Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1509/2023 03.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X5, Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, daimi iş yeri olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı Qarnizonu Hərbi Polisi, Biləcəri-190 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, ünvan 2ş, 11 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 yanvar 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 yanvar 2023-cü il tarixədək olan müddət ərzində, Türkiyə Respublikasının İstanbul şəhərində naməlum mənbədən ayrı-ayrılıqda 119,9 qram və 230 qram olmaqla cəmi 2 bükümdə, külli miqdarda, ümumilikdə 349,9 qram metamfetamin psixotrop maddəsini satış məqsədilə qəsdən qanunsuz olaraq əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə müşayiət etdiyi üzərində “Escape” sözü yazılmış qara rəngli bel çantasının hər qolunun içərisində bir bağlama olmaqla saxlamış, 11 yanvar 2023-cü il tarixdə TK 338 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış və həmin gün saat 07 radələrində Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində yerləşən X7 Hava Limanında fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Terminal-1 X11 gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və həmin tarixdə gömrük əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı qeyd edilən psixotrop maddə saxlanıldığı yerdən aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəktləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsi əldə edərək saxlaması və daşıması, eyni zamanda həmin psixotrop maddəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş yəni Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini qeyd edib göstərdi ki, çantasında aşkar olunan psixotrop maddə ilə onun əlaqəsi olmamış, çantada olmasından belə xəbərim olmamışdır. Hava limanına da elə həmin çanta ilə gəlmiş, Türkiyənin hava limanından sərbəst keçmiş, amma çantanın qollarında belə bir şey olacağından xəbəri olmamışdır. İttihamda göstərilən çanta onun şəxsi çantası olmuş, içində olan paltarlar ona aid olmuşdur. O, özü bilet almağa getmiş, aeroport işlərini hazırlamış, çantanı da strecləyib gətirməsi üçün Qurbana vermişdir. Hava limanlarında dəfələrlə olsa da, təyyarə ilə dəfələrlə uçsa da, strecləmə işinin harda aparıldığını bilmədiyindən o, həmişə yüklərini çöldə strecləyib hava limanına hazır aparmışdır. Ona görə də çantanı strecləyib gətirməsi üçün Qurbana vermişdir. Çanta normal bel çantası olmuş, çanta strecli formada olduğu üçün o, elə qulpundan tutub baqaja təhvil vermiş, qollarını isə Bakıda görmüşdür. Çantada belə bir şey ola biləcəyini ağlına belə gətirmədiyindən o, çantanı aparata qoyub keçmişdir. Bakıda özü gömrük nəzarətindən keçmiş, sonra baqaj bölməsindən çantanı götürmüşdür. Az sonra nəzarətçi ona yaxınlaşıb çantanı aparata qoymasını tələb etmişdir. Onun heç bir narazıçılığı olmadığı üçün etiraz bildirməmiş, çantanı aparata qoymuş, aparatdan keçmiş, lakin nəzarətçi çantanı yenidən aparata qoymağı istəmiş, həmçinin onun telefonunu və xarici pasportunu təqdim etməyi istəmişdir. Bundan sonra çanta yoxlanılmış, başqa yerlərinə deyil, yalnız qollarına baxmışlar. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, ifadələrində qeyd etdiyi Qurban adlı şəxsin ona borcu olmuşdur. Belə ki, o, Qurbanın yerinə onun tanışı olan Elmar adlı şəxsin borcunu bağlamış və Qurban ona borclu qalmışdır. Sonra Qurban, ona telefon işləri olduğunu demiş, bu işləri görə bilməsi üçün ondan pul istəmiş və o, etiraz etməyib bir neçə dəfə Qurbana pul göndərmişdir. Dəfələrlə pul göndərməsinə baxmayaraq, onu aldadıb pullarını verməmişdir. Bu kimi hallara görə, yanvarın dördü özü Türkiyəyə getmiş, elə həmin gün onunla görüşmüş, pulunu tələb etmiş və həmin vaxt onun yalanının üstü açılmış və telefon işi ilə məşğul olmadığı müəyyən edilmişdir. Ona görə də aralarında bir az söz-söhbət, yəni mübahisə olmuşdur. X4 paltar gətirilməsi ilə bağlı məsələlərə görə Vano adlı şəxslə də o, tanış etmişdir. Elə telefonda yazışmalarının olması da buradan irəli gəlir. Onlar öz aralarında iş görmüş, amma onların işinin ona aidiyyatı olmamışdır. Sadəcə Qurban həmin adamın da pulun alıb onu aldatdığı üçün, yazışmalarda da onunla bəzi danışıqları olmuşdur. O, Vanoyla Moskvada tanış olmuş, onları əsgər yoldaşı tanış etmişdir. Vano Moskvada bazarla əlaqəli işlər görmüş, lakin Vanoyla aralarında psixotrop maddə alqı-satqısı olmamış, Türkiyədən psixotrop maddənin alınması və Rusiyaya daşınması və orada satılması ilə bağlı aralarında hər hansı bir söhbət olmamışdır. Vanoyla qeyrisi arasında narkotik vasitələrin və ya psixotrop maddələrin alqı-satqısı ilə bağlı sövdələşməyə bu və ya digər formada vasitəçilik etməmişdir. Qurbanın ona təxminən 8-9 minə yaxın borcu olsa da, o, Qurbanla hər hansı narkotik vasitə və ya psixotrop maddə alqı-satqısı etməmişdir. O, ibtidai istintaqda Qurbanla aralarında olan yazışmalar barədə izahat vermiş, narkotik vasitənin ona aid olmadığın demişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, onun Qurbana tanış elədiyi adam ona zəng edib, Qurbanın ona narkotik vasitənin satışı ilə bağlı təklif etdiyini bildirmişdir. Deməsinə görə Qurban narkotik tapıb ona göndərməliymiş. Sadəcə Qurban bu adla kişidən pul almış, onları da əvvəldən o, tanış etdiyindən kişi ona zəng edib Qurbanın ondan pul alıb qaytarmadığını, ona gündə bir yalan dediyini demişdir. O, Vanonun dediklərin Qurbana demiş, o, da onu da aldadıb pulunu aldıqlarını və qaytarmadıqlarını demişdir. O, Qurbanı Türkiyədən deyil, Bakıdan tanımış, Qurbanın belə bir hərəkət edə biləcəyi onun ağlına belə gəlməmişdir. Onun başqa bir ehtimalı qalmamış, çantaya narkotik vasitəni Qurbanın qoyduğunu qətiləşdirmişdir. Belə ki, Qurban aralarında olan mübahisəyə və pul borcuna onun çantasına bilərəkdən psixotrop maddə yerləşdirmişdir. Psixotrop maddə tapılana qədər çantada belə bir şeyin olduğunu o, bilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, saxlanılarkən və ya cinayət işinin ibtidai istintaqı zamanı ona qarşı hər hansı təzyiq olmamışdır. Lakin bütün buna baxmayaraq ibtidai istitaq zamanı vediyi ifadəsini təstiq etmir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilmiş və göstərmişdir ki, 2018-ci ilin dekabr ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrində Müddətdən artıq Həqiqi Hərbi xidmət Qulluqçusu kimi işə başlamış, İkinci Qarabağ müharibəsi iştirakçısı olmuş, “Vətən Müharibəsi iştirakçısı” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, 3 il 4 ay ordu sıralarında xidmət etdikdən sonra təxris olunmaq qərarına gəlmişdir. Təxris olunduqdan sonra iş tapmaqda çətinlik çəkmiş, bu səbəbdən müxtəlif işlərdə, taksi və başqa fəaliyyətlərlə məşğul olaraq ailəsinin dolanışığını təmin etmiş, şəxsi ehtiyacları üçün bir neçə şəxsdən borca pul almışdır. Borclu olduğu şəxslərə pullarını qaytara bilməmiş, bu səbəbdən təxminən 2022-ci il sentyabr ayında işləmək məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə gedib orada tanışı Vano adlı şəxsin vasitəsilə meyvə-tərəvəz parniki ilə satış məntəqələri arasında yüklərin daşınmasını həyata keçirmək üçün işə qəbul olunmuşdur. Həmin yerdə çoxlu sayda vyetnamlılar çalışmış, onlar gecə-gündüz dayanmadan, fasiləsiz işləmiş, aradabir onların 2-3 nəfərlik qruplar şəklində harasa yoxa çıxıb bir neçə dəqiqə sonra qayıtdıqda yenə enerjili şəkildə işə davam etdiklərini müşahidə etmişdir. Bu barədə Vanodan soruşduqda, Vano vyetnamlıların “patı” adlanan narkotik vasitə istifadə edib bu şəkildə işləyə bildiklərini demişdir. Vanonun əsli azərbaycanlı olmuş, vaxtı ilə Gəncə şəhərində yaşamış, həm rus dilində də yaxşı bilmiş, həm də vyetnamlılarla ünsiyyəti olmuşdur. Əvvəlcə o, vyetnamlılardan biri ilə danışıb “patı” təşkil etsə müştəri kimi alıbalmayacaqlarını soruşmuş, həmin şəxs ala biləcəklərini demiş, sonra o, Vano ilə məsləhətləşib Türkiyədən “patı” gətizdirib vyetnamlılara satıb pul qazanmaq fikri olduğunu bildirmişdir. Vano yaxşı fikir olduğunu demiş və “patı”nı nümunə kimi almaq üçün 200 ABŞ dolları pul vermişdir. Həmin hadisə təxminən 2022-ci ilin noyabr ayına təsadüf etmişdir. Türkiyənin İstanbul şəhərində yaşayan Qurban Şükürov adlı tanışı hər cür ara işləri, vasitəçilik işləri ilə məşğul olmuşdur. Qurbanla +**********67 nömrəsi ilə “Whatsapp” mobil tətbiqi ilə əlaqə saxlayaraq 150-180 ABŞ dolları məbləğində “patı” təşkil edib Moskvaya göndərə bilib-bilməyəcəyini soruşmuş, Qurban təşkil edəcəyini bildirmişdir. “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə Turkiyəyə Qurbanın verdiyi hesaba 200 ABŞ dolları pul köçürmüş, bir qədər sonra Qurban onunla əlaqə saxlayaraq göndərdiyi malın İstanbul şəhərinin Aksaray bölgəsində karqoda tutulduğunu, bir neçə gün sonra yenidən göndərəcəyini bildirmişdir. Bir neçə gündən sonra Qurbanın paltar yükü adı ilə göndərdiyi, içərisində narkotik vasitə olan bağlamanı Moskva şəhərinin Vnukova bölgəsindən təhvil almış, Qurban içərisində paltar olan bel çantasının çiyinə asılan qollarının içərisinə narkotik vasitələri qoymuş və çantanın üzərini lentlə sarımışdı. Çantanın qollarının içərisindən 5 ədəd həb və bir qədər kristal şəkilli “patı” adlanan narkotik vasitə olmuş, həmin maddələri Vano ilə birlikdə vyetnamlılara vermişdir. O, işi Vano ilə birlikdə görmüş, vyetnamlılara etibar etməmişdir. Vyetnamlılar narkotik vasitələri ondan almış, 1-2 gündən sonra narkotikin zəif olduğunu, lakin istifadə etməyin mümkün olduğunu demişlər. Onlardan xərclədiyi 200 ABŞ dollarını almış, sonra Vano həmin vyetnamlılar üçün 400 qram “patı” narkotik vasitəsi təşkil etmək üçün ona 4000 ABŞ dolları pul vermişdir. Türkiyəyə Qurbanın verdiyi hesaba 4000 ABŞ dolları pul köçürmüş və 400 qram “patı” təşkil edib eyni qaydada Moskvaya göndərməsini bildirmişdir. 1-2 gündən sonra eyni qaydada, içərisində paltar olan bel çantasını Moskva şəhərinin Vnukova bölgəsindən təhvil almış və çantanın çiyinə asılan qollarının içərisində gizlədilmiş 2 bağlamada narkotik vasitəni götürüb Vano ilə birlikdə vyetnamlılarla görüşmüşlər. Vyetnamlılar gətirdiyi “patı”dan nümunə kimi biraz götürüb yoxladıqdan sonra əlaqə saxlayacaqlarını demişlər. 1 gün sonra vyetnamlılarla görüşmüşlər, onlar verdiyi “patı”nın yaxşı mal olmadığını, istəmədiklərini demişlər. Dərhal Qurbanla əlaqə saxlayıb alıcıların malı bəyənmədiklərini və almaq istəmədiklərini demiş, Qurban narkotik vasitəni aldığı adamlarla danışıb əlaqə saxlayacağını demişdir. Bu məzmunda Qurbanla bir neçə gün danışmış, sonda məsələnin alınmadığını görüb özü İstanbula gedib Qurbanla görüşmək və məsələni həll etmək qərarına gəlmişdir. Qurbanın göndərdiyi narkotik vasitələri eyni qaydada çiyin çantasının qollarında gizlədərək 2022-ci ilin noyabr ayının sonlarında Moskva-İstanbul aviareysi özü ilə İstanbul şəhərinə aparmış, orada Qurbanla görüşüb malı ona vermiş, Qurban narkotik vasitədən başı çıxan bir adam çağırmış, həmin şəxs narkotik vasitədən bir qədər qaşığa qoyub qızdıraraq əritmiş və bunun kauçuk olduğunu, onları aldatdıqlarını demişdir. Qurban həmin adamların aradan çıxdıqlarını, onları tapa bilmədiklərini demişdir, Vanoya bu barədə məlumat verib aldadıldıqlarını demiş, Vano bir qədər gözləməyi və ona təkrar mal almaq üçün pul göndərəcəyini demiş, lakin bir müddət gözləməyinə baxmayaraq Vano pul göndərməmiş, yeni ilə ərəfəsi olduğu üçün o, bayramı keçirmək üçün Bakı şəhərinə qayıtmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin ilk günlərində Qurban onunla əlaqə saxlayaraq keyfiyyətli “patı” təşkil edə biləcəyini bildirib ona İstanbula gəlməyini təklif etmişdir. O, tanışlarından 3000 ABŞ dolları borc alıb xx.xx.2023-cü il tarixdə Bakı-İstanbul aviareysi ilə İstanbula gedərək Qurbanla görüşmüşdür. Qurbanın tapdığı “patı” narkotik vasitəsindən nümunə kimi vyetnamlılara verməsi üçün Moskvaya Vanoya göndərmişlər. Vano vyetnamlıların malı bəyəndiklərini və göndərməyini demişdir. O, 2400 ABŞ dollarını Qurbana verib ondan 350 qram “patı” almış, bunu Moskvada 5-6 min ABŞ dolları qiymətinə satmağı düşünmüşdür. Malı karqoya verməyə hazırlaşarkən Vano zəng vurub vyetnamlıların amfetamin və ya ketamin istədiklərini demiş, o isə sadəcə bu maldan tapa bildiyini demiş, Vano isə bu “patı” narkotik vasitəsindən vyetnamlıların azı 1 kiloqram almaq istədiklərini, bundan aşağı miqdarı almayacaqlarını demişdir. Belə olan halda o, nə edəcəyini bilməmiş, artıq narkotik vasitənin pulunu verdiyindən son anda narkotik vasitəni Bakı şəhərinə gətirib, bir yol tapıb satıb pulunu çıxarıb aldığı borcu qaytarmağı qərarlaşdırmışdır. “Patı” narkotik vasitəsi rulon halında 2 bükümdə olmuş, həmin bükümləri içərisində şəxsi əşyaları olan bel çantasının qollarının içərisində gizlətmiş və xx.xx.2023-cü il tarixdə Bakı vaxtı ilə saat 03:10 uçuşu ilə İstanbul-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmişdir. İstanbulda aeraportda olarkən tanımadığı bir şəxs ona yaxınlaşaraq ondan Bakı şəhərinə bir ədəd “İphone 13” markalı mobil telefon aparmağı xahiş etmiş, o, həmin şəxsin xahişini qəbul edərək həmin mobil telefonu əlində götürdüyü kiçik ölüçülü qara rəngli çantanın içərisinə qoymuşdur. Telefonu ona verən şəxs onu Bakıda Hava Limanınında qarşılayacaqlarını bildirmiş, onun mobil telefon nömrəsini həmin götürərək Bakıya çatdıqda onunla əlaqə saxlayacaqlarını bildirmişdir. O, telefonu qəbul etmiş, İstanbul aeroportunda çantasını baqaja vermiş, Bakı vaxtı ilə saat 03:10 radələrində təyyarəyə minmiş, saat 06:30 radələrində Bakıya çatmış, mobil telefonun şəbəkəsi aktiv olan kimi mənə “Whatsapp” proqramı vasitəsilə ona ********** nömrəsindən sms gəlmiş, yazan şəxs təyyarənin endiyini soruşmuş, sonra səs mesajı göndərərək aeraportda olduğunu açıq havaya çıxılan yerdə sol tərəfdə dayandığını, baqaj yükünü götürüb çölə çıxan vaxt ona xəbər etməyi istəmiş, o da razılaşmışdır. Sonra lentin üzərindən baqaj yükünü götürdükdən sonra “yaşıl kanal”a doğru irəlilədiyi zaman gömrük əməkdaşı onu saxlayaraq “qırmızı kanal”a yönləndirmişdir. Əşyaları rentgen qurğusundan keçdikdə gömrük əməkdaşı çantasında şübhəli təsvirlər əks olunduğu üçün çantasına yoxlama keçiriləcəyini bildirmiş, çantanın beldən asılma yerlərinə ətraflı baxış keçirilməsi üçün onu yoxlama otağına dəvət etmişlər. Videoçəkilişdən istifadə etməklə keçirilən yoxlama zamanı ona məxsus üzərində “escape” yazısı olan bel çantasının sağ qolundan bir bağlama və sol qolundan 1 bağlama olmaqla ümumilikdə 2 bağlama sellofan falqaya bükülmüş rulon şəklində yığılmış içərisində “şüşə” adı ilə bilinən narkotik vasitələr aşkar edilmişdir. Aşkar olunan narkotik vasitə çəkildikdə qablaşdırma ilə birlikdə 368 qram olduğu müəyyən olunmuş, protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində əlavə olaraq bildirmişdir ki, Vano ilə ortaq tanışlar vasitəsilə Moskvada iş tapmaq məqsədilə tanış olmuş, axır vaxtlar aralarında bu məsələlərə görə narazılıq olduğu üçün əlaqəni kəsmiş, həmin şəxsin Moskva şəhərində harada yaşadığını bilməmişdir. Qurban iş yoldaşının dostu olmuş, səhv etmirsə soyadı Şükürov olmuş, uzun müddətdir İstanbulda olmuş, ailəsi Xırdalan şəhərində kirayə yaşamış, +**********67 telefon nömrəsindən istifadə etmişdir. Qurban deməsinə görə Azərbaycana qanunsuz maddələr göndərməmişdir. Bel çantasının sağ və sol qollarının içərisində psixotrop maddəni gömrük nəzarətindən keçirmək üsulu ilə bundan əvvəl 2 dəfə Qurban İstanbuldan hava yolu ilə Moskvaya narkotik vasitə göndərmiş, bir dəfə də o, bu üsulla mən narkotik vasitəni Moskvadan İstanbula aparmışdır. Beləliklə onda bu yolla narkotik vasitəni Bakı şəhərinə gətirə biləcəyi barədə arxayınlıq yaranmışdır. Narkotik vasitələrdən, psixotrop maddələrdən heç vaxt istifadə etməmişdir. Əvvəldən niyyəti həmin psixotrop maddəni Moskva şəhərinə aparıb vyetnamlılara satmaq olmuş, lakin son anda onlar almaqdan imtina etmişlər. O, nə edəcəyini bilməmiş, həmin maddəni özüilə Bakıya gətirib bir yolla satmağı düşünmüşdür. Həmin psixotrop maddəni Bakıya gətirəcəyindən Qurbanın, Vanonun və ya başqa bir şəxsin məlumatı olmamışdır. O, Şahid4 tanımamış, sadəcə ona verilən mobil telefonu həmin şəxsə verməli olmuşdur. Həmin şəxsin ondan aşkar edilən psixotrop maddə ilə heç bir əlaqəsi olmamış, təsadüfi şəkildə bir nəfər İstanbul aeroportunda ona Bakı şəhərinə aparmağı üçün qutuda “İphone” markalı telefon vermiş və Rəsul həmin telefonu Bakı şəhərində aeroportun çıxış qapısında ondan təhvil almalı olmuşdur. qeyd olunan psixotrop maddəni Bakı şəhərində satmaq barədə heç bir plan qurmamış, bir yol tapıb satmağı və heç olmasa sonuncu aldığı 3000 ABŞ dollarını qaytarmağı ümid etmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə Bakıda qaynının toyu olacaqdı və mütləq iştirak etməli olmuşdur. 2400 ABŞ dolları pul verib aldığı “patı”nı İstanbulda kiməsə etibar edib saxlamaq üçün verməyə ürəyi gəlməmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində əlavə olaraq bildirmişdir ki, Şahid5 10 ildən artıq müddətdir tanımış, həmin şəxsin xalasıoğlu Asif ilə əsgər yoldaşı olmuş, beləliklə Təbrizlə dostluqları yaranmış, Təbriz həm də onun oğlunun kirvəsi olmuşdur. Şahid5 “Elmlər Akademiyası” yaxınlığında dönərxana işlətmiş, Moskva şəhərində meyvə al-veri etmək üçün həmin şəxsdən 5000 manat borc pul almış, lakin işi alınmamış və pulu batırmışdır. xx.xx.2023-cü il tarixdə İstanbul şəhərinə gedəcəyini Təbrizə deməmiş, yalandan Lerikə toya getdiyini demişdir. Şahid5 ondan pulunu qaytarmağı tələb etmiş, qazancına uyğun Təbrizə pay verməyi düşünmüşdür. Şahid5 onun psixotrop maddə qaçaqmalçılığı işinə heç bir aidiyyəti olmamış, bu məsələlərdən həmin şəxsin məlumatı olmamışdır. Əlibəy onun əsgər yoldaşı olmuş, Moskva şəhərində marketdə satıcı işləmiş, onun üçün Moskva şəhərində işi həmin şəxs tapmışdır. Təbrizdən aldığı 5000 manat pulla Şəki şəhərindən qarpız alıb Moskvaya göndərmiş, orada sataraq ziyan etmiş, sonra payız aylarında nar və xurma alaraq Moskva şəhərinə göndərmiş, İrandan mandarin alıb Moskvada satmağı düşünmüşdür. Təbriz Moskva şəhərindəki adamların onu aldadacağından, pulunun batacağından ehtiyat etdiyini deyərək alveri burada etməsini bildirmişdir. Təbrizlə aralarında sadəcə borc məsələsi olmuş, mesajlarda meyvə al-veri barədə danışmışlar. Təbrizin onun narkotik vasitə, psixotrop maddə satmağı, Azərbaycana gətirməsi barədə heç bir məlumatı olmamış, bu məsələni o, hər kəsdən gizli saxlamışdır. Tanışlarından onun bu işlə məşğul olması barədə yalnız Qurban Şükürlünün məlumatı olmuş, xx.xx.2023-cü il tarixdə saxlanıldığı zaman üzərində olan 349 qram metamfetamin psixotrop maddəsini Qurbandan almış, həmin şəxsə bu maddəni Moskvaya aparıb vyetnamlılara satacağını demişdir (iş vərəqə: cild İ, səh. 97-102, 120-125; cild İİ, səh. 30- 35). Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində ailəsilə birlikdə yaşayır, evlidir, 3 övladı var. Peşəkar idmançı olmuş, Azərbaycan Karate federasiyasında müəllim və hakim kimi işləmişdir. 1-2 ay əvvəl İstanbul şəhərində yaşayan dostu X9 Respublikasının İstanbul şəhərindən göndərdiyi “Apple İphone” markalı mobil telefonları Bakı şəhərində X7 Hava Limanında gətirən şəxslərdən təhvil alaraq ətrafında almaq istəyən olarsa Səmədin dediyi qiymətə satmış, bəzən telefonları Səmədin tanışları ondan təhvil almış, bəzən isə Səmədin özü Bakıda ondan təhvil almışdır. Səməd ayda 1 dəfə, 2 aydan bir Bakıya gəlib-getmiş, uzun illərdir tanımış, hər bir telefonu təhvil aldıqda ona 10 manat pul qalmışdır. Təxminən 1-2 ay bu qaydada Səmədin İstanbuldan alıb ölkə ərazisinə əvvəldən tanımadığı müxtəlif şəxslərlə göndərdiyi mobil telefonların yığılması və satışı ilə məşğul olmuş, əvvəllər bu işlə məşğul olmamışdır. Şahid4 ifadəsinin davamında göstərdi ki, 10 yanvar 2022-ci ildə Səməd onunla əlaqə saxlayıb ertəsi gün, yəni 11 yanvar 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhərinə çatacaq İstanbul-Bakı aviareysi ilə gələn müxtəlif sərnişinlərin hərəsi ilə 1 ədəd olmaqla cəmi 6 ədəd “İphone” markalı telefon göndərdiyini bildirmiş və ondan həmin mobil telefonları təhvil almağı istəmişdir. Səməd telefonları yola saldığı şəxslərin mobil telefon nömrələrini “Whatsapp” vasitəsilə ona göndərmiş, bir ədəd “İphone 13 128GB” markalı mobil telefonu İstanbul-Bakı aviareysi ilə gələn Təqsirləndirilən şəxs adlı şəxslə göndərdiyini bildirmiş, həmin şəxsin də mobil telefon nömrəsini “Whatsapp” mobil tətbiqi vasitəsilə ona göndərmişdir. Bu məqsədlə həmin tarixdə, saat 7 radələrində aeroporta gedib 1-ci terminalının çıxış qapısının qarşısında mobil telefonları gətirən şəxsləri gözləmişdir. Bu zaman Cavid adlı şəxsin istifadəsində olan, Səmədin verdiyi +**********65 nömrəsinə “Whatsapp” vasitəsilə mesaj yazaraq harada olduğunu soruşmuş, o, isə hələ təyyarənin yerə enmədiyini, pasport yoxlanışından keçib, çölə çıxdıqda onunla əlaqə saxlayacağını bildirmişdir. Bu müddət ərzində o, digər 5 nəfər sərnişindən Səmədin göndərdiyi mobil telefonları təhvil almış və idarə etdiyi **-ST-*** dövlət qeydiyyat nişanlı, “Mercedes-Benz-190” markalı nəqliyyat vasitəsinə qoymuş və sonuncu mobil telefonu təhvil almaq üçün Cavid adlı şəxsi gözləməyə davam etmişdir. Həmin şəxsin çölə çıxmağı uzun çəkmiş, o, bir neçə dəfə zəng vurmuş, ancaq Cavid telefona cavab verməmişdir. O, Cavidin telefonu özü ilə götürüb qaçdığını düşünərkən mülki geyimli şəxslər ona yaxınlaşaraq gömrük əməkdaşları olduqlarını və araşdırma aparılması üçün onlarla birlikdə idarəyə gəlməyini bildirmişlər. O, etiraz etməyərək gömrük əməkdaşları ilə birlikdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına getmiş, orada onunla şifahi sorğu sual aparılmış və Təqsirləndirilən şəxs haradan tanıdığı, münasibətinin nədən ibarət olduğu, nə üçün gözlədiyi və tez-tez zəng etməyinin səbəbi soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən külli miqdarda “patı” adı ilə bilinən metamfetamin psixotrop maddəsi aşkar olunduğu ona məlum olmuşdur. O, çox qorxmuş və həmin psixotrop maddəni təhvil alacaq şəxsin o olması barədə gömrük əməkdaşlarında şübhələr mövcud olduğunu düşünmüşdür. Belə olan halda o, səmimi şəkildə etiraf edərək Təqsirləndirilən şəxs tanımadığını, heç bir münasibəti və gətirdiyi psixotrop maddə ilə heç bir əlaqəsinin olmadığını, İstanbuldan dostu Səmədin göndərdiyi “İphone” markalı telefonu Cavid gətirdiyi üçün gözlədiyini bildirmişdir. Bundan başqa gömrük əməkdaşlarına 5 nəfər başqa sərnişinlə Səmədin göndərdiyi “İphone” markalı telefonu təhvil alıb idarə etdiyi “Mercedes- Benz 190” markalı avtomobilə qoyduğunu, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə ilə heç bir əlaqəsinin olmadığını, ad günü münasibəti ilə tanımadığı şəxsdən aldığı qurudulmuş marixuana narkotik vasitəsi qalığının avtomobildə olduğunu bildirmişdir. Avtomobilində axtarış aparılmasına və istifadəsində olan mobil telefona baxış keçirilməsinə razılıq verərək gömrük əməkdaşlarına təqdim etmişdir. Daha sonra idarə etdiyi **-ST-*** qeydiyyat nişanlı, “Mercedes” markalı nəqliyyat vasitəsinə baxış keçirilmiş və içərisindən 2 ədəd “Smoko” sözü yazılmış siqaret kötüyü, 1 ədəd “Sobranie White” markalı və 1 ədəd “LD” markalı siqaret, 1 ədəd üzərində “Valerian\Melissa 125mg\25ml” sözü yazılmış və 1 ədəd “Escitalopram” sözü yazılmış həblər, həmçinin 1 ədəd “İphone 14 128GB” markalı, 1 ədəd “İphone 13 128GB”, 3 ədəd “İphone 13 mini 128GB” markalı mobil telefonlar aşkar edilərək protokol əsasında götürülmüşdür. Şahid4 ifadəsinin davamında daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs əvvəldən tanımamış, heç bir münasibəti olmamış, dostu Səməd İstanbul areoportunda həmin şəxsə Bakı şəhərində onun təhvil alması üçün “İphone” markalı mobil telefon vermiş və həmin şəxsin telefon nömrəsini ona göndərmişdir. O, həmin mobil telefonu təhvil almaq üçün xx.xx.2023-cü il tarixdə aeroportda Təqsirləndirilən şəxs gözləmiş və telefonda əlaqə saxlamışdır. Cavidi ilk dəfə elə həmin gün HNBGİ-də araşdırma zamanı görmüş, həmin şəxs özü də onu tanımadığını və sadəcə həmin mobil telefonu ona təhvil verməli olduğunu təsdiq etmişdir. Təqsirləndirilən şəxs özü ilə külli miqdarda, 349,9 qram metamfetamin psixotrop maddəsi gətirməsi barədə məlumatı olmamışdır. Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan X3 və Moskva şəhərində “Vano” adlı şəxsi tanımamış, heç vaxt Moskva və İstanbul şəhərlərində olmamışdır. İdarə etdiyi “** ST ***” qeydiyyat nişanlı, “Mercedes” markalı nəqliyyat vasitəsinin içərisindən aşkar edilən predmetlər ona məxsus olmuş, 2 ədəd üzərində “Smoko” sözü yazılmış siqaret kötüyü vasitəsilə narkotik maddə istifadə etmiş, 1 ədəd “Sobranie White” markalı və 1 ədəd “LD” markalı siqaret isə sadəcə siqaret olmuş, 1 ədəd üzərindən “Valerian/Melissa 125mg/25ml” sözü yazılmış və 1 ədəd üzərində “Escitalopram” sözü yazılmış həbləri isə əsəb sakitləşdirici dərman vasitələr olmuş və özü qəbul etmişdir. Saxlanıldığı zaman çox həyəcanlı olmuş və qorxmuş, Təqsirləndirilən şəxs ilə birlikdə məsuliyyətə cəlb olunacağını düşünmüş, halbuki həmin şəxslə və gətirdiyi “patı” adlanan maddə ilə heç bir əlaqəsi olmamışdır. Bu səbəbdən ani şəkildə düzgünlüyünü sübut etmək üçün tanıdığı şəxsin adını vermşidir ki, əməkdaşlar əlaqə saxlasalar onun barəsində düzgün məlumat verə bilməsi üçün Turxanın adını vermiş və qurudulmuş marixuana narkotik vasitəsini həmin şəxsdən aldığını demişdir. Turxan onun dostu olmuş, narkotik vasitələr, psixotrop maddələrdən istifadə etməmiş və satışı ilə məşğul olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X11” gömrük postunun inspektoru Şahid1 ifadəsində göstərdi ki, 11 yanvar 2023-cü il tarixdə, saat 07 radələrində TK338 saylı İstanbul-Bakı aviareysi ilə gələn, şəxsiyyəti sonradan ona məlum olan Azərbaycan Respublikası vətəndaşı, yəni baxılan iş üzrə Təqsirləndirilən şəxs gömrük nəzarətindən “yaşıl kanal” buraxılış sistemi vasitəsilə keçmək istəyərkən özünü şübhəli aparması, teztez ətrafa baxması, həyəcanlı olması səbəbindən saxlayaraq “qırmızı kanal” buraxılış sisteminə yönləndirmişdir. Həmin şəxsin müşayiət etdiyi, tutacağına TK 326569 nömrəli baqaj birkası yapışdırılmış, üzərində “Escape” yazılmış qara rəngli bel çantası rentgen qurğusundan keçirilən zaman, həmkarı Aysət Əhmədova çantanın daxilində şübhəli maddənin təsvirlərinin monitorda əks olunduğunu bildirmiş, onlar həmin çantada olan geyim əşyalarının boşaldılmasını Təqsirləndirilən şəxs tələb edərək çantanı boş vəziyyətdə təkrar rentgen aparatından keçirməsini bildirmişlər. Bu dəfə Aysət Əhmədova çantanın qollarında şübhəli təsvirlər müşahidə etdiyini bildirmiş və orada gömrük nəzarətindən gizlədilmiş mallar olmasına dair əsaslı şübhələr yaranmışdır. Təqsirləndirilən şəxs əşyalarının yoxlanılacağı bildirilmiş və bu məqsədlə yoxlama otağına dəvət edilmişdir. Orada həmkarları X6, Şahid3 və Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə etməklə yoxlama keçirməyə başlamışdır. Təqsirləndirilən şəxs məxsus üzərində “Escape” yazılmış qara rəngli bel çantasına baxış keçirmiş, çantanın içərisində şəxsi əşyalar olduğu müəyyən olunmuş, əşyalar boşaldılmış, sonra çantanın qolları bıçaqla kəsilmişdir. Çantanın hər iki qolunun içərisində bir ədəd olmaqla uzunsov formada yapışqan lentlə sarınmış və qəhvəyi süngərə bükülmüş cəmi iki ədəd gömrük nəzarətindən gizlədilmiş bağlama aşkar olunmuşdur. Bağlamaların içərisi açıldıqda hər iki bağlamanın içərisində ağ rəngli, kristal şəklində psixotrop maddəyə oxşar maddə olduğu məlum olmuşdur. Bağlamalar elektron tərəzidə çəkilmiş, birinci bağlamanın qablaşdırma ilə birlikdə çəkisinin 240 qram, ikinci bağlamanın qablaşdırma ilə birlikdə çəkisinin 128 qram olduğu müəyyən edilmişdir. Yoxlama davam etdirilmiş və Təqsirləndirilən şəxs məxsus üzərində “Poshete” sözü yazılmış qara rəngli kiçik həcmli əl çantasından gömrük orqanına bəyan etmədiyi 1 ədəd “İphone 13 Starlight, 128 GB” markalı mobil telefon aşkar olunmuşdur. Yoxlama qurtardıqdan sonra protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmış, aşkar edilmiş predmetlər araşdırma məqsədilə qabaşdırılaraq götürülmüşdür. Yoxlama otağındakı divar saatı işləmədiyi üçün saatın əqrəbləri vaxtı düzgün göstərməmiş, Təqsirləndirilən şəxs müşayiət etdiyi çantanın yoxlanılma vaxtı protokolda qeyd edildiyi kimi, 11 yanvar 2023-cü tarixdə, saat 07:22-dən 07:28-ədək davam etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Şahid3 və Şahid2 məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid5 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində “Space TV” yaxınlığında dönərxana işlətmiş, 2016-cı ildə Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə məhkum olunmuşdur. Təqsirləndirilən şəxs təxminən 2011-ci ildən tanımış, xalası oğlu Asifin əsgərlik yoldaşı olmuşdur. Eyni vaxtda əsgərlikdən qayıtmış və həmin vaxtdan dostluq etmişlər. Aralarında yaxın münasibət olmuş, Cavidin oğlunun kirvəsi olmuşdur. Təqsirləndirilən şəxs 3-4 il Bakı Qarnizonu Hərbi Polisində kiçik çavuş rütbəsində xidmət etmiş, vətən Müharibəsi dövründə döyüşlərdə iştirak etmiş və müxtəlif təltiflər almış, 2022-ci ilin yay aylarında müqaviləsinin müddəti bitdiyi üçün xidmətdən azad olunmuşdur. Cavid işdən çıxdıqdan sonra bir müddət Bakı şəhərində taksi sürücülüyü ilə məşğul olmuş, sonra qarpız mövsümündə Moskva şəhərində bazarda bir müddət işləmiş, sonra iş şəraiti ağır olduğu üçün qayıtmış, sonra nar mövsümündə, 2022-ci ilin noyabr ayında təkrar Moskva şəhərinə gedib bir müddət işləmişdir. Moskva şəhərində Cavidin Əlibəy adında əsgərlik yoldaşı yaşamış, bildiyi qədərilə onun köməkliyi ilə iş tapmışdır. 2022-ci ilin sonlarında, yeni il ərəfəsində Cavid Bakıya gəlmiş, o, Cavidə xaricə getməməyi, Bakıda taksi və ya başqa gündəlik işlə dolanışığını təmin etməyi tövsiyə etmişdir. 2023-cü ilin yanvar ayının əvvəllərində Sabirabad rayonunda işi olduğu üçün obyektə gəlib onun yerinə nəzarət etməsi üçün Cavidə zəng etmiş, Cavid telefonu açmamış, “Whatsapp”da zəng vurub Lerikdə xeyir iş olduğunu, ailə üzvlərini oraya apardığını demişdir. O, xeyir iş olarsa onu da dəvət edəcəkləri üçün təəccüblənmiş, sonra yenə Cavidin telefonuna zəng etmiş, bu dəfə türk dilində danışan operator bu nömrəyə zəng çatmadığını demişdir. O, Cavidin dayısıoğlu Ülviyə zəng vurub Cavidin deyəsən Türkiyədə olduğunu demiş, həmin şəxs məlumatı olmadığını demişdir. O, Cavidə mesaj yazaraq nə üçün onu aldatdığını, Türkiyəyə getdiyi halda nə üçün yalandan Lerikə getdiyini irad bildirmiş, bir müddət sonra Cavid ona zəng vuraraq Türkiyədə olduğunu, mobil telefon gətirib qazanc əldə etmək üçün iş dalınca getdiyini, bir neçə gündən sonra qayıdacağını bildirmişdir. Sonra da “Whatsapp” vasitəsilə danışıb hal-əhval tutmuşlar, Cavid 1-2 günə gələcəyini bildirmiş, 11 yanvar 2023cü il tarixə İstanbuldan Bakıya gəlmək üçün bilet aldığını demiş, o, saat neçədə gələcəyini soruşduqda Cavid təyyarənin gec düşəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Cavid ona zəng vuraraq sənədinin düz olmadığı üçün aeroportda saxlanıldığını demiş, o, əsəbləşərək saxlanılması səbəbini düzgün deməsini bildirmiş, özü ilə artıq miqdarda siqaret gətirdiyi üçün gömrükdə saxlanıldığını zənn etmiş, lakin Cavid qanunsuz maddə ilə tutulduğunu bildirmiş, o, Cavidin atasına zəng edərək Cavidin saxlanıldığını bildirmişdir. Şahid5 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitələrdən, psixotrop maddələrdən, güclü təsir edən maddələrdən istifadə etməmiş, satışı ilə məşğul olmamışdır. Cavid Moskvada “Fudsiti” adlı bazarda əsgər yoldaşı Əlibəyin yanında işləmiş və birlikdə qalmış, Cavid Moskva şəhərində işlədiyi vaxt o da onların yanına qonaq getmiş, Təqsirləndirilən şəxs Moskva şəhərində parnikdə, vyetnamlılarla birlikdə işləməsi barədə məlumatı olmamışdır. O, Moskvaya getdikdə Cavid bazarda işləmiş, o, 1 həftə Moskvada hoteldə qalmış, sonra Belarusiyaya getmişdir. Həmin vaxt Cavid Əlibəylə birlikdə bazarda işləmişdir. “Vano” adlı şəxsi tanımamış, Cavidin həmin şəxslə işləməsi barədə məlumatı olmamışdır. Qurbanı Cavidin dostu kimi tanımış, Qurbanın özünün deməsinə əsasən atası taxta-şalban işi ilə məşğul olmuş, devalvasiyadan sonra müflis olduğu üçün Rusiyaya köçmüşdür. Bildiyi qədərilə Qurban 1 il olar ki, Türkiyədə işləməyə başlamış, Cavid Qurbanı iş yoldaşı Elmar vasitəsilə tanımışdır. Onun Qurbanla yaxın münasibəti olmamışdır. Qurban Şükürlünün narkotik vasitələrdən, psixotrop maddələrdən, güclü təsir edən maddələrdən istifadə etməsi və ya satışı ilə məşğul olub-olmadığı barədə məlumatı olmamışdır. Qurban Bakıda olduğu zaman maklerliklə məşğul olmuşdur. Cavid 11 yanvar 2023-cü il tarixdə ona zəng vurub aeroportda narkotiklə saxlanıldığını dedikdə o, narkotiklə nə əlaqəsi olduğunu, kimdən aldığını soruşduqda, Cavid Qurbandan aldığını demiş, bu zaman Cavidə həmin maddəni Qurbanın verməsi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs Qurban Şükürlüdən 349,9 qram metamfetamin psixotrop maddəsi əldə etməsi və 11 yanvar 2023-cü il tarixdə İstanbul-Bakı aviareysi ilə Azərbaycan Respublikasına gələrkən özü ilə gətirəcəyi barədə onun əvvəlcədən məlumatı olmamışdır. İstanbul şəhərindən bir neçə dəfə X8 şəhərinə Təqsirləndirilən şəxs sifarişi ilə metamfetamin psixotrop maddəsi göndərməsi və Təqsirləndirilən şəxs “Vano” adlı şəxslə birlikdə həmin maddəni vyetnamlılara satması barədə onun məlumatı olmamışdır. O, narkotik vasitələrdən, psixotrop maddələrdən, güclü təsir edən maddələrdən istifadə etməmiş, satışı ilə məşğul olmamışdır. Cavid məndən Moskvada meyvə-tərəvəz işi görmək üçün 1 aylıq 5000 ABŞ dolları borc almış, həmin pulu Bakı şəhərində olarkən özü Cavidə vermiş, həmin pulu öz toyu üçün yığmışdır. Cavid Əlibəy və Vano ilə birlikdə sitrus meyvəsi al-veri edəcəyini demiş, söhbət Cavidin gördüyü meyvə işindən getmişdir. Caviddən pulunu qaytarmasını tələb etmişdir. Cavid Əlibəy və Vano ilə birlikdə sitrus meyvəsi al-veri edəcəyini demiş, Vano adlı şəxsi o, tanımamış, nömrəsini Cavid ona alver gedib-getmədiyini maraqlanması üçün göndərmiş, lakin o, Vano ilə telefonda danışmamışdır. Cavidin gördüyü meyvə işi ilə heç bir əlaqəsi olmamış, Cavid Bakıdan apardığı pulun hamısını Vanoya verdiyini, meyvəni Vanonun aldığını demiş, o, əsəbləşərək Vanonun Cavidi aldatdığını, özünün Moskvaya gəlib Vano ilə söhbət edib pulu geri alacağını demişdir. Cavid özünün yoluna qoyub onun pulunu göndərəcəyini demişdir. Cavidlə danışdıqda alver olmadığını, meyvənin əlində qalıb satılmadığını demiş, görüntülü danışdıqda Cavidin bahalı yerdə oturub “Parliament” markalı siqaret çəkdiyini, viski içib kef etdiyini görmüş və belə olan halda nə üçün meyvəni sata bilmədiyini deyərək əlindəki məhsulu götürüb gətirib burda “Meyvəli” bazarında satmağı təklif etmişdir. O, Caviddən borc verdiyi pulu tələb etmiş, Vano və ya Əlibəy görməsin deyə yazışmanı silməsini demişdir. Şahid4 tanımamışdır. Təqsirləndirilən şəxs Türkiyəyə getməsindən xəbəri olmamışdır. Cavid ona Lerikdə olduğunu demişdir. Cavid 2022-ci ilin dekabr ayında Bakı şəhərinə gəldikdə ona Moskvada Qurban və Vano ilə birlikdə “patı” satışı ilə məşğul olub pul qazandığını demiş, o, buna görə Cavidi danlayıb münasibətini kəsmiş, Cavid Türkiyəyə getdikdən 3-4 gün sonra bunu bilmişdir (iş vərəqə: cild İ, səh. 203-210). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, “yoxlama və əşyaların götürülməsi haqqında” 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, TK 338 saylı İstanbul-Bakı aviareysi ilə gələn Təqsirləndirilən şəxs gömrük nəzarətindən “yaşıl kanal” buraxılış sistemi vasitəsilə keçərkən hərəkətləri şübhə doğurduğu üçün yoxlama keçirilməsindən ötrü “qırmızı kanal” buraxılış sisteminə yönləndirilmişdir. Təqsirləndirilən şəxs məxsus, müşayiət olunan baqajla gələn, tutacağına TK 326569 nömrəli baqaj birkası yapışdırılmış, üzərində “Escape” yazılmış qara rəngli bel çantası rentgen qurğusundan keçirilən zaman, çantanın hər iki qolunun daxilində şübhəli maddənin təsvirləri monitorda əks olunduğuna görə həmin çantada olan geyim əşyaları boşaldılmış və boş çanta təkrar rentgen aparatından keçirilmişdir. Şübhəli maddənin çantanın qollarına olmasına dair çantanın qollarında gizlədildiyinə əsaslı şübhələr yarandığına görə Təqsirləndirilən şəxs əşyalarının yoxlama keçirilməsi üçün yoxlama otağına dəvət olunmuşdur. Orada videoçəkilişdən istifadə edilməklə keçirilən yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus çantanın qolları bıçaqla kəsilmiş, hər birinin içərisində bir ədəd olmaqla uzunsov formada yapışqan lentlə bükülmüş vəziyyətdə cəmi iki ədəd gömrük nəzarətindən gizlədilmiş bağlama aşkar olundu. Birinci bağlama açıldıqda içərisində qəhvəyi rəngli süngərə bükülmüş vəziyyətdə, qablaşdırma ilə birlikdə çəkisi 240 qram olan, psixotrop maddəyə oxşar, ağ rəngli, kristal şəklində maddə, ikinci bağlama açıldıqda içərisində qəhvəyi rəngli süngərə bükülmüş vəziyyətdə, qablaşdırma ilə birlikdə çəkisi 128 qram olan, psixotrop maddəyə oxşar, ağ rəngli, kristal şəklində maddə aşkar edilmişdir. Yoxlama davam etdirilmiş, Təqsirləndirilən şəxs məxsus üzərində “Poshete” sözü yazılmış qara rəngli kiçik həcmli əl çantasından gömrük orqanına bəyan etmədiyi 1 ədəd “İphone 13 Starlight, 128 GB” markalı mobil telefon, pul qabından 2 ABŞ dolları və 21 Azərbaycan manatı aşkar edilmişdir (iş vərəqə: cild İ, səh. 07-08). Məhkəmə baxışı zamanı tədqiq olunan, “baxış keçirilməsi haqqında” 23 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, yoxlama nəticələrini əks etdirən videogörüntü 4 dəqiqə, 41 saniyə davam edir. Video başlanarkən divarda olan dairəvi divar saatının əqrəbləri 02:47-ni göstərmiş və video çəkiliş ərzində saatın saniyə, dəqiqə əqrəblərinin hərəkət etmədiyi müəyyən edilmişdir. Yoxlama otağında əvvəlcə gömrük əməkdaşı özünü təqdim etmiş və Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirmişdir. Sonra çantada olan əşyaları təqdim etməsini bildirmiş və çantada olan əşyalar boşaldılmış və çantasının içərisində geyim və digər şəxsi əşyalar olduğu məlum olmuşdur. Sonra çantanın qolları bıçaqla kəsilmiş və hər bir qolun içərisində 1 ədəd olmaqla uzunsov formada, yapışqan lentlə sarınmış, qəhvəyi rəngli sürüngərə bükülmüş cəmi 2 ədəd bağlama aşkar edilmişdir. Bağlamaların içərisi açılmış və hər birinin içərisində ağ rəngli, kristal formada maddə olduğu məlum olmuşdur (iş vərəqə: cild İ, səh. 249). Məhkəmə baxışı zamanı tədqiq olunan, “baxış keçirilməsi haqqında” 13 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat 18:35-də Bakı-İstanbul aviareysi ilə Türkiyə Respublikasına gedib, xx.xx.2023-cü il tarixdə saat 06:54-də İstanbul-Bakı aviareysi ilə geri qayıtmışdır (iş vərəqə: cild İ, səh. 157-160). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizasının 11 yanvar 2023-cü il tarixli, 6/156 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi N001559” yazı və imzalar olan DGK-ya məxsus polietilen paketdə 2 ədəd qəhvəyi rəngli bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 119,90 qram və 230 qram olmaqla, ümumi çəkisi 349,90 qram olan ağ rəngli kristalşəkilli, maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatdan sonra metamfetamin psixotrop maddəsinin qalıq çəkisi 349,80 qram təşkil etmişdir (iş vərəqə: cild İ, səh. 73-76). Məhkəmə baxışı zamanı tədqiq olunan, “baxış keçirilməsi haqqında” 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X2 Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Qurban Şükürov adlı şəxsin əlamətləri ilə uyğunluq təşkil etməsi və həmin şəxsin sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 17:12-də X7 Aeroportunda Bakı- İstanbul aviareysi ilə Azərbaycan Respublikasını tərk etdiyi müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh. 103-107). Məhkəmə baxışı zamanı tədqiq olunan, “şəxsin fotoşəkillər əsasında tanınmaya təqdim edilməsi haqqında” 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, X2 fotoşəkli 3 nəfər oxşar şəxsin fotoşəkli ilə Təqsirləndirilən şəxs təqdim edildikdə sonuncu həmin şəxsin fotoşəklini tanıyaraq ifadəsində göstərdiyi Qurban adlı şəxs olduğunu bildirmişdir (iş vərəqə: cild İ, səh. 108-109). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 18 mart 2023-cü il tarixli, 1622 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İİ, səh. 117-118). Məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 349,8 qram psixotrop maddə metamfetamin və üzərində “Escape” sözü yazılmış qara rəngli bel çantası cinayət işi üzrə maddi sübut kimi tanınmış və 349,8 qram psixotrop maddə metamfetamin saxlanması üçün Əməliyyat – İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağına, üzərində “Escape” sözü yazılmış qara rəngli bel çantası isə saxlanması üçün “Azərterminalkompleks” Birliyinin anbarına təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 201-202; cild İİ, səh. 08-09, 110-111). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsi barədə olan ********* saylı cinayət işindən onun küllü miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə fakta görə Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: cild İİ, səh. 184- 197). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metafetamin» psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 ədəd bağlamada metamfetamin psixotrop maddəsinin təmiz çəkisi ümumilikdə 349,9 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş metamfetamin psixotrop maddəsi külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin 349,9 qram olmaqla külli miqdar anlayışının start miqdarından 174 dəfədən artıq miqdar təşkil etməsi, aşkar edilməsini çətinləşdirən üsullardan istifadə olunmaqla gizlədilib Türkiyə Respublikasından Azərbaycana gətirilməsi, təqsirləndirilən şəxsin məhkəməyədək icraat mərhələsində səmimi etirafı və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməsi, yəni Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin obyektiv tərəfini narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Baxılan cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini psixotrop maddə olan metamfetaminin Türkiyə Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə gömrük nəzarətindən kənar keçirilməsi ilə bağlı hərəkətlər təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının altıncı bəndində məhkəmələrə tövsiyə olunur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 206.2 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı qeyri-etirafedici ifadələrini, ondan aşkarlanan psixotrop maddənin ona aid olmaması ilə əlaqədar göstərdiklərini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqə: İİ cild, səh. 5,6). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsində (Vətən müharibəsi) iştirakına görə «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmuş, buna görə ona müharibə veteranlarına təyin olunan Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur(iş vərəqə: İİ cild, səh. 60, 61). İşdə olan sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində 2016 və 2019-cu il təvəllüdlü olmaqla iki nəfər azyaşlı uşaqları vardır (iş vərəqə: İİ cild, səh. 70,72,73). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə, İİ Qarabağ müharibəsində (Vətən müharibəsi) iştirakına görə «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif olunmasını, ona müharibə veteranlarına təyin olunan Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunmasını isə Azərbaycan Respublikasının CM-nin 59.2ci maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması yüngülləşdirici hal hesab olunur. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 206.2 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, cinayətlərin məcmusu qaydasında cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkaloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 838 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunmaması və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmaması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 11 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 yanvar 2023-cü il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablanmış və bundan sonra o, məhkəmə hökmü çıxarılanadək qanuni əsaslarla həbsdə saxlanılmışdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 11 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 11 yanvar 2023-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat – İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, məhkum Təqsirləndirilən şəxs bel çantasının qollarından aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 349,8 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli; - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan məhkum Təqsirləndirilən şəxs məxsus üzərində “Escape” sözü yazılmış bir ədəd qara rəngli bel çantası onun özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfləri olaraq 326 (üç yüz iyirmi altı) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, həmin məbləğ məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-cı maddəsi ilə 4 (dörd) il müddətinə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 11 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat – İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan, məhkum Təqsirləndirilən şəxs bel çantasının qollarından aşkar edilib götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 349,8 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin; - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan məhkum Təqsirləndirilən şəxs məxsus üzərində “Escape” sözü yazılmış bir ədəd qara rəngli bel çantası onun özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verilsin. İş üzrə məhkəmə məsrəfləri – 326 (üç yüz iyirmi altı) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1509/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1509/2023
03.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver