sonra, təxminən saat 17:20 radələrində Sumqayıt şəhər 2-ci Polis idarəsinin əməkdaşları onu yaxalamış, bir nəfər xidməti geyimdə olan polis əməkdaşı da onları video ilə çəkmişdir. Daha sonra bir nəfər polis formasında və bir nəfər də kostyumda əvvəllər tanımadığı şəxslər də ona yaxınlaşmışlar. Polis formasında olan şəxs özünü təqdim edərək 2-ci Polis Bölməsinin baş təhqiqatçısı olduğunu demiş və ona narkotik vasitələrin istifadəsində şübhəli olduğunu söyləmişdir, ona dövlət hesabına təyin olunmuş vəkili təqdim edərək, üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş və üzərində hər hansı qanunla qadağan olan əşya olub-olmadığını, varsa təqdim etməyini xahiş etmişlər. O, həmin vaxt daha əvvəl polis əməkdaşlarının ona verib cibinə qoyduqları, əynində olan boz rəngli şalvarın sağ yan cibindən qara rəngli üzəri qara rəngli dəridən olan dəmir siqaret qutusunu çıxardaraq sonunculara təqdim etmiş, daha sonra başqa nə olduğu da soruşulduqda boz rəngli şalvarının sol yan cibindən qara rəngli “Xiaomi” markalı telefonunu, daha sonra isə bükülü vəziyyətdə olan 2 ədəd bir manatlıq əskinasları da çıxardaraq onlara təqdim etmiş və qara rəngli dəmir siqaret qutusunun ağzını açmışdır. Həmin qutunun içərisində biri böyük olmaqla dörd ədəd şəffaf rəngli sellofana bükülmüş, iki ədəd qızılı rəngli siqaret kağızına bükülmüş, iki ədəd ağ rəngli siqaret kağızına bükülmüş narkotik maddə olan heroin, bir ədəd gümüşü rəngli siqaret kağızından hazırlanmış və içərisi boş olan bükümü və üzərində iki ədəd ağ rəngli dərman həb olan ağrıkəsici dərmanları aşkar etmişlər. Həmin siqaret qutusunun içərisində olan narkotik vasitələr ona aid olmamış, o tutularkən onda cəmi təxminən 02 qramdan az miqdarda bir bükümdə narkotik vasitə heroin olmuşdur. Sonra təhqiqatçı onun üzərində şəxsi axtarış keçirtmiş və təhqiqatçı üzərinə baxan zaman boz rəngli şalvarının sol arxa cibindən ağ rəngli kağız parçasını çıxardaraq nə olduğunu soruşduqda o, sonuncuya adi kağız parçası olduğunu demiş, təhqiqatçı üzərinə baxdıqdan sonra sənədləşdirmə üçün orada şərait olmadığını və bölməyə getmələrinin lazım olduğunu söyləmiş və o da etiraz etməmişdir. O, sonradan onun üzərindən çıxan narkotik vasitənin təxminən 7-8 qram olduğunu olduğunu gördüyü zaman, onun üzərində olan narkotik vasitənin təxminən 02 qramdan az miqdarda heroin olduğunu bildirib, üzərindən çıxan narkotik vasitənin çəkisi ilə razı olmadığını polis əməkdaşlarına bildirmişdir. Bir daha bildirir ki, narkotik vasitəni xx xxxxxx 2019-cu il tarixində Bakı şəhərindən tanımadığı şəxsdən cəmi 40 manata almış, narkotik vasitə satışı ilə məşğul olmamış, heroini də ağrıları üçün alıb qəbul etmişdir. O, əlavə olaraq bildirmişdir ki, üzərində təxminən 2 qramdan az miqdarda narkotik vasitə heroin olmuşdur. Həmin narkotik vasitə heroini aldıqdan sonra o narkotik vasitə heroinin hər-hansı bir hissəsini kiməsə satmamış və yaxud kiməsə pay verməmiş, eləcə də bükümlərə bölməmişdir. Narkotik vasitə heroini aldığı şəxsi tanımır. Heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında ona nümayiş etdirilən video görüntüdən də göründüyü kimi, təhqiqatçı ona yaxınlaşan zaman onun narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirmiş, həmin hal da ifadəsində göstərdiyi kimi daha əvvəl polislərin onu tutduqdan sonra dedikləri kimi narkotik vasitə istifadəçisi kimi onu rəsmiləşdirmələri üçün video çəkmək lazım olması ilə bağlı olduğundan video görüntünün qeydə alındığı müddətdə heç bir etiraz etməmişdir. Video görüntüdən də göründüyü kimi dəmir qutu açılarkən o, təhqiqatçının suallarına cavab olaraq içərisində cəmi 2 qram narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni cəmi 40 manata aldığını bildirmişdir. Son olaraq göstərdi ki, üzərində saxlamaqla şəxsi istifadəsi üçün daşıdığı təxminən 02 qramdan bir qədər az narkotik vasitə heroinə görə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir və narkotik vasitə istifadə etməsinə görə peşmandır. Əməlinin düzgün tövsif olunmaqla barəsində ədalətli həddə cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün mahiyyət etibarı ilə etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətinin keçirilməsinə dair tərtib olunmuş protokollar, tədbirin keçirilməsini özündə əks etdirən video görüntü və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis idarəsinin 2-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 oglu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə müvafiq qaydada raportla məruzə etdikdən sonra, rəhbərliyin müvafiq əmri ilə ondan, Sumqayıt ŞPİ-nin KTB-nin inspektoru, polis kapitanı Rasim Paşayevdən, 2-ci PB-nin sahə rəisi, polis baş leytenantı Şahid2, həmin bölmənin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmiş, əldə olan məlumat əsasında xx xxxxxx 2019-cu il tarixdə saat 17:21 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivinin yaxınlığında yerləşən 32 saylı tam orta məktəbin qarşısına getmişlər, orada kriminalist "Panasonic” markalı videokameranı işə salmış, təxminən bir neçə dəqiqədən sonra bir nəfər şəxsin gəldiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq onu saxlayıb və özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonra bölmənin baş təhqiqatçısı, polis mayoru Mətləb Abbasov da vəkillə birlikdə onlara yaxınlaşaraq özünü təqdim etmiş və saxlanılan şəxsə də özünü təqdim etməsini bildirmiş, həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün saxlanıldığını söyləyib, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra dövlət tərəfindən müdafiəçi təyin olduğunu deyərək 1 saylı Vəkil Bürosunun vəkili X10 Əhmədova təqdim etmişlər. X8 Təqsirləndirilən şəxs video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib, sonuncudan etirazının olub-olmamasını soruşmuş və Təqsirləndirilən şəxs da etiraz etmədiyi zaman, təhqiqatçı şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansi əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olubolmamasını soruşmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən çərçivəsi metal rəngli, üzəri və alt hissəsi qara rəngli dəri materialından olan dəmir siqaret qutusunu, sol yan cibindən bir ədəd “Xiaomi” markalı mobil telefonu və bükülü vəziyyətdə olan 02 ədəd bir manatlıq pul əskinasını çıxardaraq təqdim etmiş, dəmir qutunu da açmış, təhqiqatçı həmin dəmir qutunun içərisində olanların nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs dəmir qutunun içərisində olan dörd büküm şəffaf sellofana bükülmüş kütləni, iki ədəd qızılı rəngli siqaret kağızına bükülmüş, iki ədəd ağ rəngli siqaret kağızına bükülmüş və digər bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü göstərərək narkotik vasitə heroin olduğunu, üzərində iki ədəd ağ rəngli dərman həbi olan listi də göstərərək psixotrop dərman olduğunu bildirmişdir. Təhqiqatçı ondan onları nə vaxt, haradan, kimdən, neçəyə əldə etdiyini soruşduqda o, həmin vasitələri bir gün əvvəl, yəni xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərindən tanımadığı şəxsdən, ümumilikdə 40 manata əldə etdiyini, çəkisinin cəmi 02 qram olduğunu, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra video çəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun arxa cibindən boş ağ kağız parçası çıxmışdır. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs sənədləşdirməni orada davam etdirməyin mümkün olmadığını, bunun üçün 2-ci PB-nə getmək lazım olduğunu bildirmiş və çəkiliş dayandırıldıqdan sonra birlikdə müvafiq sənədləşmə aparılması üçün Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə getmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəzidə çəkilərək, ümumi çəkisinin 8,91 (səkkiz tam yüzdə doxsan bir) qram olması müəyyən edilmiş və həmin maddələr müvafiq qaydada qablaşdırılıb möhürlənərək, iştirakçılar tərəfindən imzalanmış və bundan sonra müvafiq protokollar tərtib olunmuşdur. Protokol iştirakçılara ucadan oxunduqdan sonra imzalanmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərindən tanımadığı şəxsdən öz istifadəsi üçün, ümumilikdə 40 (qırx) manata aldığını demişdir. Təqsirləndirilən şəxs tərəflərindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivinin yaxınlığında yerləşən 32 saylı tam orta məktəbin qarşısında yaxalanmış, üzərində şəxsi axtarış da elə həmin ərazidə təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə keçirilmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən videoçəkiliş aparılmış və üzərindən ümumilikdə 09 büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan, kimdən əldə etməsini müəyyən etmək istiqamətində sonradan əməliyyat tədbirləri keçirilsə də, bir nəticə əldə etmək mümkün olmamışdır. Bundan başqa Vahid Əhmədovun Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi ərazisində narkotik vasitə olan heronin satışı ilə məşğul olması barədə bölməyə əməliyyat məlumatı daxil olduğu barədə iş materiallarında qeyd olunan əməliyyat tapşırığına cavabla bağlı bildirir ki, qeyd olunan məzmunda həqiqətən bölməyə əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatlarla bağlı tərəflərindən əməliyyat tədbirlərinin keçirilib-keçirilməməsi barədə dəqiq məlumatı yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri hansı formada realizə edəcəyi, kimlərə satmaq barədə sövdələşmiş olması və istehlakçıların kim olmasının müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirsələr də bir nəticə əldə edə bilməmişdir. Müdafiəçinin keçirdikləri tədbir zamanı təhqiqatçı ilə birlikdə dərhal oraya necə gəlməsini, yəni vəkilin əməliyyat tədbirinin keçirildiyi yerə nə vaxt və kim tərəfindən dəvət edilməsindən onun xəbəri yoxdur, belə ki, həmin prosessual hərəkətlərin həyata keçirilməsi təhqiqatçının səlahiyyətlərindədir. Formalaşmış təcrübələrində onlar tərəfindən əməliyyat tədbiri keçirilən zaman artıq bu barədə təhqiqatçıya məlumat verilir ki, operativ şəkildə tədbirlərin həyata keçirilməsi mümkün olsun. Təqsirləndirilən şəxs tərəflərindən xx xxxxxx 2019-cu il tarixdə, saat 17:20 radələrində yaxalanmışdır. Həmin gün daha öncədən Təqsirləndirilən şəxs guya onlar tərəfindən saxlanılaraq Polis Bölməsinə aparılması barədə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi hallar həqiqətə uyğun deyil, belə bir hal heç vaxt baş verməmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman heç bir etiraz etməmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 oğlu digər Şahid1 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs onlar tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivinin yaxınlığında yerləşən 32 saylı tam orta məktəbin qarşısında yaxalanmışdır. Təqsirləndirilən şəxs yaxalanarkən qaçmağa cəhd göstərmiş, bu zaman ona qarşı heç bir təzyiq göstərilməmiş və həmin kadrlar videogörüntülərdə tam aydın şəkildə görünür. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən onlara heç bir etiraz etməmiş və üzərində olan dəmir siqaret qutunu təqdim etmişdir. Həmin qutunun içərisindən 7-8 bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxsə heç bir zorakılıq göstərilməmişdir. Təqsirləndirilən şəxs tərəflərindən xx xxxxxx 2019-cu il tarixdə, saat 17:20 radələrində yaxalanmışdır. Həmin gün daha öncədən Təqsirləndirilən şəxs guya onlar tərəfindən saxlanılaraq Polis Bölməsinə aparılması barədə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi hallar həqiqətə uyğun deyil, belə bir hal heç vaxt baş verməmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi guya qəsəbədə oğurluq hadisəsinin baş verdiyini, 04 baş inək, qızıl-zinət əşyaları və xəstəxananın yanında yerləşən idman zalından protein qidalarının oğurlandığına görə tərəflərindən tutulması barədə xüsusatlar tamamilə yalandır. Belə bir oğurluq hadisəsi baş verməmiş, ümumiyyətlə Polis Bölməsində həmin məzmunda məlumatla bağlı araşdırma aparılmamışdır. Təqsirləndirilən şəxs saxlandıqdan sonra polis bölməsində olarkən heç kimi bölməyə dəvət etməmiş və Təqsirləndirilən şəxsla üzləşdirilməmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan, kimdən əldə etməsini müəyyən etmək istiqamətində sonradan əməliyyat tədbirləri keçirilsə də, bir nəticə əldə etmək mümkün olmamışdır. Bundan başqa Vahid Əhmədovun Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi ərazisində narkotik vasitə olan heronin satışı ilə məşğul olması barədə bölməyə əməliyyat məlumatı daxil olduğu barədə iş materiallarında qeyd olunan əməliyyat tapşırığına cavabla bağlı bildirir ki, qeyd olunan məzmunda həqiqətən bölməyə əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatlarla bağlı tərəflərindən əməliyyat tədbirlərinin keçirilib-keçirilməməsi barədə dəqiq məlumatı yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri hansı formada realizə edəcəyi, kimlərə satmaq barədə sövdələşmiş olması və istehlakçıların kim olmasının müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirsələr də bir nəticə əldə edə bilməmişdir. Müdafiəçinin keçirdikləri tədbir zamanı təhqiqatçı ilə birlikdə dərhal oraya necə gəlməsini, yəni vəkilin əməliyyat tədbirinin keçirildiyi yerə nə vaxt və kim tərəfindən dəvət edilməsindən onun xəbəri yoxdur, belə ki, həmin prosessual hərəkətlərin həyata keçirilməsi təhqiqatçının səlahiyyətlərindədir. Formalaşmış təcrübələrində onlar tərəfindən əməliyyat tədbiri keçirilən zaman artıq bu barədə təhqiqatçıya məlumat verilir ki, operativ şəkildə tədbirlərin həyata keçirilməsi mümkün olsun. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs onlar tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivinin yaxınlığında yerləşən 32 saylı tam orta məktəbin qarşısında, xx xxxxxx 2019-cu il tarixdə, saat 17:20 radələrində yaxalanmışdır. Onlar tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı videoçəkiliş aparılmış, təqsirləndirilən şəxsin üzərində bir ədəd dəmir siqaret qutusunda 7-8 bükümdə narkotik vasitə heroin aşkar olunmuşdur. Həmin gün daha öncədən Təqsirləndirilən şəxs guya onlar tərəfindən saxlanılaraq Polis Bölməsinə aparılması barədə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi hallar həqiqətə uyğun deyil, belə bir hal heç vaxt baş verməmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən yaxalanan zaman onlara müqavimət göstərməmiş, bununla bağlı sonuncuya tərəflərindən heç bir təsir və təzyiq göstərilməmişdir. Müdafiəçinin keçirdikləri tədbir zamanı təhqiqatçı ilə birlikdə dərhal oraya necə gəlməsini, yəni vəkilin əməliyyat tədbirinin keçirildiyi yerə nə vaxt və kim tərəfindən dəvət edilməsindən onun xəbəri yoxdur, belə ki, həmin prosessual hərəkətlərin həyata keçirilməsi təhqiqatçının səlahiyyətlərindədir. Formalaşmış təcrübələrində onlar tərəfindən əməliyyat tədbiri keçirilən zaman artıq bu barədə təhqiqatçıya məlumat verilir ki, operativ şəkildə tədbirlərin həyata keçirilməsi mümkün olsun. Vahid Əhmədovun Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi ərazisində narkotik vasitə olan heronin satışı ilə məşğul olması barədə bölməyə əməliyyat məlumatı daxil olduğu barədə iş materiallarında qeyd olunan əməliyyat tapşırığına cavabla bağlı bildirir ki, qeyd olunan məzmunda həqiqətən bölməyə əməliyyat məlumatları daxil olmuşdur. Həmin məlumatlarla bağlı tərəflərindən əməliyyat tədbirlərinin keçirilib-keçirilməməsi barədə dəqiq məlumatı yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri hansı formada realizə edəcəyi, kimlərə satmaq barədə sövdələşmiş olması və istehlakçıların kim olmasının müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri keçirsələr də bir nəticə əldə edə bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi guya qəsəbədə oğurluq hadisəsinin baş verdiyini, 04 baş inək, qızıl-zinət əşyaları və xəstəxananın yanında yerləşən idman zalından protein qidalarının oğurlandığına görə tərəflərindən tutulması barədə xüsusatlar tamamilə yalandır. Təqsirləndirilən şəxs saxlandıqdan sonra polis bölməsində olarkən əlavə heç kim bölməyə dəvət edilməmiş, Təqsirləndirilən şəxsla hər hansı kənar şəxsin üzləşdirilməsi keçirilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, onun Sumqayıt şəhəri, H.Z.Tağıyev küçəsində trenajor zalı olmuş, həmin zaldan dəqiq xatırlamadığı, təxminən 7-x xxxx 2019-cu il tarixində oğurluq hadisəsi olmuşdur. Bu hadisə ilə əlaqədar Qaradağ Rayon 2-ci PB-nə Ziyad adlı polis əməkdaşına telefonla məlumat verərək müraciət etmişdir. xx xxxxxx 2019cu il tarixində Ayaz adlı polis əməkdaşı onu həmin bölməyə aparmışdır. Günorta saatları təxminən 13-14 radələrində o, 2-ci PB-də Təqsirləndirilən şəxs görmüş, həmin şəxs ona polis əməkdaşları tərəfindən məhz onun trenajor zalından oğurluğu edən şəxs kimi göstərilmişdir. O, Təqsirləndirilən şəxs özündən həqiqətən də oğurluq edib-etmədiyini soruşduqda, Vahid cavab olaraq oğurluq edən şəxsin o olmadığını demişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, həmin oğurluq hadisəsi ilə bağlı rəsmi olaraq hüquq mühafizə orqanlarına heç bir ərizə verməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə Polis Bölməsində görmüş, ondan əvvəl sonuncu ilə heç bir tanışlığı olmamışdır. xx xxxxxx 2019cu il tarixdə Şahid3 günorta saatlarında istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib, işlətdiyi trenajor zalı ilə bağlı bir nəfəri şübhəli olaraq saxladıqlarını bildirib onu bölməyə dəvət etmişdir. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 13-15 radələrində 2-ci Polis Bölməsində olmuşdur. İdman zalında oğurluq olması ilə bağlı Şahid2 2019-cu ilin iyul ayının əvvəllərində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə zəng vurub əlaqə saxlayıb bildirmişdir. Təqsirləndirilən şəxs 2-ci polis bölməsində saxlandığı otaqda o və saxlanılan şəxsdən başqa Ayaz, Ziyad və Elşən adlı polis əməkdaşları olmuşdur. Şahid3 və Ziyad Nurəliyev adlı polis əməkdaşlarının istifadəsində olan mobil telefon nömrələrini hazırda xatırlamır. Həmin şəxslərlə əlaqə saxladığı vaxtlarda onun istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. Mobil telefon nömrəsindən daxil olan və çıxan zənglər araşdırılarsa ifadəsində göstərdiyi hallar öz təsdiqini tapacaqdır. Təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması, yəni satış məqsədi olmaqdan şəxsi istehlak miqdarında narkotik vasitəni əldə edib, saxlayaraq gəzdirməsi cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işinin başlanmaq və icraata qəbul etmək barədə” xx xxxxxx 2019cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (cild 01, iş vər. 1) xx xxxxxx 2019-cu il tarixli raportdan görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-nin rəisinə yazılı şəkildə məruzə edərək, xx.xx.2019-cu il tarixində, Sumqayıt ŞPİ-nin 2-ci PB-nə qərəzsiz və etibarlı mənbədən Sumqayıt şəhər, Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivi, 32 saylı tam orta məktəbin qarşısında Vahid adlı şəxsin dayanması və üzərində narkotik maddə olması barədə məlumat daxil olduğu barədə bildirmiş və məlumatın yoxlanılması məqsədi ilə təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zərurəti yarandığından əməliyyat axtarış tədbirinin keçirilməsinə icazə istəmişdir. (cild 01, iş vər. 4) “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, subay, orta təhsilli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhəri, Nizami küçəsi, 6-cı məhəllə, 19C-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçilər küçəsi, ev 111də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən xx xxxxxx 2019-cu il tarixində, saat 17:21-də Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivi yaxınlığında yerləşən 32 nömrəli tam orta məktəbin qarşısında saxlanılmışdır. (cild 01, iş vər. 17) “Şəxsi axtarış keçirilməsi barədə” xx xxxxxx 2019-cu il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, əldə edilməsi və üzərində gəzdirməsi barədə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin əməliyyat aparatına etibarlı və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında iştirakçılarla birlikdə xx xxxxxx 2019-cu il tarixində, saat 17:21 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış masivinin yaxınlığında yerləşən 32 nömrəli tam orta məktəbin qarşısında olan zaman inspektor-kriminalist rəqəmsal tipli "Panasonic” markalı videokameranı işə salarkən həmin ərazidən bir nəfər şəxsin getdiyinin şahidi olmuş, həmin şəxsə-yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsdən özünü təqdim etməyini xahiş edən zaman o, Təqsirləndirilən şəxs olduğunu söyləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, əldə edilməsində və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş və onun icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən çərçivəsi metal rəngli, üzəri və alt hissəsi qara rəngli dəri materialından hazırlanmış, iç üzünə qara rənglə HAOJUE sözü yazılmış dəmir siqaret qutusunun içərisində biri böyük olmaqla dörd büküm şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə, iki ədəd qızılı rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə, iki ədəd ağ rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə, bir ədəd gümüşü rəngli siqaret kağızından hazırlanmış içərisi boş olan büküm və üzərində iki ədəd ağ rəngli dərman həbi olan, üzərinə “50 mq Asentra” sözü yazılmış yarı hissəsi kəsilmiş, bir gözü boş olan dərman listi, bir ədəd Çin istehsalı olan arxası qızılı, ekran hissəsi isə qara rəngli və qara rəngli rezin qoruyucusu olan «XİAOMİ» markalı mobil telefon və üç ədəd bir manatlıq pul əskinaslarını təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən heç bir əşya və dəlil aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə və iki ədəd dərman həbinin isə psixotrop dərmanlar olduğunu, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhərindən tanımadığı şəxsdən 40 (qırx) manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qəhvəyi rəngli kütlənin və iki ədəd dərman həbinin çəkisini müəyyən etmək və protokol tərtib etmək üçün şərait olmadığından bükümlərə bükülmüş kütlələr və iki ədəd həb götürülmüş və video çəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman video çəkilişdən istifadə olunmuş və video çəkilişin müddəti saat 17:21-dən 17:25-dək davam etmişdir. Vət.Təqsirləndirilən şəxs ilə birlikdə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə gəldikdən sonra PB-də xidməti otaqların birində onun üzərindən aşkar olunmuş dəmir siqaret qutusunun içərisində biri böyük olmaqla dörd büküm şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə, iki ədəd qızılı rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə, iki ədəd ağ rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə, bir ədəd gümüşü rəngli siqaret kağızından hazırlanmış içərisi boş olan büküm və üzərində iki ədəd ağ rəngli dərman həbi olan, üzərinə “50 mq Asentra” sözü yazılmış yarı hissəsi kəsilmiş, bir gözü boş olan dərman list Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-in 126 saylı möhürü ilə möhürlənmişdir. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümlərə bükülmüş qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlə elektron tərəziyə qoyulub çəkilən zaman həmin kütlənin şəffaf sellofan və siqaret kağızları ilə birlikdə çəkisinin təqribən 8.91 qram olduğu müəyyən olunmuş və sonda çəkilmiş fotoşəkil tərtib olunmuş protokola əlavə olunmuşdur. Eyni zamanda şəxsi axtarış zamanı istifadə olunmuş “Panasonic" markalı videokamerada həkk olunmuş video çəkiliş, diskə köçürülmüş və “HP” markalı kompüterdə baxıldıqdan sonra tərtib olunmuş protokola əlavə edilmişdir. (cild 01, iş vər 23-25) Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 30335 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş dəmir siqaret qutusunun içərisində 04 (dörd) ədəd şəffaf polietilen bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 6,850 (altı tam mində səkkiz yüz əlli) qram, 0,117 (sıfır tam mində yüz on yeddi) qram, 0,304 (sıfır tam mində üç yüz dörd) qram, 0,246 (sıfır tam mində dörd yüz altı) qram, 02 (iki) ədəd “qızılı” rəngli və 02 (iki) ədəd ağ rəngli siqaret kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,027 (sıfır tam mində iyirmi yeddi) qram, 0,068 (sıfır tam mində altmış səkkiz) qram, 0,084 (sıfır tam mində səksən dörd) qram, 0,038 (sıfır tam mində otuz səkkiz) qram, ümumi təmiz çəkisi 7,734 (yeddi tam mində yeddi yüz otuz dörd) qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin siqaret qutusunun içərisində zavod üsulu ilə qablaşdırılmış, üzərində “Asentra (sertraiine)” yazısı olan konvalyutda 02 (iki) ədəd ağ rəngli dairəvi formalı sertraline tərkibli həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahısı” və ya “Güclü təsir edən maddələrin və onların külli miqdarının habelə “Zəhərli maddələrin siyahılarına daxil deyildirlər. (cild 01, iş vər 39-40) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır. (cild 01, iş vər 57-58) “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair” Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxx 2019-cu ildən tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 75-82) “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CPM-nin 51,236.1-ci maddəsinə əsasən icraatda olan ********* nömrəli cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs məxsus “Xiaomi” markalı mobil telefona Sumqayıt ŞPİ-nin inzibati binasının 412 nömrəli otağında baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs məxsus telefonun qızılı rəngli, “Xiaomi Redmi” markalı, “MCH3B” modelli olduğu müəyyən olunmuşdur. Telefon işlənmiş vəziyyətdə və üzərində çoxlu cızıqlar olmuş, telefonun üzərində qara rəngli dəri telefon üzlüyü olmuşdur. Təqsirləndirilən şəxs məxsus “ Xiaomi” markalı mobil telefondan istintaq üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilməmişdir. (cild 01, iş vər 85) “Panasonic” markalı videokamera vasitəsi ilə çəkilmiş və DVD diskinə yazılmış görüntüyə baxış keçirilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 17:21 radələrində Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivi yaxınlığında yerləşən 32 nömrəli tam orta məktəbin qarşısından keçərək yol ilə gedən zaman ona üç nəfər mülki geyimli şəxslər yaxınlaşaraq onu saxlamış və özlərini təqdim edərək Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları olduqlarını demişlər. Sonra bir nəfər şəxs polis formasında və bir nəfər də kostyumda şəxs də ona yaxınlaşmışdır. Polis formasında olan şəxs özünü təqdim edərək 2-ci Polis Bölməsinin baş təhqiqatçısı olduğunu və ona narkotik vasitələrin gəzdirilməsində, saxlanılmasında, satışında şübhəli olduğunu bildirərək özünü təqdim etməsini demişdir. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Təhqiqatçı kostyumda olan şəxsi Təqsirləndirilən şəxs təqdim edərək həmin şəxsin Sumqayıt şəhəri 1 saylı Vəkil bürosunun vəkili olduğunu, ona dövlət hesabına təyin edildiyini demiş, sonra Təqsirləndirilən şəxs video çəkilişlə üzərinə baxış keçiriləcəyini, etirazının olub-olmamasını söyləmiş, Təqsirləndirilən şəxs da etirazının olmadığını demiş, təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını, varsa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan boz rəngli şalvarın sağ yan cibindən üzəri qara rəngli dəridən olan dəmir siqaret qutusunu çıxardaraq onlara təqdim etmiş, daha sonra boz rəngli şalvarının sol yan cibindən qara rəngli telefonu, bükülü vəziyyətdə olan 01 manatlıq əskinasları çıxardaraq onlara təqdim etmişdir. Həmin qutunun içərisindən biri böyük olmaqla dörd ədəd şəffaf rəngli sellofana bükülmüş, iki ədəd qızılı rəngli siqaret kağızına bükülmüş, iki ədəd ağ rəngli siqaret kağızına bükülmüş kütlə, bir ədəd gümüşü rəngli siqaret kağızından hazırlanmış və içərisi boş olan büküm və üzərində iki ədəd ağ rəngli dərman həb olan dərman aşkar edilmişdir. Təhqiqatçı onların nə olduğunu soruşduqda o, onların “kokos”, “heroin” olduğunu, həblərin isə psixotrop dərman olduğunu demiş, təhqiqatçı həmin maddələri nə zaman, haradan, kimdən və niyə aldığını soruşduqda o, onları Bakıdan tanımadığı şəxsdən 20 (iyirmi) manata, özü istifadə etmək üçün aldığını, iki qram olduğunu demiş, təhqiqatçı ona dəmir siqaret qutusunun içərisində nə olduğunu soruşduqda o, onların psixotrop dərman olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı bunların hamısını neçəyə aldığını soruşduqda Təqsirləndirilən şəxs onların hamısını 40 (qırx) manata Bakı şəhərindən, tanımadığı şəxsdən aldığını bildirmişdir. Təhqiqatçı nə vaxt aldığını soruşduqda Təqsirləndirilən şəxs dünən aldığını demişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş və üzərinə şəxsi axtarış keçirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə baxan zaman boz rəngli şalvarın sol arxa cibindən ağ rəngli, kağız parçası çıxardaraq nə olduğunu soruşduqda, Təqsirləndirilən şəxs adi kağız parçası olduğunu bildirmiş, təhqiqatçı üzərinə baxandan sonra sənədləşmənin davam etdirilməsi üçün şərait olmadığını və bölməyə getməyi bildirmiş və Təqsirləndirilən şəxs da etiraz etməmişdir. (cild 01, iş vər 86-87) Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 50 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər 92-93) Cinayət işi üzrə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 17:21-də Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivi, 32 saylı tam orta məktəbin qarşısında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz cins şalvarın sağ yan cibindəki çərçivəsi metal rəngli, üzəri və alt hissəsi qara rəngli dəri materialdan olan, iç üzünə qara rənglə “Haojue” sözü yazılmış dəmir siqaret qutusunun içərisindən dörd ədəd şəffaf rəngli sellofana bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 6,850 qram, 0,117 qram, 0,304 qram, 0,246 qram, iki ədəd qızılı rəngli və iki ədəd ağ rəngli siqaret kağızına bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,027 qram, 0,068 qram, 0,084 qram, 0,03 qram, ümumi təmiz çəkisi 7,734 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməsi faktı ilə əlaqədar olaraq tərəflərindən bir sıra tədbirlər həyata keçirilmiş, keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan, kimdən əldə etməsini müəyyən etmək mümkün olmadığı, lakin Vahid Əhmədovun Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi ərazisində narkotik vasitə olan heroinin satışı ilə məşğul olması barədə dəfələrlə bölməyə əməliyyat məlumatı daxil olduğu bildirilmişdir. (cild 01, iş vər 123) Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 5(060)-55/2020 saylı qərarından görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərarı qanuni hesab edilmişdir. (cild 01, iş vər 128) Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Hacı Zeynalabdin qəsəbə İcra Nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. (cild 01, iş vər. 143) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılması, məhkəmə-kimyəvi eskpertizasının xx xxxxxx 2019-cu il tarixli, 30335 saylı rəyi mötəbər sübut növü olduğundan və ekspertiza xüsusi biliklərə malik ekspert tərəfindən keçirildiyindən narkotik vasitə heroinin ekspert rəyində göstərilən 7,734 qram çəkisinin əsas götürülməsi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 7.734 (qalıq 7.574) qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1 və 240-cı maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılmasının rədd edilməsi, şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd DVD-R formatlı disk iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi, iş üzrə şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 30335 saylı rəyi və məhkəmə-narkoloji ekspertin xx xxxxxx 2020-ci il tarixli 50 saylı rəyi, diskə baxış protokolu, üzləşdirmə istintaq hərəkəti protokolu sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs külli miqdarda olan 7,734 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən əldə etməsi faktına görə ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılmış və ********* nömrəli cinayət işindən zəruri sənədlərin kserosurətləri çıxarılaraq ayrılmış cinayət işinə əlavə edilməsi qərara alınmışdır. (cild 01, iş vər 146-153) Məhkəmə baxışı zamanı tərəflərə nümayiş etdirilməklə tədqiq edilmiş 01 ədəd “DVD” diskdə olan video görüntülərdə “Şəxsi axtarış keçirilməsi barədə” xx xxxxxx 2019cu il tarixli protokolun məzmununda qeyd olunan halların əsas etibarı ilə əyani olaraq öz əksini tapması müəyyən edilmiş, bununla yanaşı baxış zamanı Təqsirləndirilən şəxs saxlanılarkən X8un Təqsirləndirilən şəxs “siz narkotik vasitələrin istifadəsində şübhəli olduğumuz üçün saxlanılırsız” deyə bildirməsi, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini və narkotik vasitə heroinin 02 qramdan ibarət olmasını bildirməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdarda 08 (səkkiz) ədəd bükümdə olan ümumi təmiz çəkisi 7,734 (yeddi tam mində yeddi yüz otuz dörd) qram narkotik vasitə olan heroini əldə edib özündə saxlayaraq daşıması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs vəsatəti əsasında istifadəsində olmuş (070)-802-82-52 mobil telefon nömrəsinin xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddət ərzində həmin nömrənin kontaktda olduğu nömrələr və onların sahiblərinin pasport məlumatları və yaşayış ünvanları, mətnləri göstərilməklə SMS yazışmaları məlumatları, (070)-802-82-52 mobil telefon nömrəsi sahibinin həmin nömrədən zəng vurduğu və zəng qəbul etdiyi zaman hansı ərazidə olması və həmin ərazilərin hansı ünvanları əhatə etməsinə dair məlumatlar “xxxx” MMC-dən götürülərək məhkəməyə təqdim edilmiş, təqdim olunmuş məlumatlarda iş üçün əhəmiyyət kəsb edən bir hal müəyyən edilməmiş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasına dair tərtib olunmuş protokolda göstərilən kimi xx xxxxxx 2019-cu il tarixdə saat 17.21-də deyil, həmin gün səhər saatlarında, təxminən 10-11 radələrində saxlanılması barədə ifadəsində göstərdiyi hallar öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdiyi, idman zalında oğurluq olması ilə bağlı Şahid2 2019-cu ilin iyul ayının əvvəllərində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə zəng vurub əlaqə saxlayıb bildirməsi və xx xxxxxx 2019-cu il tarixdə Şahid3 günorta saatlarında istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib, işlətdiyi trenajor zalı ilə bağlı bir nəfəri şübhəli olaraq saxladıqlarını bildirib bölməyə dəvət etməsi xüsusatların doğruluğunu müəyyən etmək məqsədilə məhkəmə tərəfindən Şahid4 istifadəsində olmuş (070) ***-**-** mobil telefon nömrəsinin xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək olan və xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan müddət ərzində, şahidlərdən Şahid3 oğlunun istifadəsində olan (055) ***-**-** mobil telefon nömrəsinin xx xxxxxx 2019cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək, X4 istifadəsində olan (055) ***-**-** mobil telefon nömrəsinin xx xxxx 2019-cu il tarixdən xx xxxx 2019-cu il tarixədək olan müddət ərzində olan həmin nömrələrin kontaktda olduğu (daxil olan və çıxan) nömrələr və onların sahiblərinin pasport məlumatları və yaşayış ünvanları, mətnləri göstərilməklə SMS yazışmaları məlumatları, həmin tarixlərdə (070) 995-48-38, (055) ***-**-** və (055) ***-**-** mobil telefon nömrələri sahibinin həmin nömrədən zəng vurduğu və zəng qəbul etdiyi zaman hansı ərazidə (antena dairəsində) olması və həmin ərazilərin hansı ünvanları əhatə etməsinə dair məlumatlar müvafiq mobil operatorlardan götürülmüşdür. Həmin məlumatlar məhkəmə baxışı zamanı tədqiq edilməklə, Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə, ifadəsində göstərdiyi dövrlərdə yəni oğurluq hadisəsi barədə məlumat verdiyi 2019-cu ilin iyul ayının əvvəllərində Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında ümumiyyətlə telefon zənglərinin olmadığı, eləcə də Təqsirləndirilən şəxs tutulduğu xx xxxxxx 2019-cu il tarixdə Şahid3 istifadəsində olan (055) ***-**-** mobil telefon nömrəsindən, Şahid4 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə heç bir telefon zənginin edilmədiyi müəyyən edilmişdir. Bundan başqa məhkəmənin müvafiq sorğusuna əsasən Sumqayıt şəhər Polis İdarəsindən verilmiş xx.xx.2020-ci il tarixli, 123-33093-1220 nömrəli və xx.xx.2020-ci il tarixli, 125-6096-1220 nömrəli cavab məktublarında Vətəndaş Şahid4 işlətdiyi “idman zalı”nda oğurluq hadisəsi ilə bağlı Sumqayıt ŞPİ-nin 2-ci PB-nə rəsmi və ya qeyri-rəsmi hər hansı bir məlumat daxil olmadığı, bu barədə heç bir araşdırma aparılmadığı göstərilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən əslində tutma protokolunda göstərilən saatlarda, yəni xx xxxxxx 2019-cu il tarixdə, saat 17:40-da tutulmadığı, daha əvvəl həmin gün günorta saatlarında polis əməkdaşlarının “İdman zalında” oğurluq hadisəsinin olması ilə əlaqədar onu saxlayaraq polis idarəsinə aparmaları barədə göstərdiyi xüsusatlar, eləcə də Şahid4 ifadəsində təqsirləndirilən şəxsin xeyrinə göstərdiyi hallar məhkəmə istintaqı zamanı ətraflı şəkildə araşdırılmaqla toplanmış obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından, məhkəmə təqsirləndirilən şəxsin həmin hissədə ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin həmin hissədə ifadələri özünü müdafiə xarakteri daşımaqla cəzadan və cinayət məsuliyyətindən azad olunmaq məqsədi ilə verilmişdir. Bununla yanaşı, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 08 (səkkiz) ədəd bükümdə olan ümumi təmiz çəkisi 7,734 (yeddi tam mində yeddi yüz otuz dörd) qram narkotik vasitə heroini əldə etmiş, saxlamış, daşımış olduğu qənaətinə gəlinmiş və bununla bağlı ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Lakin, həmin iş üzrə aparılmış ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib saxlayıb daşımasını və xırda bağlamalara bölməsini təsdiq edən hər-hansı bir mötəbər sübut əldə edilməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, ibtidai istintaq orqanı bu kimi nəticələrə gələrkən iş materiallarında olan heç bir təkzib olunmaz sübuta istinad etməmiş və iş üzrə toplanmış sübutların heç birində təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir hal mövcud deyildir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının 6-cı bəndində göstərilir ki, cinayət- Prosessual Məcəlləsinin 334-cü maddəsinə əsasən ittiham hökmünün təsviri hissəsində sübut edilmiş hesab olunan cinayət əməlinin törədildiyi yer, vaxt, onun törədilmə üsulu, təqsirin xarakteri, cinayətin motivi və nəticələri göstərilməlidir. Hökmdə məhkəmənin əsaslandığı bütün suallar təhlil edilməli və bu zaman müttəhimi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Hökmün təsviri hissəsində həmçinin müttəhimin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Müttəhim tədqiqat və ya ibtidai istintaq dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Bununla bağlı qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin ibtidai istintaq verdiyi izahat və ifadələrindən, şəxsi axtarış və götürmənin aparıldığı zaman qeydə alınan video görüntülərdən və eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrdən göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini öz istifadəsi üçün əldə etdiyini, özünü həmin vasitələrdən asılılığının olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan xüsusatlarla bağlı gətirdiyi dəlillərə münasibətdə ilk növbədə qeyd olunmalıdır ki, işdə olan müvafiq raportla məruzə etmiş baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə olduğunu bildirsə də, iş materiallarında olan müvafiq raportdan göründüyü kimi Sumqayıt şəhəri Pİ-nin 2-ci PBnin rəisinə raportla məruzə edərək xx xxxxxx 2019-cu il tarixində, Sumqayıt ŞPİ-nin 2-ci PB-nə qərəzsiz və etibarlı mənbədən Sumqayıt şəhəri, Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivi, 32 saylı tam orta məktəbin qarşısında Vahid adlı şəxsin dayanması və üzərində narkotik maddə olması barədə məlumat daxil olduğu bildirmişdir. Bundan başqa X8 tərəfindən tərtib edilmiş “şəxsi axtarış keçirilməsi barədə” xx xxxxxx 2019-cu il tarixli protokolun əyani olaraq əks olunduğu video görüntülərdə və eləcə də “şübhəli şəxs qismində tutma haqqında” protokolda Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə) şübhəli bilindiyi üçün saxlanıldığı bildirilmiş və rəsmiləşdirilmişdir. Lakin müstəntiq Asif Piriyev tərəfindən tərtib olunmuş “Panasonic” markalı videokamera vasitə ilə çəkilmiş və DVD diskinə yazılmış görüntüyə baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokolda baxılan və müvafiq qaydada tərəflərə nümayiş etdirilməklə məhkəmə baxışı zamanı da tədqiq edilən və obyektiv olaraq fərqli formada qəbul edilməsi mümkün olmayan, keçirilmiş tədbir zamanı qeydə alınan video görüntülərdə aşkar olunan hallar təhrif edilməklə qeydə alınmış, belə ki, təhqiqatçı tərəfindən faktiki olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğu bildirilsə də, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin gəzdirilməsində, saxlanılmasında, satışında şübhəli olduğunu bildirdiyi qeyd olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-nin 2-ci PB-nə daxil olmuş əməliyyat məlumatında sonuncunun narkotik vasitənin istifadəçisi olması göstərilsə də, ibtidai istintaqın sonrakı mərhələsində aparılmış məhkəmə araşdırması ilə müəyyən edilməyən səbəblərdən şəxsin əməli, Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəçisi olmasına dair daxil olmuş məlumatı təkzib edən heç bir hal müəyyən edilməməsinə baxmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrindən, eləcə də şəxsi axtarış və götürmənin aparıldığı zaman qeydə alınan video görüntülərdən göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini və asılılığının olduğunu bildirmiş, ibtidai istintaqın gedişatında müstəntiq tərəfindən şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Xiaomi” markalı mobil telefon aparatına baxış keçirilsə də, istintaq üçün əhəmiyyətli hallar, eləcə də sonuncunun narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dəlalət edə biləcək hallar aşkar edilməmişdir. Bununla yanaşı DİN-in Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəisi X9 şəhər Pİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Asif Piriyevə olan xx xxxxxx 2020-ci il tarixli məktubu ilə xx.xx.2020-ci il tarixli, ********* nömrəli cinayət işi ilə bağlı əməliyyat tapşırığına cavab olaraq bildirmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan, kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin Təqsirləndirilən şəxs Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi ərazisində narkotik vasitə olan heroinin satışı ilə məşğul olması barədə dəfələrlə bölməyə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə qeyd olunan əməliyyat tapşırığına cavabda Təqsirləndirilən şəxs Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi ərazisində narkotik vasitə olan heroinin satışı ilə məşğul olması barədə dəfələrlə bölməyə əməliyyat məlumatı daxil olmuş olmasına dair qeyd olunan məlumatla bağlı da göstərir ki, artıq yuxarıda qeyd edildiyi kimi cinayət işi üzrə Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirinin və digər prosessual hərəkətlərin keçirilməsinə səbəb sonuncunun barəsində idarəyə Vahid adlı şəxsin üzərində narkotik maddə olması və narkotik vasitə istifadəsində şübhəli olması olmuşdur. Məhkəmə xüsusilə qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi Təqsirləndirilən şəxs daha əvvəl məhkum olunduğu azadlıqdan məhrumetmə cəzası üzrə cəzasından xx.xx.2019-cu il tarixdə vaxtından əvvəl azadlıqda olmuş və bundan heç 4 ay keçməmiş xx xxxxxx 2019-cu il tarixdə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində tutulmuşdur ki, həmin müddət ərzində yuxarıda sadalanan məktubda göstərildiyi kimi Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin satışı ilə məşğul olması barədə dəfələrlə bölməyə əməliyyat məlumatı daxil olduğu təqdirdə, cinayət təqibini həyata keçirən orqanlar tərəfindən birbaşa öhdəlikləri olduğu halda qeyd olunan məlumatlar üzrə heç bir əməliyyat tədbirinin keçirilməməsi (hər hansı bir əməliyyat tədbirinin keçirilmiş olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmiş, əməliyyat qeydiyyat işləri barədə məlumatlar iş materiallarına əlavə edilməmişdir) özlüyündə, sadalanan “Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin satışı ilə məşğul olması barədə dəfələrlə bölməyə əməliyyat məlumatı daxil olduğu” məzmunda cümlənin işlədilməsinin sadəcə olaraq ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə elan edilmiş daha ağır cinayət əməlinin sübut edilməsində istifadə olunmaq üçün yazılmasına dəlalət edir ki, bu fakt özlüyündə artıq yuxarıda sadalandığı kimi müstəntiq tərəfindən videogörüntüyə baxış keçirilərkən tərtib olunmuş protokolun məzmununda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs sonuncunun “narkotik vasitə istifadəçisində şübhəli olmasına dair məlumat daxil olduğunu” bildirməsi halında, məlumatların təhrif edilərək təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs sonuncunun “narkotik vasitələrin gəzdirilməsində, saxlanılmasında, satışında şübhəli olduğunu bildirdiyinin” yazılması halının müəyyən edilməsi ilə də təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəisi X9 şəhər Pİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Asif Piriyevə olan xx xxxxxx 2020-ci il tarixli məktubunun məzmununda “Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin satışı ilə məşğul olması barədə dəfələrlə bölməyə əməliyyat məlumatı daxil olduğu” məzmunda məlumatın olmasına dair cümlə iş üzrə toplanmış digər sübutlarla təsdiq olunmadığından verilmiş ittihamı təsdiq edən mötəbər sübut olaraq qəbul edilə bilməz. Məhkəmə yuxarıda qeyd olunanları sadalamaqla qeyd edir ki, göstərilən hallar özlüyündə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, özündə saxlayaraq daşımasına dair irəli sürdüyü ittihamın, qeyd olunan cinayət əməlinin tərkib əlamətlərinin zəruri elementi olan məhz şəxsin əməlində satış məqsədi olmasına dair hissədə toplanmış sübutlarla sübuta yetmədiyi halda, yalnız mülahizələrə əsaslandığını təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi nə ibtidai istintaq, nə də ki, məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış, müvafiq istiqamətdə əməliyyat tədbirlərini keçirmiş əməliyyat müvəkkilləri məhkəmə iclasında keçirilmiş tədbirlərin nəticəsiz olduğunu bildirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, “Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsi, bu barədə X3 Konvensiyalarının tələblərindən irəli gələn müddəalarına ciddi əməl olunması, işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi zəruriliyinə cəlb edilsin. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında olan narkotik vasitələrin siyahısında heroinin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın rəyindən də göründüyü kimi, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, məcburi müalicəyə ehtiyacının olduğu göstərilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs barəsində məhkəmə-ekspertiza rəyində qeyd olunan hallar, eləcə də işin digər faktiki halları qarşılıqlı şəkildə təhlil edildikdə, hazırki halda eksperti rəyi ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin sui-istifadə etməsi nəticəsində asılılıq sindromunun aşkar olunması, sonuncunun həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. Qeyd edilən tövsiyələrə və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 08 bükümdə narkotik vasitənin ümumim çəkisinin 7,734 qram təşkil etməklə müvafiq növ üçün müəyyən edilmiş külli miqdarının minimal həddindən bir qədər çox olmaqla miqdar əlaməti belə, onun narkotik vasitə heroini satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçı və ya istehlakçıların olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmiş, əksinə narkotik vasitələrin istifadəsində şübhəli olması əsası ilə o, şübhəli şəxs qismində tutularaq saxlanmış və Təqsirləndirilən şəxs elə tutulduğu andan verdiyi ifadə və izahatlarında narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib saxlayaraq daşıdığını göstərmişdir ki, bu hallar da iş materiallarında olan heç bir mötəbər sübutla təkzib olunmamışdır. Məhkəmə hesab edir ki, digər müvafiq mötəbər sübutların mövcud olmadığı şəraitdə, göstərilən halda Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri zamanı üzərinə şəxsi axtarış keçirilən zaman onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı əynindəki boz cins şalvarın sağ yan cibindən çərçivəsi metal rəngli, üzəri və alt hissəsi qara rəngli dəri materialından olan, iç üzünə qara rənglə “HAOJUE” sözü yazılmış dəmir siqaret qutusunun içərisindən dörd ədəd şəffaf rəngli sellofana bükülmüş, ayrıayrılıqda təmiz çəkiləri 6,850 qram, 0,117 qram, 0,304 qram, 0,246 qram, iki ədəd qızılı rəngli və iki ədəd ağ rəngli siqaret kağızına bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,027 qram, 0,068 qram, 0,084 qram, 0,038 qram, ümumi təmiz çəkisi 7,734 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunması ilə bağlı xüsusatlar, yəni təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin yalnız müvafiq bükümlərdə olması əlamətindən yanaşaraq Təqsirləndirilən şəxs ağır cinayət əməlini törətməkdə, yəni məhz satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib, saxlamaqla daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Belə ki, cinayət işi materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini təkzib edən sübutlar olmamaqla yanaşı, həmin bükümlərin sonradan məhz Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə bükülməklə qablaşdırılmasına, yəni həmin vasitələrin çəkilərək xırda bağlamalar halına salınmasına yardım edən vasitə (elektron tərəzi və hər hansı digər avadanlıq) də aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunmamışdır ki, məhkəmə göstərilən halların da ittihamın həmin hissədə əsassız hesab olmasına dəlalət edən hal olduğu qənaətinə gəlir. Bu səbəbdən də, məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş dörd ədəd şəffaf rəngli sellofana bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 6,850 qram, 0,117 qram, 0,304 qram, 0,246 qram, iki ədəd qızılı rəngli və iki ədəd ağ rəngli siqaret kağızına bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,027 qram, 0,068 qram, 0,084 qram, 0,038 qram, ümumi təmiz çəkisi 7,734 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin qeyd edilən ölçüdə olmaqla külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış məqsədi ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni və yaxud onun bir hissəsini məhz satmaq məqsədi ilə əldə etmiş olduğu barədə heç bir mötəbər sübut əldə edilməmiş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş və bu barədə ibtidai istintaq orqanının gəldiyi nəticə heç bir mötəbər və təkzibolunmaz sübuta əsaslanmamaqla mülahizə xarakteri daşıyır və o da ittihamın əsasına qoyula bilməz. Məhkəmə belə nəticəyə gələrkən həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsini də nəzərə alır. Həmin qanunun tələblərinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Yuxarıda qeyd edildiyi kimi həmin iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitələri əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut mövcud deyildir. «İnsan Hüquqlarının və X5 X7» -nın 6-cı maddəsinin müddəalarına əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin məhkəmələrin nəzərinə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının 6-cı bəndində göstərilir ki, cinayət- Prosessual Məcəlləsinin 334-cü maddəsinə əsasən ittiham hökmünün təsviri hissəsində sübut edilmiş hesab olunan cinayət əməlinin törədildiyi yer, vaxt, onun törədilmə üsulu, təqsirin xarakteri, cinayətin motivi və nəticələri göstərilməlidir. Hökmdə məhkəmənin əsaslandığı bütün suallar təhlil edilməli və bu zaman müttəhimi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Hökmün təsviri hissəsində həmçinin müttəhimin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Müttəhim tədqiqat və ya ibtidai istintaq dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Bununla bağlı qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrindən, şəxsi axtarış və götürmənin aparıldığı zaman qeydə alınan video görüntülərdən və eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələri hazır bükülmüş şəkildə 20 manata öz istifadəsi üçün aldığını, özünün həmin vasitələrdən asılılığının olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1997-ci il tarixli, 4 saylı Qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “X1rşı” işində X14 Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X14 Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə x xxxxxxx 1982-ci il tarixli qərar, X15rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyi, istintaq hərəkətlərinin həyata keçirilməsi barədə protokollar, iş üzrə maddi sübutlar və həmçinin məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən digər sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. DİN-in Baş Əməliyyat və X6 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkumluğu olmuş, sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(060)-60/2018 saylı hökmü ilə 177.2.2. və 177.2.3-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-210 saylı xx xxx 2018-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs cəzası 03 il azadlıqdan məhrumetmə cəzasından 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 03 ay vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2019-cu il cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. (iş vər. 130-132,133-138, 139- 142). Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkum olunduğu CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlər az ağır cinayətlər kateqoriyasına aid olmaqla, həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirləndirildiyi cinayət əməllərini törətdiyi tarixdə yuxarıda qeyd olunan məhkəmə hökmü ilə üzərində yaranmış məhkumluğunun ödənilmədiyini müəyyən edərək, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi halı mövcud olduğuna görə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuş və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu qeyd olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar,- Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 08 ədəd bükümdə təmiz çəkisi 7,574 (yeddi tam mində beş yüz yetmiş dörd) qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş prosessual hərəkətlərin əks olunduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə məhkəmə xərcləri cəmi 114 (yüz on dörd manat) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulmalı əmlakın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar,- Sumqayıt ŞPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 08 ədəd bükümdə təmiz çəkisi 7,574 (yeddi tam mində beş yüz yetmiş dörd) qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, xx xxxxxx 2019-cu il tarixdə keçirilmiş prosessual hərəkətlərin əks olunduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlansın. İş üzrə məhkəmə xərcləri cəmi 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar