Məhkəmə qərarları › İş №1(101)-1503/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1503/2025

22.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1503/2025 22.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X1 ibarət tərkibdə, Hüseynli Üzeyir Fikrət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçilər – “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1997-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Qazax rayonu, Kəmərli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda kirayə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə, xx.xx.1997-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Qazax rayonu, Kəmərli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin rüsvayedici məlumatlarını yayacağı hədəsi ilə hədə-qorxu gəlib pul tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Təqsirləndirilən şəxs2 «Azar» sosial tanışlıq platformasında tanış olduğu Zərərçəkmiş şəxs 23 noyabr 2024-cü il tarixdə saat 02 radələrində onun yaşadığı ünvan 2 ünvanda yerləşən evə dəvət edərək birlikdə sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra cinayətkar niyyətini həyata keçirmək məqsədilə Zərərçəkmiş şəxs cinsi əlaqədə olma aktının videogörüntüsünü qeydə aldıqlarını bildirib həmin videogörüntünü, yəni sonuncu haqqında rüsvayedici məlumatı yayacaqları barədə ona hədə-qorxu gələrək pul tələb etmiş, Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatların yayılacağı hədəsinin təsiri altında dostu Şahid ona pul göndərməsini xahiş etmiş, sonuncu tərəfindən həmin gün saat 02:49-da 17 manat pul vəsaiti Təqsirləndirilən şəxs1 məxsus "xxxx" ASC-yə aid 4169 7388 3014 0954 nömrəli kart hesabına göndərilmiş, nəticədə onlar həmin pulu hədə-qorxu ilə tələb edərək alıb ələ keçirməklə Zərərçəkmiş şəxs Zibeyr oğluna maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin rüsvayedici məlumatlarını yayacağı hədəsi ilə hədə-qorxu gəlib pul tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, onun «Azar» sosial tanışlıq platformasında tanış olduğu Zərərçəkmiş şəxs 23 noyabr 2024-cü il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanda yerləşən evə dəvət edərək birlikdə sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra cinayətkar niyyətini həyata keçirmək məqsədilə Zərərçəkmiş şəxs cinsi əlaqədə olma aktının videogörüntüsünü qeydə aldıqlarını bildirib həmin videogörüntünü, yəni sonuncu haqqında rüsvayedici məlumatı yayacaqları barədə ona hədə-qorxu gələrək pul tələb etmiş, Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatların yayılacağı hədəsinin təsiri altında dostu Şahid ona pul göndərməsini xahiş etmiş, sonuncu tərəfindən həmin gün saat 02:49-da 17 manat pul vəsaiti Təqsirləndirilən şəxs1 məxsus "xxxx" ASC-yə aid 4169 7388 3014 0954 nömrəli kart hesabına göndərilmiş, nəticədə onlar həmin pulu hədə-qorxu ilə tələb edərək alıb ələ keçirməklə Zərərçəkmiş şəxs Zibeyr oğluna maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə işləmək üçün Qazax rayonundan Bakı şəhərinə gəlmişdir. Həmin gün saat 20 radələrində Səxavətlə İnşaatçılar metrosunda görüşmüş, sonra isə birlikdə yemək yemək məqsədilə Səxavətin iş yoldaşları Anar və Pərvizin olduğu kafeyə getmişlər. Kafedə pivə içdikdən sonra təxminən saat 23:40 radələrində Səxavətin kirayə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi, ev 37 A da yerləşən evə gəlmişlər. Həmin vaxt evdə ikisi olmuş, sonra Səxavət başı ağrıdığı üçün çarpayıda yatmışdır. O isə oyaq olduğundan 5-6 gün əvvəl «Azar» sosial tanışlıq proqramından tanıdığı Üzeyirlə «Whatsapp» vasitəsilə yazışmış, Üzeyir onunla cinsi əlaqədə olmağı təklif etmişdir. O, içkili olduğundan etiraz etməmiş və olduğu ünvanın konumunu Üzeyirə atmışdır. Səxavət yuxuya getdikdən bir qədər sonra Üzeyir onların olduğu ünvana gəlmişdir. Evə daxil olduqdan 5-6 dəqiqə sonra Üzeyir yataq otağında paltarını soyunub, lüt vəziyyətdə dayanıb ondan cinsi orqanını çıxartmağını istəmişdir. O, kəmərini açdıqda Üzeyir özü onun şalvarını aşağı salıb onun cinsi orqanını ağzına aparıb 3-4 dəqiqə qeyri-təbbi yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra Səxavət yuxudan ayıldıqda görmüşdür ki, Üzeyir onunla çılpaq vəziyyətdədir. Bu zaman Üzeyir Səxavəti də onlara qoşulmağa çağırmış, Səxavət də həmin vaxt cinsi orqanını çıxardıb Üzeyrin öz istəyi ilə ona zor tətbiq etmədən ağzına doğru aparmış, Üzeyir bir neçə dəfə Səxavətin də cinsi orqanını ağzına soxmuşdur. Sonra Səxavət iyrənib ayaqyoluna getmişdir. Bundan sonra otağa qayıtdıqda o, heç bir zor tətbiq etmədən 5-6 dəqiqə Üzeyirlə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin vaxt Səxavət ayaqyolundan qayıdıb, onlara qoşulmadan öz yerinə uzanıb, telefonla başını qatmağa çalışmışdır. Bir az sonra Üzeyir cinsi əlaqəni kəsib kənara çəkilmiş, o isə cinsi əlaqəni davam etdirmək istəmişdir. Üzeyir istəmədiyi üçün o, məcbur etməmiş və aralaşmışlar. Bundan sonra hər ikisi paltarlarını geyinmişlər. Daha sonra o, guya Üzeyiri qorxutmaq üçün videoya çəkdiyini bildirib, Üzeyirin mobil telefonunu pul tələb etmək üçün götürmüş, 30 manat pul tələb etmişdir. Üzeyir isə həmin vaxt pulu olmadığını deyib, telefonu ilə dostuna zəng etmək istədiyini bildirib, telefonunu ondan alıb və öz telefonu ilə dostuna zəng edib pul göndərməsini xahiş etmişdir. Həmin vaxt Üzeyirin dostu onun kartı olmadığı üçün Səxavətə aid Kapital Banka məxsus **********140954 Birbank kartına xx.xx.2024-cü il tarixdə saat 02:49 radələrində 17 manat Milliön aparatı vasitəsi ilə pul köçürmüşdür. Bundan sonra o, pulun köçdüyünə əmin olub, Üzeyirin telefonunu qaytarmışdır. Səxavət də Üzeyirin əlindəki telefonuna girib onlarla olan yazışmaları və konumları telefonundan silmişdir. Bundan sonra Üzeyir evdən gedən zaman o, Üzeyirə sözlə “sənin videon telefonumda durur, tiktoka atacam” deyə zarafatcasına bildirmişdir. Əslində isə bunu zarafatla Üzeyiri qorxutmaq üçün demişdir. Üzeyir telefonunu və digər əşyalarını da götürüb oradan uzaqlaşmışdır. Bundan sonra Səxavətlə o, yatmağa başlamış, həmin gün təxminən saat 05 radələrində Səxavət onu yuxudan oyatmağa çalışıb, evə kiminsə daxil olmaq istədiyini bildirmişdir. Bu zaman görmüşlər ki, Üzeyir və yanında olan sonradan adını bildiyi Şahid pəncərədən evə girib, qapını içəridən açıb evə daxil olmuşlar. Rahil həmin vaxt əlində balaca bıçaqla Səxavətə tərəf yaxınlaşmışdır. Rahil sağ əlində bıçaqla Səxavətə tərəf getdikdə Səxavət Rahilin qolundan tutmuşdur. Həmin vaxt Rahil bıçağı sol əlinə keçirdib, qolunu buraxmağını deyib, bıçağı Səxavətə soxacağını sözlə bildirsə də bıçaqla heç bir xəsarət yetirməmişdi. Səxavət Rahilin qolunu buraxdıqdan sonra sonuncular aralaşmışdır. Rahil həmin vaxt bıçaq əlində nəyə görə Üzeyiri lüt videoyaya çəkdiyini soruşmuş, Səxavətlə o, Üzeyirin videoyaya çəkilmədiyini bildirmiş, buna baxmayaraq Rahil onlara qarşı nalayiq söyüş söyüb, “sizi doğrayaram” deyib sözlə onları hədələmişdir. X5 təpik vurub, sonra söhbət edəcəyini demiş, həmin vaxt onun “Samsung A7” markalı mobil telefonunu Rahil stoldan götürmüşdür. Bundan sonra Rahil 17 manat pulu geri tələb etmiş, Səxavət pulu kazino oyununda uduzduqlarını demişdir. Bu səbəbdən də Rahil 17 manatın əvəzində Üzeyirə demişdir ki, “stolun üstündə nə varsa götür gedək”. Üzeyir həmin vaxt stoldan Səxavətin bir ədəd pover bankını, bir ədəd elektron saatını götürmüşdür. Həmin vaxt Səxavət cəld tərpənib öz “Redmi 9 T” markalı telefonunu stoldan götürmüşdür. Rahil yenidən Səxavətin üstünə bıçaqla gəlib, telefonu ondan istəsə də Səxavət telefonunu verməmişdir. Rahil sonradan Səxavətin üstünə tərəf gəldikdə Səxavət təpiklə Rahilin qarnına 1 dəfə zərbə vurmuşdur. Daha sonra Rahil yenidən Səxavətin üstünə tərəf gəlib xayasına təpiklə vurub, kənarda qoyduğu şalvarının cibindən 2 manat pulunu götürmüş, Üzeyirə evdən getmələrini bildirmişdir. Bu zaman sonuncular gedən zaman Üzeyir stolun üstündən Səxavətin qara rəngli dəri gödəkcəsini, həmin gödəkcənin cibində olmuş bir cüt qulaqcığını götürmüşdür. Eyni zamanda televizor altı olan dolabın üstündən bir ədəd üz və saç qırxan aparatını, həmin aparatın qutusunun altında olmuş bir ədəd “Glo” elektron siqaretini də götürüb, evdən çıxıb getmişlər. Üzeyirnə və Rahil evdə olan zaman o, yatdığı çarpayıda uzanmış vəziyyətdə şok halında olmuş, heç bir müqavimət göstərmədən hadisələri izləmişdir. Stolun üzərindən Üzeyirgil tərəfindən telefonunun götürülməsinə də heç bir əhəmiyyət verməmişdir. Rahil həmin vaxt yumruqla onun və Səxavətin sifətinə bir neçə dəfə zərbə vursa da, onlar Rahilin əlində bıçaq olduğundan müqavimət göstərməmiş və cavab verə bilməmişlər. Rahil və Üzeyir evdə olan zaman onun telefonunda video olduğunu bildirib, telefonu götürmüşlər. Əməlindən peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Bahadur işləmək üçün Qazax rayonundan Bakı şəhərinə gəlmişdir. Həmin gün saat 20 radələrində Bahadurla İnşaatçılar metrosunda görüşmüş, sonra isə birlikdə yemək yemək məqsədilə iş yoldaşları Anar və Pərvizin olduğu kafeyə getmişlər. Kafedə pivə içdikdən sonra təxminən saat 23:40 radələrində onun kirayə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsi, ev 37 A da yerləşən evə gəlmişlər. Həmin vaxt evdə ikisi olmuşdur. Başı ağrıdığı üçün o, çarpayıda yatmışdır. Bahadur isə oyaq olmuş, kiminləsə telefonla danışmışdır. Bir qədər sonra o, yuxudan ayıldıqda görmüşdür ki, evdə başqa bir tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs kimi bildiyi çılpaq vəziyyətdə oğlan var. Həmin vaxt Bahadur da lüt vəziyyətdə olmuşdur. Bu zaman Üzeyir onu da özlərinə qoşulmağa çağırmışdır. O, həmin vaxt cinsi orqanını çıxarıb Üzeyirin öz istəyi ilə ona zor tətbiq etmədən ağzına doğru aparmış, həmin vaxt Üzeyir bir neçə dəfə onun cinsi orqanını ağzına soxmuşdur. Sonra o, iyrənib ayaqyoluna getmişdir. Bundan sonra otağa qayıtdıqda Bahadurun heç bir zor tətbiq etmədən 10-15 dəqiqə Üzeyirlə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu görmüşdür. Bir az sonra Üzeyir cinsi əlaqəni kəsib, kənara çəkilmişdir. Bahadur isə Üzeyirlə cinsi əlaqəni davam etdirmək istəmiş, Üzeyir istəmədiyi üçün aralaşmış, bundan sonra hər ikisi paltarlarını geyinmişlər. Daha sonra Bahadur guya Üzeyiri qorxutmaq üçün videoya çəkdiyini bildirib, Üzeyirin mobil telefonunu pul tələb etmək üçün götürüb 30 manat pul tələb etmişdir. Üzeyir isə həmin vaxt pulu olmadığını deyib, telefonu Bahadurdan alaraq dostuna zəng edib pul göndərməsini xahiş etmişdir. Həmin vaxt Üzeyirin dostu Bahadurun kartı olmadığı üçün ona aid Kapital Banka məxsus Bir bank **********140954 kartına xx.xx.2024-cü il tarixdə saat 02:49 radələrində 17 manat Milliön aparatı vasitəsi ilə pul köçürmüşdür. Bundan sonra Bahadur pulun köçdüyünə əmin olub Üzeyirin telefonunu geri qaytarmışdır. O da Üzeyirin əlindəki telefonuna girib onlarla olan yazışmaları və konumları telefondan silmişdir. Bundan sonra Üzeyir evdən gedən zaman Bahadur sözlə “sənin videon telefonumda durur, tiktoka atacam” deyə bildirmişdir. Əslində isə o, əmin olmuşdur ki, Bahadur bunu zarafatla Üzeyiri qorxutmaq üçün demişdir. Üzeyir telefonunu və digər əşyalarını da götürüb həmin ünvandan uzaqlaşmışdır. Bundan sonra Bahadurla o, yatmağa başlamış, həmin gün təxminən saat 05 radələrində tərlədiyi üçün yuxudan ayıldıqda çöldən səs gəldiyini eşitmiş və evin pəncərəsini kiminsə açmaq istədiyini hiss etmişdir. Həmin vaxt Bahaduru yuxudan oyadıb evə daxil olmaq istəyən olduğunu bildirmişdir. Bu zaman görmüşdür ki, Üzeyir və yanında olan sonradan adını bildiyi Şahid pəncərədən evə girib, qapını içəridən açıb evə daxil olmuşlar. Rahil həmin vaxt əlində balaca bıçaqla ona tərəf yaxınlaşmış, Bahadur isə oyanıb çarpayıda uzanmış vəziyyətdə olmuşdur. Rahil sağ əlində bıçaqla ona tərəf gədikdə onun qolundan tutmuşdur. Həmin vaxt Rahil bıçağı sol əlinə keçirib, ona qolunu buraxmağını deyib, bıçağı ona soxacağını sözlə bildirsə də, bıçaqla ona heç bir xəsarət yetirməmişdir. O, Rahilin qolunu buraxdıqdan sonra aralaşmışlar. Rahil həmin vaxt bıçaq əlində nəyə görə Üzeyirin lüt videoyaya çəkildiyini onlardan soruşmuşdur. Bahadurla o, Üzeyirin videoyaya çəkilmədiyini bildirmiş, buna baxmayaraq Rahil onların ünvanına nalayiq söyüş söymüş, “sizi doğrayaram” deyib sözlə onları hədələmişdir. X5 təpik vurub, “sənlə sonra söhbət edəcəm” deyə bildirmiş, həmin vaxt Bahadurun “Samsung A7” markalı mobil telefonunu kimsə stoldan götürmüşdür. Sonra Rahil 17 manat pulu geri tələb etmiş, o, pulu kazino oyununda uduzduğunu demişdir. Bu səbəbdən də Rahil 17 manatın əvəzində Üzeyirə demişdir ki, “stolun üstündə nə varsa götür gedək”. Üzeyir həmin vaxt stoldan onun bir ədəd pover bankını və bir ədəd elektron saatını götürmüşdür. Həmin vaxt o, cəld tərpənib öz “Redmi 9 T” markalı telefonunu stoldan götürmüşdür. Rahil yenidən üstünə bıçaqla gəlib, telefonu ondan istəsə də, telefonunu verməmişdir. Rahil üstünə tərəf gəldikdə o, təpiklə onun qarnına 1 dəfə zərbə vurmuşdur. Daha sonra Rahil yenidən onun üstünə gələrək onu təpiklə vurmuş və kənarda qoyduğu şalvarının cibindən 2 manat pulunu götürmüşdür. Üzeyir evdən gedən zaman stolun üstündən onun qara rəngli dəri gödəkcəsini, həmin gödəkcənin cibində olmuş bir cüt qulaqcığını və “Glo” elektron siqaretini götürmüşdür. Onlar getdikdən sonra Bahadurun telefonunun və əşyalarının Rahil və Üzeyir tərəfindən götürülüb aparılması barədə DİN-nin 102 xidmətinə zəng etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2la «Azar» sosial proqramında tanış olmuşdur. Həmin proqramda tanışlıqdan sonra Bahadur ona «Whatsapp» nömrəsini vermiş, sonra «Whatsapp» vasitəsilə danışmışlar. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Bahadur ona zəng edib görüşmək üçün olduğu evə dəvət etmiş, o, Bahadura etiraz etməyib Bayıl qəsəbəsində yaşadığı ünvana ilk dəfə getmişdir. Həmin ünvana çatanda Bahadur onu evə çay içməyə dəvət etmişdir. Bahadurun yaşadığı ünvana getdikdə, onun evdə tək olmadığını, yanında sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 ilə birlikdə olduğunu görmüşdür. Həmin vaxt evə daxil olduqda Bahadur evin qapısının kilidini arxadan bağlayıb, əvvəlcə ona külək olduğu üçün qapını bağladığını bildirmişdir. O, evdə yataq və stol masası olan otağa keçdikdə Bahadur onun üstünə hücum edib, onunla cinsi əlaqədə olmaq istədiyini deyib, onu məcbur şəkildə soyundurmağa başlamış, Səxavət isə oradan qaçmamağı üçün kənardan yanlarına gəlib, Bahadura kömək edib onu tutmuşdur. Sonra Bahadur idman şalvarını aşağı çəkib onu lüt halda yerə və çarpayıya yıxıb, arxadan onun anal dəliyinə cinsiyyət orqanını bir-iki dəfə daxil etmiş, Səxavət də həmin vaxt cinsiyyət orqanım çıxardıb onun ağzına tərəf aparıb, dodağına cinsiyyət orqanını sürtmüşdür. Həmin anda Bahadur ona “ya bu gün bizi boşaltmalısan, ya bizə pulunu və ya telefonunu verməlisən deyə” bildirmişdir. Bundan sonra Bahadur onun telefonunu götürmüşdür. O, Bahadura telefonsuz hara gedə biləcəyini dedikdə, Bahadur ondan 20 manat pul istəmişdir ki, telefonunu geri qaytarsın. Həmin vaxt Səxavət Bahadura bu telefon uçun 20 manat azdır demiş, 40 manat lazım olacağını söyləmişdir. Həmin ərəfədə Bahadur onu pəncərədən çölə atacağını deyib, onu telefonu ilə videoya çəkdiyini, onu sosial şəbəkədə paylaşacağını deyib, pulu tələb etməyə davam etmişdir. Bu zaman o, pulu olmadığı üçün dostu Rahilə zəng edərək Səxavətin dediyi karta 40 manat pul göndərməsini xahiş etmişdir. Rahil kartına baxıb, pulu olmadığını, yanındakı dostunda 17 manat pul olduğunu deyib, həmin pulu Səxavətin kartına atmışdır. Bahadurdan telefonunu istədikdə Səxavət dostu Bahadurdan onun telefonunu özünə istəmişdir. Bahadur onun telefonunu Səxavətə vermiş, Səxavət onun boynundan tutub, telefonunun şifrəsini açıb «Whatsapp»a girməyini bildirmişdir. Oradan Bahadurun adını siyahılardan və kontaktdan silmişdir. Bundan sonra Bahadurgil ehtiyat edib onun telefonunu özünə vermişlər. Qapıdan çıxanda Bahadur ona lüt videolarının olduğunu, oradakı hadisəni çəkdiyini deyib, sabah «TikTok»da onu biyabır edəcəyini demişdir. O, məhəllədən çıxdıqda dostu Şahid ona zəng etmiş, nə baş verdiyini soruşduqda Bahadurgilin onu lüt halda videoya çəkib, ona hədə-qorxu gəldikləri üçün ondan pul istədiyini bildirmişdir. Rahil pulu alandan sonra Bahadurgilin videoları silibsilmədiyini soruşduqda o, yox cavabı vermişdir. Bundan 40 dəqiqə sonra Rahil Bayıl qəsəbəsinə Bahadurgilin evi yaxınlığına gəlmiş, onlar həmin evə telefondan videonu sildirmək məqsədi ilə getmiş, o, əvvəlcə qapını döymüşdür. Qapını açan olmamış, pəncərənin açıq olduğunu görüb pəncərədən Rahil içəri girib qapını açmış, o da qapıdan içəri girmişdir. Həmin vaxt Rahil Bahadur və Səxavətə onu videoya çəkməyə görə irad bildirib, telefonu Bahadurdan istəmiş, Bahadur həmin vaxt guya onu videoya çəkmədiyini, onu qorxudub pulunu almaq istədiyi üçün bu cür etdiklərini bildirmişdir. Həmin vaxt Bahadurun Samsung A7 markalı telefonu stolun üstündə olduğu üçün həmin telefonu oradan videonun olub olmamasını dəqiqləşdirmək üçün götürmüş, bu zaman Rahil 17 manat pulunu geri qaytarmalarını onlardan tələb etmişdir. Səxavət həmin pulu kazino oyununda uduzduğunu bildirmişdir. Həmin vaxt Səxavət otaqda kəsici alət rezakı götürməyə cəhd etdikdə Rahil cəld tərpənib, buna imkan verməyib, rezakı özü götürmüşdür. Bundan sonra 17 manat pulu əvəzləmək üçün Rahil otaqda olan dəri gödəkcəni götürüb oradan çıxmışlar. Bahadur ona hədə qorxu gəlib, telefonunu qaytarmaq və videonu silmək üçün ondan tələb etdiyi 17 manat pulu onun xahişi ilə tanışı Rahil ödəniş terminalı vasitəsi ilə Bahadurun kartı olmadığı üçün Səxavətin dediyi Kapital Banka aid kart hesabına köçürmüşdür. O, Rahilin göndərmiş olduğu həmin 17 manat pulu Rahilə özü sonradan qaytarmışdır. Hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2 ilə yaxındır tanıyır, dostluq münasibətləri var. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Üzeyir ona zəng edib dediyi kart hesabına 40 manat pul göndərməyini xahiş etmiş, o, Üzeyirə kartında pulun olmadığını deyib, dostundan 17 manat borca pul götürüb Üzeyirin dediyi həmin karta Bakı şəhəri, Neftçilər metrosu yaxınlığında yerləşən «MilliÖn» aparatından 17 manat pul göndərmişdir. Pulu göndərdikdən 30 dəqiqə sonra Üzeyir ona zəng etdikdə məsələnin nə olduğunu soruşmuş, Üzeyir telefonda görüşmək istədiyini, həmin pulu zorla kiminsə kartına köçürtdüyünü və döyüldüyünü bildirmişdir. Üzeyirə olduğu yerin məkanını atmasını istəmiş, həmin yerə yaxın əraziyə yollanmışdır. Bundan 40 dəqiqə sonra Üzeyirin olduğu yerə, yəni Bayıl qəsəbəsinə getmiş, Üzeyirdən bir daha nə baş verdiyini soruşduqda Üzeyir Bahadurgilin onu döyüb, lüt halda videoya çəkib, hədəqorxu gəldikləri üçün ondan pul istədiyini bildirmişdir. Üzeyirdən Bahadurgilin pulu alandan sonra videoları silib-silmədiyini soruşduqda Üzeyir Bahadurgilin videonu silməməsi barədə məlumat vermişdir. Onlar Bahadurgilin yaşadığı həmin evə telefondan videonu sildirmək məqsədi ilə getmiş, Üzeyir əvvəlcə qapını döymüş, qapını açan olmamışdır. Pəncərənin açıq olduğunu görüb o, pəncərədən içəri girib qapını açmış, Üzeyir də həmin qapıdan içəri daxil olmuşdur. Həmin vaxt o, sonradan adlarını bildiyi və ilk dəfə gördüyü Bahadur və Səxavət adlı şəxsə dostu Üzeyirin videosunu çəkməyə görə irad bildirib, videonun hansı telefonda olduğunu Üzeyirdən soruşmuşdur. Üzeyir Bahadur adlı şəxsin telefonunda olduğunu dediyi üçün Bahadurdan telefonunun kodunu açıb ona verməsini istəmiş, Bahadur telefonun şifrəsini vermədən həmin vaxt guya Üzeyiri videoya çəkmədiyini, sonuncunu qorxudub, pulunu almaq istədiyi üçün bu cür etdiyini bildirmişdir. O, Bahadurdan telefonu açmaq üçün şifrə soruşduqda Bahadur şifrəni demədiyi üçün sonuncunun sifətinə və boynuna bir sillə vurmuşdur. Həmin vaxt Bahadurun Samsung A 7 markalı telefonu stolun üstündə olduğu üçün həmin telefonu oradan videonun olub olmamasını dəqiqləşdirmək üçün özü götürmüşdür. Bu zaman o, 17 manat pulunu geri qaytarmalarını Bahadur və Səxavətdən tələb etmiş, Səxavət həmin pulu kazino oyununda uduzduğunu bildirmişdir. Həmin vaxt Səxavət otaqda kəsici alət rezakı götürməyə cəhd etdikdə o, cəld tərpənib buna imkan verməyib təpiklə bir dəfə Səxavətin qarnına vurub, rezakı qabaqca götürüb, gödəkcəsinin cibinə qoymuşdur. Bundan sonra 17 manat pulu əvəzləmək üçün Üzeyir otaqda olan dəri gödəkcəni götürmüş, birlikdə oradan çıxmışlar. Üzeyirlə o, evə daxil olanda əllərində bıçaq və ya başqa hər hansı bir alət olmamış, həmin vaxt evdə dava-dalaş olmasa da sözlə mübahisələri olmuşdur. Üzeyirlə onun tərəfindən sonunculara başqa heç bir xəsarət yetirilməmişdir. Onun Bahadura məxsus telefonu götürməkdə məqsədi videonun silinməsinə cəhd etmək və ya videonu yox etmək olmuşdur. Sonradan telefonun şifrəsini aça bilmədiyi üçün telefonu götürüb qıraraq əvvəl yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Mədən qəsəbəsi ərazisində zibilliyə atmışdır. Lakin, oradan Üzeyirin götürdüyü gödəkcə Üzeyirdə olduğundan həmin gödəkcənin hara qoyulmasından məlumatı olmamışdır. Mübahisə zamanı ona Bahadur və Səxavət tərəfindən heç fiziki zor tətbiq olunmamış və xəsarət yetirilməmişdir. Həmin vaxt olduqları ünvandan o, Bahadurun Samsung A7 markalı telefonundan başqa heç bir əşya götürməmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 01, i/v 108). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 01, i/v 110). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X4 25 noyabr 2024-cü il tarixli, 591 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir (cild 01, i/v 168-170). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X4 25 noyabr 2024-cü il tarixli, 592 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol üst göz qapağının qançırı qançır fonunda səthi əzilmiş yarası, sağ qözətrafı yumşaq toxumaların qançırı və burun yəhərinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2024-cü il tarixinə zidd deyildir, müxtəlif şəraitdə əmələ gələ bilərdi və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir (cild 01, i/v 171-174). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X4 09 dekabr 2024-cü il tarixli, 526 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində süd vəzisinin və qarın nahiyəsinin qançırları aşkar edilmişdir. Törənmə müddətləri müayinədən 3-4 gün əvvələ uyğundur, şəxsin göstərdiyi tarixi və şəraiti inkar etmir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs arxa keçəcəyində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək dəliyi nahiyəsində xəsarət və ya xəsarət izi olmadıqda cinsi əlaqənin müddəti haqqında fikir söyləmək mümkün deyil. “Zorlamaq” məfhumu məhkəmə-tibbi məfhum olmadığından xəsarətlərin bu nöqteyi nəzərdən qiymətləndirilməsi məhkəmə-tibbi ekspertizanın səlahiyyətlərinə aid deyildir (cild 01, i/v 175-178). “Axtarışda olan şəxsin tutulması barədə” 02 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə saat 17:00-da Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov 8 ünvanında saxlanılaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir (cild 01, i/v 238). Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, Səbail RPİ-nin İŞ-nin müstəntiqi Zamiq Mustafayevin AR CM-nin 182.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti əsassız olduğundan, vəsatətin müdafiə edilməsindən imtina olunması və onun dərhal saxlanıldığı yerdən azad edilməsi qərara alınmışdır (cild 02, i/v 22-23).. “Qətimkan tədbiri seçmək haqqında” 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 02, i/v 24). “Baxış keçirmə və götürmə haqqında” 04 iyun 2025-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi ona məxsus mobil telefonda olan "xxxx" tətbiqinə baxış keçirilən zaman xx.xx.2024-cü il tarixdə saat 02:49 radələrində 17 manat pul vəsaiti ona məxsus "xxxx"-a aid 4169 7388 3014 0954 nömrəli kart hesabına köçürüldüyü müəyyən olunmuşdur (cild 02, i/v 28-32). “Axtarışda olan şəxsin tutulması barədə” 12 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə saat 12:00-da Qazax şəhəri ərazisində saxlanılaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir (cild 02, i/v 39). Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında 14 iyun 2025-ci il tarixli qərardan görünür ki, Səbail RPİ-nin İŞ-nin müstəntiqi Zamiq Mustafayevin AR CM-nin 182.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti əsassız olduğundan, vəsatətin müdafiə edilməsindən imtina olunması və onun dərhal saxlanıldığı yerdən azad edilməsi qərara alınmışdır (cild 02, i/v 82-83). “Qətimkan tədbiri seçmək haqqında” 14 iyun 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir(cild 02, i/v 84). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin rüsvayedici məlumatlarını yayacağı hədəsi ilə hədə qorxu gəlib pul tələb etmə cinayətinin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1998-ci il 25 dekabr tarixli qərarının 3, 3-1 və 5-ci bəndlərində göstərilmişdir ki, rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Hədəqorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Qabaqcadan əlbir olan bir qrup şəxsin özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlərin yerinə yetirilməsini hədə-qorxu ilə tələb etməsi dedikdə (Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi), cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasına başlanılana qədər bu cinayəti törətmək barədə razılığa gəlmiş iki və daha çox şəxs tərəfindən cinayətin birgə törədilməsi, yəni razılığa uyğun olaraq qrupun hər bir üzvü tərəfindən cinayətin obyektiv cəhətinə aid hərəkətlərin (ən azından onların bir hissəsinin) icra edilməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1 və 182.2.1-ci maddələrinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Bununla əlaqədar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməli etiraf edərək səmimi peşmançılıq çəkmələrini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmələrini, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini və zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, oların ailəsinin həyat şəraitinə təsirini və digər halları, cəzalarını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsinin saksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlanmanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırılma növündə cəzanın müddətinə bir gününə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 02 iyun 2025-ci il tarixdən 04 iyun 2025-ci il tarixədək, Təqsirləndirilən şəxs2 isə 12 iyun 2025-ci il tarixdən 14 iyun 2025-ci il tarixədək tutma altında saxlanılmışlar. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutma altında saxlanıldıqları 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və onlar, məhkəmə iclas zalında dərhal həbs edilməli, cəza çəkmə müddətlərinin əvvəli – 22 sentyabr 2025-ci il tarixdən hesablanmaldır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait, Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun hesabına hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 iyun 2025-ci il tarixdən 04 iyun 2025-ci il tarixədək tutma altında saxlanıldığı cəmi 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanaraq onun üzərində qəti olaraq 04 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 12 iyun 2025-ci il tarixdən 14 iyun 2025-ci il tarixədək tutma altında saxlanıldığı cəmi 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanaraq onun üzərində qəti olaraq 04 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 22 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 dövlət hesabına hüquqlarını müdafiə etmiş “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını müdafiə etmiş “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 20 iş saatına görə 220 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Ruslan Vəliyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar