Məhkəmə qərarları › İş №1(101)-1503/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1503/2021

12.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1503/2021 12.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 və X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, müdafiəçi Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili X11 və Sumqayıt Regional vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Goranboy rayonu Xanqərvənd kəndində qeydiyyatda olmaqla, faktiki Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramanı qəsəbəsi, Airaport yolu, nömrəsiz fərdi yaşayış evində yaşayan və barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5, 182.2.2 və 182.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 24 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən Bakı şəhəri 316 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən meşəlik ərazidə olan gülafirəngidə Zərərçəkmiş şəxs «oğlan ilə oğlanın yaxın münasibətdə olmasına pis baxmıram» deməsini bəhanə edərək onu söyüb təhqir etmiş, sillə və yumruq zərbələri ilə vurub, öldürəcəyi və ailə üzvləri yanında cinsi təcavüzə məruz qoyacağı ilə hədələyərək fiziki zor tətbiq etməklə müqavimətini sındıraraq, şalvar və tumanını çıxartdırıb cinsiyyət orqanım Zərərçəkmiş şəxs anal dəliyinə soxaraq uşaqbazlıq etmiş, sonra da çıxardıb ağız boşluğuna daxil edərək spermasmı boşaltmaqla cinsi ehtirasını pozğun formada təmin edərək seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, bundan sonra Zərərçəkmiş şəxs öldürəcəyi, ailə üzvlərinin gözü qarşısında cinsi təcavüzə məruz qoyacağı ilə hədələyərək ondan 80 manat dəyərində olan naqilsiz qulaqcıq gətirməsini tələb etmişdir. Bundan sonra o, təkrarən 28 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 316 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən meşəlik ərazidə olan gülafirəngidə Zərərçəkmiş şəxs zor tətbiq etməklə hədə-qorxu ilə tələb etdiyi 80 manat dəyərində olan naqilsiz qulaqcığı ala bilmədiyinə görə onu söyüb təhqir etmiş, sillə və yumruq zərbələri ilə vurub, öldürəcəyi və ailə üzvləri yanında cinsi təcavüzə məruz qoyacağı ilə hədələyərək sağ almacıq nahiyəsinin sıyrığı kimi sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən fiziki zor tətbiq etməklə müqavimətini sındıraraq, şalvar və tumanını çıxartdırıb cinsiyyət orqanını Zərərçəkmiş şəxs anal dəliyinə soxaraq uşaqbazlıq etmiş, sonra da çıxardıb ağız boşluğuna daxil edərək spermasmı boşaltmaqla cinsi ehtirasını pozğun formada təmin edərək təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, sonra isə təkrarən Zərərçəkmiş şəxs öldürəcəyi, ailə üzvlərinin gözü qarşısında cinsi təcavüzə məruz qoyacağı ilə hədələyərək ondan 80 manat dəyərində olan naqilsiz qulaqcıq gətirməsini tələb etmişdir. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdə arvadı X2 ilə rəsmi nikah bağlamış, nikahlarından iki övladı dünyaya gəlmişdir. Başqalarının qızları barəsində pis danışaraq səhv edən oğlanları alçaltmaq üçün onların ağız boşluğuna və ya anal dəliyinə öz cinsi orqanını daxil etməklə tənbeh edərək cəzalandırmaq kimi bir ideyası vardır. Tanışı Sahibin vasitəsi ilə Anarı tanımışdır. Əmrahla isə Anarm vasitəsi ilə tanış olmuşdur. 23 yanvar 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı məhəllədə olan “Etibar” marketin qarşısında Sahib, Anar və Əmrahı görmüşdür. Sahib, Anar və Əmrah Ənvər adlı qonşunun əmisi qızı barədə nalayiq formada danışmışlar. Ənvərin əmisi qızının adını bilmir. Onlara böyük kimi irad bildirərək demişdir ki, “camaatın qızı barəsində niyə görə pis formada danışırsınız”. Bundan sonra 24 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 316 nömrəli məktəbin yaxınlığında yerləşən meşəlik ərazidə olan güləfırənginin yanma Əmrah, Sahib, Anar ilə birlikdə getmişlər. Əmrah ilə aralarında sözlə mübahisə yaranmışdır. Əmrah demişdir ki, “mən, oğlan ilə oğlan arasında intim münasibətin olmağına pis baxmıram”. Cavab olaraq demişdir ki, “pis baxmırsansa öz cinsiyyət orqanımı sənin ağız nahiyənə daxil edim, gör necədi”. Sahib və Anara demişdir ki, “Əmrah ilə işim var, siz buradan uzaqlaşın”. Həmin güləfirəngidə heç bir güc tətbiq etmədən öz cinsiyyət orqanını Əmrahın ağız boşluğuna daxil etmişdir. Əmraha demişdir ki, “sən kiminsə namusu ilə oynayırsan, mən də sənin ağız boşluğuna öz cinsiyyət orqanımı daxil edirəm”. Təxminən 15 dəqiqə sonra Sahib və Anar onların yanma gəlmişdir. Anar və Sahibin yanında Əmraha demişdir ki, “bax adamın ağız boşluğuna belə verərlər”. Əmrahın baş nahiyəsinə sol əli ilə sillə zərbəsi vurmuş, bundan başqa arxa nahiyəsinə təpiklə vuraraq demişdir ki, “bax adamın namusu ilə belə oynayarlar, bundan sonra belə yaşa, ağlın başına gəlsin”. Onu bu hərəkəti ilə böyük kimi tənbeh etmiş və öz cinsiyyət orqanını onun ağız boşluğuna daxil etmişdir. Bu hadisədən dörd gün sonra yəni, 28 yanvar 2021-ci il tarixdə Əmrah məhəllədə yenidən bir qız barədə nalayiq danışmışdır. Buna görə yenə də Əmrahı tənbeh etmək qərarına gəlmişdir. Bu səbəbdən Sahib, Anar və Əmrah ilə birlikdə yenidən həmin güləfırənginin yanma getmişlər. Özü həmişə Sahib və Anarm yanında Əmrahla görüşmüşdür ki, onlarda ibrət götürsünlər və camaatın qızları barədə nalayiq danışmasınlar. Sahib və Anarın yanında Əmrahın başına sillə zərbəsi vurmuş və böyük kimi Əmrahı danlayaraq demişdir ki, “keçən dəfə cinsiyyət orqanımı ağız boşluğuna daxil etdim bu az olmadı sənin üçün sən yenidən camaatın qızları barədə nalayiq ifadələr işlədirsən”. Əsəbi soyumadığı üçün Anarın da sinə nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Bu dəfə Əmrah Özü onu qırağa çəkərək demişdir ki, “gəl bir dəfə cinsi orqanından öpüm, məni vurma”. Spirtli içki qəbul etdiyi üçün Əmrahla razılaşmışdır. Bundan sonra Əmrah Sahib və Anara demişdir ki, “məni Bəhruzla tək buraxın ona sözüm var”. Sahib və Anar onların yanından uzaqlaşan kimi Əmrah əynindəki şalvarı aşağı endirərək cinsi orqanını çölə çıxardaraq öz ağız nahiyəsinə daxil etmişdir. Bundan sonra Əmrah könüllü olaraq öz əynində olan şalvar və tumanı aşağı edərək xahiş etmişdir ki, “məni döymə, nə istiyirsən elə, cinsi orqanını mənim anal dəliyimə daxil et”. Çox spirtli qəbul etdiyi üçün Əmrahın anal dəliyinə öz cinsiyyət orqanım daxil etmişdir. Təxminən 15 dəqiqə sonra Sahib və Anar onların yanma gəlmişdir. Sahib və Anarın yanında Əmraha demişdir ki, “bax adamın arxasını belə dağıdarlar, bir daha heç vaxt camaatın qızı barəsində heç nə danışma, bu sənə dərs olsun”. Əmrahı qorxutmaq üçün demişdir ki, “mənim anal dəliyi dağıdan dostlarım var, bir daha səhv iş görsən onlar sənin arxa nahiyəni dağıdacaqlar”. Bir böyük kimi Əmrahı tənbeh etmiş və onun ağız boşluğuna və anal dəliyinə öz cinsiyyət orqanını daxil etmişdir. Bundan başqa Əmrahdan naqilsiz qulaqcıq tələb etmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs heç bir zor tətbiq etmədən onunla iki dəfə yəni, 24 yanvar 2021-ci il tarixdə və 28 yanvar 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 316 nömrəli tam orta məktəbin yaxınlığındakı meşəlik ərazidə olan gülafırəngidə qeyri-təbii formada cinsi əlaqədə olmuşdur. Belə ki, 24 yanvar 2021-ci il tarixdə heç bir güc tətbiq etmədən öz cinsiyyət orqanını Əmrahın ağız boşluğuna daxil etmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində və həmin İdarənin 31 -ci Polis Bölməsində ona qarşı heç bir fiziki və ya psixi təsir olmamışdır.. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və məhkəmədə tədqiq edilmiş digər protokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 24 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 316 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən meşəlik ərazidə olan gülafirəngidə onu «oğlan ilə oğlanın yaxın münasibətdə olmasına pis baxmıram» deməsini bəhanə edərək söyüb təhqir etmiş, sillə və yumruq zərbələri ilə vurub, öldürəcəyi və ailə üzvlərimin yanında cinsi təcavüzə məruz qoyacağı ilə hədələyərək fiziki zor tətbiq etməklə müqavimətini sındıraraq, şalvar və tumanını çıxartdırıb cinsiyyət orqanını anal dəliyinə, sonra da ağız boşluğuna daxil edərək spermasını boşaltmışdır. Bundan sonra onu öldürəcəyi, ailə üzvlərinin gözü qarşısında cinsi təcavüzə məruz qoyacağı ilə hədələyərək ondan 80 manat dəyərində olan naqilsiz qulaqcıq gətirməsini tələb etmişdir. Təqsirləndirilən şəxs demişdir ki, «bilirəm sənin çox da bahalı qulaqcıq almağa gücün çatmaz, ancaq 80 manata olanı ala bilərsən». Bundan sonra Təqsirləndirilən şəxs yenə də 28 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Samir Əliyev küçəsində yerləşən 316 nömrəli tam orta məktəbin yaxınlığında yerləşən meşəlik ərazidə olan gülafirəngidə ondan tələb etdiyi 80 manat dəyərində olan naqilsiz qulaqcığı alıb verə bilmədiyinə görə onu söyüb təhqir etmiş, sillə və yumruq zərbələri ilə vurub, öldürəcəyi və ailə üzvlərinin yanında cinsi təcavüzə məruz qoyacağı ilə hədələmişdir, müqavimətini sındırıb, şalvar və tumanını çıxartdırıb cinsiyyət orqanını anal dəliyinə, sonra da ağız boşluğuna daxil edərək spermasını boşaltmışdır, sonra da onu öldürəcəyi, ailə üzvlərinin gözü qarşısında cinsi təcavüzə məruz qoyacağı ilə hədələyərək ondan 80 manat dəyərində olan naqilsiz qulaqcıq gətirməsini tələb etmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisənin şahidləri olmuş Şahid1 və Şahid2 1-ci hadisədən sonra dərhal ona yaxınlaşaraq demişlər ki, bu barədə polisə məlumat vermək istəyirlər. Lakin onları məlumat verməyə qoymamış və demişdir ki, bu barədə valideyinlərinə deyəcəkdir və valideyinləri ilə birlikdə polisə şikayət edəcəkdir. Təqsirləndirilən şəxs ona qarşı olan 2-ci əməlindən sonra isə Şahid1 və Şahid2 yanında mobil telefonunu çıxardıb DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Lakin xətt məşğul olduğundan düşə bilməmişdir. Sahib ilə Anar isə elə başa düşmüşlər ki, hadisə barədə polisə məlumat vermişdir. Buna görə də onlar əlavə olaraq məlumat verməmişlər. Bundan başqa göstərmişdir ki, heç vaxt istər azyaşlı, istərsə də böyük olsun heç bir qızın ünanına nalayiq sözlər danışmamışdır. Bu hərəkətinə görə heç kəs onu tənbeh etməmişdir. Bu sözlər Təqsirləndirilən şəxs tərəfindən deyilən və həqiqətə uyğun olmayan uydurmasıdır. Belə ifadə verməklə Təqsirləndirilən şəxs özünü müdafiə etməyə çalışır. Məhkəməi iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı Dövlət Universitetində Torpaqşünaslıq və Aqrokimya fakültəsinin 1-ci kurs tələbəsidir. 24 yanvar 2021-ci il tarixdə ilkin olaraq Bəhruz ondan naqilsiz qulaqcıq istəmişdir. Bəhruza demişdir ki, “qardaşımla birlikdə işlətdiyimiz bir ədəd naqilsiz qulaqcıq var, o da Özümüzü lazımdı”. Bu sözündən sonra Bəhruz qəzəblənərək sinəsindən vurmuşdur, lakin asta vurduğu üçün xəsarət almamışdır. 24 yanvar 2021-ci il tarixdə saat 20 radələrində tanışı Sahib ilə birlikdə 316 nömrəli məktəbin yaxınlığında yerləşən meşəlik ərazidə olan gülafirənginin yanma getmişlər. Tanışları Bəhruz və Əmrah da həmin gülafirənginin yanında olmuşlar. Bəhruz, Sahib və Əmrah ilə gülafirənginin qarşısında ayaqüstə söhbət etmişlər. Bəhruz ilə Əmrahın arasında sözlə mübahisə yaranmışdır. Mübahisəyə səbəb olan mövzu oğlan ilə oğlanın cinsi əlaqədə olmasının normal və ya qeyri- normal olmasının kim tərəfindən necə qəbul edilməsi olmuşdur. Belə ki, Əmrah demişdir ki, “mən, oğlan ilə oğlanın cinsi əlaqədə olmasına normal baxıram, amma mən bunu heç vaxt etmərəm”. Bu söz Bəhruza pis təsir etmişdir. Bundan sonra Bəhruz Əmrahın baş nahiyəsinə sillə və sinə nahiyəsinə yumruq vurmuşdur. Bəhruz Sahibə və ona demişdir ki, “buradan uzaqlaşın, mənim Əmrah ilə işim var”. Bu sözdən sonra Sahib ilə təxminən 40 metr Bəhruz və Əmrahdan uzaqlaşmışlar. Həmin vaxtı eşitmişdir ki, Əmrah uca səslə qışqıraraq deyirmiş ki, “etmə, eləmə, vurma”. Bu səslər ona çox pis təsir etmişdir. Çünki, Bəhruz Əmrahın oğlanlığnı əlindən alaraq onu alçatmışdır. Bunları düşündükcə ürəyi bulanmışdır. Bəhruz ilə Əmrahın yanından uzaqlaşdıqdan təxminən on beş dəqiqə sonra Bəhruz Sahib ilə onu yanma çağırmışdır. Belə ki, qorxmuşdur ki, birdən Bəhruz Əmraha elədiyi hərəkəti ona qarşı da edər. Gözləri ilə görmüşdür ki, Əmrahla Bəhruz itələşir və onlar irəli-geri hərəkətlər edirlər. Bəhruz Sahib və ona demişdir ki, “gördüz də Əmrahın başına nə oyun açdım, iki gün ərzində naqilsiz qulaqcıq gəlmədiyi halda Çaldıran döyüşü davam edəcək”. Bu sözdən sonra Sahib ilə yerə tüpürərək çox təəssüflənmişdir. Belə ki, çox iyrənmişdir. Bundan sonra Bəhruz Əmraha demişdir ki, “iki gün ərzində naqilsiz qulaqcıq mən də olmasa Çaldıran döyüşü davam edəcək”. Bu sözü dedikdən sonra Bəhruz Əmrahın arxa nahiyəsinə təpiklə zərbə vuraraq demişdir ki, “rədd ol buradan”. 27 yanvar 2021-ci il tarixdə Bəhruz ona zəng edərək demişdir ki, “mən səni bir naqilsiz qulaqcığa görə çox axtarmalıyam, mənə naqilsiz qulaqcıq ver”. Onu müxtəlif bəhanələr ilə yola vermişdir. 28 yanvar 2021-ci il tarixdə saat 20:00-da Bəhruz, Sahib və Əmrah ilə 316 nömrəli məktəbin yaxınlığında yerləşən meşəlik ərazidə olan gülafirənginin yanında görüşmüşlər. Güman etmişdir ki, Bəhruz Əmrahın oğlanlığmı əlindən alaraq sındırmaq məqsədi ilə həmin gülafirənginin yanma çağırmışdır. Bəhruz Əmrahı görən kimi ondan soruşmuşdur ki, “naqilsiz qulaqcıq nə oldu?”. Əmrah cavab olaraq demişdir ki, “pulum yoxdur, işləmirəm”. Bu sözdən sonra Bəhruz yumruq zərbəsi ilə Əmrahın üz və sinə nahiyələrinə vurmuşdur, nalayiq ifadələr ilə Əmrahı təhqir etmişdir. Bəhruz Sahib və ona demişdir ki, “buradan uzaqlaşın, Əmrah ilə işim var”. Tam əmin olmuşdur ki, Bəhruz ilə Əmrah qeyri-təbii yolla cinsi əlaqə də olurlar. Təxminən 40 metr məsafədən görmüşdür ki, Əmrah əllərini gülafırəngiyə söykəyib, Bəhruz Əmrahın baş nahiyəsinə yumruq zərbələri endirir. Bundan sonra Sahibin yanından uzaqlaşaraq, tək olaraq ağacın arxasından baxmışdır ki, Bəhruz Əmrahı döyür. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı etdiyi zorakı hərəkətdən sonra Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs kənara çəkib Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin «102» zəng xidmətinə məlumat vermək istədiklərini bildirmişlər. Lakin Zərərçəkmiş şəxs onları şikayət etməyə qoymamış və demişdir ki, Təqsirləndirilən şəxs ona qarşı olan hərəkəti barədə valideyinlərinə deyəcəkdir və valideyinləri ilə birlikdə polisə şikayət edəcəkdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs hərəkətləri barədə məlumat verməmişlər. 28.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs qarşı eyni xarakterli hərəkətlər etməsinin şahidi olmuşlar və bu dəfə Zərərçəkmiş şəxs DİN-nin «102» zəng xidmətinə məlumat verməsini bildiklərindən bu barədə əlavə məlumat verməyə ehtiyac olmamışdır. Məhkəməi iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 24 yanvar 2021-ci il tarixdə saat 20 radələrində tanışı Anar ilə birlikdə 316 nömrəli məktəbin yaxınlığında yerləşən meşəlik ərazidə olan gülafırənginin yanma getmiş və görmüşdür ki, tanıdığı Bəhruz və Əmrah oradadır. Bəhruz, Anar və Əmrah ilə gülafırənginin qarşısında ayaqüstə söhbət etmişlər. Bəhruz ilə Əmrahın arasında sözlə mübahisə yaranmışdır. Mübahisəyə səbəb olan mövzu oğlan ilə oğlanın cinsi əlaqədə olmasının normal və ya qeyri- normal olmasının kim tərəfindən necə qəbul edilməsi olmuşdur. Belə ki, Əmrah demişdir ki, “mən, oğlan ilə oğlanın cinsi əlaqədə olmasına normal baxıram, amma mən bunu heç vaxt etmərəm”. Bu söz Bəhruza pis təsir etmişdir. Belə ki, kişi ilə kişi arasında heç cinsi əlaqə olar. Beləliklə də Bəhruz Əmrahın baş nahiyəsinə sillə və sinə nahiyəsinə yumruq vurmuşdur. Bəhruz onlara demişdir ki, “buradan uzaqlaşın, mənim Əmrah ilə işim var”. Bu sözdən sonra Anar ilə birlikdə təxminən 40 metr Bəhruz və Əmrahdan uzaqlaşmışlar. Siqaret çəkmiş və təxminən on beş dəqiqə sonra Anar ilə birlikdə Bəhruz və Əmrahın yanma getmişlər. Gözüm ilə görmüşdür ki, Bəhruz əynindəki papaqlı gödəkçinin yaxasını bağlayır. Bəhruzun əynindəki papaqlı gödəkçinin yaxasının bağlı olması, sonra isə hansı səbəbə yaxasını açması onda şübhə yaratmışdır. Bəhruz ilə Əmrahın qeyri-təbii yolla cinsi əlaqə də olmasından şübhələnmişdir. Bəhruz Anar və ona demişdir ki, “gördüz də Əmrahın başına nə oyun açdım, iki gün ərzində naqilsiz qulaqcıq gəlmədiyi halda Çaldıran döyüşü davam edəcək”. Bu sözdən sonra Anar ilə yerə tüpürərək çox təəssüflənmişdir və artıq tam dərk etmişdir ki, Bəhruz zorla Əmrah ilə qeyritəbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra Bəhruz Əmraha demişdir ki, “iki gün ərzində naqilsiz qulaqcıq mən də olmasa Çaldıran döyüşü davam edəcək”. Bu sözü dedikdən sonra Bəhruz Əmrahın arxa nahiyəsinə təpiklə zərbə vuraraq demişdir ki, ’‘rədd ol buradan”. 27 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Bəhruz ilə Əmrahın yaşadığı evin qarşısına getmişlər, Bəhruz qapım döymüşdür və Əmrahı çölə çağırmışdır. Bəhruz Əmraha demişdir ki, “bir-iki nəfər var, onların yerini sənə göstərəcəm, onlar narkomandır, onları məhlədən qovacam, əgər bu işi düzgün görsən səninlə dost olacayıq, sən sabah yəni, 28 yanvar 2021-ci il tarixdə saat 10-11 radələrində gülafirənginin yanma baxarsan, nəticəsini saat 20:00-da mənə gülafirənginin yanma gələrək məruzə edərsən”. 28 yanvar 2021-ci il tarixdə saat 20:00-da Bəhruz, Anar və Əmrah ilə 316 nömrəli məktəbin yaxınlığında yerləşən meşəlik ərazidə olan gülafirənginin yanında görüşmüşlər. Bəhruz Əmrahı görən kimi ondan soruşmuşdur ki, “naqilsiz qulaqcıq nə oldu?”. Əmrah cavab olaraq demişdir ki, “pulum yoxdur, işləmirəm”. Bu sözdən sonra Bəhruz yumruq zərbəsi ilə Əmrahın üz və sinəsinə vurmuşdur, nalayiq ifadələr ilə Əmrahı təhqir etmişdir. Bəhruz Anar ilə ona demişdir ki, “buradan uzaqlaşın, Əmrah ilə işim var”. Bu dəfə tam başa düşmüşdür ki, Bəhruz yenidən zorla Əmrah ilə qeyri-təbii yolla cinsi əlaqədə olacaqdır. Təxminən 50 metr məsafədən gözü ilə görmüşdür ki, Bəhruz ilə Əmrah bir-biri ilə çəkişir və onlar hərəkətdədilər. Tamam şok vəziyyətinə düşmüşdür, belə ki, Bəhruz ilə Əmrah qeyri-təbii cinsi əlaqədə olmuşlar. Bəhruz ilə Əmrahın irəli-geri hərəkət etməsini görmüşdür. Bəhruz onu və Anarı gülafirənginin yanma çağıraraq demişdir ki, “bu dəfə də naqilsiz qulaqcıq alaraq mənə verməsə anal cinsi əlaqəni xoşlayan dostlarım var, onlar da Əmrahla qeyri-təbii formada cinsi əlaqədə olacaqlar, bundan başqa Əmrah ilə qeyri-təbii cinsi əlaqədə olmağım barədə məhəlləyə məlumat yayaraq, Əmrahı biyabır edəcəm”. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı etdiyi zorakı hərəkətdən sonra Şahid2 ilə birlikdə Zərərçəkmiş şəxs kənara çəkib Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin «102» zəng xidmətinə məlumat vermək istədiklərini bildirmişlər. Lakin Zərərçəkmiş şəxs onları şikayət etməyə qoymamış və demişdir ki, Təqsirləndirilən şəxs ona qarşı olan hərəkəti barədə valideyinlərinə deyəcəkdir və valideyinləri ilə birlikdə polisə şikayət edəcəkdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs hərəkətləri barədə məlumat verməmişlər. 28.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs qarşı eyni xarakterli hərəkətlər etməsinin şahidi olmuşlar və bu dəfə Zərərçəkmiş şəxs DİN-nin «102» zəng xidmətinə məlumat verməsini bildiklərindən bu barədə əlavə məlumat verməyə ehtiyac olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X13, 22 №-li 01.02.2021-ci il tarixli, 64 №-li rəyində göstərilmişdir ki, «2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində sağ almacıq nahiyəsinin sıyrığı xəsarəti aşkar edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilmiş şəraitdə və müddətdə, yəni 28.01.2021-ci il tarixdə əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qeyd olunan xəsarətin xarakterinə görə demək olar ki, həmin xəsarətin onun özü-özünə yetirməsi nəticəsində əmələ gəlməsi az inandırıcıdır». Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X13, 22№-li şöbəsinin 05.02.2021-ci il tarixli, 61 №-li rəyində göstərilmişdir ki, «2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və xəsarət izləri aşkar edilmədi. Zərərçəkmiş şəxs arxa keçəcəyində onunla qeyritəbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izləri qalmırsa müddət haqqında fikir söyləmək olmur». Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi, ambulator məcburi-narkoloji ekspertizanın 18.03.2021-ci il tarixli, 835 №-li rəyində göstərilmişdir ki, «Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur». Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi» X13, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 26.02.2021-ci il tarixli, 435 saylı rəyində göstərilmişdir ki, «cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi» X13, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 26.05.2021-ci il tarixli, 1117 saylı rəyində göstərilmişdir ki, «Məhkəmə- psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Ədalət oğlunda hal- hazırda hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda mülayim dərəcədə ifadə olunmuş nevrasteniya əlamətləri qeyd edilir. Bunu anamnestik məlumatlar (Respublika Psixiatriya Xəstəxanasında “Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya” diaqnozu ilə müayinədə olması, əsəbilik və yuxusuzluqdan şikayət etməsi) və hal-hazırki müayinənin nəticələri sübut edir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimentalpsixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında əhval-ruhiyyəsinin dəyişkən olduğu, hövsələsizliyi, emosional qeyri- sabitliyi aşkar olunur. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.2.5, 182.2.2 və 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2 ifadələri, üzləşdirmədə və dindirmə protokolları, ifadələrin yerində yoxlanması istintaq hərəkəti protokolları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X13, Suraxanı rayon şöbəsinin 05.02.2021-ci il tarixli, 61 №-li rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» X13, Suraxanı rayon şöbəsinin 01.02.2021-ci il tarixli, 64 №-li rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X1 Mərkəzi» X13, kompleks ambulator məhkəmə- psixiatrik və psixoloji ekspertizasının 26.02.2021-ci il tarixli, 435 saylı rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X1 Mərkəzi» X13, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 26.05.2021-ci il tarixli, 1117 saylı rəyi və digər istintaq materialları ilə tam və kifayət qədər sübuta yetirilmişdir. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə əməlin hüquqi tövsüfi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 150.2.5, 182.2.2, 182.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs 05.02.2021-ci il tarixdən həbsdə saxlanıldığından ona təyin ediləcək cəzanın çəkilmə müddətinin əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı gündən, yəni 05 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məsrəfləri və maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili X9, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 05 saylı vəkil bürosunun hesabına 60 (altmış) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5, 182.2.2, 182.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Bakı şəhəri 05 saylı vəkil bürosunun vəkili X9 hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 05 saylı vəkil bürosunun hesabına 60 (altmış) manat pul ödənilsin. Hökmdən, elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar