Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1506/2025 29.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X5 və X1 ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhislli, fərdi əməklə məşğul olmuş, məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, 1 nömrəli Zeytun Sovxozu, ev 9-da qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri etməyə cəlb etmə cinayətini təkrar törətmişdir. Belə ki, xx xxxxxx 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs özünün cinsi ehtirasını təmin etmək məqsədi ilə 2025-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida 2 yaşayış massivi, bina 39, 32-ci giriş, 6-cı mərtəbə, mənzil 4-də on dörd yaşma çatmayan xx xxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs zor tətbiq etmədən dodaqlarından öpərək əlləri ilə sonuncunun sinə nahiyyəsinə və cinsiyyət orqanına toxunmaqla əxlaqsız hərəkətlər törətmişdir. Bundan başqa, o, təkrarən, özünün cinsi ehtirasını təmin etmək məqsədi ilə 2025-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida 2 yaşayış massivi, bina 39, 32-ci giriş, 6-cı mərtəbə, mənzil 4-də on dörd yaşına çatmayan xx xxxx 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs zor tətbiq etmədən dodaqlarından öpərək əlləri ilə sonuncunun sinə nahiyyəsinə və cinsiyyət orqanına toxunmaqla əxlaqsız hərəkətlər törətmişdir. Bundan başqa o, təkrarən, özünün cinsi ehtirasını təmin etmək məqsədi ilə 2025-ci ilin yanvar ayının ortalarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida 2 yaşayış massivi, bina 39, 32-ci giriş, 6-cı mərtəbə, mənzil 4-də on dörd yaşına çatmayan xx xxxx 2011 -ci il təvəllüdlü Zərərçəkmiş şəxs zor tətbiq etmədən dodaqlarından öpərək əlləri ilə sonuncunun sinə nahiyyəsinə və cinsiyyət orqanına toxunmaqla əxlaqsız hərəkətlər törətmişdir. Bundan başqa o, təkrarən, özünün cinsi ehtirasını təmin etmək məqsədi ilə 2025-ci ilin yanvar ayının axırlarında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida 2 yaşayış massivi, bina 39, 32-ci giriş, 6-cı mərtəbə, mənzil 4-də on dörd yaşına çatmayan xx xxxx 2011 -ci il təvəllüdlü Zərərçəkmiş şəxs zor tətbiq etmədən dodaqlarından öpərək əlləri ilə sonuncunun sinə nahiyyəsinə və cinsiyyət orqanına toxunmaqla əxlaqsız hərəkətlər törətmişdir. Bundan başqa o, təkrarən, özünün cinsi ehtirasını təmin etmək məqsədi ilə 2025-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida 2 yaşayış massivi, bina 39, 32-ci giriş, 6-cı mərtəbə, mənzil 4-də on dörd yaşına çatmayan xx xxxx 2011 -ci il təvəllüdlü Zərərçəkmiş şəxs zor tətbiq etmədən dodaqlarından öpərək əlləri ilə sonuncunun sinə nahiyyəsinə və cinsiyyət orqanına toxunmaqla əxlaqsız hərəkətlər törətmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.4.1-ci maddəsi ilə ittiham ona görə irəli sürülmüşdür ki, o, yuxarıda göstərilən üsulla on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri etməyə cəlb etmə cinayətini təkrar törətmişdir. Cinayət işi üzrə məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittiham mübahisələndirilərək, ittiham olunduğu cinayət əməlini törətmədiyi bildirilmişdir. Məhkəmədə ittiham tərəfini təmsil edən dövlət ittihamçısı ittiham tərəfinin təqdim etdiyi sübutların qanuniliyini, həmçinin təqsirləndirilən şəxsin cinayət əməlinin Cinayət Məcəlləsinin 153.4.1-ci maddəsi ilə tövsif edilməsini müdafiə etmişdir. Cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri: İşdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün əhəmiyyətli olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiqinin aparılmasından və iş üzrə həqiqətin müəyyən edilməsindən ötrü, həmçinin məhkəmə araşdırması zamanı proses tərəflərinin birini digəri qarşısında zəif duruma salmayacaq şərtlər daxilində hər bir tərəfin (həm ittiham, həm müdafiə tərəfinin) sübutlarını və mövqeyini təqdim etməsi şəraitində keçirilmiş məhkəmə araşdırmasında cinayət prosesi tərəflərinin dəlilləri, sübutların təsviri aşağıdakılardan ibarət olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə onun sinif yoldaşı vasitəsi ilə tanış olmuş və onunla qəsəbədə müxtəlif vaxtlarda birlikdə gəzmişlər. O, Zərərçəkmiş şəxs yaşadığı evinə 3-4 dəfə getmiş, sonra da yenə birlikdə qəsəbədə gəzmişlər. İttiham olunduğu cinayət əməli ilə bağlı bildirir ki, o, Zərərçəkmiş şəxs ancaq öpmüşdür, amma əli ilə ona toxunmamışdır. Həmçinin Gülayın köynəyini əynindən çıxarmamışdır. Zərərçəkmiş şəxs ona yaşını deməmişdir. O, düşünmüşdür ki, Gülayın 18 yaşı var. Onu Gülay ilə tanış edən Məryəm onun anasının rəfiqəsinin nəvəsidir. O, Məryəmin məktəbdə oxuduğunu bilirmiş, lakin Gülayın Məryəm ilə sinif yoldaşı olduğunu bilmirmiş. Məryəm onları tanış edən zaman Gülayın onun rəfiqəsi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, ona Gülayın neçə yaşı olduğunu heç kim deməmişdir. Sadəcə olaraq o, düşünürmüş ki, Gülayın 18 yaşı var. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi daha təfərrüatlı ifadələri elan olunmaqla tədqiq edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 14 fevral 2025-ci il tarixdə şübhəli şəxs, 15 fevral 2025-ci il və 31 may 2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi daha təfərrüatlı ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs 2024cü ilin fevral ayından tanıyır. Gülayı tanışı Məryəmin vasitəsilə tanımışdır. Məryəm ilə Gülay sinif yoldaşı olmaqla Hövsan qəsəbəsində yerləşən 172 saylı orta məktəbin 8-ci sinifində oxuyur. Gülayı Məryəm ilə birlikdə görmüşdür. Məryəm onları tanış eləmişdir. Bundan sonra Gülay Məryəmin vasitəsilə ona xəbər göndərmişdir ki, ondan xoşu gəlir. Lakin buna əhəmiyyət verməmişdir. Bundan bir neçə ay sonra 2024-cü ilin yay aylarında Gülay ilə Hövsan kənd ərazisində parkda təsadüfən görüşmüşdür. Həmin vaxtı Gülay qızlar ilə birlikdə gəzirmiş. Onu gördükdən sonra ayrılaraq yanına gəlmişdir. Gülay ilə bir qədər gəzmişlər. Bundan sonra Gülay ilə bir-birlərinə nömrələrini vermişlər. Bundan sonra Gülay ilə mütəmadi danışıraq görüşmüşlər. Gülay ilə həmişə parkda görüşürmüş. 2025-ci ilin yanvar ayının əvvəllərində Gülay onunla əlaqə saxlayaraq onu evlərinə dəvət etmişdir. Evlərində olan zaman Gülay onunla öpüşmək istədiyini bildirmişdir. Bundan sonra Gülay ilə öpüşməyə başlamışdır. Gülay öz razılığı ilə onunla öpüşmüşdür. Öpüşən zaman onun bədəninə və cinsiyyət orqanına, Gülay isə onun bədəninə və cinsiyyət orqanına toxunmuşdur. Gülay ilə ilk dəfə öpüşən zaman onun üst paltarlarını çıxartmışdır. Əynində lifçiyi qalmışdır. Gülay ilə öpüşdükdən sonra ondan sağollaşıb ayrılmışdır. Bu minvalla bir neçə gündən bir olmaqla 2025-ci ilin fevral ayının əvvəllərinə qədər olan vaxt ərzində ümumilikdə 5 ya 6 dəfə Gülay onu evlərinə çağırmışdır. Hər dəfə evdə olan zaman Gülayın öz razılığı ilə öpüşmüşlər. Öpüşən zaman yenə də əlləri ilə bir-birlərinin bədəninə və cinsiyyət orqanlarına toxunmuşlar. Lakin ilk dəfədən başqa növbəti dəfələrdə Gülayın paltarlarını əynindən çıxartmamışdır. Hər dəfə paltarın üzərindən bir-birlərinə toxunmuşlar. 13 fevral 2025-ci il tarixdə Gülayın anası Vahidə ona zəng edərək barəsində polisə şikayət edəcəyini bildirmişdir. O da Vahidəyə özünün polisə gedəcəyini bildirmişdir. Öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs zorla ağzına salmaq istəməsi barədə sonuncunun göstərdiklərinin yalan olduğunu, belə bir hərəkət etmədiyini göstərmişdir. Zərərçəkmiş şəxs onunla görüşməsi barədə anasına deyəcəyi adı ilə qorxudaraq 200 maanat pul alması barədə sonuncunun göstərdiklərinin yalan olduğunu, Gülayın bunları özündən uydurduğunu göstərmişdir (iş vərəqə: cild İ, səh.37-39, 71-73, 183-184). Təqsirləndirilən şəxs elan olunmuş ifadəsi ilə bağlı verilmiş suallara cavab olaraq göstərmişdir ki, elan edilmiş ifadəsini təsdiq etmir. Orada yazılanlar doğru deyil. Cinayət işinə məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, həmişə olduğu kimi, Hövsan dairəsində sinif yoldaşı ilə gəzərkən Təqsirləndirilən şəxs onların qarşısına çıxmışdır. Bu zaman sinif yoldaşı Məryəm onları tanış etmişdir. Məryəm ona Mirağanın onun qohumu olduğunu bildirmişdir. Tanışlıqlarından təxminən bir ay sonra Mirağanı Hövsan qəsəbəsində görmüş və ona yaxınlaşaraq “siz Mirağasınız?” deyə sual vermişdir. Bu zaman Mirağa ona “bəli” deyə cavab vermişdir. Bir müddət onlar bir yerə parkda gəzişmişlər və bu zaman o, sadəcə öz həyatı barəsində danışmışdır. Bir-iki ay keçdikdən sonra onlar Hövsan qəsəbəsində MİDA 2-də ünvanında qarşılaşmışlar. Bu zaman Mirağa ona təklif etmişdir ki, birlikdə gəzişsinlər. 2025-ci il yanvar ayının 1-dən Mirağa artıq onlara gəlməyə başlamışdır. Evlərinin ünvanını Mirağaya o, özü demişdir. Mirağa ilk dəfə onlara gəlmiş və o, qapını açmışdır. Onlar birlikdə oturmuşlar. Sonra Mirağa yenə də onlara gələndə ona yaxınlaşmağa başlamışdır. Həmin vaxt o, evdə tək imiş. Onlar otağa keçmişlər və Mirağa ona yaxınlaşıb öpmək istəmişdir. Mirağa onun köynəyini çıxarıb əli ilə sinəsinə toxunmuş, onu öpmüşdür. Sonra təxminən həftədə 2-3 dəfə olmaqla dəfələrlə təkrar görüşmüşlər. Mirağa həmişə onlara gələndə anası işdə olurmuş. O, Mirağanın bu hərəkətlərini anasına deyəcəyini Mirağaya bildirdikdə Mirağa anasına söyləməməyini bildirmişdir. Bir müddət sonra o, daxilən içinə qapanmağa başlamışdır. Bu zaman anası nə baş verdiyini soruşduqda o, anasına hər şeyi danışmışdır. Zərərçəkmiş şəxs daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs onlara gələrkən onun anasının işdə olmasını və qardaşının isə həyətdə olmasını bilirmiş. Atası isə rayonda işlədiyinə görə rayonda yaşayır. Mirağa onlara gəlməmişdən əvvəldən zəng edib tək olub-olmadığını soruşurmuş. Mirağa onun 14 yaşı olmadığını bilirmiş. Mirağa ilə onun telefon əlaqəsi var imiş. Mirağa onu sevdiyini deyərək aldatmışdır. O, Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur, təqsirləndirlən şəxsə cəza təyin edilməməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan: _15 fevral 2025-ci il tarixli “üzləşdirmə” istintaq hərəkətinin protokolundan görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı vermiş olduğu etirafedici ifadəsini təsdiq etmiş, Zərərçəkmiş şəxs da onun dediklərini təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 86-88). _25 fevral 2025-ci il tarixli “baxış keçirilməsi haqqında protokol”dan və protokola əlavə olunmuş foto-cədvəldən görünür ki, hadisə yeri Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida 2 yaşayış massivi, bina 39, 32-ci giriş, 6-cı mərtəbə, mənzil 4-də baş vermişdir. Hadisə yerinə baxış keçirilməsində iştirak edən yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı əxlaqsız hərkətlər törətdiyi yeri göstərmişdir (iş vərəqə: cild İ, səh. 105-107). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X3” X6 13 mart 2025-ci il tarixli, 72 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 2011-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı müəyyən edilmişdir ki, onun qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir.
1. Zərərçəkmiş şəxsnm bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi.
2. Zərərçəkmiş şəxsnm arxa keçəçək dəliyi nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən hər hansı bir dəyişiklik və ya xəsarət izi aşkar edilmədi.
3. Zərərçəkmiş şəxsnm hamiləliyinin təyini üçün son menstruasiya tsiklindən 4 həftədən artıq müddət keçməli olduğu üçün Zərərçəkmiş şəxsnm USM-nə göndərilməsi məqsədə müvafiq hesab edilmədi. (iş vərəqə: cild İ, səh. 138-141). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 17 fevral 2025-ci il tarixli, 511 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs özündən uydurmaya patoloji meyillik müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs xarakterik xüsusiyyətlərində ünsiyyətçilik, emosionallıq, həmçinin yetkinlik yaşına məxsus müstəqilliyə və sərbəstliyə can atmaq müəyyən edilir. Zərərçəkmiş şəxs hadisə zamanı psixi vəziyyətində hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs əqli psixi inkişafına görə onunla yaranmış şəraitin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs özünün psixi yaş və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur (iş vərəqə: cild İ, səh. 143-145). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X3” X6 məhkəmə tibbi-bioloji ekspertizasının 07 may 2025-ci il tarixli, 161 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilməmişdir (iş vərəqə: cild İ, səh. 153-156). _Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 14 aprel 2025-ci il tarixli, 1158 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və sair sübut edir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi baş verən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətdiyi vaxtda onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (iş vərəqə: cild İ, səh. 157-160). _14 fevral 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə tutulmuşdur (iş vərəqə: cild İ, səh. 29). _Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 fevral 2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 14 fevral 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.81-85). _Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 21 may 2025-ci il tarixli tələbnaməsindən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 iyul 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 1 (bir) il 11 (on bir) 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonra Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 (iki) ay 14 (on dörd) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 09 aprel 2024-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır (iş vərəqə: cild İ, səh. 110-117, 118-133, 134-137, 150-152). _Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə məhkəmə baxışı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti yoxdur, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir (cinayət işinin materialları).
Hüquqi məsələlər. Məhkəmənin qiymətləndirməsi:
Məhkəmə hazırki cinayət işi üzrə təqdim edilmiş sübutların qəbuledilən olubolmamasını, onların çəkisini və kifayət qədərliyini tənzimləyən qayda və prinsiplərə istinad etməklə, işin faktiki hallarını yalnız həqiqiliyinə və əldə edilməsi hallarına heç bir şübhələr olmayan sübutları əsas götürmək yolu ilə müəyyən etməklə, tam, hərtərəfli və obyektiv araşdırmaya əsaslanan yekun qərarın qəbul edilməsi və məhkəmənin ittiham olunan şəxsin təqsirli və ya təqsirsizliyinə dair hökmünü formalaşdırmaq üçün yalnız qanunun istifadə etməyə icazə verdiyi hüquqi vasitələrə əsaslanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi çoxsaylı qərarlarında sərgilədiyi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında müəyyən edilmiş ədalətli məhkəmə araşdırması hüququnun təmin edilib-edilməməsi ilk öncə məhkəmə prosesləri zamanı çəkişmə prinsipinə riayət edilibedilməməsi, tərəflərin bərabərliyi prinsipinin təmin edilib-edilməməsi ilə, məhkəmə iclasında şəxsən iştirak etmək hüququnun, sübutların bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməsi ilə birbaşa əlaqədardır. Avropa Məhkəməsi çəkişmə prinsipinə riayət edilib-edilmədiyini müəyyənləşdirmək üçün adətən daxili məhkəmələrdəki araşdırmaların keyfiyyətini təhlil edərək müdafiə tərəfinin istər birinci instansiyada, istərsə də apellyasiya instansiyasında ərizəçiyə qarşı sübut qismində istifadə edilən materialları təkzib etmək imkanına malik olub-olmadığını (Rouv və Devisin işi), habelə daxili məhkəmələrin qərar çıxararkən müvafiq maraqları nə dərəcədə balanslaşdırdıqlarını müəyyənləşdirir. Tərəflərin bərabərliyi prinsipi tərəflərin hər birinə onu digər tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şərtlərlə öz mövqeyini əsaslandırması üçün ağlabatan imkanların yaradılmasını nəzərdə tutur (Brandştetter Avstriyaya qarşı). Açıq məhkəmə prosesində şəxsən iştirak etmək isə cinayət törətməkdə ittiham olunan şəxsin bu cür məhkəmə iclasında özünün xüsusi hüquqlarını şəxsən icra etmə imkanının tanınmasını nəzərdə tutur. Beləliklə də, məhkəmə, şərh edilən prinsiplər və əlamətlərlə səciyyələndirilən ədalətli məhkəmə araşdırması hüququnun hazırki cinayət işi üzrə məhkəmə araşdırması zamanı təmin edilməsi baxımından qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs iş üzrə keçirilmiş məhkəmə iclaslarında özünü şəxsən və vəkili vasitəsilə müdafiə etmiş, zərərçəkmiş şəxsin dindirilməsində, onun əleyhinə olan sübutların tədqiqində şəxsən iştirak etmiş, ona qarşı təqdim edilmiş sübutlarla bağlı öz dəlillərini bildirmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin araşdırılması və məhkəmədə baxılıb həll edilməsinə münasibətdə istinad edilən əməlin törədilməsi, həmin əməldə cinayət tərkibinin və onu cinayət kimi xarakterizə edən bütün əlamətlərin olub-olmaması sübutların köməyilə müəyyən edilir. Cinayət işi və bununla bağlı materiallar üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün kifayət edən sübutların cəmi sübutetmə həddini xarakterizə edir. Beləliklə, təqdim edilmiş obyektiv sübutların məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, həqiqətən də cinayət hadisəsi baş vermiş və təqsirləndirilən şəxslə əlaqəsi, onun əməlində cinayətin əlamətlərinin olması kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında araşdırılıb tədqiq edilmiş, sübutlar toplusuna məcmu halında qiymət verilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri etməyə cəlb etmə cinayətini təkrar törətmişdir. Məhkəmə həyata keçirilən mühakimə fəaliyyəti nəticəsində heç bir şübhəyə yer verməyən mütləq həqiqətin aşkarlanmasından ötrü ittiham tərəfinin təqdim etdiyi sübutları, təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi dəlilləri cinayət işinin materialları ilə qarşılıqlı şəkildə araşdırmış və məhkəmə araşdırması zamanı təqdim edilmiş obyektiv və mötəbər sübutların tədqiq edilməsi və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.4.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməsi birmənalı şəkildə sübuta yetirilmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini və ittiham olunduğu cinayət əməlini törətmədiyini göstərsə də, Təqsirləndirilən şəxs on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətməsi və həmin şəxsi cinsi zorakılıq hərəkətləri etməyə cəlb etməsi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri ilə, zərərçəkmiş şəxsin həm məhkəmə, həm də ibtidai istintaq zamanı verdiyi ifadələri, təqsirləndirilən və zərərçəkmiş şəxsin üzləşdirmə istintaq hərəkətləri zamanı ifadələrində göstərdikləri ilə, ekspertiza rəyləri öz təsdiqini tapmışdır. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi inkaredici hallar göstərilən obyektiv və mötəbər sübut növləri ilə və həmin sübutlara əsaslanan cinayət işinin faktiki halları ilə tam olaraq təkzib edildiyindən və heç bir faktla təsdiq olunmadığından inandırıcı hesab olunmamaqla məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmir və məhkəmə onun göstərdiyi həmin halları həqiqi olmayan və yalan məlumatlar olmaqla, cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün onun tərəfindən seçilmiş müdafiə üsulu (taktikası) və onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.4.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.4.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 153.4.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları ilə bağlı, yəni onun Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 (iki) ay 14 (on dörd) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi və 09 aprel 2024-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılması ilə bağlı qeyd edir ki, onun həmin məhkumluğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs həmin cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi 31 yanvar 2024-cü il tarixdən iki il müddət keçmədiyindən onun həmin məhkumluğu Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən ödənilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi onun əməlində cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsini nəzərə alınaraq, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 153.4.1-ci maddəsinin sanksiyası daxilində, cinayətlərin residivinə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 14 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 fevral 2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 14 fevral 2025-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır. Həmin Məcəllənin 158.2 və 158.2.1-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə və həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.4.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 23-cü bəndində göstərilmişdir ki, “....CM-in 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedaqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır.” Odur ki, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də ona əlavə cəza qismində dövlət və qeyri-dövlət müəssisələrində təhsil və təlim-tərbiyə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə kimi cəza da təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Hazırki cinayət işi üzrə maddi sübut yoxdur, qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak, habelə ekspertiza xərci müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə dövlət və qeyri-dövlət müəssisələrində təhsil və təlim-tərbiyə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 14 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan dövlət və qeyri-dövlət müəssisələrində təhsil və təlim-tərbiyə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Elnur Nuriyev Azər Tağıyev