Məhkəmə qərarları › İş №1(101)-1509/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1509/2021

08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1509/2021 08.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakları ilə, xx xxxxxxxx 1960-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Bakı Şəhəri Sabunçu Rayon Xalq Məhkəməsinin 01 dekabr 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 95-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 may 2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 08 may 2007-ci il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən azad olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyun 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05 iyun 2014-cü ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyun 2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2assivi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni, digər şəxsi qəsdən həyatdan məhrum etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlamışdır. Belə ki, o, 22 mart 2021-ci il tarixdə saat təxminən 19 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Yeni sahə” yaşayış massivi, nömrəsiz evdə övladı 16 avqust 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs həyatdan məhrum etməyə yönələcək əməlinin ictimai təhlükəli olduğunu qabaqcadan görərək və bunu arzu edərək qısqanclıq zəmnində qəsdən öldürmək niyyətilə əvvəlcədən hazırladığı plan əsasında Zərərçəkmiş şəxs yerə yıxdıqdan sonra əllərini tutaraq naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib bir ədəd 5 ml-lik şprisin içərisinə dolduraraq cibində hazır vəziyyətdə saxladığı narkotik vasitə olan heroini, yəni tiryək qrupuna aid olan alkoloidi inyeksiya yolu ilə övladının sol bazu əzələsinə yeritdikdən sonra Zərərçəkmiş şəxs narkotik vasitənin təsiri altına düşüb ölmədiyini, müqavimətini artırıb əlindən çıxaraq qaçmaq istədiyini görüb əlləri ilə qızını boğazından tutub boğaraq sonuncuya dərəcəsinə görə ölümlə nəticələnmiş mexaniki asfiksiya ilə müşayiət olunduğuna görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik, boynun hər iki ön-yan səthinin qançırları xəsarətləri yetirib Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik maddə istifadəsi və qəsdən adam öldürmə cinayətlərinə görə məhkum olunmuşdur. Onun 3 qız və 1 oğlan övladı olmuşdur. Mərhum Zərərçəkmiş şəxs onun ilk övladı imiş. Gülər 2007-ci ildə qohumları Eldənizlə ailə həyatı qurmuş, həmin nikahdan 3 övladı olmuşdur. Qızı ailə qurduqdan sonra ailəsi ilə Rusiya Federasiyasına getmişlər. Təxminən 6-7 il orada yaşamış, kürəkəni Eldəniz Rusiya Federasiyasında ticarətlə məşğul olmuşdur. Sonradan kürəkəninin işləri yaxşı olmadığından, 2015-2016-cı illərdə ailəsi ilə birlikdə Azərbaycana qayıtmışlar. Buzovna qəsəbəsi, yeni yaşayış massivində yerləşən nömrəsiz evdə yaşamağa başlamışlar. 2018-ci ildə Gülərin əri Eldəniz yenidən işləmək üçün Rusiya Federasiyasına getmişdir. Bundan sonra qızı ilə əri arasında problemlər yaşanmışdır. Lakin bu barədə onun sonradan məlumatı olmuşdur. Lakin kürəkəni uşaqlarına baxmaq üçün qızına həmişə pul göndərmişdir. Hadisədən 1 il əvvəl qızı Maştağa qəsəbəsində yerləşən kursda rus dili müəlliməsi kimi işləməyə başlamışdır. Bundan sonra, o, qızının hərəkətlərində dəyişikliklər hiss etmişdir. Qızı uşaqlarına qayğı göstərməmiş, evin işləri ilə məşğul olmamışdır. Təxminən 2020-ci ilin noyabr ayında qızının əxlaqsızlıq etdiyini, bir nəfər şəxslə münasibət qurduğunu, aralarında sevgi münasibətləri yaşadıqları barədə məlumat almışdır. Qızına dəfələrlə belə hərəkətlər etməməsini, evli olduğunu, 3 övladı olduğunu, onlara qayğı göstərməli olduğunu, qəsəbədə, kənddə yaşayan ailələrini tanıyan şəxslərin qızı haqqında xoşagəlməz ifadələr işlətdiyini demiş və belə hərəkətlərə yol verməməsini bildirmişdir. Lakin qızı onun sözlərinə qulaq asmayaraq öz həyatı olduğunu, istədiyi kimi yaşayacağını, hansı hərəkəti istəyirsə, edəcəyini deyərək həmin hərəkətlərini davam etdirməyə başlamışdır. Hətta sonradan ona məlum olmuşdur ki, nəvələri evdə olan zaman qızı yad kişiləri evə gətirmişdir. O, qızına nəzarət etmək üçün həyat yoldaşı və oğlu ilə birlikdə qızının evində yaşamağa başlamışlar. Qızı kənar şəxslərlə münasibət saxlamasın deyə istifadə etdiyi telefonları qızından alaraq evdə gizlətmiş, telefon işlətməyi qızına qadağan etmişdir. Qızını işdən də çıxarmışdır. Buna baxmayaraq, qızı 2021-ci ilin yanvar ayında evdən qaçmışdır. O, qızının evdən qaçması ilə bağlı polis şöbəsinə məlumat vermişdir. Növbəti gün qızı tapılmışdır. O, qızından hara getdiyini soruşduqda, qızı ona qoyduğu qadağalardan bezdiyini, əsəbiləşdiyini, bu səbəbdən evdən çıxaraq sakitləşmək üçün rəfiqəsigilə getdiyini bildirmişdir. Bundan sonra təxminən 19-20 mart 2021-ci il tarixdə qızı yenidən evdən qaçmış və bir neçə gün evə gəlməmişdir. Bu dəfə polis əməkdaşlarına bu barədə məlumat verməmişdir. 22 mart 2021-ci il tarixdə o, evdə olmayanda yoldaşı evdə olarkən qızı Gülər evə gələrək paltarlarını götürüb birdəfəlik evdən çıxıb getmək istədiyini bildirmişdir. Təxminən saat 16-17 radələrində o, evə gəlmiş və qızı ilə söhbət edərək nə səbəbə bu cür davranışlara yol verdiyini soruşduqda, qızı cavabında ona bildirmişdir ki, necə istəyirsə, elə də yaşayar, heç kəs ona qarışa bilməz. Narkotik maddəni qızına vursa, qızının narkotik maddənin təsirindən öləcəyini düşünmüşdür. Həyətdə yerləşən tövlədə təxminən bir ay əvvəldən Buzovna ərazisində yolun kənarından tapdığı və şəxsi istifadə üçün gizlətdiyi təxminən 1 qram çəkidə narkotik vasitəni çıxarıb alışqanla isidərək maye halına salmış, mayeni şprisin içinə çəkib hazır vəziyyətdə saxlamışdır. Sonra evə gəlib yoldaşına qızı ilə ata-bala söhbət etmək üçün tək qoymasını, Şüvəlanda yerləşən evlərinə getməsini bildirmiş və arvadına qızı ilə söhbət etdikdən sonra, qızını da götürüb evə gələcəyini demişdir. Yoldaşı qızına qarşı heç bir xəsarət yetirməməyini, canına qəsd etməməyini, qızı ilə söhbət edib qızını başa salmağını xahiş etmişdir. O, yoldaşını arxayın edib yola saldıqdan sonra qızı ilə tək qalmışdır. O, qapını arxadan bağlamış, qonaq otağına keçib düzəltdiyi şprisi masanın üzərində olan süfrənin altına qoymuş, sonra isə qızını qonaq otağına çağırmışdır. Qızı qonaq otağına gələləndə o, sonucu dəfə xəbərdarlıq edib, əxlaqsız davranışlardan çəkinməsini bildirmiş, lakin qızı sözlərinə qulaq asmayaraq yenidən nalayiq cavab vermişdir. Həmin vaxt o, qızının boğazından tutub sol qolunu burub süfrənin altında olan şprisi götürərək, şprisi qızının sol qol nahiyəsinə əzələyə vurmuşdur. Qızı müqavimət göstərdiyindən şpris yarıya çatmamış qolundan çıxmışdır. O, yenidən şprisi qızının sol qol nahiyəsinə batırıb şprisdə qalan narkotik vasitəni də qızının bədəninə yeritmişdir. Qızına şprisdə olan mayeni vurmaq istəyən zaman onunla əlbəyaxa olmuş, sifət nahiyəsinə xəsarət yetirmiş, barmaqlarını dişləmişdir. Narkotik vasitəni bədəninə yeritdikdən sonra qızı halsız vəziyyətə düşmüşdür. Sonra qızı ona müqavimət göstərdiyi üçün onun boğazından yapışıb sıxmağa başlamış və onu boğaraq öldürmüşdür. Qızının həmin vaxt tərpənmədiyini və nəfəs almadığını görmüşdür. Qızı narkotikin təsirindən yox, onun boğmağından sonra ölmüşdür. Qızını öldürdükdən sonra Güləri qonaq otağında yerləşən divanın üzərinə uzatmışdır. Meyitin üzərində təxminən 2-3 saata yaxın tək oturub ağlamışdır. Sonra saat 22-23 radələrində DİN-nin “102”-yə zəng edərək törətdiyi hadisə ilə bağlı məlumat vermiş və polisə özü təslim olmuşdur. O, hərəkətindən peşman olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs əridir, mərhum Zərərçəkmiş şəxs qızıdır. Onun 3 qızı, bir oğlan övladı olmuşdur. Qızları ailə həyatı quraraq ata evindən köçüb getmişlər. Zərərçəkmiş şəxs birinci övladları olmuşdur. Gülər 2007-ci ildə ailə həyatı qurmuş, həmin nikahdan iki oğlan və bir qız övladı dünyaya gəlmişdir. Gülər ailə qurduqdan sonra həyat yoldaşı ilə birlikdə Rusiya Federasiyasına getmiş və uzun müddət orada yaşamışdır. Təxminən 2013-cü ildə Bakı şəhərinə qayıtmışlar və Buzovna qəsəbəsində ev tikərək həmin evdə yaşamışlar. Sonra kürəkəni işləri ilə əlaqədar yenidən Rusiya Federasiyasına qayıtmış, qızı üç uşaqla Buzovna qəsəbəsində olan evdə yaşamağa davam etmişdir. Kürəkəni vaxtaşırı olaraq Bakıya gəlmişdir. Təxminən iki il imiş ki, kürəkəni həm işləri ilə əlaqədar, həm də pandemiya ilə əlaqədar olaraq Bakıya gələ bilməmişdir. Kürəkəni Bakıya gələ bilməsə də, hər ay ailəsinin maddi ehtiyaclarını qarşılamış, qızına müxtəlif məbləğlərdə daimi olaraq pul göndərmişdir. Lakin qızı son vaxtlar həmin pul məbləğlərinin miqdarı barədə düzgün məlumat verməmiş, kürəkəninin ailəsinə pul göndərmədiyini demişdir. Qızı özü də Maştağa qəsəbəsində yerləşən özəl məktəbəqədər təlim kursunda tərbiyəçi kimi işə düzəlmişdir. Əvvəllər qızının ailəsində heç bir problem olmamışdır. Təxminən 2020-ci ilin avqust-oktyabr ayında qızı maddi ehtiyaclarını ödəyə bilmədiyini, həyat yoldaşının az məbləğdə pul göndərdiyini bildirmişdir. O, bu məsələdən xəbər tutduqdan sonra kürəkəni ilə əlaqə saxlamış və kürəkənindən qızı Gülərə hansı məbləğdə pul göndərməsini dəqiqləşdirmişdir. Kürəkəninin ona dediyi məbləğlə qızının ona dediyi məbləğ üst-üstə düşmədiyindən o, qızından şübhələnərək qızını sorğu-sual etmişdir. Qızı çıxılmaz vəziyyətdə qaldığından ərinin göndərdiyi pulları borc verdiyini bildirmişdir. 2020-ci ilin noyabr ayında qızının qohum-tanışlarından müxtəlif məbləğlərdə borca pul aldığını və həmin pulları İlkin adlı şəxsə verdiyini öyrənmişdir. Bu məsələdən xəbər tutduqdan sonra qızından İlkinin kim olduğunu soruşduqda, qızı İlkinin taksi sürücüsü olduğunu bildirmiş, lakin o, sonradan qızının İlkinlə səmimi münasibətlərinin olduğunu öyrənmişdir. Hətta qızı bir neçə dəfə gecə saatlarında uşaqlar yatdıqdan sonra İlkini Buzovna qəsəbəsində yerləşən evə gətirmiş, İlkinlə birlikdə gecələmişdir. Qızının İlkinlə olan münasibətindən qızının rəfiqələri və iş yoldaşlarının da xəbəri olmuş, lakin həmin şəxslər ona bu barədə heç bir söz deməmişlər. X32 və digər ailə üzvləri qızının İlkin adlı şəxslə olan münasibətindən xəbər tutduqdan sonra qızı Gülərlə söhbət etmiş, qızına üç uşağının olduğunu, rəsmi şəkildə boşanmadığını, ərli qadın olduğunu, uşaqlarının taleyini düşünməsini, əxlaqlı həyat tərzi sürməli olduğu barədə öyüd-nəsihət vermişlər. Lakin qızı qəti şəkildə onların sözlərinə əhəmiyyət verməmiş, İlkini sevdiyini və həyat yoldaşından boşanacağını demişdir. O, qızına İlkinin onu aldatdığını və qızının borca götürdüyü pulları ələ keçirmək məqsədilə qızı ilə bir yerdə olduğunu desə də, qızı onunla razılaşmamış və bütün bu deyilənləri inkar etdiyindən qızını işdən çıxarmışlar, həyat yoldaşı və oğlu ilə birlikdə qızının evinə köçüb orada yaşamağa başlamışlar. Çünki nəvələri həddi-buluğ yaşına çatmış, İlkinin dəfələrlə gecə saatlarında evə gəldiyini görmüş və bu barədə ərinə və ona demişlər. 2020-ci ilin noyabr ayında baş vermiş söz-söhbətdən sonra qızının istifadəsində olan mobil telefonları qızından götürmüşlər, İlkinlə əlaqə saxlamağa icazə verməsələr də, qızı gizlin şəkildə ailə üzvlərində olan telefonlar vasitəsilə İlkinlə əlaqə saxlamışdır. 2021-ci ilin yanvar ayında qızı evdən qaçaraq İlkinin yanına getmişdir. Bir gecə İlkinin yanında qaldıqdan sonra səhər tezdən əri X23 İlkinin yanından götürüb evə gətirmişdir. İkinci dəfə 2021-ci ilin mart ayının 16-da günorta saatlarında qızı evdən qaçmışdır. Təxminən bir həftə evə gəlməmişdir. Kürəkəni qızının evdən qaçdığını bilib uşaqları öz əmisi arvadının yanına göndərəcəyini demişdir. Uşaqlar paltarlarını yığışdırıb atalarının əmisi arvadıgilə getmişlər. 22 mart 2021-ci il tarixdə o, evdə olarkən saat 15-16 radələrində qızı Gülərin evə gəldiyini görmüş, qızı ona evdən paltarlarını götürüb birdəfəlik evi tərk edəcəyini demişdir. O, ərinə zəng edərək Gülərin gəldiyini və evdən paltarlarını götürüb, evi birdəfəlik tərk edəcəyini demişdir. Əri ona bildirmişdir ki, Gülər onu gözləsin, onunla söhbət edəcək. O, qızına atasının yolda olduğunu demişdir. Gülər də atasının gəlməyini gözləmişdir. Əri gəldikdən sonra Gülərlə söhbət etmişdir. Gülərdən evi tərk etmək istəməsinin səbəbini soruşduqda, Gülər atasına sərbəst yaşamaq istədiyini, heç kəsin onun işinə qarışmamasını, həyat yoldaşından boşanacağını və kefi istədiyi şəkildə yaşayacağını demişdir. Həmin vaxt əri ona Şüvəlandakı evlərinə getməyini bildirmişdir. Gülərlə biraz söhbət etdikdən sonra qızını yola gətirəcəyini demişdir. Əri ilə Güləri müalicə üçün psixiatriya dispanserinə yerləşdirəcəkləri barədə razılığa gəldiklərindən ərindən Güləri müalicə alması üçün razı salmasını xahiş etmişdir. Gülərə hər hansı xəsarət yetirməməsini bildirmişdir. Sonra o, qızının evindən çıxıb Şüvəlandakı evlərinə gəlmiş, evdə oturub ərini və qızını gözləmişdir. Bir müddətdən sonra əri ona zəng edərək, qızı Güləri öldürdüyünü xəbər vermişdir. Onun ərinin narkotik vasitəni nə vaxt, haradan və kimdən əldə etməsi barədə məlumatı yoxdur. Artıq beş ildir ki, ərinin narkotik vasitə istifadə etməsinin şahidi olmamış, ərinin qızı Güləri öldürmək niyyətinin olması barədə məlumatı olmamışdır. Qızı ərindən boşanmamışdır. Əri ilə heç vaxt Güləri öldürmək barədə söhbət etməmişlər. Çünki əri daha əvvəllər məhkum olmuş və məhkum həyatı yaşamışdır. O, əri Salamov X30 ilə barışıq əldə etmiş, ondan heç bir şikayət və tələbi yoxdur və olmayacaq. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salamov X21 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs atasıdır. Mərhum Zərərçəkmiş şəxs bacısıdır. O, ünvan 3 ünvanında valideynləri ilə birlikdə yaşayır. Bacısı Gülər 2007-ci ildə ailə həyatı qurmuş, həmin nikahdan bacısının iki oğlu və bir qızı var. Bacısı ailə qurduqdan sonra həyat yoldaşı Eldənizlə birlikdə bir müddət Rusiya Federasiyasına gedərək orada yaşamışlar. Təxminən 2013-cü ildə Bakı şəhərinə qayıtmışlar və Buzovna qəsəbəsində yerləşən torpaq sahəsində tikdirdikləri evdə yaşamağa başlamışlar. Sonra bacısının əri işləri ilə əlaqədar yenidən Rusiya Federasiyasına qayıtmış, bacısı da üç uşaqla Buzovna qəsəbəsində olan evdə yaşamağa davam etmişdir. Yeznəsi vaxtaşırı Bakıya gəlib getmişdir. Lakin təxminən iki il imiş ki, həm işləri ilə əlaqədar, həm də pandemiya ilə əlaqədar olaraq Bakıya gələ bilməmişdir. Lakin hər ay ailəsinə pul göndərmişdir. Bacısı son vaxtlar ərinin az pul göndərməsini demişdir. O, bacısıgilə gedəndə dolanışığının aşağı səviyyədə olduğunu görmüşdür. Bacısı Maştağa qəsəbəsində yerləşən özəl məktəbəqədər təlim kursunda tərbiyəçi kimi işə düzəlmişdir. Anası Gülərin həyat yoldaşı ilə əlaqə saxlayaraq Gülərə hansı məbləğdə pul göndərdiyini soruşduqda, yeznəsinin anasına dediyi məbləğlə bacısının anasına dediyi məbləğ üst-üstə düşmədikdə, bacısı ərinin göndərdiyi pulları borc verdiyini demişdir. 2020-ci ilin noyabr ayında xəbər tutmuşlar ki, bacısı qohum-tanışlardan müxtəlif məbləğlərdə borca pul almış və həmin pulları İlkin adlı şəxsə vermişdir. Guya İlkinlə birlikdə qurduqları işdən pul qazanacaqlar. Sonra isə onlar bacısının İlkinlə səmimi münasibətlərinin olduğunu öyrənmişlər. Hətta bacısı bir neçə dəfə gecə saatlarında uşaqlar yatdıqdan sonra İlkini Buzovna qəsəbəsində yerləşən evə gətirmiş, İlkinlə birlikdə gecələmişdir. Valideynləri bacısına əxlaqlı həyat tərzi sürməli olduğu barədə öyüd-nəsihət vermişlər. Lakin bacısı qəti şəkildə onların sözlərini qulaq ardına vurmuş, İlkini sevdiyini və həyat yoldaşından boşanacağını demişdir. Atası ilə anası bacısınıı işdən çıxardıb evdə otuzdurmuşlar ki, İlkindən əl çəksin, hətta anası, atası və o, birlikdə bacısının evinə köçüb orada yaşamağa başlamışlar ki, evdə uşaqlar ola-ola bacısı evə İlkin adlı şəxsi gətirməsin. Bir dəfə qohumları Cəmilə ona zəng edərək bacısı Güləri soruşmuşdur. Cəmilə ilə olan söhbət zamanı bacısının Cəmilədən də borc pul götürərək İlkinə verdiyini öyrənmişdir. Bundan sonra bacısı gizlin şəkildə İlkinlə əlaqə saxlamış və 2021-ci ilin yanvar ayında evdən qaçmış, bir gecə İlkinin yanında qaldıqdan sonra səhər tezdən evə qayıtmışdır. İkinci dəfə 2021-ci ilin mart ayının 16-da günorta saatlarında bacısı evdən qaçmışdır. Təxminən bir həftə evə gəlməmişdir. Yeznəsi bacısının evdən qaçdığını bilib uşaqları öz əmisi arvadının yanına göndərməyi demişdir. Bundan sonra uşaqlar atalarının əmisi arvadıgilə getmişlər. 22 mart 2021-ci il tarixdə səhər saatlarında o, Şüvəlanda yerləşən evə gəlmişdir. Anası da bacısının evindən evlərinə gəlmişdir. Axşam saatlarında atasının bacısı Güləri öldürdüyü barədə məlumat almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Salamov X14 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun sinif yoldaşı olmuşdur. Gülərlə yaxın rəfiqə olmuşlar. Gülər təxminən 2007-ci ildə ailə həyatı qurmuş, ilk əvvəl həyat yoldaşı ilə Rusiya Federasiyasında yaşamışlar. Sonra Bakı şəhərinə qayıdıb Buzovna qəsəbəsində olan evlərində yaşamışlar. Gülər Maştağa qəsəbəsində yerləşən məktəbəqədər özəl təhsil müəssisəsində tərbiyəçi işləməyə başlamışdır. Təxminən 2020-ci ilin fevral ayında Gülər İlkin adlı şəxslə münasibət qurmuşdur. Bu barədə Gülər ona İlkinlə münasibət qurandan yeddi aydan sonra demişdir. O, İlkini bir neçə dəfə Gülərin yanında görmüşdür. Gülərə İlkinin onu həqiqətən sevmədiyini, İlkinlə münasibətini kəsməsini demişdir. Gülər isə onun bu sözlərindən incimiş, aralarında soyuqluq yaranmışdır. O, Gülərə İlkinlə münasibət saxlamamasını tövsiyə etmişdir. Gülər İlkinlə olan münasibətinə görə ərindən boşanacağını demişdir. O, Gülərin üç uşağının olduğunu və belə bir addım atmamasını demişdir. Gülərin əri artıq neçə illər imiş ki, Rusiya Federasiyasında yaşamışdır. Gülər ona demişdir ki, əri Bakıdan gedərkən Gülərdən halallıq istəmiş, Rusiya Federasiyasında da ailə həyatı qurduğunu demişdir. X20 tanıdığı insanlardan borc pul tapıb verdiyini, İlkinə maddi yardım göstərdiyni də demişdir. O, Gülərə İlkinin pula görə Gülərlə münasibət saxladığını bildirmiş, lakin sevgi Gülərin gözlərini örtmüşdür. Gülər İlkinin yaxşı insan olduğunu elə bir insan olmadığını, İlkini sevdiyini demişdir. Gülər ona demişdir ki, İlkinlə bir yerdə “Crowd” deyilən sistemdə pul oyunu oynayır, qoyduğu pulların müqabilində faiz alacaq və nəticədə maddi imkanı yaxşılacaq, bütün tanışlarına əl tutacaq. O, Gülərə belə şeylərlə məşğul olmamasını bir daha bildirmişdir. 2020-ci ilin noyabr ayında Gülər qohumtanışlarından götürüb İlkinə verdiyi borc pulları qaytara bilmədiyindən, Gülərin borc götürdüyü şəxslər Gülərin valideynlərinə demişlər. Valideynləri İlkin adlı şəxslə Gülərin arasında olan münasibətdən xəbər tutmuşlar. Gülərin ailəsində söz-söhbətlər yaranandan sonra o, Gülərlə əlaqə saxlamamış və onunla görüşməmişdir. Gülərə İlkinlə münasibət saxlamağa davam etdiyi təqdirdə onunla əlaqə saxlamayacağını demişdir. Sonradan ona məlum olmuşdur ki, Gülər 2021-ci ilin mart ayında “Novruz” bayramı ərəfəsində evdən çıxıb getmiş, Gülərin atası Hacı X16 əxlaqsız həyat tərzi sürməsi səbəbilə öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs 2007-ci ildə onun qaynı oğlu Eldənizlə ailə həyatı qurmuşlar. Onlar ailə qurandan sonra Rusiya Federasiyasına köçüb orada yaşamağa başlamışlar. Onların 3 övladı var. Təxminən bir neçə ildən sonra yenidən Bakıya qayıdıb Buzovnada olan evlərində yaşamağa başlamışlar. Bir müddət sonra Eldəniz yenidən işləmək üçün Rusiya Federasiyasına qayıtmışdır. Gülər isə uşaqları ilə bir evdə yaşamaqda davam etmişdir. Təxminən 2020-ci iilin oktyabr-noyabr aylarında Gülər ondan 10.000 manat borca pul götürmüşdür. Gülər həmin pulu xəstəliyi ilə əlaqədar götürdüyünü, həm də mətbəx mebeli sifariş etdiyini demişdir. O, Gülərə inanıb həmin pulu vermiş və bu barədə onun valideynlərinə deməmişdir. Soradan Gülərin valideynləri Gülərin İlkin adlı şəxslə münasibətinin olduğunu, Gülərin kimlərdənsə borc pul götürüb İlkin adlı şəxsə verməsini öyrəndiklərini bilmiş və o da Gülərin valideynlərinə Gülərin ondan da borc pul aldığını demişdir. O, Gülərin uşaqları ilə söhbət edərkən uşaqlar ona analarının İlkin adlı şəxsi evə gətirdiyini, İlkinin onların evində gecələdiyini bildirmişlər. Soradan ona məlum olmuşdur ki, Gülərin valideynləri Gülərin İlkin adlı şəxslə münasibətinin olduğunu öyrənmişlər. Güləri bu yoldan çəkindirməyə çalışsalar da Gülər evdən qaçıb getmiş, sonradan Gülər evə gələndən sonra atası onu belə bir həyat tərzi yaşadığı üçün öldürmüşdür. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən binada 11-ci mərtəbədə kirayədə tək yaşayır. Hazırda “Crowd” şirkətində menecer vəzifəsində işləyir. Zərərçəkmiş şəxs o, təxminən bir ildir ki, tanıyır. Taksi fəaliyyəti ilə məşğul olduğu vaxtlar 2020-ci ilin may ayında Güləri Maştağa-Buzovna yolundan sifariş əsasında mənzil başına çatdırmışdır. Bir neçə dəfə sifariş əsasında Gülərə sürücülük etmiş, daha sonra aralarında münasibət yaranmışdır. Gülər həmin vaxt Maştağa yolunda yerləşən tədris mərkəzində rus dili müəlliməsi işləmişdir. Münasibətləri dərinləşdikdən sonra Gülər ona boşandığını, 3 övladının olduğunu bildirmişdir. 2020-ci ildə onun maddi imkanı yaxşı olmamış, sıxıntı çəkmiş, borclu olduğu şəxslər ondan borclarını istəmişlər. Gülər ona gələn zənglərin şahidi olmuş, ondan məsələni soruşmuş və narahat olmamağını, ona borclarını bağlamaq üçün borca pul tapacağını bildirmişdir. Gülər öz anasının dayısı qızı olan Cəmilədən ona müxtəlif vaxtlarda 18000 manata yaxın borc pul alıb vermiş, o, həmin məbləği hissə-hissə ödəməyə başlamışdır. Hazırda həmin şəxsə 11000 manat borcu vardır. Həmçinin qeyd etmişdir ki, 2020-ci ildə kripto aksiyalara 1000 manat pul qoymuş, Gülər və digər tanışlarının da adına aksiya almışdır. Lakin Gülər və digər tanışları həmin aksiyaların alınmasında heç bir məbləğdə pul verməmişlər. Bütün pulları o, özü vermişdir. Gülər Cəmilədən başqa tanımadığı qohumlarından borca əlavə də pul götürmüş və onun borcunun bağlanması üçün Cəmiləyə vermişdir. 2020-ci ilin noyabr ayında Cəmilənin pulunu ödəyə bilməmiş, gecikmə olmuşdur. X10 gəlmiş, valideynlərinə Gülərin borca pul götürdüyünü və ödəmədiyini bildirmişdir. Həmin söhbətlərdən sonra Gülərlə onun münasibəti ortaya çıxmış, o, Gülərin rəsmi olaraq boşanmadığını, Gülərin ərinin Rusiya Federasiyasında yaşadığını öyrənmişdir. Gülərin atası ilə təklikdə söhbət etmiş və Cəmilənin pulunu ödəyəcəyini demişdir. Növbəti aylarda Cəmilənin pulunu gecikdirmədən ödəmişdir. Gülərin rəsmi olaraq boşanmadığını öyrəndikdən sonra aralarında olan münasibətlər soyumuş, Gülərlə çox münasibət saxlamamağa başlamışdır. 2021-ci ilin yanvar ayında Gülər evdən qaçmış, polis idarəsindən ona zəng gəlmişdir. O, polis əməkdaşlarına Gülərdən məlumatı olmadığını, Gülərin onun yanına gəlmədiyini bildirmiş, növbəti gün o, şəhərə gedərkən Mərdəkanda yol kənarı ilə Gülərin piyada getdiyini görmüşdür. Maşını saxlayıb Güləri maşına əyləşdirmiş, Buzovna qəsəbəsinə aparıb atasına təhvil vermişdir. Gülər ona atası ilə anasının Gülərə təzyiqlər göstərdiyini, buna görə evdən qaçaraq rəfiqəsigildə qaldığını demiş, lakin hansı rəfiqəsinin evində qaldığını soruşmamışdır. O, Gülərin evində heç vaxt gecələməmiş, bir neçə dəfə Gülər evə bazarlıq edərkən Gülərə köməklik etmək məqsədilə torbaları aparmış, həmin vaxt içəri keçib çay içmişdir. O, Gülərgildə olarkən övladları da evdə olmuşdur. Gülərin uşaqlarını da müxtəlif yerlərə maşınla aparıb-gətirmişdir. Lakin 2020-ci ilin noyabr ayında olan söhbətlərdən sonra o, Gülərlə münasibətləri soyutmağa başlamışdır. Gülərin ailəsində olan problemlərdən heç bir məlumatı olmamışdır. Sonuncu dəfə Gülər ona 16 mart 2021-ci il tarixdə tanımadığı nömrədən zəng etmiş, atasının Güləri döydüyünü, polis şöbəsinə ərizə yazmağa getdiyini demişdir. O, Gülərdən bunun səbəbini soruşduqda Gülər ona heçnə deməyib zəngi sonlandırmışdır. Daha sonra Gülərin ona zəng etdiyi nömrəyə nə qədər zəng etsə də nömrəyə zəng çatmamışdır. Daha sonra Gülərin atası Hacı Ağa tərəfindən öldürüldüyünü öyrənmişdir. Bildirmişdir ki, Gülər əxlaqsız həyat tərzi sürməmiş, sonuncu işləmiş, məvacib almış, uşaqlarına baxmışdır. Gülərin həyatında ondan əvvəl hər hansı şəxsin olub-olmadığını bilməmiş, lakin Gülərlə münasibət saxlayan dövrdə onun bildiyi qədərilə Gülər heç kəslə münasibət saxlamamışdır. Gülər ona ərinin olmadığını, boşandığını demişdir. Qeyd etmişdir ki, o heç vaxt Gülərdən ona borc pul verməsini və ya Gülərdən ona borc pul tapmasını xahiş etməmiş, Güləri hədələməmiş, şantaj etməmişdir. Gülər özü sağ ikən 2020-ci ilin noyabr ayında evində valideynləri və Cəmilə ilə borc məsələsini danışarkən valideynləri ona Gülərə şantaj etdiyini demiş, Gülər isə ata-anasına qışqıraraq belə bir şeyin baş vermədiyini bildirmişdir. Gülərin atası ilə bir neçə dəfə zəngləşmiş və görüşmüşdür. Görüşləri zamanı o, Gülərin atasına borc aldığı pulu ödəməyə davam etdiyini bildirmiş, aralarında hər hansı anlaşılmazlıq olmamışdır. 2020-ci ilin noyabr ayında baş vermiş söz-söhbətlərdən sonra Gülərgilin ailəsində problemlər yaşanmış, valideynləri Gülərin istifadəsində olan mobil telefonları Gülərin əlindən almış, Güləri işdən çıxarmış və ev şəraitində saxlamışlar. Gülər 2020-ci ilin noyabr ayında olan hadisədən sonra onunla üç-dörd dəfə telefon əlaqəsi saxlamış, həmin vaxt Gülər ona anası ilə atasının təzyiqlər etdiklərini, borc pul məsələsinə görə və onunla olan münasibətinə görə Güləri danladıqlarını bildirmiş, boşanacağını və evdən birdəfəlik baş götürüb gedəcəyini demişdir. O, Gülərə səbrli olmasını, hər şeyin düzələciyini, zamana ehtiyac olduğunu, ailəsi ilə dil tapıb dolanmasını məsləhət görmüşdür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə yanaşı istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 3-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 mart 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dəniz döngəsi, Yeni yaşayış massivində yerləşən nömrəsiz iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən qonaq otağıdır. Evdə pəncərənin həyət tərəfə aşağı hissəsində, torpağın üzərində ağ və qara rənglərin qarışığı olan 01 ədəd şpris vardır. Həmin şpris maddi sübut əhəmiyyətinə malik ola biləcəyindən götürülmüşdür. Evin qonaq otağında olan stolun üzərində bir hissəsi yığılmış, bir hissəsi isə döşəməyə düşmüş formada üzərində qanabənzər ləkələr və içərisi müxtəlif şirniyyatlarla dolu sini olan ağ rəngli süfrə varıdr. Həmin süfrə də qablaşdırılaraq götürülmüşdür. Otaqda olan divanın üzərində uzanmış vəziyyətdə ayaqları azacıq bükülmüş paltarlı qadın meyiti aşkar olunmuşdur. Meyit 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məxsusdur. Baxış zamanı Zərərçəkmiş şəxs məxsus “Samsung” markalı, qızılı rəngli mobil telefon, mərhumun üzərində olan 1 ədəd qara rəngli, boğazlı qısaqol sviter, 1 ədəd qara rəngli qolsuz mayka, 1 ədəd boz rəngli cins materialdan şalvar, 1 ədəd qara rəngli qadın alt tumanı və 1 cüt qara corab sübut əhəmiyyətinə malik ola biləcəyindən qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və predmet aşkar edilməmişdir. Hadisə yerində olan meyitə ilkin baxış zamanı meyitin boyun nahiyəsində qeyrimüəyyən formalı, qırmızımtıl-bənövşəyimtil rəngli qançırlar, sol bazu hissəsində kənarları kiçik qansızmalı, qırmızımtıl rəngli xırda inyeksiya izləri müəyyən edilmişdir. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 68-71-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 mart 2021-ci il tarixli təqdim etmə, götürmə və paltarlara baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, baş vermiş hadisə vaxtı Təqsirləndirilən şəxs üzərində olmuş qara rəngli uzunqol sviter, ağ rəngli qısaqol mayka və tünd rəngli parça materialdan olan şalvar götürülmüşdür. Cinayət işinin 1-ci cild 93-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 23 mart 2021-ci il tarixli əl və əl barmaq falanqasından eksperimental iz nümunələrinin və dırnaq kəsintisi nümunələrinin götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs əl və əl barmaqlarının izləri, həmçinin 10 ədəd dırnaq kəsintisi nümunələri məhkəmə-daktiloskopiya və məhkəmə-bioloji ekspertizalarının keçirilməsi üçün götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Cinayət işinin 1-ci cild 116-124-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 mart 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs baş vermiş ölüm hadisəsini əyani şəkildə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 125-127-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 25 mart 2021-ci il tarixli mobil telefonun yaddaşında olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, mərhum Zərərçəkmiş şəxs istifadəsində olmuş və hadisə yerindən götürülmüş “Samsung” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmişdir. Cinayət işinin 1-ci cild 128-130-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X24 25 maart 2020-ci il tarixli, 267 saylı canlı şəxsin ekspertizasının ekspert rəyindən görünür ki, 1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində sağ yanağın, hər iki əlin sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən bir günə qədər əvvəl törənmişlər, qərarda göstərilən 22.02.2021-ci il tarixdə törənmələri istisna olunmur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. Cinayət işinin 1-ci cild 207-214-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X17 21 saprel 2021-ci il tarixli, 40 saylı məhkəmə-tibb ekspertizasının rəyindən və rəyə əlavə edilmiş fotocədvəldən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs boynunun hər iki ön-yan səthinin qançırları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) - əl ilə (fiziki qüvvə tətbiq etməklə) boynun yumşaq toxumalarının sıxılması nəticəsində ölümündən az əvvəl törənmişlər, dərəcəsinə görə ölümlə nəticələnmiş mexaniki asfiksiya ilə müşayiət olunduğuna görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. -Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. Meyitin müayinəsində aşkar edilmiş boynun qançır və yumşaq toxumalarının qansızması, ağciyərlərin atelektaz və emfizema ocaqları, ağciyərlər və ürək səthinə nöqtəvari qansızmalar, qanın duru vəziyyəti, daxili üzvlərin doluqanlılığı və s. bu növ ölümə dəlalət edir. -Mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlandığı vaxtdan 12-15 saat əvvəl baş vermişdir. -Xəsarətlər yetirilərkən mərhum Zərərçəkmiş şəxs bədəninin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, yarıoturaq, yarıuzanıqlı, uzanıqlı və s.) ola bilərdi. -Mərhum Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı arxa keçəcək nahiyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri (sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması və selikli qişanın zədələnməsi) aşkar edilməmişdir. -Mərhum Zərərçəkmiş şəxs meyitinin uşaqlıq yolundan götürülmüş tamponda spermotozoidlər aşkar edilməmişdir. -Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda və dəridə məhkəməkimya tədqiqatı nəticəsində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Etil spirti aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 216-cı vərəqəsində olan Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş 26 aprel 2021-ci il tarixli, 057-5087-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 28-32-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2021-ci il tarixli 3/1051 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş şprisin səthində əl-barmaq və papilyar naxış izləri yoxdur. Tədqiqata təqdim edilmiş şprisin səthində əl-barmaq və papilyar naxış izləri olmadığından Təqsirləndirilən şəxs dakiloxəritəyə köçürülmüş eksperimental əl-barmaq və ovuc izlərinin tədqiqatı aparılmamışdır. Cinayət işinin 2-ci cild 33-38-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyun 2021-ci il tarixli 6/2419 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Bakı şəhəri, Xəzər rayon prokurorluğu”, dördkünc ştamp və “Hadisə yerindən götürülmüş 01 ədəd 5 ml qramlıq şpris” yazısı olan zərfdəki bir ədəd 5 ml-lik boş şprisin və iynənin içərisində kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin izləri vardır. Tədqiqata təqdim edilmiş şprisin içərisində heroin yalnız iz şəklində olduğu üçün və həmçinin onun divarlarında hər hansı bir xarici əlamət aşkar edilmədiyindən (adi gözlə görünən iz, menisk) heroinin çəkisini (bir “doza”-nın hansı miqdarda təşkil etməsini) və hansı formada hazırlanmasını müəyyən etmək mümkün deyildir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Cinayət işinin 2-ci cild 39-45-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyun 2021-ci il tarixli 6/2421-3/1053 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd qısaqol sviter, 01 ədəd şalvar, 01 ədəd mayka, 01 ədəd alt tumanı, 01 cüt corab və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd sviterin, 01 ədəd maykanın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. -Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd qısaqol sviterin səthi üzərində aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. -Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. -Tədqiqata təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus...” yazıları olan bağlamadan aşkar edilmiş qısaqol sviterin, qolsuz maykanın, şalvarın, alt tumanının, bir cüt corabın, üzərində “Təqsirləndirilən şəxs məxsus...” yazıları olan bağlamadan aşkar edilmiş uzunqol sviterin, maykanın, şalvarın səthində trasoloji zədə yoxdur. Cinayət işinin 2-ci cild 50-56-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi» X17 02 iyul 2021-ci il tarixli 480/2021-MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi:O(İ)-dir. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(İİİ)-dür. -Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın ciblərinin astarları, Zərərçəkmiş şəxs məxsus dırnaq nümunələri, bir ədəd cins şalvar, kofta, trusik və bir ədəd süfrə üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri alınmışdır. Aqqlyutininlər isə alınmamışdır. Bu qan ləkələri Balfa /H\ (İİİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər (əgər onun qanında müşayiətçi H antigeni varsa). Ləkələrdə qanın qarışıq olduğu halında isə həmçinin Oalfa, beta (İ) qruplu Təqsirləndirilən şəxs qarışıq qanının olması da inkar olunmur (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətləri olubsa). -Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus dırnaq nümunələri, vodolazka, mayka üzərində qan, Zərərçəkmiş şəxs məxsus qolsuz mayka, bir cüt corab üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır. -Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus dırnaq nümunələri və fraqmentləri, həmçinin Zərərçəkmiş şəxs məxsus dırnaq nümunələri üzərində dəri toxumasına şübhəli hər hansı bir hissəciklər aşkar olunmamışdır. Cinayət işinin 2-ci cild 58-81-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Xəzər Rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X5 08 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar etdiyi narkotik vasitənin mənbəyini müəyyən etmək üçün cinayət işi materiallarından ayrıca material ayrılaraq araşdırılması üçün aidiyyəti üzrə Xzəər RPİ-nin 2-ci PŞ-nə göndərilmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlləriinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 234.1-ci maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının və Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” plenum qərarının 4-cü bəndinə görə Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndində qeyd edilmişdir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının izah və tövsiyələrini də nəzərə alır. Belə ki, qərarda qeyd edilmişdir ki: “Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu edilmə mərhələsi və şəraiti,həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır”. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sosial vəziyyəti, şəxsiyyəti, psixi və tibbi durumu və digər halların araşdırılması üçün müəyyən orqanlara sorğular ünvanlanmış və həmin sorğulara cavablar verilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 220-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş 29 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 182-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzi X24dən daxil olmuş 09 aprel 2021-ci il tarixli, 1257 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs BŞNM-də qeydiyyatda yoxdur. Cinayət işinin 1-ci cild 193-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası X24dən daxil olmuş 13 aprel 2021-ci il tarixli, 3086 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 1-ci cild 196-cı vərəqəsində olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş 13 aprel 2021-ci il tarixli 055-6651-1221 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs barəsində Xəzər RPİ-də cinayət işi və təqsirləndirici material araşdırılmamışdır. Cinayət işinin 1-ci cild 206-cı vərəqəsində olan X4 Nazirlyii Respublika Narkoloji Mərkəzi X24dən daxil olmuş 20 aprel 2021-ci il tarixli, 19/51-4493 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 1-ci cild 221-222-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş 30 aprel 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin 2-ci cild 19-22-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Xalq Məhkəməsinin 01 dekabr 1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 95-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 may 2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin 08 may 2007-ci il tarixli amnistiya qərarının 1.1-ci bəndinə əsasən azad olunmuş, cinayət işinin 2-ci cild 24-27-ci vərəqələrində olanBakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyun 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 05 iyun 2014-cü ildə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyun 2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində qeyd edilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.3.3-ci maddəsinə müvafiq olaraq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 1-ci cild 183-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzi X24dən daxil olmuş 09 aprel 2021-ci il tarixli, 1256 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 01.06.2013-cü il tarixdən “Opioidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə BŞNM-də qeydiyyatdadır. Cinayət işinin 1-ci cild 192-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası X24dən daxil olmuş 13 aprel 2021-ci il tarixli, 3085 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 1-ci cild 197-ci vərəqəsində olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsindən daxil olmuş 13 aprel 2021-ci il tarixli 055-6650-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Xəzər RPİ-də cinayət işi və təqsirləndirici material araşdırılmamışdır. Cinayət işinin 1-ci cild 205-ci vərəqəsində olan X4 Nazirlyii Respublika Narkoloji Mərkəzi X24dən daxil olmuş 20 aprel 2021-ci il tarixli, 19/51-4473 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 10.08.1993-27.08.1993-cü il tarixdə “Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə yuxarıda adı göstərilən mərkəzdə stasionar müalicədə olmuşdur. Cinayət işinin 10-14-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X17 21 may 2021-ci il tarixli 1086 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Cinayət işinin 2-ci cild 46-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Narkoloji Ekspertiza Mərkəzi» X17 24 iyun 2021-ci il tarixli, 2053 nömrəli ambulator məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu, asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 163-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər Rayon Polis İdarəsinin 2-ci PŞ-nin məsul növbətçisi, polis leytenantı Söhrab Hacıyevin 22 mart 2021-ci il tarixli raportundan görünür ki, 22.03.2021-ci il tarixdə, saat 22:04-də 102 xidmətinə vətəndaş Təqsirləndirilən şəxs zəng vuraraq, Buzovna qəsəbəsi, Dəniz yolu, Nar marketin yaxınlığında 35 yaşlı qızı Güləri zəhərli iynə vuraraq öldürməsi barədə və hazırda hadisə yerində olması barədə məlumat vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2012-ci il tarixli qərarında göstərilir ki, “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı halların şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsini mümkün hesab edir: cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması; cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması; açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquqmühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır); cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətinin həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsində asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs könüllü təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini isə 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 23 mart 2021ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 54-cü vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2021-ci il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 114-115-ci vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 mart 2021-ci il tarixli, 4(003)-110/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 23 mart 2021-ci il tarixdən hesablanmaqla, barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci olan 329,45 (üç yüz iyirmi doqquz manat qırx beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Xəzər Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara rəngli, boğazlı qısaqol sviter; 1 ədəd qara rəngli, qolsuz mayka, 1 ədəd boz rəngli, cins materialdan şalvar, 1 ədəd qara rəngli, alt tumanı, 1 cüt, qara rəngli corab, Təqsirləndirilən şəxs məxsus 1 ədəd göy rəngli, uzunqol jaket, 1 ədəd göy rəngli, parça materialdan şalvar, 1 cüt qara rəngli corab, hadisə yerindən aşkar edilərək götürülmüş 1 ədəd 5 ml-lik şpris, 1 ədəd ağ rəngli süfrə məhv edilməli, Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon Zərərçəkmiş şəxs yaxın qohumu – anası X3 qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur, cinayət nəticəsində vurulmuş ziyan müəyyən edilməmiş, təqsirləndirilən şəxsin hər hansı bir əmlakı üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli və “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12.12.2002-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 09 (doqquz) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 329,45 (üç yüz iyirmi doqquz manat qırx beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Xəzər Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus 1 ədəd qara rəngli, boğazlı qısaqol sviter; 1 ədəd qara rəngli, qolsuz mayka, 1 ədəd boz rəngli, cins materialdan şalvar, 1 ədəd qara rəngli, alt tumanı, 1 cüt, qara rəngli corab, Təqsirləndirilən şəxs məxsus 1 ədəd göy rəngli, uzunqol jaket, 1 ədəd göy rəngli, parça materialdan şalvar, 1 cüt qara rəngli corab, hadisə yerindən aşkar edilərək götürülmüş 1 ədəd 5 ml-lik şpris, 1 ədəd ağ rəngli süfrə məhv edilsin. Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Samsung” markalı mobil telefon Zərərçəkmiş şəxs yaxın qohumu – anası X3 qaytarılsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar