Məhkəmə qərarları › İş №1(101)-1505/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1505/2021

30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1505/2021 30.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, “Verdiktum” Vəkil bürosunun vəkili Müdafiəçi1, “Pro Bono” Vəkil bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi X3 iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ali təhsilli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” yaşayış massivi, 16-cı dalan, nömrəsiz ev ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 30 may 2021-ci il tarixdə, saat 23 radələrində orta dərəcəli sərxoşluq vəziyyətində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində, 16-cı dalan ünvanında yerləşən özünə məxsus olan yaşadığı nömrəsiz bağ evinin birinci mərtəbəsinin qonaq otağında arvadı Zərərçəkmiş şəxs ona mütəmadi spirtli içki qəbul etməsi ilə əlaqədar irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisənin gedişində Zərərçəkmiş şəxs odlu silahla atəş açaraq vurmaqla hədələdikdə, arvadının ona “ata bilməzsən!” deməsindən əsəbiləşib bunu özünə qarşı təhqir kimi qəbul edib qanunazidd yolla, yəni arvadı Zərərçəkmiş şəxs cəzalandıraraq ondan qisas almaq qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirməkdən ötrü evin ikinci mərtəbəsində yerləşən yataq otağına gedərək, 31 dekabr 2013-cü il tarixli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 2084 nömrəli şəhadətnamə əsasında əldə edib paltar şkafının yanında saxladığı yivsiz odlu ov silahı hesab edilən, 2012-ci ildə Rusiya Federasiyasında, İjevsk mexaniki zavodunda istehsal edilmiş, patronluğunun uzunluğu 76 mm olan, 12 kalibrli, “MP-27EM” markalı, ********* qeydiyyat nömrəli, daxili çaxmaqlı, qoşalüləli, yivsiz ov silahını götürüb güllə yuvasına patron yerləşdirməklə döyüş vəziyyətinə gətirib lülələri bağlandıqdan sonra avtomatik qoruyucu bölməyə keçən silahın qoruyucusunu açaraq atəşə hazır vəziyyətə gətirib Zərərçəkmiş şəxs olduğu və sonuncu ilə mübahisə etdiyi birinci mərtəbədəki otağa qayıtmış, əlində saxladığı atəşə hazır vəziyyətdə olan odlu silahı həmin otaqda divanın üzərində oturaq vəziyyətdə olan Zərərçəkmiş şəxs həyatı üçün vacib orqanlarının, o cümlədən məhz ürəyinin yerləşdiyi sol sinə nahiyəsinə dirəməklə arvadını qəsdən öldürmək məqsədilə silahın ön tətiyinə ən azı 3,2 kiloqram qüvvə ilə təsir etməklə alt lüləsindən 1 (bir) dəfə atəş açmış, nəticədə döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına keçən bir ədəd kor odlu silah (qırma) yaralanması, ürək kisəsi və mədəciklərinin, sol ağ ciyərin, diafraqmanın, peritonun, mədəaltı vəzin, dalağın, sol böyrükətrafı yumşaq toxumaların yaralanması, sol tərəfli pnevmohemotoraks (sol plevra boşluğuna qan və havanın yığılması), hemoperitonium (qarın boşluğuna qanın yığılması), sol tərəfli 3, 4, 5 6, 7, 8, 9, 10-cu qabırğaların qəlpəli sınıqları kimi dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxsm daxili orqanların zədələnməsinə, daxili və xarici qanaxmaya səbəb olan bir ədəd kor odlu silah (qırma) yaralanması səbəbindən baş vermiş ağır travmatik və hemorragik şok nəticəsində qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə deyil, CM-in 124.1-ci maddəsilə təqsirli bildi və ifadəsində göstərdi ki, o, 2015-ci ildən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərmişdir. ünvan 3 ünvanında qeydiyyatda olmaqla həyat yoldaşı Zərərçəkmiş şəxs, övladları Şahid2, X7 və X8 ilə birlikdə yaşamışdır. 2021-ci ilin may ayının əvvəllərində özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, 16-cı dalanda yerləşən nömrəsiz bağ evinə bütün ailə üzvləri ilə birlikdə köçmüşdür. Həmin bağ evində keçən ildən yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs ilə 09 iyun 2006-cı il tarixdə öz istəkləri ilə ailə qurmuş və birgə nikahlarından yuxarıda adlarını qeyd etdiyi övladları dünyaya gəlmişdir. Həmin zaman Zərərçəkmiş şəxs ilə eyni kollektivdə işləmiş, ailə münasibətlərində həmişə mehribançılıq olmuş, yalnız məişət zəminində, məsələn uşaqları danlamaq kimi kiçik məsələlərdə narazılıqları yaranmış, lakin bu mübahisə ilə nəticələnməmişdir. Bundan başqa spirtli içki içməsi ilə əlaqədar Zərərçəkmiş şəxs narazılıq etmişdir. Bu il ailə üzvləri ilə birlikdə bağ evinə köçdükdən sonra da tam mehribançılıq olmuşdur. 03 may 2021-ci il tarixdə o, məzuniyyətə çıxmış və bundan sonra demək olar ki, gününü bağ evində ailə üzvləri ilə birlikdə keçirtmişdir. 30 may 2021-ci il tarixdə gün ərzində evdə olmuş, nahar yeməyini yeyərkən tək 100-150 qram spirtli içki qəbul etmişdir. Həmin gün saat 18 radələrində dayısı Xanbaba nəvəsi ilə birlikdə qonaq gəlmiş və birlikdə çay içmişlər. Xanbaba nəvəsi ilə birlikdə 1 saatdan sonra çıxıb getmişdir. Saat 19 radələrində qonşuluqda yerləşən bağın sahibi Əliəşrəf adlı şəxslə onların bağında yeyib-içmişdir. Oraya gedərkən 0,7 litrlik araq aparmış və həmin arağı birlikdə içmişlər. Saat 21 radələrində evə qayıtmış, həmin zaman uşaqlar ikinci mərtəbədə öz otaqlarında oynamış, həyat yoldaşı da uşaqların yanında olmuşdur. O, qonaq otağında televizorda internetdə hazırda xatırlamadığı kinoya baxmışdır. Saat 23:30 radələrində həyat yoldaşı ikinci mərtəbədən aşağı qonaq otağına düşmüş və divanda əyləşmişdir. Söhbət edərkən spirtli içki qəbul etdiyinə görə həyat yoldaşı narazılığını bildirmiş və spirtli içki içməyi tərgitməsini istəmişdir. O, həyat yoldaşına əvvəl spirtli içki içməsini tərgidəcəyini desə də, sonuncu narazılığını davam etdirdiyi üçün “özüm bilərəm nə vaxt tərgidəcəm” deyə cavab vermişdir. Bundan sonra zarafat etmək məqsədilə Zərərçəkmiş şəxs qulağını asta dartmış, yuxarı yataq otağına qalxmış, yataq otağında saxladığı tüfəngi götürüb arvadı ilə zarafatlaşmaq qərarına gəlmişdir. Özünə məxsus qanuni əsaslarla 2013-cü ilin dekabr ayında əldə etdiyi “Baykal MP-27” markalı ov tüfəngini bağa köçdükdən sonra özü ilə gətirmiş, məqsədi evinin yan hissəsində olan bağda yaşayış olmadığından oğurluq hadisəsi olarsa ailəsini müdafiə etmək olmuşdur. Həmin silahdan sonuncu dəfə Novruz bayramından sonra atəş açmışdır. Bağda silahı dolu saxlasa da, həmişə qoruyucuda olmuşdur. O, yuxarı yataq otağına qalxıb silahı paltar şkafının yanında olan qabından çıxardıb aşağı qonaq otağına arvadının yanına gəlmiş, silahın qoruyucuda olmasından əmin olduğundan qoruyucunu yoxlamamışdır. Zərərçəkmiş şəxs yanına gəlib ona “qulağını dartım, yoxsa atım?” demiş, arvadı isə “ata bilməzsən!” deyə cavab vermişdir. Silahı qonaq otağında divanda oturmuş vəziyyətdə olan həyat yoldaşına tərəf istiqamətləndirmiş, bu zaman həyat yoldaşı əlini silahın lüləsinə tərəf aparmış, ya silahın lüləsindən tutmuş, ya əli ilə tüfəngi itələmiş, onun əli tətikdə olduğundan özündən asılı olmadan silahdan atəş açılmışdır. O, silahın atəşindən şoka düşmüşdür. O, yoldaşının huşsuz vəziyyətə düşdüyünü, sinəsindən qan gəldiyini görüb onun ölməsini anlamış, tüfəngi gilizi çıxartmadan divanın yanına qoymuşdur. Bu zaman böyük oğlu Rövşən atəş səsinə aşağı düşmüş, oğlunu qucaqlayıb üzr istəmiş və baş vermiş hadisənin zarafat nəticəsində bilmədən olduğunu izah etmişdir. Bundan sonra Rövşənə bacısı və qardaşının yanına getməsini, onları aşağı düşməyə qoymamasını tapşırmışdır. Tüfəngi də götürüb özünü öldürmək üçün həyətə çıxmış, həyətdə olarkən uşaqlarının ağlamasını eşidib özünü öldürə bilməmiş və eyvandan havaya atəş etmişdir. Evə qayıdıb tüfəngi hara atmasını bilməmişdir. Bundan dərhal sonra yaşadığı ərazinin bölmə rəisi Azərin mobil telefon nömrəsinə zəng etmiş, Azər telefona cavab vermədiyindən DİN-nin 102 Qaynar xətt əlaqə mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Bunun ardınca anası Səmayənin telefon nömrəsinə zəng edib hadisə barədə məlumat vermiş və uşaqları aparmasını istəmişdir. Bundan sonra polislər və anası evə gəlmiş, polislərə və anasına hadisənin baş vermə şəraitini və mexanizmini danışmışdır. Daha sonra polis əməkdaşları 2 ədəd gilizi ona göstərmişlər. Zərərçəkmiş şəxs öldürmək fikri olmamış, sadəcə olaraq tüfəngin qoruyucusunun bağlı olmasını düşündüyü və yoldaşının qəfil əlini silaha atmasından tətiyin çəkilərək atəş açılması nəticəsində hadisə baş vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, ittiham aktında yazılmış onun tüfəngi doldurub döyüş vəziyyətinə gətirdiyi mülahizəsi ilə razı deyildir, tüfəng 20 mart tarixindən içi patronla dolu olmuşdur. Onun həyat yoldaşını öldürmək üçün bir səbəbi olmamışdır. Bu hadisə həyat yoldaşı ilə zarafat edərkən ehtiyatsızlıqdan baş vermiş hadisədir. Hadisədən əvvəl də, hadisə vaxtı da Pərvanə ilə əlbəyaxa olmamış, yəni yoldaşının əlləri onun paltarlarına toxunmamışdır. Hadisə vaxtı sərxoş olsa da özünü idarə edə bilmişdir. Bununla belə hadisə baş verəndən dərhal sonra ibtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunan ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 30 may 2021-ci il tarixdə gün ərzində o, evdə olmuş, saat 18 radələrində qonşuluqda yerləşən bağın sahibi Əliəşrəf adlı şəxslə sonuncunun bağında yeyib-içmiş, saat 21 radələrində evə qayıtmış, həmin vaxt uşaqlar ikinci mərtəbədə öz otaqlarında oynamış, həyat yoldaşı da uşaqların yanında olmuşdur. O isə qonaq otağında televizorda internetdə kinoya baxmışdır. Saat 23:30 radələrində həyat yoldaşı ikinci mərtəbədən aşağı qonaq otağına düşmüş və divanda əyləşmişdir. Hayat yoldaşı ilə söhbət edərkən xatırlamadığı xırda mübahisə üstündə zarafatca “ağıllı ol, səni ataram” demiş, həyat yoldaşı isə “ata bilməzsən!” cavabını vermişdir. Qeyd edir ki, özünə məxsus qanuni əsaslarla 2013-cü ilin dekabr ayında əldə etdiyi “Baykal MP-27” markalı ov tüfəngini bağa köçdükdən sonra özü ilə gətirmiş, məqsədi evinin yan hissəsində olan bağda yaşayış olmadığından oğurluq hadisəsi olarsa ailəsini müdafiə etmək olmuşdur. Silahı dolu saxlamış, ancaq qoruyucuya qoymuşdur. O, yuxarı yataq otağına qalxıb silahı paltar şkafının yanında olan qabından çıxardıb aşağı qonaq otağına arvadının yanına gəlmiş, silahın qoruyucuda olmasından əmin olduğundan qoruyucunu yoxlamamışdır. O, silahı həyat yoldaşının sol döş qəfəsinə dirəmiş, və onu qorxutmaq, həmçinin zarafat etmək əqsədilə sağ əli ilə tətiyi çəkmiş, bu zaman atəş etmişdir. O, silahın atəşindən şoka düşmüş, həyat yoldaşı huşsuz vəziyyətə düçmüşdür (cild 1, iş vərəqi 49-53). İbtidai istintaq zamanı həmin ifadəsinə münasibətini məhkəmədə aydınlaşdırarkən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, qeyd edilən ifadə doğurdan da ona məxsusdur, lakin bu ifadəni səhər saat 5 radələrində verdiyindən, həmin vaxt psixologiyası yerində olmamış, bu səbəbdən məhkəmədə verdiyi ifadəsini təsdiq edir. Etdiyi cinayət əməlindən səmimi olaraq peşmandır. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Şahid1 ilə 40 ilə yaxın olar ki, ailə qurmuş, Pərvanə onların ilk övladı olmaqla 1983-cü ildə dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs 16-17 il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində katibə işləyərkən Təqsirləndirilən şəxsla tanış olmuş və onlar arasında sevgi münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs ailəsi elçi gəldiyi zaman Pərvanənin özünün razılığı ilə onlar rəsmi nikaha daxil olmuşlar. Fəqanla Pərvanənin birgə nikahından Rövşən, Rəvan və Səma adlı övladları dünyaya gəlmişdir. Pərvanə Fəqanla ailə qurduqdan sonra işdən çıxmış və ailəsi ilə məşğul olmuşdur. Pərvanə ilə Fəqan ailə qurduqdan sonra Fəqanın atası Rövşən vəfat etmiş, Fəqan onu ata kimi qəbul etmişdir. Fəqanla Pərvanə ailə qurduqdan sonra bir müddət Fəqan valideynləri ilə yaşadıqdan sonra ayrıca evə köçmüşlər. Zərərçəkmiş şəxs qayınanası, qaynı və sağ olduğu müddətdə qayınatası ilə münasibətləri tam normal olmuş, onların arasında hər hansı problem və narazılıq olmamışdır. Fəqanla Pərvanənin ailəsində münasibətlər qarşılıqlı hörmət və sevgi üzərində qurulmuş, onlar arasında hər hansı ciddi ailədaxili problem olmamışdır. Qızı isə Fəqanla ailə münasibətlərində hər hansı problem olması barədə ona şikayət etməmişdir. 2020-ci ilin mart ayından Fəqan və Pərvanə bağa köçmüş, o, 2-3 dəfə ailəsi ilə birlikdə onların bağ evində qonaq olmuş və həmin zaman ailədaxili hər hansı problemin şahidi olmamışdır. Sonuncu dəfə Pərvanə və Fəqan övladları ilə birlikdə 2021-ci il may ayında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən bağa köçmüşlər. Zərərçəkmiş şəxs gündəlik olaraq anası ilə əlaqə saxlamış və o da arada qızı ilə danışmışdır. Pərvanə sonuncu dəfə vəfat etməmişdən təxminən 10 gün əvvəl onunla görüntülü danışmış və nəvələri ilə də həmin vaxt əlaqəsi olmuşdur. 30 may 2021-ci il tarixdən 31 may 2021-ci il tarixə keçən gecə həyat yoldaşı onu yuxudan oyadaraq Pərvanənin yaşadığı bağda nəsə hadisə baş verdiyini və oraya getməli olduqlarını bildirmişdir. Həyat yoldaşı ilə birlikdə özünə məxsus “Vaz 2103” markalı, ** HR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə qızının yaşadığı bağ evinə getmiş, oraya çatanda həyətə giriş darvazasının bağlı olmasını və ətrafda polislərin olmasını görmüşdür. Həyat yoldaşı Fəqanın anası Səmayəyə zəng edərək orada olmağını demiş və nə baş verməsi ilə maraqlanmışdır. Səmayə ilə həyat yoldaşı danışdıqdan sonra Fəqanın əlində olan tüfəngdən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində qızının vəfat etməsi məlum olmuşdur. Fəqan isə polis əməkdaşları ilə getmişdir. Bundan sonra həyat yoldaşı ilə meyitxanaya getmiş və orada Pərvanə daxili müayinə olunduqdan sonra məscidə aparıb el adəti ilə dəfn etmişlər. Həyat yoldaşı daha sonra onunla danışarkən açılmış atəş nəticəsində qızının ürək nahiyəsindən xəsarət alaraq vəfat etməsini öyrənmişdir. Bundan başqa qohumlar arasında gedən danışıqlardan Fəqanın baş vermiş hadisədən sonra polis əməkdaşlarına özünün zəng edərək məlumat verməsini öyrənmişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X6 bildirdi ki, o, Təqsirləndirilən şəxsla barışmış və ona qarşı heç bir tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 X6 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağları, dalan 16-da yerləşən evdə yaşayır. Təqsirləndirilən şəxs onun hasar qonşusudur, Fəqanı təxminən 2 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsində hakim vəzifəsində işləmişdir. Təxminən 2 il əvvəl Təqsirləndirilən şəxs qonşuluqda olan 16 sot torpağı almış və həmin torpaq sahəsində iki mərtəbəli ev tikdirmişdir. Fəqanla münasibəti həmin vaxtdan yaranmış və hazırkı vaxta qədər dostluq münasibəti vardır. Təqsirləndirilən şəxs ailəlidir, 2 oğul və 1 qız övladı vardır. Arvadı və uşaqlarının adlarını bilmir. Təqsirləndirilən şəxs əvvəllər yay fəslində ailəsi ilə birlikdə qeyd olunan bağ evində yaşamışdır. Lakin, son 1 il pandemiya müddəti ərzində ailəsi ilə daimi olaraq bağ evində yaşamışdır. Təqsirləndirilən şəxs arvadı ilə münasibəti yaxşı olmuş, aralarında dava-dava olmamış, səs-küy eşitməmişdir. Təqsirləndirilən şəxs evi yeni təmir elətdirən zaman bir dəfə arvadı və uşaqları ilə onların həyətinə gəlmişdir. Həmin vaxt o, evdə tək olmuşdur. O, Fəqan və ailəsinə çay vermiş və onlar həyətdə oturub çay içmiş, təxminən 1 saatdan sonra onlar getmişlər. Həmin vaxtdan sonra o, Təqsirləndirilən şəxs arvad və uşaqlarını görməmişdir. Təqsirləndirilən şəxsla dostluq müddəti ərzində o, Fəqanın bağ evinin həyətində 3-4 dəfə, Təqsirləndirilən şəxs isə təxminən 10 dəfə onun bağ evinin həyətində olmuşdur. Onlar hər dəfə görüşəndə kabab və digər yeməklər bişirib yemiş və araq içirmişlər. Hadisə baş verən gün, yəni 30 may 2021-ci il tarixdə təxminən saat 18 radələrində o, Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə zəng edib əhvalını soruşmuşdur. Təqsirləndirilən şəxs yaxşı, lakin ac olduğunu bildirmişdir. Daha sonra onun həyətinə gələcəyini bildirmişdir. Həmin gün saat 19:45 radələrində Təqsirləndirilən şəxs istifadə etdiyi nömrəyə zəng edərək həyətinə gəlmək istədiyini bildirmiş, o, da Fəqanı həyətə dəvət etmişdir. Təxminən 5-6 dəqiqə sonra Təqsirləndirilən şəxs yaşadığı evə gəlmiş və o, Fəqanı qarşılayıb həyətə dəvət etmişdir. Həmin vaxt övladları Orxan və Azər ailəsi ilə birlikdə yaşadığı evdə olmuşlar. O, Bilgəh qəsəbəsində yerləşən adını bilmədiyi kafedən kabab sifariş etmişdir. Təqsirləndirilən şəxs kağıza bükülü Rusiya Federasiyası istehsalı olan 700 qramlıq araq butulkasını açıb stolun üzərinə qoymuşdur. Araq butulkasının üzərindən təxminən 200-250 qram əskik olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdə tək 200-250 qram araq içdiyini bildirmişdir. Təqsirləndirilən şəxs deməsinə görə yaşadığı evdə tez-tez spirtli içki qəbul etmişdir. Təqsirləndirilən şəxsla yemək yeyən zaman oğlu Orxan Hüseynov ailəsini də götürüb yaşadığı evə getmiş, digər oğlu Azər Hüseynov isə qonşuluqda yaşadığı bağ evinə getmişdir. Arağı Təqsirləndirilən şəxsla birlikdə içib qurtarmışlar. Təxminən saat 20:55 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən çıxıb getmişdir. Bundan sonra o, yaşadığı evin həyətində yerləşən, bir mərtəbəli evin otağında uzanıb yatmışdır. Səhər saat 07 radələrində oğlu Azər Hüseynov istifadə etdiyi telefonuna zəng edib gecə hadisə olduğunu, Təqsirləndirilən şəxs öz arvadını tüfənglə qətlə yetirdiyini bildirmişdir. O, dərhal küçəyə çıxmış və kənardan Təqsirləndirilən şəxs yaşadığı evinin həyət qapısının bağlı olduğunu görmüşdür. Daha sonra yaşadığı evə qayıtmışdır. Yaxın qohumu olan atasına qarşı ifadə verməmək hüququndan istifadə edən Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, dalan 16 ünvanındakı bağ evində ailəlikcə, yəni atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxs, bacısı Səma və qardaşı Rəvanla 11 may 2021-ci il tarixindən yaşamağa başlamışlar. Atası Təqsirləndirilən şəxs 3-4 il əvvəl araq içməyə başlamış və bu onda artıq adət halı almışdır. Belə ki, atası Təqsirləndirilən şəxs hər gün işdən axşam evə gələndən sonra birlikdə şam edərkən təxminən 4-5 rumka araq içmişdir. Şənbə, bazar və bayram günləri isə atası lap çox araq içmiş, bu zaman o və anası irad olaraq atasına arağı tərgitməsini demişlər. Bu isə həftə ərzində demək olar ki, iki-üç dəfə təkrarlanmışdır. Atası isə cavabında “tərgidəcəm, özüm bilərəm nə vaxt tərgidəcəm!” deyə cavab vermişdir. 30 may 2021-ci il tarixdə həftənin bazar günü olduğundan həmin gün bütün ailə üzvləri bağ evində olmuşlar. Həmin gün də adi günlərdəki kimi öncə bacısı, qardaşı və anası ilə birlikdə, daha sonra isə atası yuxudan oyanıb səhər yeməyini yemişlər. Bundan sonra qardaşı və bacısı ilə həyətdə oynamış, daha sonra isə evdə müxtəlif əyləncə vasitələri ilə məşğul olmuşlar. Daha sonra atasının qonaq otağında oturub televizora baxaraq yemək yeyib araq içməsini görmüşdür. Həmin gün ailə üzvlərinin əhvalı yaxşı olmuşdur. Nahardan sonra saat 15-16 radələrində atasının dayısı Xanbaba nəvəsi ilə birlikdə onlara qonaq gəlmiş, atası ilk öncə qonaqlara bağ evini, eləcə də həyətyanı sahəni göstərmiş, daha sonra isə onlar evdə oturub çay içmişlər. Xanbaba ilə nəvəsi təxminən 1 saat sonra çıxıb getmişlər. Saat təxminən 18 radələrində qonşuları atasına zəng edib oatasını qonaq dəvət etmiş, atası anasına bu haqda məlumat verib getmişdir. Atası qonşu ilə bağ evinin həyətinə daxil olub gəzərək söhbət etmiş, 15-20 dəqiqə sonra qonşu çıxıb getmiş və atası evə daxil olmuşdur. Atasının gəldiyini görüb birinci mərtəbəyə düşmüş, atasının qonaq otağındakı divanda uzanıb televizora baxdığını görmüşdür. Həmin vaxt anası ikinci mərtəbədə qardaşı Rəvanın dərsləri ilə məşğul olmuş, eləcə də bacısı Səmanı yatızdırmağa hazırlaşmışdır. Mətbəxə keçib su içdikdən sonra yatmaq üçün ikinci mərtəbəyə öz otağına qalxmış və saat 22:30 radələrində qapını bağlayıb yerinə uzanmışdır. Təxminən yarım saat dostları ila telefonda yazışmış, daha sonra isə telefonu cərəyana qoşub yatmağa çalışmışdır. Təxminən 2-3 dəqiqə sonra atəş səsi eşidib “görəsən nəyə görə atam atəş açır?” deyə düşünmüşdür. Belə ki, atası demək olar ki, hər Yeni il və Novruz bayramlarında özünə məxsus tüfəngi evdən götürüb şəhərdəki evin eyvanında, ya da ki, bağ evində olanda həyətdə havaya atəş açmışdır. Atəş səsini eşidən kimi yerindən qalxıb otağından çıxmış, qardaşı Rəvanın da otağından çıxdığını görmüşdür. Rəvan bayıra çıxan kimi “mama niyə qışqırdı?” deyə sual vermişdir. Rəvana cavab vermədən Rəvanla birlikdə ikinci mərtəbədən birinci mərtəbəyə enmiş və anasının qonaq otağında olan divanın sol küncündə gözləri açıq vəziyyətdə boynu sağ tərəfə əyilmiş halda hərəkətsiz qaldığını, atasının isə anası ilə üzbəüz ayaq üstdə olduğunu görmüşdür. Anasının sağ diz nahiyəsinin qırmızı rəngdə olmasını görüb anasının atası ilə birlikdə onlarla zarafat etdiyini düşünmüşdür. Bu zaman qardaşı Rəvan atasına “nə oldu, mama niyə qışqırdı?” deyə sual vermiş, atası isə Rəvanın sualına cavab verməyərək üzünü ona tutub “xahiş edirəm bağışla, istəməzdim belə alınsın, təsadüfən baş verdi” deyə cavab vermişdir. Rəvan ağlamağa başlamış, bundan sonra atası mobil telefonu ilə kimlərəsə zəng etməyə başlamışdır. Daha sonra atası ona yuxarı qalxıb Səmanı yuxudan oyadıb paltarlarını geyindirməyi tapşırmış və nənəsi ilə əmisinin gəlib onları aparacağını demişdir. Qardaşı Rəvanla yuxarı qalxıb Səmanı yuxudan oyadıb paltarlarını geyindirmiş, bir müddət sonra bağ evinə polis əməkdaşları, daha sonra isə ata nənəsi Səmayə və əmisi Kənan gəlmişdir. Həmin vaxt bacısı və qardaşı ilə birlikdə ikinci mərtəbədə olmuşlar. Nənəsi atasına “necə oldu?” deyə sual vermiş, atasının cavabını isə eşitməmişdir. Daha sonra əmisi və nənəsi bacısı və qardaşı ilə birlikdə onu götürüb şəhərdəki evlərinə gətirmişdir. 30 may 2021-ci il tarixdə, eləcə də ondan öncəki günlərdə atası ilə anasının arasında mübahisə olmamış və bunun şahidi olmamışdır. Hadisədən təxminən 2-3 gün öncə anası yenə də atasına arağı tərgitməsini demişdir (cild 1, iş vərəqi 118-123). Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid8 ifadəsində göstərdi ki, 30 may 2021-ci il tarixdə saat 09-dan 31 may 2021-ci il tarixdə saat 09-dək xidməti növbədə olmuş, bu səbəbdən həmin vaxt əməliyyat qrupunun üzvü olmuşdur. 30 may 2021-ci il tarixdə saat 23:40 radələrində Sabunçu Rayon Polis İdarəsinin inzibati binasında olan zaman idarənin növbətçi hissəsindən istifadə etdiyi mobil telefona zəng gəlmişdir. Növbətçi hissənin polis əməkdaşı ona bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 Çağrı Mərkəzi”nə zəng edilərək arvadını odlu silahla qətlə yetirmə hadisəsi baş vermişdir. O, məlumatı verən şəxsin mobil telefon nömrəsini götürüb dərhal həmin nömrəyə zəng etmişdir. Telefona cavab verən şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək arvadını odlu silahla qətlə yetirdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs hazırda harada olduğunu və hadisə yerini soruşmuşdur. Təqsirləndirilən şəxs yaşadığı Ləhiş bağlarında yerləşən özünə məxsus evdə olduğunu, hadisəni həmin evdə törətdiyini bildirmişdir. Bundan sonra o, dərhal əməliyyat qrupunun üzvlərinə hadisə barədə məlumat verib birlikdə qeyd olunan ünvana getmişlər. Təxminən 20-25 dəqiqə sonra Təqsirləndirilən şəxs yaşadığı bağ evinə çatmışlar. Həmin ünvana çatan zaman evin qarşısında Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin avtomobilini və əməkdaşlarını görmüşdür. O, əməliyyat qrupu ilə birlikdə evin həyətinə daha sonra isə evə daxil olmuşdur. Evə daxil olan zaman qonaq otağında qadın meyitinin divanda oturaqlı vəziyyətə olduğunu, divanın üzərində tüfəng və 1 ədəd tüfəngin gilizi olmasını görmüşdür. Tüfəngi və 1 ədəd gilizi divanın üzərinə kimin qoyduğunu bilmir. Təqsirləndirilən şəxs davranışından və ağzından gələn qoxudan Fəqanın sərxoş vəziyyətdə olduğunu anlamışdır. Təqsirləndirilən şəxs hadisənin necə baş verdiyini soruşmuş, Təqsirləndirilən şəxs bildirmişdir ki, mütəmadi olaraq spirtli içki qəbul etdiyi üçün arvadı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı o, evin ikinci mərtəbəsinə qalxaraq yatdıqları otaqdan odlu silah olan tüfəngi götürüb yenidən birinci mərtəbədə yerləşən qonaq otağına qayıtmış, həmin vaxt Zərərçəkmiş şəxs divanda oturaqlı vəziyyətdə olmuşdur. Tüfəngi zarafat məqsədilə Zərərçəkmiş şəxs ürək nahiyəsinə tuşlamış, qəflətən tüfəngdən atəş açılaraq Pərvanənin ürək nahiyəsinə dəymiş və nəticədə Zərərçəkmiş şəxs hadisə yerində ölmüşdür. Bundan sonra mətbəxdən çölə çıxıb özünü öldürmək istəmiş, lakin uşaqları düşündüyündən özünü öldürə bilməmiş və havaya bir dəfə atəş açmışdır. Daha sonra hadisə yerinə prokurorluq əməkdaşları gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin sahə rəisi vəzifəsində işləyən İsgəndərov X4 Yasin Mətləb oğlu ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etdi. Şahid7 Nürəddin oğlu əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxsla söhbət zamanı sonuncu tüfəngin içərisində patron olduğunu bilmədiyini, bilmədən tətiyi çəkdiyini və tüfəngdən atəş açıldığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 1976-cı ildə Şahid2 Abdulhəmid oğlu ilə ailə qurmuş, birgə nikahdan 3 övladı vardır. 1976-cı ildə Təqsirləndirilən şəxs, 1978-ci ildə Şahid4 və 1986-cı ildə isə Fərhad Əhmədov doğulmuşlar. Oğlu Təqsirləndirilən şəxs Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, 2011-ci ildən hakim vəzifəsində işləmişdir. Fəqan əvvəllər Ağır Cinayətlər Məhkəməsində hakimin köməkçisi vəzifəsində işləmiş, həmin vaxt Zərərçəkmiş şəxs ilə tanış olmuş və bir-birini sevmişlər. Fəqan bu barədə ona bildirdikdən sonra onlar 2006-cı ilin yaz ayında Pərvanə üçün elçi gedib onu oğlu ilə ailə qurmaq üçün istəmişlər. 2006-cı ilin iyun ayında Fəqanla Pərvanənin toyları olmuşdur. Pərvanə və Fəqan sakit, mehriban və ailəcanlı insanlar olmuşlar. Onların ailəsində nə vaxtsa dava-dalaş, yaxud narazılıq olduğunu eşitməmiş və bu barədə heç bir məlumatı yoxdur. Mərhum gəlini Pərvanə heç zaman əri Fəqan barədə ona şikayət etməmişdir. Fəqanla Pərvanənin birgə nikahından 3 övladları vardır. Ailə qurduqdan sonra Pərvanə işdən çıxmış və evdar qadın olmuşdur. Fəqanla Pərvanə uzun müddət ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən bina evində 3 otaqlı mənzildə yaşamışlar. Bir neçə il əvvəl oğlu Fəqan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları, dalan 16 ünvanında 12 sot torpaq almışdır. Həmin vaxtdan 2021-ci ilin may ayına kimi Fəqan qeyd olunan torpaq sahəsində ev tikdirmişdir. Ev tikilən müddət ərzində onlar ailəsi ilə birlikdə tez-tez bağa gedib orada qalmışlar. 2021-ci ilin may ayının əvvəlindən oğlu Fəqan ailəsi ilə birlikdə qeyd olunan bağ evində yaşamışdır. 30 may 2021-ci il tarixdə saat 23:41-də oğlu Fəqan onun mobil telefon nömrəsinə zəng edib “Başıma daş düşübdür. Qəza törətmişəm. Gəl uşaqlara yiyə dur.” demişdir. O, ürək xəstəsi olduğundan Fəqana belə danışmamasını bildirmiş, lakin Fəqan yenə də ona uşaqların yanına gəlməsini demişdir. Bundan sonra o, dərhal digər oğlu Şahid4 zəng edib Fəqanın ona dediklərini bildirmişdir. Təxminən bir neçə dəqiqə sonra Kənan ona zəng edib həyətdə onu gözlədiyini bildirmiş, bundan sonra o, həyətə düşüb Kənanın idarə etdiyi avtomobil ilə Fəqanın ailəsi ilə birlikdə yaşadığı Ləhiş bağlarına getmişdir. Yolda olan zaman o, Fəqanın böyük oğlu Rövşənə zəng edib nə baş verdiyini soruşmuş, Rövşən ona özlərinin yuxarı mərtəbədə, aşağı mərtəbədə isə polis əməkdaşlarının olduğunu demişdir. O, həyətə çatan zaman Fəqanın bağ evinin həyətində olduğunu görmüş və Fəqanı qucaqlayıb öpmüşdür. O, Fəqandan nə baş verdiyini soruşduqda Fəqan zarafat edərkən, əlindəki tüfəngin açılıb, Pərvanəyə dəydiyini demişdir. O, həmin vaxt Pərvanənin öldüyünü bilmişdir. Bundan sonra evə daxil olub evin ikinci mərtəbəsinə qalxmış və qudası, yəni mərhum Pərvanənin anası Mətanətə zəng edib Fəqanın bağ evinə gəlməsini bildirmişdir. Hadisənin konkret olaraq hansı şəraitdə baş verməsindən məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə qohum olmasa da aralarında dayı-bacıoğlu kimi münasibəti vardır. Belə ki, Fəqanın babası ilə onun atası yaxın dost olmuşlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə ailə qurmuş və birgə nikahdan 3 övladı olmuşdur. Təqsirləndirilən şəxs xasiyyəti mülayim və mehriban olmuşdur. Ailəsinə qarşı da münasibətdə həmişə yaxşı olmuş, arvadı ilə arasında dava-dalaş yaxud narazılıq olduğunu görməmiş və eşitməmişdir. 30 may 2021-ci il tarixdə günorta saatlarında nəvəsi ilə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağ sahəsi, dalan 16 ünvanında yerləşən bağ evinə getmişlər. Təqsirləndirilən şəxs onları qarşılamış, birlikdə еvin otaqlarını gəzib xeyir-dua vermişdir. Mətbəxdə Zərərçəkmiş şəxs ilə salamlaşmışdır. Daha sonra onlar evin qonaq otağında əyləşmişlər. Fəqanın uşaqları gəlib onunla salamlaşmışlar. Pərvanə onlara çay vermiş, bir müddət söhbət etdikdən sonra o, Fəqan və Pərvanə ilə sağollaşıb nəvəsi ilə birlikdə Bakı şəhərinə yaşadığı evə qayıtmışdır. 31 may 2021-ci il tarixdə saat 00:30 radələrində Təqsirləndirilən şəxs anası Səmayə onun telefonuna zəng etmiş, onun arvadı Nəzakət Quliyeva telefonuna cavab vermişdir. Daha sonra Nəzakət ona Fəqanın Səmayəyə zəng edib Pərvanənin öldüyünü bildirməsini demişdir. O, dərhal Nəzakətlə birlikdə idarə etdiyi avtomobili ilə Fəqanın bağ evinə getmişlər. Yolda olan zaman Səmayə yenidən zəng edib bildirmişdir ki, nəvəsi Rövşənlə telefon vasitəsi ilə danışmış, Rövşən bildirmişdir ki, Fəqanın əlində tüfəng olan zaman təsadüfən atəş açılmış və Pərvanə ölmüşdür. O, evin giriş hissəsindən qonaq otağına daxil olmuşdur. Nəzakət 2-ci mərtəbəyə qalxmışdır. Qonaq otağına daxil olduqda Pərvanəni divanda oturaqlı görmüş, Pərvanənin üzərinə parça qoyulmuşdur. Həmin vaxt Fəqanı mətbəxdə görmüşdür. Fəqanın danışığından sərxoş vəziyyətdə olduğunu anlamışdır. Daha sonra Fəqanın 3 azyaşlı uşaqlarını götürüb Fəqanın Bakı şəhəri, Əhmədli qəsəbəsində yerləşən evinə aparmışdır. Səmayə həmin evdə uşaqlarla birlikdə qalmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 31 may 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, 16-cı dalan ünvanında yerləşən Təqsirləndirilən şəxs məxsus nömrəsiz bağ evidir. Bağ evinin birinci və ikinci mərtəbəsininin otaqlarında, dəhlizlərdə, hamam və tualet otaqlarında əşyalar nizamlı vəziyyətdədir, dağılma əlamətləri müşahidə edilmir. Evin ikinci mərtəbəsində sağ tərəfdə yerləşən yataq otağında divar boyunca yerləşən mebel dəstinin küncündə yerdə zəncirbəndi açılmış vəziyyətdə olan odlu silah qabı, çarpayının sol tərəfindəki dolabçanın birinci rəfində sellofan paketə bükülü karton qabın qabın içərisində on dörd ədəd üzərində “Sterling” sözləri yazılmış 12 kalibrli patron, evin birinci mərtəbəsində olan qonaq otağında televizor altının üzərində bir ədəd “İphone 5”, bir ədəd “İphone 8” və bir ədəd “Mİ” markalı mobil telefonlar, divanın üzərində bir ədəd “Baykal MP-27 EM” markalı qoşalülə ov tüfəngi, yanında iki ədəd üzərində “Sterling” yazısı olan boş giliz aşkar edilərək götürülmüşdür. Bundan başqa qonaq otağında divanın sol küncündə isə yarım oturaq vəziyyətdə üzəri örtüklə örtülü, sol döş qəfəsi hissəsində odlu silahla yetirilməyə xarakterik xəsarəti olan qadın meyiti aşkar edilmişdir. Meyitin əynində qara rəngli qolsuz mayka və çəhrayı rəngli pijamanın şalvarı olmuş, meyitin altında isə bir ədəd üzərində qanabənzər ləkələr olan örtük götürülmüşdür (cild 1, iş vərəqi 5-12). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş meyitə baxış keçirilməsi haqqında 31 may 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs məxsus meyitin döş qəfəsinin sol yarısının ön səthində orta körpücük xətti üzrə lll-V qabırğalar səviyyəsində, süd vəzinin yuxarı hissəsində alt-üst yerləşmiş bir-biri ilə birləşən nisbi dairəvi formalı yuxarıda 4x2,2 sm, aşağıda 4,5x3 sm ölçülərdə odlu silah lüləsinin izi (ştans izi) vardır. Yuxarıda olan lülə izinin üst səthində 1,4x0,5 sm ölçüdə düzbucaqlı iz (nişangah izi) vardır. Aşağı dairəvi formalı izin mərkəzində 3,5x2,5 sm ölçüdə mənfəzində qanlı möhtəviyyat və odlu silah patronunun plastik tıxacı olan kənarları nahamar, ətrafı göyümtül-qırmızı rəngli qançırlaşmış oldu silah yarası müəyyən edilmişdir. Meyitin xarici müayinəsində digər xəsarətlər aşkar edilməmişdir. Meyitin əynində aşkar edilmiş bir ədəd qara rəngli mayka, bir ədəd çəhrayımtıl rəngli ev şalvarı, bir ədəd qara rəngli trusik, on ədəd qırma, bir ədəd tıxac, hər iki əlindən dırnaq nümunəsi və baş nahiyəsindən tük nümunəsi götürülmüşdür (cild 1, iş vərəqi 13-18). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30 may 2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 23:38 radələrində Daxili İşlər Nazirliyinin 102 xidmətindən daxil olmuş ********* saylı məlumatda bildirilir ki, Bakı şəhəri, M.Müşviq küçəsi, ev 11/13, mənzil 55-də yaşayan Əhmədov X5 qəsəbəsi, Ləhiş bağları 16-da həyat yoldaşı Zərərçəkmiş şəxs tüfənglə öldürdüyünü bildirmiş, polisin yaxınlaşmasını istəmişdir (cild 1, iş vərəqi 21). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsin cinayət başında yaxalanması barədə 31 may 2021-ci il tarixli aktdan görünür ki, daxil olmuş məlumat əsasında Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis bölməsinin əməliyyat qrupu hadisə yerinə getmiş meyiti hadisə yerində aşkar etmiş, cinayət başında sərxoşluq əlamətləri hiss olunan Təqsirləndirilən şəxs cinayətdən bilavasitə sonra saat 00:20-də sərxoşluq vəziyətinin müəyyən edilməsi üçün müayinədən keçirilməsindən ötrü polis bölməsinə dəvət edilmişdir (cild 1, iş vərəqi 22). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 31 may 2021-ci il tarixli, 1/862 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə saat 2:20-də Təqsirləndirilən şəxs müayinə olunmuş, onda orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 24). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmə aparılması haqqında 31 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi hadisə baş verən zaman əynində olmuş boz rəngli şalvar və göy rəngli qısaqol köynək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (cild 1, iş vərəqi 61- 62). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tədqiqat üçün qan nümunələrinin götürülməsi haqqında 31 may 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs sol qolunun vena damarından 5 ml-lik tibbi iynə vasitəsilə 2,5 ml qan plastik şprisə doldurulmaqla və dırnaqları kəsilməklə götürülmüşdür (cild 1, iş vərəqi 69). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkəmə-Hüquq Şurasının 31 may 2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı təmin edilmişdir (cild 1, iş vərəqi 77-78). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş mobil telefon danışıqlarına dair izahlı disk hesabatına baxış keçirilməsi haqqında 23 iyun 2021-ci il tarixli protokoldan görünür ki, 30.05.2021-ci il tarixdə saat 23:56-da Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil telefon nömrəsidən “DİN 102” mobil telefon nömrəsinə zəng edilərək 86 saniyə, saat 23:41-də ********** mobil telefon nömrəsinə zəng edilərək 147 saniyə, ********** mobil telefon nömrəsinə saat 23:44-də ********** mobil telefon nömrəsindən zəng edilərək 64 saniyə, ********** mobil telefon nömrəsindən saat 23:48-də zəng edilərək 64 saniyə, ********** mobil telefon nömrəsindən saat 23:59-da zəng edilərək 29 saniyə, ********** mobil telefon nömrəsindən saat 23:53də zəng edilərək 51 saniyə, ********** mobil telefon nömrəsindən zəng edilərək 29 saniyə, ********** mobil telefon nömrəsindən saat 23:58-də ********** mobil telefon nömrəsinə zəng edilərək 105 saniyə, ********** mobil telefon nömrəsindən ********** telefon nömrəsinə saat 00:02 və 00:05-də zəng edilərək 22 və 10 saniyə, ********** mobil telefon nömrəsindən ********** mobil telefon nömrəsinə zəng edilərək 47 saniyə danışıq aparılmışdır. Bütün danışıqlar zamanı ********** mobil telefon nömrəsi “Sabunçu, Ləhiş bağları”, “Nardaran, road to Kürdəxanı” və “Nardaran qəs.” antenlərinin əhatə dairəsində olmuşdur. ********** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs anasına, ********** Təqsirləndirilən şəxs qardaşına, digər mobil telefon nömrələri isə polis əməkdaşlarına məxsusdur (cild 1, iş vərəqi 201-202). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 01 iyun 2021-ci il tarixli protokoldan, protokola əlavə edilmiş fotocədvəldən və diskin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etdiklərini bir daha təsdiq edib əyani olaraq hadisə yerində göstərmişdir (cild 1, iş vərəqi 102-107). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 25 iyun 2021-ci il tarixli, 94 nömrəli rəyindən görünür ki:

1. Zərərçəkmiş şəxs meyitində döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına keçən bir ədəd kor odlu silah (qırma) yaralanması, ürək kisəsi və mədəciklərinin, sol ağ ciyərin, diafraqmanın, peritonun, mədəaltı vəzin, dalağın sol böyrəkətrafı yumuşaq toxumaların yaralanması, sol tərəfli pnevmohemotoraks (sol plevra boşluğuna qan və havanın yığılması), hemoperitonium (qarın boşluğuna qanın yığılması), sol tərəfli 3, 4, 5, 6, 7, 8, 9, 10 qabırğaların qəlpəli sınıqları kimi xəsarətlər müəyyən edilmişdir. Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl patronuna qırma doldurulmuş odlu silahdan açılmış bir atəş nəticəsində qırmaların təsirindən törənmişlər, 31 may 2021-ci il tarixdə və yivsiz ov tüfəngindən açılmış atəş nəticəsində törənə bilər, dərəcəsinə görə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir.

2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına keçən və yara kanalı boyunca daxili orqanların zədələnməsinə, daxili və xarici qanaxmaya səbəb olan bir ədəd kor odlu silah yaralanması nəticəsində baş vermiş ağır travmatik-hemorragik şok olmuşdur. Ölümün baş vermə müddəti meyitin müayinəsindən (31 may 2021-ci il tarixdə saat 04:00) 3-5 saat əvvələ uyğun gəlir.

3. Silahın hər iki lüləsinin ağız kəsiyinin zədə ətrafında əks olunması (ştamp izi), giriş dəliyi nahiyəsində əzələlərin al (açıq) qırmızı rəngi və yara kanalında tıxacın olması atəşin dirənmiş vəziyyətdə açılmasına dəlalət edir.

4. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində qarşılıqlı mübarizəyə xarakterik xəsarətlər aşkar edilməmişdir.

5. Mərhum Zərərçəkmiş şəxs olan döş qəfəsinin sol yarısının ön səthinin döş və qarın boşluqlarına keçən kor odlu silah (qırma) yaralanmasında yara kanalının istiqaməti bir qədər öndən arxaya, yuxarıdan aşağıya, bir qədər sağdan sola doğrudur.

6. Zərərçəkmiş şəxs uşaqlıq yolu möhtəviyyatı olan bir ədəd tamponun məhkəmətibbi tədqiqi zamanı spermatazoidlər aşkar olunmuşdur. Arxa keçəcək və ağız boşluğu möhtəviyyatı olan iki ədəd tamponun tədqiqi zamanı spermatazoidlər aşkar olunmamışdır.

7. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1, 4, benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 241-250). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 31 may 2021-ci il tarixli, 705 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət aşkar edilməmişdir (cild 2, iş vərəqi 36-37). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 08 iyun 2021-ci il tarixli, 6/2246 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd maykanın, 01 ədəd alt tumanın, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 şalvarın, 01 ədəd köynəyin səthləri və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən sağ və sol əlinin əl barmaqlarının dırnaqlarından kəsilərək götürülmüş dırnaq kəsintilərində, “Baykal MP-27EM” modelli, ********* №-li qoşalüləli ov tüfənginin səthində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş bozumtul-göy rəngli poliester lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 şalvarın tərkib liflərinə uyğun gəlirlər. Təqdiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin səthi üzərində aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd maykanın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən sağ və sol əlin barmaqlarının dırnaqlarından kəsilərək götürülmüş dırnaq kəsintilərində aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Baykal “MP-27EM” modelli, ********* №-li qoşalüləli ov tüfənginin kəmər hissəsinin üzərində bozumtul-göy rəngli poliester lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər (cild 1, iş vərəqi 188-194). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəmə-ballistiktrasoloji-daktiloskopik ekspertizasının 18 iyun 2021-ci il tarixli, 3/958;959;960;961 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 12 kalibrli, “MP-27EM” modelli, ********* №-li ov tüfənginin tətiyinin səthindəki papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri tam və aydın əks olunmadığına, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığına görə eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata təqdim edilmiş bir ədəd silah 2012-ci ildə Rusiya Federasiyasının İjevsk Mexaniki zavodunda istehsal edilmişdir. Patronluğunun uzunluğu 76 mm, 12 kalibrli, “MP-27EM” modelli, ********* №-li, daxili çaxmaqlı, qoşalüləli tüfəngdir. Zavod işarələrində pozuntu, dəyişiklik, detallarında təyinatını dəyişdirən əlavələr edilməmişdir. Yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir. Döyüş vəziyyətinə gətirilib lülələri bağlanarkən çaxmaqları avtomatik olaraq qoruyucu bölməyə keçirlər, hər iki lüləsindən atəş açmaq üçün yararlıdır. Alt lüləsindən atəş açmaq üçün ön tətiyinə 3,2 kq qüvvə ilə, üst lüləsindən atəş açmaq üçün arxa tətiyinə 4,2 kq qüvvə ilə təsir etmək tələb olunur. Bu da həmin modeldən olan silahlar üçün normal hesab edilir. Döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən, o cümlədən çaxmaqları qoruyucuda olduğu vəziyyətdə tətikləri çəkilərkən silahdan öz-özünə atəş açılmır. - Tədqiqata təqdim edilmiş 14 (on dörd) ədəd patron zavod üsulu ilə hazırlanmışdır. 12 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır və atəşə (istifadəyə) yararlıdır. - Tədqiqata təqdim edilmiş, şərti olaraq “1” və “2” rəqəmləri ilə işarələnmiş (nömrələnmiş) 2 (iki) ədəd giliz zavod üsulu ilə hazırlanmışdır. Yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuşdur. 12 kalibrli patronların atəşlə ayrılmış hissələridir (gilizləridir). Həmin gilizlərdən: “1” nömrəli giliz, təqdim edilmiş 12 kalibrli, “MP-27EM” modelli, ********* №-li qoşalülə ov tüfənginin alt lüləsindən, “2" nömrəli giliz isə həmin tüfəngin üst lüləsindən atılmışdır. - Tədqiqata təqdim edilmiş 10 (on) ədəd metal predmet zavod üsulu ilə hazırlanmışdır. Müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, atəş komponentlərinin atəşlə ayrılmış hissələridir - 3,75 mm diametrli (2 N-li) qırmalardır. Təyinatlarına uyğun olaraq, həmin qırmaların, təqdim olunmuş 2 (iki) ədəd 12 kalibrli gilizlərin hər hansı birinə digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış patronlardan istifadə olunmaqla, təqdim edilmiş 12 kalibrli, “MP-27EM” modelli, ********* №-li qoşalülə ov tüfəngindən də atəş açılması mümkündür. Lakin qırmaların üzərində doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə onların təqdim edilmiş 2 (iki) ədəd 12 kalibrli gilizlərin hər hansı birinə və ya başqa hansısa konkret bir gilizə atəş komponenti kimi doldurulub-doldurulmadığını, o cümlədən həmin gilizlərin hansındansa və eləcə də təqdim edilmiş 12 kalibrli, “MP-27EM” modelli, ********* №-li qoşalülə ov tüfəngindən, yaxud başqa hansısa konkret bir gilizdən və ya silahdan atılıbatılmadıqlarını müəyyən etmək mümkün deyildir. - Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd plastmas predmet 12 kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuşdur. Zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissəsidir polietilen (“konteyner” tipli) tıxacdır. Təyinatına uyğun olaraq həmin tıxacın, eyni zamanda təqdim olunmuş 2 (iki) ədəd 12 kalibrli gilizlərin hər hansı birinə digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış patrondan istifadə olunmaqla, təqdim edilmiş 12 kalibrli, “MP-27EM” modelli, ********* №-li qoşalülə ov tüfəngindən də atəş açılması mümkündür. Lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından və atəşədək doldurulduğu patronun gilizinin daxili divarlarından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduğundan onun təqdim edilmiş 2 (iki) ədəd 12 kalibrli gilizlərin hər hansı birinə və ya başqa hansısa konkret bir gilizə atəş komponenti kimi doldurulub-doldurulmadığını, o cümlədən həmin gilizlərin hansındansa və eləcə də təqdim edilmiş 12 kalibrli, “MP-27EM” modelli, ********* №-li qoşalülə ov tüfəngindən, yaxud başqa hansısa konkret bir gilizdən və ya silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyildir. - Tədqiqata təqdim edilmiş 12 kalibrli, “MP-27EM” modelli, ********* №-li qoşalülə ov tüfənginin lülə kanallarında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edildiyini nəzərə alaraq, ondan sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmışdır. - Tədqiqata təqdim edilmiş “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd qolsuz maykanın üzərində ön, sol, yuxarı hissəsində sol çiyin tikişindən 195 mm aşağıda, sol qolluq dairə tikişindən 150 mm sağda bir ədəd 30x28 mm ölçüdə deşib-keçən zədə vardır. Zədənin ətrafında atəşin əlavə faktoru olan qurğuşun metal izinin aşkar edilməməsinə baxmayaraq, zədənin formasına, ölçüsünə, morfoloji quruluşuna, onun ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildiyindən maykanın üzərində olan zədə giriş zədəsi olmaqla odlu silahdan açılan bir atəş nəticəsində mərmilərin-qırmaların təsirindən, silahın lülə ağzı maykaya kip dirənmiş vəziyyətdə, öndən arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Bu zədə təqdim edilmiş silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yarana bilər. Həmin odlu silah zədələnməsi yetirilən zaman zərərçəkmiş və atəş açan şəxsin hansı qarşılıqlı vəziyyətdə və pozada olması istintaq yolu ilə müəyyən edilə bilər. - Tədqiqata təqdim edilmiş “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd şalvar, bir ədəd alt tumanı, “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyaları və “Hadisə yerindən götürüldüyü” qeyd edilən bir ədəd parça və bir ədəd odeyalın səthində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. - Tədqiqata təqdim edilmiş “Zərərçəkmiş şəxs” məxsus olduğu qeyd edilən bir ədəd şalvar, “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyaları və “Hadisə yerindən götürüldüyü” qeyd edilən bir ədəd parça və bir ədəd odeyalın səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. - Tədqiqata təqdim edilmiş “Zərərçəkmiş şəxs" məxsus olduğu qeyd edilən bir ədəd alt tumanının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. - Təqdim edilmiş maykanın səthində maykanın ön, sol, yuxarı hissəsində sol çiyin tikişindən 195 mm aşağıda, sol qolluq dairə tikişindən 150 mm sağda bir ədəd 30x28 mm ölçüdə deşib-keçən zədə vardır. Həmin zədə silahın üst lüləsinin üzərində olan nişangah lövhəsinin təsirindən yaranmağa xarakterik deşilmə zədəsidir (cild 2, iş vərəqi 19-26). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi-biloji ekspertizasının 30 iyun 2021-ci il tarixli, 394/2021-MTBŞ nömrəli rəyindən görünür ki:

1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0 alfa, beta/l/-dir.

2. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu AB(H)/İV/-dir.

3. Ekspertizaya təqdim edilmiş material kəsiyi, örtük, mərhum Zərərçəkmiş şəxs məxsus şalvar (gecə paltarı), tuman, qolsuz mayka və ona məxsus dırnaq kəsikləri üzərində insan qanı ləkələri aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. ”H” antigeni 0 alfa.beta /İ/ qrupunun əsasını təşkil edir. Bu qan ləkələri 0 alfa.beta /İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər.

4. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus dırnaq kəsikləri üzərində insan dərisinin buynuzlaşmış üst qatı hüceyrələri aşkar olundu. Bu hüceyrələr az miqdarda olduğu üçün, onlarda qrup mənsubiyyətini təyin etmək mümkün olmadı.

5. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus dırnaq kəsikləri üzərində olan ləkələrdə qan aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və qısaqol köynək üzərində qana şübhəli ləkə aşkar olunmadı (cild 2, iş vərəqi 29-34). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublikası Psixatriya Xəstəxanası” publik hüquqi şəxsin 12 iyul 2021-ci il tarixli, 1566 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı qeyd edilən xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqi 76). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublikası Narkoloji Mərkəzi” publik hüquqi şəxsin 12 iyul 2021-ci il tarixli, 19/51-7472 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı qeyd edilən xəstəxanada müalicə olunmamışdır və qeydiyyatda yoxdur (cild 2, iş vərəqi 74). İşdə olan Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsindən daxil olmuş 23 iyul 2021-ci il tarixli məktub və əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 77-82). Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xasiyyətnamə və arayışdan, həmçinin doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanında həyat yoldaşı və 3 azyaşlı övladı ilə birlikdə qeydiyyatsız yaşamışdır. Özünü yaxşı sakin və qonşu kimi göstərib, qonşuların arasında hörmət qazanıb, nümunəvi ailə başçısıdır. xx.xx.2007-ci il təvəllüdlü Rövşən, 03.11.2011-ci il təvəllüdlü Rəvan və 13.05.2016-cı il təvəllüdlü Səma adlı uşaqları vardır (cild 2, iş vərəqi 71-73; cild 3, iş vərəqi 52-53). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsindən daxil olmuş 23 iyul 2021-ci il tarixli, 013-21907- 1221 nömrəli məktubundan görünür ki, DİN-in mülki silah sahiblərinin vahid mərkəzləşdirilmiş məlumat sistemində Təqsirləndirilən şəxs adına 12 kalibrli, “MR- 27” markalı, ********* nömrəli, yivsiz ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün 28 dekabr 2013-cü il tarixdə 2084 saylı şəhadətnamə verilmişdir (cild 2, iş vərəqi 84). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks məhkəməpsixiatrik və psixoloji ekspertizasının 06 iyul 2021-ci il tarixli 5/567 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri müşahidə olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, ifadələrində onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və sair) xüsusiyyətlərinin normaya uyğun olması müəyyən olunur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, bu barədə düzgün məlumat verə bilir. Aparılmış eksperimental psixoloji müayinə zamanı yoxlanılan şəxsin ekstraversiya və intraversiyasiya şkalasında ekstravert olduğu müəyyən olunur (azyenkin şəxsiyyət sorğusu testi). Fərdi-psixi xüsusiyyətlərinə görə konfiliktə meyilli olmayan şəxsdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ilə istintaq hərəkətlərinin aparılması mümkündür. Təqsirləndirilən şəxs ünsiyyətçilik, səmimilik, hər kəslə yaxşı yola getmək, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq, məsuliyyətlilik, təmkinlilik, konfilikdə meyilli olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı şüur və davranışlarına təsir göstərə biləcək, dərketməsini məhdudlaşdıracaq psixi-emosional vəziyyətdə olmamış, emosional vəziyyətindən asılı olaraq hərəkətlərinin mahiyyətini tam dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl xoş əhvaliruhiyyədə olmuş, həyat yoldaşı ilə deyib-gülmüş, zarafat etmiş, hadisə baş verən zaman (Zərərçəkmiş şəxsmn döş qəfəsinin sol hissəsindən bir dəfə atəş açarkən) emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik (hirslilik, qəzəblilik, emosional-oyanıqlılıq və sair) yaranmamışdır. Həmçinin belə qənaətə gəlmək mümkündür ki, az həcmdə qəbul etdiyi spirtli içki onun emosional-iradi sferasına əhəmiyyətli dərəcədə təsir göstərməmiş, onda konflikdə və aqressiv davranışlara meyillilik yaranmamışdır. Hazırda baş vermiş hadisə ilə əlaqədar əhvali-ruhiyyəsində enmə müşahidə edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 2, iş vərəqi 14-16). İşdə olan sübutların qiymətləndiriməsi haqqında 23 iyul 2021-ci il tarixli qərardan görünür ki, material kəsiyi, örtük, mərhum Zərərçəkmiş şəxs məxsus şalvar (gecə paltar), tuman, qolsuz mayka və ona məxsus dırnaq kəsikləri, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək, “MP-27EM” modelli, ********* nömrəli ov tüfəngi, 10 ədəd patron, 2 ədəd giliz, 10 ədəd qırma, 1 ədəd tıxac, 4 ədəd eksperimental atış üçün istifadə edilmiş patronun gilizləri maddi sübut hesab edilmiş və saxlanılması üçün material kəsiyi, örtük, mərhum Zərərçəkmiş şəxs məxsus şalvar (gecə paltar), tuman, qolsuz mayka və ona məxsus dırnaq kəsikləri, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək Respublika Baş prokurorluğunun İstintaq idarəsinin maddi sübutların saxlama otağına, “MP-27EM” modelli, ********* nömrəli ov tüfəngi, 10 ədəd patron, 2 ədəd giliz, 10 ədəd qırma, 1 ədəd tıxac, 4 ədəd eksperimental atış üçün istifadə edilmiş patronun gilizləri Bakı şəhəri Sabunçu rayon Polis idarəsinə təhvil verilməsi qərara alınmışdır (cild 2, iş vərəqi 93-114, 152). İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 10 iyul 2021-ci il tarixli qərardan görünür ki, X6 həmin iş üzrə ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 208-209). İş materiallarına əlavə edilmiş notarial qaydada təsdiq olunmuş zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi X3 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, gələcəkdə Təqsirləndirilən şəxs qarşı onun heç bir şikayəti və tələbi olmayacaq (cild 3, iş vərəqi 51). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 №-li Qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək fikrinin olmaması, hadisənin həyat yoldaşı ilə zarafat edərkən ehtiyatsızlıqdan baş verməsi, onun tüfəngin qoruyucusunun bağlı olmasını düşündüyü və yoldaşının qəfil əlini silaha atmasından tətiyin çəkilərək atəş açılması nəticəsində hadisə baş verməsi barədə məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşır, həmin ifadələri müdafiə taktikası kimi dəyərləndirir və inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ilk ifadəsində tüfəngi həyat yoldaşının sinəsinə dirəyərək tüfəngin tətiyini çəkdiyini, bu zaman atəş açıldığını göstərmişdir. Onun bu ifadəsi iş üzrə toplanmış sair sübutlarla təsdiq olunduğundan məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini sübut kimi qəbul edir. Belə ki, hadisə yerinə ilk gələnlərdən olub Təqsirləndirilən şəxsla söhbət edən Şahid7 Nürəddin oğlu ifasəsində söhbət zamanı təqsirləndirilən şəxsin tüfəngin tətiyin çəkdiyini və tüfəngdən atəş açıldığını etiraf etməsini bildirmişdir. Bundan başqa, məhkəmə-tibb ekspertizasının 25 iyun 2021-ci il tarixli, 94 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin döş qəfəsinin sol yarısının ön səthində silahın hər iki lüləsinin ağız kəsiyinin zədə ətrafında əks olunması (ştamp izi), giriş dəliyi nahiyəsində əzələlərin al (açıq) qırmızı rəngi və yara kanalında tıxacın olması atəşin dirənmiş vəziyyətdə açılmasına dəlalət edir. Bundan başqa kompleks məhkəmə-ballistik-trasoloji-daktiloskopik ekspertizasının 18 iyun 2021-ci il tarixli, 3/958;959;960;961 nömrəli rəyindən görünür ki, cinayətin aləti olan 12 kalibrli, “MP-27EM” modelli, ********* №-li, daxili çaxmaqlı, qoşalüləli tüfəngin alt lüləsindən atəş açmaq üçün ön tətiyinə 3,2 kq qüvvə ilə təsir etmək tələb olunur və döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən, o cümlədən çaxmaqları qoruyucuda olduğu vəziyyətdə tətikləri çəkilərkən silahdan öz-özünə atəş açılmır. Rəyə görə, silah döyüş vəziyyətinə gətirilib lülələri bağlanarkən çaxmaqları avtomatik olaraq qoruyucu bölməyə keçirlər. Zərərçəkmiş şəxs məxsus maykanın üzərində olan zədənin formasına, ölçüsünə, morfoloji quruluşuna, onun ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildiyindən həmin zədənin giriş zədəsi olmaqla odlu silahdan açılan bir atəş nəticəsində mərmilərin-qırmaların təsirindən, silahın lülə ağzı maykaya kip dirənmiş vəziyyətdə olmasına xarakterikdir. Təqsirləndirilən şəxs özünün həm ibtidai istintaq vaxtı, həm də məhkəməyə verdiyi ifadələrindən aydın olur ki, bilavasitə hadisə ərəfəsində tez-tez spirtli içki qəbul etməsi üstündə həyat yoldaşı ilə mübahisəsi baş vermişdir. Zərərçəkmiş şəxs onunla həmin səbəbə görə əvvəllər də dəfələrlə mübahisələr edib irad bildirməsi təqsirləndirilən şəxsin qeyd edilən ifadələri ilə yanaşı, onun oğlu Şahid2 ibtidai istintaqa verdiyi və məhkəmədə tədqiq olunan ifadələrindən də aydın görünür. Hadisənin baş vermə vaxtı, yəni 30 may 2021-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olması və Zərərçəkmiş şəxs ona buna görə yenidən irad bildirməsi təqsirkarın bunu özünə təhqir kimi qəbul edərək onda qisas hissinin yaranmasına səbəb olmuşdur. Məhkəmənin həmin qənaətə gəlməsini həmçinin o hal möhkəmləndirir ki, mübahisə zamanı Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsində saxladığı tüfəng yadına düşmüş, məhz həmin tüfəngi götürmək məqsədilə birinci mərtəbədən evin ikinci mərtəbəsinə qalxmış, tüfəngi qabından çıxararaq yenidən birinci mərtəbəyə qayıtmış və onu həyat yoldaşının sinəsinə dirəyərək tətiyi çəkməklə atəş açmışdır. Məhkəmə şərh olunanlara əsasən müəyyən edir ki, Təqsirləndirilən şəxs tərəfindən silah doldurulub atəşə hazır vəziyyətə gətirildikdən sonra çaxmaqları avtomatik qoruyucuya düşən silahın qoruyucusu onun tərəfindən açılmış və Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə həyati vacib orqanlarının yerləşdiyi döş qəfəsinin sol yarısına dirənməklə tətiyə 3,2 kq qüvvə ilə təsir etməklə atəş açılmışdır. Həmin hallar Təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsinin birbaşa qəsdlə törədilməsini tam sübut edir. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara məhkəmə müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməsi, yəni qəsdən həyatdan məhrum etməsi kifayət qədər sübuta yetirilir, o, həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir, həmin əməl birbaşa qəsdlə törədilmişdir, bu əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi X6 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, himayəsində iki azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, əməlindən səmimi peşmanlığını, yaşayış üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya məhkəməsi plenumunun 02.04.2012-ci il tarixli qərarına əsasən, cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması, hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması hallarını Konstitusiya Məhkəməsinin Plenumu şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir. Həmin qərarın nəticə hissəsində qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs hadisəni törədəndən sonra polis orqanlarına məlumat verməsini və onları hadisə yerinə dəvət etməsini onun könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirir və bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən cinayətin odlu silahdan istifadə etməklə törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Cinayət Məcəlləsinin 60.1-ci madddəsi tətbiq edilə bilməz. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 31 may 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 01 iyun 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 may 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 42-43, 142; cild 2, iş vərəqi 1- 4). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 31 may 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qanunun həmin müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra hazırkı cinayət işi üzrə maddi sübut olan və Azərbaycan Respublikası Baş prokurorluğunun İstintaq İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus şalvar (gecə paltarı), tuman, qolsuz mayka və ona məxsus dırnaq kəsikləri, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan 2 ədəd giliz, 10 ədəd qırma, 1 ədəd tıxac, 4 ədəd eksperimental atış üçün istifadə edilmiş patronun gilizləri təyinatını itirdiyindən məhv edilməli, Respublika Baş prokurorluğunun İstintaq idarəsinin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus şalvar və köynək onun yaxın qohumlarından birinə qaytarılmalı, Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan cinayətin aləti olan “MP-27EM” modelli, ********* nömrəli ov tüfəngi, 10 ədəd patron xüsusi müsadirə olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 581,16 (beş yüz səksən bir manat on altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 31 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus şalvar (gecə paltar), tuman, qolsuz mayka və ona məxsus dırnaq kəsikləri, Sabunçu rayon Polis İdarəsində saxlanılan 2 ədəd giliz, 10 ədəd qırma, 1 ədəd tıxac, 4 ədəd eksperimental atış üçün istifadə edilmiş patronun gilizləri məhv edilsin; - Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus şalvar və köynək onun yaxın qohumlarından birinə qaytarılsın; - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan cinayətin aləti olan “MP- 27EM” modelli, ********* nömrəli ov tüfəngi, 10 ədəd patron xüsusi müsadirə olunsun və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə verilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 581,16 (beş yüz səksən bir manat on altı qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar