Məhkəmə qərarları › İş №1(101)-1507/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1507/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1507/2024 10.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvələr məhkum olunmamış, Azərbaycan Respublikası FHN-nin DYMX-nin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 48 nömrəli yanğından mühafizə hissəsinin dispetçeri vəzifəsində işləmiş, daxili xidmət çavuşu rütbəsində xidmət etmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində xalasıoğlu Zərərçəkmiş şəxs və bibisi oğlu Şahid1 ilə sərxoş halda “Lilo” restoranından ayrılaraq yenidən spirtli içki qəbul etmək məqsədi ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 15 ünvanında yerləşən “Arada Beer” ictimai iaşə obyektinə gələrək, həmin obyektinin 1 nömrəli kabinetində yenidən spirtli içki qəbul edərkən, həmin vaxt Zərərçəkmiş şəxs edilən telefon zəngindən sonra, sonuncu bir xanımla görüşməli olduğu üçün getmək istədiyini bildirmiş, o, Zərərçəkmiş şəxs xanımla görüşmək üçün onlardan ayrılıb getmək istəyini, özü üçün qəbul edilməz hal hesab edib, bunu cüzi səbəb kimi bəhanə edərək əsassız mübahisə yaratmaqla, həmin gün saat 21:15 radələrində Zərərçəkmiş şəxslə birlikdə “Arada Beer” ictimai iaşə obyektini tərk edib, həmin obyektin qarşısında heç bir əsaslı səbəb olmadan aralarında yaranmış mübahisəni davam etdirərək alkoqol sərxoşluğun təsiri altında xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədilə yaxınlıqda saxladığı özünə məxsus “Kia rio” markalı **-BA-*** avtomobildən tiyəsi açılıb-qatlanan cib bıçağını götürüb Zərərçəkmiş şəxs yaxınlaşaraq həmin bıçaqla bir dəfə Zərərçəkmiş şəxs sol boyun nahiyyəsində zərbə yetirməklə həyat üçün təhlükəli, ölümün səbəbi ilə bilavasitə əlaqəsi olan sol ümumi yuxu arteriyasının, boynun yumşaq toxuma və əzələlərinin zədələnməsi və kəskin xaricə qanaxma ilə müşayiət olunan boyunun sol yan səthinin yuxarı 1/3-də 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara nəticəsində inkişaf etmiş kəskin xaricə qanaxma sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Etibar ona qardaş kimi olmuşdur. Xalası oğlu Etibar ona zəng etmiş və o Etibarı götürüb birlikdə restorana getmişlər. Restoranda olan zaman Etibara zəng gəlmişdir. O, Etibara onlara getməyi təklif etmişdir. Mübahisə onun Etibara qarşı çıxdığına görə olmuşdur. Belə ki, o içki sifariş etmiş və Etibarın getməsini istəməmişdir. Etibar onu vurmuşdur. Daha sonra onlar çölə çıxmış və aralarında olan dava davam etmişdir. Onun Etibarı öldürmək kimi bir niyyəti olmamışdır. Belə ki, onun Etibarı öldürmək kimi niyyəti olsaydı kabinetdə onu vuran zaman o Etibara nəsə edərdi. Onun məqsədi Etibarı qorxudub uzaqlaşdırmaq olmuşdur. Atdığı bıçaq Etibarın boyun nahiyyəsinə dəymişdir. Törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, uşaq vaxtından Etibarla münasibətləri yaxşı olmuşdur. Onların heç vaxt aralarında söz-söhbət olmamışdır. Etibara cəmi 01 bıçaq zərbəsi vurmuşdur. O, bıçağı atanda istiqaməti Etibarın qol hissəsinə götürmüşdür. Onlar restorandan çıxıb getmək istəmişlər. Ona görə də çölə çıxmışlar. Bibisi oğlu Həsrət də onlarla olmuşdur. İlk olaraq Etibar və o kabinetdən çıxmışlar. Həsrət isə sonradan gəlmişdir. Hadisə baş verən vaxt hava soyuq olmuş və qar yağırmış. Etibar xanımla görüşmək istəyirmiş, o da Etibarı qorumağa çalışmışdır. O, Etibar içkili olduğu üçün həmin vəziyyətdə harasa gedərsə Etibara nəsə olacağından qorxmuşdur. O, bıçağı maşından götürmüşdür. O içkili olduğundan, eytni zamanda aralarında olan mübahisə səbəbindən avtomobildən bıçaq götürmüşdür. Etibara onun gücü çatmazdı. Çünki Etibar idmançı olmuşdur. Münaqişə kabinetdə yaranmışdır. Etibar ona söyüş söymüşdür. Mərhumun həyatını itirməsi ilə bağlı qohumlarına o məlumat verməmişdir. Etibarı vurandan təxminən 5 dəqiqə sonra Etibarı öz maşını ilə aparmaq istəmiş, lakin polis əməkdaşları imkan verməmişlər. Etibarı xəstəxanaya onun avtomobili ilə çatdırmışlar. Etibara zəng edən xanım Etibarın keçmiş nişanlısı olmuşdur. Etibarla həmin qız ayrılmış və Etibarın ailəsi də ona sonuncunu həmin qızdan uzaq tutmağı tapşırmışdır. Etibarın nişanlısı Etibarın işinə və s. problem yarada bilərmiş. O, bıçağı Etibarı qorxutmaq üçün götürmüşdür. Hər ikisi də içkili vəziyyətdə olmuşlar. Qızın ailəsi Etibarın ailəsinə uyğun olmadığı üçün ayrılmışlar. Etibarın keçmiş nişanlısını adını bilmir. O, Etibarın nişan mərasimində iştirak etməmişdir. Mübahisə başlanandan sonra aralarında söyüş olmuşdur. O, xalasına Etibarın nişanlısının evinə gedərək üzüyü qaytarmasını bildirsə də xalası ona “Sən onun yaşıdısan, fikrini Etibara bildir” demişdir. O, Etibarın nişanlısını söyməmişdir. Etibarın psixoloji problemləri var imiş. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, hadisə baş verən gün qar yağırmış. O evdə oturmuşdur. Oğlu ilə 2 dəfə telefonla danışmışdır. Oğlu Bakıya getməyə israr etmişdir. Təxminən saat 22 radələri olarmış ki, oğlu Bəxtiyarın bıçaqlandığını və dünyasının dəyişdiyini bilmişdir. O, birinci buna inanmamışdır. Bəxtiyar idmançı olduğu üçün düşünmüşdür ki, bıçaq ona heç nə edə bilməz. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, iki ailə arasında heç vaxt problem olmamışdır. Onlar mehriban ailə olmuşlar. İki uşaq arasında ola bilsin ki, nə vaxtsa söz-söhbət olmuşdur. Yusifin hərəkətləri Etibarın xoşuna gəlmirmiş. Etibar Yusifin ərköyün olduğunu deyirmiş. Ona Etibarın ölüm xəbərini gəlini vermişdir. Gəlininə isə Etibarın nişanlısı demişdir. Etibar Avrasiya Universitetini bitirmişdir.Etibar Bakıda oxuyan zaman Yusifgildə qalırmış. Digər oğlu İbrahim də universitetdə oxuyan vaxt Yusifgildə qalmışdır. Yusiflə Etibar arasında hər hansı konfiliktin olduğunu eşitməmişdir. Etibar idmançı olmuşdur. Yusifin Etibarı döyməyə gücü çatmazmış. Etibar nişanlı olmuşdur. Samirə Əliyevanı xatırlamır. Samirə Əliyevagilə elçiliyə getmişlər. Elçilik vaxtı Samirə Əliyevaya qızıl üzük vermişlər. Həmin üzüyün geri qaytarılması ilə bağlı heç bir təşəbbüs göstərməmişlər. Həyat yoldaşının üzüyün geri qaytarılması barədə Yusifə yazmasından xəbəri yoxdur. O, təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş ƏÇPA-nın 4-cü Patrul bölüyünün polis nəfəri Şahid5 ifadə verərək bildirmişdir ki, inzibati qaydada xidmət aparan zaman adminstrator ona zəng edərək kafedə səs-küy yarandığını və bu səbəbdən yaxınlaşmalı olduqlarını onlara bildirmişdir. Hadisə yerində bir nəfər şəxsin qan içində olduğunu və bir neçə nəfər şəxsin onun yanında olduğunu görmüşlər. Təqsirləndirilən şəxs həmin şəxsi bilmədən bıçaqladığını bildirmişdir. Onlar dərhal Təqsirləndirilən şəxs qoluna qandal vurmuş və polis maşınına əyləşdirmişlər. Təqsirləndirilən şəxs, öz maşını ilə yaralını xəstəxanaya aparmaq istədiyini bildirsə də, onlar buna icazə verməmişlər. Təqsirləndirilən şəxs spritli içki qoxusu gəlirmiş. Yaralı şəxsi öz nəqliyyat vasitələrinə yerləşdirmişdir. Yanlarında başqa şəxs də olmuşdur. Təcili yardımı yola saldıqdan sonra hadisə yerinə qayıtmışdır. Yusifi 8-ci PB-nin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iclasında şahid ƏÇPA-nın 4-cü Patrul bölüyünün polis nəfəri Şahid5 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, hadisə onların xidməti ərazilərində baş vermişdir. Yusifi əvvəlcədən tanımamışdır. Yaralı “Mənə kömək edin” deyirmiş, lakin onu kimin vurduğunu bildirməmişdir. Yaralını Yusifin avtomobili ilə o xəstəxanaya aparmışdır. Sükan arxasında o olmuşdur. Maşında bir nəfər şəxs də olmuşdur. Həmin şəxs hadisə barədə məlumat verməmişdir. Şəxsi Bayılda yerləşən 3 saylı Xəstəxanaya aparmışlar. Çünki ən yaxın xəstəxana ora olmuşdur. Bıçağı Yusifin əlindən alaraq növbətçi hissəyə təhvil vermişlər. Yusif hadisə yerindən qaçmaq kimi cəhdlər etməmişdir. Yusif onlara müqavimət göstərməmişdir. Yusifin üzərində çapıqlar və yaralar olmuşdur. Yusifin sifətində yaralının qanı yox imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş ƏÇPA-nın 4-cü Patrul bölüyünün polis nəfəri Şahid4 Həmzə oğlu ifadəsində Şahid5 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs kafeyə hər zaman sakit gedib-gəlmiş və heç vaxt hər hansı bir münaqişə olmamışdır. Təqsirləndirilən şəxs hamıya hörmət qoyan insan olmuşdur. Məhkəmə iclasında Şahid3 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, hadisə günü o 4-5 dəfə kabinetə daxil olmuşdur. Kabinetdə 3 nəfər şəxs əyləşmişdir. Kabinetdə şəxslərin öz aralarında nəsə müzakirə etdiklərini görmüşdür. Onların səs tonu bir müddətdən sonra qalxmışdır. O, Yusifin kiməsə xəsarət yetirdiyini görməmişdir. Ən son hesabı istəyəndə Yusifin burnunun üstündə çapıq görmüşdür. O, bıçaqlanma anını görməmişdir. Hadisə baş verdiyini adminstratordan eşitmişdir. O, səs-küy olan kimi adminstratora xəbər vermişdir. Həmin şəxslər arasında olan müzakirənin mövzusuna qulaq asmamışdır. Stolun üstündə kəsici alət olmamış, yemək bıçağı və çəngəl olmuşdur. Yusifin üzündə qan var imiş. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, Yusifgil restorana gəlmişlər. O, Yusifgilə əyləşmək üçün kabinet vermişdir. Onlar oturub yeyibiçmişlər. Daha sonra ofisant gələrək səs-küy olduğunu ona bildirmişdir. O, kabinetə yaxınlaşanda isə onu içəri buraxmamışlar. Sonra Yusifin burnunun üstünün dağıldığını görmüşdür. Daha sonra qonşu otaqdan müştəri çıxaraq öz narazıçılığını bildirdikdən sonra o, ərazidə olan polisləri çağırmışdır. Məhkəmə iclasında Şahid2 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, söz-söhbət təxminən 10-15 dəqiqə çəkmişdir. O, bıçaqlanma anını görməmişdir. O, videonun polislərə verilməsində iştirak etməmişdir. O, həmin görüntüləri polisə verməmiş, eyni zamanda həmin kadrları da izləməmişdir. Kabinetdə Yusiflə gələn qonaqları ilk dəfə idi ki, görürmüş. Kabinetdə kiminsə əlində bıçaq görməmişdir. Kabinetdə səs-küy qopmuşdur. Orada əyləşən şəxslər biri-birilərinə nalayiq sözlər deyirmişlər. O, polis çağırmış və polislər təxminən 10-15 dəqiqə sonra gəlmişlər. Polis gələndə o çölə çıxmamışdır. O, bıçağı görməmiş, lakin yerdə qan izi görmüşdür. Hadisədən sonra polislər ona məlumat verməmişlər. O, polisləri mobil telefon vasitəsilə çağırmışdır. Çağırdığı polislər əraziyə baxan əməkdaşlar olmuşlar. Polislər Yusifin qolunu kəsdiyini bildirmişdir. Yusifgil kabinetdən çıxandan sonra o kabinetə daxil olmuşdur. Kabinet dağılmış vəziyyətdə olmuşdur. O, qapının arasından Yusifin burnunun üstünün qanadığını görmüşdür. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, o, 2020-ci ildən hazırki vaxta kimi Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 15 ünvanında yerləşən “Arada Beer” ictimai iaşə obyektində admistrator kimi çalışır. Təqsirləndirilən şəxs “Arada Beer” ictimai iaşə obyektinə tez-tez gəlib-gedən müştərilərdən olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə iki nəfər adları ona sonradan məlum olan Zərərçəkmiş şəxs və Şahid1la birlikdə “Arada Beer” ictimai iaşə obyektinə gələrək bir nömrəli kabinetdə əyləşmişlər. Həmin şəxslərə “Arada Beer” ictimai iaşə obyektində ofisiant Şahid3 qulluq etmişdir. Həmin şəxslər kabinetdə əyləşdikdən sonra meyvə assorti, “coca-cola” və badam sifariş etmişlər. Həmin şəxslər “Arada Beer” ictimai iaşə obyektinə özləri ilə spirtli içki gətirmişlər. Bir müddət keçdikdən sonra ofisiant Şahid3 ona yaxınlaşaraq 1 nömrəli kabinetdə əyləşmiş şəxslərin səs- küy saldığını bildirmişdir. O, həmin otağa yaxınlaşanda həmin otaqdan səs-küy gəldiyini və bir-birlərinə qarşı nalayiq ifadələr işlədiklərini eşitmişdir. O, otağa daxil olub həmin şəxslərə öz iradını bildirmək istədikdə Şahid1 onu qarşılayaraq “ağsaqqal narahat olma problem yoxdur, deyib” onu içəri girməyə qoymamışdır. Lakin o, həmin vaxt içəri boylandıqda Təqsirləndirilən şəxs burnun üzərində xəsarət olduğunu görmüşdür. Bir müddət keçdikdən sonra yenidən həmin şəxslər səs-küy salmağa başlamışlar. Bu zaman 2 nömrəli kabinetdə əyləşmiş müştərilər dəhlizə çıxaraq ona 1 nömrəli kabinetdən səs-küy gəldiyini bildirmişlər. O, isə həmin zaman ərazidə xidmət aparan çevik polis alayının əməkdaşlarına zəng edərək restoranda həmin şəxslərin səs-küy saldığını bildirmişdir. Daha sonra ofisiant Şahid3 ona yaxınlaşaraq həmin kabinetin hesabı istədiyini bildirmişdir. O, kassa-nəzarət aparatından çeki çıxararaq Şahid3 vermişdir. Şahid3 isə həmin çeki kabinetin giriş qapısının yanında dayanan Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs çeki götürdükdən sonra dərhal “Arada Beer” restoranını tərk etmişdir. Təxminən saat 21:15 radələrində işçilərin “Arada Beer” restoranın girişinin qabağına toplaşdığını görmüşdür. O, çölə çıxıb ətrafın qan içində olduğunu görçmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs PPX-nin avtomobilinin içində olmuşdur. Yusiflə birlikdə gələn Zərərçəkmiş şəxs və Şahid1 orada olmamışlar. Təxminən 3-5 dəqiqədən sonra 2-ci PPXnin avtomobili gələrək Təqsirləndirilən şəxs həmin ünvandan apardıqlarını görmüşdür. Lakin həmin restoranda olan işçilərdən nə baş verdiyi ilə maraqlandıqda onlar ona Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini bildirmişlər. Şahid2 ifadəsində daha sonra göstərmişdir ki, hadisə baş verən zaman “Arada Beer” restoranının işçiləri restoranın içində olmuşlar. Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 restorana daxil olan zaman içkili vəziyyətdə olmuşlar. O, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 əyləşdikləri 1 nömrəli kabinetə yaxınlaşan zaman onlar birbirlərinin ünvanlarına nalayiq ifadələr səsləndirmişlər.(cild 1, iş vərəqə 66-72) Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikdən sonra verilən əlavə suala cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadə verərək bildirmişdir ki, Yusif əməlindən çox peşmandır. Yusiflə xalası oğlunun davaları olmuşdur. Eitbar getmək istəmiş və Yusiflə Etibarın bununla bağlı aralarında mübahisələri olmuşdur. Məhkəmə iclasında Şahid6 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, vəfat etmiş xalası oğlu ilə münasibətləri yaxşı olmuşdur. X14 daha yaxın olmuşdur. Xalası oğlu ilə Yusifin bir dəfə mübahisələri olmuşdur. Etibar keçmiş nişanlısının yanına getmək istəyəndə qardaşı buna imkan verməmişdir. Etibar həmin qızı istəsə də, xalası onların bir yerdə olmasını istəməmişdir. O, hadisə yerində olmamışdır. Məlum hadisə barədə Yusif özü zəng edib bildirmişdir. Belə ki, Yusif hadisə baş verdiyini, Həsrət və Etibarla birgə xəstəxanaya getdiklərini bildirmişdir. Etibar tələbə olduğu dövrdə onlarda qalmışdır. Hadisə yerinə zəng olunandan yarım saat sonra çatmışlar. Yusifin burnunda xəsarət olmuşdur. Etibar Yusifi vurmuş və sonra aralarında mübahisə yaranmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmamışdır. Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirilən Zərərçəkmiş şəxs onun xalası oğludur. Təqsirləndirilən şəxs isə onun doğma qardaşıdır. Qardaşı Təqsirləndirilən şəxs xx.xx.1993- cü il Bakı şəhərində anadan olmuşdur. 2017-ci ildən etibarən FHN-nin Azərbaycan Dövlət Neft Şirkəti obyekti üzrə 48 saylı yanğından mühafizə hissəsində rabitəçi vəzifəsində fəaliyyət göstərmişdir. Qardaşı Təqsirləndirilən şəxs tutulduğu vaxtadək ünvan 5 ünvanında onunla və xx.xx.1964-cü il təvəllüdlü anası Ruhsabə İsmayılova ilə birlikdə yaşamışdır. X12 2018-ci ildə əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişmişdir. Subaydır. xx.xx.2024-cü il tarixdə yaşadığı ünvan 5 ünvanında olan zaman saat 23 radələrində tanımadığı polis əməkdaşı istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs boynundan bir bıçaq zərbəsi ilə vuraraq qətlə yetirdiyini bildirmişdir. X9 xalası oğlu Zərərçəkmiş şəxslə münasibətləri normal səviyyədə olmuşdur. Hər hansı bir dava-dalaşlarmm olmasını eşitməmişdir. (cildi, iş vərəqə 190-193) Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. Hadisə baş verən gün o evdə olmuşdur. Yusif ona zəng edərək Bayılda əyləşdiklərini bildirmiş və onu həmin yerə dəvət etmişdir. O Yusifə işinin olduğunu bildirərək bitdikdən sonra gələ biləcəyini demişdir. Az sonra mərhum Etibar ona zəng etmişdir. Etibar ona “Yusif sənə zəng edib mənim burda olduğumu deyir, sən niyə gəlmirsən, gəl səni gözləyirik” demişdir. O, Etibara hazırda işinin olduğunu, bitirdikdən sonra onların yanına gələcəyini bildirmişdir. O həmin kafeyə çatan zaman Yusiflə Etibar artıq içki içmiş və stola yeni araq gəlmişdir. O, stola əyləşmişdir. Onlar deyib-gülürmüş və hər şey öz qaydasında gedirmiş. Onlar yeyib-içdikdən sonra razılaşmışlar ki, evə getsinlər və həmin kafedən uzaqlaşmışlar. Onlar Yusifin idarə etdiyi avtomobillə gedən zaman şərab evinin qabağında Etibar Yusifə maşını saxlaması bildirmişdir. Onlar maşından düşmüşlər. Etibar şərab evindən viski və siqaret almışdır. Onlar həmin viskini içmək üçün “Aradabeer” kafesinə getmişlər. Onlar kabinetdə əyləşərək meyvə, meyvə şirəsi və pivə sifariş vermiş, eyni zamanda həmin viskini içməyə başlamışlar. Qəfildən Etibarın halı dəyişmiş və Yusifə qarşı nəlayiq ifadələr işlətməyə başlamışdır. Etibar Yusifə “sənə kim ixtiyar verib ki, mənim nişanlıma sms yazırsan, onu məndən qoparmaq istəyirsən, nişanlıma demisən ki, üzüyü qaytar” dedi. Yusif Etibara “mən sənin nişanlına öz istəyimlə yazmamışam, sənin valideynlərinin istəyi ilə yazmışam” deyə cavab verdi. Eyni zamanda Yusif Etibara içkili olduqlarını, səbrli olmasını və sonra söhbət edəcəklərini bildirmişdir. Yusif belə dedikcə Etibar daha da əsəbiləşmişdir. Etibar idmançı olduğundan Etibarı tutmaqda çətinlik çəkmişlər. Etibar qəflətən Yusifə kəllə ilə vurmuş və Yusifin burnundan qan açılmışdır. O, araya girərərək Etibarı ordan uzaqlaşdırmış və ayaq yoluna aparmışdır ki, üzünə su vursun, bir az özünə gəlsin. Onlar ayaq yolundan qayıdanda Etibar Yusifə “Gəl, biz çöldə söhbətimizi davam etdirək” demişdir. Etibar Yusifi çölə dəvət etmişdir. Yusifin gödəkcəsi kabinetdə qaldığı üçün o gödəkçəni götürməyə getmişdir. Yusifin maşını “Aradabir” kafesinin qabağında olmuşdur. Yusiflə Etibar maşının qabağında olmuşlar. O, Etibarla Yusifin yanına gəlmiş, lakin Yusifin bıçaq götürməsini bilməmişdir. Etibar yenə də Yusifin ünvanına nalayiq ifadələr işlətmişdir. Yusif Etibara bildirmişdir ki, “sən artıq həddini aşırsan, özünü apara bilmirsən, pərdəni keçirsən, belə olmaz, biz qohumuq”. Daha sonra Yusif qəflətən Etibarın boğaz nahiyəsindən bir dəfə bıçaq zərbəsi vurmuşdur. Bu zaman Etibarın boğazından qan gəlməyə başlamışdır. Onlar dərhal Etibarı xəstəxanaya çatdırmaq istəmişlər. Həmin anda polislər gəlmişdir. Etibarı xəstəxanaya aparanda yolda vəfat etmişdir. Məhkəmə iclasında Şahid1 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, “Aradabir” kafesinə gələndə onlar içkili olmuşlar. O birinci dəfə Etibarla Yusifin yanına gələndə sonuncular bir dənə araq içmişdirlər. O, gələndə stola yenidən bir araq gəlmiş və birlikdə içmişlər. Daha sonra isə yoldan aldıqları viskini içmişlər. Etibara zəng gəlmişdir. Etibar demişdir ki, işlə bağlı görüşü var. Daha sonra Etibar demişdir ki, “məni nişanlım gözləyir onunla görüşməliyəm”. Anası onlara bildirmişdir ki, Etibarı həmin qızın yanına getməyə qoymasınlar. Ailədə olan qeyd olunan söhbətin bir qismini bilir. Yusif Etibarın həmin qızın yanına getməsinə mane olmaq istəmişdir. Etibar həm söyüş söyürmüş, həm də Yusifi kəllə ilə vurmuşdur. Yusif Etibara bildirmişdir ki, “sən mənim atama söyürsən, söymə”. Onlar Etibarı sakitləşdirmək istəmişlər, lakin sakitləşdirə bilməmişlər. Etibar Yusifin atasına söydükdən sonra Yusif aqressivləşmişdir, çünki Yusifin atası rəhmətə getmişdir. Etibar idmançı olduğu üçün ona gücləri çatmamışdır. Yusif çox sakit olmuş və Etibarı qucaqlayaraq sakitləşdirməyə çalışmışdır. O, Etibarı sakitləşdirmək və ayıltmaq üçün üzünə su vurmağa aparmışdır. Həmin vaxt Yusif çölə çıxmışdır. Kəllə vurduqdan neçə dəqiqə sonra Yusifin çölə çıxması yadında deyil. Yusifin maşınında bıçaq olmasını bilməmişdir. Yusifin nə məqsədlə çölə çıxmasını bilmir. Etibarın üzünə su vurandan sonra demişdir ki, “biz kafedə olanları narahat edirik, çıxaq çöldə söhbət edək”. Yusif Etibara bıçaq vurduğu an o orada olmuşdur. Yusif maşından onlara tərəf gələndə o Yusifin əlində bıçaq görməmişdir. Yusif qəflətən bıçağı çıxardaraq Etibarı vurmuşdur. Yusif bir bıçaq zərbəsi vurmuşdur. Etibarı vurduqdan sonra Yusif Etibara yardım etməyə çalışmışdır. Yusifin maşını işlək vəziyyətdə olmuşdur. Yusiflə o Etibarı maşına qoyub xəstəxanaya aparmaq istəmişlər. Həmin vaxt polislər gəlmiş və Yusifin əlindən bıçağı almışlar. Mübahisəyə səbəb olan qız Etibarın birinci nişanlısı olmuşdur. Mübahisə baş verən zaman Etibar başqa xanımla nişanlı olmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, o, təxminən 7-8 aydır ki, "xxxx" MMC-də mühafizəçi kimi fəaliyyət göstərməklə ailəsinin maddi dolanışığını təmin edir. O, eyni zamanda Azerbaycan MMA (X17) Pankration & Grappling Federasiyasının üzvüdür. xx.xx.1993-cü il təvəllüldü Təqsirləndirilən şəxs və xx.xx.1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun bibisi oğludur. Təqsirləndirilən şəxs tutulduğu vaxtadək Azərbaycan Dövlət Neft Şirkəti obyekti üzrə 48 saylı yanğından mühafizə hissəsində rabitəçi vəzifəsində işləmiş və asudə vaxtlarda Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs kiçik serjant rütbəsini daşıyır. Digər bibisi oğlu Zərərçəkmiş şəxs isə rəhmətə getdiyi vaxta kimi Beyləqan rayonunda dislokasiya olunan “N” saylı hərbi hissədə zabit kimi xidmət etmiş və baş leytenant rütbəsində olmuşdur. Zərərçəkmiş şəxs son zamanlar Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında müvəqqəti məskunlaşmışdır. Zərərçəkmiş şəxs Bakı şəhərinə hərbi xidmətlə əlaqədar təşkil ediləcək kurslarda iştirak etmək məqsədi ilə gəlmişdir. Bildiyinə görə Etibarla Yusifin arasında əvvəllər ədavət və ya düşmənçilik olmamışdır. Etibar 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hər iki bibisi oğlu subay olmuşdur. Etibarın valideynləri hazırda Zərdab rayonunda yaşayırlar. O, həm Etibar, həm də Yusiflə yaxşı münasibətdə olmuşdur. O, 13 yanvar 2024-cü il tarixdə saat 17 radələrində evdə olduğu zaman Yusif ***-***-**-** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində, 5 saylı Doğum Evinin yaxınlığında yerləşən xəngəlxanada Etibarla birlikdə olduğunu bildirməklə, onu xəngəlxanaya dəvət etmişdir. O, saat 18 radələrində həmin xəngəlxanaya çatmışdır. O, xəngəlxanada bibisi oğlanları Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsla birlikdə az miqdarda spirtli içki (araq) qəbul etmişdir. Onlar təxminən 1 saat 30 dəqiqədən sonra pivə içmək məqsədilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 15 ünvanında fəaliyyət göstərən “Arada Beer” ictimai iaşə obyektinə getmək qərarına gəlmişlər. Onlar həmin ünvana yollandıqda yolda Bakı şəhəri, Səbail rayonunda yerləşən şərab evindən “jack daniels” adlı spirtli içki almışlar. Onlar xəngəlxanadan adı qeyd olunan restorana Yusifin idarə etdiyi qara rəngli “Kia Rio” markalı avtomobillə yollanmışlar. Onlar “Arada Beer”ə çatdıqdan sonra birinci kabinetdə əyləşmişlər. Onlar ofisianta meyvə-tərəvəz, ağ badam, 0.5 litrlik Coca-Cola, 1.5 litrlik alma soku, iki bokal “Efes” pivəsi və kiçik həcmli viski sifariş etmişlər. Onlar söhbət əsnasında Etibarın iştirak edəcək hərbi kursu müzakirə etmişlər. Bu vaxt Etibarla Yusif adını bilmədiyi qız üstündə sözlə bir- biri ilə mübahisə etməyə başlamışlar. O, Etibarla Yusif arasında gedən söhbətin məzmununu dəqiq xatırlamır. Bundan sonra Etibar Yusifin ünvanına ağır formada nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman Etibar ilə Yusif bir- birləri ilə əllə tutuşmağa başlamışlar. Təqribən 5 dəqiqədən sonra Etibar kəllə ilə Yusifin burun nahiyəsinə zərbə vurmuş, nəticədə Yusifin burnundan qan açılmışdır. Onların aralarında vəziyyət gərginləşdikdən sonra o, hər ikisini sakitləşdirmək və aralaşdırmaq məcburiyyətində qalmışdır. O, qısa müddətə istədiyinə nail ola bilmişdir. O, bir müddət onları sakitləşdirdikdən sonra Etibar gödəkçəsini geyinib həmin kabineti tərk etmişdir. Onların əyləşdikləri kabinetə “Arada Beer” də ictimai iaşə obyektinin həyatyani sahəsinə baxan pəncərəsi mövcud olmuşdur. O, həmin pəncərədən baxan zaman Yusifilə Etibarın “Arada Beer” ictimai iaşə obyektindən biraz aralıda bir-birləri ilə mübahisə etdiklərini görmüşdür. O, dərhal Yusifin gödəkçəsini götürüb çölə çıxmışdır. O, çölə çıxdıqda Etibarın çöldə tək dayandığını, Yusifin isə idarə etdiyi avtomobilinə tərəf getdiyini görmüşdür. O, Etibara yaxınlaşaraq ondan nə baş verdiyini soruşmuşdur. Bu vaxt Yusif idarə etdiyi avtomobilindən geri qayıdaraq Etibara və ona tərəfə gəlmişdir. Həmin vaxt Yusifin əlində heç nə olmamışdır. Həmin vaxtı Yusiflə Etibar bir-birləri ilə yenidən sözlü şəkildə mübahisə etməyə başlamışlar. Bu vaxt Yusif sol qolu ilə Etibarın yaxasından tutaraq sağ əlindəki bıçaqla Etibarın boynundan bir dəfə zərbə vurmuşdur. O, Yusifin bıçağı cibindən çıxartmasını görməmişdir. X15 bıçaqla zərbə vurarkən o, onları ayırmağa çalışmışdır. Bir anlıq Yusif bıçaqla Etibarın boynundan zərbə endirmişdir. O, həmin vaxtı Etibarla birlikdə Yusifin bıçaq olan əlini tutmuşdur ki, Yusif Etibara xəsarət yetirməsin, lakin Yusif onun və Etibarın müqavimətini qıraraq Etibarın boynundan bıçaqla xəsarət yetirmişdir. Yusif Etibarın boynundan xəsarət yetirdikdən sonra o, dərhal Etibarın boynuna baxmışdır. Bu vaxt Etibarın boynu qanamağa başlamış, 5-10 saniyə içində Yusifin bıçaq vurduğu yerdən çoxlu sayda qan gəlməyə başlamışdır. Həmin vaxt çevik polis alayının 2 əməkdaşı onlara yaxınlaşaraq Yusifin əlində olan bıçağı ondan alıb onun əllərini qandallayıb idarə etdikləri post-patrul avtomobilinə əyləşdirmişlər. Daha sonra həmin polis əməkdşalrdan biri hadisə yerində qalmışdır. Digər polis əməkdaşı isə onunla birlikdə Etibarı Yusifin idarə etdiyi avtomobilə əyləşdirərək onu Bayıl qəsəbəsində faəliyyət göstərən 3 saylı təcili- tibbi Yardım stansiyasına aparmışdır. Orada Zərərçəkmiş şəxs İlk tibb yardım göstərildikdən sonra təcili tibbi yardımın nəqliyyat vasitəsi ilə Etibarı “X16” publik hüquqi şəxsinə aparmışlar. Onlar “X16” publik hüquqi şəxsinə çatdıqları vaxt Zərərçəkmiş şəxs bioloji ölüm faktı müəyyən edilmişdir. Şahid1 ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi açılıb-qatlanan bıçaq haqqında onun hər hansı bir məlumatı olmamışdır. Hadisə vaxtı Təqsirləndirilən şəxs bıçaqla bir dəfə Zərərçəkmiş şəxs boyun nahiyəsindən vurmuşdur. O, Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs boyun nahiyəsindən zərbə vurmasını birbaşa görmüşdür. Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs boynundan zərbə endirdikdən sonra, Etibara hər hansı bir formada köməklik göstərməmişdir. Belə ki, hadisə baş verdikdən sonra çevik polis alayının 2 əməkdaşı onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlamış, daha sonra digər əməkdaş onunla birlikdə Zərərçəkmiş şəxs 3 saylı təcili-tibbi yardıma aparmışdır. (cild 1, iş vərəqə 133-138) Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikdən sonra verilən əlavə suala cavab olaraq bildirmişdir ki, o həmin vaxt şok vəziyyətində olmuşdur.Yusif Etibarı bıçaqla vurduqdan sonra Yusiflə o birlikdə Etibarı Yusifin maşına əyləşdirib xəstəxanaya aparmaq istəmişlər. Bu zaman polis əməkdaşları gəlmiş və Yusifin əlindən bıçağı almışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 13 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 1) 13 yanvar 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolundan görünür ki, hadisə Bakı şəhəri, Səbail rayonu, Salyan şosessi 15 ünvanda yerləşən “Arada beer” restoranının giriş qapısına qalxan pilləkanlardan 5 metr aralıda saxlanılmış “Hyundai Sonata” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında baş vermişdir. Hadisə yerində polis əməkdaşları və mülki geyimli şəxslər vardır. Yolda insanların və avtomobillərin passiv hərəkət etdiyi müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, xalası oğlu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı idarə etdiyi avtomobildən özünə məxsus, tiyəsi açılıbqatlanan, dəstəyi qırmızımtıl rəngli bıçağı götürərək Zərərçəkmiş şəxs boyun nahiyyəsindən bir bıçaq zərbəsi ilə vurmaqla öldürmüşdür. Hadisə yerinə baxış keçirilən zaman 2 ədəd qana bənzər gölməçəsi aşkar edilmiş və şərti olaraq 2 və 3 nömrəsi ilə işarələnmişdir. 2 nömrəli qana bənzər gölməçədən uzunluğu 20 cm eni 7 sm, 3 nömrəli qan gölməçisinin uzunluğu 15 sm eni 5 smdir. Bundan əlavə 2 nömrəli qana bənzər gölməçənin yanında uzunluğu 2 metr olan qan izi ilə olan cığır aşkar edilmişdir. Qana bənzər gölməçələrdən nümunələr götürülərək 02 ədəd flakon qabda müvafiq qaydada qablaşdırılmışdır. Hadisə yerinə baxış keçirilən zaman “Arada beer” restoranının giriş qapısına qalxan pilləkanlardan 5 metr aralıda, ümumi uzunluğu 20 sm olan tiyəsi açılıbqatlanan, tutacağı qırmızımtıl rəngli bıçaq aşkar edilərək şərti olaraq 1 nömrəsi ilə nömrələnərək fotoşəkilləri çəkilmiş, müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. “Arada Beer5’ restoranın giriş qapısı qəhvəyi rəngdən ibarət olmaqla taxtadandır. İçəri daxil olduqda sol tərəfədən 1 nömrəsi ilə işarənmiş kabinet mövcuddur. Həmin kabinetin qapısı qəhvəyi rəngdən ibarət olmaqla taxtadandır. Həmin kabinetin divarları şərti olaraq saat əqrəbi istiqamətində giriş qapısı 1, 2 və 3 nömrə ilə işarələnmişdir. 1 və 2 nömrəli divarlarda pəncərə mövcuddur. Kabinet ümumillikdə səliqəli vəziyyətdədir. Kabinetin mərkəzində masa mövcuddur. Masamın 2 nömrəli divarına baxan hissəsində yaşıl rəngli divar mövcuddur. Divanın sağ və sol tətərfmdə stullar vardır. Masanın üzərində 5 boşqab və stəkan vardır. Həmin kabinetdə istintaq üçün əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmadı. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, hadisə baş verməmişdən əvvəl “Arada beer” restoranında xalası oğlu Zərərçəkmiş şəxs ilə 1 saylı kabinetdə əyləşmiş və həmin kabinetdə aralarında mübahisə yaranmışdır. Arada Beer ictimai iaşə obeyktində quraşdırılmış təhlükəsizlik kameralarının hadisəni qeydə almış görüntüləri götürülərək baxış protokola əlavə edilmişdir. (cild 1, iş vərəqə 2-11) Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli, 2/2469 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcə sərxoş olmuşdur. (cild 1, iş vərəqə 13) Şübhəli şəxs qismində tutulma haqqında 14 yanvar 2024-cü il tarixli protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə, saat 21:40-da tutulmuşdur. (cild 1, iş vərəqə 22, 34-35) Şəxs tərəfindən könllq surətdə təqdim etməklə götürmə aparılması haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus ağ rəngli sviter götürülmüşdür. (cild 1, iş vərəqə 46) Baxış keçirilmə haqqında 14 yanvar 2024-cü il tarxli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman üzərində olmuş və sonuncunun könüllü olaraq istintaqa təqdim etdiyi paltarlara 14 yanvar 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim edilmiş 01 ədəd ağ rəngli sviter köynək zədəsizdir. Köynəyin üzərində qanabənzər ləkə vardır. (cild 1, iş vərəqə 51) 14 yanvar 2024-cü il tarixli meyitə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təşrih masası üzərində arxası üstə əynində aşağıdakı paltarlar olan meyit uzadılmışdır: tünd göy rəngli cins materialdan belində qara rəngli dəri materialdan kəmər olan şalvar, qara rəngli dəri materialdan uzunboğaz çəkmə (bot), qara rəngli pambıq materialdan bir cüt corab, qara rəngli pambıq materialdan uzunqol sviter, qara rəngli pambıq materialdan uzunqol mayka, qara rəngli pambıq materialdan qolsuz mayka, tünd yaşıl rəngli pambıq materialdan kişi alt tumanı. Paltarlar işlənmişdir, tikişlərində sökülmələr, liflərində cırılmalar yoxdur, qanla bulaşmışlar. Meyit kişi cinslidir, düzgün bədən quruluşlu, kafi qidalıdır. Uzanmış vəziyyətdə boyunun uzunluğu 173 sm-dir. Meyit əllədikdə soyuqdur, dəri və görünən selikli qişaları solğundur. Meyit ləkələri bədənin arxa və yan səthlərində yerləşməklə, tünd göyümül- bənövşəyi rəngdədirlər, barmaqla təzyiq etdikdə rəngi avazıyır və təzyiq kəsildikdən 8 dəqiqə müddətinə öz əvvəlki rəngini bərpa edir. Meyit qacıması yoxlanılan bütün qrup əzələlərdə yaxşı dərəcədə inkişaf etmişdir. Baş nahiyəsindəki tükləri qara rəngdə olub, baş tükünün uzunluğu 2,0 sm-ə qədərdir. Gözləri yarımaçıq vəziyyətdədir, gözlərin buynuz qişaları tutqunlaşmış, bozumtul-ağımtıl rəngdədir. Gözlərin ağlı qişalarında çoxsaylı nöqtəşəkilli, açıq qırmızımtıl rəngli qansızma ocaqları qeyd olunur. Bəbəklər bərabər genəlmişdir, 0,5 sm diametrdədir. Gözlərin qüzehli qişası bozumtul rəngdədir. Burun sümük və qığırdaqları və eləcə də üz skelet sümükləri əllədikdə tamdırlar. Xarici qulaq və burun keçəcəkləri sərbəst keçiricidir. Ağzı yarımaçıq vəziyyətdədir, dişləri tamdır, təbiidir. Dili ağız boşluğunda orta xətt üzrə dişlər arasında sıxılmış vəziyyətdədir. Boynu normal uzunluqda və enindədir, əllədiksə patoloji hərəkət qeyd edilmir. Döş qəfəsi çəlləkvari formadadır, simmetrikdir, əllədikdə döş qəfəsini təşkil edən sümüklərdə patoloji hərəkətlilik-sümük krepitasiyası (xırçıltısı) hiss edilmir. Qarnın ön divarı qabırğa qövsü səviyyəsində yerləşir, əllədikdə meyit qacıması hesabına az elastikdir. Xarici cinsiyyət üzvləri kişi cinsinə mənsub formalaşmış, gözlə görünən patologiya müşahidə olunmur. Arxa keçəcək dəliyi ətrafı təmizdir, sfmktor büzülmüşdür, arxa keçəcək dəliyini qapayır. Ətraf sümükləri əllədikdə patoloji hərəkətlilik qeyd olunmur. Meyitin bədən səthində aşağıdakı xəsarət aşkar edildi: Boynun sol yan səthinin yuxarı 1/3də 1 (bir) ədəd 2,2x0,5 sm ölçüdə xətti formalı, çəp yerləşmiş, kənarları hamar, bucaqlarından biri iti, digəri küt olan qanayan yara. Yara kanalının istiqaməti öndənarxaya, soldan-sağa, yuxarıdan aşağıyadır. Meyitin bədənində başqa xəsarət aşkar edilmədi. Zərərçəkmiş şəxs hadisə baş verən zaman üzərində olmuş 01 ədəd qara rəngli gödəkcə, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli uzunqol sviter, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli qısaqol mayka iş üçün əhəmiyyət kəsb etdiyində baxış protokoluna əlavə edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 53-59) 14 yanvar 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerindən götürlümüş tiyəsi açılıb- qatlanan, dəstəyi qırmızımtıl rəngli bıçağa baxış keçirilməsi haqqında protokol ilə müəyyən edilmişdir ki, bıçaq 01 ədəd qatlanan tipli olmaqla tiyə və dəstək hissədən ibarətdir. Ümumi uzunluğu 20 sm, dəstəyi tünd qırmızı rəngdən olmaqla üzərində şəffaf qara rəngli 4 ədəd zolaq vardır. Bıçağın dəstəyi iki tərəfli plastik materildan olan lövhələrdən ibarətdir. Hər iki plastik lövhə 2 ədəd metal pərcimləyici ilə bıçağa sabitlənmişdir. Bıçağın tiyəsi gümüşü rənglidir. Bıçağın bir tərəfi kəsici, digər tərəfi nisbətən küt olmaqla ucu deşici xassəyə malikdir. Bıçağın dəstəyinin uzunluğu 11 sm, eni 1,6 sm, qalınlığı 1 sm-dir. Bıçağın tiyəsinin uzunluğu 9 sm, eni 1,5 sm-dir. Bıçağın dəstəyindən 1 sm məsafədə 2,5 sm uzunluğunda, 0,3 sm enində oval şəkilli dəlik vardır. (cild 1, iş vərəqə 60-61) 14 yanvar 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, meyidə əlavə baxış keçirilməsi haqqında protokol ilə götürülmüş Zərərçəkmiş şəxs hadisə baş verən zaman üzərində olmuş paltarlara 14 yanvar 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd qara rəngli gödəkcə zədəsizdir. Kəskin qoxuln, üzərində qanabənzər ləkələr vardır. 01 ədəd göy rəngli cins şalvar zədəsizdir. Kəskin qoxulu, üzərində qanabənzər ləkələr vardır. 01 ədəd qara rəngli uzunqol sviter zədəsizdir. Kəskin qoxulu, üzərində qanabənzər ləkələr vardır. 01 ədəd qara rəngli uzunqol köynək zədəsizdir. Kəskin qoxulu, üzərində qanabənzər ləkələr vardır. 01 ədəd qara rəngli qısaqol mayka zədəsizdir. Kəskin qoxulu, üzərində qanabənzər ləkələr vardır. (cild 1, iş vərəqə 62-65) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci nmaddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 81-82) 15 yanvar 2024-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol boyun nahiyyəsindən xəsarət yetirərkən istifadə etmiş olduğu, cinayətin aləti hesab edilən, tiyəsi açılıb- qatlanan, dəstəyi qırmızımtıl rəngli bıçaq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tanınma üçün təqdim edilmiş, sonuncu ona təqdim edilən bıçağı (əşyaları) nəzərdən keçirib hadisə zamanı istifadə etmiş olduğu bıçağı zahiri əlamətlərinə, o cümlədən dəstəyinin rənginə, formasına və tiyəsinin uzunluğuna görə tanıdığını bildirmişdir. (cild 1, iş vərəqə 96-97) Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, X8 cinayət hadisəsinin baş verdiyi yeri, habelə cinayəti törətməsinin hallarını əyani olaraq ətraflı şəkildə göstərmiş, həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (cild 1, iş vərəqə 98-100). Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs ütmənin əvvəli 13 yanvar 2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 108- 110) 18 yanvar 2024-cü il tarixli diskəbaxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş DVD diskdə olan videogörüntüdən görünür ki, həmin videogörüntünün 49-cu saniyəsində “Arada beer” ictimai iaşə obyektinin giriş qapısının yanında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs üzbəüz dayanaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə sözlü şəkildə mübahisə etdiyi öz əksini tapmışdır. Həmin videogörüntünün 1 dəqiqə 01-ci saniyəsində Təqsirləndirilən şəxs burun nahiyyəsində xəsarətin olduğu öz əksini tapmışdır. Həmin videogörüntünün 1 dəqiqə 08-ci saniyəsində ilk öncə Təqsirləndirilən şəxs daha sonra Zərərçəkmiş şəxs “Arada beer” ictimai iaşə obyektinin giriş qapısına qalxan pilləkanlardan düşərək həmin obyektdən təxminən 5 metr aralıda dayanaraq yenidən sözlü şəkildə mübahisə etdikləri öz əksini tapmışdır. Həmin videogörüntünün 1 dəqiqə 43-cü saniyəsində Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs özünə tərəf çəkdiyi, lakin Zərərçəkmiş şəxs onu özündən aralaşdırdığı, daha sonra isə Təqsirləndirilən şəxs ondan ayrıldığı öz əksini tapmışdır. Həmin videogörüntünün 2 dəqiqə 28-ci saniyəsində Şahid1 əlində gödəkcə ilə “Arada beer” ictimai iaşə obyektinin giriş qapısına qalxan pilləkanlardan düşərək Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yaxınlaşdığı öz əksini tapmışdır. Həmin video görüntünün 2 dəqiqə 46-cı saniyəsində Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs yaxınlaşaraq onun yaxasında tutduğu, Şahid1 Təqsirləndirilən şəxs qolundan tutaraq onları bir-birlərindən ayırmağa çalışdığı öz əksini tapmışdır. Həmin video görüntünün 2 dəqiqə 50-ci saniyəsində Təqsirləndirilən şəxs sağ əli ilə gödəkçəsinin cibindən bıçaq çıxartması, sol əlini isə Zərərçəkmiş şəxs arxa boyun nahiyyəsinə ataraq sonuncunu özünə tərəf çəkməsi, bu zaman Zərərçəkmiş şəxs hər iki əli ilə Təqsirləndirilən şəxs döş qəfəsi nahiyəsindən tutaraq özündən aralamağa çalışması, bu vaxt Şahid1 Təqsirləndirilən şəxs sağ qolundan tutaraq sonucunu Zərərçəkmiş şəxs ayırmağa çalışması öz əksini tapmışdır. Həmin video görüntünün 2 dəqiqə 51-ci saniyəsində Təqsirləndirilən şəxs sağ əlində tutmuş olduğu bıçaqla Zərərçəkmiş şəxs hər iki əli ilə onu tutaraq müqavimət göstərməsini baxmayaraq onun müqavimətini sındırıb bıçaqla Zərərçəkmiş şəxs sol boyun nahiyyəsindən bir dəfə bıçaqla zərbə endirdiyi öz əksini tapmışdır. Həmin video görüntünün 2 dəqiqə 54-cü saniyəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aralanaraq kənara getdiyi, Şahid1 Zərərçəkmiş şəxs boyun nahiyyəsinə baxaraq təşvişə düşdüyü, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs olduğu tərəfə getdiyi öz əksini tapmışdır. Həmin videogörüntüdə hadisənin baş verdiyi ərazidə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 başqa ətrafda kənar şəxslərin olduğu aşkar edilməmiş, həmçinin həmin video görüntüdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə mübahisə etmək niyyətinin olmadığı, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxslə mübahisə etmək niyyətinin olduğu aşkar şəkildə öz əksini tapmışdır. (cild 1, iş vərəqə 161-163) 23 yanvar 2024-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınma haqqında qərardan görünür ki, X4 zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. (cild 1, iş vərəqə 168-169) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 verdiyi xx.xx.2024-cü il tarixli, 1/297 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs FHN Tibb Xidməti Xüsusi Həkim Ekspertiza Komissiyasının göndərişinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017ci il tarixinədək Bakı şəhəri 2 nömrəli X3 müayinədə olmuşdur. (cild 1, iş vərəqə 193) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi Şəxsin verdiyi 31 yanvar 2024-cü il tarixli, 1348 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışlar. (cild 1, iş vərəqə 200) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 202) Azərbaycan Respublikası FHN-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3- 18/2- 499/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası FHN-nin DYMX-nin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 48 nömrəli yanğından mühafizə hissəsinin dispetçeri, daxili xidmət çavuşu Təqsirləndirilən şəxs fövqələda hallar orqanlarında xüsusi rütbəli vəzifədə xidmət etmiş və o hərbi qulluqçu statusuna malik deyildir. (cild 1, iş vərəqə 205) Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərüffatı Departamentinin Səbail rayon MKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 425 saylı arayış və xsiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 10 ünvanında qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 208- 209) Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 05 nömrəli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir; -Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşağıdakı xəsarət aşkar edildi: sol ümumi yuxu arteriyasının, boynun yumşaq toxuma və əzələlərinin zədələnməsi və kəskin xaricə qanaxma ilə müşayiət olunan boyunun sol yan səthinin yuxarı 1/3-də 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara. -Qeyd olunan xəsarət deşici-kəsici xarakterli alətin təsirindən, mərhumun ölümündən az əvvəl törənmişdir, həyati əlamətlərə malik olmaqla ölümün səbəbi ilə bilavasitə əlaqəsi vardır, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 13 yanvar 2024-cü il tarixdə boyun nahiyəsinə ekspertizaya təqdim edilmiş bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli AĞİR zərərvurmanın əlamətlərinə malikdir. -Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu xəsarət nəticəsində inkişaf etmiş kəskin xaricə qanaxma olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olur ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanadakı müayinəsindən təxminən 10-12 saat əvvəl baş vermişdir. -Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş xəsarət, ona bədənin müxtəlif duruş vəziyyətlərində, o cümlədən ayaqüstə, oturaq və sair vəziyyətlərdə yetirilə bilərdi. Bununla belə mərhumun bədənində aşkar olunmuş xəsarətin lokalizasiyasma əsaslanıb demək olur ki, xəsarət yetirilən anda mərhumun gövdəsinin sol yan səthi xəsarət yetirən şəxsə tərəf olmuşdur. -Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,5 %o, sidikdə l%o etil spirti aşkar edilmişdir ki, bu miqdarda və qatılıqda etil spirti YÜNGÜL dərəcəli alkoqol sərxoşluğu vəziyyəti kimi qiymətləndirilir. Narkotik maddələr aşkar edilməmişdir. (cild 1, iş vərəqə 222-229) Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 22 nömrəli rəyi aşağıdakılar müəyyən edilmişdir; - Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, eləcə də, burun belinin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, xx.xx.2024-cü il tarixində, kənar şəxs tərəfindən burun nahiyəsinə kəllə ilə vurma nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (cild 1, iş vərəqə 230-233) Məhkəmə trasoloji və soyuq silahların tədqiqi ekseprtizasının xx.xx.2024-cü il tarixli, 37-MTKŞ/2024 nömrəli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir; -Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə, sviter, köynək, mayka və şalvar üzərində zədə və zədə izaləri aşkar edilmədi. -Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus sviter üzərində zədə və zədə izləri aşkar edilmədi. -Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. (cild 1, iş vərəqə 234-237) Məhkəmə- tibbi bioloji ekspertizasının 30 yanvar 2024-cü il tarixli, 48/2024 nömrəli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir; -Zərərçəkmiş şəxs qan qrupu ABO sistemi üzrə 0(İ)-dir. -Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu ABO sistemi üzrə AB(İY)-dir. -Ekspertizaya təqdim olunmuş bıçaq, 02 ədəd pambıq ucluqlu çubuq, Zərərçəkmiş şəxs məxsus gödəkçə, şalvar, sviter, köynək, qısaqol mayka Təqsirləndirilən şəxs məxsus sviter üzərində olan ləkələrdə insan qam aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alındı. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə 0(1) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 1, iş vərəqə 238-244) Kompleks komisyon məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 130 nömrəli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir; Məhkəmə-psixatrik ekspertizası üzrə yekun hissə; -Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi(ruhi) xəstəlik qeyd olunmamışdır. -Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. -Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyyacı yoxdur. -Təqsirləndirilən şəxs törətdiyi əməldən sonrakı dövrdə hər hansı psixi pozuntudan əziyyət çəkməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə; -Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. -Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi- emosional sferasında adi sərxoşluq halı fonunda situasiya ilə əlaqədar hirslilik, qəzəb kimi hallar əmələ gəlmişdir. -Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (cild 1, iş vərəqə 245-248) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 538 nömrəli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir; -Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. -Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə 249-251) Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.2-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1ci maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişiklik edilməklə yeni məzmunda Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində ittiham elan edilmiş, barəsində Səbail rayon məhkəmsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.9, 126.3, 221.1, 221.2, 221.3, 228.4, 315 maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, cinayət işindən material ayrılıb qeydiyyata alınmaqla saxlanılması üçün Səbail rayon prokurorluğunun dəftərxanasına təhvil verilmiş, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 120.2.1, 307.1, 307.2 və 307.3-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, cinayət işindən material ayrılıb qeydiyyata alınmaqla saxlanılması üçün Səbail rayon prokurorluğunun dəftərxanasına təhvil verilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyəti və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti rədd edilmiş, cinayət işindən material ayrılıb qeydiyyata alınmaqla saxlanılması üçün Səbail rayon prokurorluğunun dəftərxanasına təhvil verilmiş, Zərərçəkmiş şəxs hadisə baş verən zaman üzərində olmuş 01 ədəd qara rəngli gödəkcə, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli uzunqol sviter, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli qısaqol mayka, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs götürülmüş hadisə baş verən zaman üzərində olmuş 01 ədəd ağ sviter köynək, hadisə yerindən götürülmüş 02 ədəd qan numunələri, cinayətin aləti olmuş tiyəsi açılıb-qatlanan dəstəyi qırmızımtıl rəngli cib bıçağı, hadisəni özündə əks etdirən videogörüntülərin köçürüldüyü 01 ədəd CD disk öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izləri saxlanıldığına görə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs hadisə baş verən zaman üzərində olmuş 01 ədəd qara rəngli gödəkcə, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli uzunqol sviter, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli qısaqol mayka, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd ağ sviter köynək, hadisə yerindən götürülmüş 02 ədəd qan numunələri, cinayətin aləti olmuş tiyəsi açılıb-qatlanan dəstəyi qırmızımtıl rəngli cib bıçağı Səbail rayon prokurorluğunun maddi sübutların saxlanma otağında, hadisəni özündə əks etdirən videogörüntülərin küçürüldüyü 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmışdır. (Cild 2, iş vərəqə 20-51) Təqsirləndirilən şəxsə elan olunmuş ittihama dəyişikliklər və əlavələr edilməklə ona yenidən ittiham elan olunması haqqında 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 yanvar 2024-cü il tarixdə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməklə ona Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 53-54) N saylı hərbi hissənin verdiyi xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs N nömrəli hərbi hissənin nizami hissə rəisi vəzifəsində, işləmiş, baş leytenantı rütbəsində olmuş, xidməti dövründə müsbət xarakterizə olunmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Kəlbəcər rayon istiqamətində fəal iştirak etmiş və yaralanmış, “Hərbi xidmətlərə görə” və “Kəlbəcərin azad olunmasına görə” müdalları ilə təltif olunmuşdur. (cild 1, iş vərəqə 216) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 6-cı bəndinin 1-ci abzasında qeyd edilir ki, qəsdən adam öldürmə o vaxt Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Göstərilən hallar Təqsirləndirilən şəxs əməlində müşahidə olunur. Belə ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq edən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Konkret işin hallarından da görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xanımla görüşmək üçün onlardan ayrılıb getmək istəyini, özü üçün qəbul edilməz hal hesab edib, bunu cüzi səbəb kimi bəhanə edərək əsassız mübahisə yaratmaqla, Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə qəsdən öldürmüşdür. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü CM-in 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilməməsi ilə ifadəsində göstərmiş olduğu xüsusatlar digər mötəbər sübutlarla təkzib olunduğundan, onun qeyd edilən hissədə ifadəsi özünü müdafiə etmə məqsədi daşıyır. Belə olan halda, məhkəmə onları inandırıcı hesab etmir və həmin hallara tənqidi yanaşır. Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə öldürmədiyinə, sonuncunu qorxutmaq üçün bıçaq çıxardığına, qolundan vurmaq istədiyinə dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə, zərərçəkmiş şəxsin hüquqi varisinin və çoxsaylı şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə faktiki azadlığı məhdudlaşdırılmış, Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı ilə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olan, Bakı şəhəri Səbail rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs hadisə baş verən zaman üzərində olmuş 01 ədəd qara rəngli gödəkcə, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli uzunqol sviter, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli qısaqol mayka, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs götürülmüş hadisə baş verən zaman üzərində olmuş 01 ədəd ağ sviter köynək, hadisə yerindən götürülmüş 02 ədəd qan nümunələri, cinayətin aləti olmuş tiyəsi açılıb-qatlanan dəstəyi qırmızımtıl rəngli cib bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, hadisəni özündə əks etdirən videogörüntülərin küçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında.saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.1996-cı il tarixli 4 saylı, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. İş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Səbail rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs hadisə baş verən zaman üzərində olmuş 01 ədəd qara rəngli gödəkcə, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli uzunqol sviter, 01 ədəd qara rəngli uzunqol köynək, 01 ədəd qara rəngli qısaqol mayka, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs götürülmüş hadisə baş verən zaman üzərində olmuş 01 ədəd ağ sviter köynək, hadisə yerindən götürülmüş 02 ədəd qan nümunələri, cinayətin aləti olmuş tiyəsi açılıb-qatlanan dəstəyi qırmızımtıl rəngli cib bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, hadisəni özündə əks etdirən videogörüntülərin küçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak, məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar