Məhkəmə qərarları › İş №1(101)-1506/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1506/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1506/2023 22.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X6-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 17 saylı Vəkil Bürosunun üzvü Müdafiəçi, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun üzvü X1 iştirakları ilə məhkəmədə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub həmin ünvanda da yaşamüş, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 29 mart 2023-cü il tarixdə saat 22:30 radələrində Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PBnə gətirilmiş, polis bölməsində xidməti otaqda dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən siqaret qutusunun şəffaf sel o fanma bükülmüş bir ədəd bükümdə, təmiz çəkisi 7,253 qram olan külli miqdarda qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, 29 mart 2023-cü ilin tarixində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən dənizkənarı bulvarda gəzərkən siqaret qutusunun şəffaf selofanına bükülmüş bağlama qarşısına çıxmıxşdır. Həmin büküm ona maraqlı gəldiyindən o, bükümü açmış və içərisində narkotik vasitə olduğunu görəndə sonradan məhv etmək məqsədilə cibinə qoymuşdur. Həmin tarixdə təxminən saat 22:30 radələrində polis əməkdalaşları ona yaxınlaşaraq onu Qaradağ RPİ-nin 38-ci polis bölməsinə dəvət etmişlər. O da üzərimdə olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitədən istifadə etməmiş, heç kimə verməmişdir. O, narkotik vasitə istifadəçisi deyil. Əvvəllər məhkum olunmamışdır. Üç azyaşlı uşağı var. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətəməkdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayır. Əvvəllər məhkum olunmamışdır. Ailəlidir. Üç azyaşlı uşağı var. Heç bir yerdə işləmir. Hər hansı psixi xəstəliyi yoxdur. 2023-cü ilin mart ayının sonlarında Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən dənizkənarı bulvarda gəzərkən siqaret qutusunun şəffaf selofanına bükülmüş maddə qarşısına çıxmışdır. Həmin büküm onda maraq kəsb etdiyindən qeyd olunan bükümü götürərək selofanı açmış və baxanda içərisində narkotik vasitə heroinə bənzər kütlənin olmasını görmüşdür. Həmin maddəni rənginə və toz halında olmasına görə narkotik vasitəyə oxşatmışdır. Buna görə də həmin selofanda olan kütləni götürüb özündə saxlamışdır ki, dənizkənarında gələn yeniyetmələr və uşaqlar götürüb istifadə etməsinlər. Bir gün ərzində həmin büküm onda qalmışdır. Lakin bu barədə heçkimə heçnə deməmişdir. 29 mart 2023-cü il tarixdə təxminən 22:30 radələrində yaşadığı ünvan 5 ünvanının qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını demişlər. Ona üzərində narkotik vasitə heroin olması barədə məlumat olduqlarını demişlər. Həmçinin qanunla qadağan olunan əşya və predmet olub-olmaması barədə sual verib izah etmişlər ki. onlarla birlikdə polis bölməsinə getməlidir. Bundan sonra polis işçiləri onu Qaradağ RPİ-nin 38-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün Bakı şəhəri. 10 saylı Vəkil Bürosundan vəkil dəvət edilmişdir. Vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. Şəxsi axtarışın video çəkilişlə keçiriləcəyi bildirilmişdir. O, buna etiraz etməmişdir. Şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl ona üzərimdə qanunsuz əşya, maddə və ya başqa hər hansı bir predmet olub-olmaması barədə suallar verilərək, əgər belə bir maddə üzərində varsa, polisə təqdim etməyi təklif olunmuşdur. O da əynindəki qara rəngli cins şalvarın sol yan cibində olan siqaretin şəffaf rəngli selofanına bükülmüş kütləni çıxararaq təqdim etmişdir. Həmin selofan açıldıqda içərisindən toz halında olan qəhvəyi rəngli maddə aşkar olunmuşdur. O, həmin maddəni neçə gün əvvəl Sahil qəsəbəsindən dənizkənarı bulvardan tapdığını demişdir. Maraq kəsb etdiyinə görə üzərində gəzdirmişdir. Həmin maddədən istifadə etməmişdir. Heç kimə verməmiş sadəcə olaraq üzərimdə saxlamışdır. O, narkotik vasitə qəbul etmir. Həmin narkotik vasitəni dənizkənarından tapmışdır. Ondan aşkar olunan narkotik vasitədən heçkimə satmamış və verməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmamışdır. Şahid1 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxsi xidməti vəzifəsinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. Özü Qaradağ RPİ-nin 38-ci PBdə əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxsda narkotik vasitələrin olması barəsində əməliyyat məlumatı daxil olmuşdu. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Şahid2 və İsgəndərov Aqil ilə birlikdə 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Komsomol küçəsi 3 saylı binanın yanında müəyyən edib orada saxlamışlar. Özlərini təqdim edərək, Vüqarı bölməyə dəvət etmişlər. Vüqar da etiraz etməyərək onlarla birlikdə 38-ci polis bölməsinə getmişdir. Müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla Vüqarın üzərinə şəxsi axtarış keçirilərkən Vüqar bir ədəd bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olmasını və Sahil qəsəbəsində dənizkənarından tapdığını bildirmişdir. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadələrində göstərmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-də əməliyyat müvəkkili işləyir. Rütbəsi polis baş-leytenantıdır. Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar tanımışdır. Onunla heç bir münasibəti düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlayaraq daşıması barədə polis bölməsinə əməliyyat məlumatı daxil olmuş, məlumatla əlaqədar bölmə rəsinə məruzə olunmuşdur. Əməliyyat-axtarış qrupunun yaradılması barədə müvafiq əmr imzalanmışdır. Təxirə salınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq əməliyyat qrupu təşkil edilmişdir. Əməliyyat qrupuna o və bölmənin əməliyyat müvəkkili, polis mayoru Şahid2 daxil edilmişdir. Onlar Şahid2la xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində barəsində məlumat daxil olmuş Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu. Sahil qəsəbəsi Komsomol küçəsi 3 saylı binanın yanma getmişlər. Orada Təqsirləndirilən şəxs özümüzü təqdim edərək üzərində narkotik vasitə olması barədə polis bölməsinə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar onlarl birlikdə bölməyə getməli olduğunu izah etmişlər. O da buna etiraz etməmiş və onlarla birlikdə 38-ci polis bölməsinə gəlmişdir, Bölməyə gətirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin müvafiq maddələrində nəzərdə tutulmiş hüquq və vəzifələri izah olunmuşdur. Onun hüquqlarının müdafiə olunması üçün təhqiqatçı tərəfindən Bakı şəhəri 10 saylı Vəkil Bürosundan müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı video çəkilişlə Vüqar Sülüymanovun üzərinə şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. O da video çəkilişin və üzərinə şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Bölmənin əməliyyat müvəkkili X8 tərəfindən video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə, əşya olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən siqaretin şəffaf selofanına bükülmüş bir ədəd bükümü çıxararaq təqdim etmişdir. Onun təqdim etdiyi bir ədəd bükümün içərisinə baxdıqda, orada qəhvəyi rəngli, iysiz maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olmasını və Sahil qəsəbəsində dənizkənarından tapdığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunla qadağan olunmuş maddə aşkar edilməmişdir. Onun üzərindən aşkar olunan maddə zərfə qoyularaq DİN-in 47 saylı möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi halları təsdiq etdi. Şahid X8 ifadələrində göstərdi ki, Təqsirləndirilən şəxsi xidməti vəzifəsi ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. 29 mart 2023-cü il tarixdə Vüqarın üzərində narkotik vasitə gəzdirməsi barəsində məlumat daxil olmuşdu. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Komsomol küçəsi 3 saylı bina istiqamətində saxlamışlar. Daha sonra onu polis bölməsinə dəvət etmişlər, o da buna etiraz etməmiş, onlarla birlikdə polis bölməsinə gəlmişdir. Daha sonra bölmədə onun üzərində şəxsi axtarış aparılmış Təqsirləndirilən şəxs isə şalvarın cibindən bükümü çıxararaq təqdim etdi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X8 ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar tanımışdır. Onunla heç bir münasibəti düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlayaraq daşıması barədə 38-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuş, məlumat bölmə rəsinə məruzə olunduqdan sonra əməliyyat-axtarış qrupunun yaradılması barədə müvafiq əmr imzalanmışdır. Təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq əməliyyat qrupu təşkil edilmişdir. Əməliyyat qrupuna o və bölmənin əməliyyat müvəkkilləri, polis baş-leytenantı Şahid1 Kamil oğlu və Şahid2 daxil edilmişdir. Şahid2la Şahid1 xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində barəsində məlumat daxil olmuş Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Komsomol küçəsi 3 saylı bina istiqamətində getmişlər. Bir neçə dəqiqədən sonra həmin əməkdaşlar Təqsirləndirilən şəxs 38-ci polis bölməsinə gətirmişlər. Bölməyə gətirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin müvafiq maddələrində nəzərdə tutulmiş hüquq və vəzifələri izah olunmuşdur. Onun hüquqlarının müdafiə olunması üçün təhqiqatçı tərəfindən Bakı şəhəri 10 saylı Vəkil Bürosundan müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı onun tərəfindən video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılacağı izah edilmişdir. O da video çəkilişin və üzərinə şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə, əşya olduğu halda təqdim etməsi təklif olunmuşdu. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən siqaretin şəffaf selofanına bükülmüş bir ədəd bükümü çıxararaq təqdim etmişdir. Onun təqdim etdiyi bir ədəd bükümün içərisinə baxdıqda, orada qəhvəyi rəngli, iysiz maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olmasını və Sahil qəsəbəsində dənizkənarından tapdığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunla qadağan olunmuş maddə aşkar edilməmişdir. Onun üzərindən aşkar olunan maddə zərfə qoyularaq DİN-İn 47 saylı möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs polis bölməsinin əməkdaşları tərəfindən bölməyə gətirilərkən onun hüquqlarının müdafiə olunması üçün vəkil dəvət edilmişdir. Bu müddət ərzində və sonra da ona qarşı heç bir zor tətbiq edilməmiş, psixi təsir olunmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 29 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində həmin tarixdə şəxsi axtarış keçirilmiş, axtraış zamanı üqar.Süleymanov əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümü təqdim edib masanın üzərinə qoymuşdur. Həmin büküm açılarkən onun içərisində qəhvəyi rəngli, iysiz, toz şəkilli, narkotik vasitəyə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlənin nə olduğunu və haradan əldə etdiyini soruşulduqda Təqsirləndirilən şəxs da həmin bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu, Qaradağ rayonu, Sahil qəsəbəsində dənizkənarında yerdən tapdığını bildirmişdir. Bundan sonra həmin büküm iştirakçıların qarşısında bir ədəd zərfə qoyularaq qablaşdırılmış və hər biri tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 30 mart 2023-cü il tarixli, 6/1844 nömrəli rəyindən \.rünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N47" möhür əksi olan. “Şübhəli şəxs Təqsirləndirilən şəxs” və s. sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 7,253 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narlotik vasitə heroindir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, 29 mart 2023cü il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 7,253 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq hissəsini təşkil edən 7,153 qram çəkidə narkotik vasitə heroin saxlanması üçün maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə hərəkətlərini özündə əks etdirən bir ədəd rəqəmsal vidio disk «DVD» sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, ona elan olunmuş ittihamda nəzərdə tutulan narkotik vasitənin ona aidiyyəti yoxdur, o, narkotik vasitəni təsadüfən tapmış və sonradan atmaq məqsədi ilə cibinə qoymuş, bundan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri araşdırılarkən həmin ifadələri təsdiq edən sübut müəyyən olunmadı. Əksinə onun saxlanılıb polis bölməsinə aparılmasını həyata keçirmiş və bu iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları onun ifadələrinində göstərilən halları təkzib etdilər. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Konstitutsiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası hüququna əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşadığını qeyd edir. O isə həmin halları təsdiq edən sübut(lar)u təqdim etmədi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, biləbilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Məhkəmənin qənaətinə görə bu hallar özlüyündə Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi halları inkar edir. Bu səbəbdən də, məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir və onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini əsas götürür. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyinin, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1 ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili X4 tərəfindən ona 25 (iyirmi beş) saat hüquqi yardım göstərilməsi və buna görə ona 150 (yüz əlli) manat pul ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini və Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmasını əsaslı sayır. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 115 (yüz on beş) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləğin Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş, ekspertiza təqdiqatından sonra qalıq qalmış, ümumi çəkisi 7,153 qram narkotik vasitə olan heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulub 31 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı qismən etirafedici ifadələr verməsini, himayəsində üç azyaşlı uşağının olmasını və əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatlar nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və ona qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzası təyin edildiyini nəzərə alaraq təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş məhkəmənarkoloji ekspertizasının 08 aprel 2023-cü il tarixli, 2011 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs NARKOMANİYA XƏSTƏLİYİ aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-cü maddəsi ilə təqsirli bilinsin və ona 03 ( üç ) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs narkomaniya ilə əlaqədar olaraq ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 115 (yüz on beş) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə göstərilən hüquqi yardıma görə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili X3 ödənilməsi üçün 150 (yüz əlli) manat Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs müdafiəçiyə ödənilən məbləği ödəməkdən azad olunsun, ekspertiza xərcələrini təşkil edən 115 (yüz on beş) manat manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş ekspert tədqiqatından sonra qalıq hissəni təşkil edən 7,153 qram narkotik vasitə olan heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Bir ədəd rəqəmsal video disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsəgrova-Məməmdova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar