Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-150/2024 29.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri Qaradağ rayonu, Ələt ərazi dairəsi, Ələt qəsəbəsi, H/Ş, ev 4 mənzil 16-da qeydiyyatda olmaqla Müalicə Müəssisəsində həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə saat 01:20-də ünvan 1 ünvanının yaxınlığında yolun kənarında olan kolluqda şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən gizlədilən külli miqdarda 2,110 qram psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 10 sentyabr 2022-ci il tarixdə saat 01:40-da Binəqədi RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2 ünvanda yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş, həmin gün saat 02:25-də üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 2,110 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 10 sentyabr 2022-ci il tarixə keçən gecə saat 1 radələrində Xocasən qəsəbəsi Koala parkı ərazisində olarkən yaxınlıqda iki nəfər şəxsin qışqıraraq mübahisə etdiklərini və əllərindəki sellofan torbanı dartaraq birbirlərinin əlindən almaq istədiklərini görümüşdür. Həmin vaxt sellofan torba cırılaraq içərisindəki kristalşəkilli maddələr yerə dağılmışdır. Yaxınlaşdıqda həmin maddənin psixotrop maddə metamfetamin olduğunu görmüşdür. İstifadəçisi olduğundan iki ədəd metamfetamini yerdən götürüb üzərində saxlamışdır. Bir neçə dəqiqədən polis əməkdaşları həmin yerə yaxınlaşıb, onu Binəqədi RPİ-nin 40-cı PB-nə aparmışlar. Yolda olarkən polislər ondan metamfetamini soruşmuş, o da üzərindəki metamfetamini çıxarıb təqdim etmişdir. Bölməyə çatan kimi polis əməkdaşları onu döyüb, əraziyə psixotrop maddəni yerləşdirən və onları götürən digər şəxslər barədə sorğu-sual etməyə başlamışlar. Fiziki təzyiq nəticəsində onun qolunda çat, dirsəyində isə sıyrıqlar yaranmışdır. Bundan sonra təhqiqatçı ona içərisində 5 ədəd metamfetamin olan bir büküm verib, şəxsi axtarış zamanı təqdim etməsini bildirmiş və o da deyilən kimi etmişdir. Bakı İstintaq Təcridxanasında qoluna gips qoyaraq onu müalicə etmişlər. Müdafiəçini ilk dəfə barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə görmüşdür. Onun yerdən götürdüyü iki ədəd metamfetaminin çəkisi bir qramdan çox olmamışdır. Ona verilən bükümün çəkisi isə iki qramdan çox olmuşdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Binəqədi RPİ-nin PPXB-nin polis nəfəri işləyir. 10 sentyabr 2022-ci il tarixdə rayonun Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi döngə 4 ünvanında avtomobillə xidmət apardıqları zaman yolun kənarında bir nəfər şəxsin polis çağırmasını eşidib, avtomobillə həmin şəxsə yaxınlaşmışlar. Sonuncu özünü Şahid4 kimi təqdim edərək nömrəsi və markasını xatırlamadığı avtomobilin həmin kolluğa bir sellofan torba atdığını, həmin avtomobilə yaxınlaşdıqda avtomobilin sürücüsünün oradan uzaqlaşmağını, belə olan halda qışqıraraq polis səslədikdə həmin avtomobilin oradan uzaqlaşdığını, eyni zamanda tanımadığı üç nəfər şəxsin də hazırda kolluqda gəzməsini bildirmişdir. Onlar həmin yerə nəzər saldıqda yolun kənarında olan kolluqda üç nəfər şəxsin olmasını görmüşlər. Həmin şəxsləri səsləyib, nə axtardıqlarını soruşmuşlar. Sonuncular özlərini şübhəli aparmaqla, heç bir şey axtarmadıqlarını qeyd etmişlər. Həmin şəxsləri polis bölməsinə dəvət edərkən biri qaçıb uzaqlaşmışdır. Ondan başqa cəmi bir nəfər polis əməkdaşı olduğundan həmin şəxsin arxasınca getməyib, digər iki şəxsi 40-cı PB-nə aparmışlar. Bölmədə gətirilən şəxslərin Təqsirləndirilən şəxs və Şahid3 Əfsər oğlu olması məlum olmuşdur. Həmin şəxslər ayrı-ayrı otaqlara yerləşdirilmiş, bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmaqla hüquqları müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman sonuncu əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristalşəkilli maddələrdən ibarət olan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən götürülmüş, zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənmişdir. Tədbiri nəticələrinə dair protokol tərtib edilmiş və iştirakçılar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar ifadə verdi. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, o, 10 sentyabr 2022-ci il tarixdə 01 radələrində ünvan 4 ünvanından yaşadığı evə doğru hərəkət edərkən yolun kənarında qara rəngli avtomobilin saxladığını görmüşdür. Həmin vaxt sürücü avtomobildə qalmış, bir nəfər şəxs isə düşərək yolun kənarında olan kolluğa yaxınlaşıb, nəsə axtarmağa başlamışdır. Onda maraq yarandığından həmin avtomobilə yaxınlaşmışdır. Bu zaman sürücü sərt şəkildə ona oradan uzaqlaşmağını bildirmişdir. O isə kolluğu axtaran şəxsə yaxınlaşıb, nə axtarmasını öyrənmək istəmişdir. Bu zaman kolluğu axtaran şəxs də ona sərt şəkildə oradan uzaqlaşmağını bildirmişdir. Həmin şəxslərin narkotik vasitə axtarmasından şübhələndiyi üçün polis deyə səslənmiş, bu zaman kolluğu axtaran şəxs qaçaraq avtomobilə minmişdir. O, avtomobilə yaxınlaşıb əlindəki çanta ilə avtomobilin şüşəsinə vurmağa başlamış və sürücü avtomobili sürüb getmişdir. Səsinə ətrafda olan üç nəfər cavan oğlan yaxınlaşıb, ondan nə baş verdiyini soruşmuşlar. Onlara avtomobildəki şəxsin kolluqda narkotik vasitə axtarmasından şübhələndiyini demişdir. Bu sözü eşidən kimi həmin şəxslər kolluğa gedib, oranı axtarmağa başlamışlar. Bu zaman ərazidə xidmət aparan PPX avtomobili gəlmiş, polis əməkdaşlarına baş verənləri danışmışdır. Polis əməkdaşları onları Binəqədi RPİ-nin 40-cı PB-nə getməyi təklif etdikdə, həmin şəxslərdən biri qaçaraq oradan uzaqlaşmışdır. Bölmədə olarkən gətirilən şəxslərin Təqsirləndirilən şəxs və Şahid3 Əfsər oğlu olması müəyyən edilmiş və onların üzərindən kolluqdan tapıb götürdükləri psixotrop maddələr aşkar edilərək götürülmüşdür. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş şahidlər Şahid5 və Şahid3 ifadələrindən görünür ki, onlar Şahid4 ifadəsinə oxşar ifadə vermişlər. İşin 27-30-cu vərəqlərindəki 10 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən o, əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə-metamfetaminə bənzər bükümü masanın üzərinə qoymuş və həmin bükümün metamfetamin olduğunu bildirmişdir. Həmin büküm zərfə qoyularaq zərfin üzəri möhürlənmiş və imzalarla təsdiq edilmişdir. İşin 65-ci vərəqindəki protokoldan görünür ki, 10 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən qeydə alnımış və bir ədəd DVD diskə köçürülmüş video görüntüyə baxış keçirilməsi üçün qeyd edilən disk «HP» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda, içərisində 2 ədəd video fayl olduğu müəyyən edilmişdir. Həmin video fayllara baxış keçirilərkən müəyyən edildi ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşların iştirakı ilə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddəmetamfetaminə bənzər bükümü masanın üzərinə qoymuş, həmin bükümün metamfetamin olduğunu, onu 10 sentyabr 2022-ci il tarixdə saat 01:40-da ünvan 1 ünvanının yaxınlığında yolun kənarında olan kolluqdan yığdığını bildirmişdir. Həmin büküm zərfə qoyulmuş, zərfin üzəri imzalanmış və möhürlənmişdir. İşin 38-42-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizasının 10 sentyabr 2022-ci il tarixli, 6/5051 saylı rəyindən görünür ki, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 2,110 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. İşin 152-153-cü vərəqlərindəki məhkəmə-narkoloji ekspertizasının 4 noyabr 2022-ci il tarixli, 6617 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 154-156-cı vərəqlərindəki məhkəmə-psixatrik ekspertizasının 04 noyabr 2022-ci il tarixli 2933 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İşin 102-104, 105-110-cu vərəqlərindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Musayev X2 rayon Məhkəmənin 6 sentyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirli bilinib ona 3 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Xəzər rayon Məhkməsinin 24 iyul 2018-ci il tarixli qərarı ilə cəzası 6 ay azaldılmış, həmin məhkəmənin 6 fevral 2020-ci il tarixli qərarı ilə 3 ay 2 gün şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkmuluğu ödənilmişdir. İşin 162-167-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 2,110 (tədqiqatdan sonra qalıq qalmış 2,060) qram psixotrop maddə metamfetamin və onun üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin fayllarının saxlanıldığı bir ədəd disk iş üzrə maddi sübut kimi tanınmış, disk cinayət işinə əlavə edilmiş, psixotrop maddə metamfetamin isə saxlanılması üçün Binəqədi RPİ-nə təhvil verilmişdir. İşin 17-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. X1 daxil olmuş 27 mart 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Onun adına tərtib edilmiş tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs həbsdən əvvəl yıxılaraq sol dirsək və said nahiyəsindən xəsarət aldığını bildirmişdir. Vizual müayinə zamanı sol dirsək və said nahiyəsində şişkinlik, tünd bənövşəyi rəngli qançır və hər iki dirsək nahiyəsində qərtməkli yaralar izlənilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 7 iyul 2023-cü il tarxli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və ya psixi zorakılıq edilməsi öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. «Azemis» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 15 noyabr 2012-ci il təvəllüdlü Gülay Musazadə adlı bir azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilsə də, onun ittiham olunduğu cinayəti törətməkdə təqsirli olması ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi (i.v 80-83), məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş üzrə toplanmış çoxsaylı protokollar, Müalicə Müəssisəsindən daxil olmuş məktub, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar və işin digər faktiki halları ilə təkzib edildiyindən, məhkəmə ifadəsinə tənqidi yanaşır, cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir, yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək qərara gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 10 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Binəqədi RPİ-də saxlanılan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 2,110 (tədqiqatdan sonra qalıq qalmış 2,060) qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntü fayllarının saxlanıldığı bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 55 (əlli beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Binəqədi RPİ-də saxlanılan təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 2,110 (tədqiqatdan sonra qalıq qalmış 2,060) qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin fayllarının saxlanıldığı bir ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 55 (əlli beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-150/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-150/2024
29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver