Məhkəmə qərarları › İş №1(101)-1508/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1508/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1508/2024 02.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X3 və X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yerləşən nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin: xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 2 oktyabr 2024-cü il tarixdə, saat 12:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs qeyriləri ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, külli miqdarda narkotik vasitə olan metadon, külli miqdarda narkotik vasitə olan tiryək, külli miqdarda psixotrop maddə olan metamfetamin və külli miqdarda güclü təsir edən maddələr olan preqabalin və tramadol dərman tabletləri əldə edib üzərində saxlayaraq daşımış, 14 noyabr 2023-cü il tarixdə, saat 18:25 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra mətndə - BNMİ) əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində Bakı-Astara-İran sərhədi yolunun 47-ci kilometrliyində yerləşən stasionar postun yaxınlığında taksi kimi istifadə etdiyi Şahid5 idarə etdiyi “Toyota-Prius” markalı 77 CJ-178 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən saxlanılıb, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin (bundan sonra mətndə - Qaradağ RPİ) inzibati binasına gətirilərək həmin tarixdə, saat 20:10 radələrində dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 1(bir) ədəd sellofan kəsiyinə yığılmış təmiz çəkisi 30,52 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd blisterdə üzərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 9 (doqquz) ədəd dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram olan narkotik vasitə metadon aşkar edilərək götürülmüş, bundan sonra həmin gün, saat 21:25 radələrində taksi kimi istifadə etdiyi Şahid5 idarə etdiyi “Toyota-Prius” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə aparılarkən həmin avtomobilin yük yerindən 2 (iki) ədəd sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 960,0 qram və 325,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, üzərlərində ”Methadone 40.. Faran” markalanma göstəriciləri olan 8 (səkkiz) ədəd blisterdə üzərlərində ”F/M40” yazısı həkk olunmuş ümumilikdə 80 ədəd dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 3,2 qram olan narkotik vasitə metadon, üzərlərində “LYRİVER 150 mg...Pregabalin” markalanma göstəriciləri olan 20 (iyirmi) ədəd blisterdə ümumilikdə 200 (iki yüz) ədəd ağ rəngli dərman kapsulalarının tərkibində təsiredici maddəsinin ümumi miqdarı 30 qram olan güclü təsiredən maddə preqabalin, üzərlərində “NAMADOL 225 mg Tramadol- Hydrochloride” markalanma göstəriciləri olan 20 ədəd blisterdə üzərlərində “225” yazısı olan ümumlikdə 200 (iki yüz) ədəd dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 45 qram olan güclü təsiredən maddə tramadol, 1 (bir) ədəd sellofan torbaya yığılmış, təmiz çəkisi 103,296 qram olan ağ rəngli kristal şəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 (bir) ədəd sellofana bükülmüş təmiz çəkisi 610 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddə kütləsi, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür.

İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, sonradan narkotik vasitə istifadəsini dayandırdığından bədənində ağrıları yaranmağa başlamış, lakin müalicə almağa maddi imkanı olmamışdır. İranlı Ramin adlı şəxs onunla ilk dəfə əlaqə yaradaraq narkotik vasitə olan metadon “M40” həblərinin şəklini göndərib 125 manat pul müqabilində müəyyən ünvana dərman listi qoymasını təklif etdikdə sonuncunun təklifi ilə razılaşmış, lakin o, tamamilə narkotik vasitələrdən uzaqlaşmaq istədiyindən Ramin tərəfindən qeyd olunan ünvana qoyulan sellofan paketi götürməmişdir. Belə ki, o, Raminin bildirdiyi ünvana getmək üçün “Uber” mobil tətbiqi vasitəsilə taksi sifariş etmiş, avtomobildə olarkən yolda qara rəngli sellofan olduğunu görmüş, qohumlarının polis orqanlarında işləməsi ilə əlaqədar narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərin tutulma qaydası barədə müəyyən qədər məlumatı olmuş, bu səbəbdən yoldakı sellofanı gördükdə sürücüyə avtomobili dayandırmamasını, sürməyə davam etməsini bildirmiş, lakin sürücü avtomobili idarə edərək polislərin yanına apardığından orada polis əməkdaşları tərəfindən saxlanılaraq sonunculara məxsus “Hyundai Sonata” markalı avtomobilə mindirilərək Qaradağ RPİ-yə aparılmışdır. O, ağrıdığından idarədə polis əməkdaşlarından dərman istəmiş, sonuncular sonradan videoçəkiliş zamanı cibindən çıxan dərmanlardan birini videoçəkilişdən əvvəl ona verib nəyi və necə deyəcəyini öyrədib videoçəkiliş etmişlər aparmışlar. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, hər hansı şəxsin tapşırığı ilə narkotik vasitələri bir yerdən götürüb başqa bir yerə qoymamışdır. Hadisə vaxtı polis əməkdaşları süni tıxac yaratdıqlarından avtomobillər aşağı sürətlə hərəkət etmiş, taksi sürücüsünə yol ilə getməsini bildirmiş, lakin sonuncu yoldan çıxıb özü polislərin yanına doğru getmişdir. İbtidai istintaq zamanı ona müdafiəçi qismində bir nəfər kişi cinsli yaşlı şəxs təqdim edilmiş, sonradan həmin müdafiəçinin adının Rasim Almuradov olduğunu öyrənmişdir. Onun xalası oğlu Orxan Yasamal Rayon Polis İdarəsində müstəntiq, bibisi oğlu Rəşad Nizami Rayon Polis İdarəsində təhqiqatçı və başqa bir qohumu Pərviz isə Buzovnada əməliyyat müvəkkili vəzifələrində işləmiş, o, sonuncularla narkotik vasitə aludəçilərinin necə saxlanılması barədə söhbətlər etmiş, bununla əlaqədar olaraq onların saxlanılması qaydası barədə müəyyən qədər məlumata malik olmuşdur.

3. Davam edən məhkəmə iclaslarında Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, narkotik vasitə istifadəsini dayandırmaq üçün müxtəlif narkotik tərkibli və güclü təsir edən dərmanlardan istifadə etmiş, üzərindən aşkar olunmuş 1 list narkotik vasitə metadon ona məxsus olmuş, lakin digər narkotik vasitə və psixotrop maddələr ona məxsus olmamışdır. O, Ələt qəsəbəsinə 1 list narkotik vasitə metadon almaq üçün getmiş, orada böyük sellofan olduğunu gördükdə sürücüyə geri qayıtmasını söyləmiş, sürücü yolda yaranmış süni tıxacda dayanmayıb avtomobili polislərin yanına sürmüş, buna görə də polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun saxlanılmasında 6-7 nəfər polis əməkdaşı iştirak etmiş, sonuncular onu qara rəngli avtomobilə mindirib orada fiziki təzyiq göstərməklə döymüş, habelə Ələt yoluna doğru 500 metr getdikdən sonra yoldakı sellofanı götürüb onun üzərinə qoyaraq posta geri qaytarılmış, daha sonra isə Qaradağ RPİ-yə aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 onun saxlanılmasında iştirak etmiş, lakin Şahid3 isə onun saxlanılmasında, habelə şəxsi axtarış istintaq hərəkətinin keçirilməsində ümumiyyətlə iştirak etməmiş, ona fiziki təzyiq göstərməmişdir. Onun cibindən 9 list narkotik vasitə metadon dərmanı çıxmış, özünü pis hiss etdiyindən polislər həmin dərmandan birini istifadə etməsi üçün ona vermişlər. O, taksini 3-cü mikrorayon ərazisindən sifariş etməmiş, sifariş zamanı sürücünün onun tanışı olan Ruslan olmasını əvvəlcədən bilməmiş, yalnız avtomobilə əyləşdikdən sonra onun Ruslan olduğunu görmüş, həmçinin əvvəllər Ruslanın taksi kimi fəaliyyətindən istifadə etməmiş, sonuncu onun hara və nə məqsədlə getməsini bilməmişdir. Ruslan ona “banditizmin” yanında sürücü kimi işlədiyini bildirmişdir. O, iranlı ilə telefonda danışmış, lakin aralarında hər hansı yazışma olmamışdır. O, əvvəllər Şahid4la birlikdə narkotik vasitələrin istifadəsində şübhəli bilinərək saxlanılmış, həmin vaxt saxlanılarkən üzərində narkotik vasitə olmamış, Elnur ondan narkotik vasitə almamış, sonuncu ilə birlikdə narkotik vasitələrdən istifadə etmiş, özlərində olan narkotik vasitələri bir-biriləri ilə bölüşməklə narkotik vasitələrdən birgə istifadə etmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını və cavan olmasını nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etdi.

4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o həmin ifadələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, təxminən bir ilə yaxındır narkotik vasitə olan “M40” metadon qəbul edir, həmin narkotik vasitəni tanımadığı şəxslərdən alır. 14 noyabr 2023-cü il tarixdə, saat 16:30 radələrində evdə olarkən istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindəki vatsap mobil tətbiqinə +98 938 *** **** mobil telefon nömrəsindən sms və istifadə etdiyi həblərin fotoşəkilləri göndərilmişdir. Smslərdə istənilən həblər və narkotik vasitələrin olması qeyd edilmişdir. O həmin mobil telefon nömrəsi ilə əlaqə saxladıqda ona sms və fotoşəkillər göndərən şəxs özünü İran vətəndaşı Ramin kimi təqdim etmiş, danışıq zamanı ona “məndə hər şey var nə istəsən sənə təşkil edərəm, mənə arxayın ola bilərsən” demişdir. O da Raminə metadon həbi istədiyini bildirərək həbin qiymətini soruşmuş, Ramin isə həbi ona pay verəcəyini demişdir. Razılaşdıqdan sonra Ramindən harada görüşəcəklərini soruşduqda Ramin ona Ələt qəsəbəsinə getməsini bildirmişdir. Ələt qəsəbəsi ərazisində yol kənarında göndərilmiş yerə gedərək oradan geriyə qayıtmaq üçün taksi sifariş etmiş, sifarişə “Toyota-Prius” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşın təyin olunmuş, həmin avtomaşınla Ələt qəsəbəsinə getmişdir. Raminin onun mobil telefonuna göndərdiyi yer Ələt qəsəbəsinin çıxış hissəsində qəsəbə daxili yolun kənarında olmuşdur. Göstərilən yerə çatmış, avtomobildən aşağıya düşmüş, sürücü isə avtomaşında onu gözləmişdir. Yol kənarında bir qədər axtarış aparmış, nəhayət bir ədəd qara rəngli sellofan torba tapmışdır. Ramin ona bir list metodon həbi verməliymiş, lakin Raminin dediyi yerdə isə bir ədəd qara rəngli iri sellofan torba olmuşdur. Sellofan torbanı gördükdə onda şübhə yaranmış, sellofan torbanı götürməmiş, avtomobilə qayıtmış, Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Yolda gələrkən dövlət yol polisi postunun yaxınlığında sürücü avtomaşını saxladığı zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək BNMİ-nin əməkdaşları olduqlarını bildirib, ondan anket məlumatlarını soruşmuşlar, o da polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənədi istəmiş, o isə polis əməkdaşlarına şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları fiziki güc tətbiq edərək onu dartıb avtomobildən aşağıya düşürüb qollarını buraraq ondan “malları” harada saxladığını soruşmuş, o isə üzərində narkotik vasitə olmadığını bildirmişdir. Polis əməkdaşları “Toyota-Prius” markalı avtomaşının sürücüsünü bir qədər kənarlaşdırmış, onu isə öz avtomaşınlarına əyləşdirib Ələt qəsəbəsinə aparmışlar. Polis əməkdaşları Ələt qəsəbəsində yol kənarında yerdə olan qara rəngli sellofan torbanı götürmüş, sonra “Toyota-Prius” markalı avtomaşının yanına qayıtmışlar. İçərisində narkotik vasitə, psixotrop maddələr və güclü təsir edən həblər olan qara rəngli sellofan torba “Toyota-Prius” markalı avtomaşının yük yerinə qoyulmuş, sonra Qaradağ RPİ-yə gətirilmişlər. Həmin vaxt o, həyacanlı olmuş, eyni zamanda narkotik vasitə qəbul etmək istəmiş, polis əməkdaşları ona 1 ədəd “M 40” metodon həbini vermiş, o da həmin həbi qəbul etmişdir. Həmin vaxt həbin təsiri altında olmuş, polis əməkdaşları da ona bir listin içərisində 9 ədəd olan metadon həbini və sellofana bükülmüş qurudulmuş marixuananı verərək çəkiliş zamanı həmin predmetlərin özünə məxsus olmasını, taksi kimi sifariş etdiyi “Toyota-Prius” markalı avtomaşının yük yerində olan sellofandakı narkotik vasitələrin də ona məxsus olmasını, həmin narkotik vasitələri İran vətəndaşı Ramin adlı şəxsdən 120 manata aldığını, “Toyota-Prius” markalı avtomaşının yük yerində olan sellofan torbanın içərisində narkotik vasitə, psixotrop maddələrin və güclü təsir edən maddələrin olmasını, həmin sellofan torbanı Raminin xahişi ilə həmin yerdən götürərək dediyi yerə atacağını, bunun müqabilində Raminin ona pay şəklində narkotik vasitələr verəcəyini deməsini bildirmiş, o da polis əməkdaşları ilə razılaşmışdır. Qaradağ RPİ-də xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video kamera vasitəsi ilə videoçəkliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarışa başlanılmazdan əvvəl ona üzərindəki qanuni və ya qeyri-qanuni əşyalarını masanın üzərinə qoymağı təklif olunmuşdur. Bu təklifdən sonra o, polis əməkdaşları tərəfindən ona verilmiş, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindəki bir ədəd sellofan torbaya yığılmış bükümü və 1 ədəd dərman listini masanın üzərinə qoyaraq dərmanın təsiri altında olduğundan 1 ədəd sellofan kəsiyindəki büküm içərisində narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd listdə 9 ədəd həbin isə narkotik vasitə olan metadon olmasını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, əynindəki qara rəngli şalvarından işlək halda olan “Samsung” markalı mobil telefonunu və 1 ədəd bir manatlıq pul əskinası aşkar olunmuşdur. Daha sonra avtomobilə baxış keçirilmiş, “Toyota-Prius” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomaşının yük yerində saxlanılan 1 ədəd qara rəngli sellofan torbanı təqdim etmiş, həmin torbada 2 ədəd sellofan torbaya yığılmış ümumi çəkisi 1372 qram olan qurudulmuş marixuanaya oxşar ot kütləsi, 1 ədəd sellofan kəsiyindəki ağ rəngli kiristal şəkilli təmiz çəkisi 111 qram olan psixotrop maddə metamfetaminə oxşar maddə, 1 ədəd sellofana bükülmüş 618 qram çəkidə narkotik vasitə tiryəkə oxşar kütlə, 80 ədəd narkotik vasitə olan metadon həbləri, 200 ədəd güclü təsir edən tramadol həbləri və 200 ədəd preqabalin həbləri aşkar olunmuş, narkotik vasitələr, psixotrop maddələr və eləcə də həblər həmin qara rəngli sellofana qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, həmin bağlamanın üzərinə və protokola imza etmişlər (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 37-38; 63-66; 87-91; 227-229; Cild 2, 87-90;).

5. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

7. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin internet informasiya ehtiyatlarında əks tədbirlər şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 14 noyabr 2023-cü il tarixdə xidmət etdiyi idarəyə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşayan Aqşin adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, “Toyota Prius” markalı ** CJ *** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Qaradağ rayonu ərazisinə getməsi, hazırda üzərində narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra o, BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və həmin idarənin əməliyyat müvəkkili, polis mayoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, müvafiq əməliyyat tədbirləri keçirilmiş və müəyyən edilmişdir ki, “Toyota Prius” markalı ** CJ *** dövlət nömrə nişanlı avtomaşın həmin gün Qaradağ rayonu ərazisində magistral yolda hərəkət edərək üzü rayonlar istiqamətinə getmişdir. Bundan sonra həmin avtomaşını izləmək məqsədi ilə adları qeyd olunan əməliyyat qrupu ilə həmin istiqamətə getmişlər. Yolda olarkən həmin avtomaşının Bakı şəhəri istiqamətində hərəkətdə olması bildirilmişdir. Dövlət yol polisi postuna yaxınlaşıb yol patrul xidməti inspektorlarınm köməkliyi ilə həmin avtomaşını saxlatdırmaq qərarına gəlinmiş, ona görə də Qobustan qəsəbəsi ərazisindən geri dönüb Bakı-Astara-İran sərhəddi yolunun 47-ci kilometrliyində stasionar polis postuna tərəf gəlmişlər. Posta yaxınlaşarkən postun yaxınlığında “Toyota Prius” markalı ** CJ *** dövlət nömrə nişanlı avtomaşının dayandığını görüb həmin avtomobilə yaxınlaşmışlar. “Toyota Prius” markalı avtomaşına yaxınlaşarkən sürücü avtomaşına əyləşib hərəkət etmək istəmiş, onlar sürücüyə yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək BNMİ-nin əməkdaşları olduqlarını bildirib, sürücüdən anket məlumatlarını soruşmuş, sürücü özünü təqdim edərək Şahid5 olduğunu, idarə etdiyi avtomaşınla taksi fəaliyyəti ilə məşğul olmasını bildirmişdir. Bundan sonra sərnişin qismində avtomaşında olan şəxsdən anket məlumatları soruşulmuş, həmin şəxs də Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini verməsi təklif olunmuş, lakin Təqsirləndirilən şəxs səxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması bildirilmiş, onu və Şahid5 sonuncunun idarə etdiyi “Toyota Prius” markalı ** CJ *** dövlət nömrə nişanlı avtomaşınla birlikdə Qaradağ RPİ-yə gətirmişlər. Avtomaşın Qaradağ RPİ-nin inzibati binasının həyətində saxlanılmışdır. Polis idarəsində olarkən həmin şəxsin xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4yan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün müvafiq sənədləşmə aparıldıqdan sonra BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru Yelmar Vahabova təhvil verilmiş, Təqsirləndirilən şəxs təhqiqatçı Y.Vahabov tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiəçi dəvət olunduqdan sonra Qaradağ RPİ-nin inzibati binasının xidməti otaqlarının birində onların iştirakı ilə tərəfindən “Sony” markalı videokamera vasitəsi ilə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki qanuni və ya qeyri-qanuni əşyalarını masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan torba və 1 ədəd listdə dərman həbini masanın üzərinə qoyaraq sellofan torbada narkotik vasitə olan qurudulmuş marixuana (nəşə) və narkotik vasitə metadon həbi olduğunu bildirmişdir. Sellofan torbanın yan hissəsi kəsilməklə açılmış, sellofan torbada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar ot kütləsi, list üzərində 9(doqquz) ədəd olan üzərinə “M/40” yazılmış narkotik vasitə metadon həbinə bənzər dərman vasitəsi olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxs axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən son 8 (səkkiz) rəqəmi 9668-4109 olan plastik bank kart, 1 ədəd ***-***-**-** telefon nömrəsi ilə işlək halda olan qara rəngli “Samsung markalı mobil telefon, 1 manat pul aşkar olunmuş, bundan başqa onun üzərindən hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Aşkar olunmuş 1 manat pul Təqsirləndirilən şəxs qaytarılmış, mobil telefonla plastik bank kart isə götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan torbaya yığılmış, yaşıl rəngli qurudulmuş marixuanaya oxşar ot kütləsi elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birlikdə təxminən 34 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan torbaya yığılmış, yaşıl rəngli qurudulmuş marixuanaya oxşar ot kütləsi və 1 ədəd listdə 9 ədəd narkotik vasitə metadona oxşar dərman zərfə qoyularaq möhürlənmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələri İran vətəndaşı Ramin kimi tanıdığı şəxsdən 120 manata aldığını, bundan başqa İran vətəndaşı Ramin adlı şəxsin ona müəyyən yerə atmaq üçün narkotik vasitələr verdiyini, bunun müqabilində ona pay şəklində narkotik vasitələr verdiyini, müəyyən yerə atmaq üçün götürdüyü və 120 manata əldə etdiyi narkotik vasitələri həmin gün Ramin adlı şəxsin göstərdiyi yerdən yəni, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində yol kənarından götürdüyünü, həmin narkotik vasitələrin hazırda saxlanıldığı avtomobildə olmasını, narkotik vasitələri təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs taksi kimi sifariş etdiyi və Qaradağ RPİ-yə dəvət edilmiş “Toyota Prius” markalı ** CJ *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şahid5 avtomobildə narkotik vasitə olması bildirilmiş, Şahid5 isə avtomobilə baxış keçirilməsinə etirazı olmadığını bildirdikdən sonra tərəfindən “Sony” markalı videokamera vasitəsi ilə videoçəkliş aparılmaqla Şahid5 idarə etdiyi “Toyota-Prius” markalı ** CJ *** dövlət nömrə nişanlı avtomaşına baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Avtomaşına baxış zamanı Təqsirləndirilən şəxs “Toyota Prius”markalı ** CJ *** dövlət nömrə nişanlı avtomobili göstərib üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeyd etdiyi avtomobilin həmin avtomobil olduğunu, narkotik vasitəni avtomobilin yük yerinə qoyduğunu bildirmişdir. Bundan sonra avtomobilin yük yerinin qapısı açılmış, yük yerində bir ədəd qara rəngli sellofan torba aşkar olunmuşdur. Təqsirləndirilən şəxs içərisi dolu olan qara rəngli sellofan torbanı yük yerindən götürüb yerə qoyaraq İran vətəndaşı Ramin adlı şəxsin bildirəcəyi yerə atmaq üçün, həmçinin pay şəklində ona veriləcək narkotik vasitələrin sellofan torbanın içərisində olmasını bildirmişdir. Qara rəngli sellofan torba açıldıqda içərisindən 2 ədəd bağlamada açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 1 ədəd bağalamada ağ rəngli kristaldan ibarət psixotrop maddə metamfetaminə bənzər kütlə, 1 ədəd bağalamada tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə tiryəkə bənzər kütlə, 80 ədəd narkotik vasitə olan metadon həbinə oxşar kütlə, 200 ədəd tramadol həblərinə bənzər kütlə və 200 ədəd preqabalin həblərinə bənzər kütlə aşkar olunmuş, həmin kütlələr elektron tərəzi vasitəsi ilə çəkilmiş, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə 1,372 kiloqram, metamfetamenə oxşar kütlə 111 qram və tiryəkə bənzər kütlənin isə 618 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs “Toyota Prius” markalı ** CJ *** dövlət nömrə nişanlı avtomaşının yük hissəsindən götürüb təqdim etdiyi, narkotik vasitə, psixotrop maddə və dərman həblərinə oxşar kütlələr qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuş, protokola və qablaşdırmanın üzərinə imzalar etmişlər.

8. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması barədə olmuş, əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs taksi sürücüsü Şahid5la birlikdə Qaradağ rayonunda yerləşən stasionar postun yaxınlığında təxminən saat 18-19 radələrində avtomobildən kənarda olarkən saxlanılaraq Qaradağ RPİ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində, habelə olduğu avtomobildən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin özünə məxsus olmasına dair hər hansı etirazını bildirməmiş, əksinə öz törətdiyi əməlini səmimi etiraf edərək aşkar edilmiş maddələri Ramin adlı İran vətəndaşı vasitəsilə əvvəlcədən təyin edilmiş yerlərdən ona deyiləcək ünvanlara çatdırmaq niyyəti ilə götürdüyünü bildirmiş, ona qarşı tərəflərindən hər hansı fiziki və ya psixi təzyiq olmamış, habelə pis rəftar göstərilməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerlə Qaradağ RPİ arasında avtomobillə təxminən 20 dəqiqəlik məsafə olmuşdur. Təqsirləndirilən şəxs qohumlarının polis əməkdaşı olması barədə məlumatı olmamış, sonuncu bu barədə onlara deməmişdir.

9. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin internet informasiya ehtiyatlarında əks tədbirlər şöbəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrə, habelə həmin narkotik vasitə və psixotrop maddələrin çəkilərinə hər hansı etirazını bildirməmiş, səmimi olaraq iranlı şəxsin tapşırıqlarına əsasən narkotik vasitə və psixotrop maddələri sonuncunun dediyi yerlərə qoymaqla əvəzində pul və ya narkotik vasitə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən olduğu avtomobilin şüşələri sındırılmamışdır. Təqsirləndirilən şəxs nə o, nə də hər hansı şəxs tərəfindən fiziki və ya psixi təzyiq göstərilməmiş, pis rəftara məruz qalmamış, habelə sonuncu polis əməkdaşı olan qohumlarının olması barədə ona hər hansı məlumat verməmişdir.

10. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, şahidlər Şahid1 və Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən piyada vəziyyətdə avtomobilin yanında dayanmış, onun hansı səbəbdən avtomobilin yanında dayanmasını, habelə narkotik vasitələri götürdüyü yerin harada olmasını bilməmişdir. O, şəxsi axtarış və avtomobilə baxış istintaq hərəkətlərinin aparılmasında şəxsən iştirak etmişdir.

11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, idarə etdiyi “Toyota Prius” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə “Uber” taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olur. 14 noyabr 2023-cü il tarixdə, saat 16:58 radələrində “Uber” şirkətindən ona Bakı şəhərindən Ələt qəsəbəsinə və oradan da geri yəni, Bakı şəhərinə qayıtmaq barədə sifariş daxil olmuş, gediş haqqının qiyməti 53 manat 80 qəpik təşkil etmişdir. O, sifariş verən şəxsi, yəni sonradan adını bildiyi Aqşin adlı şəxsi götürmüş, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsinə aparmış, Ələt qəsəbəsi ərazisində yol kənarında hərəkətdə olarkən müştəri Aqşin avtomobili saxlamağı xahiş etmiş, o da avtomobili saxlamış, Aqşin avtomobildən düşmüş, özü isə avtomobildə qalmışdır. Aqşin bir qədər irəliyə gedərək yol kənarından 1 ədəd qara rəngli sellofanda olan yükü götürmüş, avtomobilə yaxınlaşmış, əlindəki yükü avtomobilin yük hissəsinə qoymuş, avtomobilə əyləşdikdən sonra o, Bakı şəhəri istqamətində hərəkətə başlamışdır. Aqşinin götürdüyü bağlamada narkotik vasitə, hansısa şübhəli əşya və ya predmet olmasından şübhələnmədiyi üçün yükün nə olmasını soruşmamış, Aqşin də götürdüyü yük barədə heç bir söz deməmişdir. Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı- Astara-İran sərhəddi yolunun 47-ci kilometrliyində stasionar dövlət yol polisi postu yaxınlığında təbii ehtiyaclarını ödəmək üçün avtomobili yolun sağ hissəsinə çəkib saxlamış, avtomobildən düşüb bir müddət sonra geri qayıdarkən üç nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşmış, xidməti vəsiqələri təqdim edərək BNMİ-nin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan anket məlumatlarını soruşmuş, o da polis əməkdaşlarına özünü təqdim edərək Şahid5 olduğunu və taksi sürücüsü kimi fəaliyyət göstərdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları Aqşinə yaxınlaşmış, ondan anket məlumatlarını soruşmuş, Aqşin də polis əməkdaşlarına özünü təqdim etmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onlarla birlikdə Qaradağ RPİ-yə getmələrini tələb etmiş, ona görə də birlikdə Qaradağ RPİ-yə gəlmiş, avtomobilini polis idarəsinin inzibati binasının həyətinə yerləşdirmiş, ona avtomobilin yanında gözləməsi bildirilmiş, Aqşini isə özləri ilə Qaradağ RPİ-nin inzibati binasına aparmışlar. Bir qədər sonra həmin polis əməkdaşları ona yaxınlaşıb Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğunu, onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə aşkar olunduğunu bildirərək avtomobilinin içərisində narkotik vasitə və ya psixotrop maddələrin olması ehtimal olunduğunu bildirərək avtomobilinə baxış keçirmək istədiklərini bildirmişlər. Buna cavab olaraq polis əməkdaşlarına avtomobilinə baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirmiş, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, onun müdafiəçisi, polis əməkdaşları və özünün iştirakı ilə idarə etdiyi “Toyota Prius” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin yük yerinə qoyduğu bir ədəd sellofan torbanı polis əməkdaşlarına təqdim etmiş, qara rəngli sellofan torba polis əməkdaşları tərəfindən açılmış, torbanın içərisindən 2 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya oxşar, 1 ədəd bükümdə psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə narkotik vasitə tiryək, 80 ədəd metadon həbləri, 200 ədəd tramadol həbləri və 200 ədəd güclü təsir edən həblərə oxşar kütlələr aşkar olunmuşdur. Elektron tərəzi vasitəsi ilə həmin kütlələr çəkilmiş, marixuanaya oxşar kütlələr ümumilikdə 618 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi avtomobilin yük hissəsindən aşkar olunmuş narkotik vasitə və ya psixotrop maddələrə oxşar kütlələr və dərman həbləri qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, qablaşdırmanm üzərində və protokolda imzalar etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etdiyini bilməmişdir. 14 noyabr 2023-cü il tarixdə Ələt qəsəbəsinə hansı məqsədlə getdiklərini, Ələt qəsəbəsində yol kənarından götürdüyü bağlamada hansı əşya və ya predmet olmasını bilməmişdir.

12. Verilən suallara cavab olaraq Şahid5 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, 3-cü mikrorayon ərazisindən götürərək Ələt qəsəbəsinə getmiş, Aqşin orada “Socar” yanacaq doldurma məntəqəsinin yaxınlığında rayonlara gedən istiqamətdə yerləşən plakatın yanında olan bağlamanı götürüb avtomobilin yük yerinə qoyduqdan sonra avtomobillə geri qayıtmağa başlamışlar. Qaradağ rayonunda yerləşən yol polisi postundan 150-200 metr yol qət etdikdən sonra yol kənarında avtomobili saxlayıb təbii ehtiyaclarını ödəmək üçün avtomobildən düşmüş, təxminən saat 19:00 radələrində polis əməkdaşları özlərini təqdim etməklə onları saxlayıb onu öz (Ruslanın) avtomobilində, Aqşini isə başqa avtomobildə Qaradağ RPİ-yə aparmış, saxlanılarkən onlara qarşı polislər tərəfindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı utandığından avtomobilində texniki nasazlıq yarandığı üçün avtomobili saxladığını bildirmiş, həqiqətdə isə təbii ehtiyaclarını ödəmək üçün avtomobili yol kənarında saxlamışdır. Təqsirləndirilən şəxs atası onun atası ilə qohumluq münasibətlərində olmuş, Aqşinlə uşaqlıqda yoldaşlıq etmiş, proqram vasitəsilə ona müştəri sifarişi gəldikdə müştərinin Aqşin olduğunu bilməmiş, yalnız sonuncu avtomobilə əyləşdikdə onun Aqşin olduğunu görmüş, yolda sonuncu ilə ümumi məsələlər, habelə iş barədə söhbət etmişlər. Lakin ibtidai istintaq zamanı Aqşini əvvəllər tanımasını bildirməmişdir. “Uber” şirkətinin taksi əməkdaşları müştərinin olduğu yerin ünvanını görə bildikləri üçün müştəri ilə əlaqə saxlamağa ehtiyac yaranmır. O, Aqşinin yol kənarından götürdüyü bağlamanın içərisində nə olduğunu bilməmiş, yalnız polis idarəsində Aqşinin üzərində narkotik vasitə olması məlum olmuşdur. O, hər hansı şəxsin Aqşinə sellofan paket verməsinin şahidi olmamışdır. Aqşin yoldan götürdüyü torbanı özü avtomobilin yük yerinə qoymuş, sonuncuya avtomobilin yük yerinə nə qoyması, habelə haradan alması barədə sual verməmiş, həmin torbanı polislər tərəfindən baxış keçirilən zaman görmüşdür. O, gecə saat 2 radələrində izahat verdikdən sonra polis idarəsindən buraxılmış, Aqşin onun taksi sürücüsü kimi fəaliyyət göstərdiyini bilmişdir. Aqşindən aşkar olunmuş narkotik vasitələrin adını baxış zamanı polis əməkdaşları demişdir. X14 qəsəbəsindən narkotik vasitə götürəcəyindən xəbəri olmamışdır. O, Şahid4 tanımamış, onun yanında və ya Qaradağ RPİ-də Aqşinə qarşı fiziki və ya psixi təzyiq göstərilməsinin şahidi olmamış, o cümlədən sonuncu ilə idarədə qarşılaşarkən ona bu barədə hər hansı söz deməmişdir.

13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla təxminən 3-4 il əvvəl “Eurohome” bazarında tanış olmuş, onunla hər hansı ədavəti olmamış, haızrkı iş üzrə Aqşinin saxlanılmasının şahidi olmamışdır. Onun Aqşinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs tutulmazdan təxminən 5 ay əvvəl anası vəfat etdiyindən vəziyyəti çox pis olmuş, Aqşinlə birgə narkotik vasitə istifadə etmiş, sonuncunun harasa gedib nəsə aldığını görməmişdir. Ailəsi onun narkotik vasitələrdən istifadə etməsini öyrəndiyindən Aqşinlə aralarında mübahisə yaranmış, sonuncu ona narkotik vasitə tapmaqda köməklik edəcəyini bildirmiş, lakin tapa bilməmiş, o həmin vaxt narkotik vasitə təşkili üçün Aqşinə pul verməmişdir. Təxminən 8-9 ay əvvəl onunla Aqşin arasında narkotik vasitələrlə bağlı olmayan digər şəxsi məsələlərlə əlaqədar mübahisə yaranmışdır. O, Aqşindən birgə istifadələri məqsədilə narkotik vasitə təşkil etməsini xahiş etmiş, sonuncu onun xahişi əsasında narkotik vasitə təşkil etmiş, həmin narkotik vasitəni birgə istifadə etmələri üçün evinə doğru yollanarkən əvvəlcə mağazaya girib siqaret almış, Aqşin bu zaman onu maşında gözləmiş, qəfil polislər tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinə aparılmaqla orada 5-6 saat saxlanılmış, həmin vaxt onların üzərində narkotik vasitə olmamışdır. Aqşin əvvəllər ona narkotik vasitə satmasını təklif etmiş, o sonuncudan bir dəfə yarım qram, bir dəfə də 50 manatlıq narkotik vasitə almışdır. O, narkotik vasitə alması üçün Aqşinə pul vermişdir. Hazırkı iş üzrə Aqşin ona narkotik vasitə satmağı təklif etməmişdir. O, əvvəllər Aqşinlə arasında yaranmış mübahisəsi ilə əlaqədar sonuncunu şikayət etmək istəmiş, lakin sonradan fikrindən daşınmışdır. Aqşinin aldığı narkotik vasitəni hər ikisi birlikdə istifadə etmişdir.

14. Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadə elan edilərək tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, əvəllər psixotrop maddə olan metamfetamin qəbul etmiş, təxminən doqquz ay əvvəl isə psixotrop maddə olan metamfetamini tanışı Təqsirləndirilən şəxs 30 manata öz istifadəsi üçün almış, bir neçə dəfə isə tanımadığı şəxslərdən əldə etmişdir. O, sonradan işləmək üçün Rusiya Federasiyasına getmiş, bir müddətdən sonra geri qayıtmışdır. 2023-cü ilin oktyabr ayında Aqşin ona telefonla zəng edərək “məndə satılıq psixotrop maddə olan şüşə var, 1 qramı 50 manatdır” sözlərini demiş, o da Aqşinə narkotik vasitənin qiymətinin ucuz olduğuna görə almaq istədiyini bildirmişdir. Razılaşdıqdan sonra Aqşin ona “gəl bizim küçənin başına orada görüşək malı sənə verim” sözlərini demiş, o da Aqşinin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən gölün yaxınlığındakı evinə getmiş, 50 manat pulu Aqşinə vermiş, Aqşin isə onu gözləməsini bildirib yaşadığı evdən uzaqlaşmış, təxminən 10 dəqiqədən sonra onun yanına qayıdaraq bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümü ona vermiş, bükümün içərisindəkinin psixotrop maddə olan şüşə olmasını bildirmişdir. O da həmin bükümü Aqşinə verib ona “büküm səndə qalsın, gedək bizə bizim evdə qəbul edək” sözlərini demişdir. Aqşin razılaşaraq bükümü ondan almışdır. Taksi sifariş verib birlikdə onun yaşadığı evə getmişlər. Siqaret almaq üçün evinin yaxınlığındakı marketə girmiş, marketdə olarkən Abşeron RPİ-nin X9 əməkdaşları onu saxlamış, Aqşinlə birlikdə Saray Polis bölməsinə aparılmışlar. Polis bölməsində olarkən üzərindən narkotik vasitə və ya psixotrop maddə aşkar edilmədiyi üçün onu sərbəst buraxmışlar. Həmin hadisədən sonra Aqşinin onun barəsində polisə məlumat verməsini düşünmüşdür. Aqşinin ona etdiyinin əvəzini çıxmaq üçün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən vatsap mobil tətbiqi vasitəsi ilə Aqşinə smslər yazaraq ona psixotrop maddə və qəbul etmək üçün falqa gətirməsini xahiş etmişdir. Məqsədi psixotrop maddə qəbul etmək deyil, Aqşin barəsində dərhal polisə məlumat vermək olmuşdur (Cild 1, i.v.196-199;).

15. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

16. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə, saat 18:25 radələrində taksi kimi istifadə etdiyi Şahid5 idarə etdiyi “Toyota-Prius” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə gələrkən BNMİ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində Bakı-Astara-İran sərhədi yolunun 47-ci kilometrliyində yerləşən stasionar postun yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirilməsi, idarədə üzərinə və avtomobilə baxış aparılarkən onun üzərindən və avtomobildən külli miqdarda narkotik vasitə və psixotrop maddələr, həmçinin güclü təsir edən dərman həbləri aşkar edilməsi faktına görə Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X8 tərəfindən 15 noyabr 2023-cü il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1-2;)

17. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 14 noyabr 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BNMİ-nin şöbə rəisinin müavini, polis polkovnik-leytenantı Şahid1 tərəfindən xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yerləşən nömrəsiz fərdi evdə yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BNMİ-nin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin idarənin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis mayoru Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə, saat 18:25-də Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Bakı-Astara-İran sərhədi yolunun 47-ci kilometrliyində yerləşən stasionar postun yaxınlığında Şahid5 Niyaz oğlunun idarə etdiyi “Toyota Prius” markalı **- CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Qaradağ RPİ-yə gətirilmiş, Şahid5 Qaradağ RPİ-yə dəvət edilmiş, avtomobil isə idarənin həyətinə yerləşdirilmişdir (Cild 1, i.v. 4-11;).

18. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 5(002)- 466/2023 nömrəli qərarından görünür ki, BNMİ-nin şöbə rəisinin müavini, polis polkovnikleytenantı Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi, polis general-mayoru İslam Hümbətov tərəfindən təsdiq edilmiş 14 noyabr 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuna uyğun hesab edilmişdir (Cild 1, 171;).

19. “Şübhəli şəxsin tutulması haqqında” 14 noyabr 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X7 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 Saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə həmin tarixdə, saat 19:40da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 14 noyabr 2023-cü il tarixdə, saat 18:25-dən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 12-21;).

20. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin tarixdə, saat 20:10-dan 20:22-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X7 tərəfindən həmin idarənin şöbə rəisinin müavini, polis polkovnik-leytenantı Şahid1, baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis mayoru Şahid3, habelə müdafiəçi X1 iştirakı ilə Qaradağ RPİ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri ətraflı izah edilərək ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotk vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 9 (doqquz) ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd üzərində son 8 (səkkiz) rəqəmi 9668-4109 nömrəsi olan plastik bank kartı, 1 (bir) ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Samsung” markalı mobil telefon və 1 (bir) manat pul aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 34 (otuz dörd) qram olmuşdur. Daha sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənərək üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və 1 (bir) ədəd bank kartı bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 1 (bir) manat pul isə şübhəli şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs sorğu zamanı, təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Ramin” adlı şəxsin vasitəsi ilə bu gün Ələt qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək məqsədi ilə 120 (bir yüz iyirmi) manata əldə etdiyini, həmçinin “Ramin” adlı şəxsin ona istifadəsi üçün əlavə narkotik vasitə verdiyini, əvəzində Şahid5 idarə etdiyi avtomobildə saxladığı kütlələri sonuncunun göstərişi ilə deyilən ünvanlara qoyacağını, “Ramin” adlı şəxsi təxminən 4-5 (dörd-beş) gündür tanıdığını, Şahid5 idarə etdiyi avtomobildə də narkotik maddə saxladığını, həmin narkotik maddəni təqdim edə biləcəyini, avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. İstintaq hərəkəti zamanı BNMİ-nin şöbə rəisinin müavini, polis polkovnik-leytenantı Şahid1 tərəfindən “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkilişin aparılması, videoyazının əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 20:30-dan saat 21:10-dək protokol tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 29-31;).

21. “Avtomobilə baxış və götürmə aparılması haqqında” 14 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə qəbul edilməklə müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar və Şahid5 razılıq ərizəsi əsasında 14 noyabr 2023-cü il tarixdə, saat 21:25-dən 21:45-dək BNMİ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis mayoru X7 tərəfindən həmin idarənin şöbə rəisinin müavini, polis polkovnik-leytenantı Şahid1, baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və əməliyyat müvəkkili, polis mayoru Şahid3, habelə Şahid5 iştirakı ilə sonuncunun idarə etdiyi **-CJ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilə baxış keçirilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs əvvəlcə avtomobildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin avtomobilin yük hissəsindən 2 (iki) ədəd bağlamada açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni, 1 (bir) ədəd bağlamada ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 1 (bir) ədəd bağlamada tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütləni, 80 (səksən) ədəd narkotik vasitə olan metadon həblərinə bənzər kütləni, 200 (iki yüz) ədəd tramadol həblərinə bənzər kütləni və 200 (iki yüz) ədəd preqabalin həblərinə bənzər kütləni təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlələrin ümumilikdə çəkisi 1 (bir) kq 372 (üç yüz yetmiş iki) qram, metemfetaminə bənzər kütlənin çəkisi 111 (yüz on bir) qram və tiryəkə bənzər kütlənin çəkisi 618 (altı yüz on səkkiz) qram olmuşdur. Bundan sonra həmin kütlələr qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənərək üzəri şübhəli şəxs, iştirakçı, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Avtomobilin digər hissələrinə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Ramin” adlı şəxsin vasitəsi ilə bu gün Ələt qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Ramin” adlı şəxsin ona istifadəsi üçün narkotik vasitə verəcəyini, avtomobildə kütlələrin olmasından heç kimin məlumatı olmadığını bildirmişdir. Şahid5 ona verilən suallara cavab olaraq avtomobildə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını, Aqşinin ona avtomobildə narkotik vasitə və psixotrop maddə saxlamasını demədiyini bildirmişdir. İstintaq hərəkəti zamanı BNMİ-nin şöbə rəisinin müavini, polis polkovnik-leytenantı Şahid1 tərəfindən “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkilişin aparılması, videoyazının əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 21:55-dən saat 22:35-dək protokol tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v.32-36;).

22. “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “Avtomobilə baxış keçirilməsi və götürmə haqqında” 14 noyabr 2023-cü il tarixli protokollarda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı iki ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 11 dəqiqə 37 saniyə və 19 dəqiqə 42 saniyə olan həmin videoçəkilişlərin əks olunduğu iki ədəd diskdəki videogörüntülərə müstəntiq Qüdrət Əliyev tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçi Rasim Almuradovun iştirakı ilə keçirilmiş 15 noyabr 2023-cü il tarixli “Elektron daşıyıcıya baxış keçirilməsi haqqında” protokollarla, habelə həmin videogörüntülərə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə avtomobilə baxış və götürmə istintaq hərəkətləri zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntülərdən Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə, habelə avtomobildə keçirilmiş baxış və götürmə istintaq hərəkətləri zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, xüsusilə avtomobilə baxış zamanı fəal olması, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 67-69;).

23. “Məhkəmə-bioloji” ekspertizasının 15 noyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1561 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN № 7 möhür əksi və Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 30,52 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Üzərində “Təqsirləndirilən şəxs Ruslan İbahimovun idarə etdiyi avtomobildə təqdim etdiyi...” yazısı və imzalar olan qara rəngli polietilin bağlamadakı 2 (iki) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 960,0 qram və 325,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuanaların ümumi təmiz çəkisi - 1315,52 qram, tədqiqata cəmi istifadə olundu - 0,3 qram, qalıq - 1315,22 qram. Aparılmış tədqiqatın dəyərinin 78 (yetmiş səkkiz) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 48- 52;).

24. “Məhkəmə fiziki-kimyəvi (materialların-məhkəmə)” ekspertizasının 15 noyabr 2023cü il tarixli, 3-16-16/2-6/6005 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” və s. yazılar, soyadlar, imzalar olan paketdəki üzərində “Methadone 40.. Faran” əmtəə göstəriciləri olan 1 (bir) ədəd blisterdə üzərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 9 (doqquz) ədəd dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,36 qram olan narkotik vasitə metadon müəyyən edildi. Üzərində “Təqsirləndirilən şəxs Şahid5 idarə etdiyi avtomobildə təqdim etdiyi...” və s. yazılar, soyadlar, imzalar olan paketdəki üzərilərində ”Methadone 40.. Faran” markalanma göstəriciləri olan 8 (səkkiz) ədəd blisterdə üzərlərində ”F/M40” yazısı həkk olunmuş ümumilikdə 80 ədəd dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 3,2 qram olan narkotik vasitə metadon müəyyən edildi. Üzərilərində “LYRİVER® 150 mg...Pregabalin” markalanma göstəriciləri olan 20 (iyirmi) ədəd blisterdə ümumilikdə 200 (iki yüz) ədəd ağ rəngli dərman kapsulalarının tərkibində təsiredici maddəsinin ümumi miqdarı 30 qram olan güclü təsiredici maddə preqabalin müəyyən edildi. Üzərilərində “NAMADOL 225 mg Tramadol-Hydrochloride” markalanma göstəriciləri olan 20 (iyirmi) ədəd blisterdə üzərlərində “225” yazısı olan ümumilikdə 200 ədəd dərman tabletlərinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 45 qram olan güclü təsiredən maddə tramadol müəyyən edildi. 1 (bir) ədəd bükümdə təmiz çəkisi 103,296 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1 (bir) ədəd bükümdə təmiz çəkisi 610 qram olan tünd qəhvəyi rəngli qətranabənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Ümumilikdə 89 (səksən doqquz) ədəd metadon (təsiredici maddələrin ümumi miqdarı 3,56 qram) kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Ümumilikdə 200 (iki yüz) ədəd tramadol tabletləri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər və ümumilikdə 200 ədəd preqabalin kapsulları da həmçinin kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Metadon 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin” siyahısına (Siyahı İİ) daxildir. Preqabalin və Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Metamfetaminin ümumi çəkisi - 103,296 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 103,196 qramdır. Tiryəkin ümumi çəkisi - 610 qram, tədqiqata sərf edildi - 0,15 qram, qalıq - 609,85 qramdır. Metodon ümumilikdə 89 tablet, tədqiqata sərf edildi - 9 tablet, qalıq - 80 tabletdir. Tramadol (“Namadol”) ümumilikdə - 200 tablet, tədqiqata sərf edildi - 5 tablet, qalıq - 195 tablet. Preqabalin (“Lyriver”) ümumilikdə - 200 tablet, tədqiqata sərf edildi - 5 tablet, qalıq - 195 tablet. Aparılmış tədqiqatın dəyərinin 110 (bir yüz on) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 53-59;).

25. “Mobil telefona baxış keçirilməsi haqqında” 16 noyabr 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, müstəntiq Q.F.Əliyev tərəfindən Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Təqsirləndirilən şəxs ***-***-**-** nömrəli “Samsung” markalı mobil telefonuna baxış zamanı telefonun zəng qutusunda çoxsaylı nömrələrlə qarşılıqlı zənglərin olması, sms qutusunda çoxsaylı smslər olması müəyyən olunmuşdur. “Xxxxx” adlı ***-***-**-**, “Rövşən Taksi” ***-***-**-**, “Allahyar Novxanı” ***-***-**-**, ”***-***-**-**” və “Tuzik” ***-***- **-** nömrələri ilə yazışmalarda olan sms mətnlərində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları öz əksini tapmışdır. Vatsap tətbiqində olan ***-***-**-**, “Gündüz Masazır” ***-***-**-**, “Musa.515” ***-***-**-**, “Bəhruz Azad” ***-***-**-**, ***-***- **-**, “Derman” +90-***-***-**-**, “Qara Türkiyə 2.” +90-***-***-**-**, “Fərhad” ***-***-**-**, “X13” ***-***-**-**, “X15” ***-***-**-**, “Tuzik” ***-***-**-**, “Ramin” +***-***-**-**, “X16 Kr” ***-***-**-** nömrələri olan smslərdən, səs yazılarından və biri-birinə göndərdikləri fotoşəkillərdən görünür ki, həmin nömrələri işlədən şəxslərlə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin alışı və satışı həyata keçirilmişdir. Bundan başqa, mobil telefonun qaleriya qutusunda çoxsaylı şəkillər, o cümlədən qaleriya və çöp qutusunda narkotik vasitələrinin fotoşəkilləri vardır. Həmin şəkillər vatsap mobil tətbiqi vasitəsi ilə həmin nömrəni işlədən şəxslər tərəfindən biri-birilərinə göndərilmiş, lakin Təqsirləndirilən şəxs tərəfindən silinməklə çöp qutusuna atılmışdır. Mobil telefonda olan sms, qaleriya və vatsap mobil tətbiqi qutularında narkotik maddələrin qanunsuz dövriyyəsini göstərən sms mətnləri, şəkillərin, fotoşəkilləri çəkilməklə protokola əlavə edilmişdir. Bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılara - Təqsirləndirilən şəxs və müdafiəçisi A.R.Almuradova ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur (Cild 1, i.v. 94-160;).

26. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 4(002)- 262/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək əməlindən peşman olduğunu bildirmiş və barəsində həbs qətimkan tədbiri seçilməməsini xahiş etmişdir (Cild 1, i.v. 167-170;).

27. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən təqdim edilmiş 18 noyabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə qeyd olunan xəstəxanada müalicə almamışdır (Cild 1, i.v.175;).

28. ”Maddi sübutun tanınması haqqında” 20 noyabr 2023-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatarından sonra qalıq qalmış 1315,22 qram narkotik vasitə qurudulmuş marixuana, 103,196 qram psixotrop maddə metamfetamin, 609,85 qram narkotik vasitə tiryək, 80 tablet narkotik vasitə metadon həbləri, 195 tablet güclü təsiredən maddə preqabalin və 195 tablet güclü təsiredən maddə tramadol həbləri cinayət işi üzrə maddi sübut kimi tanınmaqla saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (Cild 1, i.v.176-179;).

29. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 24 noyabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 185- 186;).

30. “Elektron daşıyıcıya baxış keçirilməsi haqqında” 21 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, müstəntiq Q.F.Əliyev tərəfindən "xxxx" MMC-dən müvafiq olaraq məhkəmə qərarı ilə əldə edilmiş və özündə anten məlumatları, sms mətnləri və giriş-çıxış zəngləri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilmişdir. Protokoldan görünür ki, baxış zamanı sms mətnlərdə Təqsirləndirilən şəxsla digər şəxslər arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi, alışı və satışı barədə çoxsaylı yazışmaların olması müəyyən edilmiş, həmçinin Təqsirləndirilən şəxs özünün də narkotik vasitələri qəbul etməsi öz təsdiqini tapmışdır. SMS mətnləri mobil telefonun sms qutusu və vatsap mobil tətbiqi qutusunda olan sms mətnləri ilə eynilik təşkil etmişdir (Cild 1, i.v. 202-204;).

31. Qaradağ RPİ-nin 11-ci PB-nin rəis vəzifəsini müvəqqəti icra edən, polis polkovnikleytenantı Mehman Qurbanovun 15 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr vermiş, özünü İran İslam Respublikası vətəndaşı Ramin kimi təqdim etmiş şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir (Cild 1, i.v.220;).

32. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 9 dekabr 2023cü il tarixli, 8093 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya və intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə arabir düşəndə narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə və narkotik vasitə olan metadon həbindən istifadə etmişdir (Cild 1, i.v. 221-222;).

33. “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi “Ramin” adlı şəxsin şəxsiyyətinin müəyyən olunması üçün ********* nömrəli cinayət işindən müstəntiq Q.Əliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v. 247-248;).

34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının rəisi, ədliyyə polkovniki Elnur İsmayılovun 19 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, 19 yanvar 2024-cü il tarixdə, təxminən saat 15:00 radələrində Qaradağ RPİ-nin müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən və barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sol saidin ön tərəfinin bir neçə yerdən cızılmış qərtməkli yara xəsarətləri aşkar olunmuşdur. Fakt ilə əlaqədar olaraq, həbs olunmuş şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin xəsarətləri Qaradağ RPİ-nin müvəqqəti saxlama yerində olarkən istintaqın gedişatına etiraz əlaməti olaraq əyninə geyindiyi cins şalvarın arxa tərəfində olan təmir etiketi ilə özü-özünə xəsarət yetirməsi nəticəsində almışdır (Cild 2, i.v.30;).

35. “Elektron daşıyıcıya baxış keçirilməsi haqqında” 1 fevral 2024-cü il tarixli protokoldan görünür ki, müstəntiq Q.F.Əliyev tərəfindən "xxxx" MMC-dən məhkəmə qərarı ilə əldə edilmiş və özündə anten məlumatları, sms mətnləri və giriş-çıxış zəngləri barədə məlumatları əks etdirən “CD” diskə həmin tarixdə, saat 10:00-dan 11:30-dək baxış keçirilmişdir. Protokoldan görünür ki, baxış zamanı 4 oktyabr 2023-cü il tarixdə, saat 00:49:35-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsinə “Qaqa kola istəyən var”, 5 oktyabr 2023-cü il tarixdə, saat 06:56:17-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsinə “qaqa yuskaya pul vuranda mənədə de pul verəcəm 1-ci partiya salki əridəy axşama birdə atdıraq ”, 7 oktyabr 2023-cü il tarixdə, saat 18:52:42-də ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsinə “qaqa oyaqsansa yatma sən kimi çox istiyirsən birinci partiya atdırardıq axşama qalmazdıda qaqa tez bazar aborod eliyərdik yatsan..nalayiq ifadə...düz demirəm?”, 20 sentyabr 2023-cü il tarixdə, saat 17:08:46-da Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrədən ***-***-**-** nömrəsinə “Allahyar qardasan gəlim yanıva imkan varsa əgər qardaşım mənə kola verərsən?” 3 oktyabr 2023-cü il tarixdə, saat 09:58:40-da Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrədən ***-***-**-** nömrəsinə “qaqa 3 ədəd 05 qalıb”, 3 noyabr 2023-cü il tarixdə, saat 12:42:13-də Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrədən ***-***-**-**-75 nömrəsinə “qadaşım tez gəl. Birdəki 1 qram qalıb istəyirsən 50 manat ver verim sənən, əgər imkan yoxdursa eybi yox 30 karta at gəl”. Belə kart məsələsinə görə narahatsansa gəl əlbəəl verərsən”, 4 noyabr 2023-cü il tarixdə, saat 23:06:50-də Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** nömrədən ***-***-**-** nömrəsinə “qaqa noldu dərman. Burda heçnə yoxdur, dərmanı həll elə alaqda nolar”, 5 noyabr 2023-cü il tarixdə, saat 14:08:24-də Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrədən ***-***-**-** nömrəsinə “daş lazımdı var?” tipli və sair jarqon ifadələrlə yazılmış narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə bağlı çoxsaylı sms-mesajlar aşkar edilmişdir. Protokolda “CD” diskdə aşkar olunmuş sms mətnlərin çap edilərək protokola əlavə edilməsi qeyd olunmuşdur (Cild 2, i.v. 38-49;).

36. “Əməlin tövsif edilməsi haqqında” 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələrindən həmin Məcəllənin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinə tövsif edilmişdir (Cild 2, i.v.56-57;).

37. “Üzləşdirmə” 28 fevral 2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1, Şahid2 və Şahid5 arasında müdafiəçi X1 iştirakı ilə keçirilən üzləşdirmə istintaq hərəkətləri zamanı Şahid1, Şahid2 və Şahid5 məhkəməyədək icraat zamanı verdikləri ifadələrində göstərdikləri xüsusatları bir daha təqsirləndirilən şəxsin üzünə demişlər. Üzləşdirmələr zamanı Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı Ramin kimi tanıdığı şəxsdən narkotik vasitə olan “M40” dərmanı sifariş edərək Ələt qəsəbəsinə getdiyini, orada Raminin dediyi yerdə yol kənarında qara rəngli sellofan torbanı gördüyünü, torbanı götürmədən gəldiyi taksiyə minib geri qayıtmaq istədiyini, dövlət yol polisi postunun yaxınlığında polis əməkdaşlarının ona yaxınlaşdığını, avtomaşının qapısını açaraq ona fiziki zor tətbiq edərək “malın” harada olması soruşulduğunu, onun isə sonunculara üzərində narkotik vasitə olmadığını bildirməsini, polislərin onu öz avtomobillərinə əyləşdirib Ələt qəsəbəsindəki həmin yerə apararaq yerdə olan qara rəngli sellofan torbanı götürüb “Toyota Prius” markalı avtomobilin yük yerinə qoyduqlarını, Qaradağ RPİ-də polislərin cibinə qoymasını ona narkotik tərkibli dərman verdiyini bildirmişdir (Cild 2, i.v.59-67;).

38. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə yenidən ittiham elan olunmaqla mahiyyəti izah edilmişdir (Cild 1, i.v. 73-75;).

39. “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 1315,22 qram narkotik vasitə qurudulmuş marixuana, 103,196 qram psixotrop maddə metamfetamin, 609,85 qram narkotik vasitə tiryək, 80 tablet narkotik vasitə metadon həbləri, 195 tablet güclü təsiredən preqabalin və 195 tablet güclü təsiredən tramadol həbləri ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmaqla saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilməsi, habelə şəxsi axtarış və götürmə, avtomobilə baxış və götürmə zamanı aparılmış videoçəkilişlərin 2(iki) ədəd diski və "xxxx" MMC-dən daxil olmuş 1(bir) ədəd disk sübut kimi tanınmaqla iş materiallarında saxlanılması və ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Ramin” adlı şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2ci maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması nəzərə alınmışdır (Cild 2, i.v. 94- 107;).

40. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Q.F.Əliyev tərəfindən 4 mart 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 6 mart 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.111-125;).

41. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə cinayət işi məhkəmə baxışına təyin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkəməyə verilmişdir (Cild 3;).

42. Abşeron Rayon Polis İdarəsinin X9 rəisi, polis polkovnik-leytenantı Toğrul Hüseynovun 14 avqust 2024-cü il tarixli məktubundan görünür ki, 2023-cü ilin oktyabr ayında Şahid4 və Təqsirləndirilən şəxs adlı şəxslər həmin polis bölməsinə gətirilməmişdir (Cild 3;).

43. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2013-cü il təvəllüdlü Ramal Səfərov adlı 1 (bir) azyaşlı uşağı vardır (Cild 3;).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

44. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 3cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

46. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

47. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

48. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir.

49. Belə ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddələrin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

50. CM-in 240.1-ci maddəsi narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq, yaxud emal etmək üçün avadanlığı qanunsuz satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

51. CM-in 240.3.2-ci maddəsinə əsasən həmin Məcəllənin 240.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

52. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin a) yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Həmin siyahının 13-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə metadonun şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 1,6 qram müəyyən edilmişdir. Həmin siyahının 19-cu bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə tiryəkin (o cümlədən ekstrasiya edilən) şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 50 qram müəyyən edilmişdir. Həmin Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının” Siyahısının 68-ci bəndində “Preqabalin” güclü təsir edən maddəsinin külli miqdarı 5 qram və həmin Siyahının 79-cu bəndində isə “Tramadol” güclü təsir edən maddəsinin külli miqdarının 6 qram olması müəyyən edilmişdir.

53. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı ümumilikdə 1314,52 qram olan narkotik vasitə qurudulmuş marixuananın miqdarının şəxsi istehlak miqdarından təxminən 263 dəfə, külli miqdarından isə təxminən 3 dəfə artıq olması, ümumilikdə 610 qram olan narkotik vasitə tiryəkin miqdarının şəxsi istehlak miqdarından təxminən 1220 dəfə, külli miqdarından isə təxminən 12 dəfə artıq olması, təsir edici miqdarı ümumilikdə 3,56 qram olan 89 ədəd narkotik vasitə metadon həbinin təsir edici miqdarının şəxsi istehlak miqdarından 178 dəfə, külli miqdarından isə təxminən 2.2 dəfə artıq olması, ümumilikdə 103,296 qram olan psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından təxminən 688 dəfədən, külli miqdarından isə təxminən 51 dəfədən artıq olması, təsir edici miqdarı ümumilikdə 30 qram olan 200 ədəd güclü təsir edən maddə preqabalin həbinin miqdarının külli miqdarından 5 dəfə artıq olması, habelə təsiredici miqdarı ümumillikdə 45 qram olan 200 ədəd güclü təsir edən maddə tramadol həbinin miqdarının külli miqdarından 7,5 dəfə artıq olması, həmin narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin müxtəlif növlərə aid olmaqla çoxsaylı bükümlərdə bükülmüş (paketlənmiş) halda və blisterlərdə (tabletlər) aşkar edilməsi, qeyriləri ilə qabaqcadan əlbir olaraq narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil telefonundan aşkar edilmiş çoxsaylı vatsap yazışmaları, danışıqları və foto şəkilləri, o cümlədən istifadəsində olan mobil telefon nömrəsinə daxil olmuş və çıxmış narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin qanunsuz dövriyyəsi, habelə satışı ilə məşğul olmasına dair çoxsaylı smsmesaj yazışmaların müəyyən edilməsi, şəxsi axtarış və götürmə, eləcə də avtomobilə baxış istintaq hərəkətləri aparılarkən özünün narkotik vasitə metadon (dərman) və qurudulmuş marixuana əldə etmək məqsədilə iranlının tapşırıqlarını yerinə yetirməsi ilə bağlı etirafedici ifadələri, şahidlərin ifadələri və digər sübutlar, Şahid4 pul müqabilində ayrı-ayrı vaxtlarda psixotrop maddə metamfetamin və narkotik vasitə satması onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

54. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq sonuncudan müəyyən pul müqabilində bir neçə dəfə şəxsi istifadə məqsədilə narkotik vasitə və psixotrop maddə alması ilə bağlı verdiyi ifadələr sonuncunun narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin satışı ilə məşğul olmasını, Şahid5 Ələt qəsəbəsi istiqamətindəki yolda idarə etdiyi avtomobili saxladıqdan sonra Təqsirləndirilən şəxs avtomobildən düşüb yoldan sellofan paketi götürüb avtomobilin yük yerinə qoyması ilə bağlı verdiyi ifadələr isə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda çoxsaylı bağlamalara bükülmüş halda olmaqla müxtəlif növlərdə olan narkotik vasitə, psixotrop və güclü təsir edən maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə taksi kimi sifariş etdiyi avtomobildə daşımaqla saxladığını bir daha təsdiq edir.

55. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

56. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

57. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

58. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamda göstərilən narkotik vasitə, psixotrop və güclü təsir edən maddələrin ona məxsus olmaması, 1 list narkotik vasitə metadon həbi götürmək üçün həmin əraziyə getməsi, lakin yolda daha böyük sellofan paket olduğunu görüb geri qayıtması, Şahid4 heç vaxt narkotik vasitə satmaması, ağrıdığı üçün polislərin ona metadon həbi verməsi və qarşılığında sonuncuların dediklərini etməsi ilə bağlı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və digər mötəbər sübutlarla inkar edildiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

59. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

60. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə dindirilərkən, digər istintaq hərəkətləri həyata keçirilərkən, məhkəmə nəzarəti qaydasında 16 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində barəsində qətimkan tədbiri məsələsinə qapalı məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən hər hansı bir fiziki təzyiqə və zorakılığa məruz qalmasını bildirməmişdir. Təqsirləndirilən şəxs yalnız ibtidai istintaqın yekun mərhələsində ona əlavə ittihamlar verilərkən fiziki və psixi təzyiqlərə məruz qalmasını bildirmiş, hətta bununla bağlı etiraz əlaməti olaraq özünə xəsarət yetirmiş, həmin hal isə işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Həmçinin hökmün 20-22 və 26-cı bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.

61. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

62. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahid ifadələri, üzləşdirmələr, ekspert rəyləri, digər istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

63. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

64. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

65. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.

66. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər.

67. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

68. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

69. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

70. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

71. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, habelə həmin Məcəllənin 59.2-ci maddəsinin tələbinə əsasən narkomaniya xəstəliyindən əziyyət çəkməməsini, 32 yaşında olmaqla cavan olmasını və əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

72. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

73. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

74. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.

75. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi hər bir cinayət əməlinə görə ayrı-ayrılıqda cəza təyin edilməli, daha sonra CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə ona hazırkı iş üzrə qəti cəza təyin edilməlidir.

76. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

77. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

78. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

79. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 14 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 14 noyabr 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 5 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 aprel 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v. 12; 167-170; Cild 2; Cild 3).

80. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 noyabr 2023-cü il tarixdən hesablanmalıdır.

81. Məhkəmə hökmün 32-ci bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

82. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

83. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Qaradağ RPİ-də saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 1315,22 qram olan narkotik vasitə qurudulmuş marixuana, tədqiqatlardan sonra qalıq çəkisi 609,85 qram olan narkotik vasitə tiryək, tədqiqatlardan sonra qalıq qalmış 80 ədəd narkotik vasitə metadon tableti, tədqiqatlardan sonra qalıq çəkisi 103,196 qram olan psixotrop maddə metamfetamin, tədqiqatlardan sonra qalıq qalmış 195 ədəd güclü təsir edən tramadol tableti və tədqiqatlardan sonra qalıq qalmış 195 ədəd güclü təsir edən preqabalin tableti məhv edilməli, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd “Leobank” bank kartı Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, “Şəxsi axtarış və götürmə” və “Avtomobilə baxış və götürmə” istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlərin əks olunduğu videogörüntülərin köçürüldüyü 2 (iki) ədəd disk və "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

84. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

85. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 188 (bir yüz səksən səkkiz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

86. İş üzrə mülki iddia verilməmişdir.

87. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

88. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

89. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 14 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 609,85 qram olan narkotik vasitə tiryək, tədqiqatlardan sonra qalıq çəkisi 1315,22 qram olan narkotik vasitə qurudulmuş marixuana, tədqiqatlardan sonra qalıq qalmış 80 ədəd narkotik vasitə metadon tableti, tədqiqatlardan sonra qalıq çəkisi 103,196 qram olan psixotrop maddə metamfetamin, tədqiqatlardan sonra qalıq qalmış 195 ədəd güclü təsir edən maddə tramadol tableti və tədqiqatlardan sonra qalıq qalmış 195 ədəd güclü təsir edən maddə preqabalin tableti məhv edilsin, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon və 1(bir) ədəd bank kartı Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 3 (üç) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 188 (bir yüz səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar