Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1502/2022 10.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat - 16:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, X2 və X3, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı və X1, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsi sistemində tanış olduğu istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı kimi özünü ona təqdim edən “Baba” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, narkotik vasitə və psixotrop maddənin satışından əldə etdikləri qazancı yarı böləcəklərinə dair razılığa gəldikdən sonra, 19 aprel 2022-ci il tarixdə, saat 01:00 radələrində “Baba” adlı şəxsin qabaqcadan onun “whatsapp” ani mesajlaşma proqramında olan hesabına narkotik vasitələrin şəkilini göndərdiyi yerdən, yəni Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən işıq generatorlarının yaxınlığından qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini 140 (yüz qırx) manat pulu “Milli ön” ödəniş terminalı vasitəsi ilə əvvəlcədən “Baba" adlı şəxsin ona göndərdiyi hesaba köçürməklə ilkin ödəniş edərək, əldə edib üzərində saxlayaraq, ünvan 3 ünvanına kimi daşımış, narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlamaqla daşıması və satışında şübhəli bilindiyinə görə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində ünvan 3 ünvanının qarşısında saxlanılaraq, ünvan 4 ünvanında yerləşən Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilərkən çiynində asılı vəziyyətdə olan qara rəngli çantanın içərisindəki qara rəngli pul kisəsinin içərisindən 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 14,222 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 13,480 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin, 09 ədəd içərisində iynə olan şpris başlıqları və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd bıçaq, 01 ədəd qayçı, 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona verilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, Tayqa marketin yanında bir nəfər tanımadığı şəxs onun yaxasından yapışaraq onu döyməyə başlamış, sonra bir nəfər polis gəlmiş və onu maşına mindirib bölməyə aparmışlar. Onun üstündə heç nə olmamışdır. Onun üstündən 1 qramdan az narkotik vasitə çıxmışdır. Bölmədə ilk dəfə 4 qram, sonra isə 27 qram yazılmış, ancaq o, imza çəkməmişdir. O, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. O, narkotik vasitələri tanımadığı şəxslərdən almış, heç kimə narkotik vasitə satmamışdır. “Whatsapp”-da ondan narkotik vasitə istəyənlər olmuş, lakin o, heç kimə narkotik vasitə verməmişdir. Onun üzərində tərəzi olmuş, o, narkotik vasitədən artıq miqdarda qəbul etməmək üçün tərəzidən istifadə etmişdir. Onun üzərində bıçaq və qayçı olmuş, narkotik vasitələrdən istifadə üçün onları üzərində daşımışdır. O, İran vətəndaşından narkotik vasitəni almış, lakin həmin şəxsi tanımır. Həmin şəxs ona narkotik vasitəni satmağı təklif etməmişdir. O, hər gün 0,5 qram və 1 qram çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almış və hər dəfəsində ona 15 manat pul vermişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni də 15 manata almışdır. O, nəyə imza çəkdiyini bilməmiş, müstəntiqdən ifadəni oxumasını istəmiş, lakin müstəntiq bunu etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən 1 qramdan az heroin və metamfetaminin aşkar olunması, həmin narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün üzərində gəzdirməsi və ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumaması ilə bağlı məhkəmədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla ağır cinayətdən yayınmaq məqsədi güdür və iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 aprel 2022-ci il tarixdə saat təxminən 16:00 radələrində o, Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ilə birlikdə Yusif adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə sonuncunu ünvan 3 ünvanının qarşısında piyada olan zaman saxlayaraq 5-ci PB-nə gətirmişlər. Polis bölməsinə gəldikdən sonra onun, yəni Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı, istifadəçisi və ya özündə saxlamasına şübhələr olduğundan, ona üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilərək, hüquq və vəzifələri izah edilmiş, vəkil dəvət edildikdən sonra, üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd «Huavei» markalı mobil telefonu, çiynindən asılı vəziyyətdə olan qara rəngli çantanın içərisindən “01 ədəd qara rəngli pul kisəsi, 01 ədəd sarı rəngli saç darağı, “Samsung” markalı zaryatka başlığı naqili ilə birlikdə, 01 ədəd gümüşü rəngli üzüyü, “02” ədəd qələmi, qara rəngli “Mİ” markalı qulaqcıqları, “01" ədəd ağ rəngli sapı, “03” ədəd alışqanı, “01” ədəd gümüşü rəngli qolbağı, “01” ədəd qara rəngli “Fujifilm” markalı foto aparatı, “01” ədəd qara rəngli “powerbank”-ı, “01” ədəd “Samsung” markalı zaryatka naqili, “01” ədəd ağ rəngli, “01” ədəd qara rəngli “USB” naqillərini, “01” ədəd eynək saxlanılması üçün istifadə olunan qara rəngli parçanı, "01” ədəd qara rəngli parça material qabında olan qara rəngli fanarı, “01” ədəd bənövşəyi rəngli salfeti, “01” ədəd qara rəngli “Leobank”-a məxsus 4098 5844 6255 2041 nömrəli plastik kartı, “02” ədəd “Milli ön” terminalı vasitəsi ilə ödəniş barəsində qəbzləri, “01” ədəd üzərində mobil nömrələr qeyd olunmuş kağız parçasını çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qara rəngli pul kisəsini açaraq içərisində olan əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs qara rəngli pul kisəsini açaraq içərisində olan “01” ədəd boz rəngli elektron tərəzini, “01” ədəd sarı rəngli alışqanı, “01” ədəd dəsti qəhvəyi rəngli olan kiçik ölçülü cib bıçağını, “01” ədəd boz rəngli dəmir qayçını, “09” ədəd tibbi şpris başlıqlarını, “01” ədəd içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan şəffaf sellofana bükülmüş bükümü, “01” ədəd içərisində şəffaf rəngli kristal şəkilli maddə olan şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Ondan şəffaf sellofana bükülmüş bükümlərin içərisində nə olması soruşulduqda, sonuncu içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükümün el arasında “kakos" adlanan narkotik vasitə, içərisində şəffaf rəngli kristal şəkilli maddə olan bükümün içərisində el arasında “şüşə" adlanan narkotik vasitələr olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri kimdən və haradan əldə edilməsi soruşulduqda sonuncu xx.xx.2022-ci il tarixdə saat təxminən 01 radələrində adını “Baba” kimi İran İslam Respublikası vətəndaşı kimi bildiyi, üzünü heç vaxt görmədiyi şəxsin elektron hesabına 140 manat pul göndərdikdən sonra həmin şəxsin onun “whatsapp” ani meajlaşma proqramında olan hesabına narkotik vasitələrin yerinin fotoşəkilini çəkərək yolladığını, bundan sonra Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində işıq generatorunun yaxınlığından həmin narkotik vasitələri götürdüyünü, həmin andan etibarən şəxsi istifadəsi üçün üzərində saxladığını, hər iki növ narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs pul kisəsində aşkar edilmiş tibbi şpris başlıqlarından da istifadə edib-etməməsi soruşulduqda sonuncu həmin tibbi şpris başlıqlarından narkotik vasitənin qəbulunda istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs pul kisəsində aşkar edilmiş elektron tərəzidən istifadə edibetməməsi soruşulduqda, sonuncu “Baba” adlı şəxsin ona göndərdiyi narkotik vasitələri əldə etdikdən sonra həmin elektron tərəzi ilə çəkərək “Baba” adlı şəxsin dediyi miqdarda narkotik vasitə göndərməsini yoxladığını qeyd etmişdir. Pul kisəsində aşkar edilmiş dəstəyi qəhvəyi rəngdə olan cib bıçağından və boz rəngli qayçıdan narkotik vasitəni hissələrə ayırmaqda, sarı rəngli alışqandan isə narkotik vasitənin qaynadılaraq hazırlanmasında istifadə etməsini bildirmişdir. Aşkar olunmuş 02 ədəd bükümlər sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 174» saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bununla bağlı müvafiq protokol tərtib olunaraq imzalarla təsdiq edilmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılarkən ona qarşı hər hansı bir zor və fiziki təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. İbtidai istintaq dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Binəqədi RPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 6/2251 nömrəli 20 aprel 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 174” dairəvi möhür əksləri olan, üzərində 1-5) “şübhəli şəxs imza Təqsirləndirilən şəxs... yazı və imzalar olan zəfrdə 1 ədəd bükümdə təmiz çəkisi 14,222 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasltə-heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 13,480 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində “2-5) şübhəli şəxs imza Təqsirləndirilən şəxs..,” yazı və imzalar olan zərfdə 1 ədəd bıçağın, üzərində, “4-5) şübhəli şəxs imza Y,Həbibov ...” yazı və imzalar olan zərfdə 1 ədəd qayçının üzərində, üzərində “5-5) şübhəli şəxs imza Təqsirləndirilən şəxs... ” yazı və imzalar olan zərfdə 1 ədəd gümüşü rəngli elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Üzərində “3-5) şübhəli şəxs imza Təqsirləndirilən şəxs,..” yazı və imzalar olan zərfdə 9 ədəd içərisində iynə olan şpris başlıqlarında narkotik vasitə və psixotrop maddələrin izləri yoxdur. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə narkoloji ekspertizasının 04 iyul 2022-ci il tarixli 3627 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin materiallarına əlavə olunmuş ambulator məhkəmə psixiatrik ekspertizasının 24 iyun 2022-ci il tarixli 1671 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə-psixoloji ekspertizası üzrə Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, eqosentrizm, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerililik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları (diqqət, təfəkkür, hafizə, təsəvvür, qavrama, dərk etmə və s.) normaya uyğundur, o, etdiyi hərəkətləri adkvat olaraq qavrayıb onların mavhiyyətini dərk etmək, həmçinin əqli və psixi inkişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixdə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd «Huavei» markalı mobil telefonu, çiynindən asılı vəziyyətdə olan qara rəngli çantanın içərisindən 01 ədəd qara rəngli pul kisəsi, 01 ədəd sarı rəngli saç darağı, “Samsung” markalı zaryadka başlığı naqili ilə birlikdə, 01 ədəd gümüşü rəngli üzüyü, “02” ədəd qələmi, qara rəngli “Mİ" markalı qulaqcıqları, “01” ədəd ağ rəngli sapı, “03” ədəd alışqanı, “01” ədəd gümüşü rəngli qolbağı, “01” ədəd qara rəngli “Fujifilm” markalı foto aparatı, “01” ədəd qara rəngli “powerbank”- ı, “01” ədəd “Samsung” markalı zaryatka naqili, “01” ədəd ağ rəngli, “01” ədəd qara rəngli “USB” naqillərini, "01” ədəd eynək saxlanılması üçün istifadə olunan qara rəngli parçanı, “01” ədəd qara rəngli parça material qabında olan qara rəngli fanarı, “01” ədəd bənövşəyi rəngli salfeti, “01” ədəd qara rəngli “Leobank”-a məxsus 4098 5844 6255 2041 nömrəli plastik kartı, “02” ədəd “Milli ön” terminalı vasitəsi ilə ödəniş barəsində qəzblərini, “01” ədəd üzərində mobil nömrələr qeyd olunmuş kağız parçasını çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs qara rəngli pul kisəsini açaraq içərisində olan əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs qara rəngli pul kisəsini açaraq içərisində olan “01" ədəd boz rəngli elektron tərəzini, “01” ədəd sarı rəngli alışqanı, “01” ədəd dəsti qəhvəyi rəngli olan kiçik ölçülü cib bıçağını, “01” ədəd boz rəngli dəmir qayçını, "09” ədəd tibbi şpris başlıqlarını, “01” ədəd içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan şəffaf sellofana bükülmüş bükümü, “01” ədəd içərisində şəffaf rəngli kristal şəkilli maddə olan şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 15 iyul 2022-ci il tarixli "xxxx" MMC mobil operatorundan daxil olmuş "xxxx" protokoldan görünür ki, Azerfon MMC-dən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrəyə daxil olan və çıxan mesajların mətnlərinə baxış zamanı onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunması, saxlaması, daşıması, istifadə etməsi göndərməsi və satması faktlarını sübut edən çoxsaylı mesajların olması müəyyən olunmuşdur. Belə ki, xx-xx-2022 21:42:56 1.1.**********53 1.1.**********82 “qaqaw meni padvadit eledin 50m xeyirden qaldim hami tema isdiyir men ancaq 80m ola-ola hem lomkadayam senol 80m men indiye 200m elemisdim azertel ac 80m” xx-xx-2022 21:42:57 1.1.**********53 1.1.**********82 “at karya senol ayibdiye mene qarsi senin beje ejemeyin ayib ojsun zrng vur mene yadiva saj hejem menim sende 100m yaxin pujum qajib helemfe adinda cekmi” xx-xx-2022 19:57:56 1.1.**********53 1.1.**********82 “qaqas mene srocnu 25-30m pul lazimdi gonderü bilərsen ae indi gonde” xx-xx-2022 17:08:51 1.1.**********53 1.1.**********10 “qaqaw daniwa bilmirem anarin oz nomresine zeng vur masazirdqdi o sene yaxin di gorusersen oninla problem var” xx-xx-2022 03:22:41 1.1.**********53 1.1.**********51 “seher necede olursa olsum gelersen burada varundusa cirararsan meni vezyetden” xx-xx-2022 14:32:14 1.1.**********53 1.1.**********63 “baci salam necesen mene 20- 30m pul lazimdi pulum yoxdu kartin kodunu deyim yuklede karta cavab verde” 04-2022 14:54:29 1.1.**********53 1.1.**********82 “tel cavab ver senincun goturum??deqiq olsun” xx-xx-2022 16:03:14 1.1.**********53 1.1.**********82 “qaqas sonra deyirsen incimisen mennen tema zakaz elemisem İsaata gö” xx-xx-2022 16:03:15 1.1.**********53 1.1.**********82 “turrem sende tel acmirsan sene göre olan qalan pulumu vermisem sen” xx-xx-2022 16:03:16 1.1.**********53 1.1.**********82 “dediyincun sende tel acmirsan yenede elimde qalacaq eybi yoxdu men” xx-xx-2022 16:03:17 1.1.**********53 1.1.**********82 “yerbeyer eleyerem nəsə mənde sən zeng vuranfa göturmerem tel” xx-xx-2022 17:11:31 1.1.**********53 1.1.**********63 “hatdasan mene srocnu 5m nar konturu lazimdi 3m olat yikləyə bilərsen” xx-xx-2022 19:14:52 1.1.**********53 1.1.**********82 “qaqas men xetaideyem gedirem sumqayita cavab ver biryerde görusek” xx-xx-2022 20:37:04 1.1.**********53 1.1.**********82 “qaqas corata getmek isdeyirem” xx-xx-2022 21:04:30 1,1.**********53 1.1.**********82 “qaqas sende pul hazir olacaq?senöl dasi gucnen tapmisam ne pulum va” xx-xx-2022 21:04:30 1,1.**********53 1.1.**********82 “rdi vermişəm dasa men buralardayam seni gözduyurem uşaqdan borca pu” xx-xx-2022 21:04:31 1.1.**********53 1.1.**********82 “İ almisam yanimdadi senden alib ona vermeliyem qardasimsan sende pu” xx-xx-2022 21:04:32 1.1.**********53 1.1.**********82 “lu duz eliyeraende 140m olacaqda sende duzelen kimi meni yig” xx-xx-2022 01:29:42 1.1.**********53 1.1.**********75 “qaqas gelirem 15 deq 20yanvardayam” xx-xx-2022 02:35:54 1.1.**********53 1.1.**********75 “3-4deq ordayam” xx-xx-2022 14:30:49 1.1.**********53 1.1.**********82 “qaqaw men 20yanvara catdim nece eleyim tel ac mene birsoz de ancaw dunenki kimi olmain mende vezyey lap pisdi” xx-xx-2022 19:06:04 1.1.**********53 1.1.**********82 “azer gece menim vatsapimnan zeng vurdugin qaqas zeng vurub deyirki 40m pul vermek isdeyirem Azere men ona kartimin kodunu gonderim” xx-xx-2022 19:07:21 1.1.**********53 1.1.**********82 “cavab ver tez qaqsw əıdən cixmasin mene sms yaz öz adından mende gö” xx-xx-2022 19:07:21 1.1.**********53 1.1.**********82 “nderim ona xx-xx-2022 19:09:33 1.1.**********53 1.1.**********82 “qaqas pulu gonder karta Leobank axrinci 8 rəqəmi isdəyəcək 5020 796” xx-xx-2022 21:19:00 1.1.**********53 1.1.**********46 “yavergile catiram gelib sene deyecem buna verim tema” xx-xx-2022 16:47:00 1.1.**********53 1.1.**********91 “y8ıdayam gelorem” xx-xx-2022 12:51:28 1.1.**********53 1.1.**********03 “qaqas 2deq yanindadi senol Smanatda taksi pulu vürmoae catdi” xx-xx-2022 17:40:41 1.1.**********53 1.1.**********51 “hardasan” xx-xx-2022 17:41:42 1.1.**********53 1.1.**********51 “kontur yoxdu mene zeng vur” xx-xx-2022 16:06:00 1.1.**********53 1.1.**********91 “qaqaw necesen tel ac isim var” xx-xx-2022 16:50:48 1.1.**********53 1.1.**********03 “ay qaqaw men sene bele elemisem 25m gelirem goturmeye senol srocnu pul lazimdi o terefe pul vurmaliyam tel ac” xx-xx-2022 17:00:48 1.1.**********53 1.1.**********37 13 “dunenki usdunede 12m qoy obsi 25m vur axsam gelib tek deyerem ancaq tez yukleki tez atim tezde alim” xx-xx-2022 17:38:50 1.1.**********53 1.1.**********46 “anar gelir isdiyirsen anarada deyek atisaq gedek” xx-xx-2022 17:58:14 1.1.**********53 1.1.**********91 “qaqaw emiden sorus nese lazim olacaq ona 40+12=50 sendwkide 15 obsi 65 sen axsama emicun 3dene gotuzdur 120m +65=185 mende sene 15m cixim hemde yarida ko” xx-xx-2022 17:58:15 1.1.**********53 1.1.**********91 “la verim mene cavab de” xx-xx-2022 05:57:08 1.1.**********53 1.1.**********82 “de sene temanin yerini deyim” xx-xx-2022 05:57:08 1.1.**********53 1.1.**********82 “qaqas sen yuxudan duran kimi mene zemg vir yarinin pulunu yukıe men” xx-xx-2022 09:49:50 xx-xx-2022 09:49:50 1.1.**********53 1.1.**********82 “qaqas evine zeng vurdum masinida vurub dunen 100m cərimə yaziblar a” xx-xx-2022 09:49:52 1.1.**********53 1.1.**********82 “tda karta 20m sonuncu 8 reqem 6255 2041 Leobank” xx-xx-2022 11:11:05 1.1.**********53 1.1.**********82 “qaqas tema azdi pulu yuklə elə temada 1ci bloldadi anarda bilir ye” xx-xx-2022 11:11:06 1.1.**********53 1.1.**********82 “rini tez dursa yuxudan gedib götrecekl qaqas uz vurma mende vezyet” xx-xx-2022 11:11:06 1.1.**********53 1.1.**********82 “pisdi pulu yuklə hq” xx-xx-2022 12:31:13 xx-xx-2022 12:31:14 1.1.**********53 1.1.**********88 “alo qaqas oy blad yatib qalmisam indi gördüm sms” xx-xx-2022 19:15:54 xx-xx-2022 19:15:54 1.1.**********53 1.1.**********37 “qaqas belə olmadi bes gece atacaqdin indi atda” xx-xx-2022 20:30:58 1.1.**********53 1.1.**********37 “10m gpnderde kartima meni gecikdirmədə orada pyl atmaliyam tez elə” xx-xx-2022 00:00:04 1.1.**********53 1.1.**********10 “Yetka yolfafıq gelırık ne lazımdı sene tel xarabdı” xx-xx-2022 07:13:13 1.1.**********53 1.1.**********03 “Ayıb olsun 25m gore 40yasında cayıl qacıb gızlener senol fexi sabah” xx-xx-2022 07:13:14 1.1.**********53 1.1.**********03 “size gelecek ya qardaşınnan yadakı maman dan alacaq” xx-xx-2022 17:33:15 1.1.**********53 1.1.**********25 “Qaqa gel sama xınkaya men 5deq ordayam” xx-xx-2022 02:28:40 1.1.**********53 1.1.**********82 “Qaqa gel de Sen ol post patrullar gelıb kecdıler yaxsıkı gormedışer” xx-xx-2022 02:28:41 1.1.**********53 1.1.**********82 “tez ele” xx-xx-2022 02:45:30 1.1.**********53 1.1.**********82 “Qaqa gelirem qapıvızın ağzına cıx teli ver mende verim yadakı qoy ora” xx-xx-2022 02:47:31 1.1.**********53 1.1.**********82 “Ne cetındiki 1deq çıxıb qapıya meni gormwk” xx-xx-2022 02:50:03 1.1.**********53 1.1.**********82 “Qaqa men 8cı mertebe deyem çıxda Taksi gozdıyur” xx-xx-2022 05:08:59 1.1.**********53 1.1.**********37 “Biz anar gıldeyık problem vardı ısdıyırswn terlan şadlıq evi terefd” xx-xx-2022 05:09:00 1,1.**********53 1.1.**********37 “eyem hazır pısırım gel vur get” xx-xx-2022 05:12:54 1.1.**********53 1.1.**********37 “Qaqaw saqolda vallah” xx-xx-2022 05:19:39 1.1.**********53 1.1.**********37 “Neyniyim 4 neferdık nece gelerdim anarın dostuda yanımızdaydı ozde” xx-xx-2022 05:19:39 1.1.**********53 1.1.**********37 “pısgundeydı gelim sene problem olardı” xx-xx-2022 06:21:29 1.1.**********53 1.1.**********37 “Anarnan atisib goturmusuq 15m duz-qos yarım saat erzinde getirim qa” xx-xx-2022 06:21:29 1.1.**********53 1.1.**********37 “pıdan verim sene taxsı pulunda ısxemoreö” xx-xx-2022 11:24:23 1.1.**********88 1.1.**********53 “Qaqas 2 kola 1 pati lazimdi biyag didiyim tezbazar menem ümüd” xx-xx-2022 11:34:44 1.1.**********82 1.1.**********53 “Yusif anarda söndürüb telefonu mən neyləyim” xx-xx-2022 13:15:04 1.1.**********21 1.1.**********53 “Qaqa menem umud. Hardasan” xx-xx-2022 13:18:03 1.1.**********37 1.1.**********53 “Hereye 03 kola icdiy 02 araq yadinda? Ordan cixanda yiq gelim arxa mehlede goruwey qiz burdadi bugunluy” xx-xx-2022 15:00:16 1.1.**********37 1.1.**********53 “Qaqa mamawagil bura gelib arkadan girende zibilliy terefde goruweriy” xx-xx-2022 17:36:45 1.1,**********94 1.1.**********53 “Qaqas hacan gelisen menem bayağ masinda dedim e yarim saata gelirem” xx-xx-2022 19:20:26 1.1.**********37 1.1.**********53 “Sene qurban ayda gozle sebr et yiqiram” xx-xx-2022 20:37:43 1.1.**********37 1.1.**********53 “Ay ble qaqaw kodu at soradaki vaxtin olsa meni yiq” xx-xx-2022 23:35:41 1.1.**********37 1.1.**********53 “Qaqaw incimirem telfonu acmirsan yeqin iwin varda bayaq dediyim lazim deyil birazdan eve gedirem” xx-xx-2022 00:54:43 1.1.**********82 1.1.**********53 “Bir kəlmə de yekə oğlansan” xx-xx-2022 01:13:54 1.1.**********82 1.1.**********53 “Yusif bir kəlmə yaz heç olmasa adamı bu qədər gözlətməzlər qaqaş sə” xx-xx-2022 01:13:55 1.1.**********82 1.1.**********53 “nin də başıva gələr” xx-xx-2022 01:15:35 1.1.**********82 1.1.**********53 “Noldu qaqaş” xx-xx-2022 10:07:57 1.1.**********88 1.1.**********53 “Ayidadi” xx-xx-2022 20:41:11 1.1.**********37 1.1.**********53 “2gundu seni yiqiram gah adboy verirsen gahdaki acmirsan sene bunan sora yiqaninda senin zengivi acaninda vso uzaq olsaq yaxwidi” xx-xx-2022 03:53:13 1.1.**********80 1.1.**********53 “Ayidadi acda bu poxu” xx-xx-2022 17:50:25 1.1.**********44 1.1.**********53 “Mənə bir qardaç gətirdi 4 ədəd hinduşqa əti.ona görə sonra götürəc” xx-xx-2022 17:50:25 1.1.**********441.1.**********53 “əm.birdə karta pul vurum?40 azndi?” xx-xx-2022 18:29:21 1.1.**********20 1.1.**********53 “G*******n ac telfonu mənəm Xəqani kodu dinəndə mənə” xx-xx-2022 03:48:20 1.1.**********37 1.1.**********53 “Yekə kiwisen 4saatdi seni gozluyurem” xx-xx-2022 05:12:54 1.1.**********37 1.1.**********53 “Qaqaw saqolda vallah hecneyin lazim deyil sennen salam sagoluda kesdim day fso” xx-xx-2022 05:22:22 1.1.**********37 1.1.**********53 “Sagol ALLAH KOMEYİN OLSUN 5SAAT GOZLEDİM ABYEKTDE İNDİDE GEDİB YATİRAM SAGOL” xx-xx-2022 14:51:35 1.1.**********37 1.1.**********53 “Yeke oqlansan bu elediyin nedide meni ele salirsan? kimi sözlər yazılmışdır.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin aşkar edilməsi, narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin külli miqdarda olması, həmçinin üzərindən 01 ədəd gümüşü rəngli elektron tərəzi və 09 ədəd içərisində iynə olan şpris başlıqlarının aşkar olunması, həmçinin mobil telefonunda olan sms mətnləri onun həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmişdir, xx.xx.2014cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Kürdəmir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şhəri, Nizami rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan mərhum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluğu olmayan hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cəzadan azad olunduğu gündən 2 (iki) il keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin residivi kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,172 qram təşkil edən narkotik vasitə olan heroin, qalıq çəkisi 13,430 qram təşkil edən psixotrop maddə olan metamfetamin, bir ədəd gümüşü rəngli elektron tərəzi və doqquz ədəd içərisində iynə olan şpris başlıqları məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 152 (yüz əlli iki) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 36 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 216 manat məbləğində pul onun vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,172 qram təşkil edən narkotik vasitə olan heroin, qalıq çəkisi 13,430 qram təşkil edən psixotrop maddə olan metamfetamin, bir ədəd gümüşü rəngli elektron tərəzi və doqquz ədəd içərisində iynə olan şpris başlıqları məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 152 (yüz əlli iki) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına 216 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1502/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1502/2022
10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver