Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1505/2022 06.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi – atası Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Rusiya Federasiyası Pyatiqorsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Qaraqurtlu kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə “yuvinal” məhkəmə iclas zalında qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aşkar surətdə 14 yaşına çatmayan zərərçəkmiş şəxsə zor tətbiq etməklə, həmçinin zor tətbiq etmə hədəsi ilə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə təkrarən uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri törətmişdir. Belə ki, o, 11 mart 2022-ci il tarixdə saat 21 radələrində kirvəsi Qanuni nümayəndə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X3 yerləşən fərdi yaşayış evində qonaq olarkən evin yataq otağında yerləşən çarpayının üzərində cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə onun üçün aşkar surətdə 14 yaşına çatmayan xx xxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qeyri təbii yolla onunla cinsi əlaqəyə girməsini təklif etmiş, sonuncu razı olmadıqda isə fiziki zor tətbiq etməklə, əynində olmuş şalvarını və alt tumanını aşağı çəkərək üzü üstə çarpayıya uzadıb, Zərərçəkmiş şəxs müqavimətini qırıb hərəkətlərini məhdudlaşdıraraq arxasına keçib, Zərərçəkmiş şəxs azyaşlı olduğundan ona müqavimət göstərə bilmədiyindən köməksiz vəziyyətindən istifadə edib cinsi orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə, anal dəliyinə daxil etməklə qeyri-təbii yolla cinsi əlaqədə olaraq uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətləri edərək Zərərçəkmiş şəxs bu barədə kiməsə desə onun üçün pis olacağını deyərək hədə qorxu gəlmişdir. Bundan başqa o, 18 mart 2022-ci il tarixdə saat 22:10-da həmin evin qonaq otağında yerləşən divanın qarşısında döşəmə üzərinə salınmış döşək üzərində onun üçün aşkar surətdə 14 yaşına çatmayan Zərərçəkmiş şəxs qeyri təbii yolla cinsi əlaqədə olmasını təklif etmiş, sonuncu razı olmadıqda isə Zərərçəkmiş şəxs əynində olmuş alt paltarını çıxardıb üzü üstə döşəyə uzadaraq, əli ilə ağzını tutub fiziki zor tətbiq edərək onun müqavimətini qırıb, hərəkətlərini məhdudlaşdıraraq arxasına keçib, Zərərçəkmiş şəxs azyaşlı olduğu və hadisədən bir neçə saat əvvəl 01 bakal pivə qəbul etdiyindən ona müqavimət göstərə bilmədiyi üçün köməksiz vəziyyətindən istifadə edərək cinsi orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə, yəni anal dəliyinə daxil etməklə qeyri-təbii yolla cinsi əlaqədə olaraq təkrarən uşaqbazlıq və seksual xarakterli zorakılıq hərəkətlər etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, təxminən 17-18 martda kirvəsi Qanuni nümayəndə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində olan evinə qonaq getmişdir. Elxangildə qonaq otağında yatmış, 18 mart 2022-ci il tarixdə saat 18 radələrində Elxan, onun arvadı Nuranə və oğlu Kərəm ilə birlikdə şam edərkən Nuranə, Elxan və Kərəm ilə birlikdə 02 ədəd 700 qramlıq araq içmişlər. O, tattoo ustasıdır, ər-arvad ondan onlara döymə vurmağını istəmiş, bundan sonra o, Elxanın sol qolunun çiyin nahiyəsinə Nuranənin isə sol qolunun çiyin nahiyəsinə adlarını döymə vurmaqla yazmışdır. Sonra Elxan və Nuranə arasında ona məlum olmayan səbəbdən qısa müddət ərzində sözlə mübahisələri olmuşdur. Bir qədər sonra Qanuni nümayəndəla onun mübahisələri olmuş və o, səhəri gün çıxıb getməyi planlamışdır. Axşam saat 8-9 radələrində, yenidən mübahisələri yaranmış, ilk öncə o, Elxana yumruq vurmuş, sonra isə Qanuni nümayəndə ona yumruq vurmuşdur. Daha sonra martın 18-i o, evdən çıxmış, Qanuni nümayəndə onu polisə şikayət edib tutduracağını bildirmişdir. Martın 21-i isə onun haqqında polisə şikayət etmiş, həmin vaxtı o, rayonda olmuşdur. Polis əməkdaşları onunla əlaqə saxladığından o, Qubadan Bakıya gəlmişdir. Qanuni nümayəndə onu aralarında olan mübahisə ilə bağlı polisə şikayət etməsini güman etmişdir. Zərərçəkmiş şəxsla cinsi əlaqədə olmamış, ona qarşı uşaqbazlıq və ya seksual xarakterli zorakılıq hərəkətləri etməmişdir. Məhkəmədə qanuni nümayəndəsi - atası Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi Ə.Məlikov küçəsi ev 4-də qeydiyyatda olsa da, atası Qanuni nümayəndə, analığı Şahid2 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi X3 nömrəsiz fərdi yaşayış evində yaşayır. Atası Elxan anası Xəyalə ilə təxminən 2 il əvvəl məhkəmə yolu ilə nikahları ləğv edildikdən sonra anası Xəyalə ondan 1 yaş kiçik qardaşı Turqut ilə Pirşağı qəsəbəsində başqa bir ünvanda yaşayırlar. 2016-cı ildə ünvan 1ktəbin 1C sinfində daxil olmuş, 6-cı sinifdə təhsil alarkən təxminən 2021-ci ilin noyabr ayında atası ilə Nasosnu deyilən əraziyə köçdüyü üçün atası onu məktəbdən çıxarıb, Nasosnu deyilən ərazidə yerləşən 19 saylı orta məktəbə köçürmüş, həmin məktəbdə təxminən 1 ay təhsil aldıqdan sonra yenidən Pirşağı qəsəbəsinə qayıtmışlar. Bayram günlərinə düşdüyündən 19 saylı orta məktəbdən sənədlərini ala bilmədikləri üçün 112 saylı orta məktəbə 6-cı sinfə bərpa olunaraq təhsilini bir müddət davam etdirə bilməmişdir. Atası Elxan və analığı Nuranə ilə yaxşı münasibətləri var, aralarında heç bir narazılığı, mübahisəsi olmamışdır. Təqsirləndirilən şəxsla kirvəlik münasibətləri olmuş, Eltun ondan təxminən 7 yaş böyükdür. Eltunla aralarında heç bir ədavət, düşmənçiliyi və pis münasibəti olmamışdır. Eltun Bakı şəhərinə gəlmiş, onun yaşamağa yeri olmadığı üçün atasının razılığı ilə hadisədən təxminən 10 gün əvvəl onunla, atası və analığı ilə birlikdə onların yaşadığı 2 otaqlı evdə onlarla birlikdə yaşamışdır. Eltun onunla bir otaqda döşəmə üzərində təxminən ondan 2 metr aralıda yatmış, 18 mart 2022-ci il tarixdə saat 18 radələrində atası Elxan, Eltun, analığı Nuranə ilə birlikdə şam etmiş, həmin vaxtı atası Elxan və Eltun birlikdə 01 ədəd 700 və 01 ədəd 500 qramlıq araq, özü isə 1 stəkan pivə içmişlər. Saat 22 radələrində analığı Nuranə və atası Elxan yatmaq üçün öz otaqlarına keçmiş, o isə Eltun ilə qonaq otağında hərəsi öz yerlərində, yəni bir-birilərindən aralıda, o otaqda yuxarı hissədə, Eltun isə otağa giriş qapısının qarşısında yatmışlar. Yatarkən əynində olmuş üst paltarlarını çıxartmış, əynində alt tumanı və mayka olmuş, Eltunun isə yatarkən əynində cins şalvar olmuş, əynində mayka olmamışdır. Atası və analığı öz otaqlarına keçdikdən təxminən 10 dəqiqə sonra saat 22:10-da Eltun onun yatdığı yerə, yəni yanına gəlib uzanmış, Eltun onun yanına gəldikdə əynində olmuş şalvarını çıxarıb kənara qoymuş, onunla cinsi əlaqədə olmaq istədiyini demişdir. O, Eltuna etiraz etdikdə Eltun onun sözlərinə əhəmiyyət verməmiş və onu üzü üstə itələyib uzatmış, özü isə onun üzərinə çıxmışdır. Eltun onun üzərində olduğu üçün ona əl və ayaqla müqavimət göstərə bilməmişdir. Eltun ondan fiziki cəhətdən güclü olduğu üçün çırpınsa da onu üzərindən sala bilməmişdir. Atasıgili səsləmək istədikdə Eltun onun ağzını əli ilə tutmuşdur ki, səs salmasın. Bundan sonra Eltun onun tumanını dartıb yarıdan çıxarmış, özünün də tumanını aşağı salıb cinsi orqanını onun arxa keçəcəyinə daxil etmişdir. Təxminən 10-15 dəqiqə ərzində Eltun onunla arxa keçəcəkdən cinsi əlaqədə olmuş və etirasını söndürdükdən sonra üzərindən durmuşdur. Eltun ona bu barədə kiməsə desə onun üçün pis olacağını deyərək hədə qorxu gəlmişdir. Eltunun spermasını (toxum şirəsi) onun arxa keçəcəyinə və ya hara tökdüyünü dəqiq xatırlamır. Eltun üzərindən durduqdan sonra tumanını və şalvarını geyinməyə başlamış, bu zaman təsadüfən otağa atası Elxan daxil olmuş, həmin vaxtı o çılpaq uzanıqlı vəziyyətdə qalmışdır. Bunu görən atası şübhələnib Eltundan nə baş verdiyini soruşduqda Eltun cavab verməmişdir. Atası nə baş verdiyini anlayıb əsəbləşib Eltunu cəzalandırmaqdan ötrü onların yatdıqları otaqda olmuş masa üzərindən çəngəli götürüb Eltunun sifətinin sol nahiyəsindən vurmaq istəmişdir. Lakin Eltun aralandığı üçün çəngəl Eltunun sifətinə ciddi xəsarət yetirməmiş və bundan sonra Eltun atasından qorxub tez bir zamanda əyninə şalvarını və gödəkcəsini geyinib evdən qaçıb getmişdir. Bundan əvvəl 11 mart 2022-ci il tarixdə saat 21 radələrində atası ilə analığı evdə olmadığı müddətdə atasıgilin otağında olan taxtın üzərində uzanıb telefona baxarkən Eltun onun yanına gəlib, onunla cinsi əlaqədə olmaq istədiyini demiş, ona etiraz etdikdə o, əynində olmuş şalvar və tumanını yarımçıq çıxarıb yanına uzanmış, sonra onun əynində olmuş cins şalvarını və tumanı yarımçıq aşağı salıb onu üzü üstə uzadıb üzərinə çıxıb, cinsi orqanını arxa keçəcəyinə daxil etməklə onunla təxminən 5 dəqiqə ərzində cinsi əlaqədə olmuşdur. Cinsi etirasını söndürdükdən sonra Eltun onun üzərindən durub əynini geyinmişdir. Həmin vaxtı da Eltunun toxum şirəsini hara tökməsinə diqqət yetirməmişdir. Bu barədə kiməsə desə onun üçün pis olacağını deyərək ona hədə qorxu gəldiyi üçün qorxub heç kimə bu barədə deməmişdir. 18 mart 2022-ci il tarixdə saat 22 radələrində Eltun ona qarşı zor tətbiq edib, iradəsinə zidd olaraq onunla qeyri təbii yolla cinsi əlaqədə olarkən əynində olmuş tumanı çirkləndiyi üçün cırıb atmışdır. Təqsirləndirilən şəxs onunla qeyri təbii yolla cinsi əlaqədə olarkən arxa keçəcəyindən qan gəlməmişdir. Eltunun hərəkətlərini dərk etmiş və mahiyyətini başa düşmüşdür. Eltun onunla qeyri təbi yolla cinsi əlaqədə olmuş, digər seksual xarakterli zorakılıq hərəkətləri etməmişdir. Eltunun onun 11 yaşı olmasından məlumatı olmuş, Təqsirləndirilən şəxs əvvəl təxminən 2020-ci ilin iyulavqust aylarında anası Xəyalə və atası Elxanla birlikdə Bakı şəhəri Pirşağı qəsəbəsi Şamaxılılar məhəlləsi deyilən ərazidə kirayədə yaşayarkən valideynləri evdə olmadığı vaxtı evlərində fəhlə işləyən, Pirşağı qəsəbəsində Şamaxılılar məhəlləsi deyilən ərazidə yaşayan Arzu adlı şəxs onun iradəsinə zidd olaraq onunla qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Utanıb bu barədə heç kimə deməmiş, Arzu adlı şəxsin soyadı, atasının adı, anket məlumatları, telefon nömrəsi, hansı ünvanda qeydiyyatda olması barədə heç bir məlumatı yoxdur. Belə bir hadisə təhsil aldığı məktəbdə də baş vermiş, lakin kim tərəfindən olmasını hazırda xatırlamır. Həmin şəxs də ona hədə-qorxu gəldiyindən heç kimə bu barədə danışmamışdır. O, hər hansı bir ciddi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş, Qanuni nümayəndə ifadəsində göstərdi ki, Xəyalə adlı qadınla təxminən 2015-ci ildə rəsmi olaraq nikaha daxil olmuş, onunla təxminən 2020-ci ilədək bir yerdə ər-arvad münasibətlərində yaşamış, birgə nikahlarından 2 övladları Turqut və Kərəm dünyaya gəlmişlər. Zərərçəkmiş şəxs onun doğma oğludur. Xəyalə ilə ayrıldıqdan sonra o, rəsmi olaraq Nuranə ilə ailə qurmuş və hazırda onunla birlikdə ər-arvad münasibətində yaşayırlar. Birinci arvadı Xəyalə digər oğlu Turqut ilə birgə Pirşağı qəsəbəsində başqa bir ünvanda yaşayır. Azyaşlı oğlu Kərəm 2016-cı ildə ünvan 1ktəbin 1C sinifində daxil olmuş, 6-cı sinifdə təhsil alarkən təxminən 2021-ci ilin noyabr ayında Nasosnu deyilən əraziyə köçdükləri üçün Kərəmi məktəbdən çıxarıb, Nasosnu deyilən ərazidə yerləşən 19 saylı orta məktəbə köçürmüş və Kərəm həmin məktəb də 1 ay təhsil aldıqdan sonra onlar yenidən Pirşağı qəsəbəsinə qayıtmışlar. Qayıtdıqdan sonra bayram günlərinə düşdüyü üçün 19 saylı orta məktəbdən Kərəmin sənədlərini ala bilməmiş, bu səbəbdən də Kərəmi 112 saylı orta məktəbin 6-cı sinfinə bərpa olunması müvəqqəti mümkün olmamışdır. Təxminən 2008-2009-cu illərdə qohumunun restoranında aşpaz işləyərkən Təqsirləndirilən şəxs anası ilə tanış olmuş, münasibəti yaranmış və Eltunu sünnət etdirib, onun kirvəsi olmuşdur. Eltun və onun anası ilə yaxşı münasibətləri olmuş, aralarında ədavət və düşmənçilikləri olmamışdır. Eltun onun razılığı ilə təxminən 1 aya yaxın idi ki, birlikdə işləmək üçün Bakı şəhərinə gəlmiş onun, Nuranənin və oğlu Kərəmin yaşadığı Sabunçu rayonu Pirşağı qəsəbəsi X5 nömrəsiz evdə onlarla birlikdə yaşamışdır. Eltun onlarda yaşadığı gündən azyaşlı oğlu Kərəmlə bir otaqda qalmış, 18 mart 2022-ci il tarixdə saat 18 radələrində Eltun, arvadı Nuranə və oğlu Kərəm şam edib, Nuranə və Eltun ilə birlikdə 02 ədəd 700 qramlıq araq içmişlər. Həmin vaxtı oğlu Kərəm isə 1 stəkan pivə içmiş, saat 22 radələrində arvadı Nuranə ilə yatmaq üçün öz otaqlarına keçmiş, Eltun və Kərəm isə qonaq otağında hərəsi öz yerlərində, yəni bir-birindən aralı, Kərəm otağın yuxarı hissəsində, Eltun isə otağa giriş qapısının qarşısında yatmışlar. Yatmamışdan öncə Eltun onun və Nuranənin qoluna istəkləri ilə döymə vurmuş, aradan 10 dəqiqə keçdikdən sonra televizorun söndüyünü, sakitlik olduğunu hiss edib, əlində kül qabını götürüb qonaq otağına, yəni Kərəmlə Eltunun yatdığı otağa keçən zaman oğlu Kərəmin alt paltarı əynində olmamış, maykası əynində üzü üstə uzanmışdır. Eltunun isə maykası, şalvar və alt paltarı əynində olmamış, ayaq üstə Kərəmin arxa tərəfində alt paltarını, geyinmişdir. Arvadı Nuranəni çağırmış, Nuranə gələn zaman artıq Eltun şalvarını geyinmiş, Kərəm isə yuxarıda qeyd etdiyi vəziyyətdə olmuşdur. Eltundan nə baş verdiyini soruşmuş, Eltun cavab verməmiş, Eltun tərəfindən azyaşlı oğlu Kərəmə qarşı zor tətbiq edilib onunla iradəsinə zidd olaraq cinsi əlaqədə olduğundan şübhələnib əsəbləşib Eltunu cəzalandırmaqdan ötrü masanın üzərindən çəngəl götürüb Eltunun sifət nahiyəsinə vurmaq istəmişdir. Nuranə onları araladığı üçün Eltun qaçıb getmiş, bundan sonra Kərəmdən nə baş verdiyini soruşduqda, Kərəm ona demişdir ki, Eltun onun yatdığı yerə, onun yanına gəlib uzanmış, əynindəki şalvarını çıxarıb ona qeyri təbii yolla cinsi əlaqədə olmaq istədiyini demiş, o, etiraz etdikdə Eltun Kərəmin əynində olmuş alt paltarını məcburi çıxarmış, Kərəm etiraz edib müqavimət göstərən zaman, yəni qışqırmaq istədikdə əli ilə onun ağzını tutmuş, sonra isə onu döşəyin üzərinə uzadıb öz cinsiyyət orqanını onun arxa keçəcəyinə daxil edərək iradəsinə zidd olaraq onunla qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da əri Qanuni nümayəndə ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Qanuni nümayəndə göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X4 məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 355 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı xəsarət və onun izi aşkar olunmamış, Zərərçəkmiş şəxs onunla dəfələrlə qeyri təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmiş, qeyri-təbii yolla cinsi əlaqə zamanı xəsarət qalmadıqda müddət təyin etmək mümkün deyildir. ( iş vərəqə: 78-80) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X4 məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 357 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Qasımov Eİtun Məhərrəm oğlunun cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir, xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmiş, bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. (iş vərəqə: 166-168) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 11/170 nömrəli rəyindən görünür ki, azyaşlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ona qarşı edilən hərəkətlərin xarakterini qavramaq qabiliyyətinə malik olsa da, həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik deyildir. Zərərçəkmiş şəxs hadisə zamanı və hadisədən sonra emosional halında iş üçün hüquqi əhəmiyyət kəsb edən kəskin dəyişikliklər müəyyən olunmur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, fərdi-psixoloji xüsusiyyətlərinə və emosional halına görə hadisə zamanı ona qarşı edilən hərəkətlərə müqavimət göstərmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri, fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. (iş vərəqə: 176-178) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, azyaşlı Zərərçəkmiş şəxs valideynləri ilə yaşadığı ev Sabunçu rayonu, Pirşağı qəsəbəsi, X3 yerləşdiyi, fərdi yaşayış evi 1 mərtəbəli olmaqla 1 mətbəx və 2 otaqdan ibarət olduğu, giriş qapısı dəmir materialdan hazırlandığı, girişdə sol küncdə ayaqqabı dolabı yerləşdiyi, giriş qapısı ilə üzbəüz 1 otaq, girişdən 1,5 metr irəlidə sol tərəfdə 2-ci otaq, 2-ci otağın qarşısında hamam-tualet, 2-ci otağa girişdə sol tərəfdə mətbəxə keçid yerləşdiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Qanuni nümayəndə girişdə sol tərəfdə yerləşən otağı göstərib bildirmişdir ki, həmin otaqda azyaşlı oğlu Zərərçəkmiş şəxs və tanışı Təqsirləndirilən şəxs yatmışdırlar. Məhz həmin otaqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək, onun iradəsinə zidd olaraq qeyri təbii yolla cinsi əlaqədə olduğunu bildirmişdir. Qeyd olunan otağa baxış keçirildikdə otağa girişlə üzbəüz televizor altlığı üzərində televizor, televizorun üzərində bir ədəd «Samsung» markalı mobil telefon, dəftər, banka qapağı, sol tərəfində pambıq topası, tibbi maska, televizorun sol tərəfində stul, otaqda döşəmə üzərinə xalça salınmışdır. Otaqda sol küncdə masa, masa ətrafında stullar vardır. Masa ilə üzbəüz, otağa girişdə sağ küncdə pəncərə önündə divan, divanın üzərində ağ rəngli döşək, divanın yanında döşəmə üzərində qırmızı ağ rəngli üzlüyü olan döşək vardır. Baxışda iştirak edən Qanuni nümayəndə divanın yanındakı döşəmə üzərində olan döşəkdə oğlu Kərəm, divanın üzərində olan ağ rəngli üzlüyü olan döşək üzərində isə televizorun yanında Eltunun yatdığını, sonradan həmin döşək götürülüb divanın üzərinə qoyulduğunu, Eltun Kərəmlə divanın yanındakı qırmızı ağ rəngli üzlüyü olan döşək üzərində qeyri təbii yolla cinsi əlaqədə olduğunu, Eltun evlərindən çıxıb gedərkən özünə məxsus 01 ədəd «İphone» və 01 ədəd «Samsung» markalı mobil telefonlarını həmin otaqda qoyub getdiyini qeyd etmişdir. Otaqda sağ tərəfdə yerləşən divanın yanındakı döşəmə üzərində olmuş qırmızıağ rəngli naxışları olan döşək üzlüyündən ekspert tədqiqatına təqdim edilməsi məqsədi ilə bir hissəsi kəsilərək, Qanuni nümayəndə tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus 01 ədəd «İphone» və 01 ədəd «Samsung» markalı mobil telefonlar və Təqsirləndirilən şəxs xəsarət yetirilmiş 01 ədəd çəngəl götürülərək istintaqa təqdim edilmişdir. (iş vərəqə: 06-11) İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X7 «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X6 xx.xx.2022-ci il tarixli 401 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» PHŞ-də həkim-psixiatrın və həkim-narkoloqun qeydiyyatında yoxdur. (iş vərəqə: 144) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Bakı şəhər Narkoloji Mərkəzi» X6 xx.xx.2022-ci il tarixli 1952 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qeyd olunan mərkəzdə qeydiyyatda yoxdurlar. (iş vərəqə: 146) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X6 xx.xx.2022-ci il tarixli 3440 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və azyaşlı Zərərçəkmiş şəxs qeyd olunan xəstəxanada müalicədə olmayıblar. (iş vərəqə: 147) İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 646 nömrəli məktubundan görünür ki, Qasımov X1 və Hərbi Xidmətə Çağırış üzlə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində çağırışçıların hərbi qeydiyyatında adı keçmir. (iş vərəqə: 149) İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil İdarəsi Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdən daxil olmuş xx.xx.2022-ci il tarixli 265 nömrəli məktubundan görünür ki, məktəbin 6 «Ç» sinif şagirdi azyaşlı Zərərçəkmiş şəxs 16 noyabr 2021-ci il tarixdə Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbə valideyn onlayn yerdəyişmə edərək məktəbdən sənədləri aparmış, 10 mart 2022ci il tarixdə Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbdən 112 nömrəli tam orta məktəbə yerdəyişmə edib, lakin sənədlərini 30 mart 2022-ci il tarixdə valideyn Qanuni nümayəndə sənədləri məktəbə təqdim etməmiş, şagird sənədlər təqdim olunan gündən bir gün də olsun dərslərdə iştirak etməmişdir. Məktuba əlavə olunmuş «A196 nömrəli şagirdin şəxsi işi»in 04 vərəqədən ibarət kserosurətinə baxış keçirdikdə 1-ci vərəqə üzlük hissəsi olduğu, üzərində «Şagirdin şəxsi İşi №A- 196, Sabunçu rayonu Pirşağı qəsəbəsi 112 №-li tam orta məktəbin şagirdi Zərərçəkmiş şəxs» sözləri, həmin vərəqənin arxa hissəsində əl yazma qaydasında Zərərçəkmiş şəxs özü və valideyinlərinin anket məlumatları, əlaqə nömrələri, digər 03 vərəqədə Zərərçəkmiş şəxs tədris olunmuş fənlər üzrə aldığı qiymətlərin, qeyd qaydasında şagirdin dərs materiallarını mənimsəməkdə çətinlik çəkməsi, müstəqil işləməyi bacarmaması, yoldaşları ilə ünsiyyət qura bilməməsi, qavrama qabiliyəti çox zəif olması, dərsə marağı zəif olması barədə məlumatların əks olunduğu müəyyən edilmişdir. (iş vərəqə: 159-164) İş materiallarında olan azyaşlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs və şahid Qanuni nümayəndə ilə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı mobil telefonun kamerası ilə qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş 02 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (iş vərəqə: 182-190) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməməsi, Qanuni nümayəndə ilə aralarında yaranmış mübahisə ilə əlaqədar onun haqqında polisə şikayət edilməsini, azyaşlı Zərərçəkmiş şəxsla cinsi əlaqədə olmaması, uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etməməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyaraq, həqiqəti əks etdirmir, iş üzrə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla təkzib edilir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokollarından görünür ki, azyaşlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, şahid Qanuni nümayəndə və Şahid2 ilə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs, Qanuni nümayəndə və Şahid2 vermiş olduqları ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər. (iş vərəqə: 81-91) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150-ci maddəsinin adından da göründüyü kimi, bu maddənin əsas tərkibini əks etdirən CM-nin 150.1-ci maddəsində göstərilən bütün hərəkətlər, yəni istər “seksual xarakterli digər zorakılıq hərəkətləri” adı altında ehtiva olunanlar, istərsə də “uşaqbazlıq” kimi qeyd olunmuş əməl olsun – bunlar hamısı seksual xarakterli zorakılıq hərəkətləri cinayətini təşkil edən əməllərdir. Seksual xarakterli zorakılıq hərəkətləri subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar zor tətbiq etməklə və ya belə zor tətbiq etməklə hədələmə yolu ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətlərinə yol verdiyini dərk edir və buna arzu edir. Cinayətin motivi, bir qayda olaraq, cinsi ehtirası təmin etməkdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə: 136-137) Məhkəmə AR CM-in 59 və 61-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlı şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilsə də, məhkəmə həmin halları cəzanı ağırlaşdıran hal kimi nəzərə almır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli artıq ağırlaşdıran hal kimi nəzərə alındığından cəza təyin edilərkən cinayətin təqsirkar üçün aşkar surətdə azyaşlı şəxsə qarşı törədilməsi halı təkrarən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(008)-262/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 28 mart 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə: 37,120-123) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 mart 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə maddi sübutla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, cinayət işinin materiallarında olan azyaşlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs və şahid Qanuni nümayəndə ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı mobil telefonun kamerası ilə qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş videogörüntülər olan 02 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq iş üzrə aparılmış məhkəmə-psixoloji ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 28 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar - 02 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-1505/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1505/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver