Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1501/2022 16.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və və Əsgərova-X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1979-cu ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitə əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, Bakı şəhər Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci i! tarixdə saat 16:30-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 16 nömrəli binanın qarşısında saxlanılıb Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına aparılaraq üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən eyni tərkibli 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,276 qram və 0,680 qram olmaqla ümumi təmiz çəkisi 2,956 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. O, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmiş, 3-4 gündən bir narkotik vasitə almış, qramını 30 manata almış, o, işləmir, gəlir mənbəyi yoxdur, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, “kakos” kimi tanıdığı narkotik vasitədən istifadə edir. Həmin narkotik maddəni müxtəlif şəxslərdən əldə edir. Sonuncu dəfə 15 mart 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində üzdən tanıdığı Elvin adlı şəxslə görüşüb ona 60 manat ödəməklə iki ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin almış və əynində olan şalvarının cibinə qoyaraq münasib vaxtda istifadə etməyi üçün özü ilə daşımışdır. Həmin gün saat 16:30 radələrində Bakı şəhəri, Suraxan rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsində 16 saylı binanın qarşısında olarkən ona mülki geyimdə şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra onun narkotik vasitənin əldə edilməsi, saxlanması, satışı və istifadəsi ilə məşğul olmağında şübhəli olduğunu deyərək onu Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. O da, polis əməkdaşları ilə birlikdə həmin polis bölməsinə getmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah olunduqdan sonra, hüquqlarının müdafiəsi üçün ona dövlət hesabına vəkil təyin olunmuş, həmin vəkilə etirazı olmadığını bildirdikdən sonra vəkilinin iştirakı olmadan üzərində şəxsi axtarış keçirilməsinə etiraz etmədiyinə dair ərizə vermişdir. Sonra polis idarəsində xidməti otaqların birində videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə heroini çıxarıb təqdim etmişdir. Ondan həmin bükümlərin içərisində nə olması və kimdən əldə etməyi barədə soruşulmuşdur. O da, həmin bükümlərin içindəki maddənin narkotik vasitə heroin olduğunu və onu Suraxanı rayonu, Əmircan qəsəbəsində Elvin adı ilə tanıdığı şəxsdən 60 manata aldığını bildirmişdir. Bundan sonra üzərində polis əməkdaşı tərəfindən axtarış aparılsa da, başqa maddə, əşya aşkar edilməmişdir. Təqdim etdiyi narkotik vasitə götürülərək zərfə qoyulub qablaşdırılmış, üzəri özü və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra ona yaşadığı ünvana baxış keçirilməsi barədə təklif olunmuş, o da, etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməsi başa çatdıqdan sonra yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığında dair ərizə ilə müraciət etdikdən sonra həmin gün ünvan 2 ünvanında yerləşən yaşadığı evə vəkilinin iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş və hər hansı bir qanunsuz əldə edilərək saxlanılan əşya aşkar edilməmişdir. Üzərində narkotik vasitələr saxlamağı barədə hər hansı bir şəxsin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməsə də onun həmin cinayət əməlini törətməsi aşağıdakı istintaq materialları ilə təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Suraxanı RPİ-nin 33-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru xüsusi rütbəsi daşıyır. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz əldə edilməsi, daşınması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında onun ifşa olunması istiqamətində ondan və Suraxanı RPİ-nin 33cü PB-nin sahə inspektoru, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 15 mart 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 16:45-də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 16 saylı evin yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib, həmin şəxsin həqiqətən də, Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra, həmin şəxsə narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində, üzərində saxlanılmasında, daşımasında və satışında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib, onu Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. Polis Bölməsinə getdikdən sonra xidməti otaqda Əliyev X5 RPİ-nin 33-cü PB-nin təhqiqatçı, polis baş leytenantı X6 tərəfindən şübhəli şəxs qismində tutularaq ona şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sonra onun və polis baş leytenantı Şahid1 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ cibindən iki ədəd şəffaf polietilen bükümləri çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Təhqiqatçı tərəfindən soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində “kokos” adı ilə tanınan heroin olduğunu, həmin heroinin Suraxanı rayonu, Əmircan qəsəbəsində Eivin adlı tanışından 60 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirildikdə üzərində hər hansı bir başqa əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin iki ədəd bükümlər zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmiş və bu barədə müvafiq protokol tərtib olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına Təqsirləndirilən şəxs özünün razılığı və dəvəti ilə baxış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir əşya, maddə aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİnin 33-cü PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki güc və ya psixi təsir olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 35-36-cı vərəqlərində olan 15 mart 2022-ci ii tarixli şəxsi axtarış və götürmə aparılması protokolundan görünür ki, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarınının sağ yan cibindən 02 (iki) ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan “kakos” adlanan heroin olduğunu, Elvin adlı tanışından 60 manata aldığını, şəxsi istifadəsi üçün saxladığını, Yeni Günəşli qəsəbəsində oğurluq cinayətinin də olduğunu, yaşadığı mənzilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “zərflər üçün 171 N-li” möhürü ilə möhürlənərək götürülmüşdür. Cinayət işinin 48-49-cu vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1507 saylı 16 mart 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,276 qram və 0,680 qram, ümumi təmiz çəkisi 2,956 qram olan qəhvəyi rəngli maddələr kustar üsulia hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 103-110-cu vərəqlərində olan üzləşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsi ilə şahidlər Şahid2 və Şahid1 ifadələrində ziddiyyətlər olduğundan aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinə əlavə olunmuşdur. Cinayət işinin 143-144-cü vərəqlərində olann ambulator məhkəmə-narkoloji ekspertizası keçirilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 2904 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 58-ci vərəqində olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskinə baxış keçirilməsi barədə protokoldan görünür ki, əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə olduğu təqdirdə təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ cibindən iki ədəd şəffaf polietilen bükümünü çıxarıb təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisindəki kütlənin “kokos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu, həmin heroini Suraxanı rayonu, Əmircan qəsəbəsində Elvin adı ilə tanıdığı şəxsdən 60 manata alaraq üzərində saxlayaraq gəzdirdiyini biidiririr. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümlər zərfə qoyularaq qablaşdırılır, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənir, Ruslan Əiiyev üzərində şəxsi axtarış davam etdirilir və üzərindən hər hansı bir başqa əşya aşkar edilmir. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 148-157-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2022-ci il tarixli protokol iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınmış, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən həmin bir ədəd DVD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün sübut qismində tanınmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zaman aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2,956 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunmuş, ekspertiza tədqiqatına 0,100 qram sərf edildikdən sonra qalan 2,856 qram narkotik vasitə heroin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmşidir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında 3-4 gündən bir narkotik vasitənin qramını 30 manata əldə etməsi və bu narkotik vasitənin özü üçün alması ilə əlaqədar gəlir mənbəyinin olmaması barədə bildirdiklərini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübutu kimi qiymətləndirilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 31 və 90-93-cü vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 128-129-cu vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 111.1-ci maddəsi ilə (köhnə redaksiya -16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) BV-9 saylı material üzrə araşdırma aparılmış və xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinin 4-cü bəndinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. ACDİÜ Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 93-3 maddəsinin 3-cü hissəsinə əsasən 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 03 ii müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 234.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Xəzər rayon məhkəməsinin qərarı ilə 1 ay 7 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2016-cı ildə Suraxanı rayon İcra şöbəsinin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Əli oğlunun məhkumluqları CM-nin 83-cü maddəsinə əsasən ödənildiyiindən məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Himayəsində azyaşlı uşaqlarının olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, o, yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı 15 mart 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönələnədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 2,856 qram narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, mənzilinə baxış və götürmə istintaq hərəkətlərinin keçirilməsinə dair görüntülər əks olunmuş iki ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 15 mart 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar- Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 2,856 qram narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, mənzilinə baxış və götürmə istintaq hərəkətlərinin keçirilməsinə dair görüntülər əks olunmuş iki ədəd DVD disk cinayət işində saxlanılsın. Məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) fəaliyyət göstərdiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Hacıyev Siyavuş
3. Leyla Əsgərova-Məmmədova