Məhkəmə qərarları › İş №1(101)-1503/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1503/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1503/2024 31.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında 29 avqust 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 01 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 avqust 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynilik təşkil edən 02 (iki) ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 4,050 qram və 3,020 qram olmaqla ümumi təmiz çəkisi 7,070 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini 01 avqust 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində şəxsiyyəti naməlum olan “Qoca” adlı şəxsdən qanunsuz yolla əldə edib əynində olan açıq sarı rəngli şalvarın sağ yan cibində saxlamaqla daşımış, həmin gün, yəni 01 avqust 2023-cü il tarixdə, saat 13:45 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: BNMİ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 67 ünvanın yaxınlığında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə (bundan sonra: RPİ, PŞ) gətirilmiş, orada onun üzərinə şəxsi axtarış aparılan zaman əynində olan açıq sarı rəngli şalvarın sağ yan cibindən kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eynilik təşkil edən 02 (iki) ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkisi 4,050 qram və 3,020 qram olmaqla ümumi təmiz çəkisi 7,070 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması, yəni onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik istifadəçisi olmuş, gündəlik 10-15 manata işləyib qazancının 5 manatını narkotikə vermiş, lakin əvvəllər məhkum olunmamışdır. Polislər tərəfindən saxlanıldığı gün evdə yatılı vəziyyətdə olmuş, anası və qardaşı evdə olmuş, həyətdə isə əmisi olmuşdur. Həyətin qapısı açıq olmuş, onu tutmaq üçün 5 nəfər polis gəlmişdir. Həmin şəxslərin adlarını bilməsə də, onları üzdən tanımışdır. Onlar mülki formada olmuş, lakin özlərini təqdim etməmişlər. Səhər saat 9-da evdə yatdığı yerdə qolunu burub onu 28-ci Polis Bölməsinə aparmışlar. İttiham aktında qeyd edilən 7 qram heroin və tərəzi onun olmamışdır. Yuxudan duranda vəziyyəti pis olmuş, lomkada, yəni narkotikdən asılı vəziyyətdə olmuşdur. Onu bölmədə döymüş, başına vurmuş, cibinə narkotik olan büküm və tərəzi qoymuş, boynuna götürməsini, əks halda ailə üzvlərini də bölməyə gətirəcəklərini demiş, onu yaşlı anasını və narkotik istifadəçisi olmayan qardaşını da tutacaqları ilə hədələmişlər. İşlərini həll etdikdən, yəni narkotiki üstünə qoyduqdan sonra onu vəkil ilə təmin etmişlər. O, qorxub qol çəkmiş, qorxusundan vəkilə heç nə deyə bilməmiş, döyülməsini bildirə bilməmişdir. Ondan videoçəkiliş zamanı narkotik vasitəni guya Təvəkkül adlı şəxsdən alıb əldə etməsini bildirməsini istəmişlər. Saat təxminən 2-də, 3-ün yarsında, yəni günorta saat 14, 15-də videoçəkiliş aparmışlar. O da onların dediklərini demiş və dediklərini etmişdir. Vəkili ancaq tutulduğu gün görmüş, 4 dəfə Yasamala məhkəməsinə etap edilmiş, hər dəfə sanksiyada başqa vəkil görmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, tutulmazdan əvvəl 5 aznlik yəni 1 çet kakos almış, saxlanılarkən onun üzərində 0,125 qram həmin kakos olmuşdur. Sanksiyaya aparıldıqda isə polislər tərəfindən döyüldüyünü məhkəmədə dəfələrlə bildirmişdir. Təcridxanaya aparıldıqda ona baxış keçirilmiş, başında şişlər olduğu yazılmışdır. O, istintaq təcridxanasında həkimə zədəsinin olduğunu demiş, həkim ondan analiz götürmüş, həkimə başında və cinsi orqanında zədələr olduğunu bildirmişdir. İşgəncə ilə bağlı prokurora şikayəti olmamışdır. 177-ci maddəni də guya şotçik oğurlaması fərziyyəsi ilə üstünə qoymuşlar. İstintaq zamanı müstəntiq tərəfindən döyülməmiş, lakin müstəntiq qardaşını çağırıb ondan nələrsə tələb etmişdir. Müstəntiqə Təvəkkül adlı adam tanımadığını bildirmişdir. İstifadəsində “3916173” mobil nömrəsi olmuş, narkotiki satanlardan öz istifadəsi üçün almış, X6 adlı adam tanımamışdır. Onun nömrəsinə heç kim “ürəyim narkotik istəyir. ürəyim yandı” sözləri yazmamış, o özü yazmış, narkotiki borca almış, pulunu sonra aparıb vermiş, küçədə taksofandan yığıb, “düş, borcunu gətirirəm” demişdir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs ilkin təhqiqat zamanı vermiş olduğu və şəxsən özünün imzaladığı izahatında göstərmişdir ki, 01 avqust 2023-cü il tarixdə, saat 13:45 radələrində Bakı şəhəri, Yasamal rayonunda piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Sonra onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan açıq sarı rəngli şalvarın sağ yan cibindən 2 (iki) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroini və 1 (bir) ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 10 (on) manat pul aşkar olunmuşdur. Sonra heroin və elektron tərəzi qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi tərəfindən imzalanmış və götürülmüş, pul ona geri qaytarılmışdır. Ona verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş heroini Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yaşayan “*** *** ** **” nömrəsini işlədən “Təvəkkül” adlı şəxsdən istifadə etmək məqsədi ilə əldə edib üzərində saxladığını, elektron tərəzini isə yerdən tapdığını, narkotik maddələrin satışı ilə məşğul olmadığını, başqa hardasa narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, doğru və səmimi cavablar verdiyini, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, mobil telefon işlətmədiyini bildirmişdir. O, əməlindən peşmandır, özünü təqsirli bilir (iş vərəqə: cild İ, səh. 82-83). Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilkin təhqiqat zamanı izahatında işin halları ilə bağlı göstərdiyi xüsusatları həmin ifadələrində bir daha təsdiq etsə də, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair müvafiq olaraq 02 və 03 avqust 2023-cü il tarixli həmin protokolları imzalamaqdan imtina etmişdir(iş vərəqə: cild İ, səh. 95-96, 113-116). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, 01 avqust 2023cü il tarixdə BNMİ-nin əməliyyat müvəkkili Şahid1 etimad doğuran, məlum, qərəzsiz mənbədən 1990-cı ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşğul olması, barədə məlumat daxil olmuşdur. Həmin məlumat idarə rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovniki Ələkbər Xələfova məruzə edilmiş və onun tərəfindən əməliyyat qrupunun yaradılması haqqında müvafiq əmr verilmişdir. Həmin əmrə əsasən o, əməliyyat qrupunun üzvü, BNMİ-nin əməliyyat müvəkkili polis mayoru Şahid1 rəhbəri təyin edilmiş, sonuncu əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmiş və həmin qərar idarə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmiş və tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün, saat 14:35-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 67 ünvanının yaxınlığında saxlanılmışdır. Hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs onlar tərəfindən 28-ci PŞ-nə aparılmış və orada BNMİ-nin təhqiqatçısı Nəcəf Aburşu tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin edilmiş, şəxsi axtarış və götürmə aparılması haqqında qərar ona elan edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin, onun, əməliyyat müvəkkili Şahid1 iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan sarı rəngli şalvarın sağ yan cibindən 2 bükümdə qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütləni və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın sol yan cibindən 10 manat pul aşkar edilmişdir. Pul Təqsirləndirilən şəxs geri qaytarılmış, 2 büküm narkotik vasitə heroinə bənzər maddə və elektron tərəzi isə müvafiq qaydada qablaşdırılmışdır. Qablaşdırma imzalarla və möhürlə təsdiq edilmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs həmin 2 bükümdə olan maddənin nə olması, həmin bükümləri və eletron tərəzini harada, nə vaxt və kimdən əldə etməsi, hansı məqsədlə üzərində saxlayaraq daşıması sorğu edilmişdir. Təqsirləndirilən şəxs suala cavab olaraq 2 bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yaşayan Təvəkkül adlı şəxsdən istifadə etmək məqsədilə alıb əldə etdiyini və üzərində saxladığını, elektron tərəzini yerdən tapdığını bildirmiş, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını göstərmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol oxunmuş, düzgünlüyü Təqsirləndirilən şəxs, sonuncunun müdafiəçisi və onlar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid2 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs barəsində məlumat etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş, məlumatda Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə edib Yasamal rayonu ərazisində satışını təşkil etməsi bildirilmişdir. Həqiqətən də şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən külli miqdarda heroin narkotik vasitəsi aşkar edilmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməkdaşı Şahid1 məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs ilə iş üzrə şahidlər Şahid1 və Şahid2 arasında keçirilmiş üzləşmədə dindirmə protokollarından görünür ki, üzləşmə zamanı şahidlər Şahid1 və Şahid2 sərbəst ifadələrində göstərdikləri xüsusatları üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər (iş vərəqə: cild İ, səh. 211-213; 214-216). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Təqsirləndirilən şəxs bacısı Şahid3 ifadəsində göstərdi ki, 3 ildir ***-***-**-** nömrəsi onun istifadəsindədir. ***-***-**-** nömrəsi onun adına olsa da onun istifadəsində olmamış, evdə ümumi istifadədə olmuşdur. Təvəkkül adlı şəxsi tanımamış, ***-***-**-** nömrəsi ona tanış olmamışdır. Yusifin evdə olarkən ümumi istifadədə olan, anasının hədiyyə etdiyi nömrədən xx.xx.2023-cü il tarixdə 070-943 95-99 nömrəsinə zəng etməsindən onun məlumatı olmamışdır. Yusif tutulmazdan 10 günə kimi mobil telefonda ***-***-**-** nömrəsini işlətmiş, təxminən 2023-cü ilin iyul ayının axırlarında Yusif telefonsuz qalmışdır. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, satışı ilə məşğul olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan, “şəxsi axtarış və götürmə aparılması haqqında» 01 avqust 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan sarı rəngli şalvarın sağ yan cibindən 02 (iki) dədəd bükümdə, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə və 01 (bir) ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə prosesi videolentə alınmış və videogörüntülərin yükləndiyi bir ədəd CD formatlı disk tədqiq olunan protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 79-81). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə prosesinin videogörüntülərin yükləndiyi bir ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında 02 avqust 2023-cü il tarixli protokoldan görünür ki, DİN-nin BNMİ-nin Təhqiqat Qurupunun baş təhqiqatçısı, polis kapitanı X9 xidməti otaqların birində özünü təqdim edərək Azərbaycan Respublikası CPM-nin 51, 86, 246.2.1 və 246.4-cü maddələrini rəhbər tutaraq BNMİ-nin əməliyyat müvəkkilləri, polis mayoru Şahid1 və polis baş leytenantı Şahid2 iştirakı ilə şəxsi axtarış və götürmə aparılır, şəxsi axtarış və götürmə prosesi Şahid2 tərəfindən video lentə alınır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs onun 01 avqust 2023-cü il tarixdə BNMİ-nin əməkdaşları tərəfindən narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında saxlanılaraq Yasamal RPİ-nin 28ci PŞ-nin inzibati binasına dəvət edilməsi və şübhəli şəxs qismində tutularaq müdafiə hüququnun təmin edilməsi məqsədi ilə müdafiəçinin dəvət edilməsi və hüququ vəzifələrinin izah olunması elan edilir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq sarı rəngli şalvarın sağ yan cibindən 2 (iki) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütləni və 1 (bir) ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Şübhəli maddələrin təqdimatından sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən 10 manat pul aşkar olunmuş və daha sonra həmin 10 manat Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Tədqiq olunan həmin protokoldan görünür ki, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroini Yasamal yonu, Dadaş Bünyadzadə küçəsində yaşayan ***-***-**-** nömrəsini işlədən “Təvəkkül” adlı şəxsdən istifadə etmək məqsədi ilə alıb əldə etdiyini və üzərində saxladığını, elektron tərəzini isə yerdən tapdığını, narkotik maddələrin satışı ilə məşğul olmadığını, başqa hardasa narkotik maddə saxlamadığını bildirmiş, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, mobil telefon işlətmədiyini, bu əməlindən heç kimin məlumatının olmamasını göstərmişdir (iş vərəqə: cild İ, səh. 101, 102). Cinayət işinə məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin yükləndiyi bir ədəd CD formatlı diskdəki videogörüntülərlə müəyyən edildi ki, həmin videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesini özündə ehtiva edən “şəxsi axtarış və götürmə aparılması haqqında» 01 avqust 2023-cü il tarixli protokolun və eyni prosesin videogörüntülərinin yükləndiyi 01 ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında protokolun məzmunu ilə eynidir, ziddiyyətlər müəyyən edilməmişdir (iş vərəqə: cild İ, səh.102). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 02 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4105 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN-nin Zərflər üçün № 7” dairəvi möhür əksi olan. “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar ...”imza” “ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 02 (iki) ədəd selofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 4,050 qram və 3.020 qram, ümumi təmiz çəkisi 7,070 olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin 02 (iki) ədəd bükümdə olan heroinlər öz aralarında kimyəvi komponet tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd elektron tərəzi üzərində narkotik vasitə – heroinə məxsus izlər vardır. İz şəkilində olduğu üçün heroinin çəkisini və bükümdəki heroinlə eyni kimyəvi tərkibli olub-olmaması müəyyən etmək mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təstiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in (Siyahı İ) daxildir (iş vərəqə:cild İ, səh. 87-90). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 25 oktyabr 2023-cü il tarixli, 7008 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodilərin qəbul edilməsi nəticəsində yaranan aslıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh. 185-187). Məhkəmə baxışı zamanı tədqiq olunan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 oktyabr 2023-cü il tarixli, 2980 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (iş vərəqə: cild İ, səh. 188-189). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, "xxxx" MMC-dən daxil olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli müddətlərdə narkotik vasitələrin satışına dair danışıqlar və sms yazışmaları aparılması müəyyən edilmişdir. Azercel” MMC-dən daxil olmuş diskdən çıxarışlar protokola əlavə olunmuşdur. Tədqiq olunan ***-***-**-** saylı mobil nömrəyə dair açıqlamalardan görünür ki, sms yazışmaların əksəriyyətinin məzmunu narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı yazışmaları özündə ehtiva edir (iş vərəqə: cild İİ, səh. 12, 13, 14-26). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, "xxxx" MMC-dən daxil olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid3 istifadəsində olan ***-***- **-** saylı nömrədən xx.xx.2023-cü il tarixdə, saat 19:17-də X4 istifadəsində olan ***-***-**- ** saylı nömrəyə zəng edilməsi və 63 sayniyə danışıq aparılması, xx.xx.2023-cü il tarixdə saat 20:06-da X4 istifadəsində olan ***-***-**-** saylı nömrədən Şahid3 istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edilməsi abonetlər arasında 16 saniyə danışların aparılması, həmçinin müxtəlif nömrələrdən müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə fərqli danışıqlar, sms yazıqmalarının aparılması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 167). Bundan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-tibbi ekspertizasının 04 avqust 2023-cü il tarixli, 905 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 145-146). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan digər sənədlərlə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, təmiz çəkisi 7,070 qram olan narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 6,970 qram çəkidə narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs və iş üzrə Şahid3 istifadəsində olmuş mobil nömrə ilə aparılan danışıqlar və sms yazışmaları haqqında olan iki ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh. 100; cild İ, səh. 101-108; cild İİ, səh. 13). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş “əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (iş vərəqə: cild İ, səh. 103). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi şəxsiyyəti məlum olmayan “Qoca” adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* nömrəli cinayət işi ayrılmışdır (iş vərəqə: cild İİ, səh. 73-74). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 7,070 qram heroin narkotik vasitəsinin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin start külli miqdar həddindən təqribən 2,5 dəfə artıq olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək üzərində saxlaması, daşıması, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, ilkin məhkəməyədək icraat mərhələsində əməlini etiraf etməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı mobil sms əlaqələrinin olması, Təqsirləndirilən şəxs narkotik vasitələri ölçmək üçün kiçik tərəzinin aşkar edilməsi təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsini, məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda narkotik vasitəni əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri, barəsində olan sübutların qanun pozuntusu, o cümlədən ona qarşı fiziki və psixoloji təsirlər nəticəsində, o cümlədən döyülməklə, ona qarşı işgəncələr verilməklə, bədən xəsarətləri yetirməklə əldə olunması barədə göstərdikləri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı məhkəmə sorğularına müvafiq olaraq Bakı şəhəri Yasamal RPİ-dən alınmış rəsmi cavablarla, o cümlədən “X5 saxlanılan şəxslərin uçotu” və Yasamal RPİ üzrə “X2 və X3 Qeydiyyatı” kitablarından çıxarışlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə X7 təhvil verilmiş, ilkin tibbi müayinədən keçmiş, lakin onun bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı məhkəmə sorğularına Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından (BİT) verilən rəsmi cavablarla, o cümlədən Təqsirləndirilən şəxs aid «X8”ndan görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2023-cü il tarixdə BİT-ə gətirilmiş, orada həbs olunarkən xəsarət aldığını göstərsə də, ilkin tibbi müayinə zamanı onun bədənində hər hansı yeni xəsarət aşkar edilməmişdir. Ən nəhayət, məhkəməyədək icraat mərhələsində keçirilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 04 avqust 2023-cü il tarixli, 905 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqə: cild İ, səh. 57). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59cu və 61-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 25 oktyabr 2023-cü il tarixli, 7008 nömrəli nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 01 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 avqust 2023-cü il tarixdə müvafiq məhkəmə qərarına əsasən onun barəsində həbsetmənin əvvəli 01 avqust 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7,070 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 6,970 qram heroin narkotik vasitəsi və 01 ədəd elektron tərəzi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı; - Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələrinə dair açıqlamaların yükləndiyi 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 01 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. O, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 7,070 qram heroin narkotik vasitəsinin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 6,970 qram heroin narkotik vasitəsi və 01 ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesinin videogörüntülərinin qeydə alındığı 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrələrinə dair açıqlamaların yükləndiyi 02 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar