Məhkəmə qərarları › İş №1(101)-1503/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1503/2022

28.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1503/2022 28.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X16, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, 09 avqust 1964-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oglunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 -ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oglu etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən 74,7 kv metr olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna dair çıxarışın 40.000 ABŞ dolları məbləğində pula alacağını vəd edib inandırmaqla aldadaraq, 2007-ci ilin iyun ayının 19-da Zərərçəkmiş şəxs2 ünvan 4 ünvanında sonuncunun yaşadığı mənzildə 20.000 ABŞ dolları həmin dövr üçün milli pul vahidi ilə 15.600 manat, 2007-ci ilin iyun ayının 28-də Zərərçəkmiş şəxs2 arvadı Şahid7 “Bank Standart”ın ünvan 5 ünvanında yerləşən filialının içərisində 20.000 ABŞ dolları həmin dövr üçün milli pul vahidi ilə 15.600 manat pulu ələ keçirib, Azərbaycan Respublikası Daşınmaz Əmlakının Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixdə ******* nömrəli çıxarışla Şahid6 adına rəsmiləşdirilmiş, faktiki Zərərçəkmiş şəxs2 sahibliyində olan həmin qeyri yaşayış sahəsini sonuncunun ailəsində olan problemlər səbəbindən 24 aprel 2008-ci il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakının Dövlət Reyestri xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışı öz adına rəsmiləşdirərək, 04 mart 2016-cı il tarixdə obyektin faktiki sahibi Zərərçəkmiş şəxs2 xəbəri olmadan həmin ünvan 3 ünvanında yerləşən 74,7 kv metr olan 129.978 manat dəyərində olan qeyriyaşayış sahəsini Şahid16 ünvan 6 ünvanında yerləşən 3 saylı Notariat Kontorunda 24.000 manata satıb onunla alqı-satqı müqaviləsi bağlayıb, həmin qeyri yaşayış sahəsini Şahid15 adına sənədləşdirməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 külli miqdarda cəmi 161.178 (yüz altmış bir min yüz yetmiş səkkiz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə elmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə digəri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 guya tanışı Şahid12 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində mühəndis vəzifəsində işlədiyini yalandan bildirməklə aldadıb, guya onu geniş əlaqələrə malik şəxs kimi təqdim edib, həmin əlaqələri vasitəsilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Mübariz İbrahimov küçəsində nömrəsiz ünvanda yerləşən 18 sot torpaq sahəsinə asanlıqla Dövlət Reyestr Xidmətindən torpaq sahəsinin mülkiyyətinə dair “Çıxarış’' alacağına yalandan vəd verib inandırmaqla aldadaraq xx.xx.2018-ci il tarixdə ünvan 8 ünvanında yerləşən "Star Praga" restoranının qarşısında Zərərçəkmiş şəxs1 40.000 manat pul alıb həmin məbləğdə pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda 40.000 (qırx min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, uzun illərdir ki, evlərin alqı-satqısı ilə məşğul olur, vergi ödəyicisi kimi Vergilər Xidmətində Nərimanov rayon şöbəsində qeydiyyata alnmış və ona X17 Nömrəsi (VÖEN) verilmişdir. Zərərçəkmiş şəxs2 uşaqlıqdan tanımış, onunla orta məktəbdə 6-cı sinifdən 8-ci sinifə kimi birlikdə oxumuş, aralarında həmişə yaxşı münasibətləri olmuş, heç bir düşmənçilikləri olmamışdır. Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev 37 ünvanında yerləşən qeyri-yaşayış sahəsi məxsus olmuşdur, yəni həmin obyektin faktiki rəhbəri Zərərçəkmiş şəxs2dir. 2000-ci ildə yaşayış yeri olmadığı üçün Cəsarətdən xahiş etmişdir ki, həmin qeyri yaşayış sahəsini ona versin. Cəsarət də razılaşıb həmin qeyd olunan ünvanın açarını ona vermiş və bundan sonra həmin ünvanda təmir işləri aparıb, ailəsi ilə birlikdə 2003-cü ilin əvvəlinə kimi həmin ünvanda yaşamışdır. Qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsində o iştirak etməmiş və özəlişdirmək üçün əvvəlcə 20.000 ABŞ dollar Cəsarətdən, sonra isə yenə əlavə olaraq 20.000 ABŞ dolları məbləğində pulu Zərərçəkmiş şəxs2 arvadından heç vaxt almamışdır. Həmin ərəfədə Cəsarət həmin ünvanda bacanağının yaşayacağını deyib, onun çıxmasını tələb etdiyi üçün etiraz etməyib razılaşaraq həmin ünvandan çıxmışdır. Şahid6 atası ilə qabaq «Metrostroyda» birlikdə işləmiş və Şahid5 ondan xahiş etmişdir ki, Cəsarətə məxsus olan qeyri yaşayış sahəsini özəlləşdirsin. O, da Əmlak Komitəsinin Reyestr Xidmətinin hal hazırda xatırlamadığı şəxslərin vasitəsilə həmin obyekti özəlləşdirməsində köməklik etmişdir. Lakin özəlləşdirmə zamanı nə qədər pul verilməsini bilmir. Onlar özləri həmin obyekti Şahid6 adına özəlləşdirmişlər. Cəsarətin xahişinə əsasən Şahid6 həmin obyektə aid etibarnamə vermişdir. 2003-cü ildən 2008-ci ilə kimi o, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmuş, riyeltor olmuşdur. Nərimanov rayon Vergi Xidmətinə rüblük vergi vermişdir. Ən azı rüblük 1000 manat, ən böyük məbləğ isə 70.000 manat pul olmuşdur. Yəni 1000, 2000, 3000 və daha artıq olmuşdur. Yəni həmin biznes fəaliyyətindən böyük pul vəsaiti əldə edirmiş. 2008-ci ildə Cəsarətin həmin obyekti satmaq istədiyini bilib, həmin obyekti almaq istədiyini təklif etmiş, Cəsarət də 230.000 manata həmin obyekti satmağa razılaşmışdır. Həmin obyekti almaqda məqsədi obyekti «Montin» bazarına bitişik olduğuna görə bazarı özəlləşdirən şəxslərə daha baha qiymətə satmaq imiş. Həmin dövrdə əmlak işləri ilə məşğul oduğuna görə kifayət qədər qazancı olmuş, az bir qismini isə yaxın adamlardan alaraq Cəsarətə 230.000 manat pul ödəmişdir. Nərimanov rayonunda yerləşən 9 saylı notariat kontorunda Cəsarətlə aralarında alqı-satqı edib, notariat kontorunda yerləşən «Standart bank»ın filialı vasitəsilə 230.000 manat pulu Cəsarətə ödəmiş və obyekti almışdır. Lakin həmin dövrdə ofisi yaxşı qiymətə sata bilməmiş, belə ki, «Montin» bazarının sahiblərinin maliyyə poblemləri yarandığına görə, Moskva şəhərində müflis olmuşlar, ona görə obyektin alınmasından imtina etmişlər. 2014-cü ilə kimi həmin «obyekti» ofis kimi istifadə etmiş, yəni həmin obyektdə özü fəaliyyət göstərmişdir, evlərin alqı-satqısı ilə məşğul olmuşdur. Obyektdə onun işçisi Şahid3 otururmuş. 2016-cı ilə kimi «obyekt» boş qalmış, 2016-cı ildə isə həmin obyekti Səyyad adlı şəxsə 74.000 manata satmış və Səyyadla aralarında alqısatqı 51 saylı notariat kontorunda rəsmiləşdirilmiş, açarı və «obyekti» Səyyada təhvil vermişdir. Həmin pulun 50.000 manatını əvvəlcədən Səyyaddan almış, sənədləşmə zamanı isə ondan 24.000 manat almış və belə də rəsmiləşdirilmişdir. Lakin obyekti 74.000 manata Səyyada satmışdır. Səyyadın qohumu Şahid15 olmuş, həmin obyekti onun adına rəsmiləşdirmişlər. Həmin vaxtdan sonra həmin obyektin kimə satılması haqda və nələr baş verməsi haqda məlumatı yoxdur. Yaxın tanışı Tahir Baxşıbəyov onun telefon nömrəsini Çingiz adlı dostuna verdiyini və Çingizin işlə bağlı əlaqə saxlayacağını bildirmişdir. Daha sonra Çingiz zəng edərək görüşməyi xahiş etdiyi üçün xx.xx.2018-ci il tarixdə Çingizlə Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində görüş zamanı Çingizin dostu əslən yəhudi olan Dima da olmuşdur. Çingiz bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Nardaran qəsəbəsində Dima ilə şərikli 18 sot torpaqları vardır və həmin yeri özəlləşdirib sənəd almaq lazımdır. O isə Əmlak Komitəsində işləyən Fəxri adlı tanışının olduğunu bildirib onunla məsləhətləşdikdən sonra cavab verəcəyini demişdir. Ondan sonra Fəxriyə zəng vuraraq məsələni ona danışmış, Fəxri 35.000-45.000 manat arası həmin torpaq sahəsini özəlləşdirə biləcəyini bildirmişdir. Növbəti gün Çingizə zəng edərək tanışı Şahid12 vasitəsilə həmin torpaq sahəsini 35.000-45.000 manat arasında özəlləşdirə bilinəcəyini demiş, Çingiz də razılaşmış, daha sonra birlikdə yəni Fəxri, Çingiz və Dima ilə Nardaran qəsəbəsinə getmişlər, orada Fəxri ölçü işləri aparmış Çingizlə Dimaya bildirmişdir ki, həmin torpaq sahəsi təmiz çıxarsa və yüklü çıxmasa bahalı yerdə yerləşdiyinə görə təxminən 40.000- 45.000 manat arası həll oluna bilər. Dima ilə Çingiz dəqiqləşdirib dəqiq məbləği demələrini demişdir. Növbəti gün 28 may 2018-ci il tarixdə Fəxri zəng vuraraq Dimagilin torpaq məsələsini 45.000 manata sənədləşdirə biləcəyini bildirərək əgər razı olarlarsa özünün şəxsi işləri olduğu üçün görüşərək pulu onlardan götürməyini, sonradan pulu özünün götürəcəyini bildirmişdir. Odur ki, Çingizə zəng vurub onunla və Dima ilə həmin gün Nərimanov rayonu, “Funda” tibb mərkəzinin qarşısında görüşüb, Fəxrinin dediklərini onlara bildirib, özlərinin də danışması üçün Fəxriyə zəng vurmuş, onlar Fəxri ilə telefonla danışan zaman Fəxri 45.000 manata torpaq sahəsini özəlləşdirə biləcəyini bildirdikdə onlar bir qədər aşağı qiymətə etməsini xahiş etmişlər. Fəxri isə maksimum 30.000 manata həll edəcəyini, həmin qiymətdən aşağı mümkün olmadığını demiş, onlar razılaşdıqdan sonra Dimagil pulun bir hissəsini bu başdan, qalan hissəsini isə sənədlər hazır olan zaman vermələrini dedikdə Fəxri razılaşmayaraq həmin pulların “yuxarıya” çatmadığı halda mümkün olmayacağını bildirmişdir. Həmin gün Dimagil ilə «lFunda” tibb mərkəzinin qarşısında görüşərək 30.000 manat pulu, yəni 2 paçka 100-lük və 2 paçka 50-lik onlardan alıb, Fəxriyə zəng vuraraq ona bu barədə bildirmişdir. Dimagilin istəyi ilə onlardan pulu götürməyi barədə qəbz də yazaraq vermiş, Fəxri ilə razılaşmışlar ki, iki ay ərzində torpağın sənədləri hazır olacaq. Həmin günü axşam Fəxri ilə ünvan 9 ünvanında yerləşən "Stara Praga" restonının qabağında görüşərək 30.000 manatı ona verən zaman yanında iş yoldaşı Şahid3 və Tahir Baxşıbəyov da olmuşlar. Bir aydan sonra Fəxri ilə əlaqə saxlayaraq torpağın sənədinin nə vaxt hazır olmasını maraqlandıqda o, səbrli olmağı yaxın müddətdə həll edəcəyini demiş, növbəti ay, yəni iyul ayında yenidən onunla əlaqə saxladıqda o, ondan pul almadığını və gedib hara istəyirsə şikayət edə biləcəyini demişdir. Pul veriləndən 3 ay 10 gün keçdikdən sonra, onu 5-6 nəfər idman görkəmli şəxslər, Çingiz və Dimanın yanında ona hədə-qorxu gələrək ondan iltizam almışlar ki, Dima ona güya 40.000 manat vermişdir. Hətta ona demişlər ki, onu bir neçə dəqiqəyə dənizə atarlar, həmin təzyiqlərdən qorxaraq iltizamda götürdüyü 30.000 yerinə 40.000 pul almasını göstərmişdir. Lakin bir daha vurğulamışdır ki, Dmitridən cəmi 30.000 manat almış və Fəxriyə vermişdir. Hal-hazırda həmin epizod üzrə Fəxrinin işi Nərimanov Məhkəməsində gedir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi izahatlar və ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan edilmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs müxtəlif hüquq-mühafizə orqanlarına vermiş və cinayət işinə əlavə edilmiş izahatlar, ifadələr və üzləşmə protokollarından görünür ki, o, Zərərçəkmiş şəxs2 verdiyi pul məbələğnin və Zərərçəkmiş şəxs1 götürdüyü pul vəsaitinin məbləğləri barədə ziddiyyətli məlumatlar vermişdir: Belə ki, cinayət işinin 1-ci cild 174-176-cı vərəqələrində olan 21 fevral 2018-ci il tarixli izahatında Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: -«...2008-ci ildə Cəsarətin həmin ünvanı (Bakı şəhəri, Nərimanov rayonu, Şahin Mustafayev 37) satmaq istədiyini bildiyim üçün mən təklif etdim ki, mənə satsın aramızda razılaşma oldu 23.000 manata razılaşdıq….9 saylı notariat kontorunda alqı-satqı etdik notariat kontorunda yerləşən «Standart» bankın filialı vasitəsilə 23.000 manat pulu Cəsarətə ödədim…2016-cı ildə həmin adı gedən obyekti Səyyad adlı şəxsə 130.000 manata satdım…aramızda alqısatqı 51 saylı notariat kontorunda sənədlər rəsmiləşdirildi… » Cinayət işinin 2-ci cild 17-18-ci vərəqələrində olan Bakı şəhəri, Nərimanov rayon prokurorluğuna verdiyi izahatında Təqsirləndirilən şəxs bildirmişdir ki: -«…28 may 2018-ci il tarixdə Dima mənə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «Funda» klinikasının yanında 40.000 manat vermişdir… Fəxri ilə ünvan 11 ünvanda yerləşən «Stara Praqa» restoranının qabağında görüşərək 40.000 manatı ona verdim…» Cinayət işinin 2-ci cild 131-136-cı vərəqələrində olan 03 noyabr 2019-cu il tarixli ifadəsində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: -«…2016-cı ildə isə həmin adı gedən «obyekti» Səyyad adlı şəxsə 130.000 manata satdım… Həmin gün Dimagil ilə «Funda» tibb mərkəzinin qarşısında görüşərək 40.000 manat pulu onlardan aldım…Dimagilin istəyi ilə onlardan pulu götürməyim ilə bağlı qəbz yazaraq verdim… Fəxri ilə ünvan 11 ünvanında yerləşən «Stara Praqa» restoranının qabağında görüşərək 40.000 manatı ona verdim …» Cinayət işinin 2-ci cild 137-138-ci vərəqələrində olan 03 noyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokolda Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 40.000 manat götürməsi və həmin pul vəsaitinin Şahid12 verilməsini və baş vermiş hadisəni bir daha əyani şəkildə göstərmişdir. Cinayət işinin 2-ci cild 85-89-cu vərəqələrində olan 21 oktyabr 2021-ci il tarixli ifadəsində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir:-«…2016-cı ildə isə həmin adı gedən «obyekti» Səyyad adlı şəxsə 130.000 manata satdım… Həmin gün Dimagil ilə «Funda» tibb mərkəzinin qarşısında görüşərək 40.000 manat pulu onlardan aldım…Dimagilin istəyi ilə onlardan pulu götürməyim ilə qəbz yazaraq verdim… Fəxri ilə ünvan 11 ünvanında yerləşən «Stara Praqa» restoranın qabağında görüşərək 40.000 manatı ona verdim … Fəxri 2018-ci ilin sentyabr ayının sonlarında tanımadığım taksi sürücüsünün vasitəsilə 2018-ci ilin sentyabr ayının ortalarında mənə 5000 manat pul göndərdi. Mən də həmin pulun 5000 manatını Dima ilə görüşərək ona verdim…» Cinayət işinin 3-cü cild 243-244-cü vərəqələrində olan 26 noyabr 2020-ci il tarixli Nərimanov rayon məhkəməsində verilən ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir:-«…28 may 2018-ci il tarixdə Dmitriy və Çingiz ilə «Funda» tibb mərkəzinin qarşısında görüşərək 40.000 manat pulu onlardan aldım və Fəxriyə zəng vuraraq bu barədə ona bildirmişəm… Fəxri ilə ünvan 11 ünvanında yerləşən «Stara Praqa» restoranının qabağında görüşərək 40.000 manatı ona verdim … İyul ayında …Fəxri mənə 5000 manat taksi ilə pul göndərmiş, mən də həmin pulu Çingizə qaytarmışam… Cinayət işinin 4-cü cild 88-91-ci vərəqələrində olan 13 iyul 2021-ci il tarixli Şahid12 ilə keçirilmiş üzləşmə zamanı Təqsirləndirilən şəxs yenə də zərərçəkmiş Zərərçəkmiş şəxs1 40.000 manat götürməsi və həmin pul vəsaitinin Şahid12 verilməsini bir daha vurğulamışdır. Cinayət işinin 6-ci cild 64-cü vərəqəsində olan 16 iyun 2022-ci il tarixli ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 pul götürməsi ilə əlaqədar aşağıdakıları göstərmişdir: -«… Həmin gün Dimagil ilə «Funda» tibb mərkəzinin qarşısında görüşərək 40.000 manat pulu onlardan aldım …axşam Fəxri ilə ünvan 11 ünvanında yerləşən «Stara Praqa» restoranının qabağında görüşərək 40.000 manatı ona verdim…Fəxri 2018-ci ilin sentyabr ayının sonlarında tanımadığım taksi sürücüsünün vasitəsilə 2018-ci ilin sentyabr ayının ortalarında mənə 5000 manat pul göndərdi. Mən də həmin pulun 5000 manatını Dima ilə görüşərək ona verdim. Hazırda Fəxri 35.000 verməlidir…» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs birinci epizodla bağlı bildirmişdir ki, ilkin izahat və ifadələrdə düzgün yazılmamışdır, o, Zərərçəkmiş şəxs2 obyekti 230.000 manata almış və Səyyad adlı şəxsə 74.000 manata satmışdır. İkinci epizodla əlaqədar isə bildirir ki, Zərərçəkmiş şəxs1 40.000 manat yox, cəmi 30.000 manat almışdır, sonuncu ona hədə qorxu gəldiyindən ilkin olaraq istintaq orqanına 40.000 manat götürülməsini bildirmişdir. Hal-hazırda məhkəmədə verdiyi ifadələri təsdiq edir. Məhkəmənin sonrakı iclaslarında Təqsirləndirilən şəxs bildirmişdir ki, ikinci epizodla əlaqədar Zərərçəkmiş şəxs1 2500 manat, Şahid1 isə 3000 manat pul vəsaiti qaytarmışdır. Məhkəmə sübutların tədqiqi və qiymətləndirilməsini epizodlar üzrə aparmışdır. Belə ki, Zərərçəkmiş şəxs2 məxsus külli miqdarda 161.178 (yüz altmış bir min yüz yetmiş səkkiz) manat pul vəsaitinin etibardan sui-istifadə etmə və aldatma yolu ilə əldə etməsi epizodu üzrə məhkəmə baxışında aşağıdakılar müəyyən edilmişdir: Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 1991-ci ildə «Bakı Metrotikinti» X4 Komitəsinin sədri vəzifəsində işləmişdir. Həmin dövrdə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini «Bakı Metrotikinti» İstehsalat Birliyindən icarəyə götürmüşdir. Təqsirləndirilən şəxs ilə uşaqlıqdan tanış olmuş, bir müddət onunla bir sinifdə oxumuş və onunla dostluq münasibətləri olmuşdur. Cavan vaxtından Təqsirləndirilən şəxs yanında işlətmiş, onu öz yanında saxlamış və uzun illər ərzində ona maddi köməklik göstərmişdir. Təxminən 1998- 1999-cu illərdə dostu Təqsirləndirilən şəxs pulu olmadığı səbəbindən və kirayə pulu verə bilmədiyindən ona yazığı gəlib, onun ailəsi ilə birlikdə həmin ünvan 13 ünvanında yerləşən özünə məxsus qeyri yaşayış sahəsində yaşamalarına icazə vermiş və onlar 2004-2005-ci illərədək həmin ünvanda yaşamışlar. 2004-2005-ci illərdə onun keçmiş qohumlarından əslən Yevlax rayonundan olan bir sinifdə oxuduqları dostlarının qardaşı X22 ona müraciət edib, yaşamağa yeri olmadığından həmin qeyri-yaşayış sahəsində İlqargillə birlikdə yaşamağa icazə verməyini istədikdə o, razılaşmamışdır. Lakin, 3-4 ay sonra Vüqar, ailəsi ilə həmin ünvanda yaşadığını, İlqarın isə ailəsi ilə birlikdə oradan çıxdığını bilmişdir. Təxminən 2006-cı ildə Vüqardan həmin qeyri-yaşayış sahəsini boşaltmasını istədikdə ona məlum olmuşdur ki, Vüqar, bir nəfər onun tanımadığı Ağdam rayon qaçqını Xəyyamı həmin ərazidə yerləşən Mənzil İsitismar Sahəsində həmin ünvanda yaşayan kimi qeyd etdirmişdir ki, onu qaçqın olaraq buradan çıxaran olmayacaq, bu bina da Vüqara qalacaqdır. Bu səbəbdən həmin vaxt 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi onun vasitəsi və nümayəndəliyi ilə məhkəmədə iddia qaldırmışlar, məhkəmə Vüqar və arvadının həmin qeyri-yaşayış sahəsindən çıxarılmasına dair qətnamə çıxarmışdır. Qeyri-yaşayış sahəsi boşaldılaraq 2007-ci ildə 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə təhvil verilmişdir. Bundan sonra, o, həmin qeyri-yaşayış sahəsini özəlləşdirmək qərarına gəlmiş və 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Şahid5 ilə danışdıqda o, etiraz etməmişdir. Həmin dövrdə onun ailəsində problemlər yaşanmış, arvadı X6 ilə şəxsi ailəvi münasibətlər pozulmuş və o, bir qızının 10 yaşına qədəm vurmasını gözləyərək, 2006-cı ilin iyun ayının 1-də Nərimanov rayon VVADQ şöbəsində nikahı pozmuşdur. Nikahın pozulması haqqında şəhadətnamənin kserosurətini məhkəməyə təqdim edir. Həmçinin, həmin dövrdə, yəni 06 iyun 2006-cı ildə X13 ilə nikaha girmiş, lakin 12 may 2007-ci il tarixdə arvadı Şahid7 İsmayıl qızı ilə də nikahı pozmuşdur. Həmin sənədlərin kserosurətlərini məhkəməyə təqdim edir. Bundan başqa, birinci həyat yoldaşı, yəni, X6 ilə göstərilən dövr ərzində birgə yaşadıqları mənzilin bölüşdürülməsi ilə məhkəmə çəkişməsi yaranmışdır. Bu səbəbdən özünə məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə arvadı X2 iddiaları olmaması və gələcəkdə ondan həmin obyektin yarısını onunla bölüşməmək səbəbindən ilkin olaraq həmin qeyriyaşayış sahəsini öz adına rəsmiləşdirilməsindən imtina etmişdir. Fikirləşmişdir ki, həmin obyekti başqa şəxsin adına özəlləşdirərək, çıxarış alsın. Beləliklə 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Şahid5 müraciət edərək, sonuncunun yaxın adamının adına qeyri-yaşayış sahəsini rəsmiləşdirməsini xahiş etmişdir. Şahid5 obyekti oğlu Bəhruzun adına özəlləşdirməyi, sonradan onun və ya istədiyi adamın adına keçirməyi təklif etmiş və onlar razılaşmışlar ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Şahid6 adına rəsmiləşdirsinlər. Həmin vaxt hazırkı qeyri-yaşayış sahəsinə dair onun icarə müqaviləsi olmadığından '‘Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət komitəsi ilə Şahid6 arasında 3582 saylı, 25 avqust 2006-cı il tarixli İcarə müqaviləsi bağlanmışdır. Həmin ərəfədə Təqsirləndirilən şəxs maklerlik fəaliyyəti ilə məşğul olurmuş və sonuncunun obyektin Əmlak Komitəsi Reyestr Xidmətindən çıxarış alınması zərurətindən xəbəri olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxslə çox səmimi münasibətləri olmuş və ona həddindən artıq inamı yaranmışdır. Təqsirləndirilən şəxs özü ona təklif etmişdir ki, pul müqabilində ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Şahid6 adına çıxarış ala bilər. Lakin həmin sənəd üçün 20.000 ABŞ dolları pul lazım olduğunu demiş və onun istəyi ilə Əmlak Komitəsində qeyri-yaşayış sahəsinin sənədləşdirilməsini həyata keçirə bilər. O, həmin ərəfədə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 45 2 otaqlı mənzili 2007-ci ilin iyun ayında sataraq əldə etdiyi puldan, 19 iyun 2007-ci il tarixdə ünvan 16 ünvanda həmin qeyri-yaşayış sahəsini özəlləşdirməsi üçün ikilikdə 20.000 ABŞ dolları pulu Təqsirləndirilən şəxs vermişdir. Həmçinin bütün sənədləşdirməni həyata keçirilməsi üçün Bəhruz Təqsirləndirilən şəxs baş etibarnamə vermişdir. Bir neçə gün sonra 2007-ci ilin iyun ayının sonlarında o, Rusiya Federasiyasının Moskva şəhərində olarkən İlqar ilə telefonla əlaqə saxlayanda Əmlak Komitəsində Özəlləşdirmə üçün əlavə 20.000 ABŞ dolları lazım olduğunu demişdir. O, etiraz etsə də 20.000 ABŞ dolları pulu əvvəldən İlqara verdiyindən, əlacsız qalıb razılaşmış və arvadı Cəmilə, onun razılığı ilə Bakı şəhəri, Nərimanov rayonu, «Abu Arena»nın yanındakı «Standart bankın» filialının yaxınlığında 20.000 ABŞ dolları pulu İlqara vermişdir. Bir müddət sonra İlqar qeyri-yaşayış sahəsinin xx.xx.2007-ci il tarixdə tərtib edilmiş Texniki pasportunu, xx.xx.2007-ci il tarixli İcarəyə verilmiş Əmlakın 1815 saylı Alqı-satqı müqaviləsi-ni, o cümlədən, Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2007-ci il tarixli Şəhadətnaməni ona təqdim etmişdir. 13 sentyabr 2007-ci il tarixli "İcarəyə verilmiş Əmlakın 1815 saylı Alqı-satqı müqaviləsi”-ndən bəlli olmuşdur ki, qeyriyaşayış sahəsi 2390 manata qiymətləndirilmiş, yəni ona məlum olmuşdur ki, İlqar tərəfindən aldadılaraq 40000 ABŞ dolları məbləğində pulu ələ keçirilmişdir. Ancaq uzun illərin dostluğuna, ailələri arasında olan münasibətlərə görə bunu onun üzünə vurmamışdır. Beləliklə, o, qeyri-yaşayış sahəsini ilk dəfə, həmin vaxt “Aztunelmetrotikinti” İB-nin Mənzil İstismar Sahəsində rəis işləyən Şahid5 oğlu Şahid6 adına rəsmiləşdirmişdir. Bundan sonra, AR DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən "Məhdudiyyət və yüklülük haqqında dövlət reyestrindən arayış", daha sonra Bəhruzun adına xx.xx.2007-ci il tarixli ******* saylı çıxarış alınmışdır. Lakin bir muddətdən sonra Şahid6 ondan xahiş etmişdir ki, həmin qeyri-yaşayış sahəsini baqa şəxsin adına rəsmiləşdirsin. Yenə də, ailə problemləri tam aradan qaldırılmadığı səbəbindən həmin obyekti o, həmin dövrdə öz dostu hesab edən, lakin sonradan onun çirkin əməllərindən bəlli olan Təqsirləndirilən şəxs adına rəsmiləşdirmək qərarına gəlmişdir. Məcburiyyət qarşısında qeyri-yaşayış sahəsinin onun adından çıxarılması üçün ona xx.xx.2008-ci il tarixli baş etibarnamə vermiş, bununla yanaşı notariat kontoruna ərizə yazmışdır ki, qeyri-yaşayış sahəsini əldə etdiyi və satdığı zaman subay olmuşdur. Bununla əlaqədar, bütün məsuliyyəti öz üzərinə götürür. Bundan sonra, Bəhruzun adına xx.xx.2008-ci il tarixli Daşınmaz Əmlakın Texniki Pasportunu almışlar. Elə həmin gün də, yəni, xx.xx.2008-ci il tarixdə AR DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsindən 12/6766 saylı "Məhdudiyyət və yüklülük haqqında dövlət reyestrindən arayış" almışlar. Bunun üçün Bəhruz formal olaraq qeyri-yaşayış sahəsinin sahibi kimi sənədlərdə göstərildiyindən, faktiki yerin sahibi kimi proseslərdə onun adından çıxış edə bilmək üçün onun xahişi ilə Bəhruz notariat kontorunda onun adına etibarnamə vermişdir. Bundan sonra, 13 mart 2008-ci il tarixdə İlqarın istəyi ilə onun tanışı, bütün alqı-satqılarını həyata keçirdiyi, Yevlax rayonundan olan Rəşadət Sadıqovun notariusu olduğu 9 saylı Dövlət Notariat Kontoruna getmişlər. Orada həmin «obyekt» Bəhruzu təmsil edən şəxs kimi onun adından İlqar arasında formal alqı-satqı olunmuşdur. Qeyd etmək istəyir ki, İlqar onun beyninə yeritmişdir ki, obyektin qiymətini yüksək göstərmək lazımdır ki, gələcəkdə obyekti satanda alqı-satqı müqaviləsini göstərərək, həmin obyektin baha olunmasını gələcək alıcını inandıra bilsinlər. İlqarın dəlillərinə inanaraq obyektin qiymətinin yüksək olunması barədə alqı-satqı müqaviləsində qeyd edərək, guya İlqar, ona 230.000 manat verərək həmin qeyri-yaşayış sahəsini Bəhruzdan satın almasını rəsmiləşdirmişdir. Əslində isə bankda sadəcə eyni vaxtda alan və satan tərəfindən mədaxil və məxaric orderlərinə imzalar etdirilmişdir. Lakin pul əməliyyatı mövcud olmamış, kassaya pul köçürməmiş, o, İlqardan bir qəpik də olsun pul almamışdır. Öz cibindən o, özü səhv etmirsə 4 mindən artıq dövlət rüsumu ödəmişdir. Bir daha qeyd edir ki, İlqar onu aldadaraq, inandırmışdır ki, alqısatqını yüksək məbləğlə rəsmiləşdirsə, sonradan obyekti çox baha sata bilər. Bu səbəbdən, böyük məbləğdə rüsum da ödəmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin notariat kontorunda belə pulsuz saxta əməliyyatlar aparılırmış. Bundan sonra onun istəyi ilə İlqar, həmin «obyektə» görə öz adına çıxarış alıb ona həmin sənədi vermişdir. Qeyri-yaşayış sahəsi rəsmiləşdirildikdən sonra o, bu yeri ofis kimi istifadə etmələri üçün kirayə haqqı ödəmədən, təmənnasız olaraq İlqara və şəriki Aydın adlı maklerə, yanlarındakı qadına ofis kimi işlətməyə vermişdir. İlqar ofisdəki ərli qadınla, maklerliklə məşğul olan Aydın adlı şəriki ilə təxminən 3 il, 2010-cu ilin əvvəllərinədək bu qeyri-yaşayış sahəsində oturmuş, evlərin alqı-satqısı ilə məşğul olmuş, pul qazanmışlar. Binanın qarşısına da “Evlərin alıqı-satqısı”-na dair reklam löhvəsi vurmuş, telefon nömrələrini yazmışlar. Həmin vaxt 2007-ci ilin noyabr ayında o, ailə üzvləri ilə Moskva şəhərindən Azərbaycana qayıtdıqdan sonra tanışlarının onunla tanış etdikləri Eldar Məmmədov adlı şəxsin, onun həyat yoldaşının bankdan götürdükləri kreditlə bağlı məhkəmə mübahisələrində nümayəndə olaraq iştirak etmişdir. Demək olar ki, hər gün bir yerdə olduqları Eldar Məmmədov həmin dövrdə, yəni 2007-ci ilin sonlarından onunla daima həmin ofisdə olmuş, onunla yanaşı, dostu Ədalət Rəsulov da tez-tez onun ofisinə gəlibgetmişdir. 2014-cü ildən, qeyri-yaşayış sahəsindəki şəraitsizlik ucbatından artıq burada oturmadığından, telefon xəttindən, xəttə çəkilmiş internet xəttindən istifadə etmək üçün telefonu-internet xəttini qonşuluqda obyekt işlədən İlqar Xubanova vermişdir. Həmin vaxtdan bəri, telefon pullarını internet pullarını İlqar Xubanov ödəmişdir. 2010-cu ildə dostu, Şahid9lə birlikdə həmin obyekti təmir etdirib hüquqi xidmət məsələləri ilə məşğul olmağa başlamışlar. Otaqda bir masalıq yeri də oturmaq üçün İlqara vermişlər ki, köməkçisi qadın otursun, alqı-satqı ilə məşğul olsunlar. Ancaq sonradan eşitmişdir ki, İlqar yanındakı qadınla yaxın münasibətlər saxlayır. Bu səbəbdən 2010-cu ildə İlqargili ofisdən çıxartmışdır. Yəni, 2010-cu ildən sonra İlqar və onun şəriki Aydın, həmin qadın ona məxsus olan qeyri-yaşayış sahəsindən ofis kimi istifadə etməmişlər, orada oturmamışlar. Onun tərəfindən ofisdən çıxarılandan sonra Təqsirləndirilən şəxs, Aydınla və köməkçisi qadınla keçmiş BTİ-nin giriş qapısı ilə üzbəüz olan 8 kvadrat metrlik sahəsi olan bir otağı 200 manat kirayə haqqı verməklə icarəyə götürüb bir neçə il orada ev alqı-satqısı ilə məşğul olmuşlar. Qeyd etmək istəyir ki, 2014-cü ildə İlqar, «obyekt»in qeydiyyat şəhadətnaməsini ondan surətini çıxarmaq adı ilə götürmüş və həmin vaxtdan çıxarış onda qalmışdır. Təqsirləndirilən şəxs 2015-ci 2016-cı illər ərzində bir neçə dəfə ona təklif etmişdir ki, obyekti girov qoyub bankdan pul götürüb istifadə etsinlər, sonra bankda bu obyekti batırsınlar və sair, lakin o, razılaşmamışdır. 2010-cü ildən qeyd edilən obyektdə özü İntiqamla işləmişdir. Həmin ərəfədə, Bakı şəhəri X29 ilə müqavilə bağlayaraq ofisə ***- ***-**-** nömrəli telefon xətti çəkdirmişdir. Bununla yanaşı "xxxx" MMC ilə müqavilə bağlayaraq internet xətlərindən istifadə etmiş, ödəmələr həyata keçirmişdir. 2014-cü ilə qədər həmin ödənişləri özü etmişdir. Onun tapşırığı ilə İlqar, onun əvvəllər tanımadığı, onun dostu X15 ilə “Qeyri yaşayş sahəsinin əvəzsiz istifadəyə verilməsinə dair“ xx.xx.2011-ci il tarixli müqavilə bağlamışlar, sonuncu bu ofisdən 2 il müddətində "SUPRA- F.F” MMC-nin ofisi kimi istifadə etmişdir. Bununla yanaşı, 01 may 2012-ci il tarixdə "Su təchizatı və kanalizasiya xidmətlərinə dair“ müqavilə bağlamış və qeyri-yaşayış sahəsində istifadə edilən su rəsmiləşdirilmişdir. 2018-ci ilin əvvəllərinə qədər İlqar, həmin qadın və Aydınla 9 saylı DNK-nun notariusu Rəşadət Sadıqova məxsus, Ağa Nemətulla küçəsi 23 ünvanında yerləşən binada, kiçik bir otaqda, kserokopiya işlətmiş, maklerliklə məşğul olmuşlar. Yəni, Rəşadət Sadıqov yevlaxlı kimi, yerli kimi bu maklerə əl tutmuşdur ki, uşaqlarını saxlasın. 2016-cı ilin təxminən sonlarında tanışı Şahid2, həmin «obyekti» işlətmək üçün ona verməyini istəyib, orada öz hesabına təmir işləri də görəcəyini dedikdə o, etiraz etməyib razılaşmış və «obyektin» giriş qapısının açarını ona vermişdir. İlqara da bu barədə məlumat vermişdir. 2017-ci ilin ortalarında Kamran, təmir işlərini başa çatdırandan sonra ona bildirmişdir ki, işləməsi üçün obyektin işığı, suyu, qazı çəkilməlidir, obyekt kimin adınadırsa, həmin şəxs özü gedib, idarələrdə ərizələr yazsın, ödənişlər edilsin, sonra binanın işiq və su təchizatı təmin edilsin. Odur ki, 2017-ci ilin iyul ayında Təqsirləndirilən şəxs tapşırmışdır ki, Kamranla birlikdə müvafiq idarələrə gedib, işıq və su təchizatını sənədləşdirsin. Ceyhun adlı qohumundan da xahiş etmişdir ki, işığın sənədləşdirilməsində, texniki şərtin alınmasında, çəkilməsində, Kamrana köməklik etsin. Ceyhun Qaradağ rayon İşıq Təchizatı idarəsinin rəsi vəzifəsində işləmişdir. Onun tapşırığı ilə İlqar, Şahid2 yanına düşərək, pullarını Şahid2 ödəməklə, qeyri-yaşayış sahəsinin çıxarışının surətləri ilə sənədləşmə aparmış, xx.xx.2017-ci il tarixində obyektə işıq və su çəkilmiş, sənədləri də Mustafayevin adına rəsmiləşdirilmişdir. 31 avqust 2017-ci il tarixdə ona ismarıc gəlmişdir ki, İlhamdır, İlqarın qardaşı, Aydın ona zəng edir, onun zənginə cavab versin. Aydına zəng etmiş, Aydın bildirmişdir ki, İlqar artıq ona məxsus qeyriyaşayış sahəsini Rauf adlı polis işçisinə satmışdır. Aydın Raufun telefon nömrəsini də ona vermişdir. Bundan sonra, Raufla zəngləşmiş, o, isə həmin məlumatı təsdiqləmişdir. Rauf ona danışmışdır ki, Təqsirləndirilən şəxs, Səyyad adlı şəxslə iş birlikləri var və İlqarın Səyyada borcu yaranmışdır. Səyyadın tələbi nəticəsində İlqar, obyekti Səyyadın adına girov olaraq alqı-satqı kimi rəsmiləşdirmişdir. Raufun deməsinə görə o, qonşusu Ramin adlı şəxs vasitəsilə İlqarla tanış olmuş, tanış olmasının səbəbi isə guya İlqarın Bolqariyadan Azərbaycana gətirəcək milyon dollarla pulları gətirməyi bacaran, gətirməyi boynuna götürən adam axtarması olmuşdur. Ramin də Raufu onunla tanış etmişdir. Raufun özünün deməsinə görə, o, İlqardan tələb edir ki, ünvan 17 ünvanında yerləşən 74.7 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsini onun adına alqı-satqı ilə rəsmiləşdirsin. Bu məqamda İlqar, Raufa demişdir ki, obyekt başqa adamın girovundadır, o adama borcu var, gərək onun pullarını verə ki, obyekti Raufun adına rəsmiləşdirə bilər. Raufun deməsinə görə, Rauf Səyyadın pullarını ödəyərək, bu obyekti, Səyyadla alqı-satqı adı altında Şahid13 adamının adına rəsmiləşdirmişlər. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyan olan 130.000 manat və 40.000 ABŞ dollarını tələb edir. Proses iştirakçıların suallarını cavablandıraraq Zərərçəkmiş şəxs2 göstərmişdir ki, birinci yoldaşı X6 ilə 2001-ci ildən münasibətləri pisləşmiş, o, gözləyirmiş ki, qızının 10 yaşı tamam olsun və sonra onunla nikahı pozsun. Arvadının məhkəmədə ona qarşı mülki iddiası olmuşdur. O, obyekti öz adına ona görə özəlləşdirməmişdir. Şahid5 obyekti oğlunun adından çıxarmaq istəyirmiş. Ona görə də o obyekti təqsirləndirilən şəxsin adına rəsmiləşdirmişdir. Alqı-satqını notarius Rəşadət Sadıqov rəsmiləşdirmişdir. O təqsirləndirilən şəxsin tanışı imiş. Təqsirləndirilən Təqsirləndirilən şəxs makler imiş, bütün işlərini həmin notariatda görürmüş. Təqsirləndirilən şəxs özü ona təklif etmişdir ki, obyektin qiymətini çox yazsınlar ki, gələcəkdə satanda da baha qiymətə sata bilsinlər. Təqsirləndirilən şəxs ondan 40.000 manat obyektin özəlləşdirilməsi üçün almışdır. O, sonradan bilmişdir ki, həmin 40.000 manatla bağlı onu aldatmış, bununla bağlı uzun müddət münasibətləri yaxşı oduğundan İlqardan şikayət etməmişdir. 2010-cu ildən 2015-ci ilə qədər obyektdə o, Şahid9 və Firəngiz xanım oturmuşlar. O, Təqsirləndirilən şəxs inanmış, onu aldatması ağlına gəlməmiş, o, həmişə İlqara kömək etmiş, maddi cəhətdən də ona həmişə kömək etmiş, ona görə də obyektin çıxarışını ona vermişdir ki, işığın, suyun məsələsini həll etsin. Ondan sonra da çıxarış İlqarda qalmışdır. Onun ağlına gəlməzmiş ki, obyekti Təqsirləndirilən şəxs ondan gizli sata bilər və pulları əldə edər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 2006-2007-ci illərdən atasının dostu kimi tanıyır. Atası həmin illərdə Bakı şəhəri Xüsusi Təyinatlı Mənzil Kommunal Birliyinin 73 saylı Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində işləyirmiş. Zərərçəkmiş şəxs2 də həmin ərazidə yaşayırmış. Şahin Mustafayev küçəsi 37 ünvanda yerləşən qeyri yaşayış sahəsi olan obyekt Zərərçəkmiş şəxs2 istifadəsində imiş. Sonradan Zərərçəkmiş şəxs2 həmin obyekti özəlləşdirmək isəyirmiş. Lakin, həmin vaxt onun ailəsində problemlər olduğundan onların arasında əmlak problemləri var imiş. Ona görə də Zərərçəkmiş şəxs2 atasından xahiş etmişdir ki, həmin qeyri yaşayış sahəsini onun adına sənədləşdirsin. O da razılaşmışdır. Bundan sonra həmin qeyri yaşayış sahəsinə dair səhv etmirsə 2007-ci ilin noyabr ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən onun adına çıxarış verilmişdir. Bundan sonra 2008-ci ilin fevral ayında isə o Zərərçəkmiş şəxs2 həmin obyektə dair etibarnamə vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 ailə problemləri olduğundan həmin obyekti formal olaraq dostu Təqsirləndirilən şəxs satdığını bilmişdir. Sonra isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin obyekti Zərərçəkmiş şəxs2 xəbəri olmadan başqa şəxsə satmış və pulu mənimsəmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid6 bildirmişdir ki, Zərərçəkmiş şəxs2 atasının dostu olduğu üçün atası həmin obyektin onun adına rəsmiləşdirilməsinə razı olmuşdur. O da atasının deməsinə görə razı olmuşdur. Hesab edir ki, mənzilin onun adına özəlləşdirilməsi qanuni olmuşdur. Obyektin sonrakı taleyi onu maraqlandırmamışdır. Obyekt formal olaraq onun adına rəsmiləşdirilmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 179-cu vərəqəsində olan İcarə Müqaviləsinə və müqavilədə olan imzaya əsasən Şahid6 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzası deyil. Elan olunmuş cinayət işinin 1-ci cild 180-181-ci vərəqələrində olan İcarəyə verilmiş əmlakın alqı satqı müqaviləsinə və imzaya əsasən Şahid6 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzası deyil. Cinayət işinin 1-ci cild 183-cü vərəqəsində olan X14 əsasən Şahid6 bildirmişdir ki, obyektin Texniki Pasportu onun adına olmuşdur. Elan olunmuş cinayət işinin 1-ci cild 194-cü vərəqəsində olan Etibarnaməyə əsasən Şahid6, Zərərçəkmiş şəxs2 ona aid olan sənədlərə özü imza etsin deyə etibarnamə verdiyini bildirmişdir. Elan olunmuş cinayət işinin 1-ci cild 197-198-ci vərəqələrində olan alqı satqı müqaviləsinə və imzaya əsasən Şahid6 bildirmişdir ki, o, alqı-satqıda iştirak etməmiş, Zərərçəkmiş şəxs2 etibarnamə vermiş, Cəsarət özü alqı satqı etmişdir. Mənzilin 230.000 manata satılması barədə onun heç bir məlumatı olmamışdır. O, həmin obyektə görə pul əldə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən Zərərçəkmiş şəxs2 tanıyır. Həmin vaxt məhkəmədə torpaq mübahisəsisi olmuşdur. Həmin mübahisə ilə əlaqədar Zərərçəkmiş şəxs2 «Montin» bazarının yaxınlığında Ş.Mustafayev küçəsi 37 ünvanında yerləşən ofisinə gəlib-gedirmiş. Həmin vaxt görmüşdür ki, Təqsirləndirilən şəxs də otağın bir tərəfində stol qoyub maklerliklə məşğul olurmuş. Həmin ərəfədə Cəsarət oranı təmir etdirmiş, obyektin bir hissəsini də qəssaba arendaya vermişdir. Sonradan İlqarın orada Cəsarət tərəfindən çıxarılmasının səbəbini bilməmiş, lakin həmin qeyri-yaşayış sahəsinin Cəsarətə məxsus olmasını bilirmiş. 2010-cu ilin axırlarında İlqar oradan çıxıb BTİ-nin yaxınlığında balaca bir otağı icarəyə götürüb makler kimi fəaliyyət göstərirmiş. Təxminən 2018-ci il olarmış, Cəsarətlə görüşərkən bilmişdir ki, İlqarın kiməsə borcu olmuş, həmin obyekti onun əlindən almışlar. İlqar həmin obyekti satıb və pulu özündə saxlamışdır. Cəsarət bu barədə sonra bilmişdir. Bundan sonra onların arasında narazılıq yaranmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid10 bildirmişdir ki, Zərərçəkmiş şəxs2 həmin obyekti təmir etməsini bilirmiş. Cəsarət demişdir ki, obyekti İlqarın adına formal olaraq özəlləşdirdikdən sonra İlqar onun xəbəri olmadan həmin obyekti kiməsə satmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yanında görüb tanımışdır. İlqar özü də demişdir ki, obyekt Zərərçəkmiş şəxs2dir. O, əvvəldən də bilirmiş ki, obyekt Cəsarətindir. Sonradan Zərərçəkmiş şəxs2 demişdir ki, Cəsarətin xəbəri olmadan İlqar obyekti satmışdır. Onun mübahisəli məsələsi var imiş, ona görə də obyektə gəlib gedirmiş, Zərərçəkmiş şəxs2 də oranı ofis kimi açıb nümayəndə kimi işləyirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 dostudur. Cəsarəti 1999-2000-ci ildən tanıyır. Həmin illərdə o Bakı şəhəri Xüsusti Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 73 saylı Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində işləmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 həmin ərazidə yaşayırmış. Nərimanov rayonu, Şahin Mustafayev küçəsi 37 ünvanında yerləşən obyekt qeyri-yaşayış sahəsi Zərərçəkmiş şəxs2 icarəsində olmuşdur. Zərərçəkmiş şəxs2 həmin qeyri-yaşayış sahəsini özəlləşdirmək istəyirmiş, lakin həmin vaxt Cəsarətin ailəsində problem var imiş, Cəsarət boşanmış, arvadı ilə aralarında əmlak mübahisəsi var imiş. Ona görə Cəsarət ondan xahiş etmişdir ki, həmin qeyri-yaşayış sahəsini kiminsə yaxın bir adamın adına rəsmiləşdirib, sonra özəlləşdirsin. Onda Cəsarətə məsləhət bilmişdir ki, həmin obyekti oğlu Bəhruzun adına özəlləşdirsin. Cəsarət də buna razılıq vermişdir. Həmin obyekt oğlu Şahid6 adına özəlləşdirilmiş və buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən səhv etmirsə 2007-ci ilin qış aylarında çıxarış verilmişdir. Bir müddət sonra o Cəsarətdən xahiş etmişdir ki, həmin obyekti başqa şəxsin adına keçirsin, Cəsarət onunla razılaşmışdır. 2008-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs2 əmlakın başqa şəxsə verilməsinə dair oğlu Bəhruz tərəfindən etibarnamə verilmiş, çünki əmlak faktiki olaraq Zərərçəkmiş şəxs2 məxsus imiş. Ondan sonra Zərərçəkmiş şəxs2 ailə problemi ilə əlaqədar olaraq həmin obyektin yaxın dostu Təqsirləndirilən şəxs adına formal olaraq alqısatqı edilmişdir. Yəni həmin obyektə görə oğlu Bəhruza pul verilməmiş, Bəhruzun adından İlqarın adına keçirilmişdir. Təqsirləndirilən şəxs də Cəsarətin vasitəsilə tanımışdır. İlqar həmişə Cəsarətin yanında gəzirmiş, İlqarın yaşamağa yeri yox imiş, Cəsarət həmin obyekti ona vermişdir ki, ailəsi ilə yaşasın. İlqar 2005-ci ilə kimi orada yaşamış, ondan sonra Cəsarətin qohumu X1 xəbərsiz İlqarı həmin obyektdən çıxarıb özu ailəsi ilə birlikdə yaşamağa başlamışdır. 2007-ci ildə oranı boşaltmaq istəmədiyindən departament ona qarşı iddia qaldırmış və Vüqarı oradan çıxarmışlar. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin obyekti Zərərçəkmiş şəxs2 xəbəri olmadan başqa şəxsə sataraq pulu mənimsəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Saatlı rayon Vəkil Bürosunun vəkili işləyir. 1998-ci ildən Zərərçəkmiş şəxs2 tanıyır. Cəsarət əvvəllər polis orqanlarında işləmiş, polisdən çıxdıqdan sonra nümayəndə kimi fəaliyyət göstərirmiş və bununla əlaqədar tez-tez görüşmüşlər. ünvan 16 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cəsarətə məxsus olmuşdur. Cəsarətin ailəsində problem olduğundan həmin qeyri-yaşayış sahəsini sinif yoldaşı Təqsirləndirilən şəxs adına rəsmiləşdirmişdir. Həmin ərəfədə Cəsarətin ailəsində problem olmuşdur. Həmin qeyriyaşayış sahəsi Cəsarətə məxsus olduğu üçün Cəsarət dostu Təqsirləndirilən şəxs orada makler kimi fəaliyyət göstərməsi üçün İlqara yer vermişdir. İlqar orada Günel adlı qadın, Şahid3la birlikdə çalışırmış. Onlar bir balaca stol qoyub maklerlik edirmişlər. 2009-cu ilin dekabr ayında Cəsarətlə həmin obyekti təmir edib özləri üçün ofis kimi istifadə etmək qərarına gəlmişlər və ikisi pul qoyub oranı təmir etdirmişlər. Təmirdən sonra İlqargil yenə orada fəaliyyət göstərmişlər, lakin 2010-cu ilin axırlarında İlqarın pis əməllərinə görə Cəsarət onları oradan qovmuşdur. Onları çxardıqdan sonra oranı ofis kimi istifadə etmişlər. Cəsarət həmin binanın bir hissəsini bir nəfər qəssaba icarəyə vermiş və icarə pulunu da özu alırmış. 2014-cü ilin qış aylarında binanın bir hissəsinin damı uçmuş, otaqlara yağış suyu axmağa başlamışdır. Ona görə də orada oturmaq mümkün olmadığı üçün orada oturmamışlar. Həmin binanın arxa otağında Cəsarətin ev əşyaları və sənədləri olmuşdur. Həmin obyektin həmişə Zərərçəkmiş şəxs2 məxsus olmasını bilmiş, həmişə oranın açarı onda, bir də Cəsarətin özündə olmuşdur. Ondan sonra işlə əlaqədar tez-tez Cəsarətlə görüşürmüşlər. 2018-cilin yay aylarında Cəsarət demişdir ki, dostu İlqarın kiməsə borcu olmuş, həmin obyekti onun əlindən almışlar. Cəsarət bu barədə təxminən iki ildən sonra bilmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid9 bildirmişdir ki, Cəsarət İlqargili qovduqdan sonra, onlar başqa yerdə icarəyə yer götürüb maklerliklə məşğul olurmuşlar. Obyekt İlqara məxsus olsaymış, İlqar oradan çıxıb başqa yerdə icarə götürüb maklerliklə məşğul olmazmış. Cəsarət qəssaba icarəyə verdiyi yerin icarə pulunu özü alırmış. Obyektdə işıq, su, hamam və s. yerləri təmir etmişlər. Ofisə stol-stul, kompüter və s. əşyalar almışlar. Həmin obyektin Cəsarətə məxsus olmasını ondan bilmişdir ki, Cəsarət İlqargili oradan çıxartmışdır. O, görürmüş və bilirmiş ki, həmin obyektin İlqara heç bir aidiyyatı yoxdur. Ət satan qəssab Cəsarət olmayanda icarə pulunu Casarətə çatdırmağı üçün ona verirmiş. Obyektdə Cəsarət qədər onun da səlahiyyəti var imiş, hər ikisi təmir edib işləməyə başlamışlar. O da İlqara sifət edirmiş ki, çıxıb getsinlər. Ona Cəsarət demişdir ki, uşaqlıq dostu olan, ona inandığı İlqar ondan xəbərsiz obyekti başqa şəxsə satmışdır. Cəsarətlə o həmin obyektdə fəaliyyət gösətərəndə obyektin qarşısına “Hüquq Mərkəzi” kimi reklam vurmuşlar. O, Cəsarətlə obyekti təmir edib orada işə başlayanda İlqargil obyektin bir küncünə stol qoyub işləyirmişlər. O, hər dəfə Cəsarətə deyirmiş ki, bunlar nə üçün çıxmırlar, Cəsarət deyirmiş ki, yer tapıb çıxacaqlar. Sonra onlar yer tapıb oradan çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxs Cəsarəti 5 ildən çox olar ki, tanımışdır. Münasibətləri yaxşı olmuşdur. İlqarı isə 2016-cı ilin dekabr ayından tanıyır, İlqarla aralrında heç bir münasibət olmamışdır. 2016-cı ildə o Cəsarətə təklif etmişdir ki, Cəsarətə məxsus Nərimanov rayonu Ş.Mustafayev küçəsində yerləşən qeyri yaşayış sahəsində yerləşən obyekti ona versin işlətsin. Cəsarət ona bildirmişdir ki, həmin obyektin təmirə ehtiyacı var, lakin təmirə imkanı yoxdur. O, Cəsarətə təklif etmişdir ki, həmin obyekti o öz vəsaiti hesabına təmir edib işlədər. Cəsarət də razı olmuş və həmin abyektin açarını ona vermişdir. Həmin vaxtdan da təmir işlərinə başlamış və təmir edib qurtarmışdır. Təmirə 16 min manat pul xərcləmişdir. Həmin obyektdə təmir işləri apardığı zaman 3-4 nəfər şəxs gələrək obyektə daxil olmuşlar. O, onlardan kim olduqlarını soruşduqda, bildirmişlər ki, eşitmişlər ki, obyekt satılır baxmağa gəlmişlər. O, onlara bildirmişdir ki, obyekt satılmır. Həmin şəxslər də çıxıb getmişlər. O, may ayına kimi təmir işlərini bitirmiş və Cəsarətə bildirmişdir ki, ona müqavilə lazımdır ki, obyekti işlətmək üçün müəyyən sənədlər alsın. Cəsarət ona bildirmişdir ki, obyekt dostu İlqarın adınadır. İlqara deyəcək onunla müqavilə bağlasın. Ancaq bir müddət keçməsinə baxmayaraq İlqar müqaviləni həll etməmişdir. O, obyektdə kənd təsərrüfatı məsullarının satışı ilə məşğul olmağa başlayanda təmir vaxtı obyektin satılması ilə maraqlanan Rauf adlı şəxs obyektə gəlib bildirmişdir ki, işi dayandırsın, obyekti boşaltsın, obyekt Raufundur. O da bu barədə Cəsarətə bildirmişdir. Cəsarət kiminləsə danışdısa həmin oğlan bir də obyektə gəlməmişdir. Həmin Rauf adlı şəxs 3-4 ay obyektə gəlməmişdir. Sonra Sənan adlı bir nəfər göndərmişdir ki, obyektin açarını versin. O da açarı verməmiş, açarı Cəsarətin özünə vermişdir. Hadisələr baş verən ərəfədə o, Cəsarət və İlqar birlikdə görüşmüşlər, İlqar bildirmişdir ki, həmin obyekt ikinci dəfə İlqar tərəfindən Cəsarətin xəbəri olmadan satılmış və eyni zamanda bildirmişdir ki, girova qoymuş və yaxın zamanda bütün məsələləri həll edəcəkdir. İlqarın deməyindən belə çıxmışdır ki, obyekti girov qoymaqda, satmaqda məqsədi ondan ibarət olmuşdur ki, Bolqariya dövlətindən çirkli pul gətirəcəkdir. Birinci dəfə kimdə girov qoyduğunu bilməmiş, ikinci dəfə isə Rauf adlı şəxsə 40.000 manata qarşılıq girov qoyduğunu, həmin puldan da 17.000 manat borcu qaldığını, həmin pulu da ödəyib obyekti Cəsarətə geri qaytaracağını bildirmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, obyektin Cəsarətə məxsus olmasını ondan bilmişdir ki, İlqar özü də ona demişdir ki, obyekt Cəsarətindir. Təmir aparanda Cəsarət gəlib-gedirmiş. Həm də Cəsarət İlqara onun yanında tapşırmışdır ki, nə lazım olsa ona köməklik etsin. Ona görə də İlqar bəzi işlərdə ona kömək etmişdir. Məsələn o təmir edəndə qonşular narazılıq edəndə İlqar onlarla danışıb yoluna qoymuşdur. Zərərçəkmiş şəxs2 o əmi kimi tanımışdır. Onun məhkəmə işi də olmuş, ona kömək etmişdir. Cəsarət obyekti ona təmənnasız vermiş, danışmışlar ki, obyekti öz vəsaiti hesabına təmir edib işlətsin. Obyekti aldığını deyən oğlandan o soruşmuşdur ki, kimdən alıb, o da İlqardan aldığını demişdir. Onun yanında İlqar Cəsarətə bildirmişdir ki, obyekti girov qoyub pul götürmüş, pulu ödəyib obyekti Cəsarətə qaytaracaq. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun həyat yoldaşıdır. 2006-cı ildə Zərərçəkmiş şəxs2lə ailə qurmuşlar. Onda bilirmiş ki, həyat yodaşı Zərərçəkmiş şəxs2 məxsus Nərimanov rayonu, Ş.Mustafayev küçəsi 37 ünavanda yerləşən 74.7 kvm. sahəsi olan qeyri-yaşayış sahəsi var və həmin obyekti özəlləşdirmək istəyir. Cəsarətin uşaqlıq dostu olan Təqsirləndirilən şəxs bildirmişdir ki, Əmlak Komitəsində həmin obyektin özəlləşdirilməsi üçün 20.000 ABŞ dolları məbləğində pul istəyirlər. Həmin ərəfədə Rusiyaya köçmək istədikləri üçün qərara gəlmişlər ki, mənzili satıb, bir hissəsini həmin obyektin özəlləşdirilməsinə verib, həmin obyekti satandan sonra isə özlərinə başqa ev alarlar. Odur ki, ünvan 18 ünvanda yerləşən onun adına olan iki otaqlı mənzili satmaq üçün İlqara etibarnamə vermişdir. Həmin mənzil 67.445 manata satılmışdır. xx.xx.2007-ci ildə həyat yoldaşı Zərərçəkmiş şəxs2 öz evlərində onun yanında 20.000 ABŞ dolları məbləğində pulu İlqara vermişdir. Ondan bir neçə gün sonra Zərərçəkmiş şəxs2 oğlu Cahandandarı ali məktəbə imtahan verməsi üçün Moskva şəhərinə aparmışdır. Cəsarət Moskvada olduğu zaman İlqar ona zəng vurub demişdir ki, həmin obyektin özəlləşdirilməsi üçün əlavə olaraq 20.000 ABŞ dolları məbləğində pul istəyirlər. Ona görə də Cəsarət ona zəng vurub bildirmişdir ki, bankda olan puldan 20.000 ABŞ dolları məbləğində pul çıxarıb İlqara versin. O, xx.xx.2007-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən «Bank Standard»dan 20.000 ABŞ dolları məbləğində pulu çıxarıb şəxsən İlqara vermişdir. İlqar orada ona demişdir ki, tezliklə obyekti özəlləşdirəcək və onu satıb özlərinə ev ala biləcəklər. İlqar demişdir ki, onun Əmlak Komitəsində işləyən tələbə yoldaşı var, onun vasitəsilə tanışlığa görə ən aşağı qiymətə bu işi həll edir. Ondan bir müddət sonra Cəsarət Moskvadan qayıtmışdır. Ondan sonra bu işlərlə özü məşğul olmuşdur. 2018-ci ildə Cəsarət demişdir ki, İlqar Cəsarətin ona olan etibarından istifadə edərək ondan xəbərsiz həmin obyekti başqa şəxsə satmışdır. Bunu bildikdən sonra Cəsarət İlqardan şikayət etməyə başlamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid7 bildirmişdir ki, rəsmi olaraq Cəsarətlə boşansalar da, hal hazırki müddətə kimi birgə yaşayırlar. Cəsarət obyekti İlqara 230.000 manata satmamış, İlqarın pulu vardısa nə üçün ailəsi ilə kirayələrdə yaşayırmış. İlqar onlara 230.000 manat pul vermiş olsaymış, o, bu barədə bilərmiş. Həmin obyekti satsaymışlar həmin pula da onlar özlərinə ev alarmış. Onların məqsədi həmin obyekti baha qiymətə satıb özlərinə ev almaq olmuşdur. İki otaqlı mənzil onun adına imiş, İlqar da makler imiş. O, İlqara etibarnamə vermişdir ki, satsın, İlqar da satmışdır. İlqara vedikləri pul satdıqları evin pulundan olmuşdur. Pulu İlqara obyekti özəlləşdirməsi üçün vermişlər. İlqarın obyekti neçəyə satmasını bilmir. Obyekt Cəsarətə məxsus olmuşdur. Həmin vaxt Cəsarətin əvvəlki ailəsi ilə problemləri olduğu üçün İlqara etibar edib obyekti İlqarın adına keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 uşaqlıqdan tanıyır. Həmin vaxtdan indiyə kimi dostluq münasibətləri davam edir. Təqsirləndirilən şəxs də Cəsarətə görə tanımışdır. Onlar yaxın dost olmuşlar. Cəsarət həmişə İlqara əl tutub, köməklik edib, İlqar Bakıya gələndə qalmağa yeri olmadığı üçün Cəsarət Nərimanov rayonu, Ş.Mustafayev küçəsi 37 ünvanda yerləşən qeyri-yaşayış sahəsini pulsuz olaraq qalması üçün İlqara vermişdir. İlqar orada təxminən 2-3 il yaşamışdır. Ondan sonra Cəsarətin bacanağı Vüqar gəlib orada qalmış, bir müddət sonra Cəsarət Vüqarı da oradan çıxarmışdır. Sonradan bilmişdir ki, İlqar Cəsarətin etibarından sui-istifadə edərək Cəsarətdən xəbərsiz həmin obyekti başqa şəxsə satmışdır. Bu barədə Cəsarət xeyli müddət sonra bilmiş və İlqardan sonra da şikayət etməyə başlamışdır. Cəsarətin deməsinə görə bilmişdir ki, ailəsində problemlər olduğundan həmin qeyriyaşayış sahəsini İlqarın adına keçirmiş, İlqar da bundan istifadə edərək həmin obyekti başqa şəxsə satmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid11 bildirmişdir ki, qeyriyaşıyş sahəsinin Cəsarətə məxsus olmasını bilmişdir. Nə qədər ki, o İlqarı tanımış, İlqarın 230.000 manat pul verib obyekti almaq imkanı olmamışdır. İlqarın heç vaxt elə bir maddi imkanı olmayıb ki, həmin qiymətə obyekti alsın. Obyekti Cəsarət icarəyə verirmiş, kimisə çıxarmaq lazım olanda da Cəsarət çıxarırmış. O, Təqsirləndirilən şəxs Cəsarətə görə tanımış, İlqar kirayələrdə yaşamışdır. Obyekt satılandan neçə vaxt sonra bilinmişdir ki,İlqar obyekti satmışdır. O, biləndə ki, İlqar Cəsarətin obyektini satıb İlqara demişdir ki, nə üçün belə bir iş görüb, İlqar ona bildirmişdir ki, bir iş var imiş, həmin iş alınsa hamısı üçün yaxşı olacaqmış. İlqara demişdir ki, Cəsarətə deyib sonra satarmış, İlqar da belə alındığını bildirmişdir. İlqar demişdir ki, nə isə xaricdən pul gələcəkmiş, yaxşı qazanc olmalı imiş, ona görə obyekti satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, 2010-cu ilin may ayından Zərərçəkmiş şəxs2 tanıyır, Cəsarətin ünvan 19 ünvanında ofisi olmuşdur. O, işiylə əlaqədar nümayəndə kimi iştirak etməsini Cəsarətdən xahiş etmişdir. Cəsarətin ofisində otağın bir hissəsində Cəsarət əyləşirmiş, otağın pəncərəsinin yanında isə İlqar və adını dəqiq bilmədiyi bir qadın əyləşirmiş. Sənədlərini Cəsarətə vermiş, həmin ərəfədə Cəsarət oğlunu Ukraynaya qəbula apardığını, bir aya kimi qayıdacağını demişdir. O, Cəsarətdən Cəsarət olmayanda onun işinin necə olacağını soruşduqda, Cəsarət ona bildirmişdir ki, ona hansı sənəd gəlsə gətirib bunlara verər. Odur ki, Cəsarət olmayanda bir neçə dəfə o ofisə gəlmişdir. Söhbət zamanı İlqar və yanında olan xanım da ona demişlər ki, obyekt Cəsarətə məxsusdur. Obyektin bir hissəsində qəssab dükanı və meyvə-tərəvəz dükanı açılmışdır. Cəsarət qayıtdıqdan sonra bir dəfə Cəsarətin yanına gedəndə görmüşdür ki, İlqar və İlqarla olan xanım orada yoxdur. O, Cəsarətdən onları soruşduqda, Cəsarət onları qovduğunu bildirmişdir. Hətta bir dəfə o orada əyləşib Cəsarəti gözləyən zaman qəssab dükanında işləyən şəxs gətirib arenda pulunu ona verib Cəsarətə çatdırılmağını demişdir. O da qəssabdan pulu alıb Cəsarət gəldikdən sonra Cəsarətə vermişdir. Cəsarət İlqargili oradan qovduqdan sonra onlar BTİ-nin yanında balaca bir otağı arendaya götürüb maklerliklə məşğul olurmuşlar. Ondan xeyli müddət keçmiş, 2017-ci ildə Cəsarəti oğlunun toyuna çağırmışdır. Toyda Cəsarətlə görüşüb İlqarla barışıb-barışmamasını soruşduqda, Cəsarət İlqarın onu aldadıb, həmin obyekti Cəsarətdən xəbərsiz başqa şəxsə satdığını demişdir. Ondan sonra bir neçə dəfə Cəsarətlə görüşəndə bu işlə maraqlanmış, Cəsarət deyirmiş ki, İlqar qaçıb gizlənmiş, İlqarı tapa bilmir. Proses iştirakçılarının suallarını cvablandıraraq Şahid8 bildirmişdir ki, onun muliki işi təxminən 4 il davam etmişdir. Həmin işlə Cəsarət məşğul olurmuş. Onun evi obyektə yaxın imiş, tez-tez gəlirmiş. İlqarla həmin qadını Cəsarət obyektdən çıxarmış, İlqarın arvadı gəlmişdir ki, İlqar evə pul vermir. İlqarın yanında olan qadına görə onun evində söz söhbət də olmuşdur. Ona görə də Cəsarət İlqarı obyekdən çıxartmışdır. İlqar obyektdən çıxandan sonra Cəsarətlə münasibətləri pozulmamışdır. 2010-cu ildən 2014-cü ilə qədər onun mülki işi davam edirmiş. O, mütamadi olaraq obyektə gəlib gedirmiş. Həmin obyektin Cəsarətin olmasını bilmiş, heç vaxt həmin obyektin İlqara məxsus olmasını eşitməmişdir. İlqar özü də deyirmiş ki, obyekt Cəsarətindir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş vəsatətə əsasən əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 qiyabi tanımışdır. Təqsirləndirilən şəxsi istintaq zamanı tanımışdır. Oğlu Rauf ona Nərimanov rayonu, Ş.Mustafayev küçəsi 37-də olan qeyri-yaşayış sahəsinin satıldığını demişdir. O, həmin obyekti Səyyad adlı şəxsdən həyat yoldaşı Şahid14 adına almışdır. Səyyaddan həmin qeyri yaşayış sahəsini 80.000 və ya 100.000 manata almışdır. Dəmir yol vağzalının yanında olan bir notariatda alqı-satqı etmişlər. Pulu bank vasitəsilə köçürmüşlər. Həmin qeyri-yaşayış sahəsini alandan sonra orada heç bi təmir işləri etməmişlər. O, obyektə baxanda ora təmirsiz imiş. O, obyektə baxanda orada Kamran adlı bir nəfər meyvə satırmış. Kamrana bildirmişdir ki, o obyekti almış, Kamran da ona bildirmişdir ki, obyekt əmisinindir. Onda açar var imiş, Kamranda da açar var imiş. O, həmin mülkü aldığı üçün açarı dəyişmişdir. Elan olunmuş cinayət işinin 2-ci cild 188-189-cu vərəqələrində olan şahid Əlöysət İsmayılovun ifadəsinə əsasən şahid Əlöysət İsmayılov bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır. İfadəsini təsdiq edir. O, təxminən 1 il olar ki, aldığı həmin qeyriyaşayış sahəsini İmamverdi adlı bir nəfər şəxsə satmışdır. Obyekti 140.000 və ya 150.000 manata satmışdır. Onlar obyekti alanda həmin obyektin Zərərçəkmiş şəxs2 məxsus olmasını bilməmişlər. Onlara həmin obyekti Səyyad adlı şəxs satmışdır. Məhkəmə iclasında zərərçəkjmiş şəxs Zərərçəkmiş şəxs2 vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, Cəsarətdən 2015-ci ildə avtomobil almış, həmin vaxtdan tanımışdır. Nərimanov rayonu, Ş. Mustafayev 37 ünvanında yerləşən qeyri yaşayış sahəsini Səyyad adlı şəxsdən almışdır. Səyyadı yaxşı tanıyır, dostunun bacısının əridir. Səyyad ona demişdir ki, bir obyekti var satır. Obyektin Cəsarətə məxsus olmasını əvvəlcədən bilməmişdir. Obyekti Səyyad adlı şəxsdən anasının adına almışlar. Obyekt onun babası Səyyadın adına olmuşdur. Obyektin əvvəl kimə məxsus olmasını bilməmişlar, bunu sonra bilmişlər. Onlar həmin obyekti alandan sonra atası demişdir ki, həmin yeri açmışlar. Atası ora gedəndə görmüşdür ki, orada Kamran adlı şəxs var, atası ona həmin obyekti aldıqlarını deyəndə Kamran o yerin əmisinə məxsus olmasını demiş, bundan sonra İlqar da ortaya çıxmışdır. Cəsarət onun yanında İlqarı söyməmişdir. Həmin qeyri yaşayış sahəsini onlar 100.000 manata almışlar. Atası pulu Səyyada vermişdir. Səyyadın həmin qeyri-yaşayış sahəsini necə almasını bilmir. Səyyad satmış, onlar da almışlar. Onlar obyekti alanda ora təmirsiz olmuşdur. Obyekti onlara Səyyad göstərmişdir. Təqsirləndirilən şəxs xaricdən böyük məbləğdə pullar gətirməsi barədə məlumatı olmamış, bu barədə də Zərərçəkmiş şəxs2 deməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid16 bildirmişdir ki, həqiqətən 2016-cü ildə Təqsirləndirilən şəxs ünvan 21 ünvanında yerləşən qeyri-yaşayış sahəsini almışdır. Həmin zaman həmin qeyri yaşayış sahəsi çox bərrbad vəziyyətdə, damından su axan, təmirsiz bir yer olmuşdur. Hal hazırda qiymətini xatırlamadığı sahəyə görə cüzi pul vəsaiti vermiş, pulu iki dəfəyə, yəni əvvəlcədən bey, sonradan isə notariat kontorunda alqı-satqı zamanı nə məbləğ qeyd olunubsa, həmin məbləği ödəmiş, sonrdan isə həmin obyekti satmışdır. Ona təqdim olunmuş Daşınmaz əmlakın alqı-satqı haqqında 04 mart 2016-cı il tarixli ******* saylı müqaviləsində və 03 mart 2016-ci il tarixli “Muğanbank” Kommersiya Bankının kassa qəbzin kserosurətlərdə qeyd olunan qeyri-yaşayış sahəyə görə 24.000 manat verməsini tam təsdiq edir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq həmin epizodla əlaqədar cinayət işinə əlavə edilmiş sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 179-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 25 avqust 2006-cı il tarixli 3582 nömrəli İcarə müqaviləsinin kserosurətindən görünür ki, “İcarəyəverən” Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Bakı şəhər sakini Şahid6 icarəyə verir. Cinayət işinin 6-cı cild 17-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 iyun 2006-cı il tarixli etibarnamənin kserosurətindən görünür ki, Şahid7 Təqsirləndirilən şəxs 1 il müddətinə baş etibarnamə verməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 6-cı cild 21-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 iyun 2007-ci il tarixli etibarnamənin kserosurətindən görünür ki, Şahid6 Təqsirləndirilən şəxs 1 il müddətinə baş etibarnamə verməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 1-ci cild 183-187-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 avqust 2007-ci il tarixli 003834 saylı Əmlakın Texniki İnventarlaşdırması Bürosu müəssisə və obyektin Texniki Pasportun kserosurətindən görünür ki, icarəçi Şahid6 icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 74,7 kv.metr müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 180-181-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış İcarəçiyə verilmiş əmlakın alqı-satqısı haqqında 13 sentyabr 2007-ci il tarixli 1815 saylı müqavilənin kserosurətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ünvan 23 ünvanında yerləşən qeyriyaşayış sahəsini Şahid6 2390 manata satması rəsmiləşdirilmişdir. Cinayət işinin 1-ci cild 182-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 03 oktyabr 2007-ci il tarixli şəhadətnamənin kserosurətindən görünür ki, ünvan 24 ünvanında yerləşən 74,7 kv.m. qeyri-yaşayış sahəsi Şahid6 tərəfindən 2390 manata satın alınmış və 002514 saylı qeydiyyata alınaraq, reyestr kitabının 7 nömrəli vərəqəsində rəsmiləşdirilmişdir. Cinayət işinin 1-ci cild 188-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı Çıxarışının kserosurətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 74,7 kv.m. qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Şahid6 adına daşınmaz əmlakın dövlət reyestrində 10 noyabr 2007-ci il tarixdə reyestr kitabının ********* nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 190-193-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 01 mart 2008-ci il tarixli 11\197 saylı inventar nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi Daşınmaz Əmlakın Texniki Pasportunun kserosurətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi faydalı sahəsi 74,7 kv.metr olan qeyri-yaşayış sahəsinin hüquqi subyekti Şahid6 adına rəsmiləşdirilmişdir. Cinayət işinin 1-ci cild 194, 260-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 fevral 2008-ci il tarixli etibarnamənin kserosurətindən görünür ki, Şahid6 Zərərçəkmiş şəxs2 2 il müddətinə baş etibarnamə verməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 1-ci cild 197-198-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Daşınmaz əmlakın əmlakın alqı-satqısı haqqında 13 mart 2008-ci il tarixli ******* saylı müqaviləsinin kserosurətindən görünür ki, Şahid6 Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş Zərərçəkmiş şəxs2 verilmiş 7E-2628 saylı etibarnaməyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi faydalı sahəsi 74,7 kv.metr olan qeyri-yaşayış sahəsini Bakı şəhəri, H.Məmmədov küçəsi ev 9-da yaşayan Təqsirləndirilən şəxs 230.000 manata satması rəsmiləşdirilmişdir. Cinayət işinin 1-ci cild 195-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri 9-cu Dövlət Kontorunun “Bank Standart” Kommersiya Bankının “Arena” filialına ünvanlanmış 12 mart 2008-ci il tarixli 278 saylı məktubun kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs2 notariat qaydasında təsdiq olunmuş etibarnaməyə əsasən, təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə 230.000 manat məbləğində Təqsirləndirilən şəxs verilməsi üçün depozit hesabına ödənilməsi barədə müraciət etmişdir. Cinayət işinin 1-ci cild 200-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 12 mart 2008-ci il tarixli 9 saylı kassa qəbzinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs “Bank Standart” Kommersiya Bankının hesablaşma hesabına 230.000 manat ödəməsi rəsmiləşdirilmişdir. Qəbzdə pulu ödəyən şəxsin (Təqsirləndirilən şəxs) imzası olsa da, pulu qəbul edən şəxsin (Şahid6 və ya Zərərçəkmiş şəxs2) imzası mövcud deyildir. Cinayət işinin 1-ci cild 199-cu vərəqəsində və 4-cü cild 199-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı Çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 74,7 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Təqsirləndirilən şəxs adına daşınmaz əmlakın dövlət reyestrində 24 aprel 2008-ci il tarixdə reyestr kitabının **********8 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 1-ci cild 270-274-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış İnternet şəbəkələrə qoşulmaq üçün göstərilən xidmətləri haqqında ¾ saylı 18 oktyabr 2010-cu il tarixli müqavilənin kserosurətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə İnternet xətti qoşulması üçün müqavilə Zərərçəkmiş şəxs2lə bağlanmışdır. Cinayət işinin 1-ci cild 277; 280-285-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış "xxxx" MMC-nin, «Super-online» ödəniş qəbzlərinin kserosurətlərindən görünür ki, müvafiq abunə ödənişləri Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 230-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 oktyabr 2012-ci il tarixli etibarnamənin kserosurətindən görünür ki, Şahid15 Şahid16 50 il müddətinə baş etibarnamə verilməsi Bakı şəhəri 51 saylı notariat kontorunda rəsmiləşdirilmişdir. Cinayət işinin 4-ci cild 195-197-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Daşınmaz əmlakın alqı-satqısı haqqında 04 mart 2016-cı il tarixli ******* saylı müqaviləsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs etibarnaməyə əsasən Şahid16 vasitəsilə Şahid15 ünvan 1 ünvanında yerləşən ümumi faydalı sahəsi 74,7 kv.metr olan qeyri-yaşayış sahəsini 24.000 manata satması Bakı şəhəri 51 saylı notariat kontorunda rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 198-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 03 mart 2016-cı il tarixli kassa qəbzinin kserosurətindən görünür ki, Şahid16 “Muğanbank” Kommersiya Bankının hesablaşma hesabına 24.000 manat ödəməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 223-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 26 ünvanında yerləşən 74,7 kv.m. qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Şahid15 adına daşınmaz əmlakın dövlət reyestrində 19 mart 2016-cı il tarixdə reyestr kitabının ********** nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 4-cü cild 214-216-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Daşınmaz əmlakın alqı-satqısı haqqında 18 yanvar 2018-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin kserosurətindən görünür ki, Şahid15 etibarnaməyə əsasən Şahid16 vasitəsilə Şahid14 ünvan 1 ünvanında yerləşən ümumi faydalı sahəsi 74,7 kv.metr olan qeyri-yaşayış sahəsini 100.000 manata satması Bakı şəhəri 41 saylı notariat kontorunda rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 219-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 yanvar 2018-ci il tarixli kassa qəbzinin kserosurətindən görünür ki, Şahid14 “Dəmiryol” şöbəsinn hesablaşma hesabına 100.000 manat ödəməsi rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 227-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 yanvar 2018-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizədən görünür ki, Şahid15 məxsus ünvan 1 ünvanında yerləşən 74,7 kv.m. qeyri-yaşayış sahəsinin Şahid16 tərəfindən satılmasına X11 etiraz etmir. Cinayət işinin 4-cü cild 51-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 74,7 kv.m. qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Şahid14 adına daşınmaz əmlakın dövlət reyestrində 08 fevral 2018-ci il tarixdə reyestr kitabının ********* nömrəli vərəqində qeydiyyata alınmışdır. Cinayət işinin 6-cı cild 42-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı zərərçəkmiş bir daha ifadələrini təsdiq edərək sonuncunu ifşa etmişdir. Cinayət işinin 6-ci cild 37-40-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası «Müstəqil Məhkəmə Ekspertizasının» 10 iyun 2022ci il tarixli 243 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 74,7 kv.m. qeyriyaşayış sahəsinin xx.xx.2016-cı il tarixə olan Respublikadaxili orta bazar qiyməti 129.978 manat müəyyən edilir. Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda 40.000 (qırx min) manat pul vəsaitinin etibardan sui-istifadə etmə və aldatma yolu ilə əldə etməsi epizodu üzrə məhkəmə baxışında aşağıdakılar müəyyən edilmişdir: Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 yalnız istintaq dövründə tanımış, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla tanışlığı 2018-ci ildə baş vermişdir. Belə ki, onun uşaqlıq dostu Şahid1 və ona tanışı Əbülfəz 2018-ci ilin yaz aylarının əvvəllərində təklif etmişdir ki, onun yaşadığı Nardaran qəsəbəsindən torpaq sahəsi alıb özləri üçün bağ evi tikdirsinlər. O və Çingiz razılaşaraq Əbülfəzə onlar üçün münasib qiymətə torpaq sahəsi tapmağını xahiş etmişlər. Bir müddət sonra Əbülfəz bildirmişdir ki, onun uzaq qohumu Əliağa adlı şəxs Nardaran qəsəbəsi ərazisində özünə məxsus 18 sot boş torpaq sahəsini satır, almaqları məsləhətdir. O, dostu Çingiz ilə birlikdə gedib həmin torpaq sahəsinə baxmış, xoşlarına gəlmiş, lakin torpaq sahəsinin qeydiyyat şəhadətnaməsi yox, yalnız bağçılıq kitabçası olmuş, yəni Reyestr Xidmətinin çıxarışı olmamışdır. Çingiz ilə o, razılaşmışlar ki, həmin torpaq sahəsini şərikli alaraq özəlləşdirsinlər, istifadə olunmasını sonra qərarlaşdırarlar. Torpaq sahəsinin sahibi Əliağa da dostları Əbülfəzin qohumu olduğundan onlara etibar edərək razılaşmışdır ki, torpağı özəlləşdirib sənədlərini ondan alarlar, sonra onunla halallaşarlar, razılaşmalarına görə sənədlər düzəldikdən sonra onlar ona torpaq sahəsinə görə ümumilikdə 50.000 manat məbləğində pul verməli imişlər. Bu razılaşmalarından sonra onlar torpaq sahəsinin özəlləşdirilməsi üçün adam axtarmağa başlamışlar. Həmin ərəfədə təsadüfən köhnə tanışları, bildiklərinə görə, əvvəllər polis əməkdaşı işləmiş, Şahid4 adlı şəxslə rastlaşmışlar. Tahir onların problemlərini eşidib bildirmişdir ki, onun bir nəfər Təqsirləndirilən şəxs adlı dostu var, İlqarın Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işləyən tanışları çoxdur, əmlak məsələləri ilə bağlı istənilən problemi həll edə bilir. Tahir bildirmişdir ki, İlqar həmin tanışları vasitəsilə onların məsələlərini də həll edə bilər. Onlar onunla razılaşmış, bir neçə gündən sonra o Tahirə zəng vuraraq onları həmin İlqar adlı tanışı ilə görüşdürməsini xahiş etmişdir. Tahir özü şəhərdən kənar olduğunu bildirərək Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən «Funda» tibb mərkəzinin qarşısında İlqar adlı dostu ilə görüşməyə göndərmiş, onlar ora gedərək Tahirin dostu Təqsirləndirilən şəxs ilə tanış olmuşlar, onların məsələlərindən danışdıqda İlqar bir nəfər Bakı şəhəri üzrə Dövlət Reyestr Xidmətinin mühəndis kimi işləyən tanışı Şahid12 vasitəsilə onların məsələsini həll edə biləcəyini bildirib Fəxri adlı şəxsi yanlarına çağırmışdır. Fəxri özünü Dövlət Reyestr Xidmətinin mühəndisi kimi təqdim edib, torpaq sahəsinin sənədləşdirilməsi işlərini görəcəyinə vəd vermişdir. Ona inanaraq dördü birlikdə Nardaran qəsəbəsinə gedib oradan almaq istədikləri torpaq sahəsini Fəxriyə göstərmişlər. Fəxri özü ilə gətirdiyi cihazla həmin torpaq sahəsini ölçərək güya «sputnik» vasitəsilə koordinatlarını müəyyən edib yoxlamış, hətta onlar ona zəhmət haqqı kimi 100 manat pul da vermişlər. Orada Fəxri onlara bildirmişdir ki, torpaq təmiz çıxarsa və yüklü çıxmazsa onların məsələsini həll edə bilər, torpaq sahəsi bahalı yerdə yerləşdiyi üçün bu halda hardasa təxminən 35000-45000 manat arası pul lazım olacağını bildirmişdir. Səhəri gün İlqar onlara zəng vurub yenə də «Funda» tibb mərkəzinin yaxınlığına görüşə çağırmış, oradakı söhbət zamanı İlqar bildirmişdir ki, torpaq sahələri yoxlamadan təmiz çıxıb, yüklü deyil, özəlləşdirmək olar, o, onların yanlarında Fəxriyə zəng vurmuş və Fəxri də deyilənləri təsdiq edərək bu məsələnin 45000 manat məbləğinə başa gələcəyini bildirmiş, o, xahiş etmişdir ki, qiyməti 40000 manata endirsin, pulun yarısını əvvəlcədən, qalan yarısını isə sənədlər hazır olduqdan sonra verərlər, lakin Fəxri razılaşmamışdır ki, pulun hamısı yuxarılara çatmasa sənədlər düzəlməyəcək, pul verilən kimi isə uzağı 40-50 gün ərzində sənədlər hazır olacaq. Fəxri bu detalları vəzifəli dostları ilə danışmaq üçün onlardan vaxt istəmiş, səhəri gün isə Fəxri onlara zəng vuraraq işin 40.000 manata razılığının alındığını, lakin pulun hamısını bəri başdan vermək lazım olduğunu bildirmişdir. Çingiz pul olmadığı üçün o, 40000 manat məbləğində pul düzəldib xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxslə «Funda» tibb mərkəzinin qarşısında görüşmüşlər, o, nağd pulu və özünün şəxsiyyət vəsiqəsinin surətini İlqara vermiş, lakin yenə də hər ehtimala qarşı bu iş üçün İlqarın vasitəsilə Fəxrini tanıdığı üçün İlqara əl yazma ilə pulu qəbul etməsini yazmasını bildirmişdir. İlqar etiraz etmədən ondan 40000 manat məbləğində pul almasına dair əlyazma qəbzini yazıb vermişdir. Daha sonra onların yanlarında İlqar Fəxriyə zəng vuraraq 40000 manat pulu ondan götürdüyünü bildirib nə vaxt görüşmələrini soruşmuşdur. Fəxri telefonda bildirmişdir ki, görüşüb pulu ondan götürəcək. Bundan sonra sənədlərin düzəlməsini gözləməyə başlamışlar, Fəxrinin onlara vəd verdiyi sonuncu müddət xx.xx.2018-ci il tarixdə tamam olsa da o, onları aldatmış, onlar üçün heç bir sənəd düzəltməmiş, yalançı vədlərlə vaxt uzatmağa başlamışdır. O, işi düzəltmədiyini görüb verdikləri pulları qaytarmasını ondan tələb etdikdə isə İlqar əvvəl onlardan möhlət istəmişdir. Yenə də vaxt uzanmış, lakin heç bir nəticə olmamış, müsbət nəticə görmədikləri üçün məcbur olub artıq özləri şikayət etmək qərarına gəlmişlər. İlqar tərəfindən aldanmağı nəticəsində ona 40.000 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş 40.100 manat məbləğində maddi ziyanı Təqsirləndirilən şəxs tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs nə özü, nə də ki digər şəxslər heç bir təzyiq və təsir göstərməmiş, 28 may 2018-ci ildə Təqsirləndirilən şəxs 40.000 manat pul alıb və həmin pulu alanda qəbz yazmışdır. Nardaran ərazisində 18 sot, Pirşağı ərazisində 15 hektar torpaq sahəsinin sənədləşdirilməsi ilə əlaqədar olaraq onunla heç bir danışıqları olmamış, İlqar ona və Çingizə hissə-hissə olaraq nə 6.000 manat nə də ki başqa məbləğdə pul vəsaiti verməmişdir. Təqsirləndirilən şəxs ona Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işləyən tanışlarının çox olduğunu bildimiş, Kərəm Həsənovun adını da çəkmişdir. İlqar demişdir ki, Kərəmlə bir sinifdə oxumuş, onunla dostdur, o, bu işlə məşğuldur. Fəxrinin özəlləşdirməsini deməmişdir. Deyirmiş ki, onun dostu Kərəm Həsənovdur. Qəbzin əslini o, birinci işi aparan müstəntiq İlqar Həmidova vermiş, sonra qəbzin əslini sonra işi aparan müstəntiqdən soruşanda müstəntiq ona bildirmişdir ki, Təqsirləndirilən şəxs kömək edən müstəntiq qəbzin əslini işdən çıxarmışdır. 30 min manatı o verib, 10 min manatı isə Çingiz vermişdir. Pul 4 paçka 100 manatlıq olmuşdur. Torpaq onun adına özəlləşdirilməli imiş. Pulu verəndə İlqar sayıb götürmüşdür. İlqar ona və Çingizə hissə-hissə olaraq nə 6.000 manat nə də ki başqa məbləğdə pul vəsaiti verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostudur, Zərərçəkmiş şəxs1 və şahid Çingiz tanışlarıdır. Zərərçəkmiş şəxs2 də tanıyır. Təxminən 2018-ci ilin may ayının sonlarında Çingiz və Dmitriy ilə görüşən zaman onlar Nardaran qəsəbəsində 18 sot torpaq sahəsini almaq istədiklərini, lakin həmin torpaq sahəsinin sənədləri olmadığını, yalnız keçmiş SSRİ dövründən verilmiş bağçılıq kitabçası olduğunu bildirərək torpaq sahəsinin özəlləşdirilməsində köməklik göstərə bilən tanışının olub-olmadığını soruşmuşlar. Dostu İlqarın Əmlak Komitəsində işləyən tanışları olduğu üçün o bu barədə onlara bildirib İlqarın vasitəsilə həmin yeri özəlləşdirmənin mümkün ola biləcəyini demişdir. Çingizlə Dmitriy etiraz etmədən İlqarla onları görüşdürməyini istəmişlər. O, İlqara zəng vuraraq ona məsələni izah edib bu işdə köməklik göstərə bilib-bilməyəcəyini soruşmuşdur. İlqar da Əmlak Komitəsində mühəndis vəzifəsində işləyən tanışı Fəxrinin vasitəsilə bir neçə torpaq sahəsini də özəlləşdirdiyini və Fəxrinin vasitəsilə də 18 sot torpaq sahəsini özəlləşdirməkdə köməklik göstərə biləcəyini demişdir. O, bu barədə Çingizlə Dmitriyə məlumat vermişdir. Sonra tarixi dəqiq yadında qalmasa da, may ayının sonlarında Çingiz ona zəng vuraraq İlqarla onları görüşdürməyini istəmişdir. Həmin vaxt onun işləri olduğu üçün onları calaşdırmışdır. Sonra X25, həm də İlqarın deməsinə görə ona məlum olmuşdur ki, İlqar onları Fəxri ilə tanış edib, birlikdə gedib torpaq sahəsinə baxmışlar və Fəxri həmin torpaq sahəsinin özəlləşdirilməsini 30.000 manata razılaşmışdır. Bir neçə gün sonra digər dostları Aydınla birlikdə olan zaman İlqar ona zəng vuraraq Dmitriydən Fəxriyə çatdırması üçün 30.000 manat pul götürdüyünü və birlikdə pulu verməsi üçün uStara Praqa" restoranının qarşısına getməyini xahiş etmişdir. O, etiraz etməyib həmin vaxt dostları Aydınla birlikdə həmin restoranın qarşısına getmişlər. Həmin vaxt axşam saatları olmuşdur. İlqar orada Fəxri ilə görüşərək onun avtomobilinə əyləşmişdir. İlqarın nə qədər pul verməsini görməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Tahir Baxşıbəyov bildirmişdir ki, İlqar Dimanın işi ilə bağlı Fəxriyə 30.000 manat verdiyini bilmişdir. O, istintaqda da 30.000 manat demişdir. Sonra o bilmişdir ki, Çingiz reketlər gətirib İlqarın üstünə, İlqar da 40.000 marnata imza etmişdir. Sonra o Çingizə zəng edib demişdir ki, bu nə məsələdir, Çingiz demişdir ki, elə söhbət yoxdur. O, Çingizdən 30.000 manat eşitmişdir. Dmitriylə keçən il zəngləşib, görüşmüşlər. İlqar ona demişdir ki, Dima ilə görüşüb bu məsələni həll etsinlər, oturub söhbət etsinlər. Orada da 30.000 manatın söhbəti gedirmiş. Sonra da razılaşmışlar. İlqar Dmitriyə vaxt verməsini, pulunu tapıb qaytaracağını, indi istintaqa çağırıldığını və 3 günə zəng edib pulunu qaytaracağını demişdir. Çingizə görə Dimanı tanımışdır. Çingizlə Fəxri arasında 30.000 manatın söhbəti olmuşdur. Özəlləşməni Fəxri etməli imiş. Şahid Tahir Baxşıbəyovun istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan X3 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 179-181-ci vərəqələrində olan ifadəsində X7 aşağıdakıları göstərmişdir: «...Daha sonra X25, həm də İlqarın deməsinə görə mənə məlum oldu ki, İlqar onları Fəxri ilə tanış edib, birlikdə gedib torpaq sahəsinə baxıblar və Fəxri həmin torpaq sahəsinin özəlləşdirilməsini 40.000 manata razılaşıb. Bir neçə gün sonra digər dostumuz Aydınla birlikdə olan zaman İlqar mənə zəng vuraraq Dnitridən Fəxriyə çatdırması üçün 40.000 manat pul götürdüyünü və birlikdə pulu verməsi üçün uStara Praqa" restoranının qarşısına getməyimizi xahiş etdi. …Həmin vaxt İlqar əlində olan sellofan torbadan 4 ədəd ayrı-ayrı rezinlərə bağlanılmış pulları Fəxriyə verdi. Həmin pulllar manat şəklində idilər. Həmin pullar ayrı-ayrı rezinlərə bağlandığı üçün başa düşdük ki, bir bağlama 10.000 manat təşkil edir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq şahid Tahir Baxşıbəyov bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, o, ifadəsində 40.000 manat deməmiş, 30.000 manat olmasını demiş, nədənsə müstəntiq 40.000 yazmışdır. O, avtomobildə nə qədər pul verilməsini görməmişdir. Elan olunmuş cinayət işinin 3-cü cild 325-328-ci vərəqələində olan Nərimanov Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli məhkəmə iclas protokoluna əsasən şahid Tahir Baxşıbəyov bildirmişdir ki, o, 40.000 manat görməmişdir. İlqar demişdir ki, Fəxriyə 30.000 manat vermişdir. İlqarın Fəxriyə nə qədər pul verməsini o görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 tanımışdır. 2018-ci ilin yaz aylarının əvvəllərində dostları Əbülfəz onlara təklif etmişdir ki, imkanları varsa Əbülfəzin yaşadığı Nardaran qəsəbəsindən torpaq sahəsi alıb özləri üçün bağ evi tikdirsinlər. Onlar razılaşaraq Əbülfəzdən onlar üçün münasib qiymətə torpaq sahəsi tapmağını xahiş etmişlər. Bir müddət sonra Əbülfəz bildirmişdir ki, onun uzaq qohumu Əliağa adlı şəxs Nardaran qəsəbəsi ərazisində özünə məxsus 18 sot boş torpaq sahəsini satır. O da dostu Dmitriy ilə birlikdə gedib həmin torpaq sahəsinə baxmış, xoşlarına gəlmiş, lakin torpaq sahəsinin qeydiyyat şəhadətnaməsi yox imiş, yalnız keçmiş SSR dövründən verilmiş bağçılıq kitabçası olmuş, özəlləşdirilməmişdir. Dmitriy ilə o razılaşmışlar ki, həmin torpaq sahəsini şərikli alaraq özəlləşdirsinlər, istifadə olunmasını sonra qərarlaşdırarlar. Torpaq sahəsinin sahibi Əliağa da dostu Əbülfəzin qohumu olduğundan onlara etibar edərək razılaşmışdır ki, torpağı özəlləşdirib sənədlərini aldıqdan sonra onunla halallaşarlar. Razılaşmaya görə sənədlər düzəldikdən sonra onlar torpaq sahəsinə görə ümumilikdə təxminən 50000 manat pul verməli imiş. Bu razılaşmalarından sonra onlar torpaq sahəsinin özəlləşdirilməsi üçün variantlar axtarmağa başlamışlar. Həmin ərəfədə təsadüfən köhnə tanışları, bildiyinə görə, əvvəllər polis əməkdaşı işləmiş, Şahid4 adlı şəxslə rastlaşmışlar. Tahirlə söhbət əsnasında, Tahir onların torpaq sahəsini özəlləşdirmələrini bildikdə, bir nəfər Təqsirləndirilən şəxs adlı dostu olduğunu deyib, bildirmişdir ki, həmin İlqarın Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işləyən tanışları çoxdur, əmlak məsələləri ilə bağlı istənilən problemi həll edə bilir. Tahir bildirmişdir ki, İlqar həmin tanışları vasitəsilə onların məsələlərini həll edə bilər. Onlar Tahirlə razılaşmışlar. Bir neçə gündən sonra onlar Tahirə zəng vuraraq onları İlqar adlı tanışı ilə görüşdürməsini xahiş etmişlər. Tahir şəhərdən kənar olduğunu bildirərək, onları Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən «Funda» tibb mərkəzinin qarşısında İlqar adlı dostu ilə görüşməyə göndərmişdir. Onlar Tahirin dediyi yerə gedərək Təqsirləndirilən şəxs ilə görüşdükdə torpaq sahəsini özəlləşdirmələri barədə İlqara bildirdikdə, İlqar bir nəfər Bakı şəhəri üzrə Dövlət Reyestr Xidmətinin mühəndisi kimi işləyən tanışı Şahid12 vasitəsilə onların məsələsini həll edə biləcəyini bildirib Fəxri adlı şəxsi yanlarına çağırmışdır. Onlar dördü birlikdə Nardaran qəsəbəsinə gedib oradan almaq istədikləri torpaq sahəsini Fəxriyə göstərmişlər. Fəxri özü ilə gətirdiyi cihazla həmin torpaq sahəsini ölçərək sputnik vasitəsilə koordinatlarını müəyyən edib yoxlamışdır. Buna görə onlar Fəxriyə zəhmət haqqı kimi 100 manat pul vermişlər. Fəxri onlara bildirmişdir ki, torpaq yüklü çıxmazsa onların məsələsini həll edə bilər, torpaq sahəsi bahalı yerdə yerləşdiyi üçün bu halda hardasa təxminən 35.000- 45.000 manat arası pul lazım olacağını bildirmişdir. Onlar Fəxriyə tam olaraq dəqiqləşdirib bir məlumat verməsini xahiş etmişlər. Səhəri gün İlqar zəng vurub yenə də «Funda» tibb mərkəzinin yaxınlığına görüşə çağırmış və İlqar bildirmişdir ki, torpaq sahələri yoxlamadan təmiz çıxıb, yüklü deyil, özəlləşdirmək olar. Sonra isə İlqar onların yanında Fəxriyə zəng vurmuş, Fəxri də təsdiq edərək bu məsələnin 45.000 manat məbləğinə başa gələcəyini bildirmişdir. Dmitriy xahiş etmişdir ki, qiyməti 40.000 manata endirsin, pulun yarsını əvvəlcədən, qalan yarısını isə sənədlər hazır olduqdan sonra verərlər, lakin Fəxri razılaşmamış və bildirmişdir ki, pulun hamısı yuxarılara çatmasa sənədlər düzəlməyəcək, pul verilən kimi isə uzağı 40-50 gün ərzində sənədləri hazır olacaq. Fəxri bu detalları vəzifəli dostları ilə danışmaq üçün vaxt istəmişdir. Səhəri gün isə Fəxri zəng vuraraq işin 40.000 manata razılığını aldığını, lakin pulun hamısının bəri başdan vermək lazım olduğunu bildirmişdir. Onlar bu işdən tam əmin olmaq üçün bir daha onları Fəxri ilə tanış etmiş Tahirə zəng etmiş, məsələnin təfərrüatlarını ona danışıb məsləhət istəmişlər. Tahir isə narahat olmamalarını, tam arxayın şəkildə iş görə biləcəklərini bildirmişdir. Onlar Tahiri çoxdan tanıdıqları üçün inanıb Fəxriyə pul vermək qərarına gəlmişlər. Onda həmin vaxt pul olmadığı üçün Dmitriy 40.000 manat məbləğində pul düzəldib xx.xx.2018-ci il tarixdə İlqarla «Funda» tibb mərkəzinin qarşısında görüşmüşlər və Dmitriy 40.000 manat pulu və özünün şəxsiyyət vəsiqəsinin surətini İlqara vermiş, lakin yenə də hər ehtimala qarşı İlqarın vasitəsilə Fəxrini tanıdıqları üçün İlqara əl yazma ilə pulu qəbul etməsini yazmasını bildirmişlər. İlqar etiraz etmədən Dmitriydən 40.000 manat məbləğində pul almasına dair qəbz yazıb vermişdir. Sonra onların yanında İlqar Fəxriyə zəng vuraraq 40.000 manat pulu onlardan götürdüyünü bildirmişdir. Bundan sonra sənədlərin düzəlməsini gözləməyə başlamışlar. İlqarın onlara vəd verdiyi sonuncu müddət xx.xx.2018-ci il tarixdə tamam olsa da o, heç bir sənəd düzəltməmiş, yalançı vədlərlə vaxt uzatmağa başlamışdır. İş düzəltmədiyini görüb pulları qaytarmasını İlqardan tələb etdikdə isə əvvəl möhlət istəmişdir. Sonra onlar İlqarın və Fəxrinin aldatdığını görüb pulları Tahir və İlqardan tələb etməyə başlamışlar. Onlar pullarını Fəxridən özlərinin alacağını vəd etmişlər. Yenə də vaxt uzanmış, lakin heç bir nəticə olmadığından Dmitriy məcbur olub şikayət etmək qərarına gəlmişdir. Onlar Təqsirləndirilən şəxs heç bir təzyiq və təsir göstərməmişlər. Elə bir şey olmayıb ki, onlar heç kəsi İlqarın üstünə gətirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır, İlqarı digər dostu Tahir Baxşıbəyovun vasitəsilə tanımışdır. İlqar makler olmuş, o da 2008-ci ildən İlqarın yanında işləmişdir. İlqarın yanında müqavilə ilə işləmişdir. O, müştəri tapırmış, səndləşməni İlqar edirmiş. İlqarla 50%-ə işləyirmişlər. Bir vaxt İlqarla Nərimanov rayonu, Ş.Mustafayev küçəsində yerləşən 37 ünvanda ofisdə oturmuşlar. Sonra Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin yanında bir yerdə oturmuşlar, sonra isə Nərimanov Rayon Məhkəməsinin yanında bir yer götürüb orada işləmişlər. Münasaibətləri hər zaman normal olmuşdur. İlqarın tanışı olan Şahid12 isə qiyabi tanımışdır. Fəxrinin Əmlak Komitəsində işlədiyini və bir neçə dəfə İlqarın tanışlarına torpaq sahəsinin sənədləşdirilməsini həyata keçirdiyini bilmişdir. Belə ki, 2018ci ilin may ayının sonlarında axşam saatlarında Tahirlə birlikdə olan zaman İlqar Tahirə zəng vuraraq birlikdə “Stara Praga” restoranının yanına getmələrini xahiş etmişdir. Onlar birlikdə həmin restoranın yanına getmişlər. Yolda olan zaman İlqar söhbət zamanı bildirmişdir ki, Tahirin tanışı Çingiz və Dmitriy adlı şəxslərin Nardaran qəsəbəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün onlardan 30.000 manat pulu Fəxrinin istəyi ilə almış və həmin pulu Fəxriyə vermək üçün həmin restoranın yanına gedirlər. Onlar həmin restoranın yanına çatdıqda, İlqar onlardan ayrılaraq Fəxrinin avtomobilinə yaxınlaşmışdır. Həmin vaxt onlar da avtomobilin yanında olmuş və avtomobilin salonunda işıq yandığı iiçün hər şeyi görürmüşlər. Həmin vaxt İlqar əlində olan sellofan torbada olan pulları Fəxriyə vermişdir. Fəxri pulu saydıqdan sonra onları avtomobilin salonunda olan saxlanc yerinə qoymuşdur. Pul 4 paçka imiş, ikisi 100-lük əsginasları, ikisi isə 50-lik əsginasları imiş, yəni 30.000 manat imiş. Sonra İlqar avtomobildən düşmüş və onlar oradan uzaqlaşmışlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, onlar avtomobildə gedərkən İlqar bildirmişdir ki, Çingiz və Dmitriy adlı şəxslərin Nardaran qəsəbəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün onlardan pul alıb, həmin pulu Fəxriyə vermək üçün gedir. Onlara da təklif etmişdir ki, İlqarla getsinlər. Pul verildikdən sonra da İlqar Çingizlə və Fəxri ilə telefonda danışırmış, əsəbiləşirmiş. Bir dəfə də o, İlqar və Tahir oturub yemək yeyirmişlər, Çingiz gəlib İlqara demişdir ki, o, İlqarı tanıyır, pulu İlqar qaytaracaq. Dmitri də oraya gəlmiş, İlqardan pulu tələb edirmiş. Sonra İlqar ona demişdir ki, ona reket çağırıb, 30.000 manat əvəzinə İlqara qəbzə 40.000 manat yazdırmışlar. Şahid3 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 171-172-ci vərəqələrində olan ifadəsində Şahid3 aşağıdakıları göstərmişdir: «...Yolda olan zaman İlqar söhbətində bildirdi ki, Tahirin tanışı Çingiz və Dmitriy adlı şəxslərin Nardaran qəsəbəsində olan 18 sot torpaq sahəsinin özəlləşdirilməsi üçün onlardan 40.000 manat pulu Fəxrinin istəyi ilə almışdır və həmin pulu Fəxriyə vermək üçün həmin restoranının yanına gedirik. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, lakin, o, istintaqda 40.000 manat verilməsini deməsini xatırlamır, səhv etmirsə o 30.000 manat demişdir. İfadəsini oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 3-cü cild 285-286-cı vərəqələrində olan Nərimanov Rayon Məhkəməsində Şahid3 ifadəsində aşağıdakıları göstərmişdir: «... Təqsirləndirilən şəxs Fəxriyə pul verməsini görməmiş. O, pulun 40.000 manat olması barədə məlumatı Təqsirləndirilən şəxs almışdır…» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, o, Nərimanov Rayon Məhkəməsində səhv etmirsə 2021-ci ilin əvvəllərində ifadə vermişdir. Hal hazırda ona elan olunmuş ifadələrə əsasən o bilmir nədən ötrü qabaq belə ifadə vermişdir. Ola bilər, çox vaxt keçdiyindən o nə isə xatırlamır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 2007-ci ildən 2014-cü ilədək o Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində mühəndis işləmişdir. İlqarı ev alqı satqısı ilə məşğul olan makler kimi tanımışdır. İlqar ona demişdir ki, bir torpaq sahəsi var, həmin torpaq sahəsini ölçmək lazımdır. Onda da ölçü aparatı olduğundan kimsə tanışlardan xahiş edəndə gedib torpaq sahəsinin ölçüsünü götürürmüş. O da İlqarın xahişi ilə Nardaran qəsəbəsində gedib torpaq sahəsini ölçmüşdür. Ona bunun müqabilində 100 manat pul verilmişdir. O, 100 manatdan başqa torpaq sahəsinin özəlləşdirilməsi üçün heç bir məbləğdə pul almamışdır. Onun torpaq özəlləşdirmək səlahiyyəti olmamışdır. O, istintaqda torpağın özəlləşdirilməsi ilə bağlı İlqar və yaxud Dmitriydən nə 30.000 manat, nə də ki 40.000 manat almasını deməmişdir. Ondan müstəntiq ifadə alanda demişdir ki, İlqara onun 17 min manat borcu var, həmin vaxt o maşın alveri ilə məşğul imiş, həm də uşağının xəstəliyinə xərcləmişdir. Taksi ilə də İlqara 5000 manat göndərmişdir. Hazırda Nərimanov rayon məhkəməsində barəsində cinayət işinin araşdırılması aparılır. Zərərçəkmiş şəxs Dmitri Yaqubovla onun heç bir qərəzçiliyi olmamış, o Dmitridən torpağın özəlləşməsi ilə bağlı pul almamışdır. Heç bir məbləğdə pulun alınmasında iştirak etməmişdir. Maştağa qəsəbəsində o torpağı ölçəndən sonra demişlər ki, Əhmədli qəsəbəsində də torpaq var gedib oranı da ölçmüşdür. Ora getməyi Çingiz təklif etmişdir. Avtomobildə gedərkən hazırda xatırlamadığı kimsə demişdir ki, Pirşağıda da torpaq sahəsi var, gedib oranı da ölçsünlər. Gedib orada da torpaq sahəsini ölçmüşdür. Ona yalnız 100 manat pul verilmişdir. Torpağın özəlləşdirilməsi ilə bağlı onun heç kəslə söhbəti olmamışdır. Nə də o torpağın özəlləşdirilməsi ilə bağlı heç bir məbləğdə pul almamışdır. Təqsirləndirilən şəxs yalan deyir, İlqar ona 30.000 manat heç vaxt verməmişdir. Şahid12 istintaq zamanı verdiyi izahatı ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid12 ibtidai istintaq zamanı verdiyi izahat elan olunmuş və izahatın sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 29-30-cu vərəqələrində olan izahatında Şahid12 aşağıdakıları göstərmişdir: «...Mən Dmitriy ilə telefonda danışaraq torpaq sahəsinin özəlləşdirilməsinin 45.000 manata başa gələcəyini bildirdim. Lakin, Dmitriy xahiş etdi ki, bir qədər aşağı qiymətə həll edim. Mən isə ona maraqlanıb mümkün olarsa ona xəbər edəcəyimi dedim. Həmçinin, Dmitriy pulun yarı hissəsini başdan, qalan hissəsini isə torpağın sənədləri hazır olduqdan sonra vermələrini istədikdə mən bunun mümkün olmayacağını, əgər məsələ həll olunursa pulunun əvvəlcədən verilməli olduğunu bildirdim. Səhərisi gün mən Dmitriynin özünə zəng vuraraq 40.000 manata razılıq aldığımı, lakin pulun qabaqcadan verilməli olduğunu dedim. xx.xx.2018-ci ildə axşam tərəf İlqar mənə zəng vuraraq Dmitriygildən 40.000 manat pulu götürdüyünü dedi. Həmin günün axşamı İlqardan pulu götürmək üçün ona zəng edərək görüş yeri kimi Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən Stara Praga restoranının qarşısına gəlməyini xahiş etdim. Bir qədər sonra İlqar yanında Tahir və Aydın adlı dostları ilə həmin restoranın qarşısına gəlib mənimlə orada görüşdülər. Belə ki, İlqar mənim avtomobilimə əyləşdi, Tahir və Aydın isə maşının kənarında idilər. İlqar sellofan torbadan 4 ədəd bağlamada ümumilikdə 40.000 manat pulu ona verdi. …» Elan olunmuş izahatına əsasən proses iştirakçılarının sualalrını cavablandıraraq Şahid12 bildirmişdir ki, imza onun imzasıdır, lakin izahatı təsdiq etmir. Oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 3-cü cild 358-359 və 5-ci cild 36-38-ci vərəqələrində olan ifadəsinə əsasən Şahid12 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq edir. O, İlqardan 17.000 manat borca pul götürmüş, həmin puldan əvvəl 5000 manat, sonra da 2000 manatı İlqara qaytarmışdır. İlqara 10.000 manat borcu qalmışdır. O, Dmitridən torpağı özəlləşdirmək üçün 40 min manat almamışdır. Həmin epizodla əlaqədar məhkəmə iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı cinayət işinə əlavə edilmiş aşağıdakı sənədləri də sübut növü kimi qəbul edir: Cinayət işinin 2-ci cild 19-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış iltizamın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs 28 may 2018-ci il tarixdə həmin iltizamı Zərərçəkmiş şəxs1 verir ondan ötrü ki, o, 2 ay ərzində 18 sot torpaq sahəsinin özəlləşdirilməsi və çıxarışın alınması üçün Zərərçəkmiş şəxs1 həmin tarixdə 40.000 (qırx min manat) pul vəsaitini almışdır. Cinayət işinin 3-cü cild 300-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 220702 VK nömrəli 19 may 2017-ci il tarixli məktubunun kserosurətindən görünür ki, Şahid12 Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində 01 iyul 2009-cu il tarixdən 01 iyul 2015-ci il tarixədək müxtəlif vəzifələrdə işləmiş, 01 iyul 2015-ci ildən mühəndis-inventarlaşdırıcı vəzifəsində çalışmış, məktub çap olduğu dövrdə (2017-ci il) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləmir. Cinayət işinin 3-cü cild 367-373-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 1(005)-21/2021 nömrəli qərarından görünür ki, Şahid12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2., 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 318-ci maddəsinə əsasən baxılmasına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Məhkəmə prosesində Təqsirləndirilən şəxs ifadə verərkən, özünü elan olunmuş ittihamda təqsirli bilməyərək, ünvan 1 ünvanında yerləşən 74,7 kv metr olan qeyri yaşayış sahəsini özəlləşdirməkdən ötrü Zərərçəkmiş şəxs2 və onun arvadından 40.000 ABŞ dolları almadığını, həmin obyekti 2008-ci ildə Zərərçəkmiş şəxs2 230.000 manata almasını və sonradan Səyyad adlı şəxsə 74.000 manata satmasını bildirmişdir. İkinci epizodla əlaqədar Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs1 40.000 manat yox, cəmi 30.000 manat alaraq, Şahid12 vermişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı irəli sürülmüş ittihamla bağlı ifadəsində göstərilən xüsusatları yuxarıda sadalanan müqayisəli qaydada yoxlamış və həmin ifadəni ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə ərəfəsində verdiyi ifadələr tədqiq edilərkən müəyyən olunmuşdur ki, o, ona qarşı irəli sürülmüş ittihamla bağlı fərqli məzmunda ifadələr verməklə, iş üzrə ziddiyyətlər yaradaraq cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Təqsirləndirilən şəxs hər dəfə müxtəlif ziddiyyətli ifadələr verməklə ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilmədiyi halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlillər göstərməmişdir. Əksinə biri-digəri ilə ziddiyyət təşkil edən ifadələr verməklə məhkəməni yalnış istiqamətə yönəltməyə çalışmışdır. Belə ki, Zərərçəkmiş şəxs2 güya verdiyi 230.000 manat məbləğində pul vəsaitinin mənbəyi barədə verilmiş suala, Təqsirləndirilən şəxs bildirmişdir ki, 2003-cü ildən 2008-ci ilə kimi o, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmuş, riyeltor olmuşdur. Nərimanov rayon Vergi Xidmətinə rüblük vergi vermişdir. Ən azı rüblük 1000 manat, ən böyük məbləğ isə 70.000 manat pul olmuşdur. Yəni 1000, 2000, 3000 və daha artıq olmuşdur. Yəni həmin biznes fəaliyyətindən böyük pul vəsaiti əldə edərək, Zərərçəkmiş şəxs2 2008-ci ildə 230.000 manata sonuncunun faktiki sahibliyində olan qeyri-yaşayış obyektini əldə etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2lə dost münasibətlərində olmasından istifadə edərək, sonradan düşünülmüş müdafiə strategiyası qurmaq, cinayətkar əməllərini ört-basdır etmək, həmçinin məsuliyyətdən azad olunmaq üçün öz mülahizəsinə əsaslanan, baş vermiş hadisənin təfərrüatlarını təhrif edərək müdafiə xarakterli ifadələr verərək məsuliyyətindən yayınmağa çalışmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndində qeyd edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər: cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək; təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq; təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq. Azərbaycan Respublikası CPM-nin 143.2-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası Cinayət Prosessual Qanunvericiliyinin göstərilən müddəalarına əsasən fiziki şəxs Təqsirləndirilən şəxs (VÖEN **********) Dövlət Vergi Xidmətində qeydiyyata alındığı müddətdən fəaliyyətinin dayandırıldığı dövrə kimi vergi xidmətinə təqdim etdiyi rüblük, illik vergi bəyannamələrinin, hesabatlarının, balansının, həmin dövrdə dövlət büdcəsinə müvafiq vergilərin ödənilib-ödənilməməsi barədə sənədlərin götürülməsi haqqında qərar çıxarmışdır. Cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X27 üzrə Baş İdarəsindən daxil olmuş 03 oktyabr 2022-ci il tarixli **********710400 nömrəli məktubdan və məktuba əlavə olunmuş təsdiq olunmuş sənədlərin kserosurətlərindən aşağıdakılar müəyyən olunmuşdur: Təqsirləndirilən şəxs vergi ödəyicisi kimi vergi orqanlarında 14 sentyabr 2009-cu il tarixdə qeydiyyata alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. 03 yanvar 2019-cu il tarixdə fəaliyyətini dayandırmışdır. Məktuba əlavə edilmiş sənədlərə əsasən Təqsirləndirilən şəxs; - 2009-cu ilin 4-cü rübü üzrə gəlirlərin həcmi göstərilməyərək 4 manat vergi məbləği hesablanmışdır; -2010-cu ilin 1-ci rübü üzrə gəlirin həcmi göstərilməyərək 4 manat vergi məbləği hesablanmışdır; -2010-cu ilin 2-ci rübü üzrə gəlirin həcmi göstərilməyərək 4 manat vergi məbləği hesablanmışdır; -2010-cu ilin 3-cü rübü üzrə gəlirin həcmi göstərilməyərək 4 manat vergi məbləği hesablanmışdır. -2010-cu ilin 4-cü rübü üzrə üzrə gəlirin həcmi göstərilməyərək 4 manat vergi məbləği hesablanmışdır. -2011-ci ildə fəaliyyət göstərilməmişdir; -2012-ci ilin 1-ci rübü üzrə gəlirin həcmi göstərilməyərək 4 manat vergi məbləği hesablanmışdır; -2012-ci ilin 2-ci rübü üzrə 500 manat gəlirin həcmi göstərilərək 20 manat vergi məbləği hesablanmışdır; -2012-ci ilin 3-cü rübü üzrə 1000 manat gəlirin həcmi göstərilərək 40 manat vergi məbləği hesablanmışdır. -2012-ci ilin 4-cü rübü üzrə 1125 manat gəlirin həcmi göstərilərək 45 manat vergi məbləği hesablanmışdır. -2013-cü ilin 1-ci rübü üzrə 500 manat gəlirin həcmi göstərilərək 20 manat vergi məbləği hesablanmışdır. -2013-cü ilin 2-ci rübü üzrə gəlirin həcmi 0 manat göstərilərəK 0 manat vergi məbləği göstərilmişdir. -2013-cü ilin 4-cü rübü üzrə gəlirin həcmi göstərilməyərək 4 manat vergi məbləği hesablanmışdır. -2014-cü ilin 1-ci rübü üzrə 500 manat gəlirin həcmi göstərilərək 20 manat vergi məbləği hesablanmışdır. -2014-cü ilin 2-ci rübü üzrə 1000 manat gəlirin həcmi göstərilərək 40 manat vergi məbləği hesablanmışdır. -2014-cü ilin 3-cü rübü üzrə 1200 manat gəlirin həcmi göstərilərək 48 manat vergi məbləği hesablanmışdır -2014-cü ilin 4-cü rübü üzrə 115.000 manat gəlirin həcmi göstərilərək 23.000 manat vergi məbləği hesablanmışdır. -2015-ci ilin 1-ci rübü üzrə 960 manat gəlirin həcmi göstərilərək 38 manat 40 qəpik vergi məbləği hesablanmışdır. -2015-ci ilin 2-ci rübü üzrə 1000 manat gəlirin həcmi göstərilərək 40 manat vergi məbləği hesablanmışdır. -2015-ci ilin 3-cü rübü üzrə gəlirin həcmi göstərilməyərək 4 manat vergi məbləği hesablanmışdır. -2015-ci ilin 4-cü rübü üzrə gəlirin həcmi göstərilməyərək 4 manat vergi məbləği hesablanmışdır. -2016-cı ilin 1-ci rübü üzrə gəlirin həcmi göstərilməyərək 4 manat vergi məbləği hesablanmışdır. -2016-cı ilin 2-ci rübü üzrə gəlirin həcmi göstərilməyərək 4 manat vergi məbləği hesablanmışdır. -2017-ci ilin 1-ci rübü üzrə 725 manat gəlirin həcmi göstərilərək 29 manat vergi məbləği hesablanmışdır. -2017-ci ilin 2-ci rübü üzrə 700 manat gəlirin həcmi göstərilərək 28 manat vergi məbləği hesablanmışdır. -2017-ci ilin 3-üi rübü üzrə 700 manat gəlirin həcmi göstərilərək 28 manat vergi məbləği hesablanmışdır. -2017-ci ilin 4-üi rübü üzrə 750 manat gəlirin həcmi göstərilərək 30 manat vergi məbləği hesablanmışdır. -2018-ci ilin 1-ci rübü üzrə 725 manat gəlirin həcmi göstərilərək 29 manat vergi məbləği hesablanmışdır. -2018-ci ilin 2-ci rübü üzrə 750 manat gəlirin həcmi göstərilərək 30 manat vergi məbləği hesablanmışdır; -2018-ci ilin 3-cü rübü üzrə gəlirin həcmi göstərilməyərək 4 manat vergi məbləği hesablanmışdır; -2018-ci ilin 4-cü rübü üzrə gəlirin həcmi göstərilməyərək 4 manat vergi məbləği hesablanmışdır; -2019-cu ilin 1-cü rübü üzrə gəlirin həcmi göstərilməyərək 4 manat vergi məbləği hesablanmışdır; -xx.xx.2019-cu ildə fəaliyyəti dayandırılıb. Göründüyü kimi, Təqsirləndirilən şəxs fiziki şəxs kimi fəaliyyəti yalnız 2009-cuilin dekabr ayında başlanmışdır, yəni, ünvan 1 ünvanında yerləşən 74,7 kv metr olan qeyri yaşayış sahəsini güya 13 mart 2008-ci il tarixdə Zərərçəkmiş şəxs2 230.000 manata almasından 1 il 8 ay sonra. Həmin dövrdə güya ev və mənzillərin alqı satqısından böyük həcmdə pul vəsaiti əldə etməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X27 üzrə Baş İdarəsindən daxil olmuş 03 oktyabr 2022-ci il tarixli **********710400 nömrəli məktubla göndərilmiş sənədlərlə tam əksinə olaraq sübut olunur ki, həmin dövrdə Təqsirləndirilən şəxs yalnız 2009-cu ildən başlayaraq kommersiya fəaliyyəti ilə məşğul olmuş və həmin dövrlərdə hesabatlarda cüzi məbləğlərdə gəlirin həcmini göstərərək, hər rübə əsasən bir neçə manat vergi rüsumu ödəmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışında bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ünvan 1 ünvanında yerləşən 74,7 kv metr olan qeyri yaşayış sahəsini Zərərçəkmiş şəxs2 230.000 manata alaraq 2016-cı ildə Şahid16 74.000 manata satmışdır. Lakin cinayət işinin 4-cü cild 195-197-ci vərəqələrində olan Daşınmaz əmlakın alqısatqısı haqqında 04 mart 2016-cı il tarixli ******* saylı müqaviləsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs etibarnaməyə əsasən Şahid16 vasitəsilə Şahid15 ünvan 1 ünvanında yerləşən ümumi faydalı sahəsi 74,7 kv.metr olan qeyri-yaşayış sahəsini 24.000 manata satması Bakı şəhəri 51 saylı notariat kontorunda rəsmiləşdirilmişdir. Cinayət işinin 4-cü cild 198-ci vərəqəsində olan 03 mart 2016-cı il tarixli kassa qəbzinin kserosurətindən görünür ki, Şahid16 “Muğanbank” Kommersiya Bankının hesablaşma hesabına 24.000 manat ödəməsi rəsmiləşdirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid16 bildirmişdir ki, həqiqətən 2016-cı ildə Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini almışdır. Həmin zaman həmin qeyri yaşayış sahəsi çox bərbad vəziyyətdə, damından su axan, təmirsiz bir yer olmuşdur. Hal-hazırda qiymətini xatırlamadığı sahəyə görə cüzi pul vəsaiti vermiş, pulu iki dəfəyə, yəni əvvəlcədən beh, sonradan isə notariat kontorunda alqı-satqı zamanı nə məbləğ qeyd olunubsa, həmin məbləği ödəmiş, sonradan isə həmin obyekti satmışdır. Ona təqdim olunmuş Daşınmaz əmlakın alqı-satqısı haqqında 04 mart 2016-cı il tarixli ******* saylı müqaviləsində və 03 mart 2016-ci il tarixli “Muğanbank” Kommersiya Bankının kassa qəbzinin kserosurətlərdə qeyd olunan qeyri-yaşayış sahəsinə görə 24.000 manat verməsini tam təsdiq edir. Göründuyü kimi, Təqsirləndirilən şəxs güya həmin qeyri-yaşayış sahəsini 230.000 manata alması və sonradan həmin obyekti onun sözlərinə əsasən 74.000 (faktiki isə 24.000) manata satması barədə ifadələri sonuncunun sonradan düşünülmüş müdafiə strategiyası qurmaq, cinayətkar əməllərini ört-basdır etmək, həmçinin məsuliyyətdən azad olunmaq üçün öz mülahizəsinə əsaslanan, baş vermiş hadisənin təfərrüatlarını təhrif etmə xarakteri daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, 13 mart 2008-ci il tarixdə Təqsirləndirilən şəxs güya Zərərçəkmiş şəxs2 ünvan 1 ünvanında yerləşən 74,7 kv metr olan qeyri yaşayış sahəsini güya Zərərçəkmiş şəxs2 230.000 manata alması adı ilə rəsmiləşdirdiyi alqı-satqı müqaviləsi heç də həmin sənədin həqiqi mülki əqdin bağlanmasına aidiyyəti olduğuna dəlalət etmir. Belə ki, cinayət işində olan zərərçəkmiş şəxsin ifadələrindən və şahid ifadələrindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 faktiki sahibliyində olan Şahin Mustafayev küçəsi 37 ünvanında yerləşən 74,7 kv metr olan qeyri yaşayış sahəsinin ailəsində olan narazılıq səbəblərindən, həmin obyekti öz adına rəsmiləşdirildiyi halda, sonradan boşanmaq istədiyi arvadı ilə bölüşdürmək məcburiyyəti qarşısında qalmamaq səbəbindən öz yaxın dostu Təqsirləndirilən şəxs adına rəsmiləşdirmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsində göstərilmişdri ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göstərilənlər bir daha sübut edir ki, Təqsirləndirilən şəxs güya Zərərçəkmiş şəxs2 ünvan 1 ünvanında yerləşən 74,7 kv metr olan qeyri yaşayış sahəsini güya Zərərçəkmiş şəxs2 230.000 manata alması adı ilə rəsmiləşdirdiyi 13 mart 2008-ci il tarixdə alqı-satqı müqaviləsi (cild 1 i.v.197-198) yuxarıda qeyd olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən özlüyündə etibarsız olan əqddir. Digər epizodla əlaqədar, yəni təqsirləndirilən şəxsin güya Zərərçəkmiş şəxs1 40.000 manat yox, cəmi 30.000 manat alması barədə Təqsirləndirilən şəxs göstərdiyi dəlillərin xüsusatları ilə əlaqədar məhkəmə kollegiyası Zərərçəkmiş şəxs1, şahidlər Şahid1, Şahid12 Əhməd oğlunun ifadələri ilə, 40.000 manat zərərçəkmiş şəxsdən Təqsirləndirilən şəxs tərəfindən götürülməsi barədə yazılmış iltizamı ilə, həmçinin cinayət işinin məhkəmədə araşdırılmış digər halları ilə tamamilə sübuta yetirilir. Belə ki, iş üzrə əlavə şahid qismində dindirilmiş Şahid12 Əhməd oğlu bildirmişdir ki, İlqarın xahişi ilə Nardaran qəsəbəsində torpaq sahəsini ölçmüşdür. Ona bunun müqabilində cəmi 100 manat pul verilmişdir. O, 100 manatdan başqa torpaq sahəsinin özəlləşdirilməsi üçün heç bir məbləğdə pul almamışdır. Torpağın özəlləşdirilməsi ilə bağlı İlqar və yaxud Dmitriydən nə 30.000 manat, nə də ki 40.000 manat almamışdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı həmin epizodla bağlı verdiyi ilkin etirafedici, yəni Zərərçəkmiş şəxs1 40.000 manat götürməsi barədə ifadələri, (cinayət işinin 2-ci cild 17-18-ci vərəqə; 2-ci cild 131- 136-cı vərəqə, 2-ci cild 137-138-ci vərəqə; 2-ci cild 85-89-cu vərəqə: 3-cü cild 243-244-cü vərəqə: 4-cü cild 88-91-ci vərəqə; 6-cı cild 64-cü vərəqə) düzgün və həqiqətə uyğun gələn ifadələrdir, onun məhkəmə iclasında verdiyi ifadə isə həqiqətə uyğun olmayan, özünü cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə verilmiş ifadələrdir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsin ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətdən yayınmaq xarakteri daşıyır. Məhkəmə zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırmışdır. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə təqsirli olması cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Beləki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdi ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hərhansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Beləliklə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbuledilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan RespublikasıCinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ərizə ilə müraciət edərək ona dəymiş maddi ziyan 40.100 manatı Təqsirləndirilən şəxs tələb etdiyini bildirmişdir. Həmçinin, digər Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək ona dəymiş maddi ziyan 130.000 manatı və 40.000 ABŞ dollarını Təqsirləndirilən şəxs tələb etdiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 21 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 28 iyun 2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 1(039)-187/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb eidlməsi üçün müəyyən edilmiş müddət keçdiyinə görə cəza təyin edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinə əsasən barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası vurulmuş maddi ziyanın külli miqdarda olmasınıda nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cu il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd edilmişdir ki, «Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakcılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir». Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Cinayət işinin 2-ci cild 52-53-cü vərəqələrində olan Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X8 15 oktyabr 2019-cu il tarixli şübhəli şəxsin barəsində axtarış elan olunması və tutulması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs itiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir. Cinayət işinin 2-ci cild 78-ci vərəqəsində olan 31 oktyabr 2019-cu il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 2-ci cild 122-125-ci vərəqələrində olan 02 noyabr 2019-cu il tarixli şübhəli şəxsin azad edilməsi və onun barəsində həbslə bağlı olmayan qəimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Nərimanov RPİ MSY-dən azad olunmuş və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 127-130-cu vərəqələrində olan Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X9 02 noyabr 2019-cu il tarixli şübhəli şəxs statusuna xitam verilməsi və qətimkan tədbirinin ləğv edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə şübhəli şəxs statusuna xitam verilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. Cinayət işinin 4-cü cild 101-ci vərəqəsində olan Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X5 15 iyul 2021-ci il taixli şəxs barəsində axtarış elan edilməsi və tutulması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 4-cü cild 144-cü vərəqəsində olan 20 avqust 2021-ci il tarixli könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2021-ci ildə könüllü olaraq istintaqa gəlmişdir. Cinayət işinin 4-cü cild 166-167-ci vərəqələrində olan Nərimanov rayon prokuroru, kiçik ədliyyə müşaviri Hidayət Nurəlibəyovun 20 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. Cinayət işinin 4-cü cild 168-ci vərəqəsində olan Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X5 20 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 31 oktyabr 2019-cu il tarixdən 02 noyabr 2019-cu il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən hesablanmalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən onlara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının izah edilməsini əsaslı sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 oktyabr 2019-cu il tarixdən 02 noyabr 2019-cu il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) ğün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 na dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar