Məhkəmə qərarları › İş №1(101)-150/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-150/2022

28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-150/2022 28.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X20 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxsin nümayəndəsi (mülki iddaçı) Nümayəndənun iştirakları ilə, Təqsirləndirilən şəxs (xx xxxxx 1968-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləmiş, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 22-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsda saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Sultanov X16 və Turizm Nazirliyinin Tikilən X1 rəisi və Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş özgə əmlakını xeyli, külli və xüsusilə külli miqdarda ziyan vurmaqla talayaraq təkrar mənimsəmiş, habelə tamah məqsədi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini təkrar təmin etmişdir. Belə ki, Sultanov X16 və Turizm Nazirliyinin Tikilən X1 rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Masallı rayon Mədəniyyət Evinin təmir-tikintisinə dair işlərin həyata keçirilməsinə görə 2010-cu ildə sifarişçi olaraq Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X3 ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 2.400.000 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 300.000 manat hissəsini 2010-cu il ərzində MMC-nin direktoru Şahid8 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş külli miqdarda dövlət vəsaitini vahid qəsdlə mənimsəyərək talamışdır. Bundan başqa Sultanov X16 və Turizm Nazirliyinin Tikilən X1 rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Lənkəran rayonunda Mirəhməd xanın evinin təmirinə dair işlərin həyata keçirilməsinə görə 2011-ci ildə sifarişçi olaraq Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 1.400.000 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 200.000 manat hissəsini 2011-ci il ərzində MMC-nin direktoru Şahid8 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş külli miqdarda dövlət vəsaitini vahid qəsdlə mənimsəyərək təkrar talamışdır. Bundan sonra Sultanov X16 və Turizm Nazirliyinin Tikilən X1 rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Bərdə şəhərində Allah-Allah türbəsinin bərpasına dair işlərin həyata keçirilməsinə görə 2012-ci ildə sifarişçi olaraq Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 3.000.000 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 450.000 manat hissəsini 2012-ci ildən etibarən 5 il ərzində MMC-nin direktoru Şahid8 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş külli miqdarda dövlət vəsaitini vahid qəsdlə mənimsəyərək təkrar talamışdır. Bundan başqa Sultanov X16 və Turizm Nazirliyinin Tikilən X1 rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən 11 nömrəli musiqi məktəbinin tikintisinə dair işlərin həyata keçirilməsinə görə 2012-ci ildə sifarişçi olaraq Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 655.040 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 80.000 manat hissəsini 2012-ci il ərzində MMC-nin direktoru Şahid2 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş külli miqdarda dövlət vəsaitini vahid qəsdlə mənimsəyərək təkrar talamışdır. Bundan başqa Sultanov X16 və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Müslüm Maqomayev adında 26 saylı musiqi məktəbinin əsaslı təmiri üzrə layihə smeta sənədlərinin, Fikrət Əmirov adına uşaq incəsənət məktəbinin əsaslı təmiri üzrə layihə smeta sənədlərinin, Bibiheybət qəsəbəsi Mədəniyyət evinin təmiri üzrə layihə smeta sənədlərinin, Bakı Turizm peşə məktəbi binasının əsaslı təmiri üzrə layihə smeta sənədlərinin, Sabirabad rayonu Mədəniyyət evinin əsaslı təmiri və yenidən qurulması üzrə layihə smeta sənədlərinin, Bərdə şəhərində Mədəniyyət Sarayının yerində Mədəniyyət Mərkəzi binasının tikintisi üçün əlavə işlərin layihə smeta sənədlərinin, X34 Dram Teatrı binasının əsaslı təmiri üzrə layihə smeta sənədlərinin, Tovuz rayonu Nizami adına Mədəniyyət evinin əsaslı təmiri üzrə layihə smeta sənədlərinin, Bakı şəhəri, Nərimanov rayonu 21 saylı musiqi məktəbinin əsaslı təmiri və texniki təchizatı üzrə layihə smeta sənədlərinin, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizatı üzrə layihə smeta sənədlərinin, Bakı şəhəri, Maştağa qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizatı üzrə layihə smeta sənədlərinin, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizatı üzrə layihə smeta sənədlərinin hazırlanmasına dair işlərin həyata keçirilməsinə görə 2012-ci ilin may ayından 2014-cü ilin avqust ayınadək sifarişçi olaraq Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X3 ilə "xxxx" MMC arasında bağlanmış müqavilələr üzrə 1.255.975 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 205.350 manat hissəsini 2012-ci ildə MMC-nin direktoru Şahid7 Vəhdət oğlu vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş külli miqdarda dövlət vəsaitini vahid qəsdlə mənimsəyərək təkrar talamışdır. Bundan başqa Sultanov X16 Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin əsaslı təmirinə dair işlərin həyata keçirilməsinə görə 2014-cü ildə sifarişçi olaraq Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 1.952.523 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək Dövlət Xidməti tərəfindən real təhvil alınmadığı halda, qeyd edilən xidmətlərin adının “AKT Forma 2”yə, yəni rəsmi sənədlərə bilə-bilə məlumatlar olaraq daxil edilməsini təmin edib, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətməklə qeyd olunan məbləğin 240.000 manat hissəsini 2014-cü il ərzində MMC-nin direktoru Şahid2 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş külli miqdarda dövlət vəsaitini vahid qəsdlə mənimsəyərək təkrar talamışdır. Bundan başqa Sultanov X16 və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi və Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Azərbaycan Milli İncəsənət Muzeyinin ünvan 2 ünvanında yerləşən binasında təmir-bərpasına dair işlərin həyata keçirilməsinə görə 2014-cü ildə sifarişçi olaraq Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X3 ilə "xxxx" ASC arasında bağlanmış müqavilə üzrə 20.829.438,31 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 2.000.000 manat hissəsini 2014-2018-ci illər ərzində ASC-nin vitse prezidenti Şahid5 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş xüsusilə külli miqdarda dövlət vəsaitini vahid qəsdlə mənimsəyərək təkrar talamışdır. Bundan başqa Sultanov X16 Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhərində Azərbaycan X35n yeni binasının tikintisi üzrə layihə smeta sənədlərinin hazırlanmasına dair işlərin həyata keçirilməsinə görə 2016-cı ilin iyun ayında sifarişçi olaraq Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 477.000 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 50.600 manat hissəsini 2016-cı ildə MMC-nin direktoru Şahid7 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş külli miqdarda dövlət vəsaitini mənimsəyərək təkrar talamışdır. Bundan başqa Sultanov X16 Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Şuşa Dövlət X28 fəaliyyət göstərdiyi ünvan 3 ünvanındakı binanın əsaslı təmiri və yenidənqurulmasına dair işlərin həyata keçirilməsinə görə 2016-cı ildə sifarişçi olaraq Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 2.799.752 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək Dövlət Xidməti tərəfindən real təhvil alınmadığı halda, qeyd edilən xidmətlərin adının “AKT Forma 2”yə, yəni rəsmi sənədlərə bilə-bilə məlumatlar olaraq daxil edilməsini təmin edib, tamah niyyəti ilə təkrar vəzifə saxtakarlığı törətməklə qeyd olunan məbləğin 150.000 manat hissəsini 2016-2018-ci illər ərzində MMC-nin direktoru Şahid6 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş külli miqdarda dövlət vəsaitini vahid qəsdlə mənimsəyərək təkrar talamışdır. Bundan başqa Sultanov X16 Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Aşıq Bozalqanlı adına Sənət Muzeyinin yeni binasının tikintisinə dair işlərin həyata keçirilməsinə görə 2012-ci ildə sifarişçi olaraq Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X3 ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 3.245.000 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 533.000 manat hissəsini 2019-cu ilin mart ayından 2019-cu ilin noyabr ayınadək MMC-nin direktoru Şahid3 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş xüsusilə külli miqdarda dövlət vəsaitini vahid qəsdlə mənimsəyərək təkrar talamışdır. Bundan başqa Sultanov X16 Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Xidmətin internet saytının yenidən yığılması və dizayn edilməsi, habelə sosial mediada reklam edilməsinə dair işlərin həyata keçirilməsinə görə 2020-ci ilin fevral ayında sifarişçi olaraq Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 19.000 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 950 manat hissəsini 14 aprel 2020-ci il tarixdə MMC-nin direktoru Şahid10 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncunun tanışı Xidmətin qoruqların idarə olunması və istifadəsinə nəzarət sektorunun müdiri X9 vasitəsi ilə əldə etməklə etibar edilmiş dövlət vəsaitini mənimsəyərək təkrar talamışdır. Bundan başqa Sultanov X16 Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında İrəvan X35n yeni binasının tikintisinə dair işlərin həyata keçirilməsinə görə 2018-ci ildə sifarişçi olaraq Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 6.000.000 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 900.000 manat hissəsini 27 aprel 2020-ci il tarixədək MMC-nin direktor müavini Şahid4 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş xüsusilə külli miqdarda dövlət vəsaitini vahid qəsdlə mənimsəyərək təkrar talamışdır. Bundan başqa Sultanov X16 Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə əlbir olan bir qrup şəxs halında Tovuz rayon Mədəniyyət Evinin yeni binasının tikintisinə dair işlərin həyata keçirilməsinə görə 2011-ci ildə sifarişçi olaraq Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X3 ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə 2.560.000 manat məbləğində pul vəsaitinin həmin müəssisənin hesablaşma hesabına köçürülməsini həyata keçirərək qeyd olunan məbləğin 218.000 manat hissəsini 2019-cu ilin mart ayından 29 aprel 2020-ci il tarixədək MMC-nin direktoru Şahid3 vasitəsi ilə nağdlaşdırıb xidməti iş otağında sonuncudan əldə etməklə etibar edilmiş külli miqdarda dövlət vəsaitini mənimsəyərək təkrar talamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X3ndə rəis vəzifəsinə təyin edilmiş, həmin nazirlikdə Əbülfəz Qarayevin təklifi ilə işləməyə razılıq vermiş, Əbülfəzlə şəxsən 2005-ci ildə tanış olmuş, Tikilən X1 rəisi kimi vəzifəsi tikintisi aparılan lahiyələrə nəzarət funksiyasını həyata keçirmək olmuşdur. Lahiyələrin maliyyə hissəsinə qarışmamış, həmin vəzifədə 2014-cü ili dekabr ayına kimi xidmət etmiş, 2014-cü ilin dekabr ayında cənab prezidentin fərmanı ilə Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaranmış və həmin xidmətin rəisi vəzifəsinə təyin edilmişdir. Adından da göründüyü kimi xidmətin vəzifəsi X29nı, inkişafını və bərpasını təşkil etməkdən ibarət olmuşdur. 2018-ci ilin aprel ayında Cənab Prezidentin fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyinin adı dəyişdirilib Mədəniyyət Nazirliyi olmuş, 2015-2020-ci illər ərzində Mədəniyyət nazirliyində çox sayda tender lahiyələri həyata keçirilmiş, rəisi olduğu xidmət də Mədəniyyət Nazirliyinin bir neçə lahiyəsinə nəzarət etmiş, 2014-cü ildə Mədəniyyət Nazirliyi ilə müqavilə bağlamış bir neçə şirkətin lahiyələrinə nəzarəti xidmət həyata keçirmiş, 2015-ci ildən sonra rəisi olduğu xidmətin adından da bir neçə şirkətlə tender müqavilələri bağlanmışdır. Tender lahiyələrində qalib gələn şirkətlərdən "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMCnin adları yadında qalmış. Digər şirkətlərin adlarını hazırda xatırlamır. "xxxx" MMC-nin direkroru Əlövsət Orucov olsa da, faktiki rəhbəri Şahid4 olmuş, Şamxalı 7-8 ildi tanımış, Mədəniyyət Nazirliyinin tenderində Şamxalın iştirakını və qalib gəlməsini təşkil etmiş, əvəzində isə Şamxalla aralarında razılığa əsasən "xxxx" MMC-nin hesabına müqavilədə nəzərdə tutulmuş məbləğ köçürüldükdən sonra 18 faiz ƏDV çıxılmaqla ümumi məbləğin 20 faizi "otkat" şəklində ona geri qaytarılmalı olmuşdur. 2018-ci ildə bağlanmış müqaviləyə əsasən layihənin "xxxx" MMC tərəfindən həyata keçirilməsinə şərait yaradılması üçün həmin MMC-nin vəzifəli şəxsi Şahid4 2018-ci ildə ümumilikdə 900000 manat pul almış, ondan 984000 manat pul almağı düzgün deyildir. Aldığı 900000 manat pulun 700000 manat hissəsini sabiq Mədəniyyət nazirinin göstərişi ilə ona xidməti otağında vermiş, 200000 manat pulu özünə götürmüş, Bozalqanlı adına Aşıq Sənəti Dövlət Muzeyinin təmir-tikintisi ilə əlaqədar bağlanmış müqaviləyə əsasən layihənin "xxxx" MMC” tərəfindən həyata keçirilməsinə şərait yaradılması üçün həmin MMC-nin vəzifəli şəxsi Şahid3 2019-cu ilin mart ayından həmin ilin noyabr ayınadək 533000 manat, həmçinin Tovuz rayonu Mədəniyyət evinin təmir-tikintisi ilə əlaqədar bağlanmış müqaviləyə əsasən layihənin "xxxx" MMC” tərəfindən həyata keçirilməsinə şərait yaradılması üçün həmin MMC-nin vəzifəli şəxsi Şahid3 2020-ci ildə 218000 manat pul almışdır. 2019-cu ilin mart ayında Şahid3 840000 manat pul vəsaitini almamış, bu barədə göstərilənlər düzgün deyil, ümumilkdə aldığı 751000 manat pulun 600000 manat hissəsini sabiq Mədəniyyət nazirinin göstərişi ilə ona xidməti otağında vermiş, 151000 manat pul özünə qalmış, Masallı rayonu Mədəniyyət evində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar 2010-cu ildə bağlanmış müqaviləyə əsasən layihənin "xxxx" MMC tərəfindən həyata keçirilməsinə şərait yaradılması üçün həmin MMC-nin vəzifəli şəxsi Şahid8 2010-cu ildə 300000 manat pul almışdır. Həmin pulun 240000 manat hissəsini sabiq Mədəniyyət nazirinin göstərişi ilə ona xidməti otağında vermiş, 60000 manat pulu özünə götürmüş, Lənkəran rayonu Mirəhməd xanın evində təmir işlərinin həyata keçirilməsi ilə əlaqədar 2011-ci ildə bağlanmış müqaviləyə əsasən layihənin "xxxx" MMC tərəfindən həyata keçirilməsinə şərait yaradılması üçün həmin MMC-nin vəzifəli şəxsi Şahid8 2019-cu illərdə 200000 manat pul almışdır. Həmin pulun 160000 manat hissəsini sabiq Mədəniyyət nazirinin göstərişi ilə ona xidməti otağında vermiş, 40000 manat pulu özünə götürmüş, Bərdə şəhərində Allah-Allah türbəsinin təmir-bərpa və konservasiya işlərinin həyata keçirilməsi ilə əlaqədar 2012-ci ildə bağlanmış müqaviləyə əsasən layihənin "xxxx" MMC tərəfindən həyata keçirilməsinə şərait yaradılması üçün həmin MMC-nin vəzifəli şəxsi Şahid8 2012-ci ildən başlayaraq 5 il ərzində ümumilikdə 450000 manat pul almış, həmin pulun 360000 manat hissəsini sabiq Mədəniyyət nazirinin göstərişi ilə ona xidməti otağında vermişdir. 90000 manat pulu özünə götürmüş, Bakı şəhəri, Müslüm Maqomayev adında 26 saylı musiqi məktəbinin əsaslı təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqaviləyə görə əsasında "xxxx" MMC-nin vəzifəli şəxsi Şahid7 pul tələb edərək 2012-ci ilin may ayında 7.000 manat pul almış, Fikrət Əmirov adına uşaq incəsənət məktəbinin əsaslı təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqaviləyə görə "xxxx" MMC-nin vəzifəli şəxsi Şahid7 10.400 manat pul tələb edərək 2012-ci ilin iyun ayında almışdır. Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi Mədəniyyət evinin təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-nin vəzifəli şəxsi Şahid7 pul tələb edərək 2012-ci ilin iyul ayında 7.700 manat pul almış, Bakı Turizm peşə məktəbi binasının əsaslı təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-nin vəzifəli şəxsi Şahid7 pul tələb edərək 2012-ci ilin avqust ayında 6.000 manat pul almışdır. Sabirabad rayonu Mədəniyyıt evinin əsaslı təmiri və yenidən qurulması üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqaviləyə əsasən "xxxx" MMC-nin vəzifəli şəxsi Şahid7 pul tələb edərək 2013-cü ilin may ayında 28.550 manat pul almış, Bərdə şəhərində Mədəniyyət Sarayının yerində Mədəniyyət Mərkəzi binasının tikintisi üçün əlavə işlərin layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqaviləyə görə "xxxx" MMC-nin vəzifəli şəxsi Şahid7 pul tələb edərək 2013-cü ilin iyun ayında 21.500 manat pul almışdır. X34 Dram Teatrı binasının əsaslı təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqaviləyə görə "xxxx" MMC-nin vəzifəli şəxsi Şahid7 pul tələb edərək 2013-cü ilin iyul ayında 20.250 manat pul almış, Tovuz rayonu Nizami adına Mədəniyyət evinin əsaslı təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqaviləyə görə "xxxx" MMC-nin vəzifəli şəxsi Şahid7 pul tələb edərək 2013-cü ilin avqust ayında 17.800 manat pul almışdır. Bakı şəhəri, Nərimanov rayonu 21 saylı musiqi məktəbinin əsaslı təmiri və texniki təchizatı üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqaviləyə görə "xxxx" MMC-nin vəzifəli şəxsi Şahid7 pul tələb edərək 2014-cü ilin may ayında 24.300 manat pul almışdır. Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizatı üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqaviləyə görə "xxxx" MMC-nin vəzifəli şəxsi Şahid7 pul tələb edərək 2014-cü ilin iyun ayında 21.250 manat pul almışdır. Bakı şəhəri, Maştağa qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizatı üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqaviləyə görə "xxxx" MMC-nin vəzifəli şəxsi Şahid7 pul tələb edərək 2014-cü ilin iyul ayında 21.300 manat pul almışdır. Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizatı üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqaviləyə "xxxx" MMC-nin vəzifəli şəxsi Şahid7 pul tələb edərək 2014-cü ilin avqust ayında 19.300 manat pul almış, Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhərində Azərbaycan X35n yeni binasının tikintisi üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqaviləyə "xxxx" MMC-nin vəzifəli şəxsi Şahid7 pul tələb edərək 2016-cı ilin iyun ayında 50.600 manat pul almış, ümumilikdə Şahid7 tələb edib aldığı 255950 manat puldan Əbülfəs Qarayevə 200000 manat pul vermişdir. 55950 manat pulu özü götürmüş, X19 əsaslı təmiri işlərinin həyata keçirilməsi ilə əlaqədar hər hansı şəxsdən pul istəməmiş və almamış, Binəqədi Rayonu Rəsulzadə qəsəbəsində yerləşən 11 nömrəli musiqi məktəbinin tikintisinin həyata keçirilməsi ilə əlaqədar 2012-ci ildə bağlanmış müqaviləyə əsasən layihənin "xxxx" MMC tərəfindən həyata keçirilməsinə şərait yaradılması üçün həmin MMC-nin vəzifəli şəxsi Şahid2 80000 manat pul almış, həmin puldan 60000 manat Əbülfəs Qarayevə vermiş, 20000 manat hissəsi özünə qalmışdır. X22 tikintisinin həyata keçirilməsi ilə əlaqədar 2014-cü ildə bağlanmış müqaviləyə əsasən layihənin "xxxx" MMC tərəfindən həyata keçirilməsinə şərait yaradılması üçün həmin MMC-nin vəzifəli şəxsi Şahid2 240000 manat pul almış, həmin puldan 192000 manat Əbülfəs Qarayevə vermiş, 48000 manat hissəsi ona qalmışdır. İstintaqın ilkin dövründə Şahid2 580000 manat pul almağı barədə ifadə vermiş, lakin dəqiqləşdirərək X19 təmir-tikintisi ilə bağlı pul almadığını, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “X29, Tədqiqatı və Monitorinqi Mərkəzi” MMC həmin dövrdə rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə tabe olmuş, Dövlət Xidməti tərəfindən layihələr üzrə podratçı müəssisələrlə müqavilə bağlandıqdan sonra MMC tikilən və ya təmir olunan obyektə texniki nəzarət funksiyasını həyata keçirmiş, podratçı müəssisə tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində Mədəniyyət Mərkəzinin əsaslı təmiri və texniki təchizatı üzrə hazırlanmış forma 2 sənədində işlərin tam yerinə yetirilmədiyini ona MMC-nin rəhbəri Şahid11 demiş, bu barədə məlumatı olmuş, əvvəlki ifadəsində də qeyd etdiyi kimi layihə üzrə köçürülmüş puldan müəyyən hissəni podratçı müəssisənin rəhbəri nağdlaşdırıb ona qaytardığı üçün layihədə çatışmazlıq olmuşdur. İşlərin tam yerinə yetirilməməsinə baxmayaraq Şahid11 forma 2 sənədinə işçisi tərəfindən imza olunmasına özü göstəriş vermiş ki, guya iş tam həcmdə icra edilmiş və bunu təhvil almışlar. Podratçı müəssisə tərəfindən hazırlanmış Şuşa X35n fəaliyyət göstərdiyi ünvan 4 ünvanındakı binanın əsaslı təmiri və yenidən qurulması üzrə forma 2 sənədində işlərin tam yerinə yetirilmədiyini ona MMC-nin rəhbəri Şahid11 demiş, bu barədə məlumatı olmuş, əvvəlki ifadəsində də qeyd etdiyi kimi layihə üzrə köçürülmüş puldan müəyyən hissəni podratçı müəssisənin rəhbəri nağdlaşdırıb ona qaytardığı üçün layihədə çatışmazlıq olmuş, işlərin tam yerinə yetirilməməsinə baxmayaraq Şahid11 forma 2 sənədinə işçisi tərəfindən imza olunmasına özü göstəriş vermiş ki, guya iş tam həcmdə icra edilmiş və bunu təhvil almışlar. Bundan başqa Təqsirləndirilən şəxs 07 may 2020-ci il tarixli 30/2/2670 nömrəli məktubla daxil olmuş video materiallarla bağlı göstərmişdir ki, 1 dəqiqə 16 saniyəlik videoda olan iş otağı onun Mədəniyyət Nazirliyində Xidmət rəisi vəzifəsində olarkən işlədiyi iş otağıdır və həmin otaqda iş masasının arxasında olan kresloda gözlərində optik eynək olan, orta boylu, orta bədən quruluşlu, orta yaşlı, əynində göy rəngli köynək və pencək olan şəxs odur, iş otağına gələn ayaq üstə hündür boylu, başı keçəl şəxs isə “Pramida-F R” şirkətinin rəhbəri Hacı Şamxaldır, bu videoda onun əlində gətirdiyi sellofan paketin içərisindəki əvvəllər barəsində ifadə verdiyi “İrəvan” teatrının tikintisi ilə bağlı büdcədən ayrılmış 6.000.000 manat pul vəsaitindən ona qaytarmış olduğu 900.000 manat pulun bir hissəsidir, həmin vaxtı konkret olaraq nə qədər pul gətirdiyini dəqiq xatırlamamış, amma yadında qalan qədəri ilə bu videoda gətirdiyi pul təxminən 300.000 manat olmuş, həmin pulu ona tapşırığı əsasən arxa istirahət otağında vermiş, təqdim edilmiş digər videoda olan iş otağı onun Mədəniyyət Nazirliyində xidmət rəisi vəzifəsində olarkən işlədiyi iş otağıdır və həmin otaqda iş masasının arxasında olan kresloda olan şəxs odur, qarşısında əyləşən ağ saçlı kişi isə şəxs isə Şahid9dur, onun rəhbərlik elədiyi şirkət xidmətə 2019-2020-ci illərdə internet xidmətlərini həyata keçirmiş, bununla bağlı onun şirkətinə 2020-ci il üçün yadında qalan qədəri ilə 20-30.000 manat pul ayrılmış, bu videoda ona ağ zərfin içərisində verdiyi pul ona ayırdıqları büdcədən “otkat” şəklində qaytardığı məbləğ olmuş, o bildiyi qədər zərfin içərisində olan məbləğ 900 manat olmuşdur. Digər videoda olan iş otağı onun Mədəniyyət Nazirliyində xidmət rəisi vəzifəsində olarkən işlədiyi iş otağıdır və həmin otaqda iş masasının arxasında kresloda olan şəxs özüdür, digər şəxs isə barəsində ifadə verdiyi Şamxaldır, bu videoda Şamxal yuxarıda qeyd elədiyi 305000 manat pulu verdikdən sonra ona çatan 75000 manatı ABŞ dollarına konvertasiya edib ona təhvil versin, qeyd edilən videoda Şamxal onun xahişi əsasında pulu konvertasiya edib əvəzində aldığı 44000 ABŞ dollarını gətirərək ona təhvil verir. 08 may 2020-ci il tarixdə yaşadığı evdə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş əmlaklara dair sənədlərdən ünvan 5 ünvanında yerləşən mənzil 07 sentyabr 2013-cü il tarixdə rəhmətlik anası X15 tərəfindən ona bağışlanılmış, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 35 və ünvan 6 ünvanında yerləşən mənzillər 07 sentyabr 2013-cü il tarixdə rəhmətlik anası X15 tərəfindən ona bağışlanılmış, həmin mənzillər bitişikdir, birlikdə ticarət obyektidir və hazırda icarədədir, “Pub” kimi fəaliyyət göstərir, ünvan 7 və ünvan 7 ünvanında yerləşən mənzillər 07 sentyabr 2013-cü il tarixdə rəhmətlik anası X15 tərəfindən ona bağışlanılmış, həmin mənzillər bitişikdir, birlikdə ticarət obyektidir və hazırda icarədədir, aptek kimi fəaliyyət göstərir, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 46, mənzil 6 və ünvan 8 ünvanında yerləşən mənzillər 07 sentyabr 2013-cü il tarixdə rəhmətlik anası X15 tərəfindən ona bağışlanılmış, həmin mənzillər altüst yerləşir və bitişikdir, 24 yanvar 2018-ci il tarixdə müraciəti əsasında Səbail rayon icra hakimiyyətinin başçısının sərəncamı ilə həmin mənzillər qeyri-yaşayış sahəsinə keçirilmiş, bundan sonra həmin mənzillərə birlikdə yeni çıxarış verilmiş və çıxarışda həmin qeyri yaşayış sahəsinə Bakı şəhəri, Səbail rayonu, ünvan 10 ünvanda “Casual Brasserie” restoranı adı ilə istifadəyə vermiş, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 46, mənzil 22,23,24,25 saylı mənzil bir mənzildir və ümumi sahəsi 160 kvadratmetrdir, həmin mənzil “Casual Brasserie” restoranı olan binanın 3-cü mərtəbəsində yerləşir. Həmin mənzil də 07 sentyabr 2013-cü il tarixdə rəhmətlik anası X15 tərəfindən ona bağışlanılmış, ünvan 11 ünvanındakı mənzil 06 oktyabr 2007-ci il tarixdə onun tərəfindən alınmış, yuxarıda göstərilənlərdən başqa onun Türkiyə Respublikasında da əmlakları vardır, eyni zamanda, 2016-cı ildən etibarən Türkiyə Respublikasının vətəndaşıdır, anası Dilarə Sultanova tərəfindən təxminən 2010-2011-ci illər ərzində Türkiyə Respublikasında bir neçə əmlaklar alınmış, sonradan həmin əmlaklar anası tərəfindən ona bağışlanılmış, belə ki, İstanbul şəhəri, Şişli rayonu, Teşvikiye küçəsində yerləşən mağazası vardır, həmin mağaza hazırda icarədədir, İstanbul şəhəri, Beşiktaş rayonu, Ortaköy küçəsində yerləşən mənzili isə artıq sökülmüş, eyni zamanda İstanbul şəhəri, Şişli rayonu, Şişli küçəsində yerləşən mağazası vardır, hazırda həyat yoldaşının yaxın qohumu tərəfindən şirniyyat evi kimi işlədilir, bundan başqa, İstanbul şəhəri, Bakırköy rayonu, Osmaniye küçəsində yerləşən mağazası olmuş, həmin mağaza təxminən 2 il bundan qabaq onun tərəfindən satılmış, qeyd edilənlərlə yanaşı İstanbul şəhəri, Şişli rayonu, Teşvikiye küçəsində mənzili və İzmir şəhəri, Çeşme rayonu, Alaçatı küçəsində bağ evi vardır, İstanbul şəhəri, Şişli rayonu, Teşvikiye küçəsində yerləşən mağazadan başqa qalan əmlaklar anası tərəfindən alınaraq ona bağışlanılmış, 2016-cı ildə Türkiyədə Akbankdan 7.600.000 türk lirəsi kredit götürmüş və hazırda həmin kredit ödənilməmiş qalır, özünə məxsus olan ünvan 12 ünvanındakı mənzili və ünvan 13ında yerləşən bağ evini həyat yoldaşı X7 qızına 2017-ci ildə bağışlamış, bağ evini 2002ci ildə tikmiş və Bakı şəhəri Xəzər rayon icra hakimiyyəti başçısının 12.05.2011-ci il sərəncamı ilə həmin bağ evi qeydiyyata alınmış, lakin müvafiq sərəncamda həmin bağ evi əvvəlki ünvanla qeyd edilmiş, xidməti otağında keçirilmiş baxış zamanı aşkar edilmiş **********280206 saylı “axess platinum”, **********255014 saylı “Garantı bank”, **********752830 saylı “YapıKredi Bank”, **********01155 saylı “X31”, **********047911 saylı “Garantı Bank” və **********769628 saylı “Akbank” plastik bank kartları ona məxsusdur və hamısı kredit kartlarıdır. 08 may 2020-ci il tarixdə keçirilmiş baxış zamanı üzərində olan 2615 manatın 2200 manatı aprel ayı üzrə aldığı əmək haqqı məbləği və digər hissə əvvəlcədən üzərində olan xərclik pulu olmuş və könüllü olaraq həmin pulları baxış zamanı DTX əməkdaşına təhvil vermiş, yaşadığı evdə baxış zamanı özü iştirak etməmiş, ancaq evdən aşkar olunan həmin pul Mədəniyyət Nazirliyində işlədiyi dövrdə əvvəlki ifadələrində göstərdiyi kimi tikilən və təmir olunan obyektlər üzrə iş icraçılarından aldığı faizlər və icarədə olan “Casual” kafe və aptekin icarəsindən aldığı aylıq icarə haqqı məbləğlərindən toplanmış, "xxxx" QSC-nin Səbail filialında olan depozit qutusu özünə məxsusdur, həmin qutuda olan 600000 ABŞ dolları Mədəniyyət Nazirliyində işlədiyi dövrdə əvvəlki ifadələrində göstərdiyi kimi tikilən və təmir olunan obyektlər üzrə iş icraçılarından aldığı faizlər və icarədə olan “Casual” kafe və aptekin icarəsindən aldığı aylıq icarə haqqı məbləğləri və 2017-ci il tarixdə ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ev 17-də yerləşən daşınmaz əmlakın satışıdan əldə etdiyi pul məbləğlərindən ibarət olmuş, bundan başqa üzərində “PAMP” yazılmış 4 (dörd) ədəd hər biri 100 (yüz) qram olan sarı rəngli metal sikkə, üzərində “PAMP” yazılmış 2 (iki) ədəd hər biri 10 (on) qram olan sarı rəngli metal sikkə, üzərində “15 rubley 1897” yazılmış 1 (bir) ədəd sarı metaldan sikkə, üzərində “10 rubley” yazılmış 3 (üç) ədəd sarı metaldan sikkə, üzərində “5 rubley” yazılmış 3 (üç) ədəd sarı metaldan sikkə, üzərində “ən xoş arzularla” sözləri yazılmış 1 (bir) ədəd “585” əyyarlı tünd qəhvəyi qabda olan sarı rəngli metal sikkə, 2 (iki) ədəd sarı rəngli metal yaxa nışanı, 1 (bir) ədəd sarı rəngli metal təsbeh, üzərində “Zvezda” sözü yazılmış sarı metaldan olan 1 (bir) ədəd sarı rəngli metal qol saatı, 1 (bir ədəd) ağ metal və qara rəngli dəridən ibarət olan bilərzik valideynləri tərəfindən əvvəllər ona verilmiş zinət əşyalarıdır, "xxxx" ASC-də olan AZ73TCZB******************** nömrəli AZN hesablaşma hesabı üzrə 04 may 2017-ci il tarixdə 20115 manat mədaxil edilərək eyni tarixdə 20060 manat məxaric edilmiş əməliyyatı xatırlamamış, ABŞ dolları hesabı üzrə Türkiyə Respublikasının AKBANK bankında olan kredit ödənişini həyata keçirmiş, qeyd olunan məbləğ tərəfindən nağd qaydada hesaba mədaxil edilmiş və kredit üzrə ödəniş nağdsız qaydada bank vasitəsi ilə həyata keçirilmiş, həmin illərdə anası Sultanova Dilarə əmlak alqı-satqısı fəaliyyəti ilə məşğul olduğundan krediti adına götürmüş, Türkiyə Lirə hesabı üzrə aparılmış əməliyyat da eyni qaydada kredit ödənişi üçün həyata keçirilmişdir. Məhkəmdə zərəçəkmiş şəxsin nümayəndəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Hüquq sektorunun aparıcı məsləhətçisi Nümayəndə izahatında göstərmişdir ki, 28 fevral 2019-cu il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Hüquq sektorunda aparıcı məsləhətçi vəzifəsində çalışır, bu vəzifədə əsas işi mərkəzi icra hakimiyyəti orqanlarından daxil olmuş normativ hüquqi aktlara rəy vermək, normativ hüquqi aktların layihələrini hazırlamaq, vətəndaş müraciətlərini cavablandırmaq, işlədiyi təşkilatın hüquqlarını məhkəmə və istintaqda müdafiə etməkdən ibarətdir, Təqsirləndirilən şəxs və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə dövlət büdcəsindən ayrılmış vəsaitdən xeyli, külli və xüsusilə külli miqdarda vəsaiti mənimsəyərək təkrar talamışdırlar və bununla da X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə xüsuilə külli miqdarda maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxsdən 5.327.900 manat məbləğində pulun tutularaq dövlət nəfinə ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 2003-cü ildə "xxxx" MMC-ni təsis etmiş, şirkətin direktoru qardaşı Şahid2 olmuş, şirkətin təsisçisi özü olsa da 2017-ci ilədək şirkətin bütün işləri ilə qardaşı məşğul olmuş, lakin 2017-ci ildən isə şirkətin işlərini qardaşının xəstəliyi ilə əlaqədar öz üzərinə götürmüş, 2017-ci ilədək qardaşının həmin şirkət vasitəsi ilə hansı tenderlərdə iştirak etməsini dəqiq olaraq bilməmişdir. Lakin Mədəniyyət Nazirliyinin elan etdiyi bir sıra tenderlərdə şirkətlərinin qalib gələrək Mədəniyyət Nazirliyinə aid olan bir neçə obyektin tikintisini həyata keçirdiklərini bilmiş, Bibiheybətdə yerləşən Mədəniyyət Mərkəzinin, 7-ci mikrarayonda yerləşən musiqi məktəbinin və Maştağa qəsəbəsində yerləşən X22 tikintisini onların şirkəti həyata keçirmişdir. Mədəniyyət Nazirliyi ilə əlaqəni əvvəlcədən özü qurmuş, əlaqəni qurduqdan sonra isə işləri qardaşına tapşırmış, təxminən 2010-2011-ci illərdə hazırda xatırlamadığı tanışlarından biri vasitəsi ilə Mədəniyyət Nazirliyinin tikinti şöbəsinin müdiri Təqsirləndirilən şəxsla tanış olmuş, Təqsirləndirilən şəxs Mədəniyyət Nazirliyinin bir sıra tikintilərini onların şirkətinə həvalə edəcəyini və görüləcək işə görə köçürüləcək məbləğin ƏDV xaric 15-17 faizini ona qaytarmağını ona tapşırmışdır. Onunla razılaşdıqdan sonra yuxarıda qeyd etdiyi tikintilərin həyata keçirilməsi üçün elan edilmiş tenderlərdə qalib gəlmiş, qeyd etdiyi kimi həmin dövrlərdə şirkətin bütün fəaliyyəti ilə qardaşı məşğul olmuş, bu səbəbdən də şirkətin hesabına həmin tikintilərə görə dəqiq olaraq nə qədər pul vəsatinin köçürülməsini və həmin pul vəsaitindən hansı qədərinin nağdlaşdırılaraq Təqsirləndirilən şəxs çatdırlması barədə dəqiq məlumat olmamışdır. Bu barədə qardaşı daha ətraflı məlumat verə bilərmiş, lakin, 2017-ci ildə qardaşı xəstəliyi ilə əlaqədar Türkiyə Respublikasında uzun çəkən bir mualicə dövri keçmiş, həmin dövrdə şirkətin fəaliyyəti ilə özü maraqlanmışdır. Həmin ildə Sabunçu rayonunda yerləşən X6rdaşından yarımçıq qalan tikintisini özü həyata keçirmiş, tikinti ilə əlaqədar elan edilmiş tenderlə qardaşı məşğul olmuş, lakin X12 son tamamlanma işlərinin görülməsini özü həyata keçirmişdir. Şirkətin işləri ilə məşğul olduğu dövrdə Mədəniyyət Nazirliyi tərəfindən şirkətin hesabına 1.271.535 manat məbləğində pul vəsaiti köçürülmüş, həmin pul vəsaitinin ƏDV daxil 17 faizini, Təqsirləndirilən şəxs tapşırığı ilə "xxxx" MMC-nin hesabına köçürmüşdur. Digər tikililərə görə nağdlaşdırılaraq Təqsirləndirilən şəxs çatdırılan məbləğlər barədə qardaşının daha ətraflı məlumatı olmuşdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2010-cu ildən 2015-ci ilədək qardaşı Şahid1 təsisçisi olduğu "xxxx" şirkətində direktor olmuş və bir sıra dövlət müəssisələrinin elan etdiyi tenderlərdə qalib gələrək həmin tenderlər üzrə müxtəlif obyektlərin təmir və tikintisini həyata keçirmişdir. 2015-ci ildə isə səhhətində yaranan uzun müddətli xəstəliklə əlaqədar təxminən 3 ilə yaxın müddətdə Türkiyə və Almaniya Respublikalarında uzun müddətli müalicələr almış, işlədiyi dövrdə əsasən Milli Elmlər Akademiyası, İdman və Turizm Nazirliyi, Səbail Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi Yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə işləyərək qeyd etdiyi dövlət müəssisələrinin elan ediyi tenderlərdə qalib gəlmiş və tikinti işləri üzrə öhdəliklərini yerinə yetirmiş, əsasən Mədəniyyət Nazirliyi Yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin elan etdiyi tenderlərdə qalib gələrək bir sıra dövlət obyektlərinin təmir və tikintisini həyata keçirmişdir. X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Təqsirləndirilən şəxs olmuş, həmin vaxtlar X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin adı X4 Müdriyyəti (TOBM) adlanmış, tender elan edildikdən və onlar qalib gəldikdən sonra hazırda adını xatırlamadığı TOBM-un müavini onlara tikiləcək obyektin layihə-smetasını təhvil vermiş və işə başlamışlar, Təqsirləndirilən şəxsla onun şəxsi tanışlığı olmamış, onunla əlaqə əvvəlcədən qardaşı Şahid1 vasitəsi ilə qurulmuş, sonradan isə qardaşının işlərini o, görərək nağdlaşdırılmış məbləğdən müəyyən faizini Təqsirləndirilən şəxs çatdırmış, 2010-cu ildə X19 əsaslı təmiri və tikintisinə görə X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin elan etdiyi tenderdə direktoru olduğu "xxxx" şirkəti qalib gəlmiş, həmin tikintiyə dövlət büdcəsindən hissə-hissə olmaqla ƏDV daxil ümumilikdə 1.124.495 manat miqdarında pul vəsaiti ayrılmış, həmin məbləğin ƏDV xaric, 952.962 manatının 15 faizini, yəni təxminən 140.000 manatını Təqsirləndirilən şəxs çatdırmış, bir başa olaraq pulu Təqsirləndirilən şəxs verməmiş, həmin pulu Təqsirləndirilən şəxs çatdırması üçün TOBM-un inzibati binasının 3–cü mərtəbəsində onun kabinetinin qarşısında əyləşən şəxsə vermiş, həmin şəxs pulu götürəndə ona pulun mənbəyini, yəni hansı tikintidən gəldiyini demiş, bundan başqa 2012-ci ildə X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin elan etdiyi tenderdə qalib gələrək Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən 11 nömrəli musiqi məktəbinin tikintisinin həyata keçirmiş, tenderdə qalib gəldikdən sonra tikintinin həyata keçirilməsi üçün dövlət büdcəsindən şirkətin hesabına ƏDV daxil ümumilikdə 984,568 manat məbləğində pul vəsaiti köçürülmüşdür ki, həmin məbləğin ƏDV xaric 834,380 manatının 15 faizini, yəni təxminən 80.000 manatını yuxarıda qeyd etdiyi üsulla Təqsirləndirilən şəxs çatdırmış, həmçininin X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin elan etdiyi tenderdə qalib gələrək 2014-cü ildə tikintisi başlamış, lakin qardaşı tərəfindən davam etdirilmiş X22 Tikintisinin bir hissəsini həyata keçirmiş, tenderdə qalib gəldikdən sonra rəhbərlik etdiyi dövrdə tikintinin həyata keçirilməsi üçün dövlət büdcəsindən şirkətin hesabına ƏDV daxil ümumilikdə 1,952,523 manat məbləğində pul vəsaiti köçürülmüşdür ki, həmin məbləğin ƏDV xaric 1.654,681 manatının 15 faizini, yəni təxminən 240.000 manatını yuxarıda qeyd etdiyi üsulla Təqsirləndirilən şəxs çatdırmış, X22 Tikintisinə qardaşının rəhbərlik etdiyi dövrdə 1 milyondan bir qədər artıq pul vəsaiti yenidən ayrılmış, həmin məbləğdən qardaşının Təqsirləndirilən şəxs nə qədər çatdırması barədə o, özü məlumat verə bilərmiş. O sonrakı ifadəsində göstərmişdir ki, 2009-2015-ci illər ərzində "xxxx" MMC-nin direktoru olmuş, əvvəlki ifadəsində Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Təqsirləndirilən şəxs müqavilə əsasında icra etdikləri layihələrdən nə qədər pul verməyi barədə ətraflı məlumat vermiş, lakin, həmin vaxt həyəcanlı olduğuna görə 2010-cu il tarixdə X19 əsaslı təmiri və tikintisinə görə şirkətinə köçürülmüş ümumilikdə 1.124.495 manatdan 140.000 manatını nağdılaşdıraraq Təqsirləndirilən şəxs çatdırdığını desə də, hazırda belə bir hadisənin olmadığını qeyd etmək istəyir, həmin vaxt həyacanlı olduğundan və 10 il müddət keçdiyindən dəqiq olaraq xatırlamadığı halda istintaqa yanlış ifadə vermiş, istintaqa verdiyi əvvəlki ifadəsində göstərdiyi digər məqamları isə hazırda bir daha təsdiq edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-ni xaricə kimya məhsullarının satışı həyata keçirməsi üçün 2000-ci ildə təsis etmiş, sonradan lisenziya alaraq həmin şirkətinin adından tikinti layihələri götürüb və udub işlər görüb bu sahədə tanınmağa başlamış, həmin zamanlarda Sumqayıt şəhərində bir çox layihələr udub tikintisini başa çatdırmış, 2010-cu ildən başlayaraq Sumqayıt Mədəniyyət idarəsi ilə də müqavilələri olmuş, həmin vaxtlarda kiməsə “otkat” verməmiş, həmin zaman o, Sumqayıt futboluna dəstək olduğu üçün onunla başqa şərtlər altında müqavilələr bağlanmamış, 2011-ci ilin fevral ayında tanışları vasitəsi ilə X29, İnkişafı, və Bərpası üzrə dövlət xidmətinin rəisi olan Təqsirləndirilən şəxs ilə tanış olmuş, Təqsirləndirilən şəxs dəstəyi ilə 2011-ci ildə ******* dəyərində olan X17 sökülüb yenidən tikintisi ilə bağlı layihəni qazanmış, həmin pullar bir dəfəyə deyil, hissə-hissə köçürülməli olmuş, 2012-ci ildə isə Tovuz rayonunda yerləşən Aşıq Sənəti Mədəniyyət Mərkəzinin tikinti işlərinin tenderini udmuş, həmin layihənin dəyəri 5.800.000 manat olmuş, eyni vaxtda paralel işləmiş, 2015ci ildə devalvasiya dövründən sonra maliyyələşmə dayandırılmış, işlər də yarımçıq qalmış, həmin vaxta kimi 2 obyektə 4.200.000 təxminən pul köçürülmüş, ümumilikdə 2 obyektə ƏDV daxil 11.248.000 manat pul köçürülməli olmuş, 2019-cu ilin mart ayına kimi layihələrə pul köçürülməmiş, ilkin danışıqları tender layihəsinin vəsaitinin 20 faizinin nağd formada tərəfindən Təqsirləndirilən şəxs verilməli olduğu barədə olmuş, əvvəlki ifadəsində X23 və Tovuz rayonunda yerləşən Bozalqanlı adına Aşıq Sənət Dövlət Muzeyi üzrə köçürülmüş pul vəsaitindən 2019-cu ilin mart ayına kimi Təqsirləndirilən şəxs hissə-hissə olmaqla 840.000 manat vəsaiti nağdılşadıraraq verdiyini bildirsə də əslində belə olmamış, həmin vaxt həyəcanlı olduğu üçün yalnış ifadə vermiş, hazırda dəqiq olaraq deyə bilər ki, o, Təqsirləndirilən şəxs 533.000 və 218.000 manat olmaqla ümumilikdə 751.000 manat pulu nağdılaşdıraraq vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, təxminən 2000-ci ildən tikinti sahəsində işləməyə başlamış, şəhərdə hündürmərtəbəli binaların tikintilərinin iş icraçısı olmuşdur. Səma MTK, Bərəkət MTK, Ruslan MTK, X14, Piramida F.R. MMC-lərdə çalışmışdır. "xxxx"in hazırda fəaliyyətdə olan MMC olmuş, həmin MMC-də direktor müavini vəzifəsində işləmişdir. MMC-nin direktoru Əlövsət Orucov olmuş, MMCnin hüquqi ünvanı ünvan 14ərtürk Bankın” Xətai filalında açılmışdır. MMC-nin əsas fəaliyyət istiqamətinin hüquqi və fiziki şəxslərin sifarişi əsasında əsaslı təmir və tikinti işlərinin həyata keçirilməsindən ibarətdir. 2018-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən İrəvan X35n tikilməsi üçün açıq tender elan edilmiş, "xxxx" MMC olaraq həmin tenderdə iştirak edərək müsabiqənin qalibi olmuşdur. Tenderdə qalib elan olunduqdan sonra Mədəniyyət Nazirliyi ilə aralarında 2018-ci ilin dekabr ayında müqavilə imzalanmış, həmin müqaviləyə əsasən layihənin ümumi dəyərinin on bir milyon manat təşkil etmişdir. Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Təqsirləndirilən şəxs qardaşı Elşən vasitəsilə tanımış, ondan sonra birneçə dəfə ondan layihə verməsini xahiş etmiş, Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən 6 saylı musiqi məktəbi, X24, X32 layihələrini Zakir müəllimin köməkliyi ilə qazanmışlar. Həmçinin subpodratçı kimi İncəsənət muzeyinin təmir işlərini görmüşlər. 6 saylı musiqi məktəbi ilə bağlı təxminən 2 milyon pul ayrılmış, ancaq həmin vaxt “otkat” deyil, Bakı Abadlığına vəsaitin 20 faizini rəsmi köçürmüşlər, həmin layihədə buna görə 56000 manat ziyan etmişlər. Bundan sonra 2015-ci ildə X18 tikintisini Təqsirləndirilən şəxs köməkliyi ilə qazanmışlar, Həmin mədəniyyət mərkəzinə ayrılan vəsaitin təxminən 4.000.000 manat olmuş, burada Təqsirləndirilən şəxsla münasibətləri daha səmimi qura bilmiş, həmin layihədə də "xxxx" MMC-yə həmin layihənin vəsaitinin 20 faizini köçürmüşlər. X18 tikintisinin 2018-ci ildə təhvil verilmiş, həmin layihədə 150.000 manat ziyana düşmüşlər. Həmin vaxt yəni X18 binasını tikərkən, yəni layihəni götürən zaman Təqsirləndirilən şəxsla 20 faiz "xxxx" Abadlıq MMC-yə verdikdən sonra sonda qalacaq gəliri 50-50-yə yarı böləcəkləri barədə razılığa gəlsələr də ziyana getdikləri üçün gəlir olmamış və şəriklikləri alınmamışdır. İrəvan Dram teatrı ilə bağlı 2018-ci ilin dekabr ayında müqavilə bağlanan zaman Təqsirləndirilən şəxs əvvəllər onun verdiyi layihələr üzrə ziyana düşdüyündən həmin ziyanların əvəzləşdirilməsi üçün İrəvan Dram teatrında əldə olunacaq və yarı bölünəcək gəlirlə borcunu bağlayacağı barədə razılığa gəlmişlər. X30 Dram teatrının binasının tikintisi üçün təxminən 11.000.000 manat vəsait ayrılmış, əvvəlki kimi 20 faiz Zakirə “otkat” kimi qaytarılacağını, təxminən 6.000.000 manat vəsaitin hesablarına köçürüldüyünü, həmin əsas məbləğin ƏDV-i çıxıldıqda qalan 4.920.000 manatının təxminən 20 faizini, yəni 900.000 manatını hissə hissə Təqsirləndirilən şəxs qaytarmışdır. X27 Xidməti tərəfindən Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində həyata keçirilmiş təftiş nəticəsində “"xxxx" MMC tərəfindən Bakı şəhəri, Xəzər rayonunun Şağan qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizatı zamanı işlərin dəyərinin 167.605,78 manat məbləğində artırılması ilə bağlı şirkətinə köçürülmüş ümumi vəsaitdən Təqsirləndirilən şəxs tapşırığı ilə 20% miqdarı, yəni 600.000 manatdan artıq məbləği qarşı təşkilat tərəfindən heç bir iş görülmədiyi halda "xxxx" MMCyə köçürülmüş, bu səbədən də Təqsirləndirilən şəxs tapşırığı ilə işin həcmi həmin dəyərdə artırılmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, 1976-cı ildən bəri müxtəlif təşkilati-hüquqi formalarda fəaliyyət göstərən və özəlləşdirildikdən sonra "xxxx" ASC adını alan şirkətdə işləyir, 2018-ci ilin yayında isə "xxxx" ASC-nin idarə heyətinin sədri vəzifəsinə seçilmişdir. Hazırda da bu vəzifədə işləyir, şirkət təmir, tikinti və restavrasiya sahəsində fəaliyyət göstərir. 12 may 2014-cü ildə sifarişçi qismində AR Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X3 və icraçı qismində "xxxx" ASC arasında Bakı şəhərində Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi küçəsi, ev 9 ünvanında yerləşən binasında təmir-bərpa və yenidən qurma işlərinin yerinə yetirilməsi ilə əlaqədar müqavilə bağlanmış, müqaviləni AR Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X1 rəisi Təqsirləndirilən şəxs və "xxxx" ASC-dən onun tərəfindən imzalamış, müqaviləyə əsasən, görüləcək işin dəyərinin ƏDV ilə birlikdə 31.810.840 manat (otuz bir milyon səkkiz yüz on min dörd yüz qırx) təşkil etməsi tərəflər arasında razılaşdırılmış, qeyd olunan məbləğ müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə sifarişçi tərəfindən icraçının bank hesabına köçürülmüş, o həmin vaxt vitse-prezident vəzifəsində işləmiş, müqavilənin icra olunmasına ümumi rəhbərlik də vitse-prezident kimi ona həvalə olunmuş, müqavilə bağlanmamışdan əvvəl Təqsirləndirilən şəxsla görüşlərində Bakı şəhərində Azərbaycan Milli İncəsənət Muzeyinin binasında təmir-bərpa və yenidən qurma işlərinin yerinə yetirilməsi ilə əlaqədar ayrılan vəsaitin ƏDV çıxıldıqdan sonra qalan 10%-i məbləğində pul vəsaitinin nağdlaşdırılaraq ona geri qaytarılması barədə tələb qoyduğunu bildirmiş, Təqsirləndirilən şəxs yalnız bu şərtə əməl edib tələb olunan məbləğdə pulu ona verməyə razı olsalar, Mədəniyyət Nazirliyi ilə işləməklərininn mümkün olacağını və müqavilə bağlanacağını qeyd etmişdir. O da məcburiyyət qarşısında qalaraq onun bu tələbini qəbul etmiş, bu müqavilə üzrə 20.829.438.31 manat (iyirmi milyon səkkiz yüz iyirmi doqquz min dörd yüz otuz səkkiz manat otuz bir qəpik) dəyərində görülmüş işlər birbaşa olaraq "xxxx" ASC tərəfindən həyata keçirilmiş, vəsaitlər köçürüldükcə nağdlaşdırdıqları pulların bir hissəsini mütəmadi olaraq AR Mədəniyyət və Turizm Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə gedərək Təqsirləndirilən şəxs xidməti otağında ona vermiş, ümumilikdə, qeyd edilən layihənin icrası ilə əlaqədar "xxxx" ASC-nin bank hesablarına köçürülmüş pul vəsaitindən cəmi ******* (iki milyon) manatı razılaşdıqları qaydada bir neçə hissədə əlbəəl Təqsirləndirilən şəxs vermiş, "xxxx" ASC təmir olunan obyektdə əməliyyat işlərini, mühafizəsi, habelə söküntülər və digər qaba inşaat işlərini görmüşdür. Digər işlərin icra olunması isə Mədəniyyət Nazirliyinin təqdim etdiyi və nəzarət etdiyi müxtəlif briqadalar tərəfindən həyata keçirilmiş, hətta həmin dövrdə hazırda adını xatırlamadığı italyan şirkəti də işlərin yerinə yetirilməsində iştirak etmiş, bu şirkətə olan ödənişlər də şirkətlərinə ayrılmış pul vəsaiti hesabına onlar tərəfindən həyata keçirilmiş, ümumiyyətlə, bu layihə həmin italyan şirkəti tərəfindən hazırlanmış, lakin italyanlar işləri vaxtı-vaxtında apara bilmədiklərinə görə müqavilə predmetinin icrası ilə əlaqədar olaraq müəyyən işlərin realizə edilməsi məqsədilə X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yazılı razılığı ilə "xxxx" ASC ilə digər şirkətlər arasında subpodrat müqaviləsi bağlanmış, bu şirkətlər 15 noyabr 2016-cı il tarxidə "xxxx" ASC ilə "xxxx" MMC arasında ünvan 16 ünvanında yerləşən binasında təmir-bərpa və yenidən qurma işlərinin bir hissəsinin icra edilməsinə dair bağlanmış subpodrat müqaviləsinə əsasən, 1.328.231,60 manat (bir milyon üç yüz iyirmi səkkiz min iki yüz otuz bir manat altmış qəpik) dəyərində iş "xxxx" MMC tərəfindən icra edilmişdir. 28 fevral 2017-ci il tarixdə "xxxx" ASC ilə “X36” MMC arasında ünvan 16 ünvanında yerləşən binasında təmir-bərpa və yenidən qurma işlərinin bir hissəsinin icra edilməsinə dair bağlanmış subpodrat müqaviləsinə əsasən 2.858.573.,07 manat (iki milyon səkkiz yüz əlli səkkiz min beş yüz yetmiş üç manat yeddi qəpik) dəyərində iş “X36” MMC tərəfindən icra edilmişdir. 01 dekabr 2017-ci il tarixdə "xxxx" ASC ilə "xxxx" MMC arasında ünvan 16 ünvanında yerləşən binasında təmir-bərpa və yenidən qurma işlərinin bir hissəsinin icra edilməsinə dair bağlanmış subpodrat müqaviləsinə əsasən 60794.197.02 manat (altı milyon yeddi yüz doxsan dprd min yüz doxsan yeddi manat iki qəpik) dəyərində iş "xxxx" MMC tərəfindən icra edilmiş, 2015-ci ildə tanışı Nəcəf Quliyevin adına olan "xxxx" MMC Mədəniyyət və Turizm Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin elan etdiyi tenderdə qalib gələrək Qobustanda mədəniyyət obyektinin təmirini həyata keçirmişdir. Həmin işin icrası ilə bağlı dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə ******* (iki milyon səkkiz yüz əlli səkkiz min) manat məbləğində pul vəsaiti ayrılmış, həmin pul vəsaiti işlərin görülməsi üçün bir neçə hissədə "xxxx" MMC-nin bank hesablarına köçürülmüşdür. Bu işdə tanışı Nəcəf Quliyevin xahişi ilə o vasitəçilik etmiş və işlər tam həcmdə yerinə yetirilmiş, həmin ayrılan pul vəsaitindən Təqsirləndirilən şəxs və hər hansı şəxsə pul verməmiş, qeyd etdiyi ******* (iki milyon) manatdan başqa Təqsirləndirilən şəxs hər hansı pul və maddi nemət verməmişdir. Məhkəmədə Şahid6 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, təxminən 2013-cü ildə "xxxx" MMC-ni təsis etmiş, hazırda şirkətin direktorudur, şirkət tikinti-təmir fəaliyyəti ilə məşğul olur və tikinti fəaliyyəti ilə bağlı lisenziyası vardır, bu şirkəti təsis etməzdən əvvəl Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Təqsirləndirilən şəxsla tanışlıq münasibətləri yaranmış, təxminən 2014-cü ildə Təqsirləndirilən şəxsla olan söhbətlərindən birində onun rəhbəri olduğu xidmətin elan etdiyi “X41”nın rekonstruksiyası və əsaslı təmiri işləri ilə bağlı tenderdə iştirak etmək istədiyini bildirmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs tenderdə iştirak etməkdə hər hansı problemin olmadığını bildirmiş, ancaq əgər tenderdə qalib olub xidmətlə işləmək istəyirsə şirkətinə xidmətdən tikinti ilə bağlı köçəcək ümumi məbləğin ƏDV çıxıldıqdan sonra yerdə qalan hissəsinin 20 faizini geri qaytarmalı olduğunu qeyd etmişdir. Zakir müəllim belə bir şərtini dedikdən sonra onunla razılaşmış, tenderdən sonra müqavilə üzrə şirkətinin hesabına köçürüləcək məbələğin ƏDV çıxıldıqdan sonra yerdə qalan 20 faizini ona qaytaracağını demişdir. Bu razılıqdan sonra "xxxx" MMC Xidmətin elan etdiyi tenderdə qalib gəlmiş və şirkəti ilə xidmət arasında təxminən ƏDV daxil 2 milyon manat məbləğində “X41”nın təmiri və yenidən qurulması ilə bağlı müqavilə bağlanmış, bundan sonra təxminən 2014-cü ilin sonlarında tikinti-təmir işlərinə başlamış, 1-ci mərhələdə şirkətin hesabına təxminən 700- 750 min manat məbləğində avans vəsait köçürülmüş, pul hesabına köçürüldükdən 1-2 gün sonra bu vəsaitin 20 faizini 140-150 min manatını əvvəlcədən danışdıqları kimi nağdlaşdıraraq aparıb xidməti otağında Təqsirləndirilən şəxs təqdim etmiş, daha sonra yerdə qalan vəsaitlə tikinti fəaliyyətini davam etdirmiş, müəyyən işləri gördükdən sonra forma 2 əsasında təxminən 50 min manat da onun hesabına köçürülmüş, həmin pulun da 20 faizini, yəni təxminən 10 min manatı aparıb xidməti otağında Təqsirləndirilən şəxs təqdim etmiş, 2015-ci ilin fevral ayında manatın devalvasiyası baş vermiş, bundan sonra tikinti-təmir işləri dayandırılmış, çünki artıq büdcədən tikinti ilə bağlı vəsait ayrılmamış, bu müddət 2018-ci ilədək davam etmiş, yəni şirkətiin hesabına vəsait köçürülməmiş, 2018-ci ilin əvvələrindən isə artıq büdcədən vəsait ayrılmış və müqavilə üzrə şirkətin hesabına vəsaitlər köçürülməyə başlamış, bundan sonra o, tikintini davam etdirmiş, şirkətinin hesabına gördüyü işlərə əsasən forma2 müqabilində Mədəniyyət Nazirliyindən vəsaitlər köçürülməyə başlanmış, bundan sonra Təqsirləndirilən şəxsla olan görüşlərində ona artıq köçən pulun 20 faizini nağdlaşdırıb ona gətirmək yox, "xxxx" MMC-nin hesabına köçürmək lazım olduğunu demiş, bunun heç bir fərqi olmadığından razılaşmış, daha sonra həmin şirkətin hazırda adını xatırlamadığı nümayəndələri ilə şirkəti arasında subpodrat müqaviləsi bağlanmış və Nazirlikdən gələn vəsaitin 20 faizini onların hesabına köçürmüş, amma onlar real olaraq subpodrat müqaviləsi üzrə hər hansı fəaliyyət göstərməmiş, yəni bu müqavilələr formal bir müqavilə olmuş, sadəcə vəsaiti köçürmək üçün lazım olmuş, müqavilələrdə “X41”nın hansısa işlərini onların gördüyünü göstərmiş, əslində isə bütün işləri özü görmüş, "xxxx" MMC sənəd üzərində müqavilə üzrə öhdəlikləri icra etsə də, realda onlar heç nə etməmiş, şirkətinin hesabına Nazirlikdən vəsaitlər hissə-hissə köçürülmüş, o, həmin vəsaitləri hissə-hissə 20 faiz miqdarında Təqsirləndirilən şəxs göstərişi ilə "xxxx" MMC-yə köçürmüş, hazırda məbləğləri və köçürmə sayını dəqiq xatırlamamış, "xxxx" MMC-yə şirkətindən köçürülən bütün vəsait Təqsirləndirilən şəxs göstərişi ilə sonuncu ilə əvvəlcədən olan razılaşmalarına əsasən köçürülmüş, məbləği müəyyən etmək üçün sənədlərə baxaraq ətraflı məlumat verə bilərmiş, "xxxx" MMC-yə köçürdüyü vəsaitlərin sonrakı taleyi barədə məlumatı olmamış, yuxarıda dedidyi kimi ümumilikdə 2 dəfə Təqsirləndirilən şəxs nağd formada pul qaytarmış, digərlərini köçürmə ilə onun dediyi şirkətə köçürmüş, ümumilikdə götürsək hissə-hissə olsa da əvvəlcədən danışdıqları kimi büdcədən müqavilə üzrə şirkətin hesabına köçürülmüş ƏDV çıxıldıqdan sonra yerdə qalan ümumi məbləğin 20 faizinin bir hissəsini nağd, digər hissəsini isə yuxarıda qeyd etdiyi formada köçürmə yolu ilə Təqsirləndirilən şəxs geri qaytarmış, özü isə müqavilə üzrə bütün öhdəliklərii icra edərək 2018-ci ilin sonlarına doğru “X41”nın binasını tam təhvil vermiş, 2018-ci ilin dekabr ayında binanın açılışı olmuşdur. Şahid6 maliyyə təftişinin nəticələri üzrə istintaqa verdiyi ifadəsində göstərmişdir ki, istintaqa verdiyi əvvəlki ifadəni təsdiq edir, X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə 2016-cı ildə bağlanmış müqavilə əsasında ona məxsus olan "xxxx" MMC tərəfindən Şuşa Dövlət X28 fəaliyyət göstərdiyi ünvan 17 ünvanındakı binanın əsaslı təmiri və yenidənqurulması işləri həyata keçirilmiş, bu barədə istintaqa ətraflı ifadə vermiş, X27 Xidməti tərəfindən Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində həyata keçirilmiş təftiş nəticəsində "xxxx" MMC tərəfindən Şuşa Dövlət X28 fəaliyyət göstərdiyi ünvan 17 ünvanındakı binanın əsaslı təmiri və yenidənqurulması zamanı işlərin dəyərinin 58.343,94 manat məbləğində artırılması barədə əvvəlki ifadəsində qeyd etdiyi kimi X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Təqsirləndirilən şəxs sonuncunun tapşırığı əsasında Şuşa Dövlət X28 fəaliyyət göstərdiyi ünvan 17 ünvanındakı binanın əsaslı təmiri və yenidənqurulması işlərinin onun şirkəti tərəfindən həyata keçirilməsi üçün 150.000 manat pul vermişə, bu səbədən də Təqsirləndirilən şəxs tapşırığı ilə ona həmin məbləğin verilməsi üçün işlərin dəyəri 58.343,94 manat məbləğində artırılmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid7 ifadəsində göstərmişdir ki, 2009-cu ildən Mədəniyyət Nazirliyinin Tikilən X2 nəzdində fəaliyyət göstərən "xxxx" MMC-nin direktorudur, həmin dövrdə Mədəniyyət Nazirliyinin Tikilən X2 rəhbəri Təqsirləndirilən şəxs olmuş, bir neçə il bundan əvvəl Mədəniyyət Nazirliyinin Tikilən X5 (TOBM) dəyişilərək Mədəniyyət Nazirliyi yanında X29 İnkişafı və Bərpası üzrə Dövlət Xidməti olmuş və Təqsirləndirilən şəxs həmin xidmətin rəhbəri təyin olunmuşdur. "xxxx" MMC-nin direktoru olaraq birbaşa ona tabe olmuşdur. Təqsirləndirilən şəxsla tanışlığı 2007-ci ildə "xxxx" MMC-də işlədiyi dövrdə Heydər Əliyev sarayının əsaslı təmir və yenidən qurulmasının layihələndirilməsi zamanı sarayın ölçü işlərininin həyata keçirildiyi zaman olmuş, bu tanışlıqdan sonra ona "xxxx"nin direktoru vəzifəsini təklif etmiş və o həmin təklifi dəyərləndirərək onunla işləməyə razılıq vermişdir. Bundan başqa faktiki rəhbərlik etdiyi "xxxx" MMC şirkəti vardır, həmin şirkət 2003-cü ildə təsis edilmiş, şirkətin təsisçisi dostu Müsəddin Namazov, direktoru isə həyat yoldaşı Samirə Bayramovadır, şirkətə faktiki rəhbərliyi özü həyata keçirir, şirkətin hazırda 5 nəfər işçisi vardır, əvvəllər isə şirkətin 20-ə yaxın işçisi olmuş, şirkətin hüquqi ünvanı ünvan 18 isə şirkət ünvan 19 ünvanında yerləşir. "xxxx" MMC 2012-ci ildən başlayaraq əvvəlcə TOBM-un daha sonra isə X29 İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin layihələndirmə işləri üzrə elan etdiyi bir sıra tenderlərdə qalib gələrək dövlət obyektlərinin layihələndirmə işlərini yerinə yetirmiş, həmin layihələndirmələrə rəhbərliyi özü həyata keçirmiş, təxminən 2009-cu ildən 2020-ci ilədək X29 İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin elan etdiyi ümumilikdə 20-ə yaxın layihələndirmə işində qalib gələrək bir sıra dövlət obyektlərinin layihələndirməsini həyata keçirmişlər. Həmin layihələndirmə müqavilələrindən 2009-ci ildən 2015-ci ilədək olan müddət ərzində ƏDV xaric nağdlaşdırılan ümumi məbləğin 15-17 faizi onun tərəfindən Təqsirləndirilən şəxs çatdırılmış, layihələndirmə işlərinin həyata keçirildiyi dövlət obyektlərinə misal olaraq Qaradağ rayonu Qızıldaş qəsəbəsi Mədəniyyət Məkəzini, Xəzər Rayonu Şaqan qəsəbəsi Mədəniyyət Mərkəzini, Sabunçu Rayonu Maştağa qəsəbəsi Mədəniyyət Mərkəzini, Nərimanov Rayonu 21 saylı musiqi məktəbini, Nərimanov rayonu 35 saylı 11 illik musiqi məktəbini, Tovuz Rayonu Nizami adına Mədəniyyət evini, Bərdə Rayonu 1 saylı İncəsənət Məktəbini, Dərbənd Şəhərindəki Azərbaycan X35, son dövrlərədə isə Cəfər Cabbarlı adına İrəvan dram teatrını göstərmək olar. Dərbənd Şəhərindəki Azərbaycan X38 üçün yeni binanın tikintisi və texniki təchizatının layihələndirilməsi üzrə 2015-ci ilin təxminən mart atında elan edilmiş tenderdə faktiki rəhbərlik etdiyi "xxxx" MMC qalib gəlmiş, həmin layihə üzrə dövlət büdcəsindən şirkətin hesabına ümumilikdə ƏDV xaric 298.000 (iki yüz doxsan səkkiz min) manat pul köçürülmüş, həmin puldan 50.600 (əlli min altı yüz) manatını Təqsirləndirilən şəxs otağında ona vermiş, obyekt dövlət investisiya proqramına daxil edilmədiyi üçün dövlət büdcəsindən obyektin layihələndirilməsinə qalan vəsait ödənilməmiş, ödənilən məbləğin 18 faiz ƏDV xaric 143.639 manat məbləğində olan hissəsinin 17 faizini, yəni 24418 manatını Təqsirləndirilən şəxs iş otağında tərəfindən onun özünə çatdırılmış, ümumiulikdə cəmi 13 layihə üzrə "xxxx" MMC və "xxxx" MMC-yə köçürülmüş ƏDV ödənildikdən sonra qalan 1.553.975 manat (bir milyon beş yüz əlli üç min doqquz yüz yetmiş beş) pul vəsaitindən 255.950 (iki yüz əlli beş min doqquz yüz əlli) manat nağd pulu şəxsən özü Təqsirləndirilən şəxs xidməti otağında ona vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid8 ifadəsində göstərmişdir ki, rəhbəri olduğu "xxxx" MMC-nin 20 nəfər əməkdaşı vardır. Şirkətin bank hesabları əvvəllər “Muğan Bank” və “Atra Bank”da olmuş, hazırda isə yalnız “Günay Bank”dadır. Şirkət yarandığı vaxtdan yalnız Mədəniyyət Nazirliyinin elan etdiyi tenderlərə layihə təqdim etmiş, 2006- 2017-ci illərdə Mədəniyyət Nazirliyində qalib gəldikləri 6 tender əsasında müxtəlif rayonlardakı-dini mədəni obyektlərdəki təmir-tikinti işləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs vəzifəyə təyin edilməmişdən qabaq Haclqabul rayonunda 2006 və 2007-ci illərdə müvafiq olaraq Pir Hüseyn xanəgahı və Mədəniyyət evinin tikintisi ilə bağlı tenderlərdə qalib gəlmiş və təmir işlərini həyata keçirmişdir. Təqsirləndirilən şəxs rəhbərliyi ilə həmin Xidmət yaradıldıqdan sonra dini-mədəni obyektlərin təmiri, tikinti və restavrasiyası ilə bağlı səlahiyyətlər bu quruma verilmiş, Təqsirləndirilən şəxs onun əvvəllər Mədəniyyət Nazirliyi ilə tikintiyə dair podrat müqaviləsi bağladığını bildiyinə görə yanına dəvət edərək bundan sonra tenderlərdə qalib gəlmək və Mədəniyyət Nazirliyinin təmir-tikinti layihələrini icra etmək üçün ayrılan vəsaitin ƏDV çıxıldıqdan sonra qalan 18- 20%-i məbləğində nağd pul vəsaitinin nağdlaşdırılıaraq ona geri qaytarılması barədə tələb qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yalnız bu şərtə əməl edib tələb olunan məbləğdə pulu ona verərsə gələcəkdə Mədəniyyət Nazirliyi ilə işləməyinin mümkün olacağını qeyd etmiş, o da məcburiyyət qarşısında qalaraq onun bu tələbini qəbul etmiş, bundan sonra Salyan rayonunda Cümə Məscidinin təmiri ilə əlaqədar tenderdə qalib gələrək təxminən bir il ərzində müqavilədə nəzərdə tutulan bərpa işlərini icra etmiş, həmin işin icrası ilə bağlı dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə təxminən 1.200.000 məbləğində pul vəsaiti ayrılmış, həmin pul vəsaiti işlərin görülməsi üçün bir neçə hissədə "xxxx" MMC-nin bank hesablarına köçürülmüş, xatırladığı qədəri ilə Təqsirləndirilən şəxs vəzifəyə təyin olunduqdan sonra bir müddət bu işlərə nəzarət ona həvalə edilməmişdir. Hazırda bu təmir işi ilə bağlı dövlət büdcəsindən köçürülmüş pulun 18-20%-ni Təqsirləndirilən şəxs verib-vermədiyini xatırlamır. 2010-cu ildə Masallı rayonunda Mədəniyyət Evinin təmiri ilə əldaqədar tenderdə qalib gələrək təxminən bir-iki il ərzində müqavilədə nəzərdə tutulan bərpa işlərini icra etmiş, həmin işin icrası ilə bağlı dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə təxminən 2.400.000 manat məbləğində pul vəsaiti ayrılmış, həmin pul vəsaiti işlərin görülməsi üçün bir neçə hissədə "xxxx" MMC-nin bank hesabına köçürülmüşdür. Təqsirləndirilən şəxs tələbi ilə ümumilikdə şirkətin hesabına köçürülmüş 2.400.000 manatdan 300.000 manatını bir neçə hissədə olmaqla nağdlaşdıraraq Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindəki xidməti otağında əlbəəl Təqsirləndirilən şəxs vermiş, həmçinin 2011-ci ildə Lənkəran rayonunda Mirəhməd xanın evinin təmiri ilə əlaqədar tenderdə qalib gələrək təxminən bir-iki il ərzində müqavilədə nəzərdə tutulan bərpa işlərini icra etmiş, həmin işin icrası ilə bağlı dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə təxminən 1.400.000 manat məbləğində pul vəsaiti ayrılmışdır. Həmin pul vəsaiti işlərin görülməsi üçün bir neçə hissədə "xxxx" MMC-nin bank hesablarına köçürülmüş, Təqsirləndirilən şəxs tələbi ilə ümumilikdə şirkətin hesabına köçürülmüş 1.400.000 manatdan 200.000 manatını bir neçə hissədə olmaqla nağdlaşdıraraq Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindəki xidməti otağında əlbəəl Təqsirləndirilən şəxs vermişddir. 2012-ci ildə Bərdə şəhərində Allah-Allah türbəsinin bərpası ilə əlaqədar tenderdə qalib gələrək təxminən beş il ərzində müqavilədə nəzərdə tutulan konservasiya və təmir-bərpa işlərini icra etmiş, həmin işin icrası ilə bağlı dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə ilkin olaraq konservasiya üçün 700.000 manat, sonradan bərpa layihəsinin icrası üçün isə 2.300.000 manat məbləğində pul vəsaiti ayrılmış, həmin pul vəsaiti işlərin görülməsi üçün beş il ərzində bir neçə hissədə "xxxx" MMC-nin bank hesablarına köçürülmüşdür. 3.000.000 manatdan 450.000 manatını bir neçə hissədə olmaqla nağdlaşdıraraq Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindəki xidməti otağında əlbəəl Təqsirləndirilən şəxs vermiş, təxminən 2018-ci ilin ortalarında Hesablama Palatası "xxxx" MMC-nin fəaliyyətini yoxlayaraq hazırda xatırlamadığı müxtəlif pozuntular aşkar edildiyinə görə 51.000 manat cərimə ödənilməsini tələb etmiş, bu barədə Zakir Sultnova məlumat verərək əvvəllər icra etdiyi layihələrdə onun mənimsədiyi pullara görə ziyanda olduğunu, pulunun olmadığını bildirmiş, Təqsirləndirilən şəxs da bundan narahat olaraq növbəti gün Seyran Əliyev adlı işçisi ilə 51.000 manat pul göndərmiş, ümumi olaraq dövlət büdcəsindən müvafiq layihələrin icrası ilə əlaqədar ayrılmış pul vəsaitlərindən nağdlaşdırdığı 950.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs tələbi ilə ona vermiş, Hesablama palatasının yoxlamasından sonra 51.000 manat pulu ondan geri alaraq barəsində tətbiq edilmiş cəriməni ödəmişdir. Məhkəmədə Şahid9 ibtidai araşdırma zamanı verdiyi ifadəsi elan olunmuşdur. O həmin ifadəsində 1984-cü ildən etibarən turizm sahəsində fəaliyyətə başladığını, 2019-cu ilin iyun ayından etibarən hazırkı dövrədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X29, bərpası və inkişafı üzrə dövlət xidmətinin qoruqların idarə olunması və istifadəsinə nəzarət sektorunun müdiri vəzifəsində işlədiyini, müdiri olduğu sektorun fəaliyyətinin tabeçiliyində olan 13 ədəd dövlət tarix mədəniyyət qoruqlarının iş planlarının icrasına nəzarət, qoruqlardakı gündəlik iş fəaliyyətinə nəzarət etmək, qoruqlar tərəfindən iş planına əsasən mütəmadi olaraq hesabatların alınması, kütləvi informasiya vasitələrində tabeçiliyikdə olan qoruqların təşviqinə dair işlərin aparılması, beynəlxalq səviyyəli tədbirləri təşkil edərək dövlət qoruqlarının tanıdılması və sair tədbirləri həyata keçirməkdən ibarət olduğunu, sektorun tabeçiliyində Avey dövlət tarix mədəniyyət qoruğu, Keşikçidağ dövlət tarix mədəniyyət qoruğu, Qədim Şəmkir dövlət tarix mədəniyyət qoruğu, Gəncə dövlət tarix mədəniyyət qoruğu, Pirhüseyn dövlət tarix mədəniyyət qoruğu, Qobustan dövlət tarix mədəniyyət qoruğu, Çıraqqala-Şabran dövlət tarix mədəniyyət qoruğu, Quba soyqırım memorial kompleksi, Qəbələ dövlət tarix mədəniyyət qoruğu, İlisu dövlət tarix mədəniyyət qoruğu, Zaqatala dövlət tarix mədəniyyət qoruğu, Qədim Ağsu dövlət tarix mədəniyyət qoruğu, Şuşa dövlət tarix mədəniyyət qoruğunun olduğunu, işlədiyi sektorun bir başa olaraq xidmət rəisinin müavini Könül Cəfərovaya tabe olduğunu, buna baxmayaraq görülən işlərlə bağlı Könül xanımla yanaşı xidmətin rəisi Zakir Soltanova da mütəmadi olaraq məruzələrini etdiyini, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X29, bərpası və inkişafı üzrə dövlət xidmətinin internet saytının yenidən yığılması və dizayn edilməsi, habelə sosial mediada reklamının edilməsi üçün işlədiyi xidmətin balansından "xxxx" MMC-yə 19000 manat pul köçürüldüyünü, həmin şirkətlə arada olan razılığa əsasən pul köçürüldükdən sonra köçürülmüş 19000 manatın 5%-ı miqdarında olan 950 manatını geri qaytarılmalı olduğunu, Xidmət rəisi Zakir müəllimin göstərişi əsasında "xxxx" MMC-yə köçürülmüş 19000 manatın 5%-ı miqdarında olan 950 manatı həmin şirkətin rəhəri olan Şahid10 təhvil alaraq 14 aprel 2020-ci il tarixdə Təqsirləndirilən şəxs xidməti otağında zərfin içərisində sonuncuya verdiyini bildirmişdir. Şahid9 07 may 2020-ci il tarixli 30/2/2670 nömrəli məktubla daxil olmuş video ilə bağlı istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs iş masasının qarşısında əyləşən şəxs özüdür, əvvəlki ifadəsini təsdiq etmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X29, bərpası və inkişafı üzrə dövlət xidmətinin internet saytının yenidən yığılması və dizayn edilməsi, habelə sosial mediada reklamının edilməsi üçün işlədiyi xidmətin balansından "xxxx" MMC-yə 19000 manat pul köçürülmüş, həmin şirkətlə aralarında olan razılığa əsasən pul köçürüldükdən sonra köçürülmüş 19000 manatın 5%-ı miqdarında olan 950 manat onlara “otkat” şəklində geri qaytarılmalı olmuş, xidmət rəisi Zakir müəllimin göstərişi əsasında "xxxx" MMC-yə köçürülmüş 19000 manatın 5%-ı miqdarında olan 950 manatı həmin şirkətin rəhəri olan Şahid10 təhvil almış və 14 aprel 2020-ci il tarixdə Zakir Soltanovun xidməti otağında ağ rəngli zərfin içərisində sonuncuya vermiş, təqdim edilmiş video görüntüdə qeyd elədiyi 950 manatı Təqsirləndirilən şəxs təhvil verdiyi öz əksini tapmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid11 ifadəsində göstərmişdir ki, Dövlət Xidməti tərəfindən layihələr üzrə podratçı müəssisələrlə müqavilə bağlandıqdan sonra MMC tikilən və ya təmir olunan obyektə texniki nəzarət funksiyasını həyata keçirmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində Mədəniyyət Mərkəzinin əsaslı təmiri və texniki təchizatı üzrə podratçı müəssisə tərəfindən hazırlanmış forma 2 sənədinə o özü baxdıqdan sonra orada müəyyən çatışmazlığın olduğunu görərək bu barədə Xidmətin rəisi Təqsirləndirilən şəxs məruzə etmiş, Təqsirləndirilən şəxs ona sənədə imza etməli olduqlarını bildirmiş, o da öz növbəsində mühəndis Rizvan Cumayevə rəhbərin göstərişi ilə imza etməli olduğunu bildirmişdir. Bundan sonra yerinə yetilmiş işlərin həcminin tam olduğuna dair sənəd imzalanmış və iş qəbul edilmişdir. Şuşa X35n fəaliyyət göstərdiyi ünvan 4 ünvanındakı binanın əsaslı təmiri və yenidən qurulması üzrə podratçı müəssisə tərəfindən hazırlanmış qeyd olunan forma 2 sənədinə o özü baxdıqdan sonra orada müəyyən çatışmazlığın olduğunu görərək bu barədə Xidmətin rəisi Təqsirləndirilən şəxs məruzə etmiş, Təqsirləndirilən şəxs ona sənədə imza etməli olduqlarını göstəriş vermiş, o da öz növbəsində mühəndisə rəhbərin göstərişi ilə imza etməli olduğunu bildirmişdir. Bundan sonra yerinə yetilmiş işlərin həcminin tam olduğuna dair sənəd imzalanmış və iş qəbul edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid12 ifadəsində 2018-ci ildən etibarən Bakı şəhəri, Nəsimi rayonu 48 saylı MKİS-də mühəndis işlədiyini bildirmiş, 08 may 2020-ci il tarixdə iş yoldaşı Şahid13lə birlikdə xidməti ərazidə olan zaman iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olduqlarını qeyd edərək onlar tərəfindən keçiriləcək baxışda hal şahidi qismində iştirak etməsini xahiş etmişlər. Onlar da bir vətəndaş kimi buna razı olaraq DTX əməkdaşları ilə birlikdə ünvan 1 ünvanına gedərək oraya daxil olmuşlar. Ünvana daxil olan zaman ev sahibi Binnaz adlı qadın onları qarşılamış, lakin ev həmin qadının həyat yoldaşı Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Təqsirləndirilən şəxs məxsus olmuşdur. Bundan sonra, DTX əməkdaşı tərəfindən onlara hal şahidi kimi hüquqları izah edilmiş və bununla da evdə baxış aparılmağa başlanmışdır. Baxış zamanı evdən çox sayda daşınmaz əmlaka dair sənədlər, bir ədəd yaddaş kartı və evin yataq otağının sanitar qovşağındakı dolabda olan bir ədəd qara rəngli sellofan torbanın içərisindən 10.000 manat, 181.400 ABŞ dolları aşkar edilərək götürülmüş, aşkar edilmiş 181.400 ABŞ dolarından 1.400 ABŞ dolları Binnaz adlı qadına geri qaytarılmışdır. Daha sonra, baxışa dair protokol tərtib edilmiş, o və baxışda iştirak etmiş digər şəxslər protokolu oxuyaraq düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid13 ifadəsində Şahid12 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə Şahid10 ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayında "xxxx" MMC-ni təsis edərək həmin MMC-nin direktoru kimi fəaliyyətə başlamışdır. MMC-nin 3 işçisi olmuş, MMC təsis edildikdən hazırkı vaxtadək yalnız bir dəfə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X29, Bərpası və İnkişafı üzrə dövlət xidmətinə xidmət göstərmişdir. Həmin qurum tərəfindən 2020-ci ilin fevral ayında internet saytının yenidən yığılması və dizayn edilməsi, habelə sosial mediada reklamının edilməsi lotu üzrə tender elan edilmiş, o, tenderə müvafiq sənədləri təqdim etdikdən sonra qalib olmuş, bundan sonra yuxarıda qeyd edilən xidmətlə müqavilə bağlanmışdır. Müqavilə dəyəri ƏDV ilə birlikdə 49000 manat olmuşdur. 2020-ci ilin mart ayının əvvəllərində MMC-nin hesabına pul köçürülməmiş artıq işə başlamış, işlərin 30 % hissəsi görüldükdən sonra o, həmin Xidmətdə işləyən çoxdan tanıdığı Şahid9 artıq ayrılmış pul vəsaitinin köçürülməli olduğunu bildirmişdir. Bundan sonra Şahid9 pul köçürüldükdən sonra onun rəhbərinin göstərişinə əsasən məbləğin 5% hissəsinin nağd pul vəsaiti şəklində geri qaytarılmalı olduğunu bildirmiş, bununla razılaşmış, çünki həmin pulu verməsə işində əngəllər yaranacağını və ya müqaviləyə xitam veriləcəyini bilmişdir. Mahir müəllimin rəhbərini şəxsə tanımamış, adının Zakir olduğunu eşitmiş, Zakir müəllimlə görüşü və danışığı olmamış, şəxsən ondan hər hansı məbləğdə pul tələb etməmiş və almamışdır. Bundan sonra Xidmətdən 2020-ci ilin mart ayının sonlarında 19000 manat pul "xxxx" MMC-nin “Ekspress Bankda” olan hesabına köçürülmüş, Mahir müəllimin dediyi kimi məbləğin 5% hissəsini yəni 950 manat pulu 2020-ci ilin aprel ayının təxminən ortalarına yaxın Bakı şəhəri, yaşadığı Zərdabi küçəsində yolun kənarında görüşərək Mahir Qəhərmanova şəxsən vermiş, pulu verən zaman ikilikdə olmuş, yanlarında başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Cinayət işinə əlaəvə edilmiş 04 iyun 2021-ci il tarixli Baxış keçirilməsi haqqında protokolun məzmunundan görünür ki, Şuşa dövlət X28 fəaliyyət göstərdiyi binanın əsaslı təmiri və yenidən qurulması işləri ilə bağlı podratçı "xxxx" MMC ilə sifarişçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “X29, tədqiqatı, və monitorinq Mərkəzi” MMC arasında tərtib edilmiş 2016cı ilin yanvar ayı üzrə yerinə yetirilmiş işlərin qəbulu haqqında Aktın təsdiqlənmiş surəti (Forma 2). Aktı podratçı MMC-nin direktoru Anar Əliyev tərəfindən və Sifarişçi MMC-nin texniki nəzarət sektorunun texniki nəzarət mühəndisi Mahmud Misirov tərəfindən imzalanaraq möhürlənmiş; - Şuşa dövlət X28 fəaliyyət göstərdiyi binanın əsaslı təmiri və yenidən qurulması işləri ilə bağlı podratçı "xxxx" MMC ilə sifarişçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “X29, tədqiqatı, və monitorinq Mərkəzi” MMC arasında tərtib edilmiş 2018-ci il üzrə yerinə yetirilmiş işlərin qəbulu haqqında Aktın təsdiqlənmiş surəti (Forma 2). Aktı podratçı MMC-nin direktoru Şahid6 tərəfindən və Sifarişçi MMC-nin texniki nəzarət sektorunun böyük texniki nəzarət mühəndisi Aftandil Hacıyev tərəfindən imzalanaraq möhürlənmiş; - Şuşa dövlət X28 fəaliyyət göstərdiyi binanın əsaslı təmiri və yenidən qurulması işləri ilə bağlı podratçı "xxxx" MMC ilə sifarişçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “X29, tədqiqatı, və monitorinq Mərkəzi” MMC arasında tərtib edilmiş 2018-ci ilin aprel ayı üzrə yerinə yetirilmiş işlərin qəbulu haqqında Aktın təsdiqlənmiş surəti (Forma 2). Aktı podratçı MMC-nin direktoru Şahid6 tərəfindən və Sifarişçi MMC-nin texniki nəzarət sektorunun böyük texniki nəzarət mühəndisi Aftandil Hacıyev tərəfindən imzalanaraq möhürlənmiş; - Şuşa dövlət X28 fəaliyyət göstərdiyi binanın əsaslı təmiri və yenidən qurulması işləri ilə bağlı podratçı "xxxx" MMC ilə sifarişçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “X29, tədqiqatı, və monitorinq Mərkəzi” MMC arasında tərtib edilmiş 2018-ci ilin may ayı üzrə yerinə yetirilmiş işlərin qəbulu haqqında Aktın təsdiqlənmiş surəti (Forma 2). Aktı podratçı MMC-nin direktoru Şahid6 tərəfindən və Sifarişçi MMC-nin texniki nəzarət sektorunun böyük texniki nəzarət mühəndisi Aftandil Hacıyev tərəfindən imzalanaraq möhürlənmiş; - Şuşa dövlət X28 fəaliyyət göstərdiyi binanın əsaslı təmiri və yenidən qurulması işləri ilə bağlı podratçı "xxxx" MMC ilə sifarişçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “X29, tədqiqatı, və monitorinq Mərkəzi” MMC arasında tərtib edilmiş 2018-ci ilin iyun ayı üzrə yerinə yetirilmiş işlərin qəbulu haqqında Aktın təsdiqlənmiş surəti (Forma 2). Aktı podratçı MMC-nin direktoru Şahid6 tərəfindən və Sifarişçi MMC-nin texniki nəzarət sektorunun böyük texniki nəzarət mühəndisi Aftandil Hacıyev tərəfindən imzalanaraq möhürlənmiş; - Şuşa dövlət X28 fəaliyyət göstərdiyi binanın əsaslı təmiri və yenidən qurulması işləri ilə bağlı podratçı "xxxx" MMC ilə sifarişçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “X29, tədqiqatı, və monitorinq Mərkəzi” MMC arasında tərtib edilmiş 2018-ci ilin avqust ayı üzrə yerinə yetirilmiş işlərin qəbulu haqqında Aktın təsdiqlənmiş surəti (Forma 2). Aktı podratçı MMCnin direktoru Şahid6 tərəfindən və Sifarişçi MMC-nin texniki nəzarət sektorunun böyük texniki nəzarət mühəndisi Aftandil Hacıyev tərəfindən imzalanaraq möhürlənmiş; - Şuşa dövlət X28 fəaliyyət göstərdiyi binanın əsaslı təmiri və yenidən qurulması işləri ilə bağlı podratçı "xxxx" MMC ilə sifarişçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “X29, tədqiqatı, və monitorinq Mərkəzi” MMC arasında tərtib edilmiş 2018-ci ilin oktyabr ayı üzrə yerinə yetirilmiş işlərin qəbulu haqqında Aktın təsdiqlənmiş surəti (Forma 2). Aktı podratçı MMCnin direktoru Şahid6 tərəfindən və Sifarişçi MMC-nin texniki nəzarət sektorunun böyük texniki nəzarət mühəndisi Aftandil Hacıyev tərəfindən imzalanaraq möhürlənmiş; - Şuşa dövlət X28 fəaliyyət göstərdiyi binanın əsaslı təmiri və yenidən qurulması işləri ilə bağlı podratçı "xxxx" MMC ilə sifarişçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “X29, tədqiqatı, və monitorinq Mərkəzi” MMC arasında tərtib edilmiş 2018-ci ilin noyabr ayı üzrə yerinə yetirilmiş işlərin qəbulu haqqında Aktın təsdiqlənmiş surəti (Forma 2). Aktı podratçı MMCnin direktoru Şahid6 tərəfindən və Sifarişçi MMC-nin texniki nəzarət sektorunun böyük texniki nəzarət mühəndisi Aftandil Hacıyev tərəfindən imzalanaraq möhürlənmiş; - Şuşa dövlət X28 fəaliyyət göstərdiyi binanın əsaslı təmiri və yenidən qurulması işləri ilə bağlı podratçı "xxxx" MMC ilə sifarişçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “X29, tədqiqatı, və monitorinq Mərkəzi” MMC arasında tərtib edilmiş 2018-ci ilin dekabr ayı üzrə yerinə yetirilmiş işlərin qəbulu haqqında Aktın təsdiqlənmiş surəti (Forma 2). Aktı podratçı MMCnin direktoru Şahid6 tərəfindən və Sifarişçi MMC-nin texniki nəzarət sektorunun böyük texniki nəzarət mühəndisi Aftandil Hacıyev tərəfindən imzalanaraq möhürlənmiş; - Sabunçu rayonu, Maştağa qəsəbəsində H.Abbasov adına Mədəniyyət Mərkəzinin (13 nömrəli kitabxana filialı daxil olmaqla) yeni binasının əsaslı təmiri və texniki təchizatı ilə bağlı podratçı "xxxx" MMC ilə sifarişçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X3 arasında tərtib edilmiş 2014-cü ilin mart ayı üzrə yerinə yetirilmiş işlərin qəbulu haqqında Aktın təsdiqlənmiş surəti (Forma 2). Aktı podratçı MMC-nin direktoru Şahid2 tərəfindən və Sifarişçi təşkilatın texniki nəzarət şöbəsinin nəzarət mühəndisi İslam İsmayılov tərəfindən imzalanaraq möhürlənmiş; - Sabunçu rayonu, Maştağa qəsəbəsində H.Abbasov adına Mədəniyyət Mərkəzinin (13 nömrəli kitabxana filialı daxil olmaqla) yeni binasının əsaslı təmiri və texniki təchizatı ilə bağlı podratçı "xxxx" MMC ilə sifarişçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X3 arasında tərtib edilmiş 2014-cü ilin oktyabr ayı üzrə yerinə yetirilmiş işlərin qəbulu haqqında Aktın təsdiqlənmiş surəti (Forma 2). Aktı podratçı MMC-nin direktoru Şahid2 tərəfindən və Sifarişçi təşkilatın texniki nəzarət şöbəsinin nəzarət mühəndisi İslam İsmayılov tərəfindən imzalanaraq möhürlənmiş; - Sabunçu rayonu, Maştağa qəsəbəsində H.Abbasov adına Mədəniyyət Mərkəzinin (13 nömrəli kitabxana filialı daxil olmaqla) yeni binasının əsaslı təmiri və texniki təchizatı ilə bağlı podratçı "xxxx" MMC ilə sifarişçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Tikilən X3 arasında tərtib edilmiş 2014-cü ilin noyabr ayı üzrə yerinə yetirilmiş işlərin qəbulu haqqında Aktın təsdiqlənmiş surəti (Forma 2). Aktı podratçı MMC-nin direktoru Şahid2 tərəfindən və Sifarişçi təşkilatın texniki nəzarət şöbəsinin nəzarət mühəndisi İslam İsmayılov tərəfindən imzalanaraq möhürlənmiş; - Sabunçu rayonu, Maştağa qəsəbəsində H.Abbasov adına Mədəniyyət Mərkəzinin (13 nömrəli kitabxana filialı daxil olmaqla) yeni binasının əsaslı təmiri və texniki təchizatı ilə bağlı podratçı "xxxx" MMC ilə sifarişçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “X29, tədqiqatı, və monitorinq Mərkəzi” MMC arasında tərtib edilmiş 2015-ci ilin oktyabr ayı üzrə yerinə yetirilmiş işlərin qəbulu haqqında Aktın təsdiqlənmiş surəti (Forma 2). Aktı podratçı MMCnin direktoru Şahid1 tərəfindən və Sifarişçi MMC-nin texniki nəzarət sektorunun müdiri Rizvan Cumayev tərəfindən imzalanaraq möhürlənmiş; - Sabunçu rayonu, Maştağa qəsəbəsində H.Abbasov adına Mədəniyyət Mərkəzinin (13 nömrəli kitabxana filialı daxil olmaqla) yeni binasının əsaslı təmiri və texniki təchizatı ilə bağlı podratçı "xxxx" MMC ilə sifarişçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “X29, tədqiqatı, və monitorinq Mərkəzi” MMC arasında tərtib edilmiş 2017-ci ilin sentyabr ayı üzrə yerinə yetirilmiş işlərin qəbulu haqqında Aktın təsdiqlənmiş surəti (Forma 2). Aktı podratçı MMCnin direktoru Şahid1 tərəfindən və Sifarişçi MMC-nin texniki nəzarət sektorunun müdiri Rizvan Cumayev tərəfindən imzalanaraq möhürlənmiş; - Sabunçu rayonu, Maştağa qəsəbəsində H.Abbasov adına Mədəniyyət Mərkəzinin (13 nömrəli kitabxana filialı daxil olmaqla) yeni binasının əsaslı təmiri və texniki təchizatı ilə bağlı podratçı "xxxx" MMC ilə sifarişçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “X29, tədqiqatı, və monitorinq Mərkəzi” MMC arasında tərtib edilmiş 2017-ci ilin oktyabr ayı üzrə yerinə yetirilmiş işlərin qəbulu haqqında Aktın təsdiqlənmiş surəti (Forma 2). Aktı podratçı MMCnin direktoru Şahid1 tərəfindən və Sifarişçi MMC-nin texniki nəzarət sektorunun müdiri Rizvan Cumayev tərəfindən imzalanaraq möhürlənmiş; - Sabunçu rayonu, Maştağa qəsəbəsində H.Abbasov adına Mədəniyyət Mərkəzinin (13 nömrəli kitabxana filialı daxil olmaqla) yeni binasının əsaslı təmiri və texniki təchizatı ilə bağlı podratçı "xxxx" MMC ilə sifarişçi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “X29, tədqiqatı, və monitorinq Mərkəzi” MMC arasında tərtib edilmiş 2017-ci ilin dekabr ayı üzrə yerinə yetirilmiş işlərin qəbulu haqqında Aktın təsdiqlənmiş surəti (Forma 2). Aktı podratçı MMCnin direktoru Şahid1 tərəfindən və Sifarişçi MMC-nin texniki nəzarət sektorunun müdiri Rizvan Cumayev tərəfindən imzalanaraq möhürlənmişdir. Cinayət işinin materiallarında olan sənədlərdən məlum olur ki, Mədəniyyət və Turizm nazirinin 15 avqust 2006-cı il tarixli əmri ilə Təqsirləndirilən şəxs həmin nazirliyin 1 №-li Bakı Elmi Bərpa İstehsalat İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş, 01 sentyabr 2006-cı il tarixli əmrlə 23 avqust 2006-cə ildən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsinə, 19 may 2008-ci il tarixli əmrlə Tikilən X1 rəisi vəzifəsinə, 19 dekabr 2014-cü il tarixdən X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə keçirilmiş, Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2018-ci il tarixli sərəncamı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilmiş və 09 may 2020-ci il tarixli sərəncamla həmin vəzifəsindən azad edilmişdir. Cinayət işinin materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 08 may 2020-ci il tarixdə Bakı şəhəri, Ü.Hacıbəyli 84 ünvanında yerləşən Hökümət evinin 2-ci mərtəbəsində yerləşən Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Təqsirləndirilən şəxs xidməti otağında keçirilmiş baxış protokolunun məzmunundan görünür ki, aşkar edilmiş digər əşya və sənədlərlə yanaşı sonuncuya məxsus 2615 manat pul vəsaiti qablaşdırılaraq möhür ilə möhürlənib götürülərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 08 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 21 ünvanında sonuncunun arvadı X7 qızının iştirakı ilə keçirilmiş baxış protokolunun məzmunundan görünür ki, aşkar edilmiş digər əşya və sənədlərlə yanaşı yataq otağının sanitar qovşağında olan su kranının altındakı şkafdan 10000 (on min) manat və 181400 (yüz səksən bir min dörd yüz) ABŞ dolları aşkar edilərək həmin pul vəsaitindən 1400 (min dörd yüz) ABŞ dolları Binnaz Karaman-Sultanovaya təhvil verilərək ümumilikdə 10000 (on min) manat və 180000 (yüz səksən min) ABŞ dolları qablaşıdırılaraq möhür ilə möhürlənib götürülərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 07 may 2020-ci il tarixli 30/2/2670 nömrəli məktubla daxil olmuş video materiallara 11 may 2020-ci il tarixdə keçirilmiş baxış protokolunun məzmunundan görünür ki, 1 dəqiqə 16 saniyəlik olan digər video çəkiliş (3) iş kabinetində aparılmışdır. Qeyd olunan video materialdan görünür ki, divarları yaşıl rəngdə olan iş otağında sağ tərəfdə iş masası vardır. Masanın arxasında bir ədəd qarşısında isə iki ədəd qonaqlar üçün kreslo vardır. Həmin otaqda iş masasının arxasında istirahət otağının olduğu da görünür. İş masasının arxasında olan kresloda gözlərində optik eynək olan, orta boylu, orta bədən quruluşlu, orta yaşlı, əynində göy rəngli köynək və pencək olan kişi (şərti olaraq «K5») oturmuşdur. Həmin iş masasının arxasında isə ayaq üstə hündür boylu, başı keçəl bir nəfər şəxs (şərti olaraq «K6») «K5»-ə tərəf əyilərək onunla əl ilə görüşür. Daha sonra özü ilə gətirdiyi görünən bir ədəd sellofan paketi «K5»-in tapşırığı ilə əlində arxa otağa aparır. «K5» də yerindən qalxaraq həmin otağa gedir və beləliklə hər iki şəxs kameraların obyektivindən itirlər. 10 dəqiqə 58 saniyəlik olan videodakı (4) otaq bundan əvvəlki videoda olan «K5»-ə məxsus olduğu görünən iş otaqdır. «K5»-in qəbulunda bir nəfər ağ saçlı şəxsin («K7») olduğu və onların birlikdə hansısa məsələni müzakirə elədikləri görünür. Otaqda əlavə olaraq televizor işlədiyi üçün televizorun səsindən söhbət edən şəxslərin səsi aydın eşidilmir. Bu videonun 20-ci saniyəsində «K5»-in qarşısında əyləşən «K7» pencəyinin cibindən ağ zərfi çıxardaraq «K5»-ə tərəf uzadır. «K5» həmin zərfi götürdükdə qarşısındakı şəxs “beş faizdir hə” cümləsini işlədir. «K5» həmin zərfi masanın qarşısındakı siyirməyə qoyur. Sonda «K7» otağı tərk edir. 12 dəqiqə 07 saniyəlik olan videodakı (5) otaq bundan əvvəlki videoda olan «K5»-ə məxsus olduğu görünən iş otağıdır. Otaqda əynində açıq rəngli köynək və tünd rəngli gödəkcə olan «K5»-in qəbulunda bir nəfər başının ortasında saçı olmayan, əynində boz rəngli şalvar, göy rəngli gödəkcə olan şəxsin (şərti olaraq «K8») olduğu və onların birlikdə hansısa məsələni müzakirə elədikləri görünür. Söhbət zamanı «K5» qarşısındakı «K8»-lə söhbət əsnasında kalkulyatorla hesablama aparır. Videonun 1-ci dəqiqəsinin 16-cı saniyəsindən masa arxasında əyləşən şəxslər ayağa qalxırlar. «K5»-in qarşısında əyləşmiş «K8» özü ilə gətirmiş olduğu sellofan paketi masanın üstündən götürür, bu zaman «K5» masanın üstünə əyilərək kalkulyatorla hesablama əməliyyatını yenidən aparır və bu zaman «K8»-ə “nə qədər elədi, qırx üç min?” sualını verir. «K8» də ona cavab verir, lakin otaqdakı televizorun səsindən həmin şəxsin cavabı eşidilmir. Videonun 1-ci dəqiqəsinin 40-cı saniyəsində hər iki şəxs kameraya düşməyən arxa otağa keçərək qapını örtürlər. Videonun 7-ci dəqiqəsinin 43-cü saniyəsində arxa otağın qapısı açılır və şəxslərin səsi gəlməyə başlasa da özləri obyektivə düşmür, yalnız 10-cu dəqiqənin 40-cı saniyəsində «K5» arxa otaqdan çıxır, sonra digər şəxs obyektivə düşür. Videonun 11-ci dəqiqəsindən sonra «K8» «K5»-ə müraciət edərək, “Allah köməyiniz olsun Zakir müəllim” deyərək əl uzadır. «K5» də «K8»-in əlini tutaraq “Sağ ol” deyir. «K8» otağı tərk etdikdən sonra «K5» iş masasının arxasına keçərək video bitənədək yenidən kalkulyatorla hesablamağa davam edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 30 oktyabr 2020-ci il tarixli 4/807 nömrəli məhkəmə-fonoskopik ekspertizası rəyinin nəticəsi hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Sair.D.K” markalı yaddaş kartında olan mübahisəli fonoqramların məzmunu tədqiqi hissədə verilmiş mətnlərdən ibarətdir. Ekspertizaya təqdim edilmiş 1 ədəd yaddaş kartında olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K5» kimi işarə olunmuş diktorun səsi – Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş 30 oktyabr 2020-ci il tarixli 3/1210 nömrəli məhkəmə-portret ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş “salR.D.K.” və s. yazıları olan fleş-kartdakı videogörüntülərdən çıxarılmış fotoşəkillərdə 6, 7 və 8 rəqəmləri ilə işarələnmiş kişi cinsli şəxslərlə müvafiq olaraq Təqsirləndirilən şəxs, Şahid9 və Şahid4 eksperimental fotoşəkillərində kişi cinsinə mənsub eyni bir şəxs əks olunmuşdur. Cinayət işinin materiallarında olan İbtidai istintaqa əməliyyat orqanından 07 may 2020-ci il tarixli 30/2/2670 nömrəli məktubla daxil olmuş üzərində “DTSWİVL 4GB” qeydləri olan “KİNGSTON” markalı yaddaş qurğusunun yaddaşında olan səsli video çəkiliş fayllarına müfəssəl baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin video görüntülər iş üzrə Təqsirləndirilən şəxs digər şəxslərlə iş otaqlarında keçirdikləri görüşlərin müvafiq məhkəmə qərarı əsasında DTX əməkdaşlarının keçirdikləri əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş video görüntüləridir. Qeyd olunan video görüntülər barəsində Kompleks Məhkəmə-fonoskopik, məhkəmə-portret və video ekspertizası təyin edilərək keçirilmiş, təqsirləndirilən şəxs və digər şahidlər həmin video görüntülərlə bağlı ətraflı ifadələr vermişdirlər. Üzərində “DTSWİVL 4GB” qeydləri olan “KİNGSTON” markalı yaddaş qurğusu öz xüsusiyyətinə və əlamətinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, üzərində Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinin törədilməsinin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiklərini nəzərə alaraq 11 mart 2020-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işi üzrə icraatın materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs xidməti iş otağından aşkar edilərək götürülmüş nağd pul vəsaitləri 7 ədəd 100-lük, 38 ədəd 50-lik, 1 ədəd 10-luq və 1 ədəd 5-lik olmaqla ümumilikdə 2615 (iki min altı yüz on beş) Azərbaycan manatıdır. Təqsirləndirilən şəxs ünvan 22 ünvanında yerləşən evindən aşkar edilərək götürülmüş nağd pul vəsaitləri 100 ədəd 100-lük olmaqla ümumilikdə 10.000 (on min) Azərbaycan manatı, 180 ədəd 100-lük olmaqla ümumilikdə 180.000 (bir yüz səksən min) ABŞ dollarıdır. 15 may 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs xidməti iş otağında aşkar edilərək götürülmüş 2615 (iki min altı yüz on beş) Azərbaycan manatı, habelə Təqsirləndirilən şəxs ünvan 22 ünvanında yerləşən evində aşkar edilərək götürülmüş 10.000 (on min) Azərbaycan manatı və 180.000 (bir yüz səksən min) ABŞ dolları müvafiq qərar qəbul edilənədək məsul saxlanılması üçün dövlət bankına təhvil verilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə İdarəsinə göndərilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs adına “X42 Azərbaycan” QSC-də açılmış bank hesablarına və depozit qusutuna həbs qoyulmuş, ibtidai istintaq orqanının 13 may 2020-ci il tarixli əmlak üzərinə həbs qoyulması haqqında protokola əsasən Təqsirləndirilən şəxs adına “X42 Azərbaycan” QSC də olan depozit qusutunda 600000 (altı yüz min) ABŞ dolları, üzərində “PAMP” yazılmış 4 (dörd) ədəd hər biri 100 (yüz) qram olan sarı rəngli metal sikkə, üzərində “PAMP” yazılmış 2 (iki) ədəd hər biri 10 (on) qram olan sarı rəngli metal sikkə, üzərində “15 rubley 1897” yazılmış 1 (bir) ədəd sarı metaldan sikkə, üzərində “10 rubley” yazılmış 3 (üç) ədəd sarı metaldan sikkə, üzərində “5 rubley” yazılmış 3 (üç) ədəd sarı metaldan sikkə, üzərində “ən xoş arzularla” sözləri yazılmış 1 (bir) ədəd “585” əyyarlı tünd qəhvəyi qabda olan sarı rəngli metal sikkə, 2 (iki) ədəd sarı rəngli metal yaxa nışanı, 1 (bir) ədəd sarı rəngli metal təsbeh, üzərində “Zvezda” sözü yazılmış sarı metaldan olan 1 (bir) ədəd sarı rəngli metal qol saatı, 1 (bir ədəd) ağ metal və qara rəngli dəridən ibarət olan bilərzik siyahıya alınmışdır. Təqsirləndirilən şəxs müdafiəçisi cinayət prosesini həyata keçirən orqana 01 iyun 2021-ci il tarixdə vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs aid edilən zərərin ödənilməsi hesabına onun qohumlarından ******* (dörd milyon) manat məbləğində pulun qəbul edilməsini xahiş etmişdir. 07 iyun 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində ******* (dörd milyon) Azərbaycan manatının dövlət nəfinə ödənilməsinin təmin edilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsi tərəfindən müvafiq qərar qəbul edilənədək Təqsirləndirilən şəxs qardaşı Elşən Sultanovdan saxlanılması üçün qəbul edilmişdir. İbtidai istintaq orqanının 01 iyun 2020-ci il tarixli qərarına əsasən cinayət işi üzrə 01 yanvar 2006-cı il tarixdən 08 may 2020-ci il tarixədək olan müddət ərzində dövlət büdcəsi və beynəlxalaq təşkilatlardan qrant formasında ayrılmış vəsaitlərin Mədəniyyət Nazirliyinin (keçmiş Mədəniyyət və Turizm Nazirliyi) mərkəzi aparatı və tabeliyindəki müəssisələr tərəfindən xərclənməsinin təftişi Maliyyə Nazirliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində 2015-ci ilin yanvar ayının 1-dən 2020-ci ilin 8 may tarixədək olan dövrdə dövlət büdcəsindən tikinti-quraşdırma, təmir və bərpa işlərinə ayrılmış vəsaitlərin xərclənməsinin düzgünlüyü Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X27 Xidmətinin mütəxəssisləri tərəfindən yoxlanılmış və bu barədə tərtib edilmiş 01 dekabr 2020-ci il tarixli akt və yoxlamaya dair sənədlər istintaqa təqdim edilmişdir. Həmin akt və yoxlamaya aid digər sənədlərdən məlum olur ki, "xxxx" MMC tərəfindən Şuşa X35n fəaliyyət göstərdiyi ünvan 3 ünvandakı binanın əsaslı təmiri və yenidən qurulması üzrə 2016-cı ilin yanvar ayı və 2018-ci ilin fevral-dekabr ayları ərzində icra olunmuş işlərin dəyərlərini təsdiq edən sənədlərdə görülmüş işlərin həcmlərinin artıq hesablanması, görülməyən işlərin dəyərlərinin hesablanması, işlərin gedişində satınalma müqaviləsində icrası nəzərdə tutulmuş işlərin həcmlərinin dəyişikliyinə dair tərtib olunmuş protokollar üzrə icra olunmuş işlərin vahid qiymətlərinin müqavilədəki qiymətlərdən artıq göstərilməsi nəticəsində yerinə yetirilmiş işlərin dəyərinin ƏDV ilə 68845.85 manat (ƏDVsiz 58343.94 manat) məbləğdə artırıldığı, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində Mədəniyyət Mərkəzinin əsaslı təmiri və texniki təchizatı üzrə 2014-cü ilin mart-noyabr, 2015-ci ilin oktyabr, 2017-ci ilin sentyabr, oktyabr və dekabr aylarında icra olunmuş işlərin dəyərlərini təsdiq edən sənədlərdə görülmüş işlərin həcmlərinin artıq hesablanması, görülməyən işlərin dəyərlərinin hesablanması, işlərin gedişində satınalma müqaviləsində icrası nəzərdə tutulmuş işlərin həcmlərinin dəyişikliyinə dair tərtib olunmuş protokollar üzrə icra olunmuş işlərin vahid qiymətlərinin müqavilədəki qiymətlərdən artıq göstərilməsi, dəyərləri işlərin ümumi ehtimal dəyərinə daxil edilmiş bəzi avadanlıqların təkrarən avadanlıq siyahısına daxil edilməsi və dəyərinin hesablanması nəticəsində yerinə yetirilmiş işlərin dəyərinin ƏDV ilə 179632.39 manat (ƏDV-siz 152230.84 manat) məbləğdə artırıldığı müəyyən edilmişdir.(İİİ Cild, iş vərəq 145-267,İV Cild, iş vərəq 1-220). Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 19 aprel 2021-ci il tarixli 10-1256 nömrəli rəyindən görünür ki, yuxarıda göstərilən maliyyə təftişinin nəticələri təsdiq olunmuşdur. İstintaq dövründə Şahid7 verdiyi ifadəsinə əlavə edilmiş cədvəldə göstərilmişdir ki , 2012-ci ilin may ayında Bakı şəhəri, Müslüm Maqomayev adında 26 saylı musiqi məktəbinin əsaslı təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqavilə əsasında ona məxsus olan "xxxx" MMC adlı şirkətə köçürülmüş ƏDV xaric 41.000 manatdan 7.000 manatını nağdılaşdıraraq Təqsirləndirilən şəxs vermişdir. 2012-ci ilin iyun ayında Fikrət Əmirov adına uşaq incəsənət məktəbinin əsaslı təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqavilə əsasında şirkətinə köçürülmüş ƏDV xaric 69.170 manatdan 10.400 manatını nağdılaşdıraraq Təqsirləndirilən şəxs vermişdir. 2012-ci ilin iyul ayında Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi Mədəniyyət evinin təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqavilə əsasında şirkətinə köçürülmüş ƏDV xaric 51.160 manatdan 7.700 manatını nağdılaşdıraraq Təqsirləndirilən şəxs vermişdir. 2012-ci ilin avqust ayında Bakı Turizm peşə məktəbi binasının əsaslı təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqavilə əsasında şirkətinə köçürülmüş ƏDV xaric 39.650 manatdan 6.000 manatını nağdılaşdıraraq Təqsirləndirilən şəxs vermişdir. 2013-cü ilin may ayında Sabirabad rayonu Mədəniyyət evinin əsaslı təmiri və yenidən qurulması üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqavilə əsasında şirkətinə köçürülmüş ƏDV xaric 167.950 manatdan 28.550 manatını nağdılaşdıraraq Təqsirləndirilən şəxs vermişdir. 2013-cü ilin iyun ayında Bərdə şəhərində Mədəniyyət Sarayının yerində Mədəniyyət Mərkəzi binasının tikintisi üçün əlavə işlərin layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqavilə əsasında şirkətinə köçürülmüş ƏDV xaric 126.750 manatdan 21.500 manatını nağdılaşdıraraq Təqsirləndirilən şəxs vermişdir. 2013-cü ilin iyul ayında X34 Dram Teatrı binasının əsaslı təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqavilə əsasında şirkətinə köçürülmüş ƏDV xaric 135.1000 manatdan 20.250 manatını nağdılaşdıraraq Təqsirləndirilən şəxs vermişdir. 2013-cü ilin avqust ayında Tovuz rayonu Nizami adına Mədəniyyət evinin əsaslı təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqavilə əsasında şirkətinə köçürülmüş ƏDV xaric 118.560 manatdan 17.800 manatını nağdılaşdıraraq Təqsirləndirilən şəxs vermişdir. 2014-cü ilin may ayında Bakı şəhəri, Nərimanov rayonu 21 saylı musiqi məktəbinin əsaslı təmiri və texniki təchizatı üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqavilə əsasında şirkətinə köçürülmüş ƏDV xaric 142.800 manatdan 24.300 manatını nağdılaşdıraraq Təqsirləndirilən şəxs vermişdir. 2014-cü ilin iyun ayında Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizatı üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqavilə əsasında şirkətinə köçürülmüş ƏDV xaric 125.000 manatdan 21.250 manatını nağdılaşdıraraq Təqsirləndirilən şəxs vermişdir. 2014-cü ilin iyul ayında Bakı şəhəri, Maştağa qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizatı üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqavilə əsasında şirkətinə köçürülmüş ƏDV xaric 125.405 manatdan 21.300 manatını nağdılaşdıraraq Təqsirləndirilən şəxs vermişdir. 2014-cü ilin avqust ayında Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində Mədəniyyət Mərkəzinin tikintisi və texniki təchizatı üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqavilə əsasında şirkətinə köçürülmüş ƏDV xaric 113.430 manatdan 19.300 manatını nağdılaşdıraraq Təqsirləndirilən şəxs vermişdir. 2016-cı ilin iyun ayında Rusiya Federasiyası, Dağıstan Respublikası, Dərbənd şəhərində Azərbaycan X35n yeni binasının tikintisi üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqavilə əsasında şirkətinə köçürülmüş ƏDV xaric 477.000 manatdan 50.600 manatını nağdılaşdıraraq Təqsirləndirilən şəxs vermişdir. Bunlardan başqa o, qeyd etmişdir ki, 2013-cü ildə Nərimanov rayonu, 23 saylı musiqi məktəbinin əsaslı təmiri və texniki təchizatı üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqavilə əsasında şirkətinə köçürülmüş puldan hər hansı məbləği nağdılaşdıraraq Təqsirləndirilən şəxs verməmişdir. 2019-cu ildə X32 əsaslı təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqavilə əsasında şirkətinə köçürülmüş puldan hər hansı məbləği nağdılaşdıraraq Təqsirləndirilən şəxs verməmişdir. Habelə, 2019-cu ildə Yasamal rayonu, 6 saylı musiqi məktəbinin və Astara şəhər uşaq musiqi məktəbinin əsaslı təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması üçün bağlanmış müqavilə əsasında layihənin icra edilib təhvil verilməsinə baxmayaraq şirkətinə bu günədək hər hansı ödəniş olmamışdır. Cinayət işinin materiallarında olan 08 may 2020-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs İman oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 09 may 2020-ci il tarixli 4(009)-244/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs İman oğlunun barəsində əvvəli 08 may 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs İman oğlu əvvəllər məhkum olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs İman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4cü və 313-cü maddələrində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs İman oğlunun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayələr kateqoriyasına daxil olduğundan və o həmin cinayət əməlini 2016-ci ildə törətdiyindən qeyd edilən maddə üzrə cinayət məsuliyyətinə 2 illik cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 39.1, 39.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs İman oğlu Azərbaycan Respublikası CMnin 313-cü maddəsi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs İman oğlunun dəymiş ziyanı ödəməsi, himayəsində yetginlik yaşına çatmayan övladlarının olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İman oğlunun əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə yanaşı Təqsirləndirilən şəxs İman oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-cı maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın da təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əsasən Təqsirləndirilən şəxs İman oğlunun cəzasının əvvəli 08 may 2020-ci il tarixdən hesablanmalı və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən o, cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə xüsusi müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq cinayət işi üzrə maddi sübut kimi tanınmış “Forma 2" sənədləri, üzərində “DTSWİVL 4GB” qeydləri olan “KİNGSTON” markalı yaddaş qurğusu cinayət işi üzrə icraatın materiallarında saxlanılmalıdır. İş üzrə 446 (dörd yüz qırx altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs İman oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekpertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərərəfindən Təqsirləndirilən şəxs İman oğluna qarşı 5.327.900 (beş milyon üç yüz iyirmi yeddi min doqquz yüz) manat məbləğində mülki iddia verilmişdir. Məhkəmə hesab edir ki, verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs İman oğlundan 5.327.900 (beş milyon üç yüz iyirmi yeddi min doqquz yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ödənilməlidir. Mülki iddianın ödənilməsinin təmin olunması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsi tərəfindən Təqsirləndirilən şəxs qardaşı Elşən Sultanovdan saxlanılması üçün qəbul edilmiş ******* (dörd milyon) manat məbləğində pul Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsində saxlanılmalı və 15 may 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs xidməti iş otağında aşkar edilərək götürülmüş 2615 (iki min altı yüz on beş) Azərbaycan manatı, habelə Təqsirləndirilən şəxs ünvan 22 ünvanında yerləşən evində aşkar edilərək götürülmüş 10.000 (on min) Azərbaycan manatı və 180.000 (bir yüz səksən min) ABŞ dolları, 13 may 2020-ci il tarixli əmlak üzərinə həbs qoyulması haqqında protokola əsasən Təqsirləndirilən şəxs adına “X42 Azərbaycan” QSC də olan depozit qusutunda 600000 (altı yüz min) ABŞ dolları, üzərində “PAMP” yazılmış 4 (dörd) ədəd hər biri 100 (yüz) qram olan sarı rəngli metal sikkə, üzərində “PAMP” yazılmış 2 (iki) ədəd hər biri 10 (on) qram olan sarı rəngli metal sikkə, üzərində “15 rubley 1897” yazılmış 1 (bir) ədəd sarı metaldan sikkə, üzərində “10 rubley” yazılmış 3 (üç) ədəd sarı metaldan sikkə, üzərində “5 rubley” yazılmış 3 (üç) ədəd sarı metaldan sikkə, üzərində “ən xoş arzularla” sözləri yazılmış 1 (bir) ədəd “585” əyyarlı tünd qəhvəyi qabda olan sarı rəngli metal sikkə, 2 (iki) ədəd sarı rəngli metal yaxa nışanı, 1 (bir) ədəd sarı rəngli metal təsbeh, üzərində “Zvezda” sözü yazılmış sarı metaldan olan 1 (bir) ədəd sarı rəngli metal qol saatı, 1 (bir ədəd) ağ metal və qara rəngli dəridən ibarət olan bilərziyin üzərində həbs saxlanılmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1, 193, 346, 347, 349, 351-354-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs İman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü və 313-cü maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs İman oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət təqibinə cəlb etmə müddəti keçdiyi üçün cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs İman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə 03 (üç) il dövlət və özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəza çəkməsinin əvvəli 08 may 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq cinayət işi üzrə maddi sübut kimi tanınmış “Forma 2" sənədləri, üzərində “DTSWİVL 4GB” qeydləri olan “KİNGSTON” markalı yaddaş qurğusu cinayət işi üzrə icraatın materiallarında saxlanılsın. İş üzrə 446 (dörd yüz qırx altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs İman oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekpertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərərəfindən Təqsirləndirilən şəxs İman oğluna qarşı 5.327.900 (beş milyon üç yüz iyirmi yeddi min doqquz yüz) manat məbləğində mülki iddia verilmişdir. Verilmiş mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs İman oğlundan 5.327.900 (beş milyon üç yüz iyirmi yeddi min doqquz yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X29, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə ödənilsin. Mülki iddianın ödənilməsinin təmin olunması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsi tərəfindən Təqsirləndirilən şəxs qardaşı Elşən Sultanovdan saxlanılması üçün qəbul edilmiş ******* (dörd milyon) manat məbləğində pul Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsində saxlanılsın və 15 may 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs xidməti iş otağında aşkar edilərək götürülmüş 2615 (iki min altı yüz on beş) Azərbaycan manatı, habelə Təqsirləndirilən şəxs ünvan 22 ünvanında yerləşən evində aşkar edilərək götürülmüş 10.000 (on min) Azərbaycan manatı və 180.000 (bir yüz səksən min) ABŞ dolları, 13 may 2020-ci il tarixli əmlak üzərinə həbs qoyulması haqqında protokola əsasən Təqsirləndirilən şəxs adına “X42 Azərbaycan” QSC də olan depozit qusutunda 600000 (altı yüz min) ABŞ dolları, üzərində “PAMP” yazılmış 4 (dörd) ədəd hər biri 100 (yüz) qram olan sarı rəngli metal sikkə, üzərində “PAMP” yazılmış 2 (iki) ədəd hər biri 10 (on) qram olan sarı rəngli metal sikkə, üzərində “15 rubley 1897” yazılmış 1 (bir) ədəd sarı metaldan sikkə, üzərində “10 rubley” yazılmış 3 (üç) ədəd sarı metaldan sikkə, üzərində “5 rubley” yazılmış 3 (üç) ədəd sarı metaldan sikkə, üzərində “ən xoş arzularla” sözləri yazılmış 1 (bir) ədəd “585” əyyarlı tünd qəhvəyi qabda olan sarı rəngli metal sikkə, 2 (iki) ədəd sarı rəngli metal yaxa nışanı, 1 (bir) ədəd sarı rəngli metal təsbeh, üzərində “Zvezda” sözü yazılmış sarı metaldan olan 1 (bir) ədəd sarı rəngli metal qol saatı, 1 (bir ədəd) ağ metal və qara rəngli dəridən ibarət olan bilərziyin üzərində həbs saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar