Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1501/2021 27.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 12 dekabr 1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvəllər fərdi əməklə məşğul olan, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilib, hazırda ƏN-nin PX-nin 3 saylı İT-da saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs başqa mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib, üzərində saxlayıb, daşımış və yaşadığı ünvan 2 ünvanın həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər, yəni istifadə edilməsi və əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli (kannabis) bitki olan marixuana toxumlarını əkib onlara aqrotexniki qaydada qulluq edib yetişdirərək kultivasiya etmiş və 08 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun yaşadığı ünvan 2 ünvanına baxış keçirilərkən evin həyətyanı sahəsindən iki ədəd dibçəkdə və iki ədəd vannada yaş vəziyyətdə ümumi sayı 16 ədəd, onlardan 12 ədəd hündürlükləri 19 sm - 45 sm, ümumi çəkisi 88,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) birkiləri, 4 ədəd hündürlükləri 5 sm - 10 sm, ümumi çəkisi 2,0 qram olan əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin şitilləri, əynindəki köynəyin cibindən 01 ədəd kibrit qutusunun içərisində 04 ədəd bükümdə təmiz çəkisi 3,015 qram, 3,226 qram, 3,071 qram, 3,020 qram, 01 ədəd sarı rəngli kağız bükümdə təmiz çəkisi 0,574 qram və 01 ədəd sarı rəngli dairəvi qutuda içərisində 11 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,087 qram, 0,067 qram, 0,019 qram, 0,048 qram, 0,043 qram, 0,072 qram, 0,103 qram, 0,063 qram, 0,077 qram, 0,065 qram və 0,062 qram kimyəvi tərkiblərinə görə eyni olan ümumilikdə 13,612 qram, külli miqdarda qəhvəyi rəngli maddə kütləsi, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, otuz ildir narkotik vasitədən istifadə edir və bir neçə dəfə narkotik vasitədən istifadə etdiyi üçün məhkum edilmişdir. Narkotik vasitələrdən istifadə etdiyinə görə yaşadığı həyətdə narkotik maddə olan çətənə bitkisi əkib-becərmişdir. 08 iyul 2020-ci il tarixdə axşam saat 18:30 radələrində yaşadığı evin qarşısında olduğu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlrəini təqdim edib polis əməkdaşı olduqlarını bildirdilər. Bundan sonra polis əməkdaşları onun kimliyi barədə maraqlanmış, o da özü barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları ona narkotik maddələri kultivasiya etməkdə şübhəli olması bildirilərək yaşadığı evə baxış keçirməyə icazə verib-verməməsini soruşmuşlar. O da evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə icazə verib bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları onun evinin həyətinə və mənzilinə baxış keçirdilər Baxış zamanı evin giriş hissəsinin sağ tərəfində yerləşən divarın yanında iki ədəd gül dibçəyində, eləcə də, bir ədəd qara rəngli və bir ədəd sarı rəngli iki vannanın içərisində əkib-becərdiyi və qulluq etdiyi ümumilikdə 16 ədəd çətənə bitkisi kolları aşkar edildi. Bu barədə ondan soruşulduqda həmin bitki kollarının özünə məxsus olmasını və çətənə kolu olduqlarını, özü istifadə etməsi üçün becərdiyini bildirmişdir. Sonra polis əməkdaşları ilə birlikdə mütəxəssis kimi gəlmiş Mərdan adlı şəxs həmin kollara baxış keçirdi və kollardan 4 ədədinin quruduğunu, 12 ədədinin isə canlı olduğunu dedi. Həmin kollar sellofana qoyulub qablaşdırıldı və sellofanın üzəri möhürlənərək özü və digər iştirakçılar tərəfindən imzalandı və kollar elektron tərəzi ilə çəkildi. Bundan sonra polis əməkdpşları ondan başqa narkotik vasitə olub-olmaması barədə soruşanda o, üzərində narkotik vasitə olmasını etiraf edib əynində olan açıq göy rəngli köynəyinin sağ döş cibində olan bir kibrit qutusunu, bir ədəd sarı rəngli dairəvi formalı qutunu və bir ədəd sarı rəngli kağız bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən bükümlərin içərisində nə olması barədə soruşulduqda həmin maddələrin narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra isə əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd elektron tərəzi çıxarıb polis əməkdaşlarına vermişdir. Bundan sonra polis əməkdaşları tərəfindən təqdim etdiyi kibrit qutusu açılmış və içərisində 4 ədəd büküm, sarı rəngli dairəvi formalı qutu açılaraq içərisində 11 ədəd ağ rəngli kağız büküm aşkar olundu. Bundan sonra sarı rəngli bir ədəd büküm də açılıb içərisində narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edildi. Sonra isə götürülmüş həmin bükümlər və bir ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənərək özü və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Orada videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmiş, lakin bir ədəd mobil telefon, bir ədəd sürücülük və bir ədəd şəxsiyyət vəsiqələrindən başqa üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və özü də digər iştirakçılar ilə birlikdə tərtib edilmiş protokolu imza etmişdir. O, özü narkotik vasitə aludəçisidir və buna görə də, yaşadığı evdə narkotik maddə əkib-becərmişdir. Tutulmamışdan iki-üç ay qabaq o, öz istifadəsi üçün tanımadığı şəxsdən narkotik vasitə alıb istifadə edərkən içindən toxum çıxmış və həmin toxumu əkməyə başlamış və öz istifadəsi üçün narkotik vasitə əldə etmək məqsədilə çətənə kolu əkib becərməyə başlamışdır. Narkotik maddələrin satışı ilə məşğul olmur, üzərində təxminən iki qrama yaxın narkotik vasitə heroin olmuş və ondan artıq narkotik vasitə olmamışdır. Üzərində qeyd etdiyi miqdarda 13,612 qram narkotik vasitə heroin olmamış, üzərində yalnız 2 qrama yaxın narkotik vasitə heroin olmuşdur. Həmin narkotikin bu qədər olmasının səbəbini bilmir. Şahid1 ifadələrində göstərdi ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 iyul 2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan, 1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə idarəyə əməliyyat məlumatı daxil oldu. İbrahim adlı şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupda özü, idarənin xüsusi mühüm işlər üzrə əməliyyat müvəkkili, polis polkovniki Şahid2 və idarənin polis nəfəri, polis baş serjantı Şahid3 olmuşdur. Bundan sonra İbrahim adlı şəxsin ətrafında tədbirlər keçirilməyə başlanıldı. Həmin gün qrupun üzləri ünvan 3 ünvanının qarşısına gəlmişlər. Orada İbrahim adlı şəxsi əlamətlərinə görə tanıyıb ona yaxınlaşıb və sonuncuya xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. O, da özünü Təqsirləndirilən şəxs kimi təqdim etdi. Onlar İbrahimə narkotik vasitələrin kultivasiyası ilə məşğul olmasında şübhəli olmasını bildirərək onu DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edib İbrahim ilə birlikdə idarəyə gəlmişlər. Polis idarəsində xidməti otaqların birində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirmək istədiklərini bildirmişlər. O, da heç bir etirazının olmadığını bildirib razılıq ərizəsi yazdı. Sonra qrupun üzvləri, vəkil və İbrahim ilə birlikdə sonuncunun yaşadığı mənzilin qarşısına gəlmişlər. Həmin baxışda iştirak etməsi üçün aqronom dəvət olunmuş və qrupun üzvləri ilə birlikdə İbrahimin yaşadığı mənzilə videoçəkilişdən istifadə olunmaqla baxış keçirmişlər. Baxış zamanı İbrahim evin girişində sağ tərəfdə yerləşən divarın yanında dibçəklərdə narkotik vasitə çətənə kolları əkdiyini dedi. Baxış zamanı həmin yerdə 02 ədəd dibçək, bir ədəd qara rəngli və bir ədəd sarı rəngli vannalar aşkar olundu. Həmin dibçəklərin və vannaların içərisində çətənə kolları müəyyən edildi. Həmin kollar tək-tək çıxarıldı və ümumiulikdə 16 ədəd olması müəyyən olundu. Həmin kollardan dörd ədədinin kökləri yox idi. İbrahim sorğu zamanı həmin kolların çətənə kolları olmasını və öz istifadəsi üçün əkib-becərdiyini dedi. Mütəxəssis kimi iştirak edən Şahid4 həmin kolların xüsusi qaydada qulluq edilmiş çətənə kolları olduğunu, həmin kollardan dörd ədədinin qurduğunu, on iki ədədinin isə canlı olduğunu bildirmişdir. Bundan sonra həmin kolların hamısı bir ədəd sellofan torbaya qoyularaq qablaşdırıldı, torbanın üzəri möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Həmin sellofan torba elektron tərəzi ilə çəkilmiş və çəkisi 145 qram olması müəyyən edildi. Bundan sonra İbrahimdən haradasa narkotik vasitə olub-olması soruşulduqda o, üzərində narkotik vasitə olmasını dedi. İbrahim əynində olan açıq göy rəngli köynəyinin sağ döş cibindən bir ədəd kibrit qutusu, bir ədəd sarı rəngli dairəvi formalı qutu və bir ədəd sarı rəngli kağız bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olmasını bildirdi. Bundan başqa İbrahim əynindəki şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli elektron tərəzi çıxarıb təqdim etdi. Həmin kibrit qutusunun içərisinə baxış keçirilən zaman oradan içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 04 ədəd büküm, sarı rəngli dairəvi formalı qutunun içərisinə baxış keçirilən zaman oradan da 11 ədəd ağ rəngli kağız büküm və həmin ağ rəngli kağız bükümlərdən birinin içərisinə baxış keçirildikdə isə narkotik vasitə heroinə bəzər kütlə aşkar edildi. Bundan başqa sarı rəngli kağız bükümün içərisində də qəhvəyi rəngli kəskin iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar olundu. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən başqa qanunsuz əşya aşkar edilmədi. Aşkar edilmiş bir ədəd elektron tərəzi və digər narkotik vasitə olan kütlələr zərfə qoyularaq qablaşdırıldı, qablaşdırılmış zərf DİN-niun zərflər üçün 7 saylı möhürü ilə möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Sorğu zamanı İbrahim üzərindən aşkar edilmiş narkotik vasitələri tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etdiyini bildirdi. Həmçinin özünün uzun müddətdir ki, narkotik vasitədən istifadə etməsini demişdir. Bundan sonra bu barədə protokol tərtib olundu və ucadan oxundu və bütün iştirakçılar protokolu imza etdilər. Bundan sonra İbrahim Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirildi, onun üzərində videoçəkilişlə axtarış aparıldı, lakin onun üzərindən qanunsuz əşya aşkar edilmədi. Bu barədə protokol tərtib olundu və ucadan oxundu, iştirakçılar tərəfindən imza olundu. protokolun doğruluğuna adlarını yuxarıda göstərdiyi şəxslər, həmçinin o özü imza etmişdir. Şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunda ifadələr verərək sonuncunun göstərdiyi halları təsdiq etdilər. Şahid4 ifadələrində göstərdi ki, X7 X2 təcrübə stansiyasında aparıcı elmi işçisi, aqronom işləyir. 08 iyul 2020-ci il tarixdə ünvan 3 saylı ünvana gəlmişdir. Həmin ünvana DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Həmin baxışda o özü də aqronom kimi iştirak etmişdir. Baxış saat 19:55 radələrində başlanıldı. Baxış zamanı İbrahim evin girişində sağ tərəfdə yerləşən divarın yanında dibçəklərdə narkotik vasitə çətənə kolları əkdiyini dedi. Həmin yerdə 02 ədəd dibçək, bir ədəd qara rəngli və bir ədəd sarı rəngli vannalar aşkar edildi. Həmin dibçəklərin və vannaların içərisində yaşıl rəngli narkotik vasitə olan çətənə kolları müəyyən olundu. Həmin kollar təktək çıxarıldı və ümumiulikdə 16 ədəd oldu. Həmin kolun dörd ədədinin kökləri yox idi. Təqsirləndirilən şəxs sorğu zamanı həmin kolların çətənə kolları olmasını və öz istifadəsi üçün əkib-becərdiyini dedi. O da mütəxəssis kimi həmin kollara baxdıqda onlara xüsusi qaydada qulluq edilmiş çətənə kolları olduğunu, həmin kollardan 04 ədədinin quruduğunu, 12 ədədinin isə inkişaf etməkdə olduğunu müəyyən etmişdir. Baxış zamanı həmin kolların hamısı bir ədəd sellofan torbaya qoyularaq qablaşdırıldı, qablaşdırılmış torbanın üzəri möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Sonra da sellofan torba elektron tərəzi ilə çəkildi. Hazırda o, çəkini xatırlamır. Bundan sonra İbrahimdən başqa yerdə narkotik vasitə olub-olmaması barədə sorğu edildikdə o, üzərində narkotik vasitə olmasını deyib əynindəki köynəyinin sağ döş cibindən bir ədəd kibrit qutusu, bir ədəd sarı rəngli dairəvi formalı qutu və bir ədəd sarı rəngli kağız bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olduğnu bildirdi. Bundan başqa İbrahim əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli elektron tərəzini çıxarıb təqdim etdi. Kibrit qutusunun içərisinə baxış keçirilən zaman oradan içərisində heroinə bənzər kütlə olan 04 ədəd büküm, sarı rəngli dairəvi formalı qutunun içərisindən 11 ədəd ağ rəngli kağız büküm aşkar edildi. Həmin ağ rəngli kağız bükümlərdən birinin içərisinə baxış keçirildikdə narkotik vasitə heroinə bənzər kütlə, sarı rəngli kağız bükümün içərisində də qəhvəyi rəngli kəskin iyə malik narkotik vasitə heroinə bəzər kütlə aşkar olundu. Aşkar edilmiş bir ədəd elektron tərəzi və digər narkotik vasitələr zərfə qoyularaq qablaşdırıldı və zərf DİN-nin zərflər üçün möhürü ilə möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Sorğu sual zamanı İbrahim üzərindən aşkar edilmiş narkotik vasitələri də tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etdiyini, uzun müddət ərzində fasiləsiz narkotik vasitədən istifadə etdiyini dedi. Bundan sonra protokol tərtib olundu və ucadan oxundu, qeyd və etiaz daxil olmadı və iştirakçılar tərəfindən imza olundu. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə kimyəvi ekspertizasının 09 iyul 2020-ci il tarixli 6/1270 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar olan 01 ədəd kibrit qutusunun içərisindəki 04 ədəd bükümdə təmiz çəkisi 3,015 qram, 3,226 qram, 3,071 qram, 3,020 qram, 01 ədəd sarı rəngli kağız bükümdə təmiz çəkisi 0,574 qram və 01 ədəd sarı rəngli dairəvi qutunun içərisindən 11 ədəd bükümdə ayrıayırılqda təmiz çəkiləri 0,087 qram, 0,067 qram, 0,019 qram, 0,048 qram, 0,043 qram, 0,072 qram, 0,103 qram, 0,063 qram, 0,077 qram, 0,065 qram, 0,062 qram, ümumilikdə 13, 612 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd kibrit qutusunun içərisindəki 04 ədəd bükümdə, 01 ədəd sarı kağız bükümdə və 01 ədəd sarı rəngli dairəvi qutunun içərisində olan 11 ədəd bükümdəki heroinlər kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər. 01 ədəd qabarit ölçüləri 11,5 x 5.5sm ölçüdə elektron tərəzinin səthində, sarı rəngli qutu və kibrit qutusunun daxili səthlərində heroinin izləri müəyyən edildi. İz mikrohissəcikləri eyniləşdirmə tədqiqatının aparılması üçün yetərsiz olduğundan 01 ədəd kibrit qutusunun içərisindəki 04 ədəd bükümdə, 01 ədəd sarı kağız bükümdə və 01 ədəd sarı rəngli dairəvi qutunun içərisində olan 11 ədəd bükümdəki heroinlərlə kimyəvi tərkiblərinə görə eynilik təşkil edib-etməmələri barədə qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə bioloji ekspertizasının 09 iyul 2020-ci il tarixli 7/414 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üərində “Təqsirləndirilən şəxs ... aşkar edilmiş yaşıl rəngli kollar” yazıları və imzalar olan üzəri skoçla bağlanmış polietilen bağlamada yaş vəziyyətdə ümumi sayı 16 ədəd : onlardan 12 ədəd, hündürlükləri 19 sm – 45 sm, ümumi çəkisi- 88,0 qram olan bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləri, 4 ədəd, hündürlükləri 5sm 10 sm, ümumi çəkisi- 2,0 qram olan bitki şitləri, əkilib becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin ştilləridir. Təqdim olunmuş polietilen bağlamada 12 ədəd çətənə bitkilərinin və 4 ədəd çətənə bitkisi şitlərinin ümumi çəkisi -90,0 qramdır.-Arqonomun (mütəxəssisin) rəyinə əsasən çətənə (kannabis) bitkilərinə və şitlərinə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış baxış keçirilməsi və götürmə haqqqında 08 iyul 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 19:55 radələrində ünvan 3 ünvanına videoçəkiliş etməklə baxış keçirilən zaman Təqsirləndirilən şəxs evin girişində sağ tərəfdə yerləşən divarın yanında dibçəklərdə narkotik vasitə çətənə kolları əkməsini bildirmiş, həmin yerdə 02 ədəd dibçək, bir ədəd qara rəngli və bir ədəd sarı rəngli vannalar, dibçəklərin və vannaların içərisində yaşıl rəngli narkotik vasitə olan çətənə koluna bənzər kollar olması müəyyən olunmuşdur. Həmin yaşıl rəngli kollar tək-tək çıxarılmış və ümumiulikdə 16 ədəd olması aşkarlanmışdır. Həmin 16 ədəd kolun 4 ədədinin kökləri olmamışdır. Təqsirləndirilən şəxs sorğu sual zamanı həmin kolların çətənə kolları olmasını və öz istifadəsi üçün əkib-becərdiyini demişdir. Baxışda mütəxəssis kimi iştirak edən Şahid4 həmin kolların xüsusi qaydada qulluq edilmiş çətənə kolları olduğunu, həmin kollardan 04 dənəsinin qurduğunu, 12 dənəsinin isə canlı olduğunu bildirmişdir. Həmin kolların hamısı bir ədəd sellofan torbaya qoyularaq qablaşdırılmış, qablaşdırılmış torbanın üzəri möhürləndi və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin sellofan torba elektron tərəzi ilə çəkilmiş və çəkisi 145 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs haradasa narkotik vasitə olması barədə sual verilmiş, bu zaman o, üzərində narkotik vasitə olmasını demişdir. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli köynəyinin sağ döş cibindən bir ədəd kibrit qutusu, bir ədəd sarı rəngli dairəvi formalı qutu və bir ədəd sarı rəngli kağız bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olmasını demişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli elektron tərəzini də çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunun içərisinə baxış keçirilən zaman oradan içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 04 ədəd büküm, sarı rəngli dairəvi formalı qutunun içərisinə baxış keçirilən zaman oradan da 11 ədəd ağ rəngli kağız büküm, həmin ağ rəngli kağız bükümlərdən birinin içərisinə baxış keçirildikdə narkotik vasitə heroinə bəzər kütlə aşkar edilmişdir. Bundan başqa sarı rəngli kağız bükümün içərisində də qəhvəyi rəngli kəskin iyə malik narkotik vasitə heroinə bəzər kütlə aşkar edilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən başqa qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd elektron tərəzi və digər narkotik vasitə olan kütlələr zərfə qoyularaq qablaşdırılmışdır. Qablaşdırılmış zərf DİN-niun zərflər üçün 7 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etməsini bildirmişdir. Həmçinin özünün uzun müddətdir ki, narkotik vasitədən istifadə etməsini demişdir. Məhkəmədə elan olunub araşdırılmış Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd bir fayıldan ibarət DVD diskə keçirmiş baxış haqqında protokoldan görünür ki, həmin diskdə bir ədəd fayıl vardır, fayılda olan videogörüntü 08 iyul 2020-ci il tarixdə çəkilmişdir. Çəkilişdən görünür ki, polis əməkdaşları ünvan 3 saylı ünvana Təqsirləndirilən şəxs, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə evə baxış keçirilir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan narkotik vasitələri təqdim etməsi barədə sual verilir, İbrahim evin girişində sağ tərəfdə yerləşən divarın yanında dibçəklərdə narkotik vasitə çətənə kolları əkməsini bildirir, həmin yerdə 02 ədəd dibçək, bir ədəd qara rəngli və bir ədəd sarı rəngli vannalar, həmin dibçəklərin və vannaların içərisində yaşıl rəngli narkotik vasitə olan çətənə koluna bənzər kollar olması müəyyən edilir, həmin yaşıl rəngli kollar tək-tək çıxarılır və ümumiulikdə 16 ədəd olması müəyyənləşdirilir, həmin 16 ədəd kolun 4 ədədinin kökləri yoxdur, Təqsirləndirilən şəxs sorğu sual zamanı həmin kolların çətənə kolları olmasını və öz istifadəsi üçün əkib-becərdiyini bildirir, mütəxəssis Şahid4 həmin kolların xüsusi qaydada qulluq edilmiş çətənə kolları olduğunu, həmin kollardan 04 dənəsinin qurduğunu, 12 dənəsinin isə canlı olduğunu deyir, həmin kolların hamısı bir ədəd sellofan torbaya qoyularaq qablaşdırılır, qablaşdırılmış torbanın üzəri möhürləndi və iştirakçılar tərəfindən imzalanır, həmin sellofan torba elektron tərəzi ilə çəkilir və çəkisi 145 qram olması müəyyən olunur, bundan sonra Təqsirləndirilən şəxs haradasa narkotik vasitə olması barədə sual verilir, bu zaman o, üzərində narkotik vasitə olmasını deyir, Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli köynəyinin sağ döş cibindən bir ədəd kibrit qutusu, bir ədəd sarı rəngli dairəvi formalı qutu və bir ədəd sarı rəngli kağız bükümü təqdim edərək içərisində narkotik vasitə heroin olmasını bildirir, bundan başqa Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli elektron tərəzini çıxarıb təqdim edir, həmin kibrit qutusunun içərisinə baxış keçirilən zaman oradan içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 04 ədəd büküm aşkar olunur, sarı rəngli dairəvi formalı qutunun içərisinə baxış keçirilən zaman oradan da 11 ədəd ağ rəngli kağız büküm aşkar edilir, həmin ağ rəngli kağız bükümlərdən birinin içərisinə baxış keçirildikdə narkotik vasitə heroinə bəzər kütlə, bundan başqa sarı rəngli kağız bükümün içərisində də qəhvəyi rəngli narkotik vasitə heroinə bəzər kütlə aşkar olunur, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən başqa qanunsuz əşya aşkar edilmir, aşkar edilmiş bir ədəd elektron tərəzi və digər narkotik vasitə olan kütlələr zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürü ilə möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri tanımadığı şəxsdən öz istifadəsi üçün əldə etməsini və özünün də uzun müddətdir ki, narkotik vasitədən istifadə etməsini bildirir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsi xəstəxanasının 27 iyul 2020-ci il tarixli 4609 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli kliniki psixiatriya xəstəxanasının 1/953 nömrəli 28 iyul 2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli KPX-na müraciət etməyib. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar edilərək götürülmüş bir bükümdə 13,612 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, yaş vəziyyətdə 12 ədəd, ümumi çəkisi 88,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 4 ədəd ümumi çəkisi 2,0 qram olan bitki şitilləri əkilibbecərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin ştilləri iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə heroin və narkotik təbiətli çətənə (kannabis) bitkiləri ekspertiza tədqiqatı zamanı sərf edildiyindən sonra qalığını təşkil edən 13,532 qram heroin və 16 ədəd ümumi çəkisi 87,76 qram çətənə (kannabis) bitkiləri saxlanılması üçün Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman çəkilmiş bir ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ifadələrində üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitəni heç kimə satmadığını, narkotik vasitəni yalnız özünün istifadəsi üçün əldə etdiyini və üzərindən aşkar edilmiş narkotik vasitənin təxminən 2 qram olmasını barəsindəki ifadələrinin ittihamı təsdiq edən şahid ifadələri, baxış keçirilməsi və götürmə aparılması, diskə baxış protokolları və ekspertiza rəyləri ilə, sair sübutlarla və işin faktiki halları ilə təkzib olunduğu qənəaətinə gəlib onun həmin ifadələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qəbul edir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini onun tərəfindən anlaqlı vəziyyətdə törətməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin tərkib hissəsi əlamətlərinin olduğu qənaətinə gəlib onun əməllərini həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlib və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsinə 100(yüz) manat, bioloji ekspertizanın keçirilməsinə 66(altmış altı) manat 46 (qırx altı) qəpik xərclənmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 14 saylı Vəkil Burosunun vəkili Müdafiəçi oğlu tərəfindən 30 (otuz) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də ona 180 (yüz səksən) manat pul ödənilməlidir. Məhkəmə həmin xərcləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsinin əsaslı olması qənaətinə gəlir, çünki məhkəmədə, Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə 13,612 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, yaş vəziyyətdə 12 ədəd, ümumi çəkisi 88,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş, narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 4 ədəd ümumi çəkisi 2,0 qram olan bitki şitləri əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisinin ştilləri iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, narkotik vasitə heroin və narkotik təbiətli çətənə (kannabis) bitkiləri ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 13,532 qram heroin və 16 ədəd ümumi çəkisi 87,76 qram çətənə (kannabis) bitkiləri saxlanılması üçün Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman çəkilmiş özündə videogörünütləri əks etdirən bir ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər üç dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Onun əvvəlki iki məhkumluğu ödənilmişdir. O, sonuncu dəfə 17 iyul 2018-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsi tətbiq edilərək 01 il 08 ay 28 gün azadlıqdan məhrum edilmişdir. 19 mart 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bu cinayət əməli cinayət qanununun az ağır cinayətlər kateqoriyasına aid edilmiş və belə əmələ görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər tərəfindən cəza çəkildikdən sonra iki il müddətinə məhkumluq müddəti müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bu iş üzrə təqsirli bilindiyi əməli 2020-ci ilin iyul ayında, yəni onun məhkumluğu olduğu dövrdə törətməsi sübuta yetirildi. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olmasını, cəza təyini və cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərəkən cinayətin residivinin yaratdığı hüquqi nəticələri və residivə görə cəza təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası CM-nin 65-ci maddəsinin tələblərini nəzərə alır. Həmin maddə ilə residivə görə cəzanın müddətinin əmələ görə cəza nəzərdə tutulan maddədə muəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməməsi müəyyən olunmuşdur. Məhkəmə də həmin halı nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi təqsirli bilindiyi cinayət əməllərinin törədilməsi halları barəsində qismən ətraflı ifadələr verib cinayətin açılmasında iştirak etməsi müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi onun əməlində cinayətin residivinin olması müəyyən olundu. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu əməllərində cinayətlərin residivi olduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 08 iyul 2020-ci il tarixdə şübhəli şəxs qimində tutulub 09 iyul 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib 10 iyul 2020-ci il tarixdə barəsində əvvəli 08 iyul 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 30 iyul 2020-ci il tarixli 2104 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halın və əməlində cinayətin residivinin olmasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 4(dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 08 iyul 2020-ci il tarixdən müəyyən edilsin. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə ekspertizasının keçirilməsinə sərf olunmuş 166 (yüz altımış altı) manat 46 (qırx altı) qəpik Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardıma görə 180 ( yüz səksən) manat Müdafiəçi Sabir oğluna ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X3 və Tədris mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmiş narkotik vasitə heroin ekspertiza tədqiqatından sonra qalmış 13,532 (on üç tam mində beş yüz otuz iki) qram heroin və narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 16 ədəd ümumi çəkisi 87,76 (səksən altı tam yüzdə yetmiş altı) qram çətənə (kannabis) bitkilər sərbəst dövriyyəsi qadağan olunmuş əşyalar kimi, bir ədəd tərəzi istehlak dəyərini itirmiş əmlak kimi məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman çəkilmiş özündə videogörünütləri əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1501/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1501/2021
27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver