Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1505/2025 18.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X8 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, onun nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, müdafiəçi “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, hadisə baş verən zaman yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkum olunmayan, Şamaxı rayonu, Bağırlı Ərazi Dairəsi, Bağırlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Şağan-1” yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 üçün Penitensiar Müəssisəsində (Kompleksində) saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni sonuncunu qəsdən həyatdan məhrum etmişdir.
İşin faktiki halları:
2. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, təxminən saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Şağan-1” yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əlbəyaxa olduqdan sonra törədəcəyi əməlin ictimai təhlükəli olduğunu dərk edərək, onun nəticələrini qabaqcadan görərək və bunları arzu edərək, qisas motivi ilə, qəsdən öldürmək məqsədi ilə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik mətbəx bıçağı ilə tanışı - xx xxxxxx 1977-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malik sağ dirsək nahiyyəsinin (01 (bir) ədəd), qarının ön divarının (01 (bir) ədəd) sıyrıqları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla canlı şəxslərdə sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmanın əlamətlərinə malik döş qəfəsinin sol yan səthinin yuxarı üçdə birinin daxilə - döş boşluğuna nüfuz etməyən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, döş qəfəsinin sağ yan səthinin aşağı üçdə birinin daxilə - döş boşluğuna nüfuz etməyən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, həyat üçün təhlükəli olan, sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malik sol ağciyərin aşağı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin sol yan səthinin orta üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən 01 (bir) ədəd deşilmişkəsilmiş yarası, nazik bağırsağın müsariqə-arteyiya və venalarının zədələnmələri, kəskin qanitirmə ilə müşayiət olunan qarının sağ yan divarının – sağ qalça darağı proyeksiyasının daxilə - qarın boşluğuna nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləri yetirərək sonuncunu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Şahid6 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt o, hərbi xidmətdə olmuş, hadisə barədə ona böyük qardaşı Məzahir məlumat vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 23:00 radələrində sonuncu küçəyə çıxıb qapının ağzında siqaret çəkəndə Şahid1 küçədə nalayiq söyüş söydüyünü görmüş və dərhal evə qayıdaraq mərhum atası Zərərçəkmiş şəxs məlumat vermişdir . Sonradan onlar birlikdə söhbəti aydınlaşdırmaq üçün Şahid1 axtarmağa getmişlər. Sonra isə bu hadisə baş vermiş, o, hadisəni hərbi xidmətdən gələndən sonra bilmişdir.
4. Məhkəmə iclasında Şahid6 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma atası, Şahid1 onun atasının dayısı oğlu, Təqsirləndirilən şəxs də sonuncunun oğludur. Onlar Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, "Şağan-1" yaşayış massivində Şahid1 və ailəsi ilə qonşuluqda yaşayır və onların yaşadıqları həyər hasar ilə ayrılır. İllərdir ki, sonuncularla ailədaxili münasibətləri yaxşı olmadığından, demək olar ki, ünsiyyət belə qurmamışdırlar. Lakin bəzi vaxtlarda Şahid1 sərxoş halda qıcıqlandırıcı sözlər deyərək onlara sataşmış, onlar da bu barədə dəfələrlə polisə rəsmi qaydada şikayətlər etmişlər. O, çox vaxt Şamaxı rayonunun Çöl-Bağırlı kəndində olan evlərində qalmış, son bir il yarımda isə "N" saylı hərbi hissədə hərbi xidmət keçmişdir. 07 oktyabr 2024-cü il tarixdə həqiqi hərbi xidmətinin başa çatması ilə əlaqədar olaraq, o, ordu sıralarından tərxis olunmuş və evə qayıtmış, qayıtdıqdan sonra atasının Təqsirləndirilən şəxs tərəfindən öldürüldüyünü öyrənmişdir. Belə ki, hadisə yerində olan anası və qardaşlarının danışıqlarından bilmişdir ki, qardaşı Məzahir 05 oktyabr 2024- cü ildə təxminən saat 23 radələrində küçəyə çıxıb siqaret çəkmiş, həmin vaxt Şahid1 küçədə söyüş söymüş, Məzahir də evə gedib atası Zərərçəkmiş şəxs bu baradə məlumat vermişdir. Atası və qardaşı Məzahir söhbəti aydınlaşdırmaqdan ötrü Şahid1 axtarmağa getmiş, "Şağan-1" deyilən ərazidə yolun, yəni "tras"ın kanarı tərəflərində "arka"dan məhlələrə keçid hissədə sonuncu və Təqsirləndirilən şəxs gəldiklərini görmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs Şahid1 söyüş söyüb-söymədiyini soruşmuş, sonuncu ilk növbədə inkar etsə də, sonradan "belə də ki səni söymüşəm, s...i yeyəcəksən?" deyə bildirmiş, bu sözdən sonra onlar əlbəyaxa olmuş, daha sonra isə həmin yerə qardaşları Orucla Ayxan da gəlmişlər. Ona deyilənə görə, Şahid1 Zərərçəkmiş şəxs tərəfindən döyülmüş, bir qədər sonra onlar öz evlərinə dağılışmışlar. Həmin mübahisədən təxminən 15-20 dəqiqə sonra Şahid1 və ailə üzvləri evlərinə gələrək onları söyüb təhqir etmiş və Təqsirləndirilən şəxs əlindəki bıçaqla Zərərçəkmiş şəxs bıçaqlayaraq ölümünə səbəb olmuşdur. Amma qardaşı Məzahirin sözlərinə görə Şahid1 də Zərərçəkmiş şəxs zərbə vurmuş, lakin Şahid1 əlində bıçaq görməmişdir. Ailə üzvlərinin deməsinə görə sonuncu ailəvi şəkildə onlara hücum etmişlər və əllərində müxtəlif əşyalar olmuşdur. Hadisə yerində olmadığı üçün dəqiq olaraq kimin-kimə xəsarət yetirməsi, kimin əlində və ya üzərində hansı əşya olması barədə məlumatı yoxdur. Ona deyilənə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlavə anası və qardaşı Məzahirə də bıçaq xəsarətləri yetirmişdir. Q.M.X10 Yardım briqadası ilə X9 aparsalar da, sonuncunun həyatını xilas etmək mümkün olmamışdır. Bundan başqa məhkəmə iclasında Şahid6 verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin ailəsi ilə münasibətlərinin olmamasının səbəbi küçədən keçəndə söz atmaları olmuşdur. Ailələri arasında mübahisələr olmuş, o, həmin mübahisələrdə iştirak etməmiş, eləcə də rayonda yaşadığı üçün hadisələrin şahidi olmamışdır. Onlar təqsirləndirilən şəxs və ailəsinə əvvəllər xəsarət yetirməmişdirlər. Şahid1 ilə Zərərçəkmiş şəxs ögey dayıoğlu olmuşlar. Onun hadisədən oktyabr ayının 7də məlumatı olmuşdur. Həmçinin Şahid6 məhkəmə iclasında təqsirləndirilən şəxs barəsində ağır cəza verilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, müstəntiq Qəribov Toğrula ifadə verdikdən sonra yazılan ifadəni oxumuş və ona aidiyyəti olmadığını görüb ifadəsinin geri qaytarılmasını tələb etmiş, müstəntiq isə ona “ifadəni dəyişsən, səni tutacam” deyə bildirmişdir. O da tutulmamaq üçün, ailəsinin böyüyü olduğuna, ailəsini dolandırdığına görə ifadəsini olduğu kimi saxlamışdır. Hazırda həmin ifadəni təsdiq etmir. Belə ki, hadisə günü gecə saat 11 radələrində, o qapılarının ağzında siqaret çəkməyə çıxmış, bu zaman Şahid1 paltarının “zamok”unu bağlaya-bağlaya söyüş söymüş, bu zaman məhlədə o ikisindən başqa heç kim olmamışdır. O isə Şahid1 söyüşlərinə məhəl qoymayaraq evdəkilərdən sonuncu ilə nə söhbətlərinin olduğunu soruşmuşdur. Belə ki, o, küçə ticarəti ilə məşğul olduğuna görə gündüzlər evdə olmur. Daha sonra o, Şahid1 nə üçün, kimi söydüyünü soruşmaq üçün maşınına minmiş, atası getsə söz-söhbət olacağını bildirərək onunla getməyi təklif etmiş, maşını yolun başında saxlamış və nömrəsi olmadığına görə Şahid1 gözləməyə başlamışlar. Bir müddət sonra Təqsirləndirilən şəxs gəlmiş və o, sonuncudan atasının harada olduğunu soruşmuş, səbəbini soruşduqda Təqsirləndirilən şəxs “sənlə işimiz yoxdur. Atanı gətir, ya da zəng elə gəlsin, ona sözümüz var” deyə bildirmiş, sonuncu da “problem yoxdur. Atam qarşısından yeyən oğlan deyil, gələr deyə qeyd etmişdir. Bu vaxt onun Təqsirləndirilən şəxslə sözlü mübahisə olmuş, lakin bir-birlərini vurmamışlar. Sonuncu getdikdən sonra qardaşı Oruc gəlmiş, sonuncuya evə getməsini desələr də, getməmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs ilə Şahid1 yolu keçib onlara tərəf gəlmiş, sonuncunun əlində bizona oxşayan nəsə olmuş, Zərərçəkmiş şəxs Şahid1 niyə söydüyünü soruşduqda sonuncu onu söymədiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhlədə başqa heç kimin olmadığını bildirdikdə Şahid1 “belə də ki,səni söymüşəm” deyə qeyd etmiş, Zərərçəkmiş şəxs bu cavabdan sonra sonuncunu vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxslə o dalaşmış, lakin çox da güclü dava-dalaş olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs öz atasını Oruc da onları aralamış, sonuncunun dediyinə görə Şahid1 Zərərçəkmiş şəxs belindən yapışıb yerə yıxmaq istəyəndə Oruc zibillikdən götürdüyü taxta parçası ilə bir dəfə Şahid1 belindən vurmuşdur. Hamı öz evinə gedəndən sonra Zərərçəkmiş şəxs hamama getmiş, anası nə baş verdiyini soruşanda o, izah edəcəyini bildirmişdir. 20-25 dəqiqə vaxt keçəndən sonra evin arasından səs gəlmiş, o, bu barədə qışqıraraq ailəsinə bildirmiş, atası koridordan, o da otaqdan çıxaraq çölə qaçmış, qapıdan birlikdə çıxmış, anası da arxalarından gəlmişdir. Bu zaman onlar Təqsirləndirilən şəxs pilləkəndən qalxdığını, qışqıraraq söyüş söydüyünü, əlində bıçaq olduğunu görmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurmuş, o, içəri qaçıb stul götürmüş, balaca qardaşları da çölə çıxmış, ən kiçik qardaşının əlində dəmir armatur olmuş, Təqsirləndirilən şəxs qardaşı qapını açmış, sonuncunun ailəsi də onların həyətinə girmişlər. O, evdən çıxanda Zərərçəkmiş şəxs yerə yıxmış, anasını həyətdə görməmiş, əlində olan stulla həyətdə kimi vurduğunu isə yadında saxlamamışdır. E.Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs başı üstündə dayanmış, sonuncunun əlində bıçağı görməsə də, Zərərçəkmiş şəxs üstündə əli isə nəsə hərəkət etdiyini görmüş, bu hərəkətlər bıçaqla vuran insanın hərəkətləri olmuşdur. O, birinci zərbəni stulla E.Təqsirləndirilən şəxs başına vurmuş, özünü və ailəsini müdafiə etmişdir. Birinci davada isə o deyil, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurmuş, lakin zərbə elə də böyük olmamışdır.
6. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 05 oktyabr 2024-cü il tarixdə təxminən saat 23 radələrində o, küçəyə çıxıb siqaret çəkmiş, Şahid1 öz həyət darvazalarının qarşısında dayanıb əynindəki "kurtka"sının ön hissəsinin zəncirbəndini bağlayarkən "adamın arvadını belə s....lər, heç kim mənim s...i yeyə bilməz" deyə söyüşlər söymüşdür. Həmin vaxt sonuncunun üzü ona tərəf olmasa da, ətrafda başqa adam olmadığından söyüşü onların ailəsinə söydüyünü anlamışdır. Bu vaxt o, Şahid1 hər hansı bir cavab verməmiş, evə qayıdanda Zərərçəkmiş şəxs "ata, Etiqad küçədə bizim ünvanımıza həmişəki kimi söyüş söydü, lakin bu səfər söyüşlər çox ağır idi, arvad söyüşləri idi. Gedirəm soruşum ki, söyüşləri kimə ünvanlayıb" deyə bildirmişdir. Öz avtomaşını olan "VAZ- 2106" markalı, "**-BJ-***" dövlət qeydiyyat nişanlı avtomaşınına əyləşib gedən zaman atası yanına gəlmiş və onunla birlikdə gedəcəyini demişdir. Onlar avtomaşınla məhləni fırlanıb Şahid1 axtarmış, sonuncunu tapmadıqlarına görə "Şağan- 1" deyilən ərazidə yolun, yəni "tras"ın kənarında dayanmış və bir qədər sonra Təqsirləndirilən şəxs evləri tərəfdən yolun kənarına doğru gəldiyini görmüşlər. O, atasıyla birlikdə avtomaşından enərək onlara tərəf gələn Təqsirləndirilən şəxs Şahid1 harada olduğunu bir neçə dəfə soruşdurdan sonra Təqsirləndirilən şəxs onlara "neynirsən atamı, s...i yeyeəcəksən?" deyə bildirmişdir. Bu vaxt o, Təqsirləndirilən şəxs cavabına əsəbiləşərək sonuncunu yumruqla vurmaq istəsə də, Zərərçəkmiş şəxs onun qarşısını kəsmiş və yumruğu zəif zərbə ilə Təqsirləndirilən şəxs qol nahiyəsinə dəymişdir. Bundan sonra Zərərçəkmiş şəxs sonuncuya "bala bizim sənlik işimiz yoxdur, get atanı çağır, ondan söz soruşacağıq" deyə soruşmuş, Təqsirləndirilən şəxs də "gedib atamı çağırıram, problem yoxdur, atam qabağından yeyən oğlan deyil" deyə bildirərək Şahid1 çağırmağa getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona "qoy gəlsinlər, sən qarışma, mən özüm Etiqaddan soruşacağam ki, söyüşü kimə söyübdür, bəlkə deyəcək ki, bizə qarşı söyüş söyməyib” deyə bildirmiş, o da atasıyla razılaşmışdır. Təxminən 15-20 dəqiqə sonra, yəni 06 oktyabr 2024-cü il tarixdə təxminən 00:01 radələrində Şahid1lə oğlu Təqsirləndirilən şəxs yolu keçərək dayandıqları yerə gəlmiş, bu zaman əvvəlkinin əlində içi boş içki qabı olmuşdur. Həmin vaxt o biri qardaşı Oruc da yanlarına gəlib çatmış, Şahid1lə Zərərçəkmiş şəxs üzbəüz vəziyyətdə dayanmış sonuncu Şahid1 "bayaq Məzahirin yanında məhlədə söyüşmüsən, o söyüşü kimə söymüsən?" deyə soruşmuş, sonuncu da cavabında "mən sizə söyməmişəm" deyə bildirmişdir. Zərərçəkmiş şəxs bir daha "orada bir sən olmusan, bir də mənim oğlum Məzahir, sən söyüşü kimə söy bilərdin ki, orada?" deyə sual vermiş, Şahid1 də "belə də ki səni söymüşəm, s...i yeyəcəksən?" deyə bildirmişdir. Sonuncunun bu sözündən sonra Zərərçəkmiş şəxs sağ əli ilə yumruqla Şahid1 sifət nahiyəsindən vurmuş, daha sonra Təqsirləndirilən şəxs də onu yumruqla vurmaq istəyən zaman özünü yumruqdan yayındırmış və müdafiəsi üçün sonuncunu yumruqla bədən nahiyəsindən vurmuşdur. Daha sonra Şahid1 Zərərçəkmiş şəxs bel nahiyəsindən tutub saxlayan zaman onun balaca qardaşı Ayxan yerdən tapdığı taxta parçasını götürüb ilk öncə Şahid1, daha sonra isə Təqsirləndirilən şəxs kürəyinə vurmuşdur. Lakin zərbə Təqsirləndirilən şəxs tam kürək nahiyəsinə yox, demək olar ki, çəpəki formada bədəninin yan hissəsinə dəymiş, Ayxan əlindəki taxta parçasını həmin əraziyə tullamışdır. Bundan sonra Zərərçəkmiş şəxs onları, Təqsirləndirilən şəxs də Şahid1 kənarlaşdırmış, onlar avtomaşına əyləşib evə qayıtmış və Zərərçəkmiş şəxs hamını evin içərisinə yığaraq həm evin, həyətin qapısını bağlamışdır. Onlar evə analarına sadəcə olaraq Şahid1lə aralarında söz-söhbət baş verdiyini bildirmişlər. Zərərçəkmiş şəxs hamamda yuyunduqdan sonra evin yan hisəsi ilə kiminsə gəldiyini hiss etmişlər. Belə ki, Şahid1 evinin həyətindən onların həyətə dar da olsa, açıq yol gəlir. O, həyətə baxanda görmüşdür ki, Gümrah onların həyət darvazasının arxasını açır və Günay, Etiqad, Əsmər, Əsmə, Fərhad da həyətə daxil olur və Təqsirləndirilən şəxs əlində bıçaqla dayanmışdır. Bu vaxt Zərərçəkmiş şəxs qapını açıb pilləkənə əlində heç bir əşya olmadan çıxmış, Günay əlindəki bel sapı ilə, yəni taxta parçası ilə əvvəlkini baş nahiyəsindən vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs səndələmiş, bu zaman Təqsirləndirilən şəxs əlindəki bıçaqla onu vurmaq istərkən anası əli ilə bıçağın qarşısını kəsmək istəmiş, bıçaq anasının əlini kəsmişdir. Daha sonra Təqsirləndirilən şəxs zərərsizləşdirməkdən ötrü üzərinə gedəndə bıçaq onun da əlini kəsmişdir. Həmin vaxt E.Təqsirləndirilən şəxs əlində bıçaq görməsə də, sonuncunun əlini atasının bədən səthinə doğru apardığını, sanki bıçaq zərbəsi endirdiyini görmüşdür. Bundan sonra hər yerin qan olduğunu görüb özünü itirmiş və əlinə keçən stulu götürüb qarşı tərəfdəkiləri vurmağa başlamış, lakin konkret olaraq kimləri vurduğunu xatırlamamışdır. Anasının əlinə bıçaq zərbəsi dəydikdən sonra sonuncu küçəyə çıxıb qonşulardan kömək istəsə də, heç bir qonşu köməyə gəlməmişdir. Daha sonra Şahid1 və ailə üzvləri öz evlərinə getmişlər və sonuncu "görürsüz, adamı belə edərlər, hələ bu başlanğıcdır" deyə yan həyətdən onlara tərəf qışqırmışdır. X16 gəldikdən sonra Zərərçəkmiş şəxs X9 aparsalar da, sonuncunun həyatını xilas etmək mümkün olmamışdır. Bundan başqa məhkəmə iclasında Şahid4 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmasını görməmiş, sonuncunun Təqsirləndirilən şəxs vurmasını görmüş, sonuncunun əində bıçaq oldğudan o da evə girib stul götürmüşdür. Həyətlərində Təqsirləndirilən şəxs və sonuncunun qardaşı olmuş, Təqsirləndirilən şəxs onların qapılarından 10 metr aralıda Zərərçəkmiş şəxs yaxınlığında dayanmış, o, həyətə girəndə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədninin yan hissəsində nəsə edirmiş, elə bil ki, bıçaqla zərbə vururmuş. O, əlinə kimin bıçaq vurduğunu bilməmiş, bıçağı vuran qarşı tərəfdən kimsə olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurub yıxanda pilləkənin başında olmuş, o təxmini 5 saniyəyə içəri girib çıxmış, çıxanda bunların hamısının başının üstündə olduğunu görmüşdür. Hadisə zamanı bu iki ailədən başqa heç kim orada olmamış, hadisə yerində balta olmamışdır. Belə ki, əgər balta olsaydı istifadə edərdilər.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hadisə baş verən gündən bir az əvvəl, yəni 05 oktyabr 2024-cü il tarixdə əri Zərərçəkmiş şəxs, oğulları Ayxan, Məzahir və Oruc evdə olmuşlar. Həmin vaxt Zərərçəkmiş şəxs işdən gəldiyi və çox yorğun olduğu üçün ondan çay süzməsini və yemək verməsini istəmiş, o da ərinin dediklərini hazırlamaq üçün mətbəxə getmişdir. Mətbəxdən qayıdanda görmüşdür ki, Məzahir və Zərərçəkmiş şəxs onlara məxsus olan “VAZ 2106” markalı avtomobilə əyləşib harasa getmişlər. O, əvvəlcə onların dükana nə isə almağa getdiklərini düşünmüşdür. Daha sonra Oruc da evdən çıxıb getmiş, lakin onun mətbəxdə başı qarışıq olduğu üçün sonuncunun evdən çıxdığı anı görməmişdir. Buna görə də o, oğlu Ayxanı atası və qardaşlarının hara getdiklərini öyrənməsi üçün göndərmişdir. Bir qədər sonra Məzahir və Zərərçəkmiş şəxs evə qayıtmış, Məzahirdən hara getdiklərini soruşduqda sonuncu “yemək yeyim, danışarıq” deyə bildirmiş, sonrasında isə nə o soruşmuş, nə də Məzahir nəsə demişdir. Daha sonra o, digər otağa keçmək istəyəndə Məzahir evin arxa hissəsindən səs gəldiyini demiş və çölə qaçmış, əri Qurban da hamamdan çıxmışdır, o da arxalarınca çölə çıxmışdır. O, İnşallahı əlində bıçaqla görmüş. Bıçağı Məzahir tərəfə atanda o, Məzahiri arxadan qucaqlamış və bıçaq ona dəymişdir. Onun qoluna bıçaq girdiyinə görə özünü itirmişdir. Daha sonra Qurban İnşallahı təpiklə vurmuş və o, pilləkəndən yerə yıxılmışdır. Sonra Məzahir içəri girib stul götürüb gələndə İnşallahın ailəsi onların qapısına girmişdir. Həmin vaxt Günay əri Qurbanı arxadan paya ilə vurmuş, Qurban özünü itirəndə Günay və iki qızı Qurbanı tutub yerə yıxmışlar. Qurbanı yerə yıxandan sonra onun üstünə tökülüşmüşlər. Etiqadın əlində də bıçaq olmuş, o, Qurbanı yerdə bıçaqla vurmuşdur. O, bu vaxt kömək üçün yola qaçmış, lakin qonşulardan köməyə gələn olmamışdır. Geri qayıdanda Məzahirin yerdə qan içində olduğunu, ərinin isə can verdiyini görmüşdür. Daha sonra təcili yardım maşını gəlmiş və onları Sabunçu xəstəxanasına aparmışdır. Bundan başqa məhkəmə iclasında Şahid5 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şahid1 həyətə girəndə əlində bıçaq olmuş, onun Zərərçəkmiş şəxs sinəsindən vurarkən görmüş, Təqsirləndirilən şəxs əlində uzun nazik bıçaq olmuş, lakin sonuncunun Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Hadisəni uşaqları Oruc, Ayxan və Məzahir də görmüş, hadisə barədə qonşusu polisə məlumat vermişdir. O, Məzahiri qorumaq üçün qucaqlamış, bıçaq ona dəydikdən sonra qolundan qan tökülmüşdür. Darvaza açılandan sonra Təqsirləndirilən şəxs bütün ailəsi içəri girmiş, sonuncunun anasının əlində paya, atasının əlində isə bıçaq olmuşdur. Oğlu Məzahir əlində stulla Şahid1 üstünə getmiş, hamı topa şəkildə durmuş, bıçaqla oğlu, o və əri xəsarət almış, oğlunu kimin vurduğunu görməmişdir. Təqsirləndirilən şəxs evin arxasından qardaşı ilə gəlmiş pilləkənin üstündə dayanmış, qardaşı isə aşağıda olmuşdur. Təqsirləndirilən şəxs onu bıçaqla vurandan sonra darvaza açılmış, onun qolu qanamış, yoldaşı təpiklə vuraraq əvvəlkini yerə yıxmışdır. Şahid1 əlindəki bıçaq boz rəngli, çörək bıçağından böyük olmuş, ərinin başı onun əlinin qanamasına qarışdığı üçün Günay ərini arxadan vurmuşdur. Şahid1 üzündə heç bir xəsarət və ya qan ləkəsi olmamışdır.
8. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid6 iştirakı ilə şahid qismində dindirilmiş X6 bildirmişdir ki, hadisə günü o, evdə uzanmış, telefonla oynayırmış, anası onu çağıraraq atasıyla qardaşının çölə getdiyini, digər qardaşının da sonuncuların arxasıyca getdiyini bildirmişdir. O, məhlənin başına çıxan zaman atasıgilin bunlarla dalaşdığını, Şahid1 Zərərçəkmiş şəxs belindən tutaraq yıxmaq istədiyini görmüş, o da zibillikdən taxta götürərək onları aralamağa çalışmış, aralaşdıqdan sonra evlərinə gəlmişlər. Anası nə olduğunu soruşduqda qardaşı sonra izah edəcəyini bildirmiş, atası hamama getmiş, 15-20 dəqiqə sonra evilərinin arasından səs gəlmiş və onlar həyətə kiminsə girdiyini anlamışlar. Daha sonra atasıyla qardaşları Məzahir və Oruc da həyətə çıxmış, daha sonra sonuncu içəri yanına gəlmidir. Bir qədər sonra qardaşı Məzahir içəri qaçıb stul götürmüş, o da çölə çıxan zaman Günayın onun atasının başından taxta ilə vurub yerə yıxdığını görmüş, o da yerə tullanmışdır. Şahid1 əlində bıçaqla atasını vurmuş, sonuncu atasını vuranda o, müqavimət göstərmiş, lakin Şahid1 bıçağı ona tərəf yellədiyinə görə özünü kənara atmışdır. Bu vaxt qardaşı stulla Şahid1 başından bir dəfə vurmuş, ikinci dəfə yenə vuranda isə Günay qardaşının başından ağacla vurmuş, sonra qarşı tərəf həyətdən qaçmışdırlar. Bundan başqa məhkəmə iclasında A.Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Şahid1 atasını vurmasını görmüş, bıçağın tiyəsi parıldayan dəmirdən, böyük ehtimalla mətbəx bıçağı olmuş, Təqsirləndirilən şəxs əlində isə bıçaq görməmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, ibtidai istintaq zamanı ifadə verməmiş, heç nəyə də qol çəkməmişdir. İfadəsi kimi göstərilən yazıdakı imza onun olmamışdır. O, hadisə günü evdə olmuş, öz otağında telefonla məşğul olmuş, Zərərçəkmiş şəxs evə gəldikdən 15-20 dəqiqə sonra o, zala çıxmış, atası və qardaşının telefonlarını görsə də, sonuncuların evdə olmadıqlarını anlamışdır. Bundan narahat olub anasından harada olduqlarını soruşduqda anası “yəqin bazarlıq etməyə çıxıblar” deyə bildirmişdir. O, bir az şübhələndiyinə görə çölə çıxmış, məhləyə çıxandan sonra bir az gəzmiş və məhlənin yuxarısında Zərərçəkmiş şəxs ilə qardaşının maşınla gözlədiyini görmüşdür. Daha sonra Şahid1lə sonuncunun oğlunun atasıgilə yaxınlaşdığını görmüş, o da yaxınlaşmış və eyni vaxtda çatmışlar. Zərərçəkmiş şəxs Şahid1 söyüş söydüyünü bildirdikdə, sonuncu onların tərəfə söymədiyini bildirmişdir. Zərərçəkmiş şəxs “məhlədə oğlumla tək olmusan, kimə demisən bu söyüşü” deyə bildirdikdə Şahid1 “lap da sizə demişəm, yaxşı eləmişəm” deyə qeyd etmiş, başqa ifadələr də işlətmişdir. Q.M.Məlikkov sonuncunu sifət nahiyəsindən vurmuş, daha sonra Təqsirləndirilən şəxs qardaşıyla dava etmiş, o onları araladıqdan sonra evlərinə qayıtmışlar. 15-20 dəqiqə sonra evlərinin arasından səs gəlmiş, Təqsirləndirilən şəxs və sonuncunun qardaşı evin arasından həyətlərinə soxulmuş, sonuncu həyətlərinin qapısını açdıqda bütün ailələri həyətlərinə girmişdir. Sonuncular hələ həyətə girmədən öncə Zərərçəkmiş şəxsla qardaşı evdən çölə çıxmışdı. Daha sonra Şahid1 arvadı Zərərçəkmiş şəxs belindən ağacla vurmuş, həmin vaxt anasının əli yaralanmış, Zərərçəkmiş şəxs sonuncuya baxmışdır. O, Zərərçəkmiş şəxsla qardaşı Şahid4 arxasında dayanmış, Təqsirləndirilən şəxs əlində bıçağı görməmişdir. Daha sonra Şahid1 qızları Zərərçəkmiş şəxs ayağından çəkərək yerə yıxmış, sonra da sonuncunun üstünə tökülüşmüşlər. O, evdən çıxanda Şahid1 əlində bıçaqla atasını vurmaq istədiyini görmüş, o ayırmaq istəyəndə artıq Zərərçəkmiş şəxs bıçaqla vurulmuşdur. Onlar da artıq onları uzaqlaşmaları üçün vurmuş, Təqsirləndirilən şəxs anası əlindəki paya ilə qardaşını başından vurmuşdur.
10. Məhkəmə iclasında Şahid6 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Məzahir xx.xx.2024-cü il tarixdə təxminən saat 23:00 radələrində küçəyə çıxıb siqaret çəkmiş, həmin vaxt Şahid1 küçədə söyüş söymüşdür. Məzahir də evə gedib Zərərçəkmiş şəxs bu barədə məlumat vermiş, atası və qardaşı Məzahir söhbəti aydınlaşdırmaqdan ötrü Şahid1 axtarmağa getmişlər. “Şağan-1" deyilən ərazidə yolun, yəni "tras"ın kənarı tərəflərində "arka"dan məhlələrə keçid hissədə Etiqad və oğlu İnşallahın gəldiyini görmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs Şahid1 söyüş söyüb-söymədiyini soruşmuş, sonuncu ilk öncə inkar etsə də, ikinci sualdan sonra "belə də ki səni söymüşəm, s...yeyəcəksən?" deyə cavab vermişdir. Şahid1 bu sözündən sonra orada əlbəyaxa olmuş, amma o, həm öz ailəsinin fərdlərini, həm də Etiqadgili bir-birilərindən kənarlaşdırmağa çalışmış, A.Zərərçəkmiş şəxs həmin yerə mübahisənin sonunda gəlib çatmış, yəni sonuncu ilə o mübahisənin iştirakçısı olmamışdır. Həmin vaxt Şahid1 Zərərçəkmiş şəxs tərəfindən döyülmüş, az müddət çəkən mübahisədən sonra hərə öz evinə dağılışmışdır. Həmin mübahisədən təxminən 15-20 dəqiqə sonra Şahid1 və ailəsi evlərinə gələrək onları söyüb təhqir etmiş, İ.E. Hacıyev əlindəki bıçaqla Zərərçəkmiş şəxs bıçaqlayaraq öldürmüş, yanlış xatırlamırsa E,B.Hacıyevin də əlində bıçaq olmuş və sonuncu da Zərərçəkmiş şəxs bıçaqlamışdır. Şahid1 arvadı da əlində taxta qardaşı Məzahiri vurmuşdur. Şahid1 ailəvi şəkildə onlara hücum etmiş və əllərində müxtəlif əşyalar olmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlavə anası və qardaşı Məzahirə də bıçaq xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs və Şahid1 Zərərçəkmiş şəxs bıçaqladıqdan sonra X16 briqadasının həkimləri gəlib sonuncunu X9 aparsalar da, həyatını xilas etmək mümkün olmamışdır. Bundan başqa məhkəmə iclasında Şahid6 verilmiş suallara cavab olaraq bildirmişdir ki, bıçağın ucu sink rəngdə olmuş, üst tərəfi düz gələn, al tərəfi əyri mətbəx bıçağı kimi bir şey olmuş, o, bıçağı 1 metr yarım məsafədən görmüşdür. O, Təqsirləndirilən şəxs deyil, evin içindən baxan zaman Şahid1 əlində bıçaq görmüş, atasını bıçaqla sonuncu vurmuşdur. Atası həyətdə olanda Etiqadgil içəri girib atasını vurub yıxmışlar. Ola bilər ki, Təqsirləndirilən şəxs də əlində bıçaq olmuşdur, alkin o bıçağı görməmişdir. O, prokurorluğa dəfələrlə getsə də, istintaqda ifadə verməmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 06 oktyabr 2024-cü il, tarixdə saat 00-01 radələrində o, toy axşamı mərasimində olmuş, məclisdə olan zaman oğlu E.Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, Məzahir və Orucun oğlunun qarşısını kəsərək guya onun əvvəlkiləri söydüyünü deyib, onu çağırmalarını tələb ediblər. Daha sonra o və E.Təqsirləndirilən şəxs toy axşamı məclisindən çıxaraq yaşadıqları evin yaxınlığına gəlmişlər. Əgər o, Qurbanla beş dəqiqə söhbət edə bilsəydi, anlaşılmazlığı aradan qaldıra bilərmiş. Hadisənin səbəbkarı Şahid4 olmuşdur. Belə ki, həmin o, digər şəxslərə çatıb kimin kimi söydüyünü soruşanda dərhal Zərərçəkmiş şəxs, Məzahir və Oruc ona və Təqsirləndirilən şəxs heç bir söz və hər hansı əsaslı səbəb söyləmədən üzərilərinə hücum etməyə və yumruqla zərbələr endirməyə başlamışlar. Həmin vaxt Məzahirin və Orucun əlində uzunluğu təxminən bir metr yarım olan taxta materialdan hazırlanmış dörd ədəd çubuq olmuş, həm Zərərçəkmiş şəxs, həm Məzahir, həm də Oruc həmin taxta çubuqlarla ona və Təqsirləndirilən şəxs dəfələrlə zərbələr endirərək bədənlərinin müxtəlif nahiyələrinə xəsarətlər yetirmişlər. Məzahirin ona endirdiyi yumruq zərbəsi nəticəsində onun burun nahiyəsi sınmışdır və sonradan o, bununla bağlı xəstəxanaya müraciət edərək əməliyyat olunmuşdur. Döyüldükdən sonra İnşallah onu evə aparmış, qapının ağzında oturmuşlar. O, qan itirdiyinə görə huşu özündə olmamış, Təqsirləndirilən şəxs bıçağı hardan götürməsi, Qurbanın həyətinə necə girməsini görməmişdir. Təqsirləndirilən şəxs “çıx bayıra, çıx bayıra” – deyə qışqırığını eşitmişdir. Böyük qızı onun çiynindən vuranda şokdan ayılmışdır. O, Qurbanın qapısına tərəf qaçmış, lakin qapı bağlı olduğuna görə açılmamışdır. Sonra evin arxa tərəfində olan aradan keçməyi düşünüb geri qayıtmaq istəyəndə kiçik oğlu Qurbanın qapısını açmışdır. Qızı, yoldaşı və o, qapıdan birgə içəri girmiş, onlar həyətə girəndə Qurban artıq yerdə imiş. Həmin vaxt Şahid4 və digər ailə üzvləri Qurbanın arxa tərəfində idim. İnşallahla onların arasında yeddi metr məsafə olarmış, İnşallah Qurbanın bir tərəfində digərləri isə o biri tərəfində imiş. Onlar İnşallara bıçağı yerə atmasını deyirmiş. O, İnşallahı çölə çıxartmış, daha sonra Qurbanın arvadı əlində balta ilə gedib qonşunun qapısını döyüb, kömək istəmişdir. Həmin vaxt onun əlində qan olmayıb. Əlində qan olsaydı yerə tökülərdi. Daha sonra İnşallah evdə polisə zəng edib təslim olmuşdur. O, İnşallahın Qurbanı bıçaqla vurmasını sonuncu MSY-də olanda bilmişdir. Bundan başqa məhkəmə iclasında Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxsla onların evinin arasında bir hasar var, qıraqdan iki evin arası açıqdır, oradan keçmək mümkündür, lakin nə onlar, nə də qarşı tərəf həmin yerdən birbirlərinin həyətinə girməmişlər. Əvvəllər aralarında münasibət yaxşı olmuş, bir-birlərinə get-gəlləri də olmuşdur. Məsələni bu həddə çatdıran Məzahir və sonuncunun anasıdır və o, Məzahir əmisinə bununla bağlı şikayət də etmişdir. Məzahir maşını ilə onların yanına sürüb palçıq atmış, qohum-əqrəbaya desə də ölçü götürən olmamışdır. Sonuncu qızı yoldan gedəndə maşının palçığa batırıb üstünü bulaşdırırmış, nə qədər ailəsinə desə də bir nəticəsi olmamışdır. Qarşı tərəf onun Məzahirin nişanlısını söydüyünü iddia etsə də, belə bir şey olmamışdır. Qarşı tərəf əllərində ağacla onu və oğlunu vurmuş, o, Təqsirləndirilən şəxs haradan nə vaxt bıçaq götürməsini görməmiş, bununla bağlı göstəriş də verməmişdir. Qapını oğlu Gümrah açmış, o, içəri girəndə Zərərçəkmiş şəxs yerdə olmuşdur. Ona xəsarətləri Zərərçəkmiş şəxs, Məzahir, Oruc, Ayxan yetirmiş, evə gəldiklərindən sonra Məzahir “kişisən bu vəziyyətdə çölə çıx” deyə qışqırmışdır. O, evə girən kimi Təqsirləndirilən şəxs bıçağı götürüb qarşı tərəfi həyətinə keçmiş, qızlarından biri içəri keçmiş, onun əlində bıçaq, ailə üzvlərinin əlində isə heç nə olmamışdır. Onun oğlunun oğlu və arvadı sərinkeşi və stulu ailəsinin üstünə atmış, qızı Əsma, yoldaşı xəsarət almışdır. O, Zərərçəkmiş şəxs ailəsinin xəsarət almasını görməmiş, sonuncunun arvadı Teymurun qapısını döymüşdür. Hadisə qonşulardan kimsə orada olmamışdır.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, hadisə axşamı o, həyətdə paltar sərirmiş, yoldaşı həyətdən çıxandan 20 dəqiqə sonra qapı qonşuları Qurbangilin həyətindən “ağac yığın, ağac yığın” deyə səs-küy qopmuşdur. O, ilk öncə kimləsə dalaşdıqlarını, onlara aidiyyəti olmadığı düşünmüş, qapıdan baxanda Zərərçəkmiş şəxs arvadı maşının yük yerinə ağac yığmış, maşın getmiş, qayıdana kimi qadın qapının ağzında gözləmiş, gələndə isə qapını açıb maşını içəri salmışdır. Daha sonra o, oğlu Təqsirləndirilən şəxs və əri Şahid1 qanın içində evə gəldiyini görmüş, sonuncunun ayağı da yalın olmuşdur. Həmin ərəfədə Zərərçəkmiş şəxs yoldaşı “qoy dincəlsinlər”, oğlu isə “ged yaşa, ged küçəyə çıx, görüm necə çıxırsan” demişlər. O, Şahid1 vəziyyəti ilə maraqlanmış, sonuncunun gözü yumulmuş, üzü al qan içində olmuşdur. Həmin Vaxt Təqsirləndirilən şəxs evdən bıçaq götürərək Zərərçəkmiş şəxs həyətinə keçibmiş, onun başı Şahid1 qarışdıqdan bundan xəbərsiz olmuşdur. Hadisə vaxtı da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını görməmiş, onlar həyətə girəndə Zərərçəkmiş şəxs yerdə olmuş, sonuncunun böyük oğlu stolu ikinci qızının başına çırpanda və Təqsirləndirilən şəxs sonuncunun qarşısına keçəndə Təqsirləndirilən şəxs əlinin qanlı olmasını görmüş, ona qədər Təqsirləndirilən şəxs dalaşaraq Zərərçəkmiş şəxs yıxdığını düşünmüşdür. Onların Zərərçəkmiş şəxsla problemləri olmamış, sonuncu həmişə öz işində olmuş, bütün problemi yaradan onun böyük oğlu olmuşdur. Belə ki, qızı dərsdən gələndə yanında nalayiq səslər çıxarmış, maşınla palçığı üstünə tökmüş, həmin oğlu əsgərlikdə olan müdətdə söz-söhbətləri olmamışdır. Sonuncunun onlara sataşmaları vəziyyəti bu yerə gətirib çıxarmışdır.
13. Məhkəmə iclasında Qanuni nümayəndə ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uşaqlığından bəri qohumu kimi tanımış, sonradan sonuncu qonşusu olmuşdur. Belə ki, o, ailəsiylə birlikdə 2014-cü ildə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Şağan-1” yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi evə köçmüşdür. Zərərçəkmiş şəxs da demək olar ki, həmin vaxtdan etibarən ailəsi ilə birlikdə onların qonşuluğunda yaşamış, ilk vaxtlar onların aralarında hər hansı bir problem, hər hansı bir düşmənçilik və şəxsi ədavət olmamış, lakin bir qədər sonra aralarındakı şəxsi münasibətlər pozulmağa başlamışdır. Bunun səbəbi isə Zərərçəkmiş şəxs böyük oğlu Məzahirin idarə etdiyi avtomaşının təkərlərini yerində dövr etdirməklə, yəni belə demək mümkündürsə, “buksavatlamaqla” oğlu Gümrahın üzərini palçıqla ləkələməsi olmuşdur. Həmçinin Məzahir bir neçə dəfə Gümrahın qarşısını kəsərək öz yolu ilə getməsinə imkan verməmişdir. Hətta Zərərçəkmiş şəxs bir dəfə ərinin illər öncə vəfat etmiş qardaşının qəbrini söymüş, ərinin özünə də “sən niyə belə yeriyirsən” və sair kimi yersiz suallarla sataşmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs və sonuncunun ailəsi dəfələrlə onlara qarşı müxtəlif söyüşlər və təhqiramiz ifadələr işlətmişlər. Zərərçəkmiş şəxs oğlu Məzahir bir dəfə onların həyətlərinin qapısının ağzında durmuş və nalayiq söz və ifadələr işlədərək ailələrini təhqir etmiş, daha sonra öz həyətlərindən onların eşidəcəyi şəkildə “gördünüz, nə qədər söydüm, amma qapıya çıxan olmadı” deyə bildirmişdir. Zərərçəkmiş şəxs arvadı Könül onunla bir neçə dəfə sözlü mübahisə etmiş, ona qarşı təhqiramiz ifadələr işlətmişdir. Həmçinin təxminən beş-altı il bundan öncə Zərərçəkmiş şəxs guya onun ailəsinin əvvəlkinin evinə hücum etməsi əsası ilə polisə vermişdir. Bu əsassız söhbətlərdən başqa Zərərçəkmiş şəxs oğlu Məzahir qızı Əsmər universitetdən evə qayıdarkən yanında ədəbsiz səslər çıxartmaqla qızına sataşmış, o bu barədə Zərərçəkmiş şəxs öldükdən sonra öyrənmişdir. Ümumiyyətlə, bu ailənin üzvləri daim heç bir əsaslı səbəb olmadan onlara söz atmış, narahat etmiş, onları qıcıqlandırmağa və boş yerə mübahisə yaratmağa çalışmışdırlar. Hadisə ilə bağlı eşitdiyinə görə 06 oktyabr 2024-cü il, tarixdə saat 01 radələrində Şahid1 toy axşamı mərasimində olanda Təqsirləndirilən şəxs sonuncunun yanında gedərək Zərərçəkmiş şəxs, Məzahir və Orucun Etiqadın Təqsirləndirilən şəxs qarşısını kəsərək döydüklərini, eyni zamanda Şahid1 axtardıqlarını atasına bildirmişdir. Daha sonra Şahid1 və Təqsirləndirilən şəxs toy axşamı məclisindən çıxaraq yaşadıqları evin yaxınlığına gəlmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs, Məzahir və Oruc Şahid1 və Təqsirləndirilən şəxs tərəf yaxınlaşaraq heç bir söz və hər hansı əsaslı səbəb söyləmədən üzərlərinə hücum etməyə başlamışlar. Zərərçəkmiş şəxs, Məzahir və Oruc həmin vaxt Şahid1 və Təqsirləndirilən şəxs yumruqla zərbələr endirmiş, Şahid1 deməsinə görə, üz nahiyəsinə dəfələrlə yumruqla zərbələr vurmuşdurlar. Sonuncu və Təqsirləndirilən şəxs eşitdiyinə görə, həmin vaxt Məzahirin və Orucun əlində uzunluğu təxminən bir metr yarım olan taxta materialdan hazırlanmış dörd ədəd çubuq olmuşdur. Həm Zərərçəkmiş şəxs, həm Məzahir, həm də Oruc həmin taxta çubuqlarla Şahid1 və Təqsirləndirilən şəxs dəfələrlə zərbələr endirərək bədənlərinin müxtəlif nahiyələrinə xəsarətlər yetirmişlər. Məzahirin Şahid1 endirdiyi yumruq zərbəsi nəticəsində Şahid1 burun nahiyəsi sınmışdır və sonuncu sonradan bununla bağlı xəstəxanaya müraciət edərək əməliyyat olunmuşdur. Bir qədər sonra İ.E.Şahid1Hacıyevə səslənərək “gəl, çıxıb gedək” demiş, bu zaman da E.B.Təqsirləndirilən şəxsHacıyevlə razılaşaraq bərabər evə gəlmişlər. Həmin vaxt evdə o, Şahid1, Əsmər və Əsmə, Təqsirləndirilən şəxs, Gümrah və Fərhad olmuşdur. O, həmin vaxt Şahid1 nə baş verdiyini soruşduqda sonuncu baş verənləri ona danışmışdır. Daha sonra Şahid1 otağa keçib divanda uzanmış, o da ev işlərini tezliklə bitirib X16 çağırmaq niyyətində olmuşdur. Lakin bu vaxt Təqsirləndirilən şəxs “çıx bayıra, çıx bayıra” – deyə səslərini eşitmiş və sonuncunun Zərərçəkmiş şəxs həyətinə keçdiyini anlamışdır. Belə ki, onların evlərinin arxa hissəsindən hər iki həyətə bir neçə tikinti materialı, yəni taxta və sair ləvazimatların yerləşdiyi dar keçid olmuş, Təqsirləndirilən şəxs də həmin keçiddən keçərək Zərərçəkmiş şəxs həyətinə keçmiş, digər oğlu Gümrah isə sonuncunun qarşısını almaq üçün arxasınca getmişdir. Həmin vaxt o, ailə üzvləriylə birlikdə dərhal küçəyə çıxaraq Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsinin darvazasının qarşısında durmuşlar. Təqsirləndirilən şəxs bu vaxt Gümraha “get Qurbanın darvazasının qapısını arxadan aç” – deyə söyləmiş, sonuncu qaçaraq Zərərçəkmiş şəxs həyətinin qapısını açmış, ilk öncə Şahid1, daha sonra isə o, Əsmə və Fərhad içəri daxil olmuşlar. Əsmər isə, ümumiyyətlə, çox qorxduğu, stress və həyəcan içində olduğundan Zərərçəkmiş şəxs darvazasının ağzında dayanmış, içəri daxil olmamışdır. Bundan sonra Məzahir və Zərərçəkmiş şəxs digər ailə üzvləri stulla, həmçinin ventilyatorun alt hissəsi ilə oğlu Təqsirləndirilən şəxs baş nahiyəsinə zərbələr vurmuşlar. Gördüyü qədəri ilə Könül və Oruc əllərinə nə əşya keçirdisə, Təqsirləndirilən şəxs və ailələrinin digər üzvlərinə, o cümlədən də ona tərəf atıb vurması üçün Məzahirə vermişlər. Daha sonra Zərərçəkmiş şəxs oğlu Məzahir Əsməyə tərəf yaxınlaşaraq Əsməni əli ilə itələmiş və Əsmə əvvəlkinin yerdə uzanıqlı vəziyyətdə olan bədəninin üzərinə yıxılmış və üstü qana bulanmışdır. Onlar artıq həmin vaxt başa düşmüşlər ki, Zərərçəkmiş şəxs bıçaq xəsarəti alıb, bundan başqa hadisə vaxtı Məzahir evlərinin qapısının girişində olan hasar daşını götürüb Fərhada tərəf atmış, lakin bu vaxt Gümrah Fərhadın önünə keçərək sonuncunun xəsarət almasının qarşısını almağa çalışmış, nəticədə həmin hasar daşı Gümrahın kürək nahiyəsinə dəymişdir. Həmçinin Zərərçəkmiş şəxs arvadı Könül əlindəki baltanı götürüb çölə çıxmış və qonşuları Teymurun qapısını həmin balta ilə döyəcləməyə başlayıb sonuncunu səsləmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs əlindəki bıçağı sonuncunun əlindən almış, ailə üzvləriylə birlikdə həmin həyətdən çölə çıxmışlar və dərhal qaçaraq evlərinə gəlmişlər. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini görməmiş, həyədən çıxan zaman sonuncunun yerdə uzanıqlı vəziyyətdə qaldığını görsə də, ölüb-ölmədiyini bilməmişdir. Evlərinə gəldikdən sonra Təqsirləndirilən şəxs “102 Zəng Mərkəzi”nə zəng edib cinayət hadisəsi törətdiyini bildirmiş, polis əməkdaşları evlərinə gəldikdə sonuncu özü könüllü təslim olmuşdur. Hadisəyə səbəb Zərərçəkmiş şəxs və sonuncunun oğulları - Oruc və Məzahirin əri Şahid1 qarşı zor tətbiq etmələri, hədələmələri və söymələri olmuşdur. Təqsirləndirilən şəxs də atasının belə təhqirlərə məruz qalmasını qeyrətinə sığışdırmamış və Zərərçəkmiş şəxs qisas almaq istəmişdir. Hadisə baş verdikdən sonra qohuməqrəbalarından guya Zərərçəkmiş şəxs, Məzahir və Orucun həmin gün hadisə baş verməmişdən öncə Şahid1 döyməsinə səbəb sonuncunun Məzahirin nişanlasına söz atması olduğunu eşitmişlər. Lakin o və Şahid1, ümumiyyətlə bütün ailə üzvlərinin Məzahirin nişanlı olması məsələsindən qətiyyən xəbərləri olmamış, bunu Zərərçəkmiş şəxs ölümündən sonra bilmişlər. Hadisə vaxtı onun əlində hər hansı bir kəsici-deşici, yaxud sair silah, həmçinin silah qismində istifadə olunan alət(lər) olmamışdır. Bildiyi qədəri ilə hadisə vaxtı Təqsirləndirilən şəxs əlində Zərərçəkmiş şəxs evinə getməzdən öncə evlərinin mətbəxindən götürüb apardığı bıçaq olmuş, həmin bıçağı sonuncunun mətbəxdən nə zaman və hansı formada bıçaq götürməsini görməmişdir. Bundan başqa hadisə vaxtı Zərərçəkmiş şəxs arvadı Könülün əlində balta olmuş, sonuncu həmin balta ilə ona və ailə üzvlərinə xəsarət yetirmək istəyən zaman onlar Könülün zərbəsindən bir neçə dəfə yayınmışlar. Həmçinin Zərərçəkmiş şəxs əlində çəkic olmuş, həmin ankı qarışıqlıq və həyəcanla əlaqədar olaraq şəxsən görməsə də, Təqsirləndirilən şəxs deməsinə görə Zərərçəkmiş şəxs həmin çəkiclə Təqsirləndirilən şəxs sinə nahiyəsinə xəsarət yetirmişdir. Hadisədən sonra o, həqiqətən də sonuncunun sinə hissəsinin göyərdiyini görmüşdür. Ümumiyyətlə isə hadisə nəticəsində konkret olaraq o, arvadı Günay, oğlu Gümrah və qızı Əsmə xəsarət almış, həmin xəsarətləri onlara Oruc və Məzahir yetirmişdir. Hadisə yerində mərhum Zərərçəkmiş şəxs başqa konkret olaraq oğulları Oruc, Məzahir, Ayxan, arvadı Könül, o, Təqsirləndirilən şəxs, Şahid1, Əsmə, Gümrah olmuşdur. Bundan başqa məhkəmə iclasında Qanuni nümayəndə verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs bıçaq götürməsini görməmişdir. O, həyətlərindən sonuncuya geri qayıtmasını qışqırmış, digər oğlu qapını açanda qarşı tərəfin stulları oğlunun üstünə tulladığını görmüşdür. Onlar heç kimə xəsarət yetirməmiş, elə bir şərait də olmamış, onlar sadəcə Təqsirləndirilən şəxs çölə çıxarmağa çalışmışlar. Əvvəllər mübahisələri olmamış, Zərərçəkmiş şəxs böyük oğlu onlara sataşmağa başlamış və nəticədə münasibət bu yerə çatmışdır.
14. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, hadisə günü saat 11 radələrində onlar evdə oturmuş, atası gedəndən yarım saat sonra Məzahir öz həyətlərində onları söyüb getmişdir. O, əsgərlikdə olan müddətdə aralarında söz-söhbət olmamış, onlar yəqin başqa adam haqqında danışdığını düşünmüşlər. Bir saat sonra atasıyla qardaşı qanın içində həyətə girmiş, bir qədər sonra qardaşını əlində bıçaq qaçanda görmüşdür. Evin arxasında Qurbangillə onların aralarında taxtalar olmuş, o, nə qədər etsə də, oradan keçə bilməmiş, taxtalar ayağına batmış, lakin Təqsirləndirilən şəxs artıq keçib getmişdir. Daha sonra o, güclə 2 dəqiqəyə oraya girmiş, girəndən sonra Təqsirləndirilən şəxs qapını açmasını bildirmiş, o, qapını açdıqda atasıgil içəri girmişdir. Bu zaman Zərərçəkmiş şəxs həyətdə yıxılmış vəziyyətdə olmuş, onlar da Təqsirləndirilən şəxs çölə çıxarmış, Oruc 9 yaşlı qardaşına daş atan zaman o daşın qabağına keçmiş və həmin daş da ona dəymişdir.
15. Bundan başqa məhkəmə iclasında Şahid7 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Qurbangilin həyətinə keçib söyüş söyərək çölə çıxmalarını istəmiş, sonuncunun əlindəkinin bıçaq olduğunu sonradan görmüş, Zərərçəkmiş şəxs yerdə qanlar içində uzanan vəziyyətdə görmüş, Qurban və oğlanları atasını əvvəlcədən döydüklərinə görə iki gözü də bağlanmış, sonuncu Zərərçəkmiş şəxs xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs onu görən kimi qapını açmasını bildirmiş, o, qapını açanda atasıgil 10 metr qapıdan uzaqlaşmış, qapını açdıqdan sonra onları çağırmış və onlar da içəri girmişlər. Ailəsi içəri girəndə Qurban artıq yerdə uzanmış vəziyyətdə olmuş, onu kimin vurduğunu görməmişdir. Məzahirin anasının əlində balta olmuş, hadisədən sonra əlində balta ilə qonşu Teymurun qapısını döymüşdür.
16. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahidlər Şahid2 və Şahid3 ifadələri elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7, Şahid1 və Qanuni nümayəndə ifadələrinə oxşar, eyni məzmunlu ifadə vermişlər.
17. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkilinin vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, cinayət işinin ibtidai istintaqı dövründə müstəntiqə ifadə vermiş, oxuyub imzalamışdır. Hadisə gecə vaxtı, saat təxmini 00:00 radələrində baş vermiş, qarşı həyətdə səs-küy eşitdiyindən dərhal evdən çölə çıxmış və səs tərəfə getdikdə Məzahirin darvazadan çöldə yerdə qanın içərisində olduğunu görmüşdür. Zərərçəkmiş şəxs meyiti isə evin həyətində yerdə olmuş və sonuncunun arvadı isə küçə boyu qaçaraq insanlardan kömək istəyirmiş. Bu zaman isə Etiqadgil öz qapılarına tərəf hərəkət edirmişlər. O, dərhal 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Polis gələn zaman Şahid1 “biz etmişik” deyə polisə məlumat vermişdir. Hadisə yerinə ilk o getmiş, digər qonşular ondan sonra gəlmişlər. Onun oğlu Məzahiri xəstəxanaya aparmış, bu zaman sonuncunun vəziyyəti ağır olmuş, oğlu gələndə artıq Etiqadgil evlərinə girmişdilər.
18. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i/v 65-66).
19. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (İ cild i/v 105-110).
20. Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İİ cild i/v 07-10).
21. Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İİ cild i/v 39-43).
22. Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 02 ay, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (İİ cild i/v 55-59).
23. xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman ayıq olmuşdur (İ cild i/v 117).
24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X11 Şəxsinin xx.xx.2025-ci il tarixli, 133 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər: sol ağciyərin aşağı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin sol yan səthinin orta üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; nazik bağırsağın müsariqə-arteyiya və venalarının zədələnmələri, kəskin qanitirmə ilə müşayiət olunan qarının sağ yan divarının – sağ qalça darağı proyeksiyasının daxilə - qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası; döş qəfəsinin sol yan səthinin yuxarı üçdə birinin daxilə - döş boşluğuna nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası; döş qəfəsinin sağ yan səthinin aşağı üçdə birinin daxilə - döş boşluğuna nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası; sağ dirsək nahiyyəsinin (1 ədəd), qarının ön divarının (1 ədəd) sıyrıqları. Qeyd olunan deşilmişkəsilmiş yaraları (cəmi 4 ədəd) deşici-kəsici alətin (alətlərin) deşici-kəsici təsirindən ölümdən az əvvəl törənmişlər, həyatidirlər; sağ dirsək nahiyyəsinin və qarının ön divarının sıyrıqları (cəmi 2 ədəd) küt əşya (əşyalar) təsirdən ölümdən az əvvəl törənmişlər, həyatidirlər, törənmə müddətləri onun meyitinin meyitxanada məhkəmətibbi müayinəsindən əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlirlər. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş xəsarətlərdən – Döş qəfəsinin sol yan səthinin orta üçdə birinin daxilə - döş boşluğuna nüfuz edən və sol ağciyərin aşağı payının zədələnməsi, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdir, həyatidir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. Yara kanalının istiqaməti arxadan bir qədər önə, soldan sağa, aşağıdan yuxarıya doğrudur, yara kanalının uzunluğu təxminən 12-13 sm-dir. Qarının sağ yan divarının - sağ qalça darağı proyeksiyasının daxilə - qarın boşluğuna nüfuz edən və nazik bağırsağın müsariqə-arteriya və venalarının zədələnmələri, kəskin qanitirmə ilə müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdir, həyatidir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. Yara kanalının istiqaməti sağdan sola, arxadan bir qədər önə, aşağıdan az yuxarıya doğrudur, yara kanalının uzunluğu təxminən 6-7 sm-dir. Döş qəfəsinin sol yan səthinin yuxarı üçdə birinin-sol qoltuqaltı nahiyyənin daxilə - döş boşluğuna nüfuz etməyən 1 ədəd, döş qəfəsinin sağ yan səthinin aşağı üçdə birinin daxilə - döş boşluğuna nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə canlı şəxslərdə sağlamlığa YÜNGÜL dərəcəli zərəvurma əlamətlərinə malikdirlər. Sağ dirsək nahiyyəsinin və qarının ön divarının sıyrıqları (cəmi 2 ədəd) istər birlikdə, istərsə də ayrı-ayrılıqda, canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol ağciyərin, nazik bağırsağın müsariqə-arteyiya və venalarının zədələnmələri nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 6-8 saat əvvəl baş vermişdir. Hadisə haqqında olan məlumatlara, xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, mərhum Zərərçəkmiş şəxs bədənində aşkar olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində olan deşilmiş-kəsilmiş yaralar qısa bir müddət ərzində yetirildiyindən onların ardıcıllığını təyin etmək mümkün deyildir. Mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində qeyd olunan deşilmiş-kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçaqla eləcə də o tipli digər bıçaqla yetirilə bilərdi. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir(İ cild i/v 221-227).
25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2025-ci il tarixli, 890 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Aparılmış psixoloji müayinənin nəticələrinə əsasəıı müəyyən edilir ki, Təqsirləndirilən şəxs idrak prosesləri, əqli-intellektual imkanlan normaya uyğun çıxış edir. Emosional-iradi sferasmda hər hansı dəyişiklik aşkar olunmur. O, etdiyi hərəkətlərin mahiyyətini və iş üçün əhəmiyyətli halları adekval olaraq qavramaq iqtidarındadır. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixı xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin sonuncuya ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması. əqli gerilık və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o. öz lıərəkəllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21- ci maddəsinin təsiri altma düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb- biçmək və onları idarə etmək iqtidarmdadır. Təqsirləndirilən şəxs məcburı müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özü və ətrafındakılara zərər yetirmək təhlükəsi müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (İİ cild i/v 65-69).
26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza və X4’’ Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 106-MTKŞ/2025 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab olunmur (İİ cild i/v 72-76).
27. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza və X4’’ Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 141/2025 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu – O (İ); Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu – O (İ); Şahid4 ABO sistemi üzrə qan qrupu – B (İİİ); Şahid5 ABO sistemi üzrə qan qrupu – B (İİİ) (təqdim olunan şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən). Tədqiqata təqdim olunan 01 ədəd bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri Oalfabe/1/ qruplu şəxsə (şəxslərə), o cümlədən Təqsirləndirilən şəxs və ya Zərərçəkmiş şəxs məxsus ola bilər (İİ cild i/v 77-81).
28. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, "Şağan-1" yaşayış massivi ərazisində yerləşən nömrəsiz fərdi evdir. Həmin yaşayış evinin yerləşdiyi küçə qumçınqıl örtüklə örtülmüşdür. Fərdi yaşayış evinin giriş hissəsində iki laydan ibarət olan yaşıl-qara rəngli dəmir materialdan hazırlanmış darvaza vardır, həmin darvazanın küçəyə çıxışı olan hissəsi isə təxminən 5 kv.m. sahəni əhatə edən daş örtüklə (səki ilə) örtülmüşdür. Fərdi yaşayış evinin yerləşdiyi həyətin yer səthi daş örtüklə (səki ilə) əhatələnmişdir. Həmin daş örtüyün üzərində həyətyanı sahənin giriş hissəsindən etibarən fərdi yaşayış evinin qapısına qədər məsafədə, eyni zamanda həmin giriş qapısı ilə fərdi yaşayış evinin girişinə qalxmaq üçün nəzərdə tutulmuş pilləkənlərin və həmin pilləkənlərin üzərinə sərilmiş qırmızı-sarı rəngli, naxışla işləməli xalçanın səthində sıçranmış formada, daş örtüyün (səkinin) səthi boyunca miqyas baxımından həyətboyu (fərdi yaşayış evinəqədərki) arealı əhatə edən qanabənzər ləkələr mövcuddur. Həyətyanı sahənin bir hissəsi ağaclarla və müxtəlif bəzək təyinatlı kollarla əhatələnmişdir. Həyətyanı sahədə 01 ədəd taxta materialdan hazırlanmış stul, 01 ədəd göy rəngli vedrə, 01 ədəd paltaryuyan, 01 ədəd bişmiş daşlardan tikilməklə hazırlanmış bulaq vardır. Eyni zamanda həyətyanı sahənin sağ tərəfində giriş hissəsi ağ-sarı rəngli saplarla işlənərək hazırlanmış, eni və uzunluğu təxminən 03 metr olan parça ilə örtülən, içərisində müxtəlif məişət əşyaları olan saxlanc otağı yerləşir. Hadisə baş verən həyətyanı sahənin daş örtüyünün (səkinin) üzərində 01 (bir) ədəd safari rəngli, "VAZ" markalı, "**-BJ-***" dövlət qeydiyyat nişanlı avtomobil aşkar edildi. Həmin avtomaşın nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında mülkiyyətçi olaraq Şahid4 məxsusdur. Baxış keçirilərkən müəyyən olundu ki, avtomaşın marka olaraq "VAZ"dır, model olaraq "21061 MİNİK"dir, tip olaraq "SEDAN"dır, mühərrik nömrəsi "9475559"dur, ban nömrəsi "XTA210610G1480443"dür, mühərrikin həcmi "1600"dür, qeydiyyat tarixi "xx.xx.2023"dür, istehsal tarixi "1986"dır, qeydiyyat nişanı "**-BJ-***"dir, mülkiyyətçi olaraq fiziki şəxs Zərərçəkmiş şəxs məxsusdur. Avtomobil 04 (dörd) dörd qapı və 01 (bir) baqaj hissəsindən ibarətdir. Avtomaşının salonunda və baqaj hissəsində yük yoxdur. Avtomobilin mühərrik bölməsini örtən metal qapağın sol tərəfində, avtomobilin sürücü üçün və sərnişinin sol tərəfdən əyləşməsi üçün nəzərdə tutulmuş arxa giriş qapısında, baqaj bölməsini örtən metal qapağın üzərində və həmin metal hissənin sol tərəfində qanabənzər ləkələr aşkar edildi. Avtomaşının hər hansı bir hissəsində nəzərəçarpan zədə, yaxud başqa destruktiv hal aşkar edilmədi. Avtomaşında maddi sübut əhəmiyyətinə malik hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Hadisə baş verən fərdi yaşayış evinin həyətinin sol tərəfində eni 1-1,5 metr, üst hissəsi isə açıq şəkildə olan keçid, yəni dəhliz müəyyən edildi. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs qonşudurlar və evlərinin hasarları bitişik olmaqla yanaşıdır. Hadisə baş verən fərdi yaşayış evinin həyətinin sol yan tərəfində hər iki həyətlə əlaqəsi olan dar bir keçid (dəhliz) nəzərdə tutulmuşdur. Həmin keçid isə işlək deyildir, həmçinin arada hər hansı bir qapı, o cümlədən başqa bir maneə yoxdur. Həmin keçiddə bir neçə tikinti materialı, yəni taxta və sair ləvazimatlar yerləşir. Daha sonra qonşuluqda yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə keçildi. Təqsirləndirilən şəxs könüllü təslim olarkən cinayəti törətdiyi alət olan bıçağı pəncərənin kənarına qoyduğunu bildirmişdir. Evin pəncərəsinin kənarına baxıldıqda bir ədəd üzərində qanabənzər ləkələr olan bıçaq aşkar edildi. Həmin bıçaq maddi sübut əhəmiyyətinə malik ola biləcəyi üçün müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Hadisə yerində başqa maddi sübut əhəmiyyətinə malik hər hansı bir əşya və ya predmet aşkar edilmədi (İ cild i/v 2-4).
29. Meyitə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, meyitin xarici müayinəsi: təşrih masası üzərində Zərərçəkmiş şəxs meyiti uzadılmışdır. Meyitin əynində qara rəngli şalvar, şalvarın belində qaramtıl-qəhvəyimtil rəngli kəmər, qara rəngli tursik vardır. Paltarlar geyinilmiş, qanla çirklənmişdir. Meyit kişi cinslidir, düzgün bədən quruluşlu, yaxşı köklükdədir. Meyitin boyunun uzunluğu 175 smdir. Meyit qacıması müayinə olunan əzələ qruplarında yaxşı inkişaf etmişdir. Meyit ləkələri gövdənin və ətrafların arxa səthlərində solğun-göyümtül-bənövşəyimtil rəngdə olub, barmaqla təzyiq etdikdə rəngsizləşir, təxminən 3-4 dəqiqəyə əvvəlki rənginə bərpa olunur. Başın tükləri qara rəngdə olub 1,5-2 sm-ə qədər uzunluqdadır, alın-təpə nahiyyəsində tökülmüşdür (keçəldir), əllə yoxladıqda kəllə sümükləri bütövdür. Gözləri yarıaçıqdır, bəbəklər dairəvidir, 0,5 sm diametrindədirlər, ağlı qişalar tək- tək qırmızı rəngli, nöqtəvari qansızmalıdır. Hər iki qulaq dəlikləri ifrazatsızdır. Burun və ağız keçəcəklərində qanlı ifrazat vardır. Burun sümük və qığırdaqları əllədikdə bütövdür. Ağzı yarıaçıqdır, dili ağız boşluğundadır. Dişləri tək-tək olub, karieslidir. Boynu gövdəyə uyğun inkişaf etmişdir, adi uzunluqda və yoğunluqdadır. Döş qəfəsi silindirik formadadır, simmetrikdir. Qarnı qabırğalar qövsü səviyyəsindədir, simmetrikdir. Arxa keçəcək ifrazatsızdır. Yuxarı və aşağı ətrafları düzgün formalaşmışdır, əllədikdə sümükləri bütövdür. Xarici müayinə zamanı bədəni üzərində aşağıdakı xəsarətlər aşkar olundu: Döş qəfəsinin sol yan səthinin yuxarı üçdə birində - sol qoltuqaltı nahiyyədə orta qoltuq xətt üzrə 3,0x1,0 sm ölçüdə 1 ədəd kənarları hamar və qansızmalı bucaqları iti yara vardır, zondla yoxladıqda yara daxilə döş boşluğuna nüfuz etmir, yara kanalının istiqaməti arxadan önə, soladan az sağa, aşağıdan bir qədər yuxarıya doğrudur, yara kanalının uzunluğu təxminən 7-8 sm-dir; Döş qəfəsinin sol yan səthinin orta üçdə birində - orta qoltuqaltı xətt üzrə 4,0x1,2 sm ölçüdə 1 ədəd kənarları hamar, mənfəzi aralı və qansızmalı bucaqları iti yara vardır, zondla yoxladıqda yara daxilə döş boşluğuna nüfuz edir, yara kanalının istiqaməti arxadan bir qədər önə, soldan sağa, aşağıdan yuxarıya doğrudur, yara kanalının uzunluğu təxminən 12-13 sm-dir: arxa qoltuqaltı xətt Döş qəfəsinin sağ yan səthinin aşağı üçdə birində üzrə 1,7x0,5 sm ölçüdə 1 ədəd çəp istiqamətli, kənarları hamar, mənfəzi aralı və qansızmalı bucaqları iti yara vardır, zondla yoxladıqda yara daxilə döş boşluğuna nüfuz etmir; Qarnın sağ yan divarının – sağ qalça darağı proyeksiyası üzrə 2,0x0,8 sm ölçüdə 1 ədəd kənarları hamar, mənfəzi aralı və qansızmalı, bucaqları iti yara vardır, zondla yoxladıqda yara daxilə qarın boşluğuna nüfuz edir, yara kanalının istiqaməti sağdan sola, arxadan bir qədər önə, aşağıdan az yuxarıya doğrudur, yara kanalının uzunluğu təxminən 6-7 smdir; Sağ dirsək nahiyyəsində 3,0x2,0 sm ölçüdə 1 ədəd qeyri-müəyyən formalı, qarının ön divarında 15,0x2,0 sm ölçüdə 1 ədəd uzunsov-boylama istiqamətli, üzərləri ətraf dəri səviyyəsindən aşağı, qırmızımtıl rəngli sıyrıqlar vardır. Meyitin xarici müayinəsində digər xəsarət və dəyişiklik aşkar edilmədi. Meyitin xarici müayinəsi zamanı mərhum Zərərçəkmiş şəxs əynində olan 01 (bir) ədəd qara rəngli şalvar maddi sübut əhəmiyyətinə malik ola biləcəyi üçün tərəfimdən müvafiq qaydada qablaşdırılmaqla götürüldü (İ cild i/v 11-15).
30. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, "Şağan-1" deyilən ərazidir. Hadisə yerində iştirak edən Şahid1 bildirdi ki, göstərdiyi ərazidə Zərərçəkmiş şəxs və ailə üzvləri tərəfindən hücuma məruz qalmışdır və həmin şəxslər taxta parçası ilə onunla birlikdə oğlu Təqsirləndirilən şəxs də döymüşlər. Əraziyə baxıldıqda yer asfalt örtüklüdür. Yolu hər iki yanı hasarla əhatələnmişdir. Hadisə yerinə baxış zamanı hasarın yaxınlığında 01 (bir) ədəd, ümumi uzunluğu 1,45 m, eni orta hissədə 5,0 olan taxta- ağac (reyka parçası) aşkar edildi. Şahid1 hadisə zamanı qarşı tərəfin həmin taxta parçasından istifadə etdiyini bildirdi. Taxta parçanın uc hissəsində 02 (iki) ədəd mismar, orta hissədə 01 (bir) ədəd ucları taxtadan xaricə çıxmış mismar pərçimlənmişdir. Taxta üzərində qəhvəyimtil-qonur rəngli, qanabənzər maddə ilə çirklənmə müşahidə edildi. Həmin 01 ədəd taxta parçası maddi sübut əhəmiyyətinə malik ola biləcəyi üçün tərəfimdən müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Hadisə yerində başqa maddi sübut əhəmiyyətinə malik hər hansı bir əşya və ya predmet aşkar edilmədi (İ cild i/v 45-48).
31. xx.xx.2024-cü il tarixli qanuni nümayəndənin təyin edilməsi və cinayət prosesində iştirak etməyə buraxılması haqqında qərardan görünür ki, H.A.Hacıyeva Təqsirləndirilən şəxs qanuni nümayəndə təyin edilmiş və cinayət prosesində iştirak etməyə buraxılmışdır (İ cild i/v 51-52).
32. 15.10.2024-cü il tarixli qərardan görünür ki, Şahid6 Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır (İ cild i/v 200-201).
33. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşlarına təqdim etdiyi bıçağı hadisə vaxtı cinayətin aləti kimi istifadə etdiyini və həmin bıçağı polis əməkdaşlarına təhvil verdiyini bildirmişdir. 01 ədəd həmin mətbəx bıçağı dəstək və tiyədən ibarətdir. Bıçağın ümumi uzunluğu 27 sm-dir. Bıçağın dəstəyi qəhvəyimtil rəngli ağac materialdan olub hər iki tərəfdən 03 ədəd boz rəngli metal fiksəedicilərlə korpusa bərkidilmişdir. Bıçağın dəstəyinin uzunluğu 12,0 sm, eni orta hissədə 3,0 sm, qalınlığı 2,0 sm-dir. Bıçağın tiyəsi və dəstəyi bozumtul rəngli sərt metaldan olub kəsər və küt kənardan ibarətdir. Bıçağın tiyəsinin uzunluğu 15,0 sm, eni orta hissədə 4,0 sm, qalınlığı 0,2 sm-dir. Kəsər və küt kənarlar qövsşəkilli birləşir, şiş ucluq əmələ gətirir. Bıçağın dəstək və tiyəsi üzərində qəhvəyimtil-qonur rəngli qanabənzər maddə ilə çirklənmə müşahidə edilir (İ cild i/v 79).
34. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-in xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs adı mərkəzdə qeydiyyatda yoxdur (İİ cild i/v 34).
35. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild i/v 248).
36. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd bıçaq və 01 ədəd taxta parçası cinayət işi üzrə maddi sübut kimi tanınmış və rayon prokurorluğunun maddi sübutlar otağında saxlanması nəzərə alınmışdır (İİ cild i/v 82-110).
37. Xəzər RPİ-in 2-ci PŞ-in rəisinə ünvanlanan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan, özünü təqdim etməyən bir qadın 103 xidmətinə zəng edərək qonşusunun evində bir nəfərin balta ilə vurularaq öldürülməsi, öldürülən şəxsin kişi cinsindən olması, digər 1 nəfərin yaralanması barədə məlumat vermişdir. (İ cild i/v 114).
38. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinə “Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi və bu barədə 102 xidmətinə zəng vuraraq məlumat verib-verməməsi barədə məlumatın əldə edilməsi” ilə bağlı göndərilmiş sorğuya xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, arxivlərin saxlanma müddəti bitdiyindən sorğunun icrası mümkün olmamışdır.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
39. Təqsirləndirilən şəxs məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 120.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və bildirir ki, mərhum Zərərçəkmiş şəxs uşaqlıqdan bəri qohumu və qonşusu kimi tanıyır. Belə ki o, ailəsi ilə birlikdə 2014cü ildə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən nömrəsiz fərdi evə köçmüş, həmin evdə o, atası Şahid1, anası Günay, bacıları – Əsmər və Əsmə, qardaşları – Gümrah və Fərhadla birlikdə yaşayır. Zərərçəkmiş şəxs da həmin vaxt ailəsi ilə birlikdə onların qonşuluğunda yaşamış, ilk vaxtlar aralarında hər hansı bir problem, düşmənçilik və şəxsi ədavət olmasa da, bir qədər sonra aralarındakı şəxsi münasibətlər pozulmağa başlamışdır. Buna səbəblərdən biri Zərərçəkmiş şəxs böyük oğlu Məzahirin idarə etdiyi avtomaşının təkərlərini yerində dövr etdirməklə, yəni belə demək mümkündürsə, “buksavatlamaqla” qardaşı Gümrahın üzərini palçıqla ləkələmişdir. Həmçinin Məzahir bir neçə dəfə Gümrahın qarşısını kəsərək getməsinə imkan verməmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs arvadı Könül onun anası Günayla bir neçə dəfə sözlü mübahisə etmiş, bir-birlərinə qarşı təhqiramiz ifadələr işlətmişlər. Həmçinin təxminən beş-altı il bundan öncə Zərərçəkmiş şəxs onun ailəsini polisə vermiş, şöbəyə yazdığı şikayət ərizəsində vurğulamışdır ki, guya onlar əvvəlkinin evinə hücum etmişdir. Hadisə günü, yəni 06 oktyabr 2024-cü il tarixdə saat 00:00 radələrində mən “Şağan-2” adlanan ərazidəki oyun salonunda dostlarıyla bərabər oyun oynadıqdan sonra yaşadığı evə qayıtmışdır. Adətən atası Şahid1 spirtli içki qəbul etdikdən sonra evə qayıtdığı üçün, yolu rahat gələ bilməsinə kömək etmək məqsədilə sonuncunu qarşılamışdır. Həmin gün də yenə eyni səbəbdən gecə evdən çıxmış, üzü mərkəz istiqamətdə, magistral yolun yan hissəsində piyada gedərkən Zərərçəkmiş şəxs, sonuncunun övladları Məzahir və Orucun qarşısı kəsmişlər. Məzahir ondan atasının yerini soruşmuş, o bilmədiyini qeyd etdikdə sonuncu “yalançının var-yoxunu s....m” deyə bildirmiş, o isə cavabında “lap da elə, mən də yalan deyənin var-yoxunu s...m” deyə qeyd etmişdir. Bunu dedikdən sonra Zərərçəkmiş şəxs ona yaxınlaşaraq əli ilə üz nahiyəsinə yumruq zərbəsi endirmiş, ardınca Məzahir də onu vurmuşdur. Onun burun nahiyəsindən qan açılmışdır. Daha sonra Oruc onları aralamış, get, atanı gətir demişdir. O, Zərərçəkmiş şəxs, Məzahir və Orucun əlində hər hansı bir kəsici-deşici alət, yaxud silah və silah qismində istifadə edilən əşya görməmişdir. Daha sonra o, “bir az gözləyin, gələcəyəm” deyərək oradan uzaqlaşmışdır. Əvvəlcə atasının mütəmadi olaraq əyləşdiyi “Nar” adlanan kafeyə getmiş, atasını orada tapmadıqda toy axşamı məclisinin keçirildiyi məkana getmiş, sonuncunun dostları ilə birlikdə oturub və söhbətləşdiyini görmüşdür. O, atasına yaxınlaşaraq Zərərçəkmiş şəxs, Məzahir və Orucun onun qarşısını kəsərək döydüklərini, eyni zamanda əvvəlkini axtardıqlarını bildirmişdir. Atası və o, birlikdə məclisdən çıxaraq yaşadıqları evə tərəf getmiş, magistral yolun kənarından məhləyə doğru getmək istədikdə “Şağan-1” adlanan yerdə Zərərçəkmiş şəxs, Məzahir və Oruc onlara tərəf yaxınlaşaraq heç bir söz və hər hansı bir əsaslı səbəb söyləmədən üzərilərinə hücum etməyə başlamışlar. Zərərçəkmiş şəxs, Məzahir və Oruc həmin vaxt ona və atasına yumruqla zərbələr endirmiş, həmin vaxt Məzahirin və Orucun əlində uzunluğu təxminən bir metr yarım olan taxta materialdan hazırlanmış iki çubuq olmuşdur. Həm Zərərçəkmiş şəxs, həm Məzahir, həm də Oruc həmin taxta çubuqlarla ona və atasına dəfələrlə zərbələr endirərək bədənlərinin müxtəlif nahiyələrinə xəsarətlər yetirib qaçmışlar. Həmin vaxt atası içkili olduğuna görə özünü müdafiə edə bilməmiş, o isə ayıq olduğu üçün az da olsa özünü müdafiə edə bilmişdir. Atasın sifət nahiyəsi pis vəziyyətdə olduğu üçün bir anlıq sonuncunun öləcəyini düşünmüş, daha sonra atasına kömək edib evə gətirmişdir. Həmin vaxt evdə o, atası Etiqad, anası Könül, bacıları – Əsmər və Əsmə, qardaşları – Gümrah və Fərhad olmuşdur. O, dərhal heç kimə xəbər vermədən evin içərisinə qaçaraq mətbəxdə yerləşən şkafı açmış və oradan qəhvəyi rəngli dəstəsi olan, gümüşü rəngli tiyəyə malik, tiyəsinin uzunluğu təxminən 15 santimetr olan bıçaq götürərək evdən arxa həyət tərəfdən çıxaraq Qurbangilin həyətinə keçmişdir. Belə ki, onların evi ilə Zərərçəkmiş şəxs evinin arasında təxminən eni yarım metr olan dar bir yol yerləşir və həmin yol hər zaman açıqdır. Həmçinin həmin yol yalnız onun yaşında və çəkisindəki insanlar keçə biləcəyi ölçüdədir. Məhz bu səbəblə də əlindəki mətbəx bıçağı ilə dərhal qaçaraq həmin dar yola daxil olmuş və Zərərçəkmiş şəxs evinin olduğu həyətyanı sahəyə keçid etmişdir. Həyətyanı sahəyə daxil olan kimi “Çıx bayıra, çıx bayıra” – deyə qışqırmağa başlamış, bir neçə saniyədən sonra həmin dar keçiddən qardaşı Gümrah çıxaraq gəlmişdir. Bu zaman Zərərçəkmiş şəxs və sonuncunun ailəsi evlərinin qarşısındakı pilləkənə çıxaraq orada dayanmış, o, Zərərçəkmiş şəxs çağırsa da, sonuncunun ailə üzvləri buna imkan verməmişlər. Bu vaxt Zərərçəkmiş şəxs ailə üzvlərindən biri sonuncuya qara rəngli dəstəsi olan bir çəkic vermiş, Zərərçəkmiş şəxs həmin çəkiclə onu vurmaq istəyəndə o, sağ əlindəki mətbəx bıçağını sonuncunun qarın nahiyəsinin sağ tərəfindən bir dəfə olmaqla vuraraq xəsarət yetirmişdir. İkinci dəfə də bıçaq zərbəsi endirmək istəsə də, həmin bıçaq zərbəsinin Zərərçəkmiş şəxs dəyib-dəymədiyi həmin anın həyəcan və stressi ilə yadında qalmamışdır. O, Zərərçəkmiş şəxs və ailəsinin sayının çox olmasını düşünərək qardaşı Gümraha “get Qurbanın darvazasının qapısını arxadan aç” deyə bildirmişdir. Həmin vaxt onun ailə üzvləri Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsinin darvazasının arxasında duraraq ondan heç kimə zərər vurmamasını xahiş etmişlər. Gümrah qaçaraq qapını açdıqda ailə üzvləri həyətyanı sahəyə daxil olaraq onu kənarlaşdırmağa çalışmışlar. Bundan sonra Məzahir və Zərərçəkmiş şəxs digər ailə üzvləri stulla, həmçinin ventilyatorun alt nahiyəsi ilə onun baş nahiyəsinə və ailə üzvlərinin bədəninə zərbələr vurmuşlar. Lakin bir az sonra Zərərçəkmiş şəxs xəsarət alması bilindiyindən, mübahisə sanki dayanmış və onunla birlikdə ailə üzvləri də həmin həyətdən çıxıb öz həyətlərinə keçmişlər. Bıçağı xatırladığı qədərilə həyətlərində pəncərənin çöl kənarına qoymuşdur. O, Zərərçəkmiş şəxs ölüb-ölmədiyini dəqiq bilməsə də, evdə olarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə zəng edərək cinayət hadisəsi törətdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları gəlmiş və o, könüllü surətdə təslim olmuşdur. O, cinayəti törətməsinə səbəb kimi Zərərçəkmiş şəxs və sonuncunun oğulları - Oruc və Məzahirin atasını döymə, hədələməi və söymələri olmuş, bir oğul övladı kimi atasının belə təhqirlərə məruz qalmasını qeyrətinə sığışdırmamış və Zərərçəkmiş şəxs qisas almaq istəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs onların qonşuları olmuş, 2015-2016-cı illərdən sonuncunun özü və ailəsi ilə münasibətləri pozulmuş, o həmin vaxtlar uşaq olmuşdur. O, ailələrinin nə üçün yola getmədiklərinin konkret sənəbini bilməmiş, əvvəllər Qurbangil onlardan polisə şikayət etmişdir. Atası içkili olduğundan o, evə gələndə sonuncunu qarşılamaq üçün evdən çıxmış, ilk dəfə qarşısını Zərərçəkmiş şəxs, Oruc və Məzahir kəsmişdir. O, sonuncuların onun qarşısını kəsmələrinin səbəbini sonradan öyrənmiş, səbəb guya atasının Zərərçəkmiş şəxs yanında söyüş söyməsi olmuş, sonuncu həmin vaxt heç nə deməmiş, əslində isə atası heç kimi söyməmişdir. Küçədə atası ilə birgə döyüləndən sonra o, çox həyəcanlı olmuş, polisə zəng etmək yadına düşməmiş, həmçinin həmin vaxt üzərində telefon olmamışdır. Hadisə gecə 12-1 radələrində olmuş, 10-15 dəqiqə sonra isə o, Zərərçəkmiş şəxs vurmuşdur. O, mətbəxdən bıçağı götürən zaman atası bunu görməmiş, Zərərçəkmiş şəxs vurmaq onun özünün qərarı olmuş, qardaşı Gümrah qapını açmağa gedəndən sonra Zərərçəkmiş şəxs üstünə gedərək sonuncuya 4 bıçaq zərbəsi vurmuş, məqsədi Zərərçəkmiş şəxs öldürmək olmuşdur. Zərərçəkmiş şəxs hadisə zamanı əlində olan çəkiclə onu sinəsindən vurmuşdur. O, sonuncunu 4-cü dəfə vurandan sonra oğlanlarından biri onu başından nə iləsə vurmuş, o, pilləkəndən yerə yıxılmış, onun Zərərçəkmiş şəxs vurmasını oğlanları və arvadı görmüşdür. Zərərçəkmiş şəxs yerə yıxılandan sonra sonuncunun ailəsi onun başına toplanmış, o, ailəsi ilə birlikdə həyətdən çıxmış, evə gəldikdən sonra polisə zəng etmişdir. Hadisə zamanı istifadə etdiyi bıçaqda yalnızca Zərərçəkmiş şəxs qanı olmuş, o başqa heç kimi bıçaqla vurmamışdır. Hadisə günü o da xəsarət almış, başı partlamış, atasının burnu qırılmış, sonuncunun bədənində taxta izləri olmuşdur. O, Zərərçəkmiş şəxs vuranda onun ailəsi həyətdə olmadıqlarından hadisəni görməmiş, yalnızca “etmə” deyə ona səslənmişlər. Belə ki, onun Zərərçəkmiş şəxs həyətinə keçdiyi yol dar olduğundan atası həmin yoldan keçə bilməmişdir. Qardaşı isə onun getdiyi görüb arxasınca gəlmiş, əlindəki bıçağı yəqin ki, görmüşdür. O, içkili vəziyyətdə kiməsə sataşıb bu əməli törətmiş olsaydı peşman olardı, lakin hazırkı halda əməlindən peşman deyil. Daha sonra əməlindən peşman olmadığını və məhkəmədən hər hansı bir xahişinin olmadığını bildirmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
40. Maddə 120.1. Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
41. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
42. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
43. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 44.Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
45. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
46. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün- ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.
47. Maddə 85.5. Azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. X2a cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir.
48. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
49. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
50. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. 51.Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
52. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. 53.Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 54.Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
55. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 56.Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 57.Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir). 58.Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:
59. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:
60. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarı:
61. Bənd 2. Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir.
62. Bənd 3. “Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır 63.Bənd 21. Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “X2ın cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli Qərarı:
64.Qərarın 21-ci bəndi. CM-in 55 və 85-ci maddələrinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən, hökm çıxarılanadək 18 yaşı tamam olmayan şəxslər ümumi və ya möhkəm rejimli tərbiyə müəssisələrində yerləşdirilirlər. Bu zaman yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar isə cəzalarını möhkəm rejimli tərbiyə müəssisələrində çəkməlidirlər. Yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət (o cümlədən xüsusilə ağır cinayət) törətmiş şəxs hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdə isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməlidir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarı:
65. Qərarın 37-ci bəndi. ...Cinayət işlərinə məhkəmədə baxılarkən şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar müəyyən edildikdə, məhkəmələr bunu şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirməli və bundan irəli gələrək CPM-də nəzərdə tutulmuş hüquqi vasitələrlə (məsələn, vəkilin bu şəkildə şübhəli şəxsin müdafiəsindən imtina etməsi haqqında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını məlumatlandırmaqla, icraatı aparan təhqiqatçı, müstəntiq barədə xüsusi qərar çıxarmaqla) həmin pozuntuya münasibətini bildirməlidirlər
Avropa Məhkəməsinin Presedent Hüququ:
66. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).
Məhkəmənin hüquqi dəyərləndirməsi:
67. Beləliklə, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs qəsdən öldürmə, yəni sonuncunu qəsdən həyatdan məhrum etmə cinayətini törətməsi özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, meyitə, hadisə yerinə baxış keçirilməsi haqqında protokollar, fotoşəkillər, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 120.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 50-ci bəndi).
68. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək “xx.xx.2024-cü il tarixdə, təxminən saat 01 radələrində Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdikdən sonra evlərinə gedərək qardaşının 051 *** ** ** saylı mobil nömrəsi ilə 102 xidmətinə zəng vuraraq həmin şəxsi bıçaqla vurduğunu” bildirsə də, qeyd olunan məlumatla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinə göndərilmiş məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, arxivlərin saxlanma müddəti bitdiyindən sorğunun icrasının mümkün deyildir (hökmün 39-cu bəndi).
69. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi ilə qeyd etdiyi yuxarıda göstərdiyi halla bağlı qeyd edir ki, cinayət işi materiallarında olan raporta əsasən Zərərçəkmiş şəxs öldürülməsi ilə bağlı məlumatı 102 xidmətinə bir nəfər qadın cinsindən olan şəxs vermişdir (hökmün 37-ci bəndi).
70. Həmçinin məhkəmə araşdırması zamanı şahid G.Ə.Hüseynova ifadəsində göstərmişdir ki, hadisə yerinə getdikdən sonra Zərərçəkmiş şəxs meyitinin sonuncunun evinin həyətində yerdə olmasını, Etiqadgilin isə öz qapılarına tərəf hərəkət etdiyini görmüş və o, dərhal 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir (hökmün 17-ci bəndi).
71. Məhkəmə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin (vəkilinin) və Zərərçəkmiş şəxs yaxın qohumları olan şahidlərin əvvəlkinə Təqsirləndirilən şəxslə yanaşı onun atası Şahid1 tərəfindən də bıçaqla xəsarətlər yetirilməsinə dair izahat və ifadələrinə münasibət bildirərək qeyd edir ki, qeyd olunan halla bağlı Zərərçəkmiş şəxs yaxın qohumları olan şahidlərin ifadələri ziddiyyətli olmaqla yanaşı, biri digərinin dediyi sözlərdən alınmış məlumatlardır və hadisənin obyektiv təsviri ilə üst-üstə düşmür.
72. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza və X4’’ Publik Hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 141/2025 saylı rəyindən də görünür ki, tədqiqata təqdim olunan 01 ədəd bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Bu qan ləkələri Oalfabe/1/ qruplu şəxsə (şəxslərə), o cümlədən Təqsirləndirilən şəxs və ya Zərərçəkmiş şəxs məxsus ola bilər (hökmün 27-ci bəndi).
73. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 40-45-ci bəndləri).
74. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
75. Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman yetkinlik yaşına çatmamasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.
76. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.
77. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
78. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
79. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmadığı əsas götürülərək, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman cinayət qanunvericiliyinin yetkinlik yaşına çatmayan şəxslərlə bağlı müddəları nəzərə alınmalıdır.
80. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 64-cü bəndi).
81. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə onun barəsində xx.xx.2024-cü ildən hesablanmaqla barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (i/v 65, 105-110).
82. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2024-cü ildən hesablanmalı və həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 18, 54, 55-ci bəndləri).
83. İş üzrə maddi sübutlar Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd bıçaq və 01 ədəd taxta parçası məhv edilməlidir (hökmün 52-ci bəndi).
84. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 57-ci bəndi).
85. Həmçinin məhkəmə hesab edir ki, Bakı Şəhəri Xəzər Rayon Prokurorluğunun müstəntiqi X5 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalı və həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməlidir.
86. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 48 və 56-cı bəndləri).
87. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
88. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 oktyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut Bakı şəhəri Xəzər rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 01 ədəd bıçaq və 01 ədəd taxta parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 42 saata görə 462 (dörd yüz altmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Bakı Şəhəri Xəzər Rayon Prokurorluğunun müstəntiqi X5 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli