Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1502/2024 27.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X11 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 20 avqust 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, həmin ünvanda da yaşayan, barəsində xx.xx.2023-cü il tarixdən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, başqa cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşımış, habelə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan “Milad” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunsuz olaraq satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, “Milad” adlı şəxsdən istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə 1,092 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməklə üzərində saxlayaraq daşımış, həmin narkotik vasitə heroini “Milad” adlı şəxsin göstərişi əsasında ünvanlara çatdırması müqabilində sonuncunun ona istifadə etməsi üçün narkotik vasitə heroin verəcəyi ilə bağlı aralarında razılaşıb bu məqsədlə əldə etdiyi bir ədəd bükümdə 1,092 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini mağazadan aldığı salfetkanın arasına qoyub şirniyyatların arasında gizlədərək qablaşdırıb “Milad” adlı şəxsin göstərişinə əsasən Qazax rayonunda yaşayan tanımadığı X8 çatdırılması üçün Bakı-Qazax rayonlarıarası sərnişin daşınma ilə məşğul olan cinayətdən məlumatı omayan Şahid3 yol haqqı olaraq 5 manat pul verib daşınmasını təşkil etmiş, Şahid3 həmin selofan torbada saxlanılması qanunla qadağan olunmuş əşya və ya predmetin olmasından şübhələnərək qeyd olunanlarla bağlı Binəqədi RPİ-nin PPXBnün polis nəfərlərinə məlumat verib Təqsirləndirilən şəxs aldığı bağlamanı 21 mart 2023cü il tarixdə saat 21:00-da Binəqədi RPİ-nin 40-cı PB-nə təqdim etmiş, orada təqdim edilən bağlamaya baxış keçirilərkən bir ədəd bükümdə 1,092 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “İlham” adlı şəxsdən istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxs istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,102 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 20:15 radələrində orada saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PŞ-nə gətirilmiş, PŞ-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,102 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələri ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 15 ildir narkotik vasitələrdən istifadə edir. Qaraciyər serrozundan əziyyət çəkir. Qara rəngli Lada Priora markalı avtomobili kreditlə alaraq taksi faəliyyəti ilə məşğul olmuşdur. İran İslam Respublikası vətəndaşından şəxsi istifadəsi üçün heroin almışdır. Həmin ərəfədə pulu olmamışdır. İranlı vətəndaşı ilə əlaqə saxlayaraq ondan narkotik vasitə almışdır. Sonuncu ona şəxsi istifadəsi üçün 1 qram, Qazax rayonuna göndərməsi üçün 1 qram olmaqla ümumilikdə 2 qram heroin göndərəciyini demişdir. Bundan sonra Xırdalan şəhərində narkotik vasitəni İran vətəndaşının dediyi yerdən götürüb 1 qramını özü üçün götürmüş, qalan 1 qramı isə Qazax rayonuna göndərilməsi üçün Bakı Beynəlxalq Avtovağzalına aparıb avtobus sürücüsünə vermişdir. Narkotik vasitə göndərdiyi şəxsi tanımamışdır. 2-3 gün sonra evdə olarkən polis əməkdaşları evinə gəlmiş və onu saxlayaraq Binəqədi RPİ-nin 40-cı PB-ə aparmışlar. İki gün X6 saxladıqdan sonra barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılmışdır. Barəsində həbs qətimkan tədbirinin seçilməsində imtina edilmişdir. 2-3 gün sonra Maştağada çörək alıb evə qayıdarkən polis əməkdaşları tərəfindən “Mersedes” markalı avtomobillə əyləşdirilmişdir. Avtomobildə döyülmüşdür. Sahə rəisi Samir ona həbs edilərək 1 il müddətə azadlıqdan məhrum ediləcəyini demişdir. O, iki aşyaşlı uşağının olduğunu deyərək etiraz etmişdir. Sabunçu RPİ-nin 14-cü PŞ-də üzərinə yenidən şəxsi axtarış keçirilsə də, heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bölmədə olarkən də polislər tərəfindən döyülmüşdür. Qarşısına bir büküm narkotik vasitə qoyaraq həmin narkotik vasitənin ona məxsus olmasını etiraf etməli olduğu deyilmişdir. Məcbur qalaraq narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Xəstə olduğu üçün şəxsi istifadəsi məqsədilə narkotik vasitə əldə edərək istifadə etmişdir. İlham adlı şəxsi tanımır, 40 manata narkotik vasitə almamışdır. İkinci epzizodla bağlı ifadələri müstəntiq tərəfindən yazılmışdır. 055 ***-**-** saylı mobil nömrə onun olsa da, 099 ***-**-** saylı mobil nömrə həyat yoldaşına məxsusdur. Həmin nömrəni istifadə etməmişdir. Ona qarşı irəli sürülmüş ittihamın birinci epizodunu təsdiq etsə də, ikinci epizodu təsdiq etməmişdir. O, ifadəsində qeyd etmişdir ki, döyülməsi ilə bağlı heç yerə şikayət etməmiş, hazırda heç bir xəsarəti yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında xx.xx.2023-cü il tarixli epizod üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Digər epizod üzrə isə ifadəsini təsdiq etməmişdir. Həmin ifadəsində göstərmişdir ki, 13 iyun 2023-cü il tarixdə, saat 20:15 dəqiqədə, ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək xidməti vəsiqələrini göstərib barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onu Sabunçu RPİnin 14-cü PŞ-nin inzibati binasına dəvət etmişlər. PŞ-də dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmüş, ona hüquq və vəzifələri elan olunmaqla qeyd olunanlarla bağlı bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuş, sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarının sol yan cibindən 1 (bir) ədəd 055 ***-**-** və 099 ***-**-** nömrələri istifadə etdiyi “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi heroin elektron tərəzidə çəkilmiş, heroinin çəkisi 1,76 (bir tam yüzdə yetmiş altı) qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş həmin kütlə qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, qablaşdırmanı o, müdafiəçi və təhqiqatçı imzalamışlar. Ona məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefonun iş üçün əhəmiyyət kəsb etməsi nəzərə alınaraq götürülmüşdür. Sorğu zamanı o, etiraf etmişdir ki, üzərindən aşkar olunmuş kütlə özünə məxsusdur, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “İlham” adlı şəxsin vasitəsi ilə 1 (bir) gün əvvəl Bakı şəhəri, Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə 40 (qırx) manata əldə etmiş, heç kimə narkotik vasitə satmamış, başqa heç yerdə narkotik maddə saxlamır, həmçinin ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilməmişdir. O, saxlanılan və ya Sabunçu RPİ-nin 14-cü PŞ-nə gətirilən zaman üzərinə şəxsi axtarış keçirilməmiş, onun üzərinə yalnız Sabunçu RPİ-nin 14-cü PŞ-də təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Narkotik vasitənin heroin növündən istifadə etdiyi müddətdə heroini müxtəlif yerlərdən müxtəlif tanımadığı şəxslərdən almış, həmin şəxslərin əlaqə vasitəsi və anket məlumatları barədə heç bir məlumatı yoxdur. Aldığı heroindən istifadə etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlayaraq daşıması, habelə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlaması və daşıması özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün istintaq zamanı və məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 21 mart 2023-cü il tarixdə Binəqədi RPİ-nin PPXB-nün polis nəfərləri Bakı Beynəlxalq Avtovağzalında xidmətdə olan zaman bir nəfər avtobus sürücüsü onlara yaxınlaşaraq tanımadığı şəxsin sellofan torbada bağlama verərək Qazax rayonuna aparmasını demişdir. Həmin avtobus sürücüsü bağlamanın içərisində narkotik vasitə olmasından şübhələndiyi üçün polis əməkdaşlarına təqdim etmək üçün gətirmişdir. Polis əməkdaşları Binəqədi RPİ-nin 40-cı PB-nin Növbətçi Hissəsinə məlumat verib həmin avtobus sürücüsünü 40-cı PB-ə gətirmişlər. Polis bölməsində sellofan torba açılıb içərisinə baxıldıqda şirniyyatların yanında 01 ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu görmüşlər. Həmin şəxsin Hacıəli olduğunu müəyyən etdikdən sonra sonuncunu saxlayaraq Binəqədi RPİ-nin 40-cı PB-ə aparmışlar. Bölmədə Hacıəlinin üzərində şəxsi axtarış keçirilmiş, üzərindən heç bir əşya aşkar edilməmişdir. Hacıəli içərisində narkotik vasitə olan bağlamanı Qazaxa göndərmək istədiyini etiraf etmişdir. Belə ki, məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsi tanımır. 21 mart 2023-cü il tarixdə Bakı Beynəlxalq Avtovoğzalında xidmətdə olan zaman avtobus sürücüsü yaxınlaşaraq bir nəfər tanımadığı şəxsin ona sellofan torbada bağlama verərək Qazax rayonuna aparmasını demişdir. Həmin torbadan şübhələnmişdir. O da bu barədə Binəqədi RPİ-nin 40-cı PB-nin Növbətçi Hissəsinə məlumat vermiş və sürücünün 40-cı PB-ə aparılmasını təmin etmişdir. Bağlamanın içərisində narkotik vasitə olmasını görməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, əvəllər Mercedes Vita markalı avtomobili ilə Bakı-Qazax marşrutu üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olmuşdur. 21 mart 2023-cü il tarixdə avtovoğzalda olarkən bir nəfər şəxs ona yaxınlaşıb sellofan bağlamada bayram payı üçün şirniyyat olduğunu, ailəsinə çatacağını, həmin bağlamanı anasının götürəcəyini deyərək Qazax rayonuna aparmasını xahiş etmişdir. Razılaşdıqdan sonra torba və 5 manat pul vermiş, az olacağı halda bağlamanı təhvil verərkən əlavə pul veriləcəyini demişdir. Həmin şəxs uzaqlaşdıqdan sonra şübhələndiyi üçün sellofana baxmışdır. Sellefonda bir qədər şirniyyat və sellofanda çəkilmiş qara kişmiş olduğunu, kişmiş olan bağlamada ağ salfetdə büküm görmüşdür. Hacıəlinin verdiyi pulun şirnniyyatın dəyərindən çox olmasından şübhələnmişdir. Bağlamanı atmaqdan qorxduğu üçün ətrafda xidmət aparan post patrul xidmətinin əməkdaşlarına yaxınlaşıb qeyd olunanlarla bağlı məlumat vermişdir. Onlar əməliyyat qrupuna zəng etmiş, əməliyyat qrupu hadisə yerinə gəlmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır. 2023-cü il tarixdə mart ayında, Bakı Beynəlxalq Avtovoğzalında xidmətdə olan zaman avtobus sürücüsü ona yaxınlaşaraq bir nəfər tanımadğı şəxsin Qazax rayonuna çatdırması üçün ona sellofan torbada bağlama verdiyini və həmin bağlamada narkotik vasitə olmasından şübhələndiyini demişdir. Bağlamaya baxdıqdan sonra bu barədə Binəqədi RPİ-nin 40-cı PB-nin Növbətçi Hissəsinə məlumat verərək əməliyyat qrupu çağırmışlar. Bağlamanı və sürücünü 40-cı PB-ə gətirib əmədliyyat qrupuna təhvil vermişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır. 2023-cü il tarixdə mart ayında, Bakı Beynəlxalq Avtovoğzalında xidmətdə olan zaman avtobus sürücüsü ona yaxınlaşaraq bir nəfər tanımadğı şəxsin Qazax rayonuna çatdırması üçün ona sellofan torbada bağlama verdiyini və həmin bağlamada narkotik vasitə olmasından şübhələndiyini demişdir. Bağlamada kişmişin içərisində salfetə bükülmüş büküm görmüşdür. Bağlamaya baxdıqdan sonra bu barədə Binəqədi RPİ-nin 40-cı PB-nin Növbətçi Hissəsinə məlumat verərək əməliyyat qrupu çağırmışlar. Bağlamanı və sürücünü 40-cı PB-ə gətirib əmədliyyat qrupuna təhvil vermişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Hacıəlini cinayət hadisəsi ilə əlaqədar tanımışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı dail olmuşdur. 2023-cü ilin iyun ayında Təqsirləndirilən şəxs Maştağa qəsəbəsində saxlanılaraq 14-cü Polis Bölməsinə aparılmışdır. Hacıəlinin saxlanılmasında Şahid2lə birlikdə iştirak etmişdir. Samir adlı sahə rəisi Hacıəlinin saxlanılmasında iştirak etməmişdir. Bölmədə sonuncunun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Hacıəlinin üzərindən bir büküm heroin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Hacıəli həmin heroini şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşı İlham adlı şəxsin vasitəsi ilə əldə etdiyini bildirmişdir. Hacıəlinin üzərindən telefon da aşkar edilmişdir. Hacıəli əlavə olaraq narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, heç kəsə satmadığını bildirmişdir. Sonuncuya qarşı heç bir fiziki və psixi təzyiq edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Hacıəlini hadisə ilə əlaqədar tanımışdır. 2023-cü ilin iyun ayında piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs saxlanılaraq 14-cü Polis Bölməsinə aparılmışdır. Bölmədə Hacıəlinin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Hacıəlinin üzərindən telefon və bir ədəd bükümdə heroin aşkar olunaraq götürülmüşdür. Büküm tərəzidə çəkilərək qablaşdırılmışdır. Sorğu zamanı Hacıəli həmin heroini şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Hacıəlinin evinə baxış keçirilməmişdir. 21 mart 2023-cü il tarixli Şahid3 tərəfindən yazılmış ərizədən görünür ki, həmin tarixdə saat 20 radələrində Bakı Beynəlxalq Avtovağzalında tanımadığı şəxs ona yaxınlaşıb Qazax rayonuna çatdırması üçün bağlama vermişdir. Həmin bağlamadan şübhələndiyi üçün polisə təqim etmişdir. (i.v. 90) 25 mart 2023-cü il tarixli raportdan görünür ki, 21 mart 2023-cü il tarixdə saat 21:00da Şahid3 könüllü olaraq 40-cı PB-ə gələrək 21 mart 2023-cü il tarixdə Bakı Beynəlxalq Avtovağzal Kompleksində naməlum şəxsin Qazax rayonuna aparması üçün ona verdiyi içərisində şirniyyatlar olan üzərinə “Al market” yazısı olan şəffaf sellofan bükümü könüllü olaraq təqdim etdi. 22 mart 2023-cü il tarixli 6/1702 saylı ekspert rəyi ilə həmin maddənin 1,092 qram çəkidə kustar üsulla hazırlanmış narkotik maddə heroin olduğu müəyyən edildi. Araşdırma zamanı həmin narkotik vasitəni göndərən şəxsin ünvan 1 də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. (i.v. 88) 13 iyun 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respubliksı vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhli bilindiyi üçün 13 iyun 2023-cü il tarixdə, saat 20:15 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasına gətirilmişdir. (i.v. 4) 13 iyun 2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respubliksı vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olduğu bildirilir. (i.v. 5) 24 mart 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 21:40-də (faktiki saxlanılma saat 19:30-da) Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 21) 13 iyun 2023-cü il tarixli tutma protokolundan görünür ki, həmin gün saat 21:30-də (faktiki saxlanılma saat 20:15-də) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis mayoru Yelmar Vahabov tərəfindən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 21) 26 mart 2023-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon Məhkəməsinin 26 mart 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşından son dəfə narkotik vasitə alarkən həmin şəxsin ona artıq 01 büküm göndərəcəyini, artıq 01 bükümü Qazax rayonuna tanımadığı şəxsə çatdıracağı təqdirdə ona əlavə olaraq 1 qram da narkotik vasitə veriləcəi barədə razılaşdığını, buna görə də, həmin büküm Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtobus sürücüsünə çatdırması üçün verdiyini bildirmişdir. (i.v. 175-181) 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, Sabunçu rayon prokurorunun 15 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək sonuncu saxlanıldığı Sabunçu RPİ-nin MSY-dən azad edilmişdir. (i.v. 66-68) 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 69-70) 08 dekabr 2023-cü il tarixdə cinayət işi üzrə icraat təzələnmiş, 20 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. (Cild 2 i.v. 69-71) 01 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs könülllü olaraq istintaqa gəldiyindən həmin gün cinayət işi üzrə icraat təzələnmişdir. (Cild 2 i.v. 89-91) 24 mart 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. (i.v. 132-133) 21 mart 2023-cü il tarixli könüllü təqdim etmə protokoldan görünür ki, Şahid3 könüllü olaraq Binəqədi RPİ-nin 40-cı PB-ə gələrək naməlum şəxsin Qazax rayonuna aparması üçün ona verdiyi içərisinə şirniyyatlar olan üzərinə “Al market” yazısı olan şəffaf sellofan torbanı təqdim etmişdir. (i.v. 94) 21 mart 2023-cü il tarixli maddi sübutun götürülməsi protokolundan görünür ki, Şahid3 könüllü olaraq Binəqədi Rİ-nin 40-cı PB-ə gələrək naməlum şəxsin Qazax rayonuna aparması üçün ona verdiyi içərisinə şirniyyatlar olan üzərinə “Al market” yazısı olan şəffaf sellofan torbanı təqdim etmiş, narkotik maddəyə bənzəyən həmin büküm aşkar edilərək götürülmüşdür. (i.v. 95) 17 aprel 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş Samsung markalı mobil telefona baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (i.v. 189) 13 iyun 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyli, nakrotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoydu. Sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildi və əynində olan həmin şalvarın sol yan cibindən bir ədəd içərisində 055 757-11-17 və ***-***-**-** simkart nömrələri olan “Samsung” markalı mobil telefon aşkar edilərək götürüldü. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkildi. Həmin kütlənin çəkisi 1,76 qram oldu. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı “İlham” adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Bakı şəhəri, Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə 40 (qırx) manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirdi. (İ.v 30-31) Məhkəmə-kimyəvi ekspertizasının 22 mart 2023-cü il tarixli, 6/1702 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Zərflər üçün N- 234” dairəvi möhür əksi olan, “(imza) Mehdiyev...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmizçəkisi 1,092 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v. 121) Məhkəmə-kimyəvi ekspertizasının 14 iyun 2023-cü il tarixli, 3-16-16-2-7/1733 saylı rəyindən görünür ki, Cinayət işinin istintaqı zamanı alınmış məhkəmə-kimyəvi ekspertizasının 14 iyun 2023-cü il tarixli, 6/3333 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,102 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ.v 39-40) Ambulator məhkəmə-narkoloji ekspertizasının 02 may 2023-cü il tarixli, 2581 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ.v 220-221) Ambulator məhkəmə-psixiatrik ekspertizasının 25 aprel 2023-cü il tarixli, 1125 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq iqtidarındadır. (İ.v 225-226) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 07 ay 20 gün vaxtından əvvəl şərti azad edilmiş və məhkumluğu olmayan hesab edilir. (Cild 2 i.v. 36-37) Nizami rayon Məhkəməsinin 14 may 2015-ci il tarixli, 1(107)-171/2015 nömrəli hökmününü surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (Cild 2 i.v. 38-40) 01 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,002 qram heroin, Təqsirləndirilən şəxs Qazax rayonuna aparması üçün Şahid3 verdiyi, Bİnəqədi RPİ-nin 40-cı PB-də keçirilən baxış zamanı aşkar edilmiş aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,042 qram heroin Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2017-ci il təvəllüdlü X5 adında, 13 oktyabr 2020-ci il təvəllüdlü X7 adında 2 azyaşlı övladı vardır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 02 ədəd diskə baxılmışdır. 24 mart 2024-cü il tarixli şəxs axtarış baxış və götürmə protokoluna dair diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs təhqiqatçının təklifi ilə əynində olan gödəkçənin yan cibindən 01 ədəd mobil telefonu təqdim etdi və şəxsi axtarış zamanı onun üzərindən dövriyyəsi qanunla qadağan olunmuş əşya aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs 21 mart 2024-cü il tarixdə İran İslam Respublikası vətəndaşının ona bildirdiyi yerdən götürdüyü narkotik vasitəni Qazax rayonuna çatdırması üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksində avtobus sürücüsünə verdiyini etiraf etmişdir. O, İran İslam Respublikasının vətəndaşı olan şəxsə məxsus +**********29 saylı mobil nömrə və telefonun yaddaşna “Qazax” kimi qeyd edilmiş mobil nömrəni təqdim edərək narkotik vasitələri necə əldə etməsini və Qazax rayonuna göndərməsini bildirdi. Bundan başqa, o, narkotik vasitəni Qazax rayonuna çatdıracağı halda İran vətəndaşından əlavə 1 qram narkotik vasitə alacağını bildirmişdir. Bundan başqa 13 iyun 2024-cü il tarixli şəxs axtarış baxış və götürmə protokoluna dair diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs təhqiqatçının təklifi ilə sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroini və 01 ədəd mobil telefon təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qablaşdırıldı və tərəzdə çəkildikdən sonra çəkisi 1,76 qram olması müəyyən edildi. Təqsirləndirilən şəxs narkotik vasitən 1 gün əvvəl Xəzər rayonu ərazisindən sosial şəbəkə vasitəsi ilə tanıdığı İran İslam Respublikası vətəndaşı olan “İlham” adlı şəxsdən şəxsi istifadəsi üçün 40 manata aldığını, narkotik vasitəni satmadığını və ya oay müqabilində başqa şəxslərə vermədiyini bildirdi. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq fiziki və psixi təzyiqlərə məruz qalmadığını bildirdi. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988- ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə : həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət törədilən anda qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 0,15 (sıfır tam yüzdə on beş) qramdan 2 (iki) qramadək çəkidə narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPMnin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, 24 mart 2023-cü il tarixli şəxsi axtarış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə cibində olan mobil telefonu könüllü şəkildə təqdim etmiş, həmin mobil telefondan narkotik vasitələri aldığı İran vətəndaşının və sonuncudan əldə etdiyi narkotik vasitəni satacağı şəxsin nömrəsini qeyd etmiş və narkotik vasitələri hansı formada əldə etdiyini və satmaq üçün Qazax rayonuna necə göndərməsini detallı şəkildə izah etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə də riayət edilmişdir. Belə ki, 13 iyun 2023-cü il tarixli şəxsi axtarış videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. O, məhkəmə baxışı zamanı ona qarşı irəli sürülmüş ittihamın birinci epizodunu, yəni İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan “Milad” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək qanunsuz olaraq satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib narkotik vasitənin satışı məqsədilə əldə etdiyi bir ədəd bükümdə 1,092 qram narkotik vasitə heroini mağazadan aldığı salfetkanın arasına qoyub şirniyyatların arasında gizlədərək qablaşdırıb “Milad” adlı şəxsin göstərişinə əsasən Qazax rayonunda yaşayan tanımadığı X8 çatdırılması üçün Bakı Qazax rayonları arası sərnişin daşınma ilə məşğul olan cinayətdən məlumatı omayan Şahid3 verməsini, bunun müqabilində İran vətəndaşının ona özü üçün 1 qram heroin verməsini təsdiq etmişdir. Təqsirləndirilən şəxsin etirafedici ifadəsi ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün istintaq zamanı verdiyi ilkin ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə də tam təsdiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ifadələrindən, eyni zamanda 24 mart 2023-cü il tarixli videoçəkiliş vasitəsilə aparılmış şəxsi axtarış zamanı dediklərindən də aydın olur ki, o, İran İslam Respublikasının vətəndaşı olan şəxsə məxsus +**********29 saylı mobil nömrə ilə narkotik vasitələri əldə etməmişdən əvvəl onun götürülməsi və hansı formada realizə edilməsi barədə razılığa gəlmiş və sonuncunun dediyi yerdən götürməklə faktiki olaraq narkotik vasitə, psixotrop maddəninin əldə etmə, daşıma və saxlamadan ibarət hərəkətlər hər ikisinin hakimiyyəti altında olmuşdur. Birinci epizodun satış məqsədilə törədilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ifadələrində, eləcə də, həbs qətimkan tədbiri seçilərkən məhkəmədəki ifadəsində göstərmişdir ki, İran İslam Respublikasının «Milad» adlı vətəndaşı 1 qram heroinin Qazax rayonuna gönədirməsi müqabilində ona 1 qram heroin vermişdir. Göründüyü ki, burada Təqsirləndirilən şəxs qazanc kimi özünə 1 qram heroin əldə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 13 iyun 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış zamanı könüllü şəkildə təqdim etdiyi narkotik vasitənin ona məxsus olmamasını, polis əməkdaşları tərəfindən fiziki təzyiqlər nəticəsində etiraf etdiyini bildirməklə ittihamı bu hissədə mübahisələndirmişdir. Odur ki, məhkəmə bu hissədə Təqsirləndirilən şəxs istintaq zamanı, o cümlədən tutularkən, şəxsi axtarışa məruz qalarkən, dindirilərkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalıb-qalmamasını, daha sonra üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olub-olmamasını, eləcə də, satış məqsədinin sübuta yetirilməsini araşdırmalıdır. Təqsirləndirilən şəxs istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığını bildirsə də, bu barədə heç bir hüquq mühafizə orqanına məlumat verməmiş və bu barədə ibtidai istintaq zamanı araşdırma aparılmamışdır. Həmçinin 13 iyun 2023-cü il tarixli şəxsi axtarış zamanı müdafiəçisinin suallarına cavab olaraq heç bir fiziki və psixi təzyiqlərə məruz qalmadığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən zorkılığa məruz qalmasını bildirməsi faktı öz təsdiqini tapmamışdır. Narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olub-olmaması ilə bağlı qeyd edilməlidir ki, videoçəkilişlə aparılan xx.xx.2023-cü il tarixli şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri könüllü təqdim etmiş və onlar qablaşdırılmış, möhürlənmiş, sonuncu həmin qablaşdırmanı imzalamış və məhkəmə fiziki-kimyəvi ekspertizasına göndərilmişdir. Məhkəmə kimyəvi ekspertizası rəyinin təsviri hissəsində göstərilmişdir ki, tədqiqat obyekti Mərkəzə üzərində Azərbaycan Respublikası DİN-nin 7 №-li dairəvi möhür əksi… “Təqsirləndirilən şəxs ...” yazısı və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 1,102 qram qəhvəyi rəngli maddə təqdim edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqdim etdiyi heroin aşkar edilərək götürüldükdən sonra heç bir tamlığı pozulmadan məhkəmə-kimyəvi ekspertizasına göndərilmiş və orada isə çəkisi dəqiqliyi ilə müəyyən olunmuşdur. İkinci epizod üzrə Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib, saxlaması, daşıması işin mübahisəli halıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdə üzərindən aşkar edilmiş narkotik vasitənin satış məqsədi ilə əldə etməsi, narkotik vasitənin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, eləcə də, narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs da ifadəsində üzərindən aşkar edilmiş 1,102 heroini şəxsi istifadə üçün əldə etməsini, narkotikin çəkisinin də şəxsin qısa müddətdə istifadə edə biləcək miqdarda olması, istintaq orqanının da bunu təkzib edəcək hər hansı sübut təqdim etməməsi Təqsirləndirilən şəxs satış məqsədinin olmamasına dəlalət edir. Məhkəmə belə qənaətə gəlir ki, ittihamın bu hissəsində məhkəmə istintaqında Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə etməsi, üzərində saxlayaraq daşıması, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onun üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,102 qram çəkidə heroinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin maddələri məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər təkrar törədildikdə həmin əməl CM-nin 234.4.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs 13 iyun 2023-cü il tarixdə 1,102 qram heroini əldə etməsi Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrinin təsiri altına düşmədiyindən onun əməlində cinayətin təkrarlığı yoxdur. Ona görə də, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs 1,102 qram çəkidə heroini əldə etməsi ilə bağlı hissədə onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə məhkəmə istintaqı zamanı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.2-ci maddələrindən həmin Məcəllənin 234.1-ci və 234.4.1-ci maddələrinə tövsif edilməlidir. Onun əməlində CM-nin 234.1-ci və 234.4.1-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə CM-nin 234.1-ci maddəsi az ağır, 234.4.1-ci maddəsi ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.1-ci maddələrinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən əməlində onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin məcmusu var və ona görə də ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbi nəzərə alınmaqla təqsirli bilindiyi maddələr ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin edilmiş cəzalar tamamilə və ya qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə və 234.4.2-ci maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.4.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 3 (üç) ay müddət ona təyin ediləcək qəti cəzadan çıxılmaqla üzərində saxlanılacaq cəzanın əvvəli hökmün çıxarıldığı gündən, yəni 27 may 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Sabunçu RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 1,002 qram heroin, Təqsirləndirilən şəxs Qazax rayonuna aparması üçün Şahid3 verdiyi, Bİnəqədi RPİ-nin 40-cı PB-də keçirilən baxış zamanı aşkar edilmiş aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,042 qram heroin məhv edilməli, 3 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında salanılmalıdır. İş üzrə məhkəmə kimyəvi ekspertizalarına sərf edilmiş ümumilikdə 161 (yüz altmış bir) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri «Ruslan Vəliyev və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 53 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi üçün vəkil işlədiyi Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun hesabına ödənilməsi üçün 318 (üç yüz on səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 24 mart 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 3 (üç) ay müddət ona təyin edilmiş qəti cəzadan çıxılsın və onun üzərində 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın və onun üzərində saxlanılacaq cəzanın əvvəli 27 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Sabunçu RPİ-nin saxlanc otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 1,002 qram heroin, Təqsirləndirilən şəxs Qazax rayonuna aparması üçün Şahid3 verdiyi, Bİnəqədi RPİ-nin 40cı PB-də keçirilən baxış zamanı aşkar edilmiş aşkar edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,042 qram heroin məhv edilsin, 3 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında salanılsın. İş üzrə məhkəmə-kimyəvi ekspertizalarına sərf edilmiş 161 (yüz altmış bir) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 318 (üç yüz on səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(101)-1502/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1502/2024
27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver