Məhkəmə qərarları › İş №1(101)-1500/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1500/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1500/2024 27.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında) Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, müdafiəçilər - "De Fendo" Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4, Bakı şəhəri, 26 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx xxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşmış, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 2 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Penitensiar xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxx 1971-ci il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, Ucar şəhəri, X3 küçəsi, ev 29 ünvanında qeydiyyatda olmaqla, ünvan 5ndə həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, 28 avqust 1982-ci il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 6 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3, xx xxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETD İ: Hazırkı cinayət işi məhkəməyə 04 mart 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayon prokurorluğundan daxil olmuş, məhkəmənin hazırlıq iclası 13 mart 2024-cü il və 27 mart 2024-cü il tarixlərə təyin edilərək keçirilmişdir. Məhkəmə hazırlıq iclasında cinayət işi üzrə irəli sürülmüş ittihamın mahiyyətinə dair cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr aparılmışdır. Məhkəmə hazırlıq iclasında Dövlət ittihamçısı2 vəsatət qaldırıb təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar üzrə Zərərçəkmiş şəxs2 ilə bağlı olan cinayət epizodunun 30 sentyabr 2022-ci il tarixdə Ucar şəhərində başa çatdığını və Ucar rayonunun Şəki Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olduğunu, bununla əlaqədar hazırkı cinayət işinin həmin məhkəmədə baxılmalı olmasını qeyd edib, işin məhkəmə aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Vəsatətə münasibət bildirən Müdafiəçi3 başqa digər müdafiəçilər cinayət işinin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiklərini bildirdilər, həmçinin təqsirləndirilən şəxslər müdafiəçiləri ilə eyni fikirdə olduqlarını qeyd etdilər. Məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında qaldırılan vəsatəti müzakirə edib, bununla bağlı cinayət prosesi tərəflərini dinləyib belə nəticəyə gəlir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 verilmiş ittihamın məzmununa əsasən, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında, 06 iyun 2022-ci il tarixdən 30 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində vahid niyyətlə Zərərçəkmiş şəxs2 məxsus 65.000 (altmış beş min) manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirərək, sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. İş materiallarına əsasən, təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs2 həmin pul vəsaitini hissə-hissə olmaqla bir qismini Bakı şəhərində, çox hissəsini isə Ucar şəhərində sonuncunun arvadı Gülsüm Qasımovadan dələduzluq yolu ilə alıb ələ keçirmiş, sonuncu dəfə isə 30 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 Moskva şəhərindən arvadı Gülsüm Qasımovaya göndərdiyi 5.000 (beş min) manat pulu ünvan 9 ünvanında yerləşən evində sonuncudan almışlar. Məhkəmə hazırlıq iclasında həmçinin müəyyən edildi ki, iş üzrə digər Zərərçəkmiş şəxs1 qarşı vahid niyyətlə törədilmiş dələduzluq cinayəti zaman etibarı ilə Zərərçəkmiş şəxs2 qarşı olan cinayət epizodundan əvvəl, yəni 2019-cu ilin mart-aprel aylarından 2021-ci ilin iyun ayının ortalarına qədər törədilmiş və Zərərçəkmiş şəxs2 qarşı törədilmiş cinayət əməli dağa ağır hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"nın 9.11-ci bəndində Ucar rayonu Şəki Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi kimi göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 299.3 və 299.3.1-ci maddəsinin tələbinə görə, məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması barədə məsələyə baxmaq məhkəmənin hazırlıq iclasında baxılmalı olan ilk məsələdir. Həmin Məcəllənin 300.1 və 300.1.4-cü maddəsinə əsasən, müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Həmin Məcəllənin 302.3-cü maddəsində göstərilir ki, məhkəmə hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə, belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi ilə əlaqədar hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155.1-155.3-cü maddələrində nəzərdə tutulmuş əsaslar aradan qalxmadığına görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbirləri dəyişdirilmədən saxlanılmalı, qətimkan tədbirlərinin müddəti 1 (bir) ay, yəni 27 aprel 2024-cü il tarixədək uzadılmalı, həmçinin digər Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza çəkməsi ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3, 299.3.1, 300.1.4 və 302.3-cü maddərinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ:

1. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair 1(101)-1500/2024 nömrəli cinayət işi aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilsin.

2. Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbirinin məhkəmənin hazırlıq iclasında qətimkan tədbiri məsələsinə baxılanadək dəyişdirilmədən saxlanılması haqqında 13 mart 2024-cü il tarixli qərarı nəzərə alınsın.

3. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 (bir) ay, yəni 27 aprel 2024-cü il tarixədək uzadılsın.

4. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza çəkməsi ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın.

5. Qərarın surəti cinayət prosesinin iştirakçılarına və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 şəxsi işinə əlavə edilməklə icrasının təmin olunması üçün onların saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına göndərilsin.

Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar