Məhkəmə qərarları › İş №1(101)-150/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-150/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-150/2023 16.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, “Yusifbəyli və partnyorları” Vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 Qurbanəli oğlunun, “Prospekt” Vəkil bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxx 1986-cı ildə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində 5 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Xocalı rayonunda qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə; xx xxxxxx 1990-cı ildə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Xocalı rayonunda qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə; xx xxxxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,181.2.1, 32.4,181.2.4 və 32.4,181.2.5-ci maddələri ilə; xx xxxxxxxx 1984-cü ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 32.5,181.2.1, 32.4,32.5,181.2.4 və 32.4,32.5,181.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə, silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 03 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə yaşadığı evin yaxınlığında dostu Təqsirləndirilən şəxs3 ilə birlikdə olarkən sonuncunun istifadəsində olan mobil telefonuna Təqsirləndirilən şəxs4 zəng edərək tanıdığı Zərərçəkmiş şəxs1 özünə avtomaşın almaqdan ötrü Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə gəlməsinə və üzərində xeyli miqdarda pul olduğu barədə məlumatı əldə edib həmin pulu quldurluq yolu ilə ələ keçirməyi təklif etməsindən və Təqsirləndirilən şəxs3 həmin cinayəti törətməsinə onu təhrik etməsindən sonra bibisi oğlu Təqsirləndirilən şəxs2 ilə görüşüb Zərərçəkmiş şəxs1 özünü taksi sürücüsü kimi təqdim edərək onu idarə etdiyi avtomobilə otuzduraraq əmlakını ələ keçirmək barədə plan qurub, istintaqa məlum olmayan bıçaqla silahlanaraq qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs4 vasitəsi ilə görüşüb özünü guya taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs1 və həmin zaman onunla birlikdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Kia" markalı istintaqa məlum olmayan dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdirdikdən və bir neçə yüz metr getdikdən sonra cinayət əlaqəsinə girdiyi bibisi oğlu Təqsirləndirilən şəxs2 da avtomobilinə götürüb Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış sahəsindəki ərazidə avtomobili saxlamış, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədənlərinin müxtəlif nahiyələrinə yumruqla bir neçə zərbə vurmasından sonra Zərərçəkmiş şəxs2 avtomobilin qapısını açaraq hadisə yerindən uzaqlaşdığını görüb Zərərçəkmiş şəxs1 yaxasından tutub onu avtomobildən bayıra çıxararaq istintaqa məlum olmayan bıçağı silah qismində istifadə edib tətbiq etməklə Zərərçəkmiş şəxs1 nümayiş etdirib hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək gödəkçəsini Təqsirləndirilən şəxs2 verib onun vasitəsi ilə 9565 manat məbləğində nağd pulunu, 500 manat dəyərində "Samsung A52” markalı mobil telefonunu ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 10065 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə, silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 03 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə yaşadığı evin yaxınlığında olarkən dayısı oğlu Təqsirləndirilən şəxs1 onunla görüşüb Zərərçəkmiş şəxs1 adında şəxsin üstündə xeyli miqdarda pul olduğunu bildirib həmin pulu quldurluq yolu ilə ələ keçirməyi təklif etməsindən və Zərərçəkmiş şəxs1 dayısı oğlu Təqsirləndirilən şəxs1 tərəfindən idarə edilən avtomobilə əyləşdirildikdən sonra əmlakını ələ keçirəcəklərinə dair plan qurub, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə sonuncunun Zərərçəkmiş şəxs1 və onunla birlikdə olan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs4 vasitəsi ilə görüşüb özünü taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim edərək həmin şəxsləri idarə etdiyi “Kia” markalı, dövlət qeydiyyat nişanlı istintaqa məlum olmayan avtomobilinə əyləşdirdikdən sonra onlarla görüşüb həmin avtomobilə oturmuş, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış sahəsindəki ərazidə avtomobili saxlamasından sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədənlərinin müxtəlif nahiyələrinə yumruqla bir neçə zərbə vurmasından sonra Zərərçəkmiş şəxs2 avtomobilin qapısını açaraq hadisə yerindən uzaqlaşmış, bu zaman Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1la birlikdə avtomobildən bayıra çıxararaq sonuncunun istintaqa məlum olmayan bıçağı silah qismində istifadə edərək tətbiq edib ona istiqamətləndirməklə hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək ondan üstündə olan pulunu və ya qiymətli əşyalarını verməsini tələb edib, gödəkçəsinin cibindən 9565 manat məbləğində nağd pulunu, 500 manat dəyərində “Samsung A52” markalı mobil telefonunu ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 10065 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayətinin törədilməsində təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 03 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə yaşadığı evin yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə olarkən digər tanışı Təqsirləndirilən şəxs4 ona zəng edərək tanışı Zərərçəkmiş şəxs1 adlı şəxsin özünə avtomaşın almaqdan ötrü Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə gəlməsinə və üstündə xeyli miqdarda pul olduğunu bildirib həmin pulu quldurluq yolu ilə ələ keçirməyi təklif etməsindən sonra öz növbəsində yanında olan Təqsirləndirilən şəxs1 bu barədə məlumat verməklə onu özgənin xeyli miqdarda əmlakını quldurluq yolu ilə ələ keçirməsinə qətiyyəti yaradaraq sövq edib təhrik edərək sonuncunu bibisi oğlu Təqsirləndirilən şəxs2la birlikdə həmin tarixdə və saatda, Bakı şəhəri, Ramana qəsəbəsi, Yeni yaşayış sahəsindəki ərazidə silah qismində istifadə edilən əşya tətbiq etməklə Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etməsinə təhrik etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ilə tanışı Təqsirləndirilən şəxs4 vasitəsi ilə görüşüb özünü guya taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim edərək Zərərçəkmiş şəxs1 və həmin zaman onunla birlikdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Kia” markalı istintaqa məlum olmayan dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdirdikdən və bir neçə yüz metr getdikdən sonra cinayət əlaqəsinə girdiyi bibisi oğlu Təqsirləndirilən şəxs2 da avtomobilinə götürüb Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış sahəsindəki ərazidə avtomobili saxlamış, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədənlərinin müxtəlif nahiyələrinə yumruqla bir neçə zərbə vurmasından sonra Zərərçəkmiş şəxs2 avtomobilin qapısını açaraq hadisə yerindən uzaqlaşmış, bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yaxasından tutub onu avtomobildən bayıra çıxararaq istintaqa məlum olmayan bıçağı silah qismində istifadə edib tətbiq etməklə Zərərçəkmiş şəxs1 nümayiş etdirib hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək gödəkçəsini Təqsirləndirilən şəxs2 verib onun vasitəsi ilə 9565 manat məbləğində pulunu, 500 manat dəyərində “Samsung A52” markalı mobil telefonunu ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 10065 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgə əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayətinin törədilməsində köməklik və təhrik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 03 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə yerləşən yaşadığı evin önündə tanışı Zərərçəkmiş şəxs1 onunla görüşməsindən sonra sonuncunun üzərində avtomobil almaq üçün təxminən 10000 (on min) manat pul olduğunu bilib həmin pulun quldurluq yolu ilə ələ keçirilməsi məqsədi ilə digər tanışı Təqsirləndirilən şəxs3 mobil nömrəsinə zəng edib məlumat verdikdən sonra sonuncu, həmin yerə gəldikdə kənara çəkilib təkbətək söhbət edib Təqsirləndirilən şəxs3 tanışı Zərərçəkmiş şəxs1 üzərində xeyli miqdarda pul olduğuna əminlik yaradaraq həmin məlumatı digər tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verməsi nəticəsində sonuncuları həmin əmlakı bir qrup şəxs halında quldurluq yolu ilə ələ keçirməsinə sövq edib təhrik etdikdən sonra Zərərçəkmiş şəxs1 və onunla birlikdə olan Zərərçəkmiş şəxs2 yaşadıqları evə yola salmaq adı ilə özünü guya taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim edən Təqsirləndirilən şəxs1 idarə etdiyi “Kia” markalı, dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobilə əyləşdirib Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin tarixdə və saatda, Bakı şəhəri, Ramana qəsəbəsi, Yeni yaşayış sahəsindəki ərazidə silah qismində istifadə edilən əşya tətbiq etməklə Zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın etməsinə kömək və təhrik etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 bir neçə yüz metr getdikdən sonra Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış sahəsindəki ərazidə avtomobili saxlamış, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədənlərinin müxtəlif nahiyələrinə yumruqla bir neçə zərbə vurmasından sonra Zərərçəkmiş şəxs2 avtomobilin qapısını açaraq hadisə yerindən uzaqlaşmış, bu zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 yaxasından tutub onu avtomobildən bayıra çıxararaq istintaqa məlum olmayan bıçağı silah qismində istifadə edib tətbiq etməklə Zərərçəkmiş şəxs1 nümayiş etdirib hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək gödəkçəsini Təqsirləndirilən şəxs2 verib onun vasitəsi ilə 9565 manat məbləğində pulunu, 500 manat dəyərində “Samsung A52” markalı mobil telefonunu ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 10065 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, tutulana qədər anket məlumatlarında qeyd olunan ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşamış, ev ustası və taksi sürücüsü kimi işləmişdir. Dostu Yadigarla maşında oturduğu vaxt Elnur Yadigara zəng edib kəndə narkotik satıcısı gəldiyini demiş, o da gedib satmağa qoymamağı fikirləşmişdir. Yadigar onunla gəlməmişdir. O, Mehmanı yolda görmüş, hadisəni danışmış, Mehman da onunla gəlmək istədiyini bildirmiş, birlikdə Anarı Elnurgilin məhəlləsindən götürməyə getmişlər. O, özünü taksi sürücüsü kimi təqdim etməyi planlaşdırmış, Anarın yanında dostu Ceyhun da olmuşdur. Onlar həmin şəxsləri maşına götürmüş və yolda o, ara məhəllələrin birinə benzin almağa girməyi demiş, o, ara məhəllələrin birinə girmiş və maşını saxlamışdır. Onlar Mehmanla həmin şəxsləri maşından düşürüb üstlərində nə varsa təqdim etmələrini demiş, Ceyhun bu zaman qaçaraq uzaqlaşmışdır. Onlar Anarı döyərək əlindən narkotik vasitələri alıb yerə dağıtmışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, o, özünü dava-dalaşda təqsirli bilir. O, Anarı tanımamış, Elnur tanımışdır. Anar onların kəndinə narkotik vasitə satmağa gəlmişdir. Onlar Anarın təxminən 10-15 qram “mal”ını dağıtmışlar. Anarın üstündə pul olmamışdır. Mehman özü onunla gəlmək istəmiş, o, Anara Mehmanın onun qohumu olduğunu demişdir. Mehman yolda Anardan “kayfda” olduğu barədə soruşmuş, Anar da yüngülvari olduğunu bildirmişdir. Daha sonra Mehman Anardan mal satmağa gəldiyini soruşmuş, Anar da bu işin onluq olmadığını demişdir. Anarın yanında olan şəxs qaçmışdır. Anarın üstündə pul və telefon olmasını o, görməmişdir. O, hadisədən sonra özü bölməyə yaxınlaşmışdır. Hadisə vaxtı onlarda bıçaq olmamışdır. Anarın üzərindəkilər heroin və metamfetamin olmuşdur. Bununla belə, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o özünü Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmir. Əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olaraq pul qazanır. Törətdiyi əməldən çox peşmandır. 03 noyabr 2021-ci il tarixdə saat 17- 18 radələrində eyni məhəllədə qaldığı Elnur dostu Yadigara onun yanında zəng etmişdir. Yadigara məxsus mobil telefonun səsi ucadan olduğu üçün Elnurun Yadigara nə dediyini çox yaxşı eşitmişdir. Belə ki, Elnur Yadigara “bir nəfər şəxs yanıma gələcək, həmin şəxsin üzərində narkotik vasitə və nağd pul var, onun narkotik vasitəsini götürərək yerə dağıtmaq və əlindən pulunu almaq lazımdır” demiş, o, bunu eşitmiş və Yadigara “plan quraq, həmin şəxsin narkotik vasitəsini yerə tökək və əlindən pulu alaq” demişdir. Belə ki, təşkil edilmiş plana əsasən o, etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobil ilə taksi sürücüsü kimi adını sonradan öyrəndiyi Anarı avtomobilə mindirməli, qohumu Mehman sonradan avtomobilə əyləşməli imiş. O, tək olaraq məhəlləyə doğru avtomobili idarə etmiş və məhəlləyə çatmışdır. Beləliklə Elnur hər şeyi təşkil edərək adını sonradan öyrəndiyi Anara onu taksi sürücüsü kimi təqdim etmişdir. Anar və Anarın yanında olan adını sonradan öyrəndiyi Anarın dostu Ceyhun onun idarə etdiyi avtomobilə əyləşmişlər. O artıq Anarın üzərində narkotik və nağd pul olduğunu bilmişdir. Qohumu Mehman məhəllənin yaxınlığında onu gözləmişdir. Anar, o və Ceyhun avtomobil ilə hərəkətdə olduqları zaman məhəllədən çıxışda qohumu Mehmanı görmüşdür. Yol üstü Anardan xahiş edərək “bu oğlan yəni, Mehman qohumumdu, sizin üçün problem deyilsə, onu da yol üstü düşürək” demiş, Anar da etiraz etməmişdir. Bundan sonra Mehman da avtomobilə əyləşmişdir. Beləliklə o, sürücü oturacağında, Mehman qabaq sərnişin oturacağında, Anar və Anarın dostu Ceyhun arxa sərnişin oturacağında əyləşmişdir. Yolda olduqları zaman o, “avtomobilin benzini azdır, yolda qala bilərik, icazə versəz ara məhəllərinin birində litrlə satılan benzin alaq və avtomobilə tökək” deyə bildirmişdir. Amma Mehman və onun əsl niyyəti heç kim olmayan yerdə Anarın üzərində nə varsa götürmək olmuşdur. Beləliklə sakit bir yerə çatdıqları zaman Mehman arxa oturacaq tərəfə çevrilərək yüksək səslə “məhəlləyə gətirdiyiniz narkotiki təqdim edin” deyə bildirmiş, bu sözü eşidən kimi Anarın dostu Ceyhun avtomobilin qapısını açaraq iri addımlarla qaçmış, o, nə qədər çalışsa da, Ceyhuna çata bilməmişdir. İdarə etdiyi avtomobilin yanına qayıtdıqda Mehman Anarı avtomobildən aşağı endirdiyini və əl zərbələri ilə Anarı döydüyünü görmüşdür. Bunu görən zaman o da Anarın yaxasından tutaraq baş nahiyəsinə əl zərbələri vuraraq üzərində nə varsa təqdim etməsini tələb etmişdir. Bundan sonra o və Mehman zorla Anarın əynində olan gödəkçəni çıxartmışlar. Mehman gödəkçənin içərisində olan bir topa pulu götürdükdən sonra gödəkçəni Anarın başına çırpmış və nalayiq formada Anara “dur burdan cəhənnəm ol” demişdir. Bundan sonra Mehman və o, tanışları Sərdarın işlədiyi Ramana qəsəbəsində yerləşən tövləyə getmişlər. Həmin tövlənin yaxınlığında olan kabinet formalı otaqda oturmuşlar və Mehman ilə birlikdə Anardan götürdükləri pulu saymağa başlamışlar. Həmin pul ümumilikdə 6500 (altı min beş yüz) manat olmuşdur. Bundan sonra Yadigarı yanına çağırmış və “gəl yanımıza sənə çatan payı götür” demişdir. Yadigar yanlarına gəlmiş, 2000 (iki min) manatı o, 2000 (iki min) manatı Mehman, 2000 (iki min) manatı Yadigar götürmüşdür. Yerdə qalan 500 (beş yüz) manatı Urfanı çağıraraq, souncuya verərək aparıb məhəllə uşağı Elnura verməyi tapşırmışlar. Lakin Urfana hadisə barədə heç nə deməmişlər. Urfan bu təkliflə razılaşaraq, 500 (beş yüz) manat pulu götürmüş və Elnura çatdırmaq üçün çıxıb getmişdir. Bundan sonra Mehmanın Anarın üzərindən "Samsung A52” markalı mobil telefonda götürərək, tanıdığı bir qıza hədiyyə etdiyini bilmişdir. Quldurluq əməlini törətdikdən sonra Yadigarla birlikdə Qəbələ rayonuna qaçmışlar. Artıq polislərin onu axtardığını bilmiş, özü Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gələrək təslim olmuşdur. O, birbaşa cinayətin icraçısı olduğunu bildirmişdir. Onda bıçaq olması barədə Zərərçəkmiş şəxs1 ifadəsini təsdiq etmir (cild 1, iş vərəqi 162-164; cild 2, iş vərəqi 51-53; cild 4, iş vərəqi 99-100). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, tutulana qədər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri, Sabunçu rayon X17 hissəsinin yanğınsöndürəni vəzifəsində, daxili xidmət çavuşu rütbəsində xidmət etmişdir. Təqsirləndirilən şəxs1 onun dayısı oğludur. 03 noyabr 2021-ci il tarixdə o, mağazadan çörək almaqdan qayıdarkən, məhəllədə Ceyhunu görmüş, Ceyhun ona kəndə narkotik satan gəlməsi barədə məlumatının olduğunu demiş, o, Ceyhuna tanıyırsa, həmin şəxsi başa salmaq üçün gətirməsini demiş, Ceyhun maşını ilə getmiş, bir azdan qayıdanda maşının arxa oturacağında iki nəfərin əyləşdiyini görmüşdür. O, qabaq oturacağa əyləşmiş və tərpənmişlər. O, arxa oturacaqda oturan şəxslərə məhəllədə narkotik satmalarını demiş, həmin şəxslər isə narkotik satmadıqlarını bildirmişdir. Onlardan biri, görünüşcə kök olan onunla pis danışmağa başlamış, o da çönüb həmin şəxsi yumruqla vurmuşdur. Bu zaman Ceyhun maşını saxlamış, maşını saxlayan kimi, arxa oturacaqda əyləşənlərdən biri maşından düşüb qaçmışdır. O, məhəllədə mal satdığına görə digərini vurmuşdur. Həmin şəxs üzərində olan narkotiki cibindən çıxarıb ona təqdim etmiş, o da malı yerə tullamışdır. Daha sonra onlar Ceyhunla maşına minib getmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, o, Ceyhunun kimdən məlumat almasını bilmir. O, heç kimin gödəkçəsini əlindən almamışdır. Yadigarı və Sərdarı tanımır. Maşını saxlayanda zərərçəkənlərdən biri qaçmış, biri qalmışdır. Zərərçəkənin birinin üzərindən narkotik vasitə çıxmışdır. Zərərçəkənin üstündə pul olmamışdır. Hadisə günü Sərdarın tövləsi adlanan yerdə olmamışdır. O, gödəkçə götürməmişdir. Onlar narkomanlara bıçaq və ya silah nümayiş etdirməmiş, onları bıçaqla hədələməmişlər. Bununla belə, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı şəhər Sabunçu rayon X17 hissəsinin yanğınsöndürəni vəzifəsində, daxili xidmət çavuşu rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs1 onun dayısı oğludur. 03 noyabr 2021-ci il tarixdə saat 17-18 radələrində dayısı oğlu Təqsirləndirilən şəxs1 ilə ona məxsus gümüşü rəngli “Kia” markalı dövlət qeydiyyat nömrə nişanını bilmədiyi avtomobil ilə Ramana qəsəbəsində gəzişmişlər. Bu zaman Ceyhun ona “aşağı məhəllədə narkomanlar var, tez ora gedək” demiş, bundan sonra Ceyhunun idarə etdiyi avtomobil ilə aşağı məhəlləyə gəlmişlər. Ceyhun ona “sən avtomobildən düş, mən narkomanları avtomobilə mindirib, gəlib səni məhəllənin tinindən götürəcəm” demiş, o, məhəllənin tinində Ceyhunu gözləmişdir. Ceyhun taksi sürücüsü kimi narkomanlara yaxınlaşmış və onları avtomobilə əyləşdirmişdir. Məhəllənin döngəsində o, Ceyhunu gözləmişdir. Artıq həmin narkomanlar yəni, iki nəfər arxa sərnişin oturacağında əyləşmişlər. Ceyhun onu məhəllənin tinində gördüyü zaman avtomobili saxlamış və o, avtomobilə yaxınlaşmışdır. Ceyhun arxa oturacaqda əyləşmiş iki nəfər narkomana xahiş edərək “qardaşlar bu oğlan mənim qonşumdur, olar ki, yolüstü onu da düşürək” demiş, Ceyhunun bu təklifi ilə arxa sərnişin oturacağında əyləşmiş, narkomanlar razılaşmışlar. Beləliklə onlar, yəni sürücü Ceyhun ön sərnişin oturacağında, o, arxa sərnişin oturacağında isə iki nəfər narkoman yola çıxmışlar. Yolda avtomobil ilə hərəkətdə olduqları zaman o, arxa sərnişin oturacağına doğru üzünü çevirərək iki nəfər narkomandan “kayfdasız deyəsən?” deyə soruşmuş, onlardan biri cavab olaraq ona “yüngülvari kayfdayıq” cavab vermişdir. Digər bir nəfər narkoman isə onunla kobud formada danışmışdır. Bundan sonra bir qədər də avtomobil ilə hərəkət etmişlər və o yenidən üzünü arxa sərnişin oturacağına doğru çevirərək bir daha iki nəfər narkomana “mal soxmusuz?” demişdir. Bundan sonra iki nəfər narkoman onunla kobud danışmağa başlamışlar. O, buna qəzəblənərək iki nəfər narkomanı döyməyə başlamışdır. Bu zaman dayısı oğlu Ceyhun avtomobili dayandırmış, iki nəfər narkomandan biri avtomobildən qaçmış, digər bir nəfər narkoman avtomobildə qalmışdır. Daha sonra o, avtomobildən aşağı düşmüş və avtomobildə qalan bir nəfər narkoman da avtomobildən aşağı enmişdir. O, bir nəfər narkomana “gəlib məhəllədə narkotik qəbul edirsiz” dedikdən sonra həmin şəxsin yaxasından tutmuşdur. O, bir daha “narkotik maddə üstündə nə varsa çıxar" demiş, bu sözündən sonra həmin bir nəfər narkoman əynində olan gödəkçəni soyunaraq ona təhvil verərək “pullar bu gödəkçənin içərisindədir" demiş, o, gödəkçəni əlinə götürərək Ceyhunun idarə etdiyi avtomobilin içərinə atmış və Ceyhuna “gödəkçənin içərisində nə varsa götür” demişdir. Ceyhun gödəkçəni axtardıqdan sonra gödəkçəni ona vermiş, o da öz növbəsində narkomana qaytarmışdır. Bundan sonra o və Ceyhun avtomobilə əyləşərək həmin yerdən uzaqlaşmışlar. Yolda getdikləri zaman avtomobilin içərisində Ceyhun ona çox miqdarda yüzlük əskinas pullar göstərmiş və narkomanın üstündən çıxdığını demişdir. Bundan sonra Ceyhunla birlikdə Ceyhunun idarə etdiyi avtomobili Ceyhungilin evinin qarşısında saxlayaraq piyada tanışları Sərdarın yanına getmişlər. Sərdar heyvan tövləsində çoban kimi fəaliyyət göstərmişdir. Ceyhun və o, Sərdarın çoban kimi fəaliyyət göstərdiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən tövləyə çatmışlar. Bu zaman həmin tövlənin yaxınlığında kabinet formalı otağa o və Ceyhun keçmişlər. Ceyhun və o götürdükləri pulları saymaq qərarına gəlmişlər. Ceyhun pulları saymağa başlamış və narkomandan ümumilikdə 6500 (altı min beş yüz) manat pul götürdüklərini müəyyən etmişlər. Narkomandan götürdükləri 6500 (altı min beş yüz) manat pul 65 ədəd yüzlük əskinasdan ibarət olmuşdur. O Ceyhuna “mənim payımı ver, mən şəhərə gedirəm” demiş, bundan sonra Ceyhun ona 2000 (iki min) manat pul vermişdir. O pulu aldıqdan sonra Ceyhunun yanından çıxaraq Dərnəgül qəsəbəsinə doğru getmişdir. Yolda olduğu zaman Ceyhuna məxsus mobil nömrəyə zəng etmişdir. Mobil telefon vasitəsi ilə Ceyhunla danışan zaman Ceyhun ona Yadigarla birlikdə Tovuz rayonuna gedəcəklərini demiş və ondan Tovuza getmək istəməsi barədə soruşmuşdur. O da getmək istəmədiyini demişdir. Bundan sonra polis əməkdaşları onu Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə dəvət etmişlər və o heç bir etiraz etmədən 12-ci Polis şöbəsinə getmişdir. Əlavə olaraq bildirmişdir ki, baş vermiş quldurluq hadisəsi ilə əlaqədar o zərərçəkmiş şəxsi ancaq yumruq zərbələri ilə döymüş, bıçaq çıxarmamışdır. Ümumiyyətlə hadisə zamanı üstlərində bıçaq olmamışdır (cild 1, iş vərəqi 75-76; cild 2, iş vərəqi 93-95; cild 4, iş vərəqi 70-71). İfadələri elan edildikdən sonra baxmaq üçün protokollar Təqsirləndirilən şəxs2 təqdim edilmiş və verilən suallara cavab olaraq o, protokollardakı imzaların və qeydlərin ona məxsus olduğunu bildirmiş, lakin məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,181.2.1, 32.4,181.2.4 və 32.4,181.2.5ci maddələri elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, anket məlumatlarında qeyd olunan ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 onun dostudur. Mahiyyəti üzrə bildirmək istəyir ki, hadisədən 1-2 saat qabaq Təqsirləndirilən şəxs1la onların məhəlləsində görüşmüşdür. Ceyhunla ayrıldıqdan sonra o öz məhəlləsinə gəlmiş, qapılarının ağzında Elnuru görmüşdür. Görmüşdür ki, Elnurun vəziyyəti yaxşı deyil. Bilmişdir ki, Elnur narkotik vasitə istifadə etmişdir. O, Elnuru 1-2 dəqiqə tənbeh edib, ondan ayrılıb evə gəlmişdir. Noyabrın 10-u onu evdə saxlamışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs3 bildirdi ki, hadisənin necə baş verdiyini bilmir, hadisə günü Ceyhunla 1-2 saat əvvəl görüşmüş, Ceyhunla görüşəndə öz barələrində danışmışlar. Ceyhunun məqsədinin nə olduğunu bilməmişdir. O, hadisə yerində olmamışdır. Hadisə günü Elnura zəng etməmiş, zərərçəkənlərlə birlikdə Elnurun evində olmamış, Elnurun evində zərərçəkənləri görməmiş, Elnur kiminsə narkotik satması barədə məlumat verməmişdir. Hadisə baş verən günü Mehmanı görməmişdir. Baş vermiş cinayət hadisəsi ilə əlaqəsi yoxdur. Bununla belə, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o özünü Azərbaycan Respublikası CM-in 32.4,181.2.1, 32.4,181.2.4 və 32.4,181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmir. 03 noyabr 2021-ci il tarixdə saat 17-18 radələrində o, onunla eyni məhəllədə yaşayan tanışı Elnur ilə etdiyi söhbət əsnasında Elnur ona “yanıma bir nəfər şəxs gələcək, pulunu vermişəm, mənim üçün çoxlu miqdarda narkotik gətirəcək” demiş, Elnur ondan narkotik vasitəni və pulu ələ keçirməsinə köməklik etməsini ondan xahiş etmişdir. Bundan sonra o, tanışı Ceyhunun yanına getmiş və onunla görüşmüşdür. Bu zaman Ceyhuna "bir azdan məhəlləyə bir nəfər şəxs gələcək və narkotik gətirəcək” demiş, Ceyhun “həmin şəxsi müəyyən edək və gətirdiyi narkotiki yerə tökək” cavabını vermişdir. Bir müddət sonra Elnur ona zəng etmiş, bu zaman Ceyhun da onun yanında olmuşdur. Ona məxsus mobil telefonun səsini ucadan qoymuş və Elnurun dediklərini Ceyhun eşitmişdir. Belə ki, Elnur məhəlləyə narkotik gətirən şəxsin gəldiyini və üzərində 9000 (doqquz min) manat pul olduğunu bildirmişdir. Bundan sonra Ceyhun birlikdə getməyi, həmin şəxsin narkotikini və 9000 (doqquz min) manat pulunu ələ keçirməyi təklif etmişdir. O, Ceyhun ilə razılaşmışdır. Onlar məhəlləyə doğru getmişlər. Yolda olduqları zaman plan qurmuşlar. Belə ki, təşkil olunmuş plana əsasən Elnur adını sonradan öyrəndiyi zərərçəkmiş şəxs Anarı taksi ilə yola salmaq adı ilə taksi kimi Ceyhunu məhəllədə qəbul edəcəkmiş. Yolda gedən zaman Ceyhun Anarın əlindən pulu və narkotiki alacaqdır. Ceyhunun Anarın əlindən aldığı pulu böləcəkləri, narkotiki isə yerə tökəcəkləri barədə razılığa gəlmişlər. O, Ceyhunla məhəlləyə gələrək Anarı Ceyhuna göstərib işi başa çatdırmasını tapşırmıdşır. Təxminən 30 dəqiqə sonra Ceyhuna zəng edərək “nə edə bildin, pul və narkotiki götürdün?” deyə soruşmuş, Ceyhun cavab olaraq yolda olduğu zaman qohumu Mehmanı da özü ilə götürdüyünü, Mehmanla onun məhəlləyə narkotik gətirən oğlanın əlindən pulunu və narkotiki aldıqlarını demiş, ona düşən pul payını ayırdıqlarını, Ramana qəsəbəsində yerləşən Sərdarın işlədiyi tövləyə gəlməsini bildirmişdir. Bundan sonra o, tanışları çoban Sərdarın işlədiyi tövləyə gəlmişdir. Həmin tövlənin yanında kabinet formalı otaqda Mehman və Ceyhun oturmuş, onların əyləşdiyi masanın üzərində bir topa yüzlük əskinaslar olmuşdur. Üçü birlikdə yəni, o, Ceyhun və Mehman pulu tam şəkildə aralarında bölmüşlər. Belə ki, 2000 (iki min) manatı Ceyhun, 2000 (iki min) manatı Mehman, 2000 (iki min) manatı isə o götürmüşdür. O, Ceyhun və Mehmana bayaqdan Elnurun ona zəng etdiyini və özünün payını tez göndərməyi dediyini bildirmişdir. Bu sözdən sonra tövlənin yanında usta kimi işləyən tanışı Urfanı yanlarına çağırmış, Ceyhun, Mehman və o, ümumi puldan 500 (beş yüz) manat ayıraraq Urfana həmin 500 (beş yüz) manat pulu aparıb Elnura çatdırmağı tapşırmışlar. Urfanın özünə isə 100 (yüz) manat pul vermişlər (cild 1, iş vərəqi 117-119; cild 2, iş vərəqi 98-100; cild 4, iş vərəqi 51-52). İfadələri elan edildikdən sonra baxmaq üçün protokollar Təqsirləndirilən şəxs3 təqdim edilmiş və verilən suallara cavab olaraq o, bir imzadan başqa protokollardakı imzaların ona məxsus olduğunu bildirmiş, lakin məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 32.5, 181.2.1, 32.4, 32.5,181.2.4 və 32.4, 32.5,181.2.5-ci maddələri elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, 18 ildir narkotik vasitə olan heroindən istifadə edir. Zərərçəkmiş şəxsləri tanıyır, Ceyhun onun dostu olmuşdur. Hadisə günü Ceyhun ona zəng edib narkotik vasitə istifadə etmək üçün boş ev lazım olduğunu demiş, o da atasıgilin evi boş olduğunu bildirmişdir. O, öz evindən açarı götürmüş, Ceyhun və Anar gəlmiş, qapını açıb evə girmişlər və o, Ceyhun və Anar narkotik vasitə olan heroini birlikdə istifadə etmişlər. Sonra Yadigar onlar narkotik çəkərkən hadisənin üstünə çıxmışdır. Yadigar bir az onu danlamış və sonra çıxıb getmişdir. Daha sonra atası gəlib onları evdən qovmuşdur. Onun ümumiyyətlə hadisə barədə heç bir məlumatı yoxdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs4 bildirdi ki, Yadigar onun öz evinə deyil, atasının evinə gəlmiş, atası işdə olmuş, anası isə evdə olmamış, öz evində ailəsi olduğuna görə, o, Ceyhungili atasının evi boş olduğu üçün ora çağırmış, Yadigar otağa daxil olanda, onlar narkotik istifadə etdiklərindən, halları yaxşı olmamış, Yadigar onu çağırmağa gəlmiş, narkotik istifadə etdiyinə görə Yadigar onu danlamışdır. Onlar narkotik istifadə edərkən o, Ceyhundan 500 manat borc istəmiş, Anarda pul olduğunu bilməmiş, Anar ona 150 manat borc vermişdir. Anarın ona pul verdiyini Yadigar görmüş, Yadigar onların evində olarkən telefonla danışmış, amma kiminlə danışığını bilməmişdir. Atası tez gəlmiş və o vəziyyətdə görüb onları evdən qovmuşdur. Atası gələnə qədər Yadigar evdən çıxmışdır. Atası onları qovandan sonra, onlar qapının ağzına çıxmış, Ceyhun ona taksi çağırmağı demiş, o, gələn taksini görməmişdir. Ceyhun və Anar avtomobil almağa deyil, ev boş olduğu üçün narkotik çəkməyə gəlmişlər. Bununla belə, Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-in 32.4, 32.5,181.2.1, 32.4, 32.5,181.2.4 və 32.4,32.5,181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə xx.xx.2019-cu il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 il 05 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda ona təyin olunmuş cəzadan azad olunmuşdur. Fərdi əmək fəaliyyəti ilə məşğul olaraq pul qazanır və ailəsinə baxır. Anar və Ceyhunu Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşadığı zaman tanımışdır. 03 noyabr 2021-ci il tarixdə saat 15 radələrində tanışları Anar və Ceyhun onu görmək üçün yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evin qarşısına gəlmişlər. Onlar yaşadıqları evin qarşısında görüşmüşlər. Söhbət əsnasında tanışı Anardan 150 (yüz əlli) manat borca pul almışdır. Anar əynində olan gödəkçənin iç cibindən pulları çıxaran zaman qonşuluqda yaşayan tanışı Yadigar bunu görmüşdür. Bakıxanov qəsəbəsindən tanıdığı Ceyhun adlı tanışı ona taksi çağırmağı, Anarla getmək istədiklərini demişdir. Bundan sonra Yadigar onunla, Ceyhun və Anarla sağollaşaraq yanlarından getmişdir. Ceyhun, o və Anar taksi axtarmaq üçün yolda gəzişmişlər. Bu zaman markasını, dövlət qeydiyyat nömrə nişanını bilmədiyi gümüşü rəngli avtomobil görmüş və həmin avtomobilə yaxınlaşaraq həmin şəxsdən taksi sürücü olub-olmamasını soruşmuş, həmin şəxs taksi sürücüsü olduğunu demişdir. Sonradan öyrənmişdir ki, quldurluq hərəkəti edən Ceyhun həmin taksi sürücüsüdür. Belə ki, quldurluq hərəkəti edən Ceyhunu bir-iki dəfə Yadigarın yanında əvvəlcədən görmüş, həmin gün Ceyhun gözlük taxdığı üçün tanımamışdır. Beləliklə, Anar və dostu Ceyhun taksiyə əyləşərək onun yanından uzaqlaşmışlar. Bundan sonra o yaşadığı evə qayıtmışdır. Anar və Ceyhun onun yanından getdiyindən bir saat sonra yanına tanışı Urfan gələrək ona Yadigarın ona 500 (beş yüz) manat pul göndərdiyini, pulu götürməsini və susmağı demiş, o isə cavabında nəyə görə susmalı olduğunu başa düşmədiyini bildirmiş, Urfan isə Yadigara zəng etməsini, Yadigarın hər şeyi ona danışacağını demişdir. Bundan sonra Yadigara məxsus mobil nömrəyə zəng edərək nə məsələ olduğunu soruşmuş, Yadigar cavab olaraq Anardan quldurluq yolu ilə pul götürdüklərini, bunu kiməsə deməməsini bildirmiş, kiməsə deyəcəyi təqdirdə başına oyun açacaqlarını, azyaşlı oğlunu qaçıracaqlarını, arvadının saçını dartacaqlarını bildirmişdir. O, Yadigardan qorxduğu üçün Anarın başına gəlmiş hadisə barədə heç kimə məlumat verməmiş və ona verilən 500 (beş yüz) manat pulu qorxduğu üçün qəbul etmişdir. O, Yadigar, Ceyhun və Mehmandan qorxduğu üçün baş vermiş quldurluq cinayəti barədə polisə məlumat verməmişdir. Belə ki, Mehman, Ceyhun və Yadigardan Ramana qəsəbəsində yaşayan hər kəs qorxur. O, Zərərçəkmiş şəxs1 qarşı törədilmiş quldurluq əməlində ümumiyyətlə iştirak etməmişdir (cild 1, iş vərəqi 205-207; cild 2, iş vərəqi 55-58; cild 4, iş vərəqi 118-119). İfadələri elan edildikdən sonra baxmaq üçün protokollar Təqsirləndirilən şəxs4 təqdim edilmiş və verilən suallara cavab olaraq o, protokollardakı imzaların və qeydlərin ona məxsus olduğunu bildirmiş, lakin məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, hazırda "Socar Neft-Qaz Tikinti Tresti"ndə taxta bəndçi vəzifəsində işləyir. Mahiyyəti üzrə bildirir ki, 31 oktyabr 2021-ci il tarixdə "xxxx"a elektron müraciət edərək özünə avtomobil almaq üçün 10000 (on min) manat kredit götürmək qərarına gəlmiş və 01 noyabr 2021-ci il tarixdə o, "xxxx"ın Bakıxanov qəsəbəsində yerləşən filialına müraciət etmişdir. Həmin gün yəni, 01 noyabr 2021-ci il tarixdə "xxxx"ın Bakıxanov filialında ona əlbəǝl 9996 (doqquz min doqquz yüz doxsan altı) manat pul verilmişdir. Pulu aldıqdan sonra "xxxx"dan çıxararaq yaşadığı evə getmiş, evdə olduğu zaman "Turbo.az" internet saytından büdcəsinə uyğun avtomobil axtarmağa başlamışdır. 01 noyabr 2021-ci il tarixdən 03 noyabr 2021-ci il tarixədək olan müddət ərzində bir sıra avtomobillərə baxmış, lakin özünə uyğun avtomobil tapa bilməmişdir. 02 noyabr 2021-ci il tarixdə dostu və bu iş üzrə Təqsirləndirilən şəxs4 zəng edərək Ramana qəsəbəsinə bir avtomobilə baxmaq üçün gələcəyini, bu zaman onu da görmək istəyədiyini demişdir. 03 noyabr 2021-ci il tarixdə dostu və bu iş üzrə Zərərçəkmiş şəxs2 ilə Bakıxanov qəsəbəsində yerləşən "Arzu" restoranının qarşısında görüşmüşlər. O, dostu Ceyhuna büdcəsinə uyğun özü üçün bir avtomobil tapdığını demiş, birlikdə gedib həmin avtomobilə baxmağı xahiş etmişdir. Beləliklə o və dostu Ceyhun "Turbo.az" internet saytından tapdığı avtomobilə baxmaq üçün Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə taksi ilə getmişlər. Ramana qəsəbəsinə çatmaqlarına az qalmış almaq istədiyi avtomobilin sahibi ona zəng edərək "qardaş gəlmə avtomobili baha qiymətə başqa bir şəxsə satdım" demişdir. Bundan sonra dostu Ceyhun ilə ortaq dostları Təqsirləndirilən şəxs4 yanına getməyi birlikdə qərara almışlar. Çünki, Elnur əvvəllər Bakıxanov qəsəbəsində yaşayan zaman onunla və Ceyhunla dostluq münasibəti olmuşdur. O və Ceyhun Elnurun yaşadığı məhəlləyə getmiş, Elnur yaşadığı evin qarşısında onları gözləmişdir. Elnur ilə salamlaşmışlar və söhbət etməyə başlamışlar. Elnur ilə söhbət etdiyi zaman bir nəfər onda tanımadığı şəxs onlara yaxınlaşmış və onlarla salamlaşaraq söhbət etməyə başlamışdır. Təxminən onlarla iki dəqiqə söhbət etdikdən sonra yanlarından uzaqlaşmışdır. Elnur ilə söhbət etməyə davam etmişlər. Söhbət əsnasında Elnur ona "imkan varsa, bu axşamadək mənə 600 (altı yüz) manat borca pul ver" demiş, o da Elnura "sənə 600 (altı yüz) manat yox, 150 (yüz əlli) manat borca pul verə bilərəm" cavabı vermiş, bundan sonra Elnura 150 (yüz əlli) manat borca pul vermişdir. Bundan sonra yenidən söhbət etməyə davam etmişlər. Elnur ilə söhbət etdikləri zaman sonradan tanıdığı - bu iş üzrə Təqsirləndirilən şəxs3 onlarla salamlaşmış və Elnura "Elnur gəl qırağa keçək, sənə sözüm var" demişdir. Bundan sonra Elnur və Yadigar kənara çəkilərək söhbət etməyə başlamış, o və dostu Ceyhun onların nə danışdığını eşitməmişdir. Bundan sonra Elnur tək olaraq onun və dostu Ceyhunun yanına qayıtmışdır. O, Elnura "biz, yəni Ceyhunla mən gedirik" demişdir. O, özünə məxsus "Samsung A52" markalı mobil telefonu cibindən çıxararaq taksi çağırmaq üçün "2110" taksi xidmətinə zəng etmək istəsə də, sonradan yadına düşmüşdür ki, onun telefon nömrəsinin balansında kifayət qədər vəsait yoxdur. Bu səbəbdən dostu Ceyhuna "Ceyhun mənim konturum yoxdu, sən taksi çağır" demişdir. Bunu eşidən Elnur "Anar siz hazırda olduğumuz ünvanı taksi sürücüsünə izah edə bilməyəcəksiz, gözlə özüm taksi çağırıram" bildirmiş, sonra Elnur özünə məxsus telefon ilə onlar olduğu ünvana bir avtomobil çağırmışdır. Elnur avtomobili çağıran zaman üç dəqiqə intervalında markasını bilmədiyi gümüşü rəngli avtomobil onlar, yəni o, dostu Ceyhun və Elnurun olduğu yerə gəlmiş, avtomobil gəldiyi zaman Elnur "yaxınlaşın sizin taksiniz gəldi" demişdir. Bundan sonra o və dostu Ceyhun həmin avtomobilin arxa sərnişin oturacağına əyləşmiş və sürücü ilə salamlaşmışlar. Sürücü avtomobili idarə etməyə başlamış, Ramana qəsəbəsində Elnurun yaşadığı məhəllədən əsas yola çıxdıqları zaman "Al market"in yaxınlığında sürücü avtomobili saxlamış və "əmim oğlu gələcək, icazə versəz yol üstü onu da aparaq" demiş, o, və Ceyhun buna etiraz etməmiş, bundan sonra o vaxt tanımadığı, lakin sonradan bildiyi, bu iş üzrə Təqsirləndirilən şəxs2 avtomobilə əyləşmişdir. Beləliklə sürücü – bu iş üzrə Təqsirləndirilən şəxs1, ön sərnişin oturacağında Təqsirləndirilən şəxs2, arxa sərnişin oturacağında isə o və dostu Ceyhun avtomobil ilə hərəkət etmişlər. Yolda olduqları zaman sürücü Təqsirləndirilən şəxs1 avtomobildə benzin çox az olduğunu, yolda qala biləcəklərini, ara küçələrdə litrlik benzin satıldığını, benzin almağa icazə vermələrini, sonra yola davam etmələrini demiş, o da etiraz etməmişdir. Sürücü Təqsirləndirilən şəxs1 ara küçələrdə uzun müddət avtomobili idarə etdiyi üçün o, hara getdiklərini soruşmuş, bundan sonra sürücü yaşayış evləri bitdikdən sonra avtomobili saxlamış, ön sərnişin oturacağında əyləşmiş Təqsirləndirilən şəxs2 ona narkotik satmasını demiş, o da cavab olaraq, narkotik satmadığnı bildirmişdir. Bundan sonra ön sərnişin oturacağında əyləşmiş Təqsirləndirilən şəxs2 arxa hissəyə çevrilərək onun baş və bədən nahiyələrinə yumruq zərbələri vurmuşdur. Bu zaman onlar ona üzərində nə varsa, verməsini tələb etmişlər. O, ciblərini çevirmiş, əynindəki şalvarın cibindən 65 (altmış beş) manat nağd pulu, gödəkçəsinin çöl cibindən özünə məxsus "Samsung A52" markalı mobil telefonu, əynindəki gödəkçənin iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və iş vəsiqəsini çıxararaq ön sərnişin oturacağında əyləşmiş şəxsə, yəni Təqsirləndirilən şəxs2 vermişdir. Bu zaman dostu Ceyhun onu sürücü və ön sərnişin oturacağında şəxslə tək qoyaraq avtomobilin qapısını açaraq qaçmışdır. Bunu görən sürücü Təqsirləndirilən şəxs1 avtomobildən aşağı enmiş, Təqsirləndirilən şəxs2 da ondan maşından düşməyi tələb etmiş, o, maşından düşmüş, Təqsirləndirilən şəxs1 onun gödəkçəsindən yapışmış, o, qaçmaq istəyərkən, gödəkçə əynindən çıxmışdır. Onlar maşına oturmuş, gödəkçənin cibindən Təqsirləndirilən şəxs2 pulu çıxarmışdır. O, isə həmin iki nəfər şəxsə yalvararaq özünə avtomobil alacağını, həmin pulun avtomobilin pulu olduğunu demiş və götürməmələrini xahiş etmişdir. Həmin şəxsləri isə gödəkçəni onun üzərinə atıb çıxıb getmişlər. Bundan sonra o, polisə şikayət etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq zərərçəkmiş şəxs Zahirov X20 bildirdi ki, o, narkotik vasitələrdən istifadə etmir, hadisə günü də istifadə etməmişdir. O, Elnurun narkotik istifadə etməsini əvvəlcədən bilməmişdir. Elnur həmin gün narkotik istifadə edənə oxşamamışdır. O, Elnurgilin evinə girməmişdir, həyətdə söhbət etmişlər. Yadigar Elnurgilə gələrkən onlarla görüşmüş, daha sonra gedib ağacın altında dayanıb Elnurla nəsə danışmış, daha sonra Yadigar çıxıb getmişdir. Hadisə günü kurtkasının cibində 9700 manat, şalvarının cibində isə 20 manat pul olmuşdur. O, Elnura verdiyi 150 manatı 9700 manatdan götürmüşdür. O, pulu gödəkçəsinin iç cibindən çıxarıb Elnura verən zaman təxminən 10 metr aralıda dayanan Yadigar onun Elnura pul verdiyini görmüşdür. Onlar qapıda dayanan zaman Elnurun atası gəlmiş, Elnura əsəbləşərək niyə camaatı bura yığmasını soruşmuş və onları qapıdan qovmuşdur. Elnur taksi çağırmış, onlar taksiyə Elnurgilin qapısının ağzında minmişlər. Avtomobildə olarkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobildə üzərində nəyi varsa ondan çıxarmağını tələb etmişlər. Mehmanın əlində heç nə olmamış, Təqsirləndirilən şəxs1 əlində isə nəsə olmuş, onun zənnincə uzunluğu 20-25 sm olan bıçaq olmuşdur, ondan kurtkanı çıxarmağı tələb etmişlər, əks halda onu öldürə bilmələrini bildirmişlər. Onlar dostu Ceyhuna əl-qol atan kimi Ceyhun avtomobildən düşüb qaçmışdır. Mehman ondan narkotik satıb-satmamasını soruşmuş, o narkotik satdığını inkar etmiş, bu zaman Mehman ondan baxmaq üçün ciblərini çıxarmağı tələb etmişdir. O, qaçmaq istəyərkən kurtkası əynindən çıxmış, Təqsirləndirilən şəxs2 onun pulunu kurtkanın cibindən götürmüşdür. Ona dəymiş zərər, yəni pul təqsirləndirilən şəxslərin valideynləri tərəfindən ödənilib, kimin nə qədər ödəməsini bilmir. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxslərlə barışdığını bildirmişdir. Bununla belə, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi və məhkəmədə elan olunmuş ifadəsində göstərmişdir ki, o, “Socar” Neft-Qaz Tikinti Trestində taxta bəndçi vəzifəsində işləyir. 2021-ci ilin oktyabr ayının sonlarında özünə avtomobil almaq qərarına gəlmiş, lakin pulu az olduğu üçün kredit götürmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, "Aygün City” adlanan ticarət mərkəzin yaxınlığında yerləşən "xxxx"a onlayn qaydada müraciət etmişdir. Həmin gün “KapitalBank” ona 10200 manat məbləğində kreditə pul ayırmış, 204 manatını isə komissiya olaraq tutmuş, əlbəəl ona 9996 manat pul vermişdir. Həmin vaxtı o “www.turbo.az ” elan saytında özü üçün bir avtomobil seçmişdir. Həmin avtomobil Sabunçu rayonu, Ramana qəsəbəsində satılırmış. xx.xx.2021-ci il tarixdə avtomobilin yiyəsi ilə əlaqə saxlayaraq xx.xx.2021-ci il tarixdə avtomobilə gəlib baxış keçirəcəyini bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs4 adında tanışına zəng vuraraq xx.xx.2021-ci il tarixdə Ramana qəsəbəsində avtomobil almaq üçün gələcəyini və uzun müddətdir onu görmədiyini və onada baş çəkmək istəyini söyləmişdir. xx.xx.2021-ci il tarixdə günorta radələrində dostu Zərərçəkmiş şəxs2la görüşüb Ramana qəsəbəsinə yola düşmüşdür. Yolda olan zaman avtomobilin sahibinə zəng vurduqda həmin şəxs avtomobili baha qiymətinə artıq satdığını bildirmişdir. O, taksi ilə artıq yola çıxdığını nəzərə alaraq Ramana qəsəbəsində Elnura zəng vurmuş və onunla görüşmək istədiyini və yaşadığı məhəlləyə gəldiyini bildirmişdir. Belə ki, onun dostu Ceyhunun da Elnurla münasibətləri olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs4 əvvəllər Bakıxanov qəsəbəsində yaşadığından və onların ortaq isti münasibətləri olmuşdur. Onlar Ramana qəsəbəsində Elnurun yaşadığı məhəllədə görüşmüşlər. Bir neçə dəqiqə Elnurun yaşadığı evin qapısı yanında söhbət etsələr də evə danışıqlarının səsi getməsin deyə bir neçə metr qapısından aralanmışlar. Görüş zamanı o, Elnura avtomobilin artıq satıldığını və ala bilmədiyini söyləmişdir. Elnurla söhbət edən zaman adını sonradan bildiyi Yadigar adlı şəxs onlara yaxınlaşmış, onlarla görüşüb Elnurun yaşadığı evin qarşısına çəkilmişdir. Elnur onlardan aralanıb Yadigara yaxınlaşaraq söhbət etməyə başlamışdır. Təxminən 1-2 dəqiqə sonra Elnur yanlarına qayıtmışdır. Qayıtdıqdan sonra Elnur ondan 600 manat borca pul istəmişdir. O, həmin məbləğdə pul verə bilməyəcəyini, ancaq 150 manat verə biləcəyini Elnura söyləmişdir. Bu sözdən sonra əlini gödəkçəsinin iç cibinə ataraq oradan 150 manatı çıxartmışdır. Belə ki, onun cibində həmin zaman 9715 manat pul olmuşdur. O, Elnura pulu verən zaman Elnur onun cibinə boylanaraq baxmış və pulların sayının çox olduğunu görmüşdür. Hətta zarafatyana ona müraciət etmiş ki “çox qaldı?”. Bundan sonra onlar sağollaşmaq qərarına gəlib özünə taksi sifariş etmək istəmişlər. Lakin həmin zaman mobil nömrəsinin balansında kifayət qədər məbləğ olmadığı üçün zəng vura bilməmişdir. Elnur isə cəld tərpənərək evin yerini başa sala bilməyəcəyini bəhanə edib özü taksiyə zəng vuracağını bildirmişdir. Elnur istifadəsində olan mobil telefonunu əlinə götürərək bilmədiyi nömrəyə zəng vurub qırağa çəkilmişdir. Danışıb qurtardıqdan sonra isə onların yanına yaxınlaşaraq taksini sifariş etdiyini söyləmişdir. Təxminən 3-5 dəqiqə sonra məhəlləyə gümüşü rəngdə markası və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil gəlmişdir. Elnur onunla dostu Ceyhunu həmin avtomobilin arxa oturacaqlarına əyləşdirmişdir. Belə ki, o, sürücünün arxasında, Ceyhun isə qabaq sərnişinin arxasında əyləşmişdir. Bundan sonra onlar yola düşmüşlər. Sürücü avtomobili idarə etməyə başlamışdır. Ramana qəsəbəsində Elnurun yaşadığı məhəllədən əsas yola çıxdıqları zaman “Al market”in yaxınlığında sürücü avtomobili saxlamış və əmisi oğlunun gələcəyini, yol üstü onu da aparacağını demiş, o və dostu Ceyhun buna etiraz etməmişlər. Bundan sonra tanımadığı bir nəfər şəxs avtomobilə əyləşmişdir. Beləliklə sürücü, ön sərnişin oturacağında tanımadığı bir nəfər şəxs, arxa sərnişin oturacağında isə o və dostu Ceyhun avtomobil ilə hərəkətə davam etmişlər. Yolda olduqları zaman sürücü avtomobildə çox az benzin olduğunu, yolda qala bilməsinin mümkünlüyünü, ara küçələrdə litrlik benzin satıldığını demiş, benzin almaq üçün icazə istəmişdir. O, etiraz etməmişdir. Sürücü ara küçələrdə uzun müddət avtomobili idarə etdiyi üçün o, hara getdiklərini soruşmuş, bundan sonra sürücü yaşayış evləri bitdikdən sonra avtomobili saxlamışdır. Saat 17 radələrində olduğu üçün ətraf təbii işıq ilə tam görünmüşdür. Ön sərnişin oturacağında əyləşmiş şəxs onlara narkoman olduqlarını demiş, o, cavab olaraq inkar etmişdir. Bundan sonra ön sərnişin oturacağında əyləşmiş şəxs arxa hissəyə çevrilərək onun üz nahiyələrinə yumruq zərbələri vurmuşdur. O, həmin şəxsin hərəkətlərini saxlamaq istəsə də alınmamışdır. Həmin zaman adını sonradan öyrəndiyi Mehman adlı şəxs yanında əyləşən Zərərçəkmiş şəxs2 da üz nahiyəsinə bir neçə zərbə endirmişdir. Bu zaman avtomobil dayanmışdır. Bundan sonra dostu Ceyhun qorxduğundan onu sürücü və ön sərnişin oturacağında oturan şəxslə birlikdə qoyaraq avtomobilin qapısını açaraq qaçmışdır. Bunu görən sürücü avtomobildən aşağı enmiş, ön sərnişin oturacağında əyləşmiş şəxs onun yaxasından tutaraq cibində nə varsa hamısını çıxardıb verməsini tələb etmişdir. Bu sözdən sonra o, əynində olan gödəkçənin içi cibindəki 9500 (doqquz min beş yüz) manat puldan başqa 65 (altmış beş) manat nağd pulu, gödəkçəsinin çöl cibindən özünə məxsus "Samsung A52” markalı mobil telefonu, əynindəki gödəkçənin iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və iş vəsiqəsini çıxararaq ön sərnişin oturacağında əyləşmiş şəxsə vermişdir. Belə ki, 9500 manatdan başqa cibində nə olmuşsa çıxardıb vermişdir. Bundan sonra ön sərnişin oturacağında əyləşmiş şəxs ona avtomobildən aşağı düşməyi tələb etmiş, o, arxa sərnişin oturacağının qapısını açaraq düşmək istədiyi zaman sürücü Ceyhun onun gödəkçəsinin arxa boyun hissəsindən tutaraq çölə dartmışdır. Həmin zaman Ceyhunun əlində ölçüləri dəqiq xatırlamadığı 20-25 sm uzunluğunda dəstəyi qəhvəyi rəngdə olan bıçaq olmuşdur. Bıçaqla hər hansı bir hərəkət etməsə də “doğruyaram səni, tərpənmə” kəlməsini işlətmiş, bu zaman artıq Mehman avtomobildən enərək avtomobilin arxasından çönüb ona yaxınlaşmış və yumruq atmışdır. Ona yumruq atılan zaman o əyilmiş və bu zaman Ceyhun gödəkçəsinin boyun nahiyəsindən tutduğu üçün gödəkçə əynindən çıxmışdır. Mehman Ceyhunun əlindən gödəkçəsini götürərək avtomobilə ön sərnişin yerinə yenidən əyləşmişdir. Ceyhun da sükan arxasına əyləşmişdir. Bundan sonra Mehman gödəkçəsinin cibindən 9500 manat məbləğində pulun hamısını çıxardaraq götürüb gödəkçəni onun tərəfə ataraq nalayıq formada “dur get burdan” demişdir. Həmin zaman avtomobilin arxasıyca baxsa da həmin avtomobilin dövlət qeydiyyat nişan nömrələrinin olmadığını görmüşdür. Oradan çıxaraq polis orqanlarına gəlib məlumat vermişdir (cild 1, iş vərəqi 25-29, 36-38; cild 2, iş vərəqi 109-112, 114-119; cild 3, iş vərəqi 95-100). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirmək istəyir ki, Zərərçəkmiş şəxs1 onun dostudur. Təqsirləndirilən şəxs4 tanıyır, tanışlıq münasibətləri var. Hadisə baş verdiyi gün Anar ona zəng vuraraq Ramanaya getməyi demişdir. O, həmin günü sərxoş olmuşdur. Onlar Anarla taksiyə oturub Ramanaya Elnurgilin evinə gəlmişlər. O, Elnura bildirmişdir ki, halı yaxşı deyil, ürəyi bulanır. O, Elnurgilin evində içəri otağa keçib uzanmışdır. Daha sonra Anar ona zəng vurmuşdur ki, durub gəlsin gedirlər. Onlar Elnurgildən çıxıb taksiyə minmiş, yarıyolda sürücü bildirmişdir ki, ara məhəllədən benzin almalıdır. Onlar da etiraz etməmişlər. Sürücü yarı yolda saxlamış, qabaq oturacaqda oturan sərnişin onlara əl-qol atmış, o da qorxub maşının qapısını açıb düşüb qaçmışdır. Sonra nə baş verdiyi barədə məlumatı yoxdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirdi ki, hadisə günü Anar zəng etmiş və onlar Ramanaya maşın almağa getmişlər. Anarın nə qədər pul götürdüyünü bilmir və maşını kimdən alacağı barədə məlumatı olmamışdır. O, sonradan Anarın bankdan pul götürdüyünü bilmişdir. Anar onun yanında əvvəlcədən banka zəng vurmuşdur. Onlar taksiyə minəndə Anar üzərində pul olduğunu, maşın alacağını demişdir. Anarın üzərindəki pulu görməmişdir, amma Anar bankdan 10 min manat pul çıxardığını demişdir. Anarın dediyinə görə, o, Ramanaya maşın almağa gedir. Anar yolda telefonda danışmış, amma kiminlə danışdığını yadında deyildir. Onlar birbaşa Elnurgilə getmişlər. O, həmin gün içkili olmuş, Anarla Elnurun arasında nə söhbət olmasını bilmir, o, evdə otaqda uzanmışdır. Elnurgilə bir nəfər gəlmiş, amma kim olduğunu bilmir. Anarın Elnura pul verilməsini görməmişdir. O, Elnurun və Anarın narkotik istifadə etməsini görməmişdir. X30 çıxanda pis vəziyyətdə olmuş, ola bilsin ki, narkotik qəbul etmişdir. O, Elnurgildə narkotik qəbul etməmişdir. Anarın əynində qara rəngli kurtka olmuşdur. Geri qayıdanda maşında ön oturacaqdakı sərnişin onlardan “bura narkotik satmağa gəlmisiniz?” deyə soruşmuş, sərnişin həmin sözü deyəndən sonra əl-qol atmış, o, qorxduğu üçün maşından düşüb qaçmış, təxminən 500 metr qaçmış, arxası ilə heç kim gəlməmişdir. İbtidai istintaq zamanı ona fiziki psixi təzyiq olmayıb. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ona ziyan dəymədiyi üçün təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Bununla belə, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi və məhkəmədə elan edilməklə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun dostu, həm də ki, iş yoldaşı olmuşdur. İşin mahiyyəti üzrə bildirir ki, 2021-ci ilin oktyabr ayının sonlarında dostu Anar avtomobil almaq qərarına gəlmiş, lakin pulu az olduğu üçün kredit götürmək qərarına gəlmişdir. Anar "xxxx"a müraciət edərək 10200 manat məbləğində kreditə pul götürmüşdür. Həmin ərəfədə Anar “www.turbo.az” saytında özü üçün bir avtomobil seçmişdir. Həmin avtomobil Sabunçu rayonu, Ramana qəsəbəsində satılırmış. 03 noyabr 2021-ci il tarixdə Anar onunla əlaqə saxlayaraq avtomobilə birlikdə baxış keçirtmək istəyini söyləmişdir. Həmin vaxtı Anar Təqsirləndirilən şəxs4 adında tanışına zəng vuraraq həmin tarixdə Ramana qəsəbəsində avtomobil almaq üçün gələcəyini və uzun müddətdir onu görmədiyini və ona da baş çəkmək istəyini söyləmişdir. Belə ki, Elnuru o artıq neçə ildir ki, Bakıxanov qəsəbində yaşadığı zaman tanımış və münasibətləri yaranmışdır. Həmin tarixdə günorta radələrində dostu Anarla görüşüb Ramana qəsəbəsinə yola düşmüşdür. Yolda olan zaman avtomobilin sahibinə zəng vurduqda həmin şəxs avtomobili baha qiymətinə artıq satdığını bildirmişdir. Onlar taksi ilə artıq yola çıxdıqlarını nəzərə alaraq Ramana qəsəbəsində Anar Elnura zəng vuraraq onunla görüşmək istəyini və yaşadığı məhəlləyə gələcəyini söyləmişdir. Ramana qəsəbəsində Elnur ilə yaşadığı məhəllədə görüşmüşlər. Görüş zamanı Anar Elnura avtomobilin artıq satıldığını və ala bilmədiyini söyləmişdir. Elə bu zaman adını sonradan bildikləri Yadigar adlı şəxs onlara yaxınlaşmışdır. Yadigar onlarla görüşüb Elnurla qırağa çəkilərək söhbət etməyə başlamışdır. Təxminən 1-2 dəqiqə sonra Elnur yanlarına qayıtmışdır. Bundan sonra Elnur Anardan 600 manat borca pul istəmiş, Anar Elnura bu məbləğdə pul verə bilməyəcəyini, ancaq 150 manat verə biləcəyini bildirmişdir. Bu sözdən sonra əlini jaketinin iç cibinə ataraq oradan 150 manatı çıxardıb Elnura vermişdir. Belə ki, həmin zaman Anarın cibində təxminən 9700 manat pul olmuşdur. O, Elnura pulu verən zaman Elnur Anarın cibindəki pulların sayının xeyli miqdarda olduğunu görmüşdür. Bir neçə dəqiqə söhbət etdikdən sonra onlar sağollaşmaq qərarına gəlib özlərinə taksi sifariş etmək istəmişlər. Lakin həmin zaman Anarın mobil nömrəsinin balansında kifayət qədər məbləğ olmadığı üçün zəng vura bilməmişlər. Elnur isə evin yerini başa sala bilməyəcəklərini bəhanə edib özü taksiyə zəng vuracağını bildirmişdir. İstifadəsində olan mobil telefonunu əlinə götürərək bitmədikləri nömrəyə zəng vurub qırağa çəkilmişdir. Danışıb qurtardıqdan sonra isə yanlarına yaxınlaşaraq taksini sifariş etdiyini bildirmişdir. Təxminən 3-5 dəqiqə sonra məhəlləyə gümüşü rəngdə markası və dövlət qeydiyyat nişanını xatırlamadığı “Kia" markalı avtomobil gəlmişdir. O, sərnişin arxasında, Anar isə sürücü arxasında əyləşmişdir. Bundan sonra onlar yola düşmüşlər. Sürücü avtomobili idarə etməyə başlamışdır. Ramana qəsəbəsində Elnurun yaşadığı məhəllədən əsas yola çıxdıqları zaman “Al market”in yaxınlığında sürücü avtomobili saxlamış və demişdir ki, “əmim oğlu gələcək, icazə versəz yol üstü onu da aparaq". O və Anar buna etiraz etməmişlər, Anar “problem yoxdu, olsun, gəlsin əyləşsin” demişdir. Bundan sonra tanımadığı bir nəfər şəxs də avtomobilə əyləşmişdir. Beləliklə sürücü, ön sərnişin oturacağında tanımadığı bir nəfər şəxs arxa sərnişin oturacağında isə o və dostu Anar avtomobil ilə hərəkətə davam etmişlər. Yolda olduqları zaman sürücü “avtomobildə benzin çox azdır, yolda qala bilərik, ara küçələrdə litrlik benzin satılır, icazə versəz benzin alaq, sonra yola davam edək” demiş, Anar cavab olaraq “yolda qalmaqdansa buyurun gedək” deyə cavab vermişdir. Sürücü ara küçələrdə uzun müddət avtomobili idarə etdiyi üçün soruşmuşlar ki, “qardaş biz hara gedirik?”. Bundan sonra sürücü yaşayış evləri bitdikdən sonra avtomobili saxlamışdır. Ön sərnişin oturacağında əyləşmiş şəxs arxa hissəyə çevrilərək Anarın baş və bədən nahiyələrinə yumruq zərbələri vurmağa başlamışdır. Anarı vurduqdan sonra onun tərəfə çönüb bir-iki yumruq zərbəsini onun üz və baş nahiyəsinə endirmişdir. Artıq avtomobil bu zaman dayanmışdır. O, onlara qarşı quldurluq cinayəti törədildiyini görüb dahada ağır və sərt xəsarət ala biləcəyindən qorxaraq avtomobilin qapısı açıb endikdən sonra qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Bundan sonra baş verənlər barədə xəbəri olmamışdır. Sonradan ona məlum olmuşdur ki, həmin şəxslər Anarın üzərinə bıçaq çıxardaraq döyüb pullarını əlindən almışlar. O, narkotik vasitələrin qəbul etməsi barədə söylənilənlərin yalan və böhtan olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxslər məsuliyyətini yüngülləşdirmək üçün belə bir ifadə vermişlər (cild 3, iş vərəqi 114-118). Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək ona ziyan dəymədiyini, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı tələb və şikayətinin olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, təqsirləndirilən şəxsləri tanıyır, onlarla dostluq münasibətləri olmuşdur. Hadisə baş verən gün Ceyhunun yaşadığı ünvanın yaxınlığında onlardan üçü ilə, yəni Ceyhun, Yadigar və Mehmanla görüşmüş, onlar Sərdarın fermasına doğru getmişlər. Hardasa yarım saat sonra, Yadigar ona 500 manat verərək, Elnura çatdırmağını xahiş etmişdir. O, həmin pulu Elnura çatdırmış, yenidən fermaya qayıtmış, bir az oturduqdan sonra dağılışmışlar. Səhəri gün 12ci Polis bölməsinin əməkdaşları onu bölməyə dəvət etmiş, orada ona həmin pulun cinayət nəticəsində əldə olunan pul olması bildirilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, o özü Yadigardan 100 manat borc pul istəmiş, Yadigar ona həmin pulu vermiş, lakin indiyə kimi borcunu qaytarmamışdır. İbtidai istintaqa ifadə verərkən ona təzyiq olunmamış, verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə verilən çarpaz suala Təqsirləndirilən şəxs3 həmin gün tövlədə olduğunu, lakin Urfan vasitəsilə Elnura pul göndərmədiyi cavabını vermişdir. Məhkəmədə verilən çarpaz suala digər təqsirləndirilən şəxs Əliyev X16 ona 500 manat göndərdiyini, həmin pulu Urfanın gətirdiyini təsdiq etdi, lakin həmin pulun Yadigarın ona olan borcuna aid olduğunu bildirdi. Bununla belə, Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun dostudur, Təqsirləndirilən şəxs4 onun məhəllə sakini, həm də tanışıdır, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə tanışlarıdır, həmin şəxsləri Təqsirləndirilən şəxs3 vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs1 isə ümumiyyətlə tanımır. 03 noyabr 2021-ci il tarixdə saat 17-18 radələrində məhəllədə olan zaman Yadigar zəng vuraraq onu Sərdar adlı şəxsə məxsus tövləyə çağırmışdır. O, tövləyə gəldikdə Yadigarı, Ceyhunu və Mehmanı görmüşdür. Yadigar ona 500 manat məbləğində pul verərək aparıb tanışları Elnura verməyini xahiş etmişdir. O, Yadigara heç bir sual verməyərək aparıb Elnura pulu vermiş və Yadigarla əlaqə saxlamasını söyləmişdir. Tövləyə qayıtdıqdan sonra Yadigar oradan çıxaraq onunla məhəllə tərəfə gəlmiş, o, Yadigarla sağollaşan zaman Yadigar ona adını bildirmədiyi bir şəxsə qarşı Elnur vasitəsi ilə quldurluq cinayəti törətdiyini, həmin şəxsin üzərindən xeyli miqdarda pul götürdüklərini, bu səbəbdən Elnura həmin puldan 500 manat göndərdiyini bildirmişdir. Bundan sonra Yadigar ona bir neçə gün öncə borca istədiyi 100 manat pulu uzadaraq götürməsini bildirmişdir. Həmin pulu o götürüb evə keçmişdir. Səhəri gün polis əməkdaşları gələrək 12-ci Polis şöbəsinə getməyini tələb etdmişlər və o, bölməyə getmişdir (cild 1, iş vərəqi 134-136; cild 2, iş vərəqi 33-35; cild 3, iş vərəqi 103-105). İfadələri elan edildikdən sonra baxmaq üçün protokollar Şahid2 təqdim edilmiş və verilən suallara cavab olaraq o, protokollardakı imzaların və qeydlərin ona məxsus olduğunu, həmin ifadəni oxumadan imza etdiyini və məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilməklə tədqiq olunmuş ifadəsində Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun tanışıdır, Təqsirləndirilən şəxs2 Ceyhunun qohumu kimi tanımışdır. Təqsirləndirilən şəxs3 da Ceyhun vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs1 isə tanımır. Bir müddət əvvəl 2021-ci ilin sonlarında Təqsirləndirilən şəxs1 məxsus Ramana qəsəbəsində yerləşən fermada çoban kimi işləmiş, aylıq maaş almışdır. 02 noyabr 2021-ci il tarixdə Ceyhuna müraciət edərək ailəsinə ərzaq almaq üçün maaşından 100 manat pul istəmiş, Ceyhun qısa müddət ərzində verəcəyini demişdir. 03 noyabr 2021-ci il tarixdə günorta saat təxminən 16 radələrində Ceyhun zəng vuraraq onu fermada yerləşən otağa dəvət etmişdir. Otağa gəldikdə otaqda Ceyhunu, Yadigarı və Mehmanı görmüşdür. Otağa girdikdən sonra Ceyhun cibindən 200 manat pul çıxardaraq ona utaztmışdır və 100 manata heyvanlar üçün yem almağını demiş, digər 100 manatı isə ona maaş kimi vermişdir. O, həmin pulu Ceyhundan götürüb otaqdan çıxmışdır. Bir neçə dəqiqə sonra tanışı Urfanı onların otağına yanlarına keçdiyini görmüşdür. Bir müddət sonra isə Urfan otaqdan çıxıb harasa gedərək bir neçə dəqiqə sonra qayıtmışdır. O, həmin zaman çöldə heyvanlara yem vermişdir. Təxminən 1 saat sonra Yadigar, Ceyhun və Mehman otağı tərk edərək çıxıb getmişlər. Səhəri gün, yəni 04 noyabr 2021-ci il tarixdə polis əməkdaşları tövləyə gələrək onu həmin gün baş verənlər barədə sorğu-suala tutmuşlar. Onun həmin hadisə barədə xəbəri olmamış, polis əməkdaşları gəldikdən sonra xəbəri olmuşdur. Ceyhuna ona nə hadisə barədə məlumat vermiş, nə də ki, həmin pulların mənbəyi barədə xəbəri olmuşdur (cild 1, iş vərəqi 36-38; cild 2, iş vərəqi 109-112). Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixli, 6148 nömrəli ərizəsindən görünür ki, o, xx.xx.2021-ci il tarixdə saat 17:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsində olan zaman yaşadığı evə qayıtmaq məqsədilə markasını və dövlət qeydiyyat nişanını bilmədiyi manatlıq taksiyə əyləşən zaman həmin tanımadığı taksinin sürücüsü və sərnişini qaranlıq yerdə kənarda avtomobili saxlayaraq ümumilikdə üzərində olan 9565 manat nağd pulu, şəxsiyyət vəsiqəsini, iş vəsiqəsini, digər sənədləri, “Samsung A52” markalı telefonunu bıçaq çıxardaraq quldurluq yolu ilə ələ keçirmişlər (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 19). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, ********* nömrəli cinayət işi üzrə ona vurulmuş maddi ziyan tam ödənmiş, bu səbəbdən heç bir şikayəti və tələbi yoxdur (cild 1, iş vərəqi 222). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, iş vərəqi 129-130). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası FHN X17 Xidmətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 hazırda daxili xidmət çavuşu rütbəsində olmaqla Azərbaycan Respublikası FHN X17 Xidmətinin Bakı şəhəri Sabunçu rayon X17 hissəsinin yanğınsöndürəni vəzifəsində xidmət edir və hərbi qulluqçu statusu yoxdur (cild 1, iş vərəqi 223). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə daxil olan və çıxan zənglərə dair məlumat olan faylları açdıqda müəyyən edildi ki, həmin tarixlərdə iş üçün əhəmiyyət kəsb edən danışıqlar qeydə alınmamışdır. Hadisə baş verən gün, yəni xx.xx.2021-ci il tarixdə saat 15:37-də 16 saniyə müddətində, saat 15:44-də 8 saniyə müddətində, saat 22:26-da 34 saniyə, saat 22:50-də 15 saniyə müddətində Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** nömrəsi ilə danışıqlar qeydə alınmışdır. Həmçinin xx.xx.2021-ci il tarixdə saat 01:19-da 14 saniyə müddətində Təqsirləndirilən şəxs1 ilə danışıq qeydə alınmışdır. Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə bu müddət ərzində çoxlu sayda danışıqlar qeydə alınmışdır. Sonuncu danışıq xx.xx.2021-ci il tarixdə saat 02:17-da 31 saniyə müddətində qeydə alınmışdır. İş üçün əhəmiyyət kəsb edəcək digər məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə daxil olan və çıxan zənglərə dair məlumat olan faylları açdıqda müəyyən edildi ki, hadisə baş verən gün, yəni xx.xx.2021-ci il tarixdə saat 15:37-də 16 saniyə müddətində, saat 15:44-də 8 saniyə müddətində, saat 22:26-da 34 saniyə, saat 22:50-də 15 saniyə müddətində Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrəsi ilə danışıqlar qeydə alınmışdır. Həmçinin xx.xx.2021-ci il tarixdə saat 01:19-da 14 saniyə müddətində Təqsirləndirilən şəxs2 ilə danışıq qeydə alınmışdır. Bu müddət ərzində Təqsirləndirilən şəxs3 məxsus ***- ***-**-** saylı mobil telefon nömrəsi ilə danışıqlar qeydə alınmışdır. Sonuncu zəng xx.xx.2021-ci il tarixdə saat 17:17:32-də 36 saniyə müddətində olmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs4 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2021-ci il tarixdə saat 20:00-da 80 saniyə müddətində, həmin gün saat 22:21-də 28 saniyə müddətində danışıqlar qeydə alınmışdır. Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**- ** telefon nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə daxil olan və çıxan zənglərə dair məlumat olan faylları açdıqda müəyyən edildi ki, bu müddət ərzində Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** saylı, Təqsirləndirilən şəxs1 məxsus ***- ***-**-**, ***-***-**-** saylı, Təqsirləndirilən şəxs4 məxsus ***-***-**-** saylı mobil telefon nömrələri ilə çoxlu sayda danışıqlar qeydə alınmışdır. Təqsirləndirilən şəxs2 ilə sonuncu danışıq xx.xx.2021-ci il tarixdə saat 02:17-də 31 saniyə müddətində olmuşdur. Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə sonuncu danışıq xx.xx.2021-ci il tarixdə saat 17:17-də 36 saniyə müddətində, ***-***-**-** saylı mobil telefon nömrəsi ilə isə xx.xx.2021-ci il tarixdə saat 17:01-də 23 saniyə müddətində qeydə alınmışdır. Təqsirləndirilən şəxs4 ilə sonuncu danışıq isə xx.xx.2021-ci il tarixdə saat 11:26də 22 saniyə müddətində olmuşdur. Zərərçəkmiş şəxs X2 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə daxil olan və çıxan zənglərə dair məlumat olan faylları açdıqda müəyyən edildi ki, bu müddət ərzində Təqsirləndirilən şəxs4 başqa digər təqsirləndirilən şəxslərlə telefon daşıqları qeydə alınmamışdır. Təqsirləndirilən şəxs4 ilə sonuncu danışıq xx.xx.2021-ci il tarixdə saat 18:47də 24 saniyə müddətində qeydə alınmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-**, zərərçəkmiş şəxs X2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələrində çıxan və daxil olan sms mətnlərinə baxış keçirtdikdə, iş üçün əhəmiyyətli olan sms mətnləri aşkar olunmadı. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş nömrəsi xx.xx.2021-ci il tarixdə saat 15:44-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Südçülük sovxozu ərazisi, C.ünvan 6 ünvanın yaxınlığında, saat 17:15-də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2 qəsəbəsinin yaxınlığında, saat 17:22-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Südçülük sovxozu ərazisi, C.ünvan 6 ünvanın yaxınlığında, saat 17:29-da Bakı şəhəri, Maştağa qəsəbəsi, Nizami küçəsinin sonu ünvanın yaxınlığında, Bakı şəhəri, Abşeron rayonu, Hövsan Südçülük sovxozun yaxınlığında, saat 18:43-də Bakı şəhər, Yeni Suraxanı qəsəbəsi, Bakı-Aeroport yolu, 7-ci km ünvanın yaxınlığında, saat 19:04-də ünvan 11anov rayonu, Dərnəgül qəsəbəsi, 2113-cü məhəllənin yaxınlığında antenin əhatə dairəsində olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş nömrəsi xx.xx.2021ci il tarixdə saat 15:02-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Südçülük sovxozu ərazisi, C.ünvan 6 ünvanın yaxınlığında, saat 15:38-də Bakı şəhəri, Abşeron rayonu, Hövsan Südçülük sovxozun yaxınlığında, saat 15:44-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 3 saylı massivin yaxınlığında, saat 16:39-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 3 saylı massivin yaxınlığında, saat 17:31-də Sabunçu rayonu, Ramana qəsəbəsi, 450 mənzillik köçkün qəsəbəsi yaxınlığında, saat 17:47-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Südçülük sovxozu ərazisi, C.ünvan 6 ünvanın yaxınlığında, saat 22:26-da isə artıq ünvan 12 yaxınlığında antenin əhatə dairəsində olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 istifadəsində olmuş nömrəsi xx.xx.2021-ci il tarixdə saat 16:42-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 3 saylı massivin yaxınlığında, saat 17:01-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Südçülük sovxozu ərazisi, C.ünvan 6 ünvanın yaxınlığında, saat 17:41-də ünvan 13 ünvanın yaxınlığında, saat 21:06-da artıq Qobustan rayonu, Cəngi kəndinin yaxınlığında, saat 22:40-da isə Ağsu rayonu, Hacman kəndinin yaxınlığında antenin əhatə dairəsində olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs X2 istifadəsində olmuş nömrəsi xx.xx.2021-ci il tarixdə saat 15:55-də saat 16:21-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Südçülük sovxozu ərazisi, C.ünvan 6 ünvanın yaxınlığında antenin əhatə dairəsində olduğu müəyyən edilmişdir (cild 2, iş vərəqi 203-205). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə daxil olan və çıxan zənglərə dair məlumat olan faylları açdıqda müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 məxsus ***-***- **-** saylı mobil telefon nömrəsi ilə bu müddət ərzində çoxlu sayda telefon danışıqları qeydə alınmışdır. Sonuncu danışıq isə xx.xx.2021-ci il tarixdə saat 13:00-da qeydə alınmışdır. Bu müddət ərzində Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə danışıqlar qeydə alınmış, sonuncu danışıq isə xx.xx.2021-ci il tarixdə saat 17:01-də olmuşdur. Təqsirləndirilən şəxs4 və Zərərçəkmiş şəxs1 ilə danışıqlar qeydə alınmamışdır. Təqsirləndirilən şəxs4 istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə daxil olan və çıxan zənglərə dair məlumat olan faylları açdıqda müəyyən edildi ki, bu müddət ərzində Təqsirləndirilən şəxs2 ilə danışıq olmamışdır. Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2021-ci il tarixdə saat 22:21-də 28 saniyə, həmin tarixdə saat 20:00-da 80 saniyə müddətində olmuşdur. Təqsirləndirilən şəxs3 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə bu müddət ərzində çoxlu sayda zənglər qeydə alınmış, sonuncu zəng isə xx.xx.2021-ci il tarixdə saat 11:26-da 22 saniyə müddətində qeydə alınmışdır. Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2021-ci il tarixdə saat 16:46:12-də 59 saniyə müddətində, həmin tarixdə saat 18:47:47-də 24 saniyə müddətində danışıqlar olmuşdur. Zərərçəkmiş şəxs2 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2021-ci il tarixdə saat 21:08:59-də 4 saniyə, saat 21:09:24-də 36 saniyə müddətində danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 istifadəsində olan mobil telefon nömrələrindən çıxan və daxil olan sms mətnlərinə baxış keçirtdikdə, iş üçün əhəmiyyətli olan sms mətnləri aşkar olunmadı. Təqsirləndirilən şəxs4 istifadəsində olmuş nömrəsi xx.xx.2021-ci il tarixdə saat 16:53-də Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana Südçülük sovxozu ərazisi, C.ünvan 6 ünvanın yaxınlığında, saat 17:15də Sabunçu rayonu, Ramana dekorativ tingliyi 2 adlanan ərazinin yaxınlığında antenin əhatə dairəsində olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş nömrəsi xx.xx.2021-ci il tarixdə saat 16:21-də Sabunçu rayonu, Ramana dekorativ tingliyi 2 adlanan ərazinin yaxınlığında, saat 17:50-də Bakı şəhəri, Abşeron rayonu, Hovsan Südçülük sovxozun yaxınlığında, saat 18:00-da Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük savxozu ərazisi, C.ünvan 6 ünvanın yaxınlığında, saat 21:37də isə Qobustan rayonu, Bakı-Şamaxı yolunun yaxınlığında antenin əhatə dairəsində olduğu müəyyən edilmişdir (cild 2, iş vərəqi 206-207). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri ünvan 1in qarşısıdır. Hadisə yeri Sabunçu rayonu, Ramana qəsəbəsi-Şuşa şəhərciyi istiqamətində gedən yoldan təxminən 200 metr aralıqda yerləşir. Küçə təxminən 8 metr enliyindədir. Örtüyü çınqıllı daşla və torpaqla örtülmüşdür. Küçə boyu yanbayan və üzbəüz həyət evləri yerləşir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 təxminən 4-5 sot ərazidə yerləşən darvazası qara-qəhvəyi rəngdə 3x4 metr ölçüdə dəmir konstruksiyalı olan evin qarşısını göstərərək Təqsirləndirilən şəxs4 ilə ilk öncə söhbət etdiyini bildirmişdir. Ev əsas yoldan hasarla ayrılmışdır. Hasarın hündürlüyü təxminən 3,5 metrdir. Evin qarşısında solda nazik budaqlı ağac vardır. Ağacın solunda 1 metr aralıqda qum topası vardır. Evin qarşısında kiçik ölçülü güllər əkilmişdir. Ev digər yanbayan yerləşən evlərlə hasarla ayrılır. Küçə boyunca bir-birindən 50 metr aralıqda elektrik enerji sütunları quraşdırılmışdır. Ətrafda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya aşkar olunmadı. Həmin evdən təxminən 50 metr aralıqda cənub istiqamətində boş torpaq sahəsi vardır. Zərərçəkmiş şəxs1 həmin boş torpaq sahəsinin qırağını göstərərək Təqsirləndirilən şəxs4lə sonradan dayanaraq söhbət etdiyini qeyd etdi. Torpaq sahəsi qumla örtülmüşdür. Sahə təxminən 20 sot ərazini əhatə edir. Sahə digər yanbayan yerləşən evlərdən kubik hasarla ayrılır. Sahə boşdur və iş üçün əhəmiyyət kəsb edən hallar aşkar olunmur. Bundan sonra cinayət hadisənin baş verdiyi yerə baxış keçirilmiş, həmin hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış sahəsindəki boş torpaq ərazidə yerləşən yolun kənarıdır. Həmin yol 6 metr enliyində olmaqla çınqıllı daşlarla örtülmüşdür. Həmin yoldan təxminən 200 metr aralıqda şimal istiqamətdə evlər vardır. Həmin evlərlə yolu otluq sahə ayırır. Yoldan 200 metr aralıqda cənub istiqamətində təxminən 5 hektar ərazidə meyvə-tərəvəz parnikləri yerləşir. Meyvə-tərəvəz parnikləri ilə hadisə baş verən yolu kiçik ölçülü otluq sahə ayırır. Yolun sol tərəfində yol kənarı boyunca kiçik və orta ölçülü daşlar vardır. Həmin daşların arxasında bir-birindən təxminən 2-3 metr aralıqda kiçik ölçülü ağaclar və kolluqlar yerləşmişdir. Yaxınlıqda hər hansı bir müəssisə və ya evin olması müşahidə olunmur. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya aşkar olunmamışdır (cild 3, iş vərəqi 5-12). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ödəniş qrafikinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixli, GTZK4343383A299 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-nin Bakıxanov filialından 48 ay müddətinə, 24 faiz altında 10200 manat kredit götürmüşdür (cild 3, iş vərəqi 101-102). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 hadisə yerinə çıxarılarkən istintaqa zərərçəkmiş şəxs qismində verdiyi ifadəsini bir daha təsdiq edərək hadisə yerinin dəyişikliyə məruz qalmadığını, məhz gördüyü vəziyyətdə xatırladığını, Təqsirləndirilən şəxs4 ilə görüşüdüyü onun yaşadığı evin yerləşdiyi yeri, quldurluq hadisəsinin baş verdiyi Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış sahəsində boş ərazi olan yeri, dostu Zərərçəkmiş şəxs2 hadisə yerindən qaçdığı istiqaməti, onun üzərinə bıçaq çıxarılaraq gödəkçəsinin çıxarıldığı yeri və təqsirləndirilən şəxslərin hadisə yerindən uzaqlaşdıqları istiqaməti göstərmişdir (cild 3, iş vərəqi 106-117). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs4 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs4 üzünə qarşı deyərək göstərdikləri xüsusatları bir daha təsdiq etmiş, həmçinin Elnurun dediklərinin yalan olduğunu, onun cibində xeyli miqdarda pul olduğunu Elnurun bildiyini, üzərində pulların olmasına əmin olmaq üçün ondan borca pul istədiyini, məhz bundan sonra taksi sifariş vermək adı ilə Təqsirləndirilən şəxs1 və digərlərini cağırıb birgə quldurluq cinayətini törətdiklərini bildirmişdir (cild 3, iş vərəqi 149- 154). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək göstərdikləri xüsusatları bir daha təsdiq etmiş, həmçinin Ceyhunun dediklərinin yalan olduğunu, həmin şəxslərin onun üzərində xeyli miqdarda pul olduğunu bildiklərini, bu məlumatı onlara Elnurun ötürdüyünü, öz üzərində narkotik vasitə olmadığını, Təqsirləndirilən şəxs1 əlində tiyəsi qəhvəyi rəngdə uzunluğu təxminən 20-25 sm olan bıçağın olduğunu, həmin bıçağı hardan əldə edib çıxartdığını görməsə də, avtomobildən enən zaman bıçağı Ceyhunun əlində gördüyünü bildirmişdir (cild 3, iş vərəqi 155-159). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, xx/xx- 4187 nömrəli məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx.xx.1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 həmin xəstəxanada müalicədə olmayıb və qeydiyyatda yoxdurlar. xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs4 isə xx.xx.2012-xx.xx.2012, xx.xx.2014-xx.xx.2014, xx.xx.2017-xx.xx.2017, xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə bu mərkəzdə opioidlərin qəbulu nəticəsində asılılıq sindromu diaqnozu ilə stasionar müalicədə olmuşdur (cild 2, iş vərəqi 227). İşdə olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 302 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməli törətdiyi zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 törətdiyi əməlindən sonra onda hər hansı psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onlan idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 21.1-ci, 21.3-cü və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 öz psixi vəziyyətinə görə məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 psixi vəziyyətinə görə öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilər. Təqsirləndirilən şəxs2 ünsiyyətçillik, özünə qarşı hörmət tələb etmək, emosionallıq, söz götürməmək kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 hadisə vaxtı emosional vəziyyətindən asılı olaraq etdiyi hərəkətlərin mahiyyətini tam dərk etmək iqtidarında olmuşdur. Qərarın təsviri hissəsində qeyd edilən əməli törədən zaman Təqsirləndirilən şəxs2 psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamış, qeyd edilən əməli törədərkən Təqsirləndirilən şəxs2 maraq və məqsədi onun davranışlarını istiqamətləndirmişdir. Təqsirləndirilən şəxs2 ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 2, iş vərəqi 230-233). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 301 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs3 ictimai təhlükəli əməli törətdiyi zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs3 ictiami təhlükəli əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs3 törətdiyi əməlindən sonra onda hər hansı psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-in 21.1-ci, 21.3-cü və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs3 öz psixi vəziyyətinə görə məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs3 psixi vəziyyətinə görə öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilər. Təqsirləndirilən şəxs3 ünsiyyətçillik, özünümüdafiə etməyə meyillilik, inadkarlıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs3 törətdiyi əməl zamanı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Qərarın təsviri hissəsində qeyd edilən hadisə zamanı Təqsirləndirilən şəxs3 psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməli törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 2, iş vərəqi 234-237). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 300 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs4 ictimai təhlükəli əməli törətdiyi zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs4 ictiami təhlükəli əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliiiyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs4 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs4 törətdiyi əməlindən sonra onda hər hansı psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs4 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs4 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-in 21.1-ci, 21.3-cü və 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs4 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs4 öz psixi vəziyyətinə görə məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs4 psixi vəziyyətinə görə öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilər. Təqsirləndirilən şəxs4 ünsiyyətçillik, emosionallıq, özünümüdafiə etməyə meyillilik, götür qoy etmədən davranmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs4 hadisə vaxtı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur. Ona ittiham olunan əməli törədən zaman Təqsirləndirilən şəxs4 psixi- emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs4 hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır (cild 2, iş vərəqi 238-241). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 232 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ona ittiham olunan cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyəti müvəqqəti pozulması, kəmağılllıq və sair psixi xəstəlik müəyyən edilməyib. Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli törətdiyi zaman hər hansı psixi xəstəlik əlamətləri qeyd edilmir. Təqsirləndirilən şəxs1 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliiiyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1-ci, 21.3-cü və ya 22.1-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 məhkəmə-istintaq hərəkətlərinin aparılmasında iştirak edə, öz prosessual hüquq və vəzifələrini yerinə yetirə bilər. Aparılmış eksperimental psixoloji müayinə zamanı Təqsirləndirilən şəxs1 ekstraversiya və intraversiya şkalasında ekstravert olduğu müəyyən olunur (Ayzenkin şəxsiyyət sorğusu testi). Ünsiyyətçillik, tənqid və təhqirə qarşı həssaslıq, hövsələsizlik, ola biləcək nəticələri proqnozlaşdırmadan davranmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hadisə zamanı Təqsirləndirilən şəxs1 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamış, qeyd edilən əməli tamah məqsədi ilə törətmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 2, iş vərəqi 242-245). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 1387 nömrəli məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs3 və xx.xx.1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamış, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs4 isə xx.xx.2020-ci il tarixdə bu xəstəxanaya qəbul olunmuş, xx.xx.2020-ci il tarixdə xəstəxanadan evə yazılmışdır. Bu şəxsin diaqnozu “opioidlərin qəbulu nəticəsində davranış pozuntuları” kimi müəyyən edilmişdir (cild 2, iş vərəqi 133). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2525 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vərəqi 172-173). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2527 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs4 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs4 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vərəqi 124-125). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2493 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vərəqi 126-127). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2522 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vərəqi 178-179). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2638 nömrəli rəyindən görünür ki, hal-hazırda Zərərçəkmiş şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Zərərçəkmiş şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vərəqi 180-181). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon İHB-nin Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xx.xx.2022-ci il tarixli, 615 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 həqiqətən ünvan 17 ünvanda qeydiyyatdadır. Bakıxanov qəsəbəsi ərazi dairəsi üzrə nümayəndəliyindən qeydiyyatdan keçməyib (cild 3, iş vərəqi 118). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 147 saylı MKİS-in xx.xx.2022-ci il tarixli, 363 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 həqiqətən ünvan 19 ünvanda qeydiyyatdadadır, lakin mənzildə yaşamır. 147 saylı MKİS tərəfindən Təqsirləndirilən şəxs4 barəsində verilən xasiyyətnamədən görünür ki, həqiqətən onun barəsində 147 saylı MKİS-nə şifahi və yazılı şikayət daxil olmamışdır (cild 3, iş vərəqi 122). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Xocalı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2022-ci il tarixli, 182 nömrəli məktubu ilə verilmiş arayış və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən Xocalı şəhərində məcburi köçkün olub, hal-hazırda Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış, ailə tərkibinə atası X21, anası X22, qardaşı X33, qardaşının arvadı X23 daxildir. Təqsirləndirilən şəxs2 xx xxxxxx 1990-cı ildə Xocalı rayonunda anadan olmuş, Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq ailəsi ilə birlikdə məcburi köçkün kimi 1992-ci ildə Naftalan şəhərində məskunlaşmış, 1996-cı ildə Xocalı şəhər 1 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2006-cı ildə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 4 saylı tam orta məktəbin on birinci sinfini başa vurmuş, 2008-ci ildə həqiqi hərbi xidmətə yollanmış, 2010-cü ildə isə ordu sıralarından təxris olunmuş, subaydır. Təqsirləndirilən şəxs1 həqiqətən Xocalı şəhərində məcburi köçkün olmuş, hal-hazırda müvəqqəti olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 101 saylı peşə məktəbinin yataqxanasında məskunlaşmış, ailə tərkibinə atası X13, həyat yoldaşı X6, oğulları X8, X14, X9, X15, qızı X10 daxildir. Təqsirləndirilən şəxs1 xx xxxx 1986-cı ildə Xocalı rayonunda anadan olmuş, Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq ailəsi ilə birlikdə məcburi köçkün kimi 1992-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 101 saylı peşə məktəbinin yataqxanasında məskunlaşmış, natamam orta təhsillidir, 2004-cü ildə həqiqi hərbi xidmətə yollanmış, 2006-cı ildə isə ordu sıralarından tərxis olunmuş, ailəlidir 5 (beş) övladı var (cild 2, iş vərəqi 193-197). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 nikah haqqında şəhadətnaməsinin surətində qeyd olunmuşdur ki, o, X4 ilə xx.xx.2013-cü ildə birgə nikaha daxil olmuşdur. Bu nigahdan onların 5 övladı: xx.xx.2009-cu il təvəllüdlü Zeynalov İbrahim, xx.xx.2011-ci il təvəllüdlü Zeynalov Nihat, xx.xx.2014-cü il təvəllüdlü Zeynalov Hüseyn, xx.xx.2019-cu il təvəllüdlü Zeynalova Aysan, xx.xx.2021-ci il təvəllüdlü Zeynalov Polad adlı uşaqları vardır (cild 3, iş vərəqi 161-167). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon İHB-nin Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xx.xx.2022-ci il tarixli, 136 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 həqiqətən Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə qeydiyyatsız olaraq yaşayır. Qeydiyyatsız yaşadığı müddət ərizndə barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət ərizəsi daxil olmamışdır (cild 3, iş vərəqi 168). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon İHB-nin Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xx.xx.2022-ci il tarixli, 135 nömrəli məktubundan görünür ki, Əliyev X27 rayonu, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə həyat yoldaşı X24 və 2011-ci il təvəllüdlü oğlu Əliyev Uğur ilə birlikdə qeydiyyatsız olaraq yaşayır (cild 3, iş vərəqi 169). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon İHB-nin Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xx.xx.2022-ci il tarixli, 134 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 həqiqətən Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə qeydiyyatsız olaraq yaşayır. Qeydiyyatsız yaşadığı müddət ərizndə barəsində qəsəbə nümayəndəliyinə heç bir şikayət ərizəsi daxil olmamışdır (cild 3, iş vərəqi 170). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Sabunçu rayon İHB-nin Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi xx.xx.2022-ci il tarixli 133 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Sabunçu rayonu, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə X25, X3, X5 ilə birlikdə qeydiyyatsız olaraq yaşayır (cild 3, iş vərəqi 171). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, telefon danışıqlarını əks etdirən 2 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materialarına əlavə edilmişdir (cild 4, iş vərəqi 1-31). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 əməli 32.4, 32.5,181.2.1, 32.4, 32.5,181.2.4, 32.4, 32.5,181.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli 32.4, 181.2.1, 32.4,181.2.4, 32.4,181.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 7-ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 23-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-7-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan artıq yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə xeyli miqdar” dedikdə beş yüz min manatdan yuxarı məbləğ başa düşülür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 zərəçəkmişlərin üzərində güya narkotik vasitənin olması səbəbi ilə onlara hücüm etmələrini, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 üzərində xeyli miqdarda pul olması barədə məlumatlarının və cinayətlə əlaqələrinin olmadığını, quldurluq cinayəti törətmədikləri barədə məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların həmin ifadələri elan edilmiş ağır cinayət məsuliyyətindən və cəzadan yayındırmaq məqsədi güdür, özünümüdafiə xarakteri daşayır və cinayət işi üzrə toplanmış mötəbər subutlarla təkzib olunduğundan inandırıcı hesab olunmur. Belə ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri və məhkəmənin həmin hissədə sübut kimi qəbul etdiyi ifadələrindən görünür ki, təqsirləndirilən şəxslər hadisə günü Zərərçəkmiş şəxs1 gödəkçəsinin cibində pul olduğunu bilib, daha sonra bunu Təqsirləndirilən şəxs4 evinin həyətində dəqiqləşdirdikdən sonra əvvəlcədən planlaşdırdıqları cinayəti həyata keçirməyi tam qərarlaşdırmış, cinayətkar qrupun üzvünün idarə etdiyi avtomobili taksi adı ilə çağırıb zərərçəkmiş şəxsləri avtomobilə əyləşdirdikdən sonra qıraq və heç kəs olmayan yerdə avtomobili saxlayaraq onlara hədəqorxu gəlmiş, onlara yumruqla zərbələr endirmiş, silah qismində istifadə etdikləri bıçaqdan istifadə etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 üzərində olan xeyli miqdar pulunu və mobil telefonunu əlindən almışlar. Bu hallar onu göstərir ki, təqsirləndirilən şəxslər bu əməli məhz basqın edərək talamağı əvvəlcədən planlaşdırmış və həyata keçirmişlər. Təqsirləndirilən şəxs4 hadisə baş verən gün Zərərçəkmiş şəxs1 onun evinə narkotik vasitə qəbul etmək üçün gəlməsi, onun və zərərçəkmiş şəxsin onun evində narkotik vasitə qəbul etmələri barədə məhkəmədə verdiyi ifadə də məhkəmədə öz təsdiqini tapmadı. Belə ki, əvvəla Zərərçəkmiş şəxs1 üzərində narkotik vasitə olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmadı. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertiza rəylərindən də aşkar görünür ki, nə Zərərçəkmiş şəxs1, nə də ki, Təqsirləndirilən şəxs4 hazırda narkomaniya xəstəliyindən əziyyət çəkmirlər. İş materiallarından o da görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər narkomaniya xəstəlliyindən əziyyət çəkmiş və müvafiq müalicə alaraq sağalmışdır. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutları məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olub, zərərçəkmiş şəxslərin həyat və sağlamlıqları üçün real təhlükəli olan zor tətbiq edərək basqın etməklə quldurluq cinayəti törətmələri təsdiq olunur, onlar həmin cinayət əməlini törətməkdə təqsirlidirlər, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan uşaqların olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 171-172). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 173-174). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən olunmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. xx.xx.2018-ci il tarixdə şərti cəzanın sonu ilə qeydiyyatdan çıxarılmışdır (cild 2, iş vərəqi 165-167, 215-218). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin tələbnaməsindən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs4 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi təqsirli bilinib 02 il 05 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmişdir (cild 2, iş vərəqi 168-170, 221- 225). Məhkəmənin sorğusuna əsasən Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 119316-21-1/3-18421-9 saylı məktubdan və Sabunçu Rayon Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi təqsirli bilinib 02 il 05 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs4 xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış, “8 noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndinin təsiri altına düşdüyü üçün Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə çəkilməmiş cəzanın 03 ay 07 gün hissəsindən azad edilmiş və xx.xx.2022-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, qüvvədə olan cinayət qanunvericiliyinə görə, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 oğlunun məhkumluqları qanunla müəyyən edilmiş qaydada ödənilmiş və onlar məhkumluğu olmayan şəxslər hesab edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar məhkəmə zamanı müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 cəza həddi və növü təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, habelə onların hər birinin cinayətdə iştirak dərəcəsini nəzərə alır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail oluna bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5 maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, həmin cinayət ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tutma haqqında protokoldan və qətimkan tədbiri seçilməsi haqqında məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 20 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 noyabr 2021-ci il tarixdən hesablanmış, hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 142, 170-172; cild 2, iş vərəqi 126-129, 188-191; cild 3, iş vərəqi 44-47; cild 4, iş vərəqi 206-209). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 20 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tutma haqqında protokoldan və qətimkan tədbiri seçilməsi haqqında məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 08 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 noyabr 2021-ci il tarixdən hesablanmış, hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 52, 82-84; cild 2, iş vərəqi 143-146; cild 3, iş vərəqi 48-51; cild 4, iş vərəqi 202-205, 227-230). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 08 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tutma haqqında protokoldan və qətimkan tədbiri seçilməsi haqqında məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs3 19 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 noyabr 2021-ci il tarixdən hesablanmış, hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 99, 126-128; cild 2, iş vərəqi 184-187; cild 3, iş vərəqi 40-43; cild 4, iş vərəqi 210-213). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 19 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş tutma haqqında protokoldan və qətimkan tədbiri seçilməsi haqqında məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs4 24 noyabr 2021-ci tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 24 noyabr 2021-ci il tarixdən hesablanmış, hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 185, 213-215; cild 2, iş vərəqi 181-183; cild 3, iş vərəqi 52-55; cild 4, iş vərəqi 214-217). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 24 noyabr 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, telefon danışıqlarını əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir, məhkəmə xərcləri, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 noyabr 2021-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,181.2.1, 32.4,181.2.4 və 32.4,181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 32.5, 181.2.1, 32.4, 32.5,181.2.4 və 32.4, 32.5,181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 24 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, telefon danışıqlarını əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Eldar İsmayılov Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar