Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1504/2024 15.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən hakim X11, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən “İncəli Pub” restoranına gəlmiş tanışı Zərərçəkmiş şəxs narkotik aludəçisi olması səbəbindən müştəriləri narahat etməsini əsas gətirərək ondan restoranı tərk etməsini tələb edərək sonuncunu restorana buraxmamış, Zərərçəkmiş şəxs həmin yerdən çıxıb getdikdən bir müddət sonra, yəni 05 noyabr 2023-cü il tarixdə həmin restorana gəlmək üçün onunla telefonda danışarkən yenidən işlətdiyi “İncəli Pub” restorana gəlməməsini bildirdikdə, Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə təhqir edərək həmin gün saat 22 radələrində qeyd olunan restoranın qarşısına gəlib orada öz qərəzli hərəkətlərini davam etdirməklə münaqişəli vəziyyət yaradıb onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında mövcud olan şəxsi münasibətlərin pozulması nəticəsində Zərərçəkmiş şəxs təşəbbüsü ilə yaranmış münaqişə zamanı sonuncunu vurmaqla qisas almaq məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi bıçaqla Zərərçəkmiş şəxs qarın və sağ qol nahiyələrindən ardıcıl olaraq 3 dəfə qəsdən vuraraq ona sağ bazunun 1 ədəd və sağ sağrının 1 ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid, qarının ön divarının sağ yan səthinin qarın boşluğuna nüfuz edən kor bağırsağın mənfəzinə dəlib keçən həyat üçün təhlükəli olan 1 ədəd deşilmiş-kəsilmiş yara kimi ağır dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, özünü təqsirli bilir. Zərərçəkmiş şəxslə qonşu olmuş, bir məhlədə qalmışlar. Hadisədən qabaq münasibətləri normal olmuşdur. Hadisə axşam saat 10 radələrində olmuş, mərhum ona zəng etmişdir. Daha sonra mərhum onun üstünə bıçaqla gəlmiş, o özümü müdafiə etmişdir. Hadisə zamanı istifadə olunan bıçaq onda deyil, mərhumda olmuşdur. O, bıçağı zərərçəkmiş şəxsdən almış, özünü müdafiə etmişdir. İkinci bıçaq da olmuş, o da mərhuma məxsus olmuşdur. Mübahisə 3-4 dəqiqə çəkmiş, hadisəni görən olmamışdır. Mərhum rəhmətə getməzdən əvvəl də onlar barışmışlar, indi də hüquqi varisi ilə barışmışlar. İbtidai araşdırma zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıq vaxtlarından onunla qonşluquda yaşadığından tanıyır. Onun əvvəllər Kənan ilə düşmənçilik və ya ədavəti olmamışdır. 2023-cü ilin oktyabr ayının sonlarında o, Kənanın onun icarə əsasında işlətdiyi Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov küçəsində yerləşən “İncəli Pub” olan restoranına girməsinə icazə verməmişdir. Belə ki, buna səbəb Kənanın narkotik vasitələrin istifadəçisi və bildiyi qədər satışı ilə məşğul olması olmuşdur. 05 noyabr 2023-cü il tarixdə, təxminən saat 22 radələrində o, “İncəli Pub” olan restoranında işdə olduğu zaman, həmin vaxtı restoranda aşbaz işləyən Ceyhun öz mobil telefonunu ona verərək Kənanın onunla danışmaq istədiyini demişdir. O, telefonu götürdükdə zəng edən Kənan onun ünvanına nalayiq söyüşlər işlədərək görüşüb restorana buraxmamağına aydınlıq gətirilməsini demişdir. Lakin o, Kənanın onun ünvanına nalayiq ifadələr işlətməsinə baxmayaraq buna əhəmiyyət verməmiş və telefonu söndürmüşdür. Telefon zəngindən təxminən 15-20 dəqiqə sonra o, Kənanın restoranın qarşısında qışqıraraq onu təhqir etməsini eşidib restorandan çölə çıxmışdır. Həmin vaxt Kənan onun ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. O, Kənana öz iradını bildirdikdə Kənan bel nahiyəsindən bıçağa oxşar xəncəri çıxarıb, sağ əlində tutmaqla onu vurmaq istəyərkən, o, xəncəri Kənanın əlindən almaq istəyərkən xəncər Kənanın sağ bud nahiyəsinə girmişdir. Belə ki, o, bıçağı almaq üçün Kənan ilə tutaşan zaman Kənanın arxasında olan, Kənana məxsus moped yerə aşmış və Kənan yerə yıxılmışdır. Bundan sonra Kənan ayaq üstə durub bel nahiyəsindən əlavə bıçaq çıxarıb nümayiş etdirməyə başlamışdır. Həmin vaxt Kənanın əlindən almış olduğu xəncər onun sol əlində olmuş, Kənan isə ondan təxminən 1 metr aralıda üzü ona tərəf durmaqla bıçağı ona nümayiş etdirib onu qorxutmağa çalışmışdır. O, isə bıçağı sadəcə sol əlində tutmuşdur. Bu hadisə ümumilikdə təxminən 3-4 dəqiqə davam etmiş və o, xəncəri yerə atmış, Kənan həmin xəncəri yerdən götürüb özünə məxsus mopedə əyləşərək idarə edib, hadisə yerindən uzaqlaşmışdır. O, da oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. Lakin o, cinayət hadisəsi törətməyi barədə ailə üzvlərinə məlumat verməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisədən təxminən 1 həftə əvvəl o, Kənanın narkotik vasitələrin istifadəçisi və bildiyi qədər satışı ilə məşğul olması səbəbi ilə restorana buraxmamışdır. Lakin buna baxmayaraq onun Kənan ilə düşmənçilik və ya ədavəti olmamışdır. Hadisə Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov küçəsində yerləşən əvvəlki adı “Şuşa” olan, lakin hazırkı adı “İncəli Pub” olan restoranın qarşısında baş vermiş və təxminən 4 dəqiqə davam etmişdir. Hadisə vaxtı orada tanımadığı kənar şəxslər olmuş, lakin heç kim hadisəyə müdaxilə etməmişdir. O, Kənanı əl, ayaq və başı ilə vurub xəsarət yetirməmişdir. Hadisə vaxtı Kənanın əlində olan xəncəri əlindən almaq istəyərkən xəncər Kənanın sağ bud nahiyəsinə girmişdir. Kənan hadisə vaxtı onu vurub xəsarət yetirməmişdir və o, xəsarət almamışdır. Hadisədən sonra o, həmin xəncəri yerə atmış və Kənan həmin xəncəri götürüb özünə məxsus mopedə əyləşərək oradan uzaqlaşmışdır. O, xəncərin Kənanın sağ bud nahiyəsinə dəyməsini təxminən 2 gün sonra bilmişdir. Belə ki, Kənanın qardaşı Ramin sonradan ona xəbər göndərmişdir. Tibbi ekspertizanın rəyində göstərilən xəsarətlərdən birini, yəni Kənanın sağ budunda olan xəsarəti o, Kənana istəməyərəkdən yetirmişdir. O, Kənanın əlində olan bıçağı alarkən Kənanla tutaşarkən Kənan yerə yıxılmışdır. O, həbs olunacağından qorxduğu üçün hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, 05 noyabr 2023-cü il tarixdə saat 22 radələrində o, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, D.Bünyadzadə küçəsində yerləşən “Şuşa” restoranının yaxınlığında onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə aralarında sözlü mübahisə yaranmışdır. Bundan sonra Arif ilə o, kənara çəkilmişdir. Orada Arif onu itələmiş və o, yerə yıxılmışdır. O, ayaq üstə qalxarkən Arif həmin vaxt əlində olan onun görmədiyi əşya ilə onun bədəninə xəsarətlər yetirmişdir. Bundan sonra bədənində, qarnında və qolunda ağrılar hiss etməyə başlamışdır. Daha sonra o, həkimə müraciət etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Arifin əlaqə nömrəsini xatırlamır. Hadisədən sonra onun paltarları cırıldığı üçün atmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində bildirmişdir ki, hadisənin necə baş verməsinin şahidi olmamış, hadisədən sonra qardaşını xəstəxanaya yatırmışlar. Hadisə zamanı mərhumun üzərində bıçağın olub-olmamasını bilmir. Onun əvvəllər bıçaq gəzdirməsinin şahidi olmamışdır. Münaqişəyə görə bıçaq götürmüş ola bilər. Mərhum qardaşının narkotik vasitədən istifadə etməsindən xəbəri olmuşdur. Qardaşı bu hadisə ilə bağlı olaraq yox, ciyərinə su yığıldığına görə rəhmətə getmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin azadlıqda qalmasını xahiş edir. İbtidai araşdırma zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, 24 dekabr 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun qardaşıdır. O, cinayət işi üzrə mərhum qardaşı Zərərçəkmiş şəxs hüquqi varisi kimi tanınmağına dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinə ərizə ilə müraciət etmiş və İstintaq şöbəsində o, mərhum qardaşı Zərərçəkmiş şəxs hüquqi varisi kimi tanınmışdır. 05 noyabr 2023-cü il tarixdə axşam saatlarında yaşadığı evə gəldikdə ona məlum olmuşdur ki, qardaşı bıçaqlanmışdır. Lakin həmin vaxt o, qardaşının kim tərəfindən bıçaqlanmasını bilməmişdir. Həmin vaxt o, təcili tibbi yardıma zəng etmiş və təcili tibbi yardım avtomobili ilə qardaşı Kənanı 1 saylı X16 aparmışlar. Həmin xəstəxanada qardaşı Kənan təxminən 11-12 gün qaldıqdan sonra müalicəsini evdə davam etdirməsi üçün xəstəxanadan buraxılmışdır. Təxminən 09 və ya 10 dekabr 2023-cü il tarixdə qardaşı Kənan müalicə almaq məqsədilə Səhiyyə Nazirliyi X2 institutuna müraciət etmişdir. 13 dekabr 2023-cü il tarixdə o, qardaşı Kənanın rəhmətə getməyini bilmişdir. Bundan sonra onlar qardaşı Kənanı dəfn etmişlər. Sonradan ona məlum olmuşdur ki, mərhum qardaşı Zərərçəkmiş şəxs 05 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid Məhəmmədiyyə oğlu ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov küçəsində yerləşən “Şuşa” və “İncəli Pub” adlı restoranı icarə əsasında işlətməyə başlamış və hazırda da həmin restoranı işlətməklə özü də orada işləyir. Ondan əvvəl həmin restoranı Təqsirləndirilən şəxs icarə əsasında işlətmişdir. Həmin restoranı o, Bəhmən İmanovdan icarəyə götürməklə işlətmişdir. Zərərçəkmiş şəxs təxminən 15 ildir ki, tanıyır. 05 noyabr 2023-cü il tarixdə təxminən saat 22 radələrində o, işdə olduğu zaman Zərərçəkmiş şəxs onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edərək Arif ilə danışmaq istədiyini bildirmişdir. O, da öz mobil telefonunu həmin vaxt restoranda olan Arifə verərək Kənanın zəng edib onunla danışmaq istədiyini deyib telefonu Arifə vermişdir. Həmin vaxt Arif telefonda Kənan ilə danışmağa başlamışdır. Lakin həmin vaxt onun başı restoranda öz işlərinə qarışdığından aralarında nə kimi danışıq olmasını eşitməmişdir. Təxminən 1-2 saat sonra o, Arifin bıçaqla Kənanı vurub xəsarət yetirməsini orada olan hazırda xatırlamadığı şəxslərdən eşitmişdir. Lakin o, həmin hadisənin şahidi olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli “Raportlardan” görünür ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ev 48A-da yaşayan Zərərçəkmiş şəxs xəsarət alması barədə Polis Bölməsinə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Ərizədən” görünür ki, Zərərçəkmiş şəxs polis orqanına müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, onunla bağlı şikayət və tələbinin olmadığını və iş üzrə araşdırmanın dayandırılmasını xahiş etmişdirş xx.xx.2024-cü il tarixli “Notariat qaydasından təsdiq olunmuş ərizədən” görünür ki, X1 Arif Kommunəli oğlu ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, DİN-nin X7 Xidmətindən Yasamal RPİ-nin İstintaq şöbəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-3/2- 22431/2023 saylı məktuba qoşma şəklində əlavə edilmiş diskə baxış keçirilmiş və baxış zamanı diskdə cəmi 03 (üç) ədəd olmaqla “TŞ2-037 1-2023-11 -05_22h45min 00s000ms”, “TŞ2-037 2- 2023-11-05_22h45min00s000ms” və “TŞ2-037 3-2023-11-05_22h45min00s000ms” adlı “MP4 Video File” formatlı faylların olması aşkar edilmişdir. 1-ci fayl açıldıqda - həmin faylın 384 mb ölçülü olması, video görüntünün 29 dəqiqə 59 saniyə müddətində davam etməsi müəyyən olunur. Həmin görüntünün 09:18 dəqiqəsində (22:54:17) iki nəfər şəxsin hər ikisinin sağ əlində bıçaq tutmaqla bir-birinə nümayiş etdirməklə bir-birinin üzərinə getmələri, həmçinin nisbətən kənara çəkilmələri müşahidə olunur. 2-ci fayl açıldıqda - həmin faylın 384 mb ölçülü olması, video görüntünün 30 dəqiqə müddətində davam etməsi müəyyən olunur. Həmin faylda iş üçün əhəmiyyət kəsb edən hər-hansı bir görüntü aşkar olunmamışdır. 3-cü fayl açıldıqda - həmin faylın 306 mb ölçülü olması, video görüntünün 30 dəqiqə 04 saniyə müddətində davam etməsi müəyyən olunur. Həmin görüntünün 09:30 dəqiqəsində (22:53:45) iki nəfər şəxsin hər ikisinin sağ əlində bıçaq tutmaqla bir-birinə nümayiş etdirməklə bir-birinin üzərinə getmələri, həmçinin nisbətən kənara çəkilmələri və həmin şəxslərdən birinin əlində bıçaq tutmaqla avtomobil yolunu digər tərəfə keçməsi müşahidə olunur. Diskə baxış keçirilməsi haqqında protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. DİN-nin X7 Xidmətindən Yasamal RPİ-nin İstintaq şöbəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-3/2- 22431/2023 saylı məktuba qoşma şəklində əlavə edilmiş 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, DİN-nin X7 Xidmətindən Yasamal RPİ-nin İstintaq şöbəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-3/2- 22431/2023 saylı məktuba qoşma şəklində əlavə edilmiş diskə iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs və sonuncunun vəkili X9 iştirakları ilə baxış keçirilmişdir. İş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs həmin diskdə olan görüntülərə baxdıqdan sonra həmin görüntülərdə olan şəxslərdən birinin özünün, digər şəxsin isə Zərərçəkmiş şəxs olduğunu, sonuncunun əlində olan xəncəri aldıqdan sonra Zərərçəkmiş şəxs sağ bud nahiyəsinə xəsarət yetirdiyini, bundan sonra Zərərçəkmiş şəxs əlavə bıçaq çıxardığını, Zərərçəkmiş şəxs əlində bıçaq tutduğunu və onun əlində xəncər tutub qarşı qarşıya durduqlarını qeyd etmişdir. Diskə baxış keçirilməsi haqqında protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. Bundan əlavə, məhkəmə istintaqı zamanı DİN-nin X7 Xidmətindən daxil olmuş (TŞ2-037 saylı TŞX-nin müşahidə kameralarının video görünüləri) baş vermiş hadisəyə aid görüntülərin bir qismini özündə əks etdirən video görüntülərə baxış keçirilərkən, zərərçəkmiş şəxsin daha iri tiyəli bıçaq (xəncər) tutaraq təqsirləndirilən şəxsin üzərinə getməsi, təqsirləndirilən şəxin isə əlində bıçaq tutaraq geri doğru addımlaması müşahidə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 qardaşı Zərərçəkmiş şəxs hüquqi varisi kimi tanınmışdır. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2023-cü il tarixli 37/1357 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - qarının on divarının sağ yan səthinin qarın boşluğuna nüfuz edən kor bağırsağın mənfəzinə dəlib keçən bir ədəd, sağ bazunun bir ədəd və sağ sağrının bir ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişlər, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan tarixə uyğun gəlir, dərəcələrinə görə qarının ön divarının sağ yan səthinin qarın boşluğuna nüfuz edən kor bağırsağın mənfəzinə dəlib keçən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, sağ bazunun bir ədəd və sağ sağrının bir ədəd deşilmiş-kəsilmiş yaraları isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 126 nömrəli rəyindən görünür ki, “X2 İnstitutu” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixdə tərtib etdiyi 3127 saylı xəstəlik tarixinin surətində qeyd edilir ki, vət. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30-da “Ağciyərlərin infiltrativ vərəmi dağılmış mərhələsi. Sağ tərəfli ekssudativ plevritlə fasadlaşma. Ağciyər arteriyasının tramboemboliyası. Kəskin ağciyər-ürək çatışmazlığı. Şəkərli diabet İİ tip. Diabetik nefropatiya” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Aparılan reanimasion tədbirlərə baxmayaraq, baş vermiş kəskin ürək-ağciyər çatışmazlığından o, xx.xx.2023-cü il tarixdə saat 21:05-də xəstəxanada vəfat etmişdir. Vət. Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarət izləri aşkar olundu: Qarının ön divarında orta xətt üzrə çapıq toxuma, qarının ön divarının sağ yan səthində, sağ bazu və sağ sağrı nahiyəsində çapıq toxumalar. Onun meyitində digər xəsarət izi və xəsarət aşkar olunmamışdır. Qeyd olunan çapıq toxumalar vət. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə almış olduğu 3 (üç) ədəd deşilmiş-kəsilmiş yara yerləri və bununla əlaqədar xəstəxanada aparılmış cərrahi müdaxilə yeridir. O, qeyd olunan deşilmiş-kəsilmiş yaraları aldıqdan sonra “X18” publik hüquqi şəxsində cərrahi müdaxilə olunmuş və bu vaxtdan keçən 1 ay 8 gün ərzində tam sağalmışdır, bu deşilmiş-kəsilmiş yaraların ölümün baş vermə səbəbi ilə heç bir əlaqəsi yoxdur. Vət. Zərərçəkmiş şəxs ölümünə səbəb - ağciyərin diffuz hemorragik pnevmaniyası və qaraciyərin portal sirrozu nəticəsində inkişaf etmiş kəskin ağciyərqaraciyər çatışmazlığı olmuşdur. Ölüm “Elmi X6 İnstitutu” publik hüquqi şəxsində xx.xx.2023-cü il tarixdə saat 21:05-də baş vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə görə insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ifadəsi (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadələri) ilə yanaşı, istintaq hərəkətlərinin ptotokolları, zərərçəkmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidin ifadəsi və ekspertiza rəyləri ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə görə - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X14rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyası araşdırılmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək və təqsirləndirilən şəxsin törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməli özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxsin, hüquqi varisin və şahidin ifadəsi, o cümlədən ekspertizanın rəyləri və biri digərinə uyğun gələn digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuşdur və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticənin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi (ibtidai araşdırma və məhkəmə istintaqı verdiyi ifadələri) ilə yanaşı, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, şahid ifadəsi, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan ərizələrdən və ifadədən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir, zərərçəkmiş tərəfin ona qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106.6-cı maddəsinə görə, zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi istisna olmaqla, digər hüquqi varisin aşağıdakılara hüququ yoxdur: 106.6.1. şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq; 106.6.2. xüsusi ittihamçı qismində cinayət təqibindən imtina etmək; 106.6.3. zərər çəkmiş şəxsin verdiyi şikayətdən imtina etmək. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bundan başqa, iş materiallarndan görünür ki, təqsirləndirilən şəxs ailə üzvləri ilə olan atası, anası, qardaşı və iki bacısı ilə birgə yaşayır və onun barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Bundan əlavə, məhkəmə istintaqı zamanı DİN-nin X7 Xidmətindən daxil olmuş (TŞ2-037 saylı TŞX-nin müşahidə kameralarının video görünüləri) baş vermiş hadisəyə aid görüntülərin bir qismini özündə əks etdirən video görüntülərə baxış keçirilərkən, iki nəfər şəxsin hər ikisinin əlində bıçaq tutmaqla bir-birinə nümayiş etdirmələri, zərərçəkmiş şəxsin daha iri tiyəli bıçaq tutaraq (xəncər) təqsirləndirilən şəxsin üzərinə getməsi, təqsirləndirilən şəxin isə əlində bıçaq tutaraq geri doğru addımlaması müşahidə olunur. Bununla yanaşı, iş materiallarndan müəyyən olunur ki, baş vermiş hadisə zərərçəkmişin təşəbbüsü ilə və onun qanunsuz hərəkətləri nəticsində başlanmlışdır. Bundan başqa, iş materiallarnda olan xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Bundan əlavə, iş materiallarnda olan Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2023-cü il tarixli 37/1357 nömrəli rəyindən görünür ki, zərərçəkmiş şəxsin aldığı yalnız bir xəsarət sağlamlığa ağır zərər vurmaya aiddir. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin təqsirini əməlini etiraf etməsini, törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin və hüquqi varisinin şikayət və tələbinin olmamaqla barışmalarını, təqsirləndirilən şəxsin barəsində yaşayış yeri üzrə şikayətin daxil olmamasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin cəzanı yüngülləşdirən halların məcmusunu, o cümlədən təqsirləndirilən şəxsin təqsirini əməlini etiraf etməsini, törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin və hüquqi varisinin şikayət və tələbinin olmamaqla barışmalarını, təqsirləndirilən şəxsin barəsində yaşayış yeri üzrə şikayətin daxil olmamasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini və cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini, cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblərini nəzərə alaraq hesab edir ki, şəxs təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin ona təyin olunan azadlıqdan məhrumetmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə görə isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halların məcmusunu, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini əsas götürərək, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini nəzərə alaraq bu qənaətə gəlir və təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişiklik edilmiş və məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində təqsirləndirilən şəxsin davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək bir vəzifə olaraq tapşırılmalıdır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilərək (ləğv edillərək), onun barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan DİN-nin X7 Xidmətindən daxil olmuş (TŞ2-037 saylı TŞX-nin müşahidə kameralarının video görünüləri) baş vermiş hadisəyə aid video görüntülərin bir qismini özündə əks etdirən xx.xx.2023-cü il tarixli, 3-13-3/2-22431/2023 saylı məktuba qoşma şəklində əlavə edilmiş 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza 03 (üç) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən (daimi) yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışına nəzarət onun (daimi) yaşadığı yer üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edillərək (dəyişdirilərək) onun barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. (Hökmün icrası bu hissədə də, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy Taboruna və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin). Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan DİN-nin X7 Xidmətindən daxil olmuş (TŞ2-037 saylı TŞX-nin müşahidə kameralarının video görünüləri) baş vermiş hadisəyə aid video görüntülərin bir qismini özündə əks etdirən xx.xx.2023-cü il tarixli, 3-13-3/2-22431/2023 saylı məktuba qoşma şəklində əlavə edilmiş 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcinin, mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1504/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1504/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver